Məhkəmə qərarları › İş №1(099)-544/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-544/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-544/2025 16.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Sabirabad rayonu, Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 467/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Sabirabad rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 23 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 4(032)-113/2025 nömrəli, 25 iyul 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 yanvar 2026-cı il tarixdə, saat 11:00da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi külli miqdar hesab olunan, 0,152 qram 0,391 qram, 2,202 qram olmaqla 03 ədəd bükümdə ümumilikdə 2,745 qram çəkidə psixotrop maddə olan metamfetamini, blister kəsiyində hər birinin tərkibində 0,04 qram narkotik vasitə metadon olan 08 ədəd həbdə ümumilikdə təmiz çəkisi xeyli miqdar hesab olunan 0,32 qram narkotik vasitə metadonu, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,65 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, 02 ədəd bükümdə müvafiq olaraq 0,152 qram və 0,391 qram psixotrop maddə metamfetamini, ümumilikdə tərkbində 0,32 qram narkotik vasitə metadon olan blister kəsiyində 08 ədəd həbi şalvarının sol bel nahiyyəsindəki “Keno” markalı siqaret qutusunda, 01 ədəd kağız bükümün içərinsində 01 ədəd sellofan bükümdə 2,202 qram çəkidə psixotrop maddə metamfetamini saxlamaqla daşımış və 01 ədəd sellofan bükümdə 6,65 qram narkotik vasitə qurudulmuş marixuananı avtomobil təmiri sexində avtomobil ehtiyyat hissələrinin altında gizlədərək saxlamış, 23 iyul 2025-ci il tarixdə saat 21:28-dən saat 21:40-a dək Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının vedeoçəkilişlə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən avtomobil təmir sexində saxlanılmış, üzərinə şəxsi axtarış keçirilən zaman 02 ədəd bükümdə müvafiq olaraq 0,152 qram və 0,391 qram psixotrop maddə metamfetamin, hər birinin tərkibində 0,04 qram olmaqla tərkiblərində ümumilikdə 0,32 qram narkotik vasitə metadon olan blister kəsiyində 08 ədəd həb şalvarının sol bel nahiyyəsindəki “Keno” markalı siqaret qutusunda, 01 ədəd kağız bükümün içərinsində 01 ədəd sellofan bükümdə 2,202 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 6,65 qram olan narkotik vasitə qurudulmuş marixuana avtomobil təmiri sexində işlənmiş avtomobil ehtiyyat hissələrinin altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şirvan şəhərində avtomobillərin qeydiyyatı idarəsinin yerləşdiyi ərazidə tikinti sahəsində fəhlə işləmiş, asfalt yol ilə işdən evə gedərkən polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşaraq üstünə baxış keçirtmiş, əynindəki şalvarın kəmərində saxladığı siqaret qutusunda olan narkotik vasitəni çıxartmışlar, sonra onu yaxınlıqda olan avtoservisin içərisinə apararaq ona avtoservisin içərisində narkotik vasitə gizlətməsini boynuna almasını tələb etmişlər. O, bundan imtina etdikdə polis əməkdaşları onu döymüşlər. O, da məcbur qalıb polis əməkdaşlarının dediklərini etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Ombudsmana şikayət ərizəsi ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 8 ədəd metadon və 2 büküm sellofanda 0,5 qram metamfetamin olmuş, özü istifadə etmək üçün onları ayırmışdır. 23 iyul 2025-ci il tarixdə yaşadığı Şirvan şəhərində, “Kərbəlayı” adı ilə tanıdığı şəxsə məxsus avtoservisinin qarşısından keçərkən saat 20:00-21:00 radələrində polis əməkdaşları onu saxlamışlar. Onun işlədiyi yer avtoservisdən 2 kilometr aralıda yerləşir. O, heç vaxtı avtoservisdə işləməmiş, onu polis əməkdaşları servisə apararaq təzyiq göstərmişlər. Onun avtoservislə heç bir bağlılığı yoxdur, həmin gün ümumiyyətlə avtoservisdə olmamışdır. Saxlanılan vaxt avtoservisdə gözətçi olmuşdur. İbtidai istintaqda avtoservisdə quraşdırılmış videogörüntülərin götürülməsini tələb etsə də ona kameraların işləmədiyi deyilmişdir. Avtoservisin içərisinə daxil olduqda orda bir neçə sex olmuş, onu giriş qapısından içəri salmışlar. Avtoservisin içindən çıxan marixuananı polislər əvvəlcədən ora qoymuşlar və çəkilişdən qabaq verəcəyi ifadənin məzmununu ona demişlər. Sexin içərisinə hər kəs istədiyi vaxt daxil ola bilər, sexin qapısı bağlı olmur. Onu 5 nəfər polis əməkdaşı saxlamış, onlardan yalnız sahə müvəkkilini tanımışdır. Polis əməkdaşlarından Həmid və Emin adlı şəxslər onu sillə ilə vurmuşlar. Sillədən onda heç bir xəsarət yaranmamışdır. O, tutulana qədər metamfetamindən və M40 dərman həblərindən istifadə etmişdir. Marixuananı çöx əvvəllər istifadə etmiş, heroin istifadə etməmişdir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2024-cü ilin fevral ayında azad olunmuşdur. Metamfetamini öz istifadəsi üçün ayırmışdır. Üzərində metamfetamin və M40 dərmanın onun olmasını etiraf edir. Əvvəlcə çəkiliş çöldə olmuş, sonra onu sexə salmışlar, ona çəkiliş vaxtı sexin digər giriş qapısından gəlməsini demişlər. Onu polislər döydükləri üçün çəkiliş vaxt o, narkotik vasitə və metamfetaminin onun olmadığını deməmişdir. O, saxlanılan zaman orada vəkil iştirak etməmiş, vəkillə görüşərkən döyülməsi ilə bağlı ona heç nə deməmişdir. Polislər ona təzyiq göstərərək, ifadəsini onların istədikləri kimi verməyə məcbur etmişlər. Əməliyyatçılar və müstəntiq iş yoldaşları olduqlarına görə o, döyülməsi barədə müstəntiqə nəsə deməyin mənasız olmasını fikirləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən çıxan maddələrin ona məxsus olmasını, Bakı şəhərindən tanımadığı şəxsdən almasını, sexdən aşkar edilənlərin ona aid olmamasını, atasının rəhmətə getməsini, anasının ağır ankoloji xəstə olmasını, evin tək övladı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 25 iyul 2025-cı il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddələr istifadə edir. 2023cü ildədə xeyli miqdarda narkotik vasitənin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, həmin gün saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ərazisində, Avtovağzal istimqəmətində yerləşən “Biləcəri dairəsi” adlanan yerin yaxınlığında “Tiktok” sosial platformasında tanış olduğu, özünü “Zaur” adı ilə təqdim edən şəxslə həmin sosial platforma vasitəsilə yazışıb görüşmüşdür. Həmin şəxsdən 80 manat pul müqabilində şəxsi istifadəsi üçün 10 ədəd “40”-lıq metadon həbi, ayrı-ayrı bükümlüərdə olmaqla 02 ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq Şirvan şəhərinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 11 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində “Salyan dairəsi” istiqamətində hərəkətədə olarkən, yolun piyadalar üçün hərəkət hissəsində, sağ tərəfdə, ağacın altından 01 ədəd kağız büküm tapmış, həmin kağız bükümü açaraq içərinsinə baxdıqda içərisində 02 ədəd sellofan büküm həmin bükümlərə baxdıqda isə bükümlərdən birində qurudulmuş marixaunanın, digərində isə “patı”nın yəni metamfetaminin olduğunu görmüşdür. Bükümləri eləcə ağ kağız bükümdə götürərək gələcəkdə istifadə etmək üçün üzərində salxayaraq Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexinə gətirərərk sexin girişində avtmobil ehtiyat hissələrinin altında 01 ədəd kağız bükümdə gizlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən avtomobil təmiri sexinin həyətində olarkən mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin daşınması, saxlanılması və istifadəsində şübhəli olduğu üçün saxlanıldığını bildirirək üzərinə baxış keçirmişdirlər. Baxış zamanı xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən alaraq şalvarının bel nahiyyəsinə yerləşdirdiyi 01 ədəd “Keno” markalı siqaret qutusunda saxladığım 08 ədəd metadon həbi, həmin həblərlə birlikdə aldığı 02 ədəd ayrı-yrı bükümlərdə olmalqa 02 ədəd bükümdə psixotrop maddə metafatim, şalvarımın sağ yan cibindən 01 ədəd şüşə lampa və 01 ədəd plastik borucuq aşkar olundu. Daha sonra ondan başqa yerdə narkotik vasitə və pxisotrop maddə olub-olmması soruşulduqda o, bir qədər kənarda, avtomobil təmir sexində ehtiyat hissələrinin altına narkotik vasitə və psixotrop maddə gizlətdiyini bildirərək həmin istiqməti göstərmiş, həmin yerdən hər ikisi 01 ədəd kağız bükümün içərisində olmaqla 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə isə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş 03 ədəd bükümdə metamfetamin, 08 ədəd metadon həbi, 01 ədəd bükümdə qurudulmuş marixuana, 01 ədəd şüşüə lampa və 01 ədəd plastik borucuq ümumilkdə 01 ədəd zərfdə qablaşdırlmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və o bundan sonra Şirvan şəhər Polis Şöbəsinə gitirilmişdir. Polis Şöbəsində ona təqdim olunmuş vəkillərin siyahsında vəkil X1 onun tərəfindən dövlət ödənişi hesabına müdafiə olunmağını xahiş etmişdir. Müdafiəçisi İlqar Tapqdıqov gəldikdən sonra şübhəli şəxs qimsində hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, bundan sonra Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində saxlanılarkən üzərindən və təmir sexindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd zərfə və əməliyyataxtarış tədbrinin keçirilməsi haqqında videogörütülərə işitrakı ilə baxış keşirilmişdir. Zərfin içərsində əyninədki şalvarın bel hissəsində olan 02 ədəd bükümdə metamfetaminə, 01 ədəd “Keno” markalı siqaret qutusunda 08 ədəd metadon həbinə, 01 ədəd şüşə lampaya, 01 ədəd plastik borucuğa, avtomobil təmir sexnidən aşkar olunmuş 01 ədəd bükümdə metamfetaminə və 01 ədəd bükümdə qurudulmuş marixuanaya iştirakı ilə baxış keçirilərək yenidən 01 ədəd zərfdə qabalşdırılmışdır. 22.07.225-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən “Zaur” adlı şəxsdən əldə etdiyi 10 ədəd metadon həbindən 02 ədədini 22-xx-xx.2025-ci il tarixlərdə istifadə etdiyi üçün saxlanılarkən üzərindən 08 ədəd metadon həbi aşkar olunmuşdur. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışadır. Saxlanılarkən və ya polis şöbəsində ona qarşı hər hansı güc və ya başqa cür təyziq göstərilməyib.(i.v.71-73) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə metadon həblərinin ona məxsus olduğunu, amma avtomobil təmir sexindən aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə marixuananın ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən sexə qoyularaq götürüldüyünü demişdir. Polis əməkdaşları tərəfindən döyüldüyündən sexdə olan narkotik vasitə marixuananın ona məxsus olduğun yerdən tapdığını və sexdə gizlədərək saxladığını bildirmişdir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının onu yolda saxlamaları, onu yaxınlıqda olan avtoservisin içərisinə aparmaları, avtoservisin içinə də narkotik vasitələr qoymasını boynuna almasına onu məcbur etmələri, polislərin onu döymələrinə və təzyiq göstərmələrinə görə onun məcbur qalıb narkotik vasitə marixuananın onun olmasını boynuna alması, narkotik vasitələrin artıq videoçəkilşə qədər sexə qoyulması, şahid qismində tanınmış polis əməkdaşı Həmid (Şahid1) və Eminin (Şahid2) onu döymələri, sillə vurmaları, sillədən onda heç bir xəsarət yaranmaması, onu döydükləri üçün, çəkiliş vaxtı narkotik vasitələrin onun olmadığını deməməsi, polislərin ona təzyiq göstərərək, ifadəsini onların istədikləri kimi verməyə məcbur edilməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, həqiqətə uyğun olmayan, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şirvan şəhər X6 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 23 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması, satması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış, saat 21:28 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri H.Əliyev prospektində yerləşən avtoservisin qarşısında saxlamışlar, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra, çəkilişlə üzərinə baxış keçirmişlər, Rasifin əynində olan şalvarın sağ yan cibindən şüşə boru, plastik boru, şüşə lampa və mavi rəngli yandıran, sol yan cibinin bel kəməri hissəsindən siqaret qutusunda 8 ədəd metadon həbləri və sellofan bükümdə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Rasiflə şifahi sorğu aparılarkən o, avtoservisin içərisində narkotik vasitələr saxladığını bildirmiş və özü həmin yeri onlara göstərə biləcəyini demişdir. Dərhəl həmin yerə baxış keçirilmiş, 2 bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Rasif aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu və istifadəçisi olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, avtomobil təmir sexinin Kərbəlayi adlı şəxsə aid olduğunu şifahi olaraq bilir, Rasif əvvəllər həmin sexdə işləmiş, həmin sex hazırda da fəaliyyət göstərir, onlar Rasifi saxlayan vaxt o, həmin sexin işçisi olmamışdır. Rasif saxlanıldıqda əvvəllər o sexdə işlədiyini, ora Rasif üçün etibarlı yer olduğundan narkotik vasitələri orada gizlətdiyini bildirmişdir. Rasif saxladığı narkotik vasitənin yerini onlara göstərmişdir. Narkotik vasitələri avtomobil təmir sexinin girişindən solda, yararsız avtomobil ehtiyat hissələrinin altından aşkar etmişlər. Narkotik vasitələr 5-6 köhnə dəmirin altına qoyularaq saxlanılmışdır. Avtoservisin içərisindən aşkar olunan narkotik vasitələr onlar tərəfindən ora qoyulmamışdır. Rasif saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Rasif narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını özü səmimi etraf etmişdir. Rasif haqqında əməliyyat məlumatı onlara Rasifin saxlanıldığı gün, saxlanmamışdan təqribən 1-2 saat əvvəl daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı sırf Rasifin özü ilə bağlı olmuşdur. Məlumatda Rasifin sexin içinə girəcəyi, oradan çıxıb qara rəngli avtomobilə oturacağı barədə olmuşdur. Əməliyyat məlumatı həm Rasifin öz üzərində, həm də sexdə olan narkotik vasitələr barədə olmuşdur. Rasifin saxlanılmasında 3 nəfər polis əməkdaşı iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şirvan şəhər X14 X16 Hissəsinin polis nəfəri vəzifəsində xidmət edir, 23 iyul 2025-ci il tarixdə təxminən saat 22:00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən avtomobil təmiri sexində Təqsirləndirilən şəxs saxlamışlar, videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən şalvarının bel kəmərinin arxasından siqaret qutusunun içərisindən 8 ədəd metadon həbləri, 2 ədəd metamfetamin aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, siqaret qutusundan metadon həbləri və 2 dənə ayrı-ayrılıqda bükümlər, Rasifin üzərindən əlavə olaraq telefon və trubuçka çıxmışdır. Rasif sexin içində saxladığı narkotik vasitələri, özü könüllü onlara təqdim etmişdir. Onlar Rasifin üzərinə heç nə qoymamışlar. Sexin uzunluğu təxminən 14- 15 metr olmuşdur. Sexin içərisindən aşkar olunan narkotik vasitələr, sexə girən kimi 4-5 metr qarşıda solda yerləşirdi. Rasif sexdə saxladığı nakotik vasitənin yerini özü göstərmişdir. Videoçəkilişi o, aparmışdır. Sexə giriş hər kəs üçün açıqdır. Onlar Rasifi çöldə saxlamamış, çöldə onun üzərinə baxış keçirməmişlər, ikinci dəfə onu sexin içərisinə salıb yenidən videoçəkiliş aparmamışlar. Rasifə yaxınlaşmamışdan öncə çəkilişə başlamamasına səbəb şəraitin olmamasıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və aidiyyatı üzrə verilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə metamfetamini, narkotik vasitələr olan metadon həblərini və qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması faktına görə barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1) -Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən tərtib olunmuş “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs 23 iyul 2025-ci il tarixdə saat 21:28-də Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən avtomobil təmir sexində saxlamışlar.(i.v.3) -“Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 23 iyul 2025-ci il tarixli protokol və protokola əlavə edilmiş DVD diskdən görünür ki, 23 iyul 2025-ci il tarixdə saat 21:28-da videoçəkilişlə başlanılan əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə saat 21:29-da Təqsirləndirilən şəxs Şirvan şəhəri, Heydər Əliyev küçəsində yerləşən, avtomobil təmiri sexinin həyətində saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin daşınmasında, saxlanmasında və gəzdirməsində şübhəli olduğu bildirilməklə üstü yoxlanılır. Üstü yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kiçik ölçülü şüşə lampa, plastik borucuq, mavi rəngli alışqan, sol yan cibinin üst hissəsində kəmərinin arxasında saxladığı “Keno” markalı siqaret qutsunun içərisindən 2 hissəli tünd narıncı listdə olmaqla ümumilikdə 08 ədəd üzərində “methadon” yazılmış həblər, 01 ədəd kağız, 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlələr şalvarının arxa sağ cibindən isə “Samsung A24” markalı mobil telefon aşkar edilərək götürüldür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində və ya başqa yerdə hər hasnı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması sual edildikdə o, həmin yerdə, bir qədər irəlidə, avtomobil ehtiyyat hissələrinin altında narkotik vasitə və psixotrop maddə gizlətdiyini bildirir. Avtomobil ehtiyyat hissələrinin yığıldığı dəmir masaya polis əməkdaşları tərəfindən baxış keçirilir. Həmin dəmir masada, avtomobil ehtiyyat hissələrinin altından 01 ədəd kağız bükümün içərisində 01 ədəd şəffaf bükümdə narkotik vasitə marixuanaya 01 ədəd sellofan bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülür. Yekunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kiçik ölçülü şüşə lampa, plastik borucuq, “Keno” markalı siqaret qutusunun içərisindən 2 hissəli listdə olmaqla ümumilikdə 08 ədəd üzərində “methadon” yazılmış həblər, 01 ədəd kağız, 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər həmçinin avtomobil ehtiyyat hissələrin altından götürülmüş 01 ədəd şəffaf bükümdə narkotik vasitə marixuanaya 01 ədəd sellofan bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələr ümumilikdə 01 ədəd zərfdə qabaşladılaraq üzəri möhürlənib bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.(i.v.9-11) -“Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.22) -“Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 23 iyul 2025-ci il tarixli protokol və protokola əlavə edilmiş DVD diskdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş əşyalara, predmetlərə baxış keçirilərkən qablaşdırıldığı 01 ədəd zərf təkrar açılaraq baxış keçirilir. Baxış zamanı 23 iyul 2025-ci il tarixdə saat 21:28-dən saat 21:40-dək olan müddət ərzində PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhəri H.Əliyev prospekti ərazisində yerləşən avtomobil təmirxanasında saxlanılıb üzərində yoxlama aparılan zaman əynindəki şalvarın belindən bir ədəd Keno siqaret qutusunun içərisində 8 ədəd həb, 2 ədəd sellofan bükümdə metanfetaminə bənzər kütlə, eləcə də, təmirxananın həyətində, avtomobil ehtiyyat hissələrinin altında gizlətdiyi, bir ədəd kağıza bükülmüş, içərisində 1 ədəd sellofan bükülüdə marixuanaya bənzər bitki kütləsi və 1 ədəd sellofan bükümdə metanfetaminə bənzər kütlə zərfdə qablaşdırıldı, iştirakçılar tərəfindən imzalanaraq möhürlənir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman götürülmüş 8 ədəd həb və 2 ədəd bükümdə metanfetaminə bənzər kütlənin ona məxsus olduğunu həmin vasitələri və madədlri Bakı şəhərində tanımadığı şəxsdən aldığını, avtomobil ehtiyyat hissələrinin altında gizlətdiyi kağızın içərisində, 1 ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər bitki kütləsini və daha 1 ədəd sellofan bükümdə metanfetaminə bənzər kütləni tutulduğu avtomobil təmir sexinin arxasındakı ağaclıqdan tapdığını və şəxsi istifadə məqsədilə götürdüyünü bildirir.(i.v.30-32) -“Məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 24 iyul 2025-ci il tarixli, 6/2554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş kütlələr......” yazıları olan bir ədəd zərfin içərisində 3 (üç) ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,152 qram, 0,391 qram və 202 qram ümumi təmiz çəkisi 2,745 qram olan kristallik maddə kütlələri psixotrop maddə metamfetamindir. Üzərində “..Methadone 40..” yazıları olan iki ədəd blister kəsiklərindəki ümumilikdə 08 ədəd dərman tabletlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Təqdim olunmuş bir ədəd şüşə lampa və bir ədəd boru formalı predmentin üzərində psixotrop maddə-metamfetaminə məxsus izlər aşkar edilmişdir.(i.v.39-44) -“Məhkəmə-bioloji ekspertizası”nın 24 iyul 2025-ci il tarixli, 7/1005 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs götürülmüş kütlələr...” yazı və imzalar olan 1 (bir) ədəd ağ rəngli kağz zərfdə olan şəffaf sellofanda təmiz çəkisi 6,65 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitksindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v.45-49) -“Cinayət işinin icraata qəbul edilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir.(i.v.51) -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminin və tərkibində narkotik maddə metadon olan 08 ədəd həb üzərində, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı sonradan götürməsi üçün avtomobil sexində gizlətməsi dolayı yolla onun niyyətinin psixotrop maddələrin və narkotik vasitələrin satışına yönəlməsini təsdiq edir. (i.v.60-61) -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Şirvan Şəhər Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 4(032)-113/2025 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzunundan görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxış edərək bildirmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilmir, belə ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aşkar olunmuş narkotik vasitə marixuananı yerdən tapmış, metadon və psixotrop maddə metamfetamini “Tik-Tok” sosial şəbəkəsində tanımadığı şəxsdən 80 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair sübutlar əldə olunmamışdır. Hazırda işləyir, daimi yaşayış yeri, himayəsində onkoloji xəstə anası var. O, həmçinin bildirmişdir ki, Şirvan ŞPŞ-də ona qarşı fiziki və psixi zorakılıq halları olmamışdır. Qeyd edilənləri nəzərə alaraq həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir.(i.v.63-64, 80-84) -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X20 01 avqust 2025-ci il tarixli, 18-1-35/2- 957/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji vənevroloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v.99) -Şirvan ŞPŞ-nin ƏİÜ rəis müavini polis polkovnik-leytenantı Fərid Vəliyev tərəfindən həmin ŞPŞ-nin müstəntiqi polis kapitanı Şahid Lətifova ünvanlanmış 28 avqust 2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan blister kəsiyində 08 ədəd həb və 02 ədəd bükümdə psixotrop maddə metamfetamini 80 manata, “Tiktok” sosial şəbəkəsində tanış olaraq əldə etdiyi “Zaur” adlı şəxsin şəxsiyyətin həmçinin qeyd olunan narkotik vasitə metadon və psxitrop maddə metamfetamini həmin şəxsdən əldə edib etməməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir.(i.v.105) -“Ambulator məcburi narkoloji tibbi yoxlama”nın 12 sentyabr 2025-ci il tarixli, 5696 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. X10 Sistemində alınan məlumata əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə Sabirabad RMX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır.(i.v.140-141) -“Maddi sübut hesab olunan əşyalara baxış keçirilməsi haqqında” 29 oktyabr 2025ci il tarixli protokol və protokola əlavə edilmiş DVD-dən görünür ki, 23 iyul 2025-ci il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində saxlanıldıqdan sonra ona məxsus, 01 ədəd 2,202 qram çəkidə içərisində psixotrop maddə metamfetmin olan sellofan büküm avtomobil təmiri sexindən ehtiyyat hissələrinin altından, 02 ədəd çəkiləri müvafiq olaraq 0,152 qram 0,391 qram olan psxitrop maddə metamfetamin bükümlərinin isə əynindəki şalvarının bel nahiyyəsində olan “Keno” markalı siqaret qutusundan götürülmüşdür.(i.v.164-165) -“Sübutların qiymətləndirilməsi haqqında” 29 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən “Keno” markalı siqaret qutusunda aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 2,595 qram psixotrop maddə metamfetamin və qalıq qalmış - 06 ədəd, hər birinin tərkibində 0,04 qram narkotik vasitə olan metadon həbləri, avtomobil təmiri sexindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 6,60 qram narkotik vasitə qurudulmuş marixuana, üzərində psxotrop maddə metamfetaminin izləri olan olan 01 ədəd şüşə lampa və 01 ədəd borucuq maddi sübut kimi tanınaraq saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılıb üzərinin yoxlanılması və əşyaların götürülməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 1 ədəd DVD disk və götürülən əşyalara baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.166-178) -“Cinayt işinin ayrılaraq icraata qəbul edilməsi haqqında” 29 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitələrin və psoxotrop maddənin əldə edilməsi mənbəyinin müəyyən edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v.179-181) -“Təqsirləndirilən şəxsə yenidən itiham elan endilməsi haqqında” 29 oktyabr 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda dəyişiklik olunaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir.(i.v.183-184) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının onu yolda saxlamaları, onu yaxınlıqda olan avtoservisin içərisinə aparmaları, avtoservisin içinə də narkotik vasitələr qoymasını boynuna almasına onu məcbur etmələri, polislərin onu döymələrinə və təzyiq göstərmələrinə görə, məcbur qalıb narkotik vasitə marixuananın və psixotrop maddənin onun olmasını boynuna alması, narkotik vasitənn və psixotrop maddənin artıq videoçəkilşə qədər sexə qoyulması, polis əməkdaşlarından Həmid (Şahid1) və Eminin (Şahid2) onu döymələri, ona sillə vurmaları, sillədən onda heç bir xəsarət yaranmaması, onu döydükləri üçün, çəkiliş vaxtı narkotik vasitələrin onun olmadığını deməməsi, polislərin ona təzyiq göstərərək, ifadəsini onların istədikləri kimi verməyə məcbur edilməsinə dair göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən metadon həbləri və qrudulmuş marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Siyahılara əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2 qram, xüsusilə külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 400 qram hesab olunur. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 500 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 50000 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri hesab olunur. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı “Metadon” olan dərman həbləri narkotik vasitədir, “Metadon”un şəxsi istehlak miqdarından (qramla) artıq xeyli miqdarının yuxarı həddi 0,02 qram, külli miqdarının (qramla) aşağı həddi 1,6 qram, xüsusilə külli miqdarı 160 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döymələri, ona sillə vurmaları, onu narkotik vasitə və psixotrop maddəni boynuna götürməyə məcbur etmələri, onu hədələmələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. -“Məhkəmə tibbi ekspertizasının” 08 avqust 2025-ci il tarixli, 384 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır.(i.v.138-139) -Həmçinin Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbiri seçilən zaman o, məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilmir, belə ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aşkar olunmuş narkotik vasitə marixuananı yerdən tapmış, metadon və psixotrop maddə metamfetamini “Tik-Tok” sosial şəbəkəsində tanımadığı şəxsdən 80 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair sübutlar əldə olunmamışdır. Hazırda işləyir, daimi yaşayış yeri, himayəsində onkoloji xəstə anası var. O, həmçinin bildirmişdir ki, Şirvan ŞPŞ-də ona qarşı fiziki və psixi zorakılıq halları olmamışdır. Qeyd edilənləri nəzərə alaraq həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, heç vaxt narkotik vasitə və psixotrop maddələri satmaması və ya heç kimə verməməsi barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə tərkibi cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və metadonu külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və metadonu məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi (16 avqust 2025-ci il tarixli) əməliyyat tapşırığı və əməliyyat tapşırığına cavab məktubunun məzmunundan (28 avqust 2025-ci il tarixli) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əladə etdiyi şəxslərin müəyyən edilməsi və satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Qeyd edilən cavabın cinayət təqibinin nəticəsində maraqlı olan təhqiqat orqanının əməkdaşı tərəfindən verilməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsinə dair təhqiqat orqanı əməkdaşının mülahizələri yalnız söz xarakterli olmuş, həmin mülahizələri təsdiq edə biləcək hər hansı məlumat, material və ya digər sübut məhkəmə və ya ibtidai araşdırma orqanına təqdim edilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair mülahizəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon məlumatlarına baxılması, istifadəsində olmuş mobil telefona ibtidai araşdırma orqanı tərəfindən baxış keçirilməsi istintaq hərəkətləri ilə də öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş dövriyyəsi qadağan edilmiş predmetləri məhz satış məqsədi ilə əldə edilməsinə dair hər hansı mötəbər sübut iş materiallarında olmamaqla yanaşı, məhkəmə istintaqı gedişində də ittihamçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarının yalnız şəxsi istehlak miqdarından (xeyli miqdardan) artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda narkotik vasitə metadon həblərini və qurudulmuş marixuananı əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və sair kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə 0,152 qram, 0,391 qram və 2,202 qram ümumilikdə təmiz çəkisi - 2,745 qram külli miqdarda psixotrop maddə metamfetamini, xeyli miqdarda olan narkotik vasitə blister kəsiyində 08 ədəd, metadon həblərini və bir ədəd bükümdə təmiz çəkisi - 6,65 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı onun satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq üç ədəd bükümdə 0,152 qram, 0,391 qram və 2,202 qram ümumilikdə təmiz çəkisi - 2,745 qram külli miqdarda psixotrop maddə metamfetamin, xeyli miqdarda olan blister kəsiyində 08 ədəd narkotik vasitə olan metadon həbləri və bir ədəd bükümdə təmiz çəkisi - 6,65 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış 2,745 qram külli miqdarda psixotrop maddə metamfetamini, 08 ədəd narkotik vasitə olan metadon həblərini üzərində şalvarının sol bel nahiyyəsindəki “Keno” markalı siqaret qutusunda və təmiz çəkisi - 6,65 qram qurudulmuş marixuananı Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən avtomobil təmir sexində saxlamışdır. İş materiallarında Təqsirləndirilən şəxs həmin psixotrop maddəni və narkotik vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 2,745 qram psixotrop maddə metamfetamini, narkotik vasitə olan 08 ədəd metadon həblərini və 6,65 qram narkotik vasitə qurudulmuş marixuananı isə onun satış məqsədi ilə saxlanmasını təsdiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin maddələrin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən və Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən avtomobil təmir sexindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini, metadon həblərini və qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş metamfetamini, metadon həblərini və qurudulmuş marixuananı nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitələri ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitələrin və psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrələrinin məlumatlarında onun narkotik vasitələrin alqı-satqısına dair şübhəli sms mətinlərinin olması aşkar edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasını ilkin əlamətləridir.(i.v.152-154, 155-157) Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 03 ədəd bükümdə 0,152 qram, 0,391 qram və 2,202 qram ümumilikdə təmiz çəkisi - 2,745 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 745 qram çox olması, 8 ədəd metadon həblərinin hər birinin tərkiblərində 0,04 qram, ümumilikdə 0,32 qram narkotik vasitə olması, narkotik vasitə qurudulmuş marixuananın bir ədəd bükümdə ümumilikdə təmiz çəkisi - 6,65 qram, yəni şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən qurudulmuş marixuananın xeyli miqdarından 1,65 qram çox olması, -onun məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin və metadon həblərinin özünə məxsus olmasını, lakin avtotəmir sexindən aşkar edilmiş psixotrop maddə metamfetaminin və qurdulmuş marixuananın özünə aid olmadığını, polis əməkdaşları tərəfindən qoyularaq götürülməsini deməsini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitələrə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitələrin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olmaması, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən və avtomobil təmir sexindən aşkar olunmuş metamfetamini, metadonu və qurudulmuş marixuananı əldə etməsi, üzərində və Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən avtotəmir sexində saxlamasından ibarət hərəkətləri həmin psixotrop maddə və narkotik vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X4 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı” və “Yanoseviç İsveçə qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo prinsipi” tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin “Yanoseviç İsveçə qarşı” və “Falk Niderlanda qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. “Ambulator məcburi narkoloji tibbi yoxlamanın” 12 sentyabr 2025-ci il tarixli, 5696 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. X10 Sistemində alınan məlumata əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə Sabirabad RMX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitələr metadon həbləri və qurudulmuş marixuana əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində qeyd edilən cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqın ilkin dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə və avtomobil təmir sexinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videoçəkiliş, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, metadon və qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli məhkumluq haqqında tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-467/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir.(i.v.97-98, 106-113) -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İƏD-i üzrə nümayəndəliyindən verilmiş 29 avqust 2025-ci il tarixli, 3774 nömrəli arayış və 305 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.(i.v. 100-101) İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-467/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X12rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 iyul 2025-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 4(032)-113/2025 nömrəli, 25 iyul 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmənarkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 20 dekabr 2022-ci il tarixdən Sabirabad RMX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 150 (bir yüz əlli) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 6,60 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi, qalıq çəkisi - 2,595 qram təşkil edən psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” yazıları olan hər birinin tərkibində 0,04 qram narkotik vasitə olan 6 ədəd metadon həbləri, 1 (bir) ədəd şüşə lampa və üzərində psixotrop maddə - metamfetaminə məxsus izlər olan 1 (bir) ədəd boru formalı predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd DVD icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan - 23 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 20 dekabr 2022-ci il tarixdən Sabirabad RMX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri - 6,60 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi, 2,595 qram təşkil edən psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” yazıları olan hər birinin tərkibində 0,04 qram narkotik vasitə olan 6 ədəd metadon həbləri, 1 (bir) ədəd şüşə lampa və üzərində psixotrop maddə - metamfetaminə məxsus izlər olan 1 (bir) ədəd boru formalı predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd DVD icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli Hakimlər: Cavanşir Nəbiyev Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar