Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-561/2022 15.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan, barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən 04 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən 28 may 2022-ci il tarixdə saat 05 radələrində təzə Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 154-cü kilometrliyində, üzərində “Sərhəd To border 50 km” yazısı yazılmış, yaşıl rəngli dəmir lövhənin yaxınlığından külli miqdar təşkil edən 01 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdar təşkil edən bir ədəd kibrit qutusunda və 05 ədəd bağlamada ümumi təmiz çəkisi 5009,73 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 4,730 qram, 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020 qram, 1005,0 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,730 qram olan qurudulmuş marixuananı əynində olan gödəkçənin sol yan cibində saxlamış, qalan 01 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram narkotik vasitə heroini və ayrı-ayrılıqda təmiz çəkiləri, 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020 qram, 1005,0 qram ümumi təmiz çəkisi 5005,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Mercedes Benz E200” sedan tipli 99-SJ344 qeydiyyat nişanlı avtomobilin arxa salonunda sağ ayaqlıq yerində saxlayaraq daşımış və 28 may 2022-ci il tarixdə saat 07 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsində idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Lənkəran ŞRPŞ-nin X6 X3 Xidməti əməkdaşı tərəfindən saxlanıldıqdan sonra, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən, həmin tarixdə, saat 07 radələrində Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri yerindən aşkar edilərək götürülmüşdür. Nəticəsində, Lənkəran şəhəri Nizami Gəncəvi küçəsində yerləşən Lənkəran şəhər Narkoloji xəstəxanasının qarşısında saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli əl çantasının içərisindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, əynində olan gödəkçəsinin sol yan cibindən həmin 01 ədəd kibrit qutusunda və çəkidə narkotik vasitə marixuana, qeyd olunan çəkilərdə, bir ədəd bağlamada narkotik vasitə heroin və beş ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana 28 may 2022-ci il tarixdə saat 08:20 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi “Mercedes Benz E200” sedan tipli 99-SJ344 qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa salonunda sağ ayaqlıq yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 27 may 2022-ci il tarixdə o Lənkəran şəhərinə gəzməyə gələrkən avtomobili Yol Patrul Xidməti əməkdaşları işarə verib saxlamışlar. Polis əməkdaşları ondan spirtli içki içib içmədiyini soruşmuş, o isə içki içmədiyini, amma nəşə çəkdiyini demişdir. Sonra onu analiz vermək üçün öz xidməti avtmobilləri ilə narkoloji dispanserə aparmışlar. Onun avtomobilində olan narkotikdən xəbəri olmamışdır. Ona polis şöbəsində işgəncə veriblər. Üzərinə baxış zamanı üzərindən heç nə aşkarlanmamışdır. Ona məxsus avtomobilə baxış zamanı arxa oturacaqda ayaq altından bağlama çıxarıb maşının kapotunun üzərinə qoyaraq bağlamada heroin olduğunu bildirmişlər. O polis əməkdaşalarına üzərində 200 qram ot (marixuana) olduğunu demişdir. Onun maşınında marixuanadan başqa heçnə olmayıb. 200 qram marixana avtomobilin qabağ sağ oturacağın altında olub. Yol Patrul Xidməti əməkdaşları onu təxminən saat 12-1 radələrində saxlayıblar. Üzərində olan narkotik vasitəni Bakı şəhərindən şəxsi istifadəsi üçün almışdır. O sərhəd yazılan plakatın yanında olmamış və vidoçəkliş zamanı heçnə danışmamışdır. Ona işgəncə verib qol çəkdiriblər. Maşınında aşkarlanan torbada olan narkotik ona aid deyil. Barəsində həbs qətimklan tədbiri seçilərkən onu məhkəməyə aparmışlar, orada ona təziq və təsir olunmayıb. Məhkəmədə vəkilinin iştirakı ilə ifadə verərkən heroinin onun olmadığını bildirmişdir. Müdafiəçiləri Elvin Rzayev və Müdafiəçi yanında ona təziq və təsir olmayıb. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçiləri Elvin Rzayev və Müdafiəçi iştirakı ilə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ünvan 4 ünvanında qeydiyyatda olamaqla faktiki ünvan 2 ünvanında atası ilə birlikdə yaşayır. Anası rəhmətə gedib. Əvvəllər məhkumluğu olmamışdır. Təxminən beş ildir ki, narkotik vasitələrdən istifadə edir. Adətən, marixuanadan, aradabir metamfetamindən də, zərdə tüstüsünü iyləməklə istifadə edir. Hazırda, Bakı şəhərində 2021-ci ilin oktyabr ayında icarə əsasında götürdüyü “Mercedes Benz E200 minik” markalı 99SJ344 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixə keçən gecə o, saat 03 radələrində Lənkəran rayonuna istirahət məqsədilə getmək üçün idarə etdiyi “Mercedes Benz E200 minik” markalı 99SJ344 dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışdır. Avtomobildə tək olmuşdur. Saat təxminən 05 radələrində təzə Ələt-Astara magistral yolunun 154-cü kilometrliyinə çataçatda yolun sağ yan tərəfində qoyulmuş üzərində “Sərhəd To border 50 km” yazısı yazılmış yaşıl rəngli lövhənin yaxınlığında, asfalt yoldan təxminən 1 metr kənarda, torpağ yolda böyük bir qara bağlama görmüş və bu onun diqqətini cəlb etdiyindən avtomobili ordan bir qədər irəlidə 154 yazısı olan dəmir lövhənin yanında saxlamışdır. Avtomobildən düşüb avtomobillərin seyrək olduğunu və ətrafda heç kimin olmadığını görüb həmin bağlamaya tərəf getmişdir. Ehtiyatla mobil telefonunun işığı ilə ona baxmışdır. Görmüş ki, bağlama üzəri yapışqan lentlə bağlanmış qara sellofandı və ona bitişik bir ədəd də, kibrit qutusu vardır. O, kibrit qutusuna baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və bilmişdir ki, yəqin elə bağlamadakı da, narkotik vasitə olacaq. Kibrit qutusunu dərhal əynində olan gödəkçəsinin sol yan cibinə, bağlamanı isə avtomobilinin arxa oturacağının sağ yan tərəfində ayaqlıq yerinə qoyub üstünə də, pencəyimi atmışdır ki, gizli qalsın. Rahat olanda açıb içərisinə baxar. Daha sonra, avtomobilə oturub Lənkəran şəhərinə gəlmişdir ki, otellərin birində qalıb yuxusunu alandan sonra səhər rayonun istirahət yerlərinin birində istirahət edib sonra yola çıxar. Saat 06 radələrində Lənkəran şəhərində “Ləvəngi” dairəsi kimi tanıdığı ərazidən keçəndə Lənkəran şəhər rayon polis şöbəsinin adını yaddaşında saxlamadığı Yol Patrul Xidməti əməkdaşı ona saxla əmri vermişdir. O da, polisin əmrinə tabe olub avtomobilini kənarə çəkmişdir. Əməkdaş ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş və avtomobilin sənədlərini tələb etmişdir. O da, ona şəxsiyyət vəsiqəsini və avtomobilin sənədlərini təqdim etmişdir. Polis onda sərxoşluq halının olması şübhələri olduğunu bildirib sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməyindən ötrü onu Lənkəran şəhərində yerləşən Narkoloji dispanserə dəvət etmişdir. O, polis əməkdaşının dəvətinə etiraz etməyib birlikdə həmin dispanserə getmişlər. Dispanserdə o, yoxlanılmış və onda amfetamin sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Dispanserdə olan zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və ona özlərini təqdim edərək Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin əməkdaşları olduqlarını və həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlarda əməliyyat məlumatlarının olduğunu deyib onu avtomobili ilə birlikdə polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, öz avtomobilində polis şöbəsinə gəlmiş və avtomobilini polislərin müşayiəti ilə şöbənin həyətinə salmışdır. Həmin vaxt YPX-nin əməkdaşı onunla birlikdə gəlmişdir. Avtomobildən düşüb qapılarını açarla bağlayıb açarı özündə saxlamışdır. Sonra əməkdaşlarla birlikdə inzibati binaya daxil olmuşdur. Orada ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə vəkil Vəliəhəd Həbibovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əlində saxladığı, içərisində qol saatı, daraq, ətir qabı, elektron tərəzi olan bir ədəd qara rəngli əl çantasını, əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd açılmamış, içərisində siqaretlər, bir ədəd alışqan olan 2 ədəd siqaret qutusunu, gödəkçəsinin sol yan cibindən isə bir ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Kibrit qutusuna baxış zamanı içərisindən marixuana aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Götürülümş bir ədəd kibrit qutusunda marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 7,59 qram olmuşdur. Daha sonra, götürülmüş elektron tərəzi və kibrit qutusunda olan marixuana ekzpertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı o, polisin şifahi sorğusuna cavab olaraq bildirmişdir ki, həmçinin avtomobilində də, bir ədəd bağlamada marixuana vardır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra o, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə gedib şöbənin həyətində saxladığı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşı ona avtomobildə hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməyini bildirmişdir. O da, üzərində saxladığı açarla avtomobilin qapılarının kilitini açandan sonra salonda arxa tərəfdə sağ ayaqlıq hissədə saxladığı bir ədəd qara sellofan bağlamanı təqdim etmiş və içərisində narkotik vasitə marixuana olduğunu demişdir. Daha sonra onun yanında həmin bağalama açılmış və içərisindən bir ədəd bağlamada heroinə bənzər kütlə, beş ədəd şəffaf rəngli sellofan torablarda narkotik vasitə marixuana aşkar edilmişdir. Həmin aşkar edilmiş heroinin çəkisi elektron tərəzidə çəkilmiş və çəkisi 1,050 kq olmuş və baxış zamanı içərisindən tozşəkilli narkotik vasitə heroin aşakar edilmişdir. Digər beş torbada olan marixuanalar bir-bir elektron tərəzidə çəkilmiş və çəkiləri ayrı-ayrılıqda 1,005 kq, 1,005 kq, 1,005 kq, 1,020 kq və 1,030 kq olmuşdur. Daha sonra aşkar edilmiş bağlamalar ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. O, bağlamanı götürəndə içərisinə baxmamışdır. Sadəcə kibrit qutusuna baxmışdır və içərisində marixuana olduğunu görmüşdür və ona görə də, fikirləşmişdir ki, elə bağlamadakılar da, marixuana olar. Narkotik vasitələri daşımaqda məqsədi gələcəkdə istifadə etmək olmuşdur. Bundan başqa, istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı və əlavə ifadələrində də yuxarıda göstərilən ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu səmimi etirafedici ifadəsindən başqa dindilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş istintaq ekspertiza rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktini halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 Fizuli oğlu ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə səhər vaxtı Lənkəran Şəhər Rayon X4 Patrul Xidmətinin inspektoru Şahid3 tərəfindən şöbəyə məlumat daxil oldğundan, dərhal əməliyyat qrupu yaradıldı və məlumat əsasında narkoloji dispanserə getmişlər. Orada Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı elektron tərəzi və gödəkçəsinin sol yan cibindən kibrit qutusunun içində marixuana aşkarlanıb götürüldü. Daha sonra, götürülmüş elektron tərəzi və kibrit qutusunda aşkarlanan qurudulmuş marixuana ekzpertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu dediyindən onun idarə etdiyi Mercedes Benz markalı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qapılarını özü açaraq, arxa tərəfdə ayaq altına qoyduğu bağlamanı çıxarıb avtmobilin kapotunun üzərinə qoymuş, təhqiqatçı isə bağlamanı açmış və içərisində 1 ədəd bağlamada heroinə bənzər və 5 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Sonra da həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri İran İslan Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı təsir və ya təziq olunmamışdır. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə xidmətdə olduğu vaxt, səhərə yaxın Təqsirləndirilən şəxs məxsus Mercedes Benz markalı avtomobili saxlayıb sənədlərini təqdim etməsini bildirmiş, sürücü həyacanlı olduğu üçün ondan spirtli içki qəbul edib etmədiyini soruşmuş, sürücü isə ona spirtli içki içmədiyini, lakin narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra onu analiz vermək üçün narkoloji dispanserə aparmışlar. Narkoloji dispanserdə analiz verdikdən sonra onun narkotik vasitə istifadə etdiyi aydınlaşdırılmışdır. Təqsirləndirilən şəxs özü də sorğu-sual zamanı narkotik maddə olan şüşədən istifadə etdiyini demişdir. Həmin vaxt Rövşən avtomobilində də narkotik olduğunu demişdir. Ona görə o bu barədə rəhbərliyə məruzə etmişdir. Sonra da oraya əməliyyat müvəkkilləri gələrək onu rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı arxa yan oturacağın ayaq altı hissəsində içərisində narkotik vasitə olan 6 ədəd torba aşkarlanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəsini təsdiq edir. Dindirilmiş şahidlər Şahid2 və Şahid4 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 may 2022-ci il tarixli 19/637 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər maddə..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi-4,730 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E200, 99SJ344 nömrə nişanlı avtomaşından aşkar edilərək götürülmüş 5 ədəd torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr..” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 5 ədəd paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020,0 qram, 1005,0 qram ümumi təmiz çəkisi 5005,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomaşınından aşkar olunmuş 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı ümumi sayı 6 büküm olan və ümumi təmiz çəkisi-5009,73 qram olan marixuanalar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyi ilə müəyyən edilmişdir ki, X2 çətənə bitkisi pereparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkamaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan 28 may 2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:56 dəqiqədə müayinə olunmuş və onda “amfetamin” sərxoşluğunun olması müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmaqla işə əlavə edilmiş Lənkəran Şəhər Narkoloji Xəztəxanasının verdiyi 08 dekabr 2022-ci il tarixli 720 saylı məktubunda da Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə saxlanılaraq saat 06:56-da tibbi müayinədən keçrildiyi və onda “amfetamin” sərxoşluğunun müəyyən olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan 28 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə saat 06:30 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin də, iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və əlində saxladığı qara rəngli əl çantasının içərisindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülür. Kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlə qutu ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 7,59 qram olur. Daha sonra, götürülümş kibrit qutusunda qurudulmuş marixuana və elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Bu da bir daha təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sübut edir. Cinayət işinin materiallarında olan 28 may 2022-ci il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu bildirməsindən sonra, videoçəkiliş vasitəsilə özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “Mercedes Benz E200 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı ona idarə etdiyi avtomobildə əgər qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs avtomobilin arxa salonunda sağ ayaqlıq yerində saxladığı bir ədəd yapışqan lentlə bağlanmış qara sellofan torbada olan böyük bağlamanı təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu bildirir. Təqdim etdiyi bağlamaya baxış zamanı bağlama açılır və içərisindən bir ədəd bağlamada heroinə bənzər kütlə, beş ədəd üzərində fars hərfləri ilə yazılar yazılmış, şəffaf rəngli sellofan torablarda narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilir. Həmin aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisi 1,050 kq olur. Digər beş torbada olan marixuanalar bir-bir elektron tərəzidə çəkilir və çəkiləri ayrı-ayrılıqda 1,005 kq, 1,005 kq, 1,005 kq, 1,020 kq və 1,030 kq olur. Daha sonra aşkar edilmiş bağlamalar ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Bu da, bir daha təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sübut edir. Məhkəmədə yuxarıda qeyd edilən 28 may 2022-ci il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” istintaq hərəkətlərinin vidüogörüntülərinin köçürüldüyü DVD diskə baxış keçirilmişdir. Həmin diskdə olan görüntülərlə avtomobilə baxış istintaq hərəkəti protokolunda qeyd edilən xüsusatların üst-üstə düşdüyü təstiq olunur. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla yanaşı külli miqdarda narkotik vasitələrin satışı ilə məşğuldur. İbtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram narkotik vasitə heroin, 5 ədəd şəffaf rəngli sellofan torbada ayrı ayrılıqda təmiz çəkiləri 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020,0 qram, 1005,0 qram ümumi təmiz çəkisi 5005,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd kibrit qutusundə təmiz çəkisi 4,730 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, onun ifadəsi hadisə yerində yoxlanılarkən o törətdiyi cinayətin baş vermə mexanizmini əyani formada, ardıcıl olaraq göstərərək ifadələrində bildirdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 Fizuli oğlunun Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 28 may 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 28 avqust 2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs oğundan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar olaraq cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində onun 28 may 2022-ci il tarixdə saat 12-1 radələrində saxlanıldığını, üzərində narkotik vasitə olmadığını, avtomobilində isə özü istifadə etmək üçün 200 qram nəşə (qurudulmuş marixuana) olduğunu, üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş heroinin və qurudulmuş marixuananın ona aid olmadığını bildirmişdir. Məhkəmə onun vermiş olduğu bu ziddiyətli ifadəni özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokollarla, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş marixuananın, avtomobilində aşkar edilərək götürülmüş külli miqdarda qurudulmuş marixuana və külli miqdarda heroinin ona məxsus olması barədə vəkilinin iştirakı ilə verdiyi ifadələri ilə, dindirilmiş şahidlərin ifadələri ilə, Lənkəran Rayon Məhkəməsində ona qarşı həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılması zamanı keçirilən məhkəmə iclasında əməlini səmimi etiraf eməsi haqqında verdiyi izahatı ilə, məhkəmədə tədqiq edilmiş onun üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuanaların eyni tərkibli olması və onun avtomobilindən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroinin izlərinin olması barədə ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə onun ibtidai istintaq zamanı vəkillərinin iştirakı ilə verdiyi yuxarıda qeyd edilən ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş narkotik vasitələrin müxtəlif çeşiddə olmaqla şəxsi istehlak miqdarından min dəfələrlə çox olmasını və üzərində heroinin izləri olan tərəzinin aşkar edilməsi halını nəzərə alaraq belə qənaətə gəlir ki, o həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşamışdır. Yaşadığı inzibati ərazi dairəsi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən məhkəmə onun cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 28 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 1026,95 qram narkotik vasitə heroin, ümumi qalıq çəkisi 5009,61 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 1026,95 qram narkotik vasitə heroin, ümumi qalıq çəkisi 5009,61 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-561/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-561/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver