Məhkəmə qərarları › İş №1(099)-548/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-548/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-548/2024 16.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 avqust 1969-cu il tarixdə Salyan rayonu Navahı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Hacıqabul Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə Azrəbaycan Resrublikası Cinayət Məcəlləinin 234.1ci maddəsi ilə təqsrli bilinib 11 (on bir) ay 14 (on dörd) gün müddətində azadlığın məhdudlaşdırma cəzasına məhkum olunmuş, 19 aprel 2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, qanunvericiliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul rayonu, Navahı kəndində qeydiyyatda olmaqla Hacıqabul rayonu, Navahı qəsəbəsində yaşamış, 13 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(071)- 18/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində daşımaqla yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tiklinin içərisində saxlamış, 13 mart 2024-cü il tarixdə saat 08:15-də Hacıqabul Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tiklinin içərisinə baxış və götürülmə keçirilən zaman bir ədəd bükümdə külli miqdarda-4,123 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 13 mart 2024-cü ildə saat 05-06 radələrində səhər namazı vaxtı arvadı namaz qılan zaman 7-8 nəfər polis əməkdaşları hasardan tullanaraq evin qapısını açıb evə daxil olmuşlar. Polis əməkdaşlarının qabağına çıxmış, polislər onun əllərini qandallamışlar. Uşağının başının altına narkotik vasitəni qoyub çəkiliş etməyə başlamışlar. Polis əməkdaşlarına “sizə elə deyilib ki, döşəyin altına narkotik vasitə qoyun” demiş, bu vaxtı təhqiqatçı çəkilişi dayandırmışdır. Sonra evindən qurudulmuş marixuana və rəngə qatılan “quaş” tapmışlar. Polis əməkdaşlarına “bu rəngə qatılan “quaş”dı, iki nəfər hal şahidi dəvət edin baxış keçirin” demişdir. Polis əməkdaşları “şöbədə baxış keçirəcəyik” demişlər. Polis əməkdaşlarına qurudulmuş marixuananın özünün olduğunu demiş və başqa narkotik vasitə qoymamalarını bildirmişdir. Polis şöbəsində olanda telefonunda adları olan şəxsləri çağırıb onları şərləyərək həmin şəxslərdən 2000-3000 manat pul almışlar. Bir uşağı gətirib polisdə döymüşlər ki, ondan narkotik vasitə almasını desin, həmin uşağın valideynləri DİNnin “102” xidmətinə zəng etdikdən sonra, polis əməkdaşları onun yanına gələrək, ona həmin uşağın ondan narkotik vasitə aldığını deməsini tələb etmişlər. Uşağı bədbəxt etməyəcəyini və polis əməkdaşları dedikləri kimi söz deməyəcəyini bildirmişdir. Marixuana onundur, heroin isə ona məxsus deyildir. Guya o, həmin heroini neçə ay bundan qabaq tapmış və saxlamışdır. Polis əməkdaşları yalandan əlavə iki nəfər şahid tapmışlar, guya həmin şəxslərə narkotik vasitə vermişdir. Müstəntiq, guya onu saat 08:15-də yolda saxlayıb şöbəyə aparmalarını yalandan yazmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, özündə özünə məxsus narkotik vasitə marixuana olmuşdur, ittihamda yazılan narkotik vasitə özünə məxsus olmamışdır. Polis əməkdaşları evinə marixuana gətirib qoymamışlar. Evində “quaş” saxlamışdır. Marixuananın çəkisi 2 qram olmuşdur. Narkotik vasitə heroindən istifadə etməmişdir. Ondan analiz götürməmişlər, həkim ona baxıb çıx get demiş, həkimə narkotik vasitə marixunadan istifadə etdiyini demişdir. İstifadəsində ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələr olmuşdur. ***-***-**-** saylı mobil nömrə oğlu almış, həmin nömrənin kimin adına olmasını bilməmiş, ***-***-**-** saylı mobil nömrə isə öz adına olmuşdur. İki telefonu olmuş, saxlanılan zaman telefonunun biri evdə qalmış, digərini isə polis əməkdaşları götürmüşlər. 10 ildən artıqdır narkotik vasitə marixuanadan istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları səhər saat 6 radələrində evinə gəlmişlər, həmin vaxtı yuxudan durmuşdur. Polis əməkdaşları guya 2 nəfər gətirib ona dəmir vermişlər. Polis əməkdaşlarının demələrinə görə guya o, bir nəfərə heroin, bir nəfərə də nəşə vermişdir. Belə bir hal olmamışdır. İki nəfər şəxsdən birini tanımış, həmin şəxs Ələtdə yaşamış və ona da dəmir satmışdır. İbtidai istintaq zamanı onu həmin 2 nəfər şahidlə üzləşdirməmişlər. Polis əməkdaşları onu döyməmişlər, ona fiziki zor tətbiq etməmişlər. Polis əməkdaşları ona əgər boynuna götürməsən evinə kilolarla narkotik vasitə qoyacağıq deyərək hədələmişlər. Telefonunda aşkar olunmuş sms-lərin kim tərəfindən yazılmasından xəbəri olmamışdır. Narkotik vasitə marixuana alaraq istifadə etmişdir. Buna görə də əməlindən peşman olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının onu yolda saxlamamaları, narkotik vasitə heroinin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən qoyularaq götürülməsi, polis əməkdaşlarının ona, əgər boynuna götürməsə evinə kilolarla narkotik vasitə qoyacaqlarını deyərək, hədələmələri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə narkotik vasitələrin saxlanması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə yollanmışlar. Təqsirləndirilən şəxs evinə çatdıqdan sonra Təqsirləndirilən şəxs çağırmışlar, Təqsirləndirilən şəxs evindən çölə çıxmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini bildirmişlər, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış zamanı yarım tikilidən bir ədəd plastik qabda olan bir büküm marixauanaya bənzər kütlə və bir bükümdə isə heroinə bənzər maddə aşkar edilərək qablaşdırılıb götürülmüş və ekspertizaya göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik vasitə aşkarlanmamışdır. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təxminən saat 8 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Əməliyyat məlumatı axşam daxil olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış zamanı evində arvadı və oğlu olmuşdur. Baxış protokolunda Təqsirləndirilən şəxs ailə üzvülərinin qeyd olunmaması təhqiqatçının işidir. Təqsirləndirilən şəxs evdindən nə çıxıbsa onu da sənədləşdirmişlər. Dilbar adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bildirmişdir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Baş əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 13 mart 2024-cü il tarixdə səhər saat 8 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, Müşfiqi qapıya çağırıb məlumat verdikdən sonra evinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs evindən bir büküm marixuanaya və bir büküm heroinə bənzər maddələr aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı onda heç bir məlumat olmamışdır. Müşfiqin evinə baxış zamanı ailə üzvləri evdə olmuşdur. Narkotik vasitələri kimin aşkarladığını dəqiq xatırlamamışdır. Narkotik vasitə aşkarlanan zaman Təqsirləndirilən şəxs yanlarında olmuşdur. Dindirilmiş Şahid7 Müşfiq oğlu ifadəsində bildirmişdir ki, 13 mart 2024-cü il tarixdə səhər saat 6-da anası namaz qılan zaman polis əməkdaşları evlərinə girmişlər. Həmin vaxtı qardaşı ilə yatmışlar, ayılan zaman polislərin atasının qolundan tutduğunu görmüşdür. Daha sonra onları bir otaqda saxlayıb, qapını bağlamışlar, telefonlarını almışlar və iki nəfər polis əməkdaşı qapının ağzında qalmışdır. Polis əməkdaşları iki saat ərzində həyətdə oranı-buranı gəzmişlər, daha sonra onu həyətə aparmışlar və bükümləri göstərərək bax tapılanlar atanındır demişlər. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, 13 mart 2023-cü il tarixdə səhər vaxtlarında yaşadıları evdə yatmışdır, səsə yuxudan durmuş və həyətə düşüb baxanda özlərini Hacıqabul RPŞ-nin əməkdaşları kimi təqdim edən şəxsləri görmüşdür. Polis əməkdaşları atası Təqsirləndirilən şəxs yaşadığı evdə və evinin həyətyani sahəsində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib evə və həyətyanı sahəsinə baxış keçirmələrini bildirmişlər. Atası da etiraz etməyib Hacıqabul RPŞ-nin rəhbərliyinin adına ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları atasının iştirakı ilə, videoçəkilişdən istifadə etməklə evə və evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış keçirilən yardımçı tikilinin içərisində sellofan kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər vasitə aşkar olunub götürülmüşdür. Atası Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş marixuana və heroin ona məxsusdur. Atası Təqsirləndirilən şəxs ara-bir narkotik vasitə marixuana qəbul edib, lakin onun satışı ilə məşğul olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, ifadəsində olan imzalar özünə məxsusdur. İfadəsini imzalayarkən oxumamışdır. Polis əməkdaşlarından axtarışda iştirak etməsini xahiş etmiş, ancaq polis əməkdaşları axtarışda iştirak etməsinə imkan verməmişlər, onları otağa saldıb telefonlarını almışlar və iki saat onları otaqda saxlamışlar. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Təqsirləndirilən şəxs onun ərdir. 13 mart 2023-cü il tarixdə səhər vaxtlarında yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs həyətə düşüb baxarkən özlərini Hacıqabul RPŞ-nin əməkdaşları kimi təqdim edən şəxslərin gəldiyini, polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə və evinin həyətyanı sahəsində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, evə və həyətyanı sahsinə baxış keçirmələrini bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakı ilə evə və evin həyətyanı sahəsinə baxış keçirmişlər. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman evin həyətində olan yardımçı tikilinin içərisində sellofan kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükülüdə narkotik vasitə heroinə bənzər vasitə aşkar olunub götürülmüşdür. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin mart ayında ibtidai istintaq zamanı ondan Müşfiqi tanıyıb-tanımadığını soruşmuşlar. O, da Müşfiqi yol idarəsində işlədiyi vaxtlardan tanıdığını demişdir. Narkotik vasitədən əvvəllər istifadə etmişdir. Müşfiqdən nakotik vasitə almamış, Müşfiq ona narkotik vasitə pay verməmişdir. Restoranda çörək yeyib, siqaret çəkmək üçün çölə çıxmış, həmin vaxtı yerdən narkotik tapmış və götürmüşdür. Müşfiq tutulan tarixdə onu da şübhəli şəxs qismində tutmuşlar, hazırda barəsində olan cinayət işi Hacıqabul Rayon Məhkəməsindədir. 13 mart 2024-cü il tarixdə axşam saatlarında tutulmuş, Müşfiq tutulandan sonra o, tutulmuşdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Müşfiqdən narkotik vasitə almamışdır. Müşfiqlə narkotik vasitə ilə bağlı əlaqəsi olmamışdır. Onu polis əməkdaşları aparan zaman, Müşfiq artıq tutulmuşdur. Onu əməliyyatçı Eldar tutmuşdur. Kafenin qabağında yerdən bükümü götürmüş, istifadə etməsi üçün heç vaxtı olmamış, polis əməkdaşları onu tutmuşlar. Müşfiqdən narkotik vasitə almamışdır. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Hacıqabul rayonu, Navahı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında qəbul etmək üçün narkotik vasitə və psixotrop maddə olan metamfetamin tapa bilmədiyi üçün, narkotik vasitə almaq məqsədi ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindən Navahı qəsəbəsinə Müşfiqin yanına gəlmiş, Navahı qəsəbəsində yolun kənarında Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs ağrılarının olduğunu narkotik vasitə tapa bilmədiyini və onun üçün narkotik vasitə heroin tapmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da onu yolun kənarında gözləməsini deyib çıxıb getmiş, 10- 15 dəqiqədən sonra Müşfiq geri qayıdaraq bir bükümdə narkotik vasitə heroini ona vermiş, lakin ondan pul almamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini alıb əyninə geydiyi şalvarının cibinə qoyub oradan uzaqlaşmışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Müşfiq ona heroin verməmiş, Hacıqabul RPŞ-də belə ifadə verməmişdir. Müstəntiq Müşfiqin narkotik vasitə istifadə edib-etmədiyini soruşanda Müşfiqin cavanlığında narkotik vasitə istifadə etdiyini bildirmişdir. Müşfiqlə onun narkotik vasitə ilə bağlı əlaqəsi olmamıdşır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Hacıqabul RPŞ-dən ona zəng edib polis şöbəsinə çağırmışlar. Ona zəng edən şəxsin adını bilməmiş, ancaq həmin şəxs polis leytenantı olmuşdur. Onu polis şöbəsinə hansı səbəbdən çağırdıqlarını bilməmişdir. Polis şöbəsində rəis müavini Ülvi müəllimi tanımış, birdə narkobiznesin rəisini üzdən tanımışdır. Polis Şöbəsinə girən kimi qollarını arxadan qandallamışlar. Ülvi müəllim ondan Müşfiqi tanıyıb-tanımadığını soruşmuş və ona mobil nömrəsinin Müşfiqin telefonundan çıxdığını demişdir. Müşfiqi tanıdığını, Müşfiqin oğlu 44 günlük vətən müharibəsindən qayıdarkən qəsəbə uşaqları ilə Müşfiqgilə getdiyini demişdir. Müşfiqin ona narkotik vasitə alıb veribvermədiyini soruşmuşlar, o isə Müşfiqin ona narkotik vasitə alib vermədiyini demiş və Müşfiqə metal satdığına görə zəng etdiyini bildirmişdir. Ona Müşfiqin üzünə durmalısan və Müşfiqə qarşı izahat verməlisən demişlər. Polis əməkdaşları onu döymüşlər, qarşısına narkotik vasitə qoymuşlar. Polis əməkdaşları daha sonra Navahı qəsəbəsində yolun qırağında narkotik var, üzərindən narkotik çıxacaq demişlər, o, məcbur qalaraq polis əməkdalarının dedikləri ilə razılaşmışdır. Onu polis şöbəsində bir neçə saat saxlamışlar, axşam saat 21:00 və ya 22:00 polis əməkdaşları atasına zəng etmişlər. Həmin vaxtı polis əməkdaşlarının atasına zəng etdiklərindən onun məlumatı olmamışdır. Qardaşı Əzizbala polis əməkdaşlarına 1200 manat pul vermiş, bundan sonra onu polis şöbəsindən buraxmışlar. İstintaqda verdiyi ifadəsini oxumamışdır. Müşfiqlə üzləşməmişdir. Səhər saat 11-12-də polis şöbəsinə gəlmiş, axşam onu polis şöbəsindən buraxmışlar. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Müşfiqin telefonunda ondan başqa kimin nömrələrinin olması bardə məlumatı olmamış və görməmişdir. Polis əməkdaşlarından hansı səbəbdən onu polis şöbəsinə çağırmalarını soruşmuşdur. Narkotik vasitələrdən istifadə etməmişdir. Müşfiqin narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Müşfiq metal alıb-satmış, o da metal satmış, metal satmaq üçün Müşfiqə zəng vurmuşdur. Müşfiqin qapı-qapı düşərək metal yığdığını və qapısında “metallom” topladığını bilmişdir. Ələt qəsəbəsində yaşamış, Müşfiq isə Navahı qəsəbəsində yaşamışdır. Qiymət fərqi olduğuna görə öz qəsəbələrində də metal yığanlara metal satmamışdır. Polis şöbəsində döyülməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Səhər saat 11-12 radələrində polis şöbəsinə getmiş, birdə axşam saat 21-22 radələrində polis şöbəsindən buraxılmışdır. Polis şöbəsində, polis şöbəsinin rəisinin müavini Ülvi müəllim və bir də narkobiznesin adını bilmədiyi rəisi onu döymüşlər. Əvvəllər Müşfiqə metallom satmamışdır. Onların yaşadığı qəsəbədə və qonşuda Müşfiqin qohumları çoxdur, Müşfiq yasa və toylara gəldiyi üçün Müşfiqi tanımış, onda metal çox olduğu üçün Müşfiqə zəng vurmuşdur. Navahı qəsəbəsi ilə Ələt qəsəbəsi arasında olan məsafə 20 dəqiqəlik yol olar. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Hacıqabul rayonu, Navahı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən 2024-cü ilin fevral ayının son günlərində yaşadığı evin həyətyanı sahəsində olan dəmir məmulatı və qara metal yığıb, onu satıb əldə pul etmək məqsədi ilə həmin əşyaları kisələrə yığıb Hacıqabul rayonu Navahı qəsəbə sakini Təqsirləndirilən şəxs satmaq məqsədi ilə Hacıqabul rayonu Navahı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs evinə gəlmişdir. Gətirdiyi əşyaları Müşfiqə göstərib satmaq istədiyini bildirmiş, o, da həmin əşyaları tərəzidə çəkəndən sonra 35 manat pul verə biləcəyini dedikdə razı olub 35 manat pul almışdır. Bundan sonra qəbul etmək məqsədi ilə Müşfiqdən narkotik vasitə qurudulmuş marixuana istəmiş, Müşfiq də bir büküm narkotik vasitə marixuananı ona vermiş, lakin pul almamışdır. Sonra oradan yaşadığı evinə getmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 2,10 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 4,123 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsindəki evdə saxlaması faktına görə barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ********* nömrəli cinayət işi başlanmışdır.(i.v. 1-69) -Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən tərtib olunmuş “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə saat 08:00-da Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən evinin yaxınlığında saxlamışlar.(i.v. 9) -Təqsirləndirilən şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış 13 mart 2024-cü il tarixli ərizədən görünür ki, polis əməkdaşlarının videoçəkiliş ilə yaşadıqları Navahı qəsəbəsindəki evinə və həyətinə baxış keçirilməsinə etiraz etməmişdir.(i.v. 12) -“baxış və götürmə barədə” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən evində baxış və götürmə aparılan zaman həyətdə olan yardımçı tikilinin içərisində asılmış vəziyyətdə olan qara qutunun içərisində bir ədəd sellofan kəsiyi bükümündə 2,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə 4,23 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür.(i.v. 13-15) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:15-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 32-33) -“şəxsi axtarış keçirilməsi və götürmə haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik maddə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində olan sarımtıl rəngli gödəkcənin sağ yan cibindən 01 qutu “Palmall” markalı siqaret və 01 ədəd alışqan olmasını, əvvəllər məhkumluğunun olmasını, narkotik vasitələrdən ara-sıra istifadə etdiyini və RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya qanunsuz hərəkətlər edilmədiyini bildirmişdir.(i.v. 35-37) -“məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası”nın 13 mart 2024-cü il tarixli, 3-16-16/2-18/275-276 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətdəki yardımçı tikilidən” sözləri yazılmış və imzalar olan 01 ədəd kağız paketdəki, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 4,123 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v. 42-45) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Hacıqabul Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(071)-18/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxış edərək bildirmişdir ki, yaşadığı evdən və həyətlərində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş narkotik maddə olan qrudulmuş marixuananı və heroini təxminən 10 ay bundan əvvəl yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsi ərazisində yol kənarında piyada gedən zaman yerdən tapmış, özü istifadə etməsi üçün yaşadığı evin həyətində olan yardımçı tikilinin içinə qoymuş, marixuananın bir qismini qəbul etmiş, qalanını isə gizlətmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir.(i.v. 57-58, 75-78) -Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 5(071)-48/2024 nömrəli qərarından görünür ki, Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid3 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 13 mart 2024-cü il tarixli qərarın Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir.(i.v. 108-110) -“Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X9 26 mart 2024-cü il tarixli, 18-1-41/2- 275/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in konsultativpoliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir.(i.v. 111) -“əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsindəki evin həyətində olan yardımçı tikilidən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 4,073 qram narkotik vasitə herion, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,08 qram narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və qurudulmuş marixuana saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş və 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v. 141-142) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 26 aprel 2024-cü il tarixli, 2716 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyiacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 158-159) -“kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizası”nın 20 aprel 2024cü il tarixli, 1066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pxisi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkə fizioloji affekt halında, güclü ruhi həyəcan vəziyyətində olmamışdır.(i.v. 160-163) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının onu yolda saxlamamaları, narkotik vasitə heroinin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən qoyularaq götürülməsi, polis əməkdaşlarının ona əgər boynuna götürməsə evinə kilolarla narkotik vasitə qoyacaqlarını deyərək hədələmələrinə dair göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən heroin və qrudulmuş marixuana narkotik vasitə hesab edilir. Siyahılara əsasən heroinin 0,15 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 2 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 800 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 500 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 50000 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona əgər boynuna götürməsə evinə kilolarla narkotik vasitə qoyacaqlarını deyərək, hədələmələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil narkotik vasitələrin satışı ilə məşğul olmaması, Şahid1 və Şahid2 narkotik vasitə satmaması və ya verməməsi barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə heroinin satışı ilə məşğul olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə tərkibi cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və qurudulmuş marixuananı əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və sair kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilinin içərisinə baxış və götürülmə keçirilən zaman bir ədəd bükümdə təmiz çəkisi- 4,123 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 2,10 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı onun satış məqsədilə əldə etməsini təsdiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi- 4,123 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi- 2,10 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tiklinin içərisində saxlamışdır. İş materiallarında Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 4,123 qram narkotik vasitə heroin və 2,10 qram narkotik vasitə qurudulmuş marixuananı isə onun satış məqsədi ilə saxlanmasını təsdiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin maddələrin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tiklinin içərisindən aşkar edilərək götürülmüş heroini və qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəriz” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş heroin və qurudulmuş marixuananı nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitələri ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq heroinin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilibyetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanının şübut kimi istintaq etdiyi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Müşfiqdən nakotik vasitə almadığını, Hacıqabul RPŞ-də cinayət işinin materiallarında olan və elan olunmuş məzmunda ifadəni vermədiyini bildirmişdir. İbtidai istintaq orqanının şübut kimi istintaq etdiyi Şahid2 isə ifadəsində Hacıqabul RPŞ-dən ona zəng edib polis şöbəsinə çağırdıqlarını, Polis Şöbəsinə girən kimi qollarını arxadan qandalladıqlarını, Müşfiqin ona narkotik vasitə alib vermədiyini, polis əməkdaşlarının ondan Müşfiqin üzünə durmasını, Müşfiqə qarşı izahat verməsini tələb etdiklərini, polis əməkdaşlarının onu döydüklərini, qarşısına narkotik vasitə qoyduqlarını, polis əməkdaşları daha sonra Navahı qəsəbəsində yolun qırağında narkotik var, üzərindən narkotik çıxacaq dediklərini, məcbur qalaraq polis əməkdalarının dedikləri ilə razılaşdığını, Polis Şöbəsində onu bir neçə saat saxladıqlarını, axşam saat 21:00 və ya 22:00-da polis əməkdaşlarının atasına zəng etdiklərini, qardaşı Əzizbala polis əməkdaşlarına 1200 manat pul verməsini, bundan sonra onu Polis Şöbəsindən buraxdıqlarını, istintaqda verdiyi ifadəsini oxumadığını, Müşfiqlə üzləşmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə şahidlər Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələr bir-biri ilə uzlaşmaqla obyektiv həqiqəti özlərində ehtiva etmişdir. Təhlil edilən, Şahid1 ifadə verən zaman Hacıqabul RPŞ-nin əməkdaşlarının sərəncamında olmuş, faktiki olaraq şahid kimi sərbəst şəkildə ifadə vermək hüquqları məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarının 89-cü səhifəsində olan Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Eldar Soltanov tərəfindən Hacıqabul RPŞ-nin rəhbərliyinə ünvanlanmış “raport”da Şahid1 mütəmadi olaraq Hacıqabul rayonu, Navahı kənd sakini Təqsirləndirilən şəxs narkotik maddə almasının göstərilməsi obyektiv həqiqəti özündə ehtiva etməmiş, digər hər hansı hallarla təsdiq olunmamışdır. Şahid2 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq Təqsirləndirilən şəxs əleyhinə ifadə verdiyini iddia edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Cinayət işinin materiallarının 96-cı səhifəsində olan Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid4 tərəfindən Hacıqabul RPŞ-nin rəhbərliyinə ünvanlanmış “raport”da Şahid2 Hacıqabul rayonu, Navahı kənd sakini Təqsirləndirilən şəxs narkotik maddə almasının göstərilməsi həqiqəti özündə ehtiva etməmiş, digər hər hansı hallarla təsdiq olunmamışdır. Məhkəmə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq məhkəmə istintaq zamanı verdikləri ifadələrini inandırıcı hesab edir və sübut kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayət işinin materiallarının 89 və 96-cı səhifələrində olan Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tərtib olunmuş raportlar ilə bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 14-15 mart 2024-cü il tarixli “raport”lar ilə istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan “məhkəmə-bioloji ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, qurudulmuş marixuananın təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin qurudulmuş marixuananı əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, Bakcell MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsinin məlumatlarında narkotik vasitələrin alqı-satqısına deyil, narkotik vasitə almasına dair şübhəli sms mətinlərinin olması müşahidə olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin 01 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 4,123 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 2,123 qram çox olması, narkotik vasitə qurudulmuş marixuananın bir ədəd bükümdə 2,10 qram, yəni şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən qurudulmuş marixuananın xeyli miqdarından 2,90 qram az olması, -onun məhkəmə istintaqı zamanı verdiyi ifadələrində aşkar edilmiş heroinin özünə aid olmadığını, polis əməkdaşları tərəfindən qoyularaq götürülməsini, qurdulmuş marixuananın özünə məxsus olması deməsini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitələrə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitələrin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olmaması, -göstərilən halların ümumi məcmusunun sonuncunun yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tiklinin içərisindən aşkar olunmuş heroin və qurudulmuş marixuananı əldə etməsi, yaşadığı ünvanda saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X2 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı” və “Yanoseviç İsveçə qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo prinsipi” tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin “Yanoseviç İsveçə qarşı” və “Falk Niderlanda qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. “Ambulator məcburi narkoloji tibbi yoxlamanın” rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyiacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində qeyd edilən cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqın ilkin dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videoçəkiliş, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilən 2,10 qram çəkidə qurudulmuş marixuana cinayət məsuliyyətinə səbəb olan həddə olmadığından ittihamdan və hökmdən xaric edilməlidir. Yuxarıda qeyd edilən Plenum Qərarının 16-cı bəndində göstərilmişdir ki, satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsinin tövsifedici əlaməti müəyyən edilmədiyinə görə ona qarşı irəli sürülmüş ittihamda təsvir edilən 2,10 qram çəkidə qurudulmuş marixuana ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs yalnız 4,123 qram çəkidə narkotik vasitə heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında və daşınmasında təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 03 aprel 2024-cü il tarixli tələbnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, 1(071)-21/2015 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 05 noyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(071)-26/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 dekabr 2021-ci il tarixdən 03 dekabr 2021-ci il tarixə, 03 dekabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixə kimi həbsdə saxlandığı, 06 dekabr 2021-ci il tarixdən 09 mart 2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu 3 (üç) ay 8 (səkkiz) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 6 (altı) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzasını 19 aprel 2023-cü il tarixdə çəkib qurtarmışdır.(i.v. 112-113, 122-132) Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunvericiliklə müəyyən olunmuş qaydada götürülməmiş və ödənilməmişdir. -Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Navahı qəsəbə İƏD-i üzrə nümayəndəliyindən verilmiş 06 aprel 2024-cü il tarixli, 14 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu, Navahı qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə həmin ünvanda yaşayır, yaşayış yeri üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.(i.v. 115-116) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamış, oğlunun ikinci Qarabağ müharibəsində iştirak etməsini, ailə, maddi və sosial vəziyyətini məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Müşfiq Göəlov Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X6rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X5 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 mart 2024-cü il tarixdən hesablanmalı və Hacıqabul Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(071)-18/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan- 4,073 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatından sonra qalıq qalan- 2,08 qram narkotik vasitə qurudulmuş marixuananın taleyi barədə məsələnin həll edilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə olunmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 318, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 13 mart 2024-cü il tarixdən hesablansın. Hacıqabul Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(071)-18/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan 2,10 qram çəkidə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşımasına dair müddəalar xaric edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan- 4,073 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ekspertiza tədqiqatından sonra qalıq qalan- 2,08 qram narkotik vasitə qurudulmuş marixuananın qalığının taleyi barədə məsələnin həll edilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə olunsun. İş üzrə maddi sübt kimi tanınan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar