Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-567/2024 23.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı(sədrlik edən və məruzəçi), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4 dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1999-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, Ş.Ə.Hüseynzadə küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 13000 (on üç min) manat qazanc əldə etmək üçün istintaqa “Baba” ləqəbi ilə İran İslam Respublikasının vətəndaşı kimi məlum olan şəxslə “Whatsapp Plus” ani mesajlaşma mübadilə sistemi vasitəsilə külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilib saxlanması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 aprel 2023-cü il tarixdə günorta saatlarında “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İmişli rayonu istiqamətində hərəkət edərək, aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, yolda “Baba” ləqəbli şəxsin “Whatsapp Plus” ani mesajlaşma mübadilə sistemində +**********8 və +**********08 saylı mobil nömrələrlə qeydə alınan hesablarından onun +**********12 saylı mobil nömrə ilə qeydə alınan hesabına göndərdiyi fotoşəkillərə və məkan göstəricisinə əsasən həmin gün saat 21:10 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən mişar daşlarından hörülmüş yarımtikilinin yanına çataraq, “Baba” ləqəbli şəxsin cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə satış məqsədilə qanunsuz olaraq əldə edib saxladıqları və daşıyıb qeyd olunan yarımtikilinin içərisində gizlətdikləri narıncı rəngli sellofan torbadakı üç ədəd qara rəngli polietilen bağlamada, birinci bağlamanın içində olan üç ədəd bağlamada 3426,0 qram, ikinci bağlamanın içində olan yeddi ədəd bağlamada 3524,8 qram və üçüncü bağlamanın içində olan beş ədəd bağlamada 6099,2 qram olmaqla, cəmi 13050,0 qram çəkidə, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, onları saxlayıb daşımaqla yarımtikilidən çıxaraq gəldiyi avtomobilə doğru hərəkət edərkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yarımtikilinin yaxınlığında saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində aparılmış şəxsi axtarış zamanı onun yarımtikilidən götürdüyü narıncı rəngli sellofan torbanın içərisindən üç ədəd qara rəngli polietilen bağlamada, birinci bağlamanın içində olan üç ədəd bağlamada 3426,0 qram, ikinci bağlamanın içində olan yeddi ədəd bağlamada 3524,8 qram və üçüncü bağlamanın içində olan beş ədəd bağlamada 6099,2 qram olmaqla, ümumilikdə 13050,0 qram çəkidə, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə götürməyə getmiş, amma götürməmişdir. Maşından düşən kimi polis əməkdaşları onu saxlamışlar. Sonra Şahid4 idarə etdiyi “Prius” markalı avtomobili saxlamaq niyəti ilə arxadan yaxınlaşmışlar. Ədalət onları tanımadığından kim olduqlarını görmək üçün avtomobili döndərib işığını polis əməkdaşlarının üzünə tutduqdan sonra polislər avtomobilə atəş açmağa başlamışlar. Həmin vaxt o, əli qandallı yerə uzadılmış vəziyyətdə olmuşdur. Sonradan şöbədə bağlamanı onun qarşısına qoyub ona bu bağlamanın arxasınca gəldiyini və bağlamanın ona aid olduğunu bildirmişlər. Ona ailəsi ilə hədə-qorxu gəlmişlər. Saxlanılarkən ona fiziki zorakılıq göstərmişlər. O, polislərə bağlamanı götürmədiyini bildirsə də, ona bağlamanı götürmək üçün gəldiyini və saxlanılmasa idi götürəcəyini bildirmişlər. Ancaq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotiki götürməyə getsə də, son anda xəstə anasını fikirləşib götürməkdən imtina etmişdir. Ona videoçəkiliş zamanı bağlamanı götürməyə gəldiyini bildirməsi üçün göstəriş verilmiş və onların dediyi ilə razılaşmazsa, ailəsini problemə salacaqlarını bildirmişlər. Ailəsi üçün polislərlə razılaşmışdır. Təcridxanaya daxil olduqdan sonra orada bildirmişlər ki, Baş Prokurorluğa ərizə yazsın, ona köməklik göstəriləcəkdir. O, bildirir ki, səhvi həmin yerə getmək olub. Peşman olduğundan geri qayıdacaqmış. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əlaqə saxladığı hər iki telefon nömrəsi eyni şəxsə məxsus olmuşdur, həmin iranlı şəxs ilə 13 min manat məbləğdə pul vəsaiti qarşılığında razılaşmışlar, narkotiki götürməyə əvvəllər birlikdə işlədiyi Ədalət adlı şəxslə getmişdir, onun avtomobilinə 50 manat məbləğdə benzin almış, qalan yol pulunu isə geri döndükdən sonra verəcəkmiş. Ədalət adlı şəxsə xalasıgilə gedəcəyini bildirmişdir. “Baba” ləqəbli şəxslə 18 aprel 2024-cü ildə əlaqə saxlamış, həmin şəxs ona narkotik vasitənin İmişli şəhərində olduğunu bildirmişdir, maşından narkotik vasitəni götürmək üçün yox, təbii ehtiyacını qarşılamaq üçün düşmüşdür, narkotik vasitənin götürmək fikrindən daşınmasına səbəb xəstə anasınının ağlına gəlməsi olmuşdur. Polislər onu avtomobildən endikdən dərhal sonra tutmuşlar. Onu xəstə anası ilə təhdid etmişlər, barəsində “həbs” qətimkan tədbirinə məhkəmədə baxılarkən narkotik vasitəni götürmədiyini, əməlindən peşman olduğunu demişdir, istintaq müddəti 10 ay çəkmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Baba” ona 18 aprel 2023-cü il tarixdə zəng edərək narkotik vasitələri İmişli rayonu, Qaragüvəndikli kəndinə qoyduğunu deyib, onları götürməsini tapşırmışdır. Həmin yerin internet üzərindən məkan məlumatlarını ona göndərmişdir ki, o, həmin yerə gedib narkotik maddələri götürə bilsin. O, bu məqsədlə tanışı, taksi sürücüsü Şahid4 onu İmişli rayonuna 100 manat pula aparıb gətirməsini xahiş etmişdir. Lakin ona İmişliyə nə ilə bağlı getməsi barədə başqa heç bir informasiya verməmişdir. 18 aprel 2023-cü il tarixdə saat 21:10 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində avtomobili idarə edən Ədalətə yol kənarında maşını saxlamasını, adam gələcəyini, həmin adamla söhbət edib geri qayıdacağını bildirmişdir. O, orada yolun kənarında yarımtikilinin arxasında gizlədildiyi yerdən narkotik maddələr olan sellofan torbanı götürüb avtomobilə doğru piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş. O, sağ əlində tutub saxladığı narıncı rəngli torbanı təqdim etmişdir. (C-İ, i.v. 192-194). Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı psixi və fiziki zorakılıq tətbiq etməsi ilə əsaslandırmışdır. Sonda Təqsirləndirilən şəxs himayəsində xəstə anası və həbsdə olan qardaşının 2 azyaşlı övladı olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs taksi kimi İmişli rayonuna aparmış, İmişli rayonuna çatmağa az qalmış Elməddinin xalasıgilə getdiyini, xalası özü Bakı şəhərinə gəldiyindən Bakıya qayıdacaqlarını bildirmişdir. Yolda olanda Elmədddin ona ayaqyoluna gedəcəyini və maşını saxlamasını bildirmişdir. Elməddin maşından düşdükdən sonra polis əməkdaşları ona yaxınlaşmış, Təqsirləndirilən şəxs narkotik vasitə götürməyə gəldiyindən polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Şöbəyə getdikdən sonra narıncı torbada narkotik vasitəni görmüşdür. İstintaq zamanı yazılan ifadəsinə oxumadan qol çəkmişdir. Təqsirləndirilən şəxs əlində narkotik görməmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxsla da onu istədiyi yerə aparması üçün 100 manat pul qarşılığında razılaşmışdır, Təqsirləndirilən şəxs ona xalasıgilə gedəcəyini bildirmiş, lakin yolda telefonla danışdıqdan sonra fikrindən daşınaraq gedəsi olmadıqlarını söyləmişdir. Onlar İmişli rayonu ərazisinə çatmış, Təqsirləndirilən şəxs avtomobildən düşdükdən təxminən 4-5 dəqiqə sonra saxlanılmışdır, saxlanılan zaman Elməddini görməmişdir. Onu şöbəyə başqa maşınla aparmışlar, avtomobilini isə evakuatorla aparmışlar. Şöbədə avtomobilinə baxış keçirilib-keçirilmədiyini bilməmişdir. O, bildirir ki, istintaq zamanı Təqsirləndirilən şəxs əlində çanta görməsi olan hissədə səhv ifadə vermişdir, çantanı şöbədə olarkən görmüşdür. Saxlanılarkən atışma hadisəsi olmamış, polis əməkdaşları tərəfindən onun maşınına atəş açılmamışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsi doğru deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi doğrudur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, idarə etdiyi avtomobil ilə İmişli rayonu, Qaragüvəndikli kənd ərazisində hərəkətdə olarkən Elməddin ona avtomobili saxlamasını demişdir. O, avtomobili saxlamış və Elməddin avtomobildən düşüb təxminən 30-40 metr aralıda olan yarımtikiliyə tərəf getmişdir. O, həmin vaxt avtomobildə olmuşdur. Bu vaxt mülki geyimli polis əməkdaşları Elməddini saxlamış və Elməddinin əlində torba olduğunu görmüşdür. O, avtomobildən düşüb Elməddinə tərəf yaxınlaşıb nə baş verdiyini soruşmuş, mülki geyimli şəxlər ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Elməddinlə bərabər onu da İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Bundan sonra polis əməkdaşlarından biri onun idarə etdiyi avtomobilə əyləşmiş və o, avtomobili İmişli rayon polis şöbəsinin inzibati binasının qarşısına sürmüşdür. Təqsirləndirilən şəxs dediyi kimi orada heç kim silahdan istifadə edib atəş açmamışdır. Polis əməkdaşları tərəfindən ona və Elməddinə qarşı heç bir zorakı hərəkətlər edilməmişdir. Elməddinin dediyi kimi həmin vaxt Elməddinin qarşısına hər hansı torba qoyulub ondan narkotik vasitənin ona məxsus olmasını deməsi tələb olunmamışdır. O, Elməddinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, İmişli rayonu, Qaragüvəndikli kəndinə hansı məqsədlə gəlməsini qabaqcadan bilməmişdir. (1-ci cild i.v. 44, 76-78, 195-197, 2-ci cild i.v. 168-172). Bundan əlavə, iş üzrə Şahid4 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə aparılarkən Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı 18 aprel 2023-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kənd ərazisində polis əməkdaşları ona yaxınlaşan zaman sağ əlində torba olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zor tətbiq olunmadığını, həmin vaxt orada heç kimin odlu silahdan istifadə etmədiyini və onları birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət etdiklərini deyərək, bir daha ifadəsini təsdiq etmişdir. (2-ci cild, i/v vər: 173-176). İbtidai istintaqdakından fərqli ifadə verməsini polis əməkdaşları tərəfindən ona təzyiq ediləcəyindən qorxması, həmçinin, ilkin istintaq zamanı olan ifadəsinə oxumadan qol çəkməsi ilə əsaslandırmışdır. İş üzrə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvü olmuşdur. İmişli rayonu Qaragüvəndikli kəndində, saat 21 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı sonradan şəxsiyyəti onlara məlum olan Elməddin adlı şəxs piyada hərəkətdə olan zaman saxlanılıb İmişli Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə təhqiqatçı və müdafiəçinin iştirakı ilə Elməddinin üzərində olan torbaya baxış keçirilmiş, baxış zamanı torbada marixuana olduğunu bildirmişdir. Marixuananın təqribi çəkisi 13-14 kiloqram olarmış. Təqsirləndirilən şəxs onlara narkotiki internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşının göndərdiyini bildirmişdir. O da, həmin narkotik vasitəni onun dediyi şəxslərə çatdırmalı və onun müqabilində pul almalı imiş. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, əməliyyat məlumatı onlara günorta vaxtı daxil olmuşdur, məlumat Təqsirləndirilən şəxs barəsində olmuşdur, onlar şəxsi 10-15 dəqiqə müşahidə etmişlər, onu əlində torba ilə gedərkən saxlamışlar. Elməddini saxladıqdan sonra Şahid4 bildirmişdir ki, onu həmin yerə o gətirmişdir, sonra onu da şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni götürmək fikrindən daşınması ilə bağlı olan suala cavab olaraq bildirmişdir ki, belə hal olmayıb, Təqsirləndirilən şəxs özü onlara bildirmişdir ki, narkotik vasitənin hər kiloqramı üçün 1000 manat məbləğdə pul alacaqmış. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş, təqsirləndirilən şəxsə təzyiq olunması, onun saxlanılarkən polis əməkdaşları tərəfindən qovalanması kimi halların baş vermədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 və DİN-in BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Şahid2lə oxşar məzmunlu ifadələr vermişlər. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı onlara 18 aprel 2023-cü ildə daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən əlində çanta olmuşdur, həmin çantadan narkotik vasitə marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs norkotik vasitəni “Baba” adlı iranlı şəxsin göndərdiyini bildirmişdir. Şəxsi saxlayarkən imkan olmadığı üçün videoçəkiliş apara bilməmişlər. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş və bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı təzyiq edilməmiş, saxlanılarkən atəş açılması kimi hal baş verməmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən əlində torba olmuşdur, onu həmin torbanı götürərkən görmüş, lakin torbanı götürdüyü yeri xatırlamır. Şəxs üzərinə baxış keçirilərkən vəkillə təmin olunmuşdur, ona qarşı zorakılıq tətbiq edilməmişdir və də təqsirləndirilən şəxsin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması kimi qeyd etdiyi digər halların baş vermədiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. - «Şübhəli şəxsin tutulması haqqında» 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v. 28) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittihamm elan olunmuşdur. (C-İ, i.v. 73-74) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(005)- 572/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(C-İ, i.v 99-102) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi» haqqında 15 fevral 2024-cü il tarixli, 55 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxsa oğlu ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. ( C-İİ, i.v 140-141) - «Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi» haqqında 18 fevral 2024-cü il tarixli, 60 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs İmişli RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(C-İİ, i.v 152-153) - «Şəxsi axtarış və götürmə aparılması» haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutub saxladığı narıncı rəngli polietilen torbanın içindən 3 (üç) ədəd bağlamada, yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Sonuncunun əynində olan boz rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd “Samsung” Galaxy A41 markalı mobil telefon aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (c l, i.v. 38-40) - «Sübutların qiymətləndirilməsi» haqqında 20 may 2024-cü il tarixli, 136 saylı qərardan görünür ki. təqsirləndirilən şəxs X1 aşkar edilərək götürülmüş və ekpertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi çəkisi 13049,25 qram olan narkotik vasitə qurudulmuş marixuana və model nömrəsi SM-A415F/DSN, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********61373 və İMEİ (giriş 2) **********61375 olan “SAMSUNG” Galaxy A41 markalı bir ədəd mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin “maddi sübutların saxlanılması” otağına təhvil verilmişdir. (C-İİ, i.v. 230-249) - Məhkəmə-bioloji ekspertizasının 19 aprel 2023-cü il tarixli, 7/563 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 03 (üç) ədəd qara rəngli rəngli polietilen bağlamalarda: 1-ci bağlamada 03 (üç) ədəd qara rəngli polietilen bağlamada ümumi çəkisi-3426 qram, 2-ci bağlamada 07 (yeddi) ədəd qara rəngli polietilen bağlamada ümumi çəkisi-3524,8 qram, 3-cü bağlamada 05 (beş) ədəd qara rəngli polietilen bağlamada ümumi çəkisi - 6099,2 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 13050 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (i.v.48-51) - Məhkəmə-narkoloji ekspertizanın 17 iyul 2023-cü il tarixli, 4501 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c l, i.v. 185-186) - İşdə olan “Respublika Psixiatriya Xəstəxanası”-nın 07 iyun 2023-cü il tarixli, 8211 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmayıb və qeydiyyatda yoxdur. (C-İ, i.v.176) - Mobil telefona baxış keçirilməsi haqqında 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Samsung” Galaxy A41 markalı mobil telefonun “Whatsapp+” proqamında +930 ***-**-** saylı mobil nömrə ilə danışıqlara daxil olduqda orada aşağıdakı məzmunda yazışma və səs yazıları olmuşdur: - Salam –saat 14:34 + Salam kimdir –saat 14:34 + 3 saniyəlik səs yazısı (Qardaş bura haradı, qadan alım sənin?) -saat 16:31 - Məkan göstəricisi -saat 16:31 - 5 saniyəlik səs yazısı (o səhv atıldıye qardaşım o konuma bax burdayam mən) saat 16:31 + 3 saniyəlik səs yazısı (qardaş sənin İmişliyə bir-iki saat varındıye hə?) –saat 16:32 - 12 saniyəlik səs yazısı (qardaş o 2 saat göstərir, prosta ki, o yolun sürəti ilə ölçür göstərir, mən sürürəm, yəni 1,5 saata çatdıracam özümü inşallah) -saat 16:32 - Fototşəkil (magistral yol) -saat 16:33 + 3 saniyəlik səs yazısı (oldu qardaş, oldu qadasın alım, səni gözləyirəm də başıva dolanım) -saat 16:33 - 13 saniyəlik səs yazısı (yaxşı qardaş, yaxşı narahat olma, gedirəm Allahın izni ilə gedim 40 dəqiqə 1 saat qalmış uje çatmağıma sənə deyəcəm ki əlaqə saxla onunla) -saat 16:33 + Oldu qardaşim -saat 16:34 + Hər bir kiloya min manat pul verəcəm -saat 16:36 + Yəni cəmi 13 min qardaşim -saat 16:36 - 3 saniyəlik səs yazısı (yaxşı qardaş, yaxşı) -saat 16:36 + Birdə amanat lazımın olsa götürərsən -saat 16:36 - 13 saniyəlik səs yazısı (qardaş belə deyimdə, mən amanatı götürdüm çıxdım ordan üzü şəhərə, sonra sənlə biz necə haqq-hesab edəciyik, mənə onu da de sənə zəhmət) saat 16:37 + Fotoşəkil (narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr) -saat 16:37 + Fotoşəkil (narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr) -saat 16:37 + Cəmin atmıyacaxsan.yarsini atacaxsan .polu dolacam sonrada yarisini atacaqsan saat 16:38 - 37 saniyəlik səs yazısı (qardaş mən indi gedirəm, bax 50 manat verdiyin pula benzin tökmüşəm, çıxmışam yola, bircə siqaretim var, başqa heçnəyim yoxdu, ora gedirəm, mənə özün bilirsən də, bu işlərdə əsas bizə benzin, maşın lazımdır ki, cəldlik olsun, mən ora çatıb əmanəti götürəcəm bu benzinlə, qayıtmağa da qayıdacam yolun yarsına qədər, amma Bakıya gətirib bu benzin çatdırmayacaq, mən sənə deyəcəm, mənə yenə pul atarsan ki, Bakıya qayıdanda əmanət götürüləndən sonra mən benzin vura bilim ki, gəlim Bakıya çatım, o sən dediyin işləri aşırdım Bakı, yaxşı, mənim əzizim?) -saat 16:39 + Baş uste qardaşim -saat 16:40 + 2 saniyəlik səs yazısı (qardaşımsan onu at qadan alım sənin) -saat 17:17 - Məkan göstəricisi -saat 17:17 - Fotoşəkil (avtomobil yolu) -saat 17:18 - Məkan göstəricisi-saat 17:18 - Məkan göstəricisi-saat 17:54 - + 8 saniyəlik səs yazısı (konumun yavaş göstərir qardaş, səs atginən atım qardaşa, səs atginən hardasan, nə qədər İmişlinin girişinə yolun var) -saat 17:57 - 9 saniyəlik səs yazısı (qardaşım 28 dəqiqəlik yolum qalıb, 28 km yolum qalıb 29 dəqiqəyə ordayam) -saat 17:58 + 20 saniyəlik səs yazısı (oldu qadan alım, qardaş dedi qoy çatsın qoyume, bildin, dedi qoy çatsın, o da sənin elə qabağındadı elə, deyir elə qoy girişə çatsın, onnan sonra, bildin başıva dönüm, deyir gündüz çağıdı, biri götürüb gedər, qalarığ problemə, sən orda 4-5 dəqiqə gözləsən problemi yoxdu, qoy sən çatasan o qoysun, bildində nə dedim sənə, qadasın alaram) –saat 17:59 - yaxşi qardaş-saat 18:00 - 20 saniyəlik səs yazısı (qardaş gör nə deyirəm, sən o qardaşnan danış o hansı tərəfə atacağsa mənə həmin tərəfdən bidənə konum indi sənə atar sən atarsan ki, mənə mən rayonu yaxşı tanımıram, rayonun için başa düşdün, mən həmin konumla gedərəm həmin istiqamətə birbaşa) -saat 18:08 + qardaş səbirli ol mən emanəti götürmüşəm gəlirəm imişlide gözləsin men çatim konum atacam 20 deq-saat 18:13 + 11 saniyəlik səs yazısı (görsən qardaş da şey eliyir, qardaş deyir çatsın mən gəlirəm bildin, 5-10 dəqiqə heç zad eləməz oyan bəri, sən çat o gətirib qoysun, çünki o səni gözlüyə bilməz başıva dolanım) –saat 18:13 - 7 saniyəlik səs yazısı (yaxşı qardaş, yaxşı, inşallah ki, mən 20 dəqiqəyə olacam İmişlidə) -saat 18:14 + Oldu qardaşim -saat 18:14 - 5 deyqeye girişdəyəm -saat 18:28 - Fotoşəkil (İmişli rayonun girişi) -saat 18:29 + Elə bil ki o adam teldən keçib sərhəddən ona gura.... -saat 18:29 + Bildin da ürəyim qurban -saat 18:30 - Zeng et qardas -saat 18:30 - Baba Hava qaralir qardasla daniş sen bir -saat 19:30 - Yazmayib hele qardas -saat 20:19 + Atib -saat 20:19 - Konumu atsin goturub cixim yola -saat 20:19 + Fotoşəkil (yerdə olan qəhvəyi rəngli kisə) -saat 20:20 - Konum atsin baba -saat 20:20 + 1 saniyəlik səs yazisi (Səbr elə konumu da atıram sənə qadan alım) -saat 20:20 - Yaxşı baba -saat 20:20 + Fotoşəkil (yol və hasar) -saat 20:20 + Fotoşəkil (Hasar) -saat 20:21 + Məkan göstəricisi-saat 20:21 + Tez götür mənə de qardaşimsan-saat 20:21 + Fotoşəkil (Hasar oxla işarələnmiş) -saat 20:21 - 6 saniyəlik səs yazısı (baba mənim bu dəqiqə olduğum yerdən İmişlinin içindən 20 km yolum var, mən çıxdım yola) - saat 20:22 + Nə qədər yolun var qardaşim - saat 20:22 + Fotoşəkil (Hasarın yer tərəfi oxla işarələnmiş) - saat 20:22 + Tez çat qardaşimsan - saat 20:22 + Goturdun mənə de - saat 20:22 - 3 saniyəlik səs yazısı (yaxşı baba, yaxşı götürən kimi sənlə əlaqə saxlayıram) - saat 20:23 + Nə qədər yolun var qardaşim - saat 20:33 - 10 deqiqeye qardas - saat 20:33 - Sürürəm - saat 20:34 Daha sonra həmin proqramın zənglər bölməsinə daxil olduqda həmin mobil nömrəyə 18 aprel 2023-cü il tarixdə saat 19:31-də 48 saniyəlik telefon zəngi getmişdir. Bundan sonra əsas menyuya keçid edib 5-ci səhifədə olan “Whatsapp” proqramına daxil olduqda orada “İran” adı ilə qeyd olunmuş +98 930 361 3508 saylı mobil nömrə ilə keçid etdikdə aşağıdakılar qeyd olunmuşdur: xx.xx.2023-cü il tarixdə - 5 saniyəlik səs yazısı (gör nə deyirəm qardaş mənə bu vatsappa at o nömrəni, o biri vatsapım kilidləndi bloka düşdü) -saat 14:34 + Q.Q adı ilə qeyd olunmuş +7 930 992-95-78 saylı mobil nömrə -saat 14:35 Daha sonra +7 930 992-95-78 saylı mobil nömrə ilə olan söhbətlərə daxil olduqda aşağıdakılar qeyd olunmuşdur: xx.xx.2023 - Salam -saat 14:35 - Qardasin verdi Nömrəni-saat 14:35 + Qardaşim 13 kilo olacax başiva dolanım-saat 14:48 + Sən çixdin ? -saat 14:49 - Baba məni yığ-saat 15:17 + At konumu-saat 16:30 Daha sonra həmin proqramın zənglər bölməsinə daxil olduqda +7 930 992-95-78 saylı mobil nömrədən 18 aprel 2023-cü il tarixdə saat 14:35-də 2 dəqiqə 19 saniyəlik telefon zəngi gəlmiş, saat 14:49-da 1 dəqiqə 24 saniyə, saat 15:17-də gedən zəng rədd edilmiş, saat 15:17-də gedən zəng cavalandırılmamış, saat 15:18-də 1 dəqiqə 42 saniyəlik gələn zəng, saat 16:29-da 26 saniyəlik gələn zəng olmuşdur. (c l, i.v. 140-142) - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş məhkumun tibbi kitabçasından görünür ki, baxış zamanı sağ saidin arxa səthində 10-12 sm ölçüdə sıyrılmış, üzəri qərtməkli yara, sağ bazunun arxa nahiyəsində və sol saidin ön səthində köhnə çapıq toxuması aşkar edilmiş, şikayəti yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxsin saxlanılarkən polis əməkdaşlarının Şahid4 idarə etdiyi maşına atəş açması ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həmin dəlili iş üzrə dindirilmiş bütün şahid ifadələri ilə təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaqında suallara cavab olaraq nəqliyyat vasitəsini idarə edən Şahid4, polis əməkdaşları Şahid3, Şahid1 və Şahid2 bildirmişlər ki, Şahid4 idarə etdiyi, Təqsirləndirilən şəxs olduğu nəqliyyat vasitəsini qovalama, atəş açma kimi hal olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narıncı sellofan torbadakı narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və zorakılığa məruz qalması barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən aidiyyəti orqanlara şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələrin satışı ilə məşğul olduğunu, anasının əməliyyat edilməsi üçün ona təcili pul lazım olduğunu, İran vətəndaşının ona bu işin müqabilində 13.000 manat verəcəyini, çətin vəziyyətdə olduğundan razılaşdığını, İmişli rayonundan narkotik vasitəni götürərək, Bakı şəhərinə çatdırmalı olduğunu və əməlindən peşman olduğunu bildirmişdir. ( Cild İ, i.v. 105). Həmçinin, işdə olan məhkumun tibbi kitabçasında qeyd olunmuşdur ki, “baxış zamanı sağ saidin arxa səthində 10-12 sm ölçüdə sıyrılmış, üzəri qərtməkli yara, sağ bazunun arxa nahiyəsində və sol saidin ön səthində köhnə çapıq toxuması aşkar edilmiş, şikayəti yoxdur.” Qeyd olunmuş “sağ bazunun arxa nahiyəsində və sol saidin ön səthində” aşkar edilmiş zədənin köhnə çapıq toxuması olduğu elə həkim müayinəsinin nəticəsi olaraq qeyd edilmişdir. Bundan əlavə, tibbi kitabçada qeyd olunmuş “sağ saidin arxa səthində 10-12 sm ölçüdə sıyrılmış, üzəri qərtməkli yara”ya münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müvafiq qeyd, o cümlədən tibbi müayinə 20 aprel 2023cü il tarixdə, yəni, tutulduqdan və üzərinə şəxsi axtarış keçirildikdən 2 gün sonra aparılmış, polis əməkdaşları tərəfindən saxlanıldıqdan 2 saat sonra, yəni, 18 aprel 2023-cü il tarix, saat 23:25-də şəxsi axtarış aparılması haqqında protokola əlavə edilmiş videoçəkilişdə isə Təqsirləndirilən şəxs hər iki qolu açıq-aydın görünmüş və heç bir qolunun said hissəsində xəsarət olmadığı açıq-aydın görsənmişdir. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs şəxsi axtarışa məruz qalarkən tibbi kitabçada qeyd olunan zədə onda olmamış, tam sərbəst izahat vermişdir. Həmin zədənin 2 gün sonra aşkar edildiyi nəzərə alındıqda, belə nəticəyə gəlmək mümkündür ki, həmin zədə Təqsirləndirilən şəxs olmuş olsa da belə, bu, şəxsi axtarışa məruz qaldıqdan sonra, yəni, etirafedici izahat verdikdən sonra olmuşdur, ehtiyatsızlıq nəticəsində olması və ya özü-özünə yetirməsi də istisna edilmir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ona fiziki və psixi zorakılıq göstərilməsi ilə bağlı heç bir orqana da müarciət etməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla təqsirləndirilən şəxsin dəlilləri təkzib edilir, işdə olan ittihamı təsdiq edən sübutları təkzib edən, təqsirləndirilən şəxsin dəlillərini doğrulayan sübutlar isə iş materiallarından görünmür. Yəni, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq altında etirafedici ifadə verməyə məcbur edildiyini, aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, psixi zorakılığı təsdiq edəcək, ittihamın mövcud sübutlarının həqiqətə uyğunluğunu təkzib edən heç bir sübut isə iş materialına əlavə edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin işdə olan yazışmaların onunla İranlı “Baba” adında şəxs arasında olduğunu etiraf edərək, narkotik vasitəni götürməyə getdiyini, lakin, son anda götürməkdən imtina etməsi, maşından təbii ehtiyacını ödəmək üçün düşərkən polis əməkdaşları tərəfindən yaxalanması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan telefona baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş şəkillərdən, səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs “Baba” adıyla tanıdığı şəxslə 18 aprel 2023-cü il tarixdə saat 14:34-dən 20:31-dək İmişli rayonunda yerləşən 13 kq qurudulmuş marixuana növündə narkotik vasitəni götürmək haqqında çatana kimi danışmış, məkan göndərilmiş, Təqsirləndirilən şəxs daşıma müqabilində əldə edəcəyi pulun məbləği barədə bir daha razılaşdırılmış, yazışmaların məzmunundan birmənalı olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni ən qısa müddətdə götürmək üçün avtomobili sürətlə idarə etməsi aydın görünmüşdür. Yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs saat 18:29-da İmişli rayonunun girişinin şəklini göndərməklə çatdığını bildirmiş, 19:30-da “Baba” adlı şəxsə üçüncü şəxs tərəfindən narkotik vasitənin qoyulacağı yerin məkanının göndərilməsini bir daha xahiş etmiş, saat 20:20-də bu barədə bir daha xatırlatma etmiş, bu vaxta qədər, yəni, 2 saat ərzində olduğu yerdə narkotik vasitənin olduğu yerin şəklinin göndərilməsini gözləmiş, saat 20:20-də ona fotoşəkil göndərilmiş, 20:22-də Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu yerlə onun arasında 20 km məsafə olmaqla 10 dəqiqəlik yolunun olduğunu, 20:34-də də maşını sürdüyünü yazmışdır. Məhkəmə tərkibi yazışmaların təhlilindən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs nə Bakı şəhərində olarkən, nə yolda olduğu, nə də İmişli rayonunda 2 saat ərzində olduğu yerdə dayanıb narkotik vasitənin yerləşdiyi yerin məkanının şəklini gözləyərkən nəinki narkotik vasitəni əldə etməkdən imtina etmədiyi, heç bu barədə tərəddüd belə etmədiyi halda, narkotik vasitənin olduğu yerə çatdığı son dəqiqələrdə ondan imtina edib götürməməsi barədə dəlili inandırıcı olmamaqla, həqiqətə və iş materiallarına uyğun deyildir. Bunun əksinə, məhkəmə Təqsirləndirilən şəxs saat 20:22 radələrində narkotik vasitəni götürmək üçün saatlarla gözlədiyi məkandan yola düşüb 20 km yol sürməsi və saat 21:10 radələrində həmin ərazidə polis əməkdaşları tərəfindən yaxalanmasını işdə olan sübutlarla uzlaşan, həqiqətə uyğun işin faktiki halı hesab edir. Yuxarıda qeyd olunan hallar ona dəlalət edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni götürməkdən imtina etməsi ilə bağlı ifadəsi səmimi olmamaqla, cinayət məsuliyyətindən xilas olmağa xidmət edir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Həmçinin, məhkəmə tərkibi Şahid4 ibtidai istintaqda verdiyi Təqsirləndirilən şəxs saxlanılarkən əlində narıncı sellofan torba gördüyünü bildirdiyi ifadəsini təsdiq etməyən yeniməzmunlu ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şahid4 məhkəmə istintaqında polis əməkdaşları tərəfindən ona psixi və fiziki zorakılıq tətbiq edilmədiyini, ibtidai istintaqdakı ifadəsinin Təqsirləndirilən şəxs saxlanılarkən əlində narıncı sellofan torba gördüyünü bildirməsinə dair hissəsinin həqiqəti əks etdirmədiyini və həmin ifadəni oxumadığını qeyd etsə də, iş materialları 1-ci cild, 44cü, 76-78, 195-197 və 2-ci cild 168-172-ci səhifələrdə olan ifadəsində Şahid4 öz əlyazması ilə “ifadəmi oxudum, doğruluğumu imzamla təsdiq edirəm, mənim sözlərimlə yazılıb, başqa əlavəm yoxdur.” qeyd etmişdir. Bundan əlavə, iş üzrə Şahid4 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə aparılarkən Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı 18 aprel 2023-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kənd ərazisində polis əməkdaşları ona yaxınlaşan zaman sağ əlində torba olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zor tətbiq olunmadığını, həmin vaxt orada heç kimin odlu silahdan istifadə etmədiyini və onları birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət etdiklərini deyərək, bir daha ifadəsini təsdiq etmişdir. (2-ci cild, i/v vər: 173-176) Qeyd edilən hallarla yanaşı, Şahid4la Təqsirləndirilən şəxs şəxsi tanışlıqları və özünün bildirdiyi kimi münasibətlərinin olduğu nəzərə alındıqda, məhkəmə tərkibi Şahid4 məhkəmə istintaqında verdiyi Təqsirləndirilən şəxs saxlanılarkən əlində narıncı sellofan torba görməməsinə dair ifadəsini həqiqətə uyğun olmayan, iş materialları ilə uzlaşmayan və qeyri-mötəbər hesab edib, ibtidai istintaqdakı ifadəsini mötəbər sübut kimi qəbul edir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: - «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»-ya əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş DVD disk, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). - İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(c l, i.v. 181-182) - Salyan Rayon İcra Hakimiyyəti başcısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, 19 oktyabr 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Salyan şəhəri Ş.Ə.Hüseynzadə küçəsi 12 saylı evdə pasport qeydiyyatındadır, lakin həmin mənzildə yaşamır. Onun haqqında ərazi icra nümayəndəliyinə hər hansı xoşagəlməz hallar barədə heç bir məlumat daxil olmamışdır. (c l, 178-180) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 ay həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesab edilməklə, cəza müddətindən çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində polsin nəzarəti altına vermə tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13049,25 qram olan narkotik qurudulmuş marixuana məhv edilməli, model nömrəsi SM-A415F/DSN, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********61373 və İMEİ (giriş 2) **********61375 olan “SAMSUNG” Galaxy A41 markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. E.Hüseynoava məxsus “Samsung” Galaxy A41 markalı mobil telefona baxış keçirilən zaman telefona quraşdırılmış “Whatsapp Plus” ani mesajlaşma mübadilə sistemindən iş üçün əhəmiyyətli olan fotocədvələ əlavə edilmiş şəkillər və 1(bir) ədəd CD diskə köçürülmüş səs yazıları və “şəxsi-axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 ay həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesab edilməklə, cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın, Bakı İstintaq Təcridxanasına təqdim edilməsi üçün Lənkəran ŞRPŞ-nin X5 təhvil verilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, qalıq çəkisi 13049,25 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs mobil telefonundan aşkar olunmuş ““Whatsapp Plus” ani mesajlaşma mübadilə sistemindən fotocədvələ əlavə edilmiş şəkillər və 1(bir) ədəd səs yazıları olan CD disk və “şəxsi-axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus model nömrəsi SM-A415F/DSN, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********61373 və İMEİ (giriş 2) **********61375 olan “SAMSUNG” Galaxy A41 markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza xərci kimi 78 (yetmiş səkkiz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-567/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-567/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver