Məhkəmə qərarları › İş №1(099)-55/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-55/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-55/2023 02.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1985-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayından 24 iyul 2022-ci il tarixə kimi olan dövr ərzində müxtəlif vaxtlarda yaşadığı ünvan 3 nömrəli evdə başqa şəxslərin olmadığı vaxtlarda öz övladı, aşkar surətdə on dörd yaşına çatmayan - xx.xx.2009-cu il təvəllüdlü övladı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən, yəni azyaşlı olduğuna görə barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamasından, habelə müqavimət göstərmək imkanında olmamasından istifadə edərək, cinsi orqanını onun ağzına salmaqla, qıçlarının arasına, xarici cinsiyyət orqanlarına sürtməklə, habelə, əlini onun xarici cinsiyyət orqanlarına toxunduraraq barmağı ilə sürtməklə, barmağını anal dəliyinə salmaqla cinsi ehtirasını pozğun formada təmin edərək təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə Qanuni nümayəndə ilə ailə qurmuşdur. Doğma qızı Zərərçəkmiş şəxs xx xxxxxx 2009cu ildə, digər qızı Zeynəb Səfərova 2010-cu ildə anadan olmuşlar. Arvadı İlhamə, qızları Nəzrin və Zeynəb, qaynanası Balacaxanım və baldızı Şahid ilə birlikdə qaynanasına məxsus Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 102 saylı evdə yaşamışlar. Arvadı İlhamə ilə qısqanclıq zəminində ailə problemləri olduğuna görə dəfələrlə aralarında mübahisələri olduğundan arvadı İlhamə ondan qisas almaq üçün baldızı Gözəl ilə əlbir olub onun başına bu oyunu açmışlar ki, guya qızı Nəzrinə qarşı dəfələrlə nalayiq, seksual xarakterli hərəkətlər etmişdir. Qızı Nəzrinlə arasında olan söhbətə dair səs yazısı zamanı sərxoş vəziyətdə olmuşdur, səs yazısı yazılan vaxt Nəzrinlə eyni otaqda olmamışdır. Qızı Nəzrinə qarşı qeyri əxlaqi və seksual xarakterli heç bir hərəkət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində CM-nin 150.3.3-cü maddəsilə özünü təqsirli bilərək göstərmişdir ki, özündən asılı olmayaraq qızı Nəzrinə qarşı sevgisi yaranmış,onu öz qızı kimi deyil, başqa bir qadın kimi sevməyə başlamış, təxminən bir il əvvəl evdə qızı Nəzrinlə tək olarkən cinsi ehtirasını təmin etmək üçün onun paltarlarını soyundurmaq istəsə də, Nəzrin buna etiraz etmiş, qızını şirin sözlərə sakitləşdirib onu çox istədiyini demişdir. Sonra özü də soyunmuş, Nəzrinin ayaqlarını aralamış, gərginləşdirilmiş cinsiyyət orqanını qızının cinsiyyət orqanına sürtüb öz cinsiyyət orqanından ifraz olunan spermanı silib dəsmalı zibilliyə tullamış, Nəzrinə də demişdir ki, onu çox istəyir və çox istədiyindən belə edir. Nəzrinə tapşırmışdır ki, bu barədə heç kimə bir söz deməsin. Bundan sonra müxtəlif vaxtlarda, mütəmadi olaraq, yəni bəzən 5-10 gündən bir, bəzən də bir aydan bir fürsət düşəndə, Nəzrinlə təklikdə olanda onunla bu formada seksual xarakterli hərəkətlər edərək cinsi ehtirasını təmin etmişdir. Arvadı İlhamə ilə birlikdə həmin həyətdə yardımçı tikilidə yaşamış, uşaqları, baldızı və qaynanası isə həmin həyətdəki başqa evdə yaşamışdır. Sonuncu dəfə 24 iyul 2022-ci il tarixdə saat 09 radələrində həyətdəki balaca evdə olduğu zaman qızı Nəzrin həmin otağa gəlib anasının xırda pul istədiyini demişdir. Fürsətdən istifadə edib həmin vaxtı Nəzrini yenə də şirin dillə danışdırmış və onu tutaraq dodağından öpməyə başlamış, ehtiraslanmışdır. Nəzrin ona «belə eləmə, mən istəmirəm. Mən sənin qızınam. Mən artıq böyümüşəm. Əvvəl balaca idim, bilmirdim. İndi axı böyümüşəm» sözlərini demişdir. O, da Nəzrinə bir dəfə də “olmağı”, daha sonra olmayacağını, onu çox istədiyini, onsuz qala bilmədiyini demişdir. Nəzrini qucaqlayıb öpmüş, Nəzrin isə etiraz edərək, namaz qıldığını ona demişdir. Nəzrinə «yaxşı, onda sən xəstələnəndə, yəni aybaşı olan vaxtı bir dəfə olarıq. Daha sonra bununla da qurtaracaq» demiş, Nəzrin də ona məcbur olub «yaxşı» deyə cavab vermişdir. Bundan sonra Nəzrin ondan aralanaraq çıxıb getmək istədiyini bildirdikdə Nəzrinə anasına çatdırmaq üçün xırda pul vermiş və Nəzrin çıxıb getmişdir. İstintaqa təqdim edilmiş səs yazılarına qulaq asmış, həmin səs yazısı həqiqətən də 24 iyul 2022-ci il tarixdə saat 09 radələrində öz yaşadığı evdə qızı Zərərçəkmiş şəxs ilə onun arasında olan söhbət zamanı qeydə alınmışdır. Həmin səs yazısındakı kişi səsi onun səsidir, qız səsi də qızı Nəzrinin səsidir. Həqiqətən də, həmin vaxtı qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Lakin Nəzrin etiraz edərək çıxıb getdiyi üçün onun hərəkətləri yarımçıq qalmışdır. Həmişə qızı Nəzrinə qarşı belə seksual xarakterli hərəkətlər edərkən bu hərəkətlərinin səhv hərəkət olduğunu başa düşmüş, lakin özü ilə bacara bilməmiş, bu hərəkətləri özündən asılı olmayaraq davam etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Atası Daşqın, anası İlhamə, bacısı Zeynəb, xalası Gözəl və nənəsi Balacaxanım ilə birlikdə nənəsinə məxsus ünvan 3 ünvanında yerləşən evdə yaşayırlar. Özü orta məktəbdə 8-ci sinifdə oxuyur. İlk dəfə 6 (altı) yaşı olanda, 2015-ci ilin avqust ayında otaqda başqa adam olmayan vaxtı bir dəfə atası Daşqın onu öz yatağına çağırmış, onu qucaqlayaraq öpmüş və yorğanın altında öz cinsi orqanını onun ağzına salıbçıxartmışdır. Atasının bu hərəkətin mənasının nə olduğunu həmin vaxtı başa düşməmişdir. Sonra atası ona demişdir ki, bu barədə heç kimə bir söz deməsin, əgər desə, onu da, anasını da öldürəcəkdir. Qorxusundan bu barədə heç kimə bir söz deməmiş, müxtəlif vaxtlarda, evdə heç kim olmayanda atası Daşqın ona qarşı belə hərəkətləri təkrar etmiş, onu yanına çağırıb dodaqlarını soraraq öpmüş, onu soyundurmuş, öz cinsiyyət orqanını onun ağzına salıb çıxartmışdır. Sonra atası Daşqın əli ilə onun cinsiyyət orqanını sığallamış, cinsiyyət orqanının gərilmiş vəziyyətdə onun qıçlarının arasına, cinsi orqanına sürtmüş, atasının cinsiyyət orqanından ağ rəngli maye gəlmişdir. Atasının ona qarşı etdiyi bu hərəkətləri anlamamışdır. Sonralar isə atası özü bu hərəkətlərin mənasını ona başa salırmış, cinsi orqanların adlarını ona demiş, cinsiyyət orqanından gələn ağ rəngli mayenin sperma oluğunu ona demişdir. Onun spermasından iyrənmiş, atası isə ona «niyə iyrənirsən? Sən məndən əmələ gəlmisən, bundan əmələ gəlmisən» sözlərini deyirmiş. Atası Daşqın hər dəfə cinsiyyət orqanından gələn spermasını salfetka və ya dəsmalla silib tullamışdır. Atasının bu hərəkətlərindən xoşu gəlməmiş, dəfələrlə ona demişdir ki, bu hərəkətləri etməsin. Hər dəfə atası ona anasını və özünü öldürəcəyi ilə hədələyərək heç kimə bu barədə deməməsini tapşırmışdır. Xatırlamadığı tarixlərdə hər ay atası ona qarşı bu nalayiq hərəkətləri etmiş, son vaxtlar Daşqın öz barmağını onun arxa anal dəliyinə salıb çıxardırmış və bundan həzz alırdı. Atası ona «artıq böyümüsən, artıq səninlə əməlli-başlı cinsi əlaqədə olmağın vaxtıdır. Məhərrəmlik ayından sonra səninlə əsl cinsi əlaqədə olacağam» demişdir. Atası ona öz cinsiyyət orqanını onun cinsi orqanının içinə salıb çıxaracağını bildirirmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, sonuncu dəfə 06 iyul 2022ci il tarixdə atası ona qarşı həmin seksual xarakterli hərəkətləri etmişdir. Atasının hərəkətlərini dərk etdikdən sonra özünü öldürmək istəmiş, sonra bu fikirdən yayınmış və atasının bu əxlaqsız hərəkətlərini 08 iyul 2022-ci il tarixdə anasına danışmışdır. Anası onun danışdıqlarını eşitdikdə çox qorxmuş və qəzəblənərək şoka düşmüşdür. Bütün bunları bildikdən sonra anası onu təkcə heç yerə buraxmamışdır ki, atası ona qarşı nalayiq hərəkətlər etməsin. Anası ilə, atasının ona qarşı etdiyi bu hərəkətini sübut etmək üçün onun səsini telefonla yazmaq qərarına gəlmişlər. 24 iyul 2022-ci il tarixdə saat 09 radələrində atası olduğu otaqdan ayaqyoluna çıxanda mobil telefonun diktofonunu işlək vəziyyətdə qoyub, atasının yatdığı həyətdəki balaca bir otaqlı evə girib mobil telefonu orada gizlətmiş, sonra isə böyük evə gəlmişdir. Atasının ayaq yolundan çıxıb həmin otağa qayıtdığını görüb onun yanına gəlmiş və ona nənəsinin termosu, anasının isə xırda pul istədiyini demişdir. Tək qalmaqlarından istifadə edib atası onu tutub dodaqlarından öpərək soyundurmağa başlamış, atasının bu hərəkətinə etiraz edərək «burax, istəmirəm. Məni incitmə. Mən sənin qızınam. Artıq böyümüşəm» deyə bildirmişdir. Atası isə ondan əl çəkməyərək onunla bir dəfə “olacağını”, daha sonra əl çəkəcəyini demişdir. Cavabında atasına “namaz qılıram, əvvəllər də belə demisən, amma əl çəkməmisən” demişdir. Atası isə «sən xəstələnəndə namaz qılmırsan ki? Sən xəstələnəndə bir dəfə də olarıq, daha sonra olmarıq» sözlərini demişdir. Birtəhər atasının əlindən çıxmış və evə getmişdir. Sonradan isə atası otaqdan çıxanda gedib telefonu götürmüşdür. Anası ilə birlikdə yoxlamışdır. Məlum olmuşdur ki, atasının ona qarşı etdiyi həmin hərəkətlərin səsi telefonunun diktofonu ilə yazılmışdır. Məhkəməyə təqdim olunmuş və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı İlhamənin doğma qızıdır, hamısı birlikdə ünvan 3 ünvanında anasının evində yaşayırlar. Həmin həyətdə bir böyük ev, bir balaca köhnə ev vardır. İlhamə əri Daşqın ilə birlikdə həmin balaca evdə qalırlar, uşaqları Nəzrin və Zeynəb isə onunla və anası ilə birlikdə həyətdəki böyük evdə yaşayırlar. 2022-ci ilin iyul ayının ortalarında bacısı İlhamə ona demişdir ki, Daşqın qızı Nəzrinə qarşı uzun müddətdir ki, əxlaqsız hərəkətlər edir. Yəni, Nəzrin altı yaşında olanda, Daşqın öz cinsiyyət orqanını onun ağzına salıbçıxartmış, sonra öz cinsiyyət orqanını Nəzrinin cinsiyyət orqanına sürtməklə öz cinsi ehtirasını pozğun formada təmin etmişdir. Nəzrinə də hədə-qorxu gəlmişdir ki, bu barədə kiməsə bir söz desə onu və anasını öldürəcəkdir. Nəzrin də qorxusundan bu barədə heç kimə məlumat verməmişdir. Çox pis vəziyyət alınmış və Nəzrini öz yanlarından təkcə heç yerə buraxmamışlar ki, Daşqın ona qarşı yenə də əxlaqsız hərəkətlər edə bilməsin. 24 iyul 2022-ci il tarixdə saat 09 radələrində Daşqın həyətdəki kiçik evdə yatağından durub həyətə, tualetə çıxanda Daşqının bu hərəkətini sübut etmək üçün diktofonu qoşulmuş vəziyyətdə mobil telefonu Daşqının qaldığı otaqda gizlətmişlər. Daşqın tualetdən otağa qayıdandan sonra Nəzrin təzədən termosu və xırda pul istəmək bəhanəsi ilə atasının yanına getmişdir. Bir neçə dəqiqədən sonra Nəzrin qayıdıb gəlmiş və bildirmişdir ki, Daşqın yenə də ona qarşı əxlaqsız hərəkətlər etmiş, o da Daşqının əlindən güclə çıxıb evə gəlmişdir. Daha sonra Daşqın həmin otaqdan çıxıb gedəndən sonra Nəzrin mobil telefonu götürüb gətirmiş, telefonu yoxlayan zaman məlum olmuşdur ki, Daşqının bacısı qızı Nəzrinə qarşı etdiyi həmin hərəkətlərin səsi telefonunun dikotofonu ilə yazılmışdır. Həmin səs yazısını da sonradan bacısı İlhamə istintaqa təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli 669 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Onun qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Aşkar edilən əlamətlər göstərilən şəraitdə yəni, həmin nahiyəyə özünün dediyi kimi uzun illər ərzində barmaq salmaq nəticəsində yarana bilməsi inkar olunmur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 avqust 2022-ci il tarixli 680 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 1984 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin həmin əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Hazırkı psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun əqli və intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur, çəkingənlik, az ünsiyyətçil olmaq, həssaslıq, konfliktə və mübahisəyə meyilli olmamaq, özünü psixoloji müdafiə etməkdə çətinlik çəkmək və.s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilər. Ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı psixi-emosional halında qorxu, həyəcan yaranmışdır. Zərərçəkmiş şəxs əqli və intellektual imkanları normaya uyğun olmaqla, gerilik əlamətləri aşkar olunmur, buna baxmayaraq o, hadisə zamanı fərdi-psixi xüsusiyyətləri (çəkingənlik,az ünsiyyətçil olmaq, həssaslıq, konfliktə və mübahisəyə meyilli olmamaq, özünü psixoloji müdafiə etməkdə çətinlik çəkmək və s.) və emosional halından (qorxu, həyəcan) asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Onda özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Həmçinin, onun başqalarının təsiri altında hərəkət etməyə və uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 01 avqust 2022-ci il tarixli 2031 №-li kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun öz qızına qarşı seksual xarakterli hərəkətindən ibarət olan cinsi yaxınlıq pedofiliya deyil, insest hesab olunmalıdır. İnsest yaxın qohumuna və yaxud hüquqi nöqteyi nəzərdən qohum hesab edilə bilən şəxsə qarşı seksual xarakterli yaxınlığın edilməsidir. İnsestuoz yaxınlıq hər zaman anlaqlı hesab edilməli olan bir hərəkətdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə birmənalı olaraq anlaqlı hesab edilməlidir. Xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışının tələblərinə görə, pedofiliya prepubertat və ya erkən pubertat yaşında olan uşaqlara (oğlanlara, qızlara və ya hər ikisinə) seksual meyilin üstün tutulmasıdır. Azyaşlı qız uşaqlarına qarşı edilən seksual xarakterli hərəkət heç də həmişə pedofillik kimi qiymətləndirilə bilməz, onun seksual davranışı pedofillik deyil, insestuoz davranışdır. O, hazırda barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. O, həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik, qıcığa qarşı həssaslıq, ünsiyyətçilik və.s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli və intellektual imkanları normaya uyğun olmaqla etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Onda başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materialarında olan məhkəmə-fonoskopik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 4/1180-4/1191 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim edilmiş bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi-Zərərçəkmiş şəxs məxsusdur. Təqdim edilmiş «Samsung Galaxy A10» markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, yarımçıq söz və ifadələr, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmamışdır. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 28 iyul 2022-ci il tarixli videogörüntülərə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Qanuni nümayəndə təqdim etdiyi «Samsung Galaxy A10» markalı mobil telefonda ardıcıllıqla - Mənim fayllarım - Audio-WhatsApp Business Audio- proqramlarına daxil olaraq sonuncu fayldakı bir ədəd səs yazısı vardır. Səs yazısı 16 dəqiqə 44 saniyə müddətindədir. Səs yazısının ilk əvvəlində 5 saniyə müddətində şappıltı səsləri gəlir. Sonra səs kəsilir. Tam sakitlik olur. Azyaşlı Zərərçəkmiş şəxs izah etmişdir ki, həmin səs mobil telefonu mikrofonun səsyazma proqramı işlək vəziyyətdə olmaqla otaqda gizlətməsi zamanı əmələ gələn şaqqıltı səsləridir. Daha sonra səslər kəsilir. Arabir bayırdan toyuq-cücə və sair səslər gəlir. 8 dəqiqə 58-ci saniyəsində ayaq səsləri və hərəkət səsləri gəlməyə başlayır. Kiminsə otağa daxil olması aydın olur. Sonra yenidən sakitlik yaranır və 9 dəqiqə 19-cu saniyədə qadının diksinməsi səsinə oxşayır. Daha sonra biri qadın səsli və biri kişi səsli olmaqla iki nəfər şəxsin danışığı vardır. Zərərçəkmiş şəxs izah edir ki, həmin danışıqlar onun özü ilə atası Təqsirləndirilən şəxs arasında olan danışıqlardır. Həmin danışıqların əvvəlində Nəzrin nənəsinin termosu istədiyini, daha sonra isə anasının xırda pul istədiyini deyir. Daha sonra onların arasında intim məzmunlu söhbət olur. Həmin söhbətin məzmunu belədir: Nəzrin: Ata, öpmə də, istəmirəm. (Daha sonra səslər kəsilir, bəzən Təqsirləndirilən şəxs eşidilməz dərəcədə pıçıltı səsləri gəlir). Ata. Burax da, day, istəmirəm, ata, day mən böyümüşəm də. - Daşqın: Bir dəfə, bir dəfə olaq. Nəzrin: Nə bir dəfə. Mən namaz qılıram, ey ata. Daşqın: (pıçıltı ilə) Bir dəfə olacayıq, qurtaracaq. Xəsətələnəcəksən ha. Xəstələnəndə namaz qılmıyacaqsan ki. Xəstələnəndə bir dəfə olarıq. Yaxşı? Nəzrin: Yox. Daşqın: Yaxşı? Nəzrin. Yox. Day mən böyümüşəm. Ata, uşaqlıqdan. Mən heç bilmirəm, neçə yaşım olardı. Onda uşaq idim. İndiki böyümüşəm. Daşqın: Bir dəfə, e, bir dəfə, olacıyıq, qurtardı. Nəzrin: Bir dəfə nədi (Ağlamsınır). İstəmirəm. Ata burax. (Bərkdən öpüş səsi eşidilir). Burax, day. İstəmirəm. Daşqın: Yaxşı? Nəzrin: Yox. Daşın: Bura gəl. Nəzrin:Hə. Daşqın: Bir dəfə, e, bir dəfə. Nəzrin: A, nə bir dəfə. Daşqın: (pıçıltı ilə). Yaxşı? Bura gəl. Nəzrin: Ata, day istəmirəm.Burax da, məni. Burax, eləmə. Daşqın: Ata söz verir sənə, bax qıldığın namaz haqqı. (Bərkdən öpüş səsi eşidilir). Nəzrin: Sən day neçə dəfə. Bu söz döyür e. Neçə dəfə deyibsən, eləmiyəciyik. Daşqın:Bir dəfə də olacıyıq day qurtardı. Nəzrin: Ata, belə eliyəndə nə olur ki. Daşqın: Bir dəfə olacıyıq, qurtardı. Nəzrin: Nolur ki, belə eliyəndə? Daşqın: Çünki sənsiz qala bilmirəm. Nəzrin: Mənsiz qala bilmirsən? Ata, mən sənin qızınam e. Ata böyümüşəm day. 13 yaşım var day. Day məni incitmə. Mən gedirəm. (Daşqının onu saxlaması və öpməsi səsləri eşidir). Ata, burax, day, burax. Day məni incitmə. Daşqın: Üstünü düzəlt. Daha sonra Daşqın səsini ucaldaraq adi səslə danışaraq onunla xudahafizləşir. Həmin vaxtı səs yazısının 12 dəqiqə 20-cı saniyəsidir. Məhkəmədə tədqiq edilmiş 20 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs qızının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiyi xüsusatı əyani olaraq göstərib atası Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətləri etdiyi yeri göstərmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı 28 iyul 2022-ci il tarixli ərizəsində Zərərçəkmiş şəxs öz qızı kimi deyil başqa bir qadın kimi sevdiyini, ona qarşı seksual xarakterli hərəkətlər etdiyini etiraf edərək və bu hərəkətlərin düzgün olmadığını başa düşdüyünü göstərmişdir. İş materiallarında olan 6 oktyabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 4-cü bəndinə əsasən Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs arasında olan səs yazılarının köçürüldüyü bir ədəd CD disk, habelə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs videogörüntülü dindirilən zaman qeydə alınmış həmin görüntüləri əks etdirən iki ədəd CD disklər maddi sübut kimi tanınmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2009-cu il təvəllüdlü Nəzrin adında və 28 fevral 2010-cu il təvəllüdlü Zeynəb adında qız övladları vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib öz müdafiəsi üçün dəlil gətirərək ifadələrində zərərçəkmiş şəxs - yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı seksul xarakterli zorakılıq hərəkətlər etmədiyini, arvadı Qanuni nümayəndə ilə qısqançılıq zəmnində daimi aralarında ailə problemləri və mübahisələri olduğundan sonuncu və baldızı Şahid tərəfindən şərləndiyini, ona böhtan atıldığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi bu xüsusatlara tənqidi yanaşaraq həmin ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqı başlandığı ilk gündən istintaq başa çatanadək müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlər etdiyini səmimi etiraf etmiş, həmin ifadələrində arvadı və baldızı tərəfindən ona qarşı şər atıldığı barədə hər hansı bir mülahizə irəli sürməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadələrində atası Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dəfələrlə 2015-ci ildən 2022-ci ilin iyul ayınadək olan dövr ərzində seksual xarakterli zorakılıq hərəkətlər etməsini israrla təsdiq etmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 1984 №-li rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə və uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Bundan başqa, iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs azyaşlı qızına qarşı etdiyi hərəkətlər insestuoz davranışdır, onda başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs azyaşlı qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməsi iş materiallarında olan mobil telefona baxış keçirmə haqqında protokolu və məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmayaraq hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxsin, şahidin ifadəsini, eskpertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliyini təsdiq edən mötəbər sübut hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi xüsusatları ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsini təqdim edərək sonuncunun qızı Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərə məruz qalmasına dair göstərdiklərinin böhtan olduğunu, buna görə də Daşqına bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, ərizədə göstərilən xüsusatlar Zərərçəkmiş şəxs, Şahid ifadələri, ekspertizanın rəyləri və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici məntiqli ifadələri ilə tam təkzib olunduğundan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsini mötəbər sübut növü kimi qəbul etmir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və yuxarıda qeyd olunanlar məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayətin təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsini CMnin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər etməsi) maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayət”lər anlayışına daxildir. Təqsirləndirilən şəxs doğma qızı - Zərərçəkmiş şəxs azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək pozğun formada cinsi ehtirasını təmin etmək məqsədi ilə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk etmiş və bunu arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirəlndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal olduğundan barəsində CM-nin 60.1-cı maddəsində nəzərdə tutulmuş müddəaları, yəni Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti onun təqsirləndirildiyi CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş “daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz” qaydaları tətbiq edilmir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 28 iyul 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 29 iyul 2022-ci il tarixdə CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 28 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd səs yazısı olan CD və dindirmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü iki ədəd CD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 iyul 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd səs yazısı olan CD və dindirmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü iki ədəd CD disklər cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar