Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-546/2023 25.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 04 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokofrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 mart 2023-cü ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində qardaşı X8 ilə görüşərkən qardaşının ona şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsin İİR-dan Azərbaycan Respublikasının ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri onunla birlikdə Lənkəran rayonu ərazisindən əldə edilməsi, saxlanması, Bakı şəhərinə daşınması və bunun müqabilində əldə edəcəyi 3000 manat məbləğində gəlirin 1000 manatını ona verəcəyi ilə bağlı təklifini qəbul edib, razılaşaraq qardaşı X8, İran İslam Respublikası vətəndaşı – şəxsiyyəti “Səyid” adı ilə məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, bu məqsədlə həmin tarixdə, saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR ərazisində fəaliyyət göstərən “Easy go rent a car” şirkətindən icarəyə götürdükləri “Hyundai Sonata” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüsü olaraq özü və qrup üzvü olan qardaşı Seymur Musayevlə birlikdə Lənkəran şəhəri istiqamətində yola çıxıb, 02 mart 2023-cü ildə, gecə saat 01:30 radələrində Lənkəran şəhərinə çatmış, həmin gün qrup üzvü “Səyid” adlı şəxsin tapşırığı ilə Lənkəran şəhərində gözlədikdən və Seymur Musayevin narkotik vasitələrin və psixotrop maddələrin Lənkəran rayonu ərazisində nə vaxt və haradan götürəcəkləri barədə “WhatsApp”la mütəmadi olaraq qarşılıqlı yazışmasından sonra Səyid adlı şəxs və qeyrilərinin onunla razılaşmadan əvvəl müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, məlum olmayan vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsini təmin etdikləri 13 ədəd bağlamada ayrı-ayrı çəkilərdə, ümumi təmiz çəkisi 16725,0 (16 kq, 725 qr) qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı, 12 ədəd bağlamada ayrı-ayrı çəkilərdə, ümumi təmiz çəkisi 16067,877 (16 kq 67,877) qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 5 ədəd bağlamada ayrı-ayrı çəkilərdə - ümumi təmiz çəkisi 8083,194 (8 kq 83,194 qr) qram olub külli miqdar təşkil edən, ağ rəngli kristalşəkilli eyni tərkibli psixotrop maddə metamfetamini və 232 ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla, ümumi sayı 2320 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 92,8 qram (bir həbdə 0,04 qr) olub külli miqdar təşkil edən qəhvəyi rəngli dairəvi formalı eyni tərkibli narkotik vasitə metadon həblərini əldə etmək üçün aralarındakı razılığa və ümumi niyyətə uyğun olaraq 03 mart 2023-cü ildə, gecə saat 05 radələrində “Səyid” adlı qrup üzvünün tapşırığı ilə qardaşı Seymur Musayevlə birlikdə idarə etdiyi “Hyundai Sonata” markalı avtomobildə yeni Ələt- Astara magistral yola çıxıb, avtomobili əvvəlcə Astara rayonuna, oradan isə geriyə döndərib, Bakı şəhəri istiqamətində idarə edərkən Səyid adlı qrup üzvünün verdiyi məlumat üzrə avtomobili Astara-Ələt avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində Lənkəran rayonu ərazisindən keçən hissəsinə düşən və üzərində “58” yazısı həkk olunmuş dəmir lövhənin yanında saxladıqdan sonra qrup üzvü Seymur Musayev həmin lövhə ilə paralel istiqamətdə setka çəpərin yanında gizlədilmiş qeyd olunan bağlamalarda və bükümlərdə narkotik vasitələri və psixotrop maddələri, habelə onunla razılaşdırılmış ümumi niyyətə daxil olmayan 5.45 mm kalibrli “AK-74” markalı, 745001 seriya nömrəli, yivli odlu avtomatik döyüş silahı olan bir ədəd saz vəziyyətdə, atəş açmaq üçün yararlı odlu silahı, sandıqçasındakı döyüş sursatı hesab olunan patronları ilə birlikdə əlinə götürüb, onları daşıyaraq odlu silahı ondan xəbərsiz avtomobilin ön sərnişin oturacağının alt hissəsində gizlədib, qeyd olunan narkotik vasitələri və psixotrop maddələri avtomobilin yük yerinə qoymaqla, satış məqsədi ilə qanunsuz olaraq həmin maddələri birlikdə əldə edib, bağlamaları yük yerində, bükümlərdən 17,382 qram çəkidə psixotrop maddə metamfetamini özü üzərində, 35,812 qram çəkidə psixotrop maddə metamfetamini və 2,877 qram çəkidə narkotik vasitə heroini isə qrup üzvü Seymur Musayev üzərində saxlayaraq, saat 05:18 dəqiqədə bu barədə qrupun digər üzvü “Səyid” adlı şəxsə mobil telefonla məlumat verib, həmin maddələri avtomobildə və üzərlərində Bakı şəhəri istiqamətində daşıyarkən, bu barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində regional şöbəsinin əməkdaşlarının həmin tarixdə saat 05:30 radələrində Ələt-Astara magistral yolunun DİN-nin BDYPİ-nin Masallı rayonu ərazisində yerləşən 11-ci stasionar yol patrul xidməti postunun yaxınlığında keçirdikləri əməliyyat tədbirləri zamanı polis əməkdaşlarının onların dayanması ilə bağlı tələblərinə məhəl qoymayaraq, avtomobili posta çatmamış köhnə Ələt-Astara avtomobil yoluna sürüb, həmin yol ilə üzü Lənkəran rayonu, Şirinsu qəsəbəsi istiqamətində yüksək sürətlə idarə edərək, məsuliyyətdən yaxa qurtarmaq üçün yol boyu idarə etdiyi avtomobillə manevrlər etməklə onların arxasınca gələn, içərisində polis əməkdaşlarının olduğu “Niva-Lada” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillərə bir neçə dəfə qəsdən vurmaqla, bunun nəticəsiz olduğunu görən qrupun üzvü Seymur Musayev isə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, onun qəsdi ilə əhatə olunmadığı halda, oturacağın altında ondan xəbərsiz gizlətdiyi “Kalaşnikov” markalı odlu silahı arxadan onları təqib edən polis əməkdaşlarının avtomobillərinə doğru tuşlayıb bir neçə dəfə nizamsız atəş açmaqla xidməti avtomobillərlə onları yaxalamağa çalışan hakimiyyət nümayəndəsi olub xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları – DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkilləri, polis mayoru Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs5, polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs2, əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs6 və polis nəfərləri, polis baş serjantı Zərərçəkmiş şəxs4 və polis baş serjantı Zərərçəkmiş şəxs3 zor tətbiq etməklə müqavimət göstərmələrinə baxmayaraq, əməliyyat tədbirində iştirak etmiş həmin polis əməkdaşlarının çevikliyi, fiziki hazırlığı və yüksək peşəkarlığı və onlardan Zərərçəkmiş şəxs3 “Zəfər-K” markalı xidməti tapançadan xəbərdarlıq atəşlərinə məhəl qoymayan Seymur Musayev onlara qarşı silahlı müqavimət göstərməyə davam etdiyinə görə qanuni olaraq onun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilin arxası istiqamətində atəş açması nəticəsində qrup üzvü Seymur Musayevin döş qəfəsinin sol arxa hissəsindən daxilə keçən, ürəyi və sol ağciyəri zədələyən odlu silah kor güllə yarasından ölərək zərərsizləşdirilməsindən sonra avtomobili Lənkəran rayonu, Şirinsu qəsəbəsi ərazisində saxlamış, iştirakı ilə orada avtomobilə baxış keçirilərkən, ayrı-ayrılıqda hər biri külli miqdar təşkil edən 13 ədəd bağlamada, cəmi 16725,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 12 ədəd bağlamada, cəmi 16065,0 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd bağlamada cəmi 8030,0 qram çəkidə psixotrop maddə metamfetamin və 232 ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla, ümumi sayı 2320 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 92,8 qram (bir həbdə 0,04 qr) çəkidə narkotik vasitə metadon həbləri avtomobilin yük yerindən, əməliyyat tədbirinin davamı olaraq həmin gün regional şöbənin ünvan 2 ünvanında yerləşən inzibati binasına aparılıb, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 17,382 qram çəkidə psixotrop maddə olan metamfetamin və Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin meyitxanasında qrup üzvü X4 meyitinə baxış keçirilərkən əynində olmuş gödəkçənin sol iç cibindən bir bükümdə 35,812 qr çəkidə psixotrop maddə olan metamfetamin və bir bükümdə 2,877 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 234.4.3 və 315-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq zamanı ifadəsini təzyiq altında vermiş, Səid adlı şəxsi tanımamış, onda silah olmamış, üzərində az miqdarda narkotik vasitə olmuş, qardaşı polis əməkdaşları tərəfindən öldürüldükdən sonra avtomat silah polis əməkdaşları tərəfindən avtomobilə qoyulmuş, 01 mart 2023-cü ildə Bakıdan Lənkərana gəlmiş, qardaşının kiminlə danışmasından məlumatı olmamış, içində narkotik vasitələr olan torbanı qardaşı yol qırağından götürmüş, lakin o torbanın içində nə olduğunu bilməmiş, qardaşı Seymurdan torbada nə olduğunu soruşduqda sonuncu torbada bazarlıq və az miqdarda pul olduğunu demiş, Bakı şəhərinə qayıdarkən onları saxlamaq istəyən avtomobillərdə olan şəxslərin polis əməkdaşları olmasını bilməmiş, qardaşı düşmənlərinin olduğunu demiş, sonuncu əlində olan bıçağı onun böyrünə dirəyərək avtomobili saxlamamasını demişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.1 234.4.3 və 315-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ətraflı ifadələr vermiş və cinayət hadisəsinin yuxarıda təsvir edilən formada baş verdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü ildə Şəmkir rayon sakinləri Tural və Seymur Musayev qardaşlarının Cənub bölgəsində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, həmçinin silah gəzdirmələri barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün səhər saat 05 radələrində Bakı istiqamətində hərəkətdə olan **-RD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobildə olan şəxslər şübhəli olduğu üçün DİN-nin BDYP-nin 11-ci tağımının yol patrul postuna da avtomobilin saxlanılması üçün məlumat verilmiş, həmçinin “Hyundai Sonata” markalı avtomobilin Lənkəran və ya Masallı istiqamətində hərəkətini dəyişəcəyini ehtimal edib həmin istiqamətlərdə də mövqe tutmuş, hadisə zamanı DİN-nin BDYP-nin 11-ci tağımının yol patrul postuna çatmağa təxminən 1 kilometr qalmış **-RD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil sağ istiqamətdə körpüyə qalxmaqla hərəkətini davam etdirmiş, həmin vaxt onun da içərisində olduğu “Lada Niva” markalı avtomobillə “Hyundai Sonata” markalı avtomobilə hərəkətdə ola-ola saxla əmri verilmiş, lakin “Hyundai Sonata” markalı avtomobili idarə edən şəxs işarələrə məhəl qoymayaraq onların üzərinə sürərək avtomobilə zədələr yetirməklə sürətini artırmağa başlamış, “Hyundai Sonata” markalı avtomobil “Mitsubishi” markalı avtomobili keçərək Lənkəran rayonu, Şirinsu qəsəbəsi istiqamətində hərəkətini davam etdirmiş, idarə etdikləri avtomobillərlə “Hyundai Sonata” markalı avtomobilə yaxınlaşmaq istəyəndə həmin avtomobili idarə edən şəxs yolun sağ və sol istiqamətlərində təhlükəli manevrlər edərək onların idarə etdikləri avtomobillərə zədələr yetirmiş, “Mitsubishi” markalı avtomobil öndə, onlar isə ən arxada “Hyundai Sonata” markalı avtomobili təqib etmiş, qəfildən “Hyundai Sonata” markalı avtomobildən onların idarə etdikləri avtomobillər istiqamətində odlu silahdan dalbadal atəşlər açılmağa başlamış, “Hyundai Sonata” markalı avtomobildən açılan atəşlərin dayanmadığını görüb onun təkərlərinə doğru atəşlər açılmış, təxminən 1-2 dəqiqə belə davam etdikdən sonra “Hyundai Sonata” markalı avtomobil sürətini azaltmış, sürücü əlini avtomobilin şüşəsindən çıxararaq təslim olması ilə bağlı işarə vermiş, köhnə Ələt-Astara yolunun 184-cü kilometrliyində Lənkəran rayonu Şirinsu qəsəbəsi ərazisində “Hyundai Sonata” markalı avtomobil dayanmış, onlar dərhal avtomobildən düşüb sürücüyə yaxınlaşmış, avtomobilin sürücü əyləşən tərəfindən bir nəfər aşağı düşərək özünü Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin vaxt Seymur Musayev bükülüb oturmuş vəziyyətdə olmaqla əlində qundağı qatlanan “Kalaşnikov” markalı avtomat olmuş, özlərini Təqsirləndirilən şəxs təqdim edib, narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu demiş, avtomobildə hərəkətsiz vəziyyətdə əyləşən şəxsə yaxınlaşarkən Seymur Musayevin nəfəs almadığı görmüş, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə onun idarə etdiyi **-RD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin üzərində olan açarla qapılarını və arxa yük yerini açaraq avtomobilin arxa yük yerindən bir ədəd sintetik torba və bir ədəd qara rəngli çanta götürüb təqdim etmiş, sintetik torbanın içərisinə baxıldıqda 11 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd bükümdə metamfetaminə bənzər kütlə, 02 ədəd bükümdə qurudulmuş heroinə bənzər kütlə və 72 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olunmuş, sonra qara rəngli çantanın içərisinə baxış keçirilmiş içərisində 02 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 02 ədəd bükümdə metamfetaminə bənzər kütlə, 10 ədəd bükümdə heroinə bənzər kütlə, 160 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri qardaşı X12-Ələt avtomobil yolunun kənarından yol polisi postuna çatmamış götürdyünü, həmin narkotik vasitələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə qardaşı mobil telefonla danışdıqdan sonra göndərildiyini, həmin narkotik vasitələri Bakı şəhərinə apardıqdan sonra qardaşı Seymura 3000 manat məbləğində pul veriləcəyini, həmin puldan da Seymur qardaşı Turala 1000 manat pul verəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs BNMİ Cənub Regional şöbəsinə dəvət edilmiş, şöbədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik maddə olan şüşə olduğunu, həmin bükümü qardaşı Seymurun istifadə etmək üçün ona verdiyini demiş, həmin büküm elektron tərəzidə çəkilərək zərfə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərkən, üzərinə şəxsi axtarış keçirilərkən, eləcə də izahatı alınarkən ona qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü ildə saat 15.30 radələrində Seymur Musayev xatırlamadığı mobil nömrədən istifadəsində olan mobil nömrəyə zəng edərək Lənkəran rayonu ərazisində olduğunu, onun mobil nömrəsini Sadiq adlı həmkəndlisindən aldığını, Sadiqin ona kömək edə biləcəyini deməsini bildirmiş, Seymura ona necə köməklik göstərə biləcəyini soruşduqda sonuncu çəkməyə “nəsə” tapmasını xahiş etmiş, Seymura bu işdə köməklik edə bilməyəcəyini deyərək, rayon ərazisində qonaq olduğu üçün Seymuru yaşadığı evə dəvət etmiş, sonuncu onunla kənarda görüşmək istədiyini bildirmiş, Seymurla görüşərkən yanında daha iki nəfər olmasını görmüş, Seymur sürücü qismində əyləşən şəxsin onun qardaşı Təqsirləndirilən şəxs olmasını demiş, Seymurdan Lənkəran rayonuna gəlməsinin səbəbini soruşduqda, ona yas mərasimində iştirak etmək üçün gəldiklərini bildirmiş, onlar getdikdən bir neçə gün sonra yəni, 05 mart 2023-cü ildə xəbərlərdə Təqsirləndirilən şəxs Lənkəran rayon ərazisində külli miqdarda narkotik maddələrin alqı-satqısında təqsirləndirilərək tutulduğunu, Seymur Musayevin isə hadisə zamanı polis əməkdaşları tərəfindən zərərsizləşdirildiyni bilmiş, Seymur və Təqsirləndirilən şəxslə birgə olduğu müddətdə onların kənar şəxslərlə görüşmələrinin şahidi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 03 mart 2023-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən obyekt hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və qanunla qadağan olunmuş əşyaların könüllü olaraq təqdim edilməsi təklif edilmiş, sonuncu idarə etdiyi avtomobilin üzərində olan açarla qapılarını və arxa yük yerini açaraq avtomobilin arxa yük yerindən bir ədəd sintetik torba və bir ədəd qara rəngli çanta götürüb təqdim etmiş, təqdim edilən sintetik torbanın içərisinə baxıldıqda 11 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd bükümdə metamfetaminə bənzər kütlə, 02 ədəd bükümdə qurudulmuş heroinə bənzər kütlə və 72 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olunmuş, qara rəngli çantanın içərisinə baxış keçirilərkən içərisində 02 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 02 ədəd bükümdə metamfetaminə bənzər kütlə, 10 ədəd bükümdə heroinə bənzər kütlə və 160 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə sintetik torbanın içərisində aşkar olunmuş 11 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə 13 kiloqram 350 qram, 03 bükümdə metamfetaminə bənzər kütlə 2 kiloqram 400 qram, 02 ədəd bükümdə heroinə bənzər kütlə 2 kiloqram 040 qram və 72 ədəd listdə metadon tabletinə bənzər tabletlər 550 qram, qara çantanın içərisindən aşkar olunmuş 02 bükümdə qurudulmuş marixuanaya bənzər kütlə 3 kiloqram 295 qram, 02 bükümdə metamfetaminə bənzər kütlə 5 kiloqram 800 qram, 10 ədəd bükümdə heroinə bənzər kütlə 16 kiloqram 200 qram, 160 listdə metadon tabletinə bənzər tabletlər 975 qram çəkidə olmuşdur. Sintetik torbada aşkar olunmuş kütlələr və tabletlər həmin torbada qara rəngli çantada aşkar olunmuş kütlələr və tabletlər həmin çantada qablaşdırılaraq onların üstü DİN zərflər üçün 7 nömrəli möhürü ilə möhürlənmiş və üzərlərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, təqdim etdiyi narkotik vasitələri qardaşı Seymur Astara-Ələt avtomobil yolunun kənarından yol polisi postuna çatmamış götürmüşdür, adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə qardaşı mobil telefonla danışığından sonra göndərilmiş, həmin narkotik vasitələri Bakı şəhərinə apardıqdan sonra qardaşı Seymura 3000 manat köçəcək puldan Seymur ona 1000 manat pul verəcəkdi. Baxış və götürmə Lənkəran rayonu, Şirinsu qəsəbəsi ərazisində videoçəkilişlə keçirilmiş, videoçəkilişin görüntülər CD diskə köçürülərək protokola və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, eyni tarixli qərara əsasən şöbədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən ona üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı predmetin olduğu halda, könüllü təqdim etməsi təklif olunarkən sonuncu əynindəki şalvarın sol yan cibindən iki ədəd 1 manatlıq pul əskinası olmaqla cəmi 2 manat pul, şalvarın sağ yan cibindən cəmi 85 qəpik metal pul və bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi bükümün içərisində narkotik maddə olan şüşə var, qardaşı Seymur istifadə etmək üçün ona vermişdir. Həmin şüşədən qəbul etməmiş və heç kimə verməmiş, satmamış və üzərində başqa narkotik vasitə yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı və üzərində hər hansı bir qanunsuz əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 manat 85 qəpik pul əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldı. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunub götürülmüş. elektron tərəzidə çəkilərkən metamfetaminə bənzər kütlənin çəkisi 18,61 qram olmuşdur. “Şəxsi axtarış və götürmə“ videoçəkilişlə aparılmış, videoçəkilişin görüntülər CD diskə köçürülərək protokola və iş materiallarına əlavə edilmişdir. İş materallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Şirinsu qəsəbəsi ərazisinin 184-cü kilometrliyindən keçən hissəsidir. Həmin yol iki tərəfli yoldur. Yol örtüyü asfaltdandır. Asfalt örtüyünün üzərində yolu iki hissəyə ayıran üfüqi nişanlanma xətti çəkilmişdir. Yolun ümumi eni 9 metr, hər istiqamətdə isə 4,5 metrdir. Yolun hər iki kənarında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissələrin (səki) hər birinin eni 3 metr təşkil edir. Yolun hərəkət hissəsinin sol tərəfində yolun əks istiqamətində ön sol təkəri yolun piyada hissəsində, digər üç təkəri yolun asfalt hissəsində olan bir ədəd gümüşü rəngli “Hyundai Sonata” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müşahidə edilir. Avtomobilə baxış zamanı onun arxa sağ təkərinin havasının boşalması müşahidə edilir. Digər təkərlərdə hər hansı bir zədə olması müşahidə edilmir. Avtomobilin ön sərnişin tərəfdən olan şüşəsi yarıya qədər endirilmiş vəziyyətdədir. Digər sürücü tərəfdən olan hissəsində isə şüşənin tam şəkildə açıq olması müşahidə edilir. Arxa qapılarda olan şüşələr isə bağlı vəziyyətdədir. Avtomobilin şüşələrində ön və arxa partpreslərdə hər hansı bir zədə olması müşahidə edilmir. Avtomobilin ön sağ tərəfində əzik olması müşahidə edilir. Bundan əlavə avtomobilin sağ arxa və qabaq qapılarının içəriyə doğru vəziyyətdə əzik olmaları müşahidə edilir. Həmçinin avtomobilin qabaq sağ və arxa sağ hissələrində qapını açmaq üçün nəzərdə tutulmuş dəstəklərin yerində olmaması aşkar edildi. Avtomobilin sol arxa tərəfində avtomobilə benzin doldurmaq üçün nəzərdə tutulmuş bakın qapısının arxa hissəsinin içəriyə doğru batıq vəziyyətdə olması aşkar edildi. Həmin hissədən bir qədər aşağıda isə avtomobilin üzərində olan rəngin silinməsi və qara rəngdə olması müşahidə edilir. Avtomobilin ön hissəsində hər hansı bir zədə izi aşkar edilmədi. Bundan sonra avtomobilin arxa hissəsinə baxıldı. Arxa sağ faranın üzərində faranın yuxarı hissəsində diametri 1 sm, ümumi zədələnmiş sahəsi 4 sm olan zədənin olması aşkar edildi. Avtomobilin arxa sol tərəfində də faranın bir hissəsinin qırılması müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, avtomobildə olan zədələr hadisə zamanı polis əməkdaşları onu təqib edərkən yaranmışdır. Belə ki, hadisə zamanı polis əməkdaşları onun avtomobili saxlaması üçün müvafiq işarə vermişlər, lakin həmin əmrə tabe olmayaraq avtomobili sürməyə davam etmiş, bundan sonra avtomobilin ön sərnişin oturacağında əyləşmiş qardaşı X8 oturacağının altından markasını bilmədiyi avtomat silah çıxararaq polis əməkdaşlarına atəş açmış, nəticədə polis əməkdaşları öz avtomobilləri ilə onun idarə etdiyi avtomobilə, eyni zamanda o da polis əməkdaşlarının avtomobillərinə vuraraq zədələr yetirmişlər. Həmçinin bundan sonra polis əməkdaşlarının havaya doğru atəş açmasını görmüşdür. Daha sonra həmin avtomobilin salonuna baxış keçirildi. Baxış zamanı avtomobilin ön sərnişin üçün nəzərdə tutulmuş oturacağında insan meyitinin olması aşkar edildi. Həmin meyit oturaqlı vəziyyətdədir. Başı bir qədər sağ çiyinə doğru əyilmişdir. Meyitin paltarlarının üzərində və ağzında qanabənzər ləkələr olması müşahidə edilir. Onun əynində göy rəngli cins materialdan olan şalvarın, bir ədəd kəmərin, qara rəngli gödəkçənin, qara rəngli köynəyin və ağ rəngli maykanın, ayaqlarında bir cüt qara rəngli ayaqqabının olması müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin şəxs qardaşı X6r və hadisə zamanı polis əməkdaşlarının açdığı atəş nəticəsində ölmüşdür. Baxış zamanı avtomobilin ön sərnişin oturacağının qarşısında yerdə (ayaqaltında) bir ədəd giliz olması aşkar edildi. Giliz silahın ön hissəsindən sərnişin oturacağına doğru 15 sm məsafədə yerləşir. Həmin yer şərti olaraq 1 rəqəmi ilə işarələndi. İş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alaraq həmin giliz müvafiq qaydada qablaşdırılaraq götürüldü. Avtomobilin qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacağının altında bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin mobil telefon qardaşı Seymur Musayevə məxsusdur. İş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alaraq həmin mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bundan sonra avtomobilin qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacağının qarşısında olan dolabçaya (bardaçoka) baxış keçirildi. Həmin dolabçada avtomobilin müxtəlif şəxslərə icarəyə (rent a car) verilməsi ilə bağlı bir neçə sənədin olması aşkar edildi. Həmin sənədlər də iş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alıb müvafiq qaydada qablaşdırılıb götürüldü. Daha sonra avtomobilin ön iki oturacaqları arasında yerləşən dolabçaya baxış keçirildi. Həmin dolabçada avtomobilin Təqsirləndirilən şəxs icarəyə (rent a car) verilməsi barədə sənəd aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürüldü. Daha sonra həmin dolabçanın önündə su qabı və ya stəkan qoymaq üçün nəzərdə tutulmuş yerdən bir ədəd alışqan və beş ədəd güllə aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürüldü. Həmin yer şərti olaraq 2 rəqəmi ilə işarələndi. Avtomobilin sürətlər qutusunun ön hissəsində xırda əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən bir ədəd sənəd qoymaq üçün sənəd qabı və bir ədəd açılıb bağlanan qara rəngli bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürüldü. Bundan əlavə Seymur Musayevin meyitinin aşkar edildiyi oturacağın üzərində çəkilmiş parça materialdan olan qanabənzər ləkələrin olduğu parça kəsilərək müvafiq qaydada qablaşdırılıb götürüldü. Meyitin əlində bir ədəd silahın olması müşahidə edilir. Meyitin sağ əlinin ikinci barmağı tətiyin üzərindədir. Silahın ön hissəsi aşağıya doğru, meyitin ayaqlarının arasındadır. Həmin silahın olduğu yer şərti olaraq 3 rəqəmi ilə işarələndi. Silaha baxış zamanı onun darağından 04 ədəd, patron yuvasından isə 01 ədəd güllə aşkar edildi və iş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alaraq həmin silah və güllələr müvafiq qaydada qablaşdırılaraq götürüldü. Salona baxış zamanı qabaq sürücü əyləşən tərəfdə olan qapının cib hissəsindən bir ədəd elektron tərəzi aşkar edildi. Həmin yer şərti olaraq 4 rəqəmi ilə işarələndi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin elektron tərəzinin ona məxsus olmamasını bildirdi. İş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alaraq həmin elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürüldü. Baxış zamanı sürücü əyləşən oturacağın aşağısından bir ədəd “Samsung Galaxy A5” markalı mobil telefon aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olmasını bildirdi. Həmçinin hadisə zamanı həmin mobil telefonun oraya düşə biləcəyini dedi. Daha sonra avtomobilin salonunun arxa hissəsinə baxış keçirildi. Baxış zamanı oradan ayaqaltından bir ədəd eynək aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürüldü. Arxa oturacaqda sağ tərəfdə oturacağın üzərində (oturacaqda oturan şəxsin söykənməsi üçün nəzərdə tutulmuş yerdə) diametri 1 sm ölçüdə olan zədənin olması müşahidə edilir. Bundan əlavə ön sərnişin oturacağının arxa hissəsində diametri 1 sm olan ölçüdə olan oxşar zədənin olması müşahidə edilir. Avtomobilin salonuna baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir əşya, predmet və sair aşkar edilmədi. Bundan sonra avtomobilin yük yerinə baxış keçirildi. Baxış zamanı orada avtomobilin salonunda olan zədəyə oxşar və eyni istiqamətdə iki ədəd 1 sm ölçüdə zədənin olması aşkar edildi. Baxış zamanı avtomobilin yük yerində iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir əşya, predmet və sair aşkar edilmədi. Bundan sonra avtomobildə aşkar edilmiş avtomat silah, onun darağından və patron yuvasından çıxarılmış ümumilikdə beş ədəd güllə yerdə, asfalt örtüyün üzərində düzülərək ətraflı şəkildə təsvir olunub, fotoşəkili çəkildi. Həmin yer şərti olaraq 5 rəqəmi ilə işarələndi. Baxış zamanı “Hyundai Sonata” markalı avtomobildən geridə 1,5 metr məsafədə ağ rəngli “Lada-Niva” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müşahidə edilir. Həmin avtomobilin arxa sağ təkəri asfalt üzərində yolun əks hərəkət istiqamətində, digər üç təkər isə yolun piyada üçün nəzərdə tutulan hissəsinin üzərindədir. Avtomobilin şüşələri, ön və arxa partpresi üzərində hər hansı bir zədə və ya zədə izi olması müşahidə edilmir. Şüşələri bağlı vəziyyətdədir. Avtomobilin ön sağ təkərinin havasının boşalması müşahidə edilir. Həmin təkərin üzərində bir ədəd 2 sm ölçüdə zədənin olması müşahidə edilir. Digər təkərlər zədələnməmişdir. Avtomobilin ön sağ tərəfində olan hissənin bir qədər içəriyə doğru batıq vəziyyətdə olması müşahidə edilir. Avtomobilin iki qapısı vardır. Sərnişin tərəfdən olan qapıda qapının dəstəyindən sağ tərəf istiqamətdə 16 sm məsafədə bir ədəd zədənin olması aşkar edildi. Həmin zədə qapını dəlib keçəndir. Avtomobilin sağ arxa hissəsində sağ şüşənin altında bir ədəd sürtünmə zədəsinin olması aşkar edildi. Avtomobildə digər zədə izi aşkar edilmədi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 bildirdi ki, hadisə zamanı “Lada-Niva” markalı **- AP-*** dövlət qeydiyyat nişanlı avtomobili o, özü idarə etmişdir. Avtomobildə ondan başqa ön sərnişin oturacağında Zərərçəkmiş şəxs1, arxa oturacaqda isə Zərərçəkmiş şəxs6 əyləşmişlər. Hadisə zamanı onlar “Hyundai Sonata” markalı avtomobilin sürücüsünə saxla əmri vermələrinə baxmayaraq həmin avtomobil hərəkətini davam etdirmiş və polis əməkdaşlarından yayınmaq üçün idarə etdiyi avtomobili onların avtomobillərinə vurmuşdur. Həmçinin həmin avtomobildən polis əməkdaşlarına doğru avtomat silahdan atəş açmağa başlanmışdır. Buna baxmayaraq onlar təqibi davam etdirmişlər. Hadisə zamanı üzərində xidməti silah olsa da avtomobili idarə etdiyi üçün silahdan istifadə etməmişdir. Həmin avtomobildə olan polis əməkdaşlarının heç biri hadisə zamanı odlu silahdan istifadə etməmişlər, çünki onların avtomobili təqib zamanı ən arxada gəlirdi. Bundan əlavə bildirmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobilin ön sağ tərəfində olan əzik zədəsi “Hyundai Sonata” markalı avtomobillə toqquşma zamanı baş vermişdir. Ön sağ təkərinin zədələnərək havasının boşalması ilə bağlı bildirmişdir ki, “Hyundai Sonata” markalı avtomobildən açılan atəş nəticəsində həmin təkər zədələnmişdir. İdarə etdiyi avtomobilin sağ qapısında olan zədə ilə bağlı bildirmişdir ki, həmin zədə təqib zamanı bir dəfə “Hyundai Sonata” markalı avtomobilin sürəti azalanda onun dayandağını düşünüb ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 qapını açıb düşmək istədikdə həmin qapı açıq vəziyyətdə olarkən “Hyundai Sonata” markalı avtomobildən açılmış atəş nəticəsində yaranmışdır. Avtomobilin sağ arxa hissəsində də şüşənin aşağısında həmin atəş nəticəsində yaranmış sürtünmə zədəsinin olmasını bildirdi. Bundan sonra avtomobilin salonuna baxış keçirildi, baxış zamanı salonda iş üçün əhəmiyyətli ola biləcək əşya, predmet, giliz, zədə izi və sair aşkar edilmədi. “Lada Niva” markalı avtomobildən arxada 3 metr məsafədə, “Hyundai Sonata” markalı avtomobildən arxada 7 metr məsafədə bir ədəd qara rəngli “Mitsubishi” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil olması aşkar edildi. Həmin avtomobilin ön hissəsi zədələnmiş formadadır, buferi qırılıb yerə düşmüşdür. Avtomobilin təkərləri zədələnməmişdir. Şüşələri bağlı vəziyyətdədir. Şüşələri və ön və arxa partpresləri zədələnməmişlər. Avtomobildə digər zədə aşkar edilmədi. Avtomobilin dörd qapısı vardır, salona baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir əşya predmet, giliz, zədə izi və sair aşkar edilmədi. Bundan sonra avtomobilin yük hissəsinə baxış keçirildi. Orada da iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir əşya, predmet, zədə izi və sair aşkar edilmədi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 bildirdi ki, hadisə zamanı o, “Mitsubishi” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Sükan arxasında Zərərçəkmiş şəxs2, arxa oturacaqda isə X10 əyləşmişlər. Hadisə zamanı “Masallı postu” deyilən ərazidə onlar “Hyundai Sonata” markalı avtomobilə saxla əmri vermələrinə baxmayaraq onlar hərəkətini Qumbaşı kəndi istiqamətində davam etdirmişlər. Bu zaman onun içərisində olduğu “Mitsubishi” markalı **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Sonata” markalı avtomobili təqib etmişlər. Təqib zamanı yolda avtomobillər hərəkətdə olarkən “Hyundai Sonata” markalı avtomobilin ön sərnişin oturacağından şüşədən silahla onlara doğru atəş açılmış, bundan sonra o, silahla öz oturduğu ön sərnişin oturacağından yan şüşəni açıb havaya doğru bir neçə xəbərdarlıq atəşi, daha sonra isə həmin avtomobili saxlamaq üçün təkərlərinə atəşlər açmışdır. Hadisə zamanı istifadə etdiyi “AK74” və “Zəfər K” markalı silahları könüllü olaraq təqdim etmiş və həmin silahlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirdi ki, hadisə zamanı idarə etdiyi “Mitsubishi” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində olan zədə “Hyundai Sonata” markalı avtomobillə toqquşma nəticəsində yaranmış, sonra Tural və Seymur Musayevin atəş açdığı yerlərə gedilərək həmin yerlərə baxış keçirildi. Həmin ərazi köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Şirinsu qəsəbəsi ərazisinin 180 və 181-ci kilometrliyindən keçən hissələridir. Həmin hissələrə baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək aşya, predmet, zədə izi, giliz və sair aşkar edilmədi. Baxış zamanı “Nikon D40 KİT” markalı rəqəmsal fotoaparatla çəkilmiş hadisə yerinin şəkilləri və çəkilmiş videogörüntü protokola əlavə edilmişdir. İş materiallarında olan “meyitə baxış keçirilməsi haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, X4 bədən səthi üzərində döş qəfəsinin orta 1/3-nin sol arxa səthində onurğa sütununun döş şöbəsinin Vİİ döş fəqərəsindən 1,0 sm sola 2,0x0,9 sm ölçüdə ovalvari formada, toxuma çatışmazlığı ilə müşayiət olunan, kənarları girintiliçıxıntılı, ətrafı qanlı bulaşıqlı, qansızmalı, döş boşluğuna nüfuz edib (giriş dəliyi) dəlib keçən odlu silah yarası vardır. Odlu silahdan giriş yarasından başqa meyitin üzərində hərhansı xəsarət aşkar edilmədi. Bundan əlavə meyitə baxış zamanı Seymur Musayevin əynində olmuş gödəkçənin sol iç cibindən 1 (bir) ədəd bükümdə heroinə bənzər və 1 (bir) ədəd bükümdə metamfetaminə bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürüldü. Həmçinin, meyitə baxış zamanı meyitin bədənindən çıxarılmış bir ədəd güllə, Seymur Musayevin hadisə zamanı əynində olmuş qara rəngli gödəkçə, 1 cüt qara rəngli ayaqqabı, göy rəngli cins şalvar, qara rəngli kəmər, tünd yaşıl rəngli uzunqol köynək və boz rəngli mayka müvafiq qaydada qablaşdırılaraq götürüldü. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 mart 2023-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində - döş qəfəsinin sol arxa hissəsindən daxilə keçən, ürəyi və sol ağciyəri zədələyən odlu silah kor güllə yarası, sol tərəfli hemopnevmatoraks (2200 ml) kəskin qanitirmə, döş qəfəsinin arxa nahiyəsində 1 ədəd odlu silah kor güllə yarası (giriş) aşkar edilmişdir. Qeyd olunan xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılmışdır, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X5 aşkar edilmiş xəsarətlər həyati olub, müxtəlif vəziyyətlərdə (oturaq, yarımoturaq, arxası atəş açılan istiqamətə tərəf və s.) digər şəxs tərəfindən odlu silahdan uzaq məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişdir. O cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni atəş açıldıqdan sonra almış olduğu xəsarətlərlə ölüm arasında fərq saniyələr arasında baş vermişdir. Seymur Musayevin döş qəfəsində olan xəsarətin – yara kanalının gedişi arxadan önə, bir qədər yuxarıdan aşağıya doğru olmaqla yara kanalının istiqaməti sol plevra, sol ağciyər və ürəyin zədələnməsi ilə tamamlanmışdır. X4 cinsiyyət orqanlarında və arxa keçəcək nahiyəsində hər hansı bir xəsarət aşkar edilmədi. Seymur Musayevin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində qanda alkoqol, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. Seymur Musayevin ölümünə döş qəfəsinin sol yarısının arxa səthindən sol plevra boşluğuna nüfuz edən, ürəyin və sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə nəticələnən kor güllə yarası səbəb olmuşdur. Seymur Musayevin ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 3-6 saat əvvəl baş vermiş, ona atəş uzaq məsafədən açılmışdır. Bunu yaranın giriş dəliyi ətrafında və yara kanalında atəşin əlavə faktorlarının aşkar olunmaması təsdiq edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 mart 2023-cü il tarixli 218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol qulaq seyvanı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03 mart 2023-cü ildə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşının salonunun qabarıq hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 mart 2023-cü il tarixli 230- 235 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/474-477 saylı rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş, üstündə “745001” rəqəmləri həkk olunmuş silah – 1981-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK- 74” markalı, 745001 №-li avtomat silahdır, qundağı açılıb götürülmüşdür, lakin qundağının çıxarılması ilə təyinatında dəyişiklik yaranmamışdır və eləcə də digər detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir.–Yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, atəş açmaq üçün tətiyinə 2,5 kq qüvvə ilə təsir etmək tələb olunur və döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Konstruksiyasına uyğun olaraq, həmin silahdan atəş açılarkən, ondan atılan güllələr 3150 metr məsafəyə uça və 1350 metrədək məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata təqdim edilmiş, üstündə “250500” rəqəmləri həkk olunmuş silah – 1988-ci ildə, İjevks mexaniki zavodunda hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKC-74U” markalı, 250500 №-li avtomat silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir – yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, atəş açmaq üçün tətiyinə 2,5 kq qüvvə ilə təsir etmək tələb olunur və döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atış açılmır. Konstruksiyasına uyğun olaraq, həmin silahdan atəş açılarkən, ondan atılan güllələr 3150 metr məsafəyə uça və 1350 metrədək məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata təqdim edilmiş, üstündə “0258 20” rəqəmləri həkk olunmuş silah – 2020-ci ildə, Azərbaycan Respublikasında, “01” şifrəli zavodda hazırlanmış, 9 mm kalibrli, “Zəfər- K” modelli, AZTKB 0258 №-li, yarımavtomatik tapançadır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir – yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, atəş açılması üçün tətiyinə 4 kq qüvvə ilə təsir etmək tələb olunur, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atış açılmır. Konstruksiyasına uyğun olaraq, həmin silahdan atəş açılarkən, ondan atılan güllələr təxminən 800 metr məsafəyə uça və 650 metrədək məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata təqdim edilmiş, “Hyundai Sonata” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində aşkar edildikləri qeyd olunan 5 (beş) ədəd, “AK-74” markalı, 745001 №-li avtomat silahın sandıqçasından boşaldıldıqları qeyd edilən 4 (dörd) ədəd və “AK-74” markalı, 745001 №-li avtomat silahın patronluğundan çıxarıldığı qeyd olunan 1 (bir) ədəd, cəmi 10 (on) ədəd, güllələrin diametrləri 5,45 mm olan, eyni konstruksiyalı patronlar – 03 ədədi 1979-cu ildə şərti “17” nömrəli zavodda, 02 ədədi 1981-ci ildə şərti “3” nömrəli zavodda, 02 ədədi 1988-ci ildə şərti “539” nömrəli zavodda, 02 ədədi 1981-ci ildə şərti “270” nömrəli zavodda, 01 ədədi 1976-cı ildə şərti “270” nömrəli zavodda hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar – döyüş sursatıdırlar, atəşə (istifadəyə) yararlıdırlar və təyinatlarına və kalibrlərinə uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 5,45 mm kalibrli, “AK-74 markalı, 745001 №-li avtomat silahda da, təqdim edilmiş 5,45 mm kalibrli “AKC-74U” markalı, 250500 №-li avtomat silahda da istifadə oluna bilərlər, lakin təyinatlarına və kalibrlərinə görə uyğun gəlmədikləri üçün, həmin patronların tədqiqata tqədim edilmiş 9 mm kalibrli, “Zəfər-K” modelli, AZTKB 0258 №-li tapançada istifadə olunmaları mümkün deyildir. Tədqiqata təqdim edilmiş, 9 mm kalibrli, “Zəfər-K” modelli, AZTKB 0258 №-li tapançanın sandıqçasından boşaldıldıqları qeyd olunan 10 (on) ədəd, güllələrinin diametrləri 9mm olan, eyni konstiruksiyalı patronlar – 09 ədədi 2009-cu ildə, 01 ədədi 2011-ci ildə şərti “050” nömrəli zavodda hazırlanmış, psitonları mərkəzdən alışan, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander”, “Zəfər-K” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP- 38”, “MP-40”, “UZİ” markalı tapança pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar – döyüş sursatıdırlar, atəşə (istifadəyə) yararlıdırlar və təyinatlarına və kalibrlərinə uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 9 mm kalibrli, “Zəfər-K” modelli, AZTKB 0258 №-li tapançada da istifadə oluna bilərlər, lakin təyinatlarına və kalibrlərinə uyğun gəlmədikləri üçün həmin patronların təqdim edilmiş 5,45 mm kalibrli, “AK-74 markalı, 745001 №-li və 5,45 mm kalibrli “AKC- 74U” markalı, 250500 №-li avtomat silahların hər hansı birində istifadə olunmaları mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz – 1981-ci ildə şərti “270” nömrəli zavodda hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahalrında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun, öz təyinatına və kalibrinə uyğun silahdan atəş nəticəsində ayrılmış hissəsidir – gilizidir. Həmin giliz, tədqiqata tqədim edilmiş 5,45 mm kalibrli, “AK-74” markalı, 745001№-li avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd güllə – zavod üsulu ilə hazırlanmış 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander”, “Zəfər-K” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP- 38”, “MP-40”, “UZİ” markalı tapança pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronun, öz təyinatına və kalibrinə uyğun silahdan atəş nəticəsində ayrılmış hissəsidir –gülləsidir, lakin konstruksiyasına uyğun olaraq, güllənin üzərində istehsal yerinə dair müvafiq işarə, yazı olmadığına görə, onun hazırlandığı müəssisəni *zavodu, şirkəti və s) müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd avtomat silah bir zavodda (İjevsk mexaniki zavodu), 1 (bir) ədəd tapança başqa bir zavodda (“01” şifrəli zavod), 10 (on) ədəd 9x19 mm kalibrli patronlar bir zavodda (“050” şifrəli zavod), 10 (on) ədəd 5,45x39 mm kalibrli patronlardan: 03 ədədi bir zavodda (“17” şifrəli zavod), 02 ədədi bir zavodda (“3” şifrəli zavod), 02 ədədi bir zavodda (“539” şifrəli zavod), patronların 03 ədədi və təqdim edilmiş 01 ədəd giliz bir zavodda (“270” şifrəli zavod) hazırlanmışdır, təqdim edilmiş bir ədəd güllənin isə üzərində istehsal yerin ədair müvafiq işarə, yazı olmadığına görə, onun hazırlandığı müəssisəni (zavodu, şirkəti və s.), eləcə də həmin güllənin təqdim edilmiş digər silah və sursatlarla eyni bir zavodda hazırlanıb - hazırlanmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrufat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş Seymur Musayevə məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd boz rəngli mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin aşkar edilməməsinə və mis metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə əsasən geyim əşyalarının arxa hissəsində olan zədə giriş zədəsi olmaqla, yivli odlu silahdan açılmış bir atış nəticəsində, diametri təxminən 9 mm, tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, arxadan-önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədənin təqdim edilmiş “Zəfər-K” markalı silahdan yetirilməsi mümkündür. Tədqiqata təqdim edilmiş Seymur Musayevə məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd boz rəngli mayka üzərində mərmi, silah yağı hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Seymur Musayevə məxsus bir ədəd cins şalvar, bir cüt qara rəngli ayaqqabı, bir ədəd kəmər üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş Seymur Musayevə məxsus bir ədəd cins şalvar, bir cüt qara rəngli ayaqqabı, bir ədəd kəmər üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri və mərmi, silah yağı hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş silahların lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahlardan sonuncu təmizlənmədən sonra atəş(lər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından açılan atəş(lər)in vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş AZ **-RD-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata, Lada markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin, mərmi, silah yağı hissəcikləri aşkar edilməməsinə və mis metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə əsasən; AZ **-RD-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata avtomobilinin arxa sağ tərəfində yük yerinin qapağının çöl səthi üzərində, arxa sağ oturacağının arxa yük yeri olan hissəsində, avtomobilin ön sağ oturacağının arxa hissəsində olan zədələr giriş, yük yerinin qapağının iç səthində, avtomobilin arxa salonunda, arxa sağ oturacağının və avtomobilin ön salonunda ön sağ oturacağının üzərində olan zədələr çıxış zədələri olmaqla, arxadan önə doğru istiqamətdə, odlu silahdan açılmış bir atəş nəticəsində, diametri təxminən 9 mm kalibrli, güllənin təsirindən 1 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Həmin zədənin davamı Seymur Musayevin geyim əşyalarının arxa hissəsindədir. Atəş açan şəxs, avtomobilin və Seymur Musayevin arxa tərəfində olmuşdur. Zədələr təqdim edilmiş 9 mm kalibrli, “Zəfər-K” modelli, AZTKB 0258 №-li tapançadan açılan bir atəş nəticəsində güllənin təsirindən yarana bilər. Lada markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısında olan zədə giriş, həmin zədənin davamı olan ön sağ qapının iç səthində, arxa sağ tərəfdəki sürtünmə zədəsi həmin zədənin davamı olub bir atəş nəticəsində avtomobilin ön sağ hissəsindən soldan sağa, öndən arxaya istiqamətdə, yivli odlu silahdan açılmış bir atəş nəticəsində, diametri təxminən 5,45 mm, tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Həmin zədənin təqdim edilmiş 5,45mm kalibrli, “AK-74” markall, 745001№-li avtomat silahdan yetirilməsi mümkündür. Lada markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri üzərində təkərin bayır səthində olan zədə giriş, iç səthində və təkərin diski üzərində olan zədələr çıxış zədəsi olmaqla odlu silahdan açılmış bir atəş nəticəsində, diametri təxminən 5,45 mm olan güllənin təsirindən, təxminən 1 metrdən yuxarı məsafədən, təkərin bayır səthindən, təkərin iç səthinə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədənin təqdim edilmiş 5,45 mm kalibrli, “AK-74” markalı, 745001 №-li avtomat silahdan yetirilməsi mümkündür. Təqdim edilmiş “Hyundai Sonata” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (ön sağ qanadda, arxa sağ qapıda, arxa bamperdə, ön bamberində, arxa sol farada, arxa sol qanadda), “Lada” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (ön qanadda, qabaq bamperdə), “Mitsubishi” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin (ön bamperində) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrinin bir biriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş Seymur Musayevə məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd cins şalvar, bir cüt qara rəngli ayaqqabı, bir ədəd kəmər üzərində qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən hər hansı mexaniki zədə yoxdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 may 2023-cü il tarixli 232/2023-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan X7 məxsus alt mayka, şalvar, kəmər, sviter və gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B”, “H” antigenləri, əksər ləkələrdə, həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri alfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X7 məxsus ola bilər, əgər onun qanında müşayiətedici H antigeni varsa. Tədqiqata təqdim olunan S.E.Musayevin bədənindən çıxarılmış güllə, 02 ədəd avtomat və darağı üzərində qan aşkar olunmadı. Tədqiqata təqdim olunan 01 ədəd tapança, 01 ədəd giliz, 11 ədəd patron, S.E.Musayevə məxsus 01 cüt ayaqqabı və 01 ədəd bıçaq üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Maddi sübutların tədqiqi zamanı qərarın təsviri hissəsində sadalanan “Hyundai Sonata” markalı **-RD-*** d.q.n-lı avtomobilin ön iki oturacağının arasından su qabı qoymaq üçün nəzərdə tutulmuş yerdən aşkar edilərək götürülmüş 05 ədəd patron deyil, 01 ədəd patron, “AK 74” markalı silahın (745001 serialı) darağından aşkar edilərək götürülmüş 04 ədəd patron deyil, 02 ədəd patron, “Zəfər-K” markalı 025820 saylı silahın darağından aşkar edilərək götürülmüş 10 ədəd patron deyil, 07 ədəd patron təqdim olunduğundan və “oturacağın üzərindən kəsilərək götürülmüş parça” aşkar olunmadığı üçün bu barədə akt tərtib olunaraq rəyə əlavə edildi. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi və bioloji ekspertizasının 03 mart 2023-cü il tarixli 19/254 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs idarə etdiyi ”Hyundai” markalı “**-RD-***” nömrəli avtomaşında aşkar edilmiş torbada olan qurudulmuş marixuanaya, heroinə, metamfetaminə bənzər kütlələr və metadon tabletlərinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd kisədəki,11 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: -1175,0 qr, -1110,0 qr, -915,0 qr, -1085,0 qr, -1065 qr, -2230,0 qr, -1050 qr, -980 qr, -1820,0 qr, - 1140,0 qr, -655,0 qram, ümumi təmiz çəkisi -13225,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: -980,0 qram, -940,0 qram, -510,0 qram, ümumi təmiz çəkiləri - 2430,0 qram olan ağ rəngli kristalşəkilli maddələr metamfetamindirlər. 2 ədəd bağlamda ayrı-ayrılıqda təmiz çəkiləri -1270,0 qr, -975,0 qram, ümumi təmiz çəkisi 2245,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış markotik vasitə heroindirlər. 72 ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla, ümumi sayı 720 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 28,8 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilmiş çantada olan qurudulmuş marixuanya bənzər, heroinə, metamfetaminə və metadon tabletlərinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd çantadakı, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: -2900,0 qr, -600,0 qram, ümumi təmiz çəkisi -3500,0 qram olan bitki mənşəli kütlələrtərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: -965,0 qr, -1020,0 qr, -610,0 qr, -575,0 qr, -420,0 qr, -460,0 qr, -2385,0 qr, - 455,0 qr, -1650,0 qr, -5280,0 qram, ümumi təmiz çəkisi -13820,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, 2 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri: -1750,0 qr, -3850,0 qram, ümumi təmiz çəkisi 5600,0 qram olan ağ rəngli kristalşəkilli maddələr metamfetamindirlər. 160 ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla ümumi sayı 1600 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -64,0 qramdır. (bir həbdə 0, 04 qr). Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -17,382 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində olmuş gödəkçənin sol iç cibindən aşkar edilərək götürülümüş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi, -35,812 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi - 2,877 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Beləliklə, avtomaşından aşkar edilmiş ümumilikdə, 13 ədəd bağlamalarda ümumi təmiz çəkisi: -16725,0 qram olan marixuanalar, bioloji komplekt tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Beləliklə, avtomaşından aşkar edilmiş ümumilikdə 5 ədəd bağlamalarda ümumi təmiz çəkisi:- 8030,0 qram metamfetaminlər, kimyəvi kompotent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Beləliklə, avtomaşından aşkar edilmiş ümumilikdə 12 ədəd bağlamalarda ümumi təmiz çəkisi: - 16065,0 qram olan heroinlər, kimyəvi kimyəvi kompotent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Beləliklə, avtomaşından aşkar edilmiş ümumilikdə 232 ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla ümumi sayı 2320 ədəd olan metadonlar həblərin təsiredici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -92,8 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi: - 17,382 qram olan metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi idarə etdiyi avtomaşından aşkar edilmiş ümumilikdə 5 ədəd bağlamada ümumi təmiz çəkisi: -8030,0 qram olan metamfetaminlər ilə kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş X4 gödəkçəsinin sol iç cibindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi: - 35,812 qram olan metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi idarə etdiyi avtomaşından aşkar edilmiş ümumilikdə 5 ədəd bağlamada ümumi təmiz çəkisi: -8030,0 qram olan metamfetaminlər ilə kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş X4 gödəkçəsinin sol iç cibindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi: -2,877 qram olan heroin, Təqsirləndirilən şəxs idarə etdiyi idarə etdiyi avtomaşından aşkar edilmiş ümumilikdə 12 ədəd bağlamada ümumi təmiz çəkisi: -16065,0 qram olan heroinlərlə kimyəvi komponent tərkiblərinə görə eynidir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ). Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısında (Siyahı İ) daxildir. Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin siyahısında (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli 252 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2023-cü il tarixli 19/300 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında xx.xx.2023-cü ildə baş vermiş hadisə nəticəsində 2005-ci il buraxılışlı olan “Hyundai Sonata” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 1575,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 715,00 manat, təmir-bərpa işlərinin qiyməti 860,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında xx.xx.2023-cü ildə baş vermiş hadisə nəticəsində 2015-ci il buraxılışlı olan “Lada Niva” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 1168,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 668,00 manat, təmir-bərpa işlərinin qiyməti 500,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qüsur aktında xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində 2021-ci il buraxılışlı olan “Mitsubushi” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2940,00 manat. O cümlədən, dəyişilməli hissələrin qiyməti 2360,00 manat, təmir-bərpa işlərinin qiyməti 580,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2755,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 2175,00 manat, təmir-bərpa işlərinin qiyməti 580,00 manat təşkil edir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, 24 mart 1985-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan mərhum X8 və xx xxxx 1988-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs cənub bölgəsində birlikdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, həmçinin silah gəzdirmələri barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs1 tərəfindən həmin şəxslərin ətrafında müvafiq əməliyyat – axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan BNMİ-nin CBRŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-7- 1/Ə81/2023 saylı əmrindən görünür ki, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs və Seymur Musayevin cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs1 rəhbərliyi ilə, şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs2, baş əməliyyat müvəkili, polis baş leytenantı Zərərçəkmiş şəxs5, əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs6, polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs4 və polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs3 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı X4 əynində olmuş bir ədəd gödəkçənin səthinə təbii və süni işıq altında baxış keçirdikdə müəyyən oldu ki, səthi çirklidir, üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Gödəkçənin uzunluğu 600 mm, çiyin hissədən eni 550 mm-dir. Gödəkçənin arxa hissəsində, boyunluq tikişinin yuxarı sol kənarından 340 mm aşağıda, sağ yan tikişindən 380 mm solda bir ədəd 15x9 mm ölçüdə deşib keçən zədə vardır. Baxış zamanı gödəkçədə digər zədə aşkar edilmədi. Baxış keçirilən bir ədəd uzunqol köynəyin səthinə təbii və süni işıq altında baxış keçirdikdə müəyyən oldu ki, səthi çirklidir, kifli olub, üzərində tünd qəhvəyi rəngli qanabənzər maddənin ləkələri vardır. Köynəyin uzunluğu 660 mm, çiyin hissədən eni 550 mm-dir. Köynəyin arxa səthində, boyunluq tikişinin yuxarı sol kənarından 260 mm aşağıda, sağ yan tikişindən 280 mm solda bir ədəd 15x9 mm ölçüdə deşib keçən zədə vardır. Baxış zamanı köynəkdə digər zədə aşkar edilmədi. Baxış keçirilən bir ədəd boz rəngli maykanın səthinə təbii və süni işıq altında baxış keçirdikdə müəyyən oldu ki, səthi çirklidir, üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Maykanın uzunluğu 700 mm, çiyin hissədən eni 440 mm-dir. Maykanın arxa səthində, boyunluq tikişindən 130 mm aşağıda bir ədəd 17x10 mm ölçüdə deşib keçən zədə vardır. Baxış zamanı maykada digər zədə aşkar edilmədi. Baxış keçirilən bir ədəd cins materialdan olan şalvarın səthinə təbii və süni işıq altında baxış keçirdikdə müəyyən oldu ki, səthi çirklidir, üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Şalvarın uzunluğu 1000 mm, bel hissədən eni 400 mm-dir. Baxış zamanı şalvarda zədə aşkar edilmədi. Baxış keçirilən bir cüt qara rəngli ayaqqabının səthinə təbii və süni işıq altında baxış keçirdikdə müəyyən oldu ki, səthi çirklidir. Ayaqqabıların alt hissədən uzunluğu 270 mm, pəncə hissədən eni 90 mm-dir. Baxış zamanı ayaqqabılarda zədə aşkar edilmədi. Baxış keçirilən bir ədəd kəmərin səthinə təbii və süni işıq altında baxış keçirdikdə müəyyən oldu ki, səthi çirklidir. Kəmərin uzunluğu 1200 mm, eni 40 mm-dir. Baxış zamanı kəmərdə zədə aşkar edilmədi. Baxış zamanı digər hər hansı bir əhəmiyyətli xüsusat aşkar edilmədi. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı X4 meyitinin aşkar edildiyi “Hyundai Sonata” markalı avtomobilin ön sərnişin oturacağında Seymur Musayevin əlində aşkar edilmiş bir ədəd avtomat silah xidməti otaqdakı stolun üzərində sağ yanı üstə qoyulmuşdur. Həmin silah şərti olaraq 1 nömrə ilə işarələndi. Silaha baxış keçirilərkən müəyyən olundu ki, həmin silah “AK-74” markalı, “745001” nömrəli, 5,45 mm kalibrli avtomat silahdır. Silahın qundağı bağlandığı yerdən açılıb götürülmüşdür. Silahın səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Silahın hazırkı vəziyyətdə ümumi uzunluğu 735 mm, lüləsinin uzunluğu 415 mm, lüləsinin daxili diametri 5,45 mm-dir. Lülə kanalında ola biləcək hissəciklərin kənar təsirlərdən qorunub saxlanması üçün ağızlıq hisssəsi pambıq tamponla örtüldü. Daha sonra “AK-74” markalı, 745001 nömrəli, 5,45 mm kalibrli avtomat silahın darağına baxış keçirildi. Həmin darağın olduğu yer şərti olaraq 2 rəqəmi ilə işarələndi. Daraq qırmızımtıl rəngdədir. Darağın hər iki səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Daraq 30 ədəd, 7,62x39 mm kalibrli patron tutumuna malikdir, uzunluğu 220 mm, eni 65 mm, qalınlıqları 25 mm-dir. Daha sonra “AK-74” markalı, 745001 nömrəli, 5,45 mm kalibrli avtomat silahının hadisə yerinə baxış zamanı patron yuvasından çıxarılmış bir ədəd gülləyə baxış keçirildi. Həmin güllənin olduğu yer şərti olaraq 3 rəqəmi ilə işarələndi. Güllənin səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Güllənin diametri 5,45 mm ölçüdədir. Patronların uzunluğu 57 mm, gilizlərinin uzunluğu 39 mm, dib hissələrinin diametri 10 mm-dir. Daha sonra “AK-74” markalı, 745001 nömrəli, 5,45 mm kalibrli avtomat silahının hadisə yerinə baxış zamanı darağından çıxarılmış dörd ədəd gülləyə baxış keçirildi. Həmin güllələrin olduğu yer şərti olaraq 4 rəqəmi ilə işarələndi. Güllələrin səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Güllələrin diametri 5,45x39 mm, patronların uzunluğu 57 mm, gilizlərinin uzunluğu 39 mm, dib hissələrinin diametri 10 mm-dir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs3 könüllü olaraq təqdim etdiyi və müvafiq qaydada qablaşdırılaraq götürülümüş bir ədəd avtomat silah xidməti otaqdakı stolun üzərində sol yanı üstə qoyulmuşdur. Silaha baxış keçirilərkən müəyyən olundu ki, həmin silah “AKC-74U” markalı, “250500” nömrəli kaloşnikov avtomat silahdır. Silahın səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Qatlanmamış qundağı ilə birlikdə silahın ümumi uzunluğu 720 mm, qundağı qatlanmış vəziyyətdə uzunluğu 490 mm, lüləsinin uzunluğu 225 mm, lüləsinin daxili diametri 5,45 mm-dir. Silahı çiyindən asmaq üçün onun üzərində müvafiq bağlayıcının olması müşahidə edilir. Daha sonra “AKC-74U” markalı, 250500 nömrəli kaloşnikov avtomat silahın sandıqçasına (darağına) baxış keçirildi. Sandıqça qara rəngdədir. Sandıqçanın hər iki səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Darağın patron tutumu 30 ədəddir. 7,62x39 mm kalibrli patron tutumuna malikdir. Uzunluğu 220 mm, eni 65 mm, qalınlıqları 25 mmdir. Daraqda hər hansı bir güllə aşkar edilmədi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs3 könüllü olaraq təqdim etdiyi və müvafiq qaydada qablaşdırılaraq götürülümüş bir ədəd silah xidməti otaqdakı stolun üzərində sağ yanı üstə qoyulmuşdur. Həmin silah şərti olaraq 1 nömrə ilə işarələndi. Silaha baxış keçirilərkən müəyyən olundu ki, həmin silah “Zəfər-K” markalı, 025820 nömrəli silahdır. Silahın uzunluğu 190 mm, hündürlüyü 145 mm, lüləsinin uzunluğu 102 mm, patronluğunun uzunluğu 19 mm, lüləlisinin daxili diametri 9 mm-dir. Silahın səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Daha sonra “Zəfər-K” markalı, 025820 nömrəli silahın sandıqçasına (darağına) baxış keçirildi. Həmin sandıqçanın olduğu yer şərti olaraq 2 rəqəmi ilə işarələndi. Sandıqça qara rəngdədir. Dördbucaq formasında, metaldan hazırlanmışdır. Uzunluğu 125 mm, eni 32 mm, qalınlığı 20 mm-dir. 15 ədəd 9x19 mm kalibrli patron tutumuna malikdir. Sandıqçanın hər iki səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Sandıqçada 10 ədəd güllə olması aşkar edildi. Daha sonra “Zəfər-K” markalı, 025820 nömrəli silahının sandıqçasından çıxarılmış 10 ədəd güllələrə baxış keçirildi. Həmin güllələrin olduğu yer şərti olaraq 3 rəqəmi ilə işarələndi. Həmin patronlar yaşılımtıl rəngdə olmaqla çetaldan hazırlanmış, silindrik formalı gilizlərdən və orta hissəsi silindrik, uc hissələri ovalvari formada olan qəhvəyimtil rəngli metal örtüklü güllələrdən ibarədirlər. Patronların uzunluğu 29,4 mm, gilizlərinin uzunluğu 19 mm, dib hissələrinin diamteri 10 mm, güllələrinin aparıcı hissəsinin diametri 9 mm-dir. Patronların səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı X4 meyitinin aşkar edildiyi “Hyundai Sonata” markalı avtomobilin salonunun ön hissəsindən sürətlər qutusunun qarşısında sənəd qoymaq üçün nəzərdə tutulmuş yerdən aşkar edilərək götürülümüş bir ədəd bıçaq xidməti otağımda stolun üzəri yan tərəf üstdə qoyuldu. Bıçaq açılıb-bağlanandır. Aluminium materialdandır. Ümumi uzunluğu 158 mm-dir. Dəstəyi və tiyəsi qara rənglidir. Bıçağın dəstəyində onu kəmərə və sairə bağlamaq üçün müvafiq keçiricinin olması müşahidə edilir. Bıçağın dəstəyinin uzunluğu 93 mm, orta hissədə eni 18 mm, orta hissədə qalınlığı 8 mm-dir. Bıçağın tiyəsinin orta xətdən uzunluğu isə 65 mm, orta hissədə eni 18 mm, maksimal qalınlığı 1,6 mm-dir. Bıçağın səthi üzərində təbii və süni işıq altında altında baxdıqda hər hansı bir zədə izi, qanabənzər ləkə və sair aşkar edilmədi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı X4 meyitinin aşkar edildiyi “Hyundai Sonata” markalı avtomobilin salonunun ön sərnişin oturacağının qarşısında ayaqaltından aşkar edilərək götürülümüş bir ədəd giliz yaşılımtıl rəngdədir, metaldan hazırlanmışdır. Təxminən butulka formalıdır, səthi nisbətən sürtülmüşdür, ağızlıq hissəsinin kənarlarında və daxilində qaramtıl rəngli hiss ləkələri vardır, pistonu “mərkəzdən alışan” tiplidir, pistonunun mərkəzində dairəvi batıq zədəsi vardır. Gilizin dib hissəsində “270” və “81” ədədləri həkk olunmuşdur. Gilizin uzunluğu 39 mm, dib hissədə diametri 10 mm, ağızlıq kəsiyinin daxili diametri 5,6 mm-dir. Gilizin səthi üzərində təbii və süni işıq altında baxdıqda hər hansı bir zədə izi, qanabənzər ləkə və sair aşkar edilmədi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı X4 meyitinin aşkar edildiyi “Hyundai Sonata” markalı avtomobilin ön iki oturacağı arasında su qabı qoymaq üçün nəzərdə tutulmuş yerdən aşkar edilərək götürülmüş 5 (beş) ədəd patron xidməti otağımda stolun üzərinə dik formada qoyuldu. Patronların səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. Güllələrin diametri 5,45x39 mm, patronların uzunluğu 57 mm, gilizlərinin uzunluğu 39 mm, dib hissələrinin diametri 10 mmdir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Seymur Musayevin meyitinə baxış zamanı onun bədənindən aşkar edilərək götürülümüş 1 ədəd güllənin səthinə baxdıqda müəyyən edildi ki, onun səthi qəhvəyimtil rəngli metal örtüklüdür, gövdəsi silindrik, ucu isə ovalvari nazidilmiş formada hazırlanmışdır, dib hissəsinin sol kənarı dairəvi-kəsik formadadır, daxili hissəsində boz rəngli metal özəkcik müşahidə edilir, aparıcı hissəsi və ucluğu nisbətən əzilmiş, sürtülmüş, cüzi deformasiya olmuşdur, lakin gövdəsinin ilkin forma və ölüçləri az dəyişmiş vəziyyətdədir. Lakin konstruksiyasına uyğun olaraq, güllənin üzərində hər hansı zavod nişanı, o cümlədən istehsal yerinə dair müvafiq işarə, yazı həkk olunmamışdır. Güllənin uzunluğu 5,4 mm, diametri 9 mm-dir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 30 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı X4 meyitinin aşkar edildiyi “Hyundai Sonata” markalı avtomobilin ön sürücü oturacağının cibindən aşkar edilərək götürülümüş 1 (bir) ədəd elektron tərəzi dördbucaqlı formasındadır. Arxa hissəsi qara rəngli, ön hissəsi qara və göy rənglərdən ibarətdir. Ön hissədə üzərini bağlamaq üçün ağ rəngli plasmas maddədən ibarət qapağın olması müşahidə edilir. Həmin qapaq tərəziyə bağlanan yerdən qırılmışdır. Tərəzinin uzunluğu 13 sm, eni 8 sm, qalınlığı 2 sm-dir. Tərəzinin üzərində dörd ədəd düymənin olması müşahidə edilir. Onların üçünün üzərinə müvafiq olaraq “PCS”, “MODE”, “TARE” sözlərinin yazılması müşahidə edilir. Digər bir düymənin üzərində isə yazı yoxdur. Həmin yazı olmayan düyməni sıxdıqda elektron tərəzi işlək vəziyyətə gətirilir. Baxış zamanı elektron tərəzinin işlək vəziyyətdə olması aşkar edildi. Tərəzinin arxa hissəsində “600g/0,01g” və “QC.PASS.5” sözləri yazılmışdır. Həmçinin, arxa hissədə bir ədəd qapaq olması müşahidə edilir. Həmin qapağı açdıqda içərisində iki ədəd enerji yığıcısının (batareya) olması aşkar edildi. Elektron tərəzinin səthinə müxtəlif bucaq altında təbii və süni işıq altında baxdıqda hər hansı bir iz müşahidə edilmədi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **- RD-*** dövlət qeydiyyat nişanlı “Hunday Sonata” markalı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sərnişin oturacağının altından aşkar edilmiş və Təqsirləndirilən şəxs dediyinə görə qardaşı X7 məxsus “Samsung Galaxy A10” markalı mobil telefon tünd göy rəngli korpusa malik olmaqla işlək vəziyyətdədir. Mobil telefonun ekranını yuxarı sürüşdürməklə telefonun ekranı açıldı. Baxış zamanı telefonun üzərində 01 ədəd "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrənin və 01 ədəd +**********7 mobil nömrəsinin olması müəyyən edildi. Telefonda olan hər iki nömrədə “whatsapp” ani mesajlaşma proqramında qeydiyyatdan keçirilmişdir. Telefonun ekranında olan “whatsapp Business” proqramına daxil olduqda mesajlar bölümündə “leyla”, “Səyid Qardaş”, “Balam”, “Sivitoy”, “Zaman kişi”, “.orxan avara”, “Asef Elman”, “Zamiq Təzə”, “Ürək”, “Mən(vı)”, “Beko”, “Amilll”, “Mındıx”, “Həsən Göyçay”, “Amiqo”, “Vüsal Qaqa”, “Aqamali”, “+**********3” və bir neçə nəfərin adları qeyd edilmiş və müxətlif vaxtlarda yazışmalar qeydə alınmışdır. “Səyid Qardaş” adının üzərinə vurub profilə daxil olduqda “+**********3” nömrəsinin olduğu müəyyən olundu. “Səyid Qardaş”-la yazışmalara baxarkən müəyyən olunur ki, Seymurla yazışmalar xx.xx.2022-ci il tarixdən başlanmışdır. “Səyid Qardaş” adlı şəxsin yazışmalarını şərti olaraq A hərfi ilə, Seymur Musayevin yazdıqlarını isə şərti olaraq B hərfi ilə işarə edirəm. xx.xx.2023 - A qardaşım necəsən həll oldu, işlərini gör mənə xəbər elə - B qardaş çox sağol, gəldi 200 manat gəldi, bayaq Vüqara dedim ki gecdi səhər saat 8-də sədərəkdə olacam, bazarlıq edib çıxıb gedecem, ama yəni mən bu 200 manatı xərcliyəcəm də sabaha mən yenə pulsuzam -A eybi yox yollaram yenə, Bəhruzun fikrin də eliyin də ona da 300 manat vurmuşam elə odu, mən bu yanan pulları yollayıram yol pulu kirayə pulu mənim malım hələ gəlmiyib, hamıdan çox sənə pul göndərirəm, genə də sənçün vurram gözüm üstə, 50 dənə rayona yollamuşduq ha ot onun pulun göndərdilər? Qardaşım onun pulun al onu vur Bəhruuzn ailəsinə uşaqlarına ailəsi zad mən yoxam özüm evdə hər nə var alıb qoymuşam onun işi çətindi, qürbət yerdə gəlib qalır, ailədən uzaq gəlib qalıb, onu gərəy düşünəy də qardaşıq da gərəy dərdimizi deyəy - B qardaş mən 100 qramı Vüqara dedim ki Vüqar mən Səidə deyib götürmüşəm, 600 manatını mən bura verməliyəm, dedi onun 50 qramını göndər qardaşıma Teymura sən tanıyırsan onu, göndərdim ona sən 50 qramı özün Vüqarnan həll elə bu 50 qramı da mən cavabdehəm. Sabahda zadda Səyid danışaq hesab kitab eliyəy, pul elə şeydi ki qardaşı qardaşı vurduran şeydi, mən pula görə sizi kimi yaxşı qardaşları itirmək istəmirəm xx.xx.2023 - B qardaş ünvanımız var? Mən evdəyəm haaa - A salam qardaş var həə - B ağa bəs bizim əlimiz boşdu indi neyniyəciy - A 25, 25 dənə bağla onu bir dənə ünvan elə , əlimiz boşda qalmaz o belə yükümüz var 1 ildə satsaq kutarmaz - B ay qaqa niyə qaytardın əynimi geyinib durram da - A qaqa qaytardım da yerə giribsən mən səni 25 qrama görə durğuzum - B Seymur video göndərərək deyir ki, bax səyid vüqar qaqamızın yanına gəlmişəm aldıqlarım da budu aldığı əşyaları çəkib göstərir və yanınd abir nəfər Amil adlı şəxsin olduğunu bildirir - B qardaş Vüqarın görüşündən çıxdım çox sağol dedi, minnətdarlıq elədi, bu gün də özü danışacaq siznən - A öpürəm qardaş məndə indi gəldim evə Bəhruznan görüşdüm, sə necəsən neynirsən - A necəsən nə var nə yox Vüqarın yanına getdin gəldin min şükür - B həə yükümüzün biir azaldı , indi işimizlə məşğul olaq bu günə nə işimiz var nə gücümüz var - A qardaşım 1 dənə 50, bir dənə də 5 ayrı ayrı bağla bir ünvandı haçan deyim gəlsinlər. Vəsailimizdən fikirliyəm qaqa dünən 76 dənə idi ondan 22 dənən verdiy qardaş - B sən saat yarıma denən də olara, 4 ədəd elektron tərəzidə çəkilmiş və tərəzinin üzərində heroinə bənzər boz rəngli kütlələr vardır həmin şəkilləri səyidə göndərir - A bir dənə ayrı ayrı 50 dənə curla, bir dənə də ayrı 5 dənə curla, bir ünvandı - B biir 50-di , biri də 5 ikisini də bir yerə bağlamışam. Və fotoşəkillər göndərir. xx.xx.2023 - A +**********03, galib, qardaşım nömrəsi budu - B Oldu səyid mən səhər bunu yığaram, indi gecdi xx.xx.2023 - A qardaşım tez bi dənə mənə xəbər ver - B Səyid məni biraz gözlə nişanlım mənə 200 manat pul atmalıdı atsın tez çıxıram gedirəm rent e kara - A ok - B səyid bu yetimin qızı maaşını ala bilməyib 50 cə manat pulu var bunun, 50 qızdadı 22 manat da qardaşımda rent e karda 130 manat pul istəyir, yeməyimiz zad bizə 200 manat pul lazımdı qardaş, əgər əziz qardaş istəyirsənsə sabaha kimi səbr elə qız sabah maaşını götürür, götürən kimi sabah 200 manat götürüm gedim rayona gündüz sabah da qayıdım gəlim, Hansı rayona gediləcək, rayonun adın tez de mənə, yaxşı səyid çıxmışam, ola bilər rent e kar bağlı olar uje 8in yarısıdır, Səyid maşını danışdım qaqa 1 saatdan sonra maşını götürrəm, həə həə qardaş bu işə başqa adamı qarışdırmıram doğmaca qardaşımnan gedirəm. Sən bircə pulu tələsdir pul olmasa maşını sənədləşdirmirlər (səsli ismarıc) - B Çıxdım, yoldayam (21:31) - B birdə qardaş sənə nəyi deyim bizim bu rus nömrələrindən rahat ol bunu heç kim tuta bilmir xx.xx.2023 - B qaqa biz çatmışıq dedim xəbərin olsun xx.xx.2023 - B səyid sənə qurban olum bunlar gecdi qaqa, səyid sənə qurban olum, bu niyə belə oldu bunlar bizə niyə belə zülm edirlər. Ay qaqa o lokeyşn ata bilmir elə, biz buraları tanımırıq, o sitrus bazar vare keçən dəfə biz gəlmişdik, o həmən bazarın yanındakı körpünümü deyir. Konum ata bilmir eləmi bu adam bizə konum atardı da bizə. - A telasme - B qardaş ipək yolunnanmı gedəy, astaraya bir neçə yol gedir biz ləvənginin kruqundayıq bakıdan gəlmişik dayanmışıq bizi indi burdan yönəltsin, ləvənginin kruqundayam burdan məni yönəltsin, ləvənginin kruqundan astaraya necə gəlim bunu deyərsiz. Burdayam oturmuşam gözləyirəm. heç yerə getmirəm lənkərandayam ləvənginin kruqundayam gözləyirəm. - B qardaş bu nədeyir mən başa düşə bilmirəm e , hara gedəjəm nəyin yanına gedəjəm, astaraya təzə yolnan gedəjəm köhnə yolnan gedəjəm desin mənə, səyid qardaş sabah açıldı e bular nə fikirləşir, bu vaxtı vəsail atılır qaqa ? ona denən biraz gec olmadı e iki sutkadı qaqa, heçnə qardaş day bir belə əziyyət çəkmişik gözləyirik - B həə dediyin kimi qaqa astaranın girişinə gedirik bayaq izah elədiyin yerə, yaxşı qardaş nigaran qalmayın çatım götürüm sizə xəbər eliyim, - B Salam alekum qardaşlar qardaş mən bax elə bil gəldim körpüdən sağa düşdüm lənkərandan gəldim astara istiqamətində gəldim sağa döndüm körpüdən üzü Bakı istiqamətində hərəkət edirəm indi düzmü gedirəm, bir dənə xahiş edirəm düzgün koordinat verin mən düzgün sürüm də gedim. - A götürdün - B yox qaqa yox hələ 28dəyik gedirik qoy görək, 29 u keçdik - A ok, denən girsin trasa getsin qabağa 58-ə yetişər indi trasın içindədi çəpər altındadı - B Yaxşı qaqa yaxşı, hələ 33dəyik, 10-12 dəqiqəyə çatarıq ora 36dayıq, çatım götürüm tərpənirəm, 41 dəyik bişey qalmıyıb, 10 qalıb qaqa 48-i keçdik, sürətnən getmirik ki radara zada düşmiyək rahat olaq - B salamatçılıqdı okeydi qardaşlar Allah razı olsun öpürəm sizləri ( saat 05:18) (səsli ismarıc) - B Səyid bizi tutdular, s...m Yaradanınızı, salafanı niə salona qoymadın ki, ağzını s...i, (digər şəxsin səsi) səyid bizi tutdular həyatımız məhv oldu, telefonları sil (digər şəxsin səsi), nətər silim, yavaş, yavaş yavaş sür sür sür, sürürəm təntitmə məni (digər şəxsin səsi) baqajı aç götürüb qaçajam, sür, sür, qaqa təntitmə məni (digər şəxsin səsi) yaxşı. (saat 05:19) (səsli ismarıc) - B Silahnan vururlar bizi, siz nağardınız? Siz nagardınız Səyid, siz neylədiniz? (saat 05.22) (səsli ismarıc) 02-03 mart tarixlərdə Səyid adlı şəxs bütün yazışmalardakı səs yazılarını sildiyindən onun yazdıqlarını müəyyən etmək mümkün olmur.
2. “whatsapp Business” proqramında “Sivitoy” adına daxil olduqda yazışmalar xx.xx.2023-cü il tarixdən başlayır müxtəlif mövzularda yazışmalar vardır. Adın üzərinə bir dəfə vurduqda +**********2 nömrəsinin olması müəyyən edildi. xx.xx.2023-cü il tarixdə Seymur səs göndərərək bildirir ki, “Vüqar biz tutulduq, səyidin var- yoxunu s....m”
3. “whatsapp Business” proqramında “.orxan Avara” adına daxil olduqda yazışmalar xx.xx.2023-cü il tarixdən başlayır müxtəlif mövzularda yazışmalar vardır. Adın üzərinə bir dəfə vurduqda +**********5 mobil nömrəsinin olması müəyyən edildi. Həmin şəxslə müxtəlif vaxtlarda kriminal söhbətlər, narkotik vasitələrin dövriyyəsi ilə bağlı söhbətlər və səs yazıları vardır. xx.xx.2023-cü il tarixdəki yazışmalara baxış keçirilən zaman Seymurun yazdıqlarını şərti olaraq C hərfi ilə, “.orxan Avara” yazışmalarını isə şərti olaraq D hərfi ilə işarə edirəm. - D 300 atir sabah he? - C həə sabah 300 atır, yüzü biz elə bil sabah həll eliyib yüzün pulunu vurmalıyıq ona belə danışmışam abaqorkam belədi sora iki yüzü bir həftə ərzində əridib pulunu veririk, sən bu hərəkəti biz eləsək birdə gördün bizə 500 atdı , 500 elədik 1 kilo atdı - D Yaxsi qaqa men bidene dansm yene - C hee bi dene qaqa denen atomdu e ele bele şey dör denen yaxşı şeydi, bax asəf keçən dəfə verdiyin şeydən ver haa qırmızı şey vardı e day gəlsin burda tuxta şey çıxmasın, mən yani camata burda atomdu deyirəm, sora yalançı çıxmayım cammatın yanında, mən bilmirəm sən nətər düşünürsən bunu mən bilmirəm, mən yani alverçisi deyiləm bunun mən bu dvijeniyanı edirəm 5 3 qəpiy pul olsun dana mənimçün zapadlo deyil, ama biyabırçılıq olmasın dana, kimsə durub deməsin ki yalançılıq edir, həə qaqa keçən dəfə mənə verdiyin normal maldan ver işimiz getsin, qağaa arxayın ol elə baxduqun maldan ataciyam - D Qaqa seni gozduruk, bizde hersey qaydasndadi - C Qaydasndadi(100?, 200?) - D 100? (İnseAllahki he) , opsi - C 300? - D 100 nagdi, qalani 3.4 gune - C onda tutuzduracaqsınız - D Arada bizde bir usag onada gorm baxm etmeliyk, Cavabdeh o olacaq, pulmuzu teleb onnan edecik - C ok, Təmiz mi uşaqdı qaqa - D he qaqa - C atıb eləməzki - D Biz ne bariqa tanyacyq nede bariqa bizi, qonşumdu - C qaqa bu adam içəridə Vüqarı tanıyır haa, birdən bu bizi fırladar, ayaqımız qalar göydə, bu fikirləşər ki biz bunu fırladırıq aldadırıq o içəridə Vüqara problem zad sıxıntı yaşadar çox ehtiyatlı olmaq lazımdı tenboli bu temadan Vüqarın xəbəri yoxdu - D atmag nedi qaqa o bilir men hara kimiyem - C heçnə qaqa seher ne səndə var nə məndə var mnədə durub sənə dirəşəsi deyiləm ki, cavabdehsən, Vüqarın yanında biyabırçılıq olar e sora ona görə deyirəm - D qaqa seb otur men otrum, qalan sey yaxsi olaraq - C hee fsyo brat - D kimede atsa mene ata bilmez nede ele sey dusunmez, ureyni buz kimi saxla - C heçnə qaqa, problem yoxdu əla ola bilsin səhər gündüz yoluna qoyduq, qoy mən çıxım gəlim burdan Bakıya gəlim yaxşı olacaq - D yaxsi qaqa, gecen xere - C gecen xeyre ürəyim
4. “whatsapp Business” proqramında “Aqamali” adına daxil olduqda yazışmalar xx.xx.2023-cü ildən başlayır müxtəlif mövzularda yazışmalar vardır. Adın üzərinə bir dəfə vurduqda +**********24 nömrəsinin olması müəyyən edildi. xx.xx.2023-cü il tarixdə Seymur səs göndərir “həə səyid burdayam”. Həmin nömrə ilə xx.xx.2023-cü il tarixə qədər müddətdə səs yazıları və yazışmalar qeydə alınmışdır, lakin yazışmaların və səs yazılarının bir hissəsi silinmişdir. Yazışmalardan görünür ki, Səyid adlı şəxslə Seymurun ancaq narkotik vasitələrin satışı barədə söhbətlər vardır, Səyidin dediyi ünvanlara Seymur narkotik vasitələr aparır.
5. “whatsapp Business” proqramında “Ürək” adına daxil olduqda yazışmalar xx.xx.2023-cü il tarixdən başlayır xx.xx.2023-cü il tarixədək davam edir. Müxtəlif mövzularda yazışmalar vardır. Adın üzərinə bir dəfə vurduqda 051 434 50 09 nömrəsinin olması müəyyən edildi. Yazışmalara baxış keçirilən zaman Seymur Musayevin yazdıqlarını şərti olaraq E hərfi ilə, “Ürək” yazışmalarını isə şərti olaraq F hərfi ilə işarə edirəm. xx.xx.2023 - F. Otun varmı ata? - E. yox heçnəyim yoxdu, səndə olmuyandan sonra məndə harda olsun (səsli ismarıc) xx.xx.2023 - E Tural qadan alaram qaqa rent a car-dan maşın maraqlan Şəhanədən 200 manat götürürəm (səsli ismarıc) - F həə yaxşı gözlə qoy görüm mən nətər, rent a car-dan nətər maraqlanım, mən maşın sürəm ay qaqa, maşında da müştəri var, telefonnan şeyliyə bilmirəm, gir telefonunda rent a car yaz gələcəkdir (səsli ismarıc) - E Tural müştərini endir, mən telefonda başqa şeylərnən zanitəm, sənə qurban olaram bir dənə özün məşğul ol (səsli ismarıc) - F fso qaqa özüm məşğul olum hər şeynən, mənim gedib-gəlməyimə nə verəcəksiniz, mən bəri başdan bilim ay qaqa, mən kamaz sürrəm e yük maşınıdı, o boyda yükün altına girrəm mənim gedim-gəlməyim nə olacaqdır? (səsli ismarıc) - E Tural qaqa 1500 manat verir, onun minini sənə verəcəm 500-ü də mənim (səsli ismarıc) - F yaxşı ay qaqa yaxşı, mən maşındayam dayana bilmirəm, bir 20 dəqiqə maşında işim var, yəni müştəri var, mən girib dayanıb telefonda rent a car axtara bilmirəm, özün də rent a car-a gir gör harda var nə var, gedim mən maşını götürüm. (səsli ismarıc) - E mən ren a car-a Lənkəran dedim dedim Lənkərana gedirik, biz Lənkərana gedirik dana düzdümü? (səsli ismarıc) “whatsapp Business” proqramda iş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilmədi. Telefonda digər “whatsapp” proqramına daxil oluram. Həmin “whatsapp” proqramı +**********87 mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. “whatsapp” proqramına daxil olduqda “xaləddin 2, “amilğ”, “pervin dosdu”, “turalımmm”, “leyla”, “ceko” və müxtəlif adlar qeyd edilmişdir. “Pervin dosdu” adına daxil olduqda +**********68 mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. Yazışmalara və səs yazılarına baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə Seymur həmin şəxsə bildirir ki, “mən Lənkəranda qonaqam sənin nömrəni Pərvindən aldım. Əlimiz heç yerə çatmır deyirəm bəlkə sənin əlinnən burda sevinək”. Həmin şəxs də hazırda Rusiyada olduğunu bidirir və deyir ki uşaqlar da hərəsi bir yerdədi. Sonra Seymura +**********90 mobil nömrəsini göndərir ki, adı Peymandı denən ki Sadiq verdi nömrəni o sizə nəsə təşkil eliyər. Sonra Seymur bildirir ki həmin nömrəyə zəng çatmır. Sadiq yenidən səs göndərir ki, ***-***-**-** Etiyə deyərsən ki Pərvinin dostuyam yadındadı denən Xırdalanda denən yadında bir yerdə olanda sən gətirib ona şey verdin e, başa düşdün nətər görüş onnan o orda hərəkət eliyər. xx.xx.2023 tarixdə saat 14:56-da Seymur səs ataraq bildirir ki, yoldayam gedirəm Etini götürməyə. Saat 15:17-də Seymur öz telefonu ilə çəkdiyi bir nəfər şəxslə fotoşəkil göndərir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **- RD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sürücü oturacağının altından aşkar edilmiş və Təqsirləndirilən şəxs dediyinə görə özünə məxsus “SAMSUNG GALAXY A5” markalı mobil telefon qara rəngli korpusa malik olmaqla işlək vəziyyətdədir. Mobil telefonun ekranına müvafiq simvolu çəkməklə telefonun ekranı açıldı. Baxış zamanı telefonun üzərində 01 ədəd "xxxx" MMCyə məxsus ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edildi. Telefonda olan həmin nömrə “whatsapp” ani mesajlaşma proqramında qeydiyyatdan keçirilmişdir. Telefonun ekranında olan “whatsapp” proqramına daxil olduqda mesajlar bölümündə “renta car samaxinka”, “eynur”, “***-***-**-**”, “77BU864Tural”, “***-***-**-**”, “+7 982 746-05-17”, “***-***-**-**” və digər bir neçə nəfərin adı və nömrələri qeyd edilmiş və müxətlif vaxtlarda yazışmalar qeydə alınmışdır. “+7 982 746-05-17” mobil nömrə ilə yazışmalara baxarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə həmin nömrə arasında yazışmalar xx.xx.2022-ci il tarixdən başlanmış və xx.xx.2023-cü il tarixədək davam etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən yazılan ismarıcları şərti olaraq A hərfi ilə, “+7 982 746-05-17” mobil nömrədən yazılan ismarıcları isə şərti olaraq B hərfi ilə işarə edirəm. xx.xx.2023 - A Otun varmı ata? - B yox heçnəyim yoxdu, səndə olmuyandan sonra məndə harda olsun (səsli ismarıc) xx.xx.2023 - A Tural qadan alaram qaqa rent a car-dan maşın maraqlan Şəhanədən 200 manat götürürəm (səsli ismarıc) - B həə yaxşı gözlə qoy görüm mən nətər, rent a car-dan nətər maraqlanım, mən maşın sürəm ay qaqa, maşında da müştəri var, telefonnan şeyliyə bilmirəm, gir telefonunda rent a car yaz gələcəkdir (səsli ismarıc) - A Tural müştərini endir, mən telefonda başqa şeylərnən zanitəm, sənə qurban olaram bir dənə özün məşğul ol (səsli ismarıc) - B fso qaqa özüm məşğul olum hər şeynən, mənim gedib-gəlməyimə nə verəcəksiniz, mən bəri başdan bilim ay qaqa, mən kamaz sürrəm e yük maşınıdı, o boyda yükün altına girrəm mənim gedim - gəlməyim nə olacaqdır? (səsli ismarıc) - A Tural qaqa 1500 manat verir, onun minini sənə verəcəm 500-ü də mənim (səsli ismarıc) - B yaxşı ay qaqa yaxşı, mən maşındayam dayana bilmirəm, bir 20 dəqiqə maşında işim var, yəni müştəri var, mən girib dayanıb telefonda rent a car axtara bilmirəm, özün də rent a car-a gir gör harda var nə var, gedim mən maşını götürüm. (səsli ismarıc) - A mən ren a car-a Lənkəran dedim, dedim Lənkərana gedirik, biz Lənkərana gedirik dana düzdümü? (səsli ismarıc)
2. “whatsapp” proqramında “***-***-**-**” mobil nömrə ilə yazışmalar xx.xx.2023-cü ildən başlayır və xx.xx.2023-cü ilədək davam edir. Müxtəlif mövzularda yazışmalar vardır. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs məxsus mobil nömrədən “***-***-**-**” saylı mobil nömrəyə “buralarda əlin girən yer varmı” məzmunda ismarıc yazılmış, əvəzində isə ***-***- **-** saylı mobil nömrədən “Masallıya gedə bilərsən qaqa” məzmunda səsli ismarıc yazılmışdır.
3. “whatsapp” proqramında “***-***-**-**” saylı mobil nömrəyə daxil olduqda yazışmalar xx.xx.2023-cü il tarixdən başlayır və xx.xx.2023-cü il tarixədək davam edir. Müxtəlif mövzularda yazışmalar vardır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən həmin mobil nömrəyə xx.xx.2023-cü ildə “gədənin nömrəsi var, deyərəm əlaqə saxlayıb görüşərsən, götürərsən, özünə bir dənə naparnik tap, nömrəsi var da səndə, mən tapşıracam gedib götürəcəm”, məzmunda səsli ismarıcın, həmçinin “**********” saylı mobil nömrənin göndərilməsi müşahidə edilir. “whatsapp” proqramında iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir xüsusat aşkar edilmədi. Telefonda olan zənglər, mesajlar, qalereya və digər proqramlara daxil olduqda iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir xüsusat aşkar edilmədir. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli 3-13/2-28460/23 saylı məktubdan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Cənub bölgəsində regional şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı X7 qarşı odlu silahın tətbiqi ilə bağlı halların araşdırılması ilə əlaqədar müraciətə baxılaraq məlum olmuşdur ki, BNMİ CBRŞ-nin əməkdaşlarının xx.xx.2023-cü ildə Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü X1 zaman tabe olmayaraq avtomobili polis əməkdaşlarının üzərinə sürmüş və avtomatla müqavimət göstərdiyindən polis əməkdaşları tərəfindən tabel silahından istifadə edilməklə zərərsizləşdirilmiş, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs isə saxlanılaraq 42 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, eləcə də, 1 ədəd “AK-74” markalı Kalaşnikov avtomatı və sursatları aşkar edilərək götürülmüşdür. Aparılmış araşdırma ilə polis əməkdaşları tərəfindən odlu silahın tətbiq edilməsi zamanı qanun pozuntusuna yol verilməsi halları müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin 11 aprel 2023-cü il tarixli 3-13-7/2-3194/2023 saylı məktubundan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü ildə xidmətdə olmuşlar və keçirilmiş əməliyyat axtarış tədbiri zamanı odlu silahın tətbiq edilməsində qanun pozuntusuna yol verilməsi halları müəyyən edilməmişdir. Həmin əməkdaşların hər biri xidməti xasiyyətnamələrlə müsbət xarakterizə olunurlar. İş materiallarında olan “GPS.AZ”-ın 16 mart 2023-cü il tarixli 23-019 saylı məktubundan və ona əlavə edilmiş hesabatdan görünür ki, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırlmış GPS vasitəsi ilə müəyyən edilmişdir ki, həmin avtomobil xx.xx.2023-cü ildə saat 05:16:27-də hərəkətini qısa müddət dayandırmış (26 saniyə) və 05:16:53-də hərəkətini davam etdirmişdir İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X8 hadisədən əvvəl normal həyat keçirmiş, ailə üzvləri və başqa şəxslərlə aralarında narazılıq və ya dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs və X8 əvvəllər narkotik və ya psixotrop maddələrdən istifadə etməklə onların satışı ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs və X8 xx.xx.2023-cü ildə polis əməkdaşlarına müqavimət göstərən zaman ətrafda hadisənin şahidi ola biləcək şəxslər müəyyən edilməmişdir. X8 polis əməkdaşlarına silahlı müqavimət göstərərkən istifadə etdiyi “AK-74” markalı, 5001 nömrəli silahı haradan və nə zaman əldə etməsi, həmin silahın hadisədən əvvəl harada gizlədilməsi və ya saxlanılması, eləcə də Seymur Musayevin əvvəllər həmin silahı üzərində gəzdirib-gəzdirməməsi, ondan istifadə edib-etməməsi müəyyən edilə bilməmişdir. Qeyd edilən cinayət əmələrlini törətməkdə Təqsirləndirilən şəxs və X2 edən, digər icraçılar olsa da onların şəxsiyyəti barədə məlumat və harada olmaları müəyyən edilə bilməmişdir. X4 istifadəsində olmuş “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilərkən mobil telefonda “Səyid qardaş” adı ilə qeyd edilmiş “+**********3” saylı mobil nömrənin, “Svitoy” adı ilə qeyd edilmiş və Seymur Musayevin həmin şəxsi “Vüqar” adı ilə çağırdığı “+**********2” saylı mobil nömrənin, “orxan Avara” adı ilə qeyd edilmiş “+**********5” saylı mobil nömrənin, “Aqamali” adı ilə qeyd edilmiş və Seymur Musayevin həmin şəxsi “Səyid” adı ilə çağırdığı “+**********24” saylı mobil nömrənin və “Pervin dosdu” adı ilə qeyd edilmiş “+**********68” saylı mobil nömrənin kimlərə məxsus olması müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs və X4 xx.xx.2023-cü ildə polis əməkdaşlarına müqavimət göstərən vaxt ətrafda videomüşahidə kameraları olmamışdır. Təqsirləndirilən şəxs və X4 barələrində hər hansı mübahisə və narazılığın olması barədə Lənkəran ŞRPŞdə şikayət ərizəsi, məlumat və ya təqsirləndirici material aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və Seymur Musayevin üzərində və hadisə zamanı olduqları “Hyundai Sonata” markalı **-RD-*** d.q.n.a-in yük yerindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri haradan, kimlərdən əldə etmələri, qaçaqmalçılıq yolu ilə ölkəyə keçirib-keçirməmələri müəyyənləşdirilə bilməmişdir. Seymur və Təqsirləndirilən şəxslərin Astara-Ələt magistral yolunun Lənkəran rayon ərazisindən keçən hissəsində üzü Bakı şəhəri istiqamətində 58-ci kilometrliyində çəpərin yanından götürdükləri narkotik vasitələri və psixotrop maddələri həmin yerə kim(lər) in qoyması müəyyənləşdirilə bilməmişdir. İş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkiləri 16063,8 qram, 2,777 qram olan narkotik vasitə heroin, 16723,7 qram olan narkotik vasitə marixuana, 2285 ədəd narkotik vasitə olan metadon həbləri, 8029,5 qram, 17,282 qram, 35,712 qram olan psixotrop maddə metamfetamin, eləcə də “AK-74” markalı 745001 saylı avtomat silah Lənkəran şəhər-rayon polis şöbəsində, AKC-74U” markalı 250500 saylı avtomat silah, “Zəfər-K” modelli AZTKB 0258 saylı tapança BNMİ-nin CBRŞ-də, hadisə vaxtı təqsirləndirilən şəxs X4 əynində olmuş bir ədəd gödəkçə, 1 cüt ayaqqabı, bir ədəd şalvar, bir ədəd kəmər, bir ədəd uzunqol köynək və bir ədəd mayka, habelə bir ədəd giliz, üç ədəd eksperimental atılmış 9 mm kalibrli patronların gilizləri, üç ədəd eksperimental atılmış 9 mm kalibrli patronların güllələri, altı ədəd eksperimental atılmış 5,45 mm kalibrli patronların gilizləri, elektron tərəzi, Seymur Musayevə məxsus “Samsung Galaxy A10”, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefonlar, bir ədəd güllə, bir ədəd bıçaq, yeddi ədəd 9 mm kalibrli patronlar, dörd ədəd 5,45 mm kalibrli patronlar Lənkəran rayon prokurorluğunda saxlanılır, “CD” disklər cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan qərardan görünür ki, “Hyundai Sonata” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı və “Mitsubushi” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi tam etirafedici, zərər çəkmiş şəxslərin və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yanınmağa (kənarda qalmağa) yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddənin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, həmçinin silah gəzdirmələri haqqında əməliyyat məlumatının olması göstərilən narkotik vasitələr və psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr heroin, metadon həbləri, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdar təşkil edən, 13 ədəd bağlamada, ümumi təmiz çəkisi 16725,0 (16 kq, 725 qr) qram narkotik vasitə qurudulmuş marixuananı, 12 ədəd bağlamada ümumi təmiz çəkisi 16067,877 (16 kq 67,877 qr) qram narkotik vasitə heroini, 5 ədəd bağlamada ümumi təmiz çəkisi 8083,194 (8 kq 83,194 qr) qram psixotrop maddə olan metamfetamini və 232 ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla, ümumi sayı 2320 ədəd narkotik vasitə metadon həblərini əldə etməsi faktı onun şəxsiyyəti müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama, daşıma cinayəti kimi qiymətləndirilməlidir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərinin tövsifini məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 03 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 04 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 03 mart 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərkən belə hesab edir ki, ekspertiza tədqiqatından sonra iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkiləri 16063,8 qram, 2,777 qram narkotik vasitə heroin, 16723,7 qram narkotik vasitə marixuana, 2285 ədəd narkotik vasitə metadon həbləri, 8029,5 qram, 17,282 qram, 35,712 qram psixotrop maddə olan metamfetamin, Lənkəran rayon prokurorluğunda saxlanılan hadisə vaxtı təqsirləndirilən şəxs X4 əynində olmuş bir ədəd gödəkçə, 1 cüt ayaqqabı, bir ədəd şalvar, bir ədəd kəmər, bir ədəd uzunqol köynək və bir ədəd mayka, habelə bir ədəd giliz, üç ədəd eksperimental atılmış 9 mm kalibrli patronların gilizləri, üç ədəd eksperimental atılmış 9 mm kalibrli patronların güllələri, altı ədəd eksperimental atılmış 5,45 mm kalibrli patronların gilizləri, bir ədəd bıçaq və elektron tərəzi məhv edilməli, Seymur Musayevə məxsus “Samsung Galaxy A10”, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, bir ədəd güllə, yeddi ədəd 9 mm kalibrli patronlar, dörd ədəd 5,45 mm kalibrli patronlar, BNMİ-nin CBRŞ-də saxlanılan “AKC-74U” markalı 250500 saylı avtomat silah, “Zəfər-K” modelli AZTKB 0258 saylı tapança və Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan “AK-74” markalı 745001 saylı avtomat silah Azərbaycan Respublikası DİN-in X14 Baş İdarəsinə təhvil verilməli, “CD” disklər cinayət işinin materiallarında saxlanılmalı, “Hyundai Sonata” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı və “Mitsubushi” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan olan 625 (altı yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 03 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Lənkəran şəhərrayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkiləri 16063,8 qram, 2,777 qram olan narkotik vasitə heroin, 16723,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2285 ədəd narkotik vasitə olan metadon həbləri, 8029,5 qram, 17,282 qram, 35,712 qram olan psixotrop maddə metamfetamin, hadisə vaxtı təqsirləndirilən şəxs X4 əynində olmuş və Lənkəran rayon prokurorluğunda saxlanılan bir ədəd gödəkçə, 1 cüt ayaqqabı, bir ədəd şalvar, bir ədəd kəmər, bir ədəd uzunqol köynək və bir ədəd mayka, habelə bir ədəd giliz, üç ədəd eksperimental atılmış 9 mm kalibrli patronların gilizləri, üç ədəd eksperimental atılmış 9 mm kalibrli patronların güllələri, altı ədəd eksperimental atılmış 5,45 mm kalibrli patronların gilizləri bir ədəd bıçaq və elektron tərəzi məhv edilsin, mərhum Seymur Musayevə məxsus “Samsung Galaxy A10” və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın, bir ədəd güllə, yeddi ədəd 9 mm kalibrli patronlar, dörd ədəd 5,45 mm kalibrli patronlar, BNMİ-nin CBRŞ-də saxlanılan “AKC-74U” markalı 250500 saylı avtomat silah, “Zəfər-K” modelli AZTKB 0258 saylı tapança və Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan “AK-74” markalı 745001 saylı avtomat silah Azərbaycan Respublikası DİN-in X14 Baş İdarəsinə təhvil verilsin, “Hyundai Sonata” markalı **-RD- *** dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı və “Mitsubushi” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın, “CD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 625 (altı yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəy ə minir.
Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov