Məhkəmə qərarları › İş №1(099)-547/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-547/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-547/2023 16.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Laçın rayonu, Daşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, bina 15, mənzil 75-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxslə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan mənbədən əldə edilərək Biləsuvar rayon ərazisində Əsgərabad kəndinin adı yazılmış lövhənin yanında gizlədilmiş külli miqdarda, - 4775,0 qram heroin narkotik vasitəsini, külli miqdarda, - 3600,0 qram metamfetamin psixotrop maddəsini, külli miqdarda - 5665,0 qram tiryək narkotik vasitəsini, külli miqdarda -670,0 qram həşiş qətranı narkotik vasitəsini və külli miqdarda, -2225,0 qram qurudulmuş marixuana narkotik vasitəsini 31 mart 2023-cü il tarixdə saat 03 radələrində cinayətdən xəbərsiz, taksi sürücüsü X1 idarə etdiyi “Nissan Note” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kəndi ərazisində qəbirstanlığın yaxınlığında saxlanaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əlində olan idman çantasından həmin heroin iki bükümdə, - 2400,0 qram və - 2375,0 qram, olmaqla ümumilikdə -4775,0 qram, psixotrop maddə metamfetamin iki bükümüdə, - 490,0 qram və - 3110,0 qram olmaqla ümumilikdə -3600,0 qram, tiryək beş bükümdə, - 1155,0 qram, -1225,0 qram, - 930,0 qram, - 790,0 qram və - 1565,0 qram olmaqla ümumilikdə -5665,0 qram, həşiş qətranı bir bükümdə -670,0 qram və qurudulmuş marixuana bir bükümdə -2225,0 qram aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. 30 mart 2023-cü il tarixdə «instaqram» səhifəsində özünü Eşqin kimi təqdim edən İran vətəndaşı istifadəsində olan ***-***-**-** nömrəyə yazıb tanışlıq vermiş, tanış olduqdan sonra ona narkotik göndərməyi, göndərəcəyi narkotiki deyəcəyi adama verməyi təklif etmişdir. Eşqin adlı şəxslə narkotiki götürüb Bakı şəhərinə aparması barədə razılaşdıqdan sonra həmin şəxs 31 mart 2023-cü il tarixdə içində 200-300 qram marixuana olan bağlamanı Biləsuvar rayonuna göndərəcəyini bildirmişdir. Biləsuvar rayonuna getmək üçün Rauf adlı dostundan ona taksi tapmağı xahiş etmiş, Rauf ona tanışı Cavidlə getməyi təklif etmişdir. Cavidi əvvəllər tanımamışdır. Yola çıxmazdan əvvəl Eşqinlə danışmış, Eşqin ona narkotikin Biləsuvar rayon Əsgərabad kənd lövhəsinin altına qoyulduğunu bildirmişdir. Eşqinin dediyi yerə çatmış və lövhənin altında hər hansı bağlama görməmişdir. Bundan sonra Cavidlə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, yolda olarkən Eşqinlə danışmış, Eşqin ona narkotikin lövhənin altında olduğunu və qayıdıb götürməsini bildirmişdir. Təkrar həmin yerə qayıtmış və lövhənin altında böyük göy rəngli çanta olduğunu görmüşdür. Çanta ağır olduğundan onu götürdükdən sonra yerə atmış və Cavidin idarə etdiyi maşınla Bakı şəhəri istiqamətində yola düşmüşlər. Yolda olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdır. Şöbədə olarkən polis əməkdaşları göy çantanı ona verərək üzərinə götürməsini, götürməsə ailə üzvlərini də şöbəyə çağıracaqları ilə hədələmişlər. Polis əməkdaşlarının hədəsindən qorxduğundan narkotiki üzərinə götürmüş və istintaq zamanı etirafedici ifadələr vermişdir. Saxlanılarkən üzərində və avtomobildə narkotik olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Biləsuvar rayonuna yalnız marixuana üçün gəlmişdir. Çantanı götürdükdən sonra tutulacağını başa düşüb çantanı atmışdır. Sürücü Cavidin narkotikdən xəbəri olmamışdır. Narkotik istifadəçisidir, çantanı götürməkdə məqsədi öz istifadəsi üçün marixuana götürmək olmuşdur. Narkotik satışı ilə məşğul olmamışdır. Eşqinlə pul barədə söhbəti olmamışdır. Saxlanılan zaman rəis müavini Elnur müəllim onu öz maşını ilə şöbəyə aparmışdır. Saxlanılarkən əlində bağlama olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək ifadəsində Biləsuvar rayonu «Əsgərabad kəndi» sözləri yazılmış lövhənin yanında Cavidin maşınından düşdüyünü, sonuncuya gedib bir neçə dəqiqədən sonra qayıtmasını tapşırdığını, maşından düşəndən sonra çantanı axtarıb tapdığını, narkotiklər olan bağlamanı götürdükdən sonra Cavidin gəlib onu oradan götürüb Bakı istiqamətinə yola düşdüklərini, təxminən 1 kilometr Bakı istiqamətinə hərəkət etdikdən sonra YPX-nın əməkdaşları tərəfindən avtomobilin saxlanıldığını, Cavid avtomobili saxladıqda bu zaman çantanı götürüb qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Biləsuvar RPŞ-yə aparıldığını, orada əlindəki bağlamaya baxış keçirilərkən iki ədəd plastik qabdan narkotik vasitə heroinə oxşar maddə, iki ədəd bükülülərdə psixotrop maddə metamfetamin, beş ədəd bükümlərdə narkotik vasitə tiryək, bir ədəd bükülüdə həşiş qətranı, bir ədəd bükülüdə qurudulmuş marixuana olması müəyyən olunduğunu, bağlamalara açılıb baxıldıqdan sonra elektron tərəzidə çəkilib qablaşdırıldığını, narkotikləri Bakı şəhərinə iranlının dediyi şəxsə çatdırmaq müqabilində ona 1200 manat pul verəcəyini göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bunula bağlı əməliyyat qrupu yaradılımışdır. 31 mart 2023-cü il tarixdə saat 03:00 radələrində Elvinin içərisində olduğu “Nissan Note” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin vaxt Biləsuvar şəhəri “Azpetrol” YDM-nin yaxınlığında müşahidəyə götürülmüş, təxminən 10 dəqiqə sonra Biləsuvar rayonu Əsgərabad kənd qəbirstanlığının yaxınlığında həmin avtomobil YPX-nın əməkdaşları tərəfindən saxlamış, bu zaman Elvin maşından düşüb çiynində çanta ilə qaçmağa başlamışdır. Elvin polsi əməkdaşları tərəfindən saxlanılmış və gəldiyi sürücü ilə birlikdə Biləsuvar RPŞ-yə aparılmışdır. Şöbədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Elvinin əlində olan yaşıl rəngli çantaya baxış keçirilmiş, həmin çantanın içərisindən qara rəngli idman çantası çıxmışdır. Çantadan cəmi 11 bükülü aşkar edilmiş, bükülülərdən 5-nin içərisində tiryək, 2-nin içərisində metamfetamin, 1-nin içərisində həşiş qətranı, 1-nin içərisində marixuana və 2-nin içərisində heroin olması müəyyən edilmişdir. İdman çantasının ön cibindən isə bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Elvin bildirmişdir ki, həmin narkotik vasitələri ona iranlı tanışı göndərmiş, bağlamaları Bakı şəhərində iranlının deydiyi yerə qoyacağı təqdirdə ona 1200 manat pul verilməli idi. Daha sonra Elvinlə gələn Cavid adında taksi sürücüsünün üzərinə şəxsi axtarış və avtmobilinə baxış keçirilmiş, heç bir qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Elvin saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 Mehti oğlu ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 19/396 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və bükülülərin qablaşdırıldığı bağlama...” sözlər və imzalar olan bir ədəd kisədəki, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -2400,0 qram; -2375,0 qram; ümumi təmiz çəkisi -4775,0 qram olan maddələr tiryəkdən kustar usulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -490,0 qram; -3110,0 qram; ümumi təmiz çəkisi - 3600,0 qram olan ağ rəngli kristalşəkilli maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 5 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1155,0 qram; -1225,0 qram; -930,0 qram; -790,0 qram; -1565,0 qram; ümumi təmiz çəkisi -5665,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar usulla alınmış narkotik vasitə tiryəkdirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi -670,0 qram olan maddə narkotik tərkibli çətənə (kanabis) bitkisindən kustar usulla alınmış narkotik vasitə həşiş qətranıdır, 1 ədəd bükülüdə təmiz çəkisi -2225,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə çətənə (kanabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 500 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 31 mart «şəxsi axtarış və götürmə» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının cibindən «Samsunq» markalı mobil telefon, 1 qutu siqaret, pul kisəsi, 1 ədəd açar, şəxsiyyət vəsiqəsi, «Azərişıq» a məxsus kart, 1 ədəd «Leobank»a aid plastik kart, 1 ədəd «Bank-of-Baku» ya aid plastik kart üzərindən aşkar edilib götürülmüş 1 ədəd yaşıl rəngli çantada 1 ədəd qara rəngli idman çantasının olması müəyyən olunmuş, idman çantasına baxış keçirildikdə külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitələr - qurudulmuş marixuana, tiryək, həşiş qətranı və heroin, habelə idman çantasının ön cibində işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefona keçirilən baxış zamanı «X53» markalı olduğu və üzərində ***-***- **-** «Bakcell» mobil nömrəsi olması müəyyən edilmişdir. Telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “XADİ +98 990 160 63 08”, “+98 994 062 38 20”, “+98 933 089 65 06” və “+98 905 514 37 03” nömrələrn olması zənglər və mesajlaşma müəyyən edildi. Telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, İran mobil operatoruna aid “+98 905 514 37 03” nömrə arasında 31 mart 2023-cü il tarixdə sözügedən cinayət barədə çoxsaylı danışıqlarının “WhatsApp” vasitəsilə səsli mesajları, göndərilən narkotik vasitənin fotoşəkili və zəngləri qeydə alınmışdır. Həmin səs yazıları və fotoçəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən CD diskə köçürülərək cinayət işinə əlavə edildi. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş - heroinin tədqiqatdan sonrakı -4774,8 qram qalığı, metamfetaminin tədqiqatdan sonrakı -3599,8 qram qalığı, tiryəkin tədqiqatdan sonrakı -5664,5 qram qalığı, həşiş qətranının tədqiqatdan sonrakı - 669,9 qram qalığı, marixuananın tədqiqatdan sonrakı -2224,9 qram qalığı və 1 (bir) ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli qərarının 3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «X5 3» markalı mobil telefon, həmin telefonda olan səs yazıları və fotoşəkillərin köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış, saxlanılması üçün Biləsuvar RPŞ-yə təhvil verilmiş, disk isə cinayət işində saxlanılır. 10 iyun 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 243.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək bağlamanı götürsə də belə sonradan tutulacağından qorxub həmin bağlamanı kənara atdığını, saxlanılarkən əlində heç bir bağlamanın olmadığını, polis şöbəsində işgəncələrə məruz qaldığı üçün məcbur olub içərisində narkotik vasitələr və psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasına dair etirafedici ifadələr verdiyini, iranlı Eşqinlə aralarında hər hansı bir pul söhbəti olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq saxlanılarkən əlində hər hansı bir bağlamanın olmaması və polis əməkdaşları tərəfindən işgəncələ məruz qalması ilə bağlı məhkəmə istintaqında ifadəsində göstərdiyi xüsusatları işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı ilk gündən öz xətti ilə yazdığı izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində özünü təqsirli bilərək iranlının dediyi yerdən içərsində külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan bağlamanı götürdükdən sonra Cavidin idarə etdiyi avtomobilə əyləşib Bakı istiqamətinə hərəkət edərkən saxlanıldığını, bağlamanı iranlının dediyi yerə aparıb qoyacağı təqdirdə ona 1200 manat pul veriləcəyini etiraf etmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs saxlanılarkən əlində bağlamanın olmaması və ya polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən görünür ki, şəxsi axtarış və baxış keçirilən zamanı Təqsirləndirilən şəxs məxsus olan çantada vəkilinin iştirakı ilə aşkar olunan külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin ona Eşqin adında iranlı tərəfindən göndərildiyini etiraf edir, narkotik vasitələrin və psixotrop maddənin öz üzərinə götürməsi və ya polis əmkdaşları tərəfindən qoyulması, hədə-qorxuya məruz qalmasıilə bağlı hər hansı bir dəlil irəli sürmür. Həmçinin «mobil telefona baxış keçirilməsi haqqında» protokolla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs İran mobil operatoruna aid “XADİ +98 990 160 63 08”, “+98 994 062 38 20”, “+98 933 089 65 06” və “+98 905 514 37 03” nömrələri ilə aralarında çoxsaylı telefon danışıqları olmuşdur. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edilməlidir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, “mobil telefona baxış keçirilməsi” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, tiryək, qurudulmuş marixuana və həşiş qətranı narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar, həşiş qətranın 0,4 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 40 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs külli miqdarda və müxtəlif çeşidlərdə narkotik vasitələri və psixotrop maddəni sifariş verməsi və işin digər halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə etməsi, saxlaması, daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. 31 mart 2023-cü il tarixli qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 1 aprel 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 1 aprel 2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 mart 2023-cü ildən hesablanmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Miran Süleymanlı adında və soyadında qız övladı vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsinə bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələri görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 mart 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji xəstəxanaında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb hazırda Biləsuvar RPŞ-də saxlanılan 4774, 8 qram heroin, 3599,8 qram metamfetamin, 5664,5 qram tiryək, 669,9 qram həşiş qətranı, 2224,9 qram marixuana, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «X5 3» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, disklər isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji xəstəxanaında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan 4774,8 qram heroin, 3599,8 qram metamfetamin, 5664,5 qram tiryək, 669,9 qram həşiş qətranı, 2224,9 qram marixuana, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, «X5 3» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, disklər isə cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cavid Səfərli Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar