Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-553/2024 08.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X19, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 1977-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, fərdi qaydada əməklə (balıqçılıqla) məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla Şirvan şəhəri, M.Aydınov küçəsində nömrəsiz ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkisi 44,75 qram və 2,14 qram, bir ədəd plastik qabda təmiz çəkisi 8,24 qram, on üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,43 qram, 5,86 qram, 4,33 qram, 4,27 qram, 3,84 qram, 4,59 qram, 3,50 qram, 4,34 qram, 2,10 qram, 4,29 qram, 3,28 qram, 6,39 qram, 3,94 qram olmaqla ümumi çəkisi 110,29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd parça torbanın içərisində səkkiz ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkisi 44,52 qram, 13,68 qram, 118,46 qram, 92,42 qram, 100,18 qram, 113,07 qram, 42,80 qram, 83,08 qram, bir ədəd plastik qabda təmiz çəkisi 240,0 qram, altı ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 320,0 qram, 375,0 qram, 520,0 qram, 70,0 qram, 110,0 qram, 7,38 qram, üç ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 5,78 qram, 3,98 qram, 2,08 qram olmaqla külli miqdarda, ümumi çəkisi 2262,43 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana olmaqla, ümumilikdə külli miqdarda 2372,72 qram qurudulmuş marixuana və bir ədəd bükümdə təmiz çəkisi 0,60 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki yaşadığı Şirvan şəhəri, M.Aydınov küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin mətbəxində və həmin ünvanda giriş qapısından sol tərəfdə küncdə yerləşən ev heyvanlarının saxlandığı yarımtikilidə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib daşıyaraq saxlamış, 01 fevral 2024-cü il tarixdə, saat 22:45-dən 23:58-dək olan müddətdə Təqsirləndirilən şəxs razılığı ilə videoçəkilişlə keçirilmiş baxış nəticəsində həmin iki ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkisi 44,75 qram və 2,14 qram, bir ədəd plastik qabda təmiz çəkisi 8,24 qram, on üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,43 qram, 5,86 qram, 4,33 qram, 4,27 qram, 3,84 qram, 4,59 qram, 3,50 qram, 4,34 qram, 2,10 qram, 4,29 qram, 3,28 qram, 6,39 qram, 3,94 qram olmaqla, ümumi çəkisi 110,29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd narkotik vasitələri satan zaman çəkilərini müəyyən etmək məqsədi ilə istifadə etdiyi üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.Aydınov küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin mətbəxindən, bir ədəd parça torbanın içərisində səkkiz ədəd şüşə qabda ayrıayrılıqda təmiz çəkisi 44,52 qram, 13,68 qram, 118,46 qram, 92,42 qram, 100,18 qram, 113,07 qram, 42,80 qram, 83,08 qram, bir ədəd plastik qabda təmiz çəkisi 240,0 qram, altı ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 320,0 qram, 375,0 qram, 520,0 qram, 70,0 qram, 110,0 qram, 7,38 qram, üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,78 qram, 3,98 qram, 2,08 qram, külli miqdarda, ümumi çəkisi 2262,43 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə təmiz çəkisi 0,60 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək isə sonuncunun yaşadığı ünvanda giriş qapısından sol tərəfdə küncdə yerləşən ev heyvanlarının saxlandığı yarımtikilidən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitə istifadəçisi olmuş, marixuanadan istifadə etmişdir. Tutulmamışdan iki-üç ay əvvəl “Kür” çayının sahilində gəzən zaman çətənə ağaclarını görmüş, həmin çətənə ağaclarının yarpaqlarını qırıb sellofan torbalara və evdən gətirdiyi şüşə qablara yığaraq evə aparmış, evdə yarpaqları qurudaraq ayrı-ayrı kibrit qutularına yığmış, bir hissəsini isə eyni qaydada sellofan torbalara və şüşə qablara yığaraq yaşadığı evin mətbəxində və həyətində yerləşən heyvanları saxladığı yarımtikilidə gizlətmişdir. 01 fevral 2024-cü il tarixdə, saat 22-23 radələrində yaşadığı Şirvan şəhəri, M.Aydınov küçəsində yerləşən fərdi yaşayış evində yatdığı zaman qapı döyülmüş, açdıqda polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları tərəfindən ona narkotik vasitə istifadə etməkdə, saxlamaqda və satışında şübhəli olduğu üçün yaşadığı ünvanda baxış keçirilməsinin zəruriliyi bildirilmiş, o da yaşadığı evə baxış keçirilməsinə etiraz etməyərək razılıq vermişdir. Evinə gələn polis əməkdaşları təqribən yeddi-səkkiz nəfər olmuşlar. Baxış zamanı polislər evdən və heyvanların saxlandığı yarımtikilidən narkotik vasitələri tapıb çıxarmışlar. Həmin vaxt aşkar olunmuş kütlələrin özünə məxsus olmaqla iki-üç ay əvvəl Şirvan şəhəri, Şirvan kanalının, “Kür” çayının sahilində qarşısına çıxdığını, yaş halda yığaraq qurutduğunu və istifadə etmək məqsədilə yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, onun fikrincə, polisə evində narkotik vasitə saxlaması barədə qonşusu məlumat vermişdir. Belə ki, ailə üzvləri və yaxınlarından onun narkotik vasitə saxladığını bilən olmamışdır. Aşkar olunmuş narkotik vasitələrin içərisində olan tiryək barədə bildirmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan başqa digər narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Narkotik vasitələri bankalara yığmaqda məqsədi qurudulmuş marixuananın nəmlənməsinin qarşısını almaq olmuşdur. Evində aşkar olunmuş elektron tərəzini zibillikdən tapmış, tərəzi işlək vəziyyətdə olmamış və həmin tərəzidən istifadə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etməsindən başqa, qalan bütün hissədə təsdiq etmiş, ifadəsində qeyd etdiyi hissədə yaranmış ziddiyyəti əsaslandıra bilməmiş, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulana qədər tanımamış, tutulandan sonra tanımış, aralarında qohumluq münasibəti, ədavət və ya düşmənçilik olmamışdır. 01 fevral 2024-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz yolla əldə etdiyi narkotik vasitəni saxlaması, istifadə etməsi, satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin günü saat 22:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Yaşayış evinin dəmir qapısını Təqsirləndirilən şəxs özü açmış, ona yaşadığı ünvanda narkotik vasitə saxlamağına dair məlumat daxil olması və evinə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ondan evinə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuş, etirazının olmaması barədə ərizəsi əsasında onun fərdi yaşayış evinin həyətinə və evinə daxil olmuşlar. Təqsirləndirilən şəxs mətbəx otağında təqdim etdiyi qurudulmuş marixuana və bir ədəd elektron tərəzi zərflərə qablaşdırılıb möhürlənmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən heyvan saxladığı yarımtikilidən bir ədəd sintetik torba aşkar olunmuş, həmin sintetik torba evin həyətinə gətirilib işıqlı yerdə açıldıqda torbanın içindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildikdən sonra qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Şirvan Şəhər Polis Şöbəsinə aparılmış və müdafiəçi dəvət olunduqdan sonra şöbədə onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs marixuanadan başqa, tiryək də aşkar olunmuşdur. Narkotik vasitələr fərqli şüşə və plastik qablara, kibrit qutularına yığılmışdır. Təqsirləndirilən şəxs evində elektron tərəzinin və marixuananın qablarda olmasını satışla əlaqələndirmişlər. Bundan başqa, daxil olan əməliyyat məlumatı da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə idi. Elektron tərəzi evin mətbəx hissəsindən aşkar edilmiş, səhv etmirsə, həmin tərəzi işlək vəziyyətdə olmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs balıqçılıqla məşğul olduğunu, habelə çayın sahilində qarşısına çıxan narkotik vasitəni evinə gətirib qurutmaqla saxladığını bildirmişdir. Evə baxış istintaq hərəkəti keçirilməmişdən əvvəl bu barədə məhkəmə qərarının alınmamasının səbəbini şəxsin narkotik vasitəni gizlətməsi ehtimalı ilə əlaqələndirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Şirvan Şəhər Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.Aydınov küçəsində yerləşən nömrəsiz evdə narkotik vasitələr saxlamaqda, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Şirvan Şəhər Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, həmin tarixdə yaşadığı Şirvan şəhəri, M.Aydınov küçəsində yerləşən nömrəsiz evdə baxış istintaq hərəkətinin keçirilməsinə etiraz etməmişdir (iş vərəqi 12). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə aparılan zaman, yaşadığı evin mətbəx otağında olan dolablardan dörd ədəd şüşə qabda, bir ədəd kauçuk qabda, on üç ədəd kibrit qutusunda qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, evin giriş qapısından sol künc tərəfdə yerləşən heyvan saxladığı yarımtiklidən bir ədəd sintetik torbadakı səkkiz ədəd şüşə qabda, bir ədəd kauçuk qabda, altı ədəd sellofan torbada və dörd ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Evə baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən protokola əlavə olunmuş iki ədəd DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 10; 13-16). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus “SamsungA23” markalı mobil telefonu bölmənin müstəntiqinə təhvil vermişdir (iş vərəqi 17). Şirvan Şəhər Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs evində baxış keçirildikdən sonra aşkar olunmuş predmetlərlə birlikdə həmin tarixdə, saat 00:05-də polis şöbəsinə aparılmışdır (iş vərəqi 18). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 26-28; 30). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi nəticəsində onun üzərindən qanunsuz predmet və ya əşya aşkar edilməmiş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 33-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 3- 16-16/2-18/138-139 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı... evin mətbəxindən... 13 ədəd kibrit qutusunda..” sözləri yazılmış kağız paketi açdıqda iki ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkisi 44,75 qr, 2,14 qr, bir ədəd plastik qabda təmiz çəkisi 8,24 qr, on üç ədəd kibrit qutusunda ayrıayrılıqda 4,43 qr, 5,86 qr, 4,33 qr, 4,27 qr, 3,84 qr, 4,59 qr, 3,50 qr, 4,34 qr, 2,10 qr, 4,29 qr, 3,28 qr, 6,39 qr, 3,94 qr, ümumi çəkisi 110,29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkilərinə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır; iki ədəd şuşə qabda ayrı-ayrılıqda təmiz çəkisi 16,43 qr, 4,20 qr, ümumi çəkisi 20,63 qram tünd yaşılımtıl rəngli kütlələr narkotik vasitələrə aid deyildir; üzərində: “Təqsirləndirilən şəxs yaşadığı... yarımtıkilidə 8 şüşə banka...”sözləri yazılmış sintetik torbanı açdıqda bir ədəd parça torbada səkkiz ədəd şuşə qabda ayrı-ayrılıqda təmiz çəkisi 44,52 qr, 13,68 qr, 118,46 qr, 92,42 qr, 100,18 qr, 113,07 qr, 42,80 qr, 83,08 qr, bir ədəd plastik qabda təmiz çəkisi 240,0 qr, altı ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 320,0 qr, 375,0 qr, 520,0 qr, 70,0 qr, 110,0 qr, 7,38 qr, üç ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 5,78 qr, 3,98 qr, 2,08 qr, ümumı çəkisi 2262,43 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır; bir ədəd bükümdə təmiz çəkisi 0,60 qram olan maddə xaşxaş bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədiqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı..ünvanın mətbəxindən...tərəzi.." sözləri yazılmış kağız paketdə bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xarıc-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını, hansı üsulla hazırlanmasını və təqdim edilən obyektlərlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkun deyildır. Marixuana (kannabis) və tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı) daxildir. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2372,04 qram narkotik vasitə olan qurudulmuş maixuana, qalıq çəkisi 0,50 qram tiryək və 20,59 qram rəngli kütlə geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir (iş vərəqi 51-55). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 57-59). Şirvan Şəhər Məhkəməsinin 4(032)-27/2024, 4(032)-123/2024 nömrəli, xx.xx.2024cü il və 21.0.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 iyul 2024-cü il tarixinədək uzadılmışdır (iş vərəqi 76-81; 165-170). Şirvan Şəhər Məhkəməsinin 5(032)-35/2024, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Şəhər Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin 01 fevral 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.Aydınov küçəsində yerləşən nömrəsiz evdə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir (iş vərəqi 82-83). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Şirvan Şəhər Mərkəzi X12 Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-401/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda deyildir (iş vərəqi 114). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 119-120). Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, eyni tarixli xasiyyətnaməsi və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatdadır, himayəsində xx.xx.2007 və xx.xx.2016-cı il təvəllüdlü iki uşağı var və onun barəsində nümayəndliyə yazılı və şifahi şikayət daxil olmamışdır (iş vərəqi 121-124). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 xx.xx.2024-cü il tarixli, 3-17-1/2-79402/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə müavinət almır, sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərə qulluğa görə 31 avqust 2025-ci ilə qədər 100 (bir yüz) manat Prezident təqaüdü alır (iş vərəqi 125). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMCnin 02 aprel 2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilmiş və zənglərin olduğu fayla daxil olunan zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrənin sonuncu danışıqları və anten dairəsi bunlardır: xx.xx.2024-cü il tarixdə, saat 16:09:25 GSVN3429C/GSX N3429 Peyk/” Salyan rayonu, Peyk kəndi”/Salyan/ (39.828xx/xx.08759). Bundan sonra 055 ***-**-** saylı mobil nömrədən anten siqnalı olmamışdır (iş vərəqi 126-128). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 məhkəmə-psixiatriya ekspertizasının 20 aprel 2024-cü il tarixli, 1076 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi mülaicəyə ehtiyacı yoxdur (iş vərəqi 134-136). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X13 X11 xx.xx.2024-cü il tarixli, 2203 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 137-138). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/311 nömrəli rəyi və ona əlavə edilmiş DVD diskdən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A23” markalı, “SM-A235F/DSN” modelli, “**********90991”, ***********90993” “İMEİ” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş mobil smartfonun yaddaşından xx.xx.2023-xx.xx.2024-cü il zaman intervalına aid əldə edilməsi mümkün olan mövcud (foto, video, audio fayllar, sənədlər və s.) məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-311” adlı qovluqda iki ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Rəyin “Tədqiqi hissəsi” nin üçüncü bəndində göstərilən səbəblərə görə təqdim olunan “Samsung Galaxy A23” markalı “SM- A235F/DSN” modelli mobil smartfonun tam yaddaşının bütün sahələri üzrə hər hansı bir (telefon kitabçası, SMS mesajlar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp”, “İnstagram”,“Twitter”, “Facebook" proqram təminatlarında aparılmış məlumat mübadiləsi və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat aparılması mümkün olmadı. Beləliklə, “Samsung Galaxy A23” markalı, “SM- A235F/DSN” modelli mobil smartfonun “Menyu” hissəsində “WhatsApp” proqram təminatı müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin üçüncü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 53 (əlli üç) manat 65 (altmış beş) qəpik müəyyən olunmuşdur (iş vərəqi 139-144). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar olunmamış və həmin mobil telefon 22 may 2024-cü il tarixli qəbzlə onun atası X6 təhvil verilmişdir (iş vərəqi 152; 171). Şirvan Şəhər Polis Şöbəsi X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı satmaq üçün saxlaması əməliyyat yolu ilə müəyyən olunmuşdur. Bundan başqa onun balıqçılıqla məşğul olması, heç bir yerdə işləməməsi, daimi qazanc yerinin olmaması və narkotik vasitəni satmaqla əldə edəcəyi gəlirdən başqa gəlirinin olmaması müəyyən edilmişdir (iş vərəqi 157). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; yaşadığı evdən götürülmüş narkotik vasitə qurudulmuş marixuana və tiryəki haradan və nə vaxt əldə etməsini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata material ayrılmış; yaşadığı evdən aşkar edilmiş 2372,04 qram narkotik vasitə olan qurudulmuş maixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkisi cəmi 0,50 qram tiryək və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş; aparılmış baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınmışdır (iş vərəqi 172-180). Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hesabatından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 11 (on bir) saat 30 (otuz) dəqiqə müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə müdafiəçisi vasitəsi ilə suallar verilmiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir (narkotik vasitələrin satışı ilə məşğul olması hissəsində). Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözügedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin İ Siyahısının 109, 109.1-ci bəndlərinə görə təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana və 182-ci bəndinə görə təmiz halda 50 qramdan 5000 qramadək çəkidə tiryək külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Aydınov küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin mətbəxində və həmin ünvanda giriş qapısından sol tərəfdə küncdə yerləşən ev heyvanlarının saxlandığı yarımtikilidə ümumilikdə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə tiryəkin aşkar edilməsi işin mübahisəsiz halıdır. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı ünvanda külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki əldə edib hissələrə bölərək, ayrı-ayrı qablarda saxlaması, həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından çox olması, habelə evindən elektron tərəzinin aşkar olunması onun həmin narkotik vasitələri öz istifadəsi üçün saxlamasını deməsinin həqiqəti əks etdirmədiyini deməyə əsas verir və həmin kütlələri məhz satış məqsədilə saxlamasına dəlalət edir. Məhkəmə eyni zamanda qeyd edir ki, narkotik vasitələrin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, işin digər hallarını, yəni, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsini, polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki-üç ay əvvəl çayın sahilində gəzərkən çətənə ağaclarını görüb, yarpaqlarını qırıb sellofan torbalara və evdən gətirdiyi şüşə qablara yığaraq evə aparıb, evdə yarpaqları qurudaraq ayrı-ayrı qablara yığaraq yaşadığı evin mətbəxində və həyətində yerləşən yarımtikilidə gizlətməsini etiraf etməsini, haqqında daxil olmuş əməliyyat məlumatının məhz narkotik vasitələri saxlaması, istifadə etməsi və satması barədə olmasını (iş vərəqi 04), evində aparılmış əməliyyat-axtarış tədbirlərinin yoxlanılaraq Şirvan Şəhər Məhkəməsinin qərarı ilə qanuni hesab edilməsini (iş vərəqi 82-83), evindən aşkar olunmuş narkotik vasitələr barəsində məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən rəy üzrə hər hansı bir şikayət və ya vəsatətinin olmaması (iş vərəqi 56), təqsirləndirilən qismində verdiyi ifadəsində, barəsində qətimkan tədbirinin seçilməsi və seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması zamanı məhkəmədə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək əməlindən peşiman olması, polis şöbəsində ona qarşı zor tətbiq edilməməsi (iş vərəqi 66-68; 76-81; 165-170) barədə dediklərini nəzərə alaraq hesab edir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki qəsdən satış məqsədilə əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırkı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələri arasında narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissədə yaranmış ziddiyyəti əsaslandıra bilməməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Təqsirləndirilən şəxs tutuluna qədər narkotik vasitələrin yalnız qurudulmuş marixuana növündən istifadə etməsi, evindən aşkarlanan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, tutulduğu gün evinə yeddi-səkkiz nəfər polis əməkdaşının gəlməsinə dair göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ibtidai istintaq zamanı onun ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut kimi nəzərə almır və ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadələrini müdafiəçisinin iştirakı ilə və polis əməkdaşları tərəfindən hər hansı təsirə məruz qalmadan verməsini bildirdiyinə və bunların da işin faktiki hallarına uyğun olduğuna, iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində videoçəkilişlə aparılmış baxış və götürməni özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, həmin istintaq hərəkətlərində Şirvan Şəhər Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, X4 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və X1 baş inspektoru, polis kapitanı Miradil Əmirov olmaqla cəmi üç nəfər əməkdaş iştirak etmişdir (iş vərəqi 15-16). Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr olan qurudulmuş marixuana və tiryəki qanunsuz olaraq satış məqsədi ilə əldə edib, daşıması və saxlaması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkəti kimi qiymətləndirilməlidir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan olmaqla iki uşağının, uşaqlarından birinin sağlamlıq imkanlarının məhdud olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi-X11 rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 2372,04 qram narkotik vasitə olan qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkisi cəmi 0,50 qram tiryək və bir ədəd elektron tərəzi məhv edilməli, baxış və götürmə istintaq hərəkətlərinin videgörüntülərini özündə əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun ibtidai istintaqda və məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həm ibtidai istintaq, həm də məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 117 (bir yüz on yeddi) manat 55 (əlli beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 117 (bir yüz on yeddi) manat 55 (əlli beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı, habelə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 2372,04 qram narkotik vasitə olan qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkisi cəmi 0,50 qram tiryək və bir ədəd elektron tərəzi məhv edilsin; baxış və götürmə istintaq hərəkətlərinin videgörüntülərini özündə əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-553/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-553/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver