Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-560/2022 27.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində 32 ədəd olmaqla külli miqdar təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib, suvarmaq, diblərini yumşaltmaq və gübrələmək üsulu ilə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmişdir. Həmin çətənə bitkiləri 01 iyul 2022-ci il tarixdə Astara Rayon Polis Şöbəsinin (bundan sonra - Astara RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri üzrə Təqsirləndirilən şəxs həmin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən mərkəzi hissəsindəki müxtəlif kənd təsərrüfatı bitkilərinin arasında, eləcə də bir ədəd plastik və bir ədəd dəmir qabın içərisində kök üzərində aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. 01 iyul 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları onun yazılı razılığı ilə, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirərkən qonşu çəpərinə yaxın yerdə kök üzərində cəmi 32 ədəd çətənə bitkilərini aşkar etmiş, qablaşdırıb götürmüşlər. Həmin çətənə bitkilərinin boyu daha hündür olmuş bir ədədi ona məxsus olmuş, digərləri isə ona məxsus olmamışdır. Ona məxsus olmamış cəmi 31 ədəd çətənə bitkilərinin həyətinə onunla ədavəti olan, qonşuluğunda yaşayan şəxs tərəfindən həyətinə keçmədən, çəpərdən əlini uzatmaqla qoyulduğunu zənn edir. Lakin bu halın baş verməsini görməmişdir. Adını bilmədiyi polis əməkdaşının ona həyətyanı sahəsindən aşkar edilmiş cəmi 32 ədəd çətənə bitkilərinə münasibətdə daha yüngül formada məsuliyyətə cəlb ediləcəyi barədə verdiyi vədə inandığına görə həmin bitkilərin ona məxsus olmasını qəbul etmiş, videoçəkiliş aparılmaqla yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən şifahi qaydada verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində həyətindən aşkar edilmiş cəmi 32 ədəd çətənə bitkilərinin ona məxsus olduğunu göstərmiş, həmin izahat və ifadələrinə, həmçinin yaşadığı evin həyətinə baxış keçirilməsi barədə protokola imza etmişdir. Təhqiqatçı və müstəntiq ona qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Göstərdiyi səbəblərdən ibtidai araşdırma zamanı adından tərtib edilmiş izahat və ifadələrinin hazırki ifadəsinə zidd olan hissələrini təsdiq etmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı 01 iyul 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən və müdafiəçisinin iştirakı ilə, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata 03 iyul 2022-ci il tarixdə Astara Rayon Məhkəməsində baxılarkən şifahi qaydada verdiyi izahatları, müvafiq olaraq 02 və 03 iyul 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 01 iyul 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən kök üzərində aşkar edilmiş cəmi 32 ədəd çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmiş, onlara qulluq göstərmişdir. Həmin bitkilər ona məxsusdur (səh. 11, 12, 32, 44, 45, 52, 53, 61-63). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, ona Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında sonuncunun yazılı razılığı, onun, polis əməkdaşları Şahid2 və Şahid3, aqronom və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən mərkəzi hissəsində əkilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin arasında, eləcə də bir ədəd plastik və bir ədəd dəmir qabın içərisində kök üzərində cəmi 32 ədəd çətənə bitkiləri aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs verdiyi izahatında həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmiş, hər hansı hala etiraz etməmiş və həmin bitkilərin həyətinə kənar şəxs tərəfindən qoyulmasından şübhələndiyini deməmişdir. Göstərdikləri barədə tərtib edilmiş protokola imza etmiş, Təqsirləndirilən şəxs saxlayıb Astara RPŞ-yə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 və polis nəfəri Şahid3, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək Şahid1 ilə eyni məzmunda ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmək üçün dəvət edilmiş Şahid4 Təqsirləndirilən şəxs övladı olduğuna görə sonuncuya qarşı ifadə verməmək hüququndan istifadə edərək iş üzrə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən Şahid4 iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində 01 iyul 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən atası Təqsirləndirilən şəxs yazılı razılığı ilə yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilərkən cəmi 32 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Son vaxtlar xəstə olan anasına qulluq etməsi səbəbindən az hallarda həyətə düşmüş, bağ işlərini atsı görmüşdür. Buna görə də yaşadıqları evin həyətində çətənə bitkilərinin əkilməsindən məlumatı olmamışdır (səh. 85-87). Məhkəmə iclasında Şahid4 verilmiş suala cavab olaraq elan edilmiş həmin ifadəsinin məzmununu təsdiq etdiyini bildirmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 01 iyul 2022-ci il tarixli əməliyyat məlumatının rəsmiləşdirilməsi barədə raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə razı olduğu barədə yazılı ərizəsi, həmin əraziyə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə sonuncu barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri və yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən verdiyi izahatında aşkar edilmiş cəmi 32 ədəd çətənə bitkilərini şəxsi istifadəsi üçün əkməsi və onlara qulluq göstərməsini bildirdiyi müəyyən edilir (səh. 5, 6, 9-12). - 01 iyul 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən aşkar edilmiş cəmi 32 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (səh. 13). - Məhkəmə-bioloji ekspertizasının 01 iyul 2022-ci il tarixli, 19/759 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, yaş vəziyyətdə olan 32 ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli olan çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Ekspertiza xərci 65 manatdır (səh. 38, 39). - Məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli, 746 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onun ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (səh. 73). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş cəmi 32 ədəd çətənə bitkilərinin bir ədədinin ona məxsus olması, qalan 31 ədədinin isə həyətinə onunla ədavəti olan, qonşuluğunda yaşayan şəxs tərəfindən həyətinə keçmədən, çəpərdən əlini uzatmaqla qoyulması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə, hər hansı qanunsuz təsir olmadan yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş bütün çətənə bitkilərinin ona məxsus olması barədə tam etirafedici məzmunda verdiyi izahat və ifadələri ilə yanaşı, həmin çətənə bitkilərinin Təqsirləndirilən şəxs məxsus həyətyanı sahənin mərkəzində əkilmiş müxtəlif yerlərdən, eləcə də orada olmuş bir ədəd plastik və bir ədəd dəmir qabların içərisindən aşkar edilməsindən ibarət işin faktiki halları, Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələrini işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə sübut kimi qiymətləndirir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri ilə ziddiyyət təşkil edən hissələrini isə müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimai-təhlükəli əməli törətməsi əməlində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi tam etirafedici izahat və ifadələri, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaq və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələri, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə 01 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, 01 iyul 2022-ci il tarixli mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 01 iyul 2022-ci il tarixli, 19/759 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış 32 ədəd qalıq çətənə (kannabis) bitkiləri ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 237.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 96). - Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və üç nəfər yetkinlik yaşına çatmış uşaqları ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 88, 90). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın, konkret olaraq 3 (üç) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 iyul 2022-ci il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 03 iyul 2022-ci il tarixli qərarı ilə (səh. 61-63) seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli, 746 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan 32 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan 32 ədəd çətənə bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-560/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-560/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver