Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-547/2024 08.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, ədliyyə müşaviri Dövlət ittihamçısı2, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, - xx xxxxxx 1964-cü ildə Masallı rayonunun Hişkədərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, Rusiya Federasiyası Turan şəhəri Pii-Xemski Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, 69.5-ci maddəyə əsasən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi barədə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3 və 29,234.4.3-cü maddələrinə uyğunlaşdırılaraq, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 03 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmiş, Masallı rayonunun Hişkədərə kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X7, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid1, Şahid2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə cinayət əlaqəsinə girərək, 2015-ci ilin mart ayının 29-dan 30-na keçən gecə Ramiz İbrahimov və Şahid1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq, sonuncunun yaşadığı ünvan 1 ünvanında qanunsuz saxladıqları külli miqdarda narkotik vasitələri satış məqsədi ilə Bakı şəhərində ona və qrupun digər üzvü Şahid2 təhvil verilməsi barədə 04 aprel 2015-ci il tarixdə razılığa gəldikdən sonra cinayətin törədilməsi planına və qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş ümumi cinayətkar niyyətə uyğun olaraq, Şahid1 həmin külli miqdarda narkotik vasitələri idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində satış məqsədi ilə qanunsuz olaraq saxlayıb, Bakı şəhəri istiqamətdə daşıyarkən, 10 aprel 2015-ci il tarixdə, saat 13:50-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılmış və keçirilmiş baxış zamanı avtomobilin yük yerindən cinayətkar qrupa məxsus təmiz halda çəkisi 220,01 qram külli miqdarda narkotik vasitə hesab edilən heroin, təmiz halda çəkisi 1705,23 qram külli miqdarda narkotik vasitə hesab edilən tiryək, təmiz halda çəkisi 4337,31 qram külli miqdarda narkotik vasitə hesab edilən həşiş qətranı və təmiz halda çəkisi 7301,99 qram külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 əvvəllər tanımamış, bir dəfə Ramiz İbrahimovla toya gələndə orada bir-birlərini görmüşlər. Əvvəllər Qabilin adını belə bilməmiş, onunla narkotik barədə heç bir söhbəti olmamışdır. Şahid2 Qabildən 200 (iki yüz) manat pul alacağını bildirmişdir. 05 aprel 2015-ci il tarixdə oğlunun ad günü olmuş, Məhəddin ondan Masallıdan Bakıya gələndə Qabildən həmin pulu alıb gətirməsini xahiş etmiş, o da Qabilə zəng vurmuş və sonuncu özü şəhərə gedəndə pulu çatdıracağını bildirmişdir. Məhəddin ona narkotik vasitə barədə heç bir söz deməmişdir. 2015-ci ilin aprel ayında Bakıya getmiş, Məhəddinə zəng vurmuşdur ki, Rusiyaya gedib-getməyəcəyini öyrənsin. Məhəddinə onunla Rusiyaya getməyəcəyi təqdirdə, özünün Qazaxıstan Respublikasının Almatı şəhərinə gedəcəyini bildirmişdir. Məhəddinlə arasında Rusiya Federasiyasının Sverdlovsk (indiki Yekaterinburq) şəhərinə gedib meyvə alqı-satqısı ilə məşğul olmaq barədə söhbət olmuşdur. Məhəddin ona Qazaxıstana getmədiyini, bilet alıb birlikdə Rusiyaya getməyi təklif etmiş, bilet alıb Rusiyaya gedərkən gömrükdə sərhədçilər Məhəddini saxlayıb geri qaytarmışlar, o isə Sverdlovsk şəhərinə getmişdir. Narkotik vasitələrlə bağlı heç kimlə söhbəti olmamış, narkotik vasitə görməmiş, heç bir iranlı tanımamışdır. Ramizi 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanımışdır. Ramiz milliyyətcə talış imiş. Talışlar hamısı birbiri ilə mehriban olmuşlar. Ramizlə münasibətləri azadlıqda da davam etmiş, görüşüb birlikdə xeyir-şər məclislərinə getmişlər. Bir müddət Ramizi görməmiş, onun Rusiyaya nə vaxt getməsindən xəbəri olmamış, bir də Rusiyada olanda görmüş, ona Məhəddinə zəng vurduğunu və sonuncunun narkotikə görə tutulduğunu öyrəndiyini demişdir. Ona, Azərbaycanda axtarışda olması barədə heç kim heç nə deməmişdir, zəng vurulsaydı, ölkəyə qayıdarmış. Hazırki cinayət işi ilə əlaqədar Rusiya ərazisində tutulmamış, Rusiyadan Qazaxıstana qarpız aparıb geri qayıdarkən pasportunun şəkil olan vərəqi zədələndiyindən ona, Azərbaycana gedib pasportunu düzəldib qayıtması bildirilmişdir. Rusiyada müvəqqəti yaşamaq üçün qeydiyyatı olmadığına görə 2024-cü ilin yanvar ayının 07-də onu saxlamışlar ki, Azərbaycana gedib sənədlərini düzəltsin. 16 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Rusiyada yaşadığı doqquz il müddətində dəfələrlə Rusiya-Qazaxıstan sərhəddini keçmiş, heç birində hər hansı qayda pozuntusu baş verməmişdir. Əvvəllər Rusiya Federasiyasında cinayat məsuliyyətinə cəlb olunmuşdur. Həmin məhkumluğunun səbəbi kimi göstərmişdir ki, borca pul götürmüş və həmin pulla kimlərsə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağa çalışmışlar. Bununla əlaqədar məhkum olunmuşdur. Onun narkotik vasitələrlə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Ramiz İbrahimov və Şahid2la eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. Ramiz onun qardaşı qızının toyuna gəlmiş, həmin vaxtdan, yəni 2014-cü ilin sentyabrından onu görməmişdir. Məhəddin ona Ramizdən 200 (iki yüz) manat yol pulu götürəcəyini demişdir. Məhəddin Ramizlə danışdıqdan sonra sonuncunun Sverdlovsk şəhərinə getdiyi üçün 200 (iki yüz) manat pulu ona Şahid1 verəcəyini demişdir. Məhəddin Qabillə danışmış, sonuncu da Bakı şəhərinə gələndə pulu verəcəyini bildirmişdir. Sonradan yenidən zəng vuranda Qabil telefona cavab verməmişdir. Məhəddin ondan Qabilə zəng vurmasını istəmiş, Qabilə zəng vurub danışmış, sonuncu ona şəhərə gələndə pulu Məhəddinə verəcəyini bildirmişdir. Qabilin tutulmağını sonradan bilmişdir. Belə ki, Qabil 10 aprel 2015-ci il tarixdə tutulmuş, o isə Rusiyaya 21 may tarixində getmişdir. Azərbaycanda olduğu qırx günə yaxın müddətdə onu heç kim axtarmamışdır. Öz adına mobil nömrə olmamış, aldığı nömrələri balans qurtardıqdan sonra çıxarıb atmışdır. İstifadəsində olan nömrələrin sonu adətən iki 7, iki 5 kimi cüt rəqəmlərdən ibarət olmuş, istifadəsində 055 ***-**-** saylı nömrə olmamışdır. Məhəddinlə birlikdə qatarla Rusiyaya gedərkən sərhəd keçid məntəqəsində Məhəddin saxlanılmış, lakin onun tutulmasının səbəbini bilməmişdir. Sverdlovskda Məhəddini gözləmiş, lakin o, gəlmədiyindən Qazaxıstana getmişdir. Qohumları ona zəng edib axtarışda olduğu barədə nəsə deməmişlər. Sverdlovsk şəhərində Məhəddinin qardaşının nömrəsini tapmış, zəng edib Məhəddin barəsində soruşanda sonuncunun narkotikə görə tutulduğunu öyrənmişdir. Rusiyaya getdikdən sonra Azərbaycana qayıtmamış, ancaq Rusiyadan Qazaxıstana və geriyə getmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırki cinayət işi üzrə aparılmış ibtidai istintaqdan narazı qalmasını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur. Telmanı mərhum Ramiz İbrahimovun yanında görmüş, onunla heç bir işi olmamışdır. Ramiz Rusiyadan ona zəng vurub “şey”ləri vaxtilə Ramizin yanında gördüyü adama, yəni Şahid2 verməli olduğunu demişdir. “Şey” deyəndə narkotik vasitələri nəzərdə tutur. Bundan sonra ona zəng etmişlər ki, narkotik vasitələri aparıb həmin şəxslərə versin. Bütün bu zənglərin keçmiş Milli Təhlükəsizlik Nazirliyində toplanmış materiallarda olduğunu bildirmişdir. Görməli olduğu iş tamamlanmamış, Məhəddinə heç nə verilməmişdir, çünki, MTN-nin əməliyyatçıları onu tutmuşlar. Telmanla arasında telefon danışığı olmuş və bundan iyirmi dəqiqə sonra saxlanılmışdır. Telman telefonda Məhəddinlə birlikdə onu gözlədiklərini demiş və “Ramiz deyən şeyləri” gətirməsini istəmişdir. Bakıya çatanda nə etməli olduğu barədə Ramiz ona ətraflı məlumat verəcəkmiş. Yolda tutulmuş və 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, onda Şahid2 vermək üçün pul olmamışdır. Ümumiyyətlə, Məhəddinə 200 (iki yüz) manat pul verilməsi barədə söhbət getməmişdir. Verilməli olan şey ancaq o “zəhrimarlar” (narkotik vasitələr) olmuşdur. Bakıya gedərkən pulu az olduğundan tanıdığı yanacaqdoldurma məntəqəsində nisyə olaraq avtomobilinə yanacaq vurdurmuşdur. Cibində cəmi 22 (iyirmi iki) manat pul vardı. Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşməli imiş, lakin konkret harada görüşəcəklərini bilməmiş, Ramiz İbrahimov ona narkotik vasitələri Bakıya aparmağı tapşırmış, orada kimə nə çatacağını özü deyəcəyini bildirmişdir. Ramiz ona narkotiki aparıb Telmana keyfiyyətini yoxlatdırmaq üçün verməyi deməmişdir. Telmanla narkotik vasitə alqı-satqısı etməmişdir. Telman ona zəng edib gəlibgəlməməsini soruşmuş, aralarında pul söhbəti olmamışdır. Hamı onun avtomobilində Ramizin “zibillərini” gətirdiyini bilmişdir. Belə olan halda güman edir ki, Məhəddin də bunu bilmişdir. MTN əməkdaşları tərəfindən saxlanılanda onlara keçirilmiş əməliyyatın onun saxlanılması ilə başa çatdırılmamasını, narkotik vasitələrin Bakıya çatdırılması, orada həmin vasitələri kimlərin götürməyə gəlməsinin müəyyən edilməsini bildirmişdir. Narkotik vasitələrin kimə çatacağını, həmin vasitələrin sonrakı aqibətinin necə olacağını bilməmişdir. MTN-də Telman və Məhəddinin narkotik vasitələrdən nə qədər götürəcəkləri barədə telefon danışıqlarının yazıları olmuşdur. Telmanın onun Bakıya narkotik aparması ilə əlaqəsi odur ki, aralarında telefon danışığı olmuş və bu zaman Telman ondan “Ramiz deyən şeyləri” gətirməsini istəmişdir. “Narkotik” sözünün açıq deyilmədiyini, heç Ramizin dilindən də həmin sözü eşitmədiyini bildirmişdir. Ramiz özü narkotik vasitələri aparıb kiməsə yoxlatdiracağını, Rusiyaya təmiz “mal” aparmaq istədiyini bildirmişdir. Cəzaçəkmə müəssisəsində olarkən Ramizin vəfat etdiyini eşitmişdir. Ona aid olmayan predmetlərə görə məhkum olunmuş, həyatının on ili əlindən alınmışdır. Əgər əfv olunmasaydı, bundan sonra da üç il cəza çəkməli idi. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, hadisənin çoxdan baş verməsini, Ramizin ona, Telmanın narkotikin keyfiyyətini yoxlayacağı barədə demiş ola biləcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur. Telmanla 2 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Belə ki, Rusiyada tutulmuş, sonradan 2 saylı cəzaçəkmə müəssisəsinə etap olunmuşdur. Telman da Rusiyada tutulmuşdur. Onlar ayrıayrı cinayətlərə görə tutulmuşlar. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da münasibətlərini davam etdirmiş, bir-birlərinin xeyir-şər mərasimlərində iştirak etmişlər. Rusiyaya getmək üçün tanışı Ramiz İbrahimovdan 200 (iki yüz) manat pul istəmiş, sonuncu da ona Şahid1 Bakıya gələndə pulu həmin adamdan götürməyi tapşırmışdır. Ramiz ona Qabilin Bakıya narkotik vasitə aparacağı barədə deməmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, azadlığa çıxandan sonra paltar satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxsla ailəvi dost olmuş, hər ikisi Bakı şəhərində yaşamış, aralarında telefon əlaqəsi olmuş, üç-beş gündən bir zəngləşmişlər. 28 yanvar 2015-ci il tarixdə cəzası başa çatmış və xarici pasport almaq istəmişdir. Telman da xarici pasportunun müddəti bitdiyi üçün yenisini almaq məqsədilə sənəd toplayırmış. Telmanla aralarında daha sıx intervalla telefon danışıqlarının olmasını bununla əlaqələndirmişdir. Uzun illər Rusiyada yaşamış, azadlığa çıxandan sonra yenə Rusiya Federasiyasının Sverdlovsk şəhərinə getmək istəmiş, lakin gedə bilməmişdir. Sərhəd keçid məntəqəsində ölkədən çıxışına qadağa qoyulduğunu bildirmişlər. Rusiyaya işləmək niyyətilə getmək istəmişdir. Ramiz İbrahimovla dost olduqları, xeyirdə-şərdə bir-birlərinə əl tutduqlarından ondan borca pul istəmiş, sonuncu da Şahid1 götürməyi demişdir. Qabilə pulu götürməkdən ötrü zəng vurmuş, o da Bakıya gələndə pulu verəcəyini bildirmiş, daha sonra isə ona nə zəng çatmış, nə də gəlib çıxmışdır. Axşam televizorda Qabilin tutulduğunu görmüşdür. Telmanın narkotik vasitənin gətirilməsini gözləməsi barədə məlumatı olmamış, həmçinin sonuncu ilə narkotik vasitə barədə söhbəti olmamışdır. Ramiz zəng edib narkotikin keyfiyyətini yoxlamaq barədə ona nəsə deməmişdir. Məhkəmədə Şahid2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1.3-cü maddələrinə (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, təxminən 1991-ci ildən Rusiya Federasiyasında yaşamış, bazarda geyim əşyalarının alqısatqısı ilə məşğul olmuş, 2006-cı ilin yanvarın 28-də Rusiya Federasiyasının Sverdlovsk şəhərində narkotik vasitə ilə bağlı həbs olunmuş və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra 28 noyabr 2009-cu ildə ekstradisiya olunaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində davam etdirmişdir. Orada olduğu müddətdə Ramiz İbrahimov və Təqsirləndirilən şəxs tanımış, aralarında dostluq münasibətləri yaranmışdır. 2015-ci ilin aprel ayının əvvəllərində Ramizə zəng edərək Rusiya Federasiyasına getmək üçün yol pulu olaraq 200 (iki yüz) manat məbləğində pul istəmiş, bir neçə gün sonra Ramiz ona zəng vuraraq Rusiya Federasiyasında olduğunu və istədiyi borc pulu ona Şahid1 verəcəyini bildirmişdir. Həmin vaxt Ramiz ona, Qabilin Bakıya gələrkən özü ilə “mal” gətirib, etibarlı adam kimi onun iştirakı ilə Telmana verəcəyini, Telmandan aldığı puldan da ona 200 (iki yüz) manat pul verəcəyini bildirmişdir. “Mal” dedikdə Ramiz narkotik vasitəni nəzərdə tutmuşdur. Bundan sonra Qabilə zəng edərək narahat olmamasını və Telmanla baş tutmalı görüşlərində iştirak edəcəyini bildirmişdir. 10 aprel 2015-ci il tarixdə Qabil Bakıya gəlməli olduğu vaxtda, Beyləqan rayonunda qohumunun yas mərasimində olmuşdur. Günorta saatlarında yenidən Qabilə zəng etmiş, lakin telefonuna zəng çatmamış, belə olan halda Ramizin Rusiya nömrəsinə zəng edərək Qabilə zəng çatmadığını demiş, Ramiz də öz növbəsində Qabilə dəfələrlə zəng vurduğunu, lakin zəng çatmadığını bildirmişdir. Daha sonra Telmanla əlaqə saxlamış, sonuncu da Qabil ilə səhər danışdığını, lakin hazırda Qabilin telefonuna zəng çatmadığını demişdir. 2015-ci ilin may ayının 13-də axşam Telmanla birgə may ayının 21-nə Bakı- Mahaçaqala və Mahaçqala-Yekaterinburq sərnişin qatarına bilet almışlar. 21 may 2015-ci il tarixdə qatarla Rusiya Federasiyasına keçmək istəyərkən Yalama dəmiryolu stansiyasında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq keçmiş MTN-nə gətirilmişdir (cild 02, i.v. 79-81). Şahid2 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, ibtidai istintaq zamanı Ramiz İbrahimovun ona Şahid1 vasitəsilə narkotik vasitə göndərəcəyi məzmunda ifadə vermədiyini, ümumiyyətlə narkotikdən xəbəri olmamasını, müdafiəçisi dediyi yerlərə imza atmasını, ifadəsini oxumamasını və eyni zamanda ifadəsinin ona yazıldığı kimi oxunmamasını, dediklərinin bir kənarda qalmasını, müstəntiqin başqa ifadə yazmasını, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyində nələrin baş verdiyini hamının bildiyini, doqquz il azadlıqdan məhrum etmə cəzası çəkdiyini, hazırkı cinayət hadisəsində əli olmaması barədə müxtəlif subyektlərə şikayətlər ünvanladığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin (indiki Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi) xx.xx.2015-ci il tarixli qərarından görünür ki, 1188 nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 01, i.v. 01-03). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli protokolundan görünür ki, Şahid1 idarə etdiyi “Mercedes-Benz 190” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən ümumi təmiz çəkisi 219,26 qram narkotik vasitə sayılan heroin, ümumi təmiz çəkisi 1704,93 qram narkotik vasitə sayılan tiryək, ümumi təmiz çəkisi 4336,71 qram narkotik vasitə sayılan həşiş qətranı və ümumi təmiz çəkisi 7301,69 qram narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 01, i.v. 19-22). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli protokolundan görünür ki, Şahid1 mobil telefonuna baxış keçirilmiş və “Telman Ramana” adı ilə +**********16 saylı mobil nömrə ilə xx.xx.2015-ci il tarixdə, saat 16:42-də cavabsız zəngin olması müəyyən edilmişdir (cild 01, i.v. 57-60). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli protokolları və arayışlardan görünür ki, Şahid1 və Şahid2 tanınmaya Təqsirləndirilən şəxs fotoşəkili təqdim olunmuş və onlar, 10 aprel 2015-ci il tarixdə Bakı şəhərində narkotik vasitələri qəbul etməli olan şəxs kimi Təqsirləndirilən şəxs tanımışlar (cild 01, i.v. 1117-124). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, həmin tarixdə faktiki olaraq Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilmiş və sonuncunun aşkar olunduğu təqdirdə tutulması qərara alınmışdır (cild 01, i.v.133-134). “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə xx.xx.2015-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə, saat 14:41:00-da “Qaz53” markalı, **-AO-*** qeydiyyat nişanlı avtomobillə Samur sərhəd nəzarət məntəqəsindən ölkəyə giriş etmiş, xx.xx.2015-ci ildə, saat 7:04:38-də Yalama D/Y sərhəd nəzarət məntəqəsindən Bakı-Moskva sərnişin qatarı ilə ölkədən çıxış etmişdir (cild 01, i.v.143). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.04. 2015-ci il tarixli, 7669/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd göy rəngli polietilen torbadakı sellofan torbanın içərisində beş ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 219,51 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata 0,25 qram istifadə edilib, qalıq 219,26 qram); bir ədəd sellofan torbada, ümumi təmiz çəkisi 1705,13 qram maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (tədqiqata 0,2 qram istifadə edilib, qalıq 1704,93 qram); dörd ədəd folqalı paketdə ümumi təmiz çəkisi 4336,91 qram maddələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır (tədqiqata 0,2 qram istifadə edilib, qalıq 4336,71 qram); bir ədəd ağ rəngli sintetik kisədəki iki ədəd qara rəngli sellofan torbada ümumi təmiz çəkisi 7301,89 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata 0,2 qram istifadə edilib, qalıq 7301,69 qramdır). Aparılmış tədqiqatın dəyəri 146 (bir yüz qırx altı) manat 80 (səksən) qəpik müəyyən edilmişdir (cild 01, i.v. 144-153). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitələr- ümumi təmiz çəkisi 219,26 qram heroin, ümumi təmiz çəkisi 1704,93 qram tiryək, ümumi təmiz çəkisi 4336,71 qram həşiş qətranı və ümumi təmiz çəkisi 7301,69 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün idarənin maddi sübutlar otağına təhvil verilmişdir (cild 01, i.v. 154-156). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Şahid1 idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, açarı ilə birlikdə nazirliyin Cəlilabad rayon şöbəsinin inzibati həyətində saxlanılmış, həmin nəqliyyat vasitəsinə məxsus AC№151134 seriya nömrəli qeydiyyat şəhadətnmasi cinayət işinə əlavə olunmuşdur (cild 01, i.v.157-159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2015-ci il tarixli tələbnaməsi və xx.xx.2010-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Turan şəhəri Pii-Xemski Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə RF Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, 69.5-ci maddəyə əsasən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi barədə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3 və 29,234.4.3-cü maddələrinə uyğunlaşdırılaraq, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 03 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, i.v. 167; 177-180). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.4-cü maddələrinə əsasən, məhkumluq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi hazırki cinayət işi üzrə əməlləri məhkumluğu ödənilmədən və götürülmədən törətmişdir. Həmin Məcəllənin 18.2 və 18.2.2-ci maddələrinə əsasən, cinayətlərin residivi qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. Belə olan halda Təqsirləndirilən şəxs əməllərində cinayətin təhlükəli residivi vardır. Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC tərəfindən 10 iyun 2015-ci il tarixli, 896 saylı məktubla daxil olmuş kompüter açıqlamalarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş 077 ***-**-** mobil telefon nömrəsi arasında və Şahid2 istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsi arasında külli miqdarda narkotik vasitələrlə bağlı danışıqlar aparılmışdır (cild 01, i.v. 171-175). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, 1230 nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxslər məhkəmədən gizləndikləri üçün dayandırılmışdır (cild 01, i.v. 208-210). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 1(089)-381/2015 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə; Şahid2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; iş üzrə maddi sübutlar- Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza keçirildikdən sonra qalıq qalan narkotik vasitələr- ümumi təmiz çəkisi 219,26 qram heroin, ümumi təmiz çəkisi 1704,93 qram tiryək, ümumi təmiz çəkisi 4336,71 qram həşiş qətranı və ümumi təmiz çəkisi 7301,69 qram qurudulmuş marixuananın məhv edilməsi, Şahid1 idarə etdiyi “Mercedes- Benz 190” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması və ekspertiza tədqiqatının dəyəri olan 146 (bir yüz qırx altı) manat 80 (səksən) qəpik məbləğində pulun həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərin hər birindən bərabər qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır (iş vərəqi 215-223). Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təzələnmişdir (cild 02, i.v. 01). xx.xx.2024-cü il tarixli, 485 nömrəli təhvil-təslim aktından görünür ki, “Heydər Əliyev adına X13”nda X8 sərnişin SNB-nin əməkdaşı tərəfindən həmin tarixdə 437 saylı Novosibirsk-B reysində İMAS-da “Saxla” statusu ilə nəzarətə qoyulmuş Təqsirləndirilən şəxs üzərində olan əşyalarla birlikdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşına təhvil verilmişdir (cild 02, i.v. 03). Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin qərar xx.xx.2024-cü il tarixdə ona elan edilməklə, surəti təqdim olunmuşdur (cild 02, i.v. 18-20). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 4(009)-544/2015 nömrəli qərarıdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır (cild 02, i.v. 36-38). Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli, 26/194 nömrəli həbs edilmiş şəxsin anket məlumatları və protokolundan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Hişkədərə kəndində qeydiyyatdadır, ailə tərkibi qardaş-bacılarından ibarətdir və axtarış zamanı onun üzərindən bel kəməri, 50 (əlli) rus rublu, 41 (qırx bir) rus qəpiyi, kağız parçasında nömrələr və təyyarə bileti aşkar olunmuşdur (cild 02, i.v. 50-52). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsin xx.xx.2024-cü il tarixli, 2357 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 02, i.v. 54). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin xx.xx.2024-cü il tarixli, xx/xx-2331 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 02, i.v. 56). Masallı Rayon İcra Hakimiyyəti Başçısının Hişkədərə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 101, 102 nömrəli arayışları və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Hişkədərə kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, i.v. 58- 60). Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin xx.xx.2024-cü il tarixli protokolu, ona əlavə olunmuş fotocədvəl və arayışından görünür ki, Telman X1 məxsus fotoşəkil təqdim edilmiş və o, sonuncunu tanıdığını bildirmişdir (cild 02, i.v. 61-64). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X11 X6 xx.xx.2024-cü il tarixli, 1503 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 66-66a). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü tarixli, 652 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (cild 02, i.v. 76-77). Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və digər şəxsləri müəyyən etmək məqsədi ilə hazırki cinayət işinin materiallarından ayrıcra icraata cinayət işi ayrılmışdır (iş vərəqi 85-96; 97-98; 114-115). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 7 (yeddi) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Şahid1la aralarında narkotik barədə heç bir söhbətin olmaması, Şahid2 ondan Masallıdan Bakıya gələndə Qabildən 200 (iki yüz) manat pulu alıb gətirib ona verməsini xahiş etməsi, Məhəddinin ona narkotik vasitə barədə heç bir söz demədiyi, Ramiz İbrahimovla narkotiklə bağlı danışıqlarının olmaması, barəsində axtarış olmasından xəbərsiz olması, istifadəsində 055 ***-**-** saylı mobil nömrənin olmaması barədə dedikləri əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, şahidlər Şahid1 şübhəli və təqsirləndirilən şəxs kimi 11 aprel, 21 may 2015-ci il tarixli, Şahid2 şahid, şübhəli və təqsirləndirilən şəxs qismində 21 və 22 may 2015-ci il tarixli ifadələrində Təqsirləndirilən şəxs tanıdıqlarını, X12 deməsi əsasında narkotik vasitələri Məhəddinin iştirakı ilə Telmana çatdırmalı olmasını, lakin Telmanın yanına çatmamış tutulmasını, Məhəddin isə Ramizdən borca pul istəməsini, sonuncunun ona Qabilin narkotiki Telmana verməsində iştirak etməsini, həmin vaxt Telmanın Qabilə verdiyi puldan sonuncunun ona 200 (iki yüz) manat pul verəcəyini bildirməsini etiraf etmişlər. Bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(089)-381/2015 nömrəli hökmündə təqsirləndirilən şəxslər Şahid1 və Şahid2 ifadələrində yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. Belə ki, Şahid1 barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs kimi dindirildiyi ifadəsində göstərmişdir ki, “2015-ci ilin aprel ayının 04-də Ramiz zəng edərək Rusiyaya getdiyini bildirmişdir. Ramiz tanışları olan Şahid2 və Təqsirləndirilən şəxs nömrəsini deyib onun mobil telefon nömrəsini sonunculara söylədiyini demiş və onlarla narkotik vasitələrlə bağlı əlaqə saxlamasını tapşırmışdır. Ramiz telefonda narkotikə üstü örtülü şəkildə “mal” demişdir. Ramiz narkotik vasitələri etibar etdiyi Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs çatdırılmasını tapşırmış, bunun müqabilində sonuncunun ona Şahid2 yanında iki min manat pul verəcəyini deyərək həmin pulun yarısını ailəsinə veməsini, yarısını isə özünə götürməsini tapşırmışdır. Spirtli içki aludəçisi olduğundan özünü idarə edə bilməyən Təqsirləndirilən şəxs xoşunun gəlmədiyini və təklikdə ona narkotik vasitələri təhvil verməkdən ehtiyat etdiyini Ramiz İbrahimova xatırlatdıqda sonuncu narkotik vasitələri Təqsirləndirilən şəxs çatdıracağı vaxt etibar etdiyi şəxs kimi Şahid2 iştirak edəcəyini və narahat olmamasını demişdir. Şahid2 və Təqsirləndirilən şəxs telefon vasitəsilə hər biri ayrılıqda onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq narkotik vasitələr barədə danışıqlar aparmışlar”. Şahid2 da təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, “2015-ci ilin aprel ayının əvvəllərində Ramizə zəng edərək 200 manat pul istəmişdir. X3 zəng edərək istədiyi borc pulu Şahid1 götürəcəyini bildirmişdir. Ramiz ona Şahid1 telefon nömrəsini deyərək sonuncunun Bakı şəhərinə “mal”, yəni narkotik vasitələr gətirəcəyini və etibarlı adamı kimi onun iştirakı ilə hımin narkotik vasitələri Təqsirləndirilən şəxs verərək sonuncudan aldığı pul məbləğindən orada ona 200 manat pul verəcəyini demişdir. Bundan sonra o, Şahid1 zəng edərək narahat olmamasını və narkotik vasitələrin Təqsirləndirilən şəxs çatdırılmasında iştirak edəcəyini bildirmişdir. ..... 2015-ci ilin may ayının 13-də Təqsirləndirilən şəxsla görüşərək 2015-ci ilin may ayının 21-ə Bakı-Mahaçqala və Mahaçkala-Yekaterenburq sərnişin qatarına bilet almışlar”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prosessual qərarların preyudisial əhəmiyyatindən bəhs edən 65-ci maddəsində qeyd olunur ki, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Göstərilənlərə əsasən, məhkəmə eyni zamanda Şahid2 hazırki cinayət işi üzrə məhkəmə iclasında Rusiyaya getmək üçün tanışı Ramiz İbrahimovdan 200 (iki yüz) manat borc pul istəməsi, sonuncunun da ona Şahid1 Bakıya gələndə pulu həmin adamdan götürməsini tapşırması, Ramizin ona Qabilin Bakıya narkotik vasitə aparacağı, narkotikin keyfiyyətini yoxlamaq barədə nəsə deməməsi, Telmandan pulu Qabildən götürüb ona çatdırmasını xahiş etməsi, onunla arasında narkotik barədə söhbət olmaması, ibtidai istintaq zamanı Ramizin ona Qabil vasitəsilə narkotik vasitə göndərəcəyi məzmunda ifadə vermədiyi, ümumiyyətlə narkotikdən xəbəri olmaması, müdafiəçisi dediyi yerlərə imza atması, ifadəsini oxumaması və eyni zamanda ifadəsinin ona yazıldığı kimi oxunmaması, müstəntiqin onun dediklərini deyil, başqa ifadə yazması barədə dediklərini yuxarıda sadalanan mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, Təqsirləndirilən şəxsla yaxın münasibətdə olması səbəbindən sonuncunu məsuliyyətdən yayındırmaq məqsədi güdməsi ilə əlaqələndirərək, sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilənin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Bundan başqa, Şahid1 mobil telefonuna baxış keçirilərkən onun mobil telefonunda Təqsirləndirilən şəxs adı ilə nömrəsinin qeydə alındığı və istifadələrində olan mobil telefon nömrələri ilə əlaqə saxlamaları, daha doğrusu Qabildən Telmana xx.xx.2015-ci il tarixdə, saat 16:42-də cavabsız zəngin olması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarda o da qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqeyə görə qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin; 7-ci bəndinə əsasən təmiz halda 40 (qırx) qramdan artıq çəkidə narkotik vasitə həşiş qatranı; 12a bəndinə əsasən təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana; 19-cu bəndinə əsasən təmiz halda 50 (əlli) qramdan artıq çəkidə tiryək külli miqdar təşkil edir (qanunun təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin törədildiyi zaman qüvvədə olan redaksiyasında). Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin istifadəsində, satışında və satışına cəhddə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və yaşını (altmış yaş) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (Cinayət Məcəlləsinin əməllərin törədildiyi zaman qüvvədə olan redaksiyasında). Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (əməldə təhlükəli residivin olması) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini 2015-ci il tarixdə törətmişdir və belə olan halda həmin vaxt qüvvədə olan cinayət-prosessual qanunvericiliyin müddəalarına istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Bununla əlaqədar cəzanın təyini məsələsinin həllində aşağıdakılar nəzərə alınmalıdır:- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur, eyni zamanda təqsirləndirilən şəxsin əməllərində cinayətlərin təhlükəli residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə görə məhkəmə tərəfindən yekun qərar çıxarılarkən müşavirə otağında müzakirə edilməli olan məsələlər sırasına maddi sübutlar və məhkəmə xərcləri ilə bağlı nüansların həlli də daxil edilmişdir. İş üzrə maddi sübutlar olan ekspertiza keçirildikdən sonra qalıq qalmış narkotik vasitələr- ümumi təmiz çəkisi 219,26 qram heroin, ümumi təmiz çəkisi 1704,93 qram tiryək, ümumi təmiz çəkisi 4336,71 qram həşiş qətranı və ümumi təmiz çəkisi 7301,69 qram qurudulmuş marixuana və “Mercedes-Benz 190” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin aqibətinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 1(089)-381/2015 nömrəli hökmündə həll edilməsi nəzərə alınmalıdır. İş üzrə 30 aprel 2015-ci il tarixli materialların məhkəmə ekspertizasına görə 146 (bir yüz qırx altı) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərcinin aidiyyəti üzrə ödənilməsi ilə bağlı məsələnin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 1(089)-381/2015 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqının əvvəlində müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş və həmin müdafiəçi onun müqavilə üzrə müdafiəçisi işə qoşulanadək məhkəmədə hüquqularını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla əlaqədar məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bənxdində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə 30 aprel 2015-ci il tarixli materialların məhkəmə ekspertizasına görə 146 (bir yüz qırx altı) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərcinin aidiyyəti üzrə ödənilməsi ilə bağlı məsələnin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 1(089)-381/2015 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınsın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. İş üzrə maddi sübutlar olan ekspertiza keçirildikdən sonra qalıq qalmış narkotik vasitələr- ümumi təmiz çəkisi 219,26 qram heroin, ümumi təmiz çəkisi 1704,93 qram tiryək, ümumi təmiz çəkisi 4336,71 qram həşiş qətranı və ümumi təmiz çəkisi 7301,69 qram qurudulmuş marixuana və “Mercedes-Benz 190” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin aqibətinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 1(089)-381/2015 nömrəli hökmündə həll edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-547/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-547/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver