Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-542/2025 19.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, Füzuli rayonu Qarakollu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 20 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-68/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2025-ci il tarixdə, saat 12:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti məhkəməyə məlum olmayan İran İslam Respublikasının sakini ilə 8000 (səkkiz min) manat məbləğində pulun müqabilində külli miqdarda narkotik vasitə - təmiz halda çəkisi 8330 qram qurudulmuş marixuana və xüsusilə külli miqdarda psixotrop maddə - təmiz halda çəkisi 1790 qram metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirib onun sonradan deyəcəyi məkana yerləşdirəcəyinə kömək edəcəyini ona vəd etmiş, daha sonra əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məhkəməyə məlum olmayan şəxs tərəfindən onun köməkliyi ilə həmin külli miqdarda narkotik vasitə marixuana və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilib Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşdirilmiş, 19 fevral 2025-ci il tarixdə, saat 21 radələrində həmin külli miqdarda narkotik vasitə marixuana və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini qəsdən satış məqsədilə qanunsuz olaraq əldə etmək istəyərəkən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən 4-cü sərhəd zastavasının arxa hüdudlarında sərhədçilər tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyərək külli miqdarda narkotik vasitə, yəni 8330 qram qurudulmuş marixuana və xüsusilə külli miqdarda psixotrop maddə, yəni 1790 qram metamfetamini qəsdən satış məqsədilə qanusuz olaraq əldə etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran vətəndaşı ilə telefonla danışmış, İranlı ona konum atdıqdan sonra o, Füzuli rayonuna gedərək oradan İranlıya konum atmış, İranlının yükün olduğu konumu atmasını gözləmiş, konum atıldıqdan sonra həmin yerə gedib yükü götürüb Bakı- Horadiz avtomobil yolununun kənarında bir yerə qoymalı, İranlının öz adamı gəlib həmin yerdən yükü götürəcəkdi. O, yükü götürmədən sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “Nasir” adlı İranlı ilə danışmış, danışdığı telefon bibisi oğlu Rəşad Ağayevə məxsus olmuşdur. İranlı ondan narkotik vasitələri daşımaq istəyib-istəməməsini soruşmuş, bu iş üçün İranlı ona 8.000 (səkkiz min) manat məbləğində pul təklif etmişdir. Narkotik vasitələrin qoyulacağı konumu, İranlı ona narkotik vasitələri olduğu yerdən götürdükdən sonra göndərəcəyini demişdir. İranlı narkotik vasitələri Bakı-Horadiz avtomobil yolunun kənarına qoyacaqdı. İranlı narkotik vasitələri qoyacağı yeri əvvəlcədən ona deməmiş, o konum əsasında həmin yerə gedəcəkmiş. O, yükü götürməmişdir. Telefonda olan şəkillər ona aid deyil, ondan əvvəl tutulan şəxsə aiddir. Birinci dəfə iranlının adamı ona narkotik vasitələri necə daşımaq lazım olduğunu göstərmiş, sonra bir dəfə onun yanında olmuş və bir yerdə daşımışlar, daha sonra ikinci dəfə o, narkotik vasitələri daşımaq üçün gedəndə onu sərhədçilər tutmuşlar. O, əvvəllər tək, narkotik vasitələri hansısa bir əraziyə aparıb qoymamışdır. Narkotik vasitələri olduğu yerdən, başqa yerə qoymaq üçün iranlının adamı ilə birgə yalnız bir dəfə getmişdir. Götürəcəyi narkotik vasitə 10 (on) kq marixuana olmalı idi. O, iralının dediyi yerə “Mercedes” markalı taksi sürücüsü ilə getmişdir. İranlı ona, həmin yerə getməsini və ona konum atacağını demişdir. Sərhəd xidmətinin əməkdaşları ilə axtarış apararkən narkotik vasitənin olduğu bağlama açıq ərazidə olmuşdur. Sərhədçilər onu tutandan sonra İranlı ona zəng etmiş və onun tutulduğunu bilmişdir. İranlı ilə bibisi oğlunun Whatsapp proqramı vasitəsi ilə danışmış, İranlı özü ona zəng etmişdir. Onun İranlı olduğunu səsindən oxşatmışdır. Əvvəl bir dəfə İranlının adamı ilə narkotik vasitələri həqiqətən də müəyyən yerə qoymuşdur. İranlının adamı onun yanına “ağ çeşka”da gəlmişdir. İranlı 8.000 (səkkiz min) manat məbləğində pulu ona öz adamının vasitəsi ilə verəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs atasının birinci Qarabağ müharibəsində şəhid olduğunu, əməlindən peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsinin) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 19 fevral 2025-ci il tarixdə 19-cu sərhəd zastavasının rəisi sərhəd naryadının İ sahə istiqamətində uçuş aparatının uçuş səsinin edşidildiyi barədə ona məruzə etmişdir. Sərhəd zastavası “silaha” komandasına qalxmış, o, da ərazi komendantı olaraq bir qrup düzəldərək mühəndis çəpərinin arxa istiqamətində pusqu qurmuş və bir nəfər şəxsin sahənin içərisində nə isə axtardığını görmüş, həmin şəxsi saxlamışdır. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onunla sorğu-sual edəndə o, cüzdanını axtardığını demiş, lakin sonradan etiraf etmişdir ki, narkotik vasitələri götürməyə gəlmişdir. Daha sonra həmin ərazi axtarılmış və sarı bağlamada narkotik vasitələr aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Elməddini saxlayanda onun yanında heç kim olmamışdır. Elməddinin əlində heç nə olmamışdır. Elməddin narkotik vasitələrin arxasınca gəldiyini demiş, həmin an İranlı da dayanmadan Elməddinə zəng etmişdir. Narkotik vasitələri Elməddini saxladıqları yerdən 15-20 metr aralıda tapmışlar. Elməddini saxladıqları yer mühəndis çəpərindən 3 kilometr içəridir və qadağan olunan ərazi deyildir. Narkotik vasitələr pilotsuz uçuş aparatı ilə bir başa sərhdə buraxılmır, bir qədər içəri buraxılır. Həmin ərazidə “seyidin qəbristanılığı” deyilən yeri həmişə “orientir” kimi götürürlər. Başqa bir şəxs də Elməddinin saxlanıldığı ərazidə gəzə bilər, həmin ərazi qadağan olunmuş ərazi deyil. Onlar dron səsi eşitdikləri üçün arxa tərəfdə sübhəli şəxsi saxlamışlar və sorğu sual etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında o, kapitan Əlizadə, kapitan Sadıqov və sürücü əsgər Məmmədli iştirak etmişlər. Ərazidə sarı bağlama aşkar etmişlər, sonra o, məruzə etmiş, təhqiqatçılar gəlmiş, hal şahidlərinin iştirakı ilə bağlama açılaraq baxılmış və hərbi hissəyə aparılmışdır. Onların sərhəddən 25 kilometr arxaya şübhəli şəxsi saxlamağa sorğu-sual etməyə icazələri var. Onlar dron səsini eşitməsəydilər Elməddini saxlamayacaqdılar. Həmin ərazi əkin sahəsidir, ora başqa şəxslər də gəlirlər. O, özü dron səsi eşitməmişdir, ona zastava rəisi məruzə etmişdir. Ehtimal edir ki, ərazidə tapılan narkotik vasitə, əraziyə dronla gətirilmişdir, çünki bağlamanın üzərində xalta olmuşdur. Elməddini saxlayanda iran nömrəsi ilə onun telefonuna zəng gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 fevral 2025-ci il tarixdə N nömrəli hərbi hissənin təhqiqatçısı Tural Fətullayev tərəfindən ona 19-cu sərhəd zastavasının arxa hüdudlarında narkotik vəsitə olması ehtimalını bildirmiş və təklif etmişdir ki, həmin narkotik vasitələri ərazidən götürmədə və narkotik vasitələrə baxışın keçirilməsində hal şahidi qismində iştirak etsin. O razılıq verdikdən sonra birlikdə 19-cu sərhəd zastavasının 1-ci sahəsinin arxa istiqamətində qeyd olunan əraziyə getmişlər. Onunla birlikdə digər hal şahidi Nürəddin Bəbirov, saxlanılan şəxs Təqsirləndirilən şəxs və hərbi qulluqçular da olmuşdur. Təhqiqatçı tərəfindən onların iştirakı ilə ərazidən bir ədəd bağlama aşkar olunaraq götürülmüş və sərhəd zastavasına gətirilmişdir. Sərhəd zastavasında bağlamalara baxış keçirilməyə başlanılmışdır. Qeyd olunan bağlamalar açıldıqda içərisindən bükülü halda ümumi çəkiləri 8600 qram narkotik vasitə marixuanaya və 2000 qram metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 fevral 2025-ci il tarixdə N nömrəli hərbi hissənin təhqiqatçısı Tural Fətullayev tərəfindən ona 19-cu sərhəd zastavasının arxa hüdudlarında narkotik vəsitə olması ehtimalını bildirmiş və təklif etmişdir ki, həmin narkotik vasitələri ərazidən götürmədə və narkotik vasitələrə baxışın keçirilməsində hal şahidi qismində iştirak etsin. O razılıq verdikdən sonra birlikdə 19-cu sərhəd zastavasının 1-ci sahəsinin arxa istiqamətində qeyd olunan əraziyə getmişlər. Onunla birlikdə digər hal şahidi Şahid2, saxlanılan şəxs Təqsirləndirilən şəxs və hərbi qulluqçular da olmuşdur. Təhqiqatçı tərəfindən onların iştirakı ilə ərazidən bir ədəd bağlama aşkar olunaraq götürülmüş və sərhəd zastavasına gətirilmişdir. Sərhəd zastavasında bağlamalara baxış keçirilməyə başlanılmışdır. Qeyd olunan bağlamalar açıldıqda içərisindən bükülü halda ümumi çəkiləri 8600 qram narkotik vasitə marixuanaya və 2000 qram metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etimş, bundan sonra cinayətkar qrupun üzvüləri arasında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti istintaqa məlum olmayan şəxs külli miqdarda narkotik vasittə olan təmiz halda çəkisi 8330 qram qurudulmuş marixuananı və psixotrop maddə olan 1790 qram metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək Təqsirləndirilən şəxs təhvil vermək üçün qabaqcadan razılaşdıqları istiqamətdə, yəni N nömrəli hərbi hissənin Füzuli rayonunda yerləşən 4-cü zastavanın arxa hüdudlarında gizlədib İran İslam Respublikasına qayıtmışdır. Göstərilənlərlə əlaqədar Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı ilə əlaqədar İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisi ədliyyə mayoru X6 və İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi ədliyyə baş leytenantı X3 ibarət istintaq qrupu yaradılmışdır.(İ cild, i.v.1-2) -“Cinayət işinin icraata qəbul edilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır.(cild 1, i.v.3) -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandiri polkovnik Samir Salamovun 20 fevral 2025-ci il tarixli məktubundan görünür ki, 19 fevral 2025-ci il tarixdə 19-cu sərhəd zastavasının 1-ci sahəsində arxa istiqamətində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır.(cild 1, i.v.6) -“Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş xəritədən görünür ki, N nömrəli hərbi hissənin 19cu sərhəd zastavasının 1-ci sahəsinin arxa istiqamətində, Füzuli rayonu, Böyük Bəhmənli kənd ərzisində bir ədəd bağlama aşkar olunaraq götürülmüşdür.(cild 1, i.v.9-11) -“Narkotik vasitəyə baxış keçirilməsi haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasının 1-ci sahəsinin arxa istiqamətində Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə aşkar olunaraq götürülmüş bir ədəd bağlamaya baxış keçirildi, bağlamanın içərisindən ümumi çəkisi 10 kq 600 qramiçərisində şəffaf yapışqan sellofanla sarınmış halda 8 (səkkiz) ədəd böyük büküm, çəkisi 8 kq 600 qram narkotik vasitə marixuanaya bənzər maddə və 9 ədəd plastik qabda qablaşdırılmış çəkisi 2 kq metamfetaminə oxşar psixotrop maddə aşkar olunaraq götürüldü. Daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr 1 ədəd bağlamada qablaşdırıldı və möhürləndi.(cild 1, i.v.12-13) -“İnzibati qaydada tutma haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə saat 00:10 radələrində inzibati qaydada tututlmuşdur.(cild 1, i.v.14) -“Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən 01 ədəd redmi markalı smartfon mobil telefon və 188 (yüz səksən səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.15-16) -“Materialların məhkəmə ekspertizası, məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 20 fevral 2025-ci il tarixli, 6/818 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün №21” dairəvi möhür əksi olan torbadakı 9 (doqquz) ədəd plastik butulkada ayrı-ayrılıqda təmiz çəkiləri 195 qram, 200 qram, 200 qram, 200 qram, 200 qram, 195 qram, 200 qram, 200 qram, 200 qram, ümumi təmiz çəkisi 1790 qram (1 kq 790 qram) ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(cild 1, i.v.26-30) -“Məhkəmə-bioloji ekspertizasının” 20 fevral 2025-ci il tarixli, 7/343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli sintetik torbada 8 (səkkiz) ədəd üzəriləri skoçla bağlanmış yaşıl rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1045,0 qram, 1045,0 qram, 1040,0 qram, 1040,0 qram, 1035,0 qram, 1045,0 qram, 1035,0 qram, 1045,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 8330 qramdır.(cild 1, i.v.31-35) -“Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:20-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.37) -“Mobil telefona və mobil kartlara baxış keçirilməsi haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Redmi” markalı mobil telefona baxış keçirilərkən üzərində ***-***-**-** saylı nömrənin olması müəyyən edilmişdir. Mobil telefonun içərisində olan məlumatlara baxış keçirilərkən hadisə günü, yəni 19 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası operatoruna məxsus +**********47 saylı nömrə ilə Whatsapp vasitəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlarının və yazışmalarının olması müəyyən edilmişdir. Belə ki, 19 fevral 2025-ci il tarixdə narkotik vasitənin olduğu yerin koordinatları, narkotik vasitənin fotoşəkilləri təqsirləndirilən şəxsə göndərilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin 11 fevral 2025-ci il tarixdə də Füzuli rayonu ərazisindən narkotik vasitə götürməsi, həmin vasitələri Bakı şəhərinə gətirməsi, narkotik vasitələr ilə bağlı sonu 902 ilə bitən ağ rəngli avtomaşınla görüşməsi, daha sonra həmin narkotik vasitələri müvafiq yerlərdə gizlədərək koordinatları iranlıya atması da müəyyən edilmişdir.(cild 1, i.v.84-91) -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 4(009)-68/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.96-97; 118-121) -“Maddi sübut kimi tanıma haqqında” 24 fevral 2025-ci il tarixli qərar ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 8329,2 qram olan qurudulmuş marixuana narkotik vasitəsi və qalıq çəkisi - 1789,73 qram olan metamfetamin psixotrop maddəsi, həmçinin 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir.(cild 1, i.v.138-139) -“Azərbaycan Respublika Psixiatriya Xəstəxanası” X21 27 mart 2025-ci il tarixli, 3- 28-29/2-2891/2025 nömrəli, arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır.(cild 1, i.v.153) -“Respublika Narokloji Mərkəzi” X15 12 mart 2025-ci il tarixli, xx/xx-3284 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur.(cild 1, i.v.154) -“Ambulator məcburi narkoloji tibbi yoxlama”nın 10 mart 2025-ci il tarixli, 1449 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v.26-27) -“Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, İran İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşı X7 və qeyrilərinin barəsində hazırki cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 318.1, 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir.(cild 2, i.v.37-38) -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4- 1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur.(cild 2, i.v.40-41) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı çıxış edərək verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2 və 29,234.4-1-ci maddəsinə tövsif edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə dövlət ittihamçısının bu mövqeyi ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. İşi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məhkəməyə məlum olmayan İran İslam Respublikasının sakini ilə 8000 (səkkiz min) manat məbləğində pulun müqabilində külli miqdarda narkotik vasitə - təmiz halda çəkisi 8330 qram qurudulmuş marixuana və xüsusilə külli miqdarda psixotrop maddə - təmiz halda çəkisi 1790 qram metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirib onun sonradan deyəcəyi məkana yerləşdirəcəyinə kömək edəcəyini ona vəd etmiş, bu məqsədlə 19 fevral 2025-ci il tarixdə, saat 21 radələrində həmin külli miqdarda narkotik vasitə marixuana və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini qəsdən satış məqsədilə qanunsuz olaraq əldə etmək istəyərəkən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən 4-cü sərhəd zastavasının arxa hüdudlarında sərhədçilər tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyərək külli miqdarda narkotik vasitə, yəni 8330 qram qurudulmuş marixuana və xüsusilə külli miqdarda psixotrop maddə, yəni 1790 qram metamfetamini qəsdən satış məqsədilə qanusuz olaraq əldə etməyə cəhd etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 29-cü bəndində göstərilmişdir ki, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Beləliklə, məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair təklifinin kifayət qədər əsaslandırıldığını, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrindən həmin Məcəllənin 32.5,206.2 və 29,234.4-1-ci maddələrinə tövsif edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 10-cu bəndində qeyd olunmuşdur ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. Siyahılara əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2 qram, xüsusilə külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 400 qram hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.2 və 29,234.4-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, “narkotik vasitəyə baxış keçirilməsi haqqında" protokoldan, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə və psixotrop maddə yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.2 və 29,234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1-439/2006 nömrəli, 22 dekabr 20026-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 200 manat cərimə cəzasına məhkum edilmişdir. (cild 1, i.v.94, 209-211) -Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Qarakollu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 maprt 2025-ci il tarixli, 5-43-34/2-02/2025 nömrəli arayışdan və həmin tarixli 5-43-34/2-03/2025 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anasından və bacısından ibarətdir, atası X4 xx.xx.1992-ci il tarixli Füzuli rayonu, Qaradağlı kəndində torpaqların azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1, i.v.149-150) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs şəhid övladı olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlini qismən etiraf etməs, ailə və maddi vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X12rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X10 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən xüsusilə ağır cinayət əməli törətməyə cəhd etməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 32.5,206.2 və 29,234.4-1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs bir neçə cinayət əməlini törətməkdə təqsirləndirildiyi üçün ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət- Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 fevral 2025-ci il tarixdən hesablanmalı və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 4(009)-68/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 186 (bir yüz səksən altı) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 186 (bir yüz səksən altı) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 8329,2 qram qurudulmuş marixuananın qalığı və 1789,73 qram psixotrop maddə hesab edilən metamfetaminin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Cinayət-Prosessual Məcəllənin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2 və 29,234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4-1-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan - 20 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 8329,2 qram qurudulmuş marixuananın qalığı və 1789,73 qram psixotrop maddə hesab edilən metamfetaminin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan saxlanılan Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli Hakim Cavanşir Nəbiyev Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-542/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-542/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver