Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-545/2025 05.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X10, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X11, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı ilə 14 (on dörd) gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, 18 aprel 2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, qanunvericliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri 21-ci məhəllədə qeydiyyatda olmaqla yaşamış, 16 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 4(049)-45/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayının əvvəlində satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən psixotrop maddə metamfetamini, narkotik vasitə metadon həblərini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib, onları daşıyaraq yaşadığı evə gətirib, çəkisi 30,894 qram olan psixotrop maddədən satış üçün 0,465 qram və 0,101 qram ayıraraq, qanunsuz əldə etdiyi maddələrin hamısını yaşadığı Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən evində saxlamış, onun külli miqdarda psixotrop maddə və narkotik vasitələri yaşayış yerində saxlamaqla qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının Lənkəran Rayon Məhkəməsinin əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında 10 iyun 2025-ci il tarixli, 5(049)-62/2025 saylı qərarına əsasən, 16 iyun 2025-ci il tarixdə saat 21:22 dəqiqədən etibarən başlamış əməliyyat tədbiri zamanı yaşadığı Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən evə daxil olma və baxış keçirilməsi əməliyyat-axtarış tədbirinin icrası ilə əlaqədar özünün iştirakı ilə videoçəkiliş aparılmaqla, həmin evə baxış keçirilərkən evin birinci mərtəbəsində yerləşən otaqdan, maddələrin qanunsuz satışında vasitə kimi istifadə etdiyi üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 (iki) ədəd elektron tərəzi, ümumi zal kimi istifadə olunan digər otağa baxış keçirilərkən divara bitişik masanın və termonun üzərindən 2 (iki) ədəd bükümdə 0,465 qram və 0,101 qram və 1 (bir) ədəd bükülüdə 30,328 qram olmaqla, cəmi 30,894 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 6 (altı) ədəd blister kəsiklərində, üzərilərində “F/M40” göstəricisi olan, tərkibindəki təsir maddəsinin ümumi miqdarı 0,240 qram təşkil edən xeyli miqdarda narkotik vasitə 6 (altı) ədəd metadon həbləri, 1 (bir) ədəd bükümdə 0,042 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və maddələrin qanunsuz satışında vasitə kimi istifadə etdiyi üzərində psixotrop maddə metamfetaminin izləri olan daha 1 (bir) ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Evdə olduğu zaman polis əməkdaşları evinə daxil olmuşlar, həmin vaxtı evinin işıqları sönmüşdür. Polis əməkdaşları evinə daxil olan zaman o, “hallı” olmuşdur. Daha sonra polis əməkdaşları üzərinə baxış keçirmiş, üzərindən heç nə aşkarlanmamışdır. Polis əməkdaşları məhkəmənin qərarını ona təqdim edərək evə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına evə baxış keçirmələri üçün onlara bir ay vaxt lazım olduğunu və evində xeyli avtomobil ehtiyyat hissələrinin olduğunu demişdir. O, işinin Ağır Cinayətlər Məhkəməsinə gəlib çıxmasını fikirləşməmişdir. Onda həmişə çəkisi az olan narkotik vasitə olmuşdur. Narkoman olduğu üçün narkotik vasitə istifadə etmişdir. Həmin vaxt evində yanında olan iki nəfər şəxs yoxa çıxmışlar. Ailəsini də evə buraxmamışlar. O, polis əməkdaşlarından ehtiyyat etmişdir. Onu polis şöbəsinə gətirdikdən sonra Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşmə aparıldığını deyib sənədlərə imza etməyini bildirmişlər. Sonradan bilmişdir ki, sənədlərdə 30 qram narkotik vasitə yazılmışdır. Onda 30 qram metamfetamin olmamışdır. O, metamfetamin istifadə etməmişdir. Evində 100 manatlıq metadon həbləri olmuşdur. Bir list metadon tabletkası almışdır. Bir listdə 10 ədəd metadon tabletkası olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 17 ildir narkotik vasitə istifadə edir. Müstəntiq tərəfindən ona heç bir təzyiq olmamışdır. Polis əməkdaşları evinə girən zaman ona zor tətbiq etmişlər. Yanında olan Şahid6 tanımış, o, da narkotik vasitə istifadəçisi olmuşdur. Həmin gün narkotik vasitələri olmamışdır. Polis əməkdaşları evinə girən zaman ona aid olan otağda “Leninqrad” metadon həbləri olmuşdur. İran metadon həblərini istifadə edən zaman səhhətini pis hiss etdiyi üçün ondan istifadə etməmişdir. Evində tərəzi olmamışdır. O, metamfetamin istifadə etməmişdir. Onun mobil telefonu oğurlanmışdır. Evinə gedib gələn Elmar adlı kondisioner ustası 2 ay bundan qabaq telefonunu oğurlamışdır. Sonra ona demişdir ki, 200 manata cinayət axtarış şöbəsinin əməkdaşları telefonu axtarıb tapırlar. 200 manat düzəldib itən telefonunu tapmaq üçün vermiş və bundan sonra telefonunu tapıb ona vermişlər. “Yasin” adlı şəxsi tanımamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində demişdir ki, Lənkəran şəhəri 21-ci məhəllədə özünə məxsus fərdi yaşayış evində tək yaşayır. Evlidir. İki övladı var. Narkoman olduğu üçün ailəsi ondan ayrı yaşayır. 15 ildən çoxdur ki, narkotik vasitə qəbul edir. 2018-ci ildə 204.1 və 234.1-ci maddələri ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2024-cü ilin aprel ayında həbsdən azad edilmişdir. O həbsdən çıxdıqdan bir müddət sonra yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. O metamfetamini inneksiya yolu ilə qəbul edir. O tutulmamışdan 3-4 gün öncə vatsap vasitəsi ilə adını Yasim olduğunu deyən bir şəxs zəng edərək İran vətəndaşı olduğunu, onun üçün ucuz qiymətə narkotik vasitə göndərərsə sata biləyəcəyini soruşmuşdur. O da həmin ərəfədə dükanı demək olar ki, bağlanmışdır. Pulu yox imiş. Özünə narkotik vasitə ala bilmirmiş. Buna görə Yasimin dedikləri ilə razılaşmışdır. Tutulmamışdan bir gün öncə onun üçün tanımadığı şəxsin vasitəsi ilə yaşadığı evin qapısının qarşısına bir ədəd bağlama tullamışdır. O həmin bağlamanı götürüb evinə gətirmişdir. Bağlamanın içərisində metadon həbi, psixotrop maddə metamfetamin bir azda marixuana vardır. Özü üçün iki ədəd büküm ayırıb saxlamışdır ki, kimsə istərsə satsın. Yasimlə ilə razılaşmağına əsasən ona 600 manat pul göndərəcəkmiş. Həmin metamfetamini, metadon həbini və marixuananı yaşadığı evin birinci mərtəbəsində yerləşən zalda olan şkafın üzərinə qoymuşdur. 16 iyun 2025-ci il tarixdə saat təxminən 21:00-da ərəfələrdə Sütəmurdovda yaşayan tanışı Emil evinə gəlmişdir. Ondan qəbul etmək üçün marixuana istəmişdir. Ona isə marixuanası olmadığını demişdir. Emil gəldikdən təxminən 5 dəqiqə sonra əvvəllər onunla həbsdə olmuş Şahin gəlmişdir. Şahin ondan qəbul etmək üçün metadon həbi istəmişdir. O isə ona metadon həbini tapmaq çətindir. Amma sənin üçün təşkil edə biləcəyini demişdir. Sonra ondan özündə əgər metamfetamin varsa qəbul etmək üçün ona verməyini xahiş etmişdir. Görmüşdür ki, onun pulu yoxdur buna görə ona heç bir narkotik vasitə verməmişdir. Şahin pulu sonra verəcəyini deyə xahiş etmişdir. Bu barədə söhbət edərkən onların olduqları otağa videoçəkilişlə polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşlarından biri ona özünü təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu üzərində və evinə baxış keçirəcəklərini deyərək evinə baxış keçirmək üçün əlində tutduğu məhkəmə qərarını ona təqdim etmişdir. Onun üzərinə baxış keçirmişlər. Üzərindən 190 manat pul, mobil telefon və alışqan aşkar etmişlər. Sonra olduğu otağa baxış keçirmişlər. Oradan iki ədəd elektron tərəzi aşkar etmişlər. Həmin vaxt üzərində və olduğu otaqda hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Pul və alışqan ona qaytarılsada mobil telefon və iki ədəd elektron tərəzini götürmüşlər. Həmin tərəzilər işləmirlər. Sonra polis əməkdaşları ona məhkəmə qərarına əsasən evə baxış keçirəcəklərini evdə axtarış aparacalarını onlarda evdə narkotik vasitə saxlamağı barədə məlumatları olduğunu, əgər vardırsa könüllü təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarının evdə axtarış aparıb əşyaların dağınıq vəziyyət saxlınmasından ehtiyyat edib həmçinin onsuzda evində olan psixotrop maddəni tapacaqlarını bildiyi üçün evində saxladığı psixotrop maddənin olduğunu deyib onları evin birinci mərtəbəsində olan zalı polis əməkdaşlarına təqdim etmişdir. Həmin zalda olan güzgülü dolabı göstərmişdir. Polis əməkdaşlarına bildirmişdir ki, nə varıdırsa burada saxlayır. Həmin dolaba baxış keçirmişlər. Dolabın üzərində 2 ədəd bükümdə metamfetamin, 6 ədəd metadon həbini və bir bükümdə çox az həcmdə olan qurudulmuş marixuana, bir ədəd mobil telefon bir ədəd elektron tərəzi aşkar etmişlər. Sonra dolabın yanında olan güzgülü dolabın üzərində karton qabının içərisində saxladığı külli miqdarda metamfetamini aşkar etmişlər. Ondan həmin bükümlər barədə soruşduqda tanımadığı şəxsin vasitəsi ilə əldə etdiyini, onlardan bir hissəsni qəbul etmək üçün qalan hissəsini satıb pul əldə etmək üçün saxladığını demişdir. Həmin bükümlər elektron tərəzidə çəkildi, marixuananın çəkisi 0,81 qram, metamfetamin kiçik sellofan bükümü 0,41 qram, bir ədəd salfetkaya bükülmüş metamfetamin bükümü 1,34 qram, iri sellofan bükümdə olan metamfetaminin çəkisi isə 31.63 qram olmuşdur. Evindən aşkar edilmiş narkotik vasitə marixuana, metadon həbləri, metamfetamin və elektron tərəzilər qablaşdırılaraq üzərinə imzalar edilmişdir. Sonra onu Lənkəran ŞRPŞ-na gətirmişlər. Polis şöbəsində evində keçirilmiş baxış barədə protokol tərtib edilmişdir. O da protokolu oxuyub imza etmişdir. Sonra iştirakı ilə polis şöbəsində təhqiqatçı tərəfindən evində aşkar edilmiş maddi sübutlara baxış keçirilmişdir. Baxış zamanı həmin bükümlərdə metamfetamin, metadon həbini və qurudulmuş marixuana ona məxsus olduğunu təsdiq etmişdir. Sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə Ədalət Muradovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra izahat vermişdir və təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olmuşdur. Tutduğu əməldən peşmandır, gələcəkdə narkotikdən istifadə etməyəcəyinə söz verir. Bildirir ki, saxlanılarkən evində olmuş Emil ilə Şahinə heç bir narkotik vasitə verməmişdir. Onların evində olan külli miqdarda psixotrop maddə və narkotik vasitələrdən xəbərləri olmamışdır. Onlara bu barədə bir söz deməmişdir. Onların evində hər hansı bir narkotik vasitə qəbul etməsi üçün şərait yaratmamışdır. Həmçinin bu barədə onlara hər hansı bir təklif etməmişdir. ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Yasimlə təxminən 3-4 ay bundan öncə özü ona vastapla zəng edib əlaqə saxlamışdır. Onunla görüşməmişdir. Əvvəllərdə tanımamışdır. O özü ona psixotrop maddə göndərib onun üçün satmağı təklif etmişdir. O da maddi durumu pis olduğu üçün onunla razılaşmışdır. Onun mobil nömrəsini telefonuna “Yasim” adı ilə qeydə almışdır. Onun mobil nömrəsi +989 364 162 364-dür. Onun barəsində başqa heç bir məlumatım yoxdur. Yasim onun üçün iki dəfə narkotik vasitə göndərmişdir. Maddi vəziyyəti pis olduğu üçün narkotik vasitə satmaq qərarına gəlmişdir. Bundan başqa sataraq əldə etdiyi pul ilə də öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Evində aşkarlanmış psixotrop maddədən başqa heç yerdə narkotik vasitə saxlamamışdır. Bildirir ki, evində aşkar edilmiş həmin psixotrop maddəni hissələrə bölərək narkotik vasitə qəbul edən şəxslərə satacaqmış. Buna görə evində gümüşü kağız rulon, elektron tərəzi, və kiçik ölçüdə kəsilmiş sellofan kəsiklərindən istifadə edir. O metamfetamini Yasimdən ucuz alıb hissələrə bölüb tanımadığı şəxslərə satırmış. Yasimin onun üçün göndərdiyi psixotrop maddəni göndərdiyi şəxsi görməmişdir. Kimdirsə gəlib evinin həyət darvazasının yaxınlığına qoyub çıxıb gemişdir. Yasimdə ona zəng edərək qapının ağzında qoyduğu yeri demiş, o da gedib götürmüşdür. O həmin şəxsi tanımışdır. Yasim onunla danışdıqdan sonra o hər dəfə bütün yazışmaları silmişdir. Ona atdığı kart hesabını da silmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, o əvvəlki ifadəsində göstərdiklərini qismən təsdiq edir. O, 30 ildən çoxdur ki, narkotik vasitə qəbul edir. 2018-ci ildə CM-nin 204.1 və 234.1-ci maddələri ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2024-cü ilin aprel ayında həbsdən azad edilmişdir. O həbsdən çıxdıqdan bir müddət sonra yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. O ümumiyyətlə metamfetamin qəbul etmir. Adətən metadon həbi qəbul edir. Bir də metadonun tozunun inneksiya ilə yolu ilə qəbul edir. 16 iyun 2025-ci il tarixdə saat təxminən 21:00-a yaxın ərəfələrdə evdə olarkən adlarını sonradan bildiyi Emil ilə Şahin evinə gəlmişlər. Onların evinə gəlmə səbəbini bilmir. Onlar gəldikdən 3-5 dəqiqə sonra polis əməkdaşları olduqları otağa daxil olmuşlar. Polis əməkdaşları içəri daxil olanda işıq bir anlıq sönmüşdür. Sonra yanmışdır. Həmin vaxt polis əməkdaşlarından biri ona özünü təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu üzərinə və evinə baxış keçirəcəklərini deyərək evinə baxış keçirmək üçün əlində tutduğu məhkəmə qərarını ona təqdim etmişdir. Bundan sonra videoçəkiliş başlanılmışdır. Onun üzərinə baxış keçirmişlər. Üzərində 190 manat pul, mobil telefon və alışqan aşkar etmişlər. Sonra olduğu otağa baxış keçirmişlər. Həmin vaxt üzərində və olduğu otaqda hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Pul və alışqan ona qaytarılsada mobil telefonu götürmüşlər. Sonra polis əməkdaşları ona məhkəmə qərarına əsasən evə baxış keçircəklərini evdə axtarış aparacaqlarını onlarda evdə narkotik vasitə saxlamağı barədə məlumlatları olduğunu, əgər vardırsa könüllü təqdim etməyini təklif etmişlər. O da həmin vaxt polis əməkdaşlarına özünə məxsus narkotik vasitə olduğunu onu təqdim edəcəyini demişdir. Sonra polis əməkdaşlarına evin birinci mərtəbəsində olan zalı təqdim etmişdir. Həmin zalda olan güzgülü dolabı göstərmişdir. Bildirmişdir ki, nə varıdırsa burda saxlayır. Həmin dolaba baxış keçirmişlər. Dolabın üzərində 2 ədəd bükümdə metamfetamin, 6 ədəd metadon həbini və bir bükümdə çox az həcmdə olan qurudulmuş marixuana, bir ədəd mobil telefon bir ədəd elektron tərəzi aşkar etmişlər. Sonra dolabın yanında olan güzgülü dolabın üzərində karton qabın içərisində bir ədəd iri bükümdə metamfetamin aşkar edilmişdir. Bildirir ki, 6 ədəd metadon həbləri və bir bükümdə kristal şəkilli metadon bükümü ona məxsus olsa da digər narkotik vasitələrdən xəbəri yoxdur. O dolabdan aşkar edilmiş 30 qramdan çox metamfetamin və digər bir büküm metamfetamin ona məxsus olmasa da onlar evindən aşkar edildiyi üçün məcbur qalıb ona məxsus olduğunu demişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə, marixuanaya bənzər kütlə çəkisi 0,81 qram, metamfetamin kiçik sellofan bükümü 0,41 qram, bir ədəd salfetkaya bükülmüş metamfetamin bükümü 1,34 qram, iri sellofan bükümdə olan metamfetaminin çəkisi isə 31.63 qram olmuşdur. Evindən aşkar edilmiş narkotik vasitə və metadon həbləri, elektron tərəzi qablaşdırılaraq üzərinə imzalar edilmişdir. Sonra o Lənkəran ŞRPŞ-ya gətirilmişdir. Şöbədə protokol tərtib edilmişdir. O da protokolu oxumadan imza etmişdir. Sonra onun iştirakı ilə polis şöbəsində təhqiqatçı tərəfindən evində aşkar edilmiş maddi sübutlara baxış keçirilmişdir. Baxış zamanı ondan heç kəs heç nə soruşmamışlar. Sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra izahat vermişdir və təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olmuşdur. Bildirir ki, o saxlanılarkən evində olmuş Emil ilə Şahinə heç bir narkotik vasitə verməmişdir. Onların evində olan külli miqdarda psixotrop maddədən xəbərləri olmamışdır. O onlara bu barədə bir söz deməmişdir. Onlara evində hər hansı bir narkotik vasitə qəbul etməsi üçün şərait yaratmamışdır. Həmçinin bu barədə onlara hər hansı bir təklif də etməmişdir. Bildirir ki, evində aşkar edilmiş külli miqdarda metamfetamin ona məxsus deyil. Digər 6 ədəd metadon həbi, bir kiçik bükümdə kristal şəkilli metadon tozu ona məxsusdur. Marixuana da ona məxsus deyil. Buna görə özünü qismən təqsirli bilir. Bildirir ki, polis əməkdaşları evə daxil olarkən, onu tutub saxlamışlar. Onlar əvvəlcə evə baxış keçirdikdən sonra Şahinlə Emili çölə çıxardıqdan sonra ona demişlər ki, çəkiliş başlayır. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. O narkotik vasitəni Yasim adlı İran vətəndaşından alması xüsusatını təsdiq etmir. Evində aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən 100 manata almışdır. Bildirir ki, Yasimi tanımır. Onun telefonu hadisədə təxminən 10 gün əvvəl evindən yoxa çıxmışdır. Həmin vaxt evində işləyən kondinsioner ustası Elmar ona “250 manat ver sənin telefonunu tapdırıb gətizdirim, mənim polis tanışlarım var” demişdir. O da ona 250 manat verib telefonunu gətizdirmişdir. Elmar onun mobil telefonunu necə tapdığını bilməmişdir. Səhərisi gün isə sim kartını ona vermişdir. O bu barədə şikayət etməmişdir. Çünki telefonu evdən itmişdir. O təxminən 05 iyun 2025-ci il tarixdən 15 iyun 2025-ci il tarixədək telefondan istifadə etməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Evindən aşkarlanmış psixotrop maddədən başqa heç yerdə narkotik vasitə saxlamamışdır. Evindən aşkar edilmiş tərəzilər ona məxsus deyil. Onun heç vaxt tərəzisi olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyə yaşadığı evdə külli miqdarda- 30,894 qram psixotrop maddə metamfetamin olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs nakorik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin qərarı alındıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmış və üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılan zaman evdə ondan başqa daha iki nəfər şəxsdə olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirlən zaman onun üzərindən pul vəsaiti və sağ yan cibindən 1 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs evində olan digər iki nəfər şəxslərində üzərlərinə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunan narkotik vasitə varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs evinin 1-ci mərtəbəsində yerləşən otağda olan nakrotik vasitələri və psixotrop maddəni onlara göstərib təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında Şahid6 və Şahid7 olmuşlar. Onlar barəsində hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs evinə daxil olarkən həyətdən çıxan şəxsin şəxsiyyəti istintaq tərəfindən müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə daxil olan zaman həyətə giriş qapısı açıq olmuşdur. Təqsirləndirilən şəxs olan otağa daxil olan zaman onlar oturmuş vəziyyətdə olmuşlar. Otaqda narkotik vasitə olmamış, lakin elektron tərəzilər olmuşdur. Elektron tərəzilər işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsla saxlanılan iki nəfər şəxsi təhqiqata təhvil vermişlər. Dindirilmiş şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, 16 iyun 2025-ci il tarixdə, saat 21:22-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 3 ədəd bükümdə ümumi çəkisi 30.894 qram olan külli miqdar hesab edilən psixotrop maddə metamfetamin, təsiredici maddəsi 0,240 qram olan narkotik vasitə hesab edilən 6 ədəd metadon həbləri və bir ədəd bükümdə 0,042 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü madələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1,i.v.1-68) -Lənkəran Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 10 iyun 2025-ci il tarixli, 5(049)-62/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən yaşayış yerinə, həmin ünvanda olan hasarlanmış tikinti obyektlərinə və torpaq sahəsinə daxil olmaqla baxış keçirilməsi qərara alınmışdır. Qərarın icrası Lənkəran ŞRPŞ-nə həvalə edilmişdir.(cild 1,i.v.5-6) -“əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsinə dair” 16 iyun 2025-ci il tarixli protokoldan və aparılmış video çəkilişdən görünür ki, 16 iyun 2025-ci il tarixdə, saat 21:22-də Lənkəran ŞRPŞ-nin əməkdaşları Lənkəran şəhər 21-ci məhəllədə yerləşən Təqsirləndirilən şəxs evinə daxil olaraq, Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqda saxlanılır, Təqsirləndirilən şəxs üstü yoxlanıldıqdan sonra, evinə keçirilən baxış zamanı evin birinci mərtəbəsində yerləşən ümumi otaqda dolab üzərində 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 6 ədəd metadona bənzər həblər, 1 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin metamfetamin, marixuana və metadon həbləri olduğunu, onları satmaq məqsədi ilə əldə etdiyini təsdiq edir. Bundan başqa təqdim edilən əşyalara keçirilən baxış protokolunda və həmin protokola əlavə edilmiş video görüntüdən də görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin, metadon həbləri və marixuananın özünə məxsus olduğunu və onu satış məqsədi ilə əldə etdiyini təsdiq edir.(cild 1,i.v.9-11) -“əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsinə dair” 16 iyun 2025-ci il tarixli protokoldan və aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən evinə baxış keçirilərkən orada olmuş Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə vardırsa təqdim etməsi bildirilmiş, Şahid6 şalvarının sağ yan cibindən iki manatlıq əskinaz və bir ədəd 10 qəpik pul və “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şahid6 üstü yoxlanılarkən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şahid6la aparılmış sorğu sual zamanı o əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edildiyini, Təqsirləndirilən şəxs ilə birlikdə həbsxanada olduğu üçün tanıdığını bildirmişdir.(cild 1,i.v.12- 14) -“şübhəli şəxsin tutulması haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:55-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.22) -“məhkəmə-kimyəvi ekspertizası”nın 17 iyun 2025-ci il tarixli, 19/252 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 3 büküm metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -30.328 qr; -0,465 qr; -0,101 qram, ümumi təmiz çəkisi -30,894 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 1 büküm marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs İdirs oğlunun evinə baxış keçirilən zaman aşkar olunmuş 3 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır.(cild 1,i.v.56-60) -“məhkəmə-kimyəvi ekspertizası”nın 17 iyun 2025-ci il tarixli, 19/2215 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar edilən...” sözlər və imzalar olan 6 ədəd blister kəsiklərində 6 ədəd üzərində “F/M40” göstərici olan açıq-qəhvəyi rəngli dərman tabletlərin əsas təsiredici maddəsi metadondur və həmin dərman tabletlərinin tərkibinə metadonun təsir maddəsinin ümumi miqdarı 0,240 qram təşkil edir. Təqdim olunmuş tabletlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər.(cild 1,i.v.61-65) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 4(049)-45/2025 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmış, həbsin sonu 16 oktyabr 2025-ci il tarix hesab edilmişdir. Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir narkotik istifadəçisidir və bədənindəki ağrılara görə narkotikdən iki gündən bir istifadə edir. Narkotik maddə, telefon danışığından sonra tanımadığı adam tərəfindən onun qapısına atılmışdır.Telefonda danışdığı adamları şəxsən tanımır, sadəcə adlarının Yasın, Cəbrayıl və Cavid olduğunu bilir. Evindən həqiqətən narkotik maddənin çıxdığını etiraf edərək, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyi və döyülmədiyini bildirmişdir. Xəstəliyi ilə əlaqədər barəsində ev dustağlığı qətimkan tədbirinin seçilməsini xahiş etmişdir.(cild 1, i.v.81-82, 106- 110) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 17 iyun 2025-ci il tarixli, 343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(cild 1,i.v.96) -“baxış keçirilməsi haqqında” 13 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman aşkar edilmiş iki ədəd mobil telefonlardan biri smartfon tipli, arxa hissəsi tünd göy rəngli, “Samsung A25” markalı mobil telefondur. Mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Mobil telefonda olan “WhatsApp” tətbiqinə daxil olduqdan orada Yasin adlı ilə qeydə alınmış +**********46 saylı İran İslam Respublikasına məxsus mobil nömrə aşkar edilmişdir. Həmin mobil nömrə ilə “WhatsApp” yazışmalarına baxış keçirdikdə tərəflərin hər hansı bir yazışmasına və rənglərinə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi Yasimlə danışıb əlaqə saxladıqdan sonra hər ikisi yazışmaları silmişlər. Təqsirləndirilən şəxs götürülmüş digər mobil telefon sadə tipli, qara rəngli, üzərində heç bir mobil nömrə olmayan, işləməyən “Nokia” markalı mobil telefondur.(cild 1,i.v.124) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ-dən daxil olmuş 02 avqust 2025-ci il tarixli, 597 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(cild 1,i.v.143) -“sübutların qiymətləndirilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 30,744 qram çəkidə psixitrop maddə metamfetamin, 4 ədəd metadon həbləri, 0,022 qam çəkisə qurudulmuş marixuana, 3 ədəd elektorn tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılmış, Təqsirləndirilən şəxs üzəri yoxlanılan, evinə baxış keçirilən və təqdim edilən əşyaya baxış keçirilən zaman aparılmış videoçəkilişlərin görüntüləri olan 1 (bir) ədəd fleşkart və 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, 2 (iki) ədəd mobil telefonun təqsirləndirilən şəxsin arvadı X4 qaytarılması qərara alınmışdır.(cild 1,i.v.178-187) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş qrup üzvüləri, “Yasim” adı ilə məlum olan şəxsin və qeyrilərinin barələrində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 1,i.v.188-189) -19 sentyabr 2025-ci il tarixli “qəbz” dən görünür ki, Təqsirləndirilən şəxs arvadı X3 Həsənova məxsus 2 (iki) ədəd “Samsung” markalı mobil telefonu müstəntiqdən təhvil almışdır.(cild 1,i.v.185) -Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 1(099)-486/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılmışdır.(cild 2,i.v.37-46) -“sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 206.3.2 və 238.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir.(cild 2,i.v.86-98) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında yaşadığı evdə psixotrop maddə aşkar olunmaması, psixotrop maddələr və narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə verdiyi ifadələrini ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana və metadon narkotik, metamfetamin isə psixotrop maddə hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, metadonun 0,02 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar,160 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, metamfetaminin 0,15 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 2 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 400 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Məhkəmə-kimyəvi ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 3 büküm metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -30.328 qr; -0,465 qr; -0,101 qram, ümumi təmiz çəkisi -30,894 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 1 büküm marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan bitki mənşəlli kütlə tərkibində naroktik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman aşkar olunmuş 3 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. “Məhkəmə-kimyəvi ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Ə. Həsənovun evində aşkar edilən...” sözlər və imzalar olan 6 ədəd blister kəsiklərində 6 ədəd üzərində “F/M40” göstərici olan açıq-qəhvəyi rəngli dərman tabletlərin əsas təsiredici maddəsi metadondur və həmin dərman tabletlərini tərkibinə metadonun təsir maddəsinin ümumi miqdarı 0,240 qram təşkil edir. Təqdim olunmuş tabletlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitələri əldə edib saxlayaraq daşıması və yaşadığı evdə saxlaması onun psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, şəxsi istifadəsi üçün əldə etməsi barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2025-ci ilin iyun ayının əvvəlində “Yasim” adlı şəxs və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə edilməsi ilə bağlı əvvəlcədən razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməmişdir. “Yasim” adlı şəxsi tanımamışdır, həmin şəxslə heç bir əlaqəsi olmamışdır. “Yasim” adlı şəxsin adı ilə yazılmış telefon nömrəsi ona məxsus telefonda telefonu alan zamandan olmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda-30,894 qram psixotrop maddə metamfetamini, xeyli miqdarda-0,240 qram narkotik vasitə olan 6 (altı) ədəd metadon həblərini və təmiz çəkisi 0,042 qram olan az miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması cinayətlərini törətməsi sübut yetirilsə də, “Yasim” adlı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, sonuncularla birgə hərəkət etməsi, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olması sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs “Yasim” adlı vətəndaş ilə qabaqcadan əlbir olaraq ona istinad edilən cinayət əməllərini törətməsini (Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğunu) müstəsna olaraq onun özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə əsaslandırmışdır. Məhkəmə tərkibi hesab edir ki, qeyd edilən xüsusatla əlaqəsi olan digər sübutlartəqsirləndirilən şəxsin üzərində şəxsi axtarışın keçirilməsinə və götürmənin aparılmasına dair protokolun təqsirləndirilən şəxsin izahını əks edirən hissəsi, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri təqsirləndirilən şəxsin sözlərindən verilmiş məlumatlar olmaqla, sözügedən tövsifedici əlamət barədə məlumat yükü daşıyan müstəqil məlumat mənbəyi kimi çıxış etmirlər. Təqsirləndirilən şəxs etirafedici ifadəsindəki məlumatlar belə onun və adını “Yasim” olması ehtimal edilən şəxsin birgə, yəni hər ikisi üçün ümumi olan cinayəti törətmək üçün hərəkət etdiklərini təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönülü), birbirini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə-vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 31-ci bəndində göstərilmişdir ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, tutulmamışdan 3-4 gün öncə “WhatsApp” vasitəsi ilə adını “Yasim” olduğunu deyən bir şəxs zəng edərək İran vətəndaşı olduğunu, onun üçün ucuz qiymətə narkotik vasitə göndərərsə sata biləyəcəyini soruşmuşdur. O da həmin ərəfədə dükanı demək olar ki bağlanmışdır. Pulu olmamışdır. Özünə də narkotik vasitə ala bilməmişdir. Buna görə “Yasim”in dedikləri ilə razılaşmışdır. Tutulmamışdan bir gün öncə onun üçün tanımadığı şəxsin vastəsi ilə yaşadığı evin qapısının qarşısına bir ədəd bağalama tullamışdır. O həmin bağlamanı götürüb evinə gətirmişdir. Bağlamanın içərisində metadon həbi, psixotrop maddə metamfetamin və bir azda marixuana vardır. Özü üçün iki ədəd büküm ayırıb saxlamışdır ki, kimsə istərsə satsın. “Yasim” ilə razılaşmağına əsasən ona 600 manat pul göndərəcəkdi. Həmin metamfetamini, metadon həbini və marixuanını yaşadığı evin birinci mərtəbəsində yerləşən zalda olan şkafın üzərinə qoymuşdur. İbtidai istintaq orqanının istinad etdiyi bu məlumata görə, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamin, narkotik vasitələr metadon və qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmə cinayətini törətdiyi halda, adının “Yasim”, vətəndaşlığının İran İslam Respublikası olduğu güman edilən şəxs həmin narkotik vasitələri təqsirləndirilən şəxsə satma cinayətini və ehtimalla buna qədər baş vermiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan başqa, yəni narkotik vasitələri İran İslam Respublikasında və ya başqa yerdə əldə etmə, saxlama, Azərbaycan Respublikası ərazisinə daşıma əməlləri məhkumun iştirakı olmadan törətmişdir, yəni məhkum və digər şəxs üçün ümumi olan (vahid) cinayətin törədilməsi faktı, o cümlədən buna dair əvvəlcədən razılaşmanın əldə edilməsi halı (birgəlik) mövcud olmamışdır. İbtidai istintaq orqanı İran İslam Respublikası vətəndaşı “Yasim” olduğu ehtimal edilən şəxsin psixotrop maddə və narkotik vasitələri Təqsirləndirilən şəxs nisyə (pulunu sonra ödəmək şərti ilə) satması, təqsirləndirilən şəxsin isə həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, qabaqcadan əldə olunmuş razılaşmanın da müstəsna olaraq onların arasında belə bir qanunsuz alqı-satqı əməliyyatının həyata keçirilməsini nəzərdə tutması kimi xüsusatlardan başqa, bu şəxslərin cinayətkar əlaqələrini göstərə biləcək hər hansı digər halı, yəni verilmiş ittihamda yazılan “Yasim” adlı şəxslə qabaqcadan birgə metamfetamin psixotrop maddəni, metadon və qurudulmuş marixuana narkotik vasitələrini əldə etmək, saxlamaq, daşımaq, satmaq barədə razılığa gəlmələrini və reallıqda həmin əməlləri birgə törətmələrini) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi ondan irəli gəlir ki, cinayət təqibi orqanının birgə-iştirakçılar üçün ümumi olan cinayətin törədilməsi barədə əvvəlcədən razılaşmanın əldə olunması halını “ikitərəfli kriminal əqdin bağlanması” kimi haldan fərqləndirə bilməmişdir. Halbuki şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin sorması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti” nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Qeyd edilən səbəblərdən də Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın Cinayət-Prosessual Məcəllənin 7.0.2, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə istinad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirilməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə psixotrop maddənin və narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması əməllərinin Təqsirləndirilən şəxs, “Yasim” adı ilə məlum olan şəxs və digər şəxslərdən təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da razılaşmanın konkret olaraq nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən-əldə etmə, saxlama, daşıma) uzlaşdırıla biləcək konrekt hərəkətləri göstərilməmişdir. (ittihamda təsvir olunmuş təqsirləndirilən şəxsin əməllərinin faktik məzmunu müstəsna olaraq onun “Yasim” adı şəxsin satdığı psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə əldə etməsini və bundan sonra onların saxlanılması, daşınması, satışı üzrə təkbaşına etdiyi hərəkətləri əhatə edir). Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu Cinayət-Prosessual Məcəlləsinin 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi müəyyən əhəmiyyət kəsb edən halların saxlanılmasından (“digər şəxslərlə”, “şəxsiyyəti istintaqa “Yasim” adı ilə məlum olan şəxs” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Məzmununda “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə-qabaqcadan əlbir olan bir qrup şəxsin psixotrop maddə və narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələr olduğu halda- Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı və Klimentyev Rusiyaya qarşı” işi üzrə qərarlarında qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermişlər və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. İbtidai istintaqın ilkin mərhələsi zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək yaşadığı evdən psixotrop maddə və narkotik vasitələrin aşkar olunduğunu bildirmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı və Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının onu döymələri və etirafedici izahat verməsi üçün onu məcbur etmələri barədə hər hansı bir müraciətləri olmamışdır. Cinayət işinin materiallarının 96-97-ci səhiflərində olan “məhkəmə-tibbi ekspertizası”nın 17 iyun 2025-ci il tarixli 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalaraq məcbur edilməsi, saxlanılan zaman narkotik vasitənin təsiri altında olması əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq psixi təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi “İ.H.Avstriyaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, yaşadığı evdə külli miqdarda-30,894 qram psixotrop maddə metamfetamin olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini qismən etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin psixotrop maddələr və narkotik vasitələr satmaması, öz istifadəsi üçün əldə etməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Hətta barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman Təqsirləndirilən şəxs evindən narkotik vasitənin çıxdığını etiraf etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və şübhəli şəxsin yaşadığı evə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş videoçəkiliş, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə, narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 1(049)-159/2018 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(cild 1,i.v.150-152, 157-160) -Salyan Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 7 (057)-180/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdır.(cild 1,i.v.171-175) Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. -Lənkəran şəhər 1 nömrəli sahə İƏD-i üzrə nümayəndiliyi tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli, xx-xx/1738 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, 21-ci Məhəllə ünvanında qeydiyyatda olmaqla yaşamış, 15 sentyabr 2005-ci il təvəllüdlü Məhəmməd Həsənzadə, 29 avqust 2006-cı il təvəllüdlü Leylaxanım Həsənzadə adlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (cild 1,i.v.176-177) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 1(049)-159/2018 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 7 (057)-180/2024 nömrəli qərarı ilə 14 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, 18 aprel 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri az ağır cinayətlər hesab edilir. Həmin Məcəllənin 15.4-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ağır cinayət hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza müddəti 18 aprel 2024-cü il tarixdə bitmiş, onun cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs residiv olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə tərkibi bildirir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatların mövcudluğu istisna olunmur, lakin bu hal tam müəyyən edilmədiyindən onun məsuliyyətinə təsir edən amil kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyin edərək ondan aşkar olunan narkotik vasitələrin iki növdə olmasını, psixotrop maddə metamfetaminin külli miqdarda metamfetaminin başlanğıc qıramından dəfələrlə çox olmasını və həmin psixotrop maddənin ictimai təhlükəlilik dərəcəsini çox olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X9rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X8 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin olunan zaman Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 iyun 2025-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 4(049)- 45/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs polinarkomaniya, yəni eyni vaxtda iki və ya daha çox növ psixoaktiv maddələrdən asılılıq xəstəliyindən əziyyət çəkir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmənarkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs polinarkomaniyada məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 141 (bir yüz qırx bir) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 141 (bir yüz qırx bir) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Lənkəran- Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 30,744 qram olan psixotrop maddə metamfetamin, qalıq sayı 4 (dörd) ədəd olan metadon həbləri, qalıq çəkisi 0,022 qam olan qurudulmuş marixuana və 3 (üç) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə, evinə və təqdim edilən əşyaya baxış keçirilən zaman aparılmış videoçəkilişlərin görüntüləri olan 1 (bir) ədəd fleşkart və 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 16 iyun 2025-ci il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 4(049)-45/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 141 (bir yüz qırx bir) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran-Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 30,744 qram olan psixotrop maddə metamfetamin, qalıq sayı 4 (dörd) ədəd olan metadon həbləri, qalıq çəkisi 0,022 qam çəkisə qurudulmuş marixuana və 3 (üç) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzəri yoxlanılan, evinə baxış keçirilən və təqdim edilən əşyaya baxış keçirilən zaman aparılmış videoçəkilişlərin görüntüləri olan 1 (bir) ədəd fleşkart və 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-545/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-545/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver