Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-55/2024 18.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi-Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1973-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri, Füzuli küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-11,226 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 30 mart 2023-cü il tarixdə, saat 19 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Masallı şəhəri, Qarabağ küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibində olan “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə külli miqdarda-11,226 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, Masallı şəhəri, ünvan 1 ünvanda yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ona qarşı verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır və həmin ittihamda yazılanlar polis əməkdaşlarının ona qarşı şər və böhtanıdır. O, dini ibadətlə məşğul olmuş, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 29 mart 2023-cü il tarixdə, günorta saatlarında iki nəfər polis əməkdaşı yaşadığı evə gəlib onu rayon polis şöbəsinə aparmışlar. Onun nəyə görə polis şöbəsinə aparılmasını bilməmiş, polis şöbəsində ondan 28 mart 2023-cü il tarixdə harada olması soruşulmuş, o da səhər saatlarında qəbristanlığa getdiyini, oradan çıxıb şəhərdə parkda bir az gəzdikdən sonra evinə getdiyini bildirib izahat da yazıb vermiş, təxminən yarım saatdan sonra o, evinə buraxılmışdır. Həmin gün axşam saatlarında bir neçə polis əməkdaşı təkrarən onun evinə gəlib onu tutub rayon polis şöbəsinə aparmışlar. O, hansı səbəblərə görə tutulub polis şöbəsinə aparılmasını bilməmiş, polis şöbəsində bu barədə ona heç nə deyilməmiş və o, həmin gecəni polisdə qalmışdır. Səhərisi günü, yəni 30 mart 2023-cü il tarixdə polis şöbəsinin rəisinin müavini onu qəbul edib ona “sən tutulmalısan” demiş, lakin tutulmasının səbəbini ona izah etməmişdir. Həmin vaxt o, etiraz edib nəyə görə tutulmasını izah etmələrini bildirmiş, bundan sonra Nəsimi adlı polis əməkdaşı ona məxsus siqaret qutusunun içərisinə bir büküm narkotik maddəni qoyub həmin narkotk maddənin ona məxsus olmasını bildirmişdir. O, etiraz edib üzərində heç bir narkotik maddənin, həmçinin ona məxsus siqaret qutusunun da içərisində siqaret dənələrindən başqa heç nə olmadığını, təqdim olunan narkotik maddənin də ona məxsus olmadığını bildirmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarına yol verilməmiş, yalnız ona təqdim olunan narkotik maddənin özünə məxsus olmasını bildirməsi tələb olunmuş, o isə etiraz etmişdir. Bundan sonra bir qrup polis əməkdaşları vəkilin və iki nəfər hal şahidinin iştirakı ilə üzərində axtarış aparmışlar. Axtarış zamanı üzərində hər hansı qadağan olunmuş əşyalar, o cümlədən üzərində və ona məxsus qiqaret qutusunun içərisində narkotik maddələr aşkar olunmasa da, polis əməkdaşları stolun üzərinə qoyulmuş, bir az əvvəl Nəsimi adlı polis əməkdaşının içərisinə narkotik maddə qoyduğu siqaret qutusunun içərisində olan narkotik maddənin ona (Təqsirləndirilən şəxs) məxsus olmasını bildirmiş, o isə yenə də etiraz edib həmin siqaret qutusunda aşkar olunan narkotik maddənin ona məxsus olmadığını bildirmişdir. Ona aid olması deyilən maddənin nə olmasını bilməmiş, orada olan polis əməkdaşlarının deməsindən bilmişdir ki, siqaret qutusunun içərisinə qoyulan maddə narkotik madədir. Həmçinin o, tutulan vaxt Ramazan ayı olduğundan və “oruc” tutduğundan siqaret belə çəkməmişdir. Onun dediklərinə polis əməkdaşları məhəl qoymayaraq siqaret qutusunun içərisində aşkar olunmuş bir bükümdə narkotik maddənin ona məxsus olmasını bildirib qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. O, bu işlə bağlı ifadə verməmiş, ifadə verməkdən imtina etmiş, həmçinin işdə olan heç bir sənədi imzalamamış, onun adından ifadəsində nə yazılmasını bilməmiş və o, onun adından yazılmış sənədələri təsdiq etmir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə də məşğul olmamışdır. O, hesab edir ki, dini ibadətlə məşğul olduğundan, yəni dindar olduğu üçün polislər onu tutmuşdur. Ona görə də o, üzərində aşkar olunmuş narkotik maddə ilə (matamfetaminlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞnin əməkdaşıdır. 30 mart 2023-cü il tarixdə şöbənin NMB-nin əməliyyatçısı Şahid2 Masallı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 19 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Masallı şəhəri, Qarabağ küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Xalid Qurbanov tərəfindən vəkilin (müdafiəçinin) və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qısaqol gödəkcəsinin cibindən bir ədəd siqaret qutusunu təqdim etmiş və həmin qutunun içərisində bir bükümdə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təhqiqatçı şifahi qaydada Təqsirləndirilən şəxs sorğu-sual etsə də, Təqsirləndirilən şəxs heç bir cavab verməyib susmuşudur. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, yaşadığı evə getməmiş və o, iki dəfə deyil, bir dəfə Masallı şəhəri, Qarabağ küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi metamfetaminin mənbəyi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, həmin mənbəni, eləcə də Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını təsdiq edən faktları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid5 ibtidai istitaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 30 mart 2023-cü il tarixdə, axşam saatlarında o, Masallı RPŞ-nin əməkdaşlarının xahişi ilə polis şöbəsinin inzibati binasında Masallı şəhər sakini, Təqsirləndirilən şəxs kimi təqdim edilən şəxsin üzərində şəxsi axtarış aparılmasında hal şahidi kimi iştirak etmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs əynindəki qısaqol gödəkcəsinin sağ yan cibindən bir ədəd qapağı açıq vəziyyətdə olan siqaret qutusunu, gödəkcəsinin sol yuxarı yan cibindən bir ədəd eynək, iki ədəd istifadə olunmamış siqaret qutularını, solfetqaya bükülmüş iki ədəd protez dişləri, bir ədəd alışqanı və 7 ədəd solfetqa parçasını təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qapağı açıq vəziyyətdə olan siqaret qutusuna baxış keçirilən zaman həmin siqaret qutusunun içərisindən 07 ədəd siqaret və bir ədəd şəffaf rəngli sellofan bükülü və həmin bükülünün də içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Təhqiqatçı aşkar edilmiş maddəni nə vaxt, haradan, hansı məqsədlə əldə etməsi və üzərində daşıması barədə Təqsirləndirilən şəxs sual versə də, Təqsirləndirilən şəxs suallara cavab verməmişdir. Təhqiqatçı tərəfindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Orada olan şəxslər protokolu imzalasalar da, Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Keçən il (2023-cü ildə) xatırlamadığı tarixdə Masallı rayon sakini Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumat cinayət axtarış bölməsinin rəisi kimi ona məruzə olunmuş, o da Masallı RPŞ-nin rəisinə bu barədə məlumat verdikdən sonra əməliyyat-axtarış qrupu yaradılmış, daha sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs tutulub polis şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o, şəxsən iştirak etməmiş, həmin vaxt başqa yerdə olmuş, polis şöbəsinə qayıdandan sonra Təqsirləndirilən şəxs tutulmasını bilmişdir. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı da iştirak etməmişdir. Sonradan ona verilən məlumata əsasən Təqsirləndirilən şəxs üzəridə şəxsi axtarış zamanı siqaret qutusunun içərisindən narkotik maddə aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs məxsus siqaret qutusunun içərisinə narkotik maddə qoymamış, bununla bağlı Təqsirləndirilən şəxs dedikləri doğru deyil. İşdə olan, Masallı RPŞ-nin əməkdaşının 30 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və satışı məqsədi ilə narkotik maddələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 30 mart 2023-cü il tarixdə, saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Masalı şəhəri, Qarabağ küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X4 dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Masallı Rayon Məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 01 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 30 mart 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Xalid Qurbanov tərəfindən müdafiəçi Qəhrəman Əliyevin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qısaqol gödəkcənin cibindən üzərində “Prima” sözləri yazılmış siqaret qutusunu təqdm etmiş və həmin siqaret qutusunun içərisində bir bükümdə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini haradan əldə etməsi soruşulsa da, Təqsirləndirilən şəxs susaraq suallara cavab verməmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxsn aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və üzərində “Prima” sözləri yazılmış siqaret qutusu və içərisində olan siqaretlər ...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-11,226 qram olan ağ rəngli kristal formada olan maddə-metamfetamindir, 1 ədəd siqaret qutusunun üzərində narkotik vasitə hissəcikləri yoxdur. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 11,176 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 01 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 11,176 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları istisna olunmayır, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi xəstəxanasının narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Masallı RPŞ-nin 08 aprel 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni haradan və kimdən əldə etməsi, o cümlədən satması və ya satacağı barədə məlumatlar əldə edilməmişdir. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməs haqqında” 23 may 2023cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübut və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid4, Şahid3, Şahid5, Şahid6 və Şahid7 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni onun 30 mart 2023-cü il tarixdə yox, 29 mart 2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən evində tutub polis şöbəsinə aparılması və bir gün polis şöbəsində saxlanması, polis şöbəsində ona “sən tutulmalısan” deyilməsi və Nəsimi adlı polis əməkdaşının ona məxsus siqaret qutusunun içərisinə bir büküm narkotik maddə qoyub həmin narkotk maddənin ona məxsus olmasının bildirilməsi, daha sonra narkotik maddənin özünə məxsus olmasını bildirilməsinin ondan tələb olunması, tutulan vaxt üzərində heç bir narkotik maddənin, həm də siqaret qutusunun içərisində heç bir narkotik maddənin olmaması, axtarış zamanı üzərindən və siqaret qutusunun içərisindən narkotik maddələrin aşkar edilməməsi, təqdim olunan narkotik maddənin ona məxsus olmaması, ona aid olması deyilən maddənin nə olmasını bilməməsi, dini ibadətlə məşğul olduğu üçün tutulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4, Şahid3, Şahid5 və Şahid6 ifadələri (həmin şəxslər ifadələrində əməliyyat qrupun Təqsirləndirilən şəxs yaşadığı ünvana, yaşadığı evə getməməsi, Təqsirləndirilən şəxs iki dəfə deyil, bir dəfə Masallı şəhəri, Qarabağ küçəsində saxlanılıb polis şöbəsinə gətirilməsi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd siqaret qutusu və həmin siqaret qutusunun içərisindən bir bükümdə narkotik maddənin (psixotrop maddənin) aşkar olunmasını bildirmişlər), həmçinin Şahid7 ifadəsi (həmin ifadəsində o, Təqsirləndirilən şəxs saxlanmasında və üzərində şəxsi axtarışın keçirilməsində iştirak etmədiyini, Təqsirləndirilən şəxs məxsus siqaret qutusunun içərisinə narkotik maddə (psixotrop maddə) qoymadığını bildirmişdir), maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin və hal şahidlərinin iştirakı ilə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qısaqol gödəkcənin cibindən üzərində “Prima” sözləri yazılmış siqaret qutusunu təqdm etmiş və həmin siqaret qutusunun içərisində bir bükümdə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-11,226 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 30 mart 2023-cü il tarixdə, saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Masallı şəhəri, Qarabağ küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibində olan “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə külli miqdarda-11,226 qram metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş psixotrop maddə (metamfetamin) ona məxsus deyildir. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (o cümlədən polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlayıb daşıması barədə məlumat daxil olsa da, onun kiməsə narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 11,226 qram metamfetamin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetaminin miqdarı 11,226 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi psixotrop maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-11,226 qram metamfetamin əldə edib, saxlayıb üzərində daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında 30 mart 2023-cü il tarixdə, saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Masallı şəhəri, Qarabağ küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibində olan “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə külli miqdarda-11,226 qram metamfetamin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Masallı Rayon Məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 233, 315.2 və 324-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 09 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 05 aprel 2013-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Masallı RİHB-nın Masallı şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 10 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Füzuli küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Masallı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 11,176 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11,176 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-55/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-55/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver