Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-550/2025 13.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X32, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X19, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxx 1986-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “4 №-li X2” MMC-də fəhlə ştat vahidi ilə işləmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 02 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 may 2025-ci il tarixli, 4(005)- 558/2025 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda-2,731 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Salyan rayonu, köhnə Ələt-Astara yolunun 52-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə, saat 08:26-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 09:43-dən etibarən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 2,731 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Salyan rayonunda yerləşən “4 №-li X2” MMC-də fəhlə işləmişdir. 02 may 2025-ci il tarixdə səhər işə getmiş, idarədən onları yola çıxmaq üçün təhkim etmişlər, yolun kənarında işləmişlər. İşlədikləri Ələt-Astara yolunun kənarında təxminən saat 08 radələrində bir nəfər ona yaxınlaşmışdır. Həmin vaxtı iş yoldaşları Natiq, Elçin, Şahbaz və digərləri ilə birlikdə işləmişdir. Natiq, Elçin və Şahbaz onun ətrafında olmuşlar, digər işçilər isə bir az kənarda işləmişlər. Onları bir neçə qruplar şəklində bölərək yerlərə təhkim etmişlər və onlar da göstərilmiş qaydaya uyğun işləmişlər. İşlədiyi yerdə iki ədəd maşın saxlayaraq ondan “qardaş burdan Xırdalan şəhər dairəsinə necə getmək olar” deyə soruşmuşlar. Həmin vaxtı əlində bel (lapatka) ilə işləmişdir. Həmin şəxslərə buranın Salyan rayonu ərazisi olduğunu, Xırdalan şəhərinin yolunu bilmədiyini demişdir. Yenidən işləməyə başlamışdır. Başını qaldıran zaman həmin şəxslərin yanında olduğunu görmüş, həmin şəxslərdən biri əlini ataraq qolundan tutmuşdur. Həmin şəxslər maşına getməyini və polis əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları onu Salyan RPŞ-nin inzibati binasına aparmışlar və onu inzibati binanın ikinci mərtəbəsinə çıxarmışlar. Otaqda onun əllərini arxa tərəfdən bağlamışlar və qarşısına iki büküm narkotik vasitə qoyaraq bunların ona məxsus olduğunu demişlər. Polis əməkdaşlarına etiraz edərək həmin narkotik vasitələrin ona məxsus olmadığını və bu qədər narkotik vasitəni heç vaxt görmədiyini demişdir. Polis əməkdaşları bu etirazından sonra onu döymüşlər, paltarlarını əynindən çıxardaraq bədəninə xəsarətlər yetirmişlər. Onun bütün paltarlarını əynindən çıxarmışlar, əynində yalnız tumanı qalmışdır. Onun bədəninə elektrik cəryanı vermişlər. Elektroşok cihazından çıxan elektrik cəryanı bədənində qızartı və xəsarətlər yaratmışdır. Elektroşok cihazı heç bir elektrik enerjisinə qoşulu olmamış, polis əməkdaşları əllərində saxlamışlar. Elektroşok cihazı qara rəngdə olmuşdur. Polis əməkdaşları qarşısına qoyulmuş narkotik vasitəni üzərinə götürməsi üçün bir saatdan artıq müddətdə ona işgəncə vermişlər. Etirazlar edərək narkotik vasitənin özünə məxsus olmadığını demişdir. Bundan sonra polis əməkdaşları narkotik vasitələri götürərək üzərindən aşkar olunması kimi sənədləşdirilmiş bir büküm metamfetamini gətirərək qarşısına qoyub onda bu sənindir demişlər. Yenə də polis əməkdaşlarına etiraz edərək ona məxsus olduğunu deməyəcəyini bildirmişdir. Yenə polis əməkdaşları ona işgəncə verməyə başlamışlar. Otağın içərisində onu otağın başına və ayağına sürümüşlər. Onu stulun üstünə otuzduraraq döymüşlər, oturduğu stul sınmışdır. Ona işgəncə verən polis əməkdaşları dörd nəfər olmuşlar. Polis əməkdaşları ona etiraf etdirə bilmədikləri üçün ona qarşı nalayiq hərəkətlər etmək istəmişlər. Polis əməkdaşları pol silənin taxtasını onun arxa keçəcəyinə salmaq istəmişlər. Polis əməkdaşları onu əyərək tumanını çıxarmaq istəmişlər. Əlləri arxadan bağlı olduğu üçün heç bir müqavimət göstərə bilməmişdir. Polis əməkdaşlarından biri başını əymiş, digəri isə tumanını çıxarıb pol silənin taxtasını arxadan onun arxa keçəcəyinə salmağa başlamışlar. Polis əməkdaşlarına kişi olduqlarını, adama qarşı belə hərəkət etmək olmaz demişdir. Polis əməkdaşları onun kişiliyini əlindən alacaqlarından qorxduğu üçün qarşısına qoyulmuş bir büküm metamfetamini boynuna götürəcəyini bildirmişdir. Polis əməkdaşları pol silənin taxtasını onun arxa keçəcəyinə salmamışlar, arxa keçəcəyindən heç bir zədə almamışdır. Bundan yarım saat sonra onu inzibati binanın birinci mərtəbəsinə düşürmüşlər, özləri yazmışlar, sonra ona necə deyirlərsə çəkilişdə də elə təkrarlamasını demişlər. Polis əməkdaşları bir büküm metamfetamini onun cibinə qoymuşlar. Polis əməkdaşları çəkiliş zamanı ona cibindəki həmin bükümü çıxararaq stolun üzərinə qoymasını demişlər. Tutulmamışdan qabaq az müddət ərzində metamfetamindən istifadə etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istifadəsində olan mobil telefonun nömrəsi ***-***-**-**-dur. Həmin mobil nömrəni iki-üç il olar ki istifadə edir. Əvvəllər narkotik vasitə və ya metamfetamin alaraq istifadə etmişdir, ancaq heç vaxtı satış ilə məşğul olmamışdır. Narkotik vasitə və ya psixotrop maddə satan adamlardan dostu ilə birlikdə istifadə etmək məqsədi ilə də almışdır. Narkotik vasitə və ya psixotrop maddə aldığı adamlar yadında qalmamışdır. Onu saxlayan polis əməkdaşlarının birinci harada işlədiklərini bilməmişdir. Salyan RPŞ-nə gəldikdən sonra onu salxayan polis əməkdaşlarının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bilmişdir. Saxlanılmamışdan əvvəl həmin polis əməkdaşlarını heç vaxt görməmişdir və tanımamışdır. Polis əməkdaşları onu salxadıqdan sonra Elçin adlı şəxsin şəklini ona göstərərək həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşlar, o da həmin şəxsi tanımadığını demişdir. Polis əməkdaşları onu saxladıqları yerdə ona təzyiq etməmişlər, maşına mindirərək dərhal Salyan RPŞ-nə aparmışlar. Salyan RPŞ-nə gedən zaman maşının içində polis əməkdaşları ona bir neçə sillə vurmuşlar. Polis əməkdaşları özlərini ona təqdim etməmişlər. Onu zorla maşına mindirmişlər və o həmin şəxslərlə birlikdə getmək istəməmişdir. Polis əməkdaşlarının onu maşına mindirməkləri ani zamanda olmuş, maşına minən zaman “Şahbaz-Şahbaz” deyə qışqırmışdır. Polis əməkdaşlarının onu maşına mindirib aparmaqlarını iş yoldaşları da görmüşlər. Salyan RPŞ-də videoçəkiliş olduqdan təxminən bir saat sonra onu Bakı şəhərinə aparmışlar və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının zirzəmi hissəsində saxlamışlar. İki gün orada qaldıqdan sonra onu Bakı İstintaq Təcridxanasına göndərmişlər. Orada olan zaman bir nəfər gəlmiş, hamı kimi onu da qəbul etmişdir. Ondan tutulan zaman döyülüb-döyülməməsini soruşmuş, o da döyüldüyünü, ona elektroşok verildiyini bildirmişdir. İfadəsində dediklərinin hamısını bildirmişdir və həmin şəxs tərəfindən də qeydiyyat aparılmışdır. Həmin şəxs onu Bakı İstintaq Təcridxanasına daxil olduqdan təxminən bir ay sonra qəbul etmişdir. Nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Sonra onu yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, orada müstəntiq ona şikayət ərizəsi yazdığını demiş, qarşısına kağız qoyaraq xəsarət almamasına dair vərəqə və başqa sənədlərə imza etdirmişdir. Sənədləri imzalamaq istəməmişdir, bu zaman müstəntiq ona imzalamasan yekələri çağıracağını, onların onu yenidən döyəcəklərini demişdir. İbtidai istintaq zamanı imzaladığı heç bir sənədi özü oxumamış və ya ona oxumamışlar. Onu MSY-dən çıxararaq tələsik bütün sənədlərə imza etdirmişlər. İbtidai istintaq zamanı vəkil tərəfindən hüquqları müdafiə olunmamış, heç bir vəkil onunla təklikdə görüşməmişdir və yanında olmamışdır. Vəkillərinin adını bilməmişdir. X3 zamanı görmüş və Cavid Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadəsi yazılan zaman yanında olmamışdır. İş materialları ilə tanış olan zaman vəkil yanına gəlməmiş, ancaq müstəntiq yanına gəlmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman onu yoxlamışlar. Onu “Semaşka” adlanan xəstəxanaya apararaq müayinə etdirmişlər. 02 may 2025-ci il tarixdə ekspertin yanına aparmamışlar, onu sonradan ekspertin yanına aparmışlar. Onun bədənində xəsarətlər olmuşdur, məhkəmə-tibb ekspertinin rəyində bədəni üzərində xəsarət olmamasının yazılması əsassızdır. Ekspert rəyində yazılanları polis əməkdaşlarının təzyiqi ilə ekspertə demişdir, polis əməkdaşları başının üstündə olmuşlar. Saxlandığı yerdə polis əməkdaşları üzərini yoxlamamışlar. Salyan RPŞ-nə daxil olan zaman telefon və üzərində olan açarı çıxararaq polis əməkdaşlarına təhvil vermişdir. Salyan RPŞ-nə daxil olan zaman polis əməkdaşları üzərini yoxlamışlar, ancaq üzərindən heç nə aşkar olunmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman bildirdiyi ifadələri də polis əməkdaşlarının təzyiqlərindən qorxduğu üçün demişdir. Elan olunmuş smslər yazılmış nömrələrin kimlərə məxsus olması yadında qalmamışdır. X16 tanımamışdır, ola bilsin ki, sms yazdığı nömrə həmin şəxsin adına olmuşdur. X13 əvvəllər narkotik vasitə alaraq istifadə etmişdir. Həmin şəxsin hazırda harada olduğunu bilməmişdir. X9 tanımamışdır və kim olduğunu bilməmişdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Bakı İstintaq Təcridxanasına daxil olan zaman aşkar olunan xəsarətlər artıq ona ağrı verməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman metamfetamini Elçin adlı şəxsdən aldığını deməsini xatırlamamışdır. Həbs qətimkan tədbirini müddətinin uzadılması zamanı məhkəmə prosesində metamfetamini Elçin adlı şəxsdən aldığını deməsini müstəntiq tələb etmişdir, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Müstəntiq onun dediklərini məhkəmədə deməsə yenidən döyüləcəyini bildirmişdir. Ümumiyyətlə Elçin adlı şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Elçin adlı şəxsi Salyan rayon sakini kimi tanımışdır. Elçinin atasının adının Məmmədtağı olduğunu polis əməkdaşları ona demişdir. Onu maşında Salyan RPŞ-nə aparan zaman Elçinin şəklini polis əməkdaşları ona göstərmişlər. Elçinin şəkli polis əməkdaşlarının telefonunda olmuşdur. Məmmədtağının harada qaldığını bilməmişdir. Elçin Məmmədov düzgün ifadə vermişdir. Bir dəfə arvadı ilə aralarında mübahisə olmuşdur, arvadı onun barəsində polis şöbəsinə şikayət etmişdir. O, da Elçindən ona polis şöbəsində köməklik olunmasından ötrü zəng etməsini xahiş etmişdir. Telefonunda olan nömrələr yadında qalmamışdır. Telefonunda olan kart nömrəsinə pul ataraq istifadə etməsi üçün narkotik vasitə almışdır. ***-***-**-** saylı mobil nömrənin sahibi X17 dostudur, onunla bir yerdə əvvəllər narkotik vasitə istifadə etmişdir. Yəqin Şəhriyar ona kart hesabı atmış, o, da pul atdıqdan sonra Şəhriyar narkotik vasitəni götürmüş və birlikdə istifadə etmişlər. ***-***-**-** saylı nömrənin kimə məxsus olması yadında qalmamışdır. X25 ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, üzərindən aşkar olunduğu yazılmış psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürüldüyünü, işlədiyi yerdən götürülərək Salyan RPŞ-nə aparıldığını, orada döyülərək, işgəncələrə məruz qalaraq ləyaqətinin alçaldıldığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X41 ifadəsində bildirmişdir ki, “4 №-li X2” MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs iş yoldaşıdır. 2025-ci ilin may ayında magistral yolun 58-ci km-də yolu təmizləyən zaman maşın gələrək dayanmış, sonra Vüqar həmin maşına minmiş və maşın çıxıb getmişdir. Verilən suallara cavab olaraq əlavə şahid Natiq Balayev bildirmişdir ki, Vüqar polis əməkdaşları tərəfindən aparılan zaman orada təxminən 15-20 nəfər olmuş, işçilər ayrı-ayrı qruplara bölünmüşlər. Vüqarın mindiyi maşın qara rəngli olmuşdur. Polis əməkdaşları Vüqarın qolundan tutaraq maşına otuzdurmuşlar. Vüqarı aparan şəxslər 2-3 nəfər olmuşlar. Həmin vaxtı Vüqar əlində bel ilə işləmiş, yolun kənarını təmizləmişlər. Həmin şəxslər orada Vüqara zor tətbiq etməmişlər. Vüqarı nə üçün apardıqlarını bilməmişdir. Vüqar işə başlayıb bir az işlədikdən sonra onu aparmışlar, bundan sonra onlar orada işləməyə davam etmişlər. Vüqarın aparıldığı yer yolun 58-ci km-liyi olmuşdur. Vüqar aparılan zaman videoçəkiliş olunmamış və orada Vüqarın üzərinə baxış keçirilməmişdir. Vüqarın aparılmasını Elçin rəhbərliyə demişdir. Vüqarın kim tərəfindən aparılmasını bilməmişdir, sonradan Vüqarın polis əməkdaşları tərəfindən aparıldığını bilmişdir. Vüqarın aparıldığı yer Salyan dairəsinə yaxın ərazidir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, “4 №-li X2” MMC-də baş mühəndis işləyir. 02 may 2025-ci il tarixdə, səhər saat 08 radələrində Ələt-Astara yolunun 58-ci km-liyində işləməyə başlamışlar. Həmin yer işlədikləri idarənin yaxınlığında yerləşir. Təxminən saat 08:30 radələri olardı onlar işlərinə davam etmişlər. Vüqar onlardan ön tərəfdə işləmiş, bu zaman maşın saxlayaraq Vüqarı maşına mindirərək aparmışlar, nə Vüqara, nə də onlara heç bir açıqlama verilməmişlər. Həmin şəxslərin kimlər olduğunu bilməmişlər. Bundan sonra Vüqarın ailəsi ilə və Salyan RPŞ-i ilə əlaqə saxlamışlar. Salyan RPŞ-dən onlara məlumat gəlmişdir ki, Vüqarın barəsində həbs qətimkan tədbiri seçilmişdir. Verilmiş suallara cavab olaraq əlavə şahid Elçin Məmmədov bildirmişdir ki, səhv etmirsə Vüqarı maşına mindirib aparan şəxslər 3-4 nəfər olmuşlar. Vüqarı aparan polis əməkdaşları birbaşa Vüqara yaxınlaşıb maşına mindirmişlər. Həmin vaxtı Vüqar əlində bel ilə tikanları təmizləmişdir. Polis əməkdaşları Vüqarın qoluna girərək maşına mindirmişlər. Vüqar həmin vaxtı polis əməkdaşları ilə mübahisə etməmişdir, aralarında əlbəyaxa olmaq kimi hallar baş verməmişdir. Vüqar saxlanılan zaman onunla Vüqarı saxlayan polis əməkdaşları arasında məsafəsi təxminən 30 metr olmuşdur. O Vüqarın yanına çatana kimi polis əməkdaşları maşını sürüb getmişlər. Həmin vaxtı Vüqarı aparan şəxslərin polis əməkdaşları olubolmamasını bilməmişlər. Vüqarın evinə və Salyan RPŞ-nə məlumat vermişlər. Vüqar saxlanılan zaman heç bir çəkiliş olmamışdır. Əgər çəkiliş olsa idi, onlar çəkiliş ilə maraqlanardılar, çünki həmin yer onların işlədikləri ərazi olmuşdur. Vüqarı saxlayan polis əməkdaşları mülki geyim formasında olmuşlar. Vüqarın saxlandığı yer Salyan şəhər qəbristanlığının yaxınlığı olmuş, Lənkəran rayonundan gedəndə qəbristanlığın sağ tərəfində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, “4 №-li X2” MMC-də yaşıllaşdırma ustası işləyir. Əraziləri təmizləmək üçün gedən zaman fəhlələrin üzərində nəzarətçi kimi işləmişdir. 02 may 2025-ci il tarixdə, səhər saat 08 radələrində Ələt-Astara yolunun 58-ci km-liyində qəbristanlıq deyilən ərazidə işləməyə başlamışlar. Təxminən saat 08:30 radələrində tanımadıqları maşın saxlamış, maşından 3-4 nəfər düşərək Vüqara yaxınlaşmış və maşına mindirib aparmışlar. Onlar gedəndən sonra Vüqarı aparan şəxslərin polis əməkdaşları olduqlarını bilmişlər. Polis əməkdaşları Vüqarı saxlayan zaman üzərini yoxlamamışlar və videoçəkiliş olmamışdır. Polis əməkdaşları Vüqarın qoluna girərək maşına mindirmişlər. Verilmiş suallara cavab olaraq əlavə şahid Şahbaz Məhərrəmov bildirmişdir ki, Vüqar saxlanılan zaman ondan 3-5 metr məsafədə olmuşdur. Vüqarın saxlanılmasını rahat görmüşdür. Vüqar aparılan zaman onu çağırmasını eşitməmişdir. O yaxınlaşan zaman maşın çıxıb getmişdir. Vüqar yolun aşağı tərəfində işləmiş, o isə yolun yuxarı tərəfində olmuşdur. Polis əməkdaşları ilə Vüqar arasında hansı danışığın olmasını eşitməmişdir. Polis əməkdaşları Vüqarın qoluna girərək maşına mindirmişlər. Dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində Baş İdarəyə narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində köhnə Ələt-Astara yolunun yaxınlığında saxlanılaraq Salyan RPŞ-nə aparılmışdır. Videoçəkilişdən istifadə etməklə vəkilin işitakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs metamfetamini Salyan rayonu ərazisində yaşayan Elçin adlı şəxsdən şəxsi istifadə etməsi üçün aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı özünə daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəllər əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs döyməmişlər, ona qarşı hər hansı fiziki təsir olunmamış və hədələnməmişdir. Təqsirləndirilən şəxs qarşı elektroşok cihazından istifadə etməmişlər. Təqsirləndirilən şəxs paltarlarını soyunduraraq pol silənin taxtasını onun arxa keçəcək nahiyəsinə salacaqları ilə hədələməmişlər. Təqsirləndirilən şəxs səhər saat 08-09 radələrində saxlamışlar. Nəqliyyat vasitələri intensiv hərəkət etdikləri üçün Təqsirləndirilən şəxs saxlayan zaman çəklişdən istifadə edə bilməmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs kiməsə psixotrop maddə satmasını müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə metamfetamini qoyaraq götürməmişlər. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini Salyan rayon sakini Elçin adlı şəxsdən aldığını deməsini bildirməmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman görünən nahiyəsində heç bir xəsarət olmamışdır. Tibbi kitabçada Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətləri görməmişdir. Salyan RPŞ-nə daxil olan zaman Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olub-olmaması yoxlanılmamışdır. Elçin adlı şəxs müəyyən edilərək tutulmuşdur. Özü Elçin adlı şəxsin saxlanılmasında iştirak etməmişdir. Elçinin Təqsirləndirilən şəxs metamfetamin satdığını etiraf edib-etməməsini bilməmişdir. Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl Elçin barədə məlumatları olmamışdır. Nəqliyyat vasitələri intensiv hərəkət etdiyi üçün Təqsirləndirilən şəxs saxlanılan zaman “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının tələblərinə əməl etməmişlər, ancaq bununla bağlı hər hansı rəsmi sənəd tərtib etməmişlər. İstintaq zamanı tək ifadə vermişdir, əməliyyatda iştirak edən digər şəxslər onun yanında olmamışlar. İfadələri özü demiş, müstəntiq tərəfindən yazılmışdır. X33 və X34 ilə ifadələrinin eyni olması barədə heç bir fikri olmamışdır, müstəntiq tərəfindən yazılmışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, Salyan RPŞ-nə daxil olduqdan sonra vəkilin gəlməsini gözləmişlər, ancaq konkret olaraq nə qədər vaxtın keçməsini xatırlamamışdır. Dindirilmiş şahid X33 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. 02 may 2025-ci il tarixdə təxminən saat 08-09 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində saxlanılmış, Salyan RPŞ-nə aparılmış, üzərinə şəxsi-axtarış keçirilən zaman özünün təqdim etdiyi bir bükümdə psixotrop maddə metamfetamin götürülmüşdür. Təqsirləndirilən şəxs metamfetamini 2-3 gün əvvəl öz istifadəsi üçün Elçin adlı şəxsdən 70 manat pul müqabilində aldığını demişdir. Verilmiş suallara cavab olaraq şahid Namiq Məcidov bildirmişdir ki, onda Elçin adlı şəxs barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Elçin adlı şəxs barəsində eşitmişdir. Təqsirləndirilən şəxs döyməmişlər, ona qarşı zor tətbiq olunmamış və ya təhqiredici hər hansı hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs tibbi kitabçasında yazılmış xəsarətlər onlar tərəfindən yetirilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs elektroşok tətbiq etməmişlər. Təqsirləndirilən şəxs döyməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının tələblərinə əməl edilməməsinin səbəbini deyə bilməmişdir. İstintaq zamanı ifadələri ayrı-ayrılıqda vermişlər. İstintaq zamanı verdikləri ifadələrin eyni olmasının səbəbi eyni tədbirdə iştirak etmələri olmuşdur və ifadələr müstəntiq tərəfindən yazılmışdır. Təqsirləndirilən şəxs saxladıqları yerdə üstünü yoxlamamışlar. Salyan RPŞ-nə daxil olan zaman Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olub-olmamasına dair müayinə aparılıb-aparılmaması yadında qalmamışdır. Salyan RPŞ-nə daxil olduqdan 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Salyan RPŞ-də vəkilin gəlməsini gözləmişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan 1 saat çox vaxt keçdikdən sonra üzərində axtarış aparılmasının səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 bildirmişdir ki, polis əməkdaşları onu şərləyərək Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tutmuşlar, barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərinə psixotrop maddə metamfetamin qoyularaq götürülmüşdür. 16 may 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları onu ünvan 3 ünvanında saxlamışlar. Saxlanılan zaman üzərindən heç nə aşkar olunmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərinə 5 qram metamfetamin qoyulmuşdur. Ona Təqsirləndirilən şəxsla bağlı sual verilməmişdir. Sonradan müstəntiq Təqsirləndirilən şəxs işi üzrə şahid qismində ifadəsini almaq üçün gəlmişdir, o da nə ifadə verəcəyini bildirərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanımamışdır, özü də narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Həmişə narkomaniyaya qarşı mübarizə aparmışdır. ***-***-**-** saylı mobil nömrə özünə məxsusdur. ***-***-**-** saylı nömrə öz adına olmuşdur, həmin nömrəni xanım işlətmişdir. Vüqarla danışığı olmuşdur. Bir dəfə Vüqarın ailə məsələsi ilə bağlı arvadı polis şöbəsinə müraciət etmişdir. İctimai fəaliyyətlə məşğul olmuş, X38 Cəmiyyətə rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində köməklik olunmasından ötrü ona zəng edib xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımış və “Salyan rayon Mərkəzi Xəstəxanası” X52 görmüşdür. Həmin PHŞ-də kiçik tibb başıcı ştat vahidi ilə işləmişdir. Təqsirləndirilən şəxs anası Gülşən təxminən bir il əvvəl PHŞ-nə təcili yardım maşını ilə nəfəs çatışmazlığına görə gətirilmişdir. Gülşən xəstəxanaya yerləşdirildikdən sonra Vüqar evlərinə getmişdir. Gülşən vəziyyətdən çıxdıqdan sonra ondan Vüqara zəng edərək paltar gətirməsini bildirməsini xahiş etmişdir. Gülşən Vüqarın nömrəsini vermiş, o Vüqara zəng edərək anasının dediklərini çatdırmışdır. Səhəri günü Gülşəni Terapiya şöbəsinə yerləşdirmişlər. Bundan sonra Vüqara zəng edərək anasının Terapiya şöbəsinə yerləşdirildiyini və həmin şöbəyə yaxınlaşmasını demişdir. Verilmiş suallara cavab olaraq şahid Sevinc Cavadova bildirmişdir ki, istifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrə X6 adınadır, çünki Elçin Məmmədovun ikinci arvadıdır. Təqsirləndirilən şəxs anasının adı X20 olmuşdur. Gülşənin PHŞ-də qeydiyyatı vardır, təxminən bir ildən çoxdur Gülşən PHŞ-ə gətirilmişdir. Elşin Məmmədov onun telefonundan Təqsirləndirilən şəxs zəng etməmişdir. X45 Nadirovun münasibətlərinin olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X49 bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrəsini işlətmişdir. Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxsla danışığı və ya smsləşməsi olmamışdır. İşlətdiyi nömrə atasının adınadır. Atası narkotik vasitə istifadə etməmişdir. İki ildən çoxdur ki, elektron nəzarət vasitəsini gəzdirir və azadlığın məhdudlaşdırılması cəzasını çəkir. 2024-cü ildə istifadəsində olan nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə arasında yazılmış smslərdən məlumatı olmamışdır. Həmin smsləri kimin yazdığını bilməmişdir. 2024cü ilin noyabr-dekabr aylarında elektron qurğu ayağında olmuşdur. Təqsirləndirilən şəxsla heç vaxt görüşməmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımışdır, ***-***-**-** saylı nömrə onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə bir dəfə narkotik vasitə marixuana istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxsla arasında olan smslərin kimin yazmasını bilməmişdir. Səhv edərək narkotik vasitədən istifadə etmişdir. Verilmiş suallara cavab olaraq şahid Rəfail Eyvazzadə bildirmişdir ki, üzərindən marixuana aşkar olunduğu üçün cəza çəkir. İstifadəsində olan ***-***-**-** saylı nömrə ilə sim nömrələrə zəng etməsi pulsuz olmuşdur. Buna görə həmin nömrədən qardaşının dostları da istifadə etmişlər. Maşını xarab olan zaman Təqsirləndirilən şəxs maşını düzəltmək üçün ona köməklik etmişdir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,73 qram psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma faktına görə toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır.(i.v.1) -“şübhəli şəxsin tutulması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, faktiki azadlığı həmin tarixdə, saat 08:26-da məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:13 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.18) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 02 may 2025-ci il il tarixdə saat 09:43-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs prosesin videoçəkiliş vasitəsi ilə aparılacağına etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən mobil telefonu və açarı çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə təhqiqatçı tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində “patı” olduğunu bildirdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin büküm iştirakçıların şahidliyi ilə açılmış, 01 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş özünün “patı” deyə adlandırdığı maddəni 5-10 ildir ki, Salyan rayonu ərazisindən tanıdığı, təqribən 45-50 yaş aralığında, atasının həkim, ata adının Məmmədağa olduğunu bildirdiyi “Elçin” adlı şəxsdən 4-5 gün əvvəl, Salyan rayonu ərazisində, 70 manat qarşılığında şəxsi istifadə etmək məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, özünün 1 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmçinin bunun ilk dəfə olmadığını, “Elçin” adlı şəxsdən 5-6 ay əvvəl bir neçə dəfə də hal-hazırda üstündə olan maddədən pul qarşılığında aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış zamanı telefonun “Samsung” markalı olması müəyyən edilmişdir. “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə aid olduğunu bildirdiyi açar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə 02 may 2025-ci il tarixdə, saat 09:57-də başa çatmışdır. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir.(i.v.26-29) -“məhkəmə-kimyəvi ekspertizası”nın 02 may 2025-ci il tarixli, 6/1638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə...” yazıları olan zərfin içərisində 1 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 2,731 qram kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.(i.v.40-44) -“təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2025ci il tarixli, 4(005)-558/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 may 2025-ci il tarixdən hesablanmışdır.(i.v.77-78, 109-112) -“maddi sübut hesab edilməsi haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,681 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v.118- 119) -“telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə digər mobil nömrələr ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən CD disklərə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: xx/xx/2024 03:16:35, **********99, **********86, Ala bi cindira demedumki vüqarda ver ondan Cindir deyir heçnə yoxdu mende; xx/xx/2024 00:03:18, **********99, **********86, Ala aynion almiwam sencun cavab ver; xx/xx/2024 22:13:17, **********67, **********99, Ede pulunan ayinoyon lazımdıre tapa bilərsən c verde tez; xx/xx/2024 18:30:03, **********97, **********99, Usaglari gonderirem mehlenize size incime gedib soraglasib deyeceyler ki vuqar 100 manatmizi alıb qaçıb xoşuna gelecey; xx/xx/2024 18:32:09,**********97,**********99, Soxum o malın icine ki ona gore o qeder soz dedin soyus soydun indide bele eliyirsen danışanda kişilik cahilig nece oldu yadan cixdi a; xx/xx/2024 17:39:13, **********46, **********99, Qaqa cix qraga bir kelme deyim nese var; xx/xx/2024 17:43:04, **********46, **********99, Pil mende çıxım telesir masin sen ol; xx/xx/2024 18:58:54, **********46, **********99, Sen maldan otru g*tu veresen ne q*hb*lik eliyirsen q*hb*s*n; 7/11/2024 03:08:55, **********03, **********99, Cıxırsan Saba sene şeyde verəcəm sabahkı şeyün mənim boynuma; xx/xx/2024 03:09:32, **********03, **********99, Cıxanda hele yaz qoyum ora götürersen; xx/xx/2024 03:12:05, **********03, **********99, Yaxşi qoyuram ora atanda bide vzv verersen bilərəm sağ ol; xx/xx/2024 15:12:21, **********46, **********99, Vuqar bu meni yığır alinmirsa de bilim tez he yox de cixim ya cixmiyim; xx/xx/2024 17:52:40, **********46, **********99, Yetim yari sen ol elden çıxmasın; xx/xx/2024 23:47:47, **********99, **********03, Emi 10 torpaq 20 daw; xx/xx/2024 02:45:19, **********99, **********03, 10 sey lazîmdi ot; xx/xx/2024 22:31:25, **********99, **********03, Kerimov 10 torpaq 10daw duzeler ya yox bîr xeber de tez; xx/xx/2024 00:02:54, **********99, **********03, Qardaw 10 daw 10 torpaq duzeler tez cavab de; xx/xx/2024 00:14:23, **********03, **********99, Hə yanımda adam var; xx/xx/2024 00:15:48, **********99, **********03, 10 daw 10 torpaq lazımdı nece elayim gelim; xx/xx/2024 17:00:12, **********09, **********99, Salam abi evdeyem yarım daw lazimidi getdiler day; xx/xx/2025 21:51:38, **********99, **********03, 15 daw 10da tor; xx/xx/2025 20:54:42, **********21, **********99, Qaqa daş lazımın deyil; xx/xx/2025 20:55:42, **********21, **********99, Her ikisinnen lazımdısa de; xx/xx/2025 00:18:59, **********99, **********03, Emi wey lazîmiydi cavab ver; xx/xx/2025 01:08:32, **********99, **********21, Qaqa gozdïyirem de seni mene bir sozdeyeceysen; xx/xx/2025 02:46:06, **********99, **********21, Abi mene bir soz deye bilersen olacag ya yox; xx/xx/2025 03:55:29, **********99, **********21, Qaqa bir kelme bir soz de bilim da men oldum de men soyugdan; xx/xx/2025 03:47:27, **********99, **********21, Qaqa 15 manat daw duzeler; xx/xx/2025 03:48:05, **********21, **********99, Yoxdu qaqa; xx/xx/2025 23:06:46, **********99, **********34, Qaqa gozleyim seni ya gedim eve; xx/xx/2025 21:28:45, **********98, **********99, yeke oğlansan dinenden getmisen ollem agridayam imkan var das getir yoxdusa pulu getir torpaq götürüm halım pisdi; xx/xx/2025 19:38:35, **********98, **********99, olmadiki pulu verde qaqa bele sey olar.zengimi niye acmirsan? hardasan gelim pulu ver.agriram berk lomkadayam; xx/xx/2025 00:17:33, **********98, **********99, mende das var gor alindira bilirsense torpaq gotur mendede 5m.var verim sene.(i.v.138-139) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 03 may 2025-ci il tarixli, 2581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabbinodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(i.v.149-150) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti üç ay-yeddi ayadək, yəni 02 sentyabr 2025-ci il tarixdən 02 dekabr 2025-ci il tarixədək uzadılmışdır.(i.v.165-166) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 4(005)- 1024/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni 02 dekabr 2025-ci il tarixədək uzadılmışdır.(i.v.172-177) -“bank məlumatları barədə sənədlərə baxış keçirilməsi haqqında” 10 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də mövcud olan hesablarında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır.(i.v.180) -“sübutların qiymətləndirilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd CD disk və Maliyyə Monitorinq Xidmətindən daxil olmuş 1 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon müdafiəçi vasitəsi ilə ailə üzvülərinə qaytarılmışdır.(i.v.181-194) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.198-199) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; - tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.134-135) -Salyan rayonu İcra Hakimiyyəti "xxxx" MMC-dən verilmiş 27 may 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Zeynalov küçəsi ev 4, mənzil 4-də qeydiyyatdadır, himayəsində 2019-cu il təvəllüdlü, Gülşən Nadirli adı azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.142-144) Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (bundan sonra-Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: 1. Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; 2. İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; 3. Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Cinayət işinin materiallarının 5-6-cı səhifələrində olan Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 01 may 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və idarə etdiyi nəqliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üstünə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polisə gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 9-cu səhifəsində olan 02 may 2025-ci il tarixli “raport” dan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 02 may 2025-ci il tarixdə saat 08:26-da Salyan rayonu, Köhnə Ələt-Astara yolunun 52-ci kilometrliyində olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü, o polis əməkdaşlarının müşayiətləri altında saxlanıldığı yerdən Salyan RPŞ-nə aparılmış və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 30-cu bəndində göstərilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyat-axtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, CPM-in 137-ci maddəsindən və digər normalarından, “Əməliyyataxtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra-728-İQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyat-axtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və s. məsələlərlə əlaqədar hüquqi mövqelər nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən verilmiş ittihamda qeyd edilən yerdə və formada saxlanılmamış, sonuncu 02 may 2025-ci il tarixdə magistral yolun 58-ci km-dən birbirilərindən müəyyən ara məsafələrində işləyən fəhlə Natiq Babayev, yaşıllaşdırma ustası Şahbaz Məhərrəmov və baş mühəndis Elçin Məmmədov ilə birlikdə ağaclara aqrotexniki qulluq edərək öz iş funksiyalarını yerinə yetirən zaman saat 08 radələrində polis əməkdaşları tərəfindən maşına mindirilərək Salyan RPŞ-nə aparılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Salyan rayonu, köhnə Ələt-Astara yolunun 52-ci kilometrliyində saxlanılmamış, üzərində 01 ədəd bükümdə külli miqdarda-2,731 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlamaqla həmin ünvana daşımamışdır. Bu halları araşdırmaqda istintaq orqanı maraqlı olmamışdır. Çünki həmin hallar reallığı aşkara çıxarmış, Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini törətməməsini sübut edən baza sübutlar kimi, yəni digər sübutların formalaşmasına, yoxlanılmasına və qiymətləndirilməsinə əsas yaradan ilkin sübutlar kimi çıxış etmişdir. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman həmin yerdə üzərinə şəxsi axtarış keçirməli olmalarına baxmayaraq sonuncunu polis şöbəsinə gətirərək orada şəxsi axtarış və götürmə istintaq hərəkətini icra etmişlər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 №-li X2” MMC tərəfindən verilmiş 15 dekabr 2025-ci il tarixli, 11-1/2-68-134/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs idarədə 04 sentyabr 2020-ci il tarixdən 4-cü dərəcəli fəhlə vəzifəsində işə başlamışdır. 02 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və digər işçilər magistral yolun 58-ci km-dən bir-birlərindən müəyyən ara məsafələrində işləyən fəhlə Natiq Babayev, yaşıllaşdırma ustası Şahbaz Məhərrəmov və baş mühəndis Elçin Məmmədov ağaclara aqrotexniki qulluq olunması və öz iş funksiyalarını yerinə yetirmişlər. 02 may 2025-ci il tarixdə, saat 08-09 radələrində Təqsirləndirilən şəxs tanımadıqları bir neçə şəxs tərəfindən maşına əyləşdirilərək aparılmasından (idarəyə heç bir məlumat verilmədən aparılmışdır) sonra vətəndaş Təqsirləndirilən şəxs evinə və ailə üzvülərinə bu hal barəsində məlumat verilmiş və onlardan Təqsirləndirilən şəxs kimlə və yaxud haraya getməsi barədə soruşulmuşdur. Onlar da bu haqda məlumatları olmadıqlarını vurğulamışdılar. MMC tərəfindən Salyan RPŞ-nin əməkdaşlarından şifahi sorğu əsasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılması barədə məlumat almışlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca Cinayət- Prosessual Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmin Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər Cinayət- Prosessual Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair Cinayət-Prosessual Məcəlləsinin müddəaları əməliyyataxtarış tədbirinə də şamil olunmalıdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərində yoxmala aparılmasına şərait olmasına baxmayaraq sonuncunun üzərində yoxmala icra edilməyərək, Salyan RPŞ-nə aparılmışdır. Cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində həmçinin bildirmişdir ki, 02 may 2025-ci il tarixdə Ələt-Astara yolunun kənarında işlədikləri zamanı təxminən saat 08 radələrində bir nəfər ona yaxınlaşmışdır. Həmin vaxtı iş yoldaşları Natiq, Elçin, Şahbaz və digərləri ilə birlikdə işləmişdir. İşlədiyi yerdə iki ədəd maşın saxlayaraq ondan “qardaş burdan Xırdalan şəhər dairəsinə necə getmək olar” deyə soruşmuşlar. Həmin vaxtı əlində bel ilə işləmişdir. Həmin şəxslərə buranın Salyan rayonu ərazisi olduğunu, Xırdalan şəhərinin yolunu bilmədiyini demişdir. Yenidən işləməyə başlamışdır. Başını qaldıran zaman həmin şəxslərin yanında olduğunu görmüş, həmin şəxslərdən biri əlini ataraq qolundan tutmuşdur. Həmin şəxslər ona maşına getməyini və polis əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları onu Salyan RPŞ-nin inzibati binasına aparmışlar və onu inzibati binanın ikinci mərtəbəsinə çıxarmışlar. Otaqda onun əllərini arxa tərəfdən bağlamışlar və qarşısına iki büküm narkotik vasitə qoyaraq bunların ona məxsus olduğunu demişlər. Polis əməkdaşlarına etiraz edərək həmin narkotik vasitələrin ona məxsus olmadığını və bu qədər narkotik vasitəni heç vaxt görmədiyini demişdir. Polis əməkdaşları bu etirazından sonra onu döymüşlər, paltarlarını əynindən çıxardaraq bədəninə xəsarətlər yetirmişlər. Onun bütün paltarlarını əynindən çıxarmışlar, əynində yalnız tumanı qalmışdır. Onun bədəninə elektrik cəryanı vermişlər. Elektroşok cihazından çıxan elektrik cəryanı bədənini yandırmışdır. Elektroşok cihazının polis əməkdaşları əllərində saxlamışlar. Elektroşok cihazı qara rəngdə olmuşdur. Polis əməkdaşları qarşısına qoyulmuş narkotik vasitəni üzərinə götürməsi üçün bir saatdan artıq müddətdə ona işgəncə vermişlər. Etirazlar edərək narkotik vasitənin özünə məxsus olmadığını demişdir. Bundan sonra polis əməkdaşları narkotik vasitələri götürərək üzərindən aşkar olunması kimi sənədləşdirilmiş bir büküm metamfetamini gətirərək qarşısına qoyub onda bu sənindir demişlər. Yenə də polis əməkdaşlarına etiraz edərək ona məxsus olduğunu deməyəcəyini bildirmişdir. Polis əməkdaşları ona yenə işgəncə verməyə başlamışlar, otağın içərisində onu otağın başına və ayağına sürümüşlər. Onu stulun üstünə otuzduraraq döymüşlər, stul da sınmışdır. Ona işgəncə verən polis əməkdaşları dörd nəfər olmuşlar. Polis əməkdaşları ona etiraf etdirə bilmədikləri üçün ona qarşı nalayiq hərəkətlər etmək istəmişlər. Polis əməkdaşları pol silənin taxtasını onun arxa keçəcəyinə salmaq istəmişlər. Polis əməkdaşları onu əyərək tumanını çıxarmaq istəmişlər. Əlləri arxadan bağlı olduğu üçün heç bir müqavimət göstərə bilməmişdir. Polis əməkdaşlarından biri başını əymiş, digəri isə tumanını çıxarıb pol silənin (şlabranın) taxtasını arxadan onun arxa keçəcəyinə salmağa başlamışlar. Polis əməkdaşlarına kişi olduqlarını, adama qarşı belə hərəkət etmək olmaz demişdir. Polis əməkdaşları onun kişiliyini əlindən alacaqlarından qorxduğu üçün qarşısına qoyulmuş bir büküm metamfetamini boynuna götürəcəyini bildirmişdir. Polis əməkdaşları pol silənin taxtasını onun arxa keçəcəyinə salmamışlar, arxa keçəcəyindən heç bir zədə almamışdır. Bundan yarım saat sonra onu inzibati binanın birinci mərtəbəsinə düşürmüşlər, özləri yazmışlar, sonra ona necə deyirlərsə çəkilişdə də elə təkrarlamağını demişlər. Polis əməkdaşları bir büküm metamfetamini onun cibinə qoymuşlar. Polis əməkdaşları çəkiliş zamanı ona cibindən həmin bükümü çıxararaq stolun üzərinə qoymasını demişlər. Tutulmamışdan qabaq az müddət ərzində metamfetamindən istifadə etmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 may 2025-ci il tarixli protokola əlavə olunmuş videomaterialdan görünür ki, videoçəkilişin 00:27-ci dəqiqəsində baş təhqiqatçının əlində olan telefonda saat 09:43-ü, 14:34-cü dəqiqəsində isə saat 09:57-ni göstərmişdir. Cinayət işinin materiallarının 147-148-cü səhifələrində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində tibb-sanitar hissəsində xəsarətlərin aşkar olunması barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 30 aprel 2025-ci il tarixdə DİN BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə aparılmış, orada olarkən polis əməkdaşları etmədiyi cinayəti üzərinə qoyub işgəncə vermişlər. Baş əməliyyat müvəkkili Şahid izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə, saat 08:26-da Salyan rayonu, köhnə Ələt- Astara yolunun 52-ci kilometrliyində saxlamışlar və Salyan RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmiş və ona xəsarət yetirilməmiş, ona qarşı nalayiq ifadələr işlədilməmiş və ona hədə-qorxu gəlinməmişdir. Cinayət işinin materiallarının 68-ci səhifəsində olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis baş leytenantı Süleyman Süleymanov tərəfindən qəbul olunmuş “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Cinayət işinin materiallarının 152-153-cü səhifələrində olan “məhkəmə-tibbi ekspertizası”nın 234/MEŞ nömrəli rəyindən görünür ki, ekspertizanın başlanma tarixi: 02 may 2025-ci il tarix, ekspertizanın başa çatma tarixi 29 may 2025-ci il tarix yazılmışdır. 03 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Müayinə olunanın deməsinə görə 02 may 2025-ci il tarixdə səhər saatlarında Salyan rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Tibbi yardım üçün müraciət etməmişdir. Hal-hazırda şikayəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 02-03 may 2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 3693/2025 nömrəli “X30”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, 05 may 2025-ci il tarixdə, saat 11:11-də müayinə olunan zaman Təqsirləndirilən şəxs bədəni üzərində “sol çiyinin ön nahiyəsində, qarının ön divarında və qarının sol yan nahiyəsində 3-4 sm ölçüdə sarımtıl qançır. Sol dirsək nahiyəsində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara” xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs müayinə edilərkən həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar olunmasına baxmayaraq prokurorluq orqanı tərəfindən həmin ziddiyyətli hallar aydınlaşdırılmadan qərar qəbul olunmuş, iş üzrə alınmış “məhkəmə-tibbi ekspertizası”nın yekdil olmayan rəyi ilə kifayətlənilmiş, Təqsirləndirilən şəxs adına açılmış 3693/2025 nömrəli “X30” nın surəti əldə edilərək araşdırma zamanı hüquqi qiymət verilərkən nəzərə alınmamışdır. Hansı ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb eksperti tərəfindən verilmiş rəydə onun bədən səthində “02-03 may 2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir”, yazılmasına baxmayaraq Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində “sol çiyinin ön nahiyəsində, qarının ön divarında və qarının sol yan nahiyəsində 3-4 sm ölçüdə sarımtıl qançır. Sol dirsək nahiyəsində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara” xəsarətləri aşkar olunmuşdur. Qəbul olunmuş qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar olunması təsdiq edilsə də həmin xəsarətləri nə vaxt, hansı şəraitdə alması və kim tərəfindən yetirilməsi müzakirə edilərək obyektiv şəkildə qeyd edilməmişdir. Həmin qərardan göründüyü kimi araşdırmanı aparan prokurorluq əməkdaşı obyektiv həqiqətin müəyyən edilməsi üçün digər sübutları əldə etməyə təşəbbüs belə göstərmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən əldə edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə nəticələnmiş və əlavə tibbi sənədlər əldə edilməmişdir. Qərara yazmış olduğu izahatlarda Təqsirləndirilən şəxs saxlanılması vaxtı ilə bağlı ziddiyyətli tarixlər yazılmasına baxmayaraq həmin tarixlər belə dəqiqləşdirilməmişdir. Şərh edilənlərə əsasən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktına dair hissəsinə qiymət verilməsi əsas götürülməklə tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin məqsədlərini şübhə altına almış olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı” 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə qərarının 55-ci bəndində xüsusi olaraq qeyd etmişdir ki, polis şöbəsinin müstəntiqinin həmin şöbənin əməkdaşlarının kobud rəftarı ilə bağlı apardığı araşdırma müstəqil hesab oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də reaksiya verilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs “sol çiyinin ön nahiyəsində, qarının ön divarında və qarının sol yan nahiyəsində 3-4 sm ölçüdə sarımtıl qançır. Sol dirsək nahiyəsində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara” xəsarətləri aşkar olunması faktı ilə bağlı aparılmış araşdırma ilə qane olmaq olmaz, bü cür “yoxlamanı” işgəncə barədə iddiaları məhkəmədə araşdırmaq zərurətini ortadan qaldıran hal kimi dəyərləndirilməməlidir. Sözügedən fakt prokurorluq orqanları tərəfindən araşdırma aparan zaman aydınlaşdırılmalı idi. Bundan əlavə Salyan RPŞ-dən daxil olmuş 06 yanvar 2025-ci il tarixli, 3-13-104/2- 205/2026 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılması barədə RPŞ-də hər hansı bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Salyan RPŞ-nə aparılaraq döyülməsi, işgəncələrə məruz qalması və hədələnməsi ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. İstintaq oranı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın hansı səbəbdən saxlanıldığı yerdə deyil, polis şöbəsinə aparıldıqdan sonra baxış keçirilməsinin əsasları barədə əsaslı izah verə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, həmin videoçəkiliş 02 may 2025-ci il tarixdə saat 09:43-də aparıldığı müəyyən olunur. İstintaq sənədlərinə inanılsa belə Təqsirləndirilən şəxs ən az 1 saat 17 dəqiqə müddət ərzində qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olmuşdur. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən ən azı 1 saat 17 dəqiqə sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs işlədiyi yerdən götürərək Salyan RPŞ-nə aparmışlar, orada üzərində şəxsi axtarış aparılsa da hər hansı qanunsuz saxlanılmış predmet aşkar olunmamış, bundan sonra polis əməkdaşları tərəfindən 1 saat 17 dəqiqə ərzində tətbiq edilmiş zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin nəticəsində polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş bir bükümdə psixotrop maddə metamfetaminin özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən” psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarına cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi prokurorluq orqanı tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması ilə bağlı kifayət qədər ətraflı araşdırma aparılmamış və obyektiv həqiqət müəyyən edilməmişdir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində alınmış məhkəmə-tibbi ekspertizasının rəyinə də tənqidi yanaşır, Təqsirləndirilən şəxs bədəni üzərində faktiki olaraq xəsarətlər olduğu halda qiymət verilməyən məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanan araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərə hüquqi qiymət verilən Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla bağlı qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən “inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma Bakı İstintaq Təcridxanasının verdiyi məlumat əsasında aparılmış, material üzrə izahatı alınmış Təqsirləndirilən şəxs göstərmişdir ki, 30 aprel 2025-ci il tarixdə DİN BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə aparılmış, orada olarkən polis əməkdaşları etmədiyi cinayəti üzərinə qoyub işgəncə vermişlər. Araşdırma zamanı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olması aydın olsa da müstəntiq tərəfindən təyin olunaraq alınmış “məhkəmə-tibbi ekspertizası”nın rəyi ilə kifayətlənilmiş, ziddiyyətli halların araşdırılmasına təşəbbüs belə göstərilməmişdir. Eləcə də qərardan görünür ki, Təqsirləndirilən şəxs adına yazılmış izahat da özündə həqiqəti əks etdirməmiş, belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə deyil, 02 may 2025-ci il tarixdə saxlanılmış, saxlanıldıqdan sonra BMCMİ-nə deyil Salyan RPŞ-nə aparılmışdır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafedici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Cinayət-Prosessual Məcəlləsi, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı ilə bağlı prokurorluq orqanlarında araşdırma aparılsa da qəbul olunmuş qərarın surətinin ona göndərilmədiyini, polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması nəticəsində yaranmış xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman adına açılmış tibbi kitabçada yazıldığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı və prokurorluq orqanı tərəfindən müvafiq araşdırmanın formal aparılması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti özündə əks etdirməsi təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X42 və təqsirləndirilən şəxs qismində cəlb olunan zaman müdafiəçi təyin olunmuş X35 da hüquqlarını müdafiə etdikləri Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamışlar (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülməsi, işgəncəyə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onların fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. X39 Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti icra edilən zaman “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının tələblərinə əməl edilməməsinə baxmayaraq hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X24rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs Ceyhun Məlikzadəyə vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Məhkəmə tərkibi müəyyən edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun əsas elementlərindən biri olan müdafiəçi ilə konfidensial görüş hüququ faktiki olaraq təmin edilməmişdir. Bu səbəbdən yalnız Təqsirləndirilən şəxs məlum olan, iş üzrə həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən hallar vaxtında və tam şəkildə açıqlanmamışdır. Məhkəmə tərkibi hesab edir ki, müdafiəçilər ilə konfidensial görüş baş tutmuş olsaydı, Təqsirləndirilən şəxs real vəziyyəti sərbəst və maneəsiz şəkildə müdafiəçilərə bildirə bilərdi. Göstərilən pozuntu müdafiə hüququnun fundamental pozuntusudur, ədalətli məhkəmə araşdırması prinsipini kobud şəkildə pozaraq iş üzrə obyektiv həqiqətin müəyyən dilməsinə ciddi və birmənalı şəkildə mane olmuşdur. Mübahisəsizdir ki, müdafiəçilərin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri, azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş psixotrop maddənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələri verməsi, həmin sözləri şəxsi axtarış istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində, eləcə də təqsirləndirilən şəxsə “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilmədiyindən almışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyriinsani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən Şahid və Namiq Məcidov adlı polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. İbtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə saat 08:26-da Salyan rayonu, köhnə Ələt-Astara yolunun 52-ci kilometrliyində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirmişdir. Bundan sonra onu Salyan RPŞ-nın inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla Salyan RPŞ-nın inzibati binasına getmişdir. Salyan RPŞ-nın inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Arif Rzayev tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 02 may 2025-ci il tarixdə, saat 09 radələrdə Salyan RPŞ-nın inzibati binasında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən eyni ifadələrin, sadəcə olaraq şahidlərin anket məlumatları dəyişdirilməklə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ifadələrində bildirilən yerdə və formada saxlanılmamış, sonuncu 02 may 2025-ci il tarixdə magistral yolun 58-ci kilometrliyində iş yoldaşları Natiq Babayev, Şahbaz Məhərrəmov və Elçin Məmmədov ilə birlikdə işləyən zaman saat 08 radələrində polis əməkdaşları tərəfindən maşına mindirilərək Salyan RPŞ-nə aparılmışdır. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid və Namiq Məcidovun həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X11rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarının 160-ci səhifəsində olan psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən əməliyyat tapşırığına verilmiş 15 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbacan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin, həmçinin “Elçin” adlı şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş özünün “patı” deyə adlandırdığı maddəni 5-10 ildir ki, Salyan rayon sakini kimi tanıdığı, təqribən 45-50 yaş aralığında olan, ata adının Məmmədağa oğlduğunu bildirdiyi “Elçin” adlı şəxsdən 4-5 gün əvvəl, Salyan rayonu ərazisində, 70 manat qarşılığında şəxsi istifadə etmək məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, özünün 1 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmçinin bunun ilk dəfə olmadığını, “Elçin” adlı şəxsdən 5-6 ay əvvəl bir neçə dəfə də hal-hazırda üstündə olan maddəni də pul qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi eyni məzmunlu məlumatlar cinayət işinin materiallarının 91- 94-cü səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 03 may 2025-ci il tarixli protokolda, 172-177-ci səhiflərdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 4(005)-1024/2025 nömrəli qərarında yazılmışdır. Məhkəmə istintaqı zamanı Vüqar X1 psixotrop maddə almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X54 Nadirova narkotik vasitə və psixotrop maddə satmadığını və ya vermədiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, 1(101)-1554/2025 nömrəli məktubu ilə göndərilmiş Elçin Məmmədovun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktından görünür ki, həmin cinayət işi 16 may 2025-ci il tarixdə Elçin Məmmədov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanaraq istintaq aparılmışdır. Cinayət işinin materiallarından və Elçin Məmmədovun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, həm Təqsirləndirilən şəxs həm də Elçin Məmmədov baş təhqiqatçı, polis polkovnik-leytenantı Arif Rzayev tərəfindən şübhəli şəxs qismində tutulmuşlar və üzərilərində şəxsi axtarış istintaq hərəkəti icra edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, həm Təqsirləndirilən şəxs həm də Elçin Məmmədovun saxlanılmasında əməliyyat müvəkkili, polis baş leytenantı X34 iştirak etmişdir. Göründüyü kimi əməliyyat tapşırığına cavab olaraq verilmiş 15 iyul 2025-ci il tarixli məktub İstintaq İdarəsinə təqdim olunmamışdan 17 gün əvvəl həmin X31 barəsində ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həm Təqsirləndirilən şəxs həm də Elçin Məmmədova verilmiş ittihamda Təqsirləndirilən şəxs Elçin Məmmədovdan psixotrop maddə metamfetamin alması və ya əksinə X47 Nadirova psixotrop maddə metamfetamin satması müəyyən edilməmişdir. Şərh edilənlərdən aydın olunur ki, Elçin Məmmədov həm əməliyyat orqanına həm də istintaq orqanına məlum olmasına baxmayaraq əməliyyat tapşırığına verilmiş cavab məktubunda sonuncun şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmadığı yazılmışdır. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 15 iyul 2025-ci il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından və özündə həqiqəti əks etdirən məlumatlar təsbit etmədiyindən cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddəyə dair əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabbinodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə digər mobil nömrələr ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən CD disklərdə müəyyən edilmişdir: xx/xx/2024 03:16:35, **********99, **********86, Ala bicindirademedumki vüqarda ver ondan Cindir deyir heçnəyoxdumende; xx/xx/2024 00:03:18, **********99, **********86, Ala aynionalmiwamsencun cavab ver; xx/xx/2024 22:13:17, **********67, **********99, Ede pulunan ayinoyon lazımdıre tapa bilərsən c verde tez; xx/xx/202418:30:03,**********97,**********99, Usaglari gonderirem mehlenize size incime gedib soraglasib deyeceyler ki vuqar 100 manatmizi alıb qaçıb xoşuna gelecey; xx/xx/2024 18:32:09,**********97,**********99, Soxum o malın icine ki ona gore o qeder soz dedin soyus soydun indide bele eliyirsen danışanda kişilik cahilig nece oldu yadan cixdi a; xx/xx/2024 17:39:13, **********46,**********99, Qaqa cixqraga bir kelme deyim nese var; xx/xx/2024 17:43:04, **********46,**********99, Pil mende çıxım telesir masin sen ol; xx/xx/202418:58:54, **********46,**********99, Sen maldan otru g*tu veresenne q*hb*lik eliyirsen q*hb*s*n; 7/11/2024 03:08:55, **********03, **********99,Cıxırsan Saba sene şeyde verəcəm sabahkı şeyün mənim boynuma; xx/xx/2024 03:09:32, **********03,**********99,Cıxanda hele yaz qoyum ora götürersen; xx/xx/2024 03:12:05, **********03, **********99,Yaxşi qoyuram ora atanda bide vzv verersen bilərəm sağ ol; xx/xx/2024 15:12:21, **********46, **********99,Vuqar bu meni yığır alinmirsa de bilim tez he yox de cixim ya cixmiyim; xx/xx/2024 17:52:40, **********46, **********99, Yetim yari sen ol elden çıxmasın; xx/xx/2024 23:47:47, **********99, **********03, Emi 10 torpaq 20 daw; xx/xx/2024 02:45:19, **********99, **********03, 10 sey lazîmdi ot; xx/xx/2024 22:31:25, **********99, **********03, Kerimov 10 torpaq 10daw duzeler ya yox bîrxeber de tez; xx/xx/2024 00:02:54, **********99, **********03, Qardaw 10 daw 10 torpaq duzeler tez cavab de; xx/xx/2024 00:14:23, **********03, **********99, Hə yanımda adam var; xx/xx/2024 00:15:48,**********99,**********03, 10 daw 10 torpaq lazımdı nece elayim gelim; xx/xx/2024 17:00:12, **********09, **********99, Salam abi evdeyem yarım daw lazimidi getdiler day; xx/xx/2025 21:51:38, **********99, **********03, 15 daw 10da tor; xx/xx/2025 20:54:42, **********21, **********99, Qaqa daş lazımın deyil; xx/xx/2025 20:55:42, **********21, **********99, Her ikisinnen lazımdısa de; xx/xx/2025 00:18:59, **********99, **********03, Emi wey lazîmiydi cavab ver; xx/xx/2025 01:08:32, **********99, **********21, Qaqa gozdïyirem de seni mene bir sozdeyeceysen; xx/xx/2025 02:46:06, **********99, **********21, Abi mene bir soz deye bilersen olacag ya yox; xx/xx/2025 03:55:29, **********99,**********21, Qaqa bir kelme bir soz de bilim da men oldum de mensoyugdan; xx/xx/2025 03:47:27, **********99, **********21, Qaqa 15 manat daw duzeler; xx/xx/2025 03:48:05, **********21, **********99, Yoxdu qaqa; xx/xx/2025 23:06:46, **********99, **********34, Qaqa gozleyim seni ya gedim eve; xx/xx/2025 21:28:45, **********98, **********99, yeke oğlansan dinenden getmisen ollem agridayam imkan var das getir yoxdusa pulu getir torpaq götürüm halım pisdi; xx/xx/2025 19:38:35, **********98, **********99, olmadiki pulu verde qaqa bele seyolar.zengimi niye acmirsan? hardasan gelim pulu ver.agriram berk lomkadayam; xx/xx/2025 00:17:33, **********98, **********99, mende das var gor alindira bilirsense torpaq goturmendede 5m.var verim sene və sair smslərlə bağlı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün ayrı-ayrı şəxslərdən narkotik vasitələr və ya psixotrop maddə aldığını demişdir. Lakin həmin məlumatlar məhkəmə tərəfindən tədqiq olunan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunması qeyd olunan psixotrop maddə metamfetamini əldə etməsinə dair hər hansı sübut aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X49 bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrəsini işlətmişdir. Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxsla danışığı və ya smsləşməsi olmamışdır. 2024-cü ildə istifadəsində olan nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə arasında yazılmış smslərdən məlumatı olmamışdır. Həmin smsləri kimin yazdığını bilməmişdir. 2024-cü ilin noyabr-dekabr aylarında elektron qurğu ayağında olmuşdur. Təqsirləndirilən şəxsla heç vaxt görüşməmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımışdır, ***-***-**-** saylı nömrə onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə bir dəfə narkotik vasitə marixuana istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxsla arasında olan smslərin kimin yazmasını bilməmişdir. Səhv edərək narkotik vasitədən istifadə etmişdir. İstifadəsində olan ***-***-**-** saylı nömrə ilə sim nömrələrə zəng etməsi pulsuz olmuşdur. Buna görə həmin nömrədən qardaşının dostları da istifadə etmişlər. Maşını xarab olan zaman Təqsirləndirilən şəxs maşını düzəltmək üçün ona köməklik etmişdir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan sms yazışmaları özlüyündə Təqsirləndirilən şəxs üzərindən metamfetamin maddəsinin aşkar olunmasını və ya onun qanunsuz dövriyyəsində iştirakını sübut etmir. Həmin məlumatlar maddi sübutlarla, prosessual qaydada götürülmüş axtarış, götürmə və baxış protokolları ilə təsdiqlənmədiyindən, cinayət predmetinin bilavasitə Təqsirləndirilən şəxs aid olması barədə qəti və etibarlı nəticə çıxarmağa əsas vermir. Bundan əlavə, sms məlumatlarının məzmunu faktiki olaraq ehtimal xarakteri daşıyır və Cinayət-Prosessual Məcəlləsinin sübutların hərtərəfli, tam və obyektiv araşdırması tələblərinə cəvab vermir. Bu baxımdan sözügedən yazışmalar ittihamın mahiyyətinə aidiyyəti olmadığından təkbaşına ittihamın əsasını təşkil edən bilməz və Təqsirləndirilən şəxs günahını sübut edən sübut kimi qəbul olunmamalıdır. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyinəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqeydən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilərkən onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,681 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməli və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 80 (səksən) manat ekspertiza xərcininməhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 80 (səksən) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,681 qram psixotrop maddə metamfetamin cinayət işinin materiallarınaa əlavə edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-550/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-550/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver