Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-545/2022 22.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştiraklartı ilə xx xxxxxx 1981-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 8 saylı mənzilində yaşamış, barəsində 25 fevral 2022-ci il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə və xx xxxx 1978-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 18 saylı evin, 05 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 25 fevral 2022-ci il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Cəlilabad-Fərzili kənd yolunun kənarında gizlətdikləri külli miqdarda narkotik vasitəni əldə etmək üçün 23 fevral 2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə onların cinayətkar niyyətindən məlumatsız olan tanışları X2 idarə etdiyi “BMW” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhərindən Cəlilabad-Fərzili kənd yolunun yaxınlığına gəlib avtomobildən enib, sonuncunun idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmasından sonra birlikdə piyada bir qədər irəliləyib yol kənarında olan dayanacağın arxasından Təqsirləndirilən şəxs2 bir ədəd kisədə olan 15900,0 qram çəkidə narkotik vasitə olan heroin və 1035,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək piyada hərəkətdə olan zaman Cəlilabad rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 23 fevral 2022-ci il tarixdə saat 23 radələrində həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad-Fərzili kənd yolunda saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilib, onlardan Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış zamanı bir ədəd bağlamada olan 10(on) ədəd qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə bağlanmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 1995,0 qram, 2060,0 qram, 2020,0 qram, 1990,0 qram, 1880,0 qram, 1740,0 qram, 1100 qram, 1065 qram, 970,0 qram, 1080,0 qram olmaqla ümumi təmiz çəkisi 15900,0 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin və 01 ədəd ağ rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə bağlanmış halda təmiz çəkisi 1035,0 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Cəlilabad-Fərzili kənd yolunun kənarında gizlətdikləri külli miqdarda narkotik vasitəni əldə etmək üçün 23 fevral 2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə onların cinayətkar niyyətindən məlumatsız olan tanışları X2 idarə etdiyi “BMW” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhərindən Cəlilabad-Fərzili kənd yolunun yaxınlığına gəlib avtomobildən enib, sonuncunun idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmasından sonra birlikdə piyada bir qədər irəliləyib yol kənarında olan dayanacağın arxasından Təqsirləndirilən şəxs2 bir ədəd kisədə olan 15900,0 qram çəkidə narkotik vasitə olan heroin və 1035,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək piyada hərəkətdə olan zaman Cəlilabad rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 23 fevral 2022-ci il tarixdə saat 23 radələrində həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad-Fərzili kənd yolunda saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilib, Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış zamanı bir ədəd bağlamada olan 10 (on) ədəd qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə bağlanmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 1995,0 qram, 2060,0 qram, 2020,0 qram, 1990,0 qram, 1880,0 qram, 1740,0 qram, 1100 qram, 1065 qram, 970,0 qram, 1080,0 qram olmaqla ümumi təmiz çəkisi 15900,0 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin və 01 ədəd ağ rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə bağlanmış halda təmiz çəkisi 1035,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o 23 fevral 2022-ci il tarixdə Vüqarla Cəlilabad rayonuna getmişdir. Vüqar ona vəziyətinin yaxşı olmadığını deyib ondan 5-3 manat pul istəmiş, o da bir işi olduğunu, alınarsa ona kömək edə biləcəyini demişdir. Vüqarla Cəlilabadın kəndinə gedib, orada iranlı ilə əlaqə saxlamış, iranlı ona dayanacağın yanında mal qoyulduğunu demiş, onlar da dayanacağa baxanda mal orada olmamışdır. O Cəlilabada gedərkən nə qədər mal olacağını bilməmişdir. İranlı ona 100-200 qram tiryək qoyacağını və həmin malı götürüb, onun deyəcəyi adama çatdırmasını demiş və votsapla mesaj yazaraq, malı qoyduğu yerin işarələnmiş şəklini göndərmişdir. O dayanacağın yanında heç nə görməmişdir. Sonra Vüqar ona dayanacağın yanında böyük bağlama olduğunu demiş, o da həmin bağlamanın ona aid olmadığını bildirmişdir. 17 kiloqram mal ona aid olmamışdır. Onu narkotik çəkən kimi sənədləşdirəcəklərini deyib aldatmışlar. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiçisinin iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da təxminən 2013-cü ildən ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Əvvəllər heç bir ruhi və ya əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar olaraq heç bir dispanserdə və ya xəstəxanada qeydiyyatda deyil. Təxminən 4 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 20 fevral 2022-ci il tarixində istifadəsində olan “Samsung Galaxy S9” markalı mobil telefonunun “whatsapp” ani mesajlaşma mübadilə sistemi proqramında qeydiyyatdan keçdiyi +**********39 saylı mobil nömrəsinə tanımadığı İran İslam Respublikasına aid telefon kodlu nömrədən səsli ismarıc gəlmişdir. Həmin səsli ismarıca qulaq asdıqda bir nəfər şəxsin ondan Qabil olub-olmadığını soruşduğu məlum olmuşdur. Ona cavab olaraq səsli ismarıc göndərib özünü təqdim etmişdir. Səsli ismarıcdakı danışıq tərzindən həmin şəxsin İİR vətəndaşı olduğunu başa düşmüşdür. Bundan sonra İİR vətəndaşı olan həmin şəxsin ona “whatsapp”-da zəng etdiyini görmüşdür. Zəngə cavab verdikdən sonra həmin şəxs ona barəsində eşitdiyini və pula ehtiyacı olduğunu bildiyini demişdir. O da onun dediklərini təsdiq edib həqiqətən də pula ehtiyacının olduğunu, borcu olduğunu və yaşadığı evin kirayə pulunu verə bilmədiyini demişdir. İİR vətəndaşı isə ona kömək edəcəyini demişdir. İİR vətəndaşından hansı formada kömək edəcəyini soruşduqda həmin şəxs ona Cəlilabad rayonuna narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitəni götürdükdən sonra onun deyəcəyi adama təhvil verəcəyi halda narkotik vasitəni verdiyi şəxsin ona 1000 manat pul verəcəyini bildirmişdir. O, bu təklif ilə razılaşdıqdan sonra İİR vətəndaşı ona narkotik vasitəni Cəlilabad rayonundan gedib götürəcəyi tarixi əvvəlcədən deyəcəyini bildirmişdir. Onunla danışdıqdan təxminən iki-üç gün sonra yəni 22 fevral 2022-ci il tarixdə İİR vətəndaşı ona “whatsapp”-da zəng edərək həmin gün Cəlilabad rayonunda narkotik vasitəni gedib götürəcəyi yer barədə məlumat verəcəyini deyib, Cəlilabad rayonuna getməsini söyləmişdir. Cəlilabad rayonuna getmək üçün avtomobili olmadığından dostu Ruslan Ağalarova zəng edərək, onunla birlikdə Cəlilabad rayonuna getmək istədiyini demişdir. Ruslan isə gedə biləcəyini deyib və ona “20 yanvar” metrostansiyasının yaxınlığında görüşmələrini təklif etmişdir. “20 yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman Ruslana zəng edərək olduğu yeri Ruslana izah etmiş və Ruslan istifadəsində olan “BMW” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu olduğu yerdən götürmüşdür. O, avtomobilin ön oturacağında əyləşdikdə avtomobilin arxa oturacağında təxminən 5-6 ildir ki, tanıdığı Təqsirləndirilən şəxs2 əyləşdiyini görmüşdür. O, avtomobildə olarkən söhbət əsnasında Vüqar maddi vəziyyətinin pis olduğunu söyləmişdir. O da Vüqara bir işi olduğunu, əgər işi alınarsa ona 300 manat köməklik edə biləcəyini demişdir. Beləliklə onlar Cəlilabad rayonuna gəlmişlər. Cəlilabad şəhəri ərazisində yerləşən çay evlərindən birində əyləşərkən Vüqara Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiyini demiş və götürəcəyi narkotik vasitəni Bakı şəhərində İİR vətəndaşının dediyi adama təhvil verdikdən sonra həmin adamın ona 1000 manat pul verəcəyini söyləmişdir. Vüqara da həmin narkotik vasitəni götürməkdən ötrü onunla gəlməsini təklif etmişdir. Vüqar da onunla razılaşmışdır. Onlar həmin gün Cəlilabad şəhəri ərazisində qalmışlar. Növbəti gün saat təxminən 20 radələrində o, Ruslan ilə birlikdə Ruslanın yaşadığı məhəllədə olan zaman Vüqar da oraya gəlib avtomobilə əyləşmişdir. Təxminən saat 22 radələrində İİR vətəndaşı “Whatsapp” vasitəsilə ona fotoşəkil göndərərək, fotoşəkildə olan yerə narkotik vasitəni qoyduğunu söyləmişdir. Həmin fotoşəkildə Fərzili kəndinə gedən yolda yerləşən dayanacaq əks olunmuş imiş. Bundan sonra o, Ruslana Vüqar ilə işi olduğunu, onları qeyd etdiyi yerə aparıb düşürməsini söyləmişdir. Ruslan da onları aparıb orada düşürdərək öz işləri ilə bağlı oradan uzaqlaşıb getmişdir. Onlar orada düşdükdən sonra o, asfaltın kənarında dayanmışdır, Vüqar isə həmin dayanacağın arxasına gedib baxmışdır. Vüqar oranı axtardıqdan sonra narkotik vasitəni tapa bilmədiyini, lakin, orada böyük ölçülü bir bağlama olduğunu demişdir. Daha sonra Vüqar həmin bağlamanı götürüb onun yanına gəlmişdir. O, Vüqara həmin bağlamada narkotik vasitə ola bilməyəcəyini, İİR vətəndaşının bir kiloqrama yaxın narkotik vasitə göndərəcəyini, bu bağlamanın isə böyük olduğunu deyib bağlamanı tullamasını demişdir. Vüqar isə bağlamanın içərisində narkotik vasitə ola biləcəyini deyərək tullamaqdan imtina etmişdir. Bundan sonra o, Vüqara “özün bilərsən, mən gedirəm” deyib oradan uzaqlaşmağa başlamışdır. Vüqar da şumlanmış torpaq sahəsi ilə hərəkət etməyə başlamışdır. Bu zaman oraya mülki avtomobildə bir neçə polis əməkdaşı yaxınlaşaraq onu və Vüqarı saxlayaraq polis şöbəsinə gətirmişdir. Polis şöbəsində vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmiş, yalnız özünə və Vüqara məxsus olan mobil telefonlar götürülmüşdür. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitə olan heroin istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə edirmişdir. Ona narkotik vasitə göndərən İİR vətəndaşının adı eləcə də, şəxsiyyəti barədə hər hansı bir məlumatı olmamışdır. İİR vətəndaşı özünü “Baba” kimi təqdim edirmiş. İİR vətəndaşı ona narkotik vasitəni kimin vasitəsilə göndərdiyini də deməyibmiş. Sadəcə olaraq İİR vətəndaşı ona narkotik vasitənin Cəlilabad rayonunda olduğunu və həmin narkotik vasitəni Cəlilabad rayonunda bir nəfər şəxsin vasitəsilə müəyyən yerə qoyduracağını və gedib həmin narkotik vasitəni götürdükdən sonra ona məlumat verməsini, bundan sonra narkotik vasitəni Bakı şəhərində kimə və harada verəcəyi barədə ona məlumat verəcəyini demişdir. Həmin narkotik vasitənin haradan, hansı yolla Cəlilabad rayonu ərazisinə gətirilməsi barədə məlumatı olmamışdır. Ruslan Ağalarovun həmin narkotik vasitənin götürülməsi və hər hansı yerə çatdırılması ilə əlaqəsi olmamışdır. Ümumiyyətlə Ruslanın o və Vüqarın narkotik vasitə götürəcəyi barədə, həmin yerə narkotik vasitə götürməkdən ötrü gəlmələri barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni götürüb daşımaqda ona köməklik etməsindən ötrü 300 manat pul və öz istifdadəsi üçün həmin narkotik vasitədən verəcəkmiş. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Qabillə ora getməklə bağlı danışığı olmayıb, Ruslanla danışığı olmuşdur. Ruslana ailəsinin xəstə olduğundan vəziyətinin pis olduğunu, uşağın onunla qaldığını, kirayə pulunu verə bilmədiyini demiş, Ruslan isə özünün də maddi vəziyətim yaxşı olmadığını ona bildirmişdir. Yolda gedərkən Qabil Ruslana zəng etmiş və ona Qabillə görüşək bəlkə onda pul var demiş, sonra da onlar Qabillə görüşmüşlər. Həmin vaxt Qabil rayona getdiyindən onlar da Qabillə rayona getmişlər. Qabil yolda narkotiklə bağlı heçnə deməmişdir. Ruslan yol gedərkən onun vəziyyətini pis olduğunu demiş, Qabil də bir-iki işi olduğunu, alınarsa kömək edərəm, yer var ora bir şey qoyacaqlar götürüb gedəcəklərini onlara demişdir. Qabil ona narkotikikin qoyulduğu dayanacağın fotosunu göstərmişdir. Dayanacağa Qabillə bir yerdə getmişlər. Qayıdarkən Qabil dayanacağın sol tərəfində durmuş,o isə dayanacağın arxa tərfinə baxanda ağ kisə görüb , kisənin içərisinə baxarkən onun içərisində zibil olduğunu görmüşdür. Digər tərəfə baxanda isə yekə bir bağlama görmüş, oradan çıxıb Qabilə yekə çanta olduğunu demiş, Qabil çantanın onlara aid olmadığını, onları görməmələri üçün içəri girməsini ona demişdir. Sonra da o çantanı götürüb dayanacaqdan bir qədər aralanmışdır ki, onları polis əməkdaşları saxlayaraq Cəlilabad rayon Polis şöbəsinə aparmışlar. Orada videoçəkilişlə həmin bağlamaya baxış keçirilmiş və həmin baqlamada heroin və marixuana olması aşkar edilmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı hüquqlarının müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da təxminən 2016-cı ildən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Əvvəllər heç bir ruhi və ya əsəb xəstəlikləri keçirməmişdir və bununla əlaqədar olaraq heç bir dispanserdə və ya xəstəxanada qeydiyyatda deyil. 2009-cu ildə X4 ilə evlənmiş, birgə nikahlarından bir övladları vardır. Təqsirləndirilən şəxs1 Cəlilabad şəhər sakini kimi uzun müddətdir ki tanıyır. Onunla əvvəllər hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. X3 isə uşaqlıqdan tanıyır. 22 fevral 2022-ci il tarixdə Ruslan Ağalarov ilə birlikdə Bakı şəhərində olduğu zaman Ruslanın mobil telefonuna zəng gəlmişdir. Ruslan telefonla danışığını bitirdikdən sonra ona zəng edən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, Qabilin Cəlilabad rayonuna getmək istədiyini və bu məqsədlə “20 yanvar” metrostansiyasının yaxınlığında onunla görüşəcəyini demişdir. O da Ruslana anasını görmək məqsədilə Cəlilabad rayonuna getmək istədiyini bildirib onunla birlikdə Cəlilabad rayonuna gedəcəyini demişdir. Bundan sonra Ruslana məxsus olan “BMW” markalı avtomobil ilə “20 yanvar” metrostansiyasının yaxınlığına getmişlər. Qabil ilə deyilən yerdə görüşdükdən sonra Qabil gəlib avtomobilin ön oturacağında əyləşmişdir. Yolda olarkən Qabil və Ruslan ilə özünün maddi vəziyyətinin yaxşı vəziyyətdə olmadığı barədə söhbət etmişlər. Həmin söhbət əsnasında Qabil arxaya çevrilib ona “mənim bir işim var alınsa qardaşın sənə 300 manat borc olaraq verəcək” demişdir. Beləliklə onlar birlikdə Cəlilabad şəhəri ərazisinə gəlmişdir. Cəlilabad şəhəri ərazisində yerləşən çay evlərindən birində olarkən Ruslan getdikdən sonra Qabil ona İİR vətəndaşının onun üçün Cəlilabad rayonu ərazisinə narkotik vasitə göndərtdirdiyini, həmin narkotik vasitəni Bakı şəhərində İİR vətəndaşının dediyi şəxsə çatdırdıqdan sonra ona 1000(bir min) manat veriləcəyini, həmin pulu aldıqdan sonra ona 300 manat borc verəcəyini, həmçinin istifadə etmək üçün narkotik vasitə verəcəyini söyləmişdir. O da Qabil ilə razılaşmışdır. Həmin gün onlar Cəlilabad rayonunda qalmışdır. Səhəri gün saat təxminən 20 radələrində o, Qabil ilə görüşməkdən ötrü Ruslanın yaşadığı evin yerləşdiyi məhəlləyə gəlmişdir. Bu zaman Qabilin Ruslan ilə sonuncuya məxsus “BMW” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobildə əyləşdiklərini görmüşdür. O da onların yanına gəlmişdir. Avtomobilə əyləşdikdən sonra o, Qabildən üstüörtülü olaraq gedib-getməyəcəklərini soruşmuşdur. Qabil də arxaya çevrilərək ona göz vurub gedəcəklərini söyləmişdir. Onlar Cəlilabad şəhəri ərazisində yerləşən mağazalardan birindən su aldıqdan sonra Qabil telefon ilə nəsə danışıb Ruslana onları H.Əliyev prospektində yerləşən “RTS” adlanan yerə aparmasını demişdir. Ruslan da avtomobili hərəkət etdirərək onları Fərzili kəndi istiqamətində aparmağa başlamışdır. Orada olarkən Qabil telefonunda ona fotoşəkil göstərmişdir. Həmin fotoşəkili İİR vətəndaşı Qabilə göndərmiş imiş. Qabil fotoşəkildə olan yeri ona göstərib oranın hara olduğunu soruşmuşdur. O da Fərzili kəndinə çatmamış yolun kənarında yerləşən dayanacaq olduğunu demişdir. Ruslan onları gətirib həmin dayanacağın yaxınlığında düşürdərək, uzaqlaşıb getmişdir. Avtomobildən düşdükdən sonra Qabil yolun əks tərəfinə keçib gizlənmiş, ona da dayanacağın arxasına gedib narkotiki gətirməsini söyləmişdir. O da dayanacağın arxasına gedib baxdıqda ağ rəngli kisə olduğunu görmüşdür. Əvvəlcə həmin kisəyə baxdıqda zibil olduğunu görmüş, işıq saldıqda qara rəngli yapışqan lentlə bağlanmış başqa bir bağlama olduğunu görmüşdür. Həmin bağlamanı qaldırmaq istədikdə ağır olduğunu görüb Qabili köməyə çağırmışdır, Qabil də bağlamanı götürüb gətirməsini söyləmişdir. O da həmin bağlamanı götürüb yolu keçərək Qabilin yanına gəlmişdir. Qabil ona həmin bağlamanı götürüb torpaq yol ilə getməyini, özünün isə digər tərəfdən gedəcəyini söyləmişdir. Daha sonra isə Qabil ona konturu olmadığından Ruslanı çağırmaqdan ötrü ondan mobil telefonu istəmişdir. O da mobil telefonu ona vermişdir. Qabil zəng edərkən oraya mülki avtomobildə bir neçə şəxs gəlib onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək həmin bağlamanı da özü ilə götürüb polis şöbəsinə gəlmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərinə və həmin bağlamaya baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin bağlamada narkotik vasitə olan heroin və marixuana olduğu müəyyən edilmişdir. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Qabil ona Ruslanın narkotik vasitə barədə məlumatı olmadığını bildirmiş imiş. Həmçinin Ruslan ilə birlikdə olarkən Qabil həmin narkotik vasitə barədə hər hansı söhbət etmirmiş. Ruslandan gizli olaraq onunla narkotik vasitə barədə söhbət aparırmış. O, özü də Ruslana bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni kimə çatdıracağı barədə ona hər hansı məlumat verməmişdir. O, özü 2 il müddətdir ki, narkotik vasitə olan marixuana və heroin istifadə edir. Həmin narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən əldə edirmiş. Həmin narkotik vasitəni götürdükləri yerə kimin yerləşdirməsindən məlumatı olmamışdır. Cəlilabad rayonu ərazisinə narkotik vasitə götürməkdən ötrü gəlmələri barədə heç kimin məlumatı olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini törətmələri özlərinin məhkəmədə elan olunmaqla tədqiq edilmiş, ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə vermiş olduqları ifadələrindən başqa, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə edilmiş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması, daşıması və satışı ilə məşğul olmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, polis əməkdaşları Şahid5, Şahid2, Şahid3, Şahid6, və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 23 radələrində onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cəlilabad şəhər sakini olan sonradan tanədəqları X2 idarə etdiyi “BMW” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri, H.Əliyev prospektindən rayonun Fərzili kənd yolu istiqamətində hərəkətdə olmasını görüb onları əməliyyat müşahidəsinə götürmüşlər. X6 idarə etdiyi avtomobildən düşdükdən sonra Ruslan avtomobili ilə oradan uzaqlaşıb getmişdir. Avtomobildən düşdükdən sonra onlar bir qədər irəli gedib yol kənarında dayanacağın arxasında yerləşən əkin sahəsinə girib, 1-2 dəqqiqə sonra asfalt yola tərəf qayıtmağa başlamışlar. Həmin vaxt Vüqarın əlində bağlama olmuşdur. Bu zaman onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlardan üzərlərində hər hansı qanunsuz predmet olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs2 əlində olan bağlamada narkotik vasitə olduğunu, Təqsirləndirilən şəxs1 isə həmin narkotik vaistəni götürməkdən ötrü həmin yerə gəldiklərini demiş və onları Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O da əlində olan bağlamanı təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bağlamaya baxış keçirilərkən onun içərisində on ədəd qara rəngli sellofana bükülərək üzəri yapışqan lentlə bağlanmış halda narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd ağ rəngli sellofana bükülərək üzəri yapışqan lentlə bağlanmış bükülüdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin kütlələr təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdən sonra iki ədəd zərfə qoyularaq qablaşdırılmış və bununla bağlı protokol tərtib edilmişdir. Onlar da həmin zərfin üzərinə və protokola imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq alışqan, siqaret, tibbi maska, açar və 5 manat 90 qəpik pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 narotik vasitələrin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla müdafiəçisinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Nokia” markalı, 1 ədəd “Samsung Galaxy S9 Duos” markalı mobil telefonlar aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 “Nokia” markalı mobil telefonun Təqsirləndirilən şəxs2, “Samsung” markalı mobil telefonun isə özünə məxsus olduğunu, həmin “Samsung” markalı mobil telefon ilə İran İslam Respublikası vətəndaşı ilə danışıq apardığını, İranlının onun götürməsi üçün Cəlilabad rayonu ərazisinə narkotik vasitə göndərdiyini və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2la götürdüyünü bildirmişdir. Baxış başa çatdıqdan sonra bununla bağlı protokol tərtib edilmiş, onlar da həmin protokola imza etmişdir. Dindirilmiş şahidlər Şahid5, Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 24 fevral 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd bağlamanın içərisindən on ədəd qara rəngli sellofana yerləşirilib üzəri yapışqan lentlə bağlanmış halda bağlamalardan narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd ağ rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə bağlanmış bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 24 fevral 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış protokolundan görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Yalnız onun üzərindən bir ədəd “Nokia” markalı və bir ədəd “Samsung Galaxy S9 Duos” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 may 2022-ci il tarixli, 19/233 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 10 ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 10 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -1995,0 qr; -2060,0 qr; - 2020,0 qr; -1990 qr; -1880 qr; -1740 qr; -1100 qr; -1065 qr; -970 qr; -1080 qram ümumi təmiz çəkisi:-15900,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan bir ədəd bağlamadakı, bir ədəd torbada təmiz çəkisi: -1035,0 qram olan bitki mənşəli kütlə tərkibimdə narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Heroinin ümumi çəkisi 15900 qram, tədqiqata sərf olunmuş 0,4 qram, qalıq çəkisi 15899,6 qramdır. Marixuananın təmiz çəkisi 1035 qram, tədqiqata sərf olunmuş 0,02 qram,qalıq 1034,98 qramdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 19 aprel 2022-ci il tarixli, 974 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 30 iyul 2022-ci il tarixli, 2002 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 fevral 2022-ci il tarixli, 234 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 fevral 2022-ci il tarixli, 235 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 01 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 15899,6 qram heroin, eyni zamanda qalıq çəkisi 1034,98 qram olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Cəlilabad RPŞ-dən daxil olan 10 iyun 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlardam aşkar edilmiş narkotik vasitələri sonuncunun tanışı olan İİR vətəndaşı vasitəsilə satmaqla qazanc əldə etmək məqsədilə əldə etmişlər, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğu və narkotik vasitələrin satışı ilə də məşğul olduqları müəyyənləşdirilmişdir. X2 isə həmin narkotik vasitənin əldə edilməsi ilə hər hansı bağlılığının olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində onlardan aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın ona aid olmadığını İranlının ona 100- 200 qram tiryək göndərməli olduğunu, Təqsirləndirilən şəxs2 da ondan aşkar edilərək götürülmüş içərisində heroin və marixuana olan bağlamanı dayanacaqdan götürməsini, həmin vaxt Qabilə bağlamanın böyük olduğunu və həmin bağlamanın onlara aid olmadığını dediyini bildirmişdir. Məhkəmə onların bu ifadələrini özlərini ağır ittihamdan qurtarmaq məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə vermiş olduqları ifadələri, dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan müdafiəçilərin iştirakları ilə videoçəkilişlər keçirilmiş şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkəti protokolu və qeyd edilən istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin olduğu DVD diskə baxış keçirilməsi haqında istintaq hərəkəti protokolu ilə, əldə olunmuş maddi sübutlar və sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan həmin ifadələrə tənqidi yanaşır və həmin hissədə ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən iş üzrə təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qanuni və əsaslı hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onları tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1981-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7də yaşamışdır. O, yaşayış yerində müsbət xarakterizə olunur. Himayəsində 2008-ci il təvəllüdlü oğlu Nicat, 2012-ci il təvəllüdlü qızı Nuray və 2018-ci il tarixli oğlu Yusif vardır. Təqsirləndirilən şəxs2 xx xxxx 1978-ci ildə ünvan 8 evin 5 saylı ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Himayəsində 2011-ci il təvəllüdlü qızı Xədicə vardır. İşdə olan Cəlilabad rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası BƏSİİ-nin məlumatından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunsalar da onların məhkumluqları qanunla müəyyə edilmiş qaydada ödənilmişdir. Ona görə də onlar məhkumluğu olmayan şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində azyaşlı uşaqlarının olmasını onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı ağırlaşdıran hallar olmamaqla, yüngülləşdirən halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların tutulduğu vaxtdan, 23 fevral 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 15899,6 qram olan heroin və qalıq çəkisi 1034,98 qram olan qurudulmuş marixuana məhv edilməli və 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat olmaqla alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinnin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 15899,6 qram olan heroin və qalıq çəkisi 1034,98 qram olan qurudulmuş marixuana məhv edilsin. 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat olmaqla alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-545/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-545/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver