Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-562/2025 11.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədli Ənnağı Əbdül oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “LCG” Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) xx.xx.1980-cı il tarixdə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 11 fevral 2026-cı il tarixdə saat 13:25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınması barədə razılaşaraq 6 mart 2025-ci il tarixdə saat 08 radələrində Lənkəran rayonu Balıqçılar kəndində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1-ci X17 şöbəsinin 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsindəki sahilyanı ərazidən Təqsirləndirilən şəxs1 istifadəsində olan taxta tipli, BA-573 bort №-li “Yamaha-40” və “Proqress-2” markalı mühərriklərlə təchiz olunmuş iki nəfərlik qayıqla müvafiq qaydada dənizə çıxmış və həmin gün Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizində, Kür dili adasının yaxınlığında, şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən naməlum tarixdə və şəraitdə yerləşdirilmiş bir ədəd torbanın içərisində on ədəd bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi 10385,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, taxta tipli, BA-573 bort №-li qayığın içərisində saxlamaqla 5-ci (Balıqçılar) sahil nəzarət bölməsinin nəzarətində olan əraziyə doğru daşıyaraq 6 mart 2025-ci il tarixdə saat 13:30-da oraya yanaşmış, 5-ci (Balıqçılar) SNB-də xidmət təşkil edən nəzarətçi miçman Şahid2 xidməti vəzifələrinin icrası ilə bağlı qayığa vizual baxış keçirərkən qayığın içərisində balıqçı torlarının altında gizlədilmiş bir ədəd bağlama olduğunu müəyyən etmiş, həmin bağlamaya baxış keçirmək istəyərkən Təqsirləndirilən şəxs1 sonuncunun həmin bağlamaya baxış keçirməsinə mane olmuş və qayığı sahildən daşımaq üçün motosikletlə oraya gəlmiş, cinayətdən xəbərsiz olan tanışı Şahid6 ərazidən uzaqlaşmasını bildirmiş, Şahid6 onun sözünə əsasən idarə etdiyi motosikletin qoşqusunda qayığı ərazidən uzaqlaşdırmış, Təqsirləndirilən şəxs1 miçman Şahid2 qayıqda şübhəli bağlama olması ilə bağlı yuxarı komandanlığa məruzə etməsini görüb Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılacaqlarını ehtimal edərək qayıqda saxlayaraq daşıdıqları, içərisində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd torbanı həmin gün saat 14 radələrində Lənkəran rayonu Balıqçılar kəndi ərazisində yolun kənarında olan kolluq əraziyə atmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olan qayığın Şahid6 idarə etdiyi motosikletin qoşqusunda hərəkət etdiyi marşurut üzrə əraziyə baxış keçirilən zaman Lənkəran rayonu Balıqçılar kəndi ərazisində Təqsirləndirilən şəxs1 yol kənarında kolluq ərazidə gizlətdiyi bir ədəd torbanın içərisində 10 (on) ədəd bağlamada qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri 1025,0 qram, 1020,0 qram, 1025,0 qram, 1120,0 qram, 1040,0 qram, 1035,0 qram, 1045,0 qram, 1030,0 qram, 1025,0 qram, 1020,0 qram olmaqla ümumi çəkisi 10385,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 mart 2025-ci il tarixdə ona və digər balıqçılara Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən Xəzər dənizinə çıxmağa icazə verilməmiş, hərbi qulluqçular dəniz yolu ilə qaçaqmalçılıq edilməsi barədə məlumat olduğunu, hazırda həmin məlumatın yoxlanıldığını, buna görə də balıqçıların dənizə çıxmasına icazə verilmədiyini bildirmişlər. 06 mart 2025-ci il tarixdə saat 08 radələrində həmkəndlisi Vüqar idarə etdiyi motosikletlə onun qayığını Balıqçılar qəsəbəsindəki sahilyanı əraziyə gətirmiş, Sahil Mühafizəsinin miçman rütbəli hərbi qulluqçusu onun sənədlərini yoxladıqdan sonra dənizə çıxmasına icazə vermişdir. O, Elşənlə birlikdə özünə məxsus qayıqla dənizə açılmışdır. Dənizdə balıq ovu edərkən balıq ovu üçün nəzərdə tutulmuş tora nərə balığı düşmüş o, həmin balığı bazarda satmaq üçün qayıqda saxlamışdır. Həmin gün saat təxminən 12 radələrində onlar sahilə yan almış, miçman rütbəli hərbi qulluqçu yanalma körpüsündə qayığa çıxaraq qayığa baxış keçirməyə başlamış, balıqçı torlarının altında nərə balığını görüb götürmək istəmişdir. O, nərə balığının götürülməsinə etiraz etdikdə həmin miçman rütbəli hərbi qulluqçu zastava rəisi Şahid1 zəng edərək “Dəyanətin qayığında nərə balığı var” deyə məlumat vermiş, Şahid1 da ona “Buraxma, gəlirəm” demişdir. Bundan sonra o, miçman rütbəli hərbi qulluqçuya həmin balığı bazarda satıb ailəsinin dolanışığını təmin edəcəyini bildirərək nərə balığını ondan almamasını, onu buraxmasını xahiş etmişdir. Miçman rütbəli hərbi qulluqçu onun xahişlərinə məhəl qoymadıqda o, motosikleti ilə qayığı götürməyə gəlmiş Vüqara motosikleti sürüb qayığı oradan uzaqlaşdırması barədə göstəriş vermişdir. Bundan sonra o, miçman rütbəli hərbi qulluqçunun etirazına baxmayaraq motosikletin qoşqusunda qayıqla birlikdə ərazidən uzaqlaşmışdır. Onlar evə qayıdarkən zastava rəisi Şahid1 öz müavini ilə birlikdə yolda onların qarşısını kəsərək ondan nəyə görə hərbi qulluqçuya qarşı saymazlıq etdiyini soruşmuş, o isə heç bir saymazlıq etmədiyini bildirmişdir. Şahid1 ondan qayıqla birlikdə zastavaya gəlməyi tələb etmiş, o isə Şahid1la razılaşmayaraq özü motosikleti idarə edərək qayığı evinin həyətinə aparmışdır. Şahid1 onun bu hərəkətindən qəzəblənərək ona “Eybi yox, görərsən” deyərək oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, ovladığı balığı bazarda satmaq və bacısıgilə balıq pay vermək üçün Elşənlə birlikdə Lənkəran şəhərinə getmiş, yolda olarkən Elşənin anası ona zəng edərək sərhədçilərin gəlib Vüqarı apardıqlarını, onları da çağırdıqlarını bildirmişdir. O, Elşənə kəndə qayıtmasını, balığı satdıqdan sonra özünün də kəndə gələcəyini bildirmişdir. Elşən getdikdən təxminən bir saat sonra icra nümayəndəsi Məlik müəllim ona zəng edərək sərhədçilərin onu axtardığını, kəndə qayıtmasını, baş vermiş anlaşılmazlığı özünün həll edəcəyini bildirmişdir. O, kəndə geri qayıdaraq icra nümayəndəliyinin inzibati binası getmiş, orada heç kimin olmadığını görüb daha sonra zastavaya getmişdir. Zastavada onun və Elşənin qarşısına bir ədəd torba qoyularaq həmin torba barədə soruşulmuş, onlar həmin torbanın onlara məxsus olmadığını bildirmişlər. Daha sonra onları əvvəlcə Astara rayonuna, ardıca isə Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən idarəsinə aparmışlar. Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin inzibati binasında olarkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları bir ədəd bağlamada olan narkotik vasitənin onlara məxsus olmasını etiraf etmələrini tələb etmiş, onlar isə buna etiraz etmişlər. O, digər otaqdan Elşənin işgəncəyə məruz qalaraq qışqırdığını eşitmiş, az sonra Elşən üzərindəki geyimləri düzəldərək onun yanına gəlmiş, o Elşəndən nə baş verdiyini soruşmuş, Elşən ona hərbi qulluqçuların ona qarşı alçaldıcı hərəkət etdiklərini, məcbur qalıb narkotik vasitənin onlara məxsus olması və həmin narkotik vasitəni qayıqdan atması barədə etirafedici ifadə verdiyini bildirmiş, ona da etirafedici ifadə verməyi təklif etmiş, əks halda hərbi qulluqçuların onu da “pis günə qoyacaqlarını” bildirmişdir. Bundan sonra onu həmin otağa aparmışlar. Otağa daxil olduqda yerdə “butulka” görmüş, otaqda olan polkovnikleytenant rütbəli Ruslan adlı hərbi qulluqçu ona qarşı alçaldıcı hərəkətlər ediləcəyini eyham vuraraq ondan etirafedici ifadə verməyi tələb etmişdir. O, məcbur qalıb narkotik vasitənin ona məxsus olduğunu və qayıqdan yerə atdıqlarını bildirmişdir. Həmin vaxt fikirləşmişdir ki, məhkəmədə hakim qarşısına çıxarılanda ona edilən təzyiqlər və hədələr barədə məlumat verər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun əvvəllər də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları ilə aralarında münaqişəsi olmuş, belə ki, hər dəfə o balıq ovlayanda sərhədçilər onu su polisinə təhvil vermişlər. Onun heç bir iranlı ilə əlaqəsi olmamış, narkotik vasitənin əldə edilməsi ilə bağlı heç kəslə heç bir sövdələşməsi olmamışdır. Sərhədçilər tərəfindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. O, dənizdə balıq ovlayarkən heç bir bağlama görməmiş, həmçinin qayıqda içərisində narkotik vasitə olan bağlama olmamışdır. O, dənizdə yalnız balıq ovlamış, qayığın içərisindəki balıqçı torlarının altında da yalnız balıq olmuşdur. O, əvvəllər ara-sıra narkotik vasitə istifadə etsə də, heç vaxt narkotik vasitələrdən asılılığı olmamışdır. xx.xx.2025-ci il tarixdə sahildən təxminən 10-12 km aralıda balıq ovlamışlar. Yanalma körpüsündə dənizə çıxarkən və dənizdən qayıdarkən qayığı Orxan adlı miçman hərbi rütbəli hərbi qulluqçu yoxlamışdır. Orxan Şahid1 zəng etdikdən sonra o, sərhədçilərin onu su polisinə təhvil verəcəyini və nəticədə nərə balığının ondan alınacağını güman etdiyindən tabe olmayaraq yanalma körpüsündən qayıqla birlikdə motosikletin qoşqusunda uzaqlaşmışdır. Şahid1 motosikleti saxlatdıqdan sonra qayığa baxış keçirməmişdir. Ruslan adlı hərbi qulluqçu onun sinəsinə üç-dörd yumruq zərbəsi vurmuş, lakin o, heç bir xəsarət almamışdır. Bundan başqa Ruslan adlı hərbi qulluqçu onu evindən narkotik vasitə çıxaracağı ilə bağlı hədələmişdir. O, Elşənə sərhədçilər tərəfindən zor tətbiq edilməsinin şahidi olmuş, həmçinin Vüqar da Elşənin qışqırıq səslərini eşitmişdir. O, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılarkən iclasda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ona qarşı zor tətbiq etməsi, aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə işə baxan hakimə məlumat vermişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:00-də dənizə balıq ovuna getmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 onun evinə gəlmiş, sonuncu onun evində olan zaman, o motosiklet sahibi olan həmkəndlisi Şahid6 zəng vuraraq qayığı dəniz kənarına aparmasını bildirmiş, sonuncu bir neçə dəqiqədən sonra onun evinə gəlmiş və onlar qayığı motosikletə qoşaraq dəniz kənarına getmiş, dəniz kənarında sərhədçi miçman Şahid2 qayığı və sənədlərini yoxladıqdan sonra çıxışa icazə vermiş və o, Təqsirləndirilən şəxs2 ilə birgə qayıqla Kür dili adası istiqamətinə hərəkət etmiş, dənizdə torları işlədikdən sonra geri qayıdan zaman o, suyun üzərində bir ədəd qara rəngli bağlamanı aşkar etmiş, qayığı saxlamış və qeyd olunan bir ədəd qara rəngli bağlamanı sudan götürüb qayığın içinə qoymuş, həmin bağlamanı açmamış, lakin kəskin qoxu gəldiyindən həmin bağlamanın içərisində narkotik vasitə olan marixuana olduğunu bilmiş və qeyd olunan bağlamanı torun altına qoyaraq gizlətmişdir. Təxminən 5 saat dənizdə qaldıqdan sonra geri qayıdaraq qayıqla sahilə yan almış, sərhədçi qayığı yoxlayarkən torun altında bir ədəd qara rəngli bağlamanı görmüş, həmin bağlamanın içərisinə baxış keçirmək istəyərkən, o, sərhədçiyə maneəçilik törədərək bağlamanın içərisinə baxmağa icazə verməmiş, həmin bağlamanın içərisində balıq olduğunu bildirmiş, lakin sərhədçi bağlamanın içərisinə baxmaq niyyətində olduğu üçün, o motosiklet sürən Şahid6 motosikləti sürməsini bildirmiş, yolda hərəkətdə olarkən o, qayıqda olan sərhədçiyə yenə bağlamaya baxış keçirməsinə icazə verməmiş, sərhədçi dərhal bu barədə rabitə vasitəsi ilə rəislərinə məruzə etmiş, bundan dərhal sonra onlar ərazidən uzaqlaşmışdır. O, qayıqda olan 1 ədəd torbanı kolluq bir əraziyə tullamış, bir neçə dəqiqədən sonra qarşıda onlar sərhədçilər tərəfindən saxlanılaraq, qayığa baxış keçirmiş və qayığda hər hansı bir bağlama aşkar edilməmişdir. Həmin gün evdə olan zaman mobil telefonuna kəndin icra nümayəndəsi zəng edərək onu icra nümayəndəliyinə dəvət etmiş, o, kəndin icra nümayəndəliyinə getmiş və orada iki nəfər sərhədçi tərəfindən saxlanılaraq sərhəd bölməsinə gətirilmişdir. Əlavə olaraq o, İran İslam Respublikasında hər hansı bir tanışının olmadığını, təxminən 5 il bundan əvvəl İran İslam Respublikasında olduğunu, məhkumluğunun olmadığını, Təqsirləndirilən şəxs2na dənizə çıxıb narkotik vasitələ götürmək üçün getməsi barədə məlumat vermədiyini, ümumiyyətlə bu barədə heç bir danışıqlarının olmadığını bildirmişdir. Xəzər dənizidə narkotik vasitəsi olduğu barədə məlumatının olmadığını, dənizə balıq ovu məqsədi ilə çıxdığını, sadəcə dənizdə olduqları zaman qarşılarına bir ədəd bağlamanın çıxdığını və həmin bağlamanı götürdüyünü, lakin qeyd olunan bağlamanın içində narkotik vasitənin olduğunu onun kəskin qoxusundan anladıqlarını bildirmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, təxminən 1 ay öncə Lənkəran rayon Polis şöbəsinin Cinayət Axtarış şöbəsinin rəisi Tural İbrahimovun onu Lənkəran Rayon Polis şöbəsinə çağırıb otağında ona əməkdaşlıq təklif etmiş, İran İslam Respublikasından Xəzər dənizindən narkotik vasitə gələcəyini və qeyd olunan narkotik vasitəni Xəzər dənizində götürüb Balıqçılar kəndinə keçən bir yolda, kolluq ərazidə qoyaraq ona məlumat verməli olduğunu bildirmişdir. O, Tural İbrahimovla bu barədə razılaşaraq təklifini qəbul etmiş, bir müddət sonra Tural İbrahimov onunla əlaqəyə çıxaraq bir həftəyə bir torbanın içərisində gül bitkisi və 20 litirlik qabda gel olacağını demiş (qeyd: gül deyilən bitki marixuana nəzərdə tutulur. Gel isə gözəllik salonlarında istifadə olunur). Bundan sonra Tural İbrahimov onunla birlikdə Nərimanabad və Balıqçılar kəndləri arasında tədbirin keçiriləcəyi yerləri nəzərdən keçirmiş və iki kənd arasında yolun kənarında kolluqda qoyulması qərarına qəlmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə dənizə çıxıb balıq ovluyan zaman narkotik vasitəni aşkar etmiş və qeyd olunan narkotik vasitəni götürdükdən sonra Tural İbrahimova məlumat vermək niyyətində olmuşdur. O, ərazidə tapılmış 1 ədəd bağlamanın içərisində olan narkotik vasitənin onlara aid olduğunu, həmin bağlamanı evə doğru qayığın birləşdirildiyi motosikletlə hərəkət edən zaman kolluq əraziyə sərhədçilər tərəfindən tutulmaması və cinayət məsuliyyətinə cəlb olunmaması məqsədi ilə atmışdır. Şahid6 qayıqda bir ədəd bağlamada narkotik vasitəsinin olması barədə məlumatı olmamış, əvvəllər dövlət sərhədindən qanunsuz yolla keçməmiş, narkotik vasitə daşımamış, saxlanılan zaman sərhədçilər tərəfindən onlara fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təzyiqi altında qeyd edilən məzmunda ifadə vermişdir, hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. O, tutulmamışdan bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin əməkdaşı Tural İbrahimovla tanış olmuş, Tural İbrahimov ona yaşadığı kənddə narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq təklif etmişdir. İbtidai istintaq zamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşları ondan narkotik vasitə tapacağı halda nə edəcəyi ilə bağlı soruşmuş, o da əgər elə bir hal baş vermiş olsaydı narkotik vasitəni polis əməkdaşı Tural İbrahimova təhvil verəcəyini bildirmiş, Dövlət Sərhəd Xidmətinin müstəntiqi isə onun bu sözlərini təhrif edərək ifadəsinə qeyd etmiş, o isə təzyiq altında olduğundan həmin ifadəni imzalamağa məcbur olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə günorta saatlarında o Dəyanətlə birlikdə Xəzər dənizindən balıq ovundan qayıtdıqdan sonra sahilə çıxıb həmkəndliləri Vüqarın idarə etdiyi motosiklet vasitəsilə qayığı evə apararkən X15 Sahil Mühafizəsinin miçman rütbəli hərbi qulluqçusu onları saxlayaraq qayığa baxış keçirmək istəmişdir. Dəyanət ona qayıqda yalnız balıq olduğunu, həmin balığı dolanışıqlarını təmin etmək üçün satacaqlarını bildirsə də, həmin hərbi qulluqçu israrla qayığa baxış keçirmək istəmişdir. Dəyanət ona qayığa baxış keçirməyə icazə verməmiş, həmin hərbi qulluqçu qayıqdan enərək mobil telefon vasitəsilə zastavaya zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra onların sənədləri miçman rütbəli hərbi qulluqçuda qalmış, onlar isə Vüqara motosikleti sürüb ərazidən uzaqlaşmaq barədə göstəriş vermişlər. O, motosikletdə Vüqarın yanında əyləşmiş, Dəyanət isə qayığın içərisində olmuşdur. Onlar torpaq yolla hərəkət edib asfalt yola çıxdıqda zastava rəisi Şahid1 daxil olmaqla altı nəfər hərbi qulluqçu onların qarşısını kəsərək qayığı zastavaya aparmağı tələb etmişlər. Onlar sərhədçilərin bu tələbi ilə razılaşmamışlar. Şahid1 onlara “Belə oldu? Yaxşı” deyib çıxıb getmişdir. Bundan sonra o, paltarlarını dəyişib Dəyanətlə birlikdə sonuncunun bacısıgilə balıq vermək və ovladıqları balığı satmaq üçün Lənkərana getmişdir. Lənkəran şəhərinə çatdıqda icra nümayəndəsi ona zəng edərək sərhədçilərin onu çağırdıqlarını, gəlib sərhədçilərlə barışmasını bildirmişdir. O, Dəyanətə balığı satmasını bildirərək kəndə geri qayıtmışdır. O, icra nümayəndəliyinə gəldikdə orada valideynlərini və iki nəfər mülki geyimli hərbi qulluqçu görmüş, həmin şəxslər onu zastavaya dəvət etmişlər. O, zastavaya gəldikdə ərazidən aşkar edilmiş içərisində narkotik vasitə olan bağlama ilə bağlı ona suallar verilmiş, o isə həmin bağlamadan məlumatı olmadığını bildirmişdir. Bundan sonra onları əvvəlcə Astara rayonuna, daha sonra isə Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasına aparılmışlar. Orada Ruslan adlı polkovnik-leytenant rütbəli hərbi qulluqçu ona qarşı zor tətbiq edərək narkotik vasitənin ona aid olmasını bildirməsini tələb etmiş, o razılaşmadıqda, Ruslan onun paltarlarını soyunduraraq onu alt geyimində saxlamış, daha sonra otaqda olan digər hərbi qulluqçulara “butulka” gətirmələri barədə göstəriş vermişdir. Ruslan ona qarşı alçaldıcı hərəkətlər ediləcəyini bildirmiş, bununla belə o, narkotik vasitənin ona məxsus olması ilə bağlı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının tələblərini qəbul etməmişdir. Bundan sonra Ruslan onun mobil telefonuna baxış keçirməyə başlamış, telefonda Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında təhsil alan bacısı oğlunun şəklini görmüş, narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə bacısı oğlunun Hərbi Akdemiyadan xaric ediləcəyi ilə bağlı onu hədələmişdir. O, bacısı oğlunun ona görə Hərbi Akademiyadan xaric olunmaması üçün məcbur qalıb Ruslan adlı hərbi qulluqçunun tələbləri ilə razılaşmış, narkotik vasitəni Dəyanətlə birlikdə Xəzər dənizindən əldə edib daha sonra qayıqdan yerə atdıqlarının bildirmişdir. O, sənədləri imzaladıqdan sonra çölə çıxıb Dəyanətə də sənədlərə qol çəkməsini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərmişdir ki, nə onun, nə də Dəyanətin heç bir iranlı və ya qeyrisi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sövdələşməsi olmamış, onlar Xəzər dənizində balıq ovlayarkən heç bir narkotik vasitə tapmamışlar, dənizdə yalnız balıq ovlamışlar. Sərhədçilər onların qarşısını kəsib saxladıqdan sonra qayığa baxış keçirməmişlər. Qayıqda balıqçı torlarının altında yalnız balıq olmuş, heç bir narkotik vasitə olmamışdır. Aşkar edilmiş narkotik vasitə onlara məxsus olmamışdır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları onu döysələr də, onun bədən səthində heç bir xəsarət olmamışdır. Onların motosikletin qoşqusunda qayıqla hərəkət etdikləri yolda kolluq ərazi olmamışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan CPM-nin 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:00-da dənizə balıq ovuna getmək məqsədi ilə həmkəndlisi olan Təqsirləndirilən şəxs1 evinə getmiş, orada sonuncu həmkəndliləri olan motosiklet sahibi Şahid6 zəng vuraraq qayığı dəniz kənarına aparmasını demiş, sonuncu Təqsirləndirilən şəxs1 evinə gələrək qayığı motosikletə qoşaraq dəniz kənarına gətirmişdir. Dəniz kənarına gəldikdə sərhədçi miçman Şahid2 qayığı və sənədlərini yoxlayaraq dənizə qayıqla çıxmağa icazə vermişdir. O, Təqsirləndirilən şəxs1lə birgə dənizə çıxdıqdan sonra qayıqla Kür dili adası istiqamətinə hərəkət etmiş, torları işlədikdən sonra geri qayıdan zaman Təqsirləndirilən şəxs1 suyun üzərində bir ədəd qara rəngli bağlama aşkar etmiş, qayığı saxlamış və qeyd olunan bir ədəd qara rəngli bağlamanı sudan götürüb qayığın içinə qoymuş, həmin bağlamanı açmamış, lakin kəskin qoxu gəldiyindən qeyd olunan bağlamanın içərisində narkotik vasitə olduğunu bilmiş, həmin bağlamanı torun altına qoyaraq gizlətmiş, təxminən 5 saat dənizdə qaldıqdan sonra geri qayıdaraq sahilə yan almış, sahildə dənizdən qayıdandan sonra sərhədçi qayığı yoxlayarkən torun altında bir ədəd qara rəngli bağlamanı görmüş, sərhədçi həmin bağlamanın içərisinə baxış keçirmək istəmiş, lakin Təqsirləndirilən şəxs1 ona mane olmuş, motosiklet sürən Şahid6 tez sürməsini bildirmiş, sərhədçi dərhal bu barədə rabitə vasitəsi ilə rəislərinə məruzə etmişdir. Ərazidən uzaqlaşdıqda Təqsirləndirilən şəxs1 qayıqda olan 1 ədəd torbanı təxminən 10 dəqiqə hərəkət etdikdən sonra kolluq bir əraziyə tullamış, bir neçə dəqiqədən sonra qarşıda sərhədçilər onların olduğu qayığı saxlıyaraq, qayığa baxış keçirmiş və qayıqda hər hansı bir bağlama aşkar edilməmişdir. Qayıqdan düşəndə Təqsirləndirilən şəxs1 qeyd olunan bağlamanı hara atdığını təxmini bildirmiş, evdə olan zaman telefonuna kəndin icra nümayəndəsi zəng etmiş və nümayəndəliyə çağırmış, kəndin icra nümayəndəliyinə getmiş və orada 2 nəfər sərhədçi tərəfindən sərhəd bölməsinə dəvət olunmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qeyd edilən ifadəni Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təzyiqi və fiziki təsirlərinə məruz qalaraq imzalamışdır. Hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə günorta saatlarında sahil xəttində yerləşən 17-ci yanalma körpüsündə xidmətdə olan miçman Şahid2 ona mobil telefon vasitəsilə zəng edərək dənizdən sahilə qayıdan Təqsirləndirilən şəxs1 qayığında şübhəli bağlama olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona həmin bağlamaya baxış keçirməyə imkan vermədiklərini, onun göstərişlərinə tabe olmayaraq motosikletlə ərazini tərk etdiklərini bildirmişdir. O, miçman Şahid2 Dəyanətgilin hansı istiqamətdə hərəkət etdiklərini müəyyənləşdirib müavini Şahid3 ilə birlikdə şəxsi avtomobili ilə həmin istiqamətdə hərəkət etmiş, torpaq yolla asfalt yolun kəsişməsində Dəyanətgilin hərəkət etdikləri motosikletin qarşısını kəsmişlər. Onlar qayığa baxış keçirsələr də qayıqda hər hansı qanunsuz predmet aşkar etməmişlər. O, miçman Şahid2 zəng edərək qayıqda heç bir bağlama olmadığını bildirmiş, miçman Şahid2 qayıqda şübhəli bağlama gördüyünü əminliklə bildirdikdən sonra o Dəyanətgilin gəldiyi yol istiqamətində hərəkət etməyə başlamışdır. O, ərazini diqqətlə nəzərdən keçirmək məqsədilə ikinci dəfə də həmin yolla hərəkət etmiş və kolların arxasında gizlədilmiş bir ədəd bağlama aşkar etmişdir. Miçman Şahid2 da həmin bağlamanı gördükdən sonra qeyd olunan bağlamanın Dəyanətgilin qayığında gördüyü bağlama olduğunu təsdiq etmişdir. Bundan sonra o, bununla bağlı yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçusu Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçusu Şahid2 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə saat 13 radələrində Dəyanət və Elşən dənizdən istifadələrində olan qayıqla sahildəki 17-ci yanalma körpüsünə yan aldıqdan sonra o, sənədlərə və qayığa baxış keçirmiş, baxış zamanı balıqçı torlarının altında “dartılan plyonka” materilla sarınmış bağlama görmüş, o. həmin bağlamada nə olması ilə bağlı Dəyanətdən soruşduqda Dəyanət bağlamada balıq olduğunu bildirmişdir. Lakin, o, bağlamının həcmi və qabaritlərindən bağlamada balıq yox, başqa bir predmet olduğunu başa düşdüyündən Dəyanətdən həmin bağlamanı təqdim etməsini tələb etmiş, Dəyanət isə ona etiraz edərək bağlamanın içərisinə baxış keçirməyə imkan verməmişdir. Onlar arasında sözlü mübahisə yaranmış, Dəyanət qayığı aparmağa gələn motosikletçi Vüqar adlı şəxsə motosikleti sürüb qayığı sahildən uzaqlaşdırmaq barədə göstəriş vermişdir. O, Dəyanətgildən qayığı saxlamalarını tələb etsə də, Dəyanətgil onun tələblərinə məhəl qoymayaraq ərazidən uzaqlaşmışlar. O, dərhal bu barədə mobil telefon vasitəsilə rəisi Şahid1 məruzə etmiş, həmçinin Dəyanətgilin hərəkət etdikləri marşurutu bildirmişdir. Dəyanətgil motosikletlə hərəkət edərək həmişəki marşurutdan fərqli yola (torpaq yola) girmiş, bundan sonra o, Dəyanətgili vizual müşahidə edə bilməmişdir. Bununla belə o, həmin yola nəzarəti davam etdirmiş, Dəyanətgildən başqa həmin yolla heç kəs getməmişdir. Az sonra Şahid1 ona zəng edərək Dəyanətgilin qayığına baxış keçirdiyini, lakin qayıqda heç bir bağlama olmadığını bildirmişdir. O isə qayıqda bağlama gördüyünü əminliklə ona bildirmişdir. Daha sonra Şahid1 Dəyanətgilin hərəkət etdikləri yolla ərazini axtarmağa başlamış və ərazidə kolların arxasında gizlədilmiş bir ədəd bağlama aşkar etmişdir. O, həmin bağlamanı gördükdə həmin bağlamanın məhz Dəyanətgilin qayığında olan bağlama olduğuna əmin olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün günorta saatlarında Balıqçılar kəndinə balıq ovu üçün tor almağa gəldikdə sərhədçilər onu çağıraraq təqsirləndirilən şəxslə məxsus bağlamaya baxış keçirilməsində iştirak etməyi təklif etmişlər. O, bu təkliflə razılaşmış və həmin bağlamaya baxış keçirilməsində iştirak etmişdir. Bağlamada tor və daş görmüşdür. Həmin bağlamada ota bənzər predmet görsə də, heç bir narkotik vasitə görməmişdir. Daha sonra tərtib edilmiş sənədləri imzalamışdır. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan CPM-nin 327.1.3-cü və 329.1-ci maddələrinə əsasən Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş həmin ifadəsində Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən atılması ehtimal olunan bağlamaya baxış keçirilməsi üçün 5-ci (Balıqçılar) SNB-nin inzibati binasına getmişlər. Orada həmin bir ədəd bağlama açılaraq içərisinə baxış keçirilmiş, baxış zamanı ümumilikdə 10 ədəd bükümdə ota bənzər, kəskin qoxulu maddənin olması və həmin maddənin çəkisinin 11 kiloqrama yaxın olması müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı ifadəsi elan olunduqdan sonra Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, lakin bağlamada narkotik vasitə görməmişdir. Həmçinin bağlamaya baxış dəniz kənarında keçirilmişdir. İfadəsi ona qeyd olunan məzmunda oxunmuş və o, həmin ifadəni özü imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə günorta saatlarında Balıqçılar kəndinə balıq almağa gələndə sərhədçilər ona yaxınlaşaraq aşkar edilmiş bağlamaya baxış keçirilməsində iştirak etməyi təklif etmişlər. O, sərhədçilərin təklifi ilə razılaşaraq baxış keçirilməsində iştirak etmiş. Bir ədəd bağlamaya baxış zamanı bağlamanın içərisində ota bənzər kütlə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə saat 08 radələrində o, Elşən və Dəyanəti qayıqla birlikdə idarə etdiyi motosiletin qoşqusunda Xəzər dənizinin sahilinə gətirmiş, yoxlanışdan sonra Dəyanət və Elşən qayıqla dənizə açılmışlar. Həmin gün saat təxminən 12 radələrində Dəyanət ona mobil telefon vasitəsilə zəng edərək sahilə gəlib qayığı aparmasını bildirmiş, o da motosikleti ilə dəniz sahilinə gəlmişdir. Dəyanət və Elşən qayıqla sahilə yan aldıqda sərhədçi onların qayığına baxış keçirməyə başlamış, baxış zamanı bağlama aşkar etmişdir. Sərhədçi onlardan bağlamada nə olduğunu soruşduqda Dəyanətgil balıq olduğunu bildirmiş, sərhədçi bağlamanın içərisinə baxış keçirmək istədikdə Dəyanətgil buna imkan verməmişlər. Bundan sonra onlar arasında sözlü mübahisə yaranmış, Dəyanət ona motosikleti sürüb qayığı sahildən uzaqlaşdırması barədə göstəriş vermişdir. Sərhədçi ona motosikleti sürməməsi barədə göstəriş versə də, o, motosikleti sürərək oradan uzaqlaşmışdır. Bu zaman sərhədçinin kiməsə zəng edərək qayıqda şübhəli bağlama olması barədə məlumat verdiyini eşitmişdir. Sərhədçinin mobil telefonu smartfon tipli deyil sadə mobil telefon olmuşdur. Sahildən uzaqlaşarkən Elşən ona ara yolla getməyi həmin yolun daha qısa olduğunu bildirmişdir. O, Elşənin dediyi kimi torpaq yolla motosikleti sürmüş, həmin vaxt Elşən onun yanında motosikletdə, Dəyanət isə qayığın içərisində olmuşdur. Yer palçıqlı olduğundan o, motosikletin idarə olunmasında çətinlik çəkmiş, bu səbəbdən bütün diqqəti yolda olmuş, Dəyanətin qayıqdan hər hansı bağlama atıb-atmamasını görməmişdir. Lakin, hərəkət etdikləri yolun kənarında çox sayda kollar olmuşdur. Asfalt yola çatdıqda Şahid1 onların qarşısını kəsərək qayığa baxış keçirmiş, lakin hər hansı bağlama aşkar etməmişdir. Şahid1la Dəyanət arasında sözlü mübahisə olmuş, o, artıq problemli bir məsələ olduğunu anlayıb, motosikleti sürməyi Dəyanətin özünə həvalə etmişdir. Dəyanət motosikleti sürərək qayığı evlərinin həyətinə salmışdır. Dəyanət və Elşən qayıqda hər hansı qanunsuz predmet olması barədə məlumat verməmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisinin 07 mart 2025-ci il tarixli məktubundan və həmin komandanlığın 1-ci “Astara” Sahil Nəzarəti şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, 3-cü dərəcəli kapitanı Rahib Baxışovun 06 mart 2025-ci il tarixli təqririndən görünür ki, xx.xx.2025-ci il tarixdə dənizdən qayıdan “BA-573” bort nömrəsi “Proqress-2” “Yamaha-40” mühərrikli, 2 nəfər heyət üzvü olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzmə vasitəsi qarşılanmış və qayığa baxış keçirilmişdir. Baxış zamanı qayıqda olan torların altında qara büküm görülmüş, həmin zaman Dəyanə Mustafayev torun altında ancaq balıq olduğunu bildirmişdir. Miçman Şahid2 qayıqda olan torun altında olan bükümə baxmaq istədikdə Təqsirləndirilən şəxs1 qayığı sahildən çıxararaq daşımaq üçün gəlmiş motosiklet sürücüsü olan Şahid6a hərəkətə başlamasını bildirmiş və motosiklet qayıqla birgə hərəkət etmişdir. Miçman Şahid2 bu barədə dərhal bölmə rəisi baş leytenant Şahid1 məruzə etmişdir. Bundan sonra baş leytenant Şahid1 və leytenant Şahid3 ilə birgə Təqsirləndirilən şəxs1 qayığının motosikletlə hərəkət etdiyi marşrut üzrə əraziyə baxış keçirmişlər. Əraziyə baxış keçirilən zaman kolluqda bir ədəd bağlama aşkar edilmiş, həmin bağlamaya baxış keçirilən zaman orada narkotik vasitə marixuanaya oxşar maddənin olması müəyyən edilmişdir. (Cild 1, i.v. 6;) İşdə olan, 06 mart 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən yer 5-ci (Balıqçılar) SNB-nin 17-ci YKdan 300-400 metr aralıda kolluq ərazidir. Qeyd olunan yerdə, kolluq ərazidə Təqsirləndirilən şəxs1 tərəfindən atılması ehtimal olunan 1 (bir) ədəd qara rəngli selofana bükülmüş bağlama aşkar olunmuş və hadisə yerindən götürülmüşdür. (Cild 1, i.v. 8;) İşdə olan, 06 mart 2025-ci il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış X7 rayonu, Balıqçılar qəsəbəsində yerləşən 5-ci (Balıqçılar) SNB-də yerləşən xidməti otaqların birində təbii işıqlandırma şəraitində keçirilmişdir. Kolluq ərazidə tapılmış 1(bir) ədəd qara rəngli bağlama açılaraq içərisinə baxış keçirilən zaman, bağlamanın içərisində 10 (on) ədəd bükümdə yaş vəziyyətdə yaşımtıl ot formasında ümumi çəkisi 11 (on bir) kq olan narkotik vasitə marixuanaya oxşar maddə olması müəyyən edilmişdir. (Cild 1, i.v. 9-10;) İşdə olan, 07 mart 2025-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə əlamətlərinə görə eyni növdən olan 4 (dörd) ədəd bağlama təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunan 4 (dörd) ədəd bağlamalardan 3 nömrə altında olan qara rəngli bağlamanı tanımış və qeyd olunan bağlamanın Təqsirləndirilən şəxs2 ilə birgə dənizdə olarkən aşkar edildiyini, daha sonra həmin bağlamanı Şahid6a məxsus motosikletlə hərəkətdə olarkən Lənkəran rayonu, Balıqçılar kəndinin ərazisində kolluq əraziyə atdığını bildirmişdir. (Cild 1, i.v. 87-90;) İşdə olan, 07 mart 2025-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə əlamətlərinə görə eyni növdən olan 4 (dörd) ədəd bağlama təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunan 4 (dörd) ədəd bağlamadan 3 nömrə altında olan qara rəngli bağlamanı tanımış və qeyd olunan bağlamanın Təqsirləndirilən şəxs1 ilə birgə dənizdə olarkən aşkar edildiyini, daha sonra sonuncunun həmin bağlamanı Şahid6a məxsus motosikletlə hərəkətdə olarkən Lənkəran rayonu, Balıqçılar kəndinin ərazisində kolluq əraziyə atdığını bildirmişdir. (Cild 1, i.v. 91-93;) İşdə olan, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 08 mart 2025-ci il tarixli 7/413 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Marixuanaya bənzər...” yazısı və imzalar olan polietilen bağlamadakı polietilen bağlamanın içərisində sayı 10 (on) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1025 qram, 1020 qram, 1025 qram, 1120 qram, 1040 qram, 1035 qram, 1045 qram, 1030 qram, 1025 qram, 1020 qram olan tərkibində narkotik maddələr olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 10385 qramdır. (Cild 1, i.v. 100-103;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 111-113;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 129- 131;) İşdə olan, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)- 113/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilməyərək dənizdən qayıdarkən dənizin üzərində bağlama aşkar etdiklərini, onu götürüb qayığa qoyarkən iyindən narkotik olmasını bildiyini, Elşənə həmin bağlamanı tanışı olan polis əməkdaşına təhvil verəcəyini bildirdiyini, buna görə də bağlamanı torun altında saxlayıb Sərhəd Qoşunlarının əməkdaşına təqdim etmədiyini bildirmişdir. (Cild 1, i.v. 152-155;) İşdə olan, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)- 112/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməyərək dənizdən qayıdarkən dənizin üzərində bağlama aşkar etdiklərini, onu götürüb qayığa qoyarkən iyindən narkotik olmasını bildiklərini, Dəyanətin ona həmin bağlamanı tanışı olan polis əməkdaşına təhvil verəcəyini bildirdiyini, buna görə də bağlamanı torun altında saxladıqlarını göstərmişdir. (Cild 1, i.v. 156-159;) İşdə olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 4(103)-284/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-112/2025 saylı, 09 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi apellyasiya şikayətini Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə (bağlamanı dənizdə aşkar etməsi, iyindən narkotik vasitə olmasını bilməsini, qayıqda saxlamasını) istinad edərək həmin bağlamanı Dövlətə mənsub şəxslərə (polis əməkdaşı olan tanışına) təhvil vermək niyyətində olması ilə əsaslandırmış, apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisinin çıxışına uyğun məzmunda çıxış etmişdir. (Cild 1, i.v. 205-210;) İşdə olan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə qardaşı X13 müraciəti əsasında toplanmış araşdırma materialı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. (Cild 2, i.v. 14-22;) İşdə olan, “ambulator məcburi-narkoloji tibbi yoxlamanın” xx.xx.2025-ci il tarixli 2758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Mustafayev X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v. 62-63;) İşdə olan, “ambulator məcburi-narkoloji tibbi yoxlamanın” xx.xx.2025-ci il tarixli 2757 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Ağaoğlu X9 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyyə ehtiyacı yoxdur. (Cild 2, i.v. 64-65;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlilləri yəni, xx.xx.2025-ci il tarixdə Xəzər dənizində balıq ovlayarkən heç bir narkotik vasitə əldə etməmələri, yalnız nərə cinsli balıq tutmaları, həmin nərə cinsli balığın sərhədçilər tərəfindən müsadirə edilməməsi üçün balıqçı torlarının altında gizlədib saxlamaları, miçman Şahid2 məhz balığın əldən çıxmaması üçün bağlamaya baxış keçirməsinə icazə vermədikləri və ərazidən uzaqlaşdıqları, qayıqdan heç bir bağlama atmamaları, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldıqları üçün içərisində narkotik vasitə olan bağlamanın onlara məxsus olmaları barədə etirafedici ifadə vermələri ilə bağlı göstərdiklərini cinayət işi materiallarında olan sübutlarla tam təkzib edilməklə işin faktiki hallarına uyğun olmayan, təqsirləndirilən şəxslərin şəxsi mülahizələrinə əsaslanmaqla onların cinayət məsuliyyətindən kənarda qalmalarına yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri etirafedici ifadələrindən başqa cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan və protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, onlar müdafiəçilərinin iştirakı ilə onlara təqdim edilmiş bağlamalar arasında Xəzər dənizindən əldə etdikləri bağlamanı tanıyaraq əyani şəkildə göstərmişlər. Həmin bağlamanın Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən Balıqçılar qəsəbəsi ərazisində sahildən təxminən 300-400 metr kənarda kolluq ərazidə aşkar edilmiş bağlama olduğunu təsdiq etmişlər. Bundan başqa təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı verdikləri ifadələrində israrla miçman Şahid2 qayıqda bağlamanın içərisində balıq görməsi, həmin balığı götürmək istəməsi və rəisi Şahid1 da məhz qayıqda balıq (asatrin) olması barədə məruzə etməsini göstərsələr də, həm Şahid1, həm də Şahid2 məruzənin qayıqda şübhəli bağlama olması ilə bağlı olduğunu bildirmişlər. Məhkəmə xüsusilə qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 də məhkəmə istintaqı zamanı ifadəsində miçman Şahid2 kiməsə zəng edərək qayıqda şübhəli bağlama olması ilə bağlı məruzə etdiyini eşitdiyini bildirmişdir. Bu xüsusda məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsinə diqqət çəkərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 ifadəsində hərəkət etdikləri yolda kolların olmamasını bildirərək bağlamanın kolların arxasında gizlədilməsi, atılmasını istisna etsə də, Şahid6 hərəkət etdikləri yolun kənarında çox sayda kolların olduğunu, həmişəkindən fərqli olaraq (Şahid2 da təqsirləndirilən şəxslərin həmişəki marşurutdan fərqli marşurutula hərəkət etdiklərini göstərmişdir) həmin yolla məhz Elşənin göstərişi ilə hərəkət etdiyini bildirmişdir. Eyni zamanda daha bir vacib xüsusat olaraq məhkəmə qeyd edir ki, Şahid2 ifadəsində həmin yolla qeyd edilən müddət ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (Şahid6 idarə etdiyi motosikletlə) heç kəsin hərəkət etmədiyini, sərhədçilər tərəfindən bağlama aşkar edildikdən sonra həmin bağlamaya baxdıqda həmin bağlamanın fiziki görünüşcə (ölçüsünə, rənginə, qabaritlərinə görə) Təqsirləndirilən şəxs1 qayığında gördüyü bağlama ilə eyni olduğunu bildirmişdir. Daha bir diqqətçəkən məqam isə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ifadələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən fiziki zor və pisixi təsir altında etirafedici ifadə vermələri, öz aralarında “sanksiya məhkəməsində” həqiqətləri məhkəməyə danışacaqları barədə razılaşdıqlarını göstərmələridir. Halbuki, hər iki təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə Səbail Rayon Məhkəməsində qapalı məhkəmə iclasında Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının onlara hər hansı formada təsir imkanlarının olmadığı şəraitdə belə dənizdə balıq ovlayarkən suyun üzərində bağlama aşkar etdiklərini, həmin bağlamanı götürüb qayığa qoyduqlarını, bağlamanın spesifik iyindən içərisində narkotik vasitə olmasını başa düşdüklərini, bağlamanı Dəyanətin polis əməkdaşı olan tanışına təhvil vermək üçün balıqçı torlarının altında gizlətdiklərini bildirmişlər. Hətta, Təqsirləndirilən şəxs1 14 mart 2025-ci il tarixdə müdafiəçisinin apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında apellyasiya baxışında eyni məzmunlu çıxış etmiş, müqavilə üzrə müdafiəçisi də apellyasiya şikayətini həmin ifadəyə istinad edərək təqsirləndirilən şəxsin əldə etdiyi, içərisində narkotik vasitə olan bağlamanı polis əməkdaşı olan tanışına vermək niyyətində olması ilə əsaslandırmışdır. İbtidai istintaqın sonrakı dövlərində eləcə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ümumiyyətlə heç bir bağlama aşkar etmədiklərini, qayıqdan bağlama atmadıqlarını, aşkar edilmiş bağlamanın onlara məxsus olmadığını bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarına əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun ibtidai istintaq zamanı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələrini məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut kimi qəbul edir. Məhkəmə Şahid5 məhkəmə istintaqı zamanı ifadəsində göstəriklərini yəni, hal şahidi kimi aşkar edilmiş bağlamaya baxış keçirilməsində iştirak etməsi, lakin heç bir narkotik vasitə aşkar edilməməsi ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, Şahid5 həmin məzmunda ifadə verərək təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin sübuta yetirilməsində özünü şahid kimi “rolunu” istisna etmək məqsədi güdmüşdür. Belə ki, o, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin ona oxunduğunu, ifadəsinin həmin məzmunda olduğunu, özünün imzaladığını, həmin ifadəni təsdiq etdiyini bildirsə də, narkotik vasitə aşkar edilməsinin şahidi olmadığını göstərmişdir. Eyni zaman Şahid5 gah aşkar edilmiş bağlamanın içərisində ota bənzər kütlə gördüyünü, gah da görmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı, işin faktiki halları ilə uzalaşan ifadə kimi qiymətləndirərək sübut kimi qəbul edir. Bu fikrin məntiqi davamı olaraq məhkəmə Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin saxlanıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının etirafedici ifadələr almaq üçün onlara qarşı zor tətbiq etmələri, eləcə də alçaldıcı hərəkətlərlə və sair üsulla hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdükləri dəlilə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhk əmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillərlə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslər, istərsə də onların vəkilləri ibtidai istintaqın ilkin mərhələsində belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Onlar məhkəmə istintaqı zamanı ifadələrində fiziki zorakılıq nəticəsində heç bir xəsarət almadıqlarını bildirmiş, eləcə də, 07 mart 2025-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqında” protokollara əlavə edilmiş fotocədvəllərdən onların bədən səthinin görünən hissələrində heç bir xəsarət izinin görünmədiyi aşkar edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Baş prokurorluğunun Xidməti araşdırmalar idarəsində Təqsirləndirilən şəxs2 Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə qardaşı X13 müraciəti əsasında toplanmış araşdırma materialı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki zorakılığa və psixi təsirə məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq və psixi təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdikləri xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə etdikləri ümumilikdə 10385,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 2077 dəfə, külli miqdarından isə təxminən 20 dəfədən artıq olması, habelə barələrində olan ambulator-məcburi narkoloji tibbi yoxlamanın müvafiq rəylərinə əsasən narkomaniya xəstəliyindən əzab çəkməmələri, yəni ümumiyyətlə narkotik vasitə istifadəçisi olmamaları onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini qeyd edərək dövlət ittihamını Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 32.5-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Beləliklə, verilmiş ittihamın həmin hissədə məzmunundan belə aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə razılığa gələrək şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən məlum olmayan yerdən Azərbaycan Respublikası ərazisinə keçiriləcək külli miqdarda 10385,0 qram narkotik vasitəni əldə edərək aralarıdakı razılaşmaya uyğun olaraq yerləşdirəcəyinə qabaqcadan vəd verməklə qeyd olunan narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsinə kömək etmişdir. İttihamın məzmunundan da göründüyü kimi təqsirləndirilən şəxslər “məlum olmayan şəxslərlə” qabaqcadan əlbir olmuş, qeyd edilən narkotik vasitə “məlum olmayan vaxtda”, “məlum olmayan şəxslər tərəfindən”, “məlum olmayan yerdən”, “naməlum şəraitdə” gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə keçirilmişdir. Ümumiyyətlə, cinayət işi materialları məhkəmə istintaqı zamanı tədqiq edilərkən təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Cinayət işinin ümumi mənzərəsindən görünür ki, ittiham faktiki olaraq yalnız cinayətin törədilməsi yeri və şəraitinə istinad etməklə yəni, təqsirləndirilən şəxslərin qeyd edilən narkotik vasitəni Xəzər dənizindən əldə etmələri, Xəzər dənizinin həmin hissəsinin İran İslam Respublikası ilə həmsərhəd olması (dəniz yolu ilə) faktlarına əsaslanmaqla təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması qənaətinə gəlmişdir. Halbuki, istintaq orqanı tərəfindən qeyd edilən narkotik vasitənin kim(lər) tərəfindən, nə vaxt, hansı şəraitdə, haradan Azərbaycan Respublikasına gətirilməsi, ümumiyyətlə, həmin narkotik vasitənin Azərbaycan Respublikasına xarici ölkədən gətirilibgətirilməməsi, bununla bağlı təqsirləndirilən şəxslərin kimlərlə əlaqədə olması, əlaqənin hansı şəraitdə qurulması, qabaqcadan əlbirliklərinin konkret olaraq nədən ibarət olması, təqsirləndirilən şəxslərin bununla bağlı hansı hərəkətlər etməsi müəyyən edilməmişdir. Göründüyü kimi ittiham tərəfi yalnız ehtimallara və fərziyyələrə əsaslanmaqla təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsinin olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri sübuta yetirilmədiyinə görə onlara CPM-nin 42.1.4-cü maddəsinə əsasən CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, verilmiş ittihamın məzmunundan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətləri məlum olmayan şəxslərlə qabaqcadan əlbir olmalarına dair müddəalar ittihamın məzmunundan çıxarılmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyin tələblərinə və cəza təyin etmənin prinsiplərinə uyğun olaraq iştirakçılıqla törədilmiş hazırkı cinayət əməlində təqsirləndirilən şəxslərin hər birinin cinayətin faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti və digər mühüm xüsusiyyətləri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə cəza təyini zamanı onlara təyin ediləcək cəza həddində nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın bərabər həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nun törətdikləri cinayət əməli ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10384,0 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 159 (yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 159 (bir yüz əlli doqquz) manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10384,0 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(099)-562/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-562/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver