Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-566/2022 29.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-28,615 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşımaqla saxlamış, 13 iyun 2022-ci il tarixdə saat 22:30-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri T.İsmayılov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd sellofan bükülüdə 28,615 qram heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən isifadə etmişdir. 13 iyun 2022ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında gəzərkən yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə tapmışdır. Həmin maddəni istifadə etmək üçün özü ilə götürmüşdür. Həmin gün saat 22 radələrində o, Şirvan şəhəri, T.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi saxlamışlar. Polis şöbəsinə aparılmaqla şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılarkən əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin maddənin heroin olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 iyun 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində Şirvan şəhəri T.İsmayılov küçəsində saxlamışlar. Onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbsinin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Şirvan şəhər Polis Şöbəsində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Materialların məhkəmə ekspertizasının 14 iyun 2022-ci il tarixli, 18/656 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 28,615 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2022-ci il tarixli, 4118 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Həmin qərarın 7-ci bəndində göstərilir ki, əsas və əlavə cəzanı çəkməkdən azad edilən az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. İşdə olan sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ildə doğulmuş bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə narkotik vasitənin miqdarını nəzərə alaraq Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsini qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 28,565 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 30 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 28,565 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-566/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-566/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver