Məhkəmə qərarları › İş №1(099)-544/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-544/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-544/2024 11.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Lüvəsər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində istintaqla dəqiq müəyyən edilməmiş mənbədən bir ədəd bükümdə təmiz çəkisi 2,151 qram olmaqla külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsi əməkdaşlarının 04 fevral 2024-cü il tarixdə, saat 18:30-da Lənkəran şəhəri, M.M.Axund küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq Regional şöbənin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə heroin sellofan kəsiyi bükümündə əynində olan şalvarın sağ yan cibindən aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Narkotik vasitə olan heroin istifadəçisidir. Narkotik vasitələri tanımadığı şəxslərdən alıb qəbul etmişdir. Ona və ailəsinə köməklik edən rəhmətlik dayısı olmuş, əvvəl dayısı, sonra isə yeznəsi dünyasını dəyişmiş, daha sonra anasının gözləri kor olmuşdur. Bütün bunlar ona pis təsir etdiyindən yüngülləşmək üçün narkotik vasitədən istifadə etməyə başlamışdır. Amma narkotik vasitə istifadə etməyi ona daha pis təsir göstərmişdir. Narkotik vasitəni “Kiçik Bazar” ərazisində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən almışdır. Həmin şəxs ona üzərində təxminən iki qramdan çox heroin olduğunu və 50 (əlli) manata satdığını bildirmiş, narkotik vasitəni götürsə də, pulunu verməmişdir. Həmin günü aldığı narkotik vasitə heroindən istifadə etmiş, qalanını isə cibinə qoymuşdur. 04 fevral 2024-cü il tarixdə Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt mülki geyimdə olan bir neçə nəfər yaxınlaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu deyib, onu regional şöbənin inzibati binasına aparmışlar. Regional şöbənin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd alışqan, “Kent” siqaret qutusu, şalvarının arxa sağ cibindən “Nokia” markalı mobil telefon, sol yan cibindən 13 (on üç) manat pul, sağ yan cibindən isə bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində “kakos”, yəni heroin olduğunu və 03 fevralda Lənkəran şəhərində Bayrambəy Məmmədlidən aldığını bildirmişdir. Halbuki, həmin narkotiki Bayrambəydən almamışdır. Ondan öncə Bayrambəy polis əməkdaşları tərəfindən saxlanıldığı küçədə tutulduğuna görə polislər çəkilişdən öncə ona narkotik vasitəni Bayrambəydən alıb-almadığına dair suallar vermişlər deyə, qorxusundan çəkiliş zamanı həmin maddəni sonuncudan aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş bir büküm heroin ekspertizaya təqdim olunması məqsədilə zərfə qoyulub bağlanaraq möhürlənmiş, üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra tərəflərindən imzalanmış, “Nokia” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etiyi üçün götürülmüş, sonradan aşkar edilmiş digər əşyalarla birlikdə özünə qaytarılmışdır. Şəxsi axtarış aparılması barədə protokol yazılıb, ucadan oxunmuş, o və başqa iştirakçılar tərəfindən imzanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, təxminən bir il olar ki, narkotik vasitədən istifadə edir. Birbaşa heroin istifadə etməyə başlamışdır. Əvvəllər bərbərliklə məşğul olmuş, son vaxtlar anasının ayaqları tutulandan sonra evdə anasına baxmaqla məşğul olmuşdur. Anasına baxdığına görə aylıq 100 (bir yüz) manat pul alır. Adətən 5-10 (beş-on) manatlıq narkotik vasitə almışdır. Sonuncu dəfə ucuz olduğuna görə iki qramdan çox heroini 50 (əlli) manat müqabilində almış, lakin ödəniş etməmişdir. 04 fevral 2024-cü il tarixdə kredit borcunu ödəmək üçün banka getmək məqsədi ilə “1635” taksi xidmətinə zəng vurmuş, elə həmin vaxt polis əməkdaşları onu tutmuşlar. Həmin vaxt polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polis əməkdaşları onu saat 18:30 radələrində deyil, 15:00 radələrində tutmuş və Bayrambəyin adını çəkməyə məcbur etmişlər. Narkotik istifadəçisi olduğu üçün çox peşmandır. Məhkəmədən ona mümkün qədər aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımış, aralarında qohumluq münasibəti, ədavət və ya düşmənçilik olmamışdır. İcraatına Təqsirləndirilən şəxs barəsində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə regional şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş, rəhbərlik tərəfindən Vaqifin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, şöbənin polis nəfərləri Şahid3 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 04 fevral 2024-cü il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.M.Axund küçəsinin yaxınlığında piyada hərəkət etdiyini görüb, onu nəzarətə götürmüşlər, daha sonra isə yaxınlaşıb polis əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələr gəzdirməkdə şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib, regional şöbənin inzibati binasına aparmışlar. Regional şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir ədəd alışqan, “Kent” siqaret qutusu, “Nokia” markalı mobil telefon, bir qədər pul və bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq göstərilməmiş, o özü də tutularkən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Lənkəran şəhər sakini Bayrambəy Məmmədlidən aldığını demişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bayrambəy tutularaq istintaqa cəlb olunmuş və sonuncu narkotik vasitələrin satışı ilə məşğul olduğunu, 2,27 qram narkotik vasitəni Vaqifə satdığını etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, Bayrambəy Məmmədlini tanımamış, Təqsirləndirilən şəxs dedikdən sonra əməliyyat-axtarış tədbirlərini davam etdirib Bayrambəyi tutmuşlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki,: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 05 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 04 fevral 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 04 fevral 2024-cü il tarixli qərarı və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanması məqsədi ilə həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-08). Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 04 fevral 2024-cü il tarixli raportundan görünür ki, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30 radələrində Lənkəran şəhəri, M.M.Axundov küçəsində yerləşən Lənkəran Rayon Yanğından Mühafizə Şöbəsinin yaxınlığında küçədə hərəkətdə olan zaman saxlanılaraq regional şöbəyə aparılmışdır (iş vərəqi 09). Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 04 fevral 2024-cü il tarixli qərar, protokol və eyni tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sənədlər ona təqdim olunmuş və yaxın qohumlarına məlumat verilmişdir (iş vərəqi 19-21). Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 04 fevral 2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə, saat 19:45-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin üzərindən “Nokia” markalı mobil telefon, iki ədəd beş manatlıq və üç ədəd bir manatlıq pul əskinası olmaqla cəmi 13 (on üç) manat pul aşkar olunmuşdur. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk protokola əlavə olunmuşdur və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 29-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 19/108 nömrəli, 05 fevral 2024-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,151 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Narkotik vasitə olan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,051 qram çəkidə heroin ibtidai istintaq orqanına geri qaytarılmış, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (iş vərəqi 45-48). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 06 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və bu barədə qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 54-55). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 06 fevral 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (iş vərəqi 66). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 4-084 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şöbənin müvəqqəti saxlama yerindən 06 fevral 2024-cü il tarixdə, saat 18:00-da azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 67-68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X9 Yoxlamanın 05 fevral 2024-cü il tarixli, 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulundan yarananan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 70). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 97 nömrəli, 05 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqi 72-73). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 81-82). Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 04 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miaqdarda narkotik vasitə heroini nə vaxt, hardan, kimdən əldə etməsi, əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, əlaqə saxladığı şəxslərin dairəsi, onun həyat tərzi, məşğuliyyəti, nakotik vasitələr və ya psixotrop maddələrin daşınmasında başqa bir şəxsin olub-olmaması və başqa cinayətlərdə iştirak edib-etməməsini yoxlanılması istiqamətində keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, o, narkotik vasitələrin daşınması, qəbulu ilə məşul olsa da, həmin maddələrin satışı ilə məşğul olmamışdır (iş vərəqi 93). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 15 aprel 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi 2,151 (qalıq 2,051) qram narkotik vasitə heroin və onun üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin əks olunduğu videogörüntüyə dair bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır (iş vərəqi 96-97). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 15 aprel 2024-cü tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin 03 aprel 2024-cü il tarixli məktubu ilə daxil olmuş CD-R modelli diskə baxış zamanı mesaj mətnlərində xx.xx.2024-ci il tarixdə, saat 23:38-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 333-86-65 saylı mobil nömrədən 99450 ***-**-** saylı mobil nömrəyə “SALAM QARDAŞ. NECESEN. VEZİYYET KEXF EHVAL NECEDİ QAQA. İNSAALLAH GELENDE YADDAN ÇİXARTMA SEN CANİ l.DENE NİVA 2.DENE OBİRSİ CURE QAQA MENE VACİB LAZİMDİ”; həmin tarixdə, saat 23:38də 050 320-05-23 mobil nöməyə “SENE HEYRAN. QAQA GOTURENDE FİKİR VERESEN MEME VERDİNE ONDAN 2.DENE KESMİSTİLER O BİRSEY DEYİLE YENEDE DEDİMKİ BİLESEN ONAGORE DEDİM MENİ BİLİRSEN SENNEN 2.DENE SÖHBETİN EDEN OQLAN DEYİLEM QAQA. SAQOL İNŞALLAH GOSUSERİK GELENKİMİ MENE XEBER ET XAİS EDİREM QAQA.. SAQOL BRAT...” məzmunda iş üçün əhəmiyyət kəsb edə biləcək mesajlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə X2 məxsus 051 ***-**-** saylı mobil nömrə ilə 2024-cü ilin yanvar ayının 06-dan fevral ayının 04-dək bir neçə dəfə, 04 fevral 2024-cü il tarixdə, saat 09:15-dən saat 14:40-dək səkkiz dəfə danışıqları olmuşdur (iş vərəqi 94-95; 99; 103). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 və 06 may 2024-cü il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, ailə tərkibi xx.xx.2009-cu il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il təvəllüdlü üç uşağından ibarətdir (bu barədə şəxsiyyət vəsiqələrinin surətləri məhkəməyə təqdim olunmuşdur) və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 105-107). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 1859 nömrəli, 21 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (iş vərəqi 111). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” 10 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyini müəyyən etmək üçün hazırki cinayət işinin materiallarından ayrıca icraata material ayrılmışdır (iş vərəqi 112-116). Təqsirləndirilən şəxs imzaladığı qəbzdən görünür ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar olunaraq götürülmüş “Nokia” markalı mobil telefon onun özünə qaytarılmışdır (iş vərəqi 120). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsi, tibbi sənəd (icbari tibbi sığorta haqqında), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən “Əlillik haqqında” arayış, etibarnamə və “Əlilliyi olan şəxslərə qulluq haqqında” arayışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası Marifə Şükürova İ qrup gözdən əlildir və ona qulluq Təqsirləndirilən şəxs həvalə olunmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 8 (səkkiz) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuşdur. Açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisinin vasitəsi ilə iştirak etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin o, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, habelə ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlilin məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməli olduğu qənaətinə gəlir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində bir bükümdə təmiz çəkisi 2,151 qram olmaqla külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlaması, bu barədə məlumat almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşlarının 04 fevral 2024-cü il tarixdə Lənkəran şəhəri, M.M.Axund küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq şöbənin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə heroinin sellofan kəsiyi bükümündə əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 04 fevral 2024-cü il tarixdə, saat 18:30-da deyil, 15:00 radələrində tutulması, saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bayrambəy Məmmədlidən almaması, polis əməkdaşlarının təkidi ilə Bayrambəyin adını çəkməsi barədə irəli sürdüyü dəlilləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə şahid ifadələri, ekspertiza rəyləri, habelə digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30 dəqiqədə tutulması göstərilmiş və bu protokol sonuncu tərəfindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində polis əməkdaşları tərəfindən 04 fevral 2024-cü il tarixdə, saat 18 və 18:30 radələrində saxlanıldığını, üzərindən aşkar olunmuş narkotik vasitəni əvvəlcə Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində tanımadığı şəxsdən, sonra isə Bayram adlı şəxsdən aldığını etiraf etmişdir. O, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrdə polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq hərəkətlərinə məruz qalmadığını bildirmişdir. Bundan başqa, cinayət işi üzrə dindirilmiş şahidlərin hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs saxlanılıb şöbəyə gətirilərək üzərinə baxış keçirilən zaman üzərindən aşkarlanmış narkotik vasitəni Bayram adlı şəxsdən aldığını etiraf etməsini bildirmişlər. Şahid1 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs etirafı nəticəsində sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bayrambəy Məmmədli tutularaq istintaqa cəlb olunmuş və sonuncu narkotik vasitələrin satışı ilə məşğul olduğunu, 2,27 qram narkotik vasitəni Vaqifə satdığını etiraf etmişdir. Bundan əlavə məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən DVD diskə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı üzərindən aşkarlanan kütlənin heroin olmasını və bir gün əvvəl Lənkəran şəhərində Bayram adlı şəxsdən özü qəbul etmək üçün əldə etmişdir. Bundan başqa, mobil telefon danışıqlarının əks olunduğu CD-R modelli diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 333-86-65 saylı mobil nömrə ilə Bayrambəy Məmmədliyə məxsus 051 ***-**-** saylı mobil nömrə arasında 2024-cü ilin yanvar ayının 06-dan fevral ayının 04-dək bir neçə dəfə, 04 fevral 2024-cü il tarixdə, saat 09:15-dən saat 14:40-dək səkkiz dəfə danışıqların olması müəyyən olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 234.1-ci maddəsində (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ Siyahısı”nın 1-ci maddəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan olunmuş narkotik vasitədir. Sözü gedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmənin cinayət işi üzrə mövqeyi və əsaslandığı hallar. Məhkəmə heyəti ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsi əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni məhkəmədə toplanmış sübutların məcmusu ilə də tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağının, bundan başqa, İ dərəcəli əlilliyi olan anasının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından, onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularkən 2024cü ilin fevral ayının 04-dən 06-na kimi saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu yuxarıda göstərilən cinayət əməli ilə bağlı tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi 2,151 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 2,051 qram çəkidə qalığı məhv edilməli; şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar belə qənaətə gəlir ki, onun haqqında seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülüb həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 göndərilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin 04 fevral tarixindən 06 fevral tarixinədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli həbs edildiyi, yəni 11 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarları, habelə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli müddəaları baxımından əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 göndərilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi, yəni 11 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (atmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi 2,151 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 2,051 qram çəkidə qalığı məhv edilsin; şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar