Məhkəmə qərarları › İş №1(099)-551/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-551/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-551/2025 11.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), X7 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayə yaşamış, 11 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli, 4(041)-54/2025 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaq və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-2.465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 11 aprel 2025-ci il tarixdə saat 02:30 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu, Karrar qəsəbəsi ərazisində saxlanılıb üstü yoxlanılarkən sol ayağındakı corabın içərisindən 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0.766 qram, 0.973 qram, 0.726 qram olmaqla ümumilikdə külli miqdarda-2,465 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək demişdir ki, polis əməkdaşlarının adamı olan Kamran adlı şəxs ona üzərində saxlamaq üçün psixotrop maddə metamfetamin vermişdir. Metamfetamini üzərində saxlamağa başladığı 10 dəqiqədən sonra polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları üzərindən götürdükləri metamfetamin Kamranın verdiyi metamfetamindir. Kamranı iki il olar ki, tanıyırdı. Bakı şəhərinə gedib orada İran İslam Respublikası vətəndaşından 5 qram metamfetamin əldə etmişdilər. Kamran öz kartından iranlıya pul göndərdikdən sonra narkotik vasitəni götürüb kafeyə getmişlər. Kafedə olan zaman Kamran metamfetamini beş yerə bölüb saxlaması üçün ona vermişdir. Daha sonra “Lökbatanın kuruqu” deyilən əraziyə getmişlər, orada üzərində olan metamfetamini Kamrana qaytarmış və üzərində nə üçün saxlamalı olduğunu demişdir. Kürdəmir rayonunda olan polis postuna az qalmış qırmızı yanacaqdoldurma məntəqəsində ayaqyoluna gedən zaman Kamran ayaqyolunun arxa tərəfində metamfetaminin üç qramını ona vermiş, rayonda tanışları ilə görüşəcəyini demişdir. Kamranın yanında metamfetaminin iki bükümünü bel nahiyəsində kəmərin altına qoymuş, bir bükümünü isə cibinə qoymuş, iki bükümü isə Kamranın özündə qalmışdır. Daha sonra maşına oturub getmişlər, posta çatan zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları saxladıqdan sonra hazırda dediyi kimi ifadə vermiş, lakin polis əməkdaşları onu vurub səsini çıxarma demişlər. Polis əməkdaşları nə deyirlərsə onu etməsini demişlər. Sonra polis əməkdaşları ona “sənə kömək edib, səni istifadəçi kimi qeydiyyata alaq, telefonu istintaqa verməyək” demişlər. Polis şöbəsində olan zaman baş nahiyəsindən vurmuşlar, bununla bağlı prokurorluğa da müraciət etmişdir. Müraciətindən sonra həkim gəlib onu müayinə etmiş və həkim “elə-belə” şey olduğunu demişdir. Onun ciddi problemləri yaranmış, yuxudan ayıldıqdan sonra harada olduğunu bilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, metamfetamindən çox az miqdarda istifadə edir, ancaq narkoman deyildir. Ona elan olunmuş ittihamda yazılmış metamfetamin onun üzərindən aşkar olunmuşdur. Polis əməkdaşları onu etiraf etməsi üçün deyil, əlavə iki nəfər şəxsin də adını vermədiyinə görə döymüşlər. Onu narkotiklərlə mübarizə qrupunun rəisi döymüşdür. İstintaq Təcridxanasına daxil olan zaman xəsarəti olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Adına açılmış tibbi kitabçanın götürülməsinə ehtiyac qalmamışdır. Beş qram metamfetaminin iki qramını ona verdikdən sonra qalan hissəsi isə Kamranın özündə qalmışdır. Kamranı başqa avtomobil ilə polis şöbəsinə aparmışlar, ondan sonra Kamranı görməmişdir. Bir gün sonra etiraf eləmiş, Kamranı gətirmişlər və Kamranın adını verməməyini ona demişlər, əks halda üzərinə əlavə narkotik vasitə qoyacaqlarını demişlər. Kamrandan metamfetamini götürəndə külli miqdarda olacağını bilməmişdir. Kamranla aldıqları 5 qram metamfetaminin az miqdarında istifadə etmişdilər. Kamranla ona verdiyi bükümlərdən ona verib-verməyəcəyi barədə danışmamışdılar. Metamfetamini Bakı şəhərindən almışdılar. Saxlanılan günü ailəsində problemlər yaranmışdı, kozino oyununda pul uduzmuşdu, özündə olmamış və fikirli olmuşdur. Kazino oyununda 970 manat pul uduzmuşdu, dost və tanışlarından pul tapmaq üçün Bakı şəhərinə getmişdir. Kozino oyununu telefonda oynamışdır. Polis əməkdaşları Kamranla onu bir yerdə saxlamışlar. Bakı şəhərində Kamranla zəngləşib görüşmüşlər. Polis əməkdaşları onları YPX-nin postunda saxlamışlar. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Kamranı 2-3 il qabaqdan tanımış, Kamranla birlikdə əvvəllər narkotik vasitə istifadə etmişlər və onun üzərində narkotik vasitə olması barədə polis əməkdaşlarına Kamran məlumat vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması və qəbul etməsi barədə 11 aprel 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 02:30 radələrində Kürdəmir rayonu, Karrar qəsəbəsi ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq psixotrop maddə saxlamasında əsaslı şübhəli olduğunu bildirmiş və Təqsirləndirilən şəxs sol ayağındakı corabın içərisindən 02 ədəd üzəri qırmızı lentlə bağlanmış şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim edərək, içərisində metamfetamin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilərək qablaşdırılmış paketə açılaraq baxış keçirilmişdir. Baxış zamanı kağız zərfdə olan 02 ədəd polietilen bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində 02 ədəd büküm olması, 03 ədəd bükümlərin hər birinin içərisində şəffaf rəngli kristal hissəcikli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini 10 aprel 2025-ci il tarixdə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı, əvvəllər də psixotrop maddə aldığı “Yusif” adlı “İran” vətəndaşından Bakı şəhəri ərazisində qramı 45 manat olmaqla 135 manat pul qarşılığında 3 qram psixotrop maddə metamfetamin aldığını, həmin psixotrop maddələri şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Verilmiş suallara cavab olaraq şahid Elman Bünyatov bildirmişdir ki, Təqsirləndirilən şəxs Karlar kəndi ərazisində, polis postuna yaxın yerdə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman orada Kamran adlı şəxs olmamışdır. Metamfetamin Təqsirləndirilən şəxs corabından çıxmışdır. Təqsirləndirilən şəxs iki nəfər şəxs ver deməmişlər. Əməliyyat məlumatlarından Təqsirləndirilən şəxs iranlıdan metamfetamin aldığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs döyməmişlər, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Şahid qismində dindirilmiş Şahid2 şahid Elman Bünyatovun ifadəsində göstərdiklərini təsdiq etmiş və verilən suallara cavab olaraq onun yanında heç kimin Təqsirləndirilən şəxs döymədiyini, ona qarşı qanunsuz hərəkətlərə yol vermədiyini, Kamran adlı şəxsi tanımadığını və Təqsirləndirilən şəxs gecə saat 02:30 radələrində saxladıqlarını bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sol ayağındakı corabın içərisindən 3 (üç) ədəd polietilen bükümdə ümumi çəkisi-2,465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1) -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və əşyaların götürülməsinə dair” protokol və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamasında, daşımasında və istifadə etməsində şübhəli olduğu üçün 11 aprel 2025-ci il tarixdə saat 02:30 radələrində Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanmışdır. Təqsirləndirilən şəxs sol ayağındakı corabın içərisindən 2 (iki) ədəd üzəri qırmızı lentlə bağlanmış şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “daş”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümlərə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. 02 ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi müvafiq olaraq 4.60 qram müəyyən olunmuşdur. Həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, “İran” vətəndaşından aldığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, ona heç bir fiziki və psixi təsir olmadığını bildirmişdir.(i.v.9-11) -“şübhəli şəxsin tutulması haqqında” 11aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30-dəqiqədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.27) -“baxış keçirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilərək götürülmüş 1 (bir) ədəd baxış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə və 2 (iki) ədəd polietilen bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilərək qablaşdırılmış paketə açılaraq baxış keçirilmişdir. Baxış zamanı kağız zərfdə olan 2 (iki) ədəd polietilen bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində 2 (iki) ədəd büküm olması müəyyən edilmişdir. Baxış zamanı 3 (üç) ədəd bükümlərin hər birinin içərisində şəffaf rəngli kristal hissəcikli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bükümlər içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilərkən təxmini çəkilərinin ayrıayrılıqda 1.07 qram, 0.91 qram və 1.06 qram olması müəyyən edilmişdir. 3 (üç) ədəd polietilen bükümdə olan kütlələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin “daş” yəni psixotrop maddə metamfetamin olduğunu, onları 10 aprel 2025-ci il tarixdə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı, əvvəllər də psixotrop maddə aldığı “Yusif” adlı “İran” vətəndaşından Bakı şəhəri ərazisində qramı 45 manat olmaqla 135 manat pul qarşılığında 3 qram psixotrop maddə metamfetamin aldığını, həmin psixotrop maddələri şəxsi istifadə etmək üçün üzərində saxladığını, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir.(i.v.27-39) -“məhkəmə-kimyəvi ekspertizası”nın 27 avqust 2025-ci il tarixli, 19/346 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs.” sözləri kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0.766qr, 0.973qr, 0.726qr, ümumi çəkisi-2.465 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Qeyd: cəmi tədqiqata sərf edildi-0,30 qram (hər ob-0,10 qram), qalıq-2,165 qram.(i.v.46-49) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli, 4(041)-54/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində bir nəfər şəxslə tanış olmuş, konum vasitəsi ilə həmin şəxsdən 135 manata psixotrop maddə olan metamfetamin almışdır. Həmin maddəni özü istifadə etməsi üçün almışdır. Sonda o, məhkəmədən barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.(i.v.51-52, 71-77) -“maddi sübut kimi tanımaq haqqında” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,165 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutlar otağına təhvil vermişdir.(i.v.92-93) -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X13 30 aprel 2025-ci il tarixli, 18-1-49/2- 245/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(i.v.103) -“ibtidai istintaq müddətinin uzadılması barədə”06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Kürdəmir RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 3 ay olmaqla 7 ayadək, yəni 11 avqust 2025-ci il tarixədən 11 noyabr 2025-ci il tarixədək uzadılmışdır.(i.v.140-141) -Kürdəmir Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 4(041)-101/2025 nömrəli qərarından görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, özünü narkotik istifadəçisi kimi təqsirli bilir. 10 aprel 2025-ci il tarixdə Kamran adlı şəxs ona zəng edərək ondan narkotik vasitə olubolmamasını, ona narkotik tapa bilib-bilməməsi barədə soruşmuşdur. O da Kamrana narkotik vasitə tapa biləcəyini deyərək, Bakı şəhərində Zabrat ərazisində yerləşən kafedə görüşmüşlər. O, internet vasitəsi ilə narkotik vasitəni tapmışdır. Kamran narkotik vasitənin pulunu kart vasitəsi ilə İran vətəndaşına göndərmişdir. O da Kamranın pul göndərməsi barədə çekin şəkilini çəkib İran vətəndaşına göndərmişdir. Bir müddət keçdikdən sonra ona narkotik vasitəsinin olduğu yerin konumu atılmışdır. Taksi çağırıb həmin yerə getmişlər. Narkotik vasitəni götürüb bir azını kafedə oturub istifadə etmişlər. Narkotik vasitəni götürdükdən sonra Kamran ona həmin narkotik vasitəni 5 hissəyə bölməsini istəmişdir. Kamran 1 büküm ona vermiş, 4 bükümü isə özünə götürmüşdür. Sonra taksi tutmuş və Kürdəmir rayonuna yola düşmüşlər. Kürdəmirə çatmamış benzin doldurma mətəqəsində saxlamış və tualetə birlikdə getmişlər. Kamran üzərində olan bükümlərdən 2 qramını ona vemiş və başqa adamla görüşəcəyini, birdən onun üzərində görə biləcəyini, arxasınca izləmə ola biləcəyini demişdir. Kamranda olan bükümün 2 qramı onda qalmış, 2 qramı isə Kamranda olmuşdur. Kamran çıxıb getmiş, o isə taksiyə minib yola davam etdikləri zaman postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra Elman Bünyatov ona yaxınlaşmış axtarışda olduğunu bildirmişdir. O, polis şöbəsinə aparılan zaman bildirilmişdir ki, maşında olan telefonu da götürsünlər. Sonra onu maşına mindirib polis şöbəsinə gətirmişlər. Amma Kamranı şöbəyə gətirməmişlər. Şöbədə ona fiziki təzyiq göstərilmiş, üzərində nəsə qeyri-qanuni bir şey olub-olmaması soruşulmuşdur. O da ilk öncə şalvanın cibində olan 01 qram narkotik vasitəni təqdim etmişdir. Ondan başqa narkotik vasitə olub-olmamasını soruşduqda isə olmadığını bildirmişdir. Halbuki 02 qram narkotik vasitəni şalvarının iç cibində gizlətmişdir. Sonra polis əməkdaşları çölə çıxmışdır. Bundan sonra Elman Bünyatov gələrək onun ünvanına təhqiredici sözlər işlətmiş, onu vuraraq şalvarını çıxartmasını istəmişdir Elman Bünyatov onu vurararkən vurmamasını, incitdiyini onu öldürməsini istəmişdir, Elman Bünyatov da qarşılığında “öldürməyin də yolları” olduğunu demişdir. Orada narkotik vasitəni şalvarının iç cibindən tapıb götürmüşlər. 1 gün sonra Kürdəmir RPŞ-nin CAB-ın rəisi Zamin Sadıqovun yanına gətirmişlər. Zamin Sadıqov ona ya 2 nəfər narkotik satan adam verməsini, ya da 15000 manat pul verməsini demişdir. O, əsasən Elman Bünyatovdan narazıdır. Elman Bünyatov ona demişdir ki, müstəntiqə telefonu göstərməsin, Kamranın adını çəkməsin, onu narkotik istifadəçisi kimi verəcəklər. Sonradan isə aldanıldığını bilmişdir. Elman Bünyatov ona "öldürməyin də yolları” olduğunu dediyindən həyatının təhlükədə olduğunu hesab etmişdir. Həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimatın təmin edilməməsini xahiş edir. Verilmiş suallara cavabında təqsirləndirilən şəxs bildirmişdir ki, o, polis şöbəsində narkotik vasitənin 02 qramının Kamranda qalmasını polis əməkdaşlarına deməmişdir. Həmin narkotik vasitənin qramını 45 manata almışdır. Həmin günü Kamran İran vətəndaşının kartına 225 manat pul göndərmişdir. Onu polis şöbəsində yalnız Elman Bünyatov vurmuş, ünvanına təhqiredici ifadələr işlətmişdir.(i.v.145-150) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(i.v.151-152) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 31 iyul 2025-ci il tarixli, 1208 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(i.v.171) -“cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyi mənbənin müəyyən edilməsi, həmçinin Kamran adlı şəxsin şəxsiyyəti müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 234.4.3 və 234.1.1-ci maddələri ilə ********* cinayət işi ayrılmışdır.(i.v.183-194) -Kürdəmir Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 4(041)-128/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmiş, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə isə təqsirli bilməmişdir. Birinci dəfə məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı polis şöbəsində aldanıldığına görə yalan ifadə vermişdir. Barəsində birinci dəfə həbsdə saxlama müddətinin uzadılması ilə bağlı olan məhkəmə prosesində verdiyi izahatını isə təsdiq edir. İstintaqda birinci dəfə verdiyi ifadəsini əməliyyatçı Elman Bünyatov tərəfindən aldanıldığı və zorakılığa məruz qaldığından təsdiq etmir. Onu polis əməkdaşı Elman Bünyatovun başından vurması nəticəsində başında xasarət yaranmış, bununla bağlı saxlanıldığı təcridxanada MRT müalicəsi üçün həkimə yoxlanılması baradə müraciət etmiş, lakm müraciətinə baxılmamışdır. Barəsində olan cinayət işinin ədalətli araşdırılmasını xahiş edir. Ailəsində olan problemlərlə bağlı o bir neçə ildir nəşə adlanan narkotik maddədən istifadə etmiş, son vaxtlar isə həmdə "patı" adlanan maddələrdən də istifadə etmişdir. Lakin heç zaman narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Səhhətində problemlər olduğuna görə verilmiş təqdimatın təmin edilməməsini xahiş edir.(i.v.216-220) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərindən 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0.766 qram, 0.973 qram, 0.726 qram olmaqla ümumilikdə külli miqdarda-2.465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsini etiraf etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Qeyd edilən maddədə göstərilən cinayət əməli alternativ tərkiblidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir Bu səbəbdən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən əməlin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə hesab olunur. Siyahılara əsasən metamfetaminin 0,15 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab edilir. “Məhkəmə-kimyəvi ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs.” sözləri kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0.766qr, 0.973qr, 0.726qr, ümumi çəkisi-2.465 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaq və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-2.465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 11 aprel 2025-ci il tarixdə, saat 02:30 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu, Karrar qəsəbəsi ərazisində saxlanılıb üstü yoxlanılarkən sol ayağındakı corabın içərisindən 03 ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi-0.766 qram, 0.973 qram, 0.726 qram olmaqla ümumilikdə külli miqdarda-2,465 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, “o, Kamran adlı şəxs ilə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 135 manat pul qoyaraq istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, külli miqdarda, ümumi təmiz çəkisi-2.465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır”. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Kamran adlı şəxslə birlikdə psixotrop maddə metamfetamini Bakı şəhərindən adığını etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs münasibətdə cəlbetmə qərarında və ittiham aktında istintaq edilən psixotrop maddə metamfetaminin əldə edilmə əməlini naməlum şəxs olan Kamran adlı şəxlə qabaqcadan əlbir olaraq əldə etmə cinayəti törətmiş kimi göstərilmişdir. Lakin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, guya cinayətdə iştirak etmiş digər şəxsin kimliyi ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmiş, həmin şəxs barəsində cinayət təqibi həyata keçirilməmiş, onun hərəkətlərinə hüquqi qiymət verilməmiş və cinayətdə iştirakını təsdiq edən heç bir obyektiv, mötəbər və yoxlanılmış sübut təqdim edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi, özünü və Kamran adlı naməlum şəxsi ittiham edən ifadələr isə cinayətin qrup halında törədilməsini sübut edən əsas kimi qəbul edilə bilməz, çünki cinayət-prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən şəxs yalan ifadə vermək hüququna malikdir və onun ifadəsi yalnız digər sübutlarla təsdiq edildiyi halda hüquqi əhəmiyyət daşıyır. Digər şəxsin müəyyən edilməməsi səbəbindən qabaqcadan əlbir olmanın mövcudluğunu xarakterizə edən qəsdin qarşılıqlığını, əvvəlcədən razılaşmanın mövcudluğu, cinayət niyyətinin birliyini və rolların bölgüsü kimi zəruri hüquqi əlamətlər yoxlanılmamış və sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönülü), birbirini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə-vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 31-ci bəndində göstərilmişdir ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Bu hallarda cinayətin “əlbirlikdə” törədildiyi nəticəsinə gəlmək ittihamın konkretliyi prinsipinin kobud şəkildə pozulması olmaqla yanaşı, həmçinin təqsirsizlik prezumpsiyasına və ittihamın sübuta yetirilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərində olması prinsipinə ziddir. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin sorması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Qeyd edilən səbəblərdən də Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində psixotrop maddələrin qanunsuz əldə edilməsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın Cinayət-Prosessual Məcəllənin 7.0.2, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, psixotrop maddələrin qanunsuz əldə edilməsi şəxsə istinad edilirsə bu əməlin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirilməsi tələb olunur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu Cinayət-Prosessual Məcəlləsinin 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi müəyyən əhəmiyyət kəsb edən halların saxlanılmasından ( “şəxsiyyəti istintaqa “Kamran” adı ilə məlum olan şəxs” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Məzmununda “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının şəxsə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə-qabaqcadan əlbir olan bir qrup şəxsin psixotrop maddə əldə edilməsi əməlini başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələr olduğu halda-Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə münasibətdə cinayətin naməlum şəxslə qabaqcadan əlbir olaraq törədilməsi sübuta yetirilməmişdir və bu əlamət ittihamdan çıxarılmaqla təkbaşına törədilmiş cinayət kimi hüquqi qiymət almalıdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu başqa iki nəfər şəxsin adlarını saxlamaları üçün onlara deməsini tələb etmələri, polis əməkdaşlarının tələblərini icra etmədiyi üçün döyülməsi barədə bildikləri öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona elan olunmuş ittihamda yazılmış metamfetamin onun üzərindən aşkar olunmuşdur. Polis əməkdaşları onu etiraf etməsi üçün deyil, əlavə iki nəfər şəxsin də adını vermədiyinə görə döymüşlər. Onu narkotiklərlə mübarizə qrupunun rəisi döymüşdür. İstintaq Təcridxanasına daxil olan zaman xəsarəti olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Adına açılmış tibbi kitabçanın götürülməsinə ehtiyac qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid dindirilmiş polis əməkdaşları Elman Bünyatov və Şahid2 Təqsirləndirilən şəxs döymədiklərini və ona qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs saxlanılıb üzəri yoxlanılan zaman aparılmış videoçəkilişdə onun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ona heç bir fiziki və psixi təsir olmadığını bildirmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı ona fiziki və ya psixi təsir olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı və Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının onu etirafedici izahat verməsi üçün onu məcbur etmələri barədə hər hansı bir müraciətləri olmamışdır. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalaraq məcbur edilməsi, saxlanılan zaman narkotik vasitənin təsiri altında olması əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüfatlı ifadə verməyərək ümumi olaraq psixi təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi “İ.H.Avstriyaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, polis əməkdaşlarının onu başqa iki nəfər şəxsin adlarını saxlamaları üçün onlara deməsini tələb etmələri, polis əməkdaşlarının tələblərini icra etmədiyi üçün döyülməsi barədə bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini qismən etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin polis əməkdaşlarının onu başqa iki nəfər şəxsin adlarını saxlamaları üçün onlara deməsini tələb etmələri, polis əməkdaşlarının tələblərini icra etmədiyi üçün döyülməsi barədə bildikləri həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələri təzyiqlər nəticəsində əldə edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş videoçəkilişdən, “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 24 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.101-102) -Lerik rayonu İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Yenikənd kəndində yaşayır, himayəsində 08 aprel 2018-ci il təvəllüdlü Yusif Vəliyev adlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (i.v.132-133) Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasasən himayəsində bir nəfər azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs şəxsiyyəti və ailə vəziyyəti barədə təqdim olunmuş məlumatları araşdıraraq müəyyən etmişdir ki, o, ailənin yeganə maddi təminatçısıdır. Onun bir nəfər azyaşlı uşağı vadır. Uşaq atasız böyüyür və ailənin gündəlik yaşayış tələbatının əsas hissəsi hazırda təqsirləndirilən şəxs həbs edildikdən sonra işləməyə başlamış arvadının aldığı məhdud məbləğli pul hesabına ödənilir. Təqsirləndirilən şəxs ən əsas gəlir mənbəyi olmaqla ailənin sosial müdafiəsini faktiki olaraq təkbaşına təmir edir, onun məsuliyyətə cəlb olunması ilə bağlı tətbiq ediləcək cəzanın həmin azyaşlının maddi-məişət şəraitinə ciddi və mənfi təsir göstərəcəyini məhkəmə nəzərə alır. Bu halların hamısı təqsirləndirilən şəxsin ailəsinin sosial cəhətdən həssas durumda olduğunu göstərir və cəzanın fərdiləşdirilməsi zamanı humanizm prinsipinin gözlənilməsini zəruri edir. Təqsirləndirilən şəxs həbs və ya digər sərt məhdudlaşdırıcı cəza tədbirlərində olması ailənin yeganə gəlir mənbəyinin itirilməsi ilə nəticələnən, azyaşlı uşağın qayğı və təminatının daha da pisləşməsinə səbəb ola bilər. Məhkəmə tərkibi bu sosial və demoqrafik vəziyyəti nəzərə alaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması, ailənin yeganə təminatçısı kimi çıxış etməsi, uşağın atasız böyüməsi və ailənin hazırda yalnız məhdud pul vasitəsi ilə dolanması hallarını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs bu əməli şəxsi istifadə ilə məhdudlaşmış, gəlir əldə etmək niyyəti ilə törətməmiş, törətdiyi cinayət əməllərini etiraf etmiş, onun əməlində davamlı cinayət niyyəti olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi müəyyən edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hal kimi irəli sürülmüş “qabaqcadan əlbir olaraq törədilmə” halı məhkəmə istintaqı zamanı təsdiqini tapmamışdır. Guya cinayətdə iştirak etmiş digər şəxsin kimliyi müəyyən edilməmiş, onun iştirakını təsdiq edən obyektiv sübutlar təqdim olunmamış, təqsirləndirilən şəxsin bu barədə verdiyi ifadələri isə təkbaşına sübut kimi qəbul edilə bilməz. Bu şəraitdə “əlbirlik” əlamətinin ağırlaşdırıcı hal kimi tətbiqi hüquqi əsaslardan məhrum olduğundan, məhkəmə həmin halın Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırılan hallardan xarış edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X8rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X6 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 aprel 2025-ci il tarixdən hesablanmalı və Kürdəmir Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli, 4(041)- 54/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutun tədqiqi üçün çəkilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,165 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən və aşkar olunmuş əşyalara baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 aprel 2025-ci il tarixdən hesablansın. Kürdəmir Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli, 4(041)-54/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,165 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstü yoxlanılarkən və aşkar olunmuş əşyalara baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar