Məhkəmə qərarları › İş №1(099)-550/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-550/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-550/2024 25.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, vətəndaşlığı olmayan, subay, təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd şəffaf polietilen bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,925 qram qəhvəyi rəngli tozşəkilli, təmiz çəkisi 0,157 qram qəhvəyi rəngli tozşəkilli və təmiz çəkisi 0,490 qram tünd qəhvəyi rəngli bərkimiş, ümumi təmiz çəkisi 5,572 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 5 (beş) ədəd üzərində F/M40 yazısı həkk olunmuş, ümumilikdə təmiz çəkisi 0,2 qram olan xeyli miqdarda narkotik vasitə metadon həbini, 01 ədəd bükümdə təmiz çəkisi 0,680 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən 09 ədəd həb formasında ümumi çəkisi 2,7 qram olan preqabalin maddəsini əldə edib idarə etdiyi “Kia Rio” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq daşımış, 25 fevral 2024-cü il tarixdə, saat 09:30 radələrində Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində “Kia Rio” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş və həmin tarixdə, saat 12:05-də avtomobilinin videoçəkilişlə baxışı aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib avtomobilində saxlamaqla daşıdığı 03 ədəd şəffaf polietilen bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,925 qram qəhvəyi rəngli tozşəkilli, təmiz çəkisi 0,157 qram qəhvəyi rəngli tozşəkilli və təmiz çəkisi 0,490 qram tünd qəhvəyi rəngli bərkimiş, ümumi təmiz çəkisi 5,572 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 (beş) ədəd üzərində F/M40 yazısı həkk olunmuş, ümumilikdə təmiz çəkisi 0,2 qram olan xeyli miqdarda narkotik vasitə metadon həbi, 01 ədəd bükümdə təmiz çəkisi 0,680 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən 09 ədəd həb formasında ümumi çəkisi 2,7 qram olan preqabalin maddəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq əldə edib idarə etdiyi «Kia Rio» markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq tərəfindəki saxlanc yerində (bardaçokda) saxladığı 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı soyuq silah hesab olunan ov bıçağını 25 fevral 2024cü il tarixdə, gecə saatlarından Bakı şəhərindən Füzuli rayonu, Əhmədbəyli kəndinə qədər daşıyaraq gəzdirmiş, 25 fevral 2024-cü il tarixdə, saat 09:30 radələrində Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində “Kia Rio” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş və həmin tarixdə, saat 12:05-də avtomobilinin videoçəkiliş vasitəsilə baxışı aparılarkən qanunsuz olaraq əldə edib avtomobilin sağ qabaq tərəfindəki saxlanc yerində (bardaçokda) saxlayaraq daşımaqla gəzdirdiyi 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı soyuq silah hesab olunan ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəsini «İnstaqram» sosial şəbəkəsində onlayn vasitəsi ilə tanımadığı şəxslərdən alır. Özünə məxsus “Kia Rio” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtombili vardır. Ailəlidir, arvadı və iki azyaşlı uşağı vardır, ailəsi Fizuli rayonu Əhmədbəyli kəndində yaşayır. 25 fevral 2024-cü il tarixdə, gecə saat 03 radələrində “Kia Rio” markalı, **-HU-*** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonuna ailəsinin yanına gəlmək üçün Bakı şəhərindən yola çıxmışdır. Füzuli rayonuna çatanda saat 08 radələri olmuşdur. Füzuli rayonuna gəlməmişdər əvvəl müxtəlif vaxtlarda müxtəlif yerlərdən özü istifadəsi üçün heroin, metadon həblər və preqebalin tərkibli kapsul alaraq avtombilində saxlamışdır. Füzuli rayonuna çatdıqda Əhmədbəyli kəndində olduğu vaxt 2 nəqliyyat vasitəsi ilə onu saxlatmışlar. Həmin avtomobildən düşən şəxslər ona yaxınlaşaraq Füzuli rayon Polis Şöbəsinin əməkdaşları olduğunu söyləyib özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə istifadəsində olan “Kia Rio” markalı, **-HU-*** dövlət nömrə nişanlı avtomobilinə baxış və axtarış keçirilmiş, avtombilində saxladığı siqaret qutusunda olan narkotik vasitə, metadon həbləri, preqabalin kapsulu və metamfetamin aşkar olunmuşdur. Sonra aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüşdür. Oun avtombilindən aşkar olunmuş bükümlədə metamfetamin psixotrop maddəsi olmamış, həmin psixotrop maddəni o almamış, həmin psixotrop maddənin bükümlərin içərisindən aşkar olunmasından məlumatı yoxdur, digər narkotik vasitə və dərmanlar isə ona məxsus olmuşdur. Bundan başqa avtobilindən aşkar olunmuş 3 ədəd bıçaq ona məxsus olmuş, həmin bıçaqlardan meyvə dorğamaq üçün istifadə etmişdir. Avtombilindən aşkar olunmuş narkotik vasitə, metadon həbləri və preqabalin kapsulunu şəxsi istifadəsi üçün almış, satmaq fikri olmamışdır. Məhkəmədən himayəsində 2 azyaşlı uşaqlarının olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ziddiyyətli ifadəsinə “onun avtombilindən aşkar olunmuş bükümlədə metamfetamin psixotrop maddəsi olmamış, psixotrop maddənin bükümlərin içərisindən aşkar olunmasından məlumatı yoxdur” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. İş üzrə şahid qismində dindirilmiş Füzuli Rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobildə satış məqsədilə narkotik vasitə və psixotrop maddə daşıması barədə məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 09:30 radələrində Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində idarə etdiyi “Kia Rio” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Füzuli rayon Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, həmin vaxt onun üzərində qanunsuz hər hansı əşya və ya vasitə aşkar olunmamış, idarə etdiyi avtomobildə axtarış aparılarkən ona məxsus avtomobilin sükanın sol aşağı tərəfindən 2 ədəd “Winston” markalı siqaret qutusunda narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr, həmçinin həmin avtomobilin sağ qabaq tərəfində rəfdən (bardaçok) 2 ədəd açılıb qatlanan, avtomobilin qabaq sol ayaqaltından isə bir ədəd qatlanmayan bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan narkotik tərkibli maddələr elektron tərəzidə çəkilərək qablaşdırıldı. Bundan sonra bu barədə protokol tərtib olunmuş və o, da həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri sonuncu satış məqsədi ilə avtomobilində saxlayaraq daşımış, lakin həmin narkotik vasitə və psixotrop maddələri satacağı şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Füzuli rayon Polis şöbəsinin əməkdaşları Şahid4 və Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 fevral 2024-cü il tarixli 3-16-16/2-61124 nömrəli rəyindən görünür ki, 3(üç) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,925 qram qəhvəyi rəngli tozşəkilli, təmiz çəkisi 0,157 qram qəhvəyi rəngli tozşəkilli və təmiz çəkisi 0,490 qram tünd qəhvəyi rəngli bərkimiş, ümumi təmiz çəkisi 5,572 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,680 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı ümumi 5 (beş) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə metadon tərkibli həblərdir və 5 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Üzərində “P300.” Yazısı olan 9 (doqquz) ədəd ağ-qəhvəyi rəngli kapsul güclü təsiredici maddə preqabalin tərkibli kapsullardı və 9 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla). Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 5,372 qram, metamfetamin psixotrop maddəsi 0,630 qram, metadon tərkibli həblər 4 ədəd, preqebalin tərkibli 8 kapsul. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edır. İş materiallarında olan 16 mart 2024-cü il tarixli 1788 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 mart 2024-cü il tarixli 820 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. İş materiallarında olan 14 mart 2024-cü il tarixli 3-16-16/2-3/365 saylı “məhkəmə ballistik ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaqzavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq küstar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq küstar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir.Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan 25 fevral 2024-cü il tarixli «şəxsi axtarışının aparılması və avtomobilinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün, saat 12:05-də ünvan 3 ünvanında yerləşən inzibati binasının həyətyanı sahəsində videoçəkiliş vasitəsi ilə “Kia Rio” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılarkən avtomobilin sükanının sol aşağı tərəfindən iki ədəd “Winston” markalı siqaret qutusununun içindən bir bükülüdə 5,4 qram heroinə bənzər kütlə, bir bükülüdə 0,3 qram tiryəkə bənzər kütlə, bir bükülüdə 0,8 qram metamfetaminə bənzər kütlə, bir bükülüdə 0,6 qram mastika adı ilə tanınan kütlə, 5 (beş) ədəd palıdı rəngdə qablaşdırılan həblər, 9 (doqquz) ədəd oval formalı, ağ-qırmızı rəngli həblər, həmçinin həmin avtomobilin qabaq sol ayaqaltından bir ədəd qatlanmayan, qabaq sağ tərəfindəki saxlanc yerindən (bardaçokdan) 2 (iki) ədəd açılıb-qatlanan bıçaq aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan 25 fevral 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 25 fevral 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 27 fevral 2024-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 5,372 qram narkotik vasitə heroin, 0,630 qram psixotrop maddəsi metamfetamin, 4 ədəd metadon tərkibli həblər, preqebalin tərkibli 8 kapsul maddi sübut kimi tanınmış saxlanılması üçün Füzuli rayon poli şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 24 may 2024-cü il tarixli qərarla üç ədəd, bir ədədi soyuq silah, digər iki ədədi isə soyuq silah olmayan bıçaq maddi sübut kimi tanınmış saxlanılması üçün Füzuli rayon poli şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadından, 02 may 2014-cü il təvəllüdlü X1 və 15 oktyabr 2015-ci il təvəllüdlü X2 adlı azyaşlı uşaqlarından ibarətdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin məktub və arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün ittiham verilmişdir. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması əməlini yüngülləşdirən hallardır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini qsmən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-in 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Lakin CM-in 52.2, 52.2.1 və 52.2.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşaması, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan (iki azyaşlı) uşaqlarının olması nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Füzuli rayon polis şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 5,372 qram narkotik vasitə heroin, 0,630 qram psixotrop maddəsi metamfetamin, 4 ədəd metadon tərkibli həblər, preqebalin tərkibli 8 kapsul və üç ədəd (bir ədədi soyuq silah, digər iki ədədi isə soyuq silah olmayan) bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 25 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 228.4-cü maddəsi ilə ona 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 178 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Füzuli rayon polis şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 5,372 qram narkotik vasitə heroin, 0,630 qram psixotrop maddəsi metamfetamin, 4 ədəd metadon tərkibli həblər, preqebalin tərkibli 8 kapsul və üç ədəd (bir ədədi soyuq silah, digər iki ədədi isə soyuq silah olmayan) bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar