Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-56/2022 05.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X31, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxx 1980-ci ildə Türkiyə Respublikasının Balıqesir şəhəri, Balya rayonunun Hacıhüseyin kəndində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, Türkiyə Respublikası, Balıqesir şəhəri, Balya rayonunun Hacıhüseyin kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1i ünvanına qeydiyyata alınmaqla ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələri ilə, xx xxxx 1976-cı ildə Cəlilabad rayonunun Babalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Cəlilabad rayon İHB-nin Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, məhkum olunmamış, Cəlilabad rayonunun Babalı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələri ilə, xx xxxx 1978-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayon İHB-nin Seyidbazar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, məhkum olunmamış, Cəlilabad rayonunun Seyidbazar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Kurtoğlu X79 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə başqa şəxsi qəsdən öldürmüş, talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmiş (qaçırmış) və özgə əmlakını gizli olaraq talamışlar. Belə ki, Kurtoğlu X79 və Mahmudov X24 rayon İHB-nın Seyidbazar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş tanışları Təqsirləndirilən şəxs3 və onun yaxın qohumlarının külli miqdarda pul borcunun olduğu və borcunu ödəyə bilmədiyi tanışı Cəlilabad rayonunun Fərzili kənd sakini xx xxxx 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs tərəfindən borcun qaytarılması üçün təzyiq edilməsi, dəfələrlə rayon ərazisində müxtəlif yerlərdə, o cümlədən digər tanışlarına barəsində xoşagəlməz ifadələr işlətməsi səbəbindən Təqsirləndirilən şəxs3 2021-ci ilin aprel ayı ərzində bir neçə dəfə Cəlilabad rayonunun ərazisində görüşərək bu barədə onlara söhbət etdikdə bunun dözülməz həddə çatdığını bildirib Zərərçəkmiş şəxs olan borcunun çox olması səbəbindən geri qaytara bilməyəcəyini söyləmiş və onları ələ alaraq tamah məqsədilə, yəni Zərərçəkmiş şəxs olan borcunu qaytarmaqdan və xoşagəlməz hərəkətlərindən yaxa qurtarmaq üçün onlara (Təqsirləndirilən şəxs1na və Təqsirləndirilən şəxs2) sövq etdiyi cinayətin törədilməsi qarşılığında 10.000- 20.000 manat məbləğində pul verəcəyini vəd etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürmələrini və onun (Təqsirləndirilən şəxs3) adının qeyd edildiyi borc dəftərçəsini götürmələrini sifariş etməsindən sonra Əflatunu sifarişlə öldürərək onda olan borc dəftərçəsini ələ keçirmək qərarına gələrək, Təqsirləndirilən şəxs3 təhrik və sövq etməsi nəticəsində qabaqcadan razılaşmaqla onlar birgə 18 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxslə Cəlilabad şəhərində “Bağ” deyilən ərazidə yerləşən çay evində görüşüb bir qədər söhbət etdikdən sonra Əflatunu Zeydullanın borcunun bir qismini ödəyəcəyi adı ilə Təqsirləndirilən şəxs2 iş yerinə-Cəlilabad rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həmin kəndin kənarında gediş-gəlişin az olduğu ərazidə yerləşən binasına getməyi təklif edilib hər üçü Əflatuna məxsus “Mercedes” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin nümayəndəliyə getmiş, icra nümayəndəliyində yerləşən xidməti otaqda olarkən Zərərçəkmiş şəxs aldadıldığını başa düşdükdə onlarla mübahisə etmiş, bu zaman Təqsirləndirilən şəxs1 Əflatunun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, aldığı zərbələrin təsirindən Əflatun müvazinətini itirib yerə yıxılmış, bundan X106 otaqdakı dəmir aləti götürüb bir dəfə Əflatunun baş nahiyəsinə vurmaqla, daha sonra Famil həmin dəmir aləti Mehmet Alidən alıb cinayətkar niyyətlərini davam etdirib Əflatunun baş nahiyəsinə bir neçə dəfə zərbələr endirməklə sonuncuya ölümünə səbəb olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid kəllənin alın sümüyünün qəlpəli basılmış sınığı, baş beynə qansızma ilə nəticələnən başın əzilmiş-cırılmış yaralarından ibarət xəsarətlər yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sifarişlə qəsdən öldürərək həyatdan qəsdən məhrum etmiş, daha sonra Təqsirləndirilən şəxs3la razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla cinayət məsuliyyətindən yaxa qurtarmağın yollarını onlar aralarında götür-qoy edib Zərərçəkmiş şəxs meyitini gizlətmək qərarına gələrək qabaqcadan əlbir olub bu məqsədlə Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi binaya gəldikləri sonuncuya məxsus “Mercedes” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını və tamah motivi ilə həmin vaxt üzərində olmuş 2.600 manat pulu əynində olmuş paltarın cibindən götürüb meyiti gizlətmək niyyətlərini həyata keçirmək üçün talama məqsədi olmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus avtomobili ələ keçirib (qaçırıb) onun meyitini avtomobilin arxa oturacağına qoyduqdan sonra Sabirabad rayonunun Çiçəkli kəndi ərazisinə aparıb əkin sahələrindən keçən su kanalına atmış, daha sonra sonuncuya məxsus avtomobili Təqsirləndirilən şəxs2 idarə edib Mehmet Ali ilə birlikdə Salyan rayonunun Noxudlu kəndi ərazisində yerləşən fermaların yaxınlığına gedib, avtomobildə olan əl izlərini təmizlədikdən sonra avtomobili həmin yerdə yolun kənarında saxlamış, daha sonra birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı Cəlilabad rayonunun Babalı kəndində yerləşən evinə gəlib orada götürdükləri 2.600 manat pulu-özgənin əmlakını öz aralarında bölüşdürərək həmin məbləğdə pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmişlər (qaçırmışlar). Təqsirləndirilən şəxs3 tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxsi digər şəxsi sifarişlə qəsdən öldürüb həyatdan məhrum etməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özünün və yaxın qohumlarının külli miqdarda pul borcunun olduğu və borcunu ödəyə bilmədiyi tanışı Cəlilabad rayonunun Fərzili kənd sakini xx xxxx 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs tərəfindən borcun qaytarılması üçün təzyiqlər edilməsi, dəfələrlə rayon ərazisində müxtəlif yerlərdə, o cümlədən digər tanışlarına barəsində xoşagəlməz ifadələr işlətməsi səbəbindən 2021-ci ilin aprel ayı ərzində bir neçə dəfə bu söhbətlərdən xəbərdar olan tanışları Cəlilabad rayonunun Babalı kənd sakini Təqsirləndirilən şəxs2 və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu X79 ilə Cəlilabad rayonu ərazisində görüşüb söhbət edərkən bunun dözülməz həddə çatdığını bildirib Zərərçəkmiş şəxs olan borcunun çox olması üçün geri qaytara bilməyəcəyini deyib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ələ alaraq tamah məqsədilə, yəni Zərərçəkmiş şəxs olan borcunu qaytarmaqdan və xoşagəlməz hərəkətlərindən yaxa qurtarmaq üçün Famil və Mehmet Aliyə sövq etdiyi cinayətin törədilməsi qarşılığında 10.000-20.000 manat məbləğində pul verəcəyini vəd etməklə qabaqcadan əlbir olan bir qrup şəxsi Zərərçəkmiş şəxs qəsdən öldürmələrini və ondan adının qeyd edildiyi borc dəftərçəsini götürmələrini sifariş etmiş, vədi qəbul etmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə birlikdə əvvəlcədən razılaşdıqları qaydada 18 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxslə Cəlilabad şəhərində “Bağ” deyilən ərazidə yerləşən çay evində görüşüb bir qədər söhbət etdikdən sonra Əflatunu Zeydullanın borcunun bir qismini ödəyəcəyi adı ilə Təqsirləndirilən şəxs2 iş yerinə- Cəlilabad rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həmin kəndin kənarında gediş-gəlişin az olduğu ərazidə yerləşən binasına getməyi təklif etmiş, hər üçü Əflatuna məxsus “Mercedes” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin nümayəndəliyə gəlmiş, icra nümayəndəliyində yerləşən xidməti otaqda olarkən Zərərçəkmiş şəxs aldadıldığını başa düşdükdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə mübahisə etmiş, bu zaman sonuncu Əflatunun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, aldığı zərbələrin təsirindən Əflatun müvazinətini itirib yerə yıxılmış, Mehmet Ali otaqdakı dəmir aləti götürüb bir dəfə Əflatunun baş nahiyəsinə vurmaqla, daha sonra Təqsirləndirilən şəxs2 həmin dəmir aləti Təqsirləndirilən şəxs1 alıb cinayətkar niyyətlərini davam etdirib Əflatunun baş nahiyəsinə bir neçə dəfə zərbələr endirməklə sonuncuya ölümünə səbəb olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid kəllənin alın sümüyünün qəlpəli basılmış sınığı, baş beynə qansızma ilə nəticələnən başın əzilmiş-cırılmış yaralarından ibarət xəsarətlər yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sifarişlə qəsdən öldürərək həyatdan qəsdən məhrum etmiş, bununla da Təqsirləndirilən şəxs3 tamah məqsədilə və sifarişlə qabaqcadan əlbir olan bir qrup şəxsi Zərərçəkmiş şəxs qəsdən öldürərək həyatdan məhrum etməyə təhrik etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib, verilmiş mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Türkiyədən Azərbaycana gəlmiş və həmin vaxtdan etibarən Azərbaycanda yaşayır, tikinti ustasıdır. 2004-cu ildə Azərbaycan Respublikasının vətədaşı Aytəkin Səfərova ilə evlənmiş və hazırda onların iki azyaşlı uşağı vardr. Ailəsi Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla Bakı şəhərində Nizami rayonu ərazisində olan evdə yaşayır, özü də tutulan vaxtadək həmin ünvanda yaşamışdır. O, uzun müddətdir ki, Azərbaycanda yaşayır, Azərbaycan dilində sərbəst danışır və başa düşür. 2005-ci ildə tikintidə işləyən vaxtdan Təqsirləndirilən şəxs2 tanımış və yaxın münasibətləri vardır. Familin yaşadığı evdə dəfələrlə olmuşdur. Zeydullanı Familin vasitəsilə hadisədən bir müddət əvvəl tanımışdır. Həmçinin mərhum Əflatunu da hadisədən bir az əvvəl Familin vasitəsilə tanımışdır. Famil və Zeydullanın deməsirndən bilmişdir ki, Əflatun sələmə borc pul verməklə məşğul olan şəxsdir. Həmçinin Zeydullanın deməsindən bilmişdir ki, onun Əflatuna nə qədərsə pul borcu vardır. Hadisədən bir gün əvvəl o, Familin evində təmir işləri görmək məqsədi ilə Cəlilabada, Familin evinə gəlmiş, səhərisi günü o, Famillə birlikdə Cəlilabad şəhərinə təmir üçün material almaq üçün gedərkən yolda təsadüfən Zeydulla ilə yolda rastlaşıb söhbət etmişlər. Həmin vaxt Zeydulla Əflatuna olan borcunu qaytara bilmədiyini demiş, o da Əflatunla danışıb yoluna qoyacağına bildirmiş, aralarında başqa bir söhbət olmamışdır. Sonra Zeydulla onlardan ayrılıb getmiş, o və Famil dükandan material alıb geri qayıtmışlar. Həmin gün günorta saatlarında Famil işi ilə bağlı Cəlilabad şəhərinə gedərkən o da onunla birlikdə bir nəfər polisin maşını ilə şəhəri getmiş, şəhərdə kafedə oturub pivə içmiş, Famil işlə bağlı harasa getmişdir. Bir-iki saatdan sonra Famil onun yanına qayıtmış və birlikdə oturub çay içərkən Əflatun da həmin yerə gəlib oturub çay içib söhbət etmişlər. Həmin vaxt Əflatun alacağı borc puluna görə Zeydullanı axtardığını bildirib onlardan Zeydullanın harada olmasını soruşmuş, Famil də Zeydullanı səhər gördüyünü, hazırda harada olmasını bilmədiyini demişdir. Sonra Famil iş yerinə gedəcəyini bildirib onunla birlikdə oradan getmək istəyərkən Əflatun da onlarla birlikdə hansısa bir kənddə (Ləkin kəndinə) getmək istədiyini, Zeydullanın həmin kənddə ola biləcəyini və kimdənsə pul alıb gətirib ona verməli olduğunu demiş, sonra onlar Əflatunun “Mercedes” markalı maşınına minib Familin iş yerinə (Təklə kənd icra nümayəndəliyinə) getmişlər. Sonra Familin danışığından belə başa düşmüşdür ki, Zeydulla kimdənsə pul alıb gətirib Əflatuna verməlidir və ona görə də Əflatun onlarla birlikdə Familin iş yerinə gəlmişdir. Əvvəlki günlər və həmin gün Zeydulla ilə söhbət zamanı o, (Zeydulla) Əflatunun borcla bağlı ona təzyiqlər etdiyini bildirib onlardan bu işə köməklik etmələrini xahiş etmiş, yəni onların Əflatunla danışıb borc pul məsələsinin həll olunması üçün müəyyən qədər vaxt verilməsinə razı salmalarını xahiş etmiş, onlar da Əflatunla danışacaqlarını bildirmişlər. Ona görə də Familin iş yerində onlar Əflatunla danışıb ona izah etmişlər ki, Zeydulla ona olan borc pulu hissə-hissə ödəyəcək, borcun faizini isə güzəştə getsin. X84 Zeydulla ilə telefonla danışdığını, Zeydulla kimdənsə pul alıb gətirib ona verəcəyini, bir az gözləməsini demiş, Əflatun da razılaşmış və bu səbəbdən Əflatun orada oturub bir xeyli Zeydullanı gözləmiş, lakin Zeydulla ora gəlməmişdir. Sonra Əflatun əsəbiləşərək Zeydullanın onu aldatdığını bildirib onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Famil otaqdan çıxmış, otaqda Əflatun və özü qalmış və o, Əflatunu sakitləşdirməyə çalışmışdır. Lakin Əflatun qışqıraraq Zeydullanın ünvanına daha pis söyüşlər söymüş, ondan nəyə görə söyüş söydüyünü soruşanda Əflatun onun da ünvanına pis söyüş söydüyünə görə aralarında mübahisə yaranmış və bu mübahisə zamanı Əflatun orada olan dəmir borunu götürüb onu vurmaq istəyərkən o, həmin dəmir borunu Əflatunun əlindən alıb bu dəmir boru ilə Əflatunun baş nahiyəsinə bir neçə dəfə vurub onu öldürmüşdür. O, Əflatunu öldürdükdən sonra Famil otağa daxil olub nə baş verdiyini ondan soruşmuş, o da Əflatun söyüş söydüyünə görə dəmir boru ilə başına vurub öldürdüyünü demişdir. Sonra o, Familə Əflatunun meyitinin oradan aparıb kənara atmağa kömək etməsini demiş, əks halda bu işdə onun da iştirak etdiyini bildirəcəyi ilə təzyiqlər etmiş, Famil də onunla razılaşmışdır. Bundan sonra onlar birlikdə Əflatunun meyitini otaqdan çıxarıb həyətdəki “Mercedes” markalı avtomaşının arxa oturacağın üzərinə yerləşdirmiş, sonra Famil avtomaşını idarə edib oradan uzaqlaşmışlar. Daha sonra onlar Əflatunun meyitini avtomaşınla kənar yerə, Sabirabad rayonunun ərazisinə aparıb orada qamışlıq bir sahədə olan kanala atmış, avtomaşını isə başqa bir yerdə, Salyan rayonunun ərazisində saxlamış, sonra həmin yerdən piyada uzaqlaşıb yodan keçən tanımadıqları şəxsə məxsus avtomaşınla Familin yaşadığı kənddə, evinə qayıtmışlar. Əflatunun öldürülməsi ilə bağlı Zeydulla ona və Familə sifariş verməmiş, Əflatunun öldürülməsində Famil iştirak etməmişdir. Daha sonra verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zeydullanı hadisədən təxminən bir ay əvvəl tanımışdır. Söhbət zamanı Zeydulla Əflatuna pul borcunun olmasını demişdir. O, Zeydullanın Əflatuna nə qədər pul borcu olmasını, Əflatundan olan dəftərçədə Zeydullanın ona nə qədər borcunun olmasının yazılmasını bilməmişdir. Tanıdığı bir ay ərzində o, Zeydulla ilə görüşüb borclar yazılan dəftərçə barədə danışmışdır. Zeydulla Əflatunda olan bu sənədləri ondan almaq istəmişdir. Zeydulla əvvəl həmin sənədlərin Əflatundan alınıb ona verilməsini demiş, sonra isə Zeydulla sənədlərin Əflatundən alınıb ona verilməsi müqabilində 10.000 manat pul təklif etmiş, 10.000 manat pul təklifindən sonra borc dəftərçənin alınıb Zeydullaya verilməsinə razı olmuşlar. İlk dəfə görüşə Zeydulla Əflatunu çağırmış, o, Famil, Zeydulla və Əflatun kafedə əyləşib ümumi söhbət etmiş, həmin vaxt borc dəftərçəsi ilə bağlı söhbətlər olmamışdır. İkinci dəfə Əflatunu görüşə Famil çağırmış və onlar çayxanada oturub söhbət etmişlər. Həmin vaxt Famil və o, danışmışlar ki, Əflatundan borc dəftərçəni alsınlar. Üç gün sonra Famil Əflatunu yenidən görüşə çağırmış və onlar çayxanada oturub söhbət etmişlər. Sonra onlar icra nümayəndəliyinə getmiş, orada oturub çay içmişlər. Sonra Famil çölə çıxmış, otaqda o və Əflatun qalmışlar. Sonra Əflatun əsəbi halda danışaraq onu nəyə görə gətirmələrini deyib söyüş söyməyə başlamışdır. Həmin vaxt o, Əflatunun boğazına yumruqla vurmuş, Əflatunda yerə yıxılmış, daha sonra o, otaqda olan dəmir borunu götürüb Əflutunun baş nahiyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. Əflatunun başı partlamış, başından qan axmış və müqavimət göstərməyə imkanı olmamışdır. Həmin vaxt Famil otaqda olmamış, Əflatun öləndən sonra Famil otağa daxil olmuşdur. Famil Əflatunu vurmamışdır. Famil nəyə görə Əflatunu öldürdüyünü demiş, o da Əflatun söyüş söydüyünə görə onu öldürdüyünü demişdir. Sonra onlar birlikdə Əflatunun meyitini maşının arxa oturacağının üzərinə qoymuşlar ki, meyiti aparıb harasa atsınlar. Famil maşını idarə etmiş, əvvəl Biləsuvar istiqamətinə, sonra Sabirabad rayonuna gedib orada kəndyolunun qırağında bir yerə meyiti atmışlar. Sonra maşınla Salyan rayonu ərizisinə gəlib Noxudlu kəndində yolun qırağında sahibsiz yerdə maşını saxlamış, oradan piyada uzaqlaşıb yoldan keçən maşından istifadə edib Cəlilabada, Familin evinə getmişlər. Onlar Əflatunun meyidi apardıqları vaxt yolda Famil Əflatunun üzərində olan pulları götürmüşdür. Famil Əflatunun üzərindən götürdüyü 2.600 manat pulun 1.020 manatını ona vermiş, qalan hissəsini Famil özündə saxlamışdır. Maşında olan dəftərçəni Famil götürmüş, həmin dəftərçədə nə yazıldığı bilməmişdir. Bu işlə bağlı Zeydulla onlara pul verməliymiş, ona görə də o, səhərisi gün səhərçağı Zeydullaya zəng etmiş, lakin Zeydulla telefona çavab verməmişdir. İstintaq zamanı videoçəkilişlə verdiyi ifadəsi doğrudur, həmin ifadəsini təsdiq edir, həm də istintaq zamanı verdiyi ifadəsində ola bilsin ki, yanlışlıqlar da vardır. İstifadəsində 077/329-95-04 saylı mobil telefon nömrəsi olmuşdur. Zeydullanın tapşırığı ancaq borc yazılmış sənədlərlə bağlı olmuş və onlar borcların silinməsi barədə söhbətlər də etmişlər. Sənədlərə görə Zeydulla onlara pul verməliymiş. Ona görə də onlar Əflatunu icra nümayəndəliyinə sırf sənədələri götürmək məqsədi ilə aparmışlar. Həmini vaxt orada Əflatunu öldürmək fikirləri olmamaış, lakin Əflatun söyuş söydüyünə görə onu dəmir boru ilə vurub öldürmüşdür. İcra nümayəndəliyində olarkən Famil və o, dəhlizə çıxıb söhbət etmişlər, həmin söhbət başqa işlə bağlı olmuş, orada Famil ona nəsə təklif etməmişdir. Dəhlizdə söhbət etdikdən sonra onlar otağa keçmişlər. Otaqda Əflatun nalayiq ifadələr işlətmiş və həmin nalayiq ifadələrə görə ölüm hadisəsi baş vermişdir. Əflatunu öldürmələri barədə Zeydullaya məlumat verilməmiş, Zeydulla da onlara zəng etməmişdir. Meyiti gizlətmək üçün Zeydullanın köməyinə ehtiyacları olmamış və icra nümayəndəliyində təmizlik işlərini Famil həll etməliymiş. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, eyni zamanda həmin ifadələrində göstərmişdir ki, 13 aprel 2021-ci il tarixdə Famil ona zəng edib Cəlilabad rayonuna gəlməsinin lazım olduğunu bildirmiş, o da işdən icazə alıb 14 aprel 2021-ci il tarixdə, saat 18 radələrində Cəlilabad rayonuna gəlmiş, onu Famil və onun qohumu Siyasət adlı şəxs qarşılamış və onlar birlikdə Familgilə getmişlər. Evdə Famil evinin pəncərələrinin təmir olunmalı olduğunu bildirmiş və o, pəncərələrə baxdıqdan sonra təmir üçün lazım olan materialları Familə demiş, Famil də materialları ertəsi gün alacağını bildirmişdir. Həmin gün o, Familin evində qalmışdır. 15 aprel 2021-ci il tarixdə, saat 11 radələrində o və Famillə birlikdə Siyasətin avtomobili ilə Cəlilabad rayonun Qarazəncir kəndinə gedib oradan pəncərə şüşələri alıb Familin evinə qayıtmışlar. Həmin gün, saat 18 radələrində o, Famillə birlikdə Seyidbazar kənd icra nümyəndəsi işləyən Zeydulla adlı şəxsin evinə getmişlər. Famil onu Zeydulla ilə tanış edərkən sonuncunun adının Zeydulla olmasına baxmayaraq çox adamın onu “Samir” adı ilə çağırdığını bildirmişdir. Sonra onlar evin həyətində söhbət etmiş, söhbət zamanı Zeydulla Əflatun adlı şəxsdən müəyyən məbləğdə sələmə pul götürdüyünü, faizləri ilə birlikdə Əflatuna təxminən 100.000 (yüz min) manata yaxın borcunun olmasını bildirmişdir. X25 borca pul alması ilə bağlı öz aralarında borc müqaviləsi bağladıqlarını və həmin müqaviləni notarial qaydada təsdiq etdirdiklərini, bundan başqa borcla bağlı Əflatunun özünə məxsus göy rəngli dəftərçədə qeydlər etdiyini bildirmişdir. Zeydulla həmin vaxt Familə və ona həmin borca dair notarial qaydada təsdiq olunmuş müqavilənin Əflatunda qalan nüsxəsini və Əflatuna məxsus qeyd dəftərçəsini gətirdikləri halda onlara 8.000- 10.000 (səkkiz-on min) manat arası pul verə biləcəyini demişdir. O, Zeydulladan müqavilə və dəftərçənin harada olduğunu soruşmuş, Zeydulla da müqavilə və dəftərçənin harada olmasından məlumatsız olduğunu, lakin bunu dəqqiqləşdirib onlara məlumat verəcəyini demişdir. X51 müqavilə və dəftərçəni Əflatundan necə almalı olduqlarını soruşmuş, Zeydulla da onlara “Əflatunu öldürmək lazım olsa belə müqavilə və dəftərçəni ondan almaq lazımdır” demişdir. Onlar Zeydulla ilə razılaşıb müqavilə sənədini və dəftərçəni tez bir zamanda Əflatundan alacaqlarını bildirmiş, sonra Zeydulla ilə sağollaşıb oradan çıxıb Familgilə getmişlər. Zeydullanın evdən çıxan zaman Famil Zeydulladan 10 manat pul almışdır. Evə gəldikdən sonra Famil ona müxtəlif şəxslərə xeyli borcu olduğunu, borc sahiblərinin ondan pulu geri tələb etdikdlərini, buna görə də Zeydullanın dediyi işi yerinə yetirib bunun qarşılığında onlara təklif etdiyi pulu almalı olduqlarını, Zeydullanın verəcəyi pulun yarısını ona verəcəyini bildirmişdir. Onlar Əflatunda olan sənədlərinin yerini Zeydullanın öyrənib onlara məlumat verməsini gözləməyi, sənədlərin yerini öyrəndikdən sonra nə edəcəklərini planlaşdımağı qərara almışlar. Ertəsi gün, yəni 15 aprel 2021-ci il tarixdə, səhər saatlarında o, Bakı şəhərinə getmişdir. 17 aprel 2021-ci tarixdə, saat 14 radələrində Famil ona zəng edib Zeydullanın sənədlərin yerini öyrəndiyini, buna görə də təcili Cəlilabada gəlməsini bildirmiş, o da həmin gün saat 19 radələrində Bakı şəhərindən çıxıb Cəlilabad şəhərinə gəlmiş, Bağ deyilən yerdə taksidən düşmüş, orada onu Familin qohumu Siyasət qarşılamış, həmin ərazidə olan çayxanada Siyasətlə əyləşib çay içmiş, 15-20 dəqiqə sonra Famil də gəlmiş və onlar Siyasətin avtomobili ilə Familgilə getmiş və Siyasət onları Familgilin evində düşürüb çıxıb getmişdir. Həmin gün saat 23 radələrində Famil Zeydullanın ona zəng edərək Əflatunun sənədləri özünə məxsus avtomobildə saxladığını dediyini, səhərisi gün Zeydulla ilə görüşüb sonuncunun sənədləri alacaqları halda onlara pul verəcəyini qətiləşdirməli olduqlarını, Zeydulla fikrində qəti olduğu halda hansı formada olur-olsun Əflatundan həmin sənədləri almalı olduqlarını demiş, o da Famillə razılaşmışdır. 18 aprel 2021-ci il tarixdə, saat 09 radələrində Famil ona Zeydullanın onları Cəlilabad şəhərinin girəcəyinə yaxın ərazidə, Suluçeşmə kəndinə dönən yolda, üzərində Suluçemə sözü yazılmış lövhənin yaxınlığında gözlədiyini bildirmişdir. Bundan sonra onlar Familin qohumu Siyasətin avtomobili ilə Cəlilabad şəhəri istiqamətində getmiş, həmin vaxt avtomobili Famil idarə etmişdir. Onlar avtomobillə Cəlilabad şəhəri istiqamətində hərəkətdə olarkən, Cəlilabad şəhərinin girəcəyinə yaxın ərazidə, Suluçeşmə kəndinə dönən yola çatdıqda Famil avtomobili sağa döndərib təxminən 15-20 metr sürdükdən sonra yolun kənarında dayanmış bənövşəyi rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-21074 markalı avtomobilin yanında maşını saxlamışdır. Həmin avtomobildə Zeydulla və əvvəllər görmədiyi bir nəfər şəxs də olmuşdur. Famil avtomobili saxladıqdan sonra Zeydulla VAZ-21074 markalı avtomobildən düşüb onların olduğu maşının arxa oturacağında əyləşmişdir. VAZ-21074 markalı avtomobilin sürücüsü isə öz maşınında qalmışdır. Zeydulla onların olduqları maşına əyləşdikdən sonra Famillə ona bir daha Əflatuna təxminən 100.000 (yüz min) manata yaxın pul borcu olduğunu, Əflatundan borca pul alması ilə bağlı öz aralarında borc müqaviləsi bağladıqlarını və həmin müqaviləni notarial qaydada təsdiq etdirdiklərini, bundan başqa borcla bağlı Əflatunun özünə məxsus göy rəngli dəftərçədə qeydlər etdiyini bildirib həmin borca dair notarial qaydada təsdiq olunmuş müqavilənin Əflatunda qalan nüsxəsini və Əflatuna məxsus qeyd dəftərçəsini gətirib ona verəcəkləri halda onlara 8.000- 10.000 (səkkiz-on min) manat arası pul verəcəyini demişdir. Həmçinin Zeydulla onlara verəcəyi pulun 800-1.000 manatını həmin gün axşam, qalanını isə bir həftə ərzində hissəhissə verəcəyini, lakin sənədləri elə həmin gün alıb ona gətirmələrini bildirmişdir. Zeydulla onlara Əflatunun onu boğaza yığdığını, Əflatunun tez-tez onun yaşadığı evə gəlib pulunu tələb etdiyini, buna görə də hansı yolla olur-olsun Əflatundan yaxa qurtarmaq istədəyini, buna görə də borca dair sənədləri almaq üçün Əflatunu öldürmək lazım olsa belə onu öldürüb sənədləri almalarını demiş, onlar da Zeydulla ilə razılaşıb gün ərzində onun dediyi sənədləri gətirəcəklərini bildirmişlər. X52 50 manat pul istəmiş, lakin Zeydulla üstündə pul olmadığını bildirib avtomobildən düşüb gedib gəldiyi avtomobilin sürücüsündən 50 manat pul alıb gətirib Familə vermişdir. Famil pulu aldıqdan sonra onlar ayrılarkən Zeydulla həmin gün öz mobil nömrəsini istifadə etməyəcəyini bildirdiyi üçün o, öz mobil telefonunun üzərində olan 070/645-56-15 mobil telefon nömrəsini çıxarıb Zeydullaya vermiş, Zeydulla nömrəni götürüb VAZ-21074 markalı avtomobilə tərəf getmiş, Famil də avtomobili geri döndərib Təklə kəndi istiqamətində getmiş və Təklə kəndinin ərazisində Famil Zeydulladan aldığı 50 manat pulun 6 manatına bir bağlama sement almışdır. Ailə üzvlərinin şübhələnməməsi üçün Famil onlara onun (Mehmet Alinin) evdə təmir işləri görəcəyini bildirmiş və bu məqsədlə onlar əvvəlcədən sement alaraq ona məxsus evdə müəyyən təmir işləyi görməyi qərarlaşdırmışlar və sementi avtomobilə qoyub Familin evinə getmişlər. Famil avtomobili həyətində saxladıqdan sonra onlar Əflatunla görüşmək üçün Cəlilabad şəhərinə qayıtmağı qərara alıb saat 11 radələrində yoldan keçən taksilərdən birinə əyləşib Cəlilabad şəhərinə getmişlər. Onlar Cəlilabad şəhərində “Bağ” adlanan yerdə oturub çay içərkən Famil Əflatun adlı şəxsə zəng edib “Bağ” adlanan ərazidə olduqlarını, onun da həmin yerə gəlməsini demişdir. 15-20 dəqiqə sonra bir nəfər şəxs onların oturduqları stola yaxınlaşmış və Famil ona ilk dəfə gördüyü həmin şəxsin Əflatun olduğunu demişdir. Əflatun gələnə qədər Famil ona “hansı formada olur-olsun, istər aldatmaq yolu ilə, istərsə də zorla” Zeydullanın dediyi sənədləri Əflatundan almalı olduqlarını, buna görə də Əflatun gəldikdən sonra onu aldadıb Təklə kənd icra nümayəndəliyinin binasına (Familin iş yerinə) aparmalı olduqlarını deyib nümayəndəliyin binasında bir variant fikirləşib sənədləri Əflatundan almağı ona təklif etmiş, o da Famillə razılaşmışdır. Əflatun gəldikdən sonra onlar birlikdə oturub çay içib söhbət etdikləri vaxt Famil Əflatuna 1-2 saat ərzində Zeydullanın ona olan borcunun 2.500 manatını verəcəyini bildirib bunun üçün onlarla birlikdə Təklə kəndinə getməsini xahiş etmiş, Əflatun da onlarla razılaşmış və üçü birlikdə Əflatuna məxsus “Mercedes” markalı avtomobillə həmin gün saat 14 radələrində Cəlilabad rayonunun Təklə kəndində yerləşən Təklə kənd icra nümayəndəliyinə getmişlər. İcra nümayəndəliyinin binasının yerləşdiyi həyətə çatdıqda Famil Əflatuna icra nümayəndəliyində oturmağı və bir stəkan çay içməyi təklif etmiş və pulunun bir-iki saat ərzində veriləcəyini bildirmiş, Əflatun da Famillə razılaşmış və onlar icra nümayəndəliyinin binasına daxil olmuşlar. O, Famil və Əflatunun söhbətlərindən onların çox əvvəldən tanış olduqlarını bilmişdir. İcra nümayəndəliyinin inzibati binasına daxil olduqdan sonra orada olan otaqda əyləşmişlər. Onlar orada oturub çay içmiş və təxminən bir saat müxtəlif mövzulardan söhbət etmişlər. Söhbət zamanı Əflatun tez-tez Famildən Zeydullanın pulu gətirib-gətirməyəcəyini soruşmuş, Famil də hər dəfə ona 5-10 dəqiqəyə Zeydulanın hansısa tanışının pulu gətirəcəyini demişdir. Saat 15 radələrində Əflatun Familə 5-10 dəqiqəyə Zeydullanın pulu gətirməyəcəyi halda oradan gedəcəyini bildirmiş, Famil isə Əflatunun bu sözlərindən sonra Zeydulla ilə əlaqə saxlayacağını bildirib otaqdan çıxmış, o da (Mehmet Ali) onun ardınca otaqdan çıxmış və onlar dəhlizində söhbət etmişlər. Həmin vaxt Famil ona axşama borclu olduğu şəxsə 1.500 manat məbləğində pul verməli olduğunu, Zeydulladan alacağı pulla həmin borcunun bir hisssəsini ödəyəcəyini bildirmiş, həmçinin Famil ona Zeydullanın dediyi sənədləri Əflatundan almağın yeganə yolunun Əflatunu öldürmək olduğunu və onu öldürdükdən sonra sənədləri aparıb Zeydullaya verib, bunun qarşılığında onun təklif etdiyi pulu almalı olduqlarını demişdir. Familin bu sözlərindən sonra o, çalışıb dəftəri Əflatundan onu öldürmədən almaq lazım olduğunu demiş, lakin Famil onun sözlərinə məhəl qoymayıb Əflatunu öldürəcəyini bildirmişdir. Onlar dəhlizdə bu mövzuda söhbət etdikdən sonra Əflatunun əyləşdiyi otağa qayıtmışlar. Otağa daxil olduqda Əflatun onlara pulunun verilmədiyini, buna görə də daha gözləməyəcəyini bildirib yalan yerə onu nə üçün nümayəndəliyin binasına gətirdiklərini deyərək qışqırmağa, sonra həm onların, həm də Zeydullanın ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Əflatun əvvəlki yerində əyləşmiş, onlar isə ayaqüstə olmuşlar. Əflatun söyüş söyməyə davam etdiyindən o, bundan əsəbiləşib Əflatunun üzərinə hücüm edib onun boyun nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuş və Əflatun yerə yıxılmışdır. Əflatun yerə yıxılmış halda olarkən onun və Familin də ünvanına söyüşlər söyməyə davam etmişdir. Əflatunun onların ünvanna söyüşlər söyməsini qəbul edə bilmədikləri üçün və ondan borca dair qeydlər edilmiş dəftərçəni almaq üçün başqa yolları olmadığından artıq onu öldürməyi qərarlaşdırmışlar. Əflatun yerdə uzanıqlı halda olan zaman Famil onun baş nahiyəsinə yumruqla vurmuş, o da həmin vaxt Əflatunun bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbə vurmuşdur. Bu zaman Əflatun yerdə dartınaraq əli ilə otağın giriş qapısı ilə üzbəüz tərəfdə olan şkafın yanındakı zibil qabının yanında olan uzunluğu təxminən 1 metr, diametri 2,5 sm olan metal borunu götürüb Famili vurmaq istəmiş, o, (Mehmet Ali) cəld Əflatunun əlindən metal borunu alıb baş nahiyəsinə bir dəfə zərbə vurmuş, sonra əlindəki metal borunu yerə atmışdır. Əflatun isə yenə də hərəkət edə-edə söyüş söyməyə davam etmişdir. Famil Əflatunun hərəkət etdiyini görüb metal borunu yerdən götürüb var gücü ilə Əflatunun baş nahiyəsinə bir dəfə möhkəm zərbə endirmiş və həmin zərbədən sonra Əflatunun baş nahiyəsi partlamış və yara yerindən qan axmağa başlamışdır. Onlar Əflatunun hərəkət etmədiyini və nəfəs almadığını görüb onun öldüyünü bilmişlər. Əflatunun öldüyünü bildikdən sonra onlar meyiti Biləsuvar rayonuna aparıb orada bir yerdə gizlətməyi qərara almışlar. Həmin vaxt nümayəndəliyin binası ilə qonşuluqda yerləşən həyətdən adam səsləri gəldiyi üçün bir qədər gözləmişlər. X85 məxsus avtomobilin açarlarını tapmaq üçün ciblərini axtarmağa başlamış və Əflatunun ciblərindən avtomobilin açarını və ona məxsus pul qabını götürüb öz cibinə qoymuşdur. Təxminən 20-30 dəqiqiə gözlədikdən sonra onlar Əflatunun meyitini onun (Əflatunun) avtomobilinin arxa oturacağına yerləşdirmişlər. Əflatunun meyitini avtomobilə qoyduqdan sonra Famil əl izi qalmaması üçün metal borunun üzərini əski parçası ilə təmizləyib nümayəndəliyin binasının yanına atmışdır. Sonra onlar avtomobilə əyləşmiş və avtomobili Famil idarə edərək çöllük sahə ilə Biləsuvar rayonu istiqamətində hərəkət etmişlər. Biləsuvar rayonunda uyğun yer tapa bilmədikləri üçün Famil Əflatunun meyitini Sabirabad rayonuna aparmağı təklif edib Sabirabad rayonu ərazisini yaxşı tanıdığını və orada meyiti gizlətməyə yer tapacağını deyib Sabirabad rayonu ərazisinə getmişlər. Sabirabad rayonunun Moranlı kəndi ərazisində, yolun kənarında yerləşən marketin qarşısında Famil avtomobili saxlayıb ona avtomobildən düşüb marketdən pivə, siqaret, təmizlik üçün parça və şüşə təmizləmək üçün maye almasını demişdir. Famil parça və şüşə təmizləmək üçün mayenin avtomobildə olan əl izlərimizi təmizləmək üçün lazım olduğunu bildirmişdir. O, Familin dediyi şeyləri marketdən aldıqdan sonra onlar yolu davam etmiş və təxminən 4-5 km getdikdən sonra Sabirabad rayonunun Çiçəkli kəndinin ərazisində Famil avtomobili yolun kənarında saxlamışdır. Sonra onlar avtomobildən Əflatunun meyitini götürüb orada olan qamışlıq əraziyə atmışlar. Həmin vaxt saat 19-20 radələri olmuş və ətrafda heç kim olmamışdır. Meyiti atdıqdan sonra onlar avtomobilə əyləşib Salyan rayonunun Noxudlu kəndi istiqamətində gəlmiş və yolun kənarında Famil avtomobili saxlamışdır. Onlar avtomobildən düşdükdən sonra Famil nümayəndəliyin binasında Əflatunun üzərindən götürdüyü pul qabından 25 ədəd 100 manatlıq və 5 ədəd 20 manatlıq pul əskinasını götürüb ona vermişdir. O, Familin ona verdiyi 2.600 manat pulu cibinə qoymuş, pul qabını isə Famil öz cibinə qoymuşdur. Daha sonra o və Famil Əflatunun avtomobilində Zeydullanın dediyi sənədləri axtarmışlar və Famil avtomobildə göy rəngli kiçik dəftərçə tapmışdır. Dəftərçəyə əvvəlcə Famil, sonra özü baxmışdır. Dəftərçədə olan yazılar kiril əlifbası ilə yazıldığı üçün o, orada nə qeyd edilməsini bilməmiş, lakin Famil ona həmin dəftərçənin Əflatunun borcları qeyd etdiyi dəftərçə olduğunu bildirib dəftərçəni cibinə qoymuşdur. Orada onlar bez və şüşə silən maye ilə avtomobilin əlləri dəyən yerlərini təmizlədikdən sonra şüşə silən maye qabını və bez parçalarını həmin əraziyə atmışlar. Bundan sonra onlar piyada hərəkət edib həmin yerdən uzaqlaşmış, daha sonra yoldan keçən dövlət qeydiyyat nişanını bilmədiyi tanımadıqları şəxsin avtomobilini saxladıb onunla Biləsuvar rayonuna, oradan başqa bir avtomobillə Cəlilabad şəhərinə, oradan da digər bir avtomobillə Familin yaşadığı Babalı kəndində, Familin evinə getmişlər. Evdə Famil otağına keçib paltarını dəyişib onun yanına gəlmişdir. Evdə o, Familin verdiyi 2.600 manat pulu ona qaytarmış, Famil də həmin puldan 1.020 manat pulu ona vermiş, qalanı özündə saxlamışdır. Həmin gecəni o, Familin evində qalmışdır. 19 aprel 2021-ci il tarixdə, səhər saatlarında Famili yuxudan oyadıb ona nümayəndəliyin binasına gedib orada olan qan ləkələrini təmizləməsini, özünün isə Bakı şəhərinə gedəcəyini demiş, Famil isə bir azdan nümayəndəliyin binasına gedəcəyini bildirmişdir. Bundan sonra o, evdən çıxıb Babalı kəndindən taksi avtomobili ilə Cəlilabad şəhərinə gəlmiş, oradan başqa bir avtomobillə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə getdikdən sonra o, bir dəfə, 20 aprel 2020-ci il tarixdə, günorta saatlarında Famillə telefonla danışıb ondan nümayəndəliyin binasında olan qan ləkələrini təmizləyibtəmizləmədiyini soruşmuş, Famil də həmin vaxt danışa bilmədiyini, bir azdan zəng edəcəyini deyib telefonu söndürmüşdür, daha sonra Famil ona zəng etməmişdir. O, götürdüyü 1.020 manat pulu Bakı şəhərində şəxsi ehtiyaclarına xərcləmişdir. Zeydullanın Əflatunun öldürülməsi ilə bağlı heç bir əlaqəsinin olmamasına dair ifadəsində göstərdikləri yalandır. Hesab edir ki, Zeydulla cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün həmin məzmunda ifadə vermişdir. Əslində isə 18 aprel 2021-ci il tarixdə, səhər saatlarında o, Famillə birlikdə Zeydulla ilə görüşərkən Zeydulla onlara Əflatunun onu boğaza yığdığını, Əflatunun tez-tez onun yaşadığı evə gəlib pulunu tələb etdiyini, buna görə də hansı yolla olur-olsun Əflatundan yaxa qurtarmaq istədiyini, buna görə də, borca dair sənədləri almaq üçün Əflatunu öldürmək lazım olsa belə onu öldürüb sənədləri almalarını demişdir. Onlar Əflatunla birlikdə Təklə kənd icra nümayəndəliyinin inzibati binasına gedərkən ondan borca dair qeydlər edilmiş dəftərçəni hansı yolla olur-olsun, yəni onu öldürmək lazım gəlsə belə dəftərçəni ondan alsınlar. Onların Zeydulla ilə razılaşmaları belə olmuşdur. Əfatuna xəsarət yetirdikləri metal borunu nümayəndəliyin binasında əvvəllər görməmiş, yəni o, 17 aprel 2021-ci il tarixdə nümayəndəliyin inzibati binasında, eləcə də hadisənin baş verdiyi otaqda olmuş, lakin həmin gün metal borunu orada görməmişdir. 17 aprel 2021-ci il tarixdə Famil ona zəng edib Cəlilabada gəlməsini dediyi vaxt, həmçinin Cəlilabada gəldiyi vaxt Zeydulla ilə görüşüb onun pulu nə vaxt verəcəyini dəqiqəşdirərkən Zeydulla ona və Familə Əflatunu öldürmək müqabilində əvvəlcə 10.000 (on min), sonra isə əlavə olaraq da 10.000 (on min), cəmi 20.000 (iyirmi min) manat pul verəcəyini vəd vermişdir. Sonradan isə Famil mesaj yazaraq Zeydulla pulu sonra verəcəyini dediyi vaxt ona pulun ən azı yarısını həmin gün verməsini deməsini bildirmişdir. Buna görə də Famil ona 17 aprel 2021-ci il tarixdə, 15:40 dəqiqədə “Samir deyecek paranı 3 gü gün verecem. Sen de yok. 5 i bu gün 5 i 3 cü gün. Ya da 10 uda bu gün” məzmunlu mesaj göndərmişdir. Lakin o, gec gəldiyi üçün həmin gün Zeydulla ilə görüşə bilməmişdir. Zeydulla “Samir” adı ilə çağırıldığından, Famil mesajda Zeydulla yox, “Samir” yazmışdır. O, Zeydullanı hadisənin baş verdiyi vaxtdan təxminən 2 ay əvvəl Familin vasitəsilə tanımışdır. O, Zeydullaya yazdığı “Gunaydin, nasilsin, ilaci, bugun, goturecem, yani, dermani,” mesajında yuxu dərmanı götürəcəyini nəzərdə tutmuşdur. Belə ki, onlar həmin dərmanla Əflatunu nümayəndəliyə apardıqları vaxt müqavimət göstərməməsi üçün çayına qataraq yatızdırmaq istəmişlər. Əflatunu öldürüb dəftərçəni ondan almaları barədə onun Zeydulla və Famillə əvvəlki görüşlərində bir neçə dəfə söhbətləri olmuşdur. Ona görə də o, 24 mart 2021-ci il tarixdə həmin məzmunlu mesaj yazmış, lakin, həmin vaxt pulu olmadığı üçün o, yuxu dərmanını ala bilməmişdir. O, Bakı şəhərində müxtəlif apteklərdən güclü təsir edən yuxu dərmanının qiymətini soruşmuş, ona həmin dərmanın təqribən 150 manata olduğunu bildirmişlər. Hesab edir ki, Familin üzərində aşkar olunmuş xəsarətləri Famil hadisə zamanı almışdır. Hadisə vaxtı Əflatun Familin sifət, baş və digər nahiyələrinə əlləri ilə zərbələr endirmiş, Famil də onun vurmasına mane olmağa çalışmışdır. Ona görə də hesab edir ki, Famil həmin xəsarətləri Əflatunun onu vurması nəticəsində almışdır. İstifadəsində 070/329-35- 04 və 070/645-56-15 saylı mobil telefon nömrələri olmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 aprel 2021-ci il tarixli protokol və videoçəkilişlə müəyyən edilir ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1 hadisə yerində törətdiyi cinayətin baş vermə mexanizmini ardıcıl olaraq müəyyən halları əyani olaraq göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Üzləşdirmə haqqında” 24 aprel 2021-ci il tarixli protokollar və videoçəkilişlərlə müəyyən edilir ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi halları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadələri elan olunduqdan, habelə istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, Əflatunun öldürülməsi ilə bağlı Zeydulla ona və Familə sifariş verməmiş, Əflatunun öldürülməsində Famil iştirak etməmişdir. Onun və Familin Zeydulla ilə Əflatunu öldürülüb onda olan borcların yazıldığı dəftərçəni götürüb Zeydullaya verdikdən sonra Zeydullanın onlara iyirmi min manat pul verəcəyi ilə bağlı razılaşmaları olmamış, bununla bağlı ifadəsində yazılanları təsdiq etmir. İbtidai istintaq zamanı ona qarşı təzyiqlər olduğu üçün, həm də aldadılıb ondan belə məzmunlu ifadələr alınmışdır. Əslində isə hadisə olan gün o, Famillə Cəlilabad şəhərinə gedərkən yolda təsadüfən Zeydulla ilə rastlaşmış, həmin vaxt Famil maşını saxlamış və onlar Zeydulla ilə görüşüb söhbət edərkən Zeydulla ondan Əflatuna olan borc pulu qaytara bilmədiyini demiş, o da Əflatunla danışıb yoluna qoyacağına bildirmiş, aralarında başqa bir söhbət, o cümlədən Əflatunun öldürülməsi və borc pulların yazıldığı dəftərçənin götürülməsi və buna görə Zeydullanın ona və Familə pul verəcəyi ilə bağlı söhbətləri olmamışdır. Zeydulla ona və Familə Əflatunu öldürmələri barədə sifariş verməmiş, onun Famillə Əflatunu öldürməsi ilə bağlı əvvəlcədən razılaşması olmamış, bu hadisə təsadüfən baş vermiş, yəni Əflatun Zeydullanın ünvanına söyüşlər söymüş, ondan nəyə görə söyüş söydüyünü soruşanda Əflatun onun da ünvanına pis söyüş söydüyünə görə aralarında mübahisə yaranmış və bu mübahisə zamanı Əflatun orada olan dəmir borunu götürüb onu vurmaq istəyərkən o, həmin dəmir borunu Əflatunun əlindən alıb bu dəmir boru ilə Əflatunun baş nahiyəsinə bir neçə dəfə vurub onu öldürmüşdür. O, Əflatunu tək öldürmüş, Famil bu işdə iştirak etməmişdir. O, Əflatunu öldürdükdən sonra Famil otağa daxil olmuş və o, Familə bu işdə onun da iştirak etdiyini bildirib Əflatunun meyitinin harasa aparıb atmalarını demiş, bundan sonra onlar birlikdə Əflatunun meyitini maşına qoyub kənar yerə aparıb orada qamışlıq bir ərazidə olan kanala atmışlar. Əflatunun üzərindən götürülmüş 2.600 manat pulun bir hissəsini-1.020 manatı Famil ona vermiş və o, həmin pulu özü üçün xərcləmiş, pulun qalan hissəsini Famil sonradan ona göndərmişdir ki, hadisədən əvvəl tikinti ilə bağlı nisyə alıb Cəlilabada göndərdiyi tikinti materialın pulunu ödəsin, həmin pul da tikinti materialına görə olan borca ödənilmişdir. Özünü CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib, mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, ailəlidir, himayəsində üç uşağı vardır və öz ailəsi ilə, həm də ata-anası ilə birlikdə Cəlilabad rayonunun Babalı kəndində yaşamış və tutulduğu vaxtadək Təklə kənd icra nümayəndəsi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs qətlin sifarişçisi hesab olunan şəxs Seyidbazar kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs3 iş yoldaşı kimi, həm də ticarətlə məşğul olan şəxs kimi tanımış, münasibətləri normal olmuşdur. Qətlə yetirilmiş şəxs Cəlilabad rayonunun Fərzili kənd sakini mərhum Zərərçəkmiş şəxs baş vermiş hadisədən 15-20 gün əvvəl Zeydullanın vasitəsi ilə tanımış, Zeydulla Əflatunu doğma dayısı kimi ona təqdim etmişdir. Hər dəfə Zeydulla ilə görüşəndə Əflatunu da onun yanında görmüşdür. 2021-ci ilin mart ayının sonlarında, aprel ayının əvvəllərində Cəlilabad şəhərində, rayon icra hakimiyyəti binasının yanında olarkən Əflatun ona yaxınlaşıb Zeydullanı soruşub ona zəng etdiyini, lakin zəng çatmadığını demiş, o da Zeydullanı görmədiyini bildirmişdir. Sonra Əflatun onun mobil telefon nömrəsini götürüb gün ərzində onunla əlaqə saxlayacağını bildirib xahiş etmişdir ki, Zeydulla icra hakimiyyətinə gəlsə onunla əlaqə saxlasın. Sonradan bilmişdir ki, həmin vaxt Zeydullanı tanıyan hər kəsdən Əflatun Zeydullanı soruşurmuş. Digər təqsirləndirilən şəxs, qətli həyata keçirən şəxs Türkiyə vətəndaşı Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tikinti ustası kimi tanımış, Mehmet Ali onun evində usta olaraq çalışdığından tez-tez lazım olan tikinti materiallarını almaq üçün rayon mərkəzində olan tikinti materialları dükanına gəlib-getmişdir. Güman edir ki, Zeydulla ilə Mehmet Alinin görüşü hadisədən təxminən 5-6 gün əvvəl onlar (özü və Mehmet Ali) rayon mərkəzində olarkən baş vermişdir. Təqsirləndirilən şəxs3 isə verdiyi ifadəsində hadisədən bir il əvvəldən Mehmet Alini tanıdığını göstərmişdir. Mehmet Ali 20 ildən artıqdır ki, Azərbaycanda yaşadığından ola bilər ki, Cəlilabadda yaşayan sakinləri, o cümlədən Zeydullanı da tanımışdır. Zeydulla və Mehmet Ali təsdiq edirlər ki, Zeydullanın evinin tikintisi ilə bağlı onlar dəfələrlə görüşmüş və onların yaxın münasibətləri olmuşdur. Zeydulla ilə aralarında söhbət zamanı Zeydulla dükanına mal gətirməsi üçün 10-15 min manat borc aldığını demişdir. Zeydullanın və onun ailə üzvlərin kiməsə külli miqdarda pul borcunun olması barədə qətiyyən xəbəri olmamışdır. X95 ilə görüşərkən Zeydullanın dayısı kimi təqdim etdiyi Əflatuna külli miqdarda borcunun olması və bu borcun sələmçiliklə məşğul olan Əflatundan hansı faizlə alamısndan, borcun və bocverənin aradan qaldırılması, bunun qaşılığında X43 hansı məbləğdə pul vəd etməsi haqda qətiyyət məlumatı olmamış, lakin onların arasında Zeydullanın evinin tikintisi və ya təmirinin xərclərinin ödənişinin olacağı haqda məlumatı olmuşdur. Mehmet Ali ona demişdir kim, Zeydullanın tikinti işlərini görmək və tikinti materiallarını almaq üçün Zeydulla ona 10 min manat pul verməlidir. 18 aprel 2021-ci il tarixdə, saat 08 radələrində o, Mehmet Ali ilə birlikdə təmir işləri ilə bağlı tikinti materialları almaq üçün Cəlilabad şəhərinə gedərkən şəhərin girəcəyində, heyvan bazarının yaxınlığında Zeydullanın yolun kənarında dayandığını görüb avtomobili saxladıb ondan burada nəyə görə daandığını soruşmuş, Zeydulla da bazardan qoyun almaq fikri olduğunu demişdir. Həmin vaxt orada Zeydulla və Mehmet Ali kənara çəkilib bir az söhbət etmiş, sonra o və X63 ayrılıb Cəlilabad şəhərinə getmişlər. Sonra onlar Cəlilabad şəhərində tikinti materialları alıb evə qayıtmış və Mehmet Ali tikinti işlərini davam etdirmişdir. Həmin gün saat 10:30 radələrində sahə müvəkkili Xəyyam Mirzəyev ona zəng edib ərazidə pasprot qeydiyyatnda olan Vahid adlı şəxsin COVİD-19 xəstəsi olması və yaşadığı evi tərk etməsi barədə məlumat vermiş, o da həmin şəxsin Cəlilabad şəhərində yaşadığını bildirmiş, sonra Xəyyamın xahişi ilə birlikdə Cəlilabad şəhərinə Vahidin yaşadığı evə gedib ondan iltizam almaq üçün Cəlilabad şəhərinə getmiş, həmin vaxt Mehmet Ali də pivə içməsi üçün onlarla birlikdə Cəlilabad şəhərinə gəlmişdir. Cəlilabad şəhərində Mehmet Ali onlar işini görüb qayıdanadək «Bağ» adlanan yerdə kafedə 2-3 bakal pivə içəcəyini demiş və Mehmet Ali həmin yerdə maşından düşüb kafeyə getmiş, o isə Xəyyamla birlikdə COVİD-19 xəstəsi Vahidin evinə gedib evdən çıxmaması ilə bağlı ondan iltizam almışlar. Sonra o, Xəyyamla birlikdə Cəlilabad RPŞ-nə getmiş, şöbəyə daxil olarkən telefonunu söndürmüş, oradan çıxarkən telefonu açıb baxanda ona zənglər və mesajların gəldiyini, o cümlədən Zeydullanın dayısı kimi tanıdığı Əflatunun da ona zəng etdiyini görmüşdür. Bir neçə dəqiqə sonra Əflatun ona yenə zəng etmiş, lakin o, zəngə cavab verməyərək məşğul düməsini sıxmışdır. Sonra yenə də Əflatun ona zəng edib israrla yalvarıb görüşmələrini xahiş etmiş, o da “Bağ” adlanan yerə gedəcəyini, orada görüşməyi bildirmişdir. Sonra o, “Bağ” adlanan yerdə olan kafeyə getmiş, Mehmet Ali kafedə olmuş, çay sifariş vermiş, bir az sonra Əflatun da kafeyə gəlmişdir. Əflatun onlardan Zeydullanı görüb-görmədiklərini soruşmuş, onlar da səhər saatlarında heyvan bazarının yaxınlığında gördüklərini bildirmişlər. Əflatun Zeydullanın bu gün Ləkin kəndində kimdənsə ona pul verməli olduğunu, lakin Zeydullanın telefonu açmadığını, harada olmasını bilmədiyini, hər yerə baxdığını, lakin onu tapa bilmədiyini demişdir. Həmin vaxt Əflatun “dəli kimi” vurnuxmuş və Zeydullanın ünvanına xaşagəlməz ifadələr işlətmiş və o, Əflatunu sakitləşdirmişdir. Əflatun Zeydullanın “İran Bazarı” adlanan yerdə olan dükanına getdiyini, Zeydullanın orada da olmadığını, dükandan bir neçə elektrik əşya götürdüyünü demişdir. Sonra o, Əflatundan canını qurtarmaq üçün işləri olduğunu, evdə təmir işləri getdiyini bildirib ondan ayrılıb getmək istəyərkən Əflatun israrla yalvarıb xahiş etmişdir ki, onun avtomobili ilə getsinlər və o da (Əflatun) Zeydullanı tapmaq üçün Ləkin kəndinə getmək istəyir. O, Əflatuna Ləkin kəndinə gedə bilməyəcəyini demiş, lakin Əflatun ondan əl çəkməyərək anormal hərəkətlər edib yalvararaq onun avtomobili ilə getməsini təkid edib “Sizin kəndiniz Ləkin-Cəlilabad yolunun üstündədir, ola bilsin yolda Zeydulla ilə rastlaşarıq” demişdir. Sonra onlar (Mehmet Ali və o) Zeydullanın “dayısı” kimi hörmət etdikləri üçün Əflatunla razılaşıb onun avtomobilinə minmişlər. Onlar Təklə kəndinə çatanda o, Əflatundan avtomobili saxlamasını xahiş edib, işləri çox olduğu üçün Ləkinə gedə bilməyəcəyini, idarədən (Ləkin-Cəlilabad şossesindən təxminən 80-100 metr aralıqdakı Təklə kənd icra nümayəndəliyindən) sənədlərini götürüb evinə gedəcəyini demiş, Əflatun avtomobili saxlayandan sonra onlar avtomobildən düşüb 20-25 metr aralanıb idarə binasına tərəf gedərkən Əflatunun geri qayıdıb onların arxasınca gəldiyini görmüş və Əflatun heç bir dəvət gözləmədən avtomobili sürüb idarə binasının qarşısında saxlamışdır. Həmin vaxt o, Əflatunun çıxıb getməsini istəsə də, onu orada tək qoyub getmək istəməmiş, fikirləşmişdir ki, Zeydullanın dayısıdır, ayıb olar onu tək qoyub getsə. Sonra o, (Təqsirləndirilən şəxs2) idarənin qapısını açıb iş otağına keçib orada oturub Əflatunun getməsini gözləmiş, lakin 2 saat keçməsinə baxmayaraq Əflatun getməmişdir. Günorta vaxtı o, həm acıdığından, həm də görüləcək işləri olduğundan Əflatuna getməsinin lazım oldduğunu demiş, Əflatunu yaxından tanımadığından evinə dəvət etməmiş, Əflatun isə öz aləmində olub Zeydullanın ünvanına xoşagəlməz ifadələr işlətmişdir. Həmin vaxt o, Əflatuna “adam bacısı oğlunun qədrini bilər, bəlkə də evlərindədir, evinə getmək məsləhətdir” demiş, Əflatun isə “Zeydulla demiş, başqa heç nə”. Sonradan tibbi ekspertizanın rəyi ilə tanış olarkən anlamışdır ki, həmin gün Əflatun yüksək dozada narkotikin təsiri altında olmuş, narkotikanın təsiri ilə qır-saqqız olub yaxalarına yapışmış və onun çıx get deməsini Əflatun anlamamışdır. O, Əflatunun narkoman olduğunu bilməmiş, bilsəydi onunla ünsiyyətdə olmazmış. Sonra o, (Təqsirləndirilən şəxs2) yaxınlıqda-80-10 metr aralıqda olan dükandan siqaret almaq, həm də idarədən 30-40 metr aralıqda olan ayaqyoluna getmək üçün otaqdan çıxmış, geri qayıdanda Mehmet Alinin idarənin çıxış qapısında oturduğunu görüb burada nəyə görə oturduğunu soruşmuş, Mehmet Ali də söyüşlü ifadələr işlədib Əflatunu öldürdüyünü demişdir. O, Mehmet Alinin dediklərinə inanmayıb içəri daxil olmuş və Əflatunun meyitinin otağın içində, qapının ağzında uzanıqlı vəziyyətdə, başından qan axdığını görmüşdür. Bunu görüb o, şoka düşüb qorxudan əsməyə başlamışdır. Sonra o, Mehmet Alidən nəyə görə Əflatunu öldürdüyünü soruşmuş, o da “sən otaqdan çıxıb getdikdən sonra Əflatun Zeydullanın anasını və arvadını söydüyünü”, sonra ona “sən kimsən qardaş dediyin adamın arvadını söyürsən, pul borcuna görə adam ana, arvad söyüşü söyməz” deməsini, sonra Əflatunun onu da (Mehmet Alini də) söyməsini və onların biri-birinə zərbələr vurmasını demişdir. Mehmet Alinin dediyinə görə Əflatun onu (Mehmet Alini) vurmaq üçün haradansa götürdüyü dəmir turba ilə zərbə endirərkən, o, (Mehmet Ali) dəmir turbanı onun əlindən alıb Əflatunun baş nahiyəsinə 2 dəfə zərbə vuraraq öldürmüşdür. Bundan X106 ona “mənə kömək etməsən səni də öldürəcəm” demiş, daha sonra (Mehmet Ali) ona hədə-qorxu gələrək Əflatunun meyitinin bərabər şəkildə oradan uzaqlaşdırmasını vadar etmişdir. Mehmet Ali açıq-açkar və kəskin şəkildə onu təhdid etmişdir ki, əgər o, polisə məlumat versə deyəcəkdir ki, hadisəni bərabər törətmişlər. X106 və o, birlikdə Əflatunun meyitini Əflatunun avtomobilin arxa oturacağına qoyub hadisə yerindən uzaqlaşmışlar. Əflatunun meyiti olan avtomobili o, idarə etmiş, Mehmet Ali isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Avtomobillə gedərkən Mehmet Ali avtomobilin salonundan 100- 150 ədəd bank kartı, 1700 manat pul və göy rəngli borc dəftərçəsi tapmışdır. O, borc dəftərçəyə baxarkən dəhşətə gəlmiş, yəni dəftərçədə Təqsirləndirilən şəxs3 və onun ailə üzvlərinin adına 350-400 min pul borcunun qeyd olunduğunu görmüşdür. O, Mehmet Alinin onu və ailə üzvlərindən kimisə öldürəcəyindən qorxaraq hadisə barədə polisə məlumat verməmişdir. Sonra onlar Əflatunun meyitini əvvəlcə Yardımlı rayonu ərazisinə, sonradan Biləsuvar rayonu ərazisinə aparıb atmağı qərara almışlar. Həmin gün saat 18 radələrində çöllük ərazi ilə Üçtəpə kəndinin arxa tərəfindən Biləsuvar rayonuna gəlmişlər, lakin Biləsuvar rayonu ərazisində meyiti atmaq üçün uyğun yer olmadığından yola davam etmişlər. Onlar hərəkət edərək Sabirabad rayonu ərazisinə getmişlər və Sabirabad rayonun Sarxanbəyli kəndindən keçən zaman avtomobili uzaqda saxlamışdır ki, avtomobili təmizləmək üçün Mehmet Ali kəndin marketinə gedib əski, sprey alsın. X107 avtomobilin düşüb mağazaya gedib əski, sprey, bir paçka siqaret, bir ədəd araq, iki ədəd şüşə butulkada pivə alıb gəlmişdir. Sonra onlar yola davam edib Sabirabad rayonunun Çiçəkli kəndinin ərazidə yerləşən çöllük əkin sahələrinə gəlib çatmış, orada kanalın ətrafında qamışlıq olduğunu görüb avtomobili orada saxlamış və onlar avtomobilin arxa oturacağında Əflatunun meyiti həmin yerdə olan kanala atmışlar. Əflatunun meyitini kanala atdıqdan sonra onun gödəkcəsini də kanala atmışlar. Orada o, X53 telefonun harda olduğunu soruşmuş, Mehmet Ali də telefonun gödəkcənin cibində olduğunu və gödəkcə ilə birlikdə kanala atdığını bildirmişdir. Avtomobildə olan borc dəftərçəsini özü götürmüş, pul qabının içərisində olan pulu isə Mehmet Ali götürmüdür. Meyiti kanala atdıqdan sonra avtomobili işə salıb Mehmet Alı ilə birlikdə Salyan rayonunun Noxudlu kəndinin ərazisinə gedib orada, çöllük sahədə avtomobili saxlamışdır. Əflatunun meyitindən avtomobilin salonuna qan axdığından o, sprey və əski parçası ilə avtomobili təmizləmiş, sonra qapıları bağlayıb oradan uzaqlaşmışlar. Avtomobilin pultunu isə orada olan kanala atmışdır. Bundan sonra onlar piyada xeyli yol getdikdən sonra yoldan ötən VAZ-2106 markalı avtomobili saxlatdırıb onunla Salyan rayonuna, oradan isə gecə saatlarıda başqa bir maşınla Cəlilabad rayonuna, yaşadığı Babalı kəndinə gəlmişlər. Mehmet Ali həmin gecəni ona məxsus evdə qalmış, ertəsi gün, yəni 19 aprel 2021-ci il tarixdə səhər saatlarında birlikdə icra nümayəndəliyinə gedib oradakı qanı təmizləməyi planlaşdırıb yatmışlar. Səhər, 19 aprel 2021-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqda Mehmet Alinin evdə olmadığını görüb onun qaçıb Bakı şəhərinə getdiyini bilmişdir. Həmin gün o, tanımadığı şəxsin avtomobili ilə icra nümayəndəliyinə gedib orada kafelin üzərində olan qanı su və əski ilə silib təmizləmiş, sonra başqa bir maşınla Cəlilabad şəhərinə gedib Zeydulla ilə görüşüb hadisə barədə ona məlumat verib X64 öldürdüyünü demişdir. Həmin vaxt Zeydulla ona Əflatunun oğlunun 19 aprel 2021-ci il tarixdə, səhər saatlarında onun yanına gəlib atasının harada olduğunu soruşduğunu, onun da atası Əflatunun harada olmasından məlumatının olmadığını dediyini bildirmişdir. Həmçinin X64 öldürdükdən sonra onun üzərindən götürdüyü 2.600 manat puldan ona saxlaması üçün verdiyi 1.580 manat pulu o, sonradan, yəni hadisədən iki gün sonra tanımadığı taksi sürücü ilə Mehmet Alinin dediyi şəxsə çatdırmaq üçün ona göndərmişdir. Hadisədən sonra Zeydulla ona Mehmet Aliyə verməsi üçün 600 manat pul verməmiş, yalnız Mehmet Alinin tikinti işləri ilə bağlı, yəni kimdənsə tikinti daşı alması ilə bağlı verəcəyi pulun ödənilməsi üçün Mehmet Aliyə pul göndərmişdir ki, həmin borcu ödəsin. Hadisədən sonra o, Əflatuna məxsus borc pulların yazıldığı bir ədəd göy rəngli dəftənçəni götürüb özündə saxlamış, başqa heç nə, o cümlədən pul götürməmiş, həmin dəftərçəni də özü polisə təqdim etmişdir. Onun Əflatuna pul borcu olmamış, bununla bağlı mərhumun oğlu Samrat Abdullayevin dedikləri, yəni onun Əflatuna 147.000 manat pul borcunun olması tamamilə yalandır və pul borcu ilə bağlı, ümumiyyətlə isə iş üzrə ona qarşı verilmiş mülki iddianı qəbul etmir. Həmçinin hadisədən üç gün sonra polis şöbəsindən zəng edib onu polisə çağırmışlar və o, rayon polis şöbəsinə getmiş, orada ərizə yazıb hər şeyi olduğu kimi göstərmişdir. Lakin polis şöbəsində rəis müavini və əməliyyatçılar onunla razılaşmayaraq izahatının Mehmet Alinin yazdıqlarına uyğun olmasını tələb edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq halları edilərək döyülmüş, işgəncəyə məruz qalaraq onların dedikləri kimi izahat verməsinə məcbur edilmişdir. Onun Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı Mehmet Ali ilə, həm də Zeydulla ilə qabaqcadan heç bir razılaşması, əlbirliyi olmamış, X74 Abdullayevi öldürəcəyini əvvəlcədən bilməmiş, Zeydullanın Əflatuna borclu olduğu pulla bağlı X86 ilə danışaraq ondan Əflatundan borcların yazıldığı dəftərçənin götürülməsi və buna görə ona pulun verilməsi ilə bağlı hansısa söhbətlərinin olmasından heç bir məlumatı olmamış, bu söhbətlərdə iştirak etməmiş və Mehmet Alinin kimin sifarişi ilə Əflatunu öldürməsini bilməmişdir. O, X64 öldürməsində iştirak etməsmiş və Əflatunun öldürməsində iştirakı ilə bağlı ona verilmiş ittiham üzrə özünü qəti olaraq təqsirli bilmir, lakin Əflatunun öldürməsində iştirakıçı olmasa da, törədilmiş xüsusilə ağır cinayət barədə xəbər vermədiyinə görə özünü CM-nin 307-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, tutulduğu vaxtadək Cəlilabad rayonunTəklə kənd icra nümayəndəsi vəzifəsində işləmişdir. Cəlilabad rayonun Fərzili kənd sakini mərhum Zərərçəkmiş şəxs baş vermiş hadisədən bir ay əvvəl Cəlilabad rayonunun Seyidbazar kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanımış, həmçinin Təqsirləndirilən şəxs3 da icra nümayəndəsi işlədiyi vaxtdan tanımış və aralarında yaxın münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs müxtəlif vətəndaşlara faizlə müəyyən məbləğlərə pul verməklə məşğul olmuşdur. Hadisədən təxminən 15-20 gün əvvəl Əflatunla ilə Zeydullanın arasında pul məsələsi ilə bağlı mübahisələrinin olması barədə məlumatı olmuşdur. Söhbət zamanı Əflatun Zeydullanın ona 100.000 manata yaxın, Zeydullanın qardaşı Şamilin də 30-40 min manat pul borcu olduğunu ona demişdir. O, təxminən 15 il əvvəl Ceyranbatan qəsəbəsində tikintidə işləyən zaman Türkiyə vətəndaşı Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, sonra aralarında yaxın münasibətləri yaranmışdır. X96 Kurtoğlu onun Cəlilabad rayonunun Babalı kəndində olan fərdi yaşayış evini tikmiş, həmçinin Mehmet Ali dəfələrlə Cəlilabada gəlmiş və hər dəfə gələndə onlarda qalmışdır. 2021-ci ilin aprel ayının əvvəlində Zeydulla ona zəng edib görüşmələrini bildirmiş və o, Cəlilabad şəhəri ərazisində, xatırlamadığı yerdə onunla görüşüb söhbət etmişdir. Söhbət zamanı Zeydulla ondan Mehmet Alini tez bir zamanda Cəlilabada gətirməsini xahiş etmişdir. O, hadisədən təxminən 3 ay əvvəl Mehmeti Ali ilə Zeydullanı tanış etmişdir. O, Mehmeti Alini nə səbəbə çağırmasını soruşmuş, Zeydulla da Əflatuna 100.000 min manata yaxın borcu olduğunu, Əflatunun ondan pulunu istədiyini və borcunu verə bilmədiyi üçün bu məsələdə Mehmet Alinin kömək etməsi üçün onu çağırdığını bildirmişdir. Sonra, o, Mehmet Aliyə zəng edib Zeydullanın onunla görüşmək istədiyini, tez bir zamanda Cəlilabada gəlməsini xahiş etmişdir. Bir neçə gün sonra X75 gəlmiş və onlar (o, Zeydulla və Mehmet Ali) Cəlilabad şəhərində görüşmüşlər. Həmin vaxt Zeydulla Cəlilabad rayonunun Fərzili kənd sakini Əflatun adlı şəxsdən müxtəlif vaxtlarda 100.000 manata yaxın faizə borca pul götürdüyünü, həmin pulu qaytara bilmədiyi üçün Əflatunun onu tez-tez narahat etdiyini, borcu ilə bağlı Əflatunda sənədlərin olması və həmin sənədlərin Əflatundan alınmasını Mehmet Alidən xahiş etmiş, Mehmet Ali də ona Əflatunla özü danışacağıqı bildirmişdir. Onlar kafedə oturub yemək yedikdən sonra o, Mehmet Ali ilə birlikdə evə gəlmiş, Zeydulla da öz evinə getmişdir. Mehmet Ali bir neçə gündən sonra Bakı şəhərinə getmişdir. Əvvəllər o, Mehmet Ali ilə birlikdə Zeydullagilə getmiş və onunla müxtəlif mövzularda söhbət etmişlər. Yenə də Mehmet Ali Bakıdan Cəlilabada gələn vaxt onunla görüşmüş və onlar birlikdə Zeydullanın evinə getmişlər. Zeydulla onları həyətdə qarşılamış və həyətdə ayaqüstə söhbət etmişlər. Həmin vaxt Zeydulla vəziyyətinin çətin olduğunu, Əflatuna borcunun çox olmasını, Əflatunun onu axtardığını və ondan borcunu tələb etdiyini deyib onlardan kömək göstərmələrini xahiş edib Əflatunu ondan uzaqlaşdırmağı və borcu ilə bağlı sənədi Əflatunun əlindən almalarını demişdir. O və Mehmet Ali həmin vaxt Zeydullaya səbrli olmasını, bu məsələni həll edəcəklərini bildirmişlər, sonra onunla sağollaşıb evə gəlmişlər. Səhərisi gün Mehmet Ali Bakı şəhərinə getmişdir. 11 aprel 2021ci il tarixdə Mehmet Ali yenidən Zeydulla ilə görüşmək üçün Cəlilabad şəhərinə gəlmişdir. O, Zeydulla və X87 şəhərində görüşmüşlər. Həmin vaxt Zeydulla artıq Əflatunun əlindən bezdiyini, Əflatuna olan borcunu birtəhər həll etmələrini yəni, hansı qaydada olur-olsun həmin borcla bağlı sənədi Əflatundan almalarını, ondan sənədi aldıqları halda istədikləri qədər pul verəcəyini bildirmişdir. Həmin vaxt o və X76 bir neçə gün daha səbrli olmasını və məsələni qaydasına qoyacaqlarını bildirmişlər. Sonra onlar Zeydulladan ayrılmış, Mehmet Ali Bakı şəhərinə, özü isə yaşadığı evə getmişdir. 16 aprel 2021-ci il tarixdə, saat 09-10 radələrində o, Rafail adlı şəxs və Zərərçəkmiş şəxslə Cəlilabad şəhərində “Dost” adlı çay evində görüşüb çay içmişlər. Rafaili də Zeydulla vasitəsi ilə hadisədən təxminən 3 ay əvvəl tanımışdır. Rafaillə görüşən zaman o da Zeydullanı axtardığını, lakin tapa bilmədiyini bildirmiş, o da Rəfailə Zeydullanın onunla görüşməli olmasına baxmayaraq görüşmədiyini, bundan başqa özünün və Əflatunun da Zeydullunı axtardığını demişdir. Həmin vaxt Əflatun Zeydullanın borcunu qaytarmadığını deyib Zeydullanın ünvanına söyüşlü ifadələr işlətmişdir. Onlar ümumi söhbətlər etdikdən sonra çayxanadan getmişlər. Həmin gün ərzində o, istifadəsində olan 050/645-56-15 saylı mobil telefon nömrəsindən Zeydullanın 050/560-89-30 saylı mobil telefon nöməsinə zəng vuraraq ona Əflatunun onun borcunu qaytarmadığını bildirmiş, həm də onun ünvanıa söyüşlü ifadələr işlətdiyini demiş, Zeydulla da Əflatunun onun ünvanına söyüşlü ifadələr işlətməsinə inanmadığını bildirmişdir. O, 17 aprel 2021-ci il tarixdə Mehmet Alinin istifadəsində olan 070/645-56-15 saylı mobil telefona zəng edib ona yaşadığı evin dəhlizinin pəncərəsinin təmir olunacağını bildirmiş, Mehmet Ali də ona işi ilə əlaqədar bir neçə saata Masallı rayonuna gələcəyini və gəldiyi zaman pəncərəni də təmir edəcəyini bildirmişdir. Həmin gün saat 19 radələrində Mehmet Ali ona zəng edib Cəlilabad şəhəri ərazisində olduğunu və gəlib onu kəndə aparmasını bildirmiş, o da əmisi oğlu Şahid12 zəng edib işdən çıxan zaman Mehmeti Alini kənddə gətirməsini bildirmiş, lakin X54 kənddə gətirəcəyindən tam əmin ola bilmədiyi üçün o, yoldan ötən taksiyə əyləşib Cəlilabad şəhərinə gəlmişdir. Cəlilabad şəhərində Siyasətlə əlaqə saxlamış və sonuncu ona Mehmeti Alini avtomobili ilə gətirdiyini bildirmiş, sonra o da Siyasətin avtomobilinə əyləşib yaşadığı kənddə evinə gəlmişlər. Həmin axşam Mehmet Ali pəncərəyə baxıb təmir üçün material lazım olduğunu bildirmiş və axşam olduğu üçün materialları ala bilməmişdir. Mehmet Ali pəncərəni 18 aprel 2021-ci il tarixdə təmir edəcəyi üçün həmin gün gecəni onlarda qalmışdır. 18 aprel 2021-ci il tarixdə, saat 09-10 radələrində Siyasətin avtomobili ilə Mehmet Ali ilə birlikdə inşaat materialı almaq üçün Cəlilabad şəhərinə getmişlər. Cəlilabad rayonun Sərhədabad kəndindən keçən avtomobil yolu ilə hərəkət edən zaman yolun kənarında Zeydullanın VAZ-21074 markalı avtomobilin yanında dayandığını görüb avtomobili saxlamış və Zeydulla onlara yaxınlaşmışdır. Həmin vaxt Zeydullanın yanında tanımadığı, sonradan adının Elvin olduğunu bildiyi şəxs də olmuşdur. O, Zeydulla ilə söhbət edən zaman Elvin onlardan kənarda dayanmışdır. Həmin vaxt onlar üçü-özü, Mehmet Ali və Zeydulla söhbət edərəkən, Zeydulla çox pis halda olduğunu, Əflatunun onu axtardığını və borcunu Əflatuna qaytara bilmədiyini deyərək onlara Əflatundan nə olursa olsun, borcla bağlı sənədləri almalarını bildirmişdir. Bir neçə dəqiqə sonra, Zeydulla onlara Əflatunun əlindən borcla bağlı sənədi almaq üçün onu yox etmək, yəni öldürmək lazım olduğunu demişdir. Zeydulla onlara Əflatunu yox etmək və borcla bağlı sənədi əlindən almaq qarşılığında 10.000 min manat məbləğində, əgər növbəti həftəyə qədər gözləyə bilsək, ümumilikdə 20.000 manat məbləğində pul verəcəyini demiş, o və X97 ilə razılaşmış və bu məsələsini həll edəcəklərini bildirmişlər. Bundan başqa o və X76 həmin gün axşama 1.000 manat pul hazırlamasını, borcla bağlı sənədi ona verdikləri vaxt isə 19.000 manatı verməsini demiş, Zeydulla da onlarla razılaşmışdır. Sonra o, Zeydulladan 50 manat pul almış və artıq inşaat mallarını nisyə almasına ehtiyac olmadığı üçün Mehmet Ali ilə birlikdə yaşadığı kəndə doğru qayıtmış, yolda Abışabad kəndində inşaat mağazasından “pena” almış, sonra Təklə kəndindəki inşaat mağazasından bir kisə sement alıb avtomobilə qoyub yaşadığı kəndə qayıtmışdır. Mağazanın yanında polis sahə rəisi Xəyyam Mirzəyevlə qarşılaşmış və sonuncu ondan Cəlilabad rayonun Təklə kəndində qeydiyyatda olan, lakin Cəlilabad şəhəində yaşayan bir nəfər şəxsin izahatının alınması üçün ünvanının müəyyən olunmasında ona köməklik etməsini xahiş etmiş, o da razılaşmış və sementi və inşaat materialını evə qoyduqdan X106 ilə birlikdə Xəyyamın avtomobili ilə Cəlilabad şəhərində gəlmişlər. Şəhərdə Mehmet Ali “Bağ” adlanan ərazidə düşmüş, o isə Xəyyamla gedib işləri yerinə yetirdikdən sonra, saat 12 radələrində Xəyyam onu rayon polis şöbəsinin qarşısında düşürtmüş və o, oradan piyada Bağ adlanan əraziyə getmiş və orada çay evində Mehmet Alinin masada əyləşib pivə içdiyini görmüş, özü oturub çay sifariş vermişdir. Bir neçə dəqiqə sonra Əflatun ora gəlib onların yanında əyləşmiş və onlar birlikdə çay içmişlər. Həmin vaxt Əflatun Zeydullanın ona pul vermədiyini deyərək onun barəsində söyüşlü ifadələr işlədiyib «İran Bazarı»na getdiyini və Zeydullanın qardaşı Şamilin mağazasında məişət əşyaları götürdüyünü, orada da Zeydullanın olmadığını demişdir. Əflatunla söhbət edə-edə Zeydullanın ünvanına nalayiq söyüşlər söymüş, Zeydullanın ona həmin gün ərzində 3-4 min manat məbləğində pul verməli olduğunu demişdir. Əflatun ondan Zeydullanı nə vaxt gördüyünü soruşmuş, o da təxminən 1-2 saat əvvəl Zeydullanı Sərhədabad kəndi yolunda gördüyünü demişdir. X88 və ona həmin yerə getmələrini təklif etmiş və onlar Əflatunun avtomobilinə əyləşib həmin yerə getmiş, lakin Zeydulla orada olmamışdır. Əflatun onlara ola bilsin, Zeydullanın Ləkin kəndinə pul götürməyə getdiyini, Zeydullanın Ləkin kəndində bir nəfər şəxsdən pul götürüb ona verəcəyini bildirmişdir. Onlar avtomobillə yol ilə hərəkət edən zaman əvvəldən o və X2 borcu ilə bağlı sənədi Əflatundan almağı qərarlaşdıqları üçün o, Əflatuna Ləkin kəndinə deyil, Təklə kənd icra nümayəndəliyinə getmələrini və Zeydullanı orada gözləmələrini bildirmiş,ə Əflatun da onunla razılaşmışdır. Həmin vaxt o, icra nümayəndəliyinin həyətində Əflatunun avtomobilindən gizlincə borc sənədini götürməyi fikirləşmiş, lakin onlar avtomobildən düşdükdən sonra Əflatun avtomobilin qapılarını bağladığı üçün onun həmin planı alınmamışdır. Onlar icra nümayəndəliyinə daxil olub müavini Şahid1 otağında əyləşmiş, sonra o, çay hazırlamış və birlikdə çay içmişlər. Otaqda o və X60rşı-qarşıya əyləşib söhbət etmişlər. Onların əyləşdiyi otaqdan onun, yəni nümayəndənin otağına giriş vardır, otaqda Əflatun həmin giriş tərəfdə, divarın yanında əyləşmişdir. X106 ayağa qalxıb həmin girişdən onun otağına keçmişdir. Bu zaman artıq əsəbiləşən Əflatun Zeydullanın ünvanına nalayiq söyüşlər söymüşdür. Əflatun onlarla birlikdə orada oturan zaman sanki borcla bağlı sənədi almaq üçün onu oraya gətirdiklərini hiss edib daha əsəbi halda Zeydullanı söyməyə başlamışdır. Həmin vaxt onun otağından çıxan X90 üzərinə hücüm edib baş nahiyəsinə yumruqla vurmuş və Əflatun yerə yıxılmışdır. Əflatun yerdə uzanıqlı halda olarkən onun və Mehmet Alinin də ünvanına söyüşlər söyməyə başlamışdır. Əflatunun onların ünvanına söyüşlər söyməsini qəbul edə bilmədikləri üçün və ondan borc sənədini almaq üçün başqa yolları olmadığından onu artıq öldürməyi qərarlaşdırmışlar. Əflatun yerdə uzanıqlı halda olan zaman Mehmet Ali onun baş nahiyəsinə yumruqla vurmuş, o da hərəkət edə bilməsin deyə Əflatunun ayaqlarından tutmuşdur. Bu vaxt Əflatun yerdə çırpına-çırpına əli ilə qapıya söykənmiş metal borunu götürmüş, Mehmet Ali cəld onun əlindən borunu alıb Əflatunun baş nahiyəsinə bir dəfə möhkəm zərbə endirmiş, sonra əlindəki borunu yerə atmışdır. Əfatun yenə də söyüş söyməyə davam etmiş, bu zaman o, Əflatunun hərəkətli halda olduğunu görüb metal borunu yerdən götürüb var gücü ilə onun baş nahiyəsinə möhkəm şəkildə bir dəfə zərbə endirmişdir. Həmin vaxt Mehmet Ali də ayağı ilə Əflatunun baş nahiyəsinə zərbələr endirmişdir. Onlar Əflatundan artıq səs gəlmədiyini görmüş və Əflatunun nəbzinə baxdıqda onun öldüyünü bilmişlər. Sonra onlar Əflatunun meyitini gizlətmək üçün meyiti sonuncuya məxsus avtomobilin arxa oturacağına qoymuşlar. Bundan sonra onlar otaqda olan qanı təmizləsələr də, tam təmizləyə bilməmişlər. Daha sonra onlar Əflatunun meyitini haradasa gizlətməyi planlaşdırmış və metal borunu isə isə icra nümayəndəliyindən təxminən 25-30 metr məsafədə zəmi əkilmiş sahəyə atdıqdan sonra avtomobilə əyləşmişlər. Onlar əvvəlcə Yardımlı rayonuna getməyi fikirləmiş, lakin sonradan Biləsuvar rayonuna gedib meyiti orada atmağı qərara almışlar. Avtomobili o, idarə etmiş, Mehmet Ali isə avtomobilin qabaq oturacağında əyləşmiş, Əflatunun meyiti isə arxa oturacaqda olmuş və Əflatunun baş nahiyəsinən avtomobilə çoxlu qan axmışdır. Həmin gün saat 18 radələrində onlar çöllük ərazi ilə Üçtəpə kəndinin arxa tərəfindən Biləsuvar rayonuna getmiş, lakin Biləsuvar rayonu ərazisində meyiti atmaq üçün uyğun yer olmadığından yola davam edib Sabirabad rayonu ərazisinə çatıb, yolun Sarxanbəyli kəndindən keçən hissəsində avtomobili uzaqda saxlamışdır ki Mehmet Ali kəndin marketinə gedib avtomobili təmizləmək üçün əski, sprey alaın. Mehmet Ali mağazaya gedib sarı rəngli əski, bir ədəd sprey, bir qutu“Kent-8” və “Winçestr” siqareti, bir ədəd araq, iki ədəd şüşə butulkada pivə alıb gəlmiş və onlar yola davam etmişlər. Onlar hərəkət edib Sabirabad rayonunun Çiçəkli kəndinin ərazisində çöllük əkin sahələrinə gəlib çıxmış və oradan kanal keçdiyini və kanalın ətrafında qamışlıq olduğunu görmüşlər. Meyiti atmaq üçün yaxşı yer olduğunu fikirləşib həmin kanala tərəf getmək üçün sağa dönmüş və təxminən 200 metr avtomobillə hərəkət edib avtomobili saxlamışdır. Sonra onlar birlikdə avtomobilin arxa oturacağından Əflatunun meyitini götürüb həmin kanala atmışlar. Hələ əvvəldən Əflatunun baş nahiyəsindən qan axmaması üçün baş nahiyəsinə qoyulmuş bir ədəd döşəkçəni də həmin kanala atmışlar. Sonra o, X53 telefonun harda olduğunu soruşmuş, Mehmet Ali də telefonun kurtkanın cibində olduğunu və kurtkanı kanala atdığını bildirmişdir. Bundan sonra o, avtomobildə borclar yazılan sənədi axtarmağa başlamışdır. Avtomobilin bardaçokunda bir ədəd pul qabı və həmin pul qabının içərisində 2.600 manat məbləğində pul olduğunu görmüşdür. Həmin 2600 manat 25 ədəd yüzlük əsginas, beş ədəd isə iyirmilik əsginaslarda olmuşdur. Pulu götürdükdən sonra avtomobilin sürət qutusunun yanında olan göy rəngli dəftərçəni (bloknot) götürmüş və içinə baxdıqda borcla bağlı qeydlərin həmin dəftərçədə (bloknot) yazıldığını görmüşdür. O, dəftərçəni və 2.600 manat pulu cibinə qoymuşdur. Meyiti kanala atdıqdan sonra o, avtomobili işə salıb Mehmet Ali ilə birlikdə Salyan rayonunun Noxudlu kəndi ərazisinə, çöllük sahəyə gedib orada avtomobili saxlamışdır. Orada sprey və sarı rəngli əski parçası ilə avtomobili təmizlədikdən sonra qapıları bağlayıb oradan uzaqlaşmışlar. Avtomobilin pultunu isə orada sol tərəfdə yerləşən kanala atmışdır. Onlar həmin yerdən təxminən 2 km yolu piyada getmiş, sonra yoldan ötən avtomobillə Salyan şəhərinə, oradan başqa bir avtomobillə Cəlilabad şəhərinə, oradan da avtomobillə yaşadığı Babalı kəndinə gəlmişlər. Evə çatdıqda evdə olan şəxslərin yatdığını görmüş, sonra o, əynində olan ağ rəngli köynəyi həyətindən bir az kənarda yandırmışdır. O, avtomobildən götürdüyü 2.600 manat pulun hamısını yolda olarkən Mehmet Aliyə vermiş, evdə olduqları vaxt Mehmet Ali pulu bölüşdürüb pulun 1.580 manatını ona vermiş, qalan 1.020 manatı isə özü götürmüşdür. Mehmet Ali həmin gecəni ona məxsus evdə qalmışdır. Onlar ertəsi gün, yəni 19 aprel 2021-ci il tarixdə, saat 04 radələrində icra nümayəndəliyinə gedib oradakı qanı tam təmizləməyi planlaşdırıb yatmışlar. O, saat 05-06 radələrində yuxudan oyanmış və Mehmet Alinin evdə olmadığını görüb onun qaçıb Bakı şəhərinə getdiyini bilmişdir. Sonra o, evdən çıxıb yoldan ötən, sürücüsünü tanımadığı avtomobillə icra nümayəndəliyinə getmiş və nümayəndiliyin hadisə olan otaqda kafelin üzərindəki qanı su və əski ilə silib təmizləmişdir. Bundan sonra sürücüsünü tanımadığı taksi ilə Cəlilabad şəhərinə gəlmiş və saat 09-10 radələrində Cəlilabad şəhəri ərazisində Zeydulla ilə görüşərək ona hadisə barədə məlumat verib Mehmet Ali ilə birlikdə Əflatunu öldürdüklərini və avtomobildən dəftərçəni götürdüklərini demişdir. Zeydulla ondan Əflatunda olan fermer kartlarını götürüb-götürmədiyimi soruşmuş, o da avtomobildən fermer kartlarını götürmədiyini demişdir. Həmin vaxt Zeydulla ona Əflatunun oğlunun 19 aprel 2021-ci il tarixdə səhər saatlarında onun yanına gəlib atasının harada olduğunu soruşduğunu, onun da Əflatunun oğluna atasının harda olmasından məlumatının olmadığını dediyini bildirmişdir. Sonra Zeydulla ona 600 manat məbləğində pul verib Mehmet Aliyə göndərməsini bildirmiş, lakin pula ehtiyacı olduğu üçün o, həmin pulu Mehmet Aliyə göndərməyərək şəxsi ehtiyaclarına xərcləmişdir. Əfatunun üzərində, eləcə də avtomobilində pul olmasından əvvəlcədən məlumatı olmamış, götürdüyü 1.580 manatı pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. 19 aprel 2021-ci il tarixdə görüşərkən Əflatuna məxsus 2.600 manat pulu götürmələri barədə Zeydullaya məlumat vermişdir. Hadisə zamanı Əflatun nizamsız şəkildə ona və Mehmet Aliyə zərbələr vurmuşdur. Onun Əflatuna hər hansı məbləğdə pul borcu olmamışdır. X98 Zeydulla vasitəsi ilə tanımışdır. Zeydulla ilə Əflatunun arasında pul məsləsi ilə bağlı mübahisələri olmuşdur. Hadisə barədə Zeydulladan başqa hər hansı şəxsə məlumat verməmişdir. Hadisə günü əynində boz rəngli kostyum, ağ rəngli düyməli uzunqol köynək və qara rəngli ayaqqabı olmuş və hadisədən sonra əynində olan ağ rəngli köynək qana bulaşdığı üçün həyətində yandırmışdır. İstifadəsində 050/645-56-15 saylı mobil telefon nömrəsi olmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına haqqında” 24 aprel 2021-ci il tarixli protokol və videoçəkilişlə müəyyən edilir ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs2 hadisə yerində törətdiyi cinayətin baş vermə mexanizmini ardıcıl olaraq müəyyən halları əyani olaraq göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Üzləşdirmə haqqında” 24 aprel 2021-ci il tarixli protokollar və videoçəkilişlərlə müəyyən edilir ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi halları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzünə deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadələri elan olunduqdan, habelə istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, həmin ifadləri polis əməkdaşlarının təzyiq və zorakı hərəkətlərinin təsiri altında vermişdir. İfadələrində Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı Zeydullanın ona və Mehmet Aliyə pulla sifariş verməsi, Əflatunun öldürülmələri üçün onun Mehmet Ali ilə qabaqcadan əlbir olması və Əflatunun öldürülmsində iştiakı, yəni dəmir turba ilə Əflatunun başına vurması və bununla bağlı yazılanlar doğru deyil, belə hallar olmamış, o, həmin halları təsdiq etmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.4, 120.2.1 və 32.4, 120.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Tutulduğu vaxtadək kənd icra nümayəndəsi vəzifəsində işləmişdir. Təklə kənd icra nümayəndəsi olmuş Təqsirləndirilən şəxs2 2020-ci ildə tanımış və yaxın münasibətləri olmuşdur. Türkiyə Respublikası vətəndaşı X91 vasitəsilə onu tanımış, sonradan onunla da münasibəti yaranmışdır. Mərhum Zərərçəkmiş şəxs 2018-ci ildən tanımış və münasimbətlər yaxşı olmuşdur. Əflatun faizlə boc pul verməklə, sələmçiliklə məşğul olmuşdur. Özü və qardaşları pul lazım olanda Əflatundan müxtəlif məbləğlərdə faizlə pul götürmüş və borclarını faizi ilə birlikdə ödəmişlər. 2020-ci ildə Əflatundan 9.400 manat borc pul almış, aldığı borcun 7.350 manatını ödəmiş və ona 2.050 manat borcu qalmışdır. Əflatunla razılaşmışdır ki, borcunun qalan 1050 manatını və 88 manat faiz borcunu 03 may 2021-ci il tarixdə ona verəcəkdir. O, 2019-cu ildə, xatırlamadığı tarixdə Əflatundan 21.200 manat pul sələmə pul götürmüş, Əflatun həmin pulu ona aylıq 12%-ə vermiş və bu puldan onun Əflatuna təxminən 11.300 manat borcu qalmışdır. Əflatundan pul götürməsi ilə bağlı nə Əflatun nə də o, müqavilə və sair sənəd tərtib etməmişlər, lakin Əflatun ona pul borc verməsi ilə bağlı boz rəngli kitabçada qeydlər etmişdir. O, Əflatunun hər hansı şəxsə borc verməsi ilə bağlı özünə məxsus dəftərçədə qeydlər etməsini bilsə də, Əflatunun həmin dəftərçəni harada saxladığını bilməmişdir. Onun Əflatuna 17 aprel 2021-ci il tarixədək faizi ilə olan borcu cəmi 11.300 manat olmuşdur. 17 aprel 2021-ci il tarixdə Famil ona zəng edib Əflatun və Mehmet Ali ilə birlikdə bağda çay içdiklərini, Əflatunun onun arxasınca nalayiq sözlər dediyini və söyüşlər söydüyünü demiş, o da Əflatunun belə hərəkət etməsinə inanmadığını bildirmişdir. Əflatunun Famillə də münasibətləri yaxşı olmuş və onlar görüşüb bir yerdə söhbət etmişlər. Sonuncu dəfə Əflatunla ikisi “Bağ” adlanan yerdə 13 aprel 2021ci il tarixdə görüşüb çay içmiş və ona olan borcu barədə söhbət etmişlər və həmin vaxt o, Əfatuna 2.000 manat pul vermiş, bundan başqa may ayının 3-də 1.050 manat məbləğində pul verəcəyini ona bildirmişdir. 18 aprel 2021-ci il tarixdə Cəlilabad şəhərində yaşayan Elvin adlı qohumuna zəng edib onunla görüşüb qoyun almaq üçün ona 13.300 manat məbləğində pul lazım olduğunu bildirib borc pul istmiş, Elvin də o qədər pulu olmadığını, lakin 8.000 manat verə biləcəyini demişdir. Sonra Elvin evinə gedib 8.000 manat pulu gətirib ona vermiş, bundan sonra Elvinlə birlikdə Cəlilabad şəhəri, Cavadxan küçəsində, yolun kənarında dayanıb söhbət edərkən təsadüfən Mehmet Ali və Familin “VAZ-2106” markalı avtomobillə qarşı tərəfdən gəldiyini görmüş, Famil də onu görüb avtomobili saxlamışdır. Famil və Mehmet Ali avtomobildən düşüb onunla görüşüb söhbət etməyə başlamış, Elvin isə onlardan kənarda dayandığından onların söhbətini eşitməmişdir. Həmin vaxt Famil 50 manat borc pul istəmiş, o da ona 50 manat pul vermişdir. Sonra Famil və Mehmet Ali ondan Əflatuna nə qədər pul borcu olduğunu və aylıq nə qədər faiz ödədiyini soruşmuş, o da faizi ilə birlikdə 11.300 manat Əflatuna borcu olduğunu bildirmişdir. Mehmet Ali bu məsələni həll edəcəyini və Əflatunla söhbət edəcəyini bildirib ondan Əflatuna olan borcunun nə qədərini ödəyə biləcəyini soruşmuş, o da 8.000 manat verə biləcəyimi demişdir. Mehmet Ali və Famil ona Əflatunla özlərinin söhbət edib məsələni həll edəcəklərini, Əflatun ondan faiz borcunu istəməyəcəyini, 8.000 manatı hissə-hissə verəcəyinə onu razı salacaqlarını bildirmişlər. Həmin vaxt o, onlara Əflatuna toxunmamalarını, yalnız söhbət etmələrini xahiş etmiş, onlar da Əflatunla ancaq söhbət edəcəklərini, ona qarşı nəsə etməyəcəklərini bildirmişlər. Bundan sonra X103 avtomobilə əyləşib getmiş, özü də Elvinlə birlikdə avtomobilə əyləşib yaşadığı Seyidbazar kəndinə fermaya getmişlər. Orada atası İsmayıla qoyun almaları üçün 8.000 manat pul tapa bildiyini demiş, atası həmin pulun az olduğunu, əlavə 5.000 manatın da lazım olduğunu bildirmişdir. Bundan sonra Elvinin köməkliyi ilə onun qohumu Mirhəşim adlı şəxsdən 5.000 manat borc pul almışdır. Bundan sonra o, topladığı pulu cibinə qoyub Elvinlə birlikdə rayon ərazisində olan “Kral” kafesinə getmişlər. Kafedə olarkən qardaşları Alxas və Şamil də oraya gəlmiş və onlar birlikdə oturub çörək yemişlər. Təxminən bir saatdan sonra qardaşı Şamil Elvini evinə aparmış, o və qardaşı Alxas yaşadıqları evə getmişlər və evdə qardaşı Alxasın iki gün əvvəl ona verdiyi 13.000 manat pulu geri istədiyi üçün Elvin və Mirhəşimdən aldığı 13.000 manat pulu Alxasa vermişdir ki, Alxas bir müddət aldığı qoyunlara görə borclu olduğu Hakim adlı şəxsə borcunu ödəsin. 19 aprel 2021-ci il tarixdə, səhər saatlarında bir nəfər şəxs evinə gəlib Əflatunun oğlu Samrad olduğunu, atasının 18 aprel 2021-ci il tarixdə, səhər saatlarında evdən çıxmasını və bir daha evə qayıtmamasını, telefon nömrəsinə zəng çatmadığını və atası barədə hər hansı məlumatının olubolmadığını soruşmuş, o da atasını 10 gündür ki, görüşmədiyini və atasının harada olduğu barədə məlumatı olmadığını bildirmiş, o da çıxıb getmişdir. O, Əflatunun evə qayıtmaması və onun barəsində məlumatın olmamasından şübhələndiyi üçün həmin gün saat 15 radələrində Familgilə getmiş, həmin vaxt Famil həyəcanlı olmaqla, özündə olmamış, əlində xəsarət izi olmasını görmüşdür. Famildən nə baş verdiyini soruşmuş, Famil də ona Əflatun və Mehmet Ali birlikdə oturub söhbət edən zaman Əflatunun onun ünvanına söyüş söydüyü üçün X67 arasında mübahisə yarandığını və X92 vurub öldürdüyünü demiş, bunu eşidəndə özünün də səhhəti pisləşmişdir. Famil özündə olmadığı üçün o, Famillə birlikdə Cəlilabad şəhərində olan kafelərdən birinə gedib oturub yemək yeyib söhbət etmiş, sonra oradan çıxıb sağollaşan zaman Famil Naxçıvana gedəcəyini bildirib ondan 1.000 manat pul istəmiş, o da hazırda pulunun olmadığını, 20 aprel 2021-ci il tarixdə imkanı olan qədər ona pul verəcəyini demişdir. 20 aprel 2021-ci il tarixdə o, Famillə Cəlilabad şəhərində “Baş” adlanan ərazidə görüşüb ona 600 manat pul vermiş və həmin vaxtdan sonra o, Famili görməmişdir. 18 apel 2021-ci il tarixdə o, evində olmuş və həmin gün Hakimdən 13.000 manat dəyərində qoyun almalıymış. Qoyun alması üçün Elvindən 8.000 manat və Mirhəşimdən 5.000 manat borc pul almışdır. Sonra Hakim bu hadisəni eşidib onlara qoyun satmamışdır. Daha sonra verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, 18 aprel 2021-ci il tarixdə, səhər saatlarında təsadüfən Famil və Mehmet Ali ilə görüşərkən onlardan xahiş etmişdir ki, onlar Əflatunla danışıb onun Əflatuna olan borcu ilə bağlı 3.000 manat faiz pulunun dayandırılmasına kömək etsinlər, aralarında başqa bir söhbət olmamışdır. Həmin vaxt onlar ondan 100 manat pul istəmiş, o da 50 manat pulu Familə vermişdir. Əvvəlki günlərdə onun Mehmet Ali və Famillə telefon danışığı olmuş həmin söhbətlərdə o, Mehmet Ali və Familə Əflatundən olan sənəd və ya dəftərçəni almalarını deməmişdir. Əflatuna əsas borc 8.000 manat, 3.300 manat isə faiz borcu olmuş və hər ay 1.000 manat faiz pulu Əflatunə ödədiyindən Onlara demişdir ki, Əflatunlə danışıb borcun faizini dayandırsınlar və buna görə onlara pul verəcəyini vəd etməmişdir. Mehmet Ali və Familin Əflatunu icra nümayəndəliyinə aparmaları və orada onların arasında baş vermiş hadisə ilə bağlı ona heç nə mulum deyil. O, Mehmet Ali və Famildən qorxduğu üçün onların birlikdə Əflatunu öldürmələri barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. O, Famil və X93 öldürmələrini, eləcə də ondan hər hansı sənəd almalarını, ümumiyyətlə hər hansı formada Əflatundan hər hansı sənəd almalarını deməmiş, eləcə də bununla bağlı onlara hər hansı məbləğdə pul təklif etməmiş və verməmişdir. Familin Əflatuna borcu olub-olmaması barədə dəqiq məlumatı yoxdur. İstifadəsində 055/977-10- 30 və 050/560-89-30 saylı mobil telefon nömrələri olmuşdur. 18 aprel 2021-ci il tarixdə görüşdükləri vaxt Mehmet Aliyə nömrəsində kontur olmadığını bildirdiyi üçün Mehmet Ali öz nömrəsini çıxarıb ona vermiş, lakin o, həmin nömrəni ümumiyyətlə istifadə etməmiş, sonradan isə həmin nömrəni harasa atmışdır. Familin hansı səbəbdən Təqsirləndirilən şəxs1na “Samir deyecek paranı 3 cü gün verecem. Sen de yok. 5 i bu gün 5 i 3 cü gün. Ya da 10 uda bu gün” məzmunlu mesaj yazması barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadələri elan olunduqdan, habelə istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, 18 aprel 2021-ci il tarixdə Elvin və Mirhəşimdən aldığı cəmi 13.000 manat pulu qardaşı Alxasa vermişdir ki, qoyun alarkən borclu qaldığı şəxsin pulunu versin. Qardaşı Alxasdan 16 aprel 2021-ci il tarixdə 13.000 manat pulu ucuz qiymətə qoyun almaq məqsədilə götürmüş, həmçinin həmin pulla yeni tikəcəyi ev üçün materiallar almaq niyyəti olmuşdur. Sonradan həmin pulla Mehmet Alinin vasitəsillə tikinti materialları almış, materialları Mehmet Ali Bakı şəhərindən Cəlilabada göndərilmişdir. Daha sonra qardaşı Alxas pulunu geri istədiyinə görə o, Elvindən və Mirhəşimdən cəmi 13.000 manat borc pul almış və həmin pulu 18 aprel 2021-ci il tarixdə, evdə qardaşı Alxasa vermiş, o da həmin pulu borclu olduğu Hakim adlı şəxsə vermişdir. Bu hadisə olan vaxtadək o, Mehmet Ali və Famillə görüşmüş, sonuncu dəfə isə 18 aprel 2021-ci il tarixdə səhər saatlarında təsadüfən onlarla rastlaşıb görüşmüşdür. Həmin vaxt o, Mehmet Ali ilə evin tikntisi üçün aldığı materallarla bağlı, həmçinin Famil və Mehmet Ali ilə Əflatuna olan pul borcu ilə bağlı onların Əflatunla danışmaları, yəni Əflatuna borclu olduğu 8.000 manat pulu verə biləcəyini, borcun faiz hissəsinin ona güzəşt edilməsinə köməklik etmələrini xahiş etmiş, onlar da Əflatunla görüşüb danışacaqlarını bildirmişlər. Həmin vaxt o, Famil və X32 borcların yazıldığı dəftərçənin nəyin bahasına olursa olsun götürülməsini deməmiş, həmin dəftərçənin götürülməsi, həm də Əflatunun öldürülməsi ilə onlara pul verəcəyi barədə aralarında heç bir danışıq, razılaşma olmamış, bununla bağlı deyilənlər tam yalandır. Famil ona Əflatunun öldürməsi barədə dedikdən sonra o, bu barədə dövlət orqanlarına məlumat verməmiş və buna görə də özünü CM-nin 307-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X11 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs atasıdır. O,18 aprel 2021-ci il tarixədək o, atası və anası ilə bir evdə yaşamışdır. Atası müğənniliklə məşğul olmuş, toya getdiyi vaxtlarda Cəlilabad şəhərində “Bağ” deyilən yerdə çayxanada olmuş və işi ilə bağlı adamlarla görüşmüşdür. 18 aprel 2021-ci il tarixdə, səhər saatlarında atası evdən çıxıb Cəlilabad şəhərinə getmişdir. Həmin gün atası evə qayıtmamış, atasının istifadə etdiyi 050/466-31-02, 050/353-63-71 və 055/522-22-84 saylı mobil telefon nömrələrinə dəfələrlə zəng etsə də, zəng çatmamışdır. 19 aprel 2021-ci il tarixdə atasının evdən çıxıb geri qayıtmaması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, sonra Cəlilabad RPŞ-nə gedib bununla bağlı ərizə vermiş, daha sonra qohumları ilə birlikdə atasını axtarmağa başlamışlar. Atası Əflatunun tanışlarından və borc pul verdiyi şəxslərdən, o cümlədən Cəlilabad rayonun Seyidbazar kənd sakini Təqsirləndirilən şəxs3 evinə gedib atasını görüb-görmədiklərini, harada olmasından məlumatları olub-olmadığını soruşmuş, həmin şəxslər, həm də Zeydulla atasının harada olması barədə məlumatları olmadığını bildirmişlər. Bildiyinə görə atası Əflatun bir çox şəxsə müəyyən faizlə pul vermiş və çoxsaylı şəxslərin atasına pul borcu olmuş, həmin şəxslərdən Təqsirləndirilən şəxs3 və onun ailə üzvlərinin, yəni atası İsmayılın, qardaşları Alxasın və Şamilin, həmçinin bu iş üzrə Təqsirləndirilən şəxs2 da atasına külli miqdarda pul borcu olmuşdur. Atasından borc pul almış şəxslərin bir çoxu borclarını qaytarsalar da, Zeydulla və onun ailə üzvlərinin, yəni atası İsmayıl, qardaşları Alxas və Şamil, həmçinin bu iş üzrə Təqsirləndirilən şəxs2 borc pulu qaytarmamışlar. Bildiyinə görə və atasının deməsindən ona məlum olmuşdur ki, atası Əflatun təxminən 2018-ci ilin sonlarında Zeydullanın atası Şahid7 ayrı-ayrı vaxtlarda 3.500 ABŞ dolları, 2.300 ABŞ dolları və 2.000 manat olmaqla cəmi 5.800 ABŞ dolları və 2.000 manat faizlə pul vermişdir. İsmayılın oğlu Şahid6 atasından cəmi 30.000 ABŞ dolları, onun qardaşı Alxas da ondan 60.000 ABŞ dolları və 10.000 manat faizlə pul götürmüşdür. Atası Əflatuna ən çox borcu olan şəxs Təqsirləndirilən şəxs3 olmuşdur. Zeydulla atası Əflatundan ayrı-ayrı vaxtlarda külli miqdarda borc pul götürmüş və həmin pulun böyük hissəsini qaytarmamış, Zeydullanın atası Əflatuna cəmi 340.000 manat pul borcu qalmış, həmçinin bu hadisədən bir az əvvəl atasının deməsinə görə Təqsirləndirilən şəxs2 da atası Əflatuna 147.000 manat borcu olmuş həmin pulu Famil qaytarmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən Zeydullanın atası Əflatuna 100.000 manat borcu olduğunu demiş, lakin həqiqətdə Zeydullanın atası Əflatuna borcu 340.000 manatdır. Həmçinin əvvəl ifadə verərkən Təqsirləndirilən şəxs2 atası Əflatuna 147.000 manat borcu olduğunu deməyi unutmuş, sonradan atasının ona Təqsirləndirilən şəxs2 da 147.000 manat pul borcunun olmasını deməsi yadına düşmüşdür. X37 çox borcu olduğu üçün atası Zeydulla ilə tez-tez əlaqə saxlamış, hətta evlərinə gedib pulunu tələb etmiş, lakin Zeydulla pul borcunu qaytarmamışdır. Bildiyinə görə atası Əflatunun bir neçə dəfə borcu qaytarması ilə bağlı Zeydulla ilə aralarında mübahisələri olmuş, Zeydulla borcunu qaytarmaq istəməmiş, hər dəfə pulun bir hissəsini ödəyəcəyi ilə bağlı vədlər verərək atasını aldatmışdır. Elə bu səbəbdən o, 19 aprel 2021-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs3 evinə gedib ondan atası Əflatunu görüb-görmədiyini, onun harada olmasından məlumatı olubolmadığını soruşmuş, Zeydulla da atası Əflatunun harada olmasından məlumatı olmadığını bildirib onu aldatmışdır. 22 aprel 2021-ci il tarixdə Cəlilabad rayon prokurorluğu və polis şöbəsindən ona məlumat verilmişdir ki, atası Əflatunun meyiti Sabirabad rayonunun ərazisində tapılmışdır. Sonra atası Əflatunun meyiti onlara təhvil verilmiş və atasının meyitini kənd qəbiristanlığında dəfn etmişlər. Atası Əflatunun öldürülməsi ilə bağlı cinayət işinin istintaqı zamanı ona məlum olmuşdur ki, atası Əflatunu rayon sakini Təqsirləndirilən şəxs2 və Türkiyə vətəndaşı Mehmet Ali adlı şəxs öldürmüşlər. Mehmet Ali adlı şəxsi əvvəllər tanımamışdır, lakin Təklə kənd icra nümayəndəsi olmuş Təqsirləndirilən şəxs2 əvvəllər tanımasa da, onun adını atasından eşitmiş, Familin də atasına külli miqdarda pul borcu olmuşdur. İşlə bağlı prokurorluqdan ona verilən məlumata görə atası Əflatuna külli miqdarda pul borcu olan Təqsirləndirilən şəxs3 sifarişi ilə 18 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Mehmet Ali atası Əflatunu maşını ilə Təqsirləndirilən şəxs2 işlədiyi Təklə kəndinə aparıb onun iş yerində (Təklə kəndə İcra Nümayəndəyində) dəmir turba ilə başına vurmaqla vəhşicəsinə öldürmüş, sonra meyiti maşınla Sabirabad rayonunun ərazisinə aparıb orada qamışlağı-kanala atmışlar. Təqsirləndirilən şəxs2 və Mehmet Ali atası Əflatunu öldürdükdən sonra atasının borc verdiyi şəxslərin qeydiyyatnı apardığı göy rəngli dəftərçəni maşından, 2.600 manat pulu isə cibindən götürmüşlər. Təqsirləndirilən şəxs3 sifarişi ilə Təqsirləndirilən şəxs2 və Mehmet Ali tərəfindən atası Əflatunun öldürülməsinə əsas səbəb Zeydullanın atası Əflatuna 340.000 manat, Zeydullanın qardaşlarının da külli miqdarda pul borcunun olması, həmçinin Təqsirləndirilən şəxs2 da atası Əflatuna 147.000 manat pul borcunun olması olmuşdur. Onlar külli miqdarda pul borcuna görə atası Əflatunu öldürməklə, həm də atası tərəfindən pul borcların qeydələri aparılmış dəftərçəni ələ keçirməklə bu məsələni, yəni borc pul məsələni həll etmək, gizlətmək istəmişlər. Bildiyinə görə atası Əflatun evdən çıxarkən üzərində 3.000 manata yaxın pul olmuş, həmçinin atası həmişə onlara avtomobilində ethiyat üçün pul saxladığını demiş, lakin maşınında atasının nə qədər pulu olmasını dəqiq bilməmişdir. Atasına məxsus “Mercedes” markalı avtomobil tapıldıqdan sonra avtomobildə aşkar edilmiş 5.300 ABŞ dolları atası Əflatuna məxsus olmuşdur. İstintaq orqanı tərəfindən 5.300 ABŞ dolları pul, atasına məxsus olmuş “Mercedes” markalı avtomaşın və digər əşyalar ona qaytarılmışdır. O, hesab edir ki, atası Əflatunun öldürülməsi ilə bağlı ona pul məbləği ilə hesablanmaqla külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. X55 İsmayılovun 340.000 manat və Təqsirləndirilən şəxs2 147.000 manat borclu olduğu pullar, öldürüldükdən sonra atasının üzərindən götürülmüş (oğurlanmaş) 2.600 manat pul, həmçinin atasının dəfn və hüzr mərasiminin keçirilməsi, qəbir daşının hazırlanması ilə bağlı, eləcə də bu işlə əlaqədar digər xərclər də əlavə edilməklə ona, təqsirləndirilən şəxslərə qarşı verdiyi mülki iddialarda göstərilən məbləğlərdə maddi ziyan, habelə atasının öldürülməsi ilə bağlı dərin sarsıntı keçirməklə xəstələndiyinə görə və hazırda da sarsıntı hissi ilə yaşadığına görə təqsirləndirilən şəxslərə qarşı verdiyi mülki iddialarda göstərilən məbləğlərdə mənəvi ziyan dəymişdir. Hazırda o, iş üzrə verdiyi mülki iddiasını müdafiə edərək təqsirləndirilən şəxslərin ona vurduqları maddi və mənəvi ziyanın müştərək qaydada tam ödənilməsini tələb edir, habelə törətdikləri cinayətə görə onların hər birinə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, tanışı Şahid6 “İran bazarı”nda onun işlətdiyi elektrik əşyaları və cehizlik əşyaların satışı dükanının yaxınlığında eyni əşyaların satışı ilə məşğul olan dükanı vardır. O, mərhum Zərərçəkmiş şəxs Şamilin dükanında görüb tanısa da, aralarında yaxın münasibət olmamışdır. O, 2021-ci ilin əvvəllərində Şamilə 995 manat dəyərində elektrik avadanlığını nisyə vermiş, sonradan verdiyi malların pulunu Şamildən istəməyə gedəndə Əflatunu dükanda görüb salamlaşmışdır. Həmin vaxtı Əflatun ona Şamildən borc pulunun əvəzinə elektrik avadanlığı götürdüyünü, istədiyi halda ucuz qiymətə ona sata biləcəyini demiş, o da lazım olmadığını bildirmiş, lakin sonradan, yəni 2021-ci il aprel ayının əvvəlrində Əflatundan elektrik avadanlığını götürmüş və pulunu da vermişdir. 14 aprel 2021-ci il tarixdə, axşam saatlarında Əflatun ona zəng edib Şamildən pulunun əvəzinə “yemək dəsti” götürdüyünü, həmin əşyaları da ona satmaq istədiyini bildirmiş, o isə həmin “yemək dəstini” sata bilməyəcəyini deyib onu götürməmiş və başqa söhbət etməyib telefonu söndürmüşdür. O, bir neçə dəfə borc pulunu alması üçün Şamilin işlədiyi dükana gedib-gələndə Əflatunu orada görmüş, həmin vaxtlarda Əflatunun Şamilə və onun qardaşlarına sələmə pul verməsini Şamildən eşitmiş, amma nə qədər pul verilməsini Şamil deməmişdir. 18 aprel 2021-ci il tarixdə o, Əflatunla telefonla danışmış, həmin vaxt Əflatunun Şamilin dükanına gedib borcunun əvəzinə “Fenus” markalı ətçəkən maşın və “Harlem” markalı çörəkbişirən soba götürməsini bildirib həmin əşyaları satmaq istədiyini demiş, lakin o, baha dediyi üsün bu əşyaları almamışdır. Bundan sonra o, Əflatunla danışmamış və onu bir daha görməmişdir. Əflatunun Şamilə hansı məbləğdə sələmə pul verməsi barədə məlumatı yoxdur. Bir dəfə Şamilin mağazasında Əflatunla rastlaşdığı vaxt sonuncu ona Şamilin onun adından istifadə edib ondan 4.000 manat pul aldığını bildirmiş, o, isə əksinə Şamilin ona borcu olduğunu demiş, Əflatun da Şamilin onu aldatdığını bildirmişdir. Təqsirləndirilən şəxs3 Şamilin qardaşı kimi tanımış, Əflatunun deməsinə görə Zeydulla da Əflatundan sələmə pul götürmüşdür. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, qohumu Şahid6 məxsus mağazada satıcı işləyir. Zərərçəkmiş şəxs tanımış, Əflatun tez-tez Şamilə məxsus mağazaya gəlmişdir. Şamil və Əflatun çox vaxt kənara çəkilib söhbət etmiş, onların nə barədə danışmalarından məlumatı olmamışdır. Əflatun əvvələr mağazadan alver etmiş, Əflatun sonuncu dəfə 18 aprel 2021-ci il tarixdə, saat 12 radələrində mağazaya gəlib Şamilə tələsdiyini, 1 ədəd soba və 1 ədəd ət çəkən maşın istədiyini bildirmiş, Şamil də ona 1 ədəd soba verib mağazada yaxşı ət çəkən maşın olmadığını, istədiyi halda yaxşısını sifariş verə biləcəyini demiş, lakin, Əflatun fərqi olmadığını bildirib ət maşını və sobanı götürüb Şamillə birlikdə mağazadan çıxmışdır. Təxminən 5 dəqiqə sonra Əflatun yenidən mağazaya qayıdıb “Fennus” markalı ət maşını götürüb Şamilin bundan məlumatı olduğunu demişdir. Şamil mağazada olmadığı üçün o, Şamilə zəng edib Əflatunun “Fennus” markalı ət maşınını götürmək istədiyini demiş, Şamil də ət maşınını Əflatuna verməsini bildirmiş, sonra Əflatun ət maşınını götürüb getmişdir. Şamil həmin gün mağazadan getdikdən sonra geri qayıtmamış, onun hara getməsi barədə məlumatı olmamışdır. 20 aprel 2021-ci il tarixdə o, mağazada Şamildən Əflatunun pulu verib-vermədiyini soruşmuş, Şamil də ona Əflatunun 170 manat borcu qaldığını demişdir. Əflatunun qətlə yetirilməsi barədə televiziya və mətbuatdan eşitmiş, həmin hadisə barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 qardaşıdır, digər təqsirləndirilən şəxs Mehmet Alini tanımamışdır. O, Cəlilabad şəhərində “İran bazarı”nda olan, atası İsmayıla məxsus qab-qaşıq dükanını işlədir. Mağazanı əvvəllər atası, sonra o və qardaşı Alxas işlətmişdir. Mərhum Zərərçəkmiş şəxs bir neçə il əvvəl müğənnilik edən şəxs kimi tanımış, sonradan Əflatun mağazaya tez-tez gəlib-getmiş və aralarında münasibətləri yaranmış və münasibətləri yaxşı olduğu üçün tez-tez telefonla danışıqları da olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Əflatun faizlə borc pul verir. 2018-ci ildə o, Əflatundan 2.500 manat pul götürmüş və həmin pulu faizi ilə birlikdə ona qaytarmışdır. Sonradan eyni qaydada Əflatundan 3.000 manat pul almış, iki aydan sonra həmin pulu faizi ilə birlikdə ona vermişdir. Bundan sonra Əflatundan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc almış və vaxtında faizini vermək şərti ilə borcunu ödəmişdir. O, dəfələrlə Əflatundan pul alıb qaytardığı üçün ondan konkret olaraq hansı vaxtlarda və hansı məbləğlərdə pul aldığı yadında qalmamışdır. Lakin xatırladığına görə o, Əflatundan ən yüksək məbləğdə pulu 2019-cu ilin mart ayında 7.500 manat pul almış, həmin pulu 3 aya faizi ilə birlikdə ona ödəmişdir. Sonuncu dəfə o, Əflatundan 2021-ci ilin yanvar ayında 3 aylıq 4.800 manat pul borc almış, həmin pulu 2021-ci ilin mart ayının sonlarında Əflatuna faizi ilə birlikdə qaytarmışdır. Atası İsmayıl, qardaşları Zeydulla və Alxas da onun vasitəsilə Əflatunla tanış olmuş və onlar da Əflatundan faizə pul götürmüşlər, lakin, onların Əflatundan hansı məbləğdə və hansı faizlə pul götürdüklərini bilmir. Sonuncu dəfə borc aldığı pulu qaytardıqdan sonra Əflatun dükanına həmişə kimi gəlib-getmişdir. 18 aprel 2021-ci il tarixdə, günorta saatlarında Əflatun tək dükana gəlib ondan 1 ədəd “Harlem” markalı soba alıb əlavə olaraq 1 ədəd də “Fennus" markalı ət maşını istəmiş, o isə başqa daha ucuz “Özgün” markalı ət çəkən təklif etmiş və bu məhsulları ona 170 manata satacağını demişdir. Əflatun isə götürəcəyi malların pulunu verməyəcəyini, onun əvəzinə adını borc dəftərinə yazmasını, növbəti dəfə ondan pul götürdüyü vaxt həmin məhsulların dəyərini hesabdan çıxmasını demişdir. Bundan sonra o, dükandan çıxıb qonşu dükana getmiş, orada olan zaman dükanda olan işçisi Fazil ona zəng edib Əflatunun “Fennus” markalı ət çəkən maşın istədiyini bildirmiş, o da Fazilə həmin ət çəkən maşın Əflatuna verməsini demişdir. Əflatun son üç il ərzində demək olar ki, 2-3 ay intervalı ilə ona müxtəlif məbləğlərdə faizlə borc vermiş, o isə vaxtında faizi ilə onun borcunu ödəmiş, onun Əflatuna borcu qalmamış, əksinə Əflatunun ona 170 manat borcu olmuşdur. 18 aprel 2021-ci il tarixdə o, qardaşı Zeydulla və Şahid10la Cəlilabad şəhərində görüşüb birlikdə nahar etmələri üçün “Kral” kafesinə getmişlər. Həmin vaxt qardaşı Zeydulla gedib digər qardaşı Alxası da götürüb kafeyə qayıtmışdır. Onlar nahar etdikdən sonra Zeydulla Elvini evlərinə aparmış, özü də qardaşı Alxasla kənddə, evlərinə getmişlər. Həmin gün axşam saatlarında evdə Zeydulla 13.000 manat pulu qardaşı Alxasa vermiş, Alxas da həmin pulu 2020-ci ildə Elçin adlı şəxsdən aldığı 13.200 manat dəyərində 60 baş qoyuna görə onun əvəzinə həmin pulu ödəmiş Hakim adlı şəxsə borcuna görə ödəmişdir. Bildiyinə görə bu hadisədən bir neçə gün əvvəl qardaşı Alxas Hakimə olan pul borcunu ödəmək üçün fermada olan qoyunların bir qismini satıb əldə etdiyi 13.000 manat pulu qardaşı Zeydulla Alxasdan götürmüşdür. Zeydullanın həmin pulu nəyə görə götürməsini bilməmiş, sonradan ona məlum olmuşdlur ki, Zeydulla ucuz qiymətə qoyun alması üçün Alxasdan bu pulu götürmüşdür. 18 aprel 2021-ci il tarixdə Zeydulla Elvin və Mirhəşimdən cəmi 13.000 manat borc pul aldıqdan sonra qardaşı Alxasdan götürdüyü pulu qaytarmışdır. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 və Türkiyə vətəndaşı Təqsirləndirilən şəxs1 tanımamış, onların Əflatunla və qardaşı Zeydulla ilə nə kimi əlaqələrinin və münasibətlərinin olması barədə, həmçinin Əflatunun öldürülməsi ilə bağlı hər hansı bir məlumatı yoxdur. Sonradan adamlar arasında danışılan söhbətlərdən eşitmişdir ki, Famil və X98 öldürmüşlər. Onların Əflatunu nəyə görə, hansı səbəblərdən öldürmələri barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 oğludur, digər təqsirləndirilən şəxslər Mehmet Alini və Təqsirləndirilən şəxs2 əvvəllər tanmamışdır. Mərhum Əflatunu müğənni və sələmə borc pul verən şəxs kimi tanımış və münasibətləri normal olmuşdur. Onun Cəlilabad şəhərində yerləşən “İran Bazarı” deyilən "Rizvan Şirkəti" adlı bazarda özünə məxsus dükanı vardır və həmin dükanı əvvəllər özü işlətmiş, sonradan isə övladları Alxas və Şamil işlətmişdir. 2018-ci ildə oğlu Alxas xəstələndiyindən və müalicəsinə pul lazım olduğundan oğlu Alxas Əflatundan sələmə pul götürmüş və sonradan həmin pul borcunu qaytarmışdır. Digər oğlu Şamil də Əflatundan sələmə pul götürmüş və sonradan həmin pul borcunu qaytarmışdır. Bildiyinə görə oğlu Şamilin nəinki Əflatuna borcu yoxdur, hətta hadisə ərəfəsində Əflatun Şamilin işlədiyi mağazadan götürmüş olduğu soba və ətçəkən maşına görə Şamilə 170 manat borclu qalmışdır. Özü isə heç vaxt Əflatundan faizə pul götürməmişdir. Həmçinin oğlu Zeydulla da Əflatundan faizə pul götürmüş, lakin onun nə vaxt və hansı miqdarda pul götürməsi və onun Əflatuna borclu qalıb-qalmaması barədə məlumatı yoxdur. Özü və ailəsinin digər üzvləri təsərrüfatla məşğuldur, yəni oğlanları Seyidbazar kəndində mal-qara saxlamaq üçün ferma icarəyə götürmüşlər və fermada xırdabuynuzlu heyvanlar saxlayırlar. 18 aprel 2021-ci il tarixdə fermada olarkən oğlu Zeydulla Elvin adlı şəxslə birlikdə fermaya gəlmiş, qoyun almaqla əlaqədar oğlu Zeydulla Elvindən 8.000 manat pul aldığını bildirmiş, o da həmin pulun az olduğunu əlavə 5.000 manat lazım olacağını bildirmişdir. Həmin vaxt o, əlavə pul tapmaqda Zeydullaya köməklik göstərilməsini Elvindən xahiş etmişdir. Bundan sonra Zeydulla və Elvin birlikdə fermadan çıxıb getmişlər. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istitaq zaman verdiyi ifadəsində Şahid7 məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermiş, həmçinin bu ifadəsində göstərmişdir ki, 18 aprel 2021-ci il tarixdə oğlu Zeydullanın qoyun almaq istəməsindən, eləcə də, Zeydullanın həmin gün Elvindən 8.000 manat, Mirhəşim adlı şəxsdən 5.000 manat borc pul almasından, habelə Zeydullanın həmin şəxslərdən hansı məqsədlə borc pul alması barədə onun məlumatı olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini ümumən təqdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, həmin ifadəsində 18 aprel 2021-ci il tarixdə oğlu Zeydullanın Elvindən 8.000 manat pul alması barədə məlumatının olmaması və həmin tarixdə Zeydullanın Elvinlə birlikdə fermaya gəlməmələri barədə yazılanları təsdiq etmir, ifadəsində yazılmış həmin xüsusatlar yanlışdır, çünki o, belə ifadə verilməmişdir. Məhkəmə iclasında şahid X26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 qardaşıdır. Mərhum Zərərçəkmiş şəxs tanımış və münasibətləri yaxşı olmuşdur. Əflatun sələmə pul verməklə məşğul olmuşdur. Əvvəllər özü, qardaşı Şamil və Zeydulla bir neçə dəfə Əflatundan sələmə pul götürmüşlər. O, 2017 və 2018-ci illərdə bir neçə dəfə müxtəlif məbləğlərdə Əflatundan sələmə borc almış və vaxtında faizini vermək şərti ilə borcunu ödəmişdir. O, 2018-ci ilin sonlarında epilepsiya xəstəliyinə tutulduğu üçün işləməmiş, ancaq evdə olmuş, heç bir işlə məşğul olmamışdır. Xəstəliyə tutulduqdan sonra qardaşı Şamil onun Əflatuna olan borcunu tam olaraq ödəmişdir. Qardaşları Zeydulla və Şamilin, eləcə də atası İsmayılın Əflatundan faizə pul götürüb-götürməməsini dəqiq bilmir. Qardaşı Fədai təsərrüfatla məşğuldur və ailəsi Seyidbazar kəndində mal-qara saxlamaq üçün ferma icarəyə götürmüşlər və fermada xırdabuynuzlu mal-qara saxlayırlar. Atası İsmayıl da qardaşı Fədaiyə kömək edir. 2020-ci ilin noyabr ayında o, (Alxas İsmayılov) Cəlilabad rayonunun Çinar kənd sakini Elçin adlı şəxsdən sərfəli qiymətə 60 baş qoyun alınmış, pulu olmadığından həmin məbləği qoyun alverçisi, Badamağac kənd sakini Hakim adlı şəxs ödənilmiş və o, Hakimə 13.200 manat pul borclu qalmışdır. 2021-ci ilin aprel ayınadək Hakimə olan borcunu ödəməli olduğundan o, aprel ayının 14-15-də fermada olan qoyunların bir hissəsini satıb 13.000 manat pul əldə etmişdir ki, Hakimin pulunu qaytarsın. 16 aprel 2021-ci il tarixdə qardaşı Zeydulla həmin pulu ondan alıb 2-3 günə qaytaracağını bildirmişdir. Qardaşı Zeydullanın həmin pulu haraya xərcləməsi barədə məlumatlı olmamışdır. 17 aprel 2021-ci il tarixdə Zeydulladan pulu geri istəmiş və 18 aprel 2021-ci il tarixdə evdə Zeydulla 13.000 manat pulu ona qaytarılmış, o da həmin gün Hakimlə görüşüb ona olan borcuna görə 13.200 manat pulu Hakimə vermişdir. Həmin vaxt Hakimlə söhbəti belə olmuşdur ki, yenidən onun vasitəsilə Çinar kəndində nisyə qoyun alsın, lakin həmin gün hadisə baş verdiyindən, sonra qardaşı Zeydulla həbs olunduğundan Hakimin vasitəsilə yenidən nisyə qoyun almaq mümkün olmamışdır. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş, ibtidai istitaq zaman verdiyi ifadəsində şahid Alxas İsmayılov məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermiş, həmçinin bu ifadəsində göstərmişdir ki, o, Hakimə olan pul borcunu ödəmək üçün heyvanların bir qismini satıb 10.000 manat topladıqdan sonra 17 aprel 2021-ci il tarixdə qaytarmağı fikirləşmiş, lakin 16 aprel 2021-ci il tarixdə qardaşı Zeydulla ona pula ehtiyacı olduğunu, başqa şəxsə borcu olduğunu bildirib 10.000 manatı ona verməsini, ertəsi gün, yəni 17 aprel 2021-ci il tarixdə pulu ona qaytaracağını demiş, o da 10.000 manat pulu Zeydullaya vermişdir. Zeydulla ondan aldığı pulu kimə verəcəyi və hara xərcləcəyi barədə ona heç nə deməmişdir. 17 aprel 2021-ci il tarixdə Zeydulla ona 10.000 manat pulu geri qaytarmış, o da həmin gün bu pulu aparıb Hakimə vermiş, həm də ondan yenidən qoyun almaqla bağlı söhbəti olmuşdur. 18 aprel 2021-ci il tarixdə, səhər saatlarında qardaşı Şamil işə, atası İsmayıl qardaşı Fədai ilə birlikdə fermaya getmiş, özü isə evdə olmuşdur. Həmin gün saat 11-12 radələrində Zeydulla evdən getmiş, onun hara getməsi barədə məlumatı olmamışdır. 18 aprel 2021-ci il tarixdə, axşam saatlarında Cəlilabad şəhəri ərazisində yerləşən “Kral” adlı kafeyə gedib qardaşı Şamildən anbarın açarını götürmüş, həmin vaxt Şamil onu kafeyə yeməyə dəvət etmiş, lakin o, yemək istəmədiyini bildirib geri qayıtmışdır. Həmin gün Şamilin kafedə kiminlə birlikdə olması barədə məlumatı yoxdur. 18 aprel 2021ci il tarixdə Zeydullanın qoyun almaq istəməsindən, eləcə də onun həmin gün Elvindən 8.000 manat, Mirhəşim adlı şəxsdən 5.000 manat borc pul almasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tanımış və aralarında yaxın münasibətləri olmuşdur. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tanısa da, Mehmet Alini tanımamışdır. Mərhum Zərərçəkmiş şəxs toylarda müğənnilik edən şəxs kimi tanımışdır. 16 aprel 2021-ci il tarixdə Zeydulla ona zəng edib istifadəsində olan VAZ-2107 markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün ona verməsini xahiş etmiş, o da avtomobilini Zeydullaya vermişdir. Avtomobili 16-18 aprel 2021-ci il tarixlərdə Zeydullada olmuşdur. Həmin ərəfələrdə o, koronavirus xəstəliyinə tutulduğundan evində olmuş, avtomobil lazım olmamış, lakin arvadı koronavirus xəstəliyinə tutulub vəfat etdiyindən avtomobil lazım olduğundan 19 aprel 2021-ci il tarixdə Zeydullaya zəng edib avtomobili geri gətirməsini demiş, Zeydulla da həmin gün səhər saatlarında avtomobili yaşadığı evə gətirib ona təhvil vermişdir. Zeydullanın avtomobili hansı məqsədlə ondan alması barədə məlumatı yoxdur. Bir dəfə, 2021-ci ilin aprel ayının əvvəllərində Əflatun ona zəng edib Zeydullanı görübgörmədiyini soruşmuş, o da xəstə olduğunu evdən çıxmadığını demiş və Əflatun telefonu söndürmüşdür. Sonradan eşitmişdir ki, Zeydulla və Famil Əflatununun öldürülməsində təqsirli bilinib tutulmuşlar. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 qohumudur, hamı ona “Samir” adı ilə çağırır. Mərhum Əflatunu isə Zeydulla vasitəsilə tanımışdır. Bildiyinə görə Əflatun toylarda müğənnilik etməklə, həm də sələmə pul verməklə məşğul olmuşdur. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tanısa da, Mehmet Alini tanımamışdır. 16 aprel 2021-ci il tarixdə, səhər saatlarında Cəlilabad şəhərində, “Bağ” adlanan yerin yaxınlığından keçərəkən orada olan çayxanada Famil və Əflatunun oturub çay içib söhbət etdiklərini görmüşdür. Həmin vaxt Əflatun da onu görüb yanına çağırmış, o da gedib onlarla oturub çay içmişdir. Söhbət zamanı Əflatun ondan Zeydullanı görüb-görmədiyini soruşmuş, o da görmədiyini demişdir. Orada o, Əflatundan niyə bikef olduğunu soruşmuş, o da Zeydulla ilə aralarında pul məsələsi olduğunu, Zeydullanın onun zənglərinə cavab vermədiyini, bu səbəbdən əsəbləşdiyini demişdir. Əflatun Zeydullanın ona nə qədər borcu olduğunu deməsə də, Zeydullanın ona borcunun çox olduğunu bildirmişdir. Sonra o, onlardan ayrılıb getmişdir. Həmin gün axşam saatlarında Əflatun ona zəng edib Zeydullanı görüb-görmədiyini soruşmuş, o da Zeydullanı görmədiyi bildirmiş, bundan sonra Əflatunla telefonla əlaqəsi olmamış və onu bir daha görməmişdir. Sonradan eşitmişdir ki, Zeydulla, Famil və başqa bir nəfər şəxs Əflatunu öldürməkdə təqsirli bilinib həbs olunmuşlar. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Mehmet Alini tanımamışdır. Təqsirləndirilən şəxs3 tanıyır, münasibətləri yaxşı olmuş, həmçinin qohumdurlar, Zeydulla xalasının kürəkənidir. 18 aprel 2021-ci il tarixdə, səhər saatlarında Zeydulla ona zəng vurub borc pul istəmiş, o da pulu olmadığını demişdir. Bir az sonra Zeydulla yaşadığı evin qapısına gəlib onunla görüşmüş və küçədə saxladığı maşında oturub söhbət etməsini demiş, o da keçib maşına əyləşmişdir. Zeydulla ona 8.000 manat pula ehtiyacı olduğunu bildirmiş, o da bu qədər pul verə bilməyəcəyini demiş, sonra Zeydulla Cəlilabad rayonunun Çinar kəndində 14.000-15.000 manat dəyərdə qoyun satıldığını, həmin qoyunları almaq üçün pul lazım olduğunu, qısa müddətdə borcunu qaytaracağını demişdir. O, borcunu nə vaxt qaytara biləcəyini soruşmuş, Zeydulla da qoyunları ucuz danışdığını, qoyunları aldığı vaxtdan 1 ay sonra pul lazım olsa qoyunları satıb qaytaracağını demişdir. Bundan sonra o, maşından düşüb pulu gətirmək üçün evinə gedərkən göy rəngli VAZ-2106 markalı avtomaşın gəlib Zeydullanın idarə etdiyi avtomaşından 2-3 metr aralıda dayanmış və avtomaşında iki nəfər tanımadığı şəxs olmuşdur. Sonra Zeydulla öz avtomobilindən düşüb həmin avtomobilə əyləşmişdir. O, yaşadığı evə gedib 8.000 manat pulu götürüb küçəyə çıxmış, həmin vaxt küçədə bir az əvvəl gördüyü göy rəngli VAZ-2106 markalı avtomobilin artıq getdiyini görmüşdür. O, Zeydullanın maşınına oturub 8.000 manat pulu ona verdikdən sonra Zeydulla ona onunla birlikdə Seyidbazar kəndinə getməsini bildirmiş və onlar Seyidbazar kəndinə gedib fermada Zeydullanın atası ilə görüşmüşlər. Zeydullanın atası 8.000 manatın qoyunları almaq üçün azlıq etdiyini bildirib əlavə 5.000 manat da pul lazım olduğunu demişdir. Bundan sonra onlar Seyidbazar kəndindən çıxmışlar. Yolda olarkən o, Zeydullaya həmin məbləğdə pulu olmadığını, başqa bir şəxsdən də pul tapa bilməyəcəyini bildirmiş, Zeydulla isə ondan qohumu Mirhəşimdən 5.000 manat pul alıb ona verməsini, qısa zamanda pulu qaytaracağını deyib onunla görüşmələrini xahiş etmişdir. Bundan sonra o, Mirhəşimə zəng edib Zeydullanın onunla görüşmək istədiyini bildirmiş, sonra onlar Cəlilabad şəhərinə gedib Mirhəşimlə görüşmüşlər. Zeydulla Mirhəşimə 5.000 manat pul lazım olduğunu, həmin pulu tapmaqda ona köməklik göstərməsini xahiş etmiş, Mirhəşim də o qədər pulu olmadığını, lakin 2.000 manat verə biləcəyini demişdir. Sonra Zeydulla təkidlə Mirhəşimə pul tapmaqda ona kömək etməsini, 20 günə pulunu qaytaracağını demiş, Mirhəşim də başqa bir şəxsdən pul tapa biləcəyini deyib kənara çəkilib kiməsə zəng etmiş, sonra zəng etdiyi şəxsdən 3.000 manat götürə biləcəyini demişdir. Mirhəşimin kiminlə danışması barədə onun məlumatı olmamiışdır. Sonra Mirhəşim pul gətirmək üçün getmiş, 5-10 dəqiqə sonra onların yanlarına gəlib Zeydullaya 5.000 manat pul vermiş, Zeydulla da borc pulu qısa müddətdə qaytaracağını bildirmişdir. Sonra onlar Mirhəmişdən ayrılıb Cəlilabad şəhərinə gəlmişlər. Onlar yolda olarkən Zeydulla qardaşı Şamilə zəng edib həmin yerə gəlməsini demiş, az sonra Şamil də həmin yerə gəlmişdir. Zeydulla Şamilə onunla “Kral” kafesinə getməsini, özünun isə qardaşı Alxası götürüb onların yanına gələcəklərini demişdir. Bundan sonra o, Şamilin idarə etdiyi avtomobillə “Kral” adlı kafeyə getmiş, yemək sifariş verdikdən sonra Zeydulla və Alxas da onların yanına gəlmişdir. O, Zeydullanın qardaşı Şamili tanısa da, Alxasla orada tanış olmuşdur. Onlar birlikdə yemək yedikdən sonra Zeydulla avtomobil ilə onu evinə aparmışdır. Həmin gün saat 20 radələrində qoyun alıb-almadığını öyrənmək üçün Zeydullaya zəng vursa da, ona zəng çatmamış, sonradan o, Zeydullanı bir daha görməmişdir. Özünün və Mirhəşimin Zeydullaya borc verdikləri pullar bugünədək onlara qaytarılmamışdır. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Mehmet Alini tanımamış, Təqsirləndirilən şəxs3 isə əmisi nəvəsi Şahid10 vasitəsi ilə tanımışdır. 18 aprel 2021-ci il tarixdə, günorta saatlarında Elvinin xahişi ilə Cəlilabad şəhərində “Petrovka” adlanan ərazidə görüşmüşlər. Həmin vaxt Elvin onu Zeydulla ilə tanış tanış etmiş, həmçinin özünün də onunla qohum olmasını demişdir. Bu tanışlıqdan sonra Elvin Çinarlı kəndində münasib qiymətə qoyun satıldığını, bu səbəbdən Zeydulla ilə birlikdə həmin qoyunları almaq istədiklərini, özünün də bu işdə xeyri olduğunu, bunun üçün onların təxminən 7.000 manat pula ehtiyacları olduqlarını bildirib borca pul istəmiş və 20 günə həmin pulun qaytarılacağını demişdir. O, yalnız 2.000 manat verə biləcəyini demiş, lakin Elvin israr edib onlara 7.000 manat pul tapmasını xahiş etmişdir. O, tanışlarında olduğu halda yalnız 5.000 manat düzəldə biləcəyini demişdir. O, əvvəlcədən Elvinə 2.000 pulu olduğunu dediyi üçün onların yanından kənara çəkilib guya telefonla kiməsə zəng edirmiş kimi davranmış, sonra Elvingilə yaxınlaşıb tanışından əlavə 3.000 manat alacağını və həmin pulu gətirmək üçün getdiyini bildirib oradan getmişdir. Bundan sonra o, yaşadığı evə gedtib evdən 5.000 manat pulu götürüb Elvingilin yanına qayıtmış və 5.000 manat pulu Elvinə vermişdir. Həmin vaxt Elvin pulu özü qaytaracağını bildirmiş, sonra Elvin və Zeydulla birlikdə gəldikləri VAZ-2107 markalı avtomobilə minib getmişlər. Avtomobili Zeydulla idarə etmişdir. Elvinə Zeydulla üçün verdiyi pul bu günədək ona qaytarılmamışdır. Sonradan eşitmişdir ki, Zeydulla Cəlilabad rayon sakini Əflatun adlı şəxsin öldürülməsində təqsirləndirilərək həbs olunmuşdur. Məhkəmə iclasında Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əmisi oğludur. Əmisi Əzizağanın evi qonşuluqda yerləşir. Əmisi oğlu Famillə və onun ailə üzvləri ilə münasibəti hər zaman yaxşı olmuşdur. Özünə məxsus VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Lazım olunda əmisi oğlu Famil də həmin avtomobildən istifadə etmişdir. Familin dostu Türkiyə vətəndaşı Mehmet Alini tanıyır, Mehmet Ali tez-tez Familin evinə qonaq gəlmişdir. X77 evini tikdiyi vaxtdan tanımış, onunla münasibəti normal olmuşdur. 17 aprel 2021-ci il tarixi şənbə günü olduğu üçün işə getməmiş, evində olmuşdur. Həmin gün əmisi Əzizağanı Cəlilabad rayonunun Qarazəncir kəndinin ərazisinə aparmış və oradan pəncərə ustalarını götürüb geri qayıtmışlar. Həmin gün axşam saatlarında ustalar köhnə pəncərələri plastik pəncərə ilə dəyişmiş, sonra o, ustaları Alar kəndinə aparmışdır. Geri dönərkən Famil ona zəng edib Cəlilabad şəhərində, “Bağ” adlanan ərazidə olduğunu, gəlib onu da götürməyini bildirmiş, o da həmin yerə getmiş və oradan Famili və Mehmet Alini avtomobilinə götürüb Babalı kəndinə, evlərinə gətirmişdir. Yolda o, Mehmet Alidən gəlməyinin səbəbini soruşanda Famil də evində yeni qoyulmuş pəncərələrin çərçivəsinin aşağısına beton tökülməli olduğunu, Mehmet Alinin də həmin işləri görmək üçün gəldiyini bildirmişdir. Ertəsi gün, yəni 18 aprel 2021-ci il tarixdə, bazar günü olduğu üçün evdə olmuşdur. Həmin gün saat 09 radələrində Famil yaşadıqları evə gəlib sement almaq üçün Təklə kəndinə getmək istədiyini deyib avtomobili ona verməsini xahiş etmiş, o da avtomobilini Familə vermişdir. Avtomobili verdikdən sonra Famil və Mehmet Ali avtomobilə oturub harasa getmişlər. Təxminən bir-iki saatdan sonra Famil zəng edib tələsdiyi üçün avtomobili gətirə bilmədiyini, gəlib avtomobili götürməsini xahiş etmiş, o da Familgilin həyətinə gedib avtomobili götürüb öz həyətinə gətirmişdir. Familgilin həyətinə gedən vaxt həyətdə Famil, Mehmet Ali və polis sahə rəisi Xəyyamın avtomobilində əyləşib getdiklərini görmüşdür. Həmin gün axşam saatlarında əmisi Əzizağa onu yanına çağırıb Familin telefonuna zəng çatmadığını deyib onun harada olmasını soruşmuş, o da məlumatı olmadığını bildirmiş, sonra özü də Familə dəfələrlə zəng etsə də, ona zəng çatmamışdır. 19 aprel 2021-ci il tarixdə, səhər saat 07 radələrində Mehmet Ali ona zəng edib Familə zəng çatmadığı üçün onunla danışa bilmədiyini, ola bilsin Familin yatıb qaldığını, Familin həmin gün səhər saatlarında icra hakimiyyətinə getməli olduğunu, buna görə də gedib Famili oyatmasını bildirmiş, o da evdə olmadığını Göytəpə şəhərinə getdiyini demişdir. Bir az sonra Famil ona ona zəng edib işə nə vaxt gedəcəyini soruşmuş, o da artıq evdən çıxdığını, Göytəpə şəhərinə getdiyini demişdir. Təqsirləndirilən şəxs3 bir dəfə Familin yanında görmüş, sonradan bilmişdir ki, onun adı Zeydulla olsa da, hamı ona “Samir” deyə çağırırlar. Mərhum Zərərçəkmiş şəxs tanımamışdır. 18 aprel 2021-ci il tarixdə Mehmet Ali və Familin harada olmaları barədə, həmçinin Familin Əflatun adlı şəxsə pul borcu olması barədə məlumatı olmamış, bununla bağlı heç nə eşitməmişdir. Famil tutulduqdan sonra eşitmişdir ki, Mehmet Ali və Famil Əflatun adlı şəxsin öldürülməsinə görə tutulmuşlar. Məhkəmə iclasında Şahid13 ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs tanımış və münasibətləri yaxşı olmuşdur. Əflatun sələmə, yəni faizə pul verməklə məşğul olmuşdur. İki dəfə Əflatundan aylıq müəyyən faizlə borc pul götürmüş, sonradan faizləri ilə həmin borc pulları tam ödəmişdir. Əflatunu sonuncu dəfə 2021-ci ilin aprel ayının əvvəllərində görmüşdür. Təqsirləndirilən şəxs3 tanıyır, Zeydulla əvvəllər onunla birlikdə statistika idarəsində işləmiş və yaxın münasibəti olmuşdur. Bildiyinə görə Əflatun Zeydullaya faizə borc pul vermişdir. Söhbət zamanı Əflatun ona Zeydulla və onun ailə üzvlərinin ona pul borcu olduğunu, lakin Zeydullanın borcunu ödəmədiyini demişdir. Əflatun Zeydullanın ona konkret olaraq nə qədər pul borcu olması və bununla bağlı aralarında başqa hər hansı problem olması barədə məlumat verməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 oğludur, tutulan vaxtadək oğlu Famil ailəsi ilə birlikdə onun evində yaşamışdır. Digər təqsirləndirilən şəxslər Mehmet Alini tanısaa da, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Oğlu Famil əvvəllər məktəbdə müəllim işləmiş, sonradan Təklə kənd icra nümayyəndəsi olmuşdur. Familin müəllim işlədiyi vaxtlarda müxtəlif şəxslərə borcu olmuş, lakin sonradan borclarını tam ödəmişdir. Familin nümayəndə işlədiyi dövrdə kiməsə borcu olması, o cümlədən Əflatun adlı şəxsə pul borcunun olması barədə barədə məlumatı yoxdur. Əvvəllər oğlu Famil Bakı şəhərində tikintidə işləyərkən tikinti ustası Türkiyə vətəndaşı olan Mehmet Ali ilə tanış olmuş, sonradan münasibətləri yaranmış və Mehmet Ali tez-tez yaşadıqları evə qonaq gəlmişdir. Evlərində aparılacaq təmir işi ilə bağlı Mehmet Ali 2021-ci ilin aprel ayında onların evinə gəlmişdir. Həmin günlərdə X104 birlikdə qardaşı oğlu Siyasətin maşını ilə Cəlilabad şəhərinə gedib tikinti materialı alıb evə gətirmişlər ki, təmir işlərinə başlasın. Həmin vaxt Mehmet Ali iki gün onların evində qalmış, sonra Bakı şəhərinə getmişdir. Famil tutulmamışdan bir müddət əvvəl sonradan adının Zeydulla bildiyi şəxs onlara gəlmiş, oğlu Famil həmin şəxsin Seyidbazar kənd icra nümayəndəsi olduğunu bildirmişdir. Həmin vaxt Mehmet Ali də onların evində olmuşdur. Famil, Zeydulla və Mehmet Ali söhbət etmiş, sonra onlar maşını minib harasa getmişlər. Onların nə barədə söhbət etmələri və hara getmələri barədə məlumatı olmamışdır. Həmin gün (18 aprel 2021-ci il) saat 22 radələrinədək Famil evə gəlməmişdir. Səhirsi gün gəlininin deməsindən bilmişdir ki, Famil və Mehmet Ali gecə saatlarında evə gəlmiş və səhər saatlarında əvvəlcə Mehmet Alinin, sonra Familin evdən getdiklərini bildirmişdir. Famil və Mehmet Alinin 18 aprel 2021-ci il tarixdə harada olmaları barədə məlumatı yoxdur. Famil tutulduqdan sonra ona məlum olmuşdur ki, Famil, Mehmet Ali və Zeydulla Əflatun adlı şəxsin öldürülməsində təqsirləndirilirlər. Oğlu Familin dediyinə görə tutulduqdan sonra polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün o, (Famil) Əflatunun öldürülməsində iştirak etdiyini bildirmişdir. Lakin oğlu Famil bildirir ki, Əflatunun öldürülməsində onun təqsiri yoxdur. İşdə olan, Cəlilabad RPŞ-nə ünvanlanmış 19 aprel 2021-ci il tarixli ərizə ilə müəyyən edilir ki, X12 atası Zərərçəkmiş şəxs 18 aprel 2021-ci il tarixdə, səhər saat 09 radəlrində yaşadığı Cəlilabad rayonunun Fərzili kəndində olan evindən çıxdığını və bir daha geri qayatmaması barədə məlumat verib tapılmasını xahiş etmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması haqında” 20 aprel 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Salyan rayonunun Noxudlu kəndinin ərazisində aşkar edilmiş, Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz C180” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin yerdə baxış keçirilmişdir. Avtomobilin qapıları bağlı olduğundan arxa sol qapısının şüşəsi sındırılaraq qapısı açıldıqdan sonra baxış başlanmışdır. Baxış zamanı avtomobilin sağ və sol qapı qanadlarının çöl hissəsində kol sürtünməsi izləri vardır. Həmin avtomobilin arxa hissəsində, bir metrlik məsafədə bir bağlama sarı rəngli silgi bezi, bağlamanın yanında həmin bağlamadan ayırlmış bir ədəd 30x30 sm ölçülü silgi bezi, bir ədəd “Turbo” markalı sprey və avtomobilin sağ hissəsindən 4 metrlik məsafədə olan su arxının yanından həmin bağlamadan ayrılmış bir ədəd 30x30 sm ölçüdə silgi bezi aşkar olunmuşdur. Avtomobilin arxa salonunda, rezin ayaqaltının üzərində qanaoxşar izlər, həmin ayaqaltı rezinin üzərindən bir cüt ayaqqabı, bir ədəd üzərində qanaoxşar izlər olan papaq, bir ədəd üzərində qanaoxşar izlər olan pambıq tampon, bir ədəd üzərində qanaoxşar izlər olan nalça, avtomobilin sürət qutu dəstəyinin yanında olan saxlanc yerindən 53 ədəd 100 ABŞ dolları (5300 ABŞ dolları) əsginasları, avtomobilin şiti üzərində olan saxlanc yerindən 33 ədəd müxtəlif şəxslərə məxsus “Kapital Bank”dan verilmiş plastik fermer bank kartları, 11 ədəd “Kapital bank”dan verilmiş pul kartları aşkar olunmuşdur. Avtomobilin arxa sağ ayaqaltından mal peyini, avtomobilin yük yerindən (baqaj) bir ədəd təzə bağlı qutuda “Harlem” markalı çörək bişirilən soba, bir ədəd yeni “Fennus” markalı elektrik ətçəkən maşın və bir ədəd 73 sm uzunluğunda, 12 mm diametrdə metal armatur aşkar olunaraq götürülmüşdür. Bundan başqa avtomobilin bütün oturacaq üzlükləri sökülərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa baxış zamanı avtomobilin salonunda və saxlanc yerində olan sənədlər və digər yazılı kağızlar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Baxış və götürmə aparılması haqında” 20 aprel 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz C180” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələri, Zərərçəkmiş şəxs məxsus vergi ödəyicisi şəhadənaməsi, müxtəlif sənədlər, plastik bank kartları, üzərində “mən X21, Zərərçəkmiş şəxs pul aldım, 27000 (iyirmi yeddi min) dollar və toplama işarəsi 3000 (üç min) dolar işarəsi” yazısı və imza olan A4vərəqi, üzərində müxtəlif yazılar olan digər A4 vərəqləri və kağızlar aşkar edilmişdir. İşdə olan, 22 aprel 2021-ci il tarixli “Akt”la müəyyən edilir ki, həmin tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən cinayət törətməkdə-Zərərçəkmiş şəxs öldürülməsində şübhəli olan Mahmudov X17 rayonunun Babalı kəndində saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində olan bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd dəftərçəni təqdim edib mobil telefonun özünə məxsus olmasını, dəftərçənin isə Əflatun Abddullayevə məxsus olmasını bildirmiş, sonra Famil Mazhmudov tutulub Cəlilabad RPŞ-nə gətirilmişdir. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 22 aprel 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi bir neçə gün əvvəl əynində olmuş paltarları- bir ədəd tünd boz rəngli pencək, bir ədəd tünd boz rəngli şalvar, bir ədəd açıq mavi rəngli köynək və bir cüt qara rəngli ayaqqabı qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 22 aprel 2021-ci il tarixli “Akt”la müəyyən edilir ki, həmin tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən cinayət törətməkdə-Zərərçəkmiş şəxs öldürülməsində şübhəli olan X1 rayonunun Seyidbazar kəndində saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs3 üzərində olan bir ədəd “Vertu” markalı mobil telefonu təqdim edib özünə məxsus olmasını bildirmiş, sonra Təqsirləndirilən şəxs3 tutulub Cəlilabad RPŞ-nə gətirilmişdir. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 22 aprel 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 könüllü olaraq təqdim etdiyi bir neçə gün əvvəl əynində olmuş paltarları-bir ədəd tünd rəngli pencək, bir ədəd göy rəngli şalvar, bir ədəd ağ rəngli köynək və bir cüt qara rəngli ayaqqabı qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 23 aprel 2021-ci il tarixli “Akt”la müəyyən edilir ki, həmin tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən cinayət törətməkdə-Zərərçəkmiş şəxs öldürülməsində şübhəli olan Türkiyə Respublikasının vətəndaşı X15 Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılmış, həmin vaxt X100 üzərində olan bir ədəd “Redmi” markalı mobil telefonu və bir ədəd qara rəngli pul qabını təqdim edib özünə məxsus olmasınıı bildirmiş, sonra X100 tutulub Cəlilabad RPŞ-nə gətirilmişdir. İşdə olan, “Götürmə aparılması haqqında” 24 aprel 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə X4 könüllü olaraq təqdim etdiyi bir neçə gün əvvəl əynində olmuş paltarları- bir ədəd qara rəngli gödəkcə və bir ədəd boz rəngli cins şalvar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 22 aprel 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi müdafiəçinin iştirakı ilə və videoçəkilişlə yoxlanılarkən Təqsirləndirilən şəxs2 cinayəti törətdikdən sonra, yəni Zərərçəkmiş şəxs öldürüldükdən sonra onun meyitin atıldığı yeri göstərmiş və həmin yerdə-Sabirabad rayonunun Çiçəkli kəndinin ərazisində qamışlıq sahədə baş nahiyəsində çoxsaylı xəsarətlər olan bir nəfər kişi meyiti aşkar olunmuş və həmin meyit qamışlıq ərizidən çıxarılıb daxili müayinə aparılması üçün MTE və PA Birliyinin Salyan rayon şöbəsinin rəisi (məhkəmə-tibbi ekspert) Müşfiq Ağabəyova təqdim edilmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı alın nahiyəsində, sağ tərəfdə 7x0,5 sm ölçdə yara, sol ənsə nahiyəsində 1,5x0,5 sm ölçüdə yara, alın sümüyünün qəlpəli sınığından ibarət xəsarətlər aşkar edilmişdir. Həmçinin meyitin əynində olmuş qara rəngli gödəkcə, üzərində qara rəngli kəməri olan tünd göy rəngli cins şalvar, qara rəngli köynək, qara rəngli qısaqol köynək və qara rəngli mayka, eləcə də paltarların ciblərində olan bir ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul və digər predmetlər, eləcə də meyitdən saç və dırnaq nümunələri qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 aprel 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində (Zərərçəkmiş şəxs öldürülməsində) istifadə edilmiş metol borunun hadisədən sonra atıldığı ərazini göstərmiş, həmin əraziyə baxış keçirilərkən aşkar edilmiş bir ədəd metal boru aşkar edilib qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 aprel 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, hadisə yerində- Cəlilabad RİHB-nın Təklə kənd İƏD üzrə Nümayəndəliyinin inzibati binasında olan otaqda mərhum Zərərçəkmiş şəxs yara yerindən axan qanın töküldüyünü və qan ləkələrinin sıçradığını yerləri əyani olaraq göstərmiş, otağın döşəməsinə vurulmuş kafel örtüklərin arasında və nümayəndənin xidməti otağına açılan qapıdan içəri tərəfdə olan iki ədəd parça materialdan olan ayaqaltı üzərində qanaoxşar ləkələrin olması aşkar edilmişdir. Otaqda döşəməyə vurulmuş üzərində qanaoxşar ləkələr olan 07 ədəd kafel və iki ədəd ayaqaltı qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. Həmçinin beton örtük üzərində müşahidə edilən qanaoxşar maddədən DNT çöpləri ilə 02 ədəd nümunə də götürülmüşdür. İşdə olan, “Götürmə aparılması haqqında” 23 aprel 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin əməkdaşı Elmir Əliyev istintaqa bir ədəd “Redmi” markalı, bir ədəd “Vertu” markalı, bir ədəd “Smasung” markalı mobil telefon, bir ədəd göy üzlüklü dəftərçə və bir ədəd qara rəngli pul qabı təqdim edib “Redmi” markalı mobil telefon və pul qabının Təqsirləndirilən şəxs1, bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd göy üzlüklü dəftərçənin Təqsirləndirilən şəxs2 və bir ədəd “Vertu” markalı mobil telefonun Təqsirləndirilən şəxs3 saxlanıldıqları vaxt götürüldüyünü bildirmişdir. Həmin predmetlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Mobil telefonlara və dəftərçəyə baxış keçirilməsi haqında” 25 aprel 2021ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Samsung” markalı mobil telefonun kontaktlar bölməsində 050/466-31-02 mobil telefon nömrəsinin “Əflatun Zeydulla” adı ilə, 050/560-89-30 mobil telefon nömrəsinin “Zeydulla sim” adı ilə, 055/977-10-30 mobil telefon nömrəsinin “Zeydulla Cin İN” adı ilə qeyd edilmişdir. Baxış zamanı 18 aprel 2021-ci il tarixdə gün ərzində telefonun kontaktına “Zeydulla sim” adı ilə qeyd edilmiş 050/560-89-30, “Əflatun Zeydulla” adı ilə qeyd edilmiş 050/466-31-02 və daha bir neçə mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda giriş və çıxış zəngləri, eləcə də buraxılmış və rədd edilmiş zənglər qeydə alınması aşkar edilmişdir. Həmçinin həmin gün saat 09:49-da “Əflatun Zeydulla” adı ilə qeyd edilmiş 050/466-31-02 mobil telefon nömrəsi ilə 34 saniyə, saat 11:07-də isə 21 saniyə davam edən telefon danışığı qeydə alındığı müəyyən edilmişdir. Həmçinin Kurtoğlu X28 istifadəsində olmuş “Redmi” markalı mobil telefonun kontaktlar bölməsində 055/977-10-30 mobil telefon nömrəsinin “numaydende” adı ilə, 050/645-56-15 mobil telefon nömrəsinin “Familll” adı ilə qeyd edildiyi aşkar edilmişdir. Telefonda olan “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə baxış zamanı həmin proqramda qeydiyyatdan keçirilmiş 070/329-35-04 telefon nömrəsi ilə mobil telefonun yaddaşına “Yenge” adı ilə qeyd edilmiş Azercell mobil operatoruna məxsus 050/873-43-76 telefon nömrəsi arasında 21 və 22 aprel 2021-ci il tarixlərdə yazışmalar olduğunu, yazışmalarda hər iki mobil telefon nömrəsinin istifadəçisinin bir-birilərinə mesaj göndərdiyi müəyyən edilmişdir. “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə mobil telefonun yaddaşına “Yenge” adı ilə qeyd edilmiş Azercell mobil operatoruna məxsus 050/873-43-76 telefon nömrəsindən 21 aprel 2021-ci il tarixdə, saat 22:23, 22:30 və 22:58 dəqiqələrdə “Neden bele oldii günah kimdedi bes, Mellim neyleyib ki, bizede bir soz demiler axii, Gelme, Yarin nolacag, yarini bekle” məzmunlu mesajlar göndərildiyi, həmin mesajlara cavab olaraq isə “Tmm, Ben size lazimim, Bilin” məzmunlu mesajlar göndərildiyi, bundan başqa “Yenge” adı ilə qeyd edilmiş Azercell mobil operatoruna məxsus 050/873-43-76 telefon nömrəsindən 21 aprel 2021-ci il tarixdə, saat 23:12 və 23:13 dəqiqələrdə “Bilirem, Bekle, Herkes perisan haldadi” məzmunlu mesajlar göndərildiyi, həmin mesajlara cavab olaraq isə “Ben olmedim, olmicem, Her şey benlikti” məzmunlu mesajlar göndərildiyi, həmçinin, “Yenge” adı ilə qeyd edilmiş Azercell mobil operatoruna məxsus 050/873-43-76 telefon nömrəsindən 21 aprel 2021-ci il tarixdə, saat 23:26 dəqiqədə “Tamam, Bekle sen” məzmunlu mesajlar göndərildiyi, həmin mesajlara cavab olaraq isə “Tmm, Benlikti, Hersey” məzmunlu mesajlar göndərildiyi müəyyən edilmişdir. Habelə “Göy üzlüklü” dəftərçəyə baxış zamanı dəftərçənin bir vərəqində kiril qrafikalı azərbaycan əlifbası ilə “Samir-X13 Seyidbazar kəndi icra nümayəndəsinə” 10-Vİ-18-ci il 50000 M verim”, “26-Vİİİ-20-ci il 15000 M verdim” “**-Xİ-***0-ci il 15000 M verdim”, 10-Xİİ- 20-ci il 3000 və 1000 ev üçün” yazıları qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa dəftərçənin müxtəlif vərəqlərində “Səm şot-7700”, “Ram B.O- 7000 M”, “Fazil 2500+300+60”, Yusif məllim Kirovka” 4000 m, “Elman Abdulu-7500 m”, “Nicat məlim başsız 8-İİ-2020” 8000 m 15%”, “Samir 26.8.15000 m, 2-9-2020 Şamil 1500 $, “Alxas İsmail oğlu Seyidbazar kəndi, Alxasa və Şamilə 2017-Vİİ 6000 $ 10000 m pul verim”, “Ramin Vəlxan oğluna 2020 1 fevralda 1000 $ və 1500 m verdim”, “Samir verəcəm pul 59000 m %1650 m”, “İsmail-24-xx-xx-3500 $, 15-İİ-18 2300 $ +2000”, X69 Seyidbazar kəndi-pul verdim. “10-5-2016 il 14500 m verdim”, 1-10-2016-il 6000 dolar verdim” xx-xx- 2016-il 4000 dolar verdim”, “Namik 22000 $, Şahin 6500 $, Namik 22000 $, cəmi 50500 $” və sair məzmunlu yazılar və rəqəmlərin qed olunması olması müəyyən edilmişdir. İşdə olan, 19 oktyabr 2021-ci il tarixli “Mütəxəssis rəyi” ilə müəyyən edilir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələrinə və işdə olan digər sənədlərə əsasən Zərərçəkmiş şəxs müxtəlif şəxslərə borc müqabilində aylıq müəyyən faizlə müxtəlif məbləğlərdə pul verib gəlir əldə etmişdir. Zərərçəkmiş şəxs məxsus borclarıün qeyd olunan dəftərçədə Təqsirləndirilən şəxs3, Alxas İsmayılov və digər şəxslərə müxtəlif məbləğlərlə pul verildiyi göstərilsə də, vahid qaydada üçot aparılmadığı, aylıq faizlərin məbləği, ödəniş cədvəli, edilmiş ödənişlərin məbləği ilə bağlı dəqiq məlumatlar qeyd olunmadığına görə dəftərçədə qeyd olunan məbləğlərdə pulların verilməsi ilə bağlı əldə olunmuş gələrin miqdarını müəyyən etmək mümkün deyildir. Şahid6 və Alxas İsmaylovun ifadələrinə və digər istin taq sənədlərinə əsasən Zərərçəkmiş şəxs onlara borc müqabilində aylıq müəyyən faizlə müxtəlif məbləğlərdə pul verməsi ilə bağlı cəmi 2754 manat məbləğində gəlir əldə etməsi dəqiq müəyyən edilmiş, həmçinqin Zərərçəkmiş şəxs məxsus borc dəftərçəsində və iş materiallarında adı keçən digər şəxslərə borc müqabilində aylıq müəyyən faizlə müxtəlif məbləğlərdə pul verilməsi ilə bağlı əldə edilmiş gəlirin miqdarını müəyyən etmək mümükün deyil. İşdə olan, “Mobil telefona, plastik bank kartlarına və sənədlərə baxış keçirilməsi haqında” 01 may 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs meyitinin üzərindən götürülmüş “Samsung” markalı mobil telefon aparatı sönülü vəziyyətdə olmaqla işləmir, habelə üzərində olan simkartlar da işlək vəziyyətdə deyil. Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən 33 ədəd “Kapital Bank”dan verilmiş fermer kartı, habelə “Shovkat İsmayılova”, “Şahid7”, “Elman Musayev”, “Gozal İsmailova” adına olan Kapital Bankdan verilmiş plastik kartlar, eləcə də müxtəlif məzmunlu sənədlər, üzərində əlyazma ilə yazılar yazılmış vərəqlər aşkar olunmuşdur. Avtomobildən aşkar olunmuş bir ədəd A4 vərəqi üzərində əlyazma ilə “X8 eflatun abdulayev pul aldım 27000$ + 3000$ 21.03.17” yazıları qeyd olunmuş və imza çəkilmişdir. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 27 may 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş (050) ***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055) ***-**-** mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda müxtəlif müddətlərdə çoxsaylı telefon danışıqları qeydə alınmışdır. Həmin nömrələr arasında sonuncu telefon danışığı 28 mart 2021-ci il tarixdə, saat 13:42 dəqiqədən etibarən 174 saniyə müddətində olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olmuş (050)466-31-02 mobil telefon nömrəsi ilə həmin nömrənin istifadə edildiyi 18 aprel 2021-ci il tarixədək Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (050)560- 89-30 mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda müxtəlif müddətlərdə çoxsaylı telefon danışıqları qeydə alınmışdır. Həmin nömrələr arasında sonuncu telefon danışığı 16 aprel 2021-ci il tarixdə, saat 18:04-dən etibarən 318 saniyə müddətində olmuş, anten məlumatlarına əsasən hər iki şəxs Cəlilabad rayonu ərazisində olmuşdur. Həmçinin baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş (050)466-31-02 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsi arasında 29 mart 2021-ci il tarixdən həmin nömrənin istifadə edildiyi 18 aprel 2021-ci il tarixədək müxtəlif vaxtlarda müxtəlif müddətlərdə telefon danışıqları qeydə alınmışdır. Həmin nömrələr arasında 18 aprel 2021-ci il tarixdə saat 09:49-da 36 saniyə müddətində telefon danışığı qeydə alınmış, anten məlumatlarına əsasən həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunun Təklə kəndi ərazisində, Zərərçəkmiş şəxs isə Cəlilabad şəhəri ərazisində olmuşdur. Həmin nömrələr arasında 18 aprel 2021-ci il tarixdə, saat 11:07-də 22 saniyə müddətində, saat 12:22-də isə 32 saniyə müddətində telefon danışığı qeydə alınmışdır. Habelə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (050)560-89- 30 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsi arasında 18 aprel 2021-ci il tarixdə 09:14-də 58 saniyə, saat 09:29da 24 saniyə, saat 09:55-də 12 saniyə telefon danışığı, eləcə də 19 aprel 2021-ci il tarixdə də danışıqlar qeydə alınmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 050)560-89-30 mobil telefon nömrəsinə 11 aprel 2021-ci il tarixdə, saat 11:14-də, 18 aprel 2021-ci il tarixdə saat 09:11 və saat 09:23-də, 19 aprel 2021-ci il tarixdə isə saat 08:43-də X108 Kurtoğlunun istifadəsində olmuş (070)329-35-04 mobil telefon nömrəsindən buraxılmış zəng olunması barədə sms daxil olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (050)560-89-30 mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)329-35-04 mobil telefon nömrəsindən 17 aprel 2021-ci il tarixdə, 21:48-də “Gjhgj” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş (050)466- 31-02 mobil telefon nömrəsi arasında 18 aprel 2021-ci il tarixdə 09:49-da 36 saniyə müddətində telefon danışığı qeydə alınmış, anten məlumatlarına əsasən həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunun Təklə kəndi ərazisində, Zərərçəkmiş şəxs isə Cəlilabad şəhəri ərazisində olmuşdur. Həmin nömrələr arasında 18 aprel 2021-ci il tarixdə, saat 11:07-də 22 saniyə müddətində, saat 12:22-də isə 32 saniyə müddətində telefon danışığı qeydə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)329-35-04 mobil telefon nömrəsinə 17 aprel 2021-ci il tarixdə, saat 15:40da “Samir deyecek paranı 3 cü gün verecem. Sen de yox. 5 i bu gün 5 i 3 cü gün.Ya da 10 uda bu gün” məzmunlu mesaj göndərilmişdir. Habelə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsi ilə 18 aprel 2021-ci il tarixdə saat 17:47-də Şahid1 adına olan (050)677-07-10 mobil telefon nömrəsi ilə 18 saniyə telefon danışığı qeydə alınmış, anten məlumatlarına əsasən həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 Saatlı rayonunun Azadkənd kəndinin ərazisində olmuşdur. Bundan başqa 18 aprel 2021-ci il tarixdə, saat 18:04-də X33 adına olan (055)718-49-49 mobil telefon nömrəsi ilə 48 saniyə, saat 18:06-də (055)574-14-00 mobil telefon nömrəsi ilə 22 saniyə telefon danışığı qeydə alınmış, anten məlumatlarına əsasən həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs2 Saatlı rayonunun, “Aqropark” ərazisində olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsinə 18 aprel 2021-ci il tarixdə, saat 17:24-də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (050)560-89-30 mobil telefon nömrəsindən buraxılmış zəng olunması barədə sms daxil olmuş və anten məlumatlarına əsasən həmin vaxt Təqsirləndirilən şəxs2 Saatlı rayonunun “Aqropark” ərazisində olmuşdur. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 06 iyun 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055)977-10-30 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)645-56-15 mobil telefon nömrəsi arasında 22 mart 2021-ci il tarixdə, saat 12:22-dan etibarən 12 saniyə, 23 mart 2021-ci il tarixdə, saat 13:28-dən etibarən isə 18 saniyə telefon danışığı qeydə alınmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055)977-10-30 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)645-56-15 mobil telefon nömrəsinə 24 mart 2021-ci il tarixdə, saat 08:12-də “Gunaydin, nasilsin, il” məzmunlu, 29 mart 2021-ci il tarixdə, saat 08:56-də isə “slm, sabahin, heyi, nas” məzmunlu mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055)977-10-30 mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)645-56-15 mobil telefon nömrəsindən 24 mart 2021-ci il tarixdə, saat 08:12 dəqiqədə “Gunaydin, nasilsin, ilaci, bugun, goturecem, yani, dermani,” məzmunlu, 29 mart 2021-ci il tarixdə, saat 08:56-da isə “slm, sabahin, heyi, nasilsin, telefonunda, bagli” məzmunlu mesajlar göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055)977-10-30 mobil telefon nömrəsi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş (050)466-31-02 mobil telefon nömrəsi arasında 01 fevral 2021-ci il tarixdən həmin nömrənin istifadə edildiyi 30 mart 2021-ci il tarixədək müxtəlif vaxtlarda müxtəlif müddətlərdə telefon danışıqları qeydə alınmışdır. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 12 iyul 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)329-35-04 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsi arasında 17 aprel 2021-ci il tarixdə, saat 14:32-də qeydə alınmış telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 Salyan şosesi, 25-ci km, Qaradağ ərazisində olmuşdur. Həmin mobil nömrələr arasında sonuncu telefon danışığı 18 aprel 2021-ci il tarixdə, saat 12:20də qeydə alınmış və həmin danışıq zamanı Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, H.Əliyev prospekti 150 ünvanında olmuşdur. Habelə müyyən edilir ki, (070)329-35-04 mobil telefon nömrəsi vasitəsilə internetdən (GPRS) istifadə məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 18 aprel 2021-ci il tarixdə, saat 14:44-də Cəlilabad rayonunun Üçtəpə kəndinin ərazisində, 18 aprel 2021-ci il tarixdə, saat 18:12-də Biləsuvar rayonunun Günəşli kəndinin ərazisində, 18 aprel.2021-ci il tarixdə, saat 18:27-də Salyan rayonunun Sarvan kəndinin ərazisində, 18 aprel.2021-ci il tarixdə, saat 18:33-də Sabirabad rayonunun Moranlı kəndinin ərazisində, 18 aprel 2021-ci il tarixdə, saat 18:52-də Sabirabad rayonunun Muğangəncəli kəndinin ərazisində, 18 aprel 2021-ci il tarixdə, saat 22:49-da ünvan 7 ünvanında, 19 aprel 2021-ci il tarixdə, saat 05:42-də Cəlilabad rayonunun Cəlayir kəndinin ərazisində olmuşdur. İşdə olan, Cəlilabad RPŞ-nin 14 iyun 2021-ci il tarixli, 142-18513-1221 nömrəli arayışı ilə müəyyən edilir ki, “Mersedes Benz C 180” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 mart 2016-cı il tarixdə Cəlilabad rayonunun Fərzili kənd sakini Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. Həmin avtomobil axırıncı dəfə 27 mart 2016-cı il tarixdə Cəlilabad rayonunun Fərzili kənd sakini X14 etibarnamə əsasında verilmiş, lakin, həmin etibarnamənin müddəti 06 mart 2017-ci il tarixdə bitmişdir. İşdə olan, Cəlilabad RPŞ-nin 10 oktyabr 2021-ci il tarixli, 142-35349-1221 nömrəli məktubunda (əməliyyat tapşırığına cavabda) göstərilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 18 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşdükləri zaman onlara Əfatun Abdullayevi öldürmələri üçün əvvəlcə 10000 (on min) manat, daha sonra isə əlavə olaraq 10000 (om min) manat verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi Əfatun Abdullayevin meyitini Sabirabad rayonu ərazisində qamışlıq əraziyə atdıqdan sonra Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz C180” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Salyan rayonu ərazisinə apararaq orada saxladıqdan Cəlilabad rayonunun Babalı kəndinə gəldikləri avtomobillərin dövlət qeydiyyat nişanını, həmin avtomobillərin sürücülərinin şəxsiyyətini, eləcə də həmin vaxt Əflatuna məxsus avtomobili saxladıqları əraziyə onların ardınca boz rəngli Mersedes Panorama markalı avtomobilin gəlib-gəlməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa avtomobildə olan əl izlərini təmizləmək üçün Sabirabad rayonunun Moranlı kəndinin ərazisində, yolun kənarında yerləşən marketdən aldığı parça və şüşə təmizləmək üçün mayeni ona satmış şəxsin şəxsiyyətini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərindən götürdükləri 2600 manat pulun özlərində qalan hissələrini nə etmələri, həmin pul vəsaitlərinin harada olmasını, hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş qırmızı rəngli köynəyin yerini müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs sələmçilik fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş, lakin, onun nə vaxtdan məşğul olması, hansı şərtlərlə və hansı qaydada sələmə pul verməsi, konkret olaraq kimlərə sələmə pul verməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs3 və qardaşı Şahid6 Zərərçəkmiş şəxs sələmə pul almaları müəyyən olunmuş, lakin, konkret olaraq hansı məbləğdə, nə vaxt və hansı şərtlərlə pul götürməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 aprel 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasına əsasən meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: başın yumşaq toxumalarının iç səthində, beynin qişaları altına, beyin toxunasına, beyin mədəciklərinə qansızmalar, kəllə qapağının alın sümüyünün qaəpəli basılmış açıq sınığı, başın təpə, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları. Bu xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində törənmiş alıntəpə sümüklərinin sınığı və baş beynin qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən təxminən 3-4 gün əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spiti və narkotik maddələr aşkar edilmişdir. Zərərçəkmiş şəxs xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs şəxslə mərhum müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdi. Bu xəsarət qısa zaman çərçivəsində yetirilmişdir. Lakin güman ki, baş nahiyəsinə zərbə öndən-arxaya istiqamətdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitində kəllə tağının alın sümüyündəki basılmış sınığın ölçülərinə və xarakterinə əsasən bu xəsarət məhdud zərbə səthli bərk küt əşyanın (əşyaların) təsirindən yetirilə bilərdi. Zərərçəkmiş şəxs meyitində yuxarıda qeyd olunanlardan başqa xəsarət aşkar olunmamışdır. Baş nahiyəsindəki həyat üçün təhlükəli ağır xəsarətləri aldıqdan sonra Zərərçəkmiş şəxs sərbəst və məqsədyönlü hərəkət etməsi mümkün deyildir. İşdə olan, məhkəmə-lifli ekspertizasının 30 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jaketin səthi üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkcənin, 01 ədəd şalvarın, 01 ədəd jaketin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs3 məxsus olduğu qeyd edilən 01 ədəd pencəyin, 01 ədəd şalvarın, 01 ədəd şalvarın, 01 ədəd köynəyin, Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın tərkib liflərindən yoxdur. İşdə olan, məhkəmə-genetik ekspertizasınnın 09 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, bir ədəd sol arxa rezin ayaqaltı, iki ədəd ayaqqabı, bir ədəd papaq, bir ədəd qırmızı rəngli nalça, bir ədəd üzərində qanabənzər maddə olan pambıq, arxa oturacağın ayaqaltından götürülmüş iki ədəd tampon, sağ ön oturacağın üzlüyünün baş hissəsindən kəsilmiş bir ədəd parça və arxa oruracağın parça üzlüyünün bir ədəd böyük hissəsinin sağ tərəfi və sol tərəfləri üzərində olan qanabənzər maddələr insan qanıdır. Həmçinin, rulondan kəsilmiş bir ədəd sarı rəngl silgi bezi üzərində olan ləkələrin insan qanı olmadığı müəyyən edilmişdir. Bir ədəd sol arxa rezin ayaqaltı, iki ədəd ayaqqabı, bir ədəd papaq, bir ədəd qırmızı rəngli nalça, bir ədəd üzərində qanabənzər maddə olan pambıq, arxa oturacağın ayaqaltından götürülmüş iki ədəd tampon, sağ ön oturacağın üzlüyünün baş hissəsindən kəsilmiş bir ədəd parça və arxa oruracağın parça üzlüyünün bir ədəd böyük hissəsinin sağ tərəfi üzərində olan qan nümunələri X3 bioloji valideyninə məxsusdur. iki ədəd turbo markalı sprey, silgi bezi rulonundan kəsilmiş üç ədəd silgi bezi, sol ön oturacağın üç hissədən ibarət parça üzlüyü, sağ ön otuacağın üç hissədən ibarət parça üzlüyü, arxa oturacağın beş ədəd kiçik hissədən ibarət parça üzlüyü və bir ədəd sağ arxa ayaqaltından götürülmüş mal peyini üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. İşdə olan, əlavə məhkəmə-genetik ekspertizasının 01 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ifadənin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş iki ədəd tampon üzərində olan qanabənzər maddələr, yeddi ədəd kafel, iki ədəd parça ayaqaltı, Zərərçəkmiş şəxs meyitinin əynində olmuş-bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli jaket, bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 təqdim etdiyi-bir ədəd pencəyin yaxasında, bir ədəd şalvarın sol ön tərəfi, bir ədəd köynəyin sol ön tərəfi üzərində aşkar edilmiş ləkələr insan qanıdır. Təqsirləndirilən şəxs3 təqdim etdiyi-bir ədəd pencəyin sağ qolunun dirsək hissəsində, bir ədəd şalvarın sağ ayağının ətəyi, bir ədəd köynəyin sağ qolu, Təqsirləndirilən şəxs1 təqdim etdiyi-bir ədəd gödəkcənin sağ qolu, bir ədəd cins şalvarın sağ cibi üzərində aşkar olunmuş ləkələrin insan qanı olmadığı müəyyən edilmişdir. İfadənin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş iki ədəd tampon, dörd ədəd kafel, bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli jaket, bir ədəd göy rəngli cins şalvar üzərində olan qan nümunələri və Zərərçəkmiş şəxs dırnaqları altında olan bioloji mənşəli materiallar, həmçinin “Mersedes Benz C180” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və hadisə yerinə baxış zamanı götürülərək Cəlilabad RPŞ-nin HK-1, 749 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə KTİ-nə təqdim edilmiş-bir ədəd sol arxa rezin ayaqaltı, iki ədəd ayaqqabı, bir ədəd papaq, bir ədəd qırmızı rəngli nalça, bir ədəd üzərində qanabənzər maddə olan pambıq, arxa oturacağın ayaqaltından götürülmüş iki ədəd tampon, sağ ön oturacağının oturacağın üzlüyünün baş hissəsindən kəsilmiş bir ədəd parça və arxa oturacağın parça üzlüyünün bir ədəd böyük hissəsinin sağ tərfi üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd pencəyin yaxası, bir ədəd şalvarın sol ön tərəfi, bir ədəd köynəyin sol ön tərəfi üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs2 məxsusdur. Üç ədəd kafel, bir ədəd parça ayaqaltı, Təqsirləndirilən şəxs3 təqdim etdiyi-bir ədəd pencəyin sağ qolunun dirsək hissəsi, bir ədəd şalvarın sağ ayağının ətək hissəsi, bir ədəd köynəyin sağ qolu, Təqsirləndirilən şəxs1 təqdim etdiyi-bir ədəd gödəkcənin sağ qolu, bir ədəd cins şalvarın sağ cibi üzərində olan tünd rəngli ləkələr üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə edilməsi üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Bir ədəd metal boru, Təqsirləndirilən şəxs2 təqdim etdiyi-bir cüt ayaqqabı, bir cüt corab, Təqsirləndirilən şəxs3 təqdim etdiyi bir cüt ayaqqabı üzərində vizual olaraq qanabənzər ləkələr aşkar edilməmişdir. Bu səbəbdən həmin obyektlərdən müqayisəli DNT tədqiqatının aparılması üçün nümunələr götürülməmişdir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs3 ona istinat edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimati təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs3 cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkələrini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona istinat edilən əməli törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini törədən zaman şüur və davranışlarına təsir göstərə biləcək psixi-emosional vəziyyətdə olmamışdır. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 iyun 2021-ci il tarixli, 1361 №-li rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimati təhlükəliliyini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunmuş cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törədən zaman şüur və davranışlarına təsir göstərərək dərketməsini məhdulaşdıra biləcək psixiemosional vəziyyətdə olmamışdır. İşdə olan, “Sübutların qiymətlərindirilməsi haqqında” 20 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə istintaq orqanı tərəfindən götürülmüş iki ədəd tampon üzərində olan qanabənzər maddələr, yeddi ədəd kafel, iki ədəd parça ayaqaltı, bir ədəd metal boru, Zərərçəkmiş şəxs meyitinin əynində olmuş-bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli jaket, bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 təqdim etdiyibir ədəd pencək, bir ədəd şalvar, bir ədəd köynək, Təqsirləndirilən şəxs3 təqdim etdiyi-bir ədəd pencək, bir ədəd şalvar, bir ədəd köynək, Təqsirləndirilən şəxs1 təqdim etdiyi-bir ədəd gödəkcə, bir ədəd cins şalvar, “Mrsedes Benz C180” markalı, **-OJ-*** DQN-li avtomobilə aid-bir ədəd sol arxa rezin ayaqaltı, bir cüt ayaqqabı, bir ədəd papaq, bir ədəd qırmızı rəngli nalça, bir ədəd üzərində qanabənzər maddə olan pambıq, iki ədəd tampon, sağ ön oturacağın üzlüyünün baş hissəsindən kəsilmiş bir ədəd kiçik parça hissəsi və arxa oturacağın parça üzlüyünün 01 (bir) ədəd böyük hissəsi, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs1na məxsus bir ədəd “Redmi” markalı, Zeydulla İsmaılova məxsus “Vertu” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Cəlilabad rayon prokurorluğunun sübutlar otağına təhvil verilmiş, mərhum Zərərçəkmiş şəxs məxsus olmaqla qeydlər aparılomış bir ədəd göy üzlüklü dəftərçə, üzərində “X8 eflatun abdulayev pul aldım 27000$ + 3000$ 21.03.17” yazıları qeyd olunmuş və imza çəkilmiş bir ədəd A4 vərəqi, istintaq hərəkətlərin keçirilərkən aparılmış videoçəkilişin yazıldığı 4 (dörd) ədəd CD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı 3 (üç) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Həmçinin bu qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Şahid6, X26, Şahid10, Şahid11, X20 və Şahid7 barəsində CPM-nin 39.2-ci maddəsinə əsasən (törədilmiş cinayətə aidiyyəti olmadığına və ya təqsirliliyi sübuta yetirilmədiyinə görə), habelə Şahid12 barəsində CPM-nin 39.2.1-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadığına görə) CM-nin 307-ci maddəsi ilə, eləcə də Təqsirləndirilən şəxs2 polis əməkdaşları Səbuhi Mirzəyev və qeyriləri tərəfindən döyülməsi ilə bağlı xüsusatlar təsdiq olunmadığına görə həmin xüsusatlar üzrə CPM-niin 39.1.1-ci maddəsinə əsasən (cinayət hadisəsi olmadığına görə) cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayevin 18 iyun 2021-ci il tarixli ərizəsi və həmin tarixli qəbzlə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin xahişi nəzərə alınaraq istintaq orqanı tərəfindən mərhum Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz G180” marakalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 5.300 (beş min üç yüz) ABŞ dolları pul vəsaiti X7 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə məhkəmə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Əflatunun öldürülməsi ilə bağlı Zeydullanın onlara sifariş verməməsi, onların birlikdə Əflatunu öldürülüb onda olan borcların yaızıldığı dəftərçəni götürüldükdən sonra Zeydullanın onlara iyirmi min manat pulun verəcəyi barədə əvvəlcədən razılaşmalarının olmaması, Əflatunu öldürmək üçün onların arasında əvvəlcədən razılaşmalarının olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış istintaq hərəkətlərinə dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Əflatunun öldürülməsi ilə bağlı Zeydullanın ona və Familə sifariş verməməsi, Familin və onun birlikdə Əflatunu öldürülüb onda olan borcların yaızıldığı dəftərçəni götürüldükdən sonra Zeydullanın onlara iyirmi min manat pulun verəcəyi barədə olan halların doğru olmaması, Əflatunu öldürmək üçün Famillə əvvəlcədən razılaşmasının olmaması, ibtidai istintaq zamanı ona qarşı təzyiqlər olduğu üçün, həm də aldadıldığına görə Əflatunu Zeydullanın sifarişi ilə və Famillə birlikdə öldürməsini deməsi, əslində isə bu hadisənin təsadəfən baş verməsi, yəni Əflatun söyüş söydüyünə görə özünün tək olaraq dəmir boru ilə Əflatunun başına vurub öldürməsi, Əflatunun öldürülməsində Familin iştirak etməməsi, hadisə zamanı Familin otaqda olmaması, hadisədən əvvəl Familin evinə tikinti işləri ilə bağlı gəlməsi, Zeydullanın Əflatuna olan borc pulla bağlı özünün və Familin Zeydulla ilə söhbətlərin olmamasına dir hallar, habel Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Əflatunun öldürülməsi ilə bağlı Zeydullanın ona və Mehmet Aliyə pulla sifariş verməməsi, Əflatunun öldürülmələri üçün onun Mehmet Ali ilə qabaqcadan əlbir olmaması və Əflatunun öldürülmsində iştiak etməməsi, X70 tək öldürməsi və həmin vaxt onun otaqda olmaması, hadisədən X106 onu öldürməklə hədələdiyinə görə ilkin ifadəsində hadisə barədə yanlış ifadə verməsi, tutulduqdan sonra polis əməkdaşlarının onu döyüb işgəncə verməsi, dahap sonra isə ona qarşı təzyiqlərin olması və onun bu təzyiqlərin təsiri altında Əflatunun öldürülməsində iştirak etməsi barədə ifadə verməyə məcbur edilməsinə dair hallar, eləcə də Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni Zərərçəkmiş şəxs faizi ilə birlikdə 11.300 manatdan artıq borcunun olmaması, Famil və Mehmet Ali ilə Əflatunu öldürmək, eləcə də borcla bağlı tələbinin olmaması üçün Əflatuna qarşı zor tətbiq edilməsi barədə aralarında söhbətlərin olmaması, Əflatunun öldürülməsi ilə bağlı onun Familə və Mehmet Aliyə sifariş verməməsi, Familin və X71 öldürülüb onda olan borcların yaızıldığı dəftərçəni götürüldükdən sonra onun onlara iyirmi min manat pul verəcəyi barədə razılaşmalarının olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs Samrat Abdullyevin və şahidlər-Şahid10, Şahid11, İsmayıll İsmayılov, Şahid6, Alxas İsmayılov, Şahid4, Şahid5, Şahid2, Şahid12 və Şahid13 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq orqanının 20 oktyabr 2021-ci il tarixli qərarı (bu qərara əsasən Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiq olunmadığına görə həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərlə (həmin vaxt təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda göstərilən cinayətləri törətmələrini tam olaraq etiraf etmişlər), eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı, eyni zamanda biribiri ilə müdafiəçilərin iştirakı və videoçəkilişlə aparılmış üzləşdirmə zamanı verdikləri ifadələri ilə (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrində Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs təxminən 100.000 manata yaxın pul borcunun olması və Zeydullanın həmin borcu qaytara bilməməsi, Zeydullanın həmin borcdan xilas olması üçün Əflatunda olan borcların yazıldığı dəftərin ondan götürülməsi, necə olursa olsun onun (Zeydullanın) bu borcdan xilas olması üçün hətta Əflatunun öldürülməsinə sifariş verməsi və buna görə onlara cəmi iyirmi min manat pul verəcəyinə söz verməsi, onların da Zeydullanın bu sifarişinin icrası ilə bağlı Əflatunu icra nümayəndəliyin inzibati banasına aparıb orada ona təzyiqlər etmələri, sonra isə otaqda dəmir boru ilə Əflatunun baş nihiyəsinə vurub öldürmələrini və ittihamda göstərilən digər halları göstərmişlər), telefon danışıqlarına dair məlumatlar, o cümlədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050)645-56-15 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)329-35-04 mobil telefon nömrəsinə 17 aprel 2021-ci il tarixdə “Samir deyecek paranı 3 cü gün verecem. Sen de yok. 5 i bu gün 5 i 3 cü gün. Ya da 10 uda bu gu gün” məzmunlu mesaj göndərilməsi və digər telefon danışıqlarına dair məlumatlar, məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslərin biri-biri ilə ziddiyyət təşkil edən (müəyyən hallar üzrə biri digərini təkzib edən, bəzi hallar üzrə təsdiq edən) ifadələr verməsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə Təqsirləndirilən şəxs3 pul borcu olduğu şəxs Zərərçəkmiş şəxs öldürülməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sifariş verməmiş, Təqsirləndirilən şəxs3 18 aprel 2021-ci il tarixdə Elvin Əsgərovdan 8.000 manat və sonuncunun köməyi ilə Şahid11 5.000 manat olmaqla cəmi 13.000 manat borc pulu alması bu pulun Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı Təqsirləndirilən şəxs1na və Təqsirləndirilən şəxs2 verilməsi üçün deyil, bir müddət əvvəl qardaşı Alxasdan götürdüyü 13.000 manat pulun ona qaytarılması ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri tam əsassızdır. Belə ki, iş üzrə tədqiq olunmuş sübutlarla, o cümlədən müdafiə tərəfinin istinad etdiyi sübutlarla, yəni şahidlər Elvin Əsgərov, Şahid11, Alxas İsmayılov, Şahid7 və Şahid6 ifadələri, eləcə də Təqsirləndirilən şəxs3 ibtidai istitaq və məhkəmə istintaqı zaman verdiyi ifadələri ilə müəyyən edilmişdir ki, baş vermiş hadisədən iki gün əvvəl Təqsirləndirilən şəxs3 qardaşı Alxasdan 10.000 və ya 13.000 manat pul almış və bu pulu hansı məqsədlə alması barədə Alxasa və ailəsinin digər üzvlərinə bildirməmiş, onlar da Zeydullanın həmin pulu hara xərcləməsindən məlumatları olmamış, eyni zamanda o, ucuz qiymətə qoyun almaq adı ilə (sonrakı ifadəsinə əsasən özünə ev tikmək üçün tikinti materialı almaq məqsədilə) 18 aprel 2021-ci il tarixdə Elvin Əsgərovdan və onun köməyi ilə Mirhəşim adlı şəxsdən 5.000 manat olmaqla cəmi 13.000 manat borc pul almışdır. Təqsirləndirilən şəxs3 qardaşından aldığı pul ilə borc aldığı pulun cəmi məbləği 23.000 və ya 26.000 manat olmuşdur. 17 aprel 2021-ci il tarixdə Alxas verdiyi pulu geri istəyərək aldığı qoyunlarla bağlı borclu olduğu şəxsə pul verməli olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs3 18 aprel 2021-ci il tarixdə 13.000 manat pulu Alxasa vermiş və sonuncu da həmin gün bu pulu borclu olduğu şəxsə vermişdir. Təqsirləndirilən şəxs3 qalan 10.000 və ya 13.000 manat pulu isə hara xərcləməsini izah edə bilməmiş, ziddiyyətli ifadələr verərək əvvəlcə həmin pulla ucuz qiymətə qoyun almaq istəməsini göstərsə də, sonradan həmin pulun tikəcəyi evlə bağlı tikinti materialı almasına xərclədiyini, daha sonra isə tikinti materiallarını Mehmet Ali vasitəsilə alınması üçün verildiyini göstərmişdir. Bundan başqa tədqiq olunmuş sübutlarla, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, təqsirləndirilən şəxslərin arasında videoçəkilişlə aparılmış üzləşdirmə protokolları, eləcə də Təqsirləndirilən şəxs2 mobil telefonla Təqsirləndirilən şəxs1na göndərdiyi mesajla (“Samir deyecek paranı 3 cü gün verecem. Sen de yok. 5 i bu gün 5 i 3 cü gün.Ya da 10 uda bu gu gün”) və digər sübutlarla müəyyən edilir ki, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Əflatunla bağlı məsələnin həll edilməsi üçün Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1na 10.000-20.000 manat pul verəcəyinə vəd vermişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 qardaşından və tanışından aldığı pulları müdafiə tərəfinin dediyi məqsədlər üçün deyil, məhz külli miqdarda pul borcu olduğu Əflatunla bağlı məsələnin Famil və Mehmet Ali tərəfindən dediyi qaydada həlli olunması məqsədi ilə onlara verilməsi üçün əldə etmiş, lakin sonradan yaranmış vəziyyətlə bağlı, yəni qardaşının verdiyi pulu geri tələb etməsi səbəbindən pulun bir hissəsini-10.000 və ya 13.000 manat pulu Alxasa vermiş, pulun qalan hissəsini-13.000 manatı öz niyyətinin həlli üçün, yəni külli miqdarda pul borclu olduğu Əflatunla bağlı məsələnin həlli ilə bağlı özünə məlum qaydada xərcləmişdir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərə verilmiş ittihamda göstərilən cinayətləri törətmələri əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 5-ci bəndində izah verilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CMnin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bu Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə başqa şəxsi qəsdən öldürmüş, talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmiş (qaçırmış) və özgə əmlakını gizli olaraq talamış, habelə Təqsirləndirilən şəxs3 tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxsi digər şəxsi sifarişlə qəsdən öldürüb həyatdan məhrum etməyə təhrik etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq CM-nin 32.4,120.2.1 və 32.4,20.2.5-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsetmənin əvvəli tutulduqları vaxtdan, yəni 22 aprel 2021-ci il tarixdən və Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Türkiyə Respublikasında 27 iyun 2013-cü ildə verilmiş, G13 334228 №-li şəxsiyyət vəsiqəsinin (№**********4) surəti ilə müəyyən edilir ki, soyadı-Kürtoğlu, adı- Mehmet Ali və atasının adı-İsmet olan, X15 xx xxx 1980-cı ildə Türkiyə Respublikası, Balıqesir şəhəri, Balya rayonunun Hacıhüseyin kəndində doğulmuş və o, Türkiyə Respublikasının vətəndaşıdır. İşdə olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16 iyul 2021-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Türkiyə Respublikasının vətəndaşı, xx xxx 1980-ci il təvəllüdlü X99 (pasport № U********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 30 sentyabr 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Naxçıvan Muxtar Respublikası, ünvan 9i ünvanına qeydiyyata alınmışdır. İşdə olan, Türkiyə Respublikasının Naxçıvan Baş Konsulluğu tərəfindən verilmiş, 19 noyabr 2020-ci il tarixli, 2505 №-li Nikahın qeydiyyat nümunəsinin surəti ilə (tərcümə edilmiş) müəyyən edilir ki, 21 dekabr 2004-cü il tarixdə Türkiyə Respublikasının vətandaşı X100 ilə Azərbaycan Respublikasının vətəndaşı Aytəkin Səfərova arasında nikah bağlanmışdır. İşdə olan, AZE 10423549 və AZE 10428588 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Kürtoğlu X36 13 dekabr 2005-ci ildə və X16 02 noyabr 2012-ci ildə doğulmuşlar və onlar Naxçıvan MR, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan, Cəlilabad rayon Təklə kənd İƏD üzrə Nümayəndəliyinin 07 iyun 2021-ci il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ailəsi-arvadı və uşaqları (xx.xx.2001-ci il təvəllüdlü X22, (xx.xx.2002-ci il təvəllüdlü X27, xx.xx.2006-ci il təvəllüdlü X34 və xx.xx.2006-ci il təvəllüdlü X35) ilə birlikdə Cəlilabad rayonunun Babalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki yetikinlik yaşına çatmayan uşağın olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan, Cəlilabad rayon Seyidbazar kənd İƏD üzrə Nümayəndəliyinin 18 oktyabr 2021-ci il tarixli arayışı və xasiyyətnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Cəlilabad rayonunun Seydbazar kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, AZE 11567125 və AZE 11567124 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X23 xx.xx.2014-cü ildə və X9 xx.xx.2015-ci ildə doğulmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslərin cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələrin, habelə Təqsirləndirilən şəxs3 CM-nin 32.4,120.2.1 və 32.4,20.2.5-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 120.2.1 və 120.2.5-ci maddələri üzrə, habelə Təqsirləndirilən şəxs3 barəsində CM-nin 32.4,120.2.1 və 32.4,20.2.5-ci maddələri üzrə sanksiyada nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün əsaslar yoxdur. Habelə məhkəmə hesab edir ki, Türkiyə Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs1 barəsində CM-nin 52.2.1, 52.2.2 və 52.2.6-cı maddələrinin müddəaları nəzərə alınaraq onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1na, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən hər birinin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmalı və bərələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayev iş üzrə təqsirləndirilən şəxslərə qarşı mülki iddia verərək törədilmiş cinayət nəticəsində Təqsirləndirilən şəxs1 ona vurduğu ziyan, yəni mərhum atası Zərərçəkmiş şəxs öldürüldükdən sonra üzərindən oğurlamış 2.600 (iki min altı yüz) manat pul, mərhum atasının dəfn və hüzr mərasiminin keçirilməsi, qəbir daşının hazırlanması ilə bağlı 10.000 (on min) manat, hüzr mərasimi ilə bağlı digər xərclər üçün 200 (iki yüz) manat, mülki iddianın hazırlanması üçün 100 (bir yüz) manat, vəkil xidməti ilə bağlı 250 (iki yüz əlli) manat xərc çəkməklə cəmi 13.150 (on üç min bir yüz əlli) manat miqdarında maddi ziyan, habelə 300.000 (üç yüz min) manat miqdarında mənəvi ziyan və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 603.25 (altı yüz üç manat iyirmi beş qəpik) manat dövlət rüsumu olmaqla cəmi 313.878 (üç yüz on üç min səkkiz yüz yetmiş səkkiz) manat miqdarında ziyan vurduğunu və həmin pul vəsaitinin ondan alınıb ona ödənilməsini, Təqsirləndirilən şəxs2 mərhum atası Zərərçəkmiş şəxs borclu olduğu 147.000 (bir yüz qırx yeddi min) manat miqdarında borc pulun, mərhum atası Zərərçəkmiş şəxs öldürüldükdən sonra üzərindən oğurlamış 2.600 (iki min altı yüz) manat pul, mərhum atasının dəfn və hüzr mərasiminin keçirilməsi, qəbir daşının hazırlanması ilə bağlı 10.000 (on min) manat, hüzr mərasimi ilə bağlı digər xərclər üçün 200 (iki yüz) manat, mülki iddianın hazırlanması üçün 100 (bir yüz) manat, vəkil xidməti ilə bağlı 250 (iki yüz əlli) manat xərc çəkməklə cəmi 160.150 (bir yüz altmış min bir yüz əlli) manat miqdarında maddi ziyan, habelə 300.000 (üç yüz min) manat miqdarında mənəvi ziyan və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ona vurulmuş ümumilikdə 460.180 (dörd yüz altmış min bir yüz səksən) manat miqdarında pul vəsaitinin ondan alınıb ona ödənilməsini, Təqsirləndirilən şəxs3 mərhum atası Zərərçəkmiş şəxs borclu olduğu 340.000 (üç yüz qırx min) manat miqdarında borc pulun, mərhum atası Zərərçəkmiş şəxs öldürüldükdən sonra üzərindən oğurlamış 2.600 (iki min altı yüz) manat pul, mərhum atasının dəfn və hüzr mərasiminin keçirilməsi, qəbir daşının hazırlanması ilə bağlı 10.000 (on min) manat, hüzr mərasimi ilə bağlı digər xərclər üçün 200 (iki yüz) manat, mülki iddianın hazırlanması üçün 100 (bir yüz) manat, vəkil xidməti ilə bağlı 250 (iki yüz əlli) manat xərc çəkməklə cəmi 353.150 (üç yüz əlli üç min bir yüz əlli) manat miqdarında maddi ziyan, habelə 300.000 (üç yüz min) manat miqdarında mənəvi ziyan və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ona vurulmuş ümumilikdə 653.180 (altı yüz əlli üç min bir yüz səksən) manat miqdarında pul vəsaitinin ondan alınıb ona ödənilməsini ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayevin təqsirləndirilən şəxslərə qarşı verdiyi mülki iddia maddi və mənəvi ziyanın vurulması hissəsində qismən təmin edilməli, borc pulla bağlı hissədə baxılmamış saxlanılırmalıdır. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslərə qarşı verdiyi mülki iddianın maddi ziyanın və mənəvi ziyanın vurulması ilə bağlı iddianın dəlilləri eyni olmaqla iddiada göstərilən oğurluq faktı üzrə, habelə mərhumun dəfn və hüzr mərasiminin keçirilməsi, qəbir daşının hazırlanması ilə bağlı, eləcə də digər aidiyyəti xərclər də əlavə edilməklə vurulmuş maddi ziyanın cəmi miqdarı 13.150 (on üç min bir yüz əlli) manat və mənəvi ziyan isə 300.000 (üç yüz min) manat təşkil edir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayev verdiyi mülki iddiada maddi ziyan hesab edilməklə bu cinayət hadisəsindən əvvəl Təqsirləndirilən şəxs3 340.000 (üç yüz qırx min) manat və Təqsirləndirilən şəxs2 147.000 (bir yüz qırx yeddi min) manat miqdarında mərhum atası Zərərçəkmiş şəxs aldıqları borc pulun ödənilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin əmlakına ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verilə bilər. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə maddi ziyan vurulduqda mülki iddia verən şəxs ziyanın ödənilməsi, o cümlədən mənəvi ziyanın ödənilməsini (maddə181.2.4) tələb edə bilər. Habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar maddi ziyan vurulduqda mülki iddia verən şəxs ziyanın ödənilməsi, o cümlədən zərər çəkmiş şəxsin dəfninə çəkilən xərclərin ödənilməsini (maddə 181.3.2) tələb edə bilər. Habelə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X30 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını itirməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində verilmiş izaha əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmçinin bu Qərarın 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilməklə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə törədilmiş cinayət əməli ilə zərərçəkmiş şəxsin hüquqi varisinə mənəvi ziyan, habelə bu cinayət əməlinin törədilməsi ilə əlaqədar maddi ziyan da vurulmuşdur. Ona görə də məhkəmə vurulmuş maddi və mənəvi ziyanın ağlabatan məbləği olmaqla ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 181. 2.4 və 181.3.2-cü maddələrinin müddəalarına əsasən (bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə maddi ziyan vurulduqda, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar maddi ziyan vurulduqda mülki iddia verən şəxs ziyanın ödənilməsini tələb edə bilər) zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayevin bu cinayət hadisəsindən əvvəl Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mərhum atası Zərərçəkmiş şəxs aldıqları borc pulun ödənilməsinə dair mülki iddiası mülki mühakimə xarakterli iddia olub hazırki cinayət işində baxılmasına hüquqi əsaslar yoxdur və həmin hissədə mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə törədilmiş cinayətlə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisinə mərhumun dəfn və bununla bağlı çəkilən digər xərclərin 10.000 (on min) manat miqdarında olmasını real hesab edir, habelə oğurluqla bağlı vurulan ziyan 2.600 manat olmaqla cəmi vurulmuş maddi ziyan 12.600 (on iki min altı yüz) manat təşkil edir və mülki iddia maddi ziyan hissəsində12.600 (on iki min altı yüz) manat miqdarında təmin edilməlidir. Habelə məhkəmə hesab edir ki, törədilmiş cinayət əməli (atasının öldürülməsi) zərərçəkmiş şəxsin hüquqi varisinin mənəvi sarsıntılar keçirməsinə səbəb olmaqla ona mənəvi ziyan dəymiş, eyni zamanda məhkəmə həmin mənəvi ziyanın zərərçəkmiş şəxsin hüquqi varisinin 300.000 (üç yüz min) manat miqdarında dəyərləndirilməsini əsaslı və ağlabatan hesab etmir və mülki iddianın mənəvi ziyan vurulması hissədə bu zərərin 5.000 (beş min) manat məbləğində təmin edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri-iddianın tam və ya qismən təmin edilməsi (maddə 354.1.1.), iddianın rədd edilməsi (maddə 354.1.2.) və iddianın baxılmamış saxlanması (maddə 354.1.3.) əks etdirilir. Beləliklə, məhkəmə qarara gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayevin iş üzrə təqsirləndəriln şəxslərə qarşı verdiyi mülki iddia maddi ziyan hissəsində 12.600 (on iki min altı yüz) manat miqdarında və mənəvi ziyan vurulması hissədə 5.000 (beş min) manat məbləğində təmin edilməklə cəmi 17.600 (on yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin mülki cavabdehlərdən (təqsirləndirilən şəxslərdən) müştərək qaydada, yəni Təqsirləndirilən şəxs1 5.866 (beş min səkkiz yüz altmış altı) manat, Təqsirləndirilən şəxs2 5.866 (beş min səkkiz yüz altmış altı) manat və Təqsirləndirilən şəxs3 5.866 (beş min səkkiz yüz altmış altı) manat pul vəsaiti alınıb mülki iddiaçı-zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayevə verilməlidir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayevin cinayət hadisəsindən əvvəl atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 340.000 (üç yüz qırx min) manat və Təqsirləndirilən şəxs2 147.000 (bir yüz qırx yeddi min) manat miqdarında aldıqları borc pulun ödənilməsinə dair onlara qarşı verdiyi mülki iddia mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan baxılmamış saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və İş üzrə maddi sübutlar olan, Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, iki ədəd tampon üzərində olan qanabənzər maddələr, yeddi ədəd kafel, iki ədəd parça ayaqaltı, bir ədəd metal boru, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli jaket, bir ədəd göy rəngli cins şalvar, bir cüt ayaqqabı, bir ədəd papaq, bir ədəd qırmızı rəngli nalça, bir ədəd üzərində qanabənzər maddə olan pambıq, iki ədəd tampon, avvtomobilə aid bir ədəd sol arxa rezin ayaqaltı sağ ön oturacağın üzlüyünün baş hissəsindən kəsilmiş bir ədəd kiçik parça hissəsi və arxa oturacağın parça üzlüyünün bir ədəd böyük hissəsi, habelə Təqsirləndirilən şəxs1na məxsus bir ədəd gödəkcə və bir ədəd cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd pencək, bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd “Samsung” markalı mobil telefon aparatı atası Şahid2, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd pencək, bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd “Vertu” markalı mobil telefon aparatı qardaşı Şahid6 təhvil verilsin, eləcə də Təqsirləndirilən şəxs1na məxsus bir ədəd “Redm” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, bir ədəd göy üzlüklü dəftərçə, üzərində “X8 eflatun abdulayev pul aldım 27000$ + 3000$ 21.03.17” yazıları qeyd olunmuş və imza çəkilmiş bir ədəd A4 vərəqi, istintaq hərəkətlərin keçirilərkən aparılmış videoçəkilişin yazıldığı dörd ədəd CD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-154 (bir yüz əlli dörd) manat 16 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 51 manat 38 qəpik, Təqsirləndirilən şəxs2 51 manat 38 qəpik və Təqsirləndirilən şəxs3 51 manat 38 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı-zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki iddiası qismən- maddi ziyan vurulması hissədə12.600 (on iki min altı yüz) manat miqdarında və mənəvi ziyan vurulması hissədə 5.000 (beş min) manat miqdarında təmin edilsin və cəmi 17.600 (on yeddi min altı yüz) manat məbləğində pul vəsaiti mülki cavabdehlərdən (təqsirləndirilən şəxslərdən) müştərək qaydada, yəni Təqsirləndirilən şəxs1 5.866 (beş min səkkiz yüz altmış altı) manat, Təqsirləndirilən şəxs2 5.866 (beş min səkkiz yüz altmış altı manat və Təqsirləndirilən şəxs3 5.866 (beş min səkkiz yüz altmış altı) manat pul vəsaiti alınıb mülki iddiaçı-zərərçəkmiş şəxsin hüquqi varisi X7 verilsin. Həmçinin mülki iddiaçı-zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət hadisəsindən əvvəl atası Zərərçəkmiş şəxs aldıqları borc pulun ödənilməsinə dair onlara qarşı verdiyi mülki iddia mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilir ki, cinayət mühakimə icraatı zamanı təqsirləndirilən şəxslərə qarşı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İş üzrə maddi sübutlar olan, Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 2 (iki) ədəd tampon üzərində olan qanabənzər maddələr, 7 (yeddi) ədəd kafel, 2 (iki) ədəd parça ayaqaltı, 1 (bir) ədəd metal boru, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkcə, 1 (bir) ədəd qara rəngli jaket, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1(bir) cüt ayaqqabı, 1 (bir) ədəd papaq, 1 (bir) ədəd qırmızı rəngli nalça, 1 (bir) ədəd üzərində qanabənzər maddə olan pambıq, 2 (iki) ədəd tampon, avtomobilə aid 1 (bir) ədəd sol arxa rezin ayaqaltı, sağ ön oturacağın üzlüyünün baş hissəsindən kəsilmiş 1 (bir) ədəd kiçik parça hissəsi və arxa oturacağın parça üzlüyünün 1 (bir) ədəd böyük hissəsi, habelə Təqsirləndirilən şəxs1na məxsus 1 (bir) ədəd gödəkcə və 1 (bir) ədəd cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd pencək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatı Şahid2, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd pencək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək və 1 (bir) ədəd “Vertu” markalı mobil telefon aparatı Şahid6 təhvil verilsin, eləcə də Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redm” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, 1 (bir) ədəd göy üzlüklü dəftərçə, üzərində “X8 eflatun abdulayev pul aldım 27000$+3000$ 21.03.17” yazıları qeyd olunmuş və imza çəkilmiş 1 (bir) ədəd A4 vərəqi, istintaq hərəkətlərin keçirilərkən aparılmış videoçəkilişin yazıldığı 4 (dörd) ədəd CD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-154 (bir yüz əlli dörd) manat 16 (on altı) qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 51 (əlli bir) manat 38 qəpik, Təqsirləndirilən şəxs2 51 (əlli bir) manat 38 qəpik və Təqsirləndirilən şəxs3 51 (əlli bir) manat 38 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Kurtoğlu X42, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-56/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-56/2022
05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver