Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-554/2024 15.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bərdə rayonu, Nizami küçəsi, ev 5-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron şəhərciyi, mənzil 260-da yaşamış, 14 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 4(032)-39/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində xüsusilə külli miqdarda narkotik vasitələri satıb qazanc əldə etmək məqsədi ilə tanışı X6 və şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan «Hadi» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq 14 fevral 2024-cü il tarixdə axşam saatlarında naməlum şəraitdə sonuncu tərəfindən Şirvan şəhərində gizlədilmiş 01 ədəd polietilen torbanın içərisində 01 ədəd qara rəngli polietilen torbada xüsusilə külli miqdarda-2075,0 qram olan narkotik vasitə heroini, 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda-1870,0 qram narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda-8 ədəd üzərində «Methadone 40» göstəricisi olan blisterdə 80 ədəd narkotik vasitə metadonu Şirvan şəhərində özünə məlum olan həmin yerdən götürməklə əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 23:05 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən «X9»nın yaxınlığında qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilmiş, orada baxış keçirilərkən üzərində olan həmin 01 ədəd polietilen torbanın içərisində 01 ədəd qara rəngli polietilen torbada xüsusilə külli miqdarda- 2075,0 qram olan qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda-1870,0 qram bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda-8 ədəd üzərində «Methadone 40» göstəricisi olan blisterdə 80 ədəd açıq-qəhvəyi rəngli «ddp M40» göstəricili təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, qardaşı biyan kökünü yığmaqla məşğul olur. 14 fevral 2024-cü il tarixdə qardaşı ona, qardaşı ilə birlikdə biyan toxumu yığmaqla məşğul olan şəxsdən sənəd almaqdan ötrü Masallı rayonuna getmək lazım olduğunu bildirmış və həmin gün saat 21 radələrində qardaşı onu taksi sürücüsü X3 avtomobili ilə Masallı rayonuna göndərmişdir. Yolda ayaqyoluna getmək üçün avtomobili saxlatdırıb avtomobildən düşmüş, avtomobildən düşəndən sonra mülki geyimdə bir neçə nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu saxlayaraq polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, qardaşının nəyə görə biyan kökünü yığmasını bilmir, həmin gün qardaşı İmişıli rayonunda olmuş, o isə Bərdə rayonundan gəlmişdir. Usta işləmiş və işi ilə əlaqədar Bərdə rayonunda və Bakı şəhərində yaşamışdır, qardaşı biyan kökünü yığıb satmışdır. Masallı rayonunda qardaşı üçün biyan kökü yığan şəxsdən biyan kökü ilə bağlı sənəd götürməli olmuş, qardaşı İmişli rayonunda maşınsız olmuş, o, Bərdə rayonundan saat 21 radələrində çıxmışdır. Onu gətirən avtomobilin sürücüsünün polis əməkdaşları tərəfindən saxlanıldığını görüb çıxıb getmişdir. Onu saxlayan polis əməkdaşları mülki formada olmuşlar, əvvəl onların polis əməkdaşları olmadıqlarını düşünüb onlarla dalaşmışdır. Narkotik vasitəni ona polislər, polis şöbəsində göstərmişlər, onu buraxmaq istəmişlər, sonradan onun narkotik vasitə istifadəçisi olduğunu biləndən sonra narkotik vasitələri ona yükləmişlər. Üzərində olan telefon söndüyündən, qardaşı ona zəng edə bilməmişdir. Polislər onu döymüşlər, qulağını burmuşlar. Masallı rayonuna gəlib-qayıtmaq üçün sürücü ilə 100 manata razılaşmış, sürücünün kartına 100 manat pul köçürmüşdür. Masallı rayonuna gedəndə yolda telefonla kimləsə danışmamışdır. Hadi adlı şəxsi tanımamışdır. X6 taksi sürücüsüdür, ondan xəbəri yoxdur. Mobil telefonu ilə yolda ailəsi, anası və qardaşı ilə danışmışdır. Saat 22 radələrində ayaqyoluna getmək üçün avtomobildən düşmüş polislər ona yaxınlaşmışlar. Sürücü maşını saxlayanda polislər orada olmamış, aralıda olmuşlar. Polislər onu saxlayan kimi əllərini qandallamışlar. Polislər onu saxlayan zaman ona narkotik vasitəni göstərməmişlər, həmin bağlama polislərin əlində olmuş, bağlamanı şöbədə ona təqdim etmişlər. Onun istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olmuşdur. Bakı İstintaq Təcridxanasına daxil olanda üzərində xəsarət olmamış, polislər kitabı üzərinə qoyaraq dubinka ilə onu vurmuşlar. Onun telefonunda konum olmamış, işə əlavə edilmiş fotoşəkillər onun telefonunda olmamışdır. Telefonu müstəntiqdə olmuş, iş məhkəməyə gedəndən sonra telefonu verəcəklərini demiş, lakin verməmişlər. İstintaq zamanı onu döyüb yazılanlara imza etdirmişlər. Polislər narkotik vasitənin istifadəçisi kimi işini sənədləşdirəcəklərini ona demişlər. 14 fevral 2024-cü ildə üzərində şəxsi axtarış aparıblar, müdafiəçisi də orada olmuşdur. İbtidai istintaq vaxtı videoçəkiliş 2 dəfəyə çəkilmişdir, ibtidai istintaq vaxtı sənədlərdə polis əməkdaşlarının dediklərin yazmışdır, İntiqamı tanımış, İntiqam taksi sürücüsüdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. 14 fevral 2024-cü il tarixdə təxminən saat 21-22 radələrində tanışı İntiqam adlı şəxslə Bakı şəhərində olan zaman İntiqam mobil telefonla İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxslə danışmış, Hadidən narkotik vasitə və «Methadone 40» dərman həbi istəmiş, Hadi adlı şəxs narkotik vasitəni və dərman həbini Şirvan şəhərinə qoya biləcəyini demiş, onlar Hadi adlı şəxslə razılaşmış, bundan sonra İntiqama məxsus olan «Honda» markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhərinə gəlmiş, İran İslam Respublikasının vətəndaşı narkotik vasitəni və dərman həbini qoyduğu ərazinin şəklini onlara göndərmiş, İntiqam avtomobilini həmin ərazidə saxlamış, o avtomobildən düşüb narkotik vasitə və dərman həbi olan göy rəngli sellofanı götürmüş, sellofanın içərsinə baxan zaman orada narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın və «Methadone 40» dərman həblərinin olduğunu görmüş, sellofan torba əlində olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış, bundan sonra İntiqam adlı şəxs avtomobilini sürüb həmin ərazidən getmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasından şübhələnildiklərini bildirmişlər, onu Şirvan ŞPŞ-yə dəvət etmişlər, o da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-yə gəlmiş, polis şöbəsində İstintaq bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif edildikdə o əlində olan göy rəngli sellofan torbanı masanın üzərinə qoymuş, həmin sellofanın içərisində olan qara rəngli sellofana bükülmüş iki ədəd qara rəngli sellofan bükümü və 08 list «Methadone 40» dərman həblərini təqdim etmiş, bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin elektron tərəzi vastəsilə çəkilmiş, həmin narkotik vasitənin 2330 qram olduğu müəyyən edilmişdir. Sonra təqdim etdiyi bir ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vastəsilə çəkilmiş, həmin qurudulmuş marixunanın 2005 qram olduğu müəyyən edilmiş, təqdim etdiyi 08 listə 80 ədəd dərman həbinin olması aşkar edilmiş, sorğu zamanı o 14 fevral 2024-cü il tarixdə təxminən saat 21-22 radələrində tanışı İntiqam adlı şəxsin İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxslə danışdığını, Hadi adlı şəxsin onlara Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə narkotik vasitə və dərman həbi qoyduğunu bildirdiyini, İntiqam adlı tanışına məxsus olan **-LH-*** dövlət qeydiyyat nişanlı «Honda» markalı avtomobil ilə Bakı şəhərindən Şirvan şəhərinə gəldiyini, Hadi adlı şəxsin narkotik vasitəni və dərman həbini qoyduğu ərazinin şəklini onlara atdığını, İntiqam adlı şəxsin avtomobilindən düşüb narkotik vasitəni və dərman həbini götürdüyünü, bir müddət sonra polis əməkdaşlarının ona yaxınlaşdığını, bundan sonra İntiqam adlı tanışının avtomobilinə əyləşib getdiyini, narkotik vasitə və dərman həbini istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra təqdim etdiyi narkotik vasitə olan heroin, qurudulmuş marixuana və 8 ədəd listdə «Methadone 40» dərman həbi müstəntiq tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, o, da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək, törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış istintaq hərəkəti ilə bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, narkotik vasitəni ona polislər, polis şöbəsində göstərmişlər, onun narkotik vasitə istifadəçisi olduğunu biləndən sonra narkotik vasitələri ona yükləmişlər, polislər onu saxlayan kimi əllərini qandallamışlar, içərisində narkotik vasitə olan bağlama polislərin əlində olmuş, bağlamanı şöbədə ona təqdim etmişlər, polislər onu döymüşlər, qulağını burmuşlar, polislər kitabı üzərinə qoyaraq dubinka ilə onu vurmuşlar, istintaq zamanı onu döyüb yazılanlara imza etdirmişlər, polislər narkotik vasitənin istifadəçisi kimi işini sənədləşdirəcəklərini ona demişlər. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik vasitəni ona polislərin, polis şöbəsində göstərdiklərini, onun narkotik vasitə istifadəçisi olduğunu biləndən sonra narkotik vasitələri ona yüklədiklərini, polislərin onu saxlayan kimi əllərini qandallamalarını, içərisində narkotik vasitə olan bağlamanın polislərin əlində olmasını, bağlamanı şöbədə ona təqdim etmələrini, polislərin onu döymələrini, qulağını burmalarını, polislərin üzərinə kitab qoyaraq dubinka ilə onu vurduqlarını, istintaq zamanı onu döyüb yazılanlara imza etdirdiklərini, polislərin ona narkotik vasitənin istifadəçisi kimi işini sənədləşdirəcəklərini dediklərini bildirdikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində narkotik vasitələri saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, o bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞ-nin PPXB-nın polis nəfəri Şahid2 ilə birlikdə təxminən saat 23 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəbəbəsində yerləşən «X9»nın yaxınlığına getmiş, Amili həmin yerdə yolun kənarında görmüş, ona yaxınlaşaraq özünü təqdim etmiş, Amilə polis şöbəsinə getməsini bildirmişdir. Amil etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Amilə hüquq və vəzifələri izah edildikdən sonra Amilin üstünə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Amil əlində olan 01 ədəd selofan bağlamanı təqdim etmiş, selofan bağlamanın içərisinə baxış keçirən zaman bağlamanın içərisindən 02 ədəd bağlama və həmin bağlamaların içərisindən narkotik vasitə heroinə və marixuanaya bənzər kütlələr, həmçinin 08 listdə metadon həbləri aşkar edilmişdir. Amil 14 fevral 2024-cü il tarixdə təxminən saat 21-22 radələrində tanışı İntiqam adlı şəxsin İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxslə danışdığını, Hadi adlı şəxsin onlara Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə narkotik vasitə və dərman həbi qoyduğunu bildirdiyini, İntiqam idarə etdiyi Honda markalı avtomobil ilə Bakı şəhərindən Şirvan şəhərinə gəldiyini, Hadi adlı şəxsin narkotik vasitəni və dərman həbini qoyduğu ərazinin şəklini onlara atdığını, İntiqam adlı şəxsin avtomobilindən düşüb narkotik vasitəni və dərman həbini götürdüyünü bildirmişdir. Bundan sonra Amilin üzərindən aşkar olunmuş həmin kütlələr müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun və ya digər polis əməkdaşları tərəfindən döyülməmiş, qanunsuz hərəkətlərə məruz qalmamışdir. İntiqam adlı şəxs axtarışa verilmiş, lakin yerinin müəyyən edilməsi hazırkı vaxta kimi mümkün olmamışdır. Dindirilmiş Şahid2 Ələsgər oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə» 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, 14 fevral 2024-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:05 radələrində Şirvan şəhəri, X5 yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əlində olan 01 ədəd göy rəngli polietilen torbanın içərisində xüsusilə külli miqdarda təmiz çəkisi-2075,0 qram narkotik vasitə heroin, 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda təmiz çəkisi-1870,0 qram bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda 8 ədəd üzərində «Methadone 40» göstəricisi olan blisterdə 80 ədəd açıq-qəhvəyi rəngli «ddp M40» göstəricili təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan narkotik vasitə metadonun aşkar edilib götürülməsi faktı əsasında toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v. 1-48) -«şübhəli şəxsin tutulması haqqında» 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 22-23) -«şəxsi axtarış və götürmə haqqında» 14 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış zamanı o, sağ əlində saxladığı göy rəngli selofanı masanın üzərinə qoymuş, həmin selofanın içərisində olan qara rəngli selofan bükümdən iki ədəd qara rəngli selofan büküm və 08 ədəd «Methadone 40» həblərini təqdim etmişdir. 01 ədəd qara rəngli selofan bükümdə narkotik vasitə heroinin, 01 ədəd qara rəngli selofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 08 listdə «Methadone 40» dərman həblərinin olması müəyyən olunmuşdur. 01 ədəd qara rəngli selofan bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə xüsusilə külli miqdarda təmiz çəkisinin-2075,0 qram, 01 ədəd qara rəngli selofan bükümdə narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə külli miqdarda təmiz çəkisinin-1870,0 qram və 8 ədəd üzərində «Methadone 40» göstəricisi olan blisterdə 80 ədəd metadon həbləri olması müəyyən olmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən çıxararaq 01 ədəd «iPhone 7» markalı mobil telefonu və üzərində «Leobank» yazılmış bir ədəd plastik kartı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat təxminən 21-22 radələrində tanışı İntiqam adlı şəxsin İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxslə danışdığını, Hadi adlı şəxsin onlara Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə narkotik vasitə və dərman həbi qoyduğunu bildirdiyini, İntiqam adlı tanışına məxsus olan **-LH-*** dövlət qeydiyyat nişanlı «Honda» markalı avtomobil ilə Bakı şəhərindən Şirvan şəhərinə gəldiyini, Hadi adlı şəxsin narkotik vasitəni və dərman həbini qoyduğu ərazinin şəklini onlara atdığını, İntiqam adlı şəxsin avtomobilindən düşüb narkotik vasitəni və dərman həbini götürdüyünü bildirmiş, bir müddət sonra polis əməkdaşları ona yaxınlaşmış, bundan sonra İntiqam adlı tanışı avtomobilini sürüb həmin ərazidən getmişdir. Narkotik vasitəni və dərman həbini istifadə etmək üçün üzərində saxladığını, satış niyyətinin olmadığını, polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, heç bir fiziki və psixi təsirə məruz qalmadığını bildirmişdir.(i.v. 30-33) -«məhkəmə bioloji və fiziki-kimyəvi ekspertizası»nın 15 fevral 2024-cü il tarixli, 3-16- 16/2-18/172-173 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs sağ əlində...» sözləri yazılmış polietilen torbada olan 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi-2075,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi- 1870,0 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v. 42-46) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.(i.v. 54-55) -Şirvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 4(032)-39/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, dostu X17 Respublikasının vətəndaşı Hadi adlı şəxslə narkotik vasitə almağa razılaşmış, ona narkotik vasitənin olduğu yerin şəklini atmışdır. İntiqam ona Şirvan şəhərinə gəlməyi təklif etmiş, özü istifadə etməsi üçün səkkiz qram narkotik vasitə götürməsi qarşılığında razılaşmışdır. Şirvan şəhərinə narkotik vasitənin olduğu əraziyə gəlmişlər, dostu İntiqam avtomobili idarə etdiyi üçün ona düşüb narkotik vasitəni götürməsini bildirmişdir. Avtomobildən düşmüş, narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə gətirmişlər. Narkotik vasitəyə əli dəyməmiş, üzərində olmamışdır. Polis şöbəsində olarkən narkotik vasitəniniN ona aid olmasını bildirməyə məcbur edilmişdir. Təxminən beş ildir narkotik vasitə istifadə edir, avtomobildən düşməkdə məqsədi səkkiz qram narkotik vasitə götürmək olmuşdur. Himayəsində xəstə anası və bacısı var, uşaqları azyaşlıdır. Vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.(i.v. 69-74) -«şəxsin şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması haqqında» 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, X6 Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan olunmuşdur. (i.v. 81-82) -«baxış keçirilməsi haqqında» 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «iPhone 7» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonunda +98 905 143 4671 mobil nömrə altında istifadəçi olduğu görünmüşdür. Həmin mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə sonuncu saxlanmazdan əvvəl «whatsapp» sosial şəbəkəsi vasitəsilə-«Ay Amil mənə bir səs ver, nə İntiqamdan səs var, nə də ki, səndən səs var. Ona yığıram, nə o cavab verir, nə də ki sən. Bu nə hərəkətdi. Niyə belə eləyirsiniz bilmirəm. Vallah fikriniz nədirsə bilmirəm. Adam adamı pis vəziyyətdə qoymaz. Mən ona sənəd vermişəm. Pul vermişəm. Məni pis vəziyyətdə qoymayın. Düzdü mən sizi hardan olsa tapacam. Mənə bir səs ver. İntiqama yazıram səs yox. Sənə yazıram cavab vermirsən. 2 kilo maldı orda. Mən burda hirsimdən otura bilmirəm» məzmunda səslər göndərilmişdir.(i.v. 84-88) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 16 fevral 2024-cü il tarixli, 3-16-16/2- 6/922 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №55» dairəvi möhür əksləri olan bir ədəd zərfdəki 8 ədəd üzərində «Methadone 40» göstəricisi olan listlərdə 80 ədəd açıq qəhvəyi rəngli «ddp M40» göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edir.(i.v. 99-103) -«maddi sübut qismində tanımaq haqqında» 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən ağkar olunmuş ekspertiza tədqiqatından sonra qalan- 2074,90 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalan- 1869,90 qram narkotik vasitə olan qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalan- 77 ədəd narkotik vasitə olan metadon cinayət işi üzrə maddi sübut qismində tanınmış və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsinin video görüntüləri əks olunmuş 01 ədəd kompakt disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir.(i.v. 127-128) -«Bərdə Rayon Mərkəzi Xəstəxanası» X13 daxil olmuş 09 aprel 2024-cü il tarixli, 18- 1-28/2-703/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın PHŞ-nin Poliklinika şöbəsində Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur.(i.v. 144) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 05 aprel 2024-cü il tarixli, 2199 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, Psixostimulyatorların və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 146-147) -«məhkəmə-kompüter texniki ekspertizası»nın 02 may 2024-cü il tarixli, 5/389 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 15.8” əməliyyat sistemi ilə təchiz olunmuş «iPhone 7» markalı «A1660» modelli «**********8888» imei kodlu smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «iPhone 7» markalı «A1660» modelli smartfonun yaddaşından «7.68.0.809 versiyalı UFED 4PC» adlı proqram təminatı vasitəsi ilə xx.xx.2023-xx.xx.2024-cü il zaman intervalına aid toplanmış halhazırda yaddaşında mövcud olan və pozulmuş (kontaktlar, zəng qeydləri, foto, audio, video fayıllar, SMS mesajlar, «WhatsApp» proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat «Ekspertiza 5-389» adlıqovluqda bir ədəd «DVD-R» tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu.(i.v. 148-154) -«ambulator məhkəmə psixiatrik ekspertizası»nın 20 aprel 2024-cü il tarixli, 1074 nömrəli rəyində göstərilmişdir ki Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır.(i.v. 156-158) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 20 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X6 və şəxsiyyəti istintaqa məlum olmayan «Hadi» adlı şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v. 179-180) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qram, xüsusilə külli miqdarı 800 qramdır. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı «Marixuana-Kannabis» olan maddə narkotik vasitədir, onun qurudulmuş halda 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı külli miqdar və ya ondan artıq 50000 qramı isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı «Metadon» olan dərman həbləri narkotik vasitədir, «Metadon»un şəxsi istehlak miqdarından (qramla) artıq xeyli miqdarının yuxarı həddi 0,02 qram, külli miqdarının (qramla) aşağı həddi 1,6 qram, xüsusilə külli miqdarı 160 qramdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı narkotik vasitəni ona polislərin, polis şöbəsində göstərdiklərini, onun narkotik vasitə istifadəçisi olduğunu biləndən sonra narkotik vasitələri ona yüklədiklərini, polislərin onu saxlayan kimi əllərini qandallamalarını, içərisində narkotik vasitə olan bağlamanın polislərin əlində olmasını, bağlamanı şöbədə ona təqdim etmələrini, polislərin onu döymələrini, qulağını burmalarını, polislərin üzərinə kitab qoyaraq dubinka ilə onu vurduqlarını, istintaq zamanı onu döyüb yazılanlara imza etdirdiklərini, polislərin ona narkotik vasitənin istifadəçisi kimi işini sənədləşdirəcəkləri məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində, 14 fevral 2024-cü il tarixdə təxminən saat 21-22 radələrində tanışı İntiqam adlı şəxsin İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxslə danışdığını, Hadi adlı şəxsin onlara Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə narkotik vasitə və dərman həbi qoyduğunu bildirdiyini, İntiqam adlı tanışına məxsus olan **-LH-*** dövlət qeydiyyat nişanlı «Honda» markalı avtomobil ilə Bakı şəhərindən Şirvan şəhərinə gəldiyini, Hadi adlı şəxsin narkotik vasitəni və dərman həbini qoyduğu ərazinin şəklini onlara atdığını, o, İntiqam adlı şəxsin avtomobilindən düşüb, narkotik vasitəni və dərman həbini götürdüyünü, bir müddət sonra polis əməkdaşlarının ona yaxınlaşdığını, bundan sonra İntiqam adlı tanışının avtomobilinə əyləşib getdiyini, narkotik vasitə və dərman həbini istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 ifadələrində bildirmişlər ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində narkotik vasitələri saxlaması, istifadəsi və satışı ilə məşğul olması daxil olmuş məlumat əsasında təxminən saat 23 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəbəbəsində yerləşən «X9»nın yaxınlığında saxlamışlar, polis şöbəsində şəxsi axtarış zamanı Amil əlində olan 01 ədəd selofan bağlamanı təqdim etmiş, selofan bağlamanın içərisinə baxış keçirən zaman bağlamanın içərisindən 02 ədəd bağlama və həmin bağlamaların içərisindən narkotik vasitə heroinə və marixuanaya bənzər kütlələr, həmçinin 08 listdə metadon həbləri aşkar edilmişdir. Amil döyülməmiş, qanunsuz hərəkətlərə məruz qalmamışdir. Şirvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 4(032)-39/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, dostu X17 Respublikasının vətəndaşı Hadi adlı şəxslə narkotik vasitə almağa razılaşmış, ona narkotik vasitənin olduğu yerin şəklini atmışdır. İntiqam ona Şirvan şəhərinə gəlməyi təklif etmiş, özü istifadə etməsi üçün səkkiz qram narkotik vasitə götürməsi qarşılığında razılaşmışdır. Şirvan şəhərinə narkotik vasitənin olduğu əraziyə gəlmişlər, dostu İntiqam avtomobili idarə etdiyi üçün ona düşüb narkotik vasitəni götürməsini bildirmişdir. Avtomobildən düşmüş, narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə gətirmişlər. Narkotik vasitəyə əli dəyməmiş, üzərində olmamışdır. Polis şöbəsində olarkən narkotik vasitəninin ona aid olmasını bildirməyə məcbur edilmişdir. Təxminən beş ildir narkotik vasitə istifadə edir, avtomobildən düşməkdə məqsədi səkkiz qram narkotik vasitə götürmək olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili-polis əməkdaşları tərəfindən döyülməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işinin materiallarında olan «məhkəmə tibbi ekspertizası»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 1499/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar olunmamış, Təqsirləndirilən şəxs zədə almadığını və şikayəti olmadığını bildirmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin, qurudulmuş marixuananın və metadonun qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azdlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 31 avqust 2021-ci ildə cəza müddəti başa çatmışdır. Məhkumluğu yoxdur.(i.v. 142) -«Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi»nin 17 mart 2024-cü il tarixli, 709 saylı arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nizami küçəsi, ev 5-də yaşayır, narkotik vasitələrə meyilli olması qeyd edilsə də barəsində heç bir şikayət daxil olmadığı yazılmışdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşaqlarının olmasıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 14 fevral 2024-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 4(032)- 392024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 244 (iki yüz qırx dörd) manat 90 (doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 244 (iki yüz qırx dörd) manat 90 (doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi- 2074,90 qram olan narkotik vasitə heroin, 1869,90 qram narkotik vasitə qurudulmuş marixuana və 77 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 14 fevral 2024-cü il tarixdən hesablansın. Şirvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 4(032)-39/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 244 (iki yüz qırx dörd) manat 90 (doxsan) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi- 2074,90 qram olan narkotik vasitə heroin, 1869,90 qram narkotik vasitə qurudulmuş marixuana və 77 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd kompakt disk, icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-554/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-554/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver