Məhkəmə qərarları › İş №1(099)-561/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-561/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-561/2024 02.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, 29 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli, 4 (073)- 26/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikası vətəndaşı olan “Araz” adı ilə tanıdığı şəxslə “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb külli miqdarda narkotik vasitələr əldə edilməsi, saxlanması və daşınması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncu tərəfindən istintaqla müəyyən edilməyən tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 82-ci kilometrliyində yerləşən üzərində “Alvadı Çay” yazısı həkk olunmuş lövhənin yanında yerləşən körpünün altında, pilləkənin yanında gizlədilməsi təmin edilmiş 1 ədəd bağlamanın içərisindəki 16 ədəd bükümdə ümumi təmiz çəkisi- 8195,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd konvalyutda 09 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 0,36 qram xeyli miqdarda narkotik vasitə metadon həblərini Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən götürmək məqsədilə 29 fevral 2024-cü il tarixdə idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Cəlilabad rayonu, Göytəpə şəhərinə gəlmiş, 29 fevral 2024-cü il tarixdə saat 22 radələrində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 82-ci kilometrliyində yerləşən üzərində “Alvadı Çay” yazısı həkk olunmuş lövhənin yanında yerləşən körpünün yaxınlığına gəldikdən sonra aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq körpüdən aşağı düşən pilləkənin yanında gizlədilmiş həmin narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, 29 fevral 2024cü il tarixdə saat 22:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 84-cü kilometrliyində idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq Cəlilabad Rayon Polis X7 Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ cibindən həmin narkotik vasitələrdən 1 ədəd konvalyutda bir həbin təsiredici maddəsi 0,04 qram olmaqla ümumi sayı 9 ədəd olan qəhvəyi rəngli dairəvi formalı xeyli miqdarda- 0,36 qram narkotik vasitə metadon həbləri, idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən isə 1 ədəd bağlamada, 16 ədəd bükümdə olmaqla ümumilikdə külli miqdarda-8195,0 qram tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Müştəriləri 1 manat pulun müqabilində Xırdalan şəhərindən 20 yanvar ərazisinə aparıb gətirmişdir. İran İslam Respublikasının vətəndaşı “Araz” adlı şəxs ona zəng edərək Cəlilabad rayonunda narkotik vasitə olduğunu, həmin narkotik vasitəni oradan götürə bilibbilmədiyini soruşmuşdur. “Araz” adlı iranlıya narkotik vasitəni götürə biləcəyini demişdir. Lökbatan qəsəbəsində avtomobilinə yanacaq vurduqdan sonra Cəlilabad rayonunun Göytəpə şəhərinə yola düşmüşdür. Göytəpə şəhərinin ərazisində 82-ci km yazılan lövhənin yanında avtomobili saxlayıb orada olan pilləkənlə aşağı düşmüş, lakin narkotik vasitə olmadığını görmüşdür. Həmin vaxtı yolun əks tərəfində “Qazel” markalı avtomobil dayanmışdır. Həmin avtomobildən 7-8 nəfər polis əməliyyatçısı düşüb ona yaxınlaşıb onu tutmuşlar. Polis əməkdaşları özləri ilə gətirdikləri bağlamanı avtomobilin yük yerinə qoymuşlar. Yolda avtomobili saxlamışlar, başqa bir nəfər əməliyyatçı da avtomobilə oturmuşdur. Avtomobilinin nömrələrini qırmışlar. Polis əməkdaşları onu Göytəpə şəhərində yerləşən polis bölməsinə aparmışlar. Polis əməkdaşları ona dedikləri kimi ifadə verməsə onun üçün pis olacağını demişlər. Polis əməkdaşları cibinə avtomobilinin açarlarını və bir list metadon həbi qoymuşlar. Bu hadisə müdafiəçisinin yanında olmuşdur. Çəkiliş zamanı bildirmişdir ki, metadon həbindən istifadə etmişdir. Sonra avtomobilinə baxış keçirtmişlər. Avtomobilinin yük yerindən içərisində narkotik vasitə olan bağlamanı çıxartmışlar. Həmin bağlamaya baxış keçirəndən sonra bağlamanı “Hyundai” markalı avtomobilə qoymuşlar. Onu da həmin avtomobilə otuzdurmuş, sonra Bakı şəhərinə yola düşmüşlər. Təxminən 40- 50 dəqiqədən sonra Bakı şəhərinə çatmışlar. Polis əməkdaşları yolda iranlı ilə yazışmışlar, kimləsə danışmışlar. Əməliyyatçılar yolda dəniz kənarında düşmüşlər. Yol boyu 1-2 dəfə yollarının üstündə olan körpünün üstündən fırlanmışlar. Sonra ağ rəngli avtomobil arxalarınca düşmüşdür. Polis əməkdaşı avtomobili saxlayıb düşüb həmin şəxslərlə görüşmüşlər. Həmin vaxtı avtomobilin yük yerini açaraq orada nəsə etmişlər. Sonra Badamdar körpüsündən geri qayıdıb Cəlilabad rayonuna getmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq zamanı da məhkəmədə dediyi kimi ifadə vermiş, lakin müstəntiq onun dediklərini yazmamışdır. Əməliyyatçıların onu Bakı şəhərinə nə üçün apardıqlarını bilməmişdir. Polis əməkdaşları onu X8 aparmışlar, orada videoçəkiliş aparmışlar, sonra isə Bakı şəhərinə getmişlər. “Araz” adlı iranlı ilə sosial şəbəkədə saxlanılmamışdan əvvəl yenicə tanış olmuşdur. Arazla “whatsapp” vasitəsi ilə danışmışdır. Arazın iran vətəndaşı olub-olmaması barədə bir söz deyə bilməmişdir, ancaq iranlı kimi tanımışdır. Avtomobili “Alvadı” çayının üzərində saxlamışdır. Yolun o biri tərəfində “Qazel” markalı avtomobil dayanmışdır. Həmin avtomobildən 6-7 nəfər əməliyyatçı düşüb gəlmişdir. Narkotik vasitə olan bağlamanı orada görmüş, həmin bağlamaya əlini vurmamış, əməliyyatçı gəlib bağlamanı götürüb avtomobilinə qoymuşdur. Araz ona konum atmamışdır. Araz ona “Alvadı” çayının üstündəki yola öz istifadəsi üçün narkotik vasitə qoymuşdur. Polis əməkdaşları onu döyməmişlər, ona işgəncə verməmişlər, ancaq ciynindən bir zərbə vurmuşlar. Bakı İstintaq Təcridxanasına daxil olanda bədəni üzərində xəsarət aşkar olunmamışdır. Polis əməkdaşları gecə saat 23 radələrində onu saxlamışlar. Göytəpə polis bölməsində yazılanlara təzyiq altında imza etmişdir. Polis əməkdaşları ona qollarını qandallayıb şəxsiyyətinə toxunan hərəkətlər edərik demişlər. Sərhəddən narkotik vasitə götürməmişdir. Araz əvvəllər onun üçün narkotik vasitə göndərməmişdir. Əvvəllər narkotik vasitə nəşədən (marixuana) istifadə etmişdir. Əvvəllər Araz onu narkotik vasitə götürmək üçün harasa göndərməmişdir. Araz ilə narkotik vasitənin satışı ilə bağlı razılaşması olmamışdır. 100 qram marixuananı özü üçün götürməkdən ötrü saxlanıldığı yerə gəlmişdir. İranlı zəng vuraraq 100 qram marixuananı qoyduğu yeri demiş, o isə həmin yerə gedəndə görmüşdür ki, marixuana bir meşokdur. İranlı külli miqdarda narkotik vasitə göndərəcəyini ona deməmişdir. Əgər orada külli miqdarda narkotik vasitə olduğunu bilsəydi həmin yerə getməzdi. Narkotik vasitəni götürməmiş polis əməkdaşları onu saxlamışlar. Meşokda narkotik vasitəni görən zaman çıxıb getmək istəmişdir. Narkotik vasitəyə yaxınlaşmağa polis əməkdaşları imkan verməmişlər, onu saxlamışlar. Narkotik vasitə olan bağlamanı uzaqdan görmüşdür, lakin götürməmişdir. Onu avtomobilə minməmiş yerdə tutmuşlar. Şahid2 onu döyməmişdir, ona qanunsuz təsir etməmişdir. Polis əməkdaşları dediklərini etməsə onu başına oyun açacaqlarını sözlə hədələmişlər. İstintaq zamanı heç bir orqana şikayət etməmişdir. Polis əməkdaşları “Qazel” markalı avtomobildən düşərək onu saxlamışlar. Narkotik vasitə polis əməkdaşlarının özlərinə məxsus olmuş və polis əməkdaşları özləri həmin yerə qoyaraq götürmüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və nişanlı olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə müəyyən olunur ki, subaydır və fərdi əməklə məşğul olur. Təxminən 6 aya yaxındır ki, narkotik vasitə metadon istifadə edir. Təxminən 2 ay əvvəl istifadə etdiyi +994-***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabına +98-***-***-**-** saylı İran İslam Respublikasına məxsus prefiks ilə olan nömrədən səsli mesaj gəlmişdir. Həmin səsli mesajı dinləmiş, mesajda bir nəfər kişi demişdir ki, adı Arazdır, İranda yaşayır və Azərbaycan Respublikasına narkotik vasitələr göndərib satdırır. Həmin mesaja cavab verməmişdir. Növbəti gün həmin nömrədən ona zəng gəlmiş, həmin şəxslə danışmış və danışıq zamanı həmin şəxs yenə də demişdir ki, adı Arazdır, İranda yaşayır, Azərbaycan Respublikasına narkotik vasitələr göndərib burada satdırır. Arazdan ona nə üçün bu barədə danışdığını və ona nə üçün zəng etdiyini soruşmuşdur. Araz bildirmişdir ki, Azərbaycan Respublikasında onun narkotik vasitələrini daşıyan və satan şəxs polis tərəfindən tutulub, buna görə də işləri getmir və burada onun narkotik vasitələrini daşımaq və satmaq üçün adam lazımdır. O, isə Arazın dediklərinə əhəmiyyət verməyib onu yola vermişdir. Daha sonra Araz ona demişdir ki, onun narkotik vasitələrinin Azərbaycan Respublikasında daşınmasını və satışı təşkil etsə ona yaxşı pul verər. Pul verəcəyini deməsi ona maraqlı gəlmiş və Arazdan soruşmuşdur ki, nə qədər pul verər. Araz əvvəl işlədiyi adamı ilə hər daşınmanın müqabilində 3000 manat pul və istifadə etməsi üçün müəyyən miqdarda narkotik vasitə verdiyini bildirmişdir. Onun təklifini qəbul etməmiş, lakin buna baxmayaraq onun nömrəsini telefonunun kontaktında Araz adı ilə yazıb yaddaşda saxlamışdır ki, puldan və narkotik vasitədən ehtiyacı olsa ondan əldə etsin. Onunla demək olar ki, hər həftə danışıb hal-əhval soruşmuşdur ki, əlindən çıxmasın. 29 fevral 2024-cü il tarixdə səhər saatlarında Araz ona qeyd olunan nömrə ilə Whatsapp vasitəsilə zəng etmişdir. Danışıq zamanı ondan Cəlilabad rayonunda narkotik vasitə qurudulmuş marixuana yerləşdirsə həmin narkotik vasitəni oradan götürüb Bakı şəhərinə apara bilibbilməyəcəyini soruşmuşdur. Həmin zamanlar pula və narkotik vasitə metadona ehtiyacı olmuşdur. Buna görə Araza demişdir ki, ona 3000 manat pul və bir ədəd list narkotik vasitə metadon həbi versə onun dediyini edə bilər. Araz onunla razılaşmış, istədiyi 3000 manat pulu həmin narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərinə aparıb onun deyəcəyi yerə qoyduqdan sonra ona gödərəcəyini, istədiyi bir ədəd list narkotik vasitə metadon həbini isə həmin narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə yerləşdirəcəyini demişdir. Zəngi sonlandırıb təxminən 5 dəqiqə sonra təkrar zəng edib ona demişdir ki, bu gün İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə qurudulmuş marixuana və onun üçün bir ədəd list metadon həbi keçirdəcək və Cəlilabad rayonunda olan adamı bu gün təxminən saat 20 radələrində həmin narkotik vasitələri Cəlilabad rayonunda təzə yol adlanan ərazidə yerləşdirəcək. Araza demişdir ki, problem deyil həmin vaxt orada olub dediyi narkotik vasitələri oradan götürəcək. Bunda başqa Araza demişdir ki, həmin ərazini tanımır və narkotik vasitələrinin gizlədiləcəyi yeri necə tapacağını soruşmuşdur. Araz ona demişdir ki, Azərbaycanda olan adamı həmin narkotik vasitləri yerləşdirəcəyi yerin şəkillərini ona göndərəcək və o, da həmin şəkillərini ona göndərəcək. Bundan sonra onunla sağollaşıb işləri ilə məşğul olmuşdur. Təxminən saat 15 radələrində qanuni əsaslarla idarə etdiyi “Opel Astra” markalı **-PN-*** markalı avtomobillə Bakı şəhərindən çıxıb Cəlilabad rayonu istiqamətində gəlməyə başlamışdır. Bakı şəhərindən çıxarkən yolda Araza zəng edib Cəlilabada onun yerləşdirəcəyi narkotik vasitələri götürməyə getdiyini demişdir. Avtomobilində texniki cəhətdən nasazlıq olduğundan təxminən saat 20 radələrində Cəlilabad rayonunda təzə yol adlanan əraziyə çatmışdır. Araza zəng edib burada olduğunu demiş və narkotik vasitələrin gizlədildiyi yer barədə məlumat verməsini istəmişdir. Bir müddət sonra Araz ona üç ədəd şəkil göndərmişdir. Həmin şəkillərdən birində olan lövhənin üzərində 82 yazısı, digər şəkillərdə olan lövhənin üzərində isə “Alvadı Çay” yazısı həkk olunmuşdur. Bundan sonra səsli mesaj göndərib Prişib deyilən yerdən təzə yol ilə Bakı şəhəri istiqamətində gedərkən “Alvadı Çay” yazısı həkk olunmuş lövhənin yanında pilləkən olduğunu və pilləkənin yanından aşağı düşdükdən sonra həmin gizlədilmiş narkotik vasitələri orada görəcəyini demişdir. Dediyi yerləri tanımadığından ona səsli mesaj göndərib həmin yerin məkan məlumatlarını ona göndərməsini istəmişdir. Yolda bir nəfər tanımadığı adam görüb ondan Bakı şəhəri istiqamətinə getmək üçün hansı yol ilə getməyini soruşmuşdur. Həmin şəxs ona demişdir ki, Prişib adlanan yerə gedib körpüdən fırlanıb yenidən gəldiyi yolun digər tərəfinə çıxsın. Onun dediyi kimi edib körpüdən fırlanıb gəldiyi yolun digər tərəfinə çıxmışdır. Hərəkətini davam etdirib Bakı istiqamətində getməyə başlamışdır. Üzərində 82 yazısı həkk olunmuş lövhəni keçdikdən sonra üzərində “Alvadı Çay” yazısı həkk olunmuş lövhəni görmüş və avtomobilini həmin lövhənin yanında saxlamışdır. Avtomobildən düşüb yolun kənarına keçmiş və aşağı düşən pilləkən olduğunu görmüşdür. Pilləkən ilə aşağı düşmüş və pilləkənin sonunda yerdə bir ədəd kisə görmüşdür. Həmin kisəni oradan götürüb yuxarı qalxmış və avtomobilinin yük yerini açıb kisəni oraya qoymuşdur. Kisəni açıb içərisinə baxmış və içərisində skoç ilə bükülmüş bükülülər olduğunu müəyyən etmişdir. Görmüşdür ki, həmin bükülülərdən ən üstdə olana bir list metadon həbi skoç ilə yapışdırılmışdır. Skoçu qoparıb metadon həbini götürmüş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyub üzərində saxlamışdır. Daha sonra avtomobilinə əyləşib Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən bir kilometr getdikdən sonra axradan bir avtomobilin işıqları ilə işarə etdiyi görmüş və nə baş verdiyini öyrənmək üçün avtomobilini yolun sağ kənarında saxlamışdır. Həmin avtomobil də yolun sağ kənarında saxlamış və görmüşdür ki, avtomobildən 4 nəfər şəxs düşüb onun avtomobilinə tərəf gəlirlər. Həmin mülki geyimdə olan şəxslər ona özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübəhli olduğunu bildirib ondan üzərində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmamasını soruşmuşdur. Polis əməkdaşlarına üzərində narkotik vasitə metadon həbi olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu X8 dəvət etmişdir. Onların dəvətinə etiraz etməmiş və idarə etdiyi avtomobillə birlikdə onlarla X8 getmişdir. X4 Bölməsinin inzibati binasının həyətinə yerləşdirilmiş və qapılarını bağlayıb açarlarını özü ilə götürüb əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyub üzərində salxamışdır. Daha sonra polis əməkdaşları onu X5 inzibati binasında olan otaqlardan birinə aparmışdır. Orada tanımadığı mülki geyimdə olan bir şəxs ona təhqiqatçı olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulduğunu deyib ona hüquqlarını izah etmişdir. Daha sonra ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd listdə metadon həbi, gödəkçənin sol yan cibindən idarə etdiyi avtomobilə məxsus açar, əynində olan qara rəngli idman şlavarının sol yan cibindən özünə məxsus “Redmi Note 5A” markalı mobil telefon və özünə məxsus “Leobank”a aid bank kartını çıxardaraq təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd list metadon həblərinə, idarə etdiyi avtomobilə məxsus açara, “Redmi Note 5A” markalı mobil telefona və “Leobank”a aid bank kartına polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bundan sonra üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və təqdim etdiyi həmin narkotik vasitə metadon həblərindən başqa üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. İdarə etdiyi avtomobilə məxsus açar ona qaytarılmış, ona məxsus “Redmi Note 5A” markalı mobil telefon və “Leobank”a aid bank kartı araşdırma üçün əhəmiyyət kəbs etdiyi bildirilərək götürülmüşdür. Təqdim etdiyi metadon həbləri isə elektron tərəzidə çəkilmiş və bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş və o, da həmin protokola imza etmişdir. Daha sonra X5 inzibati binasının həyətində idarə etdiyi “Opel Astra” markalı **-PN-*** markalı avtomobilə onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilərkən ona təklif edilmişdir ki, şəxsi axtarış zamanı avtomobilində olduğunu bildirdiyi narkotik vasitəni təqdim etsin. Bu təklifdən sonra əynində olan gödəkçənin sağ yan cibindən idarə etdiyi avtomobilə məxsus açarı çıxarıb avtomobilin qapılarının kilidini açmış və avtomobilin yük yerinin qapısını açıb oradan içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı götürüb yerə qoyaraq təqdim etmişdir. Həmin bağlamaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş və içərisindən 16 ədəd sellofan bükülü aşkar edilmişdir. Həmin bükülülərin hər biri kəsilərək içərisinə baxış keçirilmiş və hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin 16 ədəd bükülü aşkar olunduğu bağlamaya yığılaraq elektron tərəzi vasitəsilə çəkilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yenə də ondan avtomobildə narkotik vasitə olub-olmaması soruşulmuş və o, da bildirmişdir ki, avtomobildə narkotik vasitə yoxdur. Avtomobilinə baxış keçiriləcəyini bildirilib avtomobilin qapılarını açmağını istəmişlər. Avtomobilin qapılarının kilidi açmış, polis əməkdaşı tərəfindən avtomobilinə baxış keçirilmiş və avtomobilindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi haqqında protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Əlavə suallara cavab olaraq Arazla danışdığı zaman Bakı şəhərində onun deyəcəyi yerə aparmağı üçün təxminən 8 kiloqram narkotik vasitə qurudulmuş marixuana və özünün istifadə etməyi üçün 1 ədəd list narkotik vasitə metadon həbi verəcəyini dediyini, Arazın yerləşdirdiyi narkotik vasitə qurudulmuş marixuananı və onunla birlikdə olan 1 ədəd list metadon həbini əldə etməkdə məqsədinin pul və metadon həbi əldə etmək olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı yerləşdirəcəyi yerdən kimin əldə edəcəyini bilmədiyini və bu barədə Arazın ona heç bir məlumat vermədiyini, narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərində dəqiq olaraq hansı ünvana yerləşdirməsi barədə Arazın ona hər hansı bir məlumat vermədiyini, Arazın həmin narkotik vasitə qurudulmuş marixuana və metadon həblərini İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirəcəyini bildirdiyini, həmin metadon həbini bağlamadakı bükülüdən ayırıb əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyarkən içərisində nə qədər olduğunu saymadığını və bu səbəbdən içərisində neçə ədəd metadon həbi olmasını dəqiq bilmədiyini və həmin metadon həblərindən istifadə etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini tam şəkildə etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini, heç kimin ona hədə-qorxu gəlmədiyini, heç kimdən şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən aşkar olunan narkotik vasitə metadon həblərinin və avtomobilindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanın özünə məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə və avtomobilinə qoyularaq götürülməsi, polis əməkdaşları tərəfindən ona bir zərbə vurulması, polis əməkdaşlarının dediklərini etməsə, yəni üzərinə və avtomobilinə qoyulmuş narkotik vasitələri qəbul etməsə, bununla bağlı etirafedici izahat və ifadələr verərək imzalamasa fiziki işgəncələr vermələri ilə bağlı hədələmələrinə dair dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 daxil olmuş məlumat əsasında 29 fevral 2024-cü il tarixdə gecə saatlarında Cəlilabad şəhəri Göytəpə şəhəri ərazisində “Opel” markalı avtomobili saxlayaraq X8 aparmışlar, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, avtomobilinə isə baxış keçirilmişdir. Üzərindən narkotik vasitə olan metadon həbi, avtomobilindən isə 16 bükümdə təxminən 9 kq-a yaxın narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özüdə səmimi şəkildə həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, niyyətinin isə narkotik vasitəni Bakı şəhərində iranlının dediyi yerə qoyub bunun müqabilində iranlıdan 3000 manat pul alacağını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs döyən və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verən şəxs olmamışdır. Təqsirləndirilən şəxs barəsində məlumat səhər vaxtından daxil olmuşdur. Təqsirləndirilən şəxs Göytəpə ərazisində saxlamışlar. Avtomobili işarə verib saxlamışlar. Təqsirləndirilən şəxs birinci dəfə olmadığını, əvvəllərdə narkotik vasitə daşıdığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs avtomobildə olmuşdur. Təqsirləndirilən şəxs yalan ifadə vermişdir, onu yerdə deyil avtomobildə saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitəni götürdüyü yeri demişdir. Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitəni saxlanıldığı yerdən 3-4 km aralıda götürmüşdür. Həmin yer X8 yaxın yerdi, Təqsirləndirilən şəxs apararaq sənədləşdirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs telefonuna iranlı dəfələrlə zəng vurmuş, narkotik vasitəni götürüb-götürməməsi ilə maraqlanmışdır. Bütün məlumatlar Təqsirləndirilən şəxs telefonunda olmuşdur, telefon isə müstəntiqə təqdim olunmuşdur. İranlı Təqsirləndirilən şəxs telefonuna mesajlarda yazmış, narkotik vasitənin olduğu yerin şəkillərini də atmışdır. Təqsirləndirilən şəxs heç kim döyməmiş, onu işgəncə verəcəkləri ilə hədələməmişlər. Dindirilmiş Şahid4 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, 29 fevral 2024-cü il tarixdə saat 22:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 84-cü kilometrliyində idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd konvalyutda ümumi sayı 9 ədəd olan xeyli miqdarda ümumi miqdarı 0.36 qram olan narkotik vasitə metadon həbləri və idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobildən 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -495.0 qr: -490.0 qr: -500.0 qr: -500.0 qr: -520.0 qr: -640.0 qr: -530.0 qr: -510.0 qr: -510.0 qr: -490.0 qr: -490.0 qr: -500.0 qr: -505.0 qr: -520.0 qr: -500.0 qr: -495.0 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi -8195.0 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 24037029 nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-60) -“şübhəli şəxsin tutulması haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:50-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.25) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd listdə tabletlər, gödəkçənin sol yan cibindən avtomaşın açarı, idman şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd “Leobank” a aid plastik kart çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi listdə narkotik maddə metadon dərmanıdır, təxminən iki ay əvvəl sosial şəbəkədə tanış olduğu Araz adlı İran vətəndaşı tərəfindən özü qəbul etmək üçün göndərilib, bundan başqa idarə etdiyi avtomaşında narkotik maddə var, təqdim edə bilər. Bakı şəhərinə aparıb Araz adlı şəxsin dediyi yerə qoyacaqdı, bunun müqabilində onun kart hesabına 3,000 manat pul köçürüləcəkdi. Mobil telefon özünə məxsusdur, özü istifadə edir. “Whotsapp” vasitəsi ilə İranlı ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi listə baxıldıqda üzərində 10 ədəd narkotik vasitə metadon tabletinə bənzər kütlələr aşkar olunmuş və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Aşkar olunmuş mobil telefon və bank kartı material üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülərək protokola əlavə olunmuşdur. Avtomaşın açarı isə avtomaşına baxış keçirilərkən istifadə olunacağını nəzərə alıb Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd listdə metadon tabeltinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə təxminən 5,23 qram çəkidə olmuşdur. Sonra həmin tabeletlər olan list zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayət və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır.(i.v.32-34) -“baxış və götürmə aparılması haqqında” 01 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün idarə etdiyi “Opel Astra minik” markalı, **-PN-*** qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsi ilə bağlı qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs razılıq ərizəsindən sonra idarə etdiyi avtomaşına baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs İdarə etdiyi “Opel Astra minik” markalı, **-PN-*** qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən ona təklif olunmuşdur ki, avtomaşında qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra idarə etdiyi avtomaşının qapılarını özündə olan açarla açmış və arxa yük yerindən bir ədəd sintetik torbanı götürüb təqdim etmişdir. Həmin torbanın içərisinə baxıldıqda içərisində 16 ədəd selofan bükülülərdə narkotik vasitə qurdulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi torbadakı narkotik maddələri Araz adlı İranlı Astara-Ələt avtomobil yolunun təxminən 83-84-cü kilometrliyində qoydurmuş, özü gedib götürərək Bakı şəhərinə aparıb deyiləcəyi yerə qoyduqdan sonra onun bank kart hesabına 3,000 manat pul köçürüləcəkdir. Avtomaşından aşkar olunmuş bükülülərdə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron təzəzidə çəkildikdə 9 kq, 50 qram çəkildə olmuşdur. Sonra selofan bükülülər aşkar olunmuş sintetik torbaya yerləşdirilmiş, torba möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından baxış zamanı başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər etməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır.(i.v.37-39) -“məhkəmə-kimyəvi və bioloji ekspertizası”nın 01 mart 2024-cü il tarixli, 19/198 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-PN-*** №-li avtomaşından aşkar edilmiş 16 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldıvə möhürləndi.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 16 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -495.0 qr: -490.0 qr: -500.0 qr: -500.0 qr: -520.0 qr: -640.0 qr: -530.0 qr: -510.0 qr: -510.0 qr: - 490.0 qr: -490.0 qr: -500.0 qr: -505.0 qr: -520.0 qr: -500.0 qr: -495.0 qram: ümumi təmiz çəkisi -8195.0 qram olan bitki mənşəli kütlələr tərkibindən narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd listdə metadon tabletinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi..... ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd konvalyutda ümumi sayı: 9 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 0.36 qramdır (bir həbdə 0.04qr). Qeyd:-marixuananın ümumi təmiz çəkisi-8195.0qr., cəmi tədqiqata sərf edildi-1.6qr (hər.ob 0.1qr), qalıq-8193.4qr(1-16№-li ob.).Qeyd:-metadon həbləri-9 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq-8 ədəd. (17-25№-li ob.) (i.v.52-56) -“maddi sübutun tanınması haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8193.4 qram qalığı, 08 ədəd narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir.(i.v.79- 80) -“təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli, 4(073)- 26/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.82-83, 101-104) -“əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” Cəlilabad Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 5(073)-53/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi CBRŞnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 29 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.114) -“ambulator-məcburi narkoloji tibbi yoxlama”nın 01 mart 2024-cü il tarixli, 217 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulunda yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qediyyata alınması məsələhət görülür.(i.v.157) -“Ambulator Məhkəmə Psixiatrik Ekspertizası”nın 27 aprel 2024-cü il tarixli, 1156 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur.(i.v.160-163) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuşdur.(i.v.175-176) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir.(i.v.181-182) -“telefon məlumatlarına baxış keçirilməsi” haqqında 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 5A” markalı mobil telefon ilə “Araz” adı ilə qeyd olunmuş və digər qeyd olunmamış İran İslam Respublikasına məxsus prefiksli mobil nömrələr ilə müxtəlif vaxtlarda danışıqlar aparılmışdır.(i.v.197) -“maddi sübutun tanınması haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Redmi Note 5A” markalı mobil telefon və **********374296 nömrəli “Leobank”a aid plastik kart maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.198) -“cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrıca icraata qəbul edilməsi barədə” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə marixuana və narkotik vasitə metadon həblərinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v.211-212) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuş Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunan narkotik vasitə metadon həblərinin və avtomobilindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanın özünə məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə və avtomobilinə qoyularaq götürülməsi, polis əməkdaşları tərəfindən ona bir zərbə vurulması, polis əməkdaşlarının dediklərini etməsə, yəni üzərinə və avtomobilinə qoyulmuş narkotik vasitələri qəbul etməsə, bununla bağlı etirafedici izahat və ifadələr verərək imzalamasa fiziki işgəncələr vermələri ilə bağlı hədələmələrinə dair dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana və metadon həbləri narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, metadonun 0,02 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 160 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-8195.0 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd konvalyutda bir həbin təsiredici maddəsi 0.04 qram olmaqla ümumi sayı 9 ədəd olan qəhvəyi rəngli dairəvi formalı xeyli miqdarda ümumi miqdarı 0.36 qram narkotik vasitə olan metadon həbləri əldə edib üzərində və avtomobilində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikası vətəndaşı olan “Araz” adı ilə tanıdığı şəxslə “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb külli miqdarda narkotik vasitələr əldə edilməsi, saxlanması və daşınması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncu tərəfindən istintaqla müəyyən edilməyən tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 82-ci kilometrliyində yerləşən üzərində “Alvadı Çay” yazısı həkk olunmuş lövhənin yanında yerləşən körpünün altında, pilləkənin yanında 1 ədəd bağlamanın içərisindəki 16 ədəd bükümdə ümumi təmiz çəkisi-8195,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd konvalyutda 09 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 0,36 qram xeyli miqdarda narkotik vasitə metadon həblərini gizlədilməsi təmin edilmiş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitələri götürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis bölməsində hədələrə və psixi zorakılığa məruz qalması ilə bağlı hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşları tərəfindən ona bir zərbə vurulmasını bildirsə də bunun nəticəsində bədəni üzərində heç bir xəsarət yaranmadığını və İstintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində heç bir xəsarət olmadığını demişdir. Cinayət işinin materiallarının 158-159-cu vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının 01 mart 2024-cü il tarixli, 228 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertinə demişdir ki, 29 fevral 2024-cü il tarixdə, saat 22 radələrində polis əməkdaşlarının şübhəli şəxs qismində onu tutaraq polis şöbəsinə gətirmişlər, tibb müəssisəsinə müraciət etməmişdir, şikayəti yoxdur. Həmçinin təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini, heç kimin ona hədə-qorxu gəlmədiyini, heç kimdən şikayət və tələbi olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismindirilmiş polis əməkdaşları Şahid2 və Şahid4 də ifadələrində Təqsirləndirilən şəxs heç kimin döymədiyini, onu işgəncə verəcəkləri ilə hədələmədiklərini bildirmişlər. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi “İ.H.Avstriyaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələrə münasibətdə verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin üzərindən aşkar olunan metadon həblərinin və avtomobilindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə və avtomobilinə qoyularaq götürülməsi ilə bağlı dediklərinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, o, məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan əlavə məhkəmə tərkibi Təqsirləndirilən şəxs verilmiş ittihamda idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin narkotik vasitələrdən 1 ədəd bağlamada, 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -495.0 qr: -490.0 qr: -500.0 qr: -500.0 qr: -520.0 qr: -640.0 qr: -530.0 qr: -510.0 qr: -490.0 qr: -490.0 qr: -500.0 qr: -505.0 qr: -520.0 qr: -500.0 qr: -495.0 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi -8195.0 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi yazılsa da “510.0 qr” yazılmamasına qiymət verərək bildirir ki, “məhkəmə-kimyəvi və bioloji ekspertizası”nın rəyində tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi “OPEL-Astra” markalı **-PN-*** №-li avtomaşından aşkar edilmiş 16 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 16 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -495.0 qr: -490.0 qr: -500.0 qr: -500.0 qr: -520.0 qr: -640.0 qr: -530.0 qr: -510.0 qr: -510.0 qr: -490.0 qr: -490.0 qr: -500.0 qr: -505.0 qr: -520.0 qr: -500.0 qr: -495.0 qram: ümumi təmiz çəkisi -8195.0 qram olan bitki mənşəli kütlələr tərkibindən narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər göstərilməsi ilə öz təsdiqini tapmış olur. Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitə qurudulmuş marixuananın 16 ədəd bükümdə olması, ümumi təmiz çəkisinin -8195.0 qram olması düzgün şəkildə yazılmış, həmçinin dövlət ittihamçısı bunu müdafiə etmişdir. Məhkəmə tərkibi hesab edir ki, verilmiş ittihamda bükümlərdən birinin çəkisi, yəni “510.0 qr” yazılmasa da bükmlərinin ümumi sayı, yəni 16 büküm olması və ümumi təmiz çəkisi - 8195.0 qram olmasının yazılması Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və məhkəməyə verilmiş ittihama daxil edilməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, “baxış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, o cümlədən narkotik vasitələr qurudulmuş marixuana və metadon həblərinin qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 16 mart 2024-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2019-cü il tarixli, 1 (012)-496/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 01 dekabr 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır.(i.v.112-113, 200-206) -Salyan Rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Xurşud kəndində yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.140-141) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 fevral 2024-cü il tarixdən hesablanmalı və Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2024cü il tarixli, 4 (073)-26/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8193.4 qram narkotik vasitə qurudulmuş marixuana və 08 ədəd olan narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Redmi Note 5A” markalı mobil telefon və 4098 5844 7137 4296 nömrəli “Leobank” a aid plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalı, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 29 fevral 2024-cü il tarixdən hesablansın. Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli, 4 (073)-26/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8193.4 qram narkotik vasitə qurudulmuş marixuana və 08 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Redmi Note 5A” markalı mobil telefon və 4098 5844 7137 4296 nömrəli “Leobank”a aid plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar