Məhkəmə qərarları › İş №1(099)-542/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-542/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-542/2022 05.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 149.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində cinsi ehtirasını təmin etmək üçün Sabirabad rayonu, Qaragüney kəndində yerləşən fərdi yaşayış evində tək yaşamasını bildiyi həmkəndlisi Zərərçəkmiş şəxs ilə iradəsinə zidd olaraq cinsi əlaqədə olmaq məqsədilə, sonuncunun yaşadığı evə razılığı və Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan yan tərəfdəki açıq pəncərədən daxil olduqdan sonra qonaq otağındakı çarpayıda uzanmış Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün əlindəki bıçağı sonuncunun boğazına dirəmiş, Zərərçəkmiş şəxs səsini çıxararsa, öldürəcəyi ilə hədələməklə cinsi əlaqədə olmaq istədiyini demiş, ona etiraz etmiş Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq sol qolundan tutub sıxmaqla özünə tərəf çəkmiş, soyundurmaq üçün əynində olmuş qısaqol xalatı dartmaqla ön sol yuxarı hissəsini cırmış, əli ilə sinəsindən vurub yatağa yıxmış, bu hərəkətləri ilə Zərərçəkmiş şəxs sol bazunun yuxarı 1/3-nin bayır və iç səthlərində, sol məmə xətti üzrə İİİ-Vİ qabırğa səviyyəsində qançırlardan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, lakin sonuncunun cəld tərpənib çarpayıda oturaq vəziyyətə gəlməklə özünü müdafiə etməsi, qışqıraraq qonşuluqda yaşayan şəxsləri çağıracağından ehtiyat etməsi və ona sabahı gün yaşadığı evə gələrsə, cinsi əlaqədə olacağı barədə verdiyi yalan vədinə inanmasına görə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə çıxmış, bundan sonra oraya sonuncuya mobil telefonu vasitəsilə etdiyi çağırışına əsasən kömək etmək üçün qonşuluqda yaşayan şəxslərin gəlməsini görüb hadisə yerindən qaçmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zorlamaq məqsədilə göstərilən ictimai-təhlükəli hərəkətləri etsə də, qeyd edilən səbəblərə görə sonuncu ilə cinsi əlaqədə ola bilməmiş, yəni cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələməklə zorlamağa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımış, sonuncu ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Sabirabad rayonu, Qaragüney kəndində onun atasına məxsus olmuş ev Arzunun yaşadığı evin yaxınlığında yerləşsə də, 2021-ci ilin oktyabr ayında cəzaçəkmə müəssisəsindən barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edildikdən sonra iş üzrə tutulanadək, eləcə də 11 və 12 aprel 2022-ci il tarixlərdə Masallı rayonu, Təklə kəndində ailə üzvləri ilə birlikdə yaşamış, Sabirabad rayonu, Qaragüney kəndində yaşamamış, Arzunun yaşadığı evə daxil olmamış, sonuncuya qarşı hər hansı cinayət əməlini törətməmiş, eləcə də Arzu ilə zorla cinsi əlaqədə olmamış və mobil telefondan istifadə etməmişdir. İş üzrə sonucunun onun barəsində verdiyi şikayət üzrə Sabirabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ilə ona 15 gün müddətinə inzibati həbs tətbiq edilsə də, bundan sonra təkrarən cinayət məsuliyyətinə cəlb edilmişdir. Arzu onunla münasibəti olmayan bəzi həmkəndlilərinin təsiri ilə ona qarşı yalan ifadə vermişdir. İş üzrə ibtidai araşdırma zamanı adından tərtib edilmiş, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini müvafiq məzmunda bildirmədiyinə, həmin ifadələri müstəntiqin ona dediyi sözlər əsasında tərtib etdiyini yalan deməsinə inanması səbəbindən oxumadan imzalamasına görə təsdiq etmir. İş üzrə ifadələri alınarkən ona qarşı zor tətbiq edilməmiş, müdafiəçisinin iştirakı təmin edilmişdir. İş üzrə ona qarşı Azərbaycan Respublikası CM-in 149.2.4-cü maddəsi ilə əsassız ittiham irəli sürüldüyünə görə buna etiraz etmək üçün 31 iyul 2022-ci il tarixdə Sabirabad RPŞnin müvəqqəti saxlama yerində saxlanılarkən intihar etməyə cəhd etmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə iclasındakı son sözündə ona azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə: - Sabirabad Rayon Polis Şöbəsində müvafiq olaraq 27, 28 və 29 may 2022-ci il tarixlərdə şübhəli şəxs qismində dindirilərkən, Zərərçəkmiş şəxs ilə üzləşdirilərkən və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Sabirabad rayonu, Qaragüney kəndində yaşamışdır. Əvvəllər Zərərçəkmiş şəxs (bundan sonra - Arzu) həmkəndlisi kimi tanımış, sonuncu ilə arasında ədavət və ya düşmənçilik olmamışdır. 10 aprel 2022-ci il tarixdə saat 20 radələrində Arzunun yaşadığı evin qarşısından keçərkən sonuncunun əyilib iş görməsinə baxarkən Arzu ilə cinsi əlaqədə olmağı düşünmüşdür. Yaşadığı evə gedib 0,5 litr spirtli içki qəbul etdikdən sonra sonuncu ilə cinsi əlaqədə olmaq fikrini qətiləşdirmişdir. Bu məqsədlə saat 23 radələrində sərxoş vəziyyətdə Arzunun yaşadığı evin həyətinə girmiş, evə açıq olmuş giriş qapısından daxil olanda sonuncunun stol arxasında əyləşib çay içdiyini görmüşdür. Arzu onu görən kimi ayağa qalxmış, o, Arzunu qolundan tutub stulda otuzdurmuş, sonuncuya xoşu gəldiyinə görə söhbət etməyə gəldiyini demişdir. Arzu ona yalnız birgə nikaha girərlərsə, onunla münasibət saxlaya biləcəyini demişdir. Arzuya birgə nikaha girmək istəmədiyini və ona son sözünü deməsi üçün vaxt verdiyini demişdir. O, otaqda siqaret çəkmək istəsə də, Arzu ona buna icazə vermədiyinə görə həyətə düşüb siqaret çəkmiş, sonra da özünün yaşadığı evə qayıtmışdır. Arzu ona yaşadığı evdən getməsi ilə bağlı yalvarmamışdır. Arzunun yaşadığı evdə olarkən üzərində və ya əlində bıçaq olmamış, sonuncunu hər hansı formada, o cümlədən bıçaqla hədələməmişdir. Arzuya qarşı zor tətbiq etməmiş, sonuncu ilə öz razılığı ilə və ya zorla cinsi əlaqədə olmamışdır (İ cild, səh. 93-100, 108-111). - Sabirabad Rayon Prokurorluğunda 29 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində isə həm məhkəmə istintaqı, həm də Sabirabad RPŞ-də verdiyi, yuxarıda göstərilən ifadələrindən fərqli olaraq göstərmişdir ki, 10 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həyətdə olanda sonuncuya xoşu gəldiyinə görə cinsi əlaqədə olmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs ondan xoşu gəlmədiyini dediyinə görə Zərərçəkmiş şəxs yaşadığı evə girməmiş, oradan özünün yaşadığı evə qayıtmışdır (İ cild, səh. 198-201). - 29 may 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata Sabirabad Rayon Məhkəməsində baxılarkən verdiyi izahatında isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilir, əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxsdən üzrə istəyir (Sabirabad Rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli, 4(056)45/2022 nömrəli qərarına əsasən - İ cild, səh. 117-120). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai araşdırma zamanı 05 may 2022-ci il tarixli izahatı, 24 və 28 may 2022, 14 iyul 2022-ci il tarixli ifadələrinin (İ cild, səh. 37-40, 61-64, 96-100, 160-165) məzmununu təsdiq edərək göstərmişdir ki, 11 aprel 2022-ci il tarixə keçən gecə saat 00:10 radələrində Sabirabad rayonu, Qaragüney kəndində yerləşən yaşadığı evin qonaq otağındakı çarpayıda uzandığı vaxt otağın işığının söndüyünü, qapıya tərəf baxarkən kiminsə əlindəki bıçaqla üzərinə gəldiyini görmüşdür. Həmin şəxs ona yaxınlaşıb sol əli ilə boğazından tutub sıxmış, sağ əlindəki bıçağı boğazına dirəmiş, ona “səsini kəs, əgər qışqırsan sənin başını kəsəcəm” demişdir. O, həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs (bundan sonra – Bəxtiyar) olmasını bilmişdir. Əvvəllər sonuncu ilə onun arasında hər hansı münasibət olmamışdır. Bəxtiyarın onunla cinsi əlaqədə olmaq istədiyini deməsindən qorxduğuna görə ondan uzaqlaşmasına nail olmaq məqsədilə Bəxtiyardan həmin gün ona toxunmamasını xahiş etmiş və sonuncuya guya sabahı gün onun yaşadığı evə gələrsə, cinsi əlaqədə ola biləcəyi barədə yalan vəd vermişdir. Lakin Bəxtiyar ondan əl çəkməmiş, onu soyundurmaq məqsədilə əynində olmuş xalatın sol çiynini dartıb cırmış, o biri əli ilə onu sinəsindən itələyib çarpayının üzərinə yıxmış, onun üzərinə uzanıb əynində olmuş xalatı soyundurmuş və tumanını dartıb çıxarmış, öz əynində olmuş şalvarın zəncirbəndini açıb cinsiyyət orqanını çıxarmış və onunla iki dəfə zorla cinsi əlaqədə olmuşdur. Bu zaman Bəxtiyar hər iki əli ilə onun qollarından tutub saxladığına və Bəxtiyarın əlində bıçaq olduğuna görə o, qorxusundan səsini çıxara bilməmiş, Bəxtiyara müqavimət göstərə bilməmişdir. Sonuncu cinsi ehtirasını təmin etdikdən sonra ona evindən gedəcəyi halda, barəsində şikayət edəcəyini zənn etdiyinə görə gecə onun yaşadığı evdə qalacağını demişdir. Bəxtiyarın getməsinə nail olmaq məqsədilə sonuncuya cavabında evindən gedərsə, barəsində şikayət etməyəcəyinə dair yalan vəd vermişdir. Bəxtiyar əvvəlcə onun sözünə inanıb getmək üçün evinin giriş qapısına tərəf getsə də, sonra fikrindən daşınıb ona tərəf qayıtmış, onu sol qolundan sıxıb özünə tərəf çəkmiş, dodağından öpmüş, əlini paltarının üzərindən sinəsinə və aşağı ətraflarına sürtmüş, bundan sonra həyətə düşmüşdür. O, dərhal sonra yaşadığı evin giriş qapısını bağlamış, digər otağa keçib pəncərəni də bağlamaq istəyəndə, pəncərənin bağlı olduğunu görmüşdür. Hadisədən əvvəl həmin pəncərəni açıq vəziyyətdə saxladığına görə Bəxtiyarın yaşadığı evə oradan daxil olduğunu bilmişdir. Bu zaman sonuncu həyətdən ona “əgər qışqırsan, kiməsə nəsə desən, gəlib sənin başını kəsəcəyəm, tutulsam, mənim adamlarım var, sənin başını kəsəcəklər” demişdir. O, “WhatsApp” proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** mobil nömrədən qonşuluğunda yaşayan Şahid2 (bundan sonra - Aqşin) mobil telefonuna yaşadığı evə kiminsə girdiyi barədə mesaj yazmış və bir neçə dəfə zəng etmişdir. Lakin Aqşin zənglərinə cavab verməmişdir. Buna görə də “WhatsApp” proqramı vasitəsilə qonşuluğunda yaşayan əmisi övladı Şahid1 (bundan sonra - İslam) arvadı Şahid3 (bundan sonra - Aygün) mobil telefonuna “evdə adam vardı, həyətə çıxartmışam, dərhal bizə gəl” məzmununda mesaj yazmışdır. Bundan təxminən 10 dəqiqə sonra İslam, Aygün, Aqşin və sonuncunun qardaşı Cabir onun həyətinə gəlmiş, lakin Bəxtiyarı həyətdə tapmamışlar. Həmin vaxt Aygünə Bəxtiyarın onunla zorla cinsi əlaqədə olduğunu demiş, bu hadisədən utandığına görə Aygündən bu barədə hər hansı şəxsə deməməsini xahiş etmişdir. Bundan sonra o, Sabirabad RPŞ-nin X7 gedib hadisə barədə ümumi məlumat vermişdir. Qaragüney kənd uşaq bağçasında tərbiyəçi işlədiyinə və kənd sakinlərindən utandığına görə 05 may 2022-ci il tarixə qədər iş üzrə X7 verdiyi məlumatda, hadisə yerinə baxış keçirilərkən və məhkəmə-tibb eksperti tərəfindən müayinə edilərkən şifahi, təhqiqatçı və müstəntiqə yazılı qaydada verdiyi izahatlarında Bəxtiyarın onunla zorla cinsi əlaqədə olduğunu deməmişdir. Aygünün ondan təkidlə tələb etməsindən sonra Bəxtiyarın onunla zorla cinsi əlaqədə olması barədə ilk dəfə 05 may 2022-ci il tarixdə müstəntiqə izahat vermişdir. Bəxtiyarla barışmır, sonuncuya qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının dövlət ittihamçısının təklif etdiyi həddə təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-in 330.1-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı 11 aprel 2022-ci il tarixdə Sabirabad RPŞ-nin təhqiqatçısı Məhəbbət Hümbətova və 14 aprel 2022-ci il tarixdə Sabirabad RPŞ-nin müstəntiqi Mirzahid Abasova verdiyi yazılı izahatlarında məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, iş üzrə hadisə zamanı Təqsirləndirilən şəxs onu iradəsinə zidd olaraq sol qolundan tutub sıxmaqla özünə tərəf çəksə də, soyundurmaq üçün əynində olmuş qısaqol xalatı dartmaqla ön sol yuxarı hissəsini cırsa da, əli ilə sinəsindən vurmaqla yatağa yıxsa da, onun cəld tərpənib çarpayıda oturaq vəziyyətə gəlməklə özünü müdafiə etməsi, qışqıraraq qonşuluqda yaşayan şəxsləri çağıracağından ehtiyat etməsi və sabahı gün onun yaşadığı evə gələrsə, cinsi əlaqədə olacağı barədə verdiyi yalan vədinə inanmasına görə onun yaşadığı evin həyətinə çıxması, bundan sonra oraya ona kömək etmək üçün qonşuluqda yaşayan şəxslərin gəlməsini görüb hadisə yerindən qaçması səbəbindən onunla cinsi əlaqədə ola bilməmişdir (İ cild, səh. 5, 6, 24-27). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 01 aprel 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində yaşadığı evdə yatarkən həmkəndlisi, əri Şahid1 (bundan sonra - əri) əmisi qızı Zərərçəkmiş şəxs (bundan sonra - Arzu) istifadəsində olan mobil telefondan onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə “WhatsApp” proqramı vasitəsilə “Aygün İslamla tez bizə gəl, evimə kimsə girib” məzmununda mesaj göndərmişdir. O, Arzuya nə baş verdiyi barədə səsli mesaj göndərmiş, sonuncu ona mesajına qulaq asa bilmədiyi və yaşadığı evə dərhal gəlmələrini istədiyi barədə mesaj göndərmişdir. Buna görə də əri ilə birlikdə Arzugilə getmiş, bağça tərəfdən sonuncunun həyətinə daxil olanda əri ona kiminsə darvazadan qaçıb getməsini gördüyünü, həmin şəxsin kim olmasını dəqiq görə bilməsə də, əlamətlərinə görə həmkəndlisi Təqsirləndirilən şəxs (bundan sonra – Bəxtiyar) bənzətdiyini demişdir. Onlar evə giriş qapısını döydükdən sonra Arzu qapını açmışdır. Onlar evə daxil olanda sonuncunun həyəcanlı, saçının dağınıq və sol qolunda xəsarətlər olduğunu, həmçinin əynində olmuş xalatın çiyin hissəsinin cırıldığını gördüklərinə görə Arzudan nə baş verdiyini soruşmuşlar. Sonuncu cavabında Bəxtiyarın onun yaşadığı evə pəncərədən girdiyini, onunla zorla cinsi əlaqədə olmaq istədiyini demişdir. Bundan sonra o, Arzu ilə təklikdə olanda sonuncu Bəxtiyarın onunla zorla cinsi əlaqədə olduğunu demişdir. O, Arzuya bu barədə polisə məlumat verməsini təklif etsə də, Arzu cavabında uşaq bağçasında tərbiyəçi işlədiyinə və kənd sakinlərindən utandığına görə polisə Bəxtiyarın onunla zorla cinsi əlaqədə olduğu barədə məlumat vermək istəmədiyini demişdir. Onlardan təxminən 5 dəqiqə sonra Arzunun qonşuları Şahid2 və sonuncunun qardaşı Cabir Arzugilə gəlmişlər. Aqşin və Cabir yaşadıqları evə qayıtdıqdan sonra o və əri Arzu ilə birlikdə X7 getmişlər. Göstərdiyi səbəbdən o, ərinə bundan təxminən 4-5 gün sonra Bəxtiyarın Arzu ilə cinsi əlaqədə olduğu barədə demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Şahid3 ilə sonuncunun ifadəsində onlara aid göstərdiyi müvafiq hallar barədə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Sabirabad RPŞ-nin X5 məsul növbətçisi İ.Muradov tərəfindən tərtib edilmiş “Şifahi ərizə haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə hadisə barədə verdiyi məlumat həmin tarixdə saat 00:30 radələrində özünə məxsus evdə yatdığı vaxt Bəxtiyar adlı həmkəndlisinin onun yataq otağına girib ağzını əli ilə tutması, ona barəsində şikayət edəcəyi halda, əlindəki bıçaqla başını kəsəcəyini deyib getməsi məzmununda olmuşdur (İ cild, səh. 4). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 aprel 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş Zərərçəkmiş şəxs şifahi qaydada verdiyi izahatında 11 aprel 2022-ci il tarixə keçən gecə saat 00:10 radələrində Sabirabad rayonu, Qaragüney kəndində yerləşən yaşadığı evə qanunsuz olaraq daxil olmuş Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmaq istədiyini demiş, lakin Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olduğunu deməmiş, Təqsirləndirilən şəxs onun yaşadığı evə daxil olduğu pəncərəni və onunla cinsi əlaqədə olmaq istədiyi yeri göstərmişdir. Baxış zamanı hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol xalat qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 7-9). - “Mobil telefona baxış keçirilməsi haqqında” 06 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş mobil telefonun ekran şəkillərdən görünür ki, Şahid2 məxsus “Samsung DUOS” markalı mobil telefon aparatına baxış keçirilərkən üzərində aktiv olmuş ***-***-**- ** mobil nömrənin “WhatsApp” proqramına Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrədən 11 aprel 2022-ci il tarixdə saat 01:13, 01:18 və 01:19-da “Aqşin”, saat 01:22-də “Aqşin evə adam”, saat 01:24-də isə “Vatsapa gir” məzmununda mesajlar göndərildiyi, saat 01:19, 01:21, 01:22 və 01:24-də zənglər edildiyi müəyyən edilmişdir (İ cild, səh. 51-54). - məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 184 nömrəli rəyinin təsviri hissəsində göstərilmişdir ki, “müayinə olunanın deməsinə görə 11 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evdə yataqda uzandığı vaxt əvvəllər tanıdığı Bəxtiyar adlı şəxs pəncərədən evə daxil olmuş, əlindəki bıçağı onun boğazına dirəyib onunla zorla cinsi əlaqədə olmaq istəmişdir. Bəxtiyar onu sol qolundan sıxmaq və sinəsindən itələməklə çarpayıya uzandırmaq istəmiş, səs-küy saldıqdan sonra Bəxtiyar qaçıb getmişdir. Subyektiv olaraq əzik nahiyələrindəki ağrılardan şikayət edir. Həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol bazunun yuxarı 1/3-nin bayır və iç səthlərində, sol məmə xətti üzrə İİİ-Vİ qabırğa səviyyəsində qançırlardan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmiş, yaranma müddətləri 11 aprel 2022-ci il tarixə uyğun gəlir (İ cild, səh. 35, 36). - məhkəmə-tibbi ekspertizasının 29 iyul 2022-ci il tarixli, 4-184A nömrəli rəyində ilkin rəyə əlavə olaraq göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi (İ cild, səh. 209-211). - məhkəmə-trasoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli, 3/778 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş qısaqol xalatın ön sol yuxarı hissəsində sol yan tikişdən başlayaraq bir ədəd 140x80 mm. ölçüdə müəyyən edilmiş zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik olan dartılıb-cırılma zədəsidir. Tədqiqatın dəyəri 64 manatdır (İ cild, səh. 180-182). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 iyun 2022-ci il tarixli, 1583 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs (bundan sonra o) yüngül kəmağıllıq aşkar edilmişdir. Onda əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ittiham olunduğu əməlin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanının kifayət qədər inkişafı, praktiki həyata qarşı bələdliyi və tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də o, həmin əmələ görə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 184, 185). - Sabirabad Rayon Prokurorluğunda araşdırılması aparılmış 131C-22 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ona qarşı Azərbaycan Respublikası CM-in 149.2.4-cü maddəsi ilə əsassız olaraq ittiham irəli sürülməsi ilə əlaqədar 31 iyul 2022-ci il tarixdə Sabirabad RPŞ-nin müvəqqəti saxlama yerində saxlanıldığı kamerada çarpayının örtüyü ilə özünü asmaq istəyərkən bu cəhdinin qarşısının alınması faktı üzrə toplanmış materiallar üzrə Azərbaycan Respublikası CPMin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər iş üzrə icraatın ibtidai istintaq mərhələsində 27, 28 və 29 may 2022-ci il tarixlərdə verdiyi ifadələrində 11 aprel 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs yaşadığı evə, 29 iyul 2022-ci il tarixdə verdiyi ifadəsində isə həmin evin həyətinə sonuncu ilə cinsi əlaqədə olmaq məqsədilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaq istədiyini desə də, sonuncu ilə cinsi əlaqədə olmaması və buna cəhd etməməsi, məhkəmə istintaqı mərhələsində verdiyi ifadəsində isə ümumiyyətlə, Zərərçəkmiş şəxs yaşadığı evə və həyətinə getməməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrini müstəntiqin onu aldatması səbəbindən imzalaması, iş üzrə Zərərçəkmiş şəxs onun barəsində verdiyi şikayət üzrə Sabirabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ilə ona 15 gün müddətinə inzibati həbs tətbiq edilsə də, bundan sonra təkrarən cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona həmin cinayətə görə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə və iş üzrə törətdiyi cinayət əməllərinin ibtidai istintaq orqanı tərəfindən edilmiş tövsifinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs irəli sürdüyü dəlillərlə bağlı məntiqi ardıcıllığa uyğun olaraq öncə qeyd edir ki, sonuncunun iş üzrə Zərərçəkmiş şəxs müraciəti üzrə əvvəlcə inzibati, sonra da cinayət məsuliyyətinə cəlb edildiyi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil cinayət işi materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 3(056)464/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə Sabirabad rayonu ərazisində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamasından ibarət, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilməsi, yəni göstərilən inzibati məsuliyyətə cəlb edilməsinin hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittihamla əlaqəsinin olmaması ilə tam təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu hüquqi mövqeyə uyğun olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin 11 aprel 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq məqsədilə sonuncunun yaşadığı evə və ya həyətinə getməsi, Zərərçəkmiş şəxs cinsi əlaqədə olmağı təklif etməsi ilə bağlı olan hissələrini özünün də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, müdafiəçisinin iştirakı ilə və ona zor tətbiq edilmədən bildirib imzalaması, işin faktiki hallarına uyğun olması və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə iş üzrə sübut kimi qiymətləndirir, qalan hissələrini isə cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından iş üzrə sübut kimi nəzərə almır. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 149.2.4-cü maddəsində zərərçəkmiş şəxsi öldürmə hədəsi ilə, ona qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olma, həmin Məcəllənin 157.1-ci maddəsində isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq məqsədilə, sonuncunun Sabirabad rayonu, Qaragüney kəndində yerləşən fərdi yaşayış evinə razılığı və Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, yan tərəfdəki açıq pəncərədən daxil olması, Zərərçəkmiş şəxs bıçaq tətbiq etməklə öldürmə hədəsi ilə zor tətbiq etməsi: - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 27, 28 və 29 may 2022, 29 iyul 2022-ci il tarixli ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, - məhkəmə istintaqı və ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs verdiyi izahat və ifadələrinin müvafiq hissələri, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələri, - məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 184 nömrəli rəyi əsasında sonuncunun bədəni üzərində yaranma tarixləri 11 aprel 2022-ci il tarixə uyğun gələn, sol bazunun yuxarı 1/3-nin bayır və iç səthlərində, sol məmə xətti üzrə İİİ-Vİ qabırğa səviyyəsində qançırlardan ibarət xəsarətlərin, - məhkəmə-trasoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli, 3/778 nömrəli rəyi əsasında iş üzrə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olduğuna görə götürülmüş xalatın ön sol yuxarı hissəsində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik olan dartılıb-cırılma zədəsinin, - “Mobil telefona baxış keçirilməsi haqqında” 06 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş mobil telefonun ekran şəkilləri əsasında Şahid2 məxsus “Samsung DUOS” markalı mobil telefon aparatına baxış keçirilərkən üzərində aktiv olmuş ***-***-**-** mobil nömrənin “WhatsApp” proqramına Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən 11 aprel 2022-ci il tarixdə saat 01:13-dən 01:24-dək “Aqşin”, “Aqşin evə adam” və “Vatsapa gir” məzmununda mesajların göndərilməsi, dörd dəfə cavabsız zənglər edilməsinin müəyyən edilməsi ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. - 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsinin dispozisiyasında zorlama cinayət əməli, həmçinin “zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olma” məzmununda ifadə edildiyinə görə cinayət hüquq nəzəriyyəsində qəbul edilmiş mövqeyə əsasən zorlama cinayət əməlinin başa çatması üçün nəticəsindən asılı olmayaraq, kişi cinsiyyət üzvünün qadının uşaqlıq yoluna daxil edilməsi ilə təbii yolla cinsi əlaqə aktının başlanması tələb olunur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi zorlama cinayət əməlinin başa çatıb-çatmamasına düzgün hüquqi qiymət verilməsi üçün ibtidai istintaq orqanı və dövlət ittihamçısının cinayət işi materialları əsasında müvafiq hissədə Təqsirləndirilən şəxs qarşı istinad etdiyi sübutların təhlil edilməsi zəruridir. Cinayət işi materiallarından görünür ki, iş üzrə ibtidai istintaq orqanı hadisənin baş verdiyi zaman Zərərçəkmiş şəxs əynində olmuş qısaqol xalatın götürülməsini təmin etsə də, sonuncunun alt paltarları, Təqsirləndirilən şəxs əynində olmuş paltarlar və Zərərçəkmiş şəxs zorlamaq üçün itələyib yıxdığı çarpayının üzərində olmuş örtüklərin, eləcə də sonuncunun cinayət haqqında verdiyi məlumat və 05 may 2022-ci il tarixə qədər təhqiqatçı, müstəntiq və məhkəmə-tibb ekspertinə verdiyi izahatlarında Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmasını bildirməməsinə görə hadisədən dərhal sonra Zərərçəkmiş şəxs cinsiyyət orqanının məhkəmə-tibbi müayinə edilməsi və cinsiyyət orqanından tamponun götürülməsini təmin etməmiş, nəticədə hadisə zamanı sonuncu və Təqsirləndirilən şəxs əynində olmuş paltarlar üzərində bir-birinə aid liflərin, sonuncunun Zərərçəkmiş şəxs zorlamaq üçün itələyib yıxdığı çarpayının üzərində olmuş örtüklər üzərində Təqsirləndirilən şəxs əynində olmuş paltarlara aid liflərin, sonuncuya aid sperma ləkələrinin, eləcə də Zərərçəkmiş şəxs cinsiyyət orqanında Təqsirləndirilən şəxs aid spermanın olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin etməmiş və müvafiq ekspert rəylərinin əldə edilməsini təmin etməmişdir. Halbuki, iş üzrə ibtidai istintaq orqanı göstərilən istintaq hərəkətlərini həyata keçirib müvafiq məzmunlu ekspert rəylərini əldə etdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi zorlama cinayət əməlinin başa çatdığı barədə düzgün nəticəyə gələ bilərdi. Cinayət işi materiallarından görünür ki, iş üzrə ibtidai istintaq orqanı və dövlət ittihamçısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi zorlama cinayət əməlinin başa çatdığı barədə nəticəyə gələrkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz olaraq daxil olması və sonuncu ilə zorla cinsi əlaqədə olmasından ibarət işin hallarını təsdiq etməsi ilə bağlı yuxarıda sadalanan sübutlara, eləcə də Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı 05 may 2022-ci il tarixdən başalayaraq verdiyi izahat və ifadələrində Təqsirləndirilən şəxs onunla zorla iki dəfə cinsi əlaqədə olduğunu göstərməsinə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmasını birbaşa təsdiq edəcək, yuxarıda göstərilən sübutları əldə etmədiyi vəziyyətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zorla cinsi əlaqədə olmaq məqsədilə, öldürmə hədəsi ilə zor tətbiq etməsini təsdiq etdiyi yuxarıda qeyd edilən sübutlar (sonuncunun ibtidai araşdırma zamanı 05 may 2022-ci il tarixli izahatı, 24 və 28 may 2022, 14 iyul 2022-ci il tarixli ifadələri istisna olmaqla) məzmun və xarakterlərinə görə özü-özlüyündə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmasına, yəni həmin əməlin başa çatmasına dair sübut kimi qəbul edilə bilməz. Məhkəmə bu barədə nəticəyə gələrkən məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 184 nömrəli və 29 iyul 2022-ci il tarixli, 4-184A nömrəli rəylərinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı cinsiyyət orqanı və ətrafındakı nahiyələrində hər hansı xəsarət və ya obyektiv izinin aşkar edilməməsini də nəzərə alır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hər hansı təsir olmadan, könüllü olaraq iş üzrə 11 aprel 2022-ci il tarixdə X7 verdiyi məlumatında və hadisə yerinə baxış keçirilərkən, eləcə də məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 184 nömrəli rəyinə əsasən müayinə zamanı məhkəmə-tibb ekspertinə şifahi qaydada, 11 aprel 2022-ci il tarixdə təhqiqatçıya yazılı qaydada verdiyi izahatlarında hadisə zamanı Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmaq istədiyini, bu məqsədlə ona zor tətbiq etdiyini göstərsə də, onunla zorla cinsi əlaqədə olmasını göstərmədiyinə, xüsusilə də 14 aprel 2022-ci il tarixdə müstəntiqə yazılı qaydada verdiyi izahatında müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmadığını göstərməsi, bu halların özü-özlüyündə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş cinayət əməllərinə münasibətdə verdiyi ilkin, daha düzgün və real məlumatları özündə əks etdirməsi Zərərçəkmiş şəxs 05 may 2022-ci il tarixdən sonra verdiyi izahat və ifadələrinin Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olması barədə hissələrinin bunu təsdiq edəcək digər sübutun mövcud olmadığı şəraitdə mötəbər və inandırıcı olmaması ilə nəticələnmişdir. Məhkəmə göstərilənlərə əsasən Zərərçəkmiş şəxs iş üzrə 11 və 14 aprel 2022-ci il tarixli izahatlarını, eləcə də 05 may 2022-ci il tarixli izahatı, 24 və 28 may 2022, 14 iyul 2022-ci il tarixli ifadələrinin 11 və 14 aprel 2022-ci il tarixli izahatları ilə ziddiyyət təşkil etməyən hissələrini iş üzrə sübut kimi qiymətləndirir, 05 may 2022-ci il tarixli izahatı, 24 və 28 may 2022, 14 iyul 2022-ci il tarixli ifadələrinin 11 və 14 aprel 2022-ci il tarixli izahatları ilə ziddiyyət təşkil edən hissələrini isə iş üzrə sübut kimi nəzərə almır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olması cinayət işi materialları ilə sübuta yetirilmir. Həmin cinayət hadisəsinin baş verməsi onu təsdiq edəcək konkret sübut növü olmadan ehtimal şəklində müəyyən edilə bilməz. Bu sahədəki ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırılmadığına görə Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməlidir. Bununla yanaşı, cinayət işi materialları əsasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq məqsədilə sonuncuya qarşı məhkəmənin müəyyən etdiyi məzmunda bıçaq tətbiq etməklə, icra ediləcəyi real olmuş öldürməklə hədələmə və zor tətbiq etsə də, Zərərçəkmiş şəxs cəld tərpənib çarpayıda oturaq vəziyyətə gəlməklə özünü müdafiə etməsi, qışqıraraq qonşuluqda yaşayan şəxsləri çağıracağından ehtiyat etməsi və ona sabahı gün yaşadığı evə gələrsə, cinsi əlaqədə olacağı barədə verdiyi yalan vədinə inanmasına görə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə çıxmış, bundan sonra oraya sonuncuya mobil telefonu vasitəsilə etdiyi çağırışına əsasən kömək etmək üçün qonşuluqda yaşayan şəxslərin gəlməsini görüb hadisə yerindən qaçmışdır. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zorlamaq məqsədilə göstərilən ictimai-təhlükəli hərəkətləri etsə də, qeyd edilən səbəblərə görə sonuncu ilə cinsi əlaqədə ola bilməmiş, yəni cinayətkar niyyətini öz iradəsindən asılı olmayan başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələməklə zorlamağa cəhd etmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhdə görə, yəni 29,149.2.4-cü maddəsi ilə təqsirli bilinməlidir. Sonuncuya həmin əməlinə görə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələbinə əməl edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda müvafiq ictimai-təklükəli hərəkəti etdiyinə görə Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,149.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs verdiyi izahat və ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid2 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 aprel 2022-ci il tarixli protokol, “Mobil telefona baxış keçirilməsi haqqında” 06 may 2022-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 184 nömrəli və 29 iyul 2022-ci il tarixli, 4-184A nömrəli rəyləri, məhkəmə-trasoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli, 3/778 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 iyun 2022-ci il tarixli, 1583 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd qısaqol xalat, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Tqəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər (Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması istisna olmaqla) yuxarıda göstərilən hallarla tam təkzib edilir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Biləsuvar Rayon Məhkəməsinin 20 may 2019cu il tarixli, 1(022)58/2019 nömrəli hökmü və Salyan Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli, 7(023)332/2020 nömrəli qərarının surətlərindən görünür ki, göstərilən hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona həmin Məcəllənin 67.1, 67.4 və 68-ci maddələrinə əsasən həmin cinayət əməlinə görə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 1(050)132/2018 nömrəli hökmü ilə təyin olunmuş 2 (iki) il müddətə islah işləri cəzası qismən birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2018-ci il tarixdən hesablanmış, göstərilən qərarla Təqsirləndirilən şəxs üzərində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1, 18.4, 83.1 və 83.3.3cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş az ağır cinayət əməlinə görə məhkumluğu onun hazırki iş üzrə Azərbaycan Respublikası CM-in 29,149.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini 11 aprel 2022-ci il tarixdə, yəni az ağır cinayətə görə məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilmiş iki illik müddət bitmədən törətməsi səbəbindən ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs iş üzrə törətdiyi, Azərbaycan Respublikası CM-in 29,149.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlində cinayətlərin sadə residivi mövcuddur. - Sabirabad RİHB-nın Qaragüney kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Sabirabad rayonu, Qaragüney kəndində tək yaşamış, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir (İ cild, səh. 143, 144). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, onun Biləsuvar Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməlinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsi edilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cəzasını yüngülləşdirən halın olmadığını, əməlində cinayətlərin sadə residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu (Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən), təyin olunacaq cəzanın islah olunmasına təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs həmin Məcəllənin 29,149.2.4-cü maddəsi ilə əməlində cinayətlərin sadə residivi olduğuna görə 65.2-ci maddəsində sadə residivə görə müəyyən edilmiş həddən az olmamaqla, konkret olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 157.1-ci maddəsi ilə aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzaları, həmin Məcəllənin 66.3 və 68.1.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 may 2022-ci il tarixdən (“Şübhəli şəxsin tutulması haqqında” 27 may 2022-ci il tarixli protokola əsasən – İ cild, səh. 87) hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Prokurorluğunda saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol xalat məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,149.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 29,149.2.4-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə islah işləri cəzası müvafiq olaraq dörd günə bir gün hesabı ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq Sabirabad Rayon Prokurorluğunda saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol xalat məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar