Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-56/2023 16.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri-Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhər «A.İ.M» vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, "xxxx" QSC-də taksi sürücüsü işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanışı olduğu, İran İslam Respublikasında olan şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçiriləcək narkotik vasitələri gizlədildiyi yerdən götürərək Bakı şəhərinə aparmaqla cinayətkar qrupun üzvünün dediyi yerə çatdırmağı əvvəlcədən vəd etmiş, bundan bir müddət sonra, yəni 01 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində Umud Əsgərov Bakı şəhərində olduğu zaman həmin şəxs İran İslam Respublikasınna məxsus +**********91 saylı mobil nömrənin “whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib onunla danışaraq ona “whatsapp” proqramı vasitəsi ilə şəkil atacağını, İmişli rayonu istiqamətində həmin yerə gedərək orada gizlədilmiş, bağlamada olan narkotik vasitələri götürərək Bakı şəhərinə aparıb özünün seçdiyi bir yerdə gizlətməsini təklif etmiş və bu işin müqabilində ona 350 qram qurudulmuş marixuana verəcəyini vəd etmişdir. Umud Əsgərov ümumi cinayətkar niyyətə uyğun olaraq bundan dərhal sonra saat 20:36-da özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “whatsapp” proqramı vasitəsi ilə tanışı, Bakı şəhərində idarə etdiyi «Ravon Nexia R3» markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinin “whatsapp” proqramına “Meni yig işim var sənlə” məzmunlu mesaj göndərməklə və bir neçə dəfə zəng edərək danışıb görüşməklə onunla idarə etdiyi avtomobil ilə Biləsuvar rayonu ərazisinə (İmişli istiqamətində) gedərək orada gizlədilmiş külli miqdarda narkotik vasitələri götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq Bakı şəhərinə gətirmək barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs zalında cinayət əlaqəsinə girmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi həmin avtomobil ilə 01 fevral 2022-ci il tarixdə saat 21:42-də Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsinə gedərək həmin küçədə 67A ünvanında yaşayan Təqsirləndirilən şəxs1 da avtomobilə götürmüş və onlar hər ikisi Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Bakı şəhərindən Biləsuvar rayonu istiqamətində yola düşərək 02 fevral 2022-ci il tarixdə gecə saat 01:30 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 2-ci sərhəd zastavasının 7-ci sahəsinin arxa tərəfində İmişli-Biləsuvar avtomobil yolunun 10-cu kilometrliyindən sağ istiqamətdə X4 İdarəsinin balansında meşə zolağına daxil olan əraziyə gəlmişlər. Təqsirləndirilən şəxs2 aralarındakı razılaşmaya uyğun olaraq avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək qamışlıq ərazidəki beton su arxının dairəvi boşluğunda gizlədilmiş, içərisində 5610 qram çəkidə-külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 805 qram çəkidə-külli miqdarda narkotik vasitə heroin olan bir ədəd göy rəngli bağlamanı götürüb, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, həmin narkotik vasitələri daşıyaraq avtomobilə minmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən hadisə yerində saxlanılmış, Təqsirləndirilən şəxs2 isə yoldaşı Təqsirləndirilən şəxs1 tutulduğunu görərək, özünün də tutulmaması üçün qaçmaq məqsədi ilə “Ravon Nexia R3” markalı, “**-PN-***” qeydiyyat nişanlı avtomobili idarə edərək Cənub Mil-Muğan kanalı istiqamətində məhdud yolla bir qədər hərəkət edib, geri dönməklə yenidən İmişli-Biləsuvar avtomobil yolu istiqamətində qayıdarkən torpaq yolda hakimiyyət nümayəndəsi - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyat-axtarış işləri üzrə müavini, kapitan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərək Təqsirləndirilən şəxs2 avtomobili saxlayıb təslim olmasını tələb etsə də, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qanuni tələbinə məhəl qoymayıb idarə etdiyi “Ravon Nexia R3” markalı, “**-PN-***” qeydiyyat nişanlı avtomobili sürətini artırmaqla xidməti vəzifələrini yerinə yetirən, hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs üstünə sürüb zor tətbiq etməklə müqavimət göstərmiş, sonuncu avtomobildən yayınmaq üçün özünü kənara ataraq yerə düşməsi nəticəsində hər iki dizin və sağ əlin sıyrığından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, Təqsirləndirilən şəxs2 isə avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq və onun Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə minmək imkanı olmadığından yerə atdığı bir ədəd göy rəngli bağlama götürülərək bağlamaya baxış keçirilərkən həmin bağlamanın içərisindən 5610 qram- külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 805 qram - yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilməmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə qismən təqsirli bilərək göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir. Taksi sürücüsü Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla hər hansı münasibəti və əlaqəsi olmamışdır. İranlı Fərman adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş və onun mobil telefonunu almışdır. Fərman adlı şəxs onun narkotik istifadəçisi olduğunu bilmişdir. Fərman adlı şəxslə danışaraq öz istifadəsi üçün 100 qram narkotik vasitə olan qurudulmuş marixuana sifariş etmişdir. Onun nakotikin İrandan gətirilməsindən xəbəri olmamışdır. O, narkotiki götürdükdən sonra Fərman adlı şəxsin kartina 650 manat pul köçürməli olmuşdur. Fərman adlı şəxslə narkotikin 100 qramdan çox ola biləcəyi barədə söhbətləri olmamışdır. Fərman adlı şəxsdən narkotik istəyəndən bir-neçə gün sonra, 01 fevral 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində olduğu zaman Fərman adlı şəxs onun telefonuna “whatsapp” proqramı vasitəsi ilə zəng edərək narkotik vasitəni göndərdiyini, Bəhramtəpəyə getməsini, oraya çatanda ona xəbər etməsini, bundan sonra ona narkotikin olduğu yerin fotoşəklini atacağını demişdir. Bundan sonra Bakı şəhərində Yasamal rayonu ərazisində əl edərək yolda Təqsirləndirilən şəxs2 idarə etdiyi taksini saxlatmışdır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs2la onu 150 manat pul müqabilində Biləsuvara aparması barədə razılığa gəlmişlər. Taksi «189»-un taksisi olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələr barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs2 onunla yalnız taksi sürücüsü kimi getmişdir. Yolda özü sürücünün yanında oturmuşdur. İmişliyə çatanda maşından düşüb Fərmana “whatsapp” proqramı vasitəsi ilə zəng edərək İmişliyə çatmasını bildirmişdir. Fərman adlı şəxs ona 10-15 dəqiqə gözləməsini, narkotiki fotoşəklini və konum, yəni olduğu yerin kordinantlarını atacaqdır. Bir neçə dəqiqədən sonra Fərman adlı şəxs narkotiki fotoşəklini və olduğu yerin kordinantlarını (konumu) onun mobil telefonuna atmışdır. Bundan sonra həmin kordinant üzrə hərəkət etmişlər. Yolu Elçinə o göstərmişdir. Gedib narkotikin olduğu yerə çatmışlar. Orada Elçin avtomobili saxlamışdır. O, Elçinə bir nəfərlə görüşəcəyini demiş və avtomaşından düşmüşdür. Elçin isə avtomaşında qalmışdır. O, narkotikin qoyulduğu yerə çatmış, ancaq orada narkotik olmamışdır. Bu zaman mülki geyimdə olan əməkdaşlar onu tutmuşlar. Elçin onun tutulduğunu görərək avtomaşını sürüb qaçmışdır. İranlı ilə birinci dəfədir ki, narkotik vasitənin alış-verişini edirmiş. Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığını göstərdiyi halda onun istifadəmdə olan telefondan Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə 22:18-də sms göndərilməsinin, xx.xx.2020-ci il tarixdə saat 19:38-də Təqsirləndirilən şəxs2 onun mobil telefon nömrəsinə «qardaş uşaqlar rayondan gəliblər lazımdır» məzmunlu sms yazmasının, xx.xx.2022-ci il tarixdə Fərman adlı şəxslə danışdıqdan dərhal sonra Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə “Meni yig işim var sənlə”məzmunlu sms göndərməsinin, eyni zamanda Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə zəng edərək 185 saniyə, sonna isə 103 saniyə danışıq aparmasının, sonra isə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla onun yaşadığı ünvana gəlməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunan ifadəsində isə göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində Fərman adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Fərman ona iş təklif etmişdir. Fərmanın ona təklif etdiyi iş isə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilərək gizlədilmiş narkotik vasitələri gizlədildiyi yerdən götürərək Bakı şəhərində dediyi adamlara çatdırmaq olmuşdur. Fərman həmin təklifi ona dəfələrlə etsə də, o, Fərmanla heç vaxt razılığa gəlməmişdir. 01 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində Fərman adlı şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə +**********91 mobil nömrəsindən zəng vuraraq “vhatsapp” vasitəsi ilə şəkil atacağını, həmin yerə gedərək İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilərək gizlədilmiş narkotik vasitələri gizlədildiyi yerdən götürüb Bakı şəhərində özünün seçdiyi bir yerə gizlətməsini təklif etmiş və sonradan Fərman adlı şəxsin adamının da həmin narkotik vasitəni gedib onun qoyduğu yerdən götürəcəyini demişdir. Bunun müqabilində ona 350 qram qurudulmuş marixuana təklif etmişdir. O, özü qurudulmuş marixuana istifadəçisi olmuş, özünə qurudulmuş marixuana almaq üçün pulu olmamışdır. Həm də 5 fevral 2022-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasının Sankpetrerburq şəhərinə getməli olduğundan ona pul lazım olmuşdur. Bu səbəbdən də Fərman adlı şəxsin təklifi ilə razılaşmışdır. Fərman adlı şəxs ona İmişli rayonuna getməsini, Bəhrəmtəpə qəsəbəsinə getdikdən sonra əlaqə saxlayarkən narkotikin yerini dəqiq deyəcəyini demişdir. O, Fərman adlı şəxslə danışıb razılaşdıqdan sonra 1 fevral 2022-ci il, saat 21:30 radələrində Yasamal rayonu ərazisində yerləşən “Kaktus” adlı restoranın yaxınlığından tanımadığı bir taksi avtomobilinə əyləşərək Bakı şəhərindən İmişli rayonu istiqamətində hərəkət etmişdir. İmişli rayonu ərazisinə çatdıqdan sonra Fərman adlı şəxsin ona “vhatsapp” vasitəsi ilə atdığı şəkildə olan bağlamanın qoyulduğu İmişli-Biləsuvar şosesinə gələrək şəkildə göstərilən yerə çatdıqdan sonra taksini saxlatdırmışdır. O, taksidən aşağı enərək yolun kənarında olan qamışlıq əraziyə doğru piyada hərəkət etməyə başlamışdır. Şəkildə olan torbanın qoyulduğu betona yaxınlaşmaq istəyərkən bir neçə hərbi qulluqçu çıxaraq ona “dayan” komandası vermişlər. O, hərbi qulluqçuların səsini eşitdikdən sonra qaçmaq istəyərkən yıxılmış və alın nahiyəsinin sol tərəfi yerə çırpıldığı üçün xəsarət almış, özünü idarə etməkdə çətinlik çəkdiyi üçün qaça bilməmişdir. Bundan sonra hərbi qulluqçular onu saxlamışlar. Həmin vaxt onu gətirən taksi sürücüsü onun tutulduğunu görərək sürətlə həmin yerdən uzaqlaşmışdır. Onu torbanın qoyulduğu yerə aparan taksi sürücüsünü tanımır, həmin şəxsi Yasamal rayonu ərazisində yerləşən “Kaktus” adlı restoranın yaxınlığından taksi kimi saxlatmışdır. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi digər ifadəsində göstərmişdir ki, «189» taksi şirkətində taksi sürücüsü işləyən Təqsirləndirilən şəxs2la hadisədən təxminən bir-iki il əvvəl tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 sürdüyü taksi avtomobilinə bir-neçə dəfə minmişdir. Ona taksi lazım olanda Təqsirləndirilən şəxs2 zəng edərək onun idarə etdiyi taksi ilə müxtəlif yerlərə getmişdir. Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini götürmüşdür. Təqsirləndirilən şəxs2 Bakı şəhərində, Yasamalda qalmışdır. 01 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində iranlı Fərman adlı şəxslə danışıb razılaşdıqdan sonra özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə “vhatsapp” mobil proqramında Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuşdur. Ona İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə gedib-gəlməli olduğunu, oradan “sumka” götürəcəyini demişdir. Elçin gedib-gəlməyə görə ondan 150 manat pul istəmiş, o da razılaşmışdır. O, həmin vaxt evdə olmuşdur. Elçin təxminən 30-40 dəqiqə sonra idarə etdiyi avtomobil ilə onun yaşadığı, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad 67A ünvanına gələrək ona “vhatsapp” mobil proqramında zəng etmiş və həyətdə onu gözlədiyini demişdir. O, həyətə düşmüş, Elçinin “Ravon Nexia R3” markalı, **-PN-*** qeydiyyat nişanlı taksi avtomobilinə minib yola düşmüşlər. O, ön sərnişin oturacağında oturmuş və Bakı-Hacıqabul-Saatlı avtomobil yolu ilə İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə gəlmişlər. Bakı şəhərindən çıxmamış Elçinin avtomobilinə 30 manatlıq, bir də İmişli rayon Bəhrəmtəpə yolunun üzərində olan “Azpetrol” yanacaqdoldurma məntəqəsində yenidən 20 manatlıq benzin vurmuşdur. Oradan İmişli rayon Bəhrəmtəpə dairəsinə gəlmişlər. Hələ yolda olarkən Fərman “vhatsapp”da ona olduğu yerin gündüz çəkilmiş şəklini atmışdır. Ona yolda olarkən narkotik vasitənin Biləsuvar-Aranlı yol nişanından sağda kanalın içərisində olduğunu, üzərində də ədyal olduğunu demişdir. Onlar əvvəlcə İmişli rayon Bəhrəmtəpə dairəsinə tərəf getmiş, daha sonradan səhv getdikləri üçün geri qayıtmış, yanacaqdoldurma məntəqəsinin yanındakı dairədən İmişli-Biləsuvar yoluna dönmüşlər. Həmin vaxt Fərman “vhatsapp”da ona narkotik vasitənin olduğu yerin koordinatını atmışdır. O da telefonunda “Waze” mobil proqramında Fərmanın atdığı koordinatı açmışdır. O, Elçinə ətrafda kimsənin olub-olmadığını bilmək üçün bir az ətrafı fırlanmasını demişdir. Onlar narkotik vasitənin olduğu yerdən bir az qarşıya gedib heç kəsin olmadığını görəndən sonra İmişli-Biləsuvar avtomobil yolu üzrə deyilən “Biləsuvar-Aranlı” yol nişanın yanından içəriyə, yəni sağ tərəfdə yerləşən kanal istiqamətində dönmüşlər. Elçin avtomobili asfalt yoldan dönüb təxminən 3-4 metr sağ istiqamətdə içəriyə girmiş, o, avtomobildən düşmüşdür, Elçin avtomobilin içərisində qalmışdır. O, Elçinə gözləməsini, “sumka”nı götürüb gələcəyini demişdir. Təxminən 2-3 metr enində olan kanal avtomobildən düşən kimi onun sağında 1-2 metr məsafədə olmuşdur. O, kanalın içərisinə baxanda ədyalı görmüş, ədyalı götürmüş, ancaq altında “sumka”nı görməmişdir. O, ədyalı qaldıran kimi kanalın yanındakı otluğun ətrafından əllərində silahı olan bir neçə nəfər şəxs çıxmışdır. O, əvvəlcə həmin şəxslərin polis olduğunu fikirləşmiş, ancaq tutulandan sonra həmin şəxslərin Dövlət Sərhəd Xidmətinin əməkdaşları olduğunu bilmişdir. Həmin şəxslər otluqdan çıxan kimi ona “Dayan, dayan” deyib qışqırmış, o, tutulacağını və avtomobilə minməyə imkan edə bilməcəyini bilib, Elçinin heç olmasa qaçması üçün sol istiqamətdə qaçmağa başlamışdır ki, həmin əməkdaşlar onun arxasınca gəlsinlər. O, təxminən 7-8 metr qaçdıqdan sonra qarşısından da bir nəfər əməkdaş çıxıb ona “padnoşka” vermişdir. Elçin avtomobildə onun arxasında qaldığı üçün sonuncunu görməmiş, tutulandan sonra geriyə baxanda Elçinin qaça bildiyini görmüşdür. Həmin əməkdaşlar ondan Elçinin idarə etdiyi avtomobilin nömrəsini istəsələr də, nömrəni bilmədiyini, tanımadığı insanla gəldiyini demişdir. Onu oradan Dövlət Sərhəd Xidmətinin əməkdaşları zastavaya aparmışlar. Fərman ona yalnız qoyulmuş 5 kq çəkidə qurudulmuş marixuananın olduğu göy rəngli torbanı götürüb, Bakı şəhərində onun özünün seçdiyi bir yerə qoymasını istəmiş və həmin yerdən Fərmanın öz adamının gəlib götürəcəyini demiş, ancaq kimin oradan gəlib hansı məqsədlə narkotik vasitəni götürəcəyini deməmiş və o da soruşmamışdır. Umud Əsgərov digər ifadəsində isə Elçinə zəng vurub onu aparmasını və dediyi yerdən torba götürəcəyini demiş, ancaq torbada nə olduğunu, kimdən və ya dəqiq olaraq haradan götürəcəyini deməmişdir. Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 19:38-də nəyə görə “Qaqaşım uşaglar rayonnan gelib .1 dene istiyiller . Alınar nese” məzmunlu mesaj yazdığını bilmir. Ona məxsus mobil telefonun yaddaşındakı fotoşəkildə olan göy rəngli bağlama barədə heç nə deyə bilmir. “Ferman” adı ilə telefon kitabçasında qeydə alınan şəxs ona narkotik vasitəni götürməyi təklif edən şəxsin mobil nömrəsidir. Fərman o, 2 fevral 2022-ci il tarixdə tutulandan sonra saat 01:59da, saat 02:26-da və saat 03:01-də olmaqla, 6 dəfə zəng vursa da, həmin vaxt da telefon artıq onda olmamışdır. Fərman yəqin ona narkotik vasitələri götürə bilib-bilmədiyini soruşmaq üçün zəng vurmuşdur. “Ferman” adı ilə ona məxsus mobil telefonun telefon kitabçasında qeydə alınmış +**********91 saylı mobil nömrənin “whatsapp” hesabından onun “whatsapp” hesabına xx.xx.2022-ci il, saat 21:50-də “vatsapa gir”, saat 21:56-da “emim uglu cavab ver vacibdi” məzmunlu mesaj, ona məxsus “whatsapp business” hesabına 1.02.2022-ci il saat 21:04-dən saat 21:15-ədək olan müddətdə “nuldu”, “cavab ver”, “nuldu”, “cavab verde”, “qaqa”, “Cavab ver”, “guturdun ya yux”, “csvab yaz biden”, “aygardaw”, “uldum axi”, “emi uglu” və “guturdun” məzmunlu mesajlar onun narkotik vasitəni götürüb-götürməməyi ilə bağlı yazılmışdır. “Ferman” adı ilə telefon kitabçasında qeydə alınmış +**********91 saylı mobil nömrənin “whatsapp” hesabından ona məxsus “whatsapp business” hesabına 1.02.2022-ci il, saat 20:29, 20:30, 20:45, 20:47, 20:51, 20:59, 21:01, 21:04, 21:05, 21:07, 21:09, 21:10, 21:13, 21:14, 21:16-da olmaqla, 15 dəfə zəng, o cümlədən ona məxsus “whatsapp business” hesabından “Ferman” adı ilə telefon kitabçasında qeydə alınmış +**********91 saylı mobil nömrənin “whatsapp” hesabına həmin gün, saat 20:39 və 20:41-də 2 dəfə zəng onun götürməli olduğu narkotik vasitə ilə bağlıdır.+**********03 saylı mobil nömrənin “whatsapp” hesabından onun “agwhatsapp” hesabına xx.xx.2022-ci il, saat 22:46-da “gardaw” və “cavab verde mene” məzmunlu mesaj yazıldığını bilmir. Ona məxsus mobil telefonun yaddaşında olan “ “261” adlı fotoşəkildəki “Sobranie” adlı siqaret qutusunun üzərində şaquli formada qoyulmuş “falqa”nın üzərində “şüşə” olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özünü iş üzrə zərərçəkmiş hesab edir. Bakı şəhərində “189” taksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstərir. Şirkətə məxsus “Ravon Nexia R3” markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Umud Əsgərovu əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. Bəlkə də Umud Əsgərovla müştəri kimi telefon əlaqəsi olmuş, laki nonu şəxsən tanımamışdır. 1 fevral 2022-ci il tarixdə saat axşam saatlarında o, Bakı şəhəri Yasamal rayonunda, İran klinikası deyilən ərazidə “Ravon Nexia R3” markalı taksi avtomobili ilə hərəkət edərkən bir nəfər tanımadığı şəxs, adını sonradan bildiyi Umud Əsgərov, əl etmiş və o avtomaşını saxlamışdır. Həmin şəxs ondan Salyan şəhərinə yaxın əraziyə gedə bilibbilməyəcəyini soruşmuşdur. O, həmin şəxsi 50 manat pul müqabilində Salyan rayonuna apara biləcəyini demiş və bu barədə razılaşmışlar. Umud Əsgərov ona rayona nə məqsədlə getməsini deməmiş və o da bu barədə soruşmamışdır. Umud əvvəlcə Salyan rayonuna getməli olduqlarını demiş, sonra yolda Umud onu İmişli rayonuna aparmasını demişdir. İmişliyə getmişlər. İmişlidə Azpetrolda maşına yanacaq vurmuşlar. Sonra yollarına davam etmişlər. Umud telefona baxmış, ona istiqaməti göstərmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Onun fikri yola olmuş, hadisə baş verən yerə çatandan sonra Umud maşından düşüb uzaqlaşmışdır. O isə avtomaşında gözləmişdir. Bir neçə dəqiqə sonra səs-küy gəlmiş, silah səsi eşitmişdir. O qorxmuş, gecə qaranlıq olmuş, həyəcanlanmış, avtomaşını bir az qabağa sürmüş, lakin tupik olduğundan dönüb qayıtmış, geri qayıdanda 2-ci atəş açılmış və həmin vaxt yaralanmışdır. O, hadisə yerində avtomaşını döndərib qayıdanda yolunda hər hansı şəxs olmamış və avtomaşını hər hansı şəxsin üzərinə sürməmişdir. Dönüb qayıdanda avtomaşının sol tərəfimdə kölgə görmüşdür. Ona avtomaşını dayandarmaq barədə əmr verilməmişdir. Maşını sürüb yola çıxanda ayağının yaş olmasını hiss etmişdir. Onda ayağının yaralanmasını başa düşmüşdür. Maşını sürüb Bakı şəhərinə evlərinə getmişdir. Ayağını sarıyandan sonra atasına hadisə barədə danışmışdır. Səhəri gün Yasamal rayon polis şöbəsinə getmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Sonra isə həkimə getmişdir. Sonradan üzləşmədə ona məlu olmuşdur ki, hadisə yerində avtomaşını döndərib geri qayıdarkən avtomaşının pəncərəsindən düşən kölgənin Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Onun idarə etdiyi avtomobilə quraşdırılmış GPS (X3) sistemində olan məlumatlara əsasən 1 fevral 2022-ci il tarixdə saat 21:42-də Umud Əsgərovun Bakı şəhərində yaşadığı ünvana getməsi onunla əlaqədar olmuşdur ki, Umud Əsgərov onun avtomobilinə mindikdən sonra rayona getməli olduqlarından avtomobilin üzərində quraşdırılmış taksi reklam nişanını sökmək lazım olmuşdur. Çünki, uzun məsafəyə sürətli hərəkət zamanı reklam nişanı avtomobilin hərəkətinə mane olur. Ona görə də Umud Əsgərovun yaşadığı ünvana getməklə orada avtomobilin üzərində quraşdırılmış reklam nişanını sökmüşdür. Umud Əsgərovu əvvəllər tanımadığını göstərdiyi halda Umud Əsgərovun istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 5 fevral 2020-ci il tarixdən 1 fevral 2022-ci il tarixədək mütəmadi olaraq danışıqlar aparılmasının, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə “Qaqaşım uşaglar rayonnan gelib .1 dene istiyiller . Alınar nese” məzmunlu mesaj yazılmasının, Umud Əsgərovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 1 fevral 2022-ci il tarixdə saat 20:36-da zəng edilərək 185 saniyə, 20:47-də yenidən zəng edilərək 103 saniyə danışıq aparılmasının və sms göndərilməsinin səbəbini bilmir. Bu barədə bir söz deyə bilməz. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, avtomobilini “qruntavoy” yolda sol tərəfə döndərərkən avtomobildən düşürdüyü şəxs qışqırıb sola-onun avtomobilinə tərəf, yəni asfalt yola paralel istiqamətdə qaçmağa başlamışdır. Eyni vaxtda 1 dəfə atəş səsi eşitmişdir. O, bundan sonra avtomobilini geriyə hərəkət etdirib, düzünə asfalt yola çıxarkən sol tərəfində “qruntavoy” yolun kənarındakı kolluqdan bir nəfər tanımadığı başqa bir şəxs çıxmış və bundan sonra atəş səsi eşitmişdir. Hadisədən təxminən 1 il əvvəldən 2 fevral 2022-ci il tarixədək o, ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə 1 fevral 2022-ci il, saat 20:36-da “Meni yig işim var sənlə” məzmunlu, həmin tarixdə, saat 20:36-da zəng edərək aralarında 185 saniyə danışıq aparılması, saat 20:47-də zəng edərək aralarında 103 saniyə danışıq aparması, 5 fevral 2020-ci il tarixdən 2 fevral 2022-ci il tarixədək mütəmadi olaraq danışıqlar aparılması ilə bağlı heç nə bilmir. O, idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1 fevral 2022-ci il tarixdə, saat 21:42-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsinə gəlməsi, Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında 4 dəqiqə hərəkətsiz dayanması ilə bağlı suala cavab verməkdən imtina etmişdir. Ona məxsus mobil nömrədən 8 yanvar 2022-ci il tarixdə saat 19:38-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqaşım uşaglar rayonnan gelib .1 dene istiyiller . Alınar nese” məzmunlu mesaj yazılması, bundan əlavə xx.xx.2020-ci il tarixdə, saat 14:09da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “1) Seftriakson 1.0 -10 eded;seher axşam 5 gun əzələyə vurmag.2)Eufillin tab. -30 eded,1 tab× 3 defe gunde icmek 3) ambraksol sirop” məzmunlu mesaj, xx.xx.2021-ci il, saat 23:14-də “Ehmedova afet **********088663” məzmunlu mesaj yazılması ilə bağlı suala cavabı olmamışdır. Ona məxsus mobil telefonun yaddaşında audioyazıdakı “iç, çək nəşə çək, oğurluq elə, adam başı kəs Elçin, day bilim nə istirsən elə, bir damçı aç Quran oxu......” məzmunlu səs yazısı onun sinif yoldaşı Aqil adlı şəxs məxsusdur. Aqilin nəyə görə həmin məzmunda səs yazısı atdığını bilmir. Telefonunun yaddaşında audioyazıdakı “......karantin vaxtı bir yaxın dost var Yasamalda Sovetskidə qalan ara uşaqdı, uşaqlıqdan qoymuşuq “pastayannı”, sağolsun o, bir dəfə, iki dəfə verdi, Malo mənə çoxxahiş edirəm belə şey vermə, nolub ki, camaat bundan kayfın tutur (qarşı tərəfin adından), dedim əgər ki, sənin deyərsən bomba meyvədi, belə bir söhbət yoxdu, 150-di denən 200-dür, 150, 160 deyil 200 verərəm, həftə yarım sonra mart ayıdır, aprel ayıdır, günorta dururam, yatmışam, dururam ki 17 dəfə zəng eliyib, bunu obratnı yığmışam deyir ki, elə bir meyvə var ki, buna bilirsən nətər, bunun başa yerə getməyi ayıb, çox bahadı, 250-dir amma belədir də söhbət, dedim qaqaş odusa iyləyən kimi, əlimi vuran kimi deyəcəm sənə, Amerikadakı meyvənin 1-ə 1-ni mənə verdilər də burda həqiqətən....” məzmunlu səs yazısı ona tanış gəlsə də, kimə məxsus olduğunu bilmir. Audiyazıdakı “...hə e, var hə, ... bomba şey var hə zordu, belə ki ingilislər demiş “ay əm smoker”, çəkəniyəm, yoxdusa belə çəkməyin üstünlüyün görməmişəm, bir əsgər yoldaşım var Zığ kəndindən əkiz uşaqlar idi, dədə-baba nəsillikcə o işlə məşğuldurlar, parnikləri var, mənim gözümün qabağında 200-lük karobka düzəldirdi, 300-lük karobka düzəldirdi, birdəki orta da, 100, 70 və 80-lıq karobka düzəldirdi, gözümün qabağında görmüşəm ki, yarpağı, yaşıllığı qoyur civənin arasına, başından 2 dənə şpilka ilə ipdən asır, ortasına mixək, nanə qoyub kollarla birlikdə qarışdırır, üstünü atistonluyur, günün altında 1 günə quruyur, sonra bomba şey adı ilə camaatı itələyirlər, deyirəm camaatın beynini qurudursan axı, atiston kimyəvi maddədi axı, belə şey olar, o da deyir sən bilirsən naturalnı, təmiz marixuana kolu necə olur sən bilirsən, bilməyən o qədər var ki, götürür çəkir deyir bombadı, bu da satılır, o da satılır..... həqiqətən görmüşən, qardaşının toyuna getmişdim, toy deyirəm e sənə, Amsterdam idi eləbil, görmüşdüm temalar necə olur” məzmunlu səs yazısının kimə məxsus olduğunu bilmir. 2-3 il qabaq olan səs yazısıdır, ona görə də kimin nəyə görə həmin səs yazısını ona atdığını bilmir. Ona məxsus mobil telefonun yaddaşında olan digər audioyazıdakı “qaqa dünən gecə uşaqlar yığmışdılar ki bu ondan deyil, başqa şeydi, ora bura, deyirəm yox e, həminki uşaqdı, həmin temadı, özümüzdə ondanıq, başqasıda yoxdu, dedi ki, bu ondan deyil, əvvəlki başqa şey idi, axırıncı 2 dəfəki” məzmunlu səs yazısı, “axır 2 dəfəki heçnə, fıs, bundan qabaqkını 5-6 nəfərə də eləmişik super olub, deyir bu 3 nəfərə çatmadı, nədi, nə deyil...” məzmunlu səs yazısı ona məxsusdur, həmin səs yazılarını kimə və nəyə görə atdığını bilmir, nədən söhbət getdiyi yadına gəlmir. “qaqa mənə bir əl tutginən də, imkan varsa, patıdan matıdan varsa qaqaşıva əl tut, bir-iki günə vəziyyət düzəlir, mən də sənə əl tutaram, 1-2 gündü tapa bilmirəm brat, lazımdı, gör qardaşıva neyniyirsən, özüm üçün istirəm a, 1 nəfərlik də olsa bəs eləyər” məzmunlu səs yazısının kimə məxsus olduğunu və nəyə görə atdığını bilmir, bəlkə də audioyazını ona səhv göndərmişlər. O, heç kimə narkotik vasitə verməmişdir, heç narkotik vasitə istifadə etməmişdir. Ona məxsus mobil telefonun yaddaşında olan digər audioyazıdakı “Vallah qaqa sözün açığı mən dünən onun üstündən 0,3, 0,4 ona vermişdim, gecə saat 2-3 idi mənə yığdı ki, bu yaman dəhşət şeydi, bu məni qaldırır aparır gətirir, içimi qaynatdıqca qaynadır, başqa bir şeydi deyir. Sözün açığı qaqa imkan varsa, mümkündürsə, ondan qalıbsa qardaşıva 0,3, 0,4 nəsə bir şey verginən görüm o nədir, bir şey ki, bunun üstündən 0,3, 0,4 ona vermişəm, o mənə zəng vurub tərifliyir ki, qaqaş bu yaman şeydi nədisə, deyir məni 2 dəfə qusdurub” məzmunlu səs yazısı, “...imkan varsa bir balaca mənə də bir şey eləginən, pis başa düşmən, dünən o da dedi, həqiqətən ürəyim istədi görüm bu nədir”, “a yox e, ayıb deyil, o nə deməkdi, nuşi can, halal xoşu, təki elə qaqaşlar atıb başların düzəldiblər, nastraenaların düzəldiblər, xoşdu mənim üçün and ola Allaha....” məzmunlu səs yazısı ona məxsusdur. Həmin səs yazılarını kimə göndərdiyini, o cümlədən “... and ola Allaha Cəlal da gəlib, küsüb gedib, gecə ilə dağıtdıq, sənə zəng vurdum ki, payıvı saxlayım gəl götür, dedin qalsın, gecə ilə uşaqlara payladım getdi... qoyardım qırağa atardın” məzmunlu səs yazısının kimə məxsus olduğunu bilmir. O, təxminən 8-9 ay, 1 ildir “nəşə” çəkmir. O, ara-ara, sıra-sıra, bayramseyranda “nəşə” çəkmişdir, yəni istifadəçi olmamışdır. Həmin vaxt o, heç kəsə 0,3, 0,4 “nəşə” verməmişdir, danışıq əsnasında olub demiş, ancaq heç kəsə heç nə verməmişdir. Ona məxsus mobil telefonun yaddaşında olan audiyazıdakı “Elçin salam, Allah canıvı sağ eləsin Elçin, dünənkinə görə çoxsağol, çox əla idi, xoşumuza gəldi, Allah səni var eləsin, dünən də fikrimdən çıxdı e sənə şey ayırmışdım, yadımdan çıxdı, onu da verməmişəm...” məzmunlu səs yazısının kimə məxsus olduğunu xatırlamır. Digər audiyazıdakı “... əlimizdən gəlirsə problem deyil, canla başla, təki xoşunuza gəlsin, təki ürəyinizcə olsun, təki elə gözləməyivə, stresivə dəyibsə nuşi can, halal xoşun ... bomba kimi də olub ki qaqamın ürəyincə olub, eşitdim xoş oldum, çox fikirləşirdim, qaqanın xoşuna gəlsə idi” məzmunlu səs yazısı ona məxsusdur, həmin danışıqları xatırlamır və nəyə görə belə səs yazısı göndərildiyini bilmir. O, Umudu təxminən 8-9 ildir Yasamal uşağı kimi tanımış, qorxub çəkindiyinə, tutulacağından qorxduğuna görə ilkin ifadələrində Təqsirləndirilən şəxs1 tanımadığını, yalnız hadisə vaxtı tutulduqdan sonra sərnişin qismində oturmuş şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildiyini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissənin 1-ci sərhəd komendanlığında, əməliyyat-axtarış işləri üzrə müavin vəzifəsində işləyən, kapitan Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 1 fevral 2022-ci il tarixdə onlara narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilərək 2-ci sərhəd zastavasının arxa hüdudlarında gizlədilməsi və gəlib oradan narkotik vasitələrin götürüləcəyi bavrədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında ərazidə ondan və digər hərbiçilərdən ibarət pusqu xidməti təşkil edilmişdir. Onlar qamışlıq sahədə gizlənməklə gözləmişlər. 02 fevral 2022-ci il tarixdə saat 01 radələrində xidmətdə olduqları zaman ağ rəngli, “Ravon Nexia R3” markalı,avtomaşının İmişli- Biləsuvar istiqamətində pusquda olduqları yeri keçməsini, sonra qayıdaraq sağ tərəfdə olan dalana dönməsini onların pusquda dayandığı istiqamətə 23-25 metr hərəkət edib dayanmasını, sonra sürücünün avtomobili 2-3 metr geriyə verib düz onların pusquda dayandığı yerin yanında saxladığını görmüşlər. Adı sonradan məlum olan Umud Əsgərov avtomaşının qabaq sağ qapısından düşərək avtomobildən 3 metrədək məsafədə olan bağlamanı götürmüş və avtomobilə tərəf qalxaraq minmək istəmişdir. Avtomobilin sağ qabaq qapısı açıq vəziyyətdə olmuşdur. Bu zaman onlar narkotik vasitələri götürən şəxsi və sürücünü tutmaq üçün qamışlıqdan çıxaraq onlara doğru getmişlər. O, bağlamanı götürən şəxsə yaxın olduğundan onu tutub saxlamaq istəsə də, tuta bilməmiş, Umud Əsgərov qışqıraraq avtomobilə tərəf qaçaraq avtomobilə minməyə çalışmışdır. Lakin sükan arxasında olan sürücü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 avtomobili sürətlə irəli sürdüyündən Umud Əsgərov avtomobilə minməyə imkan tapmamış və oradan asfalt yola tərəf qaçmışdır. Digər hərbiçilər Umud Əsgərovu tutmaq üçün onun arxasınca qaçmışlar. Hava qaranlıq olduğundan o, Umud Əsgərovun içərisində narkotik vasitələr olan bağlamanı avtomobilə ata biləcəyini düşünmüş və avtomobilin dövlət sərhəd xidməti istiqamətində hərəkətini və avtomobildə olan şəxsin düşərək digər istiqamətdə qaça bilməsini nəzərə alaraq avtomobili piyada şəkildə təqib etmişdir. Avtomobili təqib edən zaman avtomobilin dönüb geri qayıtdığını görmüşdür. Bir əlində silah olmaqla avtomaşını saxlatmaq üçün bir maşın keçə biləcəyi yolda durmaqla əli ilə sürücüyə saxlamaq işarəsi vermişdir. Lakin sürücü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 isə avtomobili onun üstünə sürmüşdür. O, avtomobilin onu vurmaması üçün kənara tullanmış və sağdakı kanala düşərək xəsarətlər almışdır. Bu zaman özünü və digər sərhədçi yoldaşlarını qorumaq üçün yıxıldığı yerdən ayağa durarkən xidməti istifədəsində olan tapançadan havaya bir dəfə xəbərdarlıq atəşi açmışdır. Lakin avtomobil dayanmadığından ayağa durduqdan sonra havaya ikinci xəbərdarlıq atəşi açmışdır. Lakin bunlara baxmayaraq avtomobil uzaqlaşmış və asfalt yola çıxaraq getmişdir. Həmin vaxt o avtomobil istiqamətində atəş açmamışdır. Hər iki atəşi xəbərdarlıq məqsədi ilə havaya açmışdır. Təqsirləndirilən şəxs2 hansı şəraitdə yaralanması ilə bağlı məlumatı yoxdur. O, sürücünü təqib edərkən digər əməkdaşlar Umud Əsgərovu saxlamışlar. Onlar həmin şəxsi və torbanı götürüb zastavaya aparmışlar. Daha sonra həmin torbada narkotik vasitələrin olması, torbanı götürən şəxsin Təqsirləndirilən şəxs1, sürücünün isə Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Hadisə vaxtı onlar səhra geyim formasında olmuşlar. Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur, onunla barışa bilər. Lakin səmimi olsa. Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsində əməliyyat müvəkkili işləyən Şahid2 məhkəmədə göstərdi ki, 01 fevral 2022-ci il tarixdə 2-ci sərhəd zastavasının arxa hüdudlarına narkotik vasitələrin gətirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. O, hərbi hissəsinin hərbiçisi Şahid1 və əməliyyat müvəkkili Zərərçəkmiş şəxs ilə birlikdə həmin ərazidə pusqu xidmətinə təyin edilmişlər. 2 fevral 2022-ci il tarixdə saat 01 radələrində ağ rəngli, “Ravon Nexia R3” markalı əraziyə yaxınlaşmış və narkotik vasitənin olduğu yerdən təxminən 3 metr məsafədə avtomaşın dayanmışdır. Maşından bir nəfər şəxs, yəni Əsgərov Umud düşərək kanalın içindəki bağlamanı götürüb avtomaşına oturmaq istəyəndə ona «Dayan» komandası vermişlər. Lakin o dayanmamış və avtomaşına oturmaq istəmişdir. Həmin vaxt avtomaşının qabaq sağ qapısı açıq olsa da, sürücü gözləmədən sürdüyünə görə Umud Əsgərov avtomaşına minə bilməmiş və asfalt yola tərəf qaçmışdır. Həmin ərazi qaranlıq olduğuna görə onlara elə gəlmişdir ki, bağlamanı avtomaşının içinə atmışdır. Onlar belə başa düşmüşlər ki, Umud Bağlamanı avtomaşının içinə qoymuşdur ki, sürücü maşını sürətlə sürür və avtomaşını saxlatmaq istəmişlər. Sürücü avtomaşını irəli sürmüş, sonra isə dönyb geri qayıdarkən o və Zərərçəkmiş şəxs hər ikisi sərhədçi formasında yolda olmuşlar. Sürücü avtomaşını onların üzərlərinə sürmüşdür. Avtomaşının üzərlərinə gəldiyini görüb qaçmasalar, avtomaşın onların üzərlərindən keçərdi. Adını sonradan bildikləri Təqsirləndirilən şəxs2 avtomaşını sürərək hadisə yerindən qaçmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs havaya xəbərdarlıq atəşi açmışdır. Umud Əsgərovu isə digər hərbiçilər tutmuşlar. Umud Əsgərovu və hadisə yerində olan torbanı zastavaya aparmışlar. Həmin torbada narkotik vasitələrin olması məlum olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 1-ci sərhəd komendanlığında xidmət edən Şahid1 məhkəmə istintaqında şahid kimi dindirilərkən göstərdi ki, 01 fevral 2022-ci il tarixdə 2-ci sərhəd zastavasının arxa hüdudlarına narkotik vasitələrin gətirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. Ona görə də həmin ərazidə «pusqu» naryadı təşkil olunmuşdur. O və digər hərbiçilər ərazidə gizlənərək gözləmişlər. Gecə saatlarında həmin əraziyə bir avtomobil gəlmiş və yaxınlıqdakı körpünün üzərində dayanmışdır. Avtomobildən bir nəfər, adını sonradan bildiyi Umud Əsgərov düşmüş, kanalın içindən, ondan 10-15 metr məsafədən bağlamanı götürüb geri, avtomobilə doğru qayıdanda ona «Dayan» komandası vermişlər. Bu zaman həmin şəxs əlindəki bağlamanı yerə atmış, ay ana deyərək qışqırmış və asfalt yola tərəf qaçmışdır. Avtomobil isə iti sürətlə hərəkət etmişdir. Bu anda 1 dəfə güllə səsi eşitmişdir. Atəşi Zərərçəkmiş şəxs açmışdır. O, qaçan şəxsin arxasınca hərəkət etmiş, onu 50-60 metr məsafədə qovaraq asfalt yolda saxlamışlar. Həmin şəxsi danışdırdıqda Umud Əsgərov olduğu və əraziyi içərisində narkotik vasitələr olan bağlamanı götürmək məqsədi ilə gəldikləri məlum olmuşdur. O, qaçan şəxsin arxasınca getdiyinə görə Zərərçəkmiş şəxs necə xəsarət almasını görməmişdir. Şahid3 məhkəmədə göstərdi ki, o, 2-ci sərhəd zastavası tərəfdə yaşayar. 2 fevral 2022-ci il tarixdə saat 02-03 radələrində Bakı şəhərinə getməli olan qonşusunu polis postunun yanında düşürüb idarə etdiyi avtomobil ilə İmişli-Biləsuvar avtomobil yolu ilə evinə gedərkən Dövlət Sərhəd Xidmətinin hərbi formada olan əməkdaşları əl edərək onu saxlamış və orada ona hal şahidi kimi iştirak etməyi təklif etmişlər. O, razılaşmışdır. Sərhədçidlər onu çöllük sahəyə, adını sonradan bildiyi Umud Əsgərovun saxlanıldığı yerə aparmışlar. Orada ondan başqa bir nəfər də hal şahidi olmuşdur. Həmin yerdə bir ədəd göy rəngli bağlama olmuşdur. Umud Əsgərovun qorxaraq əsdiyini görmüşdür. Umud Əsgərov özü həmin bağlamanı göstərmişdir. X10 üzərinə baxmışlar, onun üzərində mobil telefon və az miqdarda pul aşkar olunmuşdur. Həmin bağlama hərbiçilər tərəfindən onun və Umud Əsgərovun iştirakları ilə götürülmüş və 2-ci sərhəd zastavasına aparmışlar. Umud zastavaya bağlama olan avtomaşınla aparılmışdır. O isə zastavaya öz avtomobilini sürərək getmişdir. Bağlama onların və Umud Əsgərovun iştirakı ilə açılmışdır. Həmin bağlamanın içərisində iki ədəd bağlama olmuşdur. Onlardan birinin içərisində otabənzər maddə olmuşdur. Onun narkotik vasitə marixuana olduğunu demişlər. Həmin maddə tərəzidə çəkilmiş, çəkisi təxminən 8-10 kiloqram olmuşdur. İkinci bağlamada toz halında maddə olmuşdur. Onun da narkotik olduğunu demişlər. Umud Əsgərov bağlamalarda olan maddələrin narkotik olduğunu və özünə məxsus olduğunu demişdir. Həmin maddələr götürülmüş və onlarn iştirakları ilə protokol yazılmışdır. Həmin vaxt Umud Əsgərov hər hansı etiraz bildirməmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 2 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Biləsuvar rayon ərazisində yerləşən «N» saylı hərbi hissənin 2-ci sərhəd zastavasının 7-ci sahəsidir, Təqsirləndirilən şəxs1 saxlanlıdığı həmin yerdə bir ədəd göy rəngli, alt hissəsinə göy rəngli ip bağlanmış bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, hadisə yerini, narkotik vasitələrin olduğu bağlamanın gizlədildiyi yeri dəqiqliyi ilə göstərmişdir. 20 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Baxış keçirilməsi haqqında 2 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən bükümlərlə birlikdə çəkisi 7800 qram olan narkotik vasitə olan mariuxanaya bənzər, ümumi çəkisi bükümlərlə birlikdə 900 qram narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olunmuşdur. 2 fevral 2022-ci il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. 2 fevral 2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Avtomobilə baxış keçirilməsi barədə 4 may 2022-ci il tarixli protokoldan görünür ki, “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol və sağ hissələrində kvadrat formalı sarı və qara rəngli lent, o cümlədən sağ və sol qapıların üzərində də böyük ölçüdə “**-PN-***” və “189 TAKSİ” sözləri yazılmışdır. 4 may 2022-ci il tarixli “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış GPS (X3) vasitəsilə 1 fevral 2022-ci il, saat 21:35-dən 2 fevral 2022-ci il, saat 06:00-adək olan müddət ərzində qeydə alınmış hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 fevral 2022-ci il tarixdə, saat 21:35-də “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsindən A.M.Şərifzadə küçəsinə, oradan isə həmin gün, saat 21:42-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsinə (koordinat nöqtəsi - 40.3814,49.8023) gəlmiş, orada avtomobil 4 dəqiqə hərəkətsiz dayanmışdır. Müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşayış ünvanı da ünvan 7bil yenidən hərəkətə başlayaraq Ə.Cavad küçəsi ilə N.Hikmət küçəsinə, oradan isə Bakı Dairəvi Avtomobil yoluna doğru hərəkət etmiş, saat 21:45-də həmin yol ilə rayonlarası yola çıxmışdır. Avtomobil həmin gün, saat 21:50-də Bakı Dairəvi Avtomobil yolu üzərində yerləşən (koordinat nöqtəsi - 40.3438,49.7916) yanacaqdoldurma məntəqəsində 2 dəqiqə dayanmış, daha sonra yenidən hərəkətə başlamış və Bakı-Ələt-Qazax istiqamətində hərəkətini davam etdirmişdir. Avtomobil həmin gün, saat 23:00-da qeyd olunan avtomobil yolu üzrə Şirvan şəhər istiqamətinə dönmüş, Şirvan-Sabirabad-Saatlı avtomobil yolu üzrə hərəkətini davam etdirmişdir. Avtomobil həmin gün, saat 23:50-də Saatlı şəhəri, H.Əliyev prospektində (koordinat nöqtəsi - 39.9402,48.3806) dayanmış, daha sonra avtomobil Saatlı şəhərində keçərək Hacıqabul-Bəhrəmtəpə avtomobil yolu üzrə Saatlı rayonunu Əlsoltanlı, Potubəyli kəndlərindən keçərək İmişli rayon inzabati ərazisinə çatmışdır. Avtomobil 2 fevral 2022-ci il, saat 00:22-də İmişli rayon Məzrəli kəndində yerləşən yanacaqdoldurma məntəqəsində (koordinat nöqtəsi - 39.7886,48.0672) 2 dəqiqə dayanmış, saat 00:23-də hərəkət edib, saat 00:25-də yenidən yanacaqdoldurma məntəqəsində 2 dəqiqə dayanmış, daha sonra hərəkətini davam etdirmişdir. Avtomobil daha sonra hərəkətinin Bəhrəmtəpə istiqamətində davam etdirmiş, Bəhrəmtəpə qəsəbəsinin girəcəyinə doğru hərəkət edib, yenidən geri qayıdaraq həmin gün, saat 00:49da İmişli rayon Xubyarlı kəndində yerləşən dairədən İmişli-Biləsuvar avtomobil yoluna dönmüş və hərəkətini Biləsuvar rayon istiqamətində davam etdirmişdir. Avtomobil ilk öncə həmin gün, İmişli rayon Aranlı kəndinin girəcəyinə doğru hərəkət edib, daha sonra geriyə doğru, yəni İmişli rayon Çaxırlı kənd istiqamətində hərəkət etmiş, bir qədər irəliləyin yenidən Biləsuvar rayon istiqamətində geri dönmüş və həmin gün, saat 00:59-da İmişli- Biləsuvar avtomobil yolu üzrə İmişli rayon Aranlı kəndi ilə Biləsuvar rayonu, 4-cü qəsəbənin arasında yerləşən hissədən (koordinat nöqtəsi - 39.7006,48.0845) sağ istiqamətdə dönüb irəliyə sürüb, saat 00:59-da avtomobili 39.7004,48.0841 koordinat nöqtəsində 1 dəqiqə saxlamışdır. Daha sonra avtomobil yenidən düzünə - üzü Biləsuvar rayonu, 4-cü qəsəbə istiqamətində hərəkət etmiş, bir qədər irəli gəldikdən sonra 39.6995,48.0831 koordinat nöqtəsindən avtomobil yenidən geriyə, yəni gəldiyi istiqamətdə dönüb İmişli-Biləsuvar avtomobil yoluna çıxmış, oradan isə İmişli-Biləsuvar-Salyan-Ələt avtomobil yolu ilə Bakı şəhərinə getmişdir. İmişli-Biləsuvar-Salyan avtomobil yolu üzrə hərəkət edərkən saat 01:16-da avtomobil Biləsuvar rayonu, Səmədabad kəndinə dönmüş, orada 1 dəqiqə dayandıqdan sonra yenidən əsas yola çıxmış və İmişli-Biləsuvar-Salyan avtomobil yolu üzrə hərəkətini davam etdirmişdir. Daha sonra avtomobil Bakı istiqamətində hərəkət edərkən avtomobil yolda Biləsuvar şəhərində saat 01:33 və 01:34-də 1 dəqiqə, Qaradağ rayon ərazisində saat 02:51-də 1 dəqiqə dayanmışdır. Avtomobil qeyd olunan yolla hərəkət edib, 2 fevral 2022-ci il, saat 03:34-də təqsirləndirilən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində dayanmışdır. Məhkəmə-bioloiji ekspertizasının 3 fevral 2022-ci il tarixli, 7/101 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “2003 №-li HƏRBİ HİSSƏ LİTER Ş” dairəvi möhür əksi olan 1 ədəd göy rəngli torbada 8 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 380 qram, 400 qram, 200 qram, 990 qram, 900 qram, 920 qram, 920 qram və 900 qram olmaqla, ümumi çəkisi 5610 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş mariuxanadır. Materialların məhkəmə ekspertizasının 3 fevral 2022-ci il tarixli, 6/672 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “2003 №-li HƏRBİ HİSSƏ LİTER Ş” dairəvi möhür əksi olan 1 ədəd göy rəngli kisədə 2 (iki) ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkisi 415 qram və 390 qram, ümumi təmiz çəkisi 805 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-tibb ekspertizasının 3 fevral 2022-ci il tarixli, 149 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş hər iki dizin və sağ əlin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, müddəti və şəraiti 2 fevral 2022-ci il tarixdə, saat 1:00 radələrində avtomobilin üzərinə sürülməsi zamanı özünü kənara tullanması nəticəsində əmələ gəlməyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Məhkəmə-psixiatrik ekspertizasının 23 may 2022-ci il tarixli, 1325 saylı və 31 mart 2022-ci il tarixli, 776 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onların əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli, 2758 nömrəli və 31 mart 2022-ci il tarixli, 1500 nömrəli rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə kompüter texniki ekspertizasının 24 iyun 2022-ci il tarixli, 5/632 nömrəli rəyinə əlavə edilmiş altı ədəd DVD-R diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “3” nömrəsi ilə işarələnmiş DVD-R disk “Sony” markalı komputerin disk yuvasına daxil edilərkən diskin yaddaşında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 məxsus Samsung GSM-SM-A600FN Galaxy A6 telefonda Converted.wav” adı ilə qeyd olunan audioyazıda kişi cinsindən olan şəxs “iç, çək nəşə çək, oğurluq elə, adam başı kəs Elçin, day bilim nə istirsən elə, bir damçı aç Quran oxu......” məzmunlu səs yazısı vardır. “PTT-20210829-WA0006.opus_Converted.wav” adlı audiyazıda bir nəfə şəxsin (şərti olaraq “B”) “Elçin salam, Allah canıvı sağ eləsin Elçin, dünənkinə görə çoxsağol, çox əla idi, xoşumuza gəldi, Allah səni var eləsin, dünən də fikrimdən çıxdı e sənə şey ayırmışdım, yadımdan çıxdı, onu da verməmişəm...” məzmunlu səs yazısı vardır. 12 aprel 2022-ci il tarixli, 5/338 nömrəli məhkəmə-kompüter texniki ekspertizası barədə rəyinə əlavə edilmiş üç ədəd DVD-R diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “2d16326d-6aca-4e99-91aa-de47227bf931.jpg” adı ilə qeyd olunan fotoşəkildə göy rəngli sintetik materialdan torba və torbanın üst hissəsinin göy rəngli sintetik iplə bağlandığı görünür. Həmin hissədə “3.jpg” adı ilə qeyd olunan fotoşəkildən görünür ki, “Ferman” adı ilə telefon kitabçasında qeydə alınmış şəxs tərəfindən telefondakı mobil nömrələr 2 fevral 2022-ci il, saat 01:59-da, saat 02:26-da və saat 03:01-də olmaqla, 6 dəfə zəng edilsə də, zənglərə cavab verilməmişdir. “Ferman” adı ilə telefon kitabçasında qeydə alınmış +**********91 saylı mobil nömrənin “whatsapp” hesabından ekspertizaya təqdim olunmuş telefonda olan “whatsapp” hesabına xx.xx.2022ci il, saat 21:50-də “vatsapa gir”, saat 21:56-da “emim uglu cavab ver vacibdi” məzmunlu mesaj yazılmışdır. (Ekspertiza 5-338\2022-04-12.12-34-47\Samsung GSM_SM-A600FN Galaxy A6 (2018)\chats\Native Messages\chat-10.txt). 3) “Ferman” adı ilə telefon kitabçasında qeydə alınmış +**********91 saylı mobil nömrənin “whatsapp” hesabından ekspertizaya təqdim olunmuş telefonda olan “whatsapp business” hesabına 1.02.2022-ci il, saat 20:29, 20:30, 20:45, 20:47, 20:51, 20:59, 21:01, 21:04, 21:05, 21:07, 21:09, 21:10, 21:13, 21:14, 21:16-da olmaqla, 15 dəfə zəng edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 məxsus mobil telefona quraşdırılmış “whatsapp business” hesabından “Ferman” adı ilə telefon kitabçasında qeydə alınmış +**********91 saylı mobil nömrənin “whatsapp” hesabına həmin gün, saat 20:39 və 20:41-də 2 dəfə zəng edilmişdir. Eyni zamanda “Ferman” adı ilə telefon kitabçasında qeydə alınmış +**********91 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 məxsus mobil telefona quraşdırılmış “whatsapp business” hesabına 1.02.2022-ci il saat 21:04-dən saat 21:15-ədək olan müddətdə “nuldu”, “cavab ver”, “nuldu”, “cavab verde”, “qaqa”, “Cavab ver”, “guturdun ya yux”, “csvab yaz biden”, “aygardaw”, “uldum axi”, “emi uglu” və “guturdun” məzmunlu mesajlar yazılmışdır. "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli, BKC/LGL-8660/22 nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsiyyəti istintaqa Fərman adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********91 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 13 dekabr 2021-ci il tarixdə, saat 01:23-də zəng edilərək, 15 saniyə danışıq aparılmış, 03 yanvar 2022-ci il, saat 16:33-də zəng edilərək 31 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən təqsirləndirilən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 19:38-də “Qaqaşım uşaglar rayonnan gelib .1 dene istiyiller . Alınar nese” məzmunlu mesaj yazılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən təqsirləndirilən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 1) xx.xx.2020-ci il tarixdə, saat 14:09-da “1) Seftriakson 1.0 -10 eded;seher axşam 5 gun əzələyə vurmag.2)Eufillin tab. - 30 eded,1 tab× 3 defe gunde icmek 3) ambraksol sirop” məzmunlu mesaj, 2) xx.xx.2021-ci il, saat 23:14-də “Ehmedova afet **********088663” məzmunlu mesaj, 3) xx.xx.2021-ci il, saat 18:04-də “Ramiz heyetdedi girsin eve getirim cixiram” məzmunlu mesaj, 4) 1.02.2022-ci il, saat 20:36-da isə “Meni yig işim var sənlə” məzmunlu mesaj yazılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd olunan dövr ərzində 5 fevral 2020-ci il tarixdən 1 fevral 2022-ci il tarixədək mütəmadi olaraq danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən təqsirləndirilən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 1 fevral 2022-ci il tarixdə, saat 20:36-da zəng edilərək, 185 saniyə danışıq aparılmış, həmin gün, saat 20:47-də yenidən zəng edilərək 103 saniyə danışıq aparılmışdır. Hər iki zəng zamanı Təqsirləndirilən şəxs1 “Bakı şəhəri, Yasamal rayonu, Musabəyov qəsəbəsi, Ə.Cavad küçəsi 36 saylı hamamın damı” anten dairəsində olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd olunan dövr ərzində 9 fevral 2020-ci il tarixdə, saat 13:57-də 1 dəfə 48 saniyə danışıq aparılmışdır. Bundan başqa 2 fevral 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə saat 00:16-da zəng edilərək, 11 saniyə danışıq aparılmış, həmin gün, saat 00:29-da isə ***-***-**-** saylı mobil nömrədən zəng edilərək 30 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs1 2 fevral 2022-ci il tarixdə, saat 00:16-da İmişli rayon Soltanmuradlı kəndi, 00:29-da isə İmişli rayon Rəsullu kəndi anten dairəsində olmuşdur. "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli, BKC/LGL-8659/22 nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 02:44-də “Əmioglu varindisa falqada qoyda onun yanina” məzmunlu mesaj, xx.xx.2021-ci il, saat 09:58-də “Əmioglu alınarsa menim dayoglu gelsin yanıva ona 2 dene göyerti ver mumkunsee. ozun bax yaxşı olsun əmioglu.” məzmunlu mesaj yazılmış, aralarında mütəmadi olaraq danışıq aparılmışdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “070 *** ** ** Rasimin nom zeng ele özune .sennen zeng gözluyur” məzmunlu mesaj yazılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 1 fevral 2022-ci il tarixdə, saat 20:36-da zəng edilərək, 185 saniyə danışıq aparılmış, həmin gün, saat 20:47-də yenidən zəng edilərək 103 saniyə danışıq aparılmışdır. Hər iki zəng zamanı Təqsirləndirilən şəxs2 “Bakı şəhəri, Yasamal rayonu, U.Əkbərov küçəsi” anten dairəsində olmuşdur. "xxxx" MMC-nin 6 iyun 2022-ci il tarixli, 110-1-19/1/53-22 nömrəli məktubuna əlavə edilmiş cədvələ baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsiyyəti istintaqa Fərman adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********91 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 13 dekabr 2021-ci il tarixdə, saat 01:23-də zəng edilərək, 15 saniyə danışıq aparılmış, 03 yanvar 2022-ci il, saat 16:33-də zəng edilərək 31 saniyə danışıq aparılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindəmışlar.n verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən həmin cəmiyyətdə sürücü işləmiş və ona təhkim olunmuş «Ravon R3» markalı avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyi Pentinesiar Xidmətinin Bakı İstintaq Təcridxanasına qəbul olunması zamanı müəssisənin tibbi-sanitar hissəsində müayinədən keçirilərkən onun sol saidin içəri və bayır səthində yara xəsarətləri, sol ənsə nahiyəsində tünd-bənövşəyi rəngli qançır izlərinin aşkar olunması ilə əlaqədar araşdırma aparılması üçün materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs2 prokurorluqda aparılan araşdırma zamanı verdiyi izahatında, habelə öz müraciətlərində göstərmişdir ki, 02 fevral 2022-ci il tarixdə saat 01 radələrində idarə etdiyi avtomaşınla hadisə yerindən uzaqlaşarkən ayağından güllə yarası almışdır. Prokurorluqda aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs2 fiziki ağrıya, işgəncəyə vç qeyri-insani rəftara məruz qalması təsdiq olunmamışdır. Eyni zamanda onun sağlamlığına yüngül zərər vuran, ayaq nahiyyəsindən aldığı güllə yarasını özünün avtomobili sərhəd xidməti əməkdaşlarının üzərlərinə sürərək sonuncuların qanuni tələblərinə məhəl qoymamaqla müqavimət göstərməsi zamanı sərhədçilərin silahdan istifadə etmələri nəticəsində əmələ gəlməsi müəyyən edilmişdir. Odur ki, Dövlət Sərhəd Xidməti əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Baş Prokurorluğunun 13 iyun 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndərilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Ailə tərkibi haqqında 0xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 2018 və 2022-ci illərdə doğulmuş iki azyaşlı uşağı vardır. O, yaşayış yerindən müsbət səciyyələnir. Umud Əsgərov və Təqsirləndirilən şəxs2 iş üzrə 02 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barələrində 04 fevral 2022-ci ildə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayətkar qrupun digər üzvü ilə külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılıb daşınmaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşmaqla, eyni zamanda narkotik vasitələri Azərbaycan Respublikası dövlət sərhədinin yaxınlığında qəbul etməklə lazım olan ünvana çatdırılmasını əvvəlcədən vəd etməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, narkotik vasitələrin Azərbaycan Respublikasına keçirilməsindən sonra isə tanışı, taksi sürücüsü Təqsirləndirilən şəxs2la Biləsuvar rayonu ərazisinə gedərək dövlət sərhəd xəttinin yaxınlığında qoyulmuş külli miqdarda narkotik vasitələri birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə Bakı şəhərinə aparmaq barədə razılığa gələrək bir qrup şəxs halında cinayət əlaqəsinə girmələləri, onların birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə narkotik vasitələrin gizlədildiyi əraziyə gedərək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və heroini əldə etmələri, daşımaları və saxlamaları, bundan başqa Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürməklə əldə etdikləri sahədə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 saxlanıldığını görərək idarə etdiyi avtomaşınla hadisə yerindən qaçarkən sərhəd xidmətinin əməkdaşı, kapitan Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək ondan avtomaşını saxlayıb təslim olmasını tələb etməsinə baxmayaraq avtomobili xidməti vəzifəsini yerinə yetirən, hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs üzərinə sürüb zor tədbiq etməklə müqavimət göstərməsi, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri kifayət qədər sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 guya bir-birlərini əvvəldən tanımamaları, 1 fevral 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində X11 Babatovun idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** qeydiyyat nişanlı taksi avtomobilini təsadüfən saxlatması, narkotik vasitənin gizlədildiyi yerə Təqsirləndirilən şəxs2 taksi sürücüsü kimi getməsi, aralarında narkotikin götürülüb Bakı şəhərinə aparılması barədə əvvəlcədən razılaşmanın olmaması, eləcə də Umud Əsgərovun narkotik vasitələri qoyulduğu yerdən faktiki olaraq götürə bilməməsi, Təqsirləndirilən şəxs2 isə hadisə yerində onların qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan, dövlət sərhəd xidmətinin zabiti Kanan Mahmudovun üzərinə avtomobili sürməməsi barədə ifadələrini öz məsuliyyətlərini yüngülləşdirmək və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birlərini uzun müddətdir tanımışlar, illər ərzində münasibət saxlamışlar, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 5 fevral 2020-ci il tarixdən 1 fevral 2022-ci il tarixədək mütəmadi olaraq danışıqlar və mesajlaşmalar aparılmış, Təqsirləndirilən şəxs1 1 fevral 2022-ci il tarixdə cinayətkar qrupun digər üzvü ilə danışmaqla narkotik vasitələri götürmək üçün getmək barədə razılaşdıqdan sonra dərhal öz mobil nömrədən Təqsirləndirilən şəxs2 mobil nömrəsinə 1 fevral 2022-ci il tarixdə saat 20:36-da “Meni yig işim var sənlə” məzmunlu mesaj göndərmiş, həmin gün saat 20:36-da onların aralarında 185 saniyə telefon danışığı aparılmış, saat 20:47-də yenidən zəng edilərək 103 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobilə quraşdırılmış GPS (X3) vasitəsilə 1 fevral 2022-ci il saat 21:35-dən 2 fevral 2022-ci il saat 06:00-adək olan müddət ərzində qeydə alınmış hərəkət trayektoriyasından müəyyən olunmuşdur ki, 1 fevral 2022-ci il tarixdə, saat 21:42-də həmin avtomobil Umud Əsgərovun yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs2 Umud Əsgərovu yaşadığı evdən avtomaşına götürmüş və Bakı şəhərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 2-ci sərhəd zastavasının 7-ci sahəsinin arxa tərəfində İmişli-Biləsuvar avtomobil yolunun 10-cu kilometrliyindən sağ istiqamətdə olan əraziyə gəlmiş, həmin əraziyə getdikdən sonra ətrafa nəzər yetirməklə adamların olubolmamasına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 avtomobili asfalt yoldan çıxarmaqla, çöllük sahəyə sürüb, bilavasitə narkotik vasitələrin olduğu torbanın gizlədildiyi yerin yanına dayandırmış, özü sükan arxasında hazır vəziyyətdə gözləmiş, Təqsirləndirilən şəxs1 isə torbanı götürdükdən sonra asan minməsi üçün avtomobilin sağ qabaq qapısını açıq vəziyyətdə saxlamaqla düşüb yaxınlaqdıkı torbanı götürmüş, avtomobilə minmək istəyərkən sərəhəd xidməti əməkdaşlarının ona dayanmaq əmri verdiyi zaman Təqsirləndirilən şəxs2 onun minməsini gözləmədən özünün ələ keçməməsi üçün avtomaşını irəli sürmsüş, lakin çöllük sahədə yol qurtardığına (tupik olduğuna) görə asfalt yola çıxmaq üçün dönüb geri istiqamətdə hərəkət etməli olmuş, hətta bir avtomaşının keçə biləcəyi torpaq yola çıxaraq onu dayandırmağa çalışan sərhəd xidmətinin əməkdaşı Zərərçəkmiş şəxs üzərinə sürməklə hadisə yerindən qaçmağa nail olmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la sadəcə taksi sürücüsü kimi getsə idi, gecə, qaranlıq şəraitdə avtomobili asfalt yoldan çıxarmaqla çöllük sahədə gizlədilmiş narkotik vasitələrin olduğu yerin yanına sürməzdi, Təqsirləndirilən şəxs1 narkotik vasitələr olan torbanı götürüb avtomobilə gətirməsini gözləməzdi. Əgər sərhədçilərin maneçiliyi olmasa idi Təqsirləndirilən şəxs1 narkotik vasitələri götürməklə avtomobilə minərdi və onlar birlikdə narkotik vasitələri daşımaqla Bakı şəhərinə aparmağa nail olardılar. Bundan başqa Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 uzun illərdir Yasamal rayon sakini olaraq tanıdığını, 01 fevral 2022ci il tarixdə iranlı Fərman adlı şəxslə danışıb razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 zəng vuraraq sonuncuya İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə gedib-gəlməli olduğunu, oradan «sumka» götürəcəyini dediyini Təqsirləndirilən şəxs2 təxminən 30-40 dəqiqə sonra gəlib onun Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad 67A ünvanında yaşadığı evin həyətindən götürdüyünü və oradan hərəkətə başladıqlarını, o cümlədən Təqsirləndirilən şəxs2la rayon ərazisinə gedib-gəlmək barədə razılaşdıqlarını etiraf etmişdir. Həmçinin telefon danışıqları barədə məlumatlara əsasən, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 8 yanvar 2022-ci il tarixdə saat 19:38-də “Qaqaşım uşaglar rayonnan gelib .1 dene istiyiller . Alınar nese” məzmunlu mesaj yazması, xx.xx.2020-ci il tarixdə saat 14:09-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəyə “1) Seftriakson 1.0 -10 eded;seher axşam 5 gun əzələyə vurmag.2)Eufillin tab. -30 eded,1 tab× 3 defe gunde icmek 3) ambraksol sirop” məzmunlu mesaj, xx.xx.2021-ci il, saat 23:14-də “Ehmedova afet **********088663” məzmunlu mesaj yazması, Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun yaddaşında audioyazıda “iç, çək nəşə çək, oğurluq elə, adam başı kəs Elçin, day bilim nə istirsən elə, bir damçı aç Quran oxu......”, “......karantin vaxtı bir yaxın dost var Yasamalda Sovetskidə qalan ara uşaqdı, uşaqlıqdan qoymuşuq “pastayannı”, sağolsun o, bir dəfə, iki dəfə verdi, Malo mənə çox xahiş edirəm belə şey vermə, nolub ki, camaat bundan kayfın tutur (qarşı tərəfin adından), dedim əgər ki, sənin deyərsən bomba meyvədi, belə bir söhbət yoxdu, 150-di denən 200-dür, 150, 160 deyil 200 verərəm, həftə yarım sonra mart ayıdır, aprel ayıdır, günorta dururam, yatmışam, dururam ki 17 dəfə zəng eliyib, bunu obratnı yığmışam deyir ki, elə bir meyvə var ki, buna bilirsən nətər, bunun başa yerə getməyi ayıb, çox bahadı, 250-dir amma belədir də söhbət, dedim qaqaş odusa iyləyən kimi, əlimi vuran kimi deyəcəm sənə, Amerikadakı meyvənin 1-ə 1-ni mənə verdilər də burda həqiqətən....”, “...hə e, var hə, ... bomba şey var hə zordu, belə ki ingilislər demiş “ay əm smoker”, çəkəniyəm, yoxdusa belə çəkməyin üstünlüyün görməmişəm, bir əsgər yoldaşım var Zığ kəndindən əkiz uşaqlar idi, dədə-baba nəsillikcə o işlə məşğuldurlar, parnikləri var, mənim gözümün qabağında 200-lük karobka düzəldirdi, 300-lük karobka düzəldirdi, birdəki orta da, 100, 70 və 80-lıq karobka düzəldirdi, gözümün qabağında görmüşəm ki, yarpağı, yaşıllığı qoyur civənin arasına, başından 2 dənə şpilka ilə ipdən asır, ortasına mixək, nanə qoyub kollarla birlikdə qarışdırır, üstünü atistonluyur, günün altında 1 günə quruyur, sonra bomba şey adı ilə camaata itələyirlər, deyirəm camaatın beynini qurudursan axı, atiston kimyəvi maddədi axı, belə şey olar, o da deyir sən bilirsən naturalnı, təmiz marixuana kolu necə olur sən bilirsən, bilməyən o qədər var ki, götürür çəkir deyir bombadı, bu da satılır, o da satılır..... həqiqətən görmüşən, qardaşının toyuna getmişdim, toy deyirəm e sənə, Amsterdam idi eləbil, görmüşdüm temalar necə olur” , “qaqa dünən gecə uşaqlar yığmışdılar ki bu ondan deyil, başqa şeydi, ora bura, deyirəm yox e, həminki uşaqdı, həmin temadı, özümüzdə ondanıq, başqasıda yoxdu, dedi ki, bu ondan deyil, əvvəlki başqa şey idi, axırıncı 2 dəfəki” məzmunlu səs yazısı, “axır 2 dəfəki heçnə, fıs, bundan qabaqkını 5-6 nəfərə də eləmişik super olub, deyir bu 3 nəfərə çatmadı, nədi, nə deyil...”, “qaqa mənə bir əl tutginən də, imkan varsa, patıdan matıdan varsa qaqaşıva əl tut, bir-iki günə vəziyyət düzəlir, mən də sənə əl tutaram, 1-2 gündü tapa bilmirəm brat, lazımdı, gör qardaşıva neyniyirsən, özüm üçün istirəm a, 1 nəfərlik də olsa bəs eləyər”, “Vallah qaqa sözün açığı mən dünən onun üstündən 0,3, 0,4 ona vermişdim, gecə saat 2-3 idi mənə yığdı ki, bu yaman dəhşət şeydi, bu məni qaldırır aparır gətirir, içimi qaynatdıqca qaynadır, başqa bir şeydi deyir. Sözün açığı qaqa imkan varsa, mümkündürsə, ondan qalıbsa qardaşıva 0,3, 0,4 nəsə bir şey verginən görüm o nədir, bir şey ki, bunun üstündən 0,3, 0,4 ona vermişəm, o mənə zəng vurub tərifliyir ki, qaqaş bu yaman şeydi nədisə, deyir məni 2 dəfə qusdurub”, “...imkan varsa bir balaca mənə də bir şey eləginən, pis başa düşmən, dünən o da dedi, həqiqətən ürəyim istədi görüm bu nədir”, “a yox e, ayıb deyil, o nə deməkdi, nuşi can, halal xoşu, təki elə qaqaşlar atıb başların düzəldiblər, nastraenaların düzəldiblər, xoşdu mənim üçün and ola Allaha....” , “... and ola Allaha Cəlal da gəlib, küsüb gedib, gecə ilə dağıtdıq, sənə zəng vurdum ki, payıvı saxlayım gəl götür, dedin qalsın, gecə ilə uşaqlara payladım getdi... qoyardım qırağa atardın” , “Elçin salam, Allah canıvı sağ eləsin Elçin, dünənkinə görə çoxsağol, çox əla idi, xoşumuza gəldi, Allah səni var eləsin, dünən də fikrimdən çıxdı e sənə şey ayırmışdım, yadımdan çıxdı, onu da verməmişəm...” “... əlimizdən gəlirsə problem deyil, canla başla, təki xoşunuza gəlsin, təki ürəyinizcə olsun, təki elə gözləməyivə, stresivə dəyibsə nuşi can, halal xoşun ... bomba kimi də olub ki qaqamın ürəyincə olub, eşitdim xoş oldum, çox fikirləşirdim, qaqanın xoşuna gəlsə idi” məzmunlu, ayrı-ayrı şəxslər tərəfindən göndərilmiş çoxsaylı səsli mesajların olması X12 Babatovun uzun müddətir münasibətləri olmaqla birlikdə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmalarını, Təqsirləndirilən şəxs2 isə narkotiklə bağlı çoxsaylı şəxslərlə əlaqəsinin, həmçinin alıcılarının olmasını təsdiq edir. Bundan başqa cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi və ifadəsinin yerində yoxlanılması protokolu, Şahid1 və Şahid2 ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi, 4 may 2022-ci il tarixli “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış GPS (X3) vasitəsilə qeydə alınmış hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış keçirilməsi haqqında protokol və digər istintaq sənədləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 saxlanıldığını görərək, “Ravon Nexia R3” markalı, “**-PN-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Cənub Mil-Muğan kanalı istiqamətində hərəkət etmiş, yol qurtardığından yenidən İmişli- Biləsuvar avtomobil yolu istiqamətində geri qayıdarkən torpaq yolda hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı, kapitan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərək ondan avtomobili saxlayıb təslim olmasını tələb etmiş, lakin o, sonuncunun qanuni tələbinə məhəl qoymayıb idarə etdiyi avtomobili xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs üzərinə sürüb zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə quraşdırılmış X2 qeydə alınmış məlumatlardan görünür ki, həmin avtomobil xx.xx.2022-ci ildə saat 00:59:51-də 39.70xx.xx.0841 koordinantda, narkotikin olduğu yerdə 1 dəqiqə dayanmış, sonra ani olaraq 35 km/saat sürətlə hərəkət edərək qısa məsafədə sürətini 15, 13 və 19 km/saat sürətə endirməklə dayandığı koordinantdan yaxın məsafədə 39.6996,48.0831 koordinatına keçmiş, sonra isə sürətini saatda 52 km-dək artırmaqla geri, əvvəlki- 39.70xx.xx.0839 koordinata qayıtmış və oradan yüksək sürətlə (102, 122 km/saat) uzaqlaşmışdır. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs2 Umud Əsgərovun narkotik vasitəni götürməsi üçün 39.7004,48.0841-ci koordinatda 1 dəqəqə dayanmış, sonra isə hadisə yerindən qaçarkən əvvəlcə 15,13 və 19 km/saat sürətlərlə bir neçə metr uzaqlaşmış və yenidən dönüb dayandığı nöqtəyə, yəni koordinata istiqamət götürürkən torpaq yol şəraitində, zərərçəkmiş Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində durmaqla avtomobili dayandırmasını tələb etdiyi anlarda avtomobilin sürətini həmin yol şəraiti, relyef üçün həddindən çox artırmaqla qısa məsafədə avtomobili 52/km saat sürətlə sürmüşdür. Bu isə zərərçəkmiş şəxs X6 Babatovun avtomaşını hadisə yerində bir neçə metr irəli sürməklə, dönüb geri qayıdarkən onun bir avtomaşın sığışan yolda durub dayanmasını tələb etməsinə baxmayaraq avtomaşının sürətini artırmaqla onun üzərinə sürməsi barədə ifadəsi ilə tam uyğunluq təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Lakin müəyyən edilir ki, təqsirləndirilən Umud Əsgərov qaçaqmalçılıq cinayətinə münasibətdə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə cinayət əlaqəsinə girərək qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri Azərbaycan Respublikası ərazisində qəbul edib Bakı şəhərində lazımı yerə çatdırmağı əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişdir. O, narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilməsində birgə icraçı kimi iştirak etməmişdir. Odur ki, Umud Əsgərovun qaçaqmalçılıq cinayətinə münasibətdə əməli CM-nin 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs2 isə narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsindən sonra cinayətkar qrupa Umud Əsgərov tərəfindən cəlb olunmaqla onunla narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınmaqla Bakı şəhərinə aparılması barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Onun narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmiş şəxslərlə hər hansı əlaqəsi olmamışdır. Həmçinin bu barədə Təqsirləndirilən şəxs1 və ya başqa şəxslərlə əvvəlcədən razılaşmasının olması müəyyən edilmir. Eyni zamanda məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2-ci maddəsi ilə vernilmiş ittihamdan imtina etdiyindən 01 mart 2023-cü il tarixli qərarla CPM-nin 43.1.1-ci maddəsinə əsasən onun barəsində CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda Təqsirləndirilən şəxs2 barəsində ifadə verməklə onun ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası CM-nin 59.1.10.-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla məhkəmə iclas zalında həbs alınmalı, CM-nin 56.1.2ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 həbsdə və evi dustaqlığında, Umud Əsgərovun isə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbinə əsasən şəxsin əməlində CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunan cəzanın müddəti həmin maddələrdə nəzərdə tutulmuş 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 9 ildən, CM-nin 206.2-ci maddəsi ilə təyin edilən cəzanın müddəti isə həmin maddədə nəzərdə tutulmuş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 5 il 3 aydan artıq ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 804,8 qram narkotik vasitə heroin və 5609,6 qram qurudulmuş mariuxana məhv edilməli, İmişli Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A6” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxus “Samsung Galaxy A6” markalı mobil telefonlar onların ailələrinə verilməlidir. Ekspertiza xərci 540,7 manat (beş yüz qırx manat yetmiş qəpik) məbləğində pul təqsirləndirilən şəxslərin hər birindən 270 (iki yüz yetmiş) manat 35 (otuz beş) qəpik alınaraq dövlət büdcəsinə ödənilməlidir. . İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42, 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənələk dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Resppublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 804,8 qram narkotik vasitə heroin və 5609,6 qram qurudulmuş mariuxana məhv edilsin. İmişli Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A6” markalı və Təqsirləndirilən şəxs2 məxus “Samsung Galaxy A6” markalı mobil telefonlar onların ailələrinə verilsin. Ekspertiza xərci 540,7 manat (beş yüz qırx manat yetmiş qəpik) təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs2 hər birindən 270 (iki yüz yetmiş) manat 35 (otuz beş) qəpik alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (X8 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-56/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-56/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver