Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-544/2022 01.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nasir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onların nümayəndəsi-Şirvan Regional vəkil bürosunun vəkili X2 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Soltanğa oğlunun iştirakları ilə xx xxxxxx 1998-ci ildə Sabirabad rayonu Qarağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qaragac kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs hərbi xidmətdə olarkən arvadı Şahid3 Sabirabad rayonu Qarağac kəndində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, aralarında yaxın münasibətlər yaranmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs Şahid3 qonşusu Zərərçəkmiş şəxs1lə yaxın münasibətdə olmasından və ona xəyanət etməsindən şübəhlənmişdir. 28 yanvar 2022-ci il tarixdə gecə saatlarında o, Şahid3 istifadəsində olan mobil telefonu yoxlayarkən, Zərərçəkmiş şəxs1 Humaya zəng edib telefonuna kontur yüklədiyini, Humayın isə ona «həyatım» deyə müraciət etdiyini aşkar etmşdir. Humayın ona xəyanət etdiyinə əmin olduqdan sonra o, sonuncunu döyüb evdən qovmuş, Zərərçəkmiş şəxs1 isə qisas almaq üçün onu qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə münasib vaxt və şərait gözləmiş, həmin gün axşam saat 21 radələrində özü ilə bıçaq götürüb İmaməlinin yaşadığı evə getmiş, sonuncunun anası Şahid1 və atası Qurbanqulu Hacıyevlə görüşüb, onları valideynlərinin çağırdığını bildirərək aldadıb evlərinə dəvət etmişdir. Şahid1 və Qurbanqulu Hacıyevin onun yaşadığı evə getdiyinə əmin olduqdan sonra Zərərçəkmiş şəxs1 yaşadığı evə qayıtmış, giriş qapısını açıb içəri daxil olarkən həmin vaxt qarşısına Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 çıxmış, əlindəki bıçaqla yaşadığı mənzilə daxil olmasına görə sonuncu ona, «sən burada nə gəzirsən» deyərək etiraz etmiş, lakin o, Zərərçəkmiş şəxs2 sözlərinə məhəl qoymayaraq sinəsindən geri itələyərək zor tətbiq edib onun iradəsi ziddinə mənzilə daxil olmuş, otaqlarda İmaməlini axtarmağa başlamış, həmin vaxt evdə olan Zərərçəkmiş şəxs1 onu görüb arxasınca gəldiyini bilərək, otaqdan çıxıb həyətə qaçarkən İmaməlini təqib edib pilləkənlərin önündə tutmuş və qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirməyə başlamışdır. Onlar mübahisə edə-edə evin darvazasının yanına gəlmiş, İmaməlinin arvadı Zərərçəkmiş şəxs2 isə qışqıraraq səs-küy salıb kömək çağırmış, sonuncunun qışqırıq səsələrini həmin vaxt Təqsirləndirilən şəxs evində olan İmaməlinin anası Şahid1 eşidib dərhal evinə, yəni hadisə yerinə gəlmiş, ora çatdıqda Hikmətin, oğlu Zərərçəkmiş şəxs1lə mübahisə etdiyini görmüş, onlara yaxınlaşdıqda İmaməli «Ay mama deşik-deşik elədi məni» deyib kömək etməsini istəmiş, Hikmət isə, buna məhəl qoymaraq «sən hələ ölməmisən» deyərək anası Şahid1 gözləri qarşısında sonuncuya müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, xüsusi iztirab və əzab verməsini dərk etməklə Zərərçəkmiş şəxs1 sol qoltuqaltı xətt üzrə 8-9-cu qabırğa səviyyəsində döş boşluğuna keçən, diafraqmanın sol kümbəzini yaralayan bir ədəd yara, sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində qarın boşluğuna keçən dalağın zədələnməsi ilə, daxili və xarici qanaxma ilə müşayiət olunan kəsici-deşici alətin –bıçağın təsirindən əmələ gəlmiş bir ədəd yaradərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid iki yara, sol arxa qoltuqaltı xətt üzrə boşluqlara keçməyən bir ədəd yara, qarnın ön səthində orta xətt üzrə göbəkdən aşağıda qarın boşluğuna keçməyən bir ədəd yara, sol baldırın yuxarı 1/3də ön səthdə bir ədəd yara-cəmi üç ədəd kəsici deşici alətin-bıçağın təsirindən əmələ gəlmiş dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş niyyətini davam etdirərək növbəti zərbələri vurmaq istəyərkən Şahid1 onu tutub təpikə və sillə ilə vuraraq kənara çəkməklə mane olmuşdur. Zərərçəkmiş şəxs1 həmin vaxt hadisə yerinə gəlmiş atası Qurbanqulu Hacıyev və digər yaxınları tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına vaxtında çatdırıldığından göstərilən zəruri ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, Təqsirləndirilən şəxs bilavasitə iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sabirabad rayonu Qarağac kəndində yaşayır Arvadı Humayla qonşusu İmaməlinin münasibətinin olduğunu öyrənmiş, 28 yanvar 2022-ci il tarixdə gecə saat 1 radələrində telefonunda arvadı Humayla qonşusu İmaməlinin səs yazısına qulaq asmış, səs yazısında İmaməlinin Humaya onun xəbəri olmadan kontur göndərdiyini, Humayın İmaməli ilə xoş danışdığını, ona «həyatım» deyə müraciət etdiyini aşkar etmişdir. Səsyazısını Humaya və evdə valideynlərinə dinlətmişdir. Sonra isə qonşusu İmaməlini və onun valideynlərini də evinə çağırıb həmin səs yazısını dinlətmiş, İmaməli səs yazısının ona aid olmadığını bildirmişdir. İmaməlinin atası səs yazısının oğlu İmaməliyə aid olduğunu demiş, ondan üzr istəmiş və məsələni yoluna qoyacaqlarını bildirmişdir. X5 ilə yaxın münasibətdə olmasından daha da şübhələnmiş və 28 yanvar 2022-ci il tarixdə axşam saatlarında məsələni aydınlaşdırmaq və söhbət etmək üçün qonşuluqdan yaşayan İmaməlinin evinə getmiş, özü ilə bıçaq da götürmüşdür. İmaməlinin valideyniləri çölə çıxmışlar, onlara yalandan öz atası və anası çağırdığını deyərək evlərinə yola salmışdır. Sonra İmaməlini çağırmış, İmaməli evin giriş qapısının pilləkənlərində dayanıb gəlməyəcəyini deyib ondan həyəti tərk etməsini tələb etmişdir. O, əsəbləşmiş, İmaməlini pilləkəndən aşağı dartmış, aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əlindəki bıçaqla bir neçə dəfə İmaməlinin qarnından böyründən dizindən vurmuşdur. İmaməlini neçə dəfə vurmasını xatırlamır. Qaçıb evlərinə gəlmiş və qapının qarşısında dayısı Amili görmüşdur. Sonra təslim olmaq üçün Sabirabad rayonunun Qaragüney polis bölməsinə gəlmiş, orada baş vermiş hadisəni danışmış və bıçağı təhvil vermişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, hadisə zamanı İmaməlinin evinə daxil olmamış, onun arvadına zor tətbiq etməmişdir. Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamışdır. Öldürmək istəsə onu ürəyindən vurardı. İmaməli ilə aralarında baş vermiş mübahisə evin həyətində olmuş, otağa daxil olmamışdır. Zərərçəkmiş şəxs1 vurarkən İmaməlinin anası Şahid1 orada olmamış, digər ailə üzvləri bunu görməmişdir. Şahid1 onların yanına gələndə o, artıq İmaməlidən aralanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sabirabad rayonu Qarağac kəndində yaşayır. 28 yanvar 2022-ci il tarixdə saat 21 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onlara gəlib anası Laləni və atası Qurbanqulunu öz evlərinə çağıraraq valideyinlərinlərinin onlarla görüşmək istədiyini demişdir. Valideyinləri Hikmətgilə getmiş, evdə arvadı və uşaqları ilə qalmışdır. Bir neçə dəqiqə keçdikdən sonra o, evin qonaq otağında olarkən Hikmət anidən otağa girmiş, həmin vaxt arvadı Aysel Hikmətin qarşısına çıxmış, «sən nə gəzirsən burada» deyərək içəri daxil olmasına etiraz etmiş, buna baxmayaraq Hikmət əlləri ilə Ayselin sinəsindən geri itələmiş və onun üstünə gəlmiş, bıçaqla bir dəfə onun ürək nahiyəsindən zərbə endirmiş, onlar dartış-dartışa evin həyətinə düşmüşlər. Pilləkənlarin önündə, Hikmət ona növbəti zərbələri vurmuş, mübahisə edə-edə evin həyətdəki su hovuzuna tərəf gəlmişlər. Həmin an anası Lalə onların səs küyünə hadisə yerinə gəlmiş, lakin Hikmət saktiləşməmiş, anasının yanında «Bu ölməyib hələ» deyərək növbəti dəfə ona bıçaq zərbəsi endirmişdir. X6 tutub sillə və təpiklə vuraraq kənara çəkmiş, bundan sonra Hikmət oradan qaçıb uzaqlaşmışdır. Bıçaq zərbələrindən ağır xəsarətlər aldığı üçün atası Qurbanqulu onu avtomobilə mindirib Şirvan şəhər xəstəxanasına aparmış, orada ona tibbi yardım göstərildiyindən ölməmişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq ifadəsində göstərmişdir ki, Hikmətin arvadı Humayla hər hansı bir yaxın münasibətdə olmamışdır. Hikmət onların yaxın münasibətdə olmalarından şübələndiyi üçün onu öldürmək istəmişdir. Öz maşını ilə taksi fəaliyyəti ilə məşğul olur. Hadisədən əvvəl maşınla Humaygilin yaşadığı evin qarşısından keçərkən Humayı görmüş, Humay ona telefonuna kontur almaq üçün 2 manat pul vermişdir. Yaxınlıqdakı dükandan kontur alıb Humaya zəng edərək şifrələri demiş, telefonda danışarkən Hikmət bunu bilmişdir. Aldığı xəsarətlə bağlı müalicəsinə çoxlu xərci çıxıb və uzun müddət işsiz qalıb. Hazırda Hikməti bağışlamır, ondan şikayətçidir və onunla barışmır. Ona vurulmuş ziyanın əvəzi olaraq 8000 manat, əldə çıxmış fayda və mənəvi ziyana görə 4000 manat pul, ödədiyi dövlət rüsumuna görə 60 manat 40 qəpik tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əri İmaməli, onun valideyinləri və uşaqları ilə birlikdə Sabirabad rayonu Qarağac kəndində yaşayırlar. Qonşuları Təqsirləndirilən şəxs ailə qurandan sonra tanımışdır. Qonşu kimi münasibətləri normal olmuşdur. 28 yanvar 2022-ci il tarixdə gecə saat 22 radələrində ailə üzvləri, əri İmaməli, azyaşlı uşaqları, eləcə də qayınanası Lalə və qayınatası Qurbanqulu evdə olarkən Hikmət onlara gəlib qayınanası Lalə və qayınatası Qurbanqulunu atası Cəmilin çağırdığını bildirmiş, onlar da evdən çıxıb getmişlər. Hikmət də onlarla çıxıb getmişdir. Bundan bir neçə dəqiqə sonra Hikməti öz evində görüb təəcüblənmiş və ona «sən burada nə gəzirsən» deyərək evdən çıxmağı tələb etmiş, Hikmətin sağ əlində gizlətdiyi bıçağı görmüşdür. Həmin vaxt əri İmaməli isə mətbəx otağında siqaret çəkirmiş. Hikmətə mane olmaq üçün onun qarşısına çıxmış, lakin Hikmət onu əlləri ilə sinəsindən möhkəm geri itələmiş, sonra İmaməliyə tərəf irəliləmiş, İmaməli bunu gördükdə dərhal otaqdan həyətə çıxıb qaçmışdır. Hikmət də İmaməlinin arxasınca düşmüş, aralarında mübahisə baş vermiş, həyət qaranlıq olduğundan Hikmətin İmaməlini necə, hansı şəraitdə vurmasını görməmişdir. Sonradan isə həyətin girişində İmaməlinin anası Lalənin qışqırığını eşitmiş, bundan sonra özünü itirmiş, baş verənlərdən xəbəri olmamışdır. Sonra eşitmişdir ki, Hikmət İmaməlini bıçaqla vurub ona çoxsaylı xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, Hikmətlə barışmır, onu bağışlamır, ondan şikayətçidir. Ona və ərinə vurulmuş ziyanın əvəzi olaraq 8000 manat, bir müddət əri işləmədiyi üçün və mənəvi ziyana görə 4000 manat pul və ödədiyi dövlət rüsumunu tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2022-ci il tarixdə saat 22 radələrində evdə olarkən qonşuluqda yaşayan Hikmət onlara gəlib əri Qurbanqulunu və onu evlərinə çağırmış, anası və atasının onlarla görüşmək istədiyini bildirmişdir. Hikmətin çağırışı ilə o, və əri Qurbanqulu Hikmətgilə getsə də, Hikmət özü onlarla getmiş, lakin özü evə daxil olmamış, küçədə dayanmışdır. Evə keçdikdə Hikmətin atası onları çağırmadığını demiş və anası Validə onları görüb əllərini dizinə vuraraq «az, get evinizə balanı öldürməyə getdilər» deyərək səs-küy salmışdır. Validənin bu sözlərindən sonra evləri tərəfə qaçmış, həmin vaxt gəlini Ayselin qışqırıq səslərini eşitmişdir. Evin darvazasından içəri daxil olub Hikmətlə İmaməlinin dalaşdıqlarını, Hikmətin İmaməlini bir neçə dəfə bıçaqla vuraraq «ə, bu hələ ölməyib» sözlərini demiş, Hikmətin İmaməlini növbəti dəfə də bıçaqla vurmaq istədiyini görüb aralarına girmiş və Hikmətə oğlunu vurmağa imkan verməyərək onu tutub geri çəkmiş, üstünə gedib sillə və təpiklə vuraraq oradan uzaqlaşdırmışdır. Hadisədən sonra İmaməlini ərinin maşını ilə təcili xəstəxanaya çatdırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Hikmətin doğma dayısıdır, Sabirabad rayonu Qarağac kəndində yaşayır. 28 yanvar 2022ci il tarixdə gündüz vaxtlarında bacısı Validəgilə gəlmiş, oradan polis əməkdaşının Hikmətdən izahat aldığının görmüşdür. Məlum olmuşdur ki, Hikmət arvadı Humayla qonşusu İmaməlini telefon danışığını aşkar etmiş və Humayın ona xəyanət etdiyini düşünmüş, aralarında mübahisə olmuş, Humay polisə şikayət etmişdir. Bundan sonra o, əsəbləşib evlərinə çıxıb getmişdir. Həmin gün axşam saat 22 radələrində yenidən bacısı Validəgilə gəlmiş, evdə qonşuları olan İmaməlinin anası Lalə və atası Qurbanqulunu görmüşdü. Qurbanqulu Hikmətin atası Cəmildən onu çağırmasının səbəbini soruşmuş, Cəmil də onu çağırmadığını bildirmişdir. Onlar geri qayıdıb gedərkən birdən İmaməlinin evi tərəfdən qışqırıq səslərini eşitmiş, kimsə Hikmətlə İmaməlinin savaşdığını, bıçaqla vurduğunu demişdir. Həyətə çıxmış və Hikmətin onun maşınının yanında dayandığını görmüşdür. Hikmət ona, «İmaməlini bıçaqla vurmuşam, məni Qaragüney polis bölməsinə apar, təslim olmaq istəyirəm» demişdir. Yanvarın 29-a keçən gecə saat 1 radələrində Hikmət Qaragüney polis bölməsinə təslim olmuş, oradan isə Sabirabad RPŞ-yə aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Hikmətlə evlənmiş, ərinin valideyinləri ilə birlikdə Sabirabad rayonu Qaragac kəndində yaşamışlar. Hikmət müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olmuş, onun hərbi xidlməti təxminən bir il müddətdində davam etmişdir. İmaməlini bir qonşu kimi tanımışdır. İmaməli onların evlərində heç kimin olmamasından istifadə edib, tez-tez onlara gəlmiş, onu hədələmiş, yaxın münasibətdə olmalarını tələb etmişdir. Hətta İmaməli onunla yaxın münasibət qurmayacağı təqdirdə özündə olan şəkilləri ilə şantaj edəcəyini bildirmişdir. O, İmaməlidən həmin şəkilləri istəsə də, İmaməli verməkdən imtina etmişdir. Bundan sonra o, qorxmuş, İmaməliyə «nə istəyirsə verim, məndən əl çək» demiş, lakin İmaməli ondan əl çəkməmiş, buna görə o, məcbur olub bir ədəd boyunbağı sep və bir ədəd qolbağını İmaməliyə vermişdir. Qorxduğu üçün ailə üzvlərinə bu barədə heçnə deməmişdir. Hadisədən əvvəl, Hikmət ona «Samsung» markalı mobil telefon almışdır. Telefonu işlədərkən İmaməli ona zəng etmiş, həmin nömrəyə kontur yükləyəcəyini demiş, onunla əlaqə saxlamasını tələb etmişdir. İmaməli ona bir neçə dəfə zəng etmişdir. 28 yanvar 2022-ci il tarixdə gecə satlarında əri Hikmət İmaməlinin ona zəng edib kontur yükləməyini bilmiş, İmaməli ilə arasında olan danışığa dair səs yazısını ona dinlətmiş və onu döymüş, İmaməli ilə ona xəyanət etdiyini bildirmişdir. Polisə şikayət etmiş və həmin gün günorta saatlarında uşaqlarını da götürüb anasıgilə getmiş, bir daha Hikmətgilə qayıtmamışdır. Axşam isə əri Hikmətin İmaməlini bıçaqla vurduğunu eşitmişdir. Hadisə zamanı orada olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Əliağa qızı ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 28 avqusat 2018-ci il tarixdə Qarağac kənd sakini Şahid3 ilə ailə qurmuş, nigahları rəsmiləşdirilməmişdir. Onlar birlikdə yaşamışlar. Oğlu Hikmət evləndikdən sonra hərbi xidmətə getmiş, bir il xidmətdə olmuşdur. Bundan istifadə edən qonşuluqda yaşayan İmaməli onun gəlini Humayla yaxın münasibətdə olmuşdur. Bir neçə dəfə İmaməliyə bu məslə ilə bağlı iradını bildirmişdir. İmaməli isə Humayla əlaqəsinin olmadığını demişdir. Humay da bu məsələni inkar etmişdir. Bu barədə nə oğlu Hikmətə nə də ki, əri Cəmilə deməmişdir. Sonradan isə oğlu Hikmət özü İmaməlinin Humayla əlaqəsinin olmasından şübhələnmiş, 28 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində Hikmət onları yuxudan oyatmış, telefonda Humayla İmaməlinin danışığını tutduğunu bildirmiş, səs yazısını onlara dinlətmişdir. Səs yazısında o, Humayın İmaməliyə «həyatım sağol» deyərək müraciəti etdiyini eşitmişdir. Bundan sonra oğlu Hikmət əsəbləşmiş, Humayla mübahisəsi olmuş və arvadı uşaqlarını da götürüb anasıgilə qayıtmışdır. Buna görə Humay Hikmətdən polisə şikayət etmişdir. Səhəri gün Hikmət Humayın istifadəsində olan mobil nömrəyə daxil və xaric olan zəngləri çıxardıb gətirmiş və həmin zəng siyahısına baxanda Humayla İmaməlinin dəfələrlə telefon vasitəsi ilə danışdıqlarının şahidi olmuşdur. Həmin gün axşam qardaşı Amil onlara gəlmişdir. Hikmət əsəbi halda evdən çıxmışdır. Aradan biraz keçmiş İmaməlinin anası Lalə və atası Qurbanqulu onlara gəlmiş, içəri keçib onları nə üçün çağırdıqlarını soruşmuşlar. Onları heç kimin çağırmadığını bildirən zaman, küçədə İmaməlinin arvadı Ayselin qışqırıq səslərini eşitmişlər. Dərhal Lalə, onun arxasınca isə Qurbanqulu evlərinə tərəf qaçmışlar. Evinin darvazasından küçəyə çıxan zaman Hikmətin qapıya tərəf gəldiyini və İmaməlini bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra Hikmət təslim olmaq üçün dayısı Amillə birlikdə Qaragüney polis bölməsinə getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində arvadı Şahid4 Əliağa qızının göstərdikləri xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın Qaragüney polis bölməsinin əməkdaşı, polis mayoru X1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2022-ci ildə Qaragüney polis bölməsində növbətçi qismində xidmətdə olarkən yanvarın 29-a keçən gecə saat 1 radələrində adını və soyadını sonradan bildiyi Qaragac kənd sakini Təqsirləndirilən şəxs dayısı Amil ilə bölməyə gələrək həmkəndlisi Zərərçəkmiş şəxs1 bıçaqla vurduğunu etiraf edərək təslim olduğunu, eyni zamanda cinayətin aləti olan bıçağı da təqdim etdiyini, lakin Hikmət dərhal rayon polis şöbəsinə göndərildiyindən onun könüllü gəlməsi barədə protolun tərtib olunmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30 aprel 2022-ci il tarixli 215 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol qoltuqaltı xətt üzrə 8-9-cu qabırğa səviyyəsində döş boşluğuna keçən, diafraqmanın sol kümbəzini yaralayan bir ədəd yara, sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində qarın boşluğuna keçən dalağın zədələnməsi ilə, daxili və xarici qanaxma ilə müşayiət olunan bir ədəd yara-cəmi iki ədəd yara kəsici-deşici alətin –bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə gürə həyat ğzğn təhlğkəli olan sarlamlgra AĞİR zərər vurmaya aiddir. Qeyd olunmuş sol arxa qoltuqaltı xətt üzrə boşluqlara keçməyən bir ədəd yara, qarnın ön səthində orta xətt üzrə göbəkdən aşağıda qarın boşluğuna keçməyən bir ədəd yara, sol baldırın yuxarı 1/3-də ön səthdə bir ədəd yara-cəmi üç ədəd kəsici deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-trasoloji və ballistik ekspertizaların 08 aprel 2022-ci il tarixli, 3/400, 3/401 №-li rəylərindən nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. -tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar (bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd mayka, bir gecə paltarı) üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin geyim əşyalarının üzərində olan zədələr öz formasına, quruluşuna, və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 19 mart 2022-ci il tarixli 714 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə tədqiq edilmiş üzləşmə protokolundan görünür ki, Şahid1 təqsirləndirilən şəxs Hikmətin Mirzəyevin üzünə oğlu İmaməlini onun gözləri qarşısında bıçaqla vurduğunu onu bir daha ifşa etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Sabirabad rayonu Qaragac kəndi Zərərçəkmiş şəxs1 yaşadığı evdir. 4 avqust 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 8-ci bəndinə əsasən bir bıçaq, İmaməli Hacıevin hadisə zamanı əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd mayka və bir ədəd gecə paltarı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad rayon prokurorluğunun «maddi sübutlar otağı»na təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, sadəcə arvadına sataşdığı üçün onu cəzalandırmaq istəməsi, həmçinin İmaməlinin yaşadığı evə daxil olmaması və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməməsinə dair xüsusatlar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində göstərdiyi hallar, yəni Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmaması, sadəcə arvadına sataşdığı üçün sonuncunu cəzalandırmaq istəməsi, habelə İmaməlinin yaşadığı evə daxil olmaması və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertizanın rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlər və iş materialları ilə tam təkzib olunur. Belə ki, zərərçəkmiş şəxs Aysəl Hacıyeva ifadəsində Hikməti gözləmədən mənzildə gördükdə təəcüblənmiş və ona «sən burada nə gəzirsən» deyərək evdən çıxmağı tələb etmiş, lakin Hikmət onun iraəsi ziddinə evdən çıxmayaraq əri İmaməlini axtarmağa başlamış, Hikmətə mane olmaq üçün onun qarşısına çıxmış, lakin Hikmət onu əlləri ilə sinəsindən vuraraq möhkəm geri itələmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə vermiş olduğu ifadə və özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə heyəti təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək üçün soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı bıçaqla zərərçəkmiş şəxsin yaxın qohumu – anası Şahid1 gözləri qarşısında xüsusi amansızlıqla həyat üçün təhlükəli olan döş boşluğuna, qarın boşluğuna, 8,9,10-cu qabırga səviyyəsində qarın boşluğuna keçən ağır dərəcəli bədən xəsarətləri yetirmiş, bu zaman hadisə yerinə gələn zərərçəkmiş şəxsin anası Şahid1 onu sillə və təpiklə vurduqdan sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 vaxtında göstərilən tibbi yardım nəticəsində Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iradəsin zidd olaraq mənzilə daxil olmuş, Zərərçəkmiş şəxs2 sinəsindən itələyərək ona qarşı zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə müstəsna dərəcədə rəhimsizlik göstərək Zərərçəkmiş şəxs1 anası Şahid1 gözləri qarşısında bıçaqla xəsarətlər yetirməklə sonuncuya əzab verdiyini, habelə zərərçəkmiş şəxslərin iradəsi ziddinə mənzilə daxil olub Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməsini dərk etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarına əsasən qəsdən adam öldürməyə cəhdə görə “təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, ... ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. ... Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır”. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 29,120.2.4 və 157.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, istintaq orqanının «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 29 yanvar 2022-ci il tarixli protokolu ilə müəyyən olunur ki, həmin tarixdə, saat 17:15-də Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs kimi istintaq orqanı tərəfindən tutulmuş, 31 yanvar 2022-ci il tarixdə CM-nin 126.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Sabirabad Rayon Məhkəməsinin 31 yanvar2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkna tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 18 may 2022-ci il tarixli 288 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı Şahid3, 2019-cu il təvəllüdlü qızı Ayan Mirzəyevadan, 2021—ci il təvəllüdlü Mehdi Mirzəyevdən ibarətdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra Sabirabad RPŞ-nın Qaragüney polis bölməsinə könüllü gəlib təqsirini boynuna almışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və CM-nin 59.1.10cü maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla ona həmin Məcəllənin 29,120.2.4 və 157.2-ci maddəsində nəzərdə tutulmuş həddə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların omamasını, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə növündə cəzanı məhkum edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 63.3cü maddəsinin müddəaları nəzərə alınmaqla ona həmin Məcəllənin 29,120.2.4-cü maddəsi ilə cəza təyin edərkən təyin olunacaq cəza həmin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin - 20 il azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən, yəni 15 ildən çox ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Yuxarıda qeyd olunanlara və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığına görə CM-nin 59.1.10-cü maddəsinə əsasən ona təqsirləndirildiyi CM-nin 29,120.2.4-cü maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın son həddi, yəni 15 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən -11 il 3 aydan artıq, CM-nin 157.2-ci maddəsilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının son həddi, yəni 1 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 9 aydan artıq olmamalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzaya hesablanıb qəti cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı verdikləri mülki iddialarında sonuncunun onlara cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 8000 manat, əldə çıxmış fayda və mənəvi zərər kimi vurulmuş 4000 manat, verilmiş mülki iddiaya görə ödənilən dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxslər-mülki iddiaçılar tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Təqsirləndirilən şəxs vurduğu mənəvi ziyana görə 2000 manat və dövlət rüsumuna görə 60 manat 40 qəpik olmaqla, cəmi 2060 manat 40 qəpik məbləğində pul tutulub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməli, Azərbaycan Respublikası CPM-in “Cinayət mühakimə icraatında mülki iddia” adlanan XİX fəslində mülki iddiaçıya törədilmiş cinayət əməli ilə bağlı əldən çıxmış fayda formasında ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmadığına görə, verilmiş mülki iddianın maddi ziyanın ödənilməsi ilə bağlı olan qalan hissəsi, habelə cinayət nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 8000 manat pulun ödənilməsi ilə bağl məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Sabirabad rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd gecə paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 29,1202.2.4-cü maddəsilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.2-ci maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. İş üzrə zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş mənəvi ziyana görə 2000 manat və verilmiş mülki iddia ilə bağlı ödənilmiş dövlət rüsumuna görə 60 manat 40 qəpik olmaqla, cəmi 2060,40 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxslərəmülki iddiaçılara ödənilsin. Mülki iddianın maddi ziyanın ödənilməsi ilə bağlı olan qalan hissəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq Sabirabad rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd gecə paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-544/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-544/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver