Məhkəmə qərarları › İş №1(099)-55/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-55/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-55/2025 05.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Şərifov Elgün Ağayar oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən əsasssız itttiham olunmuş və ittiham aktının nəticə hissəsində qeyd olunmuşdur ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda -9,076 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2024-cü il tarixdə, saat 17:30-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, Nizami küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara Rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -9,076 qram olan psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 27 mart 2024-cü il tarixdə, günorta radələrində o, qardaşı X15 ilə birlikdə marketdə olan vaxt polis əməkdaşları onların evinə gələrək atasından onları maraqlanmış, ataları onların evdə olmadığını söylədikdə Şahid5 onları polis şöbəsində gözlədiyini, gəlmədikləri halda onları narkotiklə sənədləşdirib həbsə atdıracağını bildirmişdir. Onlar evə qayıtdıqdan təxminən 10 dəqiqə sonra polislər yenidən gəlmiş, polislərin qardaşı ilə onu axtardıqlarını bildikləri üçün qardaşı Rəşad Dadaşzadə ilə birlikdə o, evin damında gizlənmişdir, həmin vaxt atası polislərə yenə onların evdə olmadığını söylədikdə, atasını polis şöbəsinə aparmışlar. Onlar bu barədə əmisioğlu İbrahim Dadaşov, nənəsi Nəzifə Əliyevadan məlumat almışlar. Polis əməkdaşları sonra yenidən onların evinə gəlib qardaşı Rəşad Dadaşzadə ilə onu döyüb sürüyərək şöbəyə aparmış, bunu ev sakinləri, qonşular da görmüşdür. Şöbədə onları döyərək böyük qardaşları Ələkbərin harada olduğunu soruşmuşlar, onlar bilmədiklərini söyləsələr də bundan sonra təxmini yarım saat onları döymüş, qardaşı Rəşadın dırnağını çıxartmış, üzərlərinə narkotik vasitə qoyub onu ARCM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini, onun həbs olunmayacağını, ev dustaqlığı veriləcəyini bildirmişlər. O, əvvəl razılaşsa da, sonradan 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilə biləcəyini öyrənmiş və etiraz edərək imza atmayacağını söyləmişdir. Sonradan polislərin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış və videoçəkiliş zamanı onların təlimatlarına uyğun hərəkət etmişdir, polis əməkdaşları onu evinin damında saxlamışlar. Polislər təxmini 7-8 nəfər olmuşlar, həmin əməkdaşlar arasından Həsən, Fuad və Mircavad adlı əməkdaşları tanımışdır. Ona və qardaşı Rəşada fiziki zor göstərmişlər, onların saçlarını kəsmişlər, qardaşının ayaq dırnağını çıxarmışlar. Onların tutulmasına səbəb Astara RPŞ-nin əməliyyat üzrə müavini Şahid5 onların Türkiyədə yaşayan qardaşı Ələkbər Dadaşzadə ilə məsələsi olmuşdur. O, təcridxanada xəsarətləri ilə bağlı deməmişdir. Prokurorluqdan gəlib ondan izahat alınan vaxt göstərilən fiziki təsirlərlə bağlı onlara məlumat vermişdir, Şahid5 qardaşı Ələkbərə zəng edərək silahla çəkdirdiyi şəkillərini sosial şəbəkədən silməsini, əks halda atası və qardaşlarının ona görə əziyyət çəkəcəyi ilə bağlı onu hədələmişdir. Həmin səs yazısı ilə bağlı fonoskopik ekspertiza təyin edildikdən sonra, məhkəmə istintaqı dövründə təcridxanada baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin Fazil adlı əməkdaşı onunla görüşərək, vəkilindən imtina etməsi, fonoskopik ekspertizasısının nəticəsi ilə bağlı israr etməməsi, yoxsa valideynləri üçün pis olacağı barədə hədələmişdir, valideynlərinin ona görə əziyyət çəkməsini istəmir, əvvəllər bir neçə dəfə qurudulmuş marixuana istifadə etmiş, lakin, mütəmadi olmamışdır, asılılığı yoxdur, heç vaxt metamfetamin istifadə etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, “şüşə” adlanan psixotrop maddə olan metamfetamindən istifadə etmiş, 25 mart 2024-cü il tarixdə, günorta saatlarında yaşadığı evin yaxınlığında, küçədə piyada yeriyən zaman yol kənarında bir ədəd büküm görmüş, bükümün içərsinə baxdıqda, bükümün içərisində metamfetamin olduğunu görmüş, ətrafa baxmış, heç kimin onu görmədiyindən əmin olduqdan sonra metamfetamini cibinə salıb, oradan uzaqlaşmış, həmin gün metamfetamindən istifadə etmişdir. 27 mart 2024-cü il tarixdə, saat 17 radələrində qardaşı Rəşadla birlikdə evinin yaxınlığında piyada hərəkətdə olan zaman yanlarında avtomobil dayanmış, dərhal bir neçə nəfər şəxs avtomobildən düşüb, qaçaraq onlara yaxınlaşmış, ilk öncə nə baş verdiyini bilməmiş, onlar polis olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərlərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Polislərdən küçədə, yəni evinin yaxınlığında üzərində axtarış aparmamalarını xahiş etmiş, polislər onunla qardaşı Rəşadı polis şöbəsinə gətirmiş, şöbədə şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, bundan sonra müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış başlanan zaman ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməyi təklif edildiyindən o, əynində olan şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb, təqdim etmiş, sonra polislər üzərini axtarsalar da heç nə tapa bilməmiş, təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 9 qramdan bir qədər çox olduğu müəyyən edilmiş, bundan sonra 1 ədəd kağız zərfdə qeydlər aparılmış, təqdim etdiyi metamfetamin həmin zərfdə qablaşdırılmış, zərf möhürləndikdən sonra o, müdafiəçisi və axtarışda iştirak edən digər şəxslər zərfi imzalamışlar. Şəxsi axtarış yekunlaşdıqdan sonra protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini o, 25 mart 2024-cü il tarixdə, günorta saatlarında, yaşadığı evin yaxınlığında küçədən tapmışdır. Təxminən 3 aydır ki, şüşə, yəni metamfetamin çəkmiş, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Metamfetamini evdə qoyacağı təqdirdə ailə üzvləri görərmişlər deyə öz istifadəsi üçün üzərində saxlamışdır. (İ cild iş vər. 96-100) Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması, həmçinin, CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirilib ev dustaqlığına buraxılacağı ilə aldadılması nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Belə ki, qardaşı Rəşad Dadaşzadənin dırnağı çıxardıldığından o, qorxmuş, həmçinin, atası da hədə vasitəsi olaraq şöbədə saxlanılmış, onu da 234.1-ci maddə ilə rəsmiləşdiriləcəyinə inandırmışlar, başqa çıxış yolu olmadığını düşünüb təqdim edilən bütün sənədlərə qol çəkmiş, qətimkan tədbiri seçilərkən həqiqəti məhkəməyə deyə bilməmişdir. Sonda təqsirləndirilən şəxs narkoman olmadığını bildirərək, işinə düzgün baxılıb barəsində obyektiv və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 27 mart 2024-cü il tarixdə Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Təqsirləndirilən şəxs və X4 üzərində qanunsuz olaraq narkotik vasitələri daşıması və saxlamasında şübhəli olması barədə olmuşdur. Əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs və qardaşı yaşadığı küçənin yaxınlığında saxlanılaraq polis şöbəsinə aparılmış və şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır, şəxsi Nizami küçəsində saxlamışlar. O, narkotik vasitəni 2 gün əvvəl Astara şəhəri ərazisindən tapdığını söyləmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi polis əməkdaşlarının onun evinə getməsi, atasını saxlaması, ona qarşı fiziki zor tətbiq etməsi kimi hallar olmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 27 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs və qardaşı Rəşad həmin tarixdə yaşadığı küçənin yaxınlığında saxlanılaraq polis şöbəsinə aparılmış və orada olarkən Təqsirləndirilən şəxs üzərinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. O, həmin kütləni tapdığını bildirmişdir, əməliyyat narkotik vasitələrin istifadəsi və üzərində saxlanılması barədə olmuşdur, Təqsirləndirilən şəxs və qardaşı R.Dadaşzadəni eyni vaxta və eyni yerdə saxlamışlar, onların hər ikisi vəkillə təmin olunmuşdur. Şəxslərə qarşı hər hansı təzyiq göstərilməmişdir. Əməliyyat gündüz vaxtı keçirilmişdir, 3-4 nəfər polis əməkdaşı iştirak etmişdir, ***-***-**-** onun telefon nömrəsidir, həmin nömrədən Ümüdə zəng və mesaj yazmamışdır, kimin göndərməsi barədə məlumatı yoxdur, ola bilsin şöbədə hansısa əməkdaşa telefonunu vermiş, o zəng etmişdir, Miri deyilən şəxs polis əməkdaşı Mircavad İbrahimovdur, ola bilər ki, onun telefonundan Mircavad istifadə etmişdir, dəqiq xatırlamır, təqsirləndirilən şəxslə heç bir qərəzçiliyi olmamışdır, əvvəllər onu tanımışdır, onun qardaşı Alikin Şahid5 tərəfindən qardaşları ilə hədələnməsi barədə məlumatı yoxdur, internetdəki səs yazılarından məlumatı vardır. Şahid5 rəis müavini olmuşdur, onun işinə qarışa bilməzdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlamazdan əvvəl Ü.Dadaşov və ya onun qardaşı ilə əlaqə saxlamamışlar. Onlara qarşı zənglər edilməsi və mesajlar yazılması barədə məlumatı yoxdur. Şəxlərə qarşı zor tətbiq olunmamışdır. Onun atasını şöbədə görməmişdir. Ü.Dadaşovun qardaşı Alikin (Ələkbər Dadaşzadənin) Şahid5 tərəfindən qardaşları ilə hədələnməsi barədə məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulması ilə əməliyyat tədbirində iştirak etməmişdir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq göstərilməsi kimi hal olmamışdır. Sosial şəbəkələrdə yayılan Təqsirləndirilən şəxs qardaşına “Türkiyədən gəlməsən qardaşların sənə görə əziyyət çəkəcək” kimi hədələyici sözlər deməmişdir, həmin səs yazıları onun səsindən montajla hazırlanmışdır. ********** saylı mobil nömrə ona aid deyildir. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nənəsidir, bir evdə yaşayırlar, 27 mart 2024-cü il tarixdə günorta saatlarında evdə oturarkən polis əməkdaşları həyətə daxil olmuş, Rəşadla Ümidi döyərək şöbəyə aparmışlar, əməkdaşların sayı təxmini 5-6 nəfər olmuşdur. Ailə üzvlərinin yanında Ü.Dadaşov və qardaşı R.Dadaşova təzyiq göstərmişlər, uşaqları ataları Şükürü apardıqdan sonra evdən tutub aparmışlar, polis əməkdaşları gələndə gəlini və nəvələri evdə olmuşdur, evin damı var, evin damına adam çıxa bilir, polislər Rəşadla Ümidi axtarmışdır, polislər uşaqları tapa bilməyib əvvəlcə oğlu Şükürü aparmışlar, daha sonra gəlib nəvələri Ümüd və Rəşad Dadaşzadəni aparmışlar, polislər oğlu Şükürü aparanda uşaqlar evdə olmuş, qaçıb gizlənmişlər. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid X9 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu Ü.Dadaşov tutulmamışdan 5-6 ay əvvəl Türkiyədə yaşayan böyük oğlu silahla şəkil çəkdirdiyi üçün polis əməkdaşları onu saxlamışdır. Əməliyyatçılar Ü.Dadaşovu gətirmişlər və onun telefonundan digər oğlu ilə danışmışlar. Polis əməkdaşı Orxan səs yazısı göndərərək ona əgər Azərbaycana gəlməzsə, qardaşlarının ona görə əziyyət çəkəcəyini demişdir. 27 mart 2024-cü il tarixdə polis əməkdaşları onların həyətinə gələrək R.Dadaşov və Ü.Dadaşovun harada olduğunu soruşmuş və onları Şahid5 çağırdığını bildirmişlər. Evi axtarmışlar və tapa bilməyib getmişlər. Biraz vaxt keçdikdən sonra həyətə gəlib onun özünü şöbəyə aparmışlar. Orada Şahid5 ona əgər uşaqları gəlməzsə onun şöbədə qalacağını demişdir. Uşaqları gətirdikdən sonra axşam saat 11 radələrində onu evə buraxmışlar, Məmmədşahın bıçaqlanması uşaqların tutulmasından 3 gün əvvəl olmuşdur, ona polis şöbəsinə aparılma səbəbini Rəşadın Məmmədşahı bıçaqlaması olduğu bildirilmişdir, hadisə günü günorta 15 radələrində evinin həyətinə girmiş, həmin vaxtı polislər də gəlmişdir, onu təxminən saat 15 radələrində şöbəyə aparmışlar, uşaqları şöbəyə gətirəndə saat 16 radələri olmuşdur, istintaq dövründə heç bir orqana şikayət etməmiş, şikayət etməməsinin səbəbi özünün də tutulmasından qorxması olmuşdur, məhkəmə istintaqı dövründə Baş Prokurorun qəbulunda olmuşdur, ona şöbədə oğlu Rəşadın adam bıçaqladığına görə şöbəyə aparıldığı deyilmiş, narkotik barədə heç nə deyilməmişdir, onu oğlanlarından əvvəl şöbəyə aparmışdılar, Rəşadın cinayət işində şahid qismində ondan izahat almamışlar, yəni, onu həmin gün polis şöbəsinə aparmaqda məqsəd Rəşadın adam bıçaqlaması ilə bağlı yox, oğlanlarına təsir məqsədli olmuşdur, belə ki, Ümüd və Rəşad narkotiki boyunlarına götürəndən sonra onu buraxmışlar, uşaqlarının narkotik vasitə istifadə etməsini görməmişdir. Həmçinin, təkrarən əlavə şahid qismində dindirilməsi üçün dəvət olunan Şükür Dadaşzadə oğlunun xeyrinə ifadə verməkdən imtina etmiş, suallara cavab verməmiş, heç nə deyə bilməyəcəyini, ondan başqa heç nə soruşulmamasını xahiş etmiş, oğlu Təqsirləndirilən şəxs bəraət verilməməsini, təqsirli bilinərək aşağı həddə cəza təyin edilməsini təkidlə məhkəmədən xahiş etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur, onlar bir evdə yaşayırlar, polis əməkdaşları tərəfindən Ümüdə zənglər edilməsi və mesaj yazılmasından məlumatı var, belə ki, tutulduqları gün Ümidə 15 dəfə polisdən zəng gəlmiş və arxasınca “aç telefonu, Miridi” sms-i yazılmışdır, Ümüdün atasını aparanda Ümüd və Rəşad ikinci mərtəbədə olmuşlar, Ümüd və Rəşadın polislərdən gizlənmə səbəbini bilməmişdir, Ümüd polislərdən mesaj gəldikdən sonra polislərin onu aparmaq üçün gələcəklərini bilmiş, polis əməkdaşları Ümüdlə Rəşadın əl-qollarını bağlayaraq aparmışlar, polislər gələndə Ümüdlə Rəşad evin ikinci mərtəbəsində yerləşən damda gizlənmişdilər, Rəşad və Ümüdü apardıqdan sonra evdə o, nənəsi, qardaşı və əmisinin yoldaşı qalmışdır, əmisi Şükürü Ümüd və Rəşadı tapmadıqları üçün əvvəldən polis şöbəsinə aparmışdılar, bu səbəbdən onları aparanda əmisi Şükür evdə olmamışdır, polis əməkdaşları evə iki dəfə gəlmişlər, birinci dəfə gələndə onlar damda gizləndiyindən, Ümüdlə Rəşadı tapmayıb əmisi Şükürü aparmışlar, ikinci dəfə gələndə Ümüd və Rəşadı döyə-döyə maşına qoyub aparmışlar, Ümüd və Rəşadın polislərlə problemi olmamış, onların böyük qardaşı X12 RPŞ-nin keçmiş əməliyyat üzrə rəis müavini Şahid5la problemi olmuşdur. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Astara RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, 27 mart 2024-cü il tarixdə Məmmədşah adlı şəxsin bıçaqlanması ilə bağlı Ümüd və Rəşad Dadaşzadənin evinə getmiş, lakin, onlar evdə olmamışdır, evə şöbəyə dəvət etmək üçün getmişdir, tək getmişdir, evlərinə gedərkən Ümüdün ailə üzvlərinə və ya özlərinə zəng etməmişdir, Ümüdün qardaşı Ələkbəri rayon sakini kimi tanımışdır, Rəşadla Ümüdün evinə bir dəfə getmiş, Ümüdün atasını şöbəyə dəvət etmişdir, özü ilə aparmamış, gedib-getmədiyini bilmir, Ümüdün saxlanılmasında o, iştirak etməmişdir, Ümüdün qardaşı Ələkbərlə danışığın əks olunduğu digər səs yazısı ona aiddir, Şahid5 Ələkbər Dadaşzadə ilə telefon danışığından məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşsudur, Ümüd saxlanılan vaxt o, tək yaşamışdır, hadisə günü günorta saatlarında həyətə girəndə polis əməkdaşlarının kimisə axtardığını görmüş, kimi axtardıqlarını soruşmuş, lakin cavab verməmişlər. Bundan sonra, polis əməkdaşları Rəşadla Ümidin yaşadığı həyətə keçmiş və onları tutub sürüyərək aparmışlar, polislər Rəşadla Ümidi qarşı onun gözünün qarşısında döyərək aparmışlar, təxminən beş nəfər olardılar, polislərin hamısı onları döymüşdür, döyərək maşına mindirmişlər, onları niyə apardıqlarını bilməmişdir, həmin vaxt o, öz həyətində olmuşdur, belə ki, o, Ümidgillə çəpər qonşusudur, polis əməkdaşı Mircavad İbrahimovu tanıyır, hadisə günü Ümüdün saxlanılmasında Mircavad da olmuşdur, Şükürün aparılmasını görməmişdir, polislər Ümüd və Rəşadı düşürəndə o, həyətdə olmuşdur, o, həyətə gələndə polislərin onların həyətinə girdiyini görmüş, həmin vaxt saat günorta 15 radələri olmuşdur, Ümüdlə Rəşadı axtarmaq üçün onun da həyətinə girmişlər, həmin vaxt artıq Şükürü aparmışdılar, belə ki, o, həyətə girəndə Şükürün polislər tərəfindən aparıldığını eşitmişdir, Rəşadla Ümüdün evinə gəlib-gedəni rahat görə bilir, Mircavadın onlara tək gəldiyini görməmişdir, Şükürün niyə aparılmasını maraqlandıqda həyətdə ona Rəşadla Ümüd tapılana qədər Şükürün aparıldığı deyilmişdir, Şükür evə axşam qayıtmışdır, Ümüdgil aparılan vaxt həyətdə o, başqa qonşu və Ümüdün ailə üzvləri olmuşdur. Müdafiə tərəfinin vəsatətinə əsasən X4 barəsində olan cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş X6 elan olunmaqla tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qonşusudur, atası Şükür Dadaşzadə balıq tutandır, 27 mart 2024-cü il tarixdə, günorta radələrində onlara balıq almağa getmişdir, onlara çatanda polislərin uşaqları döyə-döyə aşağı saldığını, nənələrinin huşunu itirdiyini görmüşdür, nənələri Nəzifənin yanına gedib onun qayğısına qalmışdır, Ümüd və Rəşad Dadaşzadəni həyətdən 7 polis əməkdaşı çıxartmışlar, uşaqları apararkən saat 16-17 radələri olmuşdur, o, Şükürgilin həyətinə çatanda Ümüd və qardaşı Rəşad Dadaşzadəni artıq həyətə çıxartmışlar, Ümüd və qardaşı Rəşad Dadaşzadəni döyərək polis şöbəsinə aparmışlar, Rəşad özünü yerə atmış, onu qaldırıb aparmışlar, uşaqlar getmək istəməmiş, onları zorla aparmışlar, onları tutarkən polis əməkdaşları “adam vurulub” demişdir. Məhkəmənin öz təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid6 rəylə əlaqədar yaranmış suallara cavab olaraq bildirmişdir ki, AR ƏN MEM-in əlyazmalar və səslərin ekspertizaları şöbəsinin eksperti vəzifəsində işləyir, rəyin nəticə hissəsində qeyd olunan İV.İİİ bənddə qeyd olunan montaj əlamətləri dedikdə o nəzərdə turulur ki, diktorların səsində emosional dəyişiklik, fon səslərin kəskin dəyişməsi, səslərin qırılması mövcuddur, bu, ondan irəli gələ bilər ki, ola bilsin ki, səs yazısı daha uzun olmuş, lazım olmayan yerlər kəsilib çıxarılmışdır və ya təhqiramiz ifadələr səs siqnalı ilə montajlanmış, və ya səs əvvəlcə başqa proqramda yazılmış, daha sonra digər proqrama köçürülmüşdür. Rəyin tədqiqi hissəsinin İV.İİİ bəndində qeyd edilmiş heç bir montaj əlaməti tədqiq olunanın (K1-Şahid5) səsindən mətnlər formalaşdırmanı ehtiva etmir, yəni, daha aydın deyilərsə, tədqiq olunan səs tamamilə Şahid5 dilindən deyilmiş sözlərdən ibarətdir, səslərdən mətn formalaşdırılması yoxdur. Bundan başqa, süni intellekt də montaj əlamətinə aiddir, məhkəmə tərəfindən sual qoyulmasından asılı olmayaraq ekspert hansı montaj əlamətini müəyyən edərsə, onu yazmalıdır, o cümlədən, süni intellektlə montaj da bura aiddir. Tədqiq olunanın səsində nə proqramla, nə də süni intellektlə səslərdən mətn formalaşdırılması yoxdur, səs yazısı Şahid5 məxsusdur. Həmçinin, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıdakı ilkin araşdırma materiallarında qeyd olunmuşdur: - xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs və X4 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur. (C-İ, i.v.6) - Astara RPŞ-nin əməliyyat üzrə rəis müavini Şahid5 tərəfindən xx.xx.2024-cü il tarixli Qərarla Təqsirləndirilən şəxs və X4 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, Astara Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı ilə həmin qərar qanuni və əsaslı hesab edilmişdir. (C-İ, i.v.07-08, 230-231) - «Şübhəli şəxsin tutulması haqqında» 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur .( C-İ, i.v.15) - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlədən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək çəkisinin 9,52 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün boş bir zərfdə qablaşdırılaraq DİN-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən, üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. ( C-İ, i.v 48-51) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 29 mart 2024-cü il tarixli, 68 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.( C-İ,i.v.88-89) - Astara Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 4(018)-21/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(C-İ,i.v.127-131) - Məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2024-cü il tarixli, 19/287 saylı rəyin nəticə hissəsindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -9,076 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. ( C-İ, i.v. 63-66) - Məhkəmə-narkoloji ekspertizasının 30 mart 2024-cü il tarixli, 309 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - X7 Opioidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. ( C-İ, i.v. 187) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 23 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (C-İ, i.v. 239) - Astara RİHB-nin İƏDN-dən verilmiş 23 may 2024-cü il tarixli, 630 və 631 nömrəli arayışlar və xasiyyətnamədən görününr ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında atası X18 və qardaşı X15 ilə birlikdə yaşamış, onun barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( C-İİ, i.v. 15-17) - «Sübutların qiymətləndirilməsi haqqında» 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 8,796 qram olan psixotrop maddə metamfetamin, həmçinin şəxsi axtarış istintaq hərəkətlərinin və təqsirləndirilən şəxs qismində dindirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. (C-İ, i.v. 232-234) Həmçinin, məhkəmə istintaqında əldə edilmiş aşağıdakı sübutlarla müəyyən edilmişdir : - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş "xxxx" MMC-dən daxil olmuş 10 mart 2025-ci il tarixli məktub və ona əlavə edilmiş disk, həmçinin, müdafiəçi tərəfindən təqdim edilmiş telefon məlumatlarına dair fotoşəkillərdən görünür ki, ***-***-**-** saylı mobil nömrə Şahid1 və ***-***-**-** saylı mobil telefon nömrəsi X4 adına qeydiyyatdan keçmişdir. Özünün bildirməsinə əsasən faktiki Təqsirləndirilən şəxs istifadəsində olan qardaşının adına olan ***-***-**-** saylı mobil telefon nömrəsinə Şahid1 məxsus (“əməliyyat tədbirində” iştirak etmişdir) ***-***-**-** saylı telefon nömrəsindən 27 mart 2024-cü il tarixdə 15 dəfə cavabsız zəng edilmiş, ardınca, saat 16:02-də “aç telefonu, Miridi” mesajı yazılmışdır. - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, həbs olunmadan əvvəl xəsarət almadığını bildirmiş, baxış zamanı döş qəfəsinin sol səthində, sol saidin ön səthində, sağ dizin içəri səthində köhnə çapıq toxuma aşkar edilmişdir. - Müdafiəçi tərəfindən təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan telefon danışığının səs yazısından görünür ki, özünü Astara RPŞ-nin əməliyyat üzrə rəis müavini kimi təqdim edən şəxslə Təqsirləndirilən şəxs qardaşı X10 arasında telefon danışığı olmuş, Şahid5 sonuncuya zəng etmişdir. Telefon danışğının ittihamın qiymətləndirilməsində əhəmiyyətli hissəsi aşağıdakı kimidir: (K1-Şahid5, K2-Ələkbər Dadaşzadə ) K1- Adım Orxandı, Astara əməliyyat üzrə rəis müaviniyəm..Sən gedəndə mən burda olmamışam, sən mən bura gələndən sonra getmisən Türkiyəyə..Orda o tip videoların hamısını silirsən.. Mənim çox şeyə ixtiyarım var..Qulaq as, sənin atan, qardaşın sənə görə əziyyət çəkməsin, bax, sənə deyirəm... K2- Mənə görə heç kim əziyyət çəkmiyəcək, mənim cinayətim varsa mən özüm gələrəm Azərbaycana, məni tutarsan... K1- Sən Astaralısan, mən əməliyyat üzrə müavinəm, sənə deyirəm ki, onları sil, məsləhətli yolu odu da bə..Bax, sənə deyirəm ki, bax sənin qardaşının 18 yaşı var, düzdü ? O da burda onsuz rahat durmur reallıqda, indi bir dəfə ona keçmişəm, hörmət eləmişəm, özü də bilir..amma bilirsən nətər, sən belə eliyəndə heç nə düz getmir orda.. K2- Sizin nəsə danışığınızda, elə bil siz öyrədilibsiniz, mənimlə prinsipə düşübsünüz K1- Eləmirsən, eləmə, özün bilərsən.. Həqiqətən özün də görəcəksən ki, gec oldu sən gələnə qədər. K2- Sənin sözün uje aydındı. Sən konkret şantaj eləyirsən..Ə, deməli, mənim problemim yoxdusa, mənim atamı, qardaşımı ora niyə aparıbsınız ? K1- Yox, mən sənin nömrəni bilmirəm axı, qardaşını, atanı çağırmalıyam ki, bunun nömrəsini deyin. K2- Gəlib evdə ala bilməzdilər ? bölməyə çağırmalıdırlar? K1- Yox, bə mən çağırmışam yanıma atanla həm də atanla bağlı söhbət eləyirəm ki, uşaqla danışın. K2- Bə mənim 18 yaşı təzə tamam olmuş qardaşımı nəyə aparıbsız ora ? o nə danışacaq mənim haqqımda sizə ? K1- İndi qardaşın da gəlib, qulaq as, qardaşın da burda, mənim yanımdadı...Qardaşın da var, yenə deyirəm, sabahları qardaşın da cinayət törətsə qardaşın da həbs olacaq. O demək döyül ki, sənin qardaşın da, mən səninlə danışmışam deyə, səsim səndədi deyə qardaşın nə vaxtsa cinayət törətsə həbs olunmaya. K2- Biri var ki, cinayət törədə, biri də var cinayət törətməyə, yəni, nahaqdan gedib danışıqdan onsuz sizə məlumdu K1- Nahaqdan heç kim tutulmur ki, sən bunu yaxşı bilirsən. K2- Yo, əlbəttə, sən yəni demək istəyirsən ki, mənim elədiyim şeyə görə mənim qardaşım cəza çəkəcək. Karoçi, sən kulturnu mənə dedin nə var nə yox. K1- Biri var sənə demək, biri də var kulturnu demək, özün də bilirsən ki, sənə kulturnu izah elədim K2- Ay sağol, sən kulturnu izah elədin ki, sənin elədiyin cinayətə görə sənin qardaşın cəza çəkə bilər, aydındır K1- Ümid edirəm ki, səni başa saldım, izah elədim ki, necə olur, nətər olur axırı, düzdü ? Cinayətkarlıqla bağlı şəkillərin var, məncə onları sil, başını aşağı sal.. - Müdafiə tərəfinin vəsatətinə əsasən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13 iyun 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə (1 saylı disk) olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K”1 kimi işarə olunmuş diktorun səsi və nitqi-Şahid5 məxsusdur. Diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda tədqiqi hissənin İV.İİİ bəndində qeyd olunan montaj əlamətləri aşkar edilmişdir. - Həmçinin, müdafiəçi tərəfindən təqdim edilmiş CD diskdə olan audioyazıdan görünür ki, təqsirləndirilən şəxsin qardaşı Ələkbər Dadaşzadə ilə Astara RPŞ-nin əməliyyat müvəkkili Mircavad İbrahimov arasında Təqsirləndirilən şəxs və Rəşad Dadaşzadə tutulduqdan sonra telefon danışığı olmuş, (Mircavad İbrahimov səsin ona məxsus olduğunu məhkəmədə etiraf etmişdir) danışığın mahiyyəti aşağıdakı kimidir: (Ə.D-Ələkbər Dadaşzadə, M.İ- Mircavad İbrahimov) Ə.D.- Adama pis təsir eləyir də, biri var sən adam bıçaqlayasan, biri də var, adam bıçaqlayasan, sənə narkotik yükləyirlər bölmədə M.İ- Yo,yo, mən o söhbətdə yoxam, mənim vəzifəm də ona çatmır ki, açıq sənə deyim, nəyisə bilim Ə.D- Mən demirəme sən nəyisə bilirsən, hər işin öz sirri var M.İ- Mənə dedilər ki, get filankəsi çağır, mən də getdim çağırdım Ə.D- Axır bunu çağıranda yoxlayıbsız üstünü, üstündə narkotiklə bölməyə aparmazsız ki, sən olubsan orda, sonra orda şey olub.. M.İ.- Yox idilər bunlar, sonra bunlar gediblər Ə.D- Yoxe, ikinci dəfə bandan düşürdəndə də axır bir yerdə olubsuz M.İ- Mən Şükürlə getdim, Şükürlə getdim, mən sonra gəldim, dedilər ki, bandadı Ə.D- Yoxe, üstündən mal çıxsa apara bilərlər onu ora? Özümüz bilirik də, uşaq deyilik ki, M.İ- Mən yalan danışaram, onun üstündən nə çıxıb, nə qədər çıxıb, mənim xəbərim yoxdur, mən məsələni bilmirəm axı, məni buraxmazlar axı yaxına, məni göndəriblər ki, get çağır, məni də həmişə göndərəndə deyiblər çağır, bu dəfə də demişəm ki, səni filankəs istəyir, mən də səni çağırmışam, nədi-nədi mən onu tanıyıram, ona görə. Ə.D- Allah köməyin olsun. - Müdafiəçi tərəfindən təqdim edilmiş X4 CM-in 228.4 və 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, Rəşad Dadaşzadənin sol ayağının İİ barmağında dırnaq sədəfinin hissəvi deformasiyası, nahamarlığı, nazikləşməsi və çökməsi aşkar edilmiş, palpasiya zamanı ağrılıdır, bu hal müxtəlif mənşə və mexanizmə malik olduğundan, həmçinin, xəsarətin obyektiv əlamətləri ilə müşayiət olunmadığından patogenezi, müddəti və şəraiti barədə fikir söyləmək mümkün deyil və sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, və şahidlərin ifadələrini məhkəmə istintaqı dövründə əldə edilmiş yazılı sübutları, digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları və aşağıda qeyd edilənlərə əsasən onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X33 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanunların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsin həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı həqiqətə uyğun olmayan, işin faktiki halları ilə uzlaşmayan ifadələr verilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı əldə edilmiş aşağıdakı sübutların təhlilindən görünür ki : - DVD-R diskdə olan və məhkəmə fonoskopik ekspertizasının rəyi ilə həqiqiliyi müəyyən edilmiş səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayan qardaşı X10 silahla şəkil çəkdirib sosial şəbəkəyə yerləşdirmiş, Astara RPŞ-nin sabiq əməliyyat üzrə rəis müavini Şahid5 sonuncuya zəng edərək həmin şəkilləri silməyini tələb etmiş, əks halda onu atası və qardaşlarının (Ümüd və Rəşad Dadaşzadə) ona görə əziyyət çəkəcəyi ilə dəfələrlə hədələmiş, bu məqsədlə onunla telefonla danışdığı anda belə Təqsirləndirilən şəxs və atası X26 RPŞ-nin inzibati ərazisinə gətirilmiş, Ələkbər Dadaşzadə şəkilləri silməyəcəyini bildirdikdən sonra Şahid5 Ələkbər Dadaşzadəyə ağıllı olmasını, o gələnədək gec olacağı, onu işin axırının necə olacağını izah etməsi ilə ilə hədələmişdir; - Əməliyyat müvəkkili Şahid1 məxsus və Təqsirləndirilən şəxs məxsus telefon məlumatlarından görünür ki, 27 mart 2024-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs və qardaşı Rəşad Dadaşzadəni axtarmış, bu məqsədlə polis əməkdaşı Şahid1 məxsus ***-***-**-** mobil nömrəsindən Rəşad Dadaşzadənin adına olan, faktiki Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə 15 dəfə zəng etmiş, arxasınca saat 16:02 radələrində “Aç telefonu, Miridi” mesajı göndərilmişdir; - Əlavə şahidlər İbrahim Dadaşov, Şükür Dadaşzadə və Nəzifə Əliyevanın ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs polislər tərəfindən axtarıldığını bildiyi üçün qardaşı Rəşad Dadaşzadə ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsində yerləşən damda bir neçə saat gizlənmiş, saat 3 radələrində atası Şükür Dadaşzadə polis əməkdaşı Mircavad İbrahimov tərəfindən Astara RPŞ-yə aparılmışdır; - Əlavə şahidlər təqsirləndirilən şəxslə birlikdə yaşayan əmisi oğlu İbrahim Dadaşov, nənəsi Nəzifə Əliyevanın, qonşular Polad Kərimov və Solmaz Əskərovanın ifadələrindən görünür ki, atası aparıldıqdan bir saat sonra, yəni, saat 16 radələrində onların gözü qarşısında Təqsirləndirilən şəxs və Rəşad Dadaşzadə gizləndikləri damdan zorla, polislər tərəfindən döyülə-döyülə düşürdülərək, polis maşınına mindirilib Astara RPŞ-yə aparılmışdır; - Əlavə şahid, polis əməkdaşı Mircavad İbrahimovla təqsirləndirilən şəxsin Türkiyədə yaşayan qardaşı Ələkbər Dadaşzadə arasındakı Təqsirləndirilən şəxs tutulduqdan sonra telefon danışığına dair diskdə olan səs yazısından görünür ki, X19 Dadaşzadənin çağırılması tapşırılmış, o, gedib təqsirləndirilən şəxsin atasını polis şöbəsinə aparmış, sonradan bilmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs və Rəşad Dadaşzadə evin damında olmuş, sonra polis əməkdaşları gedib onları gətirmişdir; - xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, Rəşad Dadaşzadənin sol ayağının İİ barmağında dırnaq sədəfinin hissəvi deformasiyası, nahamarlığı, nazikləşməsi və çökməsi aşkar edilmiş, palpasiya zamanı ağrılıdır, ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs biədəb formada saçları qırxılmışdır; - Şükür Dadaşzadənin ifadəsindən görünür ki, təqsirləndirilən şəxsin atası hədə vasitəsi kimi Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasına dair özünün əleyhinə ifadə verməyə razı olanadək polis şöbəsində saxlanılmışdır; - Təqsirləndirilən şəxs öz ifadəsindən görünür ki, narkotik vasitə üzərinə qoyulmuş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyi ilə aldadılaraq etirafedici ifadə verməyə məcbur edilmiş, polislərin diktə etdiyi formada izahat yazmışdır.

1. Odur ki, məhkəmə tərkibi məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən hesab edir ki, əməliyyat üzrə rəis müavini Şahid5 tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar obyektiv həqiqətdən tamamilə kənar olduğundan, qanunsuz hesab edilməli, həmçinin, xx.xx.2024-cü il tarixli Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş raport qeyd olunan qərarla birlikdə müvafiq işin qiymətləndirilməsində sübut kimi nəzərə alınmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, müvafiq qərarın qanuniliyini yoxlayan məhkəməyə işin həqiqi halları barədə məlumat verilməmiş, həqiqəti təhrif etmiş raport qərara əlavə edilmiş, məhkəmənin əməliyyat tədbirinin qanuniliyini yoxlamağa real imkanı olmamışdır. Bundan əlavə, əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərarda qanuniliyi yoxlanılması tələb olunan heç bir tədbir qeyd olunmamış, beləliklə də, əslində qərarın qanuniliyinin yoxlanılmasının heç bir maddi əsası olmamışdır. Belə ki, müvafiq qərarda göstərilən tədbirlərin heç biri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində qeyd olunmuş, məhkəmə tərəfindən qanuniliyi yoxlanılması tələb olunan heç bir tədbir növünə aid olmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin həmin qərarı iş üzrə ittiham sübutlarının qiymətləndirilməsində heç bir preyudisial əhəmiyyət daşımır. Beləliklə, məhkəmə tərkibi bir daha vurğulayır ki, əməliyyat üzrə rəis müavini Şahid5 tərəfindən qəbul edilmiş 27 mart 2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar, həmin tarixli raport və müvafiq qərarın qanuniliyinin yoxlanılmasına dair Astara Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı təqsirləndirilən şəxsə elan edilmiş ittihamın qiymətləndirilmsində sübut kimi nəzərə alına bilməz.

2. Cinayət işi üzrə şahid polis əməkdaşlarının ifadələri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşlarıdırlar və ona görə də onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin nəticələrində maraqlıdırlar. Onların maraqlılığı xüsusilə təqsirləndirilən şəxsin narkotik maddənin onun üzərinə polislər tərəfindən qoyulduğuna dair təqsirləndirilən şəxs tərəfindən iddia irəli sürülməsi şəraitində daha aydın görünür. Buna görə də məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları hazırki işdə maraqlı tərəfdir və iş materiallarında bu qədər ziddiyyətlərin olduğu bir şəraitdə onların ifadələri mötəbər ifadə kimi qəbul edilərək qiymətləndirilə bilməz. Hazırki cinayət işinin faktiki halları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cu il tarixli qərarında əks olunmuş işin faktiki halları ilə üst-üstə düşdüyündən məhkəmə tərkibi həmin presedent hüququnun müddəlarının hazırki işə tətbiq edilməsini ədalət mühakiməsinin maraqlarına uyğun hesab edir. Həmin qərarda qeyd edilir ki, “məhkəmə hesab edir ki, ərizəçiyə qarşı istifadə edilən əsas sübutun əldə olunduğu üsul onun etibarlılığına və mötəbərliliyinə şübhə yaratmışdı. Bu sübutların əhəmiyyətini nəzərə alaraq, Avropa Məhkəməsi hesab edir ki, ərizəçinin şəxsi axtarışı zamanı yol verilmiş prosessual pozuntular, axtarışın faktiki şərtləri ilə əlaqəli olmayan ziddiyyətli sübutlar, məhkəmə prosesslərində qeyri-adekvat məhkəmə araşdırması, ərizəçinin narkotik maddənin ona aid olmadığına dair iddialarını daxili məhkəmələrin kifayət qədər araşdırmaması, ittihamı təsdiq edən sübutların zəifliyi ərizəçinin məhkəmə araşdırmasını tamamilə ədalətsiz etmişdir. Buna görə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.” Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iş üzrə dindirilmiş şahidlər Şahid5, Şahid1, Şahid2, Şahid3, Şahid4 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. X1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin səs yazısının ona aid olması hissəsi iş materialları ilə uzlaşdığından mötəbər hesab olunmalı, qalan hissədə uzlaşmadığından, sübut kimi nəzərə alınmamalıdır.

3. Yuxarıda qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi həm də qeyd etməyi zəruri hesab edir ki, şəxsin ətrafında əməliyyat axtarış tədbirləri keçirilmədən, ittihamda qeyd olunan şəraitdə, saatda və yerdə polis şöbəsinə gətirilmədiyi tam təsdiq olunmasına əsasən, həmçinin, əgər hesab etsək ki, o, yaşadığı evin damından polislər tərəfindən zorla düşürdülərək, döyülə-döyülə polis şöbəsinə gətirilməmiş olsa belə, onun əməliyyat üzrə rəis müavinin qardaşı Ələkbərə onu, atasını və qardaşını qanunsuz həbs etdirəcəyi ilə bağlı hədələməsini daha əvvəldən bildiyi, həmçinin, həmin gün polis orqanı tərəfindən israrla axtarıldığını, təsir vasitəsi olaraq atasının polis şöbəsində saxlanıldığını, qardaşının iki gün əvvəl bıçaqlaşma hadisəsinə qarışdığını bildiyi halda heç nə olmamış kimi qardaşı ilə birlikdə üzərində şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda psixotrop maddəni qoyub küçədə gəzməsinin heç bir ağlabatan məntiqi izahı yoxdur. Lakin, iş materiallarından görünür ki, o, qanunsuz həbs olunacağı ilə bağlı əməliyyat üzrə rəis müavini Şahid5 real hədəsini bildiyi üçün əsassız cinayət təqibinə məruz qalmamaq üçün qardaşı ilə birlikdə yaşadığı evin damında saatlarla gizlənmişdir. Yaranmış şəraitdə, əgər həqiqətən də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı deməyə məcbur edildiyi kimi “iki gün əvvəl həmin miqdarda narkotik vasitəni əldə etmiş” olsaydı belə Şahid1 məxsus telefon nömrəsindən ona ilk zəng gəldiyi anda əgər həmin qanunsuz predmet üzərində olmuş olsaydı ilk olaraq onu üzərindən uzaqlaşdırar, və ya evində olmuş olsaydı onu polislərin tapa bilməyəcəyi məkana yerləşdirərdi. Ona üzərində olmuş olsaydı narkotik vasitəni atmağa cəmi bir saniyə, evdə olmuş olsaydı gizlətməyə bir neçə dəqiqə kifayət idi. Hər bir halda, yaranmış şəraitdə ittihamın həqiqətə uyğunsuzluğu təkzibedilməz sübutlar və ağlabatan mühakimə əsasında aşkardır.

4. Məhkəmə “şəxsi axtarış və götürmə” aparılması haqqında protokol və ona əlavə edilmiş videoçəkilişin sübuti əhəmiyyətliliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 16 radələrində Astara RPŞ-nin əməliyyat müvəkkilləri tərəfindən yaşadığı evin damından zor tətbiq edilərək düşürdülüb qardaşı Rəşad Dadaşzadə ilə birlikdə Astara RPŞ-yə aparılmış, orada 3 saat qanunsuz saxlanılarkən pis rəftara məruz qalmış, fiziki və psixi zorakılıq altında, həmçinin, aldatma nəticəsində özünün əleyhinə ifadə verməyə məcbur edilərək ona aidiyyəti olmayan psixotrop maddəni qəbul etmişdir. Məhkəmə tərkibi həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən polis şöbəsinə gətirilərkən üzərində qanunla qadağan olunmuş hər hansı maddə olsaydı, onun üzərində 3 saat sonra şəxsi axtarış aparılmasına ehtiyac qalmaz, gətirildikdən dərhal sonra sənədləşdirilərdi. Bu, özü bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində heç bir qanunsuz əşya olmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxminən ən azı 3 saat sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bundan başqa, şəxsi axtarış və götürmə istintaq hərəkətinə əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış 10 dəqiqə 18 saniyə, protokoldan görünür ki, 19:15-də başlanılıb, 19:30-da qurtarmış, yəni, 15 dəqiqə davam etmişdir. Qeyd olunanlara əsasən məhkəmədə tədqiq edilmiş və işdə olan «şəxsi axtarış keçirilməsi haqqında» 27 mart 2024-cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üstünün yoxlanılması isə cəmi 6 saniyə davam etmiş, əynində olan papaqlı jaketin qarşısı ümumiyyətlə açılmamış, altında başqa paltar, saxlanc yeri olub-olmaması, şübhəli şəxsin arxa cibləri yoxlanılmamış, şəxsi axtarış sürətlə, formal olaraq keçirilmiş, küçədə piyada gəzdiyi qeyd edilən şəxsin üzərindən yalnız 9.52 qram çəkidə psixotrop maddə “aşkar olunmuş”, həmin metamfetamini qəbul etmək üçün heç bir vasitə, pul, pul qabı, telefon, siqaret, alışqan, açar və ya digər heç bir predmet aşkar edilməmişdir. Bundan başqa, istintaq orqanı şəxsin narkotik vasitəni “əldə etdiyi” mənbəni müəyyən etmək, cinayət işi üzrə sübut əldə etmək, əlaqədar cinayət törədə biləcək şəxslərin dairəsini müəyyən edib ifşa etmək məqsədilə Təqsirləndirilən şəxs məxsus telefonu axtarmamış, bunlar da onu göstərir ki, yuxarıda qeyd edilən hallar istintaq orqanı üçün maraqlı olmamış, saxlanıldığı gün Təqsirləndirilən şəxs üzərindən 9.52 qram çəkidə psixotrop maddə “aşkar olunması” kifayət etmişdir. Hətta, istintaq sənədlərinə inanılsa belə, şəxsin tutulma vaxtının 17:30, şəxsi axtarışın başlanılma vaxtının 19:15 yazıldığı nəzərə alındıqda, ilkin təhqiqat sənədlərinə görə 1 saat 45 dəqiqədən sonra şəxsin üzərində şəxsi axtarış aparılmış, bu müddətin uzunluğu istintaq orqanı tərəfindən əsaslandırılmamışdır. Avropa Məhkəməsinin presedentlərinə, formalaşmış məhkəmə təcrübəsinə və ağlabatan mühakiməyə əsasən demək mümkündür ki, təkcə bu müddətin uzunluğu “sübutun” şəxsin üzərinə qoyulmasına yetərli olmuşdur. Məhkəmə tərkibi həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini formalaşdıran hərəkətlər formal xarakterli, yəni törədildiyi andan bitmiş hesab olunsa da təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin mənbəyini (yəni tərəfindən əldə edilməməsini, ona məxsus olmamasını) mübahisələndirdiyi müddətdə şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələri şəxsin təqsirliliyini sübut edən yeganə və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əks təqdirdə şəxsin məhkəmə qarşısına çıxarılmasına zərurət olmazdı. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Beləliklə, qeyd edilənlər Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmamasına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynindəki şalvarın sol yan cibindən” psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə şəxsin üzərində aparılmış “şəxsin axtarış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokolu obyektiv həqiqəti əks etdirmədiyindən, mötəbərliliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut növü kimi qəbul oluna bilmədiyindən, həmin sənədi etibarsız hesab edərək, sübut növü kimi qəbul etmir.

5. Məhkəmə tərkibi həmçinin, vurğulayır ki, yuxarıda qeyd olunan əsaslarla psixoloji hədənin davamı olaraq məhkəməyə qədər icraat dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi “etirafedici” ifadələrin mötəbərliliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin ifadələrlə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədə-qorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. İş materiallarından isə görünür ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ona elan edilmiş ittiham barədə hələ ibtidai istintaq dövründə bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermiş, gah narkotik vasitəni 2 gün əvvəl qardaşı ilə birlikdə gəzərkən Xəzər dənizinin sahilində yerdən tapıb qardaşı ilə birlikdə böldüyünü, bir qismini istifadə etdiyini, gah 4 gün əvvəl evinin yaxınlığından tək piyada hərəkətdə olarkən tapdığını, qardaşı ilə birlikdə tapmadığını, tutularkən qardaşı ilə birlikdə hərəkətdə olarkən onun üzərində narkotik vasitə olduğundan qardaşının, qardaşının üzərində narkotik vasitə olmağından onun xəbərinin olmadığını, şəxsi axtarış zamanı qardaşı ilə birlikdə Xəzər dənizinin sahilində tapdığını desə də, ifadənin yerində yoxlanılması zamanı evinin yaxınlığını göstərmiş, yaranmış ziddiyyət məhkəmə istintaqı zamanı aydınlaşdırılan zaman “polislər necə deyib, elə də ifadə vermişəm, haranı deyiblər, oranı göstərmişəm” cavabı vermişdir. İlkin izahatının qardaşının izahatından sözbəsöz, hətta müdafiəçisinin adına, hərf səhvlərinə qədər eyni olduğu nəzərə alındıqda, təqsirləndirilən şəxsin məhkəmədəki dəlilinin həqiqətə uyğunluğu aydın görünür. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həmçinin bu əsasa görədə mötəbər sübut kimi qəbul etmir, eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin döyülmə, hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınmasını təsdiq olunur. Bundan əlavə, iş üzrə məhkəmə-fonoskopik ekspertizasının təyin edilib rəyin məhkəməyə daxil olunması gözlənilən dövrdə təqsirləndirilən şəxsin baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin Fazil adlı əməkdaşı tərəfindən təcridxanada ona hədə-qorxu gəlinməsi, valideynləri ilə hədələnməsi, fonoskopik ekspertizadan və vəkilindən imtina etməli olması, əks halda atasının əziyyət çəkəcəyi ilə bağlı hədələndiyini bildirməsi, sonuncu məhkəmə iclaslarının birində ona bəraət verilməməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsini xahiş etməsi, belə ki, istintaqda da bu maddəyə razılıq verməsi, ondan başqa sual soruşulmamasını xahiş etməsi, tutulduğu gün üzərində psixotrop maddə olub-olmamasına dair suala kinayə ilə “elə deyirlər” deməsi, həmin iclasdan sonrakı iclasda əlavə şahid atası X3 məhkəmə istintaqı təzələndikdən sonra oğlunun xeyrinə ifadə verməkdən imtina etməsi, oğluna bəraət verilməməsini, aşağı həddə cəza təyin edilməsini təkidlə xahiş etməsi, ondan başqa sual soruşulmamasını xahiş etməsi, təqsirləndirilən şəxsin əmisi oğlu olan X8 həmin iclasda ifadə verməmək üçün məhkəmənin çağırışına gəlməməsi birlikdə nəzərə alındıqda təqsirləndirilən şəxsə qarşı psixoloji zorakılığın hələ də davam etdiyi aydın görünür, bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin tutulduğu gün üzərində psixotrop maddə olub-olmamasına dair suala kinayə ilə “elə deyirlər” deməsini səmimi ifadə kimi qəbul etmir, əksinə, onun tutulduğu vaxtdan yekun məhkəmə aktı qəbul edildiyi vaxtadək polis əməkdaşları tərəfindən hədə altında olduğunun dəqiqliyini müəyyən edir.

6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Bundan başqa, Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, birbiri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin polislər tərəfindən döyülərək evinin damından sürüyə-sürüyə düşürdülərək polis maşınına mindirilməsi şahid ifadələri ilə təsdiq olunmuş, Təqsirləndirilən şəxs evin damında gizlənməsi polis əməkdaşı Mircavad İbrahimovun səs yazısı ilə bir daha təsdiqlənmiş, X13 İbrahimov tərəfindən polis şöbəsinə aparılması, hədə vasitəsi kimi xx.xx.2027-ci il tarixdə saat 23 radələrinə qədər polis şöbəsində saxlanılması müəyyən olunmuş, Şükür Dadaşzadənin hansı səbəbdən polis şöbəsinə aparılmasına dair ittiham orqanı ağlabatan izah verə bilməmiş, təqsirləndirilən şəxs qardaşı Rəşadının polislər tərəfindən ayaq dırnağının çıxarıldığını, onun da qorxub narkotik vasitənin guya ona məxsus olması, küçədə piyada gəzərkən saxlanılmaları barədə etirafedici ifadə verdiyini, həmçinin, polislər tərəfindən qeyri-insani rəftara məruz qaldığını, şöbədə saçının qırxıldığını həbs qətimkan tədbiri seçilərkən, həmçinin, təcridxanaya da daxil olarkən qorxudan bu barədə bildirmədiyini qeyd etmişdir. Göründüyü kimi, Ümüd Dadşzadə pis rəftarın detallı təsvirini vermiş, onun bütün bildirdikləri məhkəmə istintaqında əldə edilmiş sübutlarla üst-üstə düşmüşdür. Belə ki, yuxarıda sadalananlardan əlavə, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, tutulduqdan 7 ay keçmiş olsa da, Rəşad Dadaşzadənin ayaq dırnağı palpasiya zamanı ağrılıdır, ittiham orqanı həmin deformasiyanın şəxsin istintaq təcridxanasında olarkən yaranmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan əlavə, şəxsi axtarışa dair videoçəkilişdən və ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs şöbəyə daxil olarkən saçları nisbətən uzun olmuş, ifadənin yerində yoxlanılması zamanı nizamsız, təhqiramiz formada kəsilmişdir. Sadalananlardan əlavə, Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, şəxs 27.xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Halbuki, Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs X20 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil). Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulması, barəsində Astara Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq onun 24 saatdan artıq X20 saxlanıla bilmədiyi halda 4 gün müddətində saxlanılması cinayət işinin materiallarına əsasən qaranlıq olaraq qalır, polis orqanı tərəfindən bununla bağlı hər hansı bir arqument irəli sürülməmişdir. Məhkəmə tərkibi polis orqanının Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan 6 gün, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 4 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, vaxtında polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir.

7. Məhkəmə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmış, müdafiəçinin Təqsirləndirilən şəxs hüquqlarının təmin edilməsində effektiv rolu olmamışdır. Belə ki, cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. Bundan başqa, cinayət işinin materiallarının 1-ci cild, 33-34-cü səhifəsində olan Təqsirləndirilən şəxs ilkin izahatı ilə 53-cü səhifəsində olan Rəşad Dadaşzadənin ilkin izahatının surətinin əlaqəli təhlilindən görünür ki, Təqsirləndirilən şəxs izahatı eyni ilə, hərf səhvlərinə qədər qardaşı Rəşad Dadaşzadənin izahatından köçürülmədir. Rəşad Dadaşzadənin üzərində şəxsi axtarışın saat 18:15-də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın 19:15-də aparıldığını nəzərə alındıqda, müəyyən edilir ki, əvvəlcə Rəşad Dadaşzadəyə izahatın məzmunu polislər tərəfindən diktə edilmiş, izahat yazıldıqdan sonra Təqsirləndirilən şəxs köçürülməsi üçün təqdim edilmiş, Təqsirləndirilən şəxs də sözbəsöz, qardaşı Rəşada diktə edilən izahatı üzündən köçürmüşdür. Belə ki, iş materiallarından görünür ki, Rəşad Dadaşzadənin vəkili Allahverən Əbilov olmuş, hətta Təqsirləndirilən şəxs onu belə izahatında üzündən köçürərək “otaqların birində videoçəkilişlə müdafiəçi Allahverən Əbilovun iştirakı ilə üzərimə şəxsi axtarış keçirildi” qeyd etmiş, həmin izahatı əslində təqsirləndirilən şəxsin öz müdafiəçisi olan Müdafiəçi1 imzalamış, izahatın sonunda bu barədə heç bir irad, qeydiyyat aparmamış, faktiki olaraq özünün yerinə başqa müdafiəçinin qeyd edildiyi izahatı oxumadan imzalamışdır. Bununla da, görünür ki, müdafiəçi ona təqdim edilən sənədi oxumadan imzalamış, təqsirləndirilən şəxsin müqəddəratına biganə yanaşmış, faktiki olaraq peşəkar hüquqi yardım göstərməmişdir.

8. Bundan başqa, cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür.

9. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. Bundan əlavə, məhkəmə istintaqında təqsirləndirilən şəxs suala cavab olaraq bildirmişdir ki, narkoloji yoxlama zamanı ondan qan və sidik nümunəsi götürülmüşdür. Lakin, müvafiq narkoloji ekspertiza rəyinin giriş hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sidik nümunəsində THC(-), AMP(+) aşkar olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsin narkotik vasitələrdən asılılığı qan nümunəsinə əsasən yox, sidik nümunəsinə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin ondan sidik nümunəsi götürüldüyü zamandan ötən 3 gün ərzində tamamilə polisin nəzarəti altında olduğu, 3 gün ərzində ancaq polis şöbəsində verilən qidanı qəbul etdiyi nəzərə alındıqda, məhkəmə hesab edir ki, həmin rəyə tənqidi yanaşılmalı, mövcud rəy təqsirləndirilən şəxsin təqsirini sübut edən sübut kimi nəzərə alınmamalıdır. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.

10. Nəhayət, cinayət işinin materiallarından görünür ki, iş üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və X4 qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsinə görə ayrıca cinayət işi ayrılsa da onun nəticəsi barədə məhkəməyə məlumat verilməmiş, eləcə də təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyəsində iştirakının sübuta yetirilməsi istiqamətində heç bir istintaq hərəkəti aparılmamışdır. Belə ki, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı “şalvarının sol yan cibindən çıxan” psixotrop maddədən başqa, üzərindən heç bir əşya, o cümlədən telefon çıxmamış, istintaq orqanı narkotik vasitənin mənbəyini müəyyən etmək, həmçinin, ehtimal daxilində şəxsin əlbir ola biləcəyi digər cinayət törətmiş şəxsləri ifşa etmək, həmçinin, daha ağır cinayətin əlamətlərinin mövcudluğunu müəyyən etmək məqsədilə telefonunun axtarışını təşkil etməmiş, ümumiyyətlə buna maraqlı olmamışdır. Halbuki, həmin telefona tutulduğu gün polis əməkdaşları tərəfindən 15 dəfə zəng edilmiş və sms yazılmışdır. “İrlandiyanın İngiltərəyə qarşı” işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayan qardaşı X10 silahla şəkil çəkdirib sosial şəbəkəyə yerləşdirmiş, Astara RPŞ-nin sabiq əməliyyat üzrə rəis müavini Şahid5 sonuncuya zəng edərək həmin şəkilləri silməyini tələb etmiş, əks halda onu atası və qardaşlarının (Ümüd və Rəşad Dadaşzadə) ona görə əziyyət çəkəcəyi ilə dəfələrlə hədələmiş, bu məqsədlə onunla telefonla danışdığı anda belə Təqsirləndirilən şəxs və atası X26 RPŞ-nin inzibati ərazisinə gətirilmiş, Ələkbər Dadaşzadə şəkilləri silməyəcəyini bildirdikdən sonra Şahid5 Ələkbər Dadaşzadəyə ağıllı olmasını, o gələnədək gec olacağı ilə hədələmiş, 27 mart 2024-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs və qardaşı Rəşad Dadaşzadəni axtarmış, bu məqsədlə polis əməkdaşı Şahid1 məxsus ***- ***-**-** mobil nömrəsindən Rəşad Dadaşzadənin adına olan, faktiki Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə 15 dəfə zəng etmiş, arxasınca saat 16:02 radələrində “Aç telefonu, Miridi” mesajı göndərilmiş, bu vaxta qədər Təqsirləndirilən şəxs polis tərəfindən axtarıldığını bildiyi üçün qardaşı Rəşad Dadaşzadə ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsində yerləşən damda bir neçə saat gizlənmiş, saat 15 radələrində atası Şükür Dadaşzadə polis əməkdaşı Mircavad İbrahimov tərəfindən Astara RPŞ-yə aparılmış, bundan bir saat sonra Şahid1 məxsus telefondan Təqsirləndirilən şəxs mesaj gəlmiş, elə həmin radələrdə, yəni, saat 16 radələrində qonşuların və evdə yaşayan qohumların gözü qarşısında Təqsirləndirilən şəxs və Rəşad Dadaşzadə gizləndikləri damdan zorla, polislər tərəfindən döyülə-döyülə düşürdülərək, polis maşınına mindirilib Astara RPŞ-yə aparılmış, orada onlara qarşı fiziki və psixi zorakılıq davam etmiş, atası Şükür Dadaşzadə hədə vasitəsi kimi Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasına dair özünün əleyhinə ifadə verməyə razı olanadək polis şöbəsində saxlanılmış, narkotik vasitə üzərinə qoyulmuş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyi ilə aldadılaraq etirafedici ifadə verməyə məcbur edilmiş, polislərin diktə etdiyi formada izahat yazmışdır. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, yaxın qohumları ilə bağlı hədəqorxu gəlməklə, onu CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirməklə aldatmaqla, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri yuxarıda qeyd edilənlərə əsasən sübuta yetirilməmiş, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliliyinə aradan qaldırılmayan şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci və 145.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ARCM-in 234.1-1-ci maddəsinə dair ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Həmçinin, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut kimi tanınaraq Astara Şəhər Rayon Polis Şöbəsində saxlanılan, 01(bir) ədəd bükümdə, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8.976 qram qram olan psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Eyni zamanda, bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarış keçirilməsi haqqında» protokola və təqsirləndirilən şəxsin dindirilməsinə dair protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat və məhkəmə-fonoskopik ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğdə ekspertiza xərci var və Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməli, həmin məbləğ dövlətə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 51-2, 344-349, 350, 350.4, 352-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat və 200 (iki yüz) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan 8,976 qram psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar