Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-565/2025 11.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Masallı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, ünvan 4- də daimi qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan iranlı "Mehti" adlı şəxslə cinayət əlaqəsinə girərək 1000 manat maddi qazanc müqabilində külli miqdarda narkotik vasitə heroin, tiryək və qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılığa əsasən iranlı "Mehti" adlı şəxs külli miqdarda narkotik vasitələri istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə Masallı-Göytəpə avtomobil yolunun Masallı rayonu Binə Xocavar kəndi ərazisindən keçən hissəsinin kənarındakı meşə zolağında gizlədərək bu barədə "WhatsApp" mobil tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra o, tək halda piyada həmin yerə gedib orada gizlədilmiş üzərinə "Nike" sözü yazılmış qara rəngli idman cantasında olan külli miqdarda narkotik vasitə heroini, tiryəki və qurudulmuş marixuananı əldə edib daşımış, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, daşımaqda və satışında şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən 21 avqust 2025-ci il tarixdə, saat 18:44-da keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Göytəpə avtomobil yolunun Masallı rayonu Binə Xocavar kəndi ərazisindən keçən hissəsinin kənarındakı meşə zolağında saxlanılmış, orada üzərinə keçirilən yoxlama zamanı əlində olan üzərinə "Nike" sözü yazılmış qara rəngli idman cantasının içərisindən 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1470.0 qr və 930,0 qram olmaq ümumi təmiz çəkisi 2400,0 qram olan orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eynilik təşkil edən külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə təmiz çəkisi 525,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükülüdə təmiz çəkisi 545,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, 27 ildir ki, narkotik vasitə istifadəçisidir, əsasən heroindən istifadə edir. ünvan 1 ünvanında yaşamışdır. Evi Masallı RPŞ-dən 150- 200 metr məsafədə yerləşir. Polis əməkdaşları onu hadisə günü səhər saat doqquz radələrində yatdığı vaxt evdən ailəsinin yanında aparmışlar, ona oğurluq etdiyini deyib Masallı Rayon Polis Şöbəsinə aparmışlar və orada ona təzyiq etmişlər, onu iki saat şöbədə saxlamışlar, şöbəyə yaxınlarından heç kim gəlməmişdir, sonra isə meşədə saxladıqlarını göstərmək üçün oraya aparmışlar. O, tutulan vaxt üzərində telefon olmamış, ümumiyyətlə, onun telefonu yoxdur, tutulan vaxtı üzərindən aşkar olunan telefon polislərin özünə məxsus olmuşdur. Nə prokuror, nə də məhkəmə onu dindirməmişdir. Gündəlik fəhlə işləməklə çörək pulu qazanmışdır, gündəlik 15 manat pul qazanmış, narkotik vasitəni 10 manata almışdır, narkotik vasitənin təsiri altında polislərin dedikləri ilə razılaşmışdır, o, iranlıya səs atmamışdır, narkotik vasitə istəməsi ilə bağlı əməliyyatçıya səs atmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmişdir ki, (şübhəli şəxs qismində videoçəkilişlə) təxminən 1 ay evvel dəqiq xatırlamadığım tarixdə "Tiktok" sosial şəbəkəsində "Mehti" adlı profilin sahibi söhbətləşdikden sonra onunla daha rahat danışa bilmək üçün bir-birimizə məxsus ile tanış oldum. Hemin şəxs mənə özünü İran İslam Respublikasının vətəndaşı Mehti adlı şəxs kimi teqdim etdi. Aramızda "Tiktok" sosial şəbəkəsində bir qədər "whatsapp" mobil tətbiqində istifadə etdiyimiz telefon nömrələrimizi verdik. Belə ki, mən özümə məxsus olan "whatsapp" mobil tətbiqində istifadə etdiyim ***- ***-**-** saylı telefon nömrə ilə həmin şəxsin "whatsapp" mobil tətbiqində istifadə etdiyi +98 903-680- 67-70 saylı nömrəsi ilə smsləşməyə və zəng vasitəsilə danışmağa başladım. Bir müddət danışdıqdan sonra mən Mehti adlı həmin şəxsə narkotik vasitə istifadəçisi olduğumu bildirdim. Mehti adlı şəxs isə mənə Azərbaycan Respublikasında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan müxtəlif şəxslərlə əlaqələrinin olduğunu və mənim vasitəmlə həmin şəxslərə narkotik maddələr göndərə biləcəyini, qarşılığında isə mənə lazımı qədər pul verə biləcəyini bildirdi. Mənim hər hansı bir daimi işim olmadığından və pula ehtiyacım olduğu üçün həmin şəxslə razılaşdım. Həmin vaxtdan sonra da Mehti ilə əlaqələrimiz davam edirdi. Lakin aramızda olan səs və sms yazışmalarını mobil telefonumun "whatsapp" mobil tətbiqindən mütəmadi olaraq silirdim. Tutulmamışdan bir müddət əvvəl Mehti ilə "whatsapp" mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayan zaman Mehti mənə yenidən külli miqdarda narkotik maddələr olan bağlama göndərəcəyini, həmin bağlamanı Masallı rayonu ərazisində qoyduracağı yerdən götürüb onun deyəcəyi yerə aparacağımı, bunun müqabilində isə mənə 1000 manat pul verəcəyini bildirdi. Mən Mehti ilə razılaşdım və bundan sonra xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Mehti "whatsapp" mobil tətbiqi vasitəsi ilə mənə içərisində narkotik maddələr olan bağlamanın qoyulduğu yerin xəritəsini göndərərək gedib həmin bağlamanı götürməyimi bldirdi. Mən həmin bağlamanı götürdükdən sonra Mehtiyə bu barədə deməli idim. Mehti isə mənə bağlamanı aparıb təhvil verəcəyim yerin xəritəsini göndərməli idi. Həmin tarixdə Mehti "whatsapp" mobil tətbiqi vasitəsi ilə mənə bağlamanın qoyulduğu yerin xəritəsini göndərdikdən sonra mən həmin yerə getdim. Belə ki, həmin qara rəngli idman cantası Masallı-Göytəpə avtomobil yolunun Masallı rayonu Binə Xocavar kəndi ərazisindən keçən hissəsinin kənarındakı meşə zolağında qoyulmuşdu. Narkotik maddələrin qoyulduğu ərazi yaşadığım ünvana uzaq olduğundan yaşadığım evdən cıxıb tanımadığım taxsi ilə həmin əraziyə az qalmış taxsidən yerə düşüb heç kimdə şübhə yaratmamaq üçün tək piyada gedib böyük ölçüdə qara rəngli üzərində "NİKE" yazılmış idman cantasını oradan tapıb əlimə götürüb piyada meşə zolağı ilə yaşadığım evə gələn zaman bir nəfərin videoçəkiliş aparmaqla əlavə olaraq 5 nəfər şəxsin mənə yaxınlşadığını gördüm. Həmin şəxslər mənə yaxınlaşdıqdan sonra özünü Masallı RPŞ- nin əməkdaşı kimi təqdim edən Şahid1, qanunsuz olaraq külli miqdarda narotik maddələrin dövriyyəsində şübhəli olduğum üçün məni saxladıqlarını və onunla birlikdə gələn polis əməkdaşlarının Məmməd, Qoşqar, Zeynal, Şükür və Ramal adlı şəxslər olduğunu bildirdi. Şahid1 mənə hüquqlarımı izah etdikdən sonra üzərimdə qanunla qadağan olunmuş əşya və ya predment varsa onları təqdim etməyimi bildiridi. Mən külli miqdarda narkotik maddələr əldə etdiyimi polis əməkdaşlarının artıq hardansa bildiklərini və yalan danışmağının heç bir mənasının olmadığını dərk etdiyimdəm əlimdə saxladığım həmin qara rəngli idman cantasını polis əməkdaşlarına təqdim edərək,həmin külli miqdarda narkotik maddələri götürdükdən sonra onun mənə növbəti deyəcəyi ünvana 1000 manat qarşılığında aparacağımı demişəm. Xeyr, polis əməkdaşları mənə qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməyib. Bundan sonra elimde saxladığım bağlamanı Agil Memmedlive teqdim etdim və həmin qara rengli man cantasının ağzı Agil Memmedli terefinden acılaraq icerisine baxıldı ve içerisinde leptiryak olduğu məlum oldu. Daha sonra bağlamanın icerisinde olan bükülülər bir-bir 2 eded bükülüde qurudulmus marixuana, 1 adad bükülüda heroin və 1 ədəd bükülüde açılaraq içərisinə baxılıb elektron tərəzi vasitəsi ilə çəkilməyə başlandı. İçərisində qurudulmus marixuana olan 1-ci bükülünün cəkisi 1.000 q. 2-ci bükülünün çəkisi 1,520 gram, içerisinde heroin olan 1 ədəd bükülünün cəkisi 540.0 qram, içərisində tiryək olan 1 aded bükülünün cəkisi ise 540.0 gram olması müəyyən edildi. Askar edilmis 2 adad bükülüde narkotik vasite olan qurudulmus marixuana, 1 ədəd bükülüdə narkotik vasita narkotik maddələr qablaşdırılaraq möhürləndi və üzərinə imzalar edildi. Sonra evnimdə heroin və 1 ədəd bükülüdə narkotik vasitə tiryək olmaqla ümumilikdə 4 ədəd bükülüdə markalı mobil telefonu da çıxardıb təqdim edərək İran vətəndası ilə həmin telefonun olan boz rengli salvarımın sol arxa cibindna olan özümə məxsus "Samsung J2 prayim" whatsapp mobil tətbiqi vasitəsi ilə əlaqə saxladığımı bildirdim. (İ.v. 49-53, 66-69, 83-93, 209-212) İfadələr arasındakı ziddiyyətin səbəbi araşdırılarkən təqsirləndirilən şəxs həmin ifadələri narkotik vasitənin təsiri altında verdiyini, məhkəmədəki ifadəsini təsdiq etdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 21 avqust 2025-ci il tarixində Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumat Masallı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması, üzərində saxlaması, satış məqsədilə gəzdirməsi barədə olmuşdur. Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə saat 18 radələrində Masallı rayon Binə Xocavar kənd ərazisində yerləşən meşə qoruğunda saxlanılmış, həmin vaxt üzərində idman çantası olmuşdur. Çantanın içərisindən iki büküm qurudulmuş marixuanaya bənzər kütlə, bir büküm heroinə bənzər kütlə, bir büküm tiryəkə bənzər kütlə olmaqla ümümilikdə 4 büküm aşkar edilmişdir. Şəxs narkotik vasitələri iranlı Mehdi adlı şəxsin göndərdiyini, min manat qarşılığında onun dediyi yerə qoyacağını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 21 avqust 2025-ci il tarixdə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Masallı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması, üzərində saxlaması, satış məqsədilə gəzdirməsi barədə olmuşdur. Təqsirləndirilən şəxs Masallı rayon Binə Xocavar kənd ərazisində yerləşən meşə zolağında olması barədə məlumat əldə etdikdən sonra qrup üzvləri ilə birlikdə oraya getmiş, şəxsə videoçəkiliş vasitəsilə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt üzərində qara rəngdə olan idman çantası olmuşdur. Çantanın içərisindən 4 büküm aşkar edilmişdir. İki büküm qurudulmuş marixuanaya bənzər kütlə, bir büküm heroinə bənzər kütlə, bir bükümü tiryəkə bənzər kütlə olmuşdur. Əlavə olaraq mobil telefon və 23 manat pul aşkar edilmişdir. Şəxsin evinə Nəsimi adlı polis əməkdaşı ilə getməsi kimi hal olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 21 avqust 2025-ci il tarixində Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Masallı şəhər sakini Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə daşıması, üzərində saxlaması, satış məqsədilə gəzdirməsi barədə olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs Masallı rayon Binə Xocavar kənd ərazisində yerləşən meşə zolağında saxlanılmış, həmin vaxt üzərində qara rəngdə olan idman çantası olmuşdur, çantanın içərisindən 4 büküm-İki büküm qurudulmuş marixuanaya bənzər kütlə, bir büküm heroinə bənzər kütlə, bir bükümü tiryəkə bənzər kütlə aşkar edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin (qismən) və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı: - «Şübhəli şəxsin tutulması haqqında» 21 avqsut 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:44-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19) - «Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» 21 avqsut 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif edilmiş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli üzərində "Nike" sözü yazılmış çantanı təqdim edərək həmin çantanın içərisində narkotik vasitələr olmasını və həmin narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə tanış olaraq əlaqə yaratdığı "Mehdi" adlı X9 vətəndaşından əldə etməsini bildirmişdir. Bundan sonra həmin qara rəngli çanta açılmış, içərisindən 04 ədəd bükümlər aşkar olunmuşdur. Həmin bükümlərə baxıldıqda onlardan 02 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 01 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə və 01 ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərində olan əl çantasından aşkar olumuş narkotik vasitələri "Mehdi" adlı İİR-sı vətəndaşının onun üçün göndərməsini, onları götürdükdən sonra "Mehdi"nin onunla əlaqə saxlayaraq dediyi yerə aparacağını və qarşılığında 1000 manat pul əldə edəcəyini bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 1 kiloqram, 1 kiloqram 520 qram olmuşdur. Daha sonra narkotik vasitə tiryəkə oxşar kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 540 qram olmuşdur. Bundan sonra narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 540 qram olmuşdur. Sübut əhəmiyyətinə malik olduğu üçün narkotik vasitə qurudulmuş marixuanaya, narkotik vasitə heroinə və narkotik vasitə tiryəkə oxşar kütlələr qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Eldeniz Abdullayevin üzərinə yoxlama keçirilmiş və həmin vaxt əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq, ümumilikdə 23(iyirmi üç) manat təşkil edən pul əskinaslarını, 01 ədəd qırmızı rəngli alışqanı, sol yan cibindən isə "Prima" markalı siqareti və 02 ədəd salfetkanı təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Mehdi adlı İİR-nın vətəndaşı ilə üzərindən aşkar olunmuş həmin mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin mobil telefon və pul səkinsaları iş üçün əhəmiyyət kəsb etdiyindən ayrı-ayrılıqda qablaşdırılaraq, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. 01 ədəd "Prima" markalı siqaret və alışqan isə iş Üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstünə keçirilmiş yoxlama zamanı həmin şəxsin üstündən gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır.( i.v. 09-11) - «Mobil telefona baxış keçirilməsi haqqında» 20 sentyabr 2025-ci il tarixli, 8151 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "Samsung J2 pirem" markalı smartfon tipli mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə "Whatsapp" mesajlaşma-danışıq tətbiqində xx.xx.2025-ci il tarixdə saat 15:00-dan saat 18:44-dək kimliyi və şəxsiyyəti istintaqa məlum olmayan "Mehti" adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 903 *** **** saylı nömrə ilə külli miqdarda olan narkotik vasitə heroinin, tiryəkin ve qurudulmuş marixuananın 1000 manat pulun qarşılığında daşınması ilə əlaqədar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılıq barədə sms-mətn yazışmalarının, audio-video danışıqlarının və fotoşəkillərin olması müəyyən edildiyindən və həmin sms-mətnin, audiovideonun və fotoşəkillərin iş üzrə sübut əhəmiyyətli olduğu nəzərə alınaraq bu barədə protokol tərtib edilməklə mobil telefonun yaddaşından 05 ədəd kağız fotolistə və 02 ədəd audio-video diskə köçürülməklə cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 01 ədəd "Samsung J2 pirem" markalı mobil telefon cihazı isə sübut növü kimi tanınaraq saxlanılmasından ötrü Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. ( i.v. 134-135) - Masallı Rayon Məhkəməsinin 23 avqust 2025-ci il tarixli, 4(050)-67/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılarkən şəxs əməlini etiraf etmişdir. ( i.v. 75-79) - Məhkəmə kimyəvi-bioloji ekspertizasının 22 avqust 2025- ci il tarixli, 19/339 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət. Təqsirləndirilən şəxs məxsus narkotik vasitələrə bənzər maddələr..." sözlər və imzalar olan çantası, 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1470,0 qr və 930,0 qram olmaq ümumi təmiz çəkisi 2400,0 qram olan orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 01 ədəd bükülüdə təmiz çəkisi 525,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükülüdə təmiz çəkisi 545,0 qram olan xaş- xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəkdir. ( i.v. 40-42) - Məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2025-ci il tarixli, 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 96) - Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2025-ci il tarixli, 782 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. ( i.v. 94-95) - Lənkəran şəhər psixiatriya X7 Şəxsin 26 avqust 2025-ci il tarixli, 674 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında olan qeydiyyatda olan, xx xxxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. ( i.v. 99) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 01 sentyabr 2025-ci il tarixli, 8137 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 2399,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 524,9 qram olan narkotik vasitə heroin, 544,9 qram olan narkotik vasitə tiryək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Masallı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. ( i.v. 100-101) - «Sübutların qiymətləndirilməsi haqqında» 06 noyabr 2025-ci il tarixli, 8210 nömrəli qəraradan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş "Samsung J2 pirem" markalı mobil telefon cihazının "Whatsapp" proqramının yaddaşından çıxarılmış 05 ədəd kağız fotolistin və 02 ədəd audio-video disk, şübhəli, təqsirləndirilən və şahid qismində dindirilmiş şəxslərin ifadələri və həmin ifadəyə əlavə edilmiş 01 ədəd video disk, "əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında" protokola əlavə edilmiş 01 ədəd, həmçinin "əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında" protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd video disklər, mobil telefona baxış protokolu və həmin protokola əlavə edilmiş 02 ədəd audio- video disklər və fotoşəkillər sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ( i.v. 175-190) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlilləri: polis əməkdaşları onu səhər saat 9 radələrində evindən götürərək polis şöbəsinə aparmış, orada ona təzyiq edərək norkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər, aşkar edilmiş telefon və narkotik vasitələr ona məxsus deyil, o, iranlı ilə yazışmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin göstərmiş olduğu dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla,
1. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçiləri polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, şəxs barəsində həbs qətimkan tədbirinə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, "Tik-Tok" sosial şəbəkəsində tanış olduğu Mehti adlı şəxs vasitəsilə qanunla qadağan edilmiş maddələri əldə etmişdir. Çox keçmədən polis əməkdaşları tərəfindən yaxalanmışdır. Həmin maddələri satmaq niyətində olmuşdur. Məhkəmədən heç bir xahişi yoxdur. Bundan başqa, mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotoşəkillər və videomüraciətdən görünür ki, Təqsirləndirilən şəxs Nurədin oğlu 21 avqust 2025-ci il tarixdə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Mehdi adlı iranlı şəxslə saat 15:19-dan 16:51-dək narkotik vasitələrin 1000 manat müqabilində qanunsuz daşınması ilə bağlə zəngləşmiş, yazışmış, videomüraciət və şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmiş, iranlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitə dolu çantanın olduğu yerin məkanını və şəkillərini göndərmiş, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri əldə etməyə maddi marağı olmuşdur. Müdafiə tərəfi həmin yazışmaların təqsirləndirilən şəxsin öz iradəsi ilə aparılmadığına dair hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Belə ki, CPM-in 125.8-ci maddəsinə əsasən həmin Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxsin qeyd edilən dəlillərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin səhər 9 radələrində polislər tərəfindən evdən aparılması, telefonun ona məxsus olmamasına dair dəlillər iş materiallrı ilə tam təkzib olunur, müdafiə tərəfi həmin sübutaların qanunsuz yolla əldə edilməsinə dair dair hər hansı dəlil məhkəməyə təqdim etməmişdir, təqsirləndirilən şəxsin narkotik vasitə istəməsi ilə bağlı mesajları iranlıya deyil, polis əməliyyatçısına yazmasına dair dəlili isə tamamilə həqiqətdən uzaqdır. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə CPM-in 126.6-cı maddəsinin tələbləri baxımınından təqsirləndirilən şəxsin hər iki icraat dövründəki ifadələrini təhlil etdikdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin narkotik vasitə dolu torbanı götürməsinə dair ibtidai istintaqdakı etirafedici ifadələri iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspert rəyi, istintaq və məhkəmə hərəkətinin protokolları və onlara əlavə edilmiş fotolistlər və disklərlə təsdiq edildiyindən onun məhz həmin ifadələri və ittihamın yuxarıda sadlanan sübutları mötəbər sübutlar kimi qəbul edilməli, məhkəmədəki ifadəsi isə işdə olan sübutlarla tamamilə təkzib edildiyindən özünümüdafiə xarakterli, məsuliyyətinin yüngülləşməsinə hesablanmış dəlil kimi qəbul edilərək, mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 800 qramadək olan hissəsi külli miqdar hesab olunur. Həmin siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50.000 qramadək olan hissəsi külli miqdar hesab olunur. Həmin siyahıya əsasən “tiryək” narkotik vasitədir və onun 0,5 qramdan artıq hissəsi xeyli miqdar, 50 qramdan 5000 qramadək olan hissəsi külli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs Nurədin oğlu 21 avqust 2025-ci il tarixdə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Mehdi adlı iranlı şəxslə saat 15:19-dan 16:51-dək narkotik vasitələrin 1000 manat müqabilində qanunsuz daşınması ilə bağlə zəngləşmiş, yazışmış, videomüraciət və şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmiş, iranlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitə dolu çantanın olduğu yerin məkanını və şəkillərini göndərmiş, Masallı RPŞ-nin əməkdaşları tərəfindən 21 avqust 2025-ci il tarixdə, saat 18:44-da keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Göytəpə avtomobil yolunun Masallı rayonu Binə Xocavar kəndi ərazisindən keçən hissəsinin kənarındakı meşə zolağında saxlanılmış, orada üzərinə keçirilən yoxlama zamanı əlində olan idman cantasının içərisindən 02 ədəd bükülüdə ümumi təmiz çəkisi 2400,0 qram olan külli miqdarda qurudulmuş marixuana, 01 ədəd bükülüdə təmiz çəkisi 525,0 qram olan külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükülüdə təmiz çəkisi 545,0 qram olan külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, polis əməkdaşları tərəfindən ona təzyiq olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, «Məhkəmə-kimyəvi bioloji , «Məhkəmə narkoloji ekspertizasının»nın rəyləri, istintaq hərəkətlərinin foto və videogörüntüləri, mobil telefona baxış protokolu və həmin protokola əlavə edilmiş audio- video disklər və fotoşəkillər, anten məlumatları və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 05 sentyabr 2025-ci il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinib 06 ay 19 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü ildə cəzasının sonu ilə azadlığa çıxmışdır. Məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmişdir. ( i.v. 121-123, 168-174) - Masallı şəhər İHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. Ailə tərkibi atası-X3, anası-X2 ibarətdir. Yaşadığı ərazi üzrə olduqca mənfi qiymətləndirilmişdir. ( i.v. 126-127) Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, vurulmuş zərərin həcmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, elə həddə cəza təyin edilməlidir ki, cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 avqsut 2025-ci il tarixdən hesablanmalı, Masallı Rayon Məhkəməsinin 23 avqust 2025-ci il tarixli, 4(050)- 67/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 130 (yüz otuz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan- ekspert tədqiqatı nəticəsində qalıq qalmış çəkisi 2399,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 524,9 qram olan narkotik vasitə heroin, 544,9 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İş üzrə sübut növü kimi tanınmış 06 ədəd video-disk və 05 fotoşəkil cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsə məxsus “Samsung J2 Prime” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 avqsut 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan- faktiki olaraq təmiz çəkisi 2399,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 524,9 qram olan narkotik vasitə heroin, 544,9 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsə məxsus “Samsung J2 Prime” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə sübut növü kimi tanınmış 06 ədəd video-disk və 05 fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci-130 (yüz otuz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Xamməd Nuriyev