Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-55/2022 28.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 və zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Biləsuvar rayonunun Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, evdar qadın, əvvəllər məhkum olunmamış, Nəsimi kəndində ünvanda qeydiyyatda olmaqla rayonun İsmətli kəndində yaşamış və barəsində 15 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ailə münaqişəsi zəminində, yəni yaşadığı evdə mütəmadi olaraq qaynatası Şahid4 maddi çətinliklər bağlıondan evi tərk etməsini tələb etməsi ilə əlaqədar yaranmış söz-söhbətlərdən bezib 14 avqust 2021-ci ildə, səhər saat 06 radələrində onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı övladı – 03 avqust 2020-ci ildə doğulmuş, X6 da özü ilə götürüb Biləsuvar rayonu, İsmətli kəndində yerləşən yaşadığı evdən çıxaraq kənd ərazisindən keçən su kanalının yanına getmiş və övladının azyaşlı olması ilə əlaqədar barəsində edilən hərəkətlərin mahiyyətini qətiyyən başa düşmədiyini və hər hansı aktiv müqavimət göstərmək imkanına malik olmadığını bilib dərk etməsinə baxmayaraq, buna heç bir əhəmiyyət vermədən uşağını qəsdən öldürmək qərarına gəlib bu niyyətlə özünü Polad İmanzadə ilə birlikdə suya atmış, nəticədə sonuncun ölümünə səbəb olmuş suda boğulma nəticəsində əmələ gələn mexaniki asfiksiya səbəbindən ölmüş, yəni Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı X6 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü və oğlu Poladı öldürmək niyyəti olmadığını, İsmətli kəndinin ərazisindən keçən su kanalının kənarı ilə kəndin çıxacağına doğru gedərkən qəfildən ayağı sürüşdüyü üçün uşaqla birlikdə kanala yıxıldığını, oradan asfalt yola çıxaraq yoluna davam edərkən qucağında olan övladı Poladla kəndin mərkəzi asfalt yolunun su kanalının üzərindən keçən hissəsində piyada hərəkətdə olan zaman anidən özündən getdiyi üçün uşaqla birlikdə yenidən suya düşdüyünü və özünə gəldikdən sonra uşağın yanında olmadığını bildirmişdir. Heç bir cinayət törətmədiyini bildirib məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və hadisə barədə ətraflı ifadələr verərək göstərmişdir ki, 2018-ci ildə İsmətli kənd sakini Hökməli adlı şəxslə qeyri rəsmi evlənmiş, onların 2020-ci ildə Polad adlı bir uşağı dünyaya gəlmiş, evləndikdən sonra ərinin yaşadığı evə köçmüş və onlar ərinin validenləri ilə birlikdə yaşamışlar. Əri Hökməlinin xəstəliyi və əqli problemi olduğundan o, heç yerdə işləməmiş, bütün günü evdə olmuş, onların ailəsini usta işləyən qayınatası Şahid4 dolandırmışdır. Əvvəllər ailədə hər şey yaxşı olmuş, evdə heç bir sözsöhbət olmamış, ailədə biri-biriləri ilə mehriban dolanmış, lakin oğlu Polad dünyaya gələndən sonra qaynatası Əli evdə söz-söhbət salmağa başlamış, heç nədən hər şeyə qarışaraq evdə narazılıq yaratmış, dəfələrlə ona “ərin işləmir, mən sizi saxlaya bilmirəm, uşağını götür get atan evinə, bir müdət orada qal” demiş, o, da məcbur qalıb azyaşlı oğlunu götürüb atası evinə getmiş və 5-6 gün sonra baldızları, Günel, Nuridə qardaşı Qismətin mobil telefonuna zəng edərək onu evinə qaytarmışlar. Lakin atası xəstə olduğundan ona bu barədə heç nə deyilməmiş, ər evinə qayıtdıqdan sonra bir müddət qayınatası Əli onunla mehriban olsa da, lakin sonradan yenə hər şeyə bir söz deyib əsəbləşləşərək ona “get atan evinə, niyə qalmısan burda, nə gününə burada yaşayırsan” demiş, onun bu sözlərindən bezdiyi üçün uşağını götürüb atası evinə getmişdir. 11 avqust 2021-ci ildə ailə üzvləri onu öz evlərinə çağırdıqları üçün oğlunu götürüb atası evinə getmiş və 2 gün qalaraq ayın 13-də qayınatasının evinə qayıtmış, az sonra qayınatası Əli onu çöldən səsləyərək həyətə çağırmış, evdən həyətə çıxan zaman “su borusunu kimin açıb bu vəziyyətə qoyduğunu, həmin borunu səliqəli yığıb qoyduğunu, sən hara baxırsan, görmürsən?” deyə ondan soruşmuş, o, da cavabında qayınatasına həmin boru ilə Elşadın azyaşlı nəvəsinin oynadığını bildirmiş, qaynatası onunla acıqlı danışaraq “sən yenə nə gününə bura gəlmisən, özün bilirsən ərin işləmir, nə üçün gəlirsən, mənim sizə baxmağa gücüm çatmır” demiş, o da heç bir cavab verməmiş, qayınanası Mənsurə ona qayınatan yaşlıdır ona fikir vermə deyərək ona təskinlik vermiş, sonra hər biri yataq otağına gedərək yatmışlar. 14 avqust 2021-ci ildə səhər saat 06 radələrində yuxudan durub oğlu Poladı qucağına götürərək evdən çıxmış və yaşadıqları evdən uzaqda olan su kanalına getmiş, İsmətli kənd orta məktəbindən bir qədər irəli gedəndən sonra su kanalına yaxınlaşaraq özünü uşaqla birlikdə öldürməkdən ötrü suya atmış, lakin su kanalının həmin hissəsində dərinlik az olduğu üçün yola çıxıb irəliyə kəndin çıxacağına doğru getmiş, həmin vaxt ətrafda heç kəs olmamış, kanaldan yola çıxan zaman yolda qarşısına əynində göy köynək olan tanımadığı bir oğlan çıxmış və ondan nə lazım olduğunu, köməyə ehtiyacı olubolmadığını soruşaraq, hara lazımdır məlumat vermək istədiyini demiş, ona heç bir şeyə ehtiyacının olmadığını və həmin kənddən olmadığını bildirərək yoluna davam etmiş, təxminən 200-300 metr getdikdən sonra yenidən özünü və uşağı öldürmək üçün asfalt yolun kənd qəbristanlığı ilə üzbəüz su kanalının üstündən keçən hissəsində özünü uşaqla birlikdə suya atmış, həmin vaxt başı asfalt yolun altından keçən beton materialdan olan su borusuna möhkəm dəydiyi üçün uşaq əlindən çıxaraq suya düşmüş, o, özünü bir qədər itirmiş, asfalt yolun altından keçən beton su borusunun içinə girərək orada əyləşmiş, az sonra yolda gördüyü oğlan və digər tanımadığı şəxslər ona yaxınlaşaraq ondan qucağında olan uşağı soruşarkən onlara uşağı suya atdığını bildirmiş və bundan sonra həmin şəxslər uşağı axtarmağa başlamış, həmin vaxt ordan keçən İsmətli kəndində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Əbil kişi onu görüb vəziyyəti biləndən sonra qayınatası Əliyə məlumat vermiş, bir neçə dəqiqədən sonra olduqları yerə hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin qayınatası Əli gəlmiş, qayınatası su kanalına girərək uşağı axtarmağa başlamış, təxminən yarım saat sonra oğlu Poladı suya düşdüyü yerdən 2-3 metr aralıda suyun içindəki kol-kosun yanından taparaq sudan çıxarmışdır. Əri Hökməlinin xəstəliyi olsa da, onun ruhi və əsəb xəstəliyi olmamış, hər hansı bir xəstəlikdən əziyyət çəkməmiş, Hökməli heç bir yerdə işləməmiş, bütün gün evdə olmuş, onların hamısını usta işləyən qayınatası Əli dolandırmış, qayınatası pulu olmayanda heç bir şeyin üstündə sözsöhbət yaratmış, ona və uşağına baxmaq istəməmiş, ona tez-tez atası evinə getməsini bildirmişdir. Nə hadisə baş verən günə kimi və nə də hadisədən əvvəlki günlər onunla nə qayınatası Əli və nə də onun ailə üzvlərindən heç kəs amansız rəftar etməmiş, şərəf və ləyaqətini alçaltmamış, hədə-qorxu gəlməmiş, aralarında dava-dalaş, münaqişə olmamış, onu heç kəs vurmamış, döyməmiş və heç bir xəsarət yetirən olmamış, yalnız qayınatası heç bir əsas olamdan tez-tez evdə hər şeyə əsəbləşərək söz-söhbət yaratmış, onun xətrinə dəymiş, yəni “uşağını götür get atan evinə, ərin də işləmir, mən də sizə baxa bilmirəm, nə üçün gəlirsən, bilmirsən sizə baxmağa imkanım yoxdur” deyə bldirmişdir. Maddi imkanları aşağı olduğundan, əri heç yerdə işləmədiyindən, qayınatasının son zamanlar onlara baxmaq istəmədiyi, onlardan bezdiyini, atası evinə getməsini istədiyi, atası evində də vəziyyət yaxşı olmadığından, onlarında maddi imkanları aşağı olduğundan bu vəziyyətdə yaşmaqdan bezdiyi, hara gedəcəyini və necə dolanacağını bilmədiyinə görə, həmçinin bunları fikirləşdikcə daxilən əsəb keçirdiyi üçün özünü və oğlu Poladı öldürmək qərarına gələrək heç kəsə heç bir söz demədən su kanalına gedərək oğlu Poladla birlikdə özünü kanala atmış, buna onu heç kəs vadar və təhrik etməmiş, onları su kanalına kənar bir şəxs atmamış, əvvəlcədən bu barədə nə ailə üzvlərinə və nə də kənar bir şəxsə heç bir söz deməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun gəlinidir, Gülər anadangəlmə əqli problemləri olan oğlu Hökməli ilə evlənmiş, onların 2020-ci ildə bir oğlan övladı dünyaya gəlmiş, onlar bir ailədə yaşamış, əvvəllər aralarında münasibətləri normal olmuş, lakin sonralar oğlu Gülərə “sən nə üçün bura gəlin gəlmisən, mən heç yerdə işləmirəm, xəstəyəm, valideyinlərim öləndən sonra səni kim saxlayacaq” deyərək onların ailəsində maddi çətinliklə bağlı söz-söhbətləri olmuş, evdə yalnız əri Əli işləyib ailəni dolandırmış, o da yaşlı olduğundan hər şeyə deyinmiş, buna görə Gülər onun yanında özü-özünə əsəbləşərək anidən özündən çıxıb heç bir əsas olmadan söz-söhbət yaratmış, Gülərə Əli yaşlıdır ona baş qoşma demiş, lakin Gülər ilə nə onun, nə də ailə üzvlərindən heç kəsin arasında dava-dalaş olmamış, evdə ona heç kim əzab-işgəncə verməmiş, evdən qovaraq döyüb xəsarət yetirməmiş, hədə-qorxu gəlməmişdir. Gülər qohum-qonşularla mehriban dolanmış, heç kəslə işi olmamış, ev işləri ilə məşğul olmuş, lakin o, sakit təbiətli olsa da hərdən əsəbləşərək tez özündən çıxmış, hər şeyə tez qıcıqlanaraq reaksiya vermiş, onda bəzi hallarda dil qatlanmaları, ürək getmələri olmuş, son zamanlar isə Gülərin əsəbləri bir qədər də artmışdır. 10 avqust 2021-ci ildə, səhər saat 08 radələrində Gülərin kiçik qardaşı Qismət əri Əlinin mobil telefonuna zəng edərək xeyir işləri olduğu üçün Gülərin onların evinə getməsini xahiş etmiş, Əli də həmin gün taksi ilə Güləri nəvəsi Poladla birlikdə atası evinə yola salmış, avqustun 13-də, saat 11 radələrində Gülər azyaşlı oğlu ilə birlikdə atası evindən evə qayıtmışdır. Avqustun 14-də, səhər saat 07 radələrində yuxudan ayılarkən əri Əli ona gəlini Güləri də yuxudan oyatmasını demiş, o, Gülərin otaqda olmadığını görüb Əliyə Gülərin uşağla birlikdə həyətə düşüb onu gəzdirdiyini bildirmiş, həmin vaxt taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Əbil Bayramov onların həyətinə daxil olaraq Gülərin azyaşlı övladını kəndin ərazisindən keçən su kanalına atdığını demiş, Əli sonuncunun avtomobili ilə Gülər və nəvəsini axtarmağa getmiş, bir müddət sonra həmin yerə gedən qohum-qonşular və əri Əli Gülərin azyaşlı övladı Poladı kəndin ərazisindən keçən su kanalına atdığını və Poladın meytinin Əli tərəfindən sudan tapıldığını bildirmişlər. Hadisədən sonra Güləri görmədiyinə görə onun özünü və azyaşlı övladını nə üçün su kanalına atmasının səbəbini öyrənə bilməmişdir. Hazırda gəlini Gülərə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışmasını, onu bağışlamasını nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2006-cı ildə Təqsirləndirilən şəxs atası Kamalla evlənmiş, əvvəllər ərinin uşaqları, eləcə də Gülər ilə birlikdə yaşamış, Gülər 2018-ci ildə İsmətli kənd sakini Hökməli adlı şəxslə qeyri rəsmi evlənib ərinin yaşadığı evə köçmüş və onların 2020-ci ildə Polad İmanzadə adlı bir uşağı dünyaya gəlmişdir. Gülər həmin evə gedəndən sonra onlar biri-birinin evinə gedib-gəlmiş, aralarında heç bir söz-söhbət və dava-dalaş düşmənçilikləri olmamışdır. Gülərin qayınatası Şahid4 hərdən Güləri oğlu Poladla birlikdə onların evinə gətirmiş, Gülər bir neçə gün atası evində qalıb sonra öz evinə qayıtmışdır. Gülərdən ailəsi ilə bağlı soruşarkən sonuncu çox vaxt susmuş, əri haqqında heç bir söz deməmiş, qayınanası və baldızları ilə mehriban dolandığını, lakin maddi imkanlarının aşağı olduğunu və yaşadığı evin şəraitinin yaxşı olmadığını bildirmişdir. 14 avqust 2021-ci ildə, saat 09 radələrində yaşadığı evdə olarkən qaynı Elxan ona zəng edərək Gülərin öz azyaşlı oğlu ilə birgə İsmətli kəndində su kanalına düşdüyünü, oğlu Poladın öldüyünü, özünün isə sağ qaldığını eşitdiyini demiş, xəbəri eşidib Biləsuvar RMX-na getmiş və orada Poladın meyitxanada olduğunu eşitmiş, meyit müayinə edildikdən sonra onlara təhvil verilmiş və yaşadğı evə aparılaraq dəfn edilmiş, Gülər isə həbs olunmuşdur. Gülərin xəstəliyi olmuş, lakin onda konkret nə xəstəlik olduğunu bilməmiş, xəstəliyi ilə bağlı Güləri Biləsuvar RMX-na, Lənkəran şəhər Psixiatriya xəstəxanasına və Bakı şəhərində olan psixiatriya xəstəxanasına aparılmış, müalicə yazılandan sonra onu evdə müalicə etmişlər. Gülər qohum-qonşularla mehriban dolanmış, o, sakit təbiətli olsa da xəstəliyi ilə bağlı əsəbləri pozulmuş, anidən əsəbləşərək özündən tez çıxmış, hər şeyə ani reaksiya vermiş, özünə qapanmış, heç kəslə söhbət etmək istəməmiş və heç kəsi eşitməmişdir. Gülərin qayınatası Əli ilə və ya ailə üzvlərindən kiminləsə, həmçinin hər hansı bir qohum-qonşularla heç bir söz-söhbəti, mübahisəsi, dava-dalaşı olmamış, kimdənsə bu barədə eşitməmiş və belə bir hadisənin şahidi olmamışdır. Lakin Gülər ona qayınatası Şahid4 deyingən olduğunu bildirmiş, lakin hadisə baş verən günə kimi nə Şahid4, nə onun ailə üzvlərinin və nə də kənar bir şəxsin Gülərə qarşı zor tətbiq edərək ona əzab və işgəncə verdiyini, evdən qovaraq döyüb xəsarət yetirdiyini, hədə-qorxu gələrək onunla amansız rəftar etdiyini, onu söyərək təhqir edib şərəf və ləyaqətini alçaltdığını, ölümlə hədələyərək onu və övladını öldürəcəyini nə özündən nə də ki, başqa şəxslərdən eşitməmişdir. Gülərin deməsinə görə qayınatası Əli ona “bizim maddi imkanımız aşağıdır, şəraitimiz yaxşı deyil, mən sizə baxa bilmirəm, ərin də işləmir get atan evində qal” demişdir. Gülərin övladı dünyaya gələndən sonra əsəbləri bir qədərdə pozulmuş, lakin konkret olaraq onun hansı səbəbdən azyaşlı övladını su kanalına ataraq öldürməsi və intihar etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci ildə, səhər saat 07 radələrində yaşadığı evdən çıxaraq İsmətli kəndində poçt istiqamətində piyada hərəkət edərkən yolun sol tərəfindən keçən su kanalının içərisindən ayaqları və paltarının aşağıdan yuxarıya doğru müəyyən hissəsi palçıqlı vəziyyətdə olan tanımadğı bir qadının qucağında azyaşlı uşaqla yola çıxdığını görmş, həmin vaxt qadının hərəkətləri onda şübhə yaratdığına görə ona yaxınlaşıb kim olduğunu, köməyə ehtiyacı olub-olmadığını soruşarkən sonuncu “mən bu kənddən deyiləm, köməyə və heç bir şeyə ehtiyacım yoxdur” deyə ona cavab verib üzü kəndin çıxacağına doğru getmişdir. Sonra o, onun arxasınca öz yoluna davam edərək kəndin poçt şöbəsinin yanında yolun kənarında dayanmış həmkəndlisi Şahid2 görüb ondan həmin qadını tanıyıb-tanımadığını soruşmuş, sonuncu qadını tanımadığını bildirmiş, onunla söhbət edərkən onların başı söhbətə qarışdığı üçün qadın qəfildən gözdən itmiş, onlar asfalt yolla su kanalının kənarı ilə kəndin çıxacağına doğru yəni qəbristanlığa tərəf piyada gedərkən mərkəzi yolun kənarında olan dükanın qarşısında həmkəndliləri Şahid3lə qarşılaşmış, Raufdan qucağında azyaşlı uşaq olan qadını görüb-görmədiyini soruşaraq gördüklərini ona bildirmiş, lakin Rauf belə bir qadın görmədiyini demiş, onlar birlikdə qadını axtarmağa başlamış, 15-20 dəqiqə sonra Rauf qadının tapıldığını deyərək onları çağırmış, həmin vaxt onlar Raufa yaxınlaşıb yolun altından keçən, içərisindən su axan iri həcimli beton borunun içinə baxarkən qadının yarı əyilmiş vəziyyətdə borunun içində olduğunu və onlara doğru gəldiyini görmüş, onlar qadını borudan çıxarmaq istəyərkən azyaşlı uşağın onun qucağında olmağını görüb ondan uşağın harada olduğunu, onu neylədiyini soruşduqda o, uşağı gizlətdiyini bildirmiş, həmin vaxt həmkəndliləri Oktay Abdullayev öz idarə etdiyi avtomobillə onların yanından keçərkən avtomobilini saxlayaraq nə baş verdiyini soruşmuş, Oktayın mobil telefonu ilə DİN-nin “102” xidməti zəng mərkəzinə bu barədə məlumat vermiş, qadının borudan çölə çıxmasına köməklik edəndən sonra yenidən həmkəndliləri ilə birlikdə uşağı axtarmağa başlamış, onlar uşağı axtaran zaman qadın yolun kənarında durub sakitcə onlara baxmış, onda heç bir hərəkətlilik olmamış və uşağı axtarmağa cəhd etməmiş, həmin vaxt həmkəndlisi Şahid4 qışqıra-qışqıra onların yanına gələrək həmin qadının gəlini olduğunu bildirmiş və ondan “uşağı, nəvəmi neylədin, hara atmısan” deyə soruşmuş, qadın su kanalının qəbristanlıq tərəfdən keçən hissəsində asfalt yolun altında olan içərisindən kəndə doğru su axan beton borunun yaxınlığında suyu əli ilə göstərərək uşağı ora atdığını demiş, Əli dərhal özünü kanalda olan suya ataraq uşağı axtarmağa başlamış, təxminən 10-15 dəqiqə sonra Əli kanalın beton borudan kəndə doğru su axan hissəsində borudan təxminən 6-7 metr aralıda suyun kənarında olan kol-kosun, yolğunun yanından uşağın cansız cəsədini taparaq sudan çıxartmış, hadisə yerinə gələn hüquq mühafizə orqanın əməkdaşları tərəfindən kanala, həmin əraziyə və uşağın meyitinə baxış keçirildikdən sonra uşağın meyiti təcili yardım avtomobilinə qoyulub meyitxanaya aparılmışdır. Qadının ayaqları palçığa bulaşmış və əynində olan paltarı yarı islaq, yaş vəziyyətdə, yəni qarın nahiyəsinə qədər olan hissəsi islanmış, lakin azyaşlının əynində olan paltarları tam yaş vəziyətdə olmuşdur. Qadının hərəkətlərindən belə başa düşmüşdür ki, sonuncu özünü deyil, uşağı suya atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında Şahid4 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun gəlinidir, Gülər anadan gəlmə əqli problemləri olan oğlu Hökməli ilə evlənmiş, onların 2020-ci ildə bir oğlan övladı dünyaya gəlmiş, onlar bir ailədə yaşamış, əvvəllər aralarında münasibətləri normal olmuş, lakin sonralar hər bir ailədə olduğu kimi onların da ailəsində maddi çətinliklə bağlı söz-söhbətləri olmuş, ancaq Güləri döyüb incidən, ona hədə-qorxu gələn, onu təhqir edən və ya evdən qovan olmamışdır. Gəlini Gülər sonuncu dəfə nəvəsi Poladla birgə 10 avqust 2021-ci ildə atası evinə getmiş, avqustun 13-də saat 11 radələrində geri qayıtmış, onunla söhbət edərkən ona “atan evinə getmişdin, nə olardı 1-2 gün orada artıq qalardın, hava istidir, uşaq burda yata bilmir, şəraitimiz yaxşı deyil” sözlərini demiş, Gülər də acıqlı şəkildə mən onsuz da tez-tez onların evinə gedirəm, atam xəstə olduğu üçün orada çox qala bilmirəm deyə cavab vermiş, avqustun 14-də, səhər saat 07 radələrində yuxudan ayılarkən arvadı Mənsurəyə gəlini Güləri də yuxudan oyatmasını demiş, Mənsurə Gülərin otaqda olmadığını, uşağla birlikdə həyətə düşüb onu gəzdirdiyini bildirmiş, həmin vaxt heyvanları yemləmək üçün həyətə düşərkən taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Əbil Bayramov həyətə daxil olub Gülərin azyaşlı övladını kəndin ərazisindən keçən su kanalına atdığını demiş, o, sonuncunun avtomobili ilə Gülərin azyaşlı övladını suya atdığı yerə, kanalın kənd qəbristanlığının yaxınlığından keçən hissəsinə getmiş, kənd sakinlərini, hüquq mühafizə oraqnlarının əməkdaşlarını və Güləri orada görüb Gülərdən uşağı nə etdiyini, hara atdığını soruşmuş, Gülər ona su kanalının qəbristanlığın qarşı tərəfindən keçən hissəsində asfalt yolun altında olan içərisindən kəndə doğru su axan beton borunun yaxınlığında suya atdığını bildirmiş, kanala girib uşağı suda axtarmağa başlamış, təxminən 10-15 dəqiqə sonra suyun kənarında olan kol-kosun arasından uşağın cansız cəsədini taparaq sudan çıxarmş, həmin vaxt Gülərin əynində olan paltarı tam deyil yarı islanmış, yəni paltarın yalnız ətək və qarın nahiyəsinə qədər olan hissəi islanmış, uşağın meyti kanalın kənarlarında olan kol-kosun, yolğunluğun altında, kanalın bir qədər dərin olan yerində suyun içində palçığa basılmış vəziyyətdə olmuşdur. Gülər ruhi xəstəliyi olmamış, onda ruhi xəstəliyin əlamətlərini hiss etməmiş, lakin o, sakit təbiətli olsa da hərdən əsəbləşərək tez özündən çıxmış, hər şeyə tez qıcıqlanaraq reaksiya vermiş, həmçinin onda bəz vaxtlarda dil qatlanmaları, ürək getmələri olmuş və son zamanlar Gülərin əsəbləri bir qədər də artmış, bəzən əsəbləşərək azyaşlı övladı Poladı döyməyə cəhd etmişdir. Gülərin azyaşlı övladı ilə birlikdə özünü hansı səbəbdən və nə üçün su kanalına atması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 da atası Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 14 avqust 2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Biləsuvar rayonunun İsmətli kəndinin ərazisindən keçən su kanalının İsmətli kənd qəbristanlığının qarşı tərəfində kəndin magistral asfalt yolunun su kanalının üstündən keçən hissəsidir, həmçinin həmin hissədə asfalt yolun altında suyun axması üçün nəzərdə tutulmuş iri həcimli beton boru yerləşir. Baxışda iştirak edən İmanzadə X1 ərazisindən keçən su kanalının yaşadığı evdən təxminən bir kilometr aralıda yerləşən hissəsini göstərərək özünü və azyaşlı övladı Polad İmanzadəni öldürmək məqsədi ilə ilkin olaraq ora atdığını bildirmiş, baxış zamanı həmin hissədə asfalt yoldan kanalın içinə suyun kənarına qədər olan məsafə 1.80 metr, kanalın eni 3 metr, dərinliyi müxtəlif hissələrdə 15-25 sm ölçülərdə olmaqla kanalın hər iki tərəfində kənarlarda kanal boyu kol-kos və ağaclar vardır, suyun kənarında torpağın üzərində yuxarıdan aşağıya doğru və aşağıdan yuxarıya doğru torpağın oyulduğu, kol-kosların basılaraq yerə doğru yatdığı sürüşmə izlərinin olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin gün oğlu Poladla birlikdə ilkin olaraq orada özünü suya atdığını və sonra həmin hissədə su dərin olmadığı üçün qucağında uşaqla birlikdə oradan yenidən mərkəzi asfalt yola çıxaraq kanalın kənarı ilə irəli kəndin çıxacağına doğru qarşıda olan kənd qəbristanlığına tərəf hərəkət etməyə başlamış, qəbristanlıqla üzbəüz yolun sağında yerləşən mağazanın qarşısında asfalt yolun kanalın üzərindən keçən hissəsində, yəni həmin asfalt yolun altına suyun axması üçün qoyulmuş beton su borusunun olduğu yerdə özünü uşaqla birlikdə yenidən kanala atmış və başı həmin beton boruya dəydiyi üçün uşaq əlindən çıxmışdır. Gülərin azyaşlı övladı ilə birlikdə özünü birinci dəfə suya atdığını bildirdiyi yerdən həmin yerə qədər olan məsafə 232 metrdir. Kəndin asfalt materialdan olan mərkəzi yolunun eni 4.50 metr, həmin yolun kanalın üzərindən keçən hissəsində uzunluğu 15 metr, Təqsirləndirilən şəxs oğlu ilə birlikdə özünü suya atdığını bildirdiyi yerdə yoldan suya yəni beton borunun suyun içində olan hissəsinə qədər olan məsafə 3.80 metr, asfalt yoldan beton materialdan olan borunun üst hissəsinə qədər olan məsafə 1.85 metr və beton borunun diametri isə 1200 sm-dir. Baxış zamanı həmin beton borunun üzərində qanabənzər ləkələr və hər hansı bir paltarın hissələri müşahidə edilməmiş, həmin yerdə asfalt yoldan kanalın içinə suyun kənarına qədər olan məsafə 2.80 metr, kanalın eni 9 metr, irəli İsmətli kəndinə doğru getdikcə kanal daraldığı üçün eni 3 metr təşkil edir, suyun dərinliy müxtəlif hissələrdə 15-60 sm arasında dəyişir, kanalın kənarları bərk torpaqdır, ətrafında ağaclar və kol-koslar vardır. Həmin yerdə qəbirstanlıq tərəfdə kanalın kənarında sudan 2.5 metr hündürlükdə torpaq üzərində arxası üstə uzanmış vəziyyətdə azyaşlı uşaq meyti müşahidə olunmuşdur, Təqsirləndirilən şəxs həmin meyitin azyaşlı oğlu Polad İmanzadə olduğunu, onun meyitini sudan qaynatası Şahid4 çıxardığını bildirmişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən sonuncu törətdiyi cinayət əməlini etiraf etməklə hadisənin harada, necə, hansı şəraitdə baş verməsini əyanə olaraq göstərmişdir. İstintaq hərəkətinin keçirilməsini əks etdirən videoçəkiliş iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mərhum X5 meyitinin əynində pambıq materialdan ibarət çiyinləri mavi və səthi ağ rəngli qarşında rəngarəng yazıları olan qısa qollu köynək, pambıq materialdan ibarət tünd göy rəngli şortik və şortikin altında uşaq bezi vardır. Meyitin yuxarı və aşağı nahiyələri, gövdənin arxa hissələri palçıq və quma bulaşmışdır. Meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət izləri müşahidə edilməmiş, meytin əynindəki platarlarda heç bir dartılma, cırılma, zədə, sökük və kənar müdaxilə izləri olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 avqust 2021-ci il tarixli, 402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol baldır nahiyənin aşağı 1/3 hissəsinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, yıxılma nəticəsində törənə bilər və qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2153 saylı rəyindən görünür ki, psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeydə alınmamış, onda xasiyyətin isterik cizgiləri müəyyən edilmiş, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac olmamış, əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür və onunla istintaq hərəkətinin aparılması mümkündür. Psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilmiş, onda qıcığa qarşı həssaslıq, nümayişkaranəlik, eqosentrizm, ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik, öz yaşantılarını dramatik tərzdə çatdırmaq kimi xarakterik xüsusiyyətlərə malikdir, emosional halından aslı hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, cinayət əməlini törədərkən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə zamanı davranışının psixoloji motivi fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar olmuş və cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 17 sentyabr 2021ci il tarixli 451/2021-MTKŞ saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus xalat üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 630/2021-MTBŞ saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus xalat üzərində hər hansı qanabənzər ləkə aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 18 saylı rəyindən görünür ki, 2020-ci il təvəllüdlü X5 ölümünə səbəb suda boğulma nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya olmuş, ilkin meyt əlamətlərinə görə ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 5-7 saat əvvəl baş vermiş, meyitin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində xəsarətin hər hanası bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin 13 oktyabr 2021-ci il tarixli, 140- 2224-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq xx.xx.2021-ci ildə hadisədən bir neçə dəqiqə əvvəl qucağında azyaşlı uşaqla İsmətli kəndinin ərazisindən keçən su kanalından kəndin mərkəzi asfalt yoluna çıxarkən İsmətli kənd sakini Şahid1 görmüş, bundan bir neçə dəqiqə sonra onu yenidən Şahid3, Şahid1 və Şahid2 onun kəndin mərkəzi asfalt yolunun altından keçən iri həcimli beton borunun içində əyləşdiyini görüb ondan qucağında olan uşağın harda olduğunu soruşduqda onlara uşağı gizlətdiyini bildirmiş, uşağı suya atdığını bildirmədiyi üçün həmin şəxslər uşağı kanalın ətrafında kol-kosun və yolğunluğun içində axtarmağa başlamışlar. Gülər səhər tezdən saat 06 radələrində azyaşlı övladını götürərək heç kəsə heç bir söz demədən evdən çıxmış, həmin vaxt onun evdən çıxdığını ailə üzvləri, yaxın qonşuları və kənd sakinlərindən kimsə görməmişdir. Hadisə baş verən gün və ondan əvvəlki günlər Təqsirləndirilən şəxs ilə nə qayınatası Şahid4 və nə də onun ailə üzvləri arasında hər hansı bir söz-söhbət, mübahisə, münaqişə və dava-dalaş baş verməmiş, onların biri-birləri ilə heç bir ədavət və düşəınçilikləri olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə borcu olmamış, həmçinin başqa bir şəxslə düşmənçiliyi və ədavəti olduğu müəyyən edilməmişdir. Onun yaxın qohumlarının, tanışlarının, eləcə də digər şəxslərin hadisə barəsində əvvəlcədən məlumatları olmamış, hər hansı bir şəxsə əvvəllər belə bir niyyətinin istəyinin olduğunu bildirməmiş və bu barədə heç kəslə söhbət etməmişdir. Gülərin, qayınatası Şahid4, həmçinin onun ailə üzvlərinin biri-birləri, qohumları, qonşuları və yaxınlıq etdikləri şəxslərə olan münasibətləri normal olmuş, aralarında heç bir narazıçılıq olmamışdır. Ona qarşı hər hansı bir şəxs tərəfindən zorakı hərəkətlərə yol verilməsi, kiminsə onunla amansız rəftar etməsi, layaqətini mütamadi və daimi olaraq alçaltması, hədə-qorxu gəlməsi, onu özünü öldürmə həddinə çatdırması hallarına rast gəlinməmiş, belə bir halların baş verdiyi müəyyən edilməmiş. Gülər əvvəllər özünü öldürməyə cəhd etməmiş, həmçinin belə bir hal baş verməmişdir. Hadisə baş verən gün və ondan əvvəlki günlər Gülərlə qayınatası Şahid4 arasında hər hansı bir dava-dalaş, mübahisə, münaqişə baş verməmiş, onun Şahid4 tərəfindən hər hansı bir zorakılığa məruz qalaraq döyüləməsi halları müəyyən edilməmiş, belə halların olmasını hər hansı bir qohum-qonşu və kənar bir şəxs təsdiq etməmişdir. Gülər həmin cinayəti özü öz istəyi ilə etmiş, buna onu heç kəs vadar və təhrik etməmiş, onda hər hansı bir ruhi və əsəb xəstəliyin olması, psixi xəstəlikdən əziyyət çəkib-çəkməməsi halları müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının 21 avqust 2021-ci il tarixli, 514 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 həmin xəstəxanada qeydiyyatda olmamışlar. İş materiallarına əlavə edilmiş Respublika Psixiatriya Xəstəxanası X17 xx.xx.2021-ci il tarixli, 7061 saylı məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. xx.xx.1994-cü il təvəllüdlü Şahid5 arxiv məlumatına görə xx.xx.2012-ci il tarixdə SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 131 nömrəli göndərişi ilə xəstəxanada stasionar müayinədə olmuş və xx.xx.2012-ci ildə Hərbi Həkim Komissiyasına təqdim olunaraq həmin tarixdə evə yazılmışdır. İş materiallarına əlavə edilmiş Salyan rayonlararası Psixiatriya xəstəxanasının 31 avqust 2021-ci il tarixli, 229 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 həmin xəstəxanada qeydiyyatda olmamışlar. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın 28 sentyabr 2021-ci il tarixli, 3182 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Şahid5 və Nəzərov X11 RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatında olmamışlar və hər hansı bir xəstəliklə bağlı müraciət etməmişlər. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Biləsuvar RMX-na müraciət etməmişdir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınan və zərər çəkmiş şəxs X7 məxsus 01 ədəd pambıq materialdan hazırlanmış çiyinləri mavi və səthi ağ rəngli qarşında rəngarəng yazıları olan qısa qollu köynək, 01 ədəd pambıq materialdan ibarət tünd göy rəngli şortik, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd üzərində qırmızı-ağ güllü, çiyinlərində, həmçinin ətəyində bozumtul qəhvəyi rəngli naxışı olan ev xalatı Biləsuvar rayon prokurorluğunda saxlanılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli sonuncunun məhkəməyədək icraat zamanı verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici ifadələri, eləcə də ekspertiza rəyləri, əməliyyat məlumatları, həmçinin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 13-cü bəndini də nəzərə alır. Həmin qərarın 13-cü bəndinin izahına görə CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Cinayət qanunvericiliyinin izahına əsasən “ağırlaşdırıcı halda qəsdən öldürmə” cinayət əməlləri cinayətlərin təsnifatına və ya Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən “xüsusilə ağır cinayət” hesab olunurlar. Təqsirləndirilən şəxs istinad edilən əməl də “xüsusilə ağır cinayət” hesab edilir. Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi və ya onun şərti məhkum olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, İmanzadə X9 rayonunun Nəsimi kəndində ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birgə rayonun İsmətli kəndində yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun qadın olmaqla məhkəməyədək icraat zamanı təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 14 avqust 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Biləsuvar rayon məhkəməsinin 15 avqust 2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 14 avqust 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunda saxlanılan və zərər çəkmiş şəxs X7 məxsus 01 ədəd pambıq materialdan hazırlanmış çiyinləri mavi və səthi ağ rəngli qarşında rəngarəng yazıları olan qısa qollu köynək, 01 ədəd pambıq materialdan ibarət tünd göy rəngli şortik, eləcə də Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd üzərində qırmızı-ağ güllü, çiyinlərində, ətəyində bozumtul qəhvəyi rəngli naxışı olan ev xalatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu gündən, yəni – 14 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunda saxlanılan və zərər çəkmiş şəxs X7 məxsus 01 ədəd pambıq materialdan hazırlanmış çiyinləri mavi və səthi ağ rəngli qarşında rəngarəng yazıları olan qısa qollu köynək, 01 ədəd pambıq materialdan ibarət tünd göy rəngli şortik, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd üzərində qırmızı-ağ güllü, çiyinlərində, ətəyində bozumtul qəhvəyi rəngli naxışı olan ev xalatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Cəlil Nəbiyev İlkin Abdullayev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-55/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-55/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver