Məhkəmə qərarları › İş №1(099)-559/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-559/2025

26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-559/2025 26.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Sabirabad rayonu, Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 iyul 2025-ci il tarixdə, saat 22:10 radələrində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq alkoqol sərxoşluğu vəziyyətində olmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan mərhum atasına məxsus “VAZ-21070” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Sabirabad rayonu, Xəlfəli kəndində, həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etmədən 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 80 km/saat sürətlə idarə edərkən, avtomobili qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan digər avtomobili ötmə əməliyyatı aparmaq üçün yolun sol hərəkət zolağına çıxarmış, yerdəyişərkən manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olmasına dair qeyd olunan qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etmədiyindən idarəetməni itirmiş, avtomobilin qabaq sol hissəsi ilə əks yolla hərəkətdə olan piyada X5 vuraraq ehtiyatsızlıqdan sonuncunun sağ aşağı ətrafın budun aşağı 1/3-dən tam travmatik amputasiyası, güdül hissədə bütün toxumaların tam əzilib dağılması, yumşaq toxumalarda qansızma, sağ bazu sümüyünün orta 1/3-də qapalı yerdəyişmiş sınıq, sağ gicgah nahiyəsində, sağ yanaq proyeksiyasında yaralar, boyunun ön səthində, sol çiyin qurşağı proyeksiyasında sıyrıqlarla müşayət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olmaqla, həyatla əlaqəsini itirmiş kobud travma nəticəsində travmatik şokdan hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyul 2025-ci il tarixdə, təxminən saat 19 radələrində yaşadığı Xəlfəli kəndindəki evdə yemək yeyərkən 250 qram araq içmiş, həmin gün saat 22 radələrində yaşadıqları evin həyətində mərhum atasına məxsus olan “VAZ-21070” markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək kənddaxili asfalt yola çıxıb, təxminən 80 km/saat sürətlə hərəkətdə olarkən eyni istiqamətə digər avtomobilin hərəkət etdiyini görmüşdür. Avtomobili yolun sol hərəkət hissəsinə çıxardaraq həmin avtomobili ötmə əməliyyatı aparmağa başlamışdır. Ötmə əməliyyatı apararkən qarşı tərəfdən asfalt yolun üzəri ilə təxminən 2 metr məsafədən bir piyadanın adi yerişlə ona tərəf hərəkət etdiyini görmüşdür. Ara məsafəsi yaxın olduğu üçün heç bir təhlükəzlik tədbiri görə bilməmiş və avtomobilin qarşı sol tərəfi ilə piyadanı vurmuşdur. Vurduğu piyada zərbənin təsirindən qalxaraq idarə etdiyi avtomobilin qarşı şüşəsinin sol tərəfinə dəyərək yolun kənarına düşmüşdür. Sonra idarə etdiyi avtomobil təxminən 30 metr qarşıya gedəndən sonra avtomobili geri döndərib piyadanın düşmüş olduğu yerə qayıtmaq istəmiş, avtomobilin qarşı şüşəsinin sol tərəfi çilikləndiyi üçün yolu görmək mümkün olmadığına görə əli ilə vurub şüşəni sındıraraq yerindən çıxarıb yolun kənarına atmışdır. Sonra avtomobili idarə edərək piyadanın düşdüyü yerin yanına gələrkən asfalt yolun üzərində üzülmüş qıç olduğunu görmüş, vurmuş olduğu piyadanın qıçı olduğunu, zərbədən qırılıb yola düşdüyünü bilmişdir. Avtomobili idarə edib piyadanın düşdüyü yerin yanına gələrək avtomobili saxlayıb yerə düşərək vurmuş olduğu piyadaya yaxınlaşandan sonra onun həmkəndlisi Surət Əzizov olduğunu görmüşdür. Həmin vaxt yaxınlıqda yaşayan həmkəndlisi Şahid3 ora gəlmiş, Aqillə köməkləşib Surəti yerdən götürüb xəstəxanaya aparmaq üçün idarə etdiyi avtomobilin arxa oturacağının üstünə qoymuşlar. Elə həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmiş, dəqiq bilmədiyi şəxs Sürətin yola düşən qıçını gətirib avtomobilə qoymuşdur. Surəti xəstəxanaya gətirmək istəyərkən Surətin artıq öldüyünü görmüşdür. Surətin meyiti onun idarə etdiyi avtomobildə qalmış, polis əməkdaşları isə onu Sabirabad RPŞ-nə aparmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir və ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisinə 15000 (on beş min) manat məbləğdə pul vəsaiti ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində az yaşlı uşağının olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxsi olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyanı tam şəkildə ödəməsini bildirərək məhkəmə tərkibindən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, Surət Əzizov əridir. 20 iyul 2025-ci il tarixdə axşam Surət evlərindən çıxıb kənddəki mağazadan işıq kartına pul köçürməyə getmişdir. Surət gedəndən bir qədər sonra qonşularından Surəti kəndlərində avtomobil vurduğunu eşitmişlər. Hadisə yerinə gedib qayıdan qayınanası Sevda Surəti yolda həmkəndliləri Təqsirləndirilən şəxs “VAZ-21070” markalı avtomobillə vurduğunu və Surətin xəstəxanaya aparıldığını demişdir. Bundan sonra Surətin hadisə nəticəsində hadisə yerində öldüyünü, Surətin də meyiti məhkəmətibbi ekspertizasından keçirilməsi üçün xəstəxananın morquna aparıldığını bilmişdir. Təqsirləndirilən şəxsla barışmış, sonuncudan şikayət və tələbi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən onlara 15000 (on beş min) manat məbləğdə pul ödənmiş, yəni onlara vurulmuş ziyan tam şəkildə ödənmişdir. Məhkəməyə barışmasına dair ərizəni könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum olma ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 20 iyul 2025-ci il tarixdə, saat 22 radələrindən sonra idarə etdiyi xidməti avtomobillə RPŞ-nin PPXB-nün polis nəfəri Elnur Qurbanlı ilə rayonun Xəlfəli kəndi ərazisində xidmətdə olarkən, RPŞ-dən rayonun Xəlfəli kəndində kənddaxili yolda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölməsi barədə ona məlumat verilərək dərhal hadisə yerinə getmələrinə göstəriş verilmişdir. Hadisə yerinə çatanda asfalt yolda şüşə qırıqları olduğunu, orada ağ rəngli “VAZ-21070” markalı avtomobilin dayandığını, həmin vaxt RPŞ-nin PPXB-nün polis nəfərləri Musa Kərimovun, Şahid2 və Bəhruz Məmmədlinin orada olmaqla onların yanında iki nəfərdə mülki şəxs olduğunu görmüşlər. “VAZ-21070” markalı avtomobilə yaxınlaşanda arxa oturacaqda bir kişi meyitinin uzandırılmış vəziyyətdə olduğunu və üzərində bədəndən üzülmüş vəziyyətdə olan qıçının olduğunu görmüşlər. Mülki şəxslərdən biri həmin kənd sakini Təqsirləndirilən şəxs, digəri isə Aqil adlı şəxs olduğunu və hadisəni də Amilin törətmiş olduğu onlara məlum olmuşdur. Amil onlara avtomobillə hərəkətdə olarkən yolda hərəkət edən həmin kənd sakini piyada Surət Əzizovu vurduğunu, sonra onu yerdən götürüb avtomobilinə qoyaraq xəstəxanaya gətirmək istəyərkən artıq onun öldüyünü gördüyünü demişdir. X10 ilə xidməti avtomobilə mindirib Sabirabad RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil verimşlər. Dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Xəlfəli kəndində yaşayır. Təqsirləndirilən şəxs və mərhum Surət Əzizov onun həmkəndlisi olmaqla onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. 20 iyul 2025-ci il tarixdə, təxminən saat 22:10 radələrində yaşadığı evdə olarkən küçədə yolda nəsə bərk tappıltı səsi gəldiyini eşitmiş, səsi eşidəndən sonra küçəsindən keçən asfalt yolda nəsə hadisə baş verdiyini başa düşmüş, ona görə də dərhal evindən küçəyə yola çıxmış, həmin vaxt küçə qapısından təxminən 15 metr arxada yolun üzərində nəsə olduğunu görmüşdür. Əvvəlcə nə olduğunu başa düşməmiş, həmin yerə gedib yaxınlaşarkən asfalt yol üzərində üzülmüş vəziyyətdə adam qıçının olduğunu görmüş, elə bu zaman qarşıda hərəkətdə olan ağ rəngli “VAZ- 21070” markalı avtomobilin geri dönərək gəlib onun yanında dayanmışdır. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olduğunu görmüş, Amil ona avtomobillə piyada hərəkətdə olan şəxsi vurduğunu demiş, sonra Amillə birlikdə yolun sağına və soluna baxaraq piyadanın hara düşdüyünü axtarmışlar. Piyadanın qıçı olan yerdən təxminən 30 metr arxada yolun kənarına düşdüyünü görmüşlər. Onlar yaxınlaşıb baxarkən Amilin avtomobillə vurduğu şəxsin həmkəndliləri Surət Əzizov olduğunu və almış olduğu xəsarətlərlə əlaqədar xırıldadığını görmüşlər. Sonra Amil ona Surəti götürüb avtomobilə qoyması üçün kömək etməsini və Surəti xəstəxanaya aparacağını demişdir. Onlar köməkləşib Surəti Amilin avtomobilinin arxa oturacağının üzərinə qoymuş, sonra isə yolun üzərində olan Surətin qırılmış qıçını da götürərək Surətin yanına qoymuşlar. Sonra Amil avtomobilə əyləşib Surəti xəstəxanaya gətirmək üçün yola düşmüş, Amil təxminən avtomobillə 50 metr qarşıya hərəkət edəndən sonra avtomobili saxlayaraq ona Surətin xırıltısı kəsildiyini və deyəsən öldüyünü demişdir. Sabirabad RPŞ-nin 3 nəfər əməkdaşı “VAZ-21011” markalı avtomobillə gələrək onların yanında dayanaraq nə baş verdiyini xəbər almışlar. Amil də avtomobillə Surəti vurduğunu və Surətin öldüyünü demiş, polis əməkdaşları da avtomobilə yaxınlaşıb Surətin meyitinə baxmışlar. Polis əməkdaşları Amili polisin xidməti avtomobilinə mindirib Sabirabad RPŞ-nə aparmışlar. Surətin meyiti isə Amilin avtomobilində qalmış, bundan bir qədər sonra da Sabirabad RPŞ-nin digər əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər və Surətin meyitini isə xəstəxananın morquna göndərmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“cinayət ili başlamaq və icraata qəbul etmək haqqında” 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, 20 iyul 2025-ci il tarixdə saat 22:10 radələrində Sabirabad rayonu Xəlfəli kəndində kənddaxili yolda Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21070” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada Surət Əzizovu vurması nəticədə sonuncunun almış olduğu xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Cinayət Məcəlləsini 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1) -“yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, protokola əlavə edilmiş sxemdən və fotoşəkillər”dən görünür ki, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Xəlfəli kəndində yaşayış məntəqəsində baş vermiş, hadisə yerinə baxış kəndin mərkəzi istiqamənə dayandıqda aparılmış, hadisə yerinə baxış gecənin qaranlıq vaxtı süni işıqlandırma şəraitində aparılmışdır. Hadisə yerində işıqlandırma sistemi və hər hansı yol nişanı olmamış, həmin yolun sağ və sol kənarlarında yaşayış evləri olmuş, hadisənin baş verdiyi yol asfalt örtüklü olmaqla, düz, quru, hamar, üfiqidir. Asfalt yolun eni 6 metr, sol ehtiyat hissəsinin eni 1,4 metr, sağ ehtiyat hissəsinin eni isə 1,8 metr olmuşdur. Hadisə yerində yolun sağ tərəfində asfaltın üzərində qeyri müəyyən formalı tünd qırmızımtıl qana oxşar ləkə aşkar olunmuş, həmin ləkədən bir qədər aralıda sol kənarında arxası kəndin mərkəzi istiqamətində təkərləri üstündə dayanmış ag rəngli “VAZ-21070” markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobil olmuş, göstərilən avtomobilin qabaq sol və arxa sol təkərləri asfaltın yolun üzərində, qabaq sağ və arxa sağ təkərləri isə ehtiyat hissədə dayanmış, avtomobilin arxa oturacağında uzadılmış vəziyyətdə kişi cinsli meyit aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki, həmin meyit Sabirabad rayonunun Xəlfəli kənd sakini Surət Əzizova məxsusdur. Surət Əzizov hadisə yerində olan “VAZ-21070” markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobillə vurulmuş və nəticədə hadisə yerində ölmüşdür. Gecə vaxtı hava qanlıq olduğu üçün hadisə yerinə gündüz dəqiq baxış keçirilməklə hadisənin baş vermə mexanizminin dəqiqləşdirilməsi məqsədi ilə hadisə yerinə baxış dayandırılmışdır.(i.v.5-10) -20 iyul 2025-ci il tarixli, 00175 nömrəli alkotestrin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra müayinə olunan zaman onda 0,194 faiz alkoqol sərxoşluğu olmuşdur.(i.v.11) -“nol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, protokola əlavə edilmiş sxemdən və fotoşəkillər”dən görünür ki, hadisədən əvvəl piyada hərəkət hissəsinin sol kənarından 1,4 metr aralı məsafədə avtomobilin hərəkətinin əksinə hərəkətdə olarkən vurulmuş, hadisə yerində avtomobilə xarakterik tormoz izi aşkar olunmamış, hadisə baş verən yol asfalt örtüklü, quru və düz olmuşdur. Asfalt yolun eni 6 metr, sol ehtiyat hissənin eni 1,4 metr, sağ ehtiyat hissənin eni isə 1,8 metr olmaqla hadisədən əvvəl avtomobil texniki cəhətdən saz olmuşdur. Hadisə yaşayış məntəqəsində nəqliyyat vasitələrinin hərəkətini 50 km saatadək məhdudlaşdırılması yol nişanının təsiri zonasında baş vermişdir. Hadisə zamanı avtomobildə yük və sərnişin olmamış, hadisə baş verən yerdə hadisəni əks etdirən video görüntü kamerası olmamışdır.(i.v.25-33) -“zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında” 30 iyul 2025-ci il tarixli qərardan görünür ki, Gülər Quliyeva mərhum X4 hüquqi varisi qismində tanınmışdır.(i.v.45) -“məhkəmə-kimyəvi ekspertizası”nın 01 avqust 2025-ci il tarixli, 2705 K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,55 %-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir.(i.v.53-55) -“məhkəmə-tibbi ekspertizası”nın 21 iyul 2025-ci il tarixli, 36 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Surət Əzizovun meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ aşağı ətrafın budun aşağı 1/3-dən tam travmatik amputasiyası, güdul hissədə bütün toxumaların tam əzilib dağılması, yumşaq toxumalarda qansızma, sağ bazu sümüyünün orta 1/3-də qapalı yerdəyişmiş sınıq, sağ gicgah nahiyəsində, sağ yanaq proyeksiyasında yaralar, boyunun ön səthində, sol çiyin qurşağı proyeksiyasında sıyrıqlar, daxili orqanlarda azqanlılıq, ürəyin daxili qişasında qansızma. Aşkar edilmiş xəsarətlər-sağ aşağı ətrafın budun aşağı 1/3-dən tam travmatik amputasiyası, güdul hissədə bütün toxumaların tam əzilib dağılması, yumşaq toxumalarda qansızma, sağ bazu sümüyünün orta 1/3-də qapalı yerdəyişmiş sınıq, sağ gicgah nahiyəsində, sağ yanaq proyeksiyasında yaralar, boyunun ön səthində, sol çiyin qurşağı proyeksiyasında sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda gösətrilən şəraitdə əmələ gələ bilərdi. Surət Əzizov ölümündən az əvvəl spirtli içkilər və güclü təsir edici maddələr qəbul etməmişdir. Surət Əzizovun ölümünə səbəb almış olduğu həyatla əlaqəsini itirmiş kobud travma nəticəsində tramatik şok olmuşdur.(i.v.57-62) -Sabirabad Rayon Polis X11 Polis Bölməsi tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Sabirabad rayonu, Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur.(i.v.70) -“əməlin tövsif olunması haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif olunmuşdur.(i.v.139) -zərərçəkmiş şəxsin hüquqi varisi Gülər Quliyevanın 29 oktyabr 2025-ci il tarixdə Sabirabad RPŞ-nə etdiyi müraciətindən görünür ki, əri X13 Rəsulov tərəfindən avtomobillə vurularaq ölməsi ilə əlaqədar onlara vurulmuş ziyana görə Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 15000 (on beş min) manat pul ödənilmiş, Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də şikayəti olmayacağını göstərməklə Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir.(i.v.147) -Surət Əzizovun anası X1 29 oktyabr 2025-ci il tarixdə Sabirabad RPŞ-nə etdiyi müraciətindən görünür ki, Təqsirləndirilən şəxs avtomobillə oğlunu vurması ilə əlaqədar onlara dəymiş ziyana görə ümumilikdə 15000 (on beş min) manat pul ödəmiş, hazırda Təqsirləndirilən şəxsla barışdığlarını, ondan heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də şikayətçi olmayacağını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir.(i.v.148) -“məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 08 oktyabr 2025-ci il tarixli, 8/2018 nömrəli rəyindən görünür ki, “VAZ-21070” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21070” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21070” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur.(i.v.150-153) -“təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 06 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.172-173) -“təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 06 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v.186-187) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün heç bir dəlil irəli sürməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə cəlb edilməsinə və Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda törədilməsi və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olması. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 12-ci bəndində göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Törətdiyi əmələ görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və göründüyü kimi, yuxarıda göstərilən dispozitiv əlamətin hamısı ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmışdır. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Gülər Quliyeva ifadəsində Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri olmadığını, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı mülki iddiası olmadığını bildirmiş və müvafiq ərizə vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülər Quliyeva ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək əri X13 Rəsulov tərəfindən avtomobillə vurularaq ölməsi ilə əlaqədar onlara vurulmuş ziyana görə Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 15000 (on beş min) manat pul ödənilmiş, Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də şikayəti olmayacağını göstərməklə Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. X9 anası X3 da ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs avtomobillə oğlunu vurması ilə əlaqədar onlara dəymiş ziyana görə ümumilikdə 15000 (on beş min) manat pul ödəmiş, hazırda Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də şikayəti olmayacağını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 24 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.79) -Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə Sabirabad rayonu, Xəlfəli kəndində yaşayır, himayəsində 18 sentyabr 2025-ci il təvəllüdlü Almira Rəsulzadə adlı qızı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.134-136) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, himayəsində azyaşlı uşağının olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi (Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsi), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi (Cinayət Məcəlləsinin 59.1.13cü maddəsi), şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini etiraf etməsini, yaşını, ailə, maddi və sosial vəziyyətini, ailənin tək qazanc gətirəni olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 21-cü bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 22-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Həmin plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra-Cəzaların İcrası Məcəlləsinin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş əsaslarla şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın icrası təxirə salındıqda, həmin cəzaya əlavə olaraq təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza icraya yönəldilir. Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Həmin Məcəllənin 154.3-cü maddəsində gsötərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza azadlığın məhdudlaşdırılması intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 179-188, 318, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar