Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-556/2023 18.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1978-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu olmayan, ünvan 1 ünvanlarda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçimiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü tərəfindən istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edilib daşınmaqla Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yolun Astara rayonu istiqamətində sol tərəfindəki köhnə tikililərdən birində gizlədilmiş külli miqdarda narkotik vasitə olan heroini 12 mart 2023-cü il tarixdə saat 04 radələrində qanunsuz saxlanıldığı yuxarıda göstərilən ünvandan satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq yerini dəyişməklə daşıyarkən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Salyan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli polietilen torba bağlamadakı 5 ədəd üzəri yapışqanlı lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi - 1200,0 qram, 1100,0 qram, 1100,0 qram, 1040,0 qram, 600,0 qram, ümumi çəkisi – 5040 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rabitəçi işi ilə məşğuldur. 11 mart 2023-cü il tarixdə işi ilə bağlı, kamera quraşdırmaq məqsədilə Rəşad adlı tanışı ilə Bakı şəhərindən Masallı rayonuna yola düşmüşdür. Masallıya etibarnamə əsasında özünə məxsus olan «TOFAŞ KARTAL» markalı maşınla yola düşmüş, özü maşını idarə edə bilmədiyindən Rəşadı sürücü kimi yanında aparmışdır. 12 mart 2023-cü ildə gecə saat 12 radələrində yeni yox, köhnə yolla Salyan rayonunun ərazisinə çatmışlar, maşını saxlatdırmış və təbii ehtiyacını ödəmək üçün maşından düşüb yolun kənarına getmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və onlar ilə birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. Saxlanılarkən Rəşad maşında olmuşdur. Bir qədər sonra Rəşad da polis əməkdaşları tərəfindən saxlanılmış və onunla birlikdə şöbəyə aparılmışdır. Şöbədə olarkən masanın üzərinə polis əməkdaşları tərəfindən narkotik qoyulmuş və onu öz üzərinə götürməsini tələb etmişlər. Polis əməkdaşları ona “səni ya zorlama maddəsi ilə ya da narkotiklə sənədləşdirəcəyik” demişlər. Sonra şöbədə döyülmüş, bədənində xəsarətlər olmuşdur. Polis əməkdaşlarının hədəsindən qorxduğu üçün onlarla razılaşmış, istintaq zamanı etirafedici ifadələr vermişdir. Saxlanılarkən üzərində və avtomobildə narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. Saxlanılarkən heç yerə qaçmamışdır. İstintaq vaxtı verdiyi etirafedici ifadəsi şöbədə ona işgəncə verilməklə alınmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, iranlı Emin adlı şəxslə telefonda danışmamışdır, narkotikdən istifadə etməmişdir, saxlanılarkən telefonunu qəsdən sındırmamış, telefon əlində qırılmışdır. Narkotiki polislər ona «yükləmişlər». Tutulmasının səbəbini bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, saxlanılmamışdan üç il əvvəl özünü Emin kimi təqdim edən iranlı ilə tanış olmuş, telefonda münasibətləri yaranmışdır. 11 mart 2023-cü ildə günorta vaxtlarında iranlı Emin onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng vurub 500 manat pulun müqabilində Salyan rayonu ərazisindən bir bağlamanı götürüb Bakı şəhərinə aparıb deyəcəyi yerə çatdırmaq lazım olduğunu demiş, bağlamada narkotikin olmasını başa düşmüş və Eminlə razılaşmışdır. Gecə maşın sürə bilmədiyindən tanışı Rəşada müraciət etmişdir ki, maşını o sürsün və ona Salyan rayonunda yaşayan bir əsgər yoldaşından əmanəti götürüb Bakıya çatdırmaq lazım olduğunu, bunun müqabilində ona 100 manat verəcəyini demiş, lakin Rəşada narkotik haqqında heçnə deməmişdir. Gecə vaxtı Salyana yola düşmüşlər, maşını Rəşad idarə etmiş, yolboyu iranlı Eminlə danışmış, sonuncu ona bağlamanın olduğu yerin «konumunu» göndərmişdir. 12 mart 2023-cü il tarixdə gecə saat 4 radələrində Salyan rayonu Astara rayonu istiqamətinə keçmiş, həmin yeri tapdıqdan sonra Rəşada qabaqdan dönüb maşını üzü Bakı şəhəri istiqamətinə saxlamağı demiş, özü isə maşından düşüb yolun əks tərəfində yerləşən köhnə, uçuq-sökük binalara tərəf getmiş, tikililərdən birinin içərisindən küncdə qara rəngli polietilen torbanı götürərək maşına tərəf gedərkən qəflətən polis əməkdaşları tərəfindən saxlanılmış, əlindəki mobil telefonu polis əməkdaşlarının əlinə keçməsin deyə tez divara vuraraq onu sındırıb yararsız hala salmış, polis əməkdaşlarından qaçmaq istərkən qaranlıqda betona dəyib yerə yıxılmışdır. Rəşad bunu gördükdə maşını sürüb oradan uzaqlaşmışdır. Onu Salyan RPŞ-yə aparmışlar. Bir neçə saatdan sonra Rəşadı da tutub şöbəyə gətirmişlər. Şöbədə əlindəki torbaya baxış keçirilmiş, içərisində 5 bağlamada olan heroin aşkar edilmişdir. Daha sonra gəldikləri avtomobilə baxış keçirilmiş, maşından hər hansı bir qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. 12 mart 2023-cü il tarixdə saat 04 radələrində Ələt- Astara yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində, "Təndir" restoranının yaxınlığında «Tofaş Kartal» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı bir avtomobilin yol kənarında dayandığını, avtomobildən düşən şəxsin qaranlıqda yarımçıq sökük tikiliyə tərəf getdiyini, avtomobilin isə bir qədər qabağa gedib dövrə vuraraq geri qayıdaraq Bakı istiqamətinə tərəf işlək vəziyyətdə dayandığını görüb bundan şübhələnmiş, maşından düşən şəxs tərəfə yollanmışlar. Maşından düşən Emin onları görən kimi əlindəki mobil telefonu dərhal divara vurub onu sındıraraq yararsız hala salmış, sonra qaçmaq istəsə də qaranlıqda ayağı ilişdiyindən üzüstə yerə yıxılmışdır. Emini tutub saxlamış, sonra onu əlindəki polietilen torba ilə gəldiyi maşına tərəf aparmışlar. Maşına yaxınlaşdıqda sürücü onları görən kimi dərhal maşına sürətlə sürüb oradan uzaqlaşmış, ona görə də maşınla onu təqib etməyə başlamışlar. Sürücü Salyan şəhərini tanımadığından maşını şəhərin küçələri ilə hara gəldi sürərərək sonra da gətirib onu Kür çayının sahilində batırmış, sonra maşından düşüb özünü çaya salanda onu da tutub saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs əlində olan torbaya baxış keçirilmiş, torbanın içərisində skoçlanmış 5 bağlamada külli miqdarda 5 kiloqramdan artıq heroin aşkar edilmişdir. Sonra maşına baxış keçirilmiş, maşında qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Emin bildirmişdir ki, heroini ona Emin adında iranlı göndərmiş, həmin bağlamanı Eminin göstərişi ilə Bakı şəhərinə aparmalı idi, Rəşadın isə bu məsələdən məlumatı olmamış, Rəşad yalnız sürücü kimi onunla gəlmişdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Emin saxlanılan zaman qaçmaq istəyərkən yerə yıxılmış və xəsarət almışdır. Ona qarşı zor tətbiq olunmamış, üzərinə heç kim tərəfindən narkotik qoyulmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilmiş polis əməkdaşları Şahid3, Şahid6, Şahid5 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs əməliyyat keçirilən zaman qaçmaq istəyərkən yerə yıxılıb xəsarət aldığını, ona qarşı zor tətbiq olunmadığını, onun üzərinə heç kim tərəfindən narkotikin qoyulmadığını, Emin saxlanılarkən narkotikin özünə məxsus olmasını etiraf etdiyini göstərmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, oğlu Emin həmişə onun ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, həmin mobil nömrənin Eminin və ya başqa şəxsin adına olması barədə onda heç bir məlumat olmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayında özü üçün kreditlə Samsunq markalı mobil telefon almış, sonradan həmin telefonu Emin ondan istədiyi üçün ona vermiş, həm də təzə aldığı öz mobil nömrəsini də Eminə vermişdir. 12 mart 2023-cü il tarixdə Eminin nə məqsədlə Salyan şəhərinə gəlməsindən, onun orada haradan külli miqdar narkotik vasitə əldə etməsindən xəbəri olmamış, yalnız Emin tutulandan sonra ona Eminin Salyan şəhərində külli miqdarda narkotik vasitəni Bakı şəhərinə aparmaq istəyərkən onu polis əməkdaşlarının tutması barədə məlumat vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2023-cü il tarixli, 18/299 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs..." sözləri yazılmış və imzalar olan qara rəngli polietilen torba bağlamadakı 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1200,0qram, 1100,0qram, 1100,0qram, 1040,0qram, 600,0qram, ümumi çəkisi-5040,0qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 295 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 12 mart 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və videogörüntüdən görünür ki, həmin gün polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qara rəngli polietilen torba açılıb baxıldıqda həmin torbanın içərisində 5 ədəd skoçla sarınmış bağlamalar olması, bağlamalara baxıldıqda onların içərisində tünd qəhvəyi rəngli, içərisində heroinə oxşar kütlələr olması aşkar edilmişdir. Qeyd edilən 5 ədəd bağlamalar içərisindəki kütlələrlə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, onların çəkisinin müvafiq qaydada 1 kq 330 qram, 305 qram, 1 kq 250 qram, 1 kq 300 qram, 1 kq 270 qram olması, hamısının birlikdə, yəni 5 bağlamadakı kütlələrin cəmi çəkisinin isə 5 kq 265 qram olduğu məlum olmuşdur. Həmin vaxt həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** nömrəli "Samsunq" markalı mobil telefonun sındırılmış vəziyyətdə olması, onun işlək vəziyyətə gətirilməsi üçün yararsız hala salınması, bu səbəbdən işlək vəziyyətdə olmadığı müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilib götürülmüş bir ədəd Samsunq markalı mobil telefonu o, polis əməkdaşlarını görən kimi özü sındırmışdır ki, telefonda olan yazışmaları oxumaq mümkün olmasın. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 14 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, hadisə yeri keçmiş Ələt-Astara yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində, "Təndir" restoranının yaxınlığındakı yol kənarında olan keçmiş yarımçıq tikililərdən birində yerləşir. Təqsirləndirilən şəxs həmin yeri göstərib təqdim edərək xx.xx.2023-cü il tarixdə ondan aşkar edilib götürülmüş içərisindəki müvafiq qaydada 1 kq 330 qram, 305 qram, 1 kq 250 qram, 1 kq 300 qram, 1 kq 270 qram, cəmi 5 bağlamadakı 5 kq 265 qram narkotik vasitə olan heroini tanımadığı İran İslam Respublikası vətəndaşının telefon vasitəsi ilə şəklini ona göndərdiyi məhz həmin yerdən götürdüyünü, onu sonradan Bakı şəhərinə aparmaq istədiyini, lakin həmin vaxt bağlamanın içərisində hansı növ narkotik vasitədən və nə qədər miqdarda olmasını bilmədiyini göstərmişdir. Məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, raportunda Təqsirləndirilən şəxs Ələt-Astara magistral yolunun Salyan şəhərindən keçən hissəsində yolun Astara şəhəri istiqamətində sol tərəfindəki tikililərdən birindən külli miqdarda narkotik vasitəni əldə etməsi, lakin həmin narkotik vasitəni ora nə vaxt, kimin tərəfindən qoyulmasının müəyyən edilmədiyi, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunması göstərilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 5039,5 qram narkotik vasitə heroin 31 mart 2023-cü il tarixli, şəxsi axtarışı zamanı üzərindən aşkar edilib götürülmüş üzərində ***-***-**-** nömrəsi istifadə edilən "Samsunq" markalı bir ədəd sınmış vəziyyətdə olan mobil telefon 17 iyun 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli qərarla həmin cinayət işindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2016-cı il tarixdə isə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu hazırda ödənildiyindən o, məhkum olunmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan heroinin ona məxsus olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsi işgəncə nəticəsində alındığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılmış, həmin araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri zamanı təqib olunarkən qaçmaq istəyərkən ayağı beton maneəyə dəyib yerə yıxılmış nəticədə sağlamlığa zərər vurmayan xəsarətlər almışdır. 25 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, döyülməsi təsdiq olunmadığından cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan bu günə kimi nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə və ya işgəncə verilməsi nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan torbaya vəkilin iştirakı ilə baxış keçirilir, torbadan skoçlanmış 5 ədəd bağlamada heroinə bənzər maddə aşkar edilərək götürülür. Həmin bağlamalar elektron tərəzidə çəkilərək 5 kq 265 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs heroinin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs üzərinə külli miqdarda heroinin kənar şəxs (lər) tərəfindən qoyulması təsdiq olunmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs külli miqdarda heroinin aşkar olunması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci MKR ev 6V/38, m.37-də yaşamadığı üçün onu xarakterizə etmək mümkün olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2007-ci il təvəllüdlü Eldar adında və 13 iyul 2009-cu il təvəllüdlü Elmar adında oğul övladları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağının olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yünügülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. İş materiallarında olan 12 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, 13 mart 2023-cü il tarixdə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Salyan Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Salyan RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5039,5 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində olan ***-***-**-** mobil nömrəsi ilə istifadə edilən "Samsunq" markalı bir ədəd sınmış vəziyyətdə olan mobil telefon isə yaxın qohumlarına qaytarılmalı, 04 ədəd disklər cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Salyan RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5039,5 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində olan ***-***-**-** nömrəsi ilə istifadə edilən "Samsunq" markalı bir ədəd sınmış vəziyyətdə olan mobil telefon isə yaxın qohumlarına qaytarılsın, 04 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov Neymət Məmmədov Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-556/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-556/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver