Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-56/2024 25.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X15, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X10 iştirakı ilə xx xxxxxxx 1966-cı ildə ünvan 2ində doğulmuş, vətəndaşlığı olmayan, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2ində müvəqqəti qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.9, 120.2.11, 181.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə bacısı qızı Şahid3 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2ində yerləşən fərdi yaşayış evində qızıl-zinət əşyaları və bir müddət əvvəl evlərini satdıqları üçün nəğd pul vəsaitinin olduğunu bildiyinə görə bacısı qızının qayınanası 30 iyun 1952-ci il təvəllüdlü X3 evdə tək olduğu vaxt sonuncunu quldurluqla əlaqədar qəsdən öldürüb özgənin xeyli miqdarda əmlakını, yəni Zümrüd Əzimovaya məxsus xeyli miqdarda qızıl-zinət əşyasını quldurluq yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 09:30 radələrində Zümrüd Əzimovanın yaşadığı evə daxil olub söhbət edərək sonuncunun evdə tək olmasına əmin olduqdan sonra cinayətkar niyyətini həyata keçirmək üçün Zümrüd Əzimovanın qoca olduğuna görə müqavimət göstərmək iqtidarında olmadığını bilib, köməksiz vəziyyətindən istifadə edərək sonuncunun üzərinə hücum edib üzərində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş, soyuq silah hesab edilməyən, xüsusi təyinatlı ov bıçağını silah qismində tətbiq edib Zümrüd Əzimovanın boyun nahiyəsinə qəsdən bir neçə zərbə endirərək həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyunun sağ səthindəki əzələ və vətərlərinin, sağ yuxu arteriyasının, qida borusu və nəfəs borusunun zədələnməsi ilə müşayət olunan 2 ədəd kəsilmiş-deşilmiş yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boyun nahiyəsindəki 2 ədəd kəsilmiş-deşilmiş yara, sağ körpücük nahiyəsində qançır, alt çənə, sağ bazu oynağı nahiyələrində sıyrıqlarla müşayət olunan, boyun nahiyəsində sağ yuxu arteriyasının zədələnməsindən əmələ gəlmiş kəskin qanitirmə ilə nəticələnib ölümünə səbəb olan xəsarətlər yetirərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zümrüd Əzimovanı quldurluqla əlaqədar xeyli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən bıçaqla zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etdikdən sonra Zümrüd Əzimovanın aldığı xəsarətlərdən ölməsinə tam əmin olub, sonuncunun meyitini sürüyüb evin birinci mərtəbəsində otaqda gizlədərək özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə nail olmaq üçün evin ikinci mərtəbəsinə qalxıb orada pul və ya qızıl-zinət əşyaları axtararkən yataq otağında dolabda yerləşən mücrüdən aşkar etdiyi xeyli miqdar təşkil edən əmlakını-1 ədəd çəkisi 4,43 qram, 750 əyarlı, 487 manat dəyərində qızıl üzüyü, 1 ədəd çəkisi 6,11 qram, 750 əyarlı, 672 manat dəyərində qızıl üzüyü, 1 cüt çəkisi 6,69 qram, 585 əyarlı, 569 manat dəyərində sırğa, 1 ədəd çəkisi 3,34 qram, 585 əyarlı, 284 manat dəyərində qızıl üzüyü, 1 ədəd çəkisi 17,14 qram, 583 əyarlı, 1457 manat dəyərində qolbağı, 1 ədəd çəkisi 17,46 qram, 583 əyarlı, 1584 manat dəyərində qızıl üzüyü, 2 ədəd ümumi çəkisi 19,77 qram, 24 manat dəyərində bijuteriya boyunbağı və qolbaq dəstini, 1 cüt çəkisi 1,38 qram, 10 manat dəyərində bijuteriya sırğanı, 1 ədəd 0,44 qram çəkidə, 2 manat dəyərində bijuteriya sırğanı, 4 ədəd çəkisi 19,90 qram, 20 manat dəyərində bijuteriya üzüyü, 4 ədəd çəkisi 22,21 qram, 20 manat dəyərində bijuteriya üzüyü, 1 ədəd çəkisi 8,01 qram, 7 manat dəyərində bijuteriya kulonu, 2 ədəd çəkisi 8,45 qram 4 manat dəyərində bijuteriya saç broşunu, bir cüt 21 qram 585 əyarlı, 1785 manat dəyərində sırğanı, bir ədəd 7 qram 750 əyarlı 770 manat dəyərində üzüyü, bir ədəd 6 qram 585 əyarlı 510 manat dəyərində üzüyü, bir ədəd 2,77 qram 585 əyarlı 235,45 manat dəyərində üzüyü, bir ədəd 10 qram 585 əyarlı 850 manat dəyərində bilərziyi, bir ədəd 10 qram 585 əyarlı 850 manat dəyərində sepi, bir ədəd 3,22 qram, 585 əyarlı 273,70 manat dəyərində sepi, bir ədəd 6,53 qram, 585 əyarlı 555,05 manat dəyərində qolbağı, bir ədəd 1,13 qram, 585 əyarlı, 96,05 manat dəyərində kulonu, bir ədəd 2.79 qram, 585 əyarlı 237,15 manat dəyərində kulonu, bir ədəd 1,51 qram, 585 əyarlı 128,35 manat dəyərində üzüyü-cəmi 11430,75 (on bir min dörd yüz otuz manat yetmiş beş qəpik) məbləğində özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-5,855 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 18 fevral 2023-cü il tarixdə, saat 23 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2ində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd kibrit qutusunun içərisində 5,855 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.11, 181.3.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, ünvan 2ində doğulmuş, əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, sonradan Moldovada yaşamış və həmin ölkənin vətəndaşı olmuş, Moldovada cinayət törətdiyinə görə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2008-ci ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra 2021-ci ilədək Moldovanın Kişinyov şəhərində yaşamış, daha sonra Azərbaycana qayıtmış və Azərbaycan Respublikasının miqrasiya orqanı (Dövlət Miqrasiya Xidməti) tərəfindən ona vətəndaşlığı olmayan sənəd verilmiş və o, ünvan 2ində qeydiyyatda olmaqla həmin kənddə bacısı Raifə Quliyevaya məxsus evdə onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Əvvəllər Azərbaycanda yaşadığı vaxtlarda evli olmuş, sonradan ailəsindən ayrılmış (boşanmış) və Moldovaya gedib xeyli müddət orada işləyib yaşamışdır. Keçmiş arvadı və oğlu ilə heç bir əlaqəsi yoxdur. Rəsmi olaraq işləməsə də, fərdi qaydada evlərin təmiri işləri ilə məşğul olmuşdur. Əvvəllər “nəşə” adlanan narkotik maddədən (marixuanadan) istifadə etmiş, digər narkotiklərdən istifadə etməmiş və 1991-ci ildə narkotiklə bağlı bir dəfə məhkum olunmuşdur. X25 tanımış, Zümrüd bacısı qızı Gülmirənin qayınanası olmuşdur. Bacısı qızı Gülmirəgilə gedib-gəlmiş, onlarla münasibəti yaxşı olmuşdur. X20 ölümü haqqında 17 fevral 2023-cü il tarixdə, axşam saat 17 radələrində Lənkəran şəhərindən yaşadığı kəndə qayıtdıqdan sonra eşitmişdir. 18 fevral 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı kənddə Zümrüdün yas mərasimində olarkən bir qrup polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döyüb təzyiqlər edərək həmkəndlisi Zümrüd Əzimovanı öldürməsini və evindən qızılları götürməsini deməyə məcbur etmişlər. Əslində isə o, ittihamda göstərilən cinayətlərin heç birini törətməmişdir. O, tutulan gün üzərində heç bir narkotik maddə olmamış, polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları onun cibinə bir bükümdə narkotik maddə qoymuş, sonra üzərində şəxsi axtarış aparılarkən həmin narkotik maddə ondan götürülmüşdür. Həmçinin o, hadisə olan günü Zümrüd Əzimovanın yaşadığı evə getməmiş, onu öldürməmiş və evdən də qızıl-zinət əşyaları götürməmişdir. Onun satdığı və gizlətdiyi yerdən çıxarıb istintaqa təqdim etdiyi qızılları ona Zümrüd öldürülən günü, yəni 17 fevral 2023-cü il tarixdə, saat 10 radələrində həmkəndlisi Rəşad (X22) vermişdir. Rəşadın ona pul borcu olmuş və həmin borcun əvəzinə bir müddət əvvəl həmin qızılları ona vermiş, o da qızılların bir hissəsini Lənkəran şəhərində yerləşən qızıl dükanına gedib 4860 manata satmış, bir hissəsini isə əsgər yoldaşı Şahid6 həyətindəki tualetin yanında daşların arasında gizlətmişdir. Qızılları satıb əldə etdiyi pulların bir hissəsini borclarına vermiş, bir hissəisni xərcləmiş, qalanı isə üzərində olmuşdur. Tutulduqdan sonra polis əməkdaşları onu yaşadığı Lənkəran rayonun Yuxarı Nüvədi kəndinin ərazisində olan gilas bağına gedən yola aparmışlar ki, həmin yerin yaxınlığında olan müşahidə kamerasını düşsün. Həmin ərazidə müşahidə kameraları vardır və həmin yol Zümrüd Əzimovanın yaşadığı evə tərəf gedir. Polis əməkdaşları həmin yoldan təxminən 50 metr aralıda, yolun hər iki tərəfində dayanıb onu əvvəlcədən öyrətmişlər ki, guya ki, o, 17 fevral 2023-cü il tarixdə Zümrüdün yaşadığı evə getmiş və onu öldürməyi ilə bağlı Zümrüdün evinə həmin yolla necə getdiyini göstərsin. Bundan sonra o, həmin yolla hərəkət edib Zümrüdün yaşadığı evə tərəf gedib geri qayıtmış və onun bu yolla hərəkəti müşahidə kamerasını düşmüşdür. Sonra polis əməkdaşları onu hadisə olan yerə aparmış, orada da o, polislərin dediyi kimi hərəkət edib Zümrüd Əzimovanı öldürdüyünü və evdən qızılları götürdüyünü bildirmişdir. O, Zümrüd Əzimovanı öldürməmiş, bununla bağlı, həmçinin üzərində narkotik maddə aşkar edilməsi ilə bağlı verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Lənkəran rayonun Yuxarı Nüvədi kəndində doğulsa da, hazırda vətəndaşlığı yoxdur və heç bir dövlətin vətəndaşı deyil. O, narkotik istifadəçisi olmaqla marixuanadan istifadə etmişdir. X2 onun bacısı qızı Şahid3 qayınanası olmuş, onların evinə həmişə gediş-gəlişi olmuşdur. Zümrüd bacısının kənddə olan torpaq sahəsinə dəfələrlə gəlib inəklər üçün ot biçib aparmış, o da dəfələrlə həmin ərazidə Zümrüdə kömək edib sonuncunun evinə ot aparmışdır. O, Zümrüdün gəlini, yəni bacısı qızı Gülmirə və ailəsi ilə birlikdə kənddə dəfələrlə toy məclislərində iştirak etmiş və toy məclislərində Gülmirənin çoxsayda qızılzinət əşyalarının olduğunun şahidi olmuşdur. Həmin vaxt Gülmirənin qulağında, biləyində, boynunda, barmaqlarında qiymətli zinət əşyaları olmuşdur. Həmçinin Gülmirənin X38in 2022-ci ilin sonlarında yaşadığı evi və maşınını satdığını, həmin pullarla Yuxarı Nüvədi kəndində özünə fərdi yaşayış evi tikdirdiyindən də məlumatlı olmuşdur. O, yaşadığı kənddə Elçinin işlədiyi dükandan dəfələrlə nisyə ərzaq məhsulları götürmüş, həmçinin 2023-cü ilin yanvar ayında kənd sakini Taledən 345 manat borca pullar götürmüşdür. 16 fevral 2023-cü il tarixdə götürdüyü borcları ödəyə bilməyəcəyini görüb qərara almışdır ki, Zümrüd Əzimovanın evinə gedib oradan qızıl zinət əşyaları və pul ələ keçirsin. Ona görə də o, 16 fevral 2023-cü il tarixdə, saat 16 radələrində qardaşının istifadəsində olmuş torpaq sahəsini reyestrdən qeydiyyatdan keçirmək məsələsini öyrənmək bəhanəsi ilə Zümrüdgilə getmişdir. Zümrüdgil yeni torpaq sahəsi aldığı üçün bu mövzuda məlumatlı olduqlarından o da guya qardaşının istifadəsində olmuş torpaq sahəsini öz adına keçirəcəyi mövzusunda söhbət etmək bəhanəsi ilə 16 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Zümrüdgilə getmişdir. Həmçinin o, Zahirin ev tikintisi ilə məşğul olduğu üçün axşam saatlarında evə gəldiyini, uşaqlarının isə müəllim yanında hazırlıqda olduqlarını əvvəlcədən bilmişdir. Zümrüd və gəlini Gülmirə evdə olmuş, o, evdə Gülmirə və Zümrüdlə birlikdə çay içib söhbətləşmişdir. Həmin vaxt Gülmirə evdə olduğundan o, Zümrüdü öldürüb evdə qızılların və pulların yerini axtarıb ələ keçirə bilməmişdir. Həmin günü evdən götürdüyü bıçaq üzərində-gödəkcəsinin içərisində gizlədib saxlamış, Gülmirə evdə olduğu üçün niyyətindən imtina etmiş və qərara almışdır ki, 17 fevral 2023-cü il tarixdə, səhər saatlarında Zümrüdgilə getsin. O, Zümrdügildən çıxıb evinə getmiş, qərara almışdır ki, səhərisi günü Zümrüdgilə getsin, evdə Gülmirə olduğu halda salamlaşıb evə qayıtsın, olmadığı halda niyyətini, yəni həmişə evdə olan Zümrüdü öldürüb evi axtarıb qızılları ələ keçirsin. Ona görə 17 fevral 2023-cü il tarixdə, saat 09:10 radələrində evdən ət kəsmək üçün istifadə etdiyi bıçağı gödəkcəsinin altında gizlədib kənd yolu ilə piyada təqribən ***- **** metr məsafə aralığında evi olan Zümrüdgilə getmiş, saat 09:30 radələrində Zümrüdgilin evinə çatmış, həyətin qapısı kilidli olmamış, qapını açıb içəri daxil olmuşdur.Zümrüdgilə gedərkən o, kimsəni görməmiş, kiminsə onu görməsini bilməmişdir. Evin həyətində kimsə olmamış və o, səs etmədən evin açıq giriş qapısından içəri daxil olmuş və Zümrüdün pilləkənin altında paltaryuyan maşının qarşısında olduğunu görmüşdür. Zümrüd onun içəri daxil olduğunu görüb onunla salamlaşıb hal-əhval tutmuş və o, Zümrüddən evdə kimlərin olduğunu soruşduqda Zümrüd evdə kimsənin olmadığını bildirmişdir. O, pilləkənlərə tərəf çönüb bir qədər irəliləyib gizlin şəkildə qəfildən bıçağı gödəkcəsinin içərisindən çıxararkən Zümrüd onun gödəkcəsindən yapışmış, həmin anda bıçaq artıq sağ əlində olmuş və o, Zümrüdə tərəf çevrilib onun boyun nahiyəsindən dörd dəfə (öldürmək məqsədilə) zərbələr vurmuş və həmin zərbələrdən sonra Zümrüd yerə yıxılmışdır. O, Zümrüdün kürək nahiyəsindən tutub sürüyərək zirzəmidə ikinci otağa aparıb və kürəyiüstə, qolları yana açıq şəkildə, ayaqlarını da divara söykəyərək uzatmışdır. O, əvvəlcədən Zümrüdü bıçaqla öldürəcəyini planlaşdırmış və hadisə anidən baş vermişdir. Zümrüdə bıçaq zərbələri endirərkən boyun nahiyəsindən üzərinə qan sıçrantıları olmamış, Zümrüdün boynundan qan axıntısı çox az miqdarda olmuşdur. Bıçaq zərbələrindən sonra Zümrüd ölmüşdür. O, bıçağı Zümrüdün gödəkcəsinin alt tərəfinə paltarlara sürtüb üzərindəki qanı təmizləmiş və gödəkcənin içərisində qoltuğunun altında gizlətmişdir. Sonra o, yuxarı-evin 2-ci mərtəbəsinə qalxıb sağda yerləşən birinci otağa daxil olub dolabların gözlərini axtarmış, orada pul və ya qızıl tapmadığından ikinci otağa daxil olmuş və həmin otaqdakı dolabın süyürmələrin üzərində tapdığı mücrünün içərisindən 2 cüt qızıl sırğa 6 ədəd qadın və 2 ədəd kişi qızıl üzüyü, 1 ədəd qızıl sep və 2 ədəd qızıl bilərzik metal əşyalardan-üç ədəd kişi üzüyü, beş ədəd qadın üzüyü, iki ədəd sep, iki ədəd qolbaq, iki cüt sırğa, bir ədəd tək sırğa, bir ədəd aralıq, iki ədəd saç broşkası, habelə bir ədəd alyans qızıl üzük, qızıl aralıq, bir ədəd qızıl sep və qızıl bilərzik götürüb digər yerləri axtararkən tələsdiyi üçün evi tərk etmək qərarına gəlmişdir. Ona görə qızılları cibinə qoyarkən bir ədəd alyans qızıl üzük, iki ədəd qızıl aralıq (kulon), bir ədəd qızıl sep və qızıl bilərzik yerə (döşəməyə) düşmüş, həyəcanlı olduğundan həmin qızıl zinət əşyalarını götürməmiş və evi tərk edib həyətə çıxıb saat 10:05 radələrində kənd yolu ilə evinə getmişdir. O, Zümrüdgilin evindən çıxıb Qənbəroba kəndi istiqamətində bir qədər piyada hərəkət edib yol ayrıcından sağ tərəfə piyada hərəkət edərək evinə tərəf getmişdir. Həmin yolun sol çiyni boyunca su kanalı vardır və o, kanal boyunca hərəkət edərkən sağ cibindən qızılları çıxarıb baxaraq onları sayıb dəqiqləşdirmişdir. O, Zümrüdgilə gələrkən də həmin kanal boyunca hərəkət etmişdir. O, evə gəldikdə evdə bacısı Raifə, bacısının gəlini Arzu, bacısı oğlu Əmrah, bacısı qızı Ülkər evdə olmuşlar. O, evdə kimsə görmədən bıçağı yuduqdan sonra zala daxil olub bıçağı sol tərəfdə dolabın altına qoymuşdur. O, çöldə şübhə çəkməmək üçün hadisə vaxtı əynində olmuş tünd boz rəngli cins şalvarı, göy rəngli gödəkcəni soyunub qara rəngli cins şalvar və qara rəngli gödəkcə geyinmişdir. Sonra o, qızılları götürüb kəndin mərkəzinə getmiş, kəndin mərkəzində olarkən bacısı oğlu Zamin, qardaşı oğlu Vurğun onu orada görmüşlər. O, Vurğunla söhbətləşib, hal-əhval tutmuş, saat 10:30 radələrində avtobusla Lənkəran şəhərinə getmişdir. Lənkəran şəhər bazarda qızıl dükanlarına girib qızılları satmaq istəmiş, lakin ondan şəxsiyyət vəsiqəsi tələb edildiyindən qızılları sata bilməmiş, evə qayıdıb şəxsiyyətini təsdiq edən sənədi götürməsi üçün saat 14 radələrində avtovağzala gedib tanımadığı şəxsin taksi maşını ilə kəndə gedib müvəqqəti yaşamaq üçün icazə vərəqəsini götürüb yenidən həmin taksi ilə geri qayıtmışdır. Sənədi evdən götürəndə bacısı Raifə ondan nə səbəbə sənədi götürdüyünü soruşmuş, o da usta işləyəcəyi yerdən tələb etdiklərini bildirmişdir. Həmin gün saat 15 radələrində bazarın yaxınlığında taksidən düşüb Lənkəran şəhəri «Mərkəzi Bazar» ərazisinə gedib orada olan zərgərlik mağazasına daxil olub orada satıcı işləyən iki nəfər şəxsə kişi üzüyünü neçəyə ala biləcəklərini soruşmuş, adını bilmədiyi satıcı 860 manat pul verə biləcəyini bildirmişdir. Satıcı ondan şəxsiyyət vəsiqəsinin olub-olmadığını dəqiqləşdirmiş, bundan sonra o, satıcı işləyən X5 bir ədəd kişi üzüyünü sataraq sonuncunun təqdim etdiyi dəftərə kiril qrafikalı əlifba ilə “Təqsirləndirilən şəxs, Yuxarı Nüvədi, Özümündür ehtiyacım üzündən satıram, oğurluq deyil, imzamla təsdiq edirəm, 17.02.23, üzük qaşsız 15. qr verdim. 860 m pul aldım” məzmunda yazı yazıb, “Təsdiq edirəm” yazısını yazıb daha sonra imzasını çəkmişdir. Həmin İmza və xətt nümunəsi ona məxsusdur. Mağazada olarkən düşünmüşdür ki, satıcı üzüyü ondan ucuz qiymətə almışdır, ona görə digər qızılları başqa dükana satmağı qərarlaşdırmış və bazarın mərkəzində yerləşən “Star gold” adlı mağazaya daxil olub satıcı işləyən, sonradan adı ona məlum olan Şahid5 maşınını təmir etmək üçün qızılları satmaq istədiyini bildirmiş, Anar da ondan şəxsiyyət vəsiqəsi tələb etmişdir. O, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini, 1 cüt qızıl sırğa və qızıl üzük komplekti, 3 ədəd qadın üzüyünü, 1 ədəd qızıl sepi və 2 ədəd qızıl qolbağı Anara təqdim etmiş, Anar da qızlları qiymətləndirib ona 4000 manat pul verə biləcəyini bildirmiş, o da razılaşmışdır. Sonra o, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surəti çıxarıb gətirib Anara vermiş, Anar da icazə vəsiqəsinin surətinin altına “çəki 76.77 qram, aldım Təqsirləndirilən şəxs” sözlərini yazılarını yazmışdır. Sonra Anar onun yanında qızalları çəkmiş və qızılların çəkisi 76.77 qram olmuş, sonra Anar onun şəkillərini də telefonla çəkmiş, bundan sonra o, 4000 manat pulu Anardan götürüb bazardan çıxmışdır. 17 fevral 2023-cü il tarixdə, qızıl-zinət əşyalarını «Mərkəzi Bazar»da satdıqdan sonra Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Azercell” müştəri xidmətlərinin inzibati binasına gedib oradan telefon üçün kontur almış, həmin vaxt orada olan həmkəndlisi Qubalı Məmmədovu görüb onunla söhbət etmiş və cibində xırda pul olmadığı üçün 100 manatlıqları çıxararkən Qubalı həmin pulları görmüşdür. Hətta Qubalı ondan bu qədər pulu necə əldə etdiyini soruşanda o, “Allah yetirib” deyə cavab vermişdir. O, Lənkəran şəhəri ərazisində oturub çayxanada çay içdikdən sonra saat 17:55 radələrində “16:35” taksi xidmətinə zəng edib kəndə taksi sifariş verib həmin taksi ilə kəndə evinə getmişdir. Evdə bacısı Raifəyə 220 manat pul vermişdir ki, ailənin dolanışığını təmin etsin, uşağına dərmanlar alsın. Bacısı həmin pulu haradan aldığını soruşmuş, o da borc aldığını bildirmişdir. Sonra o, kəndin mərkəzində yerləşən “Təkbir” adlı mağazaya gedib orada nisyə dəftərindən borclarını sildirərək xatırlamadığı satıcıya 300 manat pul vermiş, daha sonra taksi fəaliyyəti ilə məşğul olan kənd sakini Talehlə görüşüb 2023-cü ildə ondan aldığı 345 manat borcunu qaytarmışdır. Sonra evinə getmiş və evdə olarkən kənddə Zümrüdün naməlum şəxs tərəfindən öldürülməsi ilə bağlı söz-söhbətlər gəzdiyini eşitmişdir. 17 fevral 2023-cü il tarixdə, saat 20 radələrində bacısı ilə birlikdə mərhum Zümrüdgilin evinə gedib Zahirə və Gülmirəyə başsağlığı vermişdir. 18 fevral 2023-cü il tarixdə, saat 23 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları onu küçədə saxlayıb üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirilib polis şöbəsinə aparılmışdır. Saxlanılan vaxt üzərində, əynindəki gödəkcənin cibində narkotik vasitə marixuana olmuşdur. Polis şöbəsində üzərində axtarış zamanı əynindəki gödəkcəsinin cibindən narkotik vasitə marixuana aşkar olunub götürülmüşdür. O, Zümrüdü öldürüb qızılzinət əşyalarını ələ keçirdiyini gizli saxlaya bilməmiş və etdiyi əməldən peşiman olduğundan dindirilərkən cinayət əməlini törətməsini etiraf etmişdir. Zümrüd Əzimovanı öldürməkdə məqsədi evə daxil olub qızıl-zinət əşyalarını və pulları götürmək olmuşdur. Onun borcları çox olduğundan qərara almışdır ki, Zümrüdü qətlə yetirib evindən qızıl-zinət əşyalarını, pullarını ələ keçirsin. Zümrüd Əzimovanı öldürərkən kimsə iştirakçı olmamış, cinayəti özü tək törətmişdir. O, 16 fevral 2023-cü il tarixdə xatırlamadığı vaxtda Lənkəran şəhərində «Bazar» adlanan ərazidə tanımadığı şəxsdən istifadəsi üçün 30 manata bir kibrit qutusu marixuana almışdır. 18 fevral 2023-cü il tarixdə, saat 23 radələrində polis əməkdaşları onu Yuxarı Nüvədi kəndində şübhəli şəxs kimi tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış zamanı gödəkcəsinin cibindən bir ədəd kibrit qutusunda marixuana aşkar edilmiş və buna görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən çıxmış 100 dollar suvinir əskinası 17 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri «Mərkəzi bazar» ərazisində yerdən tapmış, xoşuna gəldiyi üçün cibinə qoymuşdur. Şəxsi axtarış zamanı üzərindən çıxmış 2961 manat pul qızılları satıb əldə etdiyi pullardır. Həmçinin Zümrüdgilin evindən götürdüyü qızıl olmayan çoxsaylı üzük, sırğa, bilərzik, sep və bir ədəd qızıl qadın üzüyü özünün qaldığı, bacısı Raifənin evində içərisində iş alətləri olan özünə məxsus köhnə çantanın ön hissəsində yerləşən zəncirbəndlə bağlanan gizli cibə qoyub gizlətmişdir ki, sonradan onları satsın. O, ələ keçirdiyi qalan qızılları, yəni bir cüt sırğa, üç ədəd üzüyü 18 fevral 2023-cü il tarixdə tanışı Şahid6 fərdi yaşayış evinin həyətində gizlətmiş, bundan Şahid6 məlumatı olmamışdır. 18 fevral 2023-cü il tarixdə əsgər yoldaşı Məcidgildə olarkən yemək yedikdən sonra çölə çıxıb, daş hasarın qarşısında olan tualetin kənarında siqaret çəkərkən üzərində olan qızılları daşların arasında gizlətmək və bir neçə gün sonra gəlib həmin yerdən qızılları götürmək qərarına gəlmişdir. Məcidin evinin içərisində tualet olduğundan çöl tualetinin istifadə edilməməsinə və tualetin qarşısında çay daşları olduğundan həmin yerə gediş-gəliş olmamış, ona görə də qızılları cibində saxlamağının problem ola biləcəyini, kəndə qayıdarkən qızılları üzərində gəzdirməyinin doğru olmayacağını, polis əməkdaşlarının kənddə olduğunu fikirləşib ani qərar verib qızılları daşların arasında gizlətmişdir. Zümrüdgilin evinə pul və ya qızıl-zinət əşyalarını ələ keçirmək məqsədi ilə daxil olmuş, evdən qızıl-zinət əşyalarını, metal əşyaları ələ keçirdikdən sonra tələsdiyi üçün bir ədəd alyans üzük, iki ədəd aralıq, bir ədəd qızıl bilərzik (qolbaq) və sep əlindən yerə düşmüş və ev sakinlərinin evə gələ biləcəyindən qorxuduğu üçün vaxt itirməmək üçün onları götürmədən evdən çıxıb getmişdir. Həmçinin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ifadəsi müdafiəçinin iştirakı ilə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs nə vaxt, harada, necə, hansı şəraitdə Zümrüd Əzimovanı üzərində gəzdirdiyi bıçaqla vuraraq öldürməsinə dair hallara aid yerləri əyani olaraq göstərmiş, daha sonra evdə olan qızıl-zinət əşyalarını və digər metalları axtardığı və ələ keçirdiyi yerləri, habelə ələ keçirdiyi əmlakı Lənkəran şəhəri, «Mərkəzi Bazar»da yerləşən hansı mağazalara və satıcılara satdığını, gizlətdiyi digər qızılların yerlərini bilavasitə göstərməklə ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş, eləcə də ifadənin yerində yoxlanılmasına dair protokol və digər aidiyyəti sənədlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları olduğundan o, Zümrüd Əzimovanı öldürməsini və onun yaşadığı evdən qızıl-zinət əşyalarını götürməsini bildirmişdir. Əslində isə o, Zümrüd Əzimovanı öldürməmiş və onun yaşadığı evdən qızıl-zinət əşyalıarını götürməmiş, satdığı və ayrı-ayrı yerlərdə, o cümlədən özünün göstərdiyi yerdən aşkar olunmuş qızıl-zinət əşyalarını ona pul borcunun əvəzinə həmkəndlisi Rəşad Əliyev vermişdir. Həmçinin tutulan vaxt üzərində narkotik maddə olmamış, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları olduğundan o, üzərində aşkar olunmuş narkotik maddənin (marixuananın) özünə məxsus olduğunu bildirmişdir. Əslində aşkar olunmuş narkotik maddəni (marixuananı) üzərinə polis əməkdaşları qoymuşdur. Ona görə də verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. Daha sonra (şahid Rəşad Əliyev ifadə verdikdən sonra) Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmkəndlisi Rəşad Əliyevin ona pul borcu olmamış və Rəşad Əliyev ona qızıl-zinət əşyaları verməmiş, Zümrüd Əzimovanı özü öldürmüş, satdığı və aşkar olunmuş qızıl-zinət əşyaları, tutulan vaxt cibində aşkar olunmuş pul vəsaiti (qızıl əşyaları satıb əldə etdiyi 2961 manat) özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətinin protokolları, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində göstərmişdir ki, X2 anasıdır, Təqsirləndirilən şəxs arvadı Şahid3 dayısıdır. O, arvadı Şahid3 və azyaşlı uşaqları, mərhum anası X27 rayonunun Yuxarı Nüvədi kəndində olan evində birgə yaşamışlar. Anası Zümrüd təqaüdçü olmaqla heç bir yerdə işləməmiş, özü isə daş sexində fəhlə işləmişdir. Anası Zümrüdün kiminləsə düşmənçiliyi, ədavəti olmamış, həmçinin ailə üzvləri və onunla anasının münasibəti çox yaxşı olmuşdur. Atası uzun müddət əvvəl vəfat etmişdir. Təxminən 7-8 il bundan əvvəl Lənkəran rayonun Yuxarı Nüvədi kəndində ev tikmək üçün iki min manata torpaq sahəsi almış və həmin yerdə iki mərtəbəli ev tikmiş, yaşadığı evi isə 2022-ci ilin noyabr ayında on üç min manata həmkəndlisi Rəşada satmışdır. Rəşad pulu tam vermədiyinə görə, həm də yeni evi istifadəyə yararlı vəziyyətdə olmadığından ailəsi faktiki olaraq satdığı evdə yaşamalı olmuşdur. Həmçinin 2022-ci ildə özünə məxsus “VAZ-2104” markalı avtomobili 7500 manata Asiman adlı şəxsə satmışdır. Həmin satışlardan əldə etdiyi pulları şəxsi ehtiyaclarına və yeni evin tikintisinə xərcləmişdir. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında anası Zümrüd evdə, uşaqları məktəbdə olmuş, arvadı Gülmirə Lənkəran şəhərinə bazarlıq üçün getmiş, özü isə təzə tikdirdiyi evə işləməyə gedib orada bacanağı Samirlə birlikdə işləməyə başlamışdır. Bir saat işlədikdən sonra 10 radələrində Samirlə birlikdə tikinti materialları almaq üçün yaşadığı evə doğru getmiş, məhləyə çatdıqda həyətin giriş qapısının açıq olduğunu görüb həyətə girmiş, Samir həyətdə gözləmiş, özü isə evə daxil olub anasını səsləsə də, anası cavab verməmişdir. O, evin ikinci mərtəbəsinə qalxmış və zalda anasının yatdığı yerin, zaldan sonra birinci otaqdakı əşyaların da dağınıq vəziyyətdə olduğunu görüb evə oğrunun girməsindən şübhələnmiş və zalın axırında sağdakı ikinci otağa daxil olduqda, burada əşyaların yerlərinin dəyişik olduğunu, ətrafda olan paltarların, yorğan döşəyin dağıdıldığını görmüşdür. Sonra o, dərhal evdə qızılları qoyduqları yerə, yəni həmin otaqda girişdən solda yerləşən dolabda mücrüyə baxmış və qızıllar yerində olmamış, həmin vaxt qızılları qoyduqları dolabın qarışısında döşəmədə bir ədəd sep və bir ədəd bilərziyin (qolbağın) olmasını görüb kiminsə evə girib qızılları oğurladığını bilmişdir. Bundan sonra o, Samirə evdən qızılların oğurlandığı demiş, Samir də evdə heç nəyə toxunmamasını, polisə məlumat vermsini bildirmişdir. Bir qədər sonra Samir qışqıraraq Zümrüdün meyitini evin birinci mərtəbəsində zirzəmisində olduğu bildirmiş, dərhal o, evin zirzəmisinə düşmüş və anasının evin birinci mərtəbəsində olan otaqda arxası üstdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Sonra o, anasının nəbzini yoxlamış, anasının nəbzi döyünmədiyindən və dərisi soyuq olduğundan anasının öldüyünü bilmişdir. Evdə nə baş verdiyini anlamamış, dərhal evdən çölə çıxıb polisə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra polis və prokurorluq əməkdaşları evinə gəlib hadisə yerini müayinə etmiş, təcili tibbi yardım maşını ilə anasının meyiti aparılıb tibbi müayinədən keçdikdən sonra onlara təhvil verilmiş və anasının meyitini dəfn etmişlər. Anasının kim tərəfindən öldürülməsi və evdən qızılların necə və kim tərəfindən oğurlanması barədə əvvəl məlumatı olmamış, lakin sonradan istintaq orqanı tərəfindən ona verilən məlumatdan bilmişdir ki, həmkəndlisi və arvadının dayısı Təqsirləndirilən şəxs həmin gün evlərinə gəlib anası Zümrüdü bıçaqla vurub öldürmüş, sonra evdən qızılları oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı qızılların bir hissəsini satmış, bir hissəsi isə aşkar edilib götürülmüş və Təqsirləndirilən şəxs isə törətdiyi cinayətlə bağlı həbs olunmuşdur. Evdən nə qədər qızıl-zinət əşyalarının oğurlanmasını əvvəl bilməmiş, sonradan arvadı Gülmirə evdən oğurlanmış qızıl-zinət əşyalarının siyahısını tutduqdan sonra ona məlum olmuşdur ki, 17 fevral 2023-cü il tarixdə evdən 2 cüt qadın qızıl sırğası, 6 ədəd qadın və 2 ədəd kişi qızıl üzüyü, 1 ədəd qızıl sep və 2 ədəd qızıl bilərzik, metal əşyalardan-üç ədəd kişi üzüyü, beş ədəd qadın üzüyü, iki ədəd sep, iki ədəd qolbaq, iki cüt sırğa, bir ədəd tək sırğa, bir ədəd aralıq, iki ədəd saç broşu oğurlanmışdır. Arvadı Gülmirənin dediyinə görə evdən oğurlanmış qızıl-zinət əşyalarının cəmi dəyəri 17.500 (on yeddi min beş yüz) manat təşkil edir. Həmçinin qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı ekspert rəyi ilə razılaşır. Hazırda bu cinayəti törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurulan ziyanı tələb edir, həm də bu cinayəti Təqsirləndirilən şəxs törətmişsə, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 X2nın yaşadığı evdə meyitinin aşkar olunması faktına dair halları üzrə zərərçəkmiş şəxsin hüquqi varsi Zahir Əliyevin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, X38 və azyaşlı uşaqları ilə birlikdə ünvan 2ində olan evində yaşayırlar. X23yınanası olmuş, o da onlarla birlikdə eyni evdə yaşamışdır. Təqsirləndirilən şəxs dayısıdır, dayısı onların evinə gəlib-getmiş və münasibətləri yaxşı olmuşdur. Mərhum qayınanası Zümrüd Əzimova təqaüdçü olmuş, heç bir yerdə işləməmiş, uşaqları məktəblidir, X38 daş sexində işləmiş və özü evdar qadındır. X12 ailə üzvləri ilə münasibətləri çox yaxşı olmuşdur. X38 bir neçə il əvvəl yaşadıqları kənddə torpaq sahəsi alıb ev tikməyə başlamış, həmçinin yaşadıqları evi də 2022-ci ildə on üç min manata Yuxarı Nüvədi kənd sakini Rəşada satsalar da, evin pulu tam verilmədiyinə görə evdə yaşamağı davam etmişlər. Həmçinin əri Zahir avtomobilini də satmışdır ki, yeni evi tez tikib qurtarsın. 17 fevral 2023-cü il tarixdə, səhər saatlarında qayınanası Zümrüd uşaqları məktəbə aparıb sonra evə qayıtmışdır. Əri Zahir yeni evdə işləməyə getmiş, saat 09 radələrində özü isə evdən çıxıb bazarlıq üçün Lənkəran şəhərinə getmiş və bazarlıq etdikdən sonra saat 12 radələrində evinə qayıtmışdır. Yaşadıqları evin qarşısına çatanda bacısı Jalə qaçaraq yanına gəlib ona evində oğurluq olunduğunu və qayınanası Zümrüdün öldürüldüyünü bildirmişdir. Həmin vaxt əri Zahirin yeznəsi Samirin və qardaşı Zaminin evin həyətində olduqlarını görmüşdür. O, yaşadığı evə girmək istəmiş, lakin qardaşı Zamin onu evə girməyə qoymamışdır. O, ailəsinə aid qızılların və pulların ayda bir dəfə evdə yerlərini dəyişdirmiş, həmçinin pulları və qızılları evin içində müxtəlif yerlərdə, uşaqların paltarlarının arasında, döşəyin arasında, matrasın altında və sair yerlərdə saxlamışdır. Həmin qızılların və pulların yerini dəyişməkdə məqsədi oğurluq halının qarşısını almaq olmuşdur. Çünki uzun müddət əvvəl evdən oğurluq olmuş, lakin polis əməkdaşlarına bu barədə məlumat verməmişlər. O, qızılları evdə olan kiçik ölçülü mücrünün içərisində saxlamış və hadisə olan vaxt evdə olan qızılların hamısı bir yerdə olmuşdur. Qızıllar evin ikinci mərtəbəsində yataq otağında girişdən üzbəüz sol tərəfdə olan dolabın soldan birinci hissəsində, yuxarıdan ikinci siyirməsində paltarların arxasına, evdə olan 2490 manatı isə yatdığı taxtda yastığın içərisinə qoymuşdur. Hadisə baş verən günü evindən qızıllar oğurlansa da, 2490 manat pul yerində olmuş oğurluq edən şxs pulu tapa bilməmişdir. 17 fevral 2023-cü il tarixdə evindən 2 cüt qadın qızıl sırğası, 6 ədəd qadın və 2 ədəd kişi qızıl üzüyü, 1 ədəd qızıl sep və 2 ədəd qızıl bilərzik, metal əşyalardan-üç ədəd kişi üzüyü, beş ədəd qadın üzüyü, iki ədəd sep, iki ədəd qolbaq, iki cüt sırğa, bir ədəd tək sırğa, bir ədəd aralıq, iki ədəd saç broşkası oğurlanmışdır. Oğurlanmış qızıl-zinət əşyalarının dəyərini əvvəl dəqiq bilməmiş, sonradan həmin əşyaların dəyərini hesablamış və məlum olmuşdur ki, oğurluq nəticəsində ailəsinə 17.500 (on yeddi min beş yüz) manat ziyan dəymişdir. Sonradan istintaq orqanı tərəfindən onlara məlumat verilmişdir ki, dayısı Təqsirləndirilən şəxs qayınanası Zümrüd Əzimovanı öldürmüş və evdən qızıl-zinət əşyalarını oğurlamışdır. Dayısı Təqsirləndirilən şəxs Anar adlı şəxsə satdığı qızıllar-bir cüt 21 qram 585 əyyar qızıl sırğa, bir ədəd 7 qram 750 əyyar qızıl üzük, bir ədəd 6 qram 585 əyyar qızıl üzük, bir ədəd 2,77 qram 585 əyyar qızıl üzük, bir ədəd 20 qram 585 əyyar reket bilərzik, bir ədəd 10 qram 585 əyyar reket bilərzik, bir ədəd 10 qram 585 əyyar reket sep olmaqla həmin qızıllar və ona tanınması üçün təqdim olunmuş digər qızıl-zinət əşyaları tanımış və həmin qızıl-zinət əşyalarını ailəsinə məxsusdur. Hazırda bu cinayəti törətmiş şəxs tərəfindən ailəsinə vurulmuş ziyanın ödənilməsini tələb edir, həm də istintaq orqanı tərəfindən götürülmüş qızıl-zinət əşyalarının qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, qızıl-zinət əşyalarının ticarəti ilə məşğuldur və Lənkəran şəhəri ərazisində “Böyük bazar” adlanan ərazidə olan dükanlardan birini icarəyə götürüb işlədir. O, qızıl satmaqla yanaşı, həm də qızıl alır. Qızıl satmaq istəyən vətəndaş ona müraciət etdikdə, o, şəxsiyyətini təsdiq edən sənədi tələb edir, həm də qızılların və digər zinət əşyalarının oğurluq olub-olmamasını, həmin qızılları hansı səbəbdən satmasını soruşur. Əgər şəxsiyyətini təsdiq edən sənəd olan şəxs həmin əşyaların oğurluq olmadığını desə və onda bu əşyaların oğurluq olması ilə bağlı şübhələr olmasa həmin qızılı dükanında olan elektron tərəzi ilə çəkib, gündəlik birja qiymətləri ilə lom şəklində qiymətləndirib pulunu verir, həmçinin, müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surətini çıxarıb özündə saxlayır. Əgər müraciət edən şəxs qiymətlə razılaşarsa həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədə imza etdirib, özü də həmin vərəqə öz xətti ilə aldığı qızılın çəkisini yazıb götürür. 17 fevral 2023-cü il tarixdə, saat 15 radələrində bir nəfər əvvəllər tanımadığı şəxs işlədiyi dükana yaxınlaşıb qızıl satmaq istədiyini bildirmiş, o da həmin şəxsdən üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşmuş, bu şəxs şəxsiyyətini təsdiq edən sənədinin olduğunu deyib “Azərbaycan Respublikasının Ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi”-ni ona təqdim etmiş və həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona iki ədəd bilərzik, bir ədəd sep, üç ədəd üzük və bir ədəd komplekt sırğa və üzük təqdim etmişdir. Əminağa həmin əşyalara görə bazarda olan digər dükanda 3600 manat məbləğində pul verildiyini, lakin onun həmin məbləğlə razı olmadığını bildirmişdir. Bundan sonra o, Əminağanın ona təqdim etdiyi iki ədəd bilərzik və bir ədəd sepin qızıl materialdan olub-olmaması yoxlamış, həmin əşyaların qızıldan olmasını müəyyən etmişdir. Həmçinin müəyyən etmişdir ki, Əminağanın ona təqdim etdiyi bir ədəd sep 585 əyyarlı 10 qramlıq qızıl, bilərziklərdən biri (qalın olanı) 585 əyyarlı 20 qram qızıl, digər bilərzik isə 585 əyyarlı 10 qram qızıl olmuş, üzüklər və sırğaları isə yoxlamamış, onların qızıl olmasına inanmışdır. Təqsirləndirilən şəxs ona təqdim etdiyi qızılların hamısı rus qızılı olmuşdur. Daha sonra qızılları elektron tərəzidə çəkmiş cəmi çəkisi 76,77 qram olmuşdur. O, Əminağadan həmin qızılların ona məxsus olub-olmamasını və nə üçün onları satmasını soruşmuş, Əminağa da avtoqəza törədib avtomobilini əzdiyindən avtomobilin təmiri ilə bağlı pul lazım olduğunu və bu səbəbdən qızılları satdığını bildirmişdir. O da Təqsirləndirilən şəxs inanıb ona həmin qızılların hamısını ümumilikdə 4000 (dörd min) manata ala biləcəyini bildirmiş, Əminağa da dərhal razılaşmış və o, Əminağaya 4000 manat pulu vermişdir. Həmin pul 40 ədəd 100 manatlıq əskinazlar olmuşdur. O, istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs ona qızıl satarkən vəsiqəsinin və qızılların şəkillərini mobil telefonu ilə çəkmişdir. Bundan sonra Əminağanın yanında komplekt üzük və sırğanın, həmçinin bir ədəd tək üzüyün qaşlarını çıxarıb dükanda olan digər qaşların yanına qoymuşdur. Tək alyans üzükdə, sepdə və bilərziklərdə qaş olmamışdır. O, komplekt üzük və sırğanın qaşları çıxarmazdan əvvəl Əminağaya qızılların qaşını çaxaracağını əvvəlcədən bildirmişdir ki, sonradan gəlib qızılları geri istəməsin. Bundan sonra Təqsirləndirilən şəxs dükandan çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona verdiyi iki ədəd qızıl bilərzik, bir ədəd qızıl sepi, üç ədəd qızıl üzüyü və bir ədəd komplekt üzük və sırğaları 17 fevral 2023-cü tarixdə yaşadığı evdə olan xüsusi aparat vasitəsilə əritmiş və həmin qızılları xatırlamadığı şəxsə Bakı şəhərində satmışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, onunla bir yerdə hərbi xidmətdə olmaqla münasibətləri yaxşı olmuşdur. Əminağa uzun müddət Moldovada yaşamış, onunla görüşməmiş, 2021-ci ilin sonlarında Əminağanı Lənkəran şəhərində olmasını bilib onunla görüşmüşdür. Əminağa heç bir yerdə işləmədiyindən o, müxtəlif evlərdə fəhlə kimi işləməyə gedərkən Əminağanı da özü ilə aparmış və aldığı əmək haqqını onunla bölmüşdür. Əminağanın yaxın dostu o olmuş, şəhərdə bir yerdə işləyərkən onu evinə aparıb günorta yeməyini birlikdə yemişlər. 17 fevral 2023-cü il tarixdə evdə olmuş, həmin gün Əminağanı görməmişdir. 18 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Əminağa ona zəng edib harada olduğunu, görüşmək istədiyini bildirmiş, o da «Mərkəzi bazar» ərazisində olduğunu demiş, sonra Əminağa ilə görüşmüş və onunla birlikdə günorta yeməyini yemək üçün onu evinə aparmışdır. Arvadı baxçada tərbiyəçi işlədiyindən evdə həmin vaxt olmamışdır. O, evdə mətbəxdə kartof qızartması hazırlayarkən Əminağa evin həyətində ev quşlarına çörək atmışdır. Yeməyi hazırladıqdan sonra Əminağanı çağırmış, evdə oturub yeməklərini yedikdən sonra səhəri günü Lənkəran şəhərində fərdi yaşayış evində fəhlə kimi işləməyə gedəcəklərini razılaşıb Əminağaya zəng edəcəyini bildirmiş, sonra Əminağa çıxıb getmişdir. Səhərisi günü Əminağanın polis tərəfindən tutulmasını, daha sonra onun evinə gəlməzdən bir gün əvvəl Əminağanın yaşadığı kənddə bir qadını öldürüb evindən qızılları oğurlamasın eşitmişdir. 02 mart 2023-cü il tarixdə prokuorluğun müstəntiqi onun yaşadığı evə gəlib onun və digər şəxslərin iştirakı ilə evin həyətində, daş hasarın qarşısında tualetin kənarında olan kolun yanında daşların altında gizlədilmiş yerdən kağıza bükülmüş vəziyyətdə qızıl əşyaları aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətində qızıl əşyaları gizlətməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, onunla münasibəti yaxşı olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs uzun müddət Rusiyada və Moldovada yaşamış, 2021-ci ildə Lənkəran rayonuna gəlmişdir. Evi olmadığından Əminağa əvvəl bacısı Firəngizin, sonra bacısı Əsmanın evində, 2023-cü ilin fevral ayının əvvəllərində onun evində yaşamışdır. Əminağa evlərdə təmir işləri görüb fəhlə işləməklə özünü dolandırmışdır. 17 fevral 2023-cü il tarixdə günorta vaxtı kənd sakinlərindən bacısı qızı Gülmirənin qayınanası Zümrüdün naməlum şəxs tərəfindən öldürülüb evlərindən qızılların oğurlanmasını eşidib onların evinə getmişdir. Həyətdə Gülmirə və əri Zahir, polis əməkdaşları və başqa şəxslər olmuş, o, bir neçə saat sonra evinə getmiş, Əminağa evdə olmamışdır. Günorta saatlarında Əminağa evə gəlib şəxsiyyətini təsdiq edən sənədi götürüb harasa getmiş, ondan nə səbəbə həmin sənədi evdən götürdüyünü soruşanda Əminağa işə düzəldiyini və iş yerindən tələb edildiyini bildirmişdir. Həmin gün axşam saatlarında Əminağa evə gəlib ona olan 200 manat borcunu vermiş, o, Əminağadan pulu haradan əldə etdiyini soruşmuş, Əminağa da Lənkəran şəhərində işə düzəldiyini və müdirindən qabaqcadan borca pul aldığını bildirmişdir. 18 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Əminağa tutulub polis şöbəsinə aparılmışdır. Bundan sonra eşitmişdir ki, Əminağa Zümrüdü bıçaqla öldürdüyünü və Zümrüdgilin evindən oğurladığı qızılları Lənkəran şəhərində satmasını etiraf etmişdir. 28 fevral 2023-cü il tarixdə ona məlum olmuşdur ki, Əminağa Zümüdün evindən ələ keçirdiyi qızılların bir qismini onun evində olan çantanın cibində gizlətmişdir. Onun bundan məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid8 anası, Şahid7 ifadəsinə uyğun ifadə ifadə vermişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ-2106 markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və adətən yaşadığı Yuxarı Nüvədi kəndində yerləşən “Təkbir” marketin qarşısında avtomobillə dayanıb müştəri gözləyir. Həmkəndlisi Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs bacısı Raifəgildə yaşamışdır. Bir müddət əvvəl Raifənin oğlu Əmrah ona dayısı Əminağanın ondan borc pul istədiyini, lakin dayısı pulu qaytarmayacağına görə ona pul vermək istəmədiyini bildirib, özünün əvəzinə ona (Şahid9) verəcəyi 300 manat pulu dayısına öz adından (Şahid9 adından) borc pul verməsini xahiş etmiş, sonra o da razılaşıb Əmrahın verdiyi 300 manat pulu öz adından Əminağaya borc vermişdir. 17 fevral 2023-cü il tarixdə Əminağa ona zəng edib Lənkəran şəhərində olduğunu və borc aldığı pulu bu gün ona qaytaracağını bildirmişdir. Elə həmin günü günorta saatlarında həmkəndlisi Zümrüd Əzimovanın yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülməsini eşitmişdir. 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Yuxarı Nüvədi kəndində “Təkbir” marketin qarşısında olarkən tanımadığı şəxsi taksi maşını ilə Əminağa ora gəlib avtomobildən düşüb onunla görüşüb borc pulu ona qaytarmışdır. Sonra maşını ilə Əminağanı Raifənin evinə aparmışdır. Avtomobildə söhbət əsnasında Əminağa şəhərdə fəhlə işlədiyini bildirib oradan gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs bacısıgilə aparıb düşürdəndə Əmrah da evdə olmuş və o, həmin 345 manat pulu Əmraha vermişdir. Həmin gün axşam saatlarında kənd sakinlərindən Zümrüd Əzimovanın evində öldürülməsini, daha sonra isə Əminağanın Zümrüdü öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, Yuxarı Nüvədi kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir, münasibətləri normal olmuşdur. 17 fevral 2023-cü il tarixdə, günorta saatlarında arvadı Bəyimdən eşitmişdir ki, həmkəndlisi Zümrüd evində bıçaqlanaraq öldürülmüş və evdən qızıl əşyaları oğurlanmışdır. Həmin gün o, Zümrüdgilin yaşadığı evə getmş və həyətdə polis əməkdaşlarının olduğunu görmüşdür. Sonradan eşitmişdir ki, Zümrüd həmkəndlisi Əminağa tərəfindən öldürülmüşdür. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanısa da, onunla heç bir münasibəti olmamış, əvvəllər heç vaxt görüşməmişdir. Yalnız bir dəfə, bir müddət əvvəl özünün barəsində olan cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs şahid kimi ifadə verərkən istintaq təcridxanasında onunla görüşmüşdür. Onun Təqsirləndirilən şəxs heç vaxt pul borcu olmamış və ona heç bir qızıl əşyaları verməmişdir. 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs guya onunla görüşməsinə və pul borcu əvəzinə ona qızıl əşyaları verməsinə dair dedikləri tamamilə yalandır, həmin günü və ya başqa bir vaxt kənddə o, Əminağa ilə görüşməmiş və ona heç bir əşya, o cümlədən qızıl əşyaları verməmişdir. Məhkəmə iclasında Şahid13 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 18 fevral 2023-cü il tarixdə Lənkəran rayonun Yuxarı Nüvədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumata əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 23 radələrində əməliyyataxtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Yuxarı Nüvədi kəndində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Emil Baxışov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutusunun içərisində marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs marixuananı tanımadığı şəxsdən 30 manata alıb özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2961 manat pul, 1 ədəd açar və 100 dollar suviniri aşkar edilmişdir. Aşkar olunmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdən və pullar sayıldıqdan sonra həmin kütlə pullar və 100 dollar suviniri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, hadisə yeri ünvan 2ində X2nın yaşamış olduğu ev və həmin evin həyətyanı sahəsidir. Evin birinci mərtəbəsində girişdən sağ tərəfdə olan otaqda döşəmədə uzanıqlı vəziyyətdə insan meyiti (X2nın meyiti) aşkar olunmuşdur. Meyitin olduğu yerdən üç ədəd pambığa hopdurulmuş qan nümunəsi, evin pilləkənlərində aşkar edilmiş bir ədəd baş örtüyü, habelə evin ikinci mərtəbəsində yerləşən yataq otağında döşəmədə aşkar edilmiş bir ədəd qızıl sep, bir ədəd qızıl qolbaq, iki ədəd aralıq, bir ədəd qadın üzüyü istintaq oraqın tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, həmin tarixdə X3 meyitinə baxış (xarici müayinə) keçirilmişdir. Baxış zamanı (meyitin xarici müayinəsi zamanı) meyitin əynində olan paltarlar-bir ədəd jaket, bir ədəd üzərində ağ, sarı, qırmızı rəngli damalar olan xalat, bir ədəd mavi rəngli qolsuz jilet, bir ədəd uzunqol köynək və bir ədəd çəhrayı rəngli mayka qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 18 aprel 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, ünvan 2 sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana əldə edib, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 18 fevral 2023-cü il tarixdə, saat 23 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2inin ərazisində Təqsirləndirilən şəxs saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 fevral 2023-c il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-də təhqiqatçı Emil Baxışov tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin marixuana olduğunu, iki gün əvvəl tanımadığı şəxsdən marixuananı 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən 2961 manat pul, bir ədəd açar və bir ədəd 100 dollar suviniri aşkar edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə, eləcə də 2961 manat pul və bir ədəd 100 dollar suviniri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 19 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,855 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 5,805 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 19 fevral 2023-cü il tarixli baxış protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixldə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs Zümrüd Əzimovanın yaşadığı evdən ələ keçirdiyi qızıl-zinət əşyalarından bir ədəd kişi qızıl üzüyünü satdığı yeri-Lənkəran “Şəhər bazarı”nın ərazisində olan zərgərlik dükanını göstərmiş, həmin yerdə işləyən X4 iştirakı ilə qızıl üzüyü almış X7 qızıl üzüyün alınması ilə bağlı qeydlər aparılmış dəftərçə və bir ədəd kişi qızıl üzüyü istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Baxış keçirilməsi haqqında” və “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 19 fevral 2023-cü il tarixli baxış protokollar və protokollara əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Şahid5 məxsus “İphone 8” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun “fotoğraflar” bölməsində xx.xx.2023-cü il tarixdə, saat 15:30 da xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxsa məxsus CC0000164 saylı pasportun iki ədəd şəkilləri, habelə həmin tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs məxsus “Azərbaycan Respublikasının Ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi”nin kserosurəti və onların aşağısında iki ədəd bilərzik, bir ədəd sep, üç ədəd tək üzük və bir ədəd komplekt üzük və sırğalarının iki ədəd şəkillərinin olması aşkar edilmişdir. Həmçinin həmin tarixdə Təqsirləndirilən şəxsa məxsus “Azərbaycan Respublikasının Ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi”nin surəti və əslinin hər iki tərəfinin iki ədəd şəkilləri, xx.xx.2023-cü il tarixdə, saat 15:32-də daha iki ədəd şəkilin, o cümlədən Təqsirləndirilən şəxs Şahid5 satdığı qızılların əvəzinə aldığı 100 manatlıq əskinasların əlində olmasına aid fotoşəkil aşkar edilmişdir. Habelə Şahid5 təqdim etdiyi bir ədəd qolbaq və əridilmiş qızıl məmulatları istintaq orqanı tərfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Təqdim edilən bıçağa və paltarlara baxış keçirilməsi v götürülməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokol və əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə ünvan 2ində, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evdən (Təqsirləndirilən şəxs bacısı Şahid7 məxsus evdən) Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq, bir ədəd zəncirbəndlə bağlanan göy rəngli jaket, bir ədəd göy rəngli damalı uzunqol köynək və bir ədəd boz rəngli cins şalvar qablaşdırılıb istintaq orqanı tərfindən götürülmüşdür. İşdə olan, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 28 fevral 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı və videoçəklişlə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus çantasını təqdim etmiş və bu çantanın cibindən üç ədəd kişi üzüyü, beş ədəd qadın üzüyü, iki ədəd sep, iki ədəd qolbaq, iki cüt sırğa, bir ədəd tək sırğa, bir ədəd aralıq(kulon), iki ədəd saç broşu aşkar edilib götürülmüşdür. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 mart 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ifadəsi əsasında hal şahidlərinin və Şahid6 iştirakı ilə, ünvan 1 ünvanında Şahid6 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətində olan tualetin qarşı tərəfində olan çay daşları yığılmış yerdə, daşların arasından ağ rəngli kağıza bükülmüş vəziyyətdə qızılzinət əşyaları-bir cüt sırğa və üç ədəd üzük aşkar edilib götürülmüşdür. İşdə olan, “Əşyanın tanınmasının aparılması haqqında” 03 mart 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, Şahid3 ona təqdim edilən əşyaları nəzərdən keçirib bildirmişdir ki, bir nömrəli kağız üzərində olan məmulatlarbir cüt 21 qram 585 əyyar qızıl sırğa, bir ədəd 7 qram 750 əyyar qızıl üzük, bir ədəd 6 qram 585 əyyar qızıl üzük, bir ədəd 2,77 qram 585 əyyar qızıl üzük, bir ədəd 10 qram 585 əyyar reket bilərzik, bir ədəd 10 qram 585 əyyar reket sepin əridilmiş vəziyyətdə olan halıdır. Bundan başqa Şahid3 iki nömrəli kağız üzərində olan qızılların, yəni bir cüt sırğanın, üç ədəd qadın üzüyünün, bir ədəd kişi üzüyünün və bir ədəd çəkisi 20 qram 585 əyyar reket bilərziyin (çəkisinin və əyarının təqribi olduğunu bildirdi), ailəsinə məxsus olduğunu təsdiq edərək həmin qızılların Zahir Əliyevlə 2009-cu ildə olan evlilik günündə ona və ərinə hədiyyə edildiyini bildirmişdir. Həmçinin Şahid3 təqdim edilmiş bir ədəd bilərziyin (qolbaq) satıcı Şahid5 istintaqa təqdim etdiyi fotoşəkildəki qolbaq olduğunu, lakin digər qızılların isə əridildiyini bildirmişdir. Habelə Şahid3 bildirmişdir ki, üç nömrəli kağız üzərində olan qızıl zinət əşyaları, yəni bir ədəd qızıl sep, bir ədəd qızıl qolbaq, iki ədəd aralıq, bir ədəd qadın üzüyü ona məxsusdur. Bundan əlavə Şahid3 bildirmişdir ki, dörd nömrəli kağız üzərində olan metal əşyaların, yəni üç ədəd kişi üzüyü, beş ədəd qadın üzüyü, iki ədəd sep, iki ədəd qolbaq, iki cüt sırğa, bir ədəd tək sırğa, bir ədəd aralıq, iki ədəd saç broşkası heç biri qızıl deyildir, həmin metalların bir qismi qızının, bir qismi ərinindir. İşdə olan, Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 15 mart 2023-cü il tarixli arayışı ilə müyyən edilir ki, xx xxxxxxx 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 1991-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə Lənkəran ŞNX-da qeydiyyatda durur. İşdə olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomanya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 07 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, X3 meyiti üzərində-boyunun sağ səthindəki əzələ və vətərlərinin, sağ yuxu arteriyası, qida borusu və nəfəs borusunun zədələnməsi ilə müşahidə olunan 4 ədəd kəsilmiş-deşilmiş yaralar, kəskin qanitirmə, sağ körpücük nahiyəsində qançır, alt çənə, sağ bazu oynağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, onlardan boyunun sağ səthindəki əzələ və vətərlərinin, sağ yuxu arteriyası, qida borusu və nəfəs borusunun zədələnməsi ilə müşahidə olunan 4 ədəd kəsilmiş-deşilmiş yaralar kəsici-deşici əşyanın (əşyaların), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə boyun nahiyəsindəki 4 ədəd kəsilmiş-deşilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilməsi inkar edilmir, digər xəsarətlər isə bərk küt əşyalarla vurma və qarşılıqlı mübarizə nəticəsində əmələ gələ bilərdilər və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə boyunun sağ səthindəki əzələ və vətərlərinin, sağ yuxu arteriyasının, qida borusu və nəfəs borusunun zədələnməsi ilə müşahidə olunan 2 ədəd kəsilmiş-deşilmiş yara canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, boyun nahiyəsindəki 2 ədəd kəsilmiş-deşilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir. X28 yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaqüstə, arxası xəsarət yetirən şəxsə tərəf) olarkən o, cümlədən arxası xəsarət yetirən şəxsə tərəf və sirkulyar vəziyyətlərdə yetirilə bilməsi mümkündür. X20 meyitində aşkar edilmiş xəsarətlərdən boyun nahiyəsindəki yara kanalının istiqaməti sağdan-sola, arxadan bir qədər önə doğru, yuxarıdan bir qədər aşağıya doğru olmuşdur. X20 ölümü zorakıdır. Ölüm boyun nahiyəsindən sağ yuxu arteriyasının kəsilməsi ilə əlaqədar kəskin qanitirmədən baş vermişdir. Zümrüd Əzimovanın ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zümrüd Əzimovanın meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində onun qanında alkoqol və psixotrop maddələr aşkar edilməmişdir. İşdə olan, kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş məmulatların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5542 manat müəyyən edilir. Hər bir paketdə qablaşdırılmış məmulatların qiymətləri aşağıdakı kimidir: Paket 1-də olan əşyalar üzrə: 4 ədəd sarı (qaralmış), gümüşü rəngli metaldan məmulat hissələri- metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 2,13 qramdır, qırıntı hesab olunur-164 manat, 3 ədəd gümüşü rəngli metaldan məmulat hissəsimetalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 1,31 qramdır, qırıntı hesab olunur- 78 manat, 3 ədəd sarımtıl-gümüşü (çubuq formalı), gümüşü rəngli metaldan (1 ədədi qaşlı) məmulat hissəsi-metalı əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 19,17 qramdır, qaşlar qiymətli deyil, qırıntı hesab olunur-qiymətləndirilmir, sarı (qaralmış) rəngli metaldan, müxtəlif formalı 16 ədəd metal (məmulat) hissəsi-1 ədədinin üzərində “583” əyar damğası həkk olunmuşdur, metalları 583/585 və daha aşağı əyarlı qızıla uyğundur, ümumi çəkisi 2,21 qramdır, qırıntı hesab olunur-160,0 manat təşkil edir. Paket 2-də olan əşyalar üzrə: 1 ədəd sarı rəngli metaldan “Versage” naxışlı üzük-üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 4,43 qramdır-487,0 manat, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd ürək formalı, mavi rəngli və ağ şəffaf qaşlar olan üzük (alt tərəfi deformasiyalı)-üzərində “750” əyar damğasdı həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 6,11 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 672,0 manat, 1 ədəd sarı rəngli metaldan “Versage” naxışlı sırğa cütü-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,69 qramdır-569,0 manat, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,34 qramdır, qaşları qiymətli qaşlara aid deyil-284,0 manat, 1 ədəd sarı rəngli metaldan qolbaqüzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 17,14 qramdır-1457,0 manat, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 1 ədəd qara və ağ şəffaf qaşları olan üzük-üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 17,46 qramdır, qara rəngli qaş qiymətli qaşlara aid deyil, ağ şəffaf qaşlar brilyantdır, 10 ədədinin hər birinin ölçüsü 0,020 karat, 3/3 keyfiyyətlidirlər- 1584,0 manat tşkil edir. Paket 3-də olan əşyalar üzrə: 2 ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı və qolbaq dəsti-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 19,77 qramdır, bijuteriyadır-24,0 manat, 2 ədəd sarı rəngli metaldan sırğa cütü-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 1,38 qramdır, bijuteriyadır-10,0 manat, 1 ədəd sarı rəngli metaldan sırğa tayı-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 0,44 qramdır, bijuteriyadır-2,0 manat, 4 ədəd sarı, gümüşü, qara rəngli metaldan üzük-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 19,90 qramdır, bijuteriyadır-20,0 manat, 4 ədəd sarı, gümüşü rəngli metaldan üzük, üzərində qaşları olan üzük-metalı əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 22,21 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır-20,0 manat, 6. 1 ədəd sarı rəngli metaldan kulonmetalı dəmir əsaslı əritidən hazırlanmışdır, çəkisi 8,01 qramdır, bijuteriyadır-7,0 manat, 2 ədəd gümüşü rəngli metaldan, 1 ədədinin üzərində ağ şəffaf qaşları olan saç broşu-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 8,45 qramdır, qaşları qiymətli əşyalara aid deyil, bijuteriyadır-4,0 manat təşkil edir. Aparılmış tədqiqat nəticəsində təqdim edilmiş məmulatların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5.542 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan, məhkəmə-xətşünaslıq ekspertizasının 13 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, bir ədəd dəftərin birinci vərəqinin arxa tərəfində “X35 oqlu X21 ƏhTijaçıM uzundgn satıram oqorluq dejil. İmzamla Tgsdiq gdirgm 17.02.23 uzuk qaşsız 15.qr. verdim 860 M pul aldım” yazıları və “İmzamla Tgsdiq gdirgm” yazıları qarşısındakı imza, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ərazisində Müvəqqəti Yaşamaq üçün icazə vərəqəsinin kserosurətinin aşağı hissəsində “çgki 76.77 qram aldım rynnjev Əminaxa” yazılarının aşağı hissəsindəki imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat təşkil edir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, yəni xx.xx.2023-cü il tarixdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, emosional reaksiyalara meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmaq, şəxsi maraqlarından çıxış etmək, soyuqqanlılıq, eqoizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan hadisələr zamanı Təqsirləndirilən şəxs psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs cinayət əməlini (Zümrüd Əzimovanı qəsdən öldürməsi) törətməsini əvvəlcədən planlaşdırmış, həmin vaxt şəxsi maraq və mənfəəti davranışlarının motivini təşkil etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, məhkəmə-lifli ekspertizasının 03 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarının səthi üzərindən aşkar edilmiş boz rəngli matrial olunmuş uzununazolaqlı kimyəvi liflər rənginə və təbiətinə görə X8 məxsus olduğu qeyd edilən jaketin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zümrüd Əzimovaya məxsus olduğu qeyd edilən xalatın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxsa məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat təşkil edir. İşdə olan, kompleks məhkəmə ballistik və trasoloji ekspertizasının 03 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəliş edilməmişdir. X8 məxsus xalatın ön hissəsində sol qolluq dairə tikiş üzərində bir ədəd 1345 mm uzunluqda zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə, xalatın arxa nisbətən orta hissəsində ətəyin son kənarından 120 mm yuxarıda bir ədəd 22 mm uzunluqda zədə ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. X8 məxsus jaketin, jiletin, uzunqol köynəyin, maykanın və Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsinin, uzunqol köynəyin, cins şalvarın səthində zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 180 (bir yüz səksənd) manat təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 12 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, X8 məxsus mayka, köynək, jilet, don və jaket həmçinin hadisə yerindən üç ədəd pambıq topalarına keçirilmiş maddə ləkələrində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ı sistemi üzrə təyin olunduqda antigen qismində yalnız «H» antigeni, ləkələrdə aqqlyutinin qismində isə həmçinin «alfa» və «beta» aqqlyutinin də alındı. «H» antigeni tək halda və göstərilən hər iki aqqlyutinin birlikdə ABO sistemi üzrə 0(1) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən yuxarıda göstərilən əşyalarda olan qan ləkələrinin birmənalı olaraq ABO sistemi üzrə 0(1) qan qruplu şəxsə(şəxslərə) məxsus olmasının söyləmək olar. Bu halda həmin qan ləkələrinin ABO sistemi üzrə eyni qruplu Zümrüd Əzimovaya məxsus olması inkar olunmur. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarda və idman gödəkçəsində, həmçinin bıçaq üzərində olan ləkə və maddə hissəciklərində qan, sonuncunun köynəyində isə qana şübhəli hər hansı ləkə aşkar olunmadı. İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, 2023-cü ilin fevral ayına orta bazar qiyməti bir cüt 21 qram 585 əyar qızıl sırğa üçün 1785 manat, bir ədəd 7 qram 750 əyar qızıl üzük üçün 777 manat, bir ədəd 6 qram 585 əyar qızıl üzük üçün 510 manat, bir ədəd 2,77 qram 585 əyyar qızıl üzük üçün 235,45 manat, bir ədəd 20 qram 585 əyar reket bilərzik üçün 1700 manat, bir ədəd 10 qram 585 əyar reket bilərzik üçün 850 manat, bir ədəd 10 qram 585 əyar reket sep üçün 850 manat hesablanmaqla qeyd olunan qızıl-zinət əşylarının ümumi dəyəri 6700,45 manat müəyyən edilir. Bundan başqa 2023-cü ilin fevral ayına orta bazar qiyməti bir ədəd 3,22 qram, 585 əyar qızıl 273,70 manat, bir ədəd çəkisi 6,53 qram, 585 əyar qızıl qolbaq üçün 555,05 manat, bir ədəd çəkisi 1,13 qram, 585 əyar aralıq (klon) üçün 96,05 manat, bir ədəd çəkisi 2.79 qram, 585 əyar aralıq (klon) üçün 237,15 manat, bir ədəd çəkisi 1,51 qram, 585 əyar qadın üzüyü üçün 128,35 manat hesablanmaqla ümumi dəyəri 1290,30 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən götürülmüş-cinayətin aləti olan bir ədəd bıçaq, zərərçəkmiş X8 məxsus qəhvəyi rəngli jaket, üzərində ağ, sarı, qırmızı rəngli damalar olan xalat, mavi rəngli qolsuz jilet, uzunqol köynək, çəhrayı rəngli mayka, Təqsirləndirilən şəxs məxsus öndən zəncirbəndlə bağlanan göy rəngli jaket, göy rəngli damalı uzunqol köynək, boz rəngli cins şalvar, habelə pambıq tamponlar, bir ədəd siqaret kötüyü, bir ədəd baş örtüyü, bir ədəd “100 ABŞ dolları” suveniri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, həmçinin dörd ədəd sarı (qaralmış), gümüşü rəngli metaldan məmulat hissələri, üç ədəd gümüşü rəngli metaldan məmulat hissəsi, üç ədəd sarımtılgümüşü (çubuq formalı), gümüşü rəngli metaldan (bir ədədi qaşlı) məmulat hissəsi, sarı (qaralmış) rəngli metaldan, müxtəlif formalı on altı ədəd metal (məmulat) hissəsi, bir ədəd sarı rəngli metaldan “Versage” naxışlı üzük, bir ədəd sarı rəngli metaldan, üzərində bir ədəd ürək formalı, mavi rəngli və ağ şəffaf qaşlar olan üzük, bir ədəd sarı rəngli metaldan “Versage” naxışlı sırğa cütü, bir ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük, bir ədəd sarı rəngli metaldan qolbaq, bir ədəd sarı-gümüşü rəngli metaldan üzərində bir ədəd qara və ağ şəffaf qaşları olan üzük, iki ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı və qolbaq dəsti, iki ədəd sarı rəngli metaldan sırğa cütü, bir ədəd sarı rəngli metaldan sırğa tayı, dörd ədəd sarı, gümüşü, qara rəngli metaldan üzük, dörd ədəd sarı, gümüşü rəngli metaldan üzərində qaşları olan üzük, bir ədəd sarı rəngli metaldan kulon, iki ədəd gümüşü rəngli metaldan, bir ədədinin üzərində ağ şəffaf qaşları olan saç broşu, hadisə yerindən götürülmüş iki ədəd qızıl aralıq(kulon), bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik (qolbaq), bir ədəd qızıl üzük, 2961 (iki min doqquz yüz altmış bir) manat pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun “Depozit Seyfi”nə təhvil verilmiş, eləcə də bir ədəd kibrit qutusunda 5,855 qram narkotik vasitə olan marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zahir Əliyevin, şahidlər Şahid3, Şahid5, Şahid1, Şahid6, Şahid8, Şahid9, Şəyraz Məmmədov, Şahid13 və Rəşad Əliyevin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zümrüd Əzimovanı öldürməməsi və onun yaşadığı evdən qızıl-zinət əşyalarını götürməməsi, satdığı və ayrı-ayrı yerlərdə, o cümlədən özünün göstərdiyi yerdən aşkar olunmuş qızıl-zinət əşyalarını ona pul borcunun əvəzinə həmkəndlisi Rəşad Əliyevin verməsi, tutulan vaxt üzərində narkotik maddənin olmaması və üzərində aşkar olunmuş narkotik maddəni üzərinə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqlər etməsi və polislərin təzyiqi nəticəsində törətmədiyi cinayəti etiraf etməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Zahir Əliyevin, şahidlər Şahid3, Şahid5, Şahid1, Şahid6, Şahid8, Şahid9, Şəyraz Məmmədov, Şahid13 və Rəşad Əliyevin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş qurudulmuş marixuananın özünə məxsus olmasını, həmin narkotik maddəni tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə ibtidai istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Zümrüd Əzimovanı öldürməməsi və onun yaşadığı evdən qızıl-zinət əşyalarını götürməməsi, satdığı və ayrı-ayrı yerlərdə, o cümlədən özünün göstərdiyi yerdən aşkar olunmuş qızıl-zinət əşyalarını ona pul borcunun əvəzinə həmkəndlisi Rəşad Əliyevin verməsi, tutulan vaxt üzərində narkotik maddənin olmaması və üzərində aşkar olunmuş narkotik maddəni üzərinə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqlər etməsi və polislərin təzyiqi nəticəsində törətmədiyi cinayəti etiraf etməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Zahir Əliyevin, şahidlər Şahid3, Şahid5, Şahid1, Şahid6, Şahid8, Şahid9, Şəyraz Məmmədov, Şahid13 və Rəşad Əliyevin ifadələri, ekspert rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş marixuananın özünə məxsus olmasını, həmin narkotik maddəni tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir), həmçinin ifadənin yerində yoxlanmasına dair protokol, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, Zümrüd Əzimovanı öldürdüyünü və onun yaşadığı evdən qızıl-zinət əşyalarını götürdüyün bildirib ittihamda göstərilən digər bütün halları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs məhkəmədə verdiyi əlavə ifadəsi ilə (həmin ifadəsində o, Zümrüd Əzimovanı öldürdüyünü bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi yuxarıda qeyd olunan halları obyektiv həqiqət kimi və sübut kimi qəbul etmir və onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayətləri törətməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 13cü bəndində göstərilir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Habelə bu qərarın 15-ci bəndində izah edilir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmiş, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 5,855 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə baxışında müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin 23 aprel 1991-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvdə olmuş CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 15 iyul 1992-ci il tarixli amnistiaya aktına əsasən 28 avqust 1992-ci ildə çəkilməmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, 23 aprel 1991-ci hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. Eyni zamanda işdə olan, Dnestryanı Moldova Respublikasının 10 may 1995-ci il tarixli hökmün surəti ilə müəyyən edilir ki, Quliyev X17 CM-nin 88-maddəsinin birinci bəndi və 119-cu maddəsinin 3-cü hissəsi ilə (qəsdən adam öldürmə cinayəti) təqsirli bilinib 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə olan cinayəti Azərbaycan Respublikasının hüdudlarından kənarda törətmiş və həmin cinayətə görə təyin edilmiş cəzanı da Azərbaycan Respublikasının hüdudlarından kənarda çəkmişdir. Eyni zamanda bu hökm Azərbaycan Respublikasının səlahiyyətli orqan və ya məhkəməsi tərəfindən tanınıb Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən cinayət qanunvericiliyinə uyğunlaşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hökmdən irəli gələn hüquqi nəticələr Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun olmadığına görə bu hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. İşdə olan, Lənkəran Rayon Qeydiyyat Şöbəsininin 11 may 2023-cü il tarixli arayışı, habelə 09 noyabr 1966-ci il tarixli 178 №-li “Doğum aktı qeydi”nin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1966-cı ildə ünvan 2ində doğulmuş, atası 1937-ci il təvəllüdlü X16r. İşdə olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri baş idarəsindən daxil olmuş 11 aprel 2023-cü il tarixli, 3-72/2-91xx-xx/2023 saylı məktub-arayışla müəyyən edilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin xx.xx.2020-ci il tarixli 4/15-4654/15/20 (SKŞN/217/20 və SKŞN/220/20) saylı sorğusu əsasında xx.xx.1966-cı il təvəllüdlü X11 (Təqsirləndirilən şəxs Kerim oğlu və ya Amınaga Gulıyev) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2020-ci il tarixli, ******* nömrəli ”Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” qərar qəbul edilmişdir. Vətəndaşlığı olmayan şəxs, xx.xx.1966-cı il təvəllüdlü Amınaga Gulıyevə (pasport № CC0000164) sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 2i ünvanına qeydiyyata alınmışdır. İşdə olan, ünvan 3əliyindən verilmiş 16 may 2023-cü il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 2ində qeydiyyatda olmaqla yaxın qohumunun (bacısının) evində yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (özünü sakit və qapalı şəxs kimi aparmışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qoca şəxsə qarşı cinayət əməlini törətməsi CM-nin 61.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan sənədlərlə müəyyən olunur ki, 30 iyun 1952-ci il təvəllüdlü mərhum X1 rayonunun Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 120.2.9, 120.2.11, 181.3.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 120.2.9, 120.2.11, 181.3.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 120.2.9 və 120.2.11-ci maddələri üzrə sanksiyada nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda, təqsirkarın törətmiş olduğu cinayətlərin xarakteri, o cümlədən xüsusilə ağır cinayətlər törətməsi və bu cinayətlərin xarakteri və yüksək ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, o cümlədən cinayətin ağır nəticələrə səbəb olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti yuxarı həddə yaxın təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, bir ədəd qəhvəyi rəngli jaket, bir ədəd ağ-sarı-qırmızı rəngli damalar olan xalat, bir ədəd mavi rəngli qolsuz jilet, bir ədəd uzunqol köynək, bir ədəd çəhrayı rəngli mayka, bir ədəd göy rəngli jaket, bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd cins şalvar, pambıq tamponlar, bir ədəd siqaret kötüyü, bir ədəd baş örtüyü, bir ədəd “100 ABŞ dolları” suveniri, habelə Lənkəran ŞRPŞ-nin maddii sübutlar otağında saxlanılın bir ədəd kibrit qutusunda 5,855 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Depozit Seyfi”ndə saxlanılan, dörd ədəd sarı (qaralmış)-gümüşü rəngli metaldan məmulat hissələri, üç ədəd gümüşü rəngli metaldan məmulat hissəsi, üç ədəd sarımtıl-gümüşü (çubuq formalı)-gümüşü rəngli metaldan (bir ədədi qaşlı) məmulat hissəsi, sarı (qaralmış) rəngli metaldan, müxtəlif formalı on altı ədəd metal (məmulat) hissəsi, bir ədəd sarı rəngli metaldan “Versage” naxışlı üzük, bir ədəd sarı rəngli metaldan, üzərində bir ədəd ürək formalı, mavi rəngli və ağ şəffaf qaşlar olan üzük, bir ədəd sarı rəngli metaldan “Versage” naxışlı sırğa cütü, bir ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük, bir ədəd sarı rəngli metaldan qolbaq, bir ədəd sarı-gümüşü rəngli metaldan üzərində bir ədəd qara və ağ şəffaf qaşları olan üzük, iki ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı və qolbaq dəsti, iki ədəd sarı rəngli metaldan sırğa cütü, bir ədəd sarı rəngli metaldan sırğa tayı, dörd ədəd sarı, gümüşü, qara rəngli metaldan üzük, dörd ədəd sarı, gümüşü rəngli metaldan üzərində qaşları olan üzük, bir ədəd sarı rəngli metaldan kulon, iki ədəd gümüşü rəngli metaldan, bir ədədinin üzərində ağ şəffaf qaşları olan saç broşu, iki ədəd qızıl aralıq (kulon), bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik (qolbaq), bir ədəd qızıl üzük, 2961 (iki min doqquz yüz altmış bir) manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Zahir Əliyevə təhvil verilməlidir. Habelə iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə cinayət nəticəsində vurulun maddi ziyanın 11430,75 (on bir min dörd yüz otuz manat yetmiş beş qəpik) manat təşkil etməsi müəyyən edilmiş və istintaq orqanı tərəfindən götürülüb iş üzrə maddi sübut kimi tanınmış qızıl-zinət əşyalarının və 2961 (iki min doqquz yüz altmış bir) manat pul vəsaitinin zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı (eyni zamanda maddi ziyanın ödənilməsinə yönəldilməli) olması nəzərə alınmalıdır. Həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-668 (altı yüz altmış səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.9 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1(bir) ədəd bıçaq, 1(bir) ədəd qəhvəyi rəngli jaket, 1(bir) ədəd ağ-sarıqırmızı rəngli damalar olan xalat, 1(bir) ədəd mavi rəngli qolsuz jilet, 1(bir) ədəd uzunqol köynək, 1(bir) ədəd çəhrayı rəngli mayka, 1(bir) ədəd göy rəngli jaket, 1(bir) ədəd göy rəngli uzunqol köynək, 1(bir) ədəd cins şalvar, pambıq tamponlar, 1(bir) ədəd siqaret kötüyü, 1(bir) ədəd baş örtüyü, 1(bir) ədəd “100 ABŞ dolları” suvenir, habelə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılın 1 (bir) ədəd kibrit qutusunda 5,855 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Baş Prokurorluğunun “Depozit Seyfi”ndə saxlanılan, 4 (dörd) ədəd sarı (qaralmış)-gümüşü rəngli metaldan məmulat hissələri, 3 (üç) ədəd gümüşü rəngli metaldan məmulat hissəsi, 3 (üç) ədəd sarımtıl-gümüşü (çubuq formalı)-gümüşü rəngli metaldan (1 ədədi qaşlı) məmulat hissəsi, sarı (qaralmış) rəngli metaldan, müxtəlif formalı 16 (on altı) ədəd metal (məmulat) hissəsi, 1 (bir) ədəd sarı rəngli metaldan “Versage” naxışlı üzük, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində 1 (bir) ədəd ürək formalı, mavi rəngli və ağ şəffaf qaşlar olan üzük, 1 (bir) ədəd sarı rəngli metaldan “Versage” naxışlı sırğa cütü, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük, 1 (bir) ədəd sarı rəngli metaldan qolbaq, 1 (bir) ədəd sarı-gümüşü rəngli metaldan üzərində 1 (bir) ədəd qara və ağ şəffaf qaşları olan üzük, 2 (iki) ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı və qolbaq dəsti, 2 (iki) ədəd sarı rəngli metaldan sırğa cütü, 1 (bir) ədəd sarı rəngli metaldan sırğa tayı, 4 (dörd) ədəd sarı, gümüşü, qara rəngli metaldan üzük, 4 (dörd) ədəd sarı, gümüşü rəngli metaldan üzərində qaşları olan üzük, 1 (bir) ədəd sarı rəngli metaldan kulon, 2 (iki) ədəd gümüşü rəngli metaldan, 1 (bir) ədədinin üzərində ağ şəffaf qaşları olan saç broşu, 2 (iki) ədəd qızıl aralıq (kulon), 1 (bir) ədəd qızıl boyunbağı, 1 (bir) ədəd qızıl bilərzik (qolbaq), 1 (bir) ədəd qızıl üzük, 2961 (iki min doqquz yüz altmış bir) manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X14 təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilir ki, cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ vardır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-668 (altı yüz altmış səkkiz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-56/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-56/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver