Məhkəmə qərarları › İş №1(099)-551/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-551/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-551/2023 27.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X10 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Xocavənd rayonunun Əmirallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, evli, Xocavənd rayonunun Əmirallar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra –qurudulmuş marixuana) əldə etmə, saxlama, daşıma və göndərmə barədə hazırkı cinayət işindən barələrində cinayət işi ayrılmış şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrılmış digər şəxsin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı sonuncunun qeyd etdiyi ünvandan götürüb özündə saxlamaqla sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına və bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq 3.000 manat pul vədinə əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 9727,20 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı barəsində cinayət işi ayrılmış İran İslam Respublikasının vətəndaşı “Ramin” adlı şəxsin təlimatı üzrə cinayətin digər naməlum iştirakçısı tərəfindən istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Füzuli rayonunun Bəhmənli kəndi ərazisində şosse yolun kənarında qoyulduğu yerdən 08 yanvar 2023-cü il tarixdə axşam saatlarında qanunsuz əldə edərək həmin narkotik vasitənin 120,0 qram təmiz çəkidə olan hissəsini 01 ədəd qara rəngli sellofan bağlamada öz üzərində, qalan hissəsini isə 18 ədəd sellofan bağlamalar halında idarə etdiyi “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik olan hissəsinə yerləşdirməklə gizlədib saxlayaraq daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra – DİN BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 21:50-də Hacıqabul-Horadiz şosse yolunun Beyləqan rayonu ərazisindən keçən 113-cü kilometrliyində idarə etdiyi həmin “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında dayanan zaman saxlanılıb Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilməklə “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı həmin avtomobili ilə birgə oraya gətirildikdən sonra həmin şöbədə 08 yanvar 2023-cü il tarixdə saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən 120,0 qram təmiz çəkidə qurudulmuş marixuana Təqsirləndirilən şəxs əynindəki boz rəngli uzunqol idman geyiminin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Beyləqan RPŞ-nin inzibati binasının həyətinə yerləşdirilmiş həmin “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs razılığı və öz iştirakı ilə 09 yanvar 2023-cü il tarixdə saat 00:30-dan etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitənin qalan hissəsi olan ümumilikdə 9607,2 qram təmiz çəkidə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 465,1 qram, 510,8 qram, 515,0 qram, 608,2 qram, 510,8 qram, 1080,2 qram, 520,0 qram, 560,0 qram, 176,3 qram, 520,8 qram, 500,0 qram, 500,2 qram, 520,3 qram, 500,0 qram, 480,5 qram, 510,2 qram, 508,5 qram və 620,3 qram olmaqla 18 ədəd sellofan bağlamalarda “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik yerləşən hissəsindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitələri əldə etməkdə satış məqsədinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin narkotik vasitəni əldə etsə də satış məqsədi olmamışdır. İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxslə sosial şəbəkələr vasitəsi ilə tanış olmuş, tutulana qədər təxminən 3-4 ay onunla danışmışdır. Qurudulmuş marixuana göndərməyi, həmin narkotikin çəkisini Ramin adlı şəxs ona demiş, görəcəyi iş müqabilində ona 3000 manat bank kartına köçürməyi vəd etmişdir. “Raminin” deməsinə görə narkotik vasitəni götürüb Sabirabad rayonuna çatanda narkotik vasitəni qoyacağı yeri ona deyəcəkdi. Narkotik vasitələri idarə etdiyi avtomobilin mühərrik hissəsində gizlətməyi Ramin ona demişdir. Həmin əməli pula ehtiyacı olduğu üçün törətmişdir. Onun kartına pulu narkotik vasitəni deyiləcək yerə qoyduqdan sonra göndəriləcəyi deyilmişdir. Əvvəllər də “Ramin” adlı şəxsin dediyi yerdən narkotik götürüb onun dediyi yerə qoymuş, bunun müqabilində ona 1000 manat pul verilmişdir. Saxlanılan zaman Raminin göndərdiyi bağlamalardan bir bükümünü götürüb şəxsi istifadəsi üçün üzərində saxlamış, qalanın isə avtomobilinin mühərrik hissəsində gizlətmişdir. Təqsirləndirilən şəxs himayəsində iki uşağı olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində, onun üzərində şəxsi axtarış aparılması, həmçinin idarə etdiyi avtomobilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun üzvü olaraq iştirak etmiş, 08 yanvar 2023-cü il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Xocavənd rayonunun Əmirallar kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Beyləqan rayonu ərazisində qanunsuz ticarət dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu məqsədlə əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 21:50-də Hacıqabul-Horadiz şosse yolunun Beyləqan rayonu ərazisindən keçən 113-cü kilometrliyində idarə etdiyi “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında dayandığı zaman saxlamış, dərhal Təqsirləndirilən şəxs “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Beyləqan rayon Polis Şöbəsinin inzibati binasına dəvət edib aparmışlar, orada videoçəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz şalvarının sağ yan cibindən 11 manat şəxsi pulunu, 01 ədəd avtomobil açarını, özünün şəxsiyyət və sürücülük vəsiqələrini, Beynəlxalq Banka aid plastik bank kartını, sol yan cibindən özünün “Redmi” markalı mobil telefonunu, həmçinin əynindəki boz rəngli uzunqol idman geyiminin sağ yan cibindən içərisində şübhəli maddə olan 01 ədəd kiçik qara rəngli sellofan bağlamanı çıxarıb təqdim etmiş, həmin kütlənin qurudulmuş marixuana olduğunu təsdiq etmiş, sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qara sellofan bağlamadakı qurudulmuş marixuananı İranlı Ramin adlı şəxs vasitəsi ilə əldə etmişdir, qalan narkotik vasitə bağlamalarını da idarə etdiyi “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqdadır, avtomobilə baxış keçirilməsinə heç bir etirazı da yoxdur. Daha sonra Beyləqan rayon Polis Şöbəsinin binasının həyətinə yerləşdirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilə də videoçəkilişlə, Təqsirləndirilən şəxs özünün iştirakı və razılığı ilə baxış keçirilməyə başlanmış, Təqsirləndirilən şəxs özü avtomobilin mühərrik yerinin kapotunu açıb orada gizlətdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bağlamaları təqdim etmişdir. Avtomobilin mühərrik yerinə əvvəldən yığılmış həmin 18 ədəd sellofan bağlamalar mühərrik yerindən aşkarlanaraq çıxarılmış, həmin bağlamalar ardıcıl şəkildə açılıb baxış keçirilmiş, onların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bağlamalar torbaya yığılaraq elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, özü həmin narkotik vasitəni İranlı Ramin adlı şəxs vasitəsi ilə, yəni Raminin Füzuli rayonu ərazisində qoydurduğu yerdən götürmüş və Sabirabad rayonuna aparıb Raminin deyəcəyi bir yerə qoymaq fikrində olmuşdur, buna görə İranlı Ramin ona 3000 manat qazanc pul verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına aparılarkən, şəxsi axtarış və avtomobilinə baxış keçirmə prosesləri zamanı ona qarşı heç bir təzyiq, zorakılıq, başqa hansısa qanunsuz hərəkətlər edilməmiş, belə hallara yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid3 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edərək Beyləqan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi , daha sonra idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindəvə avtomobilində saxladığı bağlamaları könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (səh. 7-9;12-13; 32-35; 38-4) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23 ) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli və “baxış keçirilməsi və götürmə haqqında” 09 yanvar 2023-cü il tarixli protokollara, onlara əlavə edilmiş videogörüntülər olan 02 ədəd DVD disklərdən görünür ki, 08 yanvar 2023-cü il tarixdə saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki boz rəngli uzunqol idman geyiminin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bağlamada təxminən 141 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Eləcə də şəxsi axtarış prosesi zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus 11 manat pul vəsaiti, 01 ədəd avtomobil açarı, şəxsiyyət və sürücülük vəsiqələri, 01 ədəd üzərində **********151318 rəqəmləri həkk olunmuş Azərbaycan Beynəlxalq Bankına aid plastik bank kartı, içərisində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Redmi” markalı mobil telefon aparatı aşkar edilmiş, 11 manat pul vəsaiti və 01 ədəd avtomobil açarı özünə qaytarılsa da, şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı, içərisində ***-***-**-** mobil nömrə olan “Redmi” markalı mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə yerləşdirilmiş həmin “Kia” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs razılığı və öz iştirakı ilə 09 yanvar 2023-cü il tarixdə saat 00:30-dan etibarən keçirilmiş baxış zamanı həmin avtomobilin mühərrik yerləşən hissəsindən 18 ədəd sellofan bağlamalarda ümumi çəkisi təxminən 10 kiloqram 400 qram olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 32-35; 38-40) -Məhkəmə bioloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 7/23 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Toğbrul Sultanovun idarə etdiyi avtomobildən aşkar edilmiş kütlə...” yazı və imzalar olan torbada 18 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 465,1 qram, 510,8 qram, 515,0 qram, 608,2 qram, 510,8 qram, 1080,2 qram, 520,0 qram, 560,0 qram, 176,3 qram, 520,8 qram, 500,0 qram, 500,2 qram, 520,3 qram, 500,0 qram, 480,5 qram, 510,2 qram, 508,5 qram və 620,3 qram olmaqla ümumi çəkisi 9607,2 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamada təmiz çəkisi 120,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 9727,20 qram olub tərkiblərinə görə eynidir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 9727,20 qram olan marixuananın 0,95 qramı tədqiqata sərf edildikdən sonra qalıq 9726,25 qram marixuana qalmışdır. (i.v. 46-50) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 79-80) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(005)-30/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 104-108) - “ mobil telefon aparatına baxış keçirilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Redmi” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 914 330 4429 saylı mobil nömrə istifadəçisinin “Alber” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Alber” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 914 330 4429 saylı mobil nömrənin istifadəçisi tərəfindən 08 yanvar 2023-cü il tarixdə saat 21:09-da “?” məzmunlu və saat 21:15-də “????” məzmunlu – sual işarələrindən ibarət SMS mətninin, həmin tarixdə saat 22:01-də “Qaqa, xırda, böyük, em qırx, çıqqılı, böyük, hamısı safir bi dənə, düz iyirmi dənə, düz ha, düz, safir bi dənə” məzmunlu səsli mesajın, saat 22:02-də “Helə eləmə da, sürginən aparginən amanatımızı ver, qoy yerbəyer eləyək, qaqa sən balanın canı dayanma” məzmunlu səsli mesajın, ardınca saat 22:09-da fars və ya ərəb əlifbasına aid işarənin, ardınca saat 22:10-da buraxılmış səsli zəngin, daha sonra saat 22:12-də “Qaqa iyirmi dənə saf bağlamadı, iyirmi dənə bağlamadı, onun biri sənin özünündü iki yüz qram, səninkindən sonra bir dənə də yüz qram var orada, o yüz iki yüz qramı götürəndən sonra qaqa, anbarda da sənə deyəcəm, daş, torpaq, ondan sonra qara verilsin, saf iyirmi dənə maldı, sən bir dənəni götürəsisən, on doqquz dənə mal təhvil verəsisən ora, bağlama, vsyo, dayanmadan da sür elə, ürəyim qurban, gözləyirlər” məzmunlu səsli mesajın göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı “Redmi” markalı mobil telefon aparatının yaddaşında “Kontaktlar” bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 914 330 4429 saylı mobil nömrə istifadəçisinin “Alber” adı altında qeydə alındığı müəyyən edilmişdir . (i.v. 110- 119) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuananın Azərbaycan Respublikası ərazisinə hansı yolla və kimlərin vasitəsi ilə gətirilməsi, narkotik vasitəni Azərbaycan Respublikasına göndərən və satışını təşkil edən İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxsin kimliyini, onun Azərbaycan Respublikasındakı əlaqələrini, narkotik vasitəni hansı şəraitdə əldə etməsini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. (i.v.152) - Beyləqan Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 08 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v.155-156; 157-161) - “baxış keçirilməsi haqqında” 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə telefonla aparılan danışıqların və məlumatların yükləndiyi "xxxx" Telekom MMC-dən xx.xx.2023-cü il tarixli 3633 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş və ***-***-**-** saylı mobil nömrənin X3 (Təqsirləndirilən şəxs anasının) adına "xxxx" Telekom MMC-də qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, cinayət işinin materialları tədqiq edilməklə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus “Redmi” markalı mobil telefonun yaddaşında istifadəçisi “Alber” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 914 330 4429 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə 15 dekabr 2022-ci il tarixdə saat 11:14-də zəng edilməklə 3 və 6 saniyə, həmçinin ***-***-**-** saylı mobil nömrədən +98 914 330 4429 saylı mobil nömrəyə 04 yanvar 2023-cü il tarixdə saat 14:24-də zəng edilməklə 14 saniyə, eləcə də +98 914 330 4429 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 08 yanvar 2023cü il tarixdə saat 20:36-da zəng edilməklə 6 saniyə, saat 21:21-də zəng edilməklə 8 saniyə və 71 saniyə, saat 21:34-də zəng edilməklə 57 saniyə telefon danışıqlarının aparıldığına dair məlumatlar qeydə alınmışdır. (i.v.188-189) -X6 tibbi yoxlamanın 08 aprel 2023-cü il tarixli, 2016 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən, məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs iki ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini, narkotik vasitələrdən son dəfə tutulan gün istifadə etdiyini, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar stasionar şəraitdə müalicə kursu da aldığını bildirmişdir. (i.v. 195-196) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i.v. 239-240) -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi ilə bağlı cinayət işi materiallarından şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Ramin adlı şəxs və qeyriləri barəsində ərbaycan Respublikası CMin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (i.v. 256-257) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Ramin” adlı şəxs tərəfindən göndərilən narkotik vasitəni götürüb onun deyəcəyi yerə qoymaq istəməsi, həmin narkotik vasitəyə münasibətdə satış məqsədi olmamasını bildirməsi işin faktiki hallarına uyğun gəlməməklə digər sübutlarla tam təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ilin dekabr ayında telefon danışığı zamanı iranlı “Ramin” ona təklif etmişdir ki, onun Zəngilan rayonu ərazisinə göndərdiyi narkotik maddə qurudulmuş marixuananın satılmasında ona köməklik göstərsin, yəni bu maddəni özünün hansısa adamları vasitəsi ilə Zəngilan ərazisində qoydurduğu yerdən gedib götürsün, sonra isə özü ilə Sabirabad rayonu ərazisinə aparıb qoysun. Bunun müqabilində isə onun kartına bir neçə dəfə pul göndərilmiş, sonuncu dəfə də eyni məqsədlə 08 yanvar 2023-cü il tarixdə Füzuli rayonunun Bəhmənli kəndi ərazisindən götürdüyü narkotik vasitəni Sabirabad rayonu ərazisinə Raminin ona deyəcəyi yerə aparıb qoymaq fikrində olmuş, bu dəfə Ramin ona 3000 manat qazanc pul vəd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı “Ramin” adlı şəxslə sosial şəbəkə vasitəsi ilə danışdığını, narkotik vasitənin qoyulacağı yerin “Ramin” adlı şəxs tərəfindən ona deyildiyini, həmin narkotik vasitəni ona deyiləcək yerə qoyması müqabilində qazanc əldə etdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN BNMİ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs avtomobilinin yanında dayandığı vaxt saxladıqlarını, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan bağlamanı və avtomobilə baxış keçirilərkən avtomobilin mühərrik hissəsində gizlətdiyi bağlamaları təqdim edib içərisində qurudulmuş marixuana olduğunu dediyini, narkotik vasitənin ona məxsus olmasını, narkotik vasitənin yeri barədə “Ramin” adlı şəxsdən məlumat aldığını, götürdüyünü və sonuncunun deyəcəyi yerə aparacağını, bunun müqabilində 3.000 manat pul alacağını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək və məhkəmə baxışında Təqsirləndirilən şəxs üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında eyni məzmunda ifadə versə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, Füzuli rayonu ərazisində gizlətmiş digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Füzuli rayonu, Bəhmənli kəndi ərazisində gizlədilmiş narkotik vasitələri götürərək satış məqsədi ilə saxlamış, daşımışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmadığını bildirsə də məhkəmə tərkibi qeyd edir ki, qeyd edilən narkotik vasitəni Füzuli rayonu ərazisində gizlətmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin məqsədi narkotik vasitələrin satışına yönəlmiş, həmin şəxs və şəxslərin göstərişi ilə Təqsirləndirilən şəxs narkotik vasitəni həmin ərazidən götürüb onların dediyi yerə qoymaqla aralarında olan vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısı olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Ramin” adlı şəxsə kömək göstərməyə yönəlmiş hərəkətlər etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs konkret olaraq kimlərəsə qurudulmuş marixuananı satmasa da, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin narkotik satışına yönəldilmiş hərəkətlərinə kömək etməklə, yəni aralarında olan rol bölgüsünə əsasən gizlədilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib ona deyiləcək ünvana çatdırmaqla narkotik vasitələrin satışı cinayətində cinayətin icraçısı hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyə görə də qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda – qurudulmuş marixuana əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddənin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 08 yanvar 2023-ci il tarixli, “avtomobilə baxış keçirilməsi haqqında” 09 yanvar 2023-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, telefona baxış keçirilməsi zamanı əldə edilmiş foto və səs yazıları, digər istintaq hərəkəti protokolları, məhkəmə bioloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin səlahiyyətli əməkdaşının tərtib etdiyi 09 fevral 2023-cü il tarixli məktub, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana, mobil telefon, bank kartı yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xocavənd rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağcabədi rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərarın 2.5 və 7-ci bəndlərinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və məhkumluğu götürülmüşdür.(i.v 124-125; 175- 180) - Xocəvənd rayon İcra Hakimiyyəti Başçısının Əmiralılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, xx.xx.2011 və xx.xx.2012-ci il təvəllüdlü iki azyaşlı uşağından ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Ağcabədi rayon Bölməsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda məcburi köçkün kimi Ağcabədi şəhəri Sultanbəy küçəsi 290 saylı evdə məcburi qeydiyyatdadır. (i.v. 166-168; 181-184;215-221). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablanmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 2016 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9726,25 qram təşkil edən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş və içərisində "xxxx" mobil operatoruna məxsus nömrə olan “Redmi” markalı mobil telefon və Azərbaycan Beynəlxalq Bankına aid **********151318 nömrəli 01 ədəd plastik bank kartı yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9726,25 qram təşkil edən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, şəxsi axtarış və baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş və içərisində "xxxx" mobil operatoruna məxsus nömrə olan “Redmi” markalı mobil telefon və Azərbaycan Beynəlxalq Bankına aid **********151318 nömrəli 01 ədəd plastik bank kartı yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar