Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-552/2024 24.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 22-ci məhəllədə yerləşən 69 nömrəli fərdi yaşayış ünvanında qeydiyyatda olmaqla yaşamış, 06 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 4(032)-34/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroin və qurudulmuş marixuananı əldə etmək üçün şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Hadi adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 05 fevral 2024-cü il tarixdə axşam saatlarında Hadi adlı şəxs tərəfindən naməlum şəraitdə Şirvan şəhəri ərazisində gizlədilmiş 01 (bir) ədəd selofan bağlamanın içərisində 01 (bir) polietilen torba bağlamada külli miqdarda-720,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) polietilen torba bağlamada külli miqdarda-1505,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Şirvan şəhəri ərazisində özünə məlum olan həmin yerdən götürməklə əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 23:50 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən «X4»nın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilərək 06 fevral 2024-cü il tarixdə saat 00:50-dən 01:30-dək müddətdə üzərində keçirilmiş şəxsiaxtarış nəticəsində üzərində olan həmin narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, «whatsapp» proqramı vasitəsi ilə iranlı ilə tanış olmuşdur. İranlı ilə danışan zaman narkotik vasitə göndərəcəyini, göndərdiyi narkotik vasitəni götürüb dediyi yerə qoyacağı təqdirdə ona da narkotik vasitə verəcəyini bildirmişdir. Ona narkotik vasitə lazım olduğundan iranlı ilə razılaşmışdır. 05 fevral 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Xırdalan şəhərindən çıxıb Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinə getmişdir. Hacıqəhrəmanlı qəsəbəsində polislər tərəfindən tutulub şöbəyə aparılmışdır. Onda 700 qram narkotik vasitə heroin olmamışdır. Polis əməkdaşları onu döyməmişlər və ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iranlı «whatsapp» proqramında özü ona yazmışdır. Birinci dəfə idi Hacıqəhrəmanlı qəsəbəsinə getmişdir. İranlı ilə 9-10 gün «whatsapp» proqramında yazışmışdır. İranlı ona orada adam tutulub, orada metamfetamin var onu götürərsən demişdir. Oradan narkotik vasitə götürməmiş, əgər narkotik vasitə görsəydi istifadə etmək üçün götürərdi. İranlı ona narkotik vasitəni götürməsini, şəhərə çatanda deməsini, bir yer deyəcəyini, narkotik vasitəni onun deyəcəyi yerə qoymasını bildirmişdir. Xırdalan şəhərindən Hacıqəhrəmanlı qəsəbəsinə gedənə kimi 2-3 taksi dəyişmişdir. İranlı ona həmin ünvana getmək üçün məkan (konum) atmışdır. Hacıqəhrəmanlı qəsəbəsində yolda daşdan tikilmə avtodayanacaq var idi. Narkotik vasitə həmin dayanacağın arxasına qoyulmuşdur. Saat 04-ə kimi avtodayanacaqda oturub gözləmişdir ki, səhər açılsın və çıxıb getsin. Narkotik vasitəni götürməmişdir. Telefonunun zaryadkası qurtardığı üçün sönmüşdür. Orada olduğu müddətdə narkotik vasitə qoyulan yerə baxmamışdır. Polis əməkdaşları onu avtodayanacaqda tutmuşlar. Bunun oyun olduğunu hiss etdiyi üçün narkotik vasitəni götürməmişdir. İranlının ona atdığı məkanda (konumda) narkotik vasitənin şəkili olmamışdır. Saat 21 radələrində artıq Şirvan şəhərinin ərazisində olmuşdur. Saat 00-a kimi iranlı onu çox yerə göndərmişdir. Yanacaq doldurma məntəqəsinin də yanına göndərmişdir. Saat 01 radələrində iranlı onu Hacıqəhrəmanlı qəsəbəsinə göndərmişdir. Polis əməkdaşları onu saat 2-3 radələrində tutmuşlar. Saat 00dan saat 03-ə kimi yolun kənarında oturub havanın açılmasını gözləmişdir. İki nəfər polis əməkdaşı, bir nəfər mülki formada olan şəxs onu saxlayıb şöbəyə aparmışlar. Narkotik vasitə olan bağlama mülki formada olan şəxsin əlində olmuşdur. Mülki formada olan şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, lakin şöbəyə daxil olmamışdır. Narkotik vasitə istifadəçisidir. İranlı onunla iran nömrəsi ilə yazışmışdır. Şirvan şəhərinə gedəndə metamfetamin istifadə etmişdir. İranlı qoyulacaq narkotik vasitənin əvvəl qramını ona deməmiş, sonra isə 40-50 qram metamfetamin qoyulacağını demişdir. İranlı ona 40-50 qram metamfetamindən bir az ona verəcəyini demiş, metamfetaminin qalanını yol üstü harasa qoyacağını demişdir. Onu döyən, söyən və fiziki zor tətbiq edən olmamışdır. İranlı ona bağlamanın içərisində metamfetamin olduğunu dediyi üçün polislər ondan bağlamanın içərisində nə olduğunu soruşanda onlara bağlamanın içərisində metamfetamin olduğunu demişdir. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanılmışdır, polis əməkdaşları düzgün ifadələr vermişlər, yalnız bağlamanın onun əlində olmasını düzgün deməmişlər. Cinayət işinin materiallarında olan və elan olunmuş səs yazıları və smslər onun telefonunda olmuşdur. Səs yazıları iranlıya məxsusdur, smslər isə tanışları tərəfindən ona yazılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının və xəstə anasının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmişdir. İfadəsində demişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Tutulmazdan 10 gün əvvəl internet vasitəsilə İran İslam Respublikası vətəndaşı kimi ona özünü təqdim edən Hadi adlı şəxslə tanış olmuş, «whatsapp» sosial şəbəkəsi vasitəsilə danışan zaman Hadi ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin göndərəcəyini əgər həmin heroini və metamfetamini onun dediyi yerdən götürüb onun dediyi yerə qoyarsa göndərmiş olduğu heroinin və metamfetaminin hər birindən 10 qram olmaqla ona verə biləcəyini demiş, o, Hadi ilə razılaşdıqdan sonra 05 fevral 2024-cü il tarixdə saat 20 radələrində Hadinin ona əvvəlcədən dediyi kimi Şirvan şəhərinə gəlmiş, Şirvan şəhərində olan zaman Hadini inandırmaq üçün Şirvan şəhərində yerləşən «Çıraq» YDM-in fotoşəkilini çəkərək Hadiyə göndərmiş, bundan sonra Hadi də ona narkotik vasitəni atdığı yerin konumunu atmış, o, Hadinin ona göndərdiyi konum əsasında həmin yerə getmiş və yerdə ağ selofan bağlamanı görüb onu yerdən götürmüş, selofan bağlamanı yerdən götürüb uzaqlaşmaq istəyən zaman 05 fevral 2024-cü il tarixdə saat 23 radələrində sonradan ona məlum olan Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən «X4»nın yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtarış zamanı o, əlində olan ağ rəngli selofan bağlamanı təqdim etmiş, selofan bağlama onun iştirakı ilə polis əməkdaşları tərəfindən açılmış və selofan bağlamanın içərisində 02 ədəd ayrı-ayrılıqda qara rəngli selofana bükülmüş bağlamalar aşkar olunmuş, bağlamaların içərisi açılıb baxıldıqda içərilərində narkotik vasitə olan heroin və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitələri özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hadi adlı şəxsin dediyi yerdən götürdüyünü etiraf etmiş, bundan sonra polis əməkdaşları vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroin və qurudulmuş marixuana olan bağlamaları zərfə qoyaraq möhürləmişdir. Polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o, da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində ilk olaraq göstərmişdir ki, Hadi ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin göndərəcəyini söz versə də sonradan Hadi, narkotik vasitə olan heroin və qurudulmuş marixuana göndərəcəyini bildirmiş, o, Hadinin məkan (konum) atdığı yerə gedən zaman Hadinin ona narkotik vasitə olan heroin və qurudulmuş marixuana göndərdiyini bilmişdir. Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin bəzi hissələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları ona «səni döymürük boynuna götür» demişlər o, da döyülməkdən qorxduğu üçün polislərin dedikləri ilə razılaşmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında verilən suallara cavab olaraq, narkotik vasitələri götürməməsi və narkotik vasitələr olan bağlamanın mülki formada olan polis əməkdaşının əlində olması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxs qismində cəlb olunduğu maddə ilə təyin olunacaq cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CABnın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 05 fevral 2024-cü il tarixdə polis şöbəsində olan zaman ona Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri ərazisində olması həmçinin onun narkotik vasitələri saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, o, bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2 ilə birlikdə təxminən saat 23 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəbəbəsində yerləşən «X4»nın yaxınlığına getmişdir. Mövsümü həmin yerdə yolun kənarında görmüş, ona yaxınlaşaraq özünü təqdim etmiş, Mövsümə polis şöbəsinə getməsini bildirmiş, Mövsüm etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, Mövsümə hüquq və vəzifələri izah edildikdən sonra Mövsümün üstünə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Mövsüm əlində olan 01 (bir) ədəd selofan bağlamanı təqdim etmiş, selofan bağlamanın içərisinə baxış keçirən zaman bağlamanın içərisindən 02 ədəd bağlama və həmin bağlamaların içərisindən narkotik vasitə heroinə və marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Mövsüm özü bildirmişdir ki, «İran vətəndaşı Hadi adlı şəxslə aralarında olan danışıq əsasında sonuncunun həmin bağlamanı qoyduğu yerdən götürmək və oradan deyəcəyi yerə aparmaq üçün Şirvan şəhərinə gəlmişdir. Hadi adlı şəxslə danışığına əsasən bağlamada olan kütlələrin hərəsindən ona 10 qram veriləcəkdir». Mövsümün üzərindən aşkar olunmuş həmin kütlələr götürülmüşdür. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, 06 fevral 2024-cü il tarixdə saat 00:50-dən 01:30-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış zamanı 01 (bir) ədəd selofan bağlamanın içərisində 01 (bir) ədəd polietilen torba bağlamada külli miqdarda- 720,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd polietilen torba bağlamada külli miqdarda-1505,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı ilə bağlı toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-38) -«şübhəli şəxsin tutulması haqqında» 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.19) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 06 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan bir ədəd selofan bağlamanı, üzərində 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu, 01 (bir) ədəd eynəyi, 01 (bir) ədəd cib dəsmalını, 01 (bir) ədəd metro kartını və 01 (bir) ədəd telefon kabelini təqdim etmişdir. Təqdim edilmiş 01 (bir) ədəd bağlama açılmış, içərisindən 02 (iki) ədəd rezin yapışqanla bağlanmış qara selofan bağlama aşkar edilmişdir. Həmin 02 (iki) ədəd selofan bağlama kəsici alətlə orta hissəsindən kəsilib içərisinə baxıldıqda, 01 (bir) ədədinin içərisindən qəhvəyimtil rəngli kütlə və digər bağlamanın içərisindən isə bitki tərkibli kütlə aşkar edilmişdir. Bağlamalar elektron tərəzi vasitəsi ilə ayrı-ayrılıqda çəkilmişdir. Bağlamanın içərisində bitki tərkibli kütlənin çəkisinin 1,580 qram və 01 (bir) ədəd içərisində qəhvəyimtil rəngli kütlənin çəkisinin isə 785 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, selofan bağlamanın içərisində olan kütlələr narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuanadır. İran vətəndaşı Hadi adlı şəxslə aralarında olan danışıq əsasında sonuncunun həmin bağlamanı qoyduğu yerdən götürmək və oradan deyəcəyi yerə aparmaq üçün Şirvan şəhərinə gəlmişdir. Hadi adlı şəxslə danışıqlarına əsasən bağlamada olan kütlələrin hərəsindən 10 qramı ona veriləcəkdir. Bundan sonra 02 (iki) ədəd bağlama və 01 (bir) ədəd «Samsung» markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır.(i.v.25-27) -«məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası»nın 06 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/150-151 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 720,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi-1505,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v.34-38) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Şirvan Şəhər Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 4(032)- 34/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında, özünü təqsirli bildiyini, narkotik vasitəni İran vətəndaşından aldığını və onun dediyi yerə qoyacağı qarşılığında ona narkotik verəcəyini, özünün 2 azyaşlı uşağının olduğunu, anasının xəstə olduğunu bildirərək, həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir.(i.v. 42-43, 58-62) -«maddi sübut qismində tanımaq haqqında» 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan 719,9 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 1504,9 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün ŞPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış istintaq hərəkəti aparılan zaman çəkilmiş videoçəkilişi özündə əks etdirən 01 (bir) ədəd kompakt disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.69-70) -«baxış keçirilməsi barədə» 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Hadi» adlı şəxsin «whatsapp» əlaqəsinin göstərilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs «Hadi» adlı şəxsin adının «Pp» kimi yazıldığını bildirmişdir. Bundan sonra «Pp» yazılmış ad üzrə «whatsapp» yazşmalarına baxış keçirilmiş və «Pp» kimi yazılmış adın «whatsapp» sosial şəbəkəsində +**********71 mobil nömrə altında istifadəçi olduğu görünmüşdür. Həmin mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə sonuncu saxlanılmazdan əvvəl «whatsapp» sosail şəbəkəsi vasitəsilə aşağıdakı məzmunda səslər göndərilmişdir. «Qardaşım biraz tez elə məni Bakıda güdürlər. Mən də burda ailəlikcə səni güdürəm. Ay qardaş mənə bir cavab verdə sənin bir mal götürməyin nə qədər çəkir. Vallah biz burda ailəlikcə öldük dirildik. Mənə bir səs verdə qadanı alım. Qardaşım mənə bir səs ver canı qadasını alım. Salam qardaş mənə bir səs verdə. Ay qardaş başına dönüm setin açıq olsun. Mənə bir səs verdə. Bu nə işdi. Mənim ürəyim partladı axı burda. Qardaş mənə bir səs verdə. Bəs bu nə olsun. Adam setdən çıxmaz ki. Salam qardaş. Necəsən. Bəs bu setə gəlirsən mənə cavab verdə. Bəs mən səni bayaqdan güdürəm. Mən Bakıda uşaqlar məni güdür. Neynədin. O əmanəti çatdır Bakıya. Kilo yarım, yeddi yüz qrama mən o boyda pul vermişəm. Mənə bir cavab ver başına dönüm. Ay qardaşım. Mən evdəyəm. Məni görüntülü yığ. Malı götürdün ya neynədin mənə bir hə yox de. Ay qardaş mənə bir səs ver. Mənim orda kilo yarım, yeddi yüz qram malım. Mənə bir cavab verdə».(i.v.72-76) -«baxış keçirilməsi barədə» 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən Şirvan ŞPŞ-yə daxil olmuş 07 may 2024-cü il tarixli məktuba əlavə edilmiş kompakt diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə Təqsirləndirilən şəxs öz adınadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 25, ev 12,-də qeydiyyatda olan Aytəkin Cəbiyevanın adınadır. 28 dekabr 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «qaqaş ağrıdayamda nə olar görüşsəydin mənimlə pul tapa bilmirəm bayaqdan səndən başqada adam yoxdu ağız açım qalmışam ağrıda» mesajı, 30 dekabr 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə «iki dənə 5-dik kola bir dənədə 5-dik patı» mesajı, 31 dekabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə «qaqaş pulu at tez elə camaata pul verməliyəm amma gedəndə belə danışmırdın» mesajı, 14 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «mənə deyirki gətir qoy şotçikin içinə yumurtası soydu qartalın nə deyim bəs mən» mesajı, 14 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «heçnə deməmişəma 1 karopka uquruşka gətirib verərək sənə doyunca şelləndirərsən uşaqları» mesajı, 20 yanvar 2024cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə «ürəyim partdıyır 1 dənə xırda daş verərsiz mösüm 1 həftədi daş deyə deyə qalmışam» mesajı, 20 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «mövsüm 5m pul düzəltmişəm nauşnik qalıb bizdə» mesajı göndərilmişdir.(i.v.120-122) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 19 aprel 2024-cü il tarixli, 2520 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.125-126) -«sübutların qiymətləndirilməsi haqqında» 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(i.v.139-146) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 20 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmə mənbəyinin müəyyən edilməsinə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.148-149) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(i.v.154-155) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, narkotik vasitələri götürməməsi və narkotik vasitələr olan bağlamanın mülki formada olan polis əməkdaşının əlində olması ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələri, ibtidai istintaq və məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş «digər şəxsi maraq», törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 12-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən «cinayətin təkrar törədilməsi», «qabaqcadan əlbir olan bir qrup şəxs» və «mütəşəkkil dəstə» anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra-Konstitusiya Məhkəməsi) müvafiq olaraq «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2021-ci il 25 yanvar tarixli, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2022-ci il 15 mart tarixli, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan «mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında» 1999-cu il 20 aprel tarixli və «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Göstərilən hallar Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Hadi adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-720,0 qram narkotik vasitə heroini və külli miqdarda-1505,0 qram narkotik vasitə qurudulmuş marixuananı Şirvan şəhərindən götürməklə əldə edib saxlayaraq üzərində daşıması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin narkotik vasitələri götürməməsi hissəsini, iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, materialları məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr- heroinin və marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən, Abşeron Rayon Məhkəməsinin 18 fevral 2020ci il tarixli, 1(012)-172/2020 nömrəli hökmünun surətindən və Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş 24 iyul 2024-cü il tarixli, 3454 nömrəli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(012)-172/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 7(012)-191/2022 nömrəli qərarı ilə amnistiya tətbiq edildiyi üçün, təyin olunmuş cəza 01 (bir) il müddətə azaldılmış və Təqsirləndirilən şəxs cəzası bitdiyindən 17 mart 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu yoxdur. (i.v.101-103, 104-113) -Abşeron rayon İcra Hakimiyyətindən daxil olmuş arayış, xasiyyətnamə və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailə üvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 22-ci məhəllədə yerləşən 69 nömrəli fərdi yaşayış ünvanında qeydiyyatda olmaqla yaşamış, himayəsində iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.115-119) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun qabaqcaqdan əlbir olan bir qrup şəxs halında narkotik vasitə heroin və marixuana əldə etməmişdən əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına işarə edən smslərin olması və onun fərdi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kəmiyyət etibarı ilə daha ictimai təhlükəlili subyek anlamını ifadə etməsi nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 fevral 2024-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 4(032)- 34/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 153 (bir yüz əlli üç) manat 13 (on üç) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 153 (bir yüz əlli üç) manat 13 (on üç) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞRPŞ-nin maddi sübutları saxlama yerinə saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 719,9 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalan 1504,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə barədə» istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 06 fevral 2024-cü il tarixdən hesablansın. Şirvan Şəhər Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 4(032)-34/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 153 (bir yüz əlli üç) manat 13 (on üç) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 719,9 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalan 1504,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə barədə» istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü əks olunan 01 (bir) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-552/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-552/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver