Məhkəmə qərarları › İş №1(099)-564/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-564/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-564/2022 11.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1968-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 1 məskunlaşmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1984-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə olunması, saxlanması, daşınması və satışına razılaşıb, aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq qrupun digər üzvləri tərəfindən Salyan-Neftçala avtomobil yolunun Salyan rayonunun ərazisindən keçən hissəsinin 9-cu kilometrliyində, yolun kənarında bir ədəd torbanın içərisində külli miqdarda-3805 qram narkotik vasitə olan tiryək, külli miqdarda- 9140 qram narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda-19,828 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 70,0 qram olmaqla külli miqdarda-1750 ədəd narkotik vasitə olan metadon həblərin gizlədilməsi barədə məlumat verilməsindən sonra, 10 aprel 2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes-Benz markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib göstərilən maddələri bir ədəd torbanın içərisində gizlədildiyi yerdən götürüb birgə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, bu maddələri (tiryək, metadon və qurudulmuş marixuananı) bir ədəd torbada həmin avtomobilin arxa oturacağın üzərində, metamfetamini isə bir bükümdə 8,290 qramı Təqsirləndirilən şəxs1 və bir bükümdə 11,538 qramını Təqsirləndirilən şəxs2 üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 22 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan-Neftçala avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 9-cu kilometrliyində saxlanılmış və həmin yerdə Mercedes-Benz markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağın üzərəndən götürülmüş bir ədəd torbanın içərisində ayrıayrılıqda 1000 qram, 995 qram, 810 qram və 1000 qram olmaqla dörd ədəd bağlamada tiryək, 4730 qram və 4410 qram olmaqla iki ədəd bağlamada qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 70,0 qram təşkil edən 1750 ədəd metadon həbləri, habelə Təqsirləndirilən şəxs1 üzərində şəxs axtarış zamanı bir ədəd bükümdə 8,290 qram metamfetamin və Təqsirləndirilən şəxs2 üzərində axtarış zamanı bir ədəd bükümdə 11,538 qram metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, Xocalı şəhərində qeydiyyatda olmaqla məcburi köçkün kimi müvəqqəti olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə məskunlaşmış və tutulan vaxtadək həmin ünvanda yaşamışdır. Əvvəllər işləsə də, son vaxtlar heç bir yerdə işləməmiş, müharibə veteranı kimi təqaüd alır. Xeyli müddətdir ki, “nəşə” adlanan marixuanadan istifadə etməyə başlamış, digər narkotik və psixotrop maddələrdən istifadə etməmişdir. İstifadəsində 070/250-57-52 saylı mobil telefon nömrəsi olmuşdur. Tutulduğu vaxtdan bir müddət əvvəl Bakı şəhərində Yasamal rayonu ərazisində “Ətçilər” adlanan yerdə kafedə olarkən özünü iranlı kimi təqdim edən Feyruz şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs onun “nəşə”dən istifadə etdiyini bilib “nəşə”nin qutusunu 3 manata satdığını, istəsə ona da sata biləcəyini demişdir. Həmin söhbətdən 10-15 gündən sonra kafedə yenə də Feyruz adlı şəxslə görüşərkən həmin şəxs ona Salyan-Neftçala rayonları arasındakı avtomobilin yolunun kənarında olan “Şəhidlər bulağı”nın yanında bir nəfər şəxsin olacağını, gedib bu şəxsdən 100 qram “nəşə”ni götürüb baxmasını, xoşuna gələrsə pulunu verməsini, əgər istəyərsə yenə də təşkil edə biləcəyini demiş, o da razılaşmışdır. Bu söhbətdən sonra o, qərara almışdır ki, həmin yerə gedib Feyruzun dediyi şəxslə görüşüb 100 qram “nəşə”ni pulla alsın. Həmin gün, yəni 10 aprel 2022-ci il tarixdə içkili olduğundan maşınını idarə edə bilməmiş, bu səbəbdən dostu Ziyadan xahiş etmişdir ki, maşınını idarə edib onu Salyan-Neftçala rayonları arasındakı avtomobilin yolunun kənarında olan “Şəhidlər bulağı”nın yanına aparsın. O, Ziyaya həmin yerə nəyə görə getdiyini deməmiş, sadəcə gedəcəkləri yerdə işi olduğunu bildirmişdir. 10 aprel 2022-ci il tarixdə axşam saatlarında özünə məxsus “Mercedes” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili Ziya idarə etmiş, o isə içkili olduğundan yolboyu yatmış və gecə saatlarında onlar Salyan-Neftçala rayonları arasındakı avtomobilin yolunun kənarında olan “Şəhidlər bulağı”nın yanına çatmışlar. Ziya maşını yolun kənarında saxladıqdan sonra o, Ziyaya bulağın yanında bir nəfər şəxslə görüşüb “nəşə” alacağını demiş, Ziya da heç nə deməmişdir. Sonra o, maşından düşüb bulağın yanına getmişdir ki, Feyruzun dediyi şəxslə görüşsün. O, bulağına yanına gedib ətrafa baxımış, orada heç kimi görməmiş və dayanıb “nəşə” satan şəxsin gəlməsini gözləmişdir. Elə həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onu tutumuş, sonra polislər maşına yaxınlaşıb Ziyanı da tutmuşlar. Həmin vaxt o, polis əməkdaşlarına bulağın yanına tanımadığı şəxsdən 100 qram “nəşə” almaq üçün gəldiyini, Ziyanın bu işdən xəbəri olmadığını, Ziyanın sürücü kimi maşını sürüb onu həmin yerə gətirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Ziyanı başqa bir maşınla Salyan-Bakı avtomobil yolunda olan yol polis postuna aparmışlar. Bir az orada dayandıqdan sonra polis əməkdaşları onu və Ziyanı tutulduqları yerə-bulağın yanına gətirmişlər. Polis əməkdaşları həmin yerdə dayanmış özünə məxsus “Mercedes” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarını açmış, sonra özləri ilə gətirdikləri bir ədəd torbanı avtomobilin arxa oturacağın üstünə qoymuşlar. Bundan sonra polis əməkdaşları tərəfindən özünün və Ziyanın iştirakı ilə, həm də videoçəkilişlə avtomobilinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı bir az əvvəl polislərin qoyduqları bir ədəd torba avtomlobilin arxa oturacağın üzərindən götürülmüşdür. Sonra həmin torbaya baxış keçirilərkən torbanın içərisindən ayrı-ayrı bükümlərdə tiryək, marixuna və metadon həbləri aşkar olunmuşdur. Həmin vaxt o, avtomobilində olan torbanın və həmin torbanın içərisində aşkar olunmuş narkotiklərin ona məxsus olmamasını, Ziya ilə birlikdə yalnız 100 qram “nəşə” almaq üçün gəldiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşlarıı onu və Ziyanı polis şöbəsinə aparmışlar. Şöbədə tanımadığı polis əməkdaşları ona qarşı təzyiqlər edərək avtomobilində aşkar olunmuş narkotiklərin özünə məxsus olmasını deməyə, həmçinin cibinə bir büküm metamfetamin qoyub həmin maddəni guya istifadəsi üçün Bakı şəhərində 80 manata almağını bildirməyə məcbur edilmiş, o da polislərin dedikləri ilə razılaşmışdır. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və bir az əvvəl cibinə qoyulmuş bir bükümdə metamfetamin aşkar edilib götürülmüşdür. Videoçəkilişlə aparılan şifahi sorğu zamanı o, avtomobilində və üzərində aşkar olunmuş narkotik və psixortop maddələrin özünə məxsus olmasını bildirsə də, əslində isə avtomobilinə içərisində narkotiklər olan torbanı və üzərinə bir bükümdə metamfetamini polis əməkdaşları qoymuş, həmin maddələr ona məxsus deyildir. O, narkotik maddələrdən istifadə etsə də, narkotik maddələrin satışı işə məşğul olmamış, narkotiklərin satışı və qaçaqmalçılığı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin 100 qram “nəşə” əldə etmək məqsədilə tutulduğu yerə getdiyinə görə, yəni istifadəsi üçün “nəşə” əldə etməsinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, bir müddətdir ki, marixuananı və metamfetamində istifadə etməyə başlamışdır. Tutulduğu vaxtdan iki gün əvvəl istifadəsi üçün tanımadığı şəxsdən 80 manata metamfetamin alıb üzərində saxlamışdır. Həmçinin bir neçə gün əvvəl Bakı şəhərində kafedə adını bilmədiyi özünü İran vətəndaşı ilə təqdim edən şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs onun narkotik və psixotrop maddələr istifadə etdiyini bilib ona Salyan rayonu tərəfdə gizlədib saxladığı marixuananı satıb pul qazanmaq olacağını deyib təklif etmişdir ki, o, (Təqsirləndirilən şəxs1) həmin narkotiki götürüb satsın və əldə etdiyi puldan 500 manat da ona (iranlı kimi özünü təqdm edən şəxsə) versin. O, iranlı ilə razılaşdıqdan sonra həmin şəxs narkotikin gizlədildiyi yeri təxmini ona başa salmışdır. Narkotikin gizlədildiy yer Salyan-Neftçala avtomobil yolunda, yolun kənarında olan yer olmuşdur. 10 aprel 2022-ci il tarixdə, dostu Təqsirləndirilən şəxs2la görüşüb bu barədə ona danışıb bildirmişdir ki, satılacaq narkotiklə bağlı əldə olunacaq qazancdan onun da payı olacaqdır. Ziya da onunla razılaşmış və həmin gün onlar birlikdə özünə məxsus “Mercedes” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Salyan rayonu ilə Neftçala rayonu arasında olan avtomobil yolunda gizlədilmiş narkotiki götürmək üçün həmin yerə getmişlər. Onlar gecə saat 22 radələrində həmin yerə çatandan sonra o, avtomobildən düşüb yolun kənarında gizlədilmiş yerdən bir ədəd torbanı götürüb avtomobilin arxa oturacağına qoyub Bakı şəhəri istiqamətində hərəkət etməyə başlayarkən bir qrup mülki geyimli şəxslər avtomaşını saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirib onu və Ziyanı tutmuşlar. Polis əməkdaşları onlara narkotik maddələr əldə edib saxlamaqda şübhəli olduqlarını izah edib avtomobilə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxt ona avtomaşında qununsuz əşya və ya maddə varsa təqdim edilməsi təklif edilmiş, o da yalandan avtomaşında qanunsuz əşya və maddənin olmadığını bildirmişdir. Sonra özünün və Ziyanın iştirakı ilə, həm də videoçəkilişlə avtomaşınına baxış keçirilmişdir. Baxış zamanı avtomaşının arxa oturacağında ağ rəngli sintetik torba və həmin torbanın içərisində ayrı-ayrı bükümlərdə marixuana, tiryək və metadon həbləri aşkar olunmuşdur. Orada aparılan şifahi sorğu zamanı o, Bakı şəhərində adını bilmədiyi İran vətəndaşının dediyi yerdən 100 qram “nəşə”ni (marixuananı) götürmək üçün tanışı Ziya ilə birlikdə gəldiklərini, lakin torbanı götürərkən ağır olmasını bildiyini, torbanın içərisində nələrin olmasını bilmədiyini, götürdüyü narkotik maddəyə görə iranlıya 500 manat verməli olduğunu bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlələr və dərman həbləri qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Bundan sonra o, polis şöbəsinə aparlmış və orada üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki şalvarının cibində gizlətdiyi bir bükümdə olan “şüşə”ni (metamfetmini) təqdim edib özünün şəxsi istifadəsi üçün 80 manata alıb üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulandan sonra polislərin ona qarşı təzyiqlər olduğuna görə o, belə ifadələr vermişdir. Əslində isə o, Bakı şəhərində kafedə olarkən özünü iranlı kimi təqdim edən Feyruz adlı şəxslə tanış olmuş, həmin vaxt Feyruz marixuananın qutusunu 3 manata satdığını bildirmişdir. 10-15 gündən sonra kafedə yenə də Feyruz adlı şəxslə görüşərkən həmin şəxs ona Salyan-Neftçala rayonları arasındakı avtomobilin yolunun kənarında olan “Şəhidlər bulağı”nın yanında bir nəfər şəxsin olacağını, gedib bu şəxsdən 100 qram “nəşə”ni götürüb baxmasını, xoşuna gələrsə pulunu verməsini, əgər istəyərsə yenə də təşkil edə biləcəyini demişdir. Bu söhbətdən sonra o, qərara almışdır ki, həmin yerə gedib Feyruzun dediyi şəxslə görüşüb 100 qram “nəşə”ni alsın. Həmin gün içkili olduğundan maşınını idarə edə bilməmiş, bu səbəbdən dostu Ziyadan xahiş etmişdir ki, maşınını idarə edib onu Salyan- Neftçala rayonları arasındakı avtomobilin yolunun kənarında olan “Şəhidlər bulağı”nın yanına aparsın. Ziya da onunla razılaşmış və onlar həmin yerə getmişlər. Ziya onun hansı məqsədlə getməsini əvvəl bilməmiş, ora çatandan sonra Ziyaya demişdir ki, burada bir nəfər şəxsdən 100 qram “nəşə” almaq üçün gəlmişdir. O, maşından düşüb bulağın yanına getmiş, həmin vaxt polis əməkdaşları əvvəl onu, sonra Ziyanı tutmuşdur. Polis əməkdaşları onu və Ziyanı oradan yol polisin postuna aparıb geri həmin yerə gətirdikdən sonra orada polis əməkdaşları avtomobilinə içərisində narkotik maddələr olan torbanı qoymuş, sonra özünün iştirakı ilə həmin torba avtomobilindən götürülüb sənədləşdirilmişdir. Tutulduğu yerdə o, torbanı əlinə götürməmiş, torbanın haradan götürülməsini bilməmiş, saxlanılan vaxt üzərində narkotik maddə olmamışdır. Bundan sonra onlar polis şöbəsinə aparılmış, orada polis əməkdaşları cibinə bir bükümdə metamfetmin qoymuş, sonra videoçəkilişlə həmin metamfetamin ondan götürülmüşdür. Tanımadığı polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün o, avtomobilində və üzərində aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olmasını demişdir. İstifadəsində 070/250-57-52 saylı mobil telefon nömrəsi olmuşdur. O, hər hansı iranlı olan şəxsi tanımamış və danışıqları olmamışdır. O, narkotik maddələrin satışı işə məşğul olmamış, narkotiklərin satışı və qaçaqmalçılığı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin 100 qram “nəşə” əldə etmək məqsədilə tutulduğu yerə getdiyinə görə, yəni istifadəsi üçün “nəşə” əldə etməsinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Həmçinin törədiyi cinayətə görə cəza verilərkən onun ürək əməliyyatından sonra hazırda xəstə olmağı, müharibə veteranı olması, özünün və ailəsinin Xocalıdan məcburi köçkün olmaları və himayəsində 2-ci qrup əlil həyat yoldaşının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, heç bir yerdə işləməmiş, əvvəllər dələduzluq cinayəti ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 xeyli müddətdir ki, tanıyır, aralarında dostluq münasibəti vardır. Narkotik maddələrdən istifadə etmir, lakin əvvəllər 3-4 dəfə marixunadan istifadə etmişdir. Dostu Ramizin də narkotik maddələrdən istifadə etməsini bilmişdir. 10 aprel 2022-ci il tarixdə, axşam saatlarında Ramiz yanına gəlib xahiş etmişdir ki, öz maşını ilə onunla birlikdə Salyan-Neftçala yoluna getsin, orada işi var, sonra yoldaşlıq edib geri qayıtsınlar. Həmin gün Ramiz içkili olması, həm də ürək xəstəsi olduğu üçün maşını sürməkdə kömək etməsini ondan xahiş etmiş, o da razılaşmışdır. 10 aprel 2022-ci il tarixdə, axşam saatlarında Ramiz və o, Ramizin “Mersedes” markalı maşını ilə yola çıxmış, maşını özü idarə etmişdir. Ramizin dediyi yerə çatanadək Ramiz yolboyu söhbət etmiş, yatmış, həm də telefonla kiminləsə danışmışdır. Həmin vaxt Ramiz telefonunda “kontur” olmadığını bildirib onun mobil telefonunu götürüb kiminləsə danışmışdır. Ramizin kiminlə və nə burədə danışmasını bilməmişdir. Həmin gün gecə saatlarında Salyan-Neftçala avtomobil yolunda Ramizin dediyi yerdə maşını saxlamışdır. Həmin yerdə yolun kənarında “Şəhidlər bulağı” abidəsi olmuşdur. Maşını saxladıqdan sonra Ramiz ona həmin yerdə bir nəfərlə görüşüb ondan 100 qram “nəşə” alıb geri qayıdacaqlarını demiş, o da etiraz etməmişdir. Sonra Ramiz maşından düşüb bulağa tərəf getmiş, özü isə maşında oturub onun gəlməsini gözləmişdir. Bir az sonra bulağın arxa tərəfindən bir neçə şəxsin Ramizi əli qandallı maşına tərəf gətirməsini, həmçinin bu şəxslərin, yəni Ramizi tutmuş polis əməkdaşlarından birinin əlində torba olmasını görmüşdür. Sonra polis əməkdaşları onu da tutmuş, bundan sonra polis əməkdaşları onu və Ramizi oradan maşınla Salyan-Bakı avtomobil yolunda olan yol polisi postuna aparmış, bir az orada saxladıqdan sonra geri tutulduqları yerə qaytarılmışlar. Polis əməkdaşları həmin yerdə dayanmış, Ramizin “Mersedes” markalı maşının qapılarını açıb özləri ilə gətirdiyi torbanı maşının arxa oturacığına qoyub qapıları bağlayıb açarı Ramizə vermişlər. Bundan sonra özünün və Ramizin iştirakı ilə, həm də videoçəkilişlə maşına baxış keçirilmişdir. Baxış zamanı bir az əvvəl polislərin qoyduqları bir ədəd torba avtomobilin arxa oturacağın üzərindən götürülmüşdür. Sonra həmin torbaya baxış keçirilərkən torbanın içərisindən ayrı-ayrı bükümlərdə narkotik maddələr aşkar olunmuşdur. Orada Ramiz torbada aşkar olunmuş narkotik maddələrin ona məxsus olmamasını, onunla (Ziya ilə) birlikdə yalnız 100 qram “nəşə”ni götürmək üçün gəldiyini, Ziyanın bu işdən xəbəri olmadığını, maşını sürmək üçün onunla birlikdə gəldiyini bilidirmişdir. Özü də orada bildirmişdir ki, Ramizin həmin yerə nəyə görə gəlməsini əvvəlcədən bilməmiş, yalnız bulağın yanına çatdıqdan sonra Ramiz narkotik maddə götürmək üçün gəldiyini ona demiş, həmçinin Ramizin maşınını sürüb həmin yerə gəlməsində onun heç bir marağı olmamışdır. Tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Bundan sonra polis əməkdaşları onu və Ramizi polis şöbəsinə aparmışlar. Şöbədə tanımadığı polis əməkdaşları ona qarşı təzyiqlər edib cibinə bir büküm metamfetamin qoyub həmin maddəni guya istifadəsi üçün Bakı şəhərində 70 manata almağını bildirməyə məcbur edilmiş, o da polislərin dedikləri ilə məcburən razılaşmışdır. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və bir az əvvəl cibinə qoyulmuş bir bükümdə metamfetamin aşkar edilib götürülmüşdür. Videoçəkilişlə aparılan şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, həmçinin Ramizlə birlikdə narkotik maddələr götürmək üçün tutulduqları yerə gəlmələrini bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyil, həmin maddəni cibinə polis əməkdaşı qoymuş, həmçinin o, Ramizlə birlikdə bulağın yanına narkotik maddələr götürmək üçün gəlməmiş, Ramizin xahişi ilə onun maşınını sürücü kimi sürmüş, onunla birlikdə həmin yerə gəlməkdə onun heç bir marağı olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dostudur və münasibətlər yaxşı olmuşdur. O, hərdənbir metamfetamindən istifadə etmişdir. Tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata metamfetamin alıb üzərində saxlamışdır. 10 aprel 2022-ci il tarixdə, səhər saatlarında Ramiz ona bir nəfər iranlı şəxslə tanış olduğunu, həmin şəxsin ona (Ramizə) Salyan-Neftçala rayonlararası yolda narkotik və psixotrop maddələr gizlədib saxladığını, həmin narkotikləri götürüb satmasını və ona (iranlıya) 500 manat verməklə qalan qazancın ona (Ramizə) qalmasını təklif etdiyini bildirib həmin iranlı ilə razılaşdığını demişdir. Həmin vaxt Ramiz ona təklif etmişdir ki, iranlının dediyi narkotikləri birlikdə gedib götürüb Bakıya gətirib satsınlar və bundan xeyirləri olsun. O, Ramizin təklifi ilə razılaşmışdır. Həmin gün axşam saatlarında Ramiz və o, Ramizin idarə etdiyi “Mersedes” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomaşınla Salyan- Neftçala avtomobil yoluna narkotik maddələrin gizlədildiyi yerə getmişlər. Onlar saat 22 radələrində həmin yerə çatıb oradan narkotik vasitələri götürüb maşının arxa oturacağına qoyub Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Avtomobili Ramiz idarə etmiş, özü qabaq sərnişin oturacağında əşyləşmişdir. Yolla gedərkən mülki geyimdə olan bir neçə nəfər şəxs avtomaşına saxla işarəsi vermiş və Ramiz maşını saxlamışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib X3 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmiş, sonra polislər onları tutmuşdur. Bir az sonra polis əməkdaşları onun və Ramizin iştirakı ilə və videoçəkilişlə Ramizin avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomaşının arxa oturacağında bir ədəd sintetik torba və həmin torbanın içərisində ayrı-ayrı bükümlərdə marixuana, tiryək və metadon həbləri aşkar olunmuşdur. Orada aparılan şifahi sorğu zamanı Ramiz Bakı şəhərində adını bilmədiyi İran vətəndaşının dediyi yerdən 100 qram “nəşə”ni (marixuananı) götürmək üçün onunla birlikdə gəldiklərini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlələr və dərman həbləri qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Bundan sonra o, polis şöbəsinə aparlmış və orada üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki şalvarının cibində gizlətdiyi bir bükümdə olan metamfetmini təqdim edib özünün şəxsi istifadəsi üçün 70 manata alıb üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulandan sonra polislərin ona qarşı təzyiqlər olduğuna üçün o, belə ifadə vermişdir. Ramizin avtomobilindən götürülmüş torbanın içərisində aşkar olunmuş narkotik maddələr və üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyil. Polis əməkdaşları həmin torbanı Ramizin avtomobilinə qoymuş, həmçinin özünün cibinə də metamfetamin bükümünü polislər qoymuşdur. O, hər hansı iranlı olan şəxsi tanımamış və danışıqları olmamışdır. İstifadəsində 055/253-09-81 və 055/266-81-18 saylı mobil telefon nömrələri olmuşdur. İstifadəsində olan həmin telefon nömrələrinə gələn zənglər və mesajlar barədə heç nə bilmir, narkotiklə bağlı olması deyilən mesajları ona kimin göndərdiyini və belə mesajların onun kiməsə göndərməsini xatırlamır. O, narkotiklərin satışı və qaçaqmalçılığı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin X7 Şöbənin (bundan sonra CBRŞ-nin) əməkdaşı olarkən 10 aprel 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış qrupu yaradımaqla həmin gün saat 22 radələrində əməliyyat tədbiri həyata keçirilmiş və əməliyyat qrupu tərəfindən Salyan-Neftçala avtomobil yolunun Salyan rayonunun ərazisində “Mercedes” markalı (“Mercedes” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı) avtomobil yolun kənarında dayanmış vəziyyət olan avtomobil hərəkətə başlayarkən avtomobil saxlanılmış və avtomobildə olan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmuşlar. Saxlanılan vaxt avtomobilin sükanı arxasında dəqiq kimin olmasını, habelə gecə vaxtı olduğu üçün həmin yerdə yolun kənarında “Şəhidlər bulağı” abidəsinin olub-olmasını xatırlamır, ola bilsin ki, həmin yerdə bulaq-abidə vardır, lakin bunu dəqiq bilmir. Sonra cinayət törətməkdə şübhəli olan şəxslərin saxlandığı yerə təhqiqatçı Famil Həsənov gəlmiş və bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, həm də videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomaşının qapıları açıldıqdan sonra avtomaşının arxa oturacağın üstündə bir ədəd torba və həmin torbanın içərisində ayrı-ayrı bükümlərdə marixuanaya və tiryəkə oxşar kütlələr, həmçinin çoxlu sayda dərman həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomaşından götürülmüş torbada nə olmasını əvvəlcədən bilmədiyini, tanış olduğu özünü İran vətəndaşı kimi təqdim edən bir nəfər şəxsin ona dediyi yerdən 100 qram “nəşə”ni götürmək üçün tanışı Ziya ilə birlikdə həmin yerə gəlməsini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edib nakrotik maddələri götürmək üçün həmin yerə gəldiklərini bildirmişdir. Aşkar olunmuş kütlələr və dərman həbləri təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Sonra Ramiz və Ziya şöbəyə gətirilmiş və orada təhqiqatçı tərəfindən ayrı-ayrlıqda vəkillərin iştirakı ilə onların üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ramizin üzərindən bir büküm metamfetaminə və Ziyanın üzərindən bir büküm metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Ramiz və Ziya üzərlərində aşkar olunmuş kütlənin metamfetamin olduğunu şəxsi istifadələri üçün əldə edib saxladıqlarını bildirmişlər. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokollar tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları yerdən kənara, hansısa yol polisi postuna aparılıb geri qaytarılmaları halları olmamış, tutulduqları yerdə təhqiqatçı tərəfindən avtomobilə baxış keçirildikdən sonra onlar regional şöbəyə aparılmışlar. Ramiz və Ziya saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin avtomobilə baxışın keçirilməsi, eləcə də onların üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, CBRŞ-nin əməkdaşının 10 aprel 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan rayonunun ərazisində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 10 aprel 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Salyan Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 10 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, CBRŞ-nin əməkdaşının 10 aprl 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 22:15 radələrində əməliyyat qrupu tərəfindən içərisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu və sonuncunun idarə etdiyi “Mercedes” markalı, **-GU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Salyan-Neftçala avtomobil yolunun Salyan rayonunun ərazisində keçən 9-cu km-də saxlanılmışdır. Bundan sonra həmin şəxslər və avtomobil təhqiqat aparılması üçün aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 10 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə CBRŞ-nin təhqiqatçıçı Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs1 məxsus “Mercedes” markalı, **-GU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağından bir ədəd torba və həmin torbanın içərisində 04 ədəd bağlamada narkotik vasitə olan tiryəkə, 02 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr və 1750 ədəd metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə narkotik maddə götürmələri üçün həmin yerə gəldiklərini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 aprel 2022-ci il tarixli protokollarla müəyyən edilir ki, həmin tarixdə CBRŞ-nin təhqiqatçıçı Famil Həsənov tərəfindən ayrı-ayrılıqda, müdafiəçilərin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibindən bir bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarının cibindən bir büküm psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışın aparılmasına dair videoçəkilişlər iki ədəd CD diskə yazılıb protokollara əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-8,290 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-11,538 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes- Benz markalı, **-GU-*** d.q.n a/m-dan aşkar edilmiş 02 bükümdə marixuanaya bənzər kütlələr, 04 bükümdə tiryəkə bənzər kütlələr və metadon tabletinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan kristalşəkilli, dörd ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1000,0 qram, 995,0 qram, 810,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 3805,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynidirlər. İki ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-4730,0 qram, 4410,0 qram ümumi təmiz çəkisi 9140,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynidirlər. 175 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 1750 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin ümumi miqdarı-70,0 qramdır (bir həbdə 0,04 qram). Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” və “Vət.Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükmdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan iki ədəd zərfdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq tiryək 3804,8 qram, qalıq qurudulmuş marixuana 9139,96 qram, qalıq metamfetamin 8,240 qram və 11,488 qram, qalıq metadon həbi 1733 ədəddir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 12 aprel 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 3804,8 qram tiryək, qalıq 9139,96 qram qurudulmuş marixuana, qalıq 8,240 qram və 11,488 qram metamfetamin, qalıq 1733 ədəd metadon həbi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. habelə baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 dekabr 2020-ci il tarixli, 3012 və 3013 №-li rəylərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olmuş, lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmirlər və narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, “Telefon danışıqlara dair məlumatlara baxış keçirilməsi haqqında” 12 iyun 2022-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055/266-81-18 və 055/253-09-81 saylı mobil telefon nömrələrin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuş, o cümlədən “... Qardaw bir xeber oyrenerdin lomkada qalmiwam. Qozleyirem ...”, “... patı var ...”, “... Salam ay ziya necəsən səsün gəlmir qardaw iwtàrin nècədi ziya mànà qara ùzùm lazımdı necà eləmək olar sən tərəfə gəlmək olar mənə zəhmət olmasa bir az tez demey olar dardaş belədə 80-d, manatacan varımdı zəngüvi gòzləyirəm dardaw ....” mətnlərdən ibarət sms-lər aşkar edilmişdir. Daxil olmuş məlumatlarda İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. İşdə olan, “Telefon danışıqlara dair məlumatlara baxış keçirilməsi haqqında” 12 iyun 2022-ci il tarixli protokolla müəyyən edilir ki, daxil olmuş məlumatlarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş İstifadəsində 070/250-57-52 saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. İşdə olan, istintaq orqanının “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 20 iyul 2022-ci il tarixli qərarla müəyyən olunur ki, bu cinayət işindən narkotik vasitə və psixotrop maddələrin əldə edildiyi mənbə barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 iyul 2022-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair şikayəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuda araşdırma aparılmış və şikayətdə göstərilən xüsusatlar təsdiq olunmadığına görə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (tutulduqları yerdən torbanın götürülməməsi, torbanın haradan götürülməsini bilməmələri, avtomobildə içərisində narkotik maddələr olan torbanın olmaması, avtomobilə bir ədəd torbada narkotik maddələri polis əməkdaşlarının qoyması, saxlandıqları vaxt üzərilərində narkotik maddənin olmaması, ciblərinə bir bükümdə metamfetmini polis əməkdaşlarının qoyması, polis əməkdaşları onlara qarşı təzyiqlər etdiyi üçün avtomobildə və üzərilərində aşkar olunmuş narkotik və psixotrop maddələrin özlərinə məxsus olmasını demələri, narkotik maddələrin satışı işə məşğul olmamalarına aid hallar istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən videoçəkilişlə aparılmış baxış və şəxsi axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulduğu yerdə torbanı əlinə götürməməsi, torbanın haradan götürülməsini bilməməsi, avtomobilində içərisində narkotik maddələr olan torbanın olmaması, avtomobilinə bir ədəd torbada narkotikləri polis əməkdaşlarının qoyması, saxlandığı vaxt üzərində narkotik maddənin olmaması, cibinə bir bükümdə metamfetmini polis əməkdaşlarının qoyması, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün avtomobilində və üzərində aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı işə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni torbanın haradan götürülməsini bilməməsi, Ramizin avtomobilində içərisində narkotik maddələr olan torbanın olmaması və həmin avtomobilə bir ədəd torbada narkotik maddələri polis əməkdaşlarının qoyması, saxlandığı vaxt üzərində narkotik maddənin olmaması, cibinə bir bükümdə metamfetamini polis əməkdaşlarının qoyması, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı işə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxış və şəxsi axtarışın keçirilməsinə dair protokollar (videoçəkilişlə aparılmış baxış və şəxsi axtarış zamanı təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər), eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri izahat və ifadələri (həmin izahat və ifadələrdə onlar əvvəlcədən razılaşaraq narkotik və psixotrop maddələri götürmək məqsədilə birlikdə avtomaşınla Salyan-Neftçala rayonları arasında olan avtomobil yolunda narkotiklərin gizlədildiyi yerə gəlib torbanın içərisində olan narkotikləri götürülmələri və ittihama aid digər halları təsdiq etmişlər) ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini sübut və obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələni özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik və psixotrop maddələrin Təqsirləndirilən şəxs1 məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin ona məxsus olmasına dair ifadələrini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Əksinə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən o, verilmiş ittiham üzrə özünü təqsirli bilib avtomobilində və üzərində aşkar olunmuş narkotik və psixotrop maddələrin ona məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin”, “Tiryək”, “Marixuana-Kannabis” “Metadon” olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan, metadonun 0,02 qramdan, tiryəkin 0,5 qramdan, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin və metamfetaminin 2 qramı, metadonun 1,6 qramı, tiryəkin 50 qramı, qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olmaqla götürülmüş 3805 qram tiryək, 9140 qram qurudulmuş marixuana, 19,828 qram metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 70,0 qram təşkil edən 1750 ədəd metadon şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və iş üzrə müəyyən olunmüş hallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərin öz aralarında və digər şəxslərlə əvvəlcədən razılaşaraq qazanc əldə etmələri müqabilində külli miqdarda narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşımaları onların məhz həmin maddələri əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri birgə əldə etmiş, saxlamış və daşımışlar. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır və onların törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə təqsirləndirilən şəxslərə elan olunmuş ittihama əsasən onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək həmin maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmə cinayəti (Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi) ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışlar. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin ittihamda göstərilən qaçaqmalçılıq cinayətini törətmələri təsdiqini tapmır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərmişdir ki, onlar iranlı kimi adı çəkilən (iranlı olması, yəni İİR-nın vətəndaşı olması güman edilən) şəxs və ya şəxsləri tanımamış, lakin Təqsirləndirilən şəxs1 iranlı kimi özünü təqdim etmiş şəxsin təklifi ilə onlar birlikdə Salyan-Neftçala rayonlarının arasında olan yolun kənarına qoyulmuş narkotikləri götürmək məqsədi ilə getsələr də, onlar həmin maddələrin gətirilməsində (qaçaqmalçılıq yolu ilə keçirilməsində) iştirak etməmiş, bu maddələrin göndərilməsinə sifariş verməmiş, həm də iranlı kimi təqdim olunan naməlum şəxs və ya başqa şəxslərin İrandan Azərbaycana narkotik və psixotrop maddələr göndərməsi, gətirilməsi (qaçaqmalçılıq yolu ilə keçirilməsi) barədə məlumatları olmamışdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayəti törətmələri ilə bağlı yeganə sübut kimi onların ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri (həmin ifadələrdə iranlı kimi özünü təqdim etmiş şəxsin təklifi ilə onlar birlikdə Salyan-Neftçala rayonlarının arasında olan yolun kənarında bir yerə qoyulmuş narkotikləri götürmək məqsədi ilə getmələrini bildirilmişlər) götürülmüş, baxmayaraq ki, sonradan təqsirləndirilən şəxslər qaçaqmalçılıq cinayətini törətmədiyini bildirib tam başqa məzmunlu ifadələr vermişlər. Məhkəmə hesab edir ki, istinaq orqanı tərəfindən yalnız göstərilən sübuta (ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin başqa şəxsin, yəni iranlı kimi özünü təqdim etmiş şəxsin sözlərinə uyğun verdikləri ifadələrə) əsaslanaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayəti törətmələri ilə bağlı ittihamın verilməsi əsassızdır. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbinə əsasən şübhəli və təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Habelə həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərə elan olunmuş qaçaqmalçılıq ittihamı ilə bağlı cinayət qanunvericiliyinin aşağıda göstərilən müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 206-cı maddəsinin obyektiv cəhəti malların ölkənin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasında, bununla da dövlətin hüquqi və fiziki şəxslərinin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Hazırki iş üzrə müəyyən olunmuş qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxslərin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələri üçün onların məhz bu cinayətin törədilməsində qabaqcadan əlbir olan qrupun tərkbində qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətlərin qrupun üzvləri ilə birlikdə icra edilməsi və ya digər formada, o cümələdən köməklik etməsi ilə bağlı əvvəlcədən vəd verməklə iştirakları ilə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi tələb olunur. Lakin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuş hallardan görünür ki, təqsirləndirilən şəxslər narkotik və psixotrop maddələrin İrandan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslərlə, o cümlədən İran vətəndaşı olması güman edilən naməlum şəxslə birgə iştirak etməmiş (əvvəlcədən vəd verməklə köməkçi kimi iştirak etməmiş), onlarla birlikdə (o cümlədən qabaqcadan əlbir olmaqla) cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişlər. Belə olan halda təqsirləndirilən şəxslərin hərəkətlərinin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirakları kimi CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini törətmələrinə yeganə sübutu kimi ittiham tərəfi təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri (həmin ifadələrdə onlar Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan özünü İran vətəndaşı kimi təqdim etmiş şəxslə tanış olmasını, sonra həmin şəxsin Təqsirləndirilən şəxs1 Salyan-Neftçala rayonlarının arasında olan yolun kənarında bir yerə qoyulmuş narkotik maddə götürüb satması və əldə olunan puldan 500 manat pulun ona (iranlıya) verilməsinin təklif olunması, Ramiz Ağbayevin həmin təkliflə razılaşması, sonra iranlı kimi özünü təqdim etmiş şəxsin təklifi barədə tanışı Təqsirləndirilən şəxs2 bildirib birlikdə həmin maddəni götürmək üçün getmələrini təklif edib bu işdən onun (Ziyanın) da qazancı olacağını deməsi və Ziyanın onunla razılaşıb onların birlikdə narkotik maddəni götürmək üçün qeyd olunan əraziyə getmələrini göstərmişlər) götürülmüş, başqa sübutlar əldə edilməmiş, habelə məhkəmədə tədqiq olunmuş sübutlarla da təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub bir qrup şəxs halında verilmiş ittihamda göstərilən qaçaqmalçılıq cinayəti etməsi də tam təkzib olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərmişdir ki, onlar verilmiş ittihamda göstərilən qaçaqmalçılıq cinayətini törətməmişlər. Habelə iş üzrə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətini törətmələrini təsdiq edən hər hansı bir fakt, o cümlədən onların narkotik və psixotrop maddələrin İrandan Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı kimlərləsə, o cümlədən İran vətəndaşı olması güman edilən naməlum şəxslə hər hansı bir formada qabaqcadan əlbirliyi təsdiq olunmur. Belə olan halda, təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayəti etmələri, yəni onların qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştiraklarının CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif olunması məhkəmədə araşdırılmış sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onların bu cinayəti törətmələrini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, məhkəmə istintaqı zamanı da onların qaçaqmalçılıq cinayətinin icraçısı, təşkilatçı, təhrikçi və ya köməkçi kimi iştirakları ilə bağlı hərəkətlər etmələri də öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32,5,206.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törədilmələrini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32,5,206.3.2-ci maddəsi ilə təqsirləndirildikləri ittiham üzrə onların bu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə həmin hissədə CM-nin 32.5,206.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verilməlidir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişlər. İşdə olan, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduqları vaxtdan-10 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Xocalı şəhər İƏD üzrə Nümayəndəliyin 27 aprel 2022-ci il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Xocalı şəhərində qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə məskunlaşmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, Qaçqınlar və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 173827 №-li Məcburi köçkün vəsiqəsinin surəti ilə, habelə Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyi tərəfindən verilmiş 01875 №-li Müharibə veteranı vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məcburi köçkün olmaqla həm də müharibə veteranıdır. Həmçinin işdə olan digər sənədlərlə də müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ailə üzərləri də məcburi köçkündürlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müharibə veteranı və məcburi köçkün olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmünün surəti və Bakı Şəhər Probasiya İdarəsinin 01 avqust 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsnin 28 avqust 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsnin 08 avqust 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Yasamal rayon İH-nın MKTB-nin 43 saylı MKİS-nin 28 aprel 2022-ci il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin ittiham olunduqları maddələrin (CMnin 32.5,206.3.2-ci maddəsi istisna olunmaqla) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutlar otağında saxlanılan 3804,8 qram tiryək, 9139,96 qram qurudulmuş marixuana, 19,728 qram metamfetamin və 1733 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci-65 (altmış beş) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 32 (otuz iki) manat 50 qəpik və Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat 50 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 42.1.4, 132, 344- 347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 3804,8 qram (3 kq 804,8 qram) narkotik vasitə olan tiryək, 9139,96 qram (9 kq 139,96 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 19,728 qram psixotrop maddə olan metamfetamin və 1733 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 32 (otuz iki) manat 50 qəpik və Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat 50 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar