Məhkəmə qərarları › İş №1(099)-557/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-557/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-557/2023 31.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 58,209 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,653 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təmiz çəkisi 33,063 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, təsiredici maddəsinin miqdarı 0,72 qram təşkil edən 18 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli dərman həblərini əldə edib, daşıyaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, elektron tərəzi vasitəsilə narkotik vasitə heroini satış məqsədi ilə 18,271 qram, 35,725 qram və 4,213 qram olmaqla 03 ədəd bükümlərə, psixotrop maddə metamfetamini isə 0,266 qram və 0,387 qram olmaqla 02 ədəd bükümlərə qablaşdıraraq, həmin bükümlərdən 18,271 qram və 35,725 qram çəkidə narkotik vasitə heroin olan 02 ədəd bükümü, 0,387 qram çəkidə psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü yaşadığı evdə gizlətməklə, 01 ədəd bükümdə 4,213 qram çəkidə olan narkotik vasitə heroini və 01 ədəd bükümdə 0,266 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla daşımış, Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 mart 2023-cü il tarixdə, saat 22:16-da Şirvan şəhəri, Əzizbəyov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd bükümdə 4,213 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə 0,266 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan sağ ayağındakı corabından, qalan 02 ədəd bükümlərdə 18,271 qram və 35,725 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə 0,387 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 33,063 qram narkotik vasitə tiryək, təsiredici maddəsinin miqdarı 0,72 qram təşkil edən 18 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli dərman həbləri olan 04 ədəd konvalyut isə həmin tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı evin yataq otağında pəncərənin yanında qaz sobasının axrasından narkotik vasitələrin satışında istifadə olunan üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən yəni narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrinin müxtəlif növlərindən istifadə edir. Hər gün təxminən 1 doza heroin narkotik vasitəsindən istifadə edir. Sonuncu dəfə 2023-cü ilin mart ayında Xırdalan şəhərindən Ramin adlı şəxsdən 500 manat müqabilində müxtəlif növ narkotik vasitələr almışdır. 03 mart 2023-cü il tarixdə polis əməkdaşları onu saxlamışlar. Baxış keçirilən zaman bir qismini corabında gizlətdiyi, bir qismini isə evində giszlətdiyi narkotik vasitələr aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən üzərindən və evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr ona məxsus olmuşdur, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Evindən aşkar olunmuş elektron tərəzini isə istifadə etdiyi narkotik vasitəsinin çəkisini müəyyən etmək üçün saxlamışdır. Heç kəsə narkotik vasitə satmamış, heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Hazırda narkotik vasitələrindən istfiadə etdiyi üçün əməlindən peşmandır. Himayəsində 3 azyaşlı uşaqlarının olmasını, atasının onkoloji xəstə olmasını, anasının xəstə olmasını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində göstərdiyi “üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün, satış məqsədi olmadan əldə etməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək, o cümlədən aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və külli miqdarda olması, onların kiçik bağlamalara bölməsi üçün elektron tərəzidən istifadə etməsi hallarını da nəzərə alıb belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 03 mart 2023-cü il tarixdə, saat 22 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Əzizbəyov küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib barəsində narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərində şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün onlar sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi azxtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağının corabından 02 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümlərə baxıldıqda birinin içərisində narkotik vasitə heroin, birinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və istifadə etmək üçün bir qismini üzərində, bir qismini isə yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış aparılan zaman evin yataq otağında pəncərənin yanında qaz sobasının axrasından 02 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 04 ədəd konvolyutda ümumilikdə 18 ədəd narkotik vasitə metadona bənzər həblər, 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmin vaxt protokol tərtib olunmuş, iştirakıçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin əməkdaşları, Şahid3, Şahid4 və X10 eyni məzmunlu ifadə verərək Şahid2 oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 mart 2023-cü il tarixli 18/272 saylı rəyindən görünür ki, tədqiqata teqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasıtə heroindir, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,266 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 16,271qram, 35,725 qram, ümumi çəkisi 53,996 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi terkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükumündə təmiz çəkisi 0,387qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 33,063 qram maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiyəkdir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) miqdarının müəyyən edilməsi və müqayisəli tədqiqatın aparılması, yəni təqdim olunmuş maddələrə eyniliyinin müəyyən olunması mümkün deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə və onun yaşadığı evdən götürülmüş 2 bükümdə, cəmi 3 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə və onun yaşadığı evdən götürülmüş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqatdan sonrakı qalıq narkotik vasitə heroin 58,059 qram, tiryək narkotik vasitə 32,963 qram və metamfetamin psixotrop maddəsi 0,553 qram. təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan materiallarına məhkəmə ekspertizasının 04 mart 2023-cü il tarixli 6/1329 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş uzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №55 dairəvi möhur əksi “(imza) Təqsirləndirilən şəxs. “ yazısı və imzalar olan zərfdəki üzərində “Methadone 40” markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 18(on səkkiz) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 18 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,72 qram təşkli edir. Tədqiqatdan sonrakı qalıq 16 ədəd həb. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edır. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli 3615 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli 3615 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 mart 2023-cü il tarixli videoçəilişlə aparılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sağ ayağının corabından 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd Redmi Note 9 markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 03 mart 2023-cü il tarixli videoçəilişlə aparılmış «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin yataq otağında pəncərənin yanında qaz sobasının axrasından 02 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 04 ədəd konvolyutda ümumilikdə 18 ədəd narkotik vasitə metadona bənzər həblər, 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 03 mart 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər rayon məhkəməsinin 05 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli Şirvan şəhər X3 hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 02 may 2023-cü il tarixli Dövlət Sosial Müdafi Fondu 1 saylı X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs regionalda əlilliyə görə heç bir pensiya və təqaüd almır. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər, Əzizbəyov küçəsi, döngə 2, ev 6-da yaşayır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür Təqsirləndirilən şəxs himayəsində 15 iyul 2010-cu il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X6 və 30 mart 2012-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqları vardır. Məhkəməyə daxi olmuş 01 avqust 2023-cü il tarixli «Xəstəlik tarixindən çıxarış (epikriz) » surətindən görünür ki, Seymur Məmmdovun atası Şahid6 «Qırtlağın karsinoması» (onkoloji xəstəlik) xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, iş üzrə ekspertiza tədqiqatından sonrakı qalıq 58,059 qram narkotik vasitə heroin, 32,963 qram narkotik vasitə tiryək və 0,553 qram psixotrop maddə metamfetamin, 16 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış saxlanılması üçü Şirvan ŞRPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olması əməlini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğun, əməlini qismən etiraf etməsini, atasının onkoloji xəstə olmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin (himayəsində üç azyaşlı övladı və onkoloji xəstəlikdən əziyyət çəkən atasının olması) həyat şəraitinə təsiri nəzərə almaqla cəzanın məqsədlərini təmin etmək üçün cəzanın daha ciddi həddinin təyin edilməsinə hər hansı bir əsas olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Şirvan Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 58,059 qram narkotik vasitə heroin, 32,963 qram narkotik vasitə tiryək və 0,553 qram psixotrop maddə metamfetamin, 16 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 163 (yüz altmış üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Şirvan Şəhər Rayon Polis Şöbəsində saxlanılan Şirvan Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 58,059 qram narkotik vasitə heroin, 32,963 qram narkotik vasitə tiryək və 0,553 qram psixotrop maddə metamfetamin, 16 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə 163 (yüz altmış üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar