Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-549/2024 14.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Lənkəran rayonu, Ləj kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 10,403 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 19 fevral 2024-cü il tarixdə, saat 17:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Şilavar kəndində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra, həmin tarixdə, saat 18:05-dən saat 18:34-dək üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman külli miqdarda olan həmin bir ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü ali təhsilli ilahiyyatçıdır, yoldaşı və uşaqları da ali təhsillidir. 47 yaşı var, heç vaxt siqaret də çəkməyib, içki içməyib, narkotik görməmiş, həmişə yaxşı işlərlə məşğul olmuş, dövlətini dəstəkləmişdir. Bu gün dünya od tutub yanır, amma bizlər firavan yaşayır, buna görə də dövlətimizə təşəkkür edir. Müharibə vaxtı isə bütün şəhid dəfnlərində iştirak etmişdir. Hər kəsə siqaret və içkidən, narkotiklərdən uzaq durmağı tövsiyyə etmişdir. xx.xx.2024-cü ildə saat 16:00 radələrində Şilavara maşını ilə ata evinə getmişdir. 16:15-də oradan çıxıb, 200-300 metr aralanmışdır. Yolda görmüş ki, kasıb xanım gedir ürəyi ağrımış maşınındakı peçenye və almanı ehsan adıyla ona maşını saxlayıb vermişdir. Bu zaman arxasında ağ maşın dayanmışdır. Əlvan və Şahid1 adlı əməliyyatçılar gəlmişdir. Onlar özlərini təqdim edib, rəis müavinin onu görmək istədiyini demişlər. Özü isə həmin əməliyyatçılara gedib əynini dəyişməyə və maşınını yoldan kənara çəkməyinə icazə vermələrini xahiş etmişdir. Bundan sonra maşınına oturmuş və fürsətdən istifadə edib yoldaşına zəng vurmuş, həmin şəxslərin maşınının nömrəsini də deyib sağollaşmışdır. Öz maşınını yoldan kənara çəkmişdir. Əgər həmin vaxt üzərində qanunsuz nəsə olsa imiş, onun fürsəti varmış ki, üstündə yerə atsın ya başqa yolla yox eləsin. Bundan sonra düşüb onların maşınına oturmuşdur. Saat 16:17də özü yoldaşına zəng vurmuş, 16:19-da isə yoldaşı ona zəng vurmuş telefonda danışmışlar. Qardaşı Elşən isə 17:40-dək polisə gəlib, ona məxsus əşyaları götürüb, 17:04-də isə maşınını götürüb. Özünün isə saat 17:40-da saxlanılması saxtadır. Digər polis əməkdaşları isə onu saxlamayıb, 16:19-da kənddən çıxıb, daha sonra polisə gətirilmişdir. Maşında isə arxada oturmuşdur. Bir neçə dəqiqədən sonra polis şöbəsinə çatmışlar. Şöbədə onu ikinci mərtəbəyə solda sonuncu otağa aparmışlar. Rahidi isə orda otağın qabağında görmüş, onu əvvəldən tanıyırmış. Rahiddən nə olduğun soruşduqda isə, bura qədər yaxşı olduğun demişdir. Həmin vaxt Amil isə içəridə otaqda olmuşdur. Amil demiş ki, “sən gedəsən” bu formada danışıq aparmışlar, Rahid isə otağa girib demişdir ki, “bunu qoy cibinə, aşağıda çəkiliş olacaq, deyərsən ki, yoldan tapmışam, sonra isə danışarıq”. Bükümün nə olduğun soruşduqda isə demişdir ki, “heçnə.” Həmin vaxt onu qəbul etmədiyini deyib, bir saatdan çox danışmışlar. Onlara durmadan etiraz etmiş, onlar isə cibinə qoymalı olduğun demişlər. Sonra isə ona demişlər ki, “sən ruhanisən, ona görə də səninlə başqa cür danışmırıq” və çıxıb getmişlər. 15 dəqiqə sonra isə qayıdıb telefonunu gətirib ora qoyub və eyni mövzunu danışmışlar. Təkrar-təkrar danışıblar, demiş ki, “mən yalan ifadə verə bilmərəm”. Rahid ikinci dəfə qayıdanda isə beş-altı nəfər olmuşlar. Rahid həmin vaxt söymüş ki, “boynuna götürməsən, gedib maşınını gətirib, oradan böyük bağlama çıxaracam”. Bu sözü deyib getmişlər. Otaqda isə Amil və özü qalmışdır. Amildən xahiş etmiş ki, “zəng vur Rahidi çağır mən bükümü qəbul edirəm”. Sonra isə xahiş etmiş ki, onu rəisin yanına aparsınlar, orada vəziyyəti izah etsin. Amil isə çəkilişdən sonra aparacağına söz versə də, sonradan aparmamışdır. Sonra isə zəng vurub Rahidi çağırmışdır. Rahid gələndən sonra onun üst geyimini çıxarıb, şalvar və köynəyi əynində qalmışdır. Cibində isə bir telefonu və büküm qalmışdır. Çünki Rahid demişdir ki, “telefonu və bükümü qoy cibinə”. Həmin vaxt Rahiddən üzərindən çıxan şəxsi əşyalarını qardaşına xəbər edib götürməsini xahiş etmişdir. Rahid isə həmin dəqiqə qardaşı Elşəni ora dəvət etmişdir. Rahid öz telefonu ilə qardaşı Elşəni çağırıb, açarını və pul qabısını ona vermişdir. İkinci xahişi isə o olmuşdur ki, “İntiqam adlı dostuma zəng vur deki məni gözləməsin, gələ bilmirəm”. Rahid İntiqama da zəng vurub Rövşənin işinin çıxdığını gələ bilməyəcəyini demişdir. Sonradan isə Rahid bütün bu danışıqlarını inkar etmişdir. Söhbətləri bittikdən sonra isə onu aşağı mərtəbəyə göndərmişlər. Cibində isə nə olduğun bilməmiş, yoxsa elə oradaca atarmış. Aşağıda isə Mahirin otağına keçəndə, onun stolunda balaca bir zərf və tərəzi görmüşdür. Sanki Mahir hər şeyi əvvəlcədən bilirmiş. Bundan sonra Mahir başlamış, bir nəfərdə video çəkmişdir. Demiş ki, “üzərində nə var çıxar qoy”, özüdə üzərindəkiləri çıxarıb qoymuşdur. Soruşmuş ki, bu bükümü haradan tapmısan. Cavabında isə heçhardan sözün demişdir. Bu zaman Mahir zərfi cırmış, çəkilişi saxlayıb, yenidən başlatmışlar. Vəkil Vəliəhəd isə bütün bunları görmüş, onu müdafiə etməmişdir. Həmin video saxtadır. Üstündən çıxan bükümə baxmamışlar, zərfə qoymuşlar, büküm açılmadan bunlar hardan bilmiş ki, orda nə var. İşdəki video isə ikinci çəkilişdir, birinci yox. CPM-in tələblərinə görə isə maddi sübut ətraflı təsvir edilməliymiş. Buna görə də video sübut deyil. Təhqiqatçı haradan bilirdi ki, üstündən nə çıxacaq, ona uyğun zərf və tərəzi qoyub stoluna. Özü isə 18:17-də əməliyyatçının otağından arvadına zəng vurmuşdur, necə olub ki, həmin vaxt çəkilişdə olsun. Pul qabısın və digər əşyaların isə yuxarıda təhvil verdiyindən çəkilişdə olmayıb onlar. Maşınına və təsərrüfatına isə baxış keçirilməyib. Raportda qeyd olunan polislər isə saxlanılmasında olmayıb. Videonun sonunda isə vaxt açıqlanmır, video tam çəkiliş etmir, büküm açılmır. Təhqiqatçının bunu haradan tapmısan sualına cavab vermir, o isə bunu dəqiqləşdirmədən məhkumluq barədə suala keçir. Bükümdə metamfetamin yazmaqları saxtadır, əynindəki şalvar da küçədə gəzmək üçün olmamış, çəkiliş aparanın kimliyi bəlli olmamış, protokol ayrı saatlarda, video isə ayrı saatlarda yazılıb. Bu faktları müstəntiqə demiş, o isə demişdir ki, “məndə sənin kimi işi aparanam”. Videoda isə haradan tapmısan sualına cavab verməyəndə, Amil məsələni dərinləşdirməməyi, onu rəislə görüşdürəcəyini demişdir. Vəliəhəd onu müdafiə etməmiş, sonra gəlmiş ki, özünüzü təqsirli bilirsinizmi. Sonra oradakı polisləri göstərib demiş ki, “sənin bunlarla problemin varmı”, demiş yox, o zaman yazmışlar ki, guya onun polislərdən şikayəti yoxdur. Çünki MSY-nin polislərindən şikayəti olmamış, əksinə onlar qida, sabun və.s vermişlər orda. Çəkilişdən sonra isə onu Rasəd qəbul eləmişdir. Ona olanları danışmışdır. İmkan varsa kömək etməyini xahiş etmişdir. Rasəd isə demişdir ki, “narahat olma kömək edəcəm.” Kağızları qabağına qoyub, ordan-burdan əkinçilikdən və.s söhbətlər etmişlər. Rasədə eynəyinin olmadığını, kağızları oxuya bilmədiyini demişdir. Rasəd isə demişdir ki, “boş şeydi, yaz çıxsın getsin”. Özü isə imzalamışdır. Səhəri gün vəkil və Rasəd onu yenə qəbul etmişdir. Həmin vaxt yenə sənədlərə qol çəkmiş, əməliyyatçılar isə arxada dayanmışdır. Rahid sənədləri imzaladığını görmüş, Rahiddən əşyalarını nə etdiyini soruşmuş, o da təhvil verdiyin bildirmişdir. Müstəntiqə isə ayrı şey yazdığın deyəndə, daha məhkəmənin qərar verəcəyini demişdir. Bir gündən sonra isə ayın 21-i Lənkəran prokurorluğuna və məhkəməyə gətirmişlər. Çıxış yolu olmadığından qorxmuş və bükümü tapdığını demişdir. Həmin vaxt insan həyəcanından düzgün qərar verə bilmir, elə başa düşürmüş ki, belə düzdü. Məsələnin mahiyyətini isə bilməmişdir. Sonradan Müdafiəçi ona vəkil təyin edilmişdir. xx.xx.2024-cü ildə məhkəməyə gətirilmiş və olanları danışmışdır. xx.xx.2024-cü ildə onu üzləşməyə gətirmişlər və başdan ayağa saxta olmuşdur. Amil isə orada demişdir ki, “hacı adam yalan danışmaz”. Onu Əlvan və Ruhid saxlayıb. Amma orda dörd nəfər yazılıb. Özünün 47 yaşı var, 35 ilin namaz qılanıdır. Ona demişlər ki, “sənə hakim təyin olundu”, İmam Əli ən ali şəxs olub məhkəmə sistemində, ona görə də xahiş edir ki, onun iynə ucu qədər günahı varsa ən ağır cəza verilsin, yox əgər yoxdursa bəraət verilsin. Onun bu çirkin maddə ilə məhkum etməməyi, bu çirkin maddə ilə məhkumluq adını üstündə daşımaq istəmədiyini, 47 illik ömrünün 35 ilini Quran oxumağa, ibadətə və halal zəhmətlə dolanmağa sərf etdiyini, həmişə ətrafında olan insanları siqaret çəkmə, spirtli içkilər içmək, narkotikdən istifadə kimi zərərli vərdişlərdən uzaq durmağa səslədiyini, camaat arasında nümunə insan kimi yaşadığını, dövlətin insanların rifahı üçün yaratdığı şəraiti xüsusi qeyd etdiyini, məhkəmədən bəraət və azadlıq istədiyini, bu saxta və əsassız ittihamın üzərindən götürülməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə, günortadan sonra Lənkəran rayonu Şilavar kəndində ağaclara qulluq etdiyi zaman yerdə bir ədəd sellofan büküm görmüş, həmin bükümü yerdən götürüb içərisində nə olduğuna baxmadan ona maraqlı gəldiyi üçün götürüb əynində olan şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün, yəni 19 fevral 2024-cü il tarixdə, saat 17:40 radələrində Şilavar kəndi ərazisində tək piyada hərəkətdə olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona üzərində narkotik vasitə saxlamağında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün şəhər ərazisində yerləşən polis şöbəsinə dəvət etmişlər və onlara etiraz etmədən birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir ədəd Xiaomi Redmi Note7 markalı mobil telefonunu və şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış zamanı içərisində kristalşəkilli kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 10,57 qram olmuşdur. Həmçinin, götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Özü narkotik vasitə istifadəçisi deyil. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş maddəni də yerdə görüb içərisində nə olduğuna baxmadan ona maraqlı gəldiyi üçün götürüb cibinə qoymuşdur. Narkotik vasitələrin satışı ilə məşğul deyil, heç vaxt da bu işlə məşğul olmamışdır. Hətta siqaret belə çəkmir. Polis əməkdaşları tərəfindən tutulan zaman ona hər hansı bir zorakılıq hərəkətləri olmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, müstəntiq tərəfindən kağızları qarşısına qoyub imzalatdığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkli vəzifəsində işləyir. İcraatına Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə edib üzərində saxlaması, daşıması və satışı ilə bağlı etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz tədbirlər görülməklə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib Lənkəran rayonu Şilavar kəndində 19 fevral 2024-cü il tarixdə piyada hərəkət edən zaman saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib, onu şöbəyə dəvət edib Lənkəran ŞRPŞ-nə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs əynindəki шалварыnын sağ yan cibindən bir ədəd Redmi markalı mobil telefonu və сol йан ъибиндя эизлятдийи бир ядяд селофан бцкцмü təqdim etmişdir. Həmin bцкцмə baxdıqda ичярисиндя metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümü tapdığını və maraqlı gəldiyi üçün üzərində saxladığını bildirmişdir. Ona qarşı nə özü nə də digər polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsirlər edilməmiş, üzərində maddə qoyulmamışdır. Bu barədə bildiridikləri tamamilə şər və böhtandır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Lənkəranlı dindar kimi tanımışdır. Onun barəsində keçirilmiş əməliyyat tədbirində iştirak etməmişdir, Rövşən saxlanılarkən onu görməmiş, saxlanıldığı gündə onu şöbədə də görməmişdir. Rövşənin qardaşına polis yoldaşlarının xahişi ilə əşyaların vermişdir. Çünki həmin vaxt uşaqlar şöbədən getdiklərindən, özü isə şöbədə olduğundan onların xahişi ilə həmin əşyaları çıxıb vermişdir. Rövşənin atasını isə heç tanımır. Təqsirləndirilən şəxs onun barəsində dedikləri yalandır, çünki saxlanıldıqdan sonra adam göndərmişlər ki, onlara köməklik etsin, özü isə onlara belə işlərə qarışmadığını bildirmişdir. Təqsirləndirilən şəxsla üzləşmə zamanı rastlaşmış, MSY-də müstəntiq tərəfindən üzləşdiriləndə Rövşənə salam vermiş, Rövşən isə onunla görüşməmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 16:14-də ona oğlu Rövşəndən zəng gəlmişdir. Rövşən harada olduğunu soruşmuş, o isə Rövşənə xəstəxanada olduğunu bildirmişdir. Həmin gün bacısı oğlu əməliyyat olunduğundan xəstəxanada olmuşdur. Rövşən isə ona sonra danışacağını demişdir. Sonradan məlum olmuşdur ki, Rövşən saxlanılıb. Taksi ilə polis şöbəsinə gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs tutulan günü ona zəng edərkən saat 16:14 olmuşdur. Rövşən bir kəlmə danışmış ki, “ata, haradasan?” o da demiş ki, “xəstəxanadayam”, Rövşən demiş ki, “yaxşı, sonra danışarıq”, ondan sonra əlaqəsi olmamışdır. Rövşənin tutulmasını ona gəlini axşamçağı namaz vaxtı, saat təxminən 19:00-20:00 radələrində zəng vurub demişdir. Gəlini ona Rövşənin tutulmasını deyən kimi o, taksiyə oturub Lənkəran ŞRPŞ-ə getmiş, lakin onu içəri buraxmamışlar, səhərisi gün saat 09:00-da yenidən polis şöbəsinə gedib xahiş etmiş ki, bu işlə bağlı biri ilə görüşsün, ona demişlər ki, “İltifat Yusifovla görüşə bilərsən”, onunla görüşmüş, söhbət etmiş və ona demiş ki, “mən də heç nə bilmirəm”, onu başından eləmişdir. Rövşənin əbasını, maşınının açarlarını və pul qabısını oğlu Elşənə vermişlər, həmin əşyaları Elşənə, səhv etmirsə, Şahid4 vermiş, pul qabında 289 manat pul olmuş, maşın polis əməkdaşı-Araz adlı şəxsin evinin yanında olmuş, demişlər ki, “gedin maşını götürün aparın”. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərmişdir ki, o, 19 fevral 2024-cü il tarixdə təxminən saat 17:00 radələrində işdə olarkən qohumu zəng edib bildirmiş ki, “Rövşəni polisə gətiriblər”. Bundan sonra polis şöbəsinə getmiş, orda ona demişlər ki, “gətiriblər, içəridədi, amma səni buraxmazlar, sən get”. Orda biraz gözləyib evə qayıtmış. Evə qayıdarkən yolun qırağında görmüş ki, maşın orda qalıb. Həmin vaxt ona zəng gəlmiş ki, “gəl şöbənin qabağına, maşın orda qalıb, götür”. Evə qayıtmış, sonra polis şöbəsinə getmişdir. Ona zəng gələn nömrə ilə əlaqə saxladıqda həmin nömrə ona cavab verməmişdir. Sonradan şöbənin qapısına yaxınlaşarkən mülki geyimdə olan bir nəfər şəxs çıxmışdır. Həmin şəxs açarları və pul qabını vermişdir. Atası ondan kim olduğunu soruşduqda isə demişdir ki, “adım Rahiddir, əməliyyatçıyam”. Saat 17:00-dan sonra, saat təxminən 19:00-20:00 radələrində ona zəng gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərmişdir ki, Rövşən onun əridir, iki övladı vardır. xx.xx.2024-cü ildə Rövşən adəti üzrə öz işləri ilə məşqul olmaq üçün Şilavar kəndinə ata evinə getmişdir. Oradan çıxanda isə saat 16:17-də Rövşən ona zəng vurub bildirmiş ki, “iki nəfər polis əməkdaşı ağ rəngli sonu 780 olan dövlət nömrə nişanlı maşınla məni saxlamışlar, şöbəyə gedib danışmaq istiyirlər”. Maşının nömrəsini tam desə də, hazırda dəqiq xatırlamır. 16:19-da isə özü əri Rövşənə təkrar zəng etmiş ki, vəziyyəti öyrənsin. 20-30 saniyə aralarında danışıq olmuşdur. Sonra isə iki dəfə qısa zəng vurmuşdur, lakin danışmamışlar. Daha sonra bir qohuma zəng vurub demiş, o isə narahat olmamağını bildirmişdir. Saat 18:27-də isə ərindən ona yenə zəng gəlmiş, danışmamışlar, oradan qarışıq səslər eşitmişdir. Bu hal onu narahat etmiş, bundan sonra qohumlara xəbər vermiş, onlar polis şöbəsinə getsələr də, görüş ala bilməmişlər, nə baş verdiyini anlamamışlar. Rövşənlə yalnız təcridxanada olarkən görüşmüş, Rövşən ona ağ bükümü götürmək üçün üstünə çox gəldiklərini, ona görə zəng vurub xəbər vermək istədiyini demişdir. Rövşən saxlanandan sonra pul qabısını, maşının açarını Rahid adlı polis qardaşına vermişdir. Bundan başqa Rövşənin əynində dini paltarları olmuş, lakin videoçəkilişdə başqa geyimdə olmuşdur, halbuki Rövşən heç evdə belə həmin geyimdə qonaq qarşısına çıxmazmış. Bunlar səhnələşdirilmiş ittihamlardır. Həmin gün isə yaxın qohumunun məsləhəti ilə olduğu yerdə maşının, ona veriləndə maşının açarlarının, gələn zənglərin telefonda şəkillərini çəkmişdir. Bundan başqa dini libasının da şəkilini çəkmişdir. Videoçəkilişdən də görünür ki, orda ərinə qarşı səhnələşdirilmiş oyun qurulmuşdur. Bir neçə şəxsin səhnələşdirdiyi narkotik ləkəsinin aşkara çıxarılmasını, ərinin günahsızlığının, onun etmədiyi bir şeyin baxılıb aşkar olunmasını xahiş etmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 19 fevral 2024cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 21) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edir. Sellofan bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisi 10,57 qram olmuşdur. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.1977-ci il təvəllüdlüdür. Üzərində aşkar edilmiş ağ rəngli maddəni saxlanılmazdan əvvəl yol ilə gedərkən yolda tapmış və üzərində saxlamışdır. (c İ, i.v 27-29) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 19/164 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 10,403 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 10,403 qr, tədqiqata sərf olundu 0,1 qr, qalıq 10,303 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 41-43) İşdə olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)-44/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. (c İ, i.v 69-72) İşdə olan, xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ekspert təhqiqatı nəticəsində qalıq qalmış 10,303 qram psixotrop maddə metamfetamin və 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, üzərinə keçirilmiş şəxsi axtraşın video-çəkilişin əks olunduğu 01 ədəd CD disk cinayət işi matriallarına əlavə edilmişdir. (c İ, i.v 74) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnanmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 81) İşdə olan, xx.xx.2024-cü il tarixli diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 625 78 55 saylı mobil nömrə ilə polis əməkdaşları tərəfindən tutulmazdan qabaq, yəni xx.xx.2024-cü il tarixdə, saat 16:20-də 25 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Lənkəran-Shilavar yolu” adlanan anten əhatə dairəsində, yəni, həqiqətən də Lənkəran rayonu Şilavar kəndi ərazisində olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə saat 18:27-də zəng daxil olmuş, lakin danışıq qeydə alınmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs “Lənkəran r-nu” adlanan anten əhatə dairəsində olmuşdur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxtda o, Lənkəran ŞRPŞ-nin inzibati binasında olmuşdur. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal, həmçinin qeyd olunan nömrələrlə daxil olan və çıxan SMS mətnləri aşkar olunmamışdır. (c İ, i.v 108) İşdə olan, xx.xx.2024-cü il tarixli, 172 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 112) İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. (c İ, i.v 150-151) İşdə olan, 15 may 2024-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, şahidlər X10, Şahid2, Şahid3 və Şahid1 ilə Təqsirləndirilən şəxs bir-birləri ilə üzləşdirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları sonuncunun üzünə bildirməklə ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. (c İ, i.v 159-168) İşdə olan, Lənkəran ŞİHB-nın Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, xx.xx.2005-cı il təvəllüdlü və xx.xx.2007-ci il təvəllüdlü uşaqlarından ibarətdir. Ərazidə yaşadığı dövrdə müsbət xarakterizə edilmişdir. (c İ, i.v 171-172) İşdə olan, xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs psixotrop maddəni konkret olaraq kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Onun konkret olaraq narkotik vasitə satdığı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və digər xüsusatlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. (c İ, i.v 173) İşdə olan, 26 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən çəkilmiş video-çəkilişi özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında olması nəzərə alınmışdır. (c İ, i.v 176-182) İşdə olan, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsinə icra edən Zaur Əliyev tərəfindən rədd edilmişdir. (c İ, i.v 192-193) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, psixotrop maddə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə polis əməkdaşları tərəfindən avtomobilinə böyük bağlamada narkotik vasitələr qoyulacağı və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə psixotrop maddə qoyulmadığını bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində qeyd etməyi zəruri hesab edir ki, bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində cinayət təqibi aparılmış, müvafiq olaraq 30 may 2024-cü il tarixli qərarla (cild İ, i.v 192-193) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar isə nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixoloji təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). X18 Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra psixoloji təzyiqə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 49-50) və xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 62-63) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 69-72) eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddə metamfetamini tapdığını, içərisində nə olduğuna baxmadan ona maraqlı gəldiyi üçün götürüb əynində olan şalvarının sol yan cibinə qoyduğunu bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən pis rəftara və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olduğunu, həmin maddəni tapdığını və maraqlı gəldiyi üçün üzərində saxladığını bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ilkin ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman 10,403 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 19 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 20 fevral 2024cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəliəhəd Həbibov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 19 fevral 2024cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 10,403 qram psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Bundan başqa məhkəmə şahidlər Aygün Feyzullayeva, Əlihüseyn Şərifov və Elşən Şərifovun məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahidlərin təqsirləndirilən şəxsin yaxın qohumları, arvadı, atası və qardaşı olmasını, həmin şəxslərin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Psixotrop maddələr» başlıqlı «İİ siyahı»nın 118-ci sətrinə əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 400 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda – bir ədəd bükümdə ümumi təmiz çəkisi 10,403 qram olan psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan psixotrop maddəni satış məqsədilə əldə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində) təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə üzərində saxlamadığını bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini kiməsə satması, ümumiyyətlə onun həmin vasitənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21) və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, aşkar edilmiş psixotrop maddəni tapması və maraqlı gəldiyi üçün üzərində saxlaması barədə etirafedici ifadə vermişdir. (cild 1, iş vərəqə 49-50, 62-63). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarda ilk növbədə başqa sübutların və psixotrop maddələrin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddələrin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması qeyd edilmişdir. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə külli miqdarda psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddənin satışı ilə məşğul olması, psixotrop maddənin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, təqsirləndirilən şəxs bir büküm psixotrop maddə əldə etmişdir. Belə əməl isə həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin külli miqdarda olmaqla və şəxsi istehlak miqdarından çox olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (cild İ şübhəli şəxs – iş v. 49-50; təqsirləndirilən şəxs – iş v. 62-63; Şahid1 – iş v.82-84; Şahid3 – iş v. 109-111), nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2024-cü il tarixli məktub – iş v. 173) ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı üç aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2024-cü il tarixli qərarı ilə 21 fevral 2024cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddə metamfetaminin bir ədəd bükümdə qablaşdırılmaqla ümumi kütləsinin külli miqdar 10,403 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən psixotrop maddənin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 19 fevral 2024-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində) belə ondan aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və həmin maddəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bir ədəd bükümdə olan 10,403 qram psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməməsini bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 19 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,303 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, videogörüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,303 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-549/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-549/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver