Məhkəmə qərarları › İş №1(099)-540/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-540/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-540/2022 16.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, Hacıqabul Quşçuluq şirkəti MMC-də sürücü işləyən, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.1 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlunun 17 iyun 2019-cu il tarixdən 15 aprel 2022-ci il tarixə kimi X3 şöbəsində polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edərkən, öz əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görüb arzu etməklə, tamah niyyəti ilə, xidməti vəzifəsi ilə əlaqədar ona göstərilmiş etibardan sui-istifadə etmə və aldatma yolu ilə Sabirabad rayonu Beşdəli kənd sakini Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə, sonuncuya özünün nüfuzlu şəxs olduğunu, yuxarı vəzifələrdə tanışı olduğunu bildirərək, həmin şəxsin vasitəsi ilə, Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu X4 məhkum olunduğu maddənin 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə elan edilmiş amnistiya aktının tətbiq dairəsinə daxil olmadığını bilə-bilə, həmin aktının tətbiq dairəsinə daxil etdirib Novruz bayramına kimi cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən çıxaracağını yalandan vəd edərək, özünün vasitəçiliyi ilə onu xx.xx.2021ci il tarixdə bilə-bilə qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə, həmin məsələnin müsbət həlli üçün vahid niyyətlə xx.xx.2021-ci il tarixdə, saat 12:24-də Şirvan şəhərində yerləşən, "xxxx" ASC-nin Şirvan şəhər filialındakı ödəmə terminalı vasitəsilə şəxsi istifadəsində olan ******************** nömrəli hesaba bağlı olan 5103 0714 2451 1117 nömrəli plastik kart hesabına köçürmə yolu ilə 1000 manat, 05 yanvar 2022-ci il tarixdə saat 21:09-da və 18 yanvar 2022-ci il tarixdə saat 11:59-da, hər birində 1500 manat olmaqla, cəmi 3000 manat maddi nemət qismində olan pulu Sabirabad rayonu Beşdəli kəndində, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində şəxsən gəlib əlbəəl götürüb ələ keçirməklə, ümumilikdə əmlak sahibinə 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Qaragüney polis şöbəsində işlədiyi vaxtdan tanımışdır. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında xatırlamadığı bir gün Nailəni görüb avtomobilinə götürmüş, yolda olarkən söhbət zamanı Nailə ona oğlunun cəza çəkdiyini bildirib, onun azadlığa çıxmasına kömək edə biləcəyini soruşmuş, o da maraqlanıb deyəcəyini demişdir. Nailə səhəri günü onu evinə dəvət etmiş, o da Nailəgilə gedərək onunla bu məsələ barədə söhbət etmişlər. Həmin vaxt evdə Nailənin oğlu Asim və gəlni Elay da olmuşdur. O Nailəyə yuxarı vəzifədə tanışı olduğunu bu məsələni həll edə biləcəyini deyib, ondan 4000 manat pul istəmişdir. 03 dekabr 2021-ci il tarixdə Nailənin gəlini Elay onun 5103 0714 2451 1117 nömrəli kartına 1000 manat, daha sonra iki dəfəyə 1500 manat cəmi 3000 manat pulu Nailə ona əlbə-əl vermiş, o isə işi həll edə bilməmişdir. Həmin puldan Nailəyə 1350 manat pulu Şahid5 vasitəsi ilə qaytarmışdır. İstintaq zamanı da qalan 2650 manat pulu Nailənin özünə qaytarmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, istintaq vaxtı qorxub o məzmunda ifadə vermişdir. Məhkəmədə verdiyi ifadəsi düzdür. Əməlindən peşmandır. O Nailədən üzr istəmiş və onunla barışmışdır. Onun himayəsində iki nəfər azyaşlı uşağı var. Xahiş edir ki, ona həbslə əlaqədar olmayan cəza təyin edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünü səmimi etirafedici ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Rasim Sabirabad Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01 dekabr 2021-ci il tarixdə səhər vaxtı hüzr yerinə gedərkən Elmin onu avtomobilinə götürmüş yolda olarkən Elmin onun oğlu Rasimin işi ilə maraqlanmış və yuxarıda vəzifələrdə tanıdığı bir nəfər şəxs olduğunu, marta qədər onun əli ilə Rasimi amnistiyaya salıb azadlığa çıxara bilərəcəyini və bunun müqabilində min manat pul, ola bilsin ki, əlavə də pul lazım olacağını, əlavə pul lazım olarsa verə biləcəyini soruşmuş, o da razılaşmışdır. Dekabr ayının ikisində Elmin onun evinə gəlib,dekabr ayının üçünə kimi 1000 manat pul çatdırılmalı olduğunu demiş o da həyətində olan iki baş dananı qəssaba sataraq , 3 dekabr 2021-ci il tarixdə oğlu Asim və gəlni Elaya vermiş onlarda Şirvan şəhərindəki Kapital banka gedərək Elminə məxsus 5103 0714 2451 1117 nömrəli kart hesabına 1000 manat pul ödəniş etmişlər. 05 yanvar 2022-ci il tarixdə Elmin onun evinə gələrək əlavə 1500 manat pul lazım olduğunu demiş, o da 1500 manat pulu ona vermişdir. 18 yanvar 2022-ci il tarixdə Elmin onlara gələrək həmin adamın əlavə 1500 manat pul istədiyini demiş, o da yenidən Elminin özünə 1500 manat vermişdir. Hər dəfə pulu gəlini Elay və oğlu Asim iştirakı ilə vermişdir. Bayram vaxtı Elminlə telefonda danışarkən o Rasimi gətirməyə getdiyini demiş, lakin həmin gündən sonra onların nömrələrini bloka atmışdır. Daha sonra qardaşı qızı Türkan ona, Elminin Rasimi gətirməyi getdiyini bildirmişdir. 23 mart 2022-ci tarixdə Elmin özü də telefonda ona 24 mart 2022-ci il tarixdə onunla cəzaçəkmə müəssisəsinə gedəcəyini, rəislə danışıb, onu buraxdıracağını, amma pulu qaytara bilməyəcəyini demişdir. Lakin həmin vaxtdan sonra Elmindən heç bir xəbər çıxmamışdır. Ona görə də o 23 mart 2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaynar xəttinə, “102” xidmətinə, daha sonra da kəndin sahə rəisi Şahid4 müraciət etmişdir. Şahid4 ona, Elminin atası Tahirlə danışdığını, Tahirin şikayət eləməsinlər, mart ayının 27-sinə kimi pulu özü qaytaracağını vəd etdiyini bildirmiş, lakin həmin tarixə kimi Elmin pulu qaytarmamışdır. O 4000 manat pulu Elminə oğlu Rasimin cəzaçəkmə müəssisəsindən azadlığa çıxması üçün vermiş, onunla maşında söhbət zamanı Elmindən heç bir kömək istəməmiş və ya ona bu barədə hər hansı təklif etməmişdir. İşin pulla həll edilməsini Elmin özü ona təklif etmiş, o da oğlunun azadlığa çıxması üçün razılaşmışdır. 02 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Polad Toğay kənd sakini Şahid5 onun evinə gəlmiş, ondan Təqsirləndirilən şəxs bağışlamasını, şikayətçi olmamasını xahiş etmiş, Elminin onu aldadaraq aldığı 4000 manat puldan 1350 manat pul göndərdiyini bildirmiş və qalan pulu 26 iyuna kimi gətirəcəyini vəd etdiyini ona demişdir. Şahid5 gətirdiyi 1350 manat pulu oğlu Asim qəbul etmişdir. Hazırda Elmin ona vurmuş olduğu ziyanı tamamilə ödəməklə ondan üzr istəmişdir. Ona görə də o Elminlə barışmışdır. Ondan heç bir tələb və ya şikayəti yoxdur. Onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Dindirilmiş şahidlər Şahid3 və Şahid1 ifadələrində Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokollarından görünür ki, şahidlər Şahid3 və Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilərkən verdikləri ifadələrini təsdiq edərək, həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxsla birlikdə bibisi Zərərçəkmiş şəxs evinə getmiş, orada bibisi novruz bayramı yaxınlaşır, Rasimi martın 20-sində çıxarda biləcəyini soruşduqda, Elmin ona arxayın olmasını, mart ayının 20-sində Rasim evdə olacağını bildirmişdir. Həmin vaxtı o, Elminin bibisindən, oğlu Rasimi tanımadığı bir nəfər şəxsin əli ilə cəzaçəkmə müəssisəsindən çıxarmaq adı ilə pul aldığını bilmiş, lakin pulun məbləğini bilməmişdir. Elmin də bunu təsdiq etmişdir. 20 mart 2022-ci il tarixdə saat təxminən 18 radələrində Elmin ona Bakıda olduğunu və Rasimi götürüb gəldiyini bildirsə də, bir neçə gün sonra onlara gözləmələrini, lakin onların gözləmədiklərini, Rasimi yox, pulu istədiklərini, pulu verdiyi adamın isə pulu qaytarmadığını bildirmişdir. İşdə olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vaxtı ilə Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşı olduğu vaxtdan iş yoldaşı kimi, Zərərçəkmiş şəxs isə sahə rəisi olduğu Sabirabad rayonu Beşdəli kənd sakini kimi tanıyır. Mart ayının 20-si 2022-ci il tarixdən sonra Zərərçəkmiş şəxs zəng edərək, Təqsirləndirilən şəxs onları aldatdığını, oğlu Rasimin cəzaçəkmə müəssisəsindən çıxarılması müqabilində aldığı 4000 manat pulu qaytarmadığı barədə şifahi şəkildə telefon vasitəsilə müraciət etmişlər. O da onlara müraciətlərini rəsmi qaydada polis şöbəsinə və ya aidiyyəti üzrə prokurorluğa etmələrini bildirmiş, bu barədə Elay İmanova məlumat verəcəyini qeyd etmişdir. Sonradan Elminlə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs ondan oğlunu cəzaçəkmə müəssisəsindən çıxarmaq adı ilə ondan 4000 manat pul alması barədə şikayət etdiyini demiş, Elmin isə Nailədən cəmi 1000 manat pul aldığını bildirərək, Nailədən 27 mart 2022ci il tarxə kimi vaxt verməsi ilə əlaqədar xahiş etməsini, atası Tahir ilə danışdığını və onun pulu ödəyəcəyini bildirmişdir. O da bu barədə Nailəyə məlumat vermiş, 27 mart 2022-ci il tarixdə Elminə zəng edərək məsələnin nə yerdə olduğunu soruşduqda, Elmin saat 17-ə kimi pulu qaytaracağını bildirsə də pulu qaytarmamış və telefona cavab verməmişdir. Məhkəmədə ittiham və müdafiə tərəfin razılığı ilə gəlməyən Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid5 həmin ifadəsində göstərmişdir ki, təxminən 01 iyun 2022-ci il Təqsirləndirilən şəxs ona zəng edib “məni tuturlar, kömək elə, Zərərçəkmiş şəxs 2100 manat pul qaytarmalıyam, gedək mənə vaxt al, işdən çıxarıblar, indi də tuturlar.” deyə xahiş etmiş, lakin, niyə görə qaytarmalı olduğunu deməmişdir. Həmin günü Elmin 1350 manat pul gətirmiş və ondan pulu aparıb Nailəyə verməsini, onları barışdırmasını, qalan 750 manat pul vəsaitini isə iyun ayının 26-sına kimi qaytaracağını bildirmişdir. O da Nailənin evinə gedib pulu Asimə vermiş və qalan 750 manatı iyun ayın 26-sına kimi Elminin qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs ona, Elminin ondan“1000 manatı bir, qalan pullarıda hissə-hissə aldığını demişdir. Lakin, Təqsirləndirilən şəxs sonradan söz verdiyi məbləği ödəməmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan da görünür ki, Şahid5 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokollarından görünür ki, şahidlər Təqsirləndirilən şəxs, Şahid3, Şahid1 və Zərərçəkmiş şəxs ilə Şahid5 arasında üzləşdirmələr keçirilmiş, onlar ibtidai araşdırma zamanı verdikləri ifadələrini təsdiq edərək, həmin xüsusatları bir daha Şahid5 üzünə qarşı demiş və o üzləşdirmə zamanı deyilənlərlə razılaşmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan DİN Baş Mühafizə İdarəsi X3 şöbəsinin 04 may 2022-ci il tarixli, 286-237 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1984-cü ildə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, 2011-ci ildən DİO-da, 17 iyun 2019-cu il tarixdən, 15 aprel 2022-ci il tarixə kimi X3 şöbəsində polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edib. AR DİN-in Baş Mühafizə İdarəsinin 15 aprel 2022-ci il tarixli Ə-491ş/h-038-22 nömrəli əmri ilə DİO-da xidmətdən xaric edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Kadrlar İdarəsinin 12 may 2022-ci il tarixli, 0xx/xx-4789-1222 nömrəli məktubundan görünür ki, sabiq polis serjantı Təqsirləndirilən şəxs 25 mart 2 011-ci il tarixdə DİO-da xidmətə qəbul olunmuş, 15 aprel 2022-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin hökmü ilə həbs olunmuş vətəndaş RrŞahid3 qanunsuz yollarla həbsdən azad etdirmək istəyən anası Zərərçəkmiş şəxs əməlindən çəkindirmədiyinə və cəmiyyətdə qəbul olunmuş ailə məişət normalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə-nin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) və 10-cu bədində (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmin məktuba əlavə edilmiş xasiyyətnamədə, Təqsirləndirilən şəxs 14 iyun 2019-cu il tarixdən 15 aprel 2022-ci il tarixə kimi X3 şöbəsində polis nəfəri vəzifəsində xidmət etməsi qeyd olunmuş vəfəaliyyəti üzrə mənfi xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 25 aprel 2022-ci il tarixli götürmə və baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş dəftərdən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs verdikləri pulların tarixlərini, saatlarını, onun telefon nömrəsinin və bank kartının nömrəsini qeyd etdiyini bildirdiyi və araşdırmaya könüllü şəkildə təqdim etdiyi dəftərin 1-ci vərəqində yuxarı hissədən başlayaraq, 1-3-cü sətirlərdə Təqsirləndirilən şəxs, 03 dekabr 2021 12:24 cəmi ödənilən məbləğ 1000,00 m, 4-5-ci sətirlərdə 5 yanvar 2021 sat 21:09 1500 m alıb, 6-7-ci sətirlərdə 20 sözü yazılıb qaralanmaqla, 18 yanvar 2022 sat 11:59 1500 m alıb. 8-10-cu sətirlərdə 055 278-58-08., kartın kodu. 5103 0714 2451 1117 sözləri qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan 23 aprel 2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs köçürdüyünü bildirdiyi 1000 manatlıq ödəniş qəbzinin yuxarı hissəsində "xxxx" sözləri,aşağı hissəsində "xxxx" ASC Sirvan branch (K0141013), tarix və saat: 03.12.21 12:24, Əməliyyat İD: 24834401, Qəbzin nömrəsi: 23325, Terminal nömrəsi: K0141013, Xidmətin adı: Kart hesabının artırılması, Kart nömrəsi : 5****1117, Müştərinin A.S.A: İ* * * * * * E* * * * * T* * * * , Hesab Nömrəsi: ********************, cəmi ödənilən məbləğ: 1000,00 AZN sözləri qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" ASC-dən daxil olmuş 157000/2-2349 nömrəli, 17 may 2022-ci il tarixli məktubdan görünür ki, məktuba əlavə edilmiş qərarda qeyd olunan 5103 07****** 1117 nömrəli plastik kartın bağlı olduğu ******************** nömrəli hesab Təqsirləndirilən şəxs adınadır. Həmin məktuba qoşma kimi əlavə edilmiş DVD diskə baxış aparılması haqqında protokoldan müəyyən olunur ki, “xx.xx.2021” adlı ilə qeyd olunmuş qovluğa daxil olduqda, Təqsirləndirilən şəxs bankomatdan pul çıxarmasını təsdiq edən 32 ədəd fotoşəkil aşkar olundu. Fotoşəkillərin hər birinin aşağı sol küncündə tarix və saat, aşağı sağ küncündə bankomat və kamera nömrəsi, yuxarı sağ küncündə edilən əməliyyatın adı və başlama tarixləri qeyd olunmuşdur. “3_123031_051_1000_1” nömrəli fotoşəkilə daxil olduqda sol alt küncdə 12 mart 2021, 12:30:31 yazısı, sağ aşağı küncdə ATM: A0141029 CAM 1 yazısı, yuxarı sağ küncdə 12:30:30 Transaction start yazısı əks olunmuşdur. Həmin fotoşəkildən başlayaraq, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə saat 12:30:30-cu saatdan əməliyyata başlaması, saat 12:31:11-ci saatda 5XXXXXXXXXXX1117 nömrəli kart hesabından pul vəsaitini qəbul etməsi, 12:31:13-cü saatda bankomatdan uzaqlaşması müəyyən olunur. Məktuba əlavə edilmiş 05 oktyabr 2022-ci il tarixli 01 noyabr 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək dövrü əhatə edən çıxarışdan görünür ki, 03 dekabr 2021-ci il, saat 12:27:58-də həmin kart hesabına 1000,00 manat mədaxil edilmiş, həmin mədaxildən 10,00 komissiya haqqı tutulmuş, qalıq 990,00 manat pul vəsaiti 03 dekabr 2021-ci il tarixdə saat 12:32:05-də bankomatdan məxaric edilmişdir. Cinayət işinin materiallarında olan 09 iyun 2022-ci il tarixli, "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** GSM nömrəsinin sahibinin Təqsirləndirilən şəxs olması və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsilə ilk dəfə 01 dekabr 2021-ci il tarixdə saat 17:17:55-də zəng edib 54 saniyə əlaqə saxlaması, 01 dekabr 2021-ci il tarixdə saat 11:06-dan 11:16-yadək anten dairəsinin Sabirabad rayonu Qarağac kəndindən, 02 dekabr 2021-ci il tarixdə saat 16:16dan 16:20-dək Sabirabad rayonu Qarağac kəndindən, 03 dekabr 2021-ci il tarixdə saat 12:05:23-də Sabirabad şəhəri, H. Əliyev 122 ərazisindən siqnal verməsi, 03 dekabr 2021ci il tarixdə saat 12:28:21-də "xxxx"-dan mesaj daxil olması, 05 yanvar 2022-ci il tarixdə 12:33:19-də Şahid3 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib 45 saniyə əlaqə saxlaması, gün ərzində anten dairələrinin Saatlı rayonu və Sabirabad şəhəri ərazilərindən siqnal verməsi, 21:01 və 21:20 intervalları arasında hər hansı anten dairəsi məlumatlarının olmaması, 18 yanvar 2022-ci il tarixdə saat 09:20-dən 12:40-dək anten dairəsinin Sabirabad rayonu Osmanlı və Qaragüney kəndlərindən siqnal verməsi,Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsinin 01 dekabr 2021-ci il tarixdə saat 08:56 və 17:16 intervalları arasında anten dairəsinin Sabirabad rayonu Qarağac kəndindən, 03 dekabr 2021-ci il tarixdə saat 12:05:23-də Sabirabad rayonu Qarağac kəndi ərazisindən, 18 yanvar 2022 saat 11:37:33-də daxil olmuş zəngin anten dairəsinin "Şirvan şəhəri, Cənub-şərq hissəsində, teleqüllənin yaxınlığında"/Salyan ərazisindən siqnal verməsi, ***- ***-**-** GSM nömrəsinin Şahid3 adına qeydiyyatda olması, 01 dekabr 2021-ci il tarixdə saat 09:04:29-də anten dairəsinin Sabirabad rayonu Qarağac kəndindən, 03 dekabr 2021ci il tarixdə saat 11:10:06-də Sabirabad rayonu Qarağac kəndindən siqnal verməsi, 05 yanvar 2022-ci il tarixdə saat 12:33, 15:41, 15:57, 20:09-da ***-***-**-** nömrəsindən zəng daxil olması və həmin zənglərin müvafiq olaraq Sabirabad rayonu Hacıbəbir kəndi, Şirvan şəhəri, Cənub-şərq hissəsində, teleqüllənin yaxınlığında" Salyan və Qarağac kəndləri ərazisindən siqnal verməsi, 18 yanvar 2022-ci il tarixdə saat 10:15:57-də anten dairəsinin Sabirabad rayonu Qarağac kəndindən siqnal verməsi, ***-***-**-** GSM nömrəsinin Sahib Cümşüdov adına qeydiyyatda olmasıvə Zərərçəkmiş şəxs ***-***-**-** və Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə 01 oktyabr 2021-ci il və 01 noyabr 2021-ci il interval arasında eyni yerdən, eyni vaxtda siqnal verən anten dairəsi məlumatları aşkar edilmədi. İşdə olan ibtidai istintaq orqanının 29 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd 1000 manat pulun ödəniş qəbzi və Şahid1 icazəsi ilə götürülmüş 1 ədəd dəftər maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılır. İşə əlavə edilmiş Lənkəran Ağır Cinayətlər məhkəıməsinin 16 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə CM-im 73-1.1-ci maddəsinə əsasən cinayər təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyii əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmaları tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 32.4,312.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1984-cü il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuşdur. Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 23 fevral 2010 –il təvəllüdlü qızı Fidan vardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o həmin ərizəsində ona dəymiş ziyanın tam bərpa edildiyini, Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir tələb və şikayətinin olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, kifayət qədər cəzanı yüngülləşdirən hallar olmaqla ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə cəzasının təyin edilməsi onun islah olunması və cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutların məsələsini də həll etməlidir. İş üzrə maddi sübut olan 1 ədəd 1000 manat pul məbləğinin ödəniş qəbzi və 1 ədəd dəftər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44,132, 346, 351- 353,356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd 1000 manat pul məbləğinin ödəniş qəbzi və 1 ədəd dəftər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar