Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-56/2025 04.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Səmədzadə Fizuli Əlirza oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2002-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM-in) 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə ünvan 1 ünvanında yerləşən yaşadığı evin yaxınlığından keçən küçədə gizlətmiş, 01 aprel 2024-cü il tarixdə, saat 13 radələrində keçirilmiş baxış zamanı qeyd olunan əlamətlərdə bıçaq yaşadığı evin yaxınlığından keçən küçədə, daşın altından aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-1ci maddəsi ilə əsasssız itttiham olunmuş və həmin ittihamda qeyd olunmuşdur ki, “o istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda -7,181 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2024-cü il tarixdə, saat 17:30-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, Nizami küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -7,181 qram olan psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür.” Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilir, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində olan zaman “20 Yanvar” metrostansiyasının yaxınlığında məişət əşyaları satan şəxsdən bıçaq almış, dəqiq tarixini xatırlamır, aldığı gündən sonra da daimi üzərində gəzdirmişdir. 25 mart 2024-cü il tarixdə dava-dalaş olmuşdur, həmkəndlisi Məmmədşah Əliyevi bıçaqla vurmuş, xəsarət olmadığı üçün aralarında barışıq olmuşdur. Bıçağı aparıb yaşadığı evin yaxınlığında gizlətmiş və 01 aprel 2024-cü il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən bıçaq Astara şəhəri, Nizami küçəsində yaşadığı evin yaxınlığındakı küçədən götürülmüşdür. Sonradan həmin bıçağın soyuq silah olmasını bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, onun üzərində metamfetamin olmamışdır. Astara rayon Polis şöbəsinin müavini Orxan Türkiyədə yaşayan qardaşı Ələkbərə zəng edərək sosial şəbəkələrdə kriminal xarakterli şəkillərin silməsini tələb etmiş, əks halda yaxınlarının əziyyət çəkəcəyi ilə təhdid etmişdir. Ələkbər də şəkilləri silmədiyinə görə o, həmçinin Orxanla olan danışığı yazaraq internetdə yaydığına görə o və qardaşı Ümüd şərlənərək həbs edilmişlər. Belə ki, 27 mart 2024-cü il tarixdə saat 17 radələrində onu və qardaşı Ümüdü polis əməkdaşları evdə saxlamış və polis şöbəsinə aparmışlar. Polislər əvvəlcə bir dəfə evə gəlib onları soruşmuşlar, onlar evdə olmadıqlarından atalarından harada olduqlarını, Orxan müəllimin (Astara rayon Polis şöbəsinin əməliyyat üzrə rəis müavini) onları soruşduqlarını bildirmişlər. Ataları onların evdə olmadıqlarını bildirmiş, polis əməkdaşları evlərində axtarış keçirib getmiş, 5- 10 dəqiqə sonra yenidən gəlmiş «uşaqlar gəldilər yoxsa yox» sualını vermişlər atası isə onlara gəlmədiklərini bildirdikdə atalarını şöbəyə aparmışlar. Onlar evə gəldikdən sonra polis əməkdaşlarının onları soruşduqlarını evdə olmadıqlarına görə atalarını şöbəyə apardıqlarını demişlər. Onlar evə qalxdıqdan sonra polis əməkdaşları gələrək onları şöbəyə aparmışlar. Polis şöbəsində onlardan böyük qardaşları Ələkbərin yerini soruşmuşlar, o da qardaşının Türkiyədə yaşadığını demişdir. Onlara nə oldusa şöbədə olmuşdur, onları şöbədə döyüb üzərlərinə narkotik vasitə qoymuş və dəniz kənarından tapdıqlarını demələrini bildirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polislər tərəfindən adından yazılmış ifadəsini təyziq altında vermişdir, ayağının 2-ci barmağında dırnağını polislər çıxarmışlar, həmçinin atası Şükür polis şöbəsində saxlanılaraq, metamfetaminin ona məxsus olmasına dair razılıq verdiyi halda atasının şöbədən buraxılacağını bildiyi üçün məcbur qalıb metamfetaminin ona məxsus olmasına dair etirafedici ifadələr vermişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.1-1 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 23 mart 2024-cü il tarixdə, səhər saatlarında Astara şəhərində, dəniz kənarında olan zaman yerdə bir ədəd büküm görmüş, diqqətini cəlb etdiyindən yerdən götürərək içərisinə baxıb “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu bilmiş, bükümü cibinə qoyaraq çıxıb getmişdir. Həmin gün və növbəti gün metamfetamindən istifadə etmişdir. 27 mart 2024-cü il tarixdə, saat 17 radələrində qardaşı Ümüdlə birlikdə Astara şəhəri, Nizami küçəsində, evinin yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış başlanan zaman polislər ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməyi təklif etmiş, həmin təklifdən sonra əynində olan şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, sonra üzərində axtarış aparılsa da hər hansı bir əşya aşkar edilməmiş, təqdim etdiyi metamfetamin qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması, ayağının dırnağının çıxardılmasını, atasının və qardaşının polis şöbəsində saxlanıldığını, onları da rəsmiləşdirəcəyini düşündüyü üçün təqdim edilən bütün sənədlərə qol çəkmiş, qətimkan tədbiri seçilərkən həqiqəti məhkəməyə deyə bilməmişdir. Məhkəmədən işinə düzgün baxılıb barəsində obyektiv və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 mart 2024-cü il tarixdə Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Təqsirləndirilən şəxs və X22 qardaşlarının üzərində qanunsuz olaraq narkotik vasitələri daşıması və saxlamasında şübhəli olmaları barədə olmuşdur. Əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs və qardaşı yaşadığı küçənin yaxınlığında saxlanılaraq polis şöbəsinə aparılmış və şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır, Rəşad psixotrop maddəni 2 gün əvvəl Astara şəhəri ərazisindən tapdığını söyləmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi polis əməkdaşlarının onun evinə getməsi, atasını saxlaması, ona qarşı fiziki zor tətbiq etməsi kimi hallar olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs və qardaşı X10 psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs və qardaşı Ümüd həmin tarixdə yaşadığı küçənin yaxınlığında saxlanılaraq polis şöbəsinə aparılmış və orada olarkən Təqsirləndirilən şəxs üzərinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. O, həmin kütləni dənizkənarından tapdığını bildirmişdir. Rəşad və Ümüd Dadaşzadələri eyni vaxtda və eyni yerdə saxlamışlar, onların hər ikisi vəkillə təmin olunmuşdur. Şəxslərə qarşı hər hansı təzyiq göstərilməmişdir. Rəşadın ayağında dırnağının çıxardılmasından məlumatı yoxdur. ***- ***-**-** onun telefon nömrəsidir, həmin nömrədən Ümüdə zəng və mesaj yazmamışdır, kimin göndərməsi barədə məlumatı yoxdur, ola bilsin şöbədə hansısa əməkdaşa telefonunu vermiş, o zəng etmişdir, Miri deyilən şəxs polis əməkdaşı Mircavad İbrahimovdur, ola bilər ki, onun telefonundan Mircavad istifadə etmişdir, dəqiq xatırlamır, təqsirləndirilən şəxslə heç bir qərəzçiliyi olmamışdır, əvvəllər onu tanımışdır, onun qardaşı Alikin (Ələkbər Dadaşzadə) Orxan Novruzov tərəfindən qardaşları ilə hədələnməsi barədə məlumatı yoxdur, internetdəki səs yazılarından məlumatı vardır, səs Orxan Novruzova məxsusdur, sonuncu rəis müavini olmuşdur, onun işinə qarışa bilməzdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Ümüd Dadaşzadə saxlanılarkən onlara qarşı heç bir təzyiq, təsir olmamış, hər ikisini bir vaxtda tutduqlarını, şöbədə Rəşadın ayaq barmağının dırnağının çıxardılmasının şahidinin olmadıqlarını, onlara qarşı zənglər edilməsi və mesajlar yazılması barədə məlumatılarının olmadıqlarını, onların atasını şöbədə görmədiklərini, R.Dadaşovun qardaşı Alikin (Ələkbər Dadaşzadənin) Orxan Novruzov tərəfindən qardaşları ilə hədələnməsi barədə məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid6 09 sentyabr 2024-cü il tarixli məhkəmə istintaqına verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Rəşad və Ümüd Dadaşzadənin nənəsidir, bir evdə yaşayırlar, 27 mart 2024-cü il tarixdə günorta saatlarında evdə olan zaman polis əməkdaşları həyətə daxil olmuş, Rəşadla Ümidi döyərək şöbəyə aparmışlar. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid7 09 sentyabr 2024-cü il tarixli məhkəmə istintaqına verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşsudur, hadisə günü günorta saatlarında həyətə girəndə polis əməkdaşlarının kimisə axtardığını görmüş, kimi axtardıqlarını soruşmuş, lakin cavab verməmişlər. Bundan sonra, polis əməkdaşları Rəşadla Ümidin yaşadığı həyətə keçmiş və onları tutub sürüyərək aparmışlar, polislər Rəşadla Ümidi onun gözünün qarşısında döyərək aparmışlar, təxminən beş nəfər olardılar, polislərin hamısı onları döymüşdür, döyərək maşına mindirmişlər, onları niyə apardıqlarını bilməmişdir, həmin vaxt o, öz həyətində olmuşdur, belə ki, çəpər qonşusudur, polis əməkdaşı Mircavad İbrahimovu tanıyır, hadisə günü qardaşların saxlanılmasında Mircavad da olmuşdur. Rəşad və qardaşını axtarmaq üçün onun da həyətinə girmişlər, həmin vaxt artıq Şükürü polis şöbəsinə aparmışdılar, belə ki, o, həyətə girəndə Şükürün polislər tərəfindən aparıldığını eşitmişdir, Rəşadla Ümüdün evinə gəlib-gedəni rahat görə bilir, Mircavadın onlara tək gəldiyini görməmişdir, Şükürün niyə aparılmasını maraqlandıqda həyətdə ona Rəşadla Ümüd tapılana qədər Şükürün aparıldığı deyilmişdir, Şükür evə axşam qayıtmışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid8 09 sentyabr 2024-cü il tarixli məhkəmə istintaqına verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Rəşad və Ümüd Dadaşzadənin əmisi oğludur, onlar bir evdə yaşayırlar, polis əməkdaşları tərəfindən Ümüdə zənglər edilməsi və mesaj yazılmasından məlumatı var, belə ki, tutulduqları gün Ümidə 15 dəfə polisdən zəng gəlmiş və arxasınca “aç telefonu, Miridi” sms-i yazılmışdır, Şükürü polis şöbəsinə aparanda Rəşad və Ümüd ikinci mərtəbədə olmuşlar, qardaşların polislərdən gizlənmə səbəbini bilməmişdir, Ümüd polislərdən mesaj gəldikdən sonra polislərin onu aparmaq üçün gələcəklərini bilmiş, polis əməkdaşları Rəşadla Ümüdün əl-qollarını bağlayaraq aparmışlar, polislər gələndə qardaşlar evin ikinci mərtəbəsində yerləşən damda gizlənmişdilər, Rəşad və Ümüdü apardıqdan sonra evdə o, nənəsi, qardaşı və əmisinin yoldaşı qalmışdır, əmisi Şükürü Ümüd və Rəşadı tapmadıqları üçün əvvəldən polis şöbəsinə aparmışdılar, bu səbəbdən onları aparanda əmisi Şükür evdə olmamışdır, polis əməkdaşları evə iki dəfə gəlmişlər, birinci dəfə gələndə onlar damda gizləndiyindən, Rəşadı tapmayıb əmisi Şükürü aparmışlar, ikinci dəfə gələndə Rəşad və Ümüdü döyə-döyə maşına qoyub aparmışlar, Ümüd və Rəşadın polislərlə problemi olmamış, onların böyük qardaşı X14 RPŞ-nin keçmiş əməliyyat üzrə rəis müavini Orxan Novruzovla problemi olmuşdur. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid5 22 iyul 2024-cü il tarixli məhkəmə istintaqına verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, atası Şükür Dadaşzadə balıqçıdır. 27 mart 2024-cü il tarixdə, günorta radələrində onlara balıq almağa getmişdir, çatanda polislərin uşaqları (Rəşad və Ümüd Dadaşzadə qardaşları) döyə-döyə aşağı saldığını, nənələrinin huşunu itirdiyini görmüşdür, nənələri Nəzifənin yanına gedib onun qayğısına qalmışdır. Uşaqları apararkən saat 16-17 radələri olmuşdur, Rəşad və Ümüdü artıq həyətə çıxartmışlar, Ümüd və qardaşı Təqsirləndirilən şəxs döyərək polis şöbəsinə aparmışlar, Rəşad özünü yerə atmış, onu qaldırıb aparmışlar, uşaqlar getmək istəməmiş, onları zorla aparmışlar. Müdafiə tərəfinin vəsatətinə əsasən X10 barəsində olan cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş X8 elan olunmaqla tədqiq olunmuş ifadəsindən görünür ki, övladları Rəşad və Ümüd tutulmamışdan 5-6 ay əvvəl Türkiyədə yaşayan böyük oğlu silahla şəkil çəkdirdiyi üçün polis əməkdaşları onu saxlamışdır. Əməliyyatçılar Ü.Dadaşovu gətirmişlər və onun telefonundan digər oğlu Ələkbər ilə danışmışlar. Rəis müavini X23 danışarkən Azərbaycana gəlməzsə, qardaşlarının ona görə əziyyət çəkəcəyini demişdir. 27 mart 2024-cü il tarixdə polis əməkdaşları onların həyətinə gələrək R.Dadaşov və Ü.Dadaşovun harada olduğunu soruşmuş və onları Orxan Novruzovun çağırdığını bildirmişlər. Evi axtarmışlar və tapa bilməyib getmişlər. Biraz vaxt keçdikdən sonra həyətə gəlib onun özünü şöbəyə aparmışlar. X26 əgər uşaqları gəlməzsə onun şöbədə qalacağını demişdir. Uşaqları gətirdikdən sonra axşam saat 11 radələrində onu evə buraxmışlar, Məmmədşah adlı şəxsin bıçaqlanması uşaqların tutulmasından 3 gün əvvəl olmuşdur, ona polis şöbəsinə aparılma səbəbini Rəşadın Məmmədşahı bıçaqlaması olduğu bildirilmişdir, hadisə günü günorta 15 radələrində evinin həyətinə girmiş, həmin vaxtı polislər də gəlmişdir, onu təxminən saat 15 radələrində şöbəyə aparmışlar, uşaqları şöbəyə gətirəndə saat 16 radələri olmuşdur, istintaq dövründə heç bir orqana şikayət etməmiş, şikayət etməməsinin səbəbi özünün də tutulmasından qorxması olmuşdur, məhkəmə istintaqı dövründə Baş prokurorun qəbulunda olmuşdur, ona şöbədə oğlu Rəşadın adam bıçaqladığına görə şöbəyə aparıldığı deyilmiş, narkotik barədə heç bir məlumat deyilməmişdir, onu oğlanlarından əvvəl şöbəyə aparmışdılar, Rəşadın cinayət işində şahid qismində ondan izahat almamışlar, yəni, onu həmin gün polis şöbəsinə aparmaqda məqsəd Rəşadın adam bıçaqlaması ilə bağlı yox, oğlanlarına təsir məqsədli olmuşdur, belə ki, Ümüd və Rəşad narkotiki boyunlarına götürəndən sonra onu buraxmışlar, uşaqlarının narkotik vasitə istifadə etməsini görməmişdir. Həmçinin, təkrarən əlavə şahid qismində dindirilməsi üçün dəvət olunan Şükür Dadaşzadə oğlunun xeyrinə ifadə verməkdən imtina etmiş, suallara cavab verməmiş, heç nə deyə bilməyəcəyini, ondan başqa heç nə soruşulmamasını xahiş etmiş, oğluna bəraət verilməməsini, təqsirli bilinərək aşağı həddə cəza təyin edilməsini təkidlə məhkəmədən xahiş etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən X10 barəsində olan cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş X5 elan olunmaqla tədqiq olunmuş ifadəsindən görünür ki, Astara RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, 27 mart 2024-cü il tarixdə Məmmədşah adlı şəxsin bıçaqlanması ilə bağlı Rəşad və Ümüd Dadaşzadənin evinə getmiş, lakin, onlar evdə olmamışdır, onları şöbəyə dəvət etmək üçün getmişdir, tək getmişdir, evlərinə gedərkən Ümüdün ailə üzvlərinə və ya özlərinə zəng etməmişdir, Ümüdün qardaşı Ələkbəri rayon sakini kimi tanımışdır, Rəşadla Ümüdün evinə bir dəfə getmiş, Ümüdün atasını şöbəyə dəvət etmişdir, özü ilə aparmamış, gedib-getmədiyini bilmir, Ümüdün saxlanılmasında o, iştirak etməmişdir, Ümüdün qardaşı Ələkbərlə danışığın əks olunduğu digər səs yazısı ona aiddir, X25 Dadaşzadə ilə telefon danışığından məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatətinə əsasən X10 barəsində olan cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş X4 elan olunmaqla tədqiq olunmuş ifadəsindən görünür ki, Rəşad və Ümüd Dadaşzadə qardaşlarının tutulması ilə bağlı əməliyyat tədbirində iştirak etməmişdir. Onun tərəfindən təqsirləndirilən şəxslərə qarşı təzyiq göstərilməsi kimi hal olmamışdır. Sosial şəbəkələrdə yayılan Rəşad və Ümüd Dadaşzadənin qardaşına “Türkiyədən gəlməsən qardaşların sənə görə əziyyət çəkəcək” kimi hədələyici sözlər deməmişdir, həmin səs yazıları onun səsindən montajla hazırlanmışdır. ********** saylı mobil nömrə ona aid deyildir. X10 barəsində olan cinayət işi üzrə şahid qismində dindirilmiş X16 rəylə əlaqədar yaranmış suallara cavab olaraq bildirmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin eksperti vəzifəsində işləyir, rəyin nəticə hissəsində qeyd olunan İV.İİİ bənddə qeyd olunan montaj əlamətləri dedikdə o nəzərdə turulur ki, diktorların səsində emosional dəyişiklik, fon səslərin kəskin dəyişməsi, səslərin qırılması mövcuddur, bu, ondan irəli gələ bilər ki, ola bilsin ki, səs yazısı daha uzun olmuş, lazım olmayan yerlər kəsilib çıxarılmışdır və ya təhqiramiz ifadələr səs siqnalı ilə montajlanmış və ya səs əvvəlcə başqa proqramda yazılmış, daha sonra digər proqrama köçürülmüşdür. Rəyin tədqiqi hissəsinin İV.İİİ bəndində qeyd edilmiş heç bir montaj əlaməti tədqiq olunanın (K1-Orxan Novruzov) səsindən mətnlər formalaşdırmanı ehtiva etmir, yəni, daha aydın deyilərsə, tədqiq olunan səs tamamilə Orxan Novruzovun dilindən deyilmiş sözlərdən ibarətdir, səslərdən mətn formalaşdırılması yoxdur. Bundan başqa, süni intellekt də montaj əlamətinə aiddir, məhkəmə tərəfindən sual qoyulmasından asılı olmayaraq ekspert hansı montaj əlamətini müəyyən edərsə, onu yazmalıdır, o cümlədən, süni intellektlə montaj da bura aiddir. Tədqiq olunanın səsində nə proqramla, nə də süni intellektlə səslərdən mətn formalaşdırılması yoxdur, səs yazısı X6 məxsusdur. Həmçinin, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıdakı ilkin araşdırma materiallarında qeyd olunmuşdur: - xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs və X10 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur. - Astara RPŞ-nin əməliyyat üzrə rəis müavini X9 tərəfindən xx.xx.2024-cü il tarixli X2 və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, Astara Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı ilə həmin qərar qanuni və əsaslı hesab edilmişdir. - «Şübhəli şəxsin tutulması haqqında» 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur . - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:15-dən saat 18:30-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 7,61 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün boş bir zərfdə qablaşdırılaraq DİN-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə metamfetamindir. -xx.xx.2024-cü il tarixli Astara RPŞ-nin İB-nin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaq materialları onun barəsində aparılmış HK-1/321 saylı araşdırma materialları ilə bir icraatda birləşdirilmişdir. -01 aprel 2024-cü il tarixli “baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məlum olan mənbədən əldə edib gəzdirdiyi bıçaq Astara RPŞ-nin polis əməkdaşları tərəfindən Astara şəhəri, Nizami küçəsindəki yaşadığı evin yaxınlığında olan küçədən aşkar edilərək götürülmüşdür. - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 29 mart 2024-cü il tarixli, 67 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Astara Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 4(018)-20/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2024-cü il tarixli, 19/286 saylı rəyin nəticə hissəsindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -7,081 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. - Məhkəmə-narkoloji ekspertizasının 30 mart 2024-cü il tarixli, 309 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Təqsirləndirilən şəxs Opioidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. -Məhkəmə-ballistik ekspertiza üzrə verilmiş 16 may 2024-cü il tarixli, 3-16-16/2- 3/821 saylı rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində sonradan hər hansısa dəyişiklik edilməmişdir. -Məhkəmə-tibbi ekspertiza üzrə verilmiş 16 aprel 2024-cü il tarixli, 148/MEŞ saylı rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Müayinə olunanın deməsinə görə, xx.xx.2024-cü il tarixdə Astara RPŞ-də polis əməkdaşı onun sol ayağının İİ barmağının dırnağının yarısını çıxarmışdır. Tibbi yardım almadığını bildirir. Şikayəti sol ayağının İİ barmağında olan ağrıdandır.
1. Müayinə olunan hündür boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır.
2. Sol ayağın İİ barmağının dırnaq sədəfi iç kənarından deformasiyalıdır, nahamardır, hissəvi nazikləşmiş və çökmüş haldadır. Boyun, qarın nahiyələrində və sol saiddə səthləri hamar və parlaq, ağımtıl rəngli, atrofık, köhnə yara izləri olan çoxsaylı çapıqlar vardır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 23 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Astara RİHB-nin İƏDN-dən verilmiş 23 may 2024-cü il tarixli, 633 və 634 nömrəli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında atası X18 və qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşamış, onun barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - «Sübutların qiymətləndirilməsi haqqında» 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 7,081 qram olan psixotrop maddə metamfetamin, baxış keçirilərkən götürülən bir ədəd bıçaq həmçinin şəxsi axtarış istintaq hərəkətlərinin və təqsirləndirilən şəxs qismində dindirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Həmçinin, məhkəmə istintaqında əldə edilmiş aşağıdakı sübutlarla müəyyən edilmişdir : - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş "xxxx" MMC-dən daxil olmuş 10 mart 2025-ci il tarixli məktub və ona əlavə edilmiş disk, həmçinin, müdafiəçi tərəfindən təqdim edilmiş telefon məlumatlarına dair fotoşəkillərdən görünür ki, ***-***-**-** saylı mobil nömrə Şahid1 və ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Özünün bildirməsinə əsasən faktiki Ümüd Dadaşzadənin istifadəsində olan qardaşının adına olan ***-***-**-** saylı mobil telefon nömrəsinə Şahid1 məxsus (“əməliyyat tədbirində” iştirak etmişdir) ***-***-**-** saylı telefon nömrəsindən 27 mart 2024-cü il tarixdə 15 dəfə cavabsız zəng edilmiş, ardınca, saat 16:02-də “aç telefonu, Miridi” mesajı yazılmışdır. - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 2905/2024 nömrəli tibbi kitabçasına dair çıxarışda sonuncunu 02 aprel 2024-cü il taixdə BİT-yə gətirildiyi və baxış zamanı “sol saidin arxa səthində, ön divarında çoxsaylı köhnə çapıq izlərinin” olduğu qeyd edilmişdir. - Müdafiəçi tərəfindən təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan telefon danışığının səs yazısından görünür ki, özünü Astara RPŞ-nin əməliyyat üzrə rəis müavini kimi təqdim edən şəxslə Təqsirləndirilən şəxs qardaşı X11 arasında telefon danışığı olmuş, Orxan Novruzov sonuncuya zəng etmişdir. Telefon danışığının ittihamın qiymətləndirilməsində əhəmiyyətli hissəsi aşağıdakı kimidir: (K1-Orxan Novruzov, K2- Ələkbər Dadaşzadə ) K1- Adım Orxandı, Astara əməliyyat üzrə rəis müaviniyəm..Sən gedəndə mən burda olmamışam, sən, mən bura gələndən sonra getmisən Türkiyəyə..Orda o tip videoların hamısını silirsən.. Mənim çox şeyə ixtiyarım var..Qulaq as, sənin atan, qardaşın sənə görə əziyyət çəkməsin, bax, sənə deyirəm... K2- Mənə görə heç kim əziyyət çəkmiyəcək, mənim cinayətim varsa mən özüm gələrəm Azərbaycana, məni tutarsan... K1- Sən Astaralısan, mən əməliyyat üzrə müavinəm, sənə deyirəm ki, onları sil, məsləhətli yolu odu da bə..Bax, sənə deyirəm ki, bax sənin qardaşının 18 yaşı var, düzdü ? O da burda onsuz rahat durmur reallıqda, indi bir dəfə ona keçmişəm, hörmət eləmişəm, özü də bilir..amma bilirsən nətər, sən belə eliyəndə heç nə düz getmir orda.. K2- Sizin nəsə danışığınızda, elə bil siz öyrədilibsiniz, mənimlə prinsipə düşübsünüz K1- Eləmirsən, eləmə, özün bilərsən.. Həqiqətən özün də görəcəksən ki, gec oldu sən gələnə qədər. K2- Sənin sözün uje aydındı. Sən konkret şantaj eləyirsən..Ə, deməli, mənim problemim yoxdusa, mənim atamı, qardaşımı ora niyə aparıbsınız ? K1- Yox, mən sənin nömrəni bilmirəm axı, qardaşını, atanı çağırmalıyam ki, bunun nömrəsini deyin. K2- Gəlib evdə ala bilməzdilər ? bölməyə çağırmalıdırlar? K1- Yox, bə mən çağırmışam yanıma atanla həm də atanla bağlı söhbət eləyirəm ki, uşaqla danışın. K2- Bə mənim 18 yaşı təzə tamam olmuş qardaşımı nəyə aparıbsız ora ? o nə danışacaq mənim haqqımda sizə ? K1- İndi qardaşın da gəlib, qulaq as, qardaşın da burda, mənim yanımdadı...Qardaşın da var, yenə deyirəm, sabahları qardaşın da cinayət törətsə qardaşın da həbs olacaq. O demək döyül ki, sənin qardaşın da, mən səninlə danışmışam deyə, səsim səndədi deyə qardaşın nə vaxtsa cinayət törətsə həbs olunmaya. K2- Biri var ki, cinayət törədə, biri də var cinayət törətməyə, yəni, nahaqdan gedib danışıqdan onsuz sizə məlumdu K1- Nahaqdan heç kim tutulmur ki, sən bunu yaxşı bilirsən. K2- Yo, əlbəttə, sən yəni demək istəyirsən ki, mənim elədiyim şeyə görə mənim qardaşım cəza çəkəcək. Karoçi, sən kulturnu mənə dedin nə var nə yox. K1- Biri var sənə demək, biri də var kulturnu demək, özün də bilirsən ki, sənə kulturnu izah elədim K2- Ay sağol, sən kulturnu izah elədin ki, sənin elədiyin cinayətə görə sənin qardaşın cəza çəkə bilər, aydındır K1- Ümid edirəm ki, səni başa saldım, izah elədim ki, necə olur, nətər olur axırı, düzdü ? Cinayətkarlıqla bağlı şəkillərin var, məncə onları sil, başını aşağı sal.. - Müdafiə tərəfinin vəsatətinə əsasən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13 iyun 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə (1 saylı disk) olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K”1 kimi işarə olunmuş diktorun səsi və nitqi-X6 məxsusdur. Diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda tədqiqi hissənin İV.İİİ bəndində qeyd olunan montaj əlamətləri aşkar edilmişdir. - Həmçinin, müdafiəçi tərəfindən təqdim edilmiş CD diskdə olan audioyazıdan görünür ki, təqsirləndirilən şəxsin qardaşı Ələkbər Dadaşzadə ilə Astara RPŞ-nin əməliyyat müvəkkili Mircavad İbrahimov arasında Ümüd Dadaşzadə və Təqsirləndirilən şəxs tutulduqdan sonra telefon danışığı olmuş, (Mircavad İbrahimov səsin ona məxsus olduğunu məhkəmədə etiraf etmişdir) danışığın mahiyyəti aşağıdakı kimidir: (Ə.D- Ələkbər Dadaşzadə, M.İ- Mircavad İbrahimov) Ə.D.- Adama pis təsir eləyir də, biri var sən adam bıçaqlayasan, biri də var, adam bıçaqlayasan, sənə narkotik yükləyirlər bölmədə M.İ- Yo,yo, mən o söhbətdə yoxam, mənim vəzifəm də ona çatmır ki, açıq sənə deyim, nəyisə bilim Ə.D- Mən demirəme sən nəyisə bilirsən, hər işin öz sirri var M.İ- Mənə dedilər ki, get filankəsi çağır, mən də getdim çağırdım Ə.D- Axır bunu çağıranda yoxlayıbsız üstünü, üstündə narkotiklə bölməyə aparmazsız ki, sən olubsan orda, sonra orda şey olub.. M.İ.- Yox idilər bunlar, sonra bunlar gediblər Ə.D- Yoxe, ikinci dəfə bandan düşürdəndə də axır bir yerdə olubsuz M.İ- Mən Şükürlə getdim, Şükürlə getdim, mən sonra gəldim, dedilər ki, bandadı Ə.D- Yoxe, üstündən mal çıxsa apara bilərlər onu ora? Özümüz bilirik də, uşaq deyilik ki, M.İ- Mən yalan danışaram, onun üstündən nə çıxıb, nə qədər çıxıb, mənim xəbərim yoxdur, mən məsələni bilmirəm axı, məni buraxmazlar axı yaxına, məni göndəriblər ki, get çağır, məni də həmişə göndərəndə deyiblər çağır, bu dəfə də demişəm ki, səni filankəs istəyir, mən də səni çağırmışam, nədi-nədi mən onu tanıyıram, ona görə. Ə.D- Allah köməyin olsun. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, və şahidlərin ifadələrini məhkəmə istintaqı dövründə əldə edilmiş yazılı sübutları, digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları və aşağıda qeyd edilənlərə əsasən onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinə münasibətdə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X39 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinə münasibətdə cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanunların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsin həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə nail olunması məqsədilə iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı həqiqətə uyğun olmayan, işin faktiki halları ilə uzlaşmayan ifadələr verilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı əldə edilmiş aşağıdakı sübutların təhlilindən görünür ki : - DVD-R diskdə olan və məhkəmə fonoskopik ekspertizasının rəyi ilə həqiqiliyi müəyyən edilmiş səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayan qardaşı X11 silahla şəkil çəkdirib sosial şəbəkəyə yerləşdirmiş, Astara RPŞ-nin sabiq əməliyyat üzrə rəis müavini X1 zəng edərək həmin şəkilləri silməyini tələb etmiş, əks halda onu atası və qardaşlarının (Rəşad və Ümüd Dadaşzadə) ona görə əziyyət çəkəcəyi ilə dəfələrlə hədələmiş, bu məqsədlə onunla telefonla danışdığı anda belə Ümüd Dadaşzadə və atası X32 RPŞ-nin inzibati ərazisinə gətirilmiş, Ələkbər Dadaşzadə şəkilləri silməyəcəyini bildirdikdən sonra X33 Dadaşzadəyə ağıllı olmasını, o gələnədək gec olacağı, onu işin axırının necə olacağını izah etməsi ilə hədələmişdir; - Əməliyyat müvəkkili Şahid1 məxsus və təqsirləndirilən şəx Təqsirləndirilən şəxs adına rəsmiləşmiş, faktiki isə qardaşı Ümüd Dadaşzadənin istifadəsində olan telefon məlumatlarından, həmçinin sonuncunun telefon ekranının fotoşəkilindən görünür ki, 27 mart 2024-cü il tarixdə polis əməkdaşları Rəşad və Ümüd Dadaşzadələri axtarmış, bu məqsədlə polis əməkdaşı Şahid1 məxsus ***-***-**-** mobil nömrəsindən Ümüd Dadaşzadənin istifadəsində olan telefon nömrəsinə 15 dəfə zəng etmiş, arxasınca saat 16:02 radələrində “Aç telefonu, Miridi” mesajı göndərilmişdir; - Əlavə şahidlər Şahid8, Şükür Dadaşzadə və Şahid6 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs polislər tərəfindən axtarıldığını bildiyi üçün qardaşı Ümüd Dadaşzadə ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsində yerləşən damda bir neçə saat gizlənmiş, saat 15 radələrində atası Şükür Dadaşzadə polis əməkdaşı Mircavad İbrahimov tərəfindən Astara RPŞ-yə aparılmışdır; - Əlavə şahidlər təqsirləndirilən şəxslə birlikdə yaşayan əmisi oğlu Şahid8, nənəsi Şahid6, qonşular Şahid7 və Şahid5 ifadələrindən görünür ki, atası aparıldıqdan bir saat sonra, yəni, saat 16 radələrində onların gözü qarşısında Rəşad və Ümüd Dadaşzadə qardaşları gizləndikləri damdan zorla, polislər tərəfindən döyülə-döyülə düşürdülərək, polis maşınına mindirilib Astara RPŞ-yə aparılmışdır; - Əlavə şahid, polis əməkdaşı Mircavad İbrahimovla təqsirləndirilən şəxsin Türkiyədə yaşayan qardaşı Ələkbər Dadaşzadə arasındakı Təqsirləndirilən şəxs tutulduqdan sonra telefon danışığına dair diskdə olan səs yazısından görünür ki, X20 Dadaşzadənin çağırılması tapşırılmış, o, gedib təqsirləndirilən şəxsin atasını polis şöbəsinə aparmış, sonradan bilmişdir ki, həmin vaxt Rəşad və Ümüd Dadaşzadə evin damında olmuş, sonra polis əməkdaşları gedib onları gətirmişdir; - xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs sol ayağının İİ barmağında dırnaq sədəfinin hissəvi deformasiyası, nahamarlığı, nazikləşməsi və çökməsi aşkar edilmiş, palpasiya zamanı ağrılıdır. - Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, təqsirləndirilən şəxsin atası hədə vasitəsi kimi Təqsirləndirilən şəxs metamfetaminin ona məxsus olmasına dair özünün əleyhinə ifadə verməyə razı olanadək polis şöbəsində saxlanılmışdır; - Təqsirləndirilən şəxs öz ifadəsindən görünür ki, psixotrop maddə üzərinə qoyulmuş, Cinayət Məcəlləsinin etirafedici ifadə verməyə məcbur edilmişdir. Odur ki, məhkəmə tərkibi məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən hesab edir ki, əməliyyat üzrə rəis müavini Orxan Novruzov tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar obyektiv həqiqətdən tamamilə kənar olduğundan, qanunsuz hesab edilməli, həmçinin, xx.xx.2024-cü il tarixli Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş raport qeyd olunan qərarla birlikdə müvafiq işin qiymətləndirilməsində sübut kimi nəzərə alınmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, müvafiq qərarın qanuniliyini yoxlayan məhkəməyə işin həqiqi halları barədə məlumat verilməmiş, həqiqəti təhrif etmiş raport qərara əlavə edilmiş, məhkəmənin əməliyyat tədbirinin qanuniliyini yoxlamağa real imkanı olmamışdır. Bundan əlavə, əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərarda qanuniliyi yoxlanılması tələb olunan heç bir tədbir qeyd olunmamış, beləliklə də, əslində qərarın qanuniliyinin yoxlanılmasının heç bir maddi əsası olmamışdır. Belə ki, müvafiq qərarda göstərilən tədbirlərin heç biri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində qeyd olunmuş, məhkəmə tərəfindən qanuniliyi yoxlanılması tələb olunan heç bir tədbir növünə aid olmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin həmin qərarı iş üzrə ittiham sübutlarının qiymətləndirilməsində heç bir preyudisial əhəmiyyət daşımır. Məhkəmə tərkibi bir daha vurğulayır ki, əməliyyat üzrə rəis müavini X9 tərəfindən qəbul edilmiş 27 mart 2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar, həmin tarixli raport və müvafiq qərarın qanuniliyinin yoxlanılmasına dair Astara Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı təqsirləndirilən şəxsə elan edilmiş ittihamın qiymətləndirilmsində sübut kimi nəzərə alına bilməz. Cinayət işi üzrə şahid polis əməkdaşlarının ifadələri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları olmuşlar, cinayət təqibi orqanın əməkdaşlarıdırlar və ona görə də onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin nəticələrində maraqlıdırlar. Onların maraqlılığı xüsusilə təqsirləndirilən şəxsin psixotrop maddənin onun üzərinə polislər tərəfindən qoyulduğuna dair təqsirləndirilən şəxs tərəfindən iddia irəli sürülməsi şəraitində daha aydın görünür. Buna görə də məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları hazırki işdə maraqlı tərəfdir və iş materiallarında bu qədər ziddiyyətlərin olduğu bir şəraitdə onların ifadələri mötəbər ifadə kimi qəbul edilərək qiymətləndirilə bilməz. Hazırki cinayət işinin faktiki halları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cu il tarixli qərarında əks olunmuş işin faktiki halları ilə üst-üstə düşdüyündən məhkəmə tərkibi həmin presedent hüququnun müddəlarının hazırki işə tətbiq edilməsini ədalət mühakiməsinin maraqlarına uyğun hesab edir. Həmin qərarda qeyd edilir ki, “məhkəmə hesab edir ki, ərizəçiyə qarşı istifadə edilən əsas sübutun əldə olunduğu üsul onun etibarlılığına və mötəbərliliyinə şübhə yaratmışdı. Bu sübutların əhəmiyyətini nəzərə alaraq, Avropa Məhkəməsi hesab edir ki, ərizəçinin şəxsi axtarışı zamanı yol verilmiş prosessual pozuntular, axtarışın faktiki şərtləri ilə əlaqəli olmayan ziddiyyətli sübutlar, məhkəmə prosesslərində qeyri-adekvat məhkəmə araşdırması, ərizəçinin narkotik maddənin ona aid olmadığına dair iddialarını daxili məhkəmələrin kifayət qədər araşdırmaması, ittihamı təsdiq edən sübutların zəifliyi ərizəçinin məhkəmə araşdırmasını tamamilə ədalətsiz etmişdir. Buna görə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.” Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iş üzrə dindirilmiş şahidlər X9, Şahid1, Şahid2, Şahid3, Şahid4 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin səs yazısının ona aid olması hissəsi iş materialları ilə uzlaşdığından mötəbər hesab olunmalı, qalan hissədə uzlaşmadığından, sübut kimi nəzərə alınmamalıdır. Qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, şəxsin ətrafında əməliyyat axtarış tədbirləri keçirilmədən, ittihamda qeyd olunan şəraitdə, saatda və yerdə polis şöbəsinə gətirilmədiyi tam təsdiq olunmasına əsasən, həmçinin, əgər hesab etsək ki, o, yaşadığı evin damından polislər tərəfindən zorla düşürdülərək, döyülə-döyülə polis şöbəsinə gətirilməmiş olsa belə, onun əməliyyat üzrə rəis müavinin qardaşı Ələkbərə onu, atasını və qardaşını qanunsuz həbs etdirəcəyi ilə bağlı hədələməsini daha əvvəldən bildiyi, həmçinin, həmin gün polis orqanı tərəfindən israrla axtarıldığını, təsir vasitəsi olaraq atasının polis şöbəsində saxlanıldığını, özünün iki gün əvvəl bıçaqla hadisəsi törətdiyini bildiyi halda heç nə olmamış kimi qardaşı ilə birlikdə üzərində şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda psixotrop maddəni qoyub küçədə gəzməsinin heç bir ağlabatan məntiqi izahı yoxdur. Lakin, iş materiallarından görünür ki, o, qanunsuz həbs olunacağı ilə bağlı əməliyyat üzrə rəis müavini Orxan Novruzovun real hədəsini bildiyi üçün əsassız cinayət təqibinə məruz qalmamaq üçün qardaşı ilə birlikdə yaşadığı evin damında saatlarla gizlənmişdir. Yaranmış şəraitdə, əgər həqiqətən də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı deməyə məcbur edildiyi kimi “iki gün əvvəl həmin miqdarda metamfetamin əldə etmiş” olsaydı belə Şahid1 məxsus telefon nömrəsindən bir yerdə olduğu qardaşına ilk zəng gəldiyi anda əgər həmin qanunsuz predmet üzərində olmuş olsaydı ilk olaraq onu üzərindən uzaqlaşdırar, və ya evində olmuş olsaydı onu polislərin tapa bilməyəcəyi məkana yerləşdirərdi. Bunun üçün də onun kifayət qədər vaxtı olmuşdur. Hər bir halda, yaranmış şəraitdə ittihamın həqiqətə uyğunsuzluğu təkzibedilməz sübutlar və ağlabatan mühakimə əsasında aşkardır. Məhkəmə “şəxsi axtarış və götürmə” aparılması haqqında protokol və ona əlavə edilmiş videoçəkilişin sübuti əhəmiyyətliliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 16 radələrində Astara RPŞ-nin əməliyyat müvəkkilləri tərəfindən yaşadığı evin damından zor tətbiq edilərək düşürdülüb qardaşı Ümüd Dadaşzadə ilə birlikdə Astara RPŞ-yə aparılmış, orada qanunsuz saxlanılarkən pis rəftara məruz qalmış, fiziki və psixi zorakılıq altında, ayaq dırnağının çıxarılması həmçinin, aldatma nəticəsində özünün əleyhinə ifadə verməyə məcbur edilərək ona aidiyyəti olmayan psixotrop maddəni qəbul etmişdir. Məhkəmə tərkibi həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən polis şöbəsinə gətirilərkən üzərində qanunla qadağan olunmuş hər hansı maddə olsaydı, onun üzərində təqribən 2 saatdan artıq müddət sonra şəxsi axtarış aparılmasına ehtiyac qalmaz, gətirildikdən dərhal sonra sənədləşdirilərdi. Bu, özü bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində heç bir qanunsuz əşya olmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxminən ən azı 2 saatdan artıq vaxt keçdikdən sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bundan başqa, şəxsi axtarış və götürmə istintaq hərəkətinə əlavə edilmiş videoçəkilişdən və protokoldan görünür ki, 18:15-də başlanılıb, 18:30-da qurtarmış, yəni, 15 dəqiqə davam etmiş, lakin videoçəkiliş 09 dəqiqə 13 saniyə davam etmiş, bu halda «şəxsi axtarış keçirilməsi haqqında» 27 mart 2024-cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Videoçəkiliş 02 dəqiqə 11 saniyyəsində Təqsirləndirilən şəxs içərisində metamfetaminə bənzə maddə olan bükülü təqdim edir. Bundan sonra təhqiqatçı çəkilişin 02 dəqiqə 26 saniyyəsində şəxsi axtarışa başlayır və 02 dəqiqə 32-ci saniyyəsində bitirir. Beləliklə, təhqiqatçı cəmi 6 saniyyə müddətində çox səti formada axtarış keçirir, şübhəli şəxsin ciblərini belə ciddi yoxlamir. Həmçinin Təqsirləndirilən şəxsn pul, pul qabı, telefon, siqaret, alışqan, açar və ya digər heç bir predmet aşkar edilməmişdir. Həmçinin videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs ayaqlarında çəkələk geyindiyi görünür. Bu hal da, yani 27 mart, soyuq hava şəraitində Təqsirləndirilən şəxs ittihamda qeyd olunduğu kimi, küçədə saxlanılmasını şübhə altına alır, əksinə üzərində mütamfetamindən başqa heçnə aşkar olunmaması (telefon, siqaret, alışqan, açar və sair...), ayaqlarında da çəkələk olduğu onun həqiqətən də evdən saxlanılaraq gətirildiyini təsdiq edir. Məhkəmə tərkibi həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini formalaşdıran hərəkətlər formal xarakterli, yəni törədildiyi andan bitmiş hesab olunsa da təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin mənbəyini (yəni tərəfindən əldə edilməməsini, ona məxsus olmamasını) mübahisələndirdiyi müddətdə şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələri şəxsin təqsirliliyini sübut edən yeganə və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əks təqdirdə şəxsin məhkəmə qarşısına çıxarılmasına zərurət olmazdı. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Beləliklə, qeyd edilənlər Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmamasına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “ətnində olan qara rəngli şalvarın sol yan cibindən” psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə şəxsin üzərində aparılmış “şəxsin axtarış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokolu obyektiv həqiqəti əks etdirmədiyindən, mötəbərliliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut növü kimi qəbul oluna bilmədiyindən, həmin sənədi etibarsız hesab edərək, sübut növü kimi qəbul etmir. Məhkəmə tərkibi həmçinin, vurğulayır ki, yuxarıda qeyd olunan əsaslarla psixoloji hədənin davamı olaraq məhkəməyə qədər icraat dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi “etirafedici” ifadələrin mötəbərliliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin ifadələrlə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədə-qorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı üzərindən psixotrop maddə aşkar edilməsinə dair verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri döyülmə, hədə-qorxu, aldatma tətbiq edilməsi ilə ehtimalı ilə alındığı üçün mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə, iş üzrə məhkəmə-fonoskopik ekspertizasının təyin edilib rəyin məhkəməyə daxil olunması gözlənilən dövrdə Təqsirləndirilən şəxs qardaşı Ümüd Dadaşzədənin öz işi üzrə məhkəmə verdiyi ifadəsində “təcridxanada özünü Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşı kimi təqdim edən Fazil adlı şəxsin onunla görüşərək ona hədə-qorxu gəlinməsi, valideynləri ilə hədələnməsi, fonoskopik ekspertizadan və vəkilindən imtina etməli olması, əks halda atasının əziyyət çəkəcəyi ilə bağlı hədələndiyini” bildirməsi, Təqsirləndirilən şəxs isə məhkəmə iclaslarının birində ona CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməməsini xahiş etməsi, ondan başqa sual soruşulmamasını xahiş etməsi, tutulduğu gün üzərində psixotrop maddə olub-olmamasına dair suala kinayə ilə “bəraət istəmirəm, suallara da cavab vermək istəmirəm, məni düz başa düşün” deməsi, həmin iclasdan sonrakı iclasda əlavə şahid atası X8 məhkəmə istintaqı təzələndikdən sonra oğlunun xeyrinə ifadə verməkdən imtina etməsi, Ümüd Dadaşzadənin məhkəmə iclasında atası Şükür Dadaşzadənin oğluna bəraət verilməməsini, aşağı həddə cəza təyin edilməsini təkidlə xahiş etməsi, ondan başqa sual soruşulmamasını xahiş etməsi nəzərə alındıqda təqsirləndirilən şəxsə qarşı psixoloji zorakılığın davam etdiyi aydın görünür, bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin tutulduğu gün üzərində psixotrop maddə olub-olmamasına dair suala kinayə ilə “bəraət istəmirəm, suallara da cavab vermək istəmirəm, məni düz başa düşün” deməsini səmimi ifadə kimi qəbul etmir, əksinə, onun tutulduğu vaxtdan yekun məhkəmə aktı qəbul edildiyi vaxtadək polis əməkdaşları tərəfindən hədə altında olduğunun dəqiqliyini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Bundan başqa, Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, birbiri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin polislər tərəfindən döyülərək evinin damından sürüyə-sürüyə düşürdülərək polis maşınına mindirilməsi şahid ifadələri ilə təsdiq olunmuş, Təqsirləndirilən şəxs evin damında gizlənməsi polis əməkdaşı Mircavad İbrahimovun səs yazısı ilə bir daha təsdiqlənir, X15 İbrahimov tərəfindən polis şöbəsinə aparılması, hədə vasitəsi kimi xx.xx.2027-ci il tarixdə saat 23 radələrinə qədər polis şöbəsində saxlanılması müəyyən olunmuş, Şükür Dadaşzadənin hansı səbəbdən polis şöbəsinə aparılmasına dair ittiham orqanı ağlabatan izah verə bilməmişdir. Təqsirləndirilən şəxs polislər tərəfindən ayaq dırnağının çıxarıldığını, məcbur olub metamfetaminin guya ona məxsus olması, küçədə piyada gəzərkən saxlanılmaları barədə etirafedici ifadə verdiyini, həbs qətimkan tədbiri seçilərkən, həmçinin, təcridxanaya da daxil olarkən qorxudan bu barədə bildirmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, tutulduqdan 7 ay keçmiş olsa da, Təqsirləndirilən şəxs ayaq dırnağı palpasiya zamanı ağrılıdır, ittiham orqanı həmin deformasiyanın şəxsin istintaq təcridxanasında olarkən yaranmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Sadalananlardan əlavə, Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, şəxs 27.xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Halbuki, Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs X21 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil). Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulması, barəsində Astara Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq onun 24 saatdan artıq X21 saxlanıla bilmədiyi halda 4 gün müddətində saxlanılması cinayət işinin materiallarına əsasən qaranlıq olaraq qalır, polis orqanı tərəfindən bununla bağlı hər hansı bir arqument irəli sürülməmişdir. Məhkəmə tərkibi polis orqanının Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan 6 gün, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 4 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, vaxtında polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir.
7. Məhkəmə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X17 hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs Ümüd Dadaşzadəyə vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmış, müdafiəçinin Təqsirləndirilən şəxs hüquqlarının təmin edilməsində effektiv rolu olmamışdır. Belə ki, cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. Bundan başqa, cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. Bundan əlavə, məhkəmə istintaqında təqsirləndirilən şəxs suala cavab olaraq bildirmişdir ki, narkoloji yoxlama zamanı ondan qan və sidik nümunəsi götürülmüşdür. Lakin, müvafiq narkoloji ekspertiza rəyinin giriş hissəsindən görünür ki, X3 nümunəsində THC(-), AMP(+) aşkar olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsin narkotik vasitələrdən asılılığı qan nümunəsinə əsasən yox, sidik nümunəsinə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin ondan sidik nümunəsi götürüldüyü zamandan ötən 3 gün ərzində tamamilə polisin nəzarəti altında olduğu, 3 gün ərzində ancaq polis şöbəsində verilən qidanı qəbul etdiyi nəzərə alındıqda, məhkəmə hesab edir ki, həmin rəyə tənqidi yanaşılmalı, mövcud rəy təqsirləndirilən şəxsin təqsirini sübut edən sübut kimi nəzərə alınmamalıdır. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. “İrlandiyanın İngiltərəyə qarşı” işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayan qardaşı X11 silahla şəkil çəkdirib sosial şəbəkəyə yerləşdirmiş, Astara RPŞ-nin sabiq əməliyyat üzrə rəis müavini X1 zəng edərək həmin şəkilləri silməyini tələb etmiş, əks halda onu atası və qardaşlarının (Rəşad və Ümüd Dadaşzadə) ona görə əziyyət çəkəcəyi ilə dəfələrlə hədələmiş, bu məqsədlə onunla telefonla danışdığı anda belə Ümüd Dadaşzadə və atası X32 RPŞ-nin inzibati ərazisinə gətirilmiş, Ələkbər Dadaşzadə şəkilləri silməyəcəyini bildirdikdən sonra X33 Dadaşzadəyə ağıllı olmasını, o gələnədək gec olacağı ilə hədələmiş, 27 mart 2024-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs və qardaşı Ümüd Dadaşzadəni axtarmış, bu məqsədlə polis əməkdaşı Şahid1 məxsus ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs adına olan, faktiki Ümüd Dadaşzadənin istifadəsində olan telefon nömrəsinə 15 dəfə zəng etmiş, arxasınca saat 16:02 radələrində “Aç telefonu, Miridi” mesajı göndərilmiş, bu vaxta qədər Təqsirləndirilən şəxs polis tərəfindən axtarıldığını bildiyi üçün qardaşı Ümüd Dadaşzadə ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsində yerləşən damda bir neçə saat gizlənmiş, saat 15 radələrində atası Şükür Dadaşzadə polis əməkdaşı Mircavad İbrahimov tərəfindən Astara RPŞ-yə aparılmış, bundan bir saat sonra Şahid1 məxsus telefondan Ümüd Dadaşzadəyə mesaj gəlmiş, elə həmin radələrdə, yəni, saat 16 radələrində qonşuların və evdə yaşayan qohumların gözü qarşısında Rəşad və Ümüd Dadaşzadə gizləndikləri damdan zorla, polislər tərəfindən döyülə-döyülə düşürdülərək, polis maşınına mindirilib Astara RPŞ-yə aparılmış, orada onlara qarşı fiziki və psixi zorakılıq davam etmiş, atası Şükür Dadaşzadə hədə vasitəsi kimi Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasına dair özünün əleyhinə ifadə verməyə razı olanadək polis şöbəsində saxlanılmış, narkotik vasitə üzərinə qoyulmuş, məcbur edilərək metamfetaminin ona məxsus olmasına dair ifadə vermişdir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinə münasibətdə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, yaxın qohumları ilə bağlı hədə-qorxu gəlməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri yuxarıda qeyd edilənlərə əsasən sübuta yetirilməmiş, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliliyinə aradan qaldırılmayan şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci və 145.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş CM-in 234.1-1-ci maddəsinə dair ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Həmçinin, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut kimi tanınaraq Astara Şəhər Rayon Polis Şöbəsində saxlanılan, 01(bir) ədəd bükümdə, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,081 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarış keçirilməsi haqqında» protokola və təqsirləndirilən şəxsin dindirilməsinə dair protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat (xx.xx.2024-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyi üzrə) xərcinin ödənilməsindən azad edilməli və həmin məbləğ dövlətə aid edilməli, 64 (altmış dörd) manat (16 may 2024-cü il tarixli məhkəmə ballistik ekspertizasının rəyi üzrə) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 51-2, 344-349, 350, 350.4, 352-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən həbsdə olduğu nəzərə alınsın və o cəzasını çəkmiş hesab olunsun Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat (xx.xx.2024-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyi üzrə) xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan 7,081 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilsin. İş üzrə 64 (altmış dörd) manat (16 may 2024-cü il tarixli məhkəmə ballistik ekspertizasının rəyi üzrə) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə alınsın. Maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev