Məhkəmə qərarları › İş №1(099)-568/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-568/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-568/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, - xx xxx 1979-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü; - xx xxxxx 1977-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda 0,465 qram psixotrop maddə metamfetamini və 1,38 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 2, mənzil 11 ünvanda yerləşən evinə daşıyaraq, psixotrop maddə və narkotik vasitələri satan zaman çəkilərini müəyyən etmək məqsədi ilə istifadə etdiyi, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzidən istifadə etməklə ümumi təmiz çəkisi 0,465 qram psixotrop maddəni 0,325 qram, 0,140 qram olmaqla iki ədəd sellofan bükümə, ümumi təmiz çəkisi 1,38 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı 0,32 qram, 0,35 qram, 0,36 qram və 0,35 qram olmaqla dörd ədəd kağız bükümə ayırmaqla saxlamış, xx xxx 2024-cü il tarixdə, saat 23:15-dən 23:50-dək müddətdə öz razılığı və müdafiəçinin iştirakı ilə video çəkilişlə yaşadığı həmin ünvana keçirilmiş baxış nəticəsində ümumilikdə təmiz çəkiləri 0,465 qram olan psixotrop maddə metamfetamin və 1,38 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana evin mətbəxində olan rəfdən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə narkotik vasitə və psixotrop maddə əldə edərək aralarında bölüb sataraq gəlir əldə etmək barədə razılığa gəldikdən sonra həmin məqsədlə xx xxx 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli külli miqdarda, təmiz çəkisi 8,341 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda, təmiz çəkisi 12,267 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edərək, həmin narkotik vasitə heroini bükümlərə ayıraraq narkotik vasitə olan heroinin 6,501 qramını və 12,267 qram psixotrop maddə metamfetamini üzərində daşıyaraq saxlamış, xx xxx 2024-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektində cinayətdə iştirakçılığı olmayan Şahid3 idarə etdiyi “Toyota Prius” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilərək həmin tarixdə, saat 20:45-dən 21:05-dək müddətdə müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində üzərində qanunsuz olaraq satış məqsədilə daşıyaraq saxladığı bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 6,501 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 12,267 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, həmin tarixdə saat 20:35-dən 20:50-dək olan müddətdə Təqsirləndirilən şəxs2 üzərində müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində üzərində qanunsuz olaraq satış məqsədilə daşıyaraq saxladığı qalan bir ədəd bükümdə təmiz çəkisi 1,840 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan şalvarın sol yan cibindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddə əldə edərək aralarında bölüb sataraq gəlir əldə etmək barədə razılığa gəldikdən sonra xx xxx 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli külli miqdarda, təmiz çəkisi 8,341 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda, təmiz çəkisi 12,267 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edərək, həmin narkotik vasitə heroini bükümlərə ayıraraq narkotik vasitə olan heroinin 1,840 qramını üzərində daşıyaraq saxlamış, xx xxx 2024-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektində cinayətdə iştirakçılığı olmayan Şahid3 idarə etdiyi “Toyota Prius” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilərək həmin tarixdə, saat 20:35-dən 20:50-dək müddətdə müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində qanunsuz olaraq üzərində satış məqsədilə daşıyaraq saxladığı bir ədəd bükümdə təmiz çəkisi 1,840 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sol yan cibindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, qalan 6,501 qram külli miqdarda narkotik vasitə heroin və 12,267 qram külli miqdarda psixotrop maddə metamfetamin isə həmin tarixdə saat 20:55-dən 21:20-dək müddətdə Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan qış gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs2 ilə bir məhəllədə yaşayır, uşaqlıqdan bir yerdə böyümüşlər və hər ikisi narkotik vasitə istifadəçisi olmuşlar. İran İslam Respublikasının vətəndaşı ilə 2015-ci ildə telefonda tanış olmuş, lakin həmin şəxsi görməmişdir. Telefon vasitəsilə danışıb narkotik vasitəni almağa getmişdir. Yolda Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Ramil narkoman olduğu üçün ağrımışdır. Ramilə narkotik yerini bildiyini demiş və birlikdə gedib götürərək istifadə etməyi təklif etmişdir. Narkotik vasitə alanda adətən çox miqdarda alır. Çünki, narkotik vasitələrin satışı qadağan olunduğundan istənilən zaman almaq mümkün deyildir. Nə o, nə də Ramil kiməsə narkotik vasitə satmışlar. Heç kim onların kiməsə narkotik satdığını deyə bilməz. Kiməsə narkotik satdığını deyib üzlərinə duran şəxs olmamışdır. Ramil onunla birlikdə maşında narkotik qəbul etmişdir. Ramilə başqa narkotik vasitə və ya psixotrop maddə verməmiş, sonuncuda narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, iyirmi ildən çoxdur ki, narkotik istifadəçisidir. İran İslam Respublikasının Əli adlı vətəndaşını İranda dini təhsil alanda tanımışdır. Əli onun müəllimi olmuş, özündə narkotik vasitə olmadığını, narkotik almaq üçün onu başqa iranlı ilə tanış edəcəyini bildirmiş və onu Ömər adlı şəxslə tanış etmişdir. Öməri şəxsən tanımamışdır. Narkotiki Ömərdən götürmüşdür. Tutulduğu gün, yəni xx xxx 2024-cü il tarixdə iranlı ilə telefon danışığı olmuş, onunla “WhatsApp” proqramı vasitəsilə əlaqə yaratmışdır. Əlinin göndərdiyi kart hesabına 700 (yeddi yüz) manata yaxın pul göndərmişdir. Şuşa şəhərində günü 35 (otuz beş) manata fəhlə kimi işləmiş, maaşını alıb Şirvan şəhərinə gəldikdən sonra Əlinin kart hesabına qeyd olunan məbləği köçürmüş və qarşılığında narkotik vasitə və psixotrop maddə almışdır. “Mosu” ləqəbli Əliyağa adlı şəxs taksi sürücüsüdür, onunla bir məhəllədə yaşayır. Şahid3 özü də narkoman olmuşdur. Narkotik vasitə götürməyə qonşusu Ramillə birlikdə Əliyağa adlı taksi sürücüsünün avtomobili ilə getmiş, lakin sonuncuya narkotik almağa getdiyini deməmiş, Ramilə Bakı şəhərinə getdiyini, orada bir nəfərdən narkotik götürəcəyini demişdir. Ramil onun iranlı ilə danışdığını bilməmişdir. Ümumiyyətlə, onun narkotiki necə və haradan götürməsindən Ramilin məlumatı olmamışdır. Bakıya gedərkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Bakıda Ramil Əliyağa ilə avtomobildə oturmuş, o isə başqa maşınla gedib narkotiki götürüb onların yanına qayıtmışdır. Götürdüyü predmetləri üzərində saxlamışdır. Narkotiki götürəndə sellofan bükülünün içərisində “kakos” və “şüşə” olduğunu görmüş, həmin maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. İran vətəndaşı dördüncü dəfə imiş ki, ona narkotik vasitə göndərirdi. Ramili Bakıdan aldığı narkotikə “qonaq” etmişdir. Yaşadığı evdə qurudulmuş marixuana saxlamış və evinə baxış zamanı həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Evindən aşkar olunmuş elektron tərəzi işlək vəziyyətdə olmamışdır. Vaxtilə tərəzidən narkotik qəbul edərkən “dozanı” aşmamaq üçün istifadə etmiş, tərəzi sonra işləməmişdir. Əvvəllər də narkotiklə bağlı tutulmuşdur. Polis əməkdaşları tərəfindən xx xxx 2024-cü il tarixdə, axşam saat 18-19 radələrində saxlanılmış, ona qarşı fiziki, psixi təsir və ya təzyiq olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranan hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir, 1997-ci ildən İran İslam Respublikasının vətəndaşı olan Ömər adlı şəxslə tanışdır, Ömərin əsl adı Əli olmuş, onunla İranda olduğu zaman tanış olmuş, belə ki, özü İranın Qum şəhərində təhsil almışdır. Əli həmin vaxtlar siqaret qaçaqmalçılığı ilə məşğul olmuşdur. 2015-ci ildə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəldikdən sonra Əli ilə əlaqə saxladıqda, Əlidən ona narkotik vasitə və psixotrop maddə göndərə biləcəyini soruşmuş, həmin vaxtı Əli ona müsbət cavab vermişdir. Əli həmin dövrdən hal-hazıradək olan müddətdə dəfələrlə ona məlum olmayan yollarla, yəni öz adamları vasitəsilə Bakı şəhərinə müxtəlif yerlərə narkotik vasitə və psixotrop maddə atdırmış, “WhatsApp” vasitəsilə göndərdiyi ayrı-ayrı kart hesablarına kart kodu göndərmiş, o isə Əlinin ona göndərdiyi kart hesablarına pul göndərdikdən sonra həmin yeri “WhatsApp” vasitəsilə ona göndərmişdir. xx xxx 2024-cü il tarixdə, saat 13 radələrində evdə olarkən Əli ilə “WhatsApp” vasitəsilə danışmış, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. Əli demişdir ki, problem yoxdur, bundan sonra ona kart nömrəsi atmış və ondan istədiyi narkotik vasitə və psixotrop maddənin müqabilində həmin karta 750 (yeddi yüz əlli) manat pul göndərməyini istəmişdir. Telefonunda olan kart hesabından Əlinin ona göndərdiyi kart hesabına 750 (yeddi yüz əlli) manat pul göndərmiş, təxminən iyirmi dəqiqədən sonra Əli ona “WhatsApp” vasitəsilə zəng vuraraq “gəl Bakı şəhərinə Ramana qəsəbəsinə, oraya çatanda zəng vur həmin narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerin şəklini göndərəcəm” demişdir. Dərhal evdən çıxıb küçəyə düşmüş, küçədə qonşusu narkotik vasitə alüdəçisi olan Ramillə rastlaşmış və ona bildirmişdir ki, Bakı şəhəri, Ramana qəsəbəsinə getmək lazımdır, orada İran İslam Respublikasının vətəndaşı olan Ömər adlı şəxsdən narkotik vasitə alacaqdır. Ramil onunla razılaşmış və onlar taksi sürücüsü “Mosu” ləqəbi ilə tanıdığı Şahid3 idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yola düşmüşlər. Bakı şəhəri, Ramana qəsəbəsinə çatdıqdan sonra avtomobildən düşüb, Əliyağaya demişlər ki, biz zəng vurduqda bizi düşürdüyün yerdən gəlib götürərsən. Bundan sonra Əliyağa çıxıb getmiş və zənglərini gözləyəcəyini demişdir. Dərhal İran vətəndaşı olan Əli ilə əlaqə saxlamış, Əli də ona onun istədiyi narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerin şəklini göndərmiş, onlar həmin yeri tapmışlar və adını bilmədiyi küçədə ağacın dibindən sellofan bükümü götürüb oradan uzaqlaşmışlar. Həmin vaxt sellofan bükümlərin birində olan narkotik vasitə heroinin bir qismini Ramilə vermişdir. Bundan sonra Əliyağanın onları düşürdüyü yerə gedərək Əliyağaya zəng vurmuşlar ki, gəl bizi götür. Təxminən on beş dəqiqədən sonra Əliyağa onları gəlib götürmüş və birlikdə Şirvan şəhərinə qayıtmışlar (cild 02, i.v. 158-161). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyini ifadəsini məhkəmə iclasında elan olunan hissədə təsdiq etmədiyini, belə məzmunda ifadə vermədiyini, müstəntiqin yazdığı ifadəni oxumadan imzalamasını bildirmiş, son sözündə narkotik vasitə istifadəçisi olduğunu və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs1 da narkotik istifadəçisi olduğunu bilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqları gün, yəni xx xxx 2024-cü il tarixdə vəziyyəti pis olmuşdur. Çünki, nə pulu, nə də istifadə etməyə narkotiki olmuşdur. Vüsalla rastlaşmış və Vüsal ona narkotik dalınca Bakıya gedəcəyini demiş, istəsə birlikdə getməyi və alacağı narkotikdən istifadə etməyi təklif etmişdir. Vüsalın konkret hara gedəcəyini, kiminlə görüşəcəyini, nə qədər pul göndərdiyini, neçə qram narkotik alacağını bilməmişdir. Birlikdə Bakı şəhərinə getmişlər. Orada Vüsal narkotiki götürmüş, daha sonra birlikdə narkotikdən istifadə etmişlər. Şirvan şəhərinə qayıdanda polislər onları tutub şöbəyə aparmışlar. Şöbədə Vüsal izahat verərkən aşkar olunan kütlələrin hamısının özünə məxsus olduğunu bildirmişdir. Lakin onda heç nə olmamışdır. Şirvan Şəhər Polis Şöbəsində onu tanıyırlar, üç dəfə narkotik istifadəçisi kimi məhkumluğu olmuşdur. Onu aldadaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulacağını bildirmişlər, o da bununla razılaşmışdır. Ona heç bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı sənədlərə imza atmışdır. Polis şöbəsində cibinə 1,8 qrama yaxın narkotik vasitə qoymuşlar. Sanksiya üçün məhkəməyə gedəndə prokurorluğa göndərilərkən, prokurorun müavini ona, törətdiyi əmələ görə beş ildən on iki ilədək cəza düşdüyünü demiş, həmin vaxt müstəntiq də yanlarında olmuşdur. Müstəntiqdən bu barədə soruşanda, cavab belə olmuşdur ki, barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılmış, sonradan işi həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, iranlıya pul göndərməmiş, Təqsirləndirilən şəxs1 narkotiki İran vətəndaşından almasından xəbəri olmamışdır. Bakıdan qayıdanda üzərində narkotik vasitə olmamışdır. Onlar polislər tərəfindən saxlanılanda hava qaralmış, saat 20-21 radələri olmuşdur. Polislər iki avtomobildə gəlmişlər. İşıqforda maşınlardan biri qabaqlarını kəsmiş, digəri də arxadan gəlmişdir. Cibinə narkotik vasitə yerləşdirmiş şəxsi tanımadığını, habelə həmin şəxsin şəxsi axtarışın məhkəmə iclasında nümayiş etdirilmiş videoyazısında görünmədiyini bildirmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranmış hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxx 2024-cü il tarixdə, saat 13 radələrində qonşusu Təqsirləndirilən şəxs1 ona Bakı şəhəri, Ramana qəsəbəsinə birlikdə getməklərini və orada İran İslam Respublikasının “Ömər” adlı vətəndaşı olduğunu, ondan narkotik vasitə alacağını demiş, Vüsalla razılaşmış, birlikdə Bakı şəhəri, Ramana qəsəbəsinə gəlib, avtomobildən düşmüşlər. Taksi sürücüsü onları düşürdüb gedəndən sonra Vüsal mobil telefonla İran İslam Respublikasının vətəndaşı “Ömər” adlı şəxsə zəng vurmuş, sonra həmin şəxs Vüsala narkotik vasitəni qoyduğu yerin şəklini göndərmiş, Vüsal həmin əraziyə getmiş, Bakı şəhəri, Ramana qəsəbəsində ağacın dibindən narkotik vasitə götürmüş, sonra həmin narkotik vasitədən bir büküm ona vermiş, qalan narkotik vasitəni üzərində saxlamış, həmin taksi ilə Şirvan şəhərinə qayıtmışlar və Şirvan şəhəri, H.Əliyev prospektində olduqları zaman Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişlər. Polis şöbəsində vəkili gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və bu zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini qonşusu Təqsirləndirilən şəxs1 ona pay verdiyini, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini İran İslam Respublikasının “Ömər” adlı vətəndaşından aldığını söyləmişdir (cild 01, i.v. 137-139). Təqsirləndirilən şəxs2 ifadəsinin məhkəmə iclasında elan olunan hissəsini təsdiq etmədiyini bildirmiş, ifadələri arasındakı ziddiyyəti ifadəsini oxumadan imzalaması, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı bildirilərək aldadılması ilə əlaqələndirmiş, üzərindən çıxan narkotik vasitəni öz istifadəsi üçün Vüsaldan aldığını deməsi məzmunda izahatı polislər belə deməsini bildirdikləri üçün dediyini bildirmiş, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini, şahidlərin ifadələri dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onlarla qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. xx xxx 2024-cü il tarixdə ona Şirvan şəhəri sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmaları, həmin tarixdə “Toyota Prius” markalı, “**-HT-***” dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospektində olacaqları, qanunsuz yolla əldə etdikləri narkotik vasitəni saxlamaları barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektinə gedib, orada avtomobili saxlamış və avtomobillə birlikdə saxlanılmış şəxsləri polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş Təqsirləndirilən şəxs2 üstündə və əşyalarında narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa, təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoymuş, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, üzərindən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Ramilin təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə onun və müdafiəçisinin yanında elektron tərəzidə çəkilərkən qablaşdırma ilə birlikdə 2,20 qram olması müəyyən edilmişdir. Ramil qonşusu Vüsal adlı şəxslə həmin gün Bakı şəhəri, Ramana qəsəbəsinə getdiklərini, orada X25 Respublikasının vətəndaşı ilə mobil telefonla danışdığını, həmin şəxsin dediyi yerdən Vüsalın narkotik vasitəni götürdüyünü, hazırda təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütləni də Vüsalın ona pay verdiyini qeyd etmiş, aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tədbirin davamı olaraq şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş Təqsirləndirilən şəxs1 üstündə və əşyalarında narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa, təqdim edilməsi təklif edilmiş, o da bir ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoyub, içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Vüsal həmçinin cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu və yaşadığı evin açarını çıxarıb masanın üzərinə qoymuşdur. Vüsalın təqdim etdiyi sellofan bükülü açıldıqda, birinin içərisində narkotik vasitə heroinə bənzər, digərinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə olan iki ədəd sellofan büküm müəyyən olunmuşdur. Vüsal həmin kütlələri eyni tarixdə günorta saatlarında əvvəlcədən danışdığı İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxslə “WhatsApp” vasitəsi ilə danışaraq, sonuncunun ona göndərdiyi kart hesabına 750 (yeddi yüz əlli) manat pul göndərdikdən sonra Bakı şəhəri, Ramana qəsəbəsində Əlinin ona “WhatsApp” vasitəsi ilə göndərdiyi yerdən götürdüyünü və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Vüsalın təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə onun və müdafiəçisinin yanında elektron tərəzidə çəkilərkən çəkisinin qablaşdırma ilə birlikdə 12,87 qram olması, heroinə bənzər kütlənin isə çəkisinin qablaşdırma ilə birlikdə 9,90 qram olması müəyyən edilmişdir. Hər iki kütlə qablaşdırılaraq götürülmüşdür. Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasının həyətində Şahid3 idarə etdiyi “Toyota Prius” markalı, “**-HT- ***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmək zərurəti yaranmış, Şahid3 polis əməkdaşlarının ona məxsus olan avtomobilə baxış keçirməsinə etiraz etməməsi barədə ərizə təqdim etmiş, proses iştirakçılarının iştirakı ilə həmin avtomobilin salonuna və arxa yük yerinə baxış keçirilən zaman heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 ünvan 3 ünvandakı evdə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmiş, bu barədə ondan ərizə alınmışdır. Vüsalın yaşadığı ünvana gedərək evə baxış keçirmişlər. Vüsal mənzildəki mətbəxdə soyuducudan yuxarı hissədə divardan asılmış rəfdən iki ədəd sellofan bükümü mətbəxdə olan masanın üzərinə qoyub, həmin sellofanlarda psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan başqa evdən elektron tərəzi də aşkar olunmuşdur. Vüsalın təqdim etdiyi iki ədəd sellofan açıldıqda birinin içərisində iki ədəd büküm aşkar olunmuş, həmin bükümlərdə Vüsal psixotrop maddə metamfetamin olduğunu və Ceyhun adlı şəxsdən 40 (qırx) manat pulun müqabilində aldığını bildirmişdir. Bundan sonra Vüsalın təqdim etdiyi bir ədəd sellofanın içərisində dörd ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və Vüsal həmin kütlələri Salyan rayon sakinindən 20 (iyirmi) manat pulun müqabilində aldığını bildirmişdir. Aşkar edilmiş kütlələr, bir ədəd elektron tərəzi, habelə “Redmi” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatında bildirilmişdir ki, təqsirləndirilən şəxslərin üzərində narkotik vasitə var, onlar narkotik vasitələrin istifadəsi və satışı ilə məşğuldurlar. Təqsirləndirilən şəxslərin harada olacaqları barədə onlara məlumat daxil olmuş, onlar da bir avtomobildə həmin yerə getmişlər. “Toyota Prius” markalı avtomobili yol patrul xidmətinin əməkdaşları deyil, özləri saxlamışlar. Əməliyyat tədbirində onunla birlikdə əməliyyat müvəkkili, müstəntiq və əməliyyat işləri üzrə rəis müavini iştirak etmişlər. Avtomobili saxlayarkən içərisində üç nəfər olmuş və həmin şəxslər onlardan yayınmağa çalışmamışlar. Ramil və Vüsaldan biri ön oturacaqda, digəri isə arxa oturacaqda əyləşmiş vəziyyətdə olmuşlar. Onlara yaxınlaşıb hansı əsasla saxlanıldıqları bildirilmiş və polis şöbəsinə dəvət olunmuşlar. Bu zaman təqsirləndirilən şəxslər tərəfindən etiraz olmamışdır. Vüsalla Ramil saxlanılanda saat 20 radələri olmuş, onlara heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Saxlanılmış şəxslərin üzərinə baxış keçiriləndə videoçəkiliş aparılmışdır. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin hansı formada qablaşdırıldığını xatırlamır. Evə baxış keçirilməsinə etiraz olunmamış və həmin baxış zamanı videoçəkiliş həyata keçirilmişdir. Vüsalın evində başqa şəxs olmamışdır. Vüsalın evindən aşkar olunmuş kütlələri aldığı şəxslərin şəxsiyyəti istintaqla müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə əməliyyat müvəkkili olaraq tərəflərindən hər hansı fakt aşkar edilməmiş, işin istintaqının sonrakı mərhələləri barədə məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Şirvan Şəhər Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə iş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi, cinayət işinin materiallarında olan ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblər) əsasən elan edilərək tədqiq edilmiş və müdafiə tərəfinin elan olunmuş ifadə ilə bağlı heç bir etirazı olmadığından həmin ifadə də iş üzrə sübut kimi qəbul olunmuşdur (cild 02, i.v. 12-13). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində qanunsuz yolla əldə etdikləri narkotik vasitəni saxlamaqda, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, i.v. 04). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa edilmələri məqsədilə ətraflarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (cild 01, i.v. 05- 09). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 19:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində, “Toyota Prius” markalı, **-HT- *** dövlət qeydiyyat nişanlı taksi avtomobillə hərəkət edərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə aparılmışlar (cild 01, i.v. 10). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ailə üzvünə bu barədə məlumat verilmişdir (cild 01, i.v. 12; 26- 27). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərar və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində olan ayrı-ayrılıqda bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 28; 30- 32). Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, onun yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmamışdır (cild 01, i.v. 33; 46). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 2, mənzil 11 ünvanında mətbəxdə olan soyuducudan yuxarı hissədə divardan asılmış iki qapılı qab-qaşıq rəfindən iki ədəd sellofan bükümdə içərisində psixotrop maddəyə bənzər kütlə, dörd ədəd kağız bükümdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, mətbəxdə sol tərəfdə olan qab yuyulan şkafın alt rəfindən özünə məxsus narkotik vasitə və psixotrop maddələrin çəkilərək bükümlərə ayırmaq üçün istifadə etdiyi elektron tərəzi və bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüş, videogörüntüləri özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 37-39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi X10 18/126-127 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 6,501 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, bir ədəd bükümdə təmiz çəkisi 12,267 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində: “...Təqsirləndirilən şəxs1 yaşadığı evdən...” sözləri yazılmış kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,325 qr, 0,140 qr, ümumi təmiz çəkisi 0,465 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır və iz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) miqdarını müəyyən etmək mümkün deyildir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,32 qr, 0,035 qr, 0,36 qr, 0,035 qr, ümumi təmiz çəkisi 1,38 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetamin ilə yaşadığı evdən aşkar edilmiş iki ədəd bükümdə psixotrop maddə metamfetamin eyni tərkibli deyildir. Aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik müəyyən olunmuşdur (cild 01, i.v. 50-53). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ailə üzvünə bu barədə məlumat verilmişdir (cild 01, i.v. 58; 72- 73). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərar və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və sol yan cibindən isə bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 74; 76-78). Məhkəmə Ekspertizası Mərkəzi X10 18/125 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasına dair ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdəki bir ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 1,840 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən olunmuşdur (cild 01, i.v. 92-94). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 111-113; 130-131). Şirvan Şəhər Məhkəməsinin 4(032)-24/2024, 4(032)-25/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində ayrı-ayrılıqda həbs etmənin əvvəli xx xxx 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 132-135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X18 51 və 52 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin bədən səthində heç bir xəsarət aşkar olunmamışdır (cild 01, i.v. 163-166). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli raportu və eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi bölmənin digər müstəntiqinə həvalə olunmuş və cinayət işi icraata qəbul edilmişdir (cild 01, i.v. 203-204). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 211-212). Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1239 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 213-214). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, i.v. 215-216). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 611 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, i.v. 217-218). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş qara rəngli bir ədəd “Samsung” markalı mobil telefonda +**********18 mobil nömrəsinin olduğu müəyyən edilmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (cild 01, i.v. 243-246). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş qızılı rəngli bir ədəd “Samsung” markalı mobil telefonun mesaj qovluğunda və “WhatsApp” sosial şəbəkəsi vasitəsilə qeyd olunan yazı mətnlərinə baxış zamanı həmin mobil telefonda +**********67 mobil nömrəsinin olduğu müəyyən edilmiş, bundan başqa Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun “birbank” tətbiqinə daxil olduqda, orada “Vüsal” +994 55 531-24-67 mobil nömrə olması, özünə məxsus **** **** **** 7129 seriyalı Birbank Cashback plastik kartı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hesab üzrə çıxarış bölməsində xx.xx.2024-cü il tarixdə, saat 15:15-də 5239- 15**-****-7129 saylı kart hesabından 750,00 AZN ödəniş olması, kontaktlarda “Omer” adlı şəxsin adı, +7 989 ***-**-** mobil nömrəsi olduğu, “Omer” adlı şəxslə xx.xx.2024-cü il tarixdə, saat 12:43-də, həmin şəxsdən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 14:04-də iki dəfə buraxılmış zəng və Təqsirləndirilən şəxs1 “Omer” adlı şəxsə xx.xx.2024cü il tarixdə, saat 14:17-də zəng etməsi, mobil telefonun mesaj qovluğunda xx.xx.2024-cü il tarixdə 750.0 AZN pulun köçürülməsi, bundan başqa mobil telefonun albomlar bölməsində kamera yazılan faylında 5239-1517-0593-7129 saylı "xxxx" ASC-yə məxsus plastik bank kartının fotoşəklinin olduğu müəyyən olunmuş, fotoşəkillər protokola əlavə olunmuşdur (cild 01, i.v. 247-259). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə həmin məhkəmənin 05.03.07-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 11 ay 01 gün müddət vaxtından əvvəl şərti azad olunmuş; Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuş; Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 02, i.v. 15-16; 21-25). Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya Qərarının 1.3-cü maddəsinə əsasən azad edilmiş; Əli-Bayramlı Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 01 il 04 ay 22 gün müddət vaxtından əvvəl şərti azad olunmuş; Şirvan Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş; Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuş; Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək, cəzası 1 (bir) il 6 (altı) ay müəyyənləşdirilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 02, i.v. 17-19; 31-35). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətin residivi yoxdur. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 9, mənzil 15 ünvanda qeydiyyatdadır və barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır (cild 02, i.v. 59-60). Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 2, mənzil 11 ünvanda qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır (cild 02, i.v. 61-62). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Şirvan Şəhər Mərkəzi X12 Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” dioqnozu, Təqsirləndirilən şəxs2 isə “tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” dioqnozu ilə qeydiyyatdadırlar, ruhi-əsəb kabinetində isə qeydiyyatda yoxdurlar (cild 02, i.v. 63). Məhkəmə Ekspertizası Mərkəzi X10 3-16-16/2-18/479 nömrəli, xx.xx.2024-cü il tarixli materialların əlavə məhkəmə ekspertizasına dair ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs2 məxsus narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən olunmuşdur (cild 02, i.v. 66-69). Şirvan Şəhər Polis X9 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, ittihamın mahiyyəti elan olunmaqla, bu barədə qərarın surəti təqdim edilmiş, lakin o, əsaslı səbəb olmadan imza etməkdən imtina etmişdir (cild 02, i.v. 86-87). Şirvan Şəhər Məhkəməsinin 4(032)-119/2024, 4(032)-120/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində ayrı-ayrılıqda seçilmiş həbs qətimkan tədbirinin vaxtı uzadılmışdır (cild 01, i.v. 110-121). Şirvan Şəhər Polis X9 “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan olunmuş; Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və tədqiqatlara təqdim olunmuş təmiz çəkisi 6,301 qram narkotik vasitə heroin, təmiz çəkisi 12,582 qram psixotrop maddə metamfetamin, yaşadığı evdən aşkar edilərək götürülmüş 1,30 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və tədqiqatlara təqdim olunmuş təmiz çəkisi 1,690 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş; Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və yaşadığı evdə baxış keçirilməsinin, Təqsirləndirilən şəxs2 üzərində şəxs axtarış keçirilməsinin video kadrları əks olunan üç ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02, iş vərəqi 122- 147; 149-151). Azərbayan Respublikası Vəkillər X6 Vəkil Bürosunun vəkilləri X13 və X3 xx.xx.2024cü il tarixli hesabatlarından görünür ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı hüquqları onların hər biri tərəfindən ayrı-ayrılıqda 40 (qırx) iş saatı müddətində müdafiə olunmuşdur (cild 02, iş vərəqi 180-181). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin BKC/LGL-8325/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin öz adına rəsmiləşdirilməsi, həmin nömrənin anten dairəsi məlumatlarına əsasən onun xx xxx 2024cü il tarixdə, saat 00:00:52-dən saat 12:39:08-dək Şirvan şəhəri; saat 12:40:01-dən saat 16:48:24-dək Hacıqabul şəhəri, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal, Ələt qəsəbələri, Bakı şəhərinin Səbail, Suraxanı rayonu, Nərimanov, Qaradağ, Sabunçu rayonları, saat 16:48:26-dan saat 20:23:59-dək Bakı-Salyan şossesi, Sahil qəsəbəsi, Hacıqabul rayonunun Atbulaq kəndi, Nəvahi qəsəbəsi, Şirvan şəhəri ərazilərində olması, bundan başqa 01 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixinədək olan müddətdə ayrı-ayrı vaxtlarda müxtəlif nömrələrlə arasında “Bawuva donerem qaqam allah komeyin olsun o sendekindeki axwama kimi verecem hamsin”; “Bawuva donerem qaqam gor ne derem birazdan torpag goturende senen bidenede qewey tebiyi verecem sene dincelersen”; “Qaqa onu skoca pükmesin acmaq olmur. telfonu ac söz diyirem”; “Qaqa bir söz dede gözüyüm ya gözemiyim”; “Qaqa yatmiram gözüyürem seni olsada olmasada xeber ele”; “Satma.cekmeke gönderdim.senin mene verdiyin 15.manatdig”; “Qaqa men sene dedim elündeki pulu gönder zakas edim”; “Qaqa xeyrünen qacitsan ac telfonu ya he de ya yox de burda ne var ki”; “Qaqa düzelir ya düzelmir he ya yox de”; “Yeke kişisen 20 demşdin”; xx xxx 2024-cü il tarixdə, saat 20:16:14 və 31 yanvar 2024-cü il tarixdə, saat 16:59:29-da 055 418-28-78 mobil nömrəsindən onun istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə “QAQA SEN ANUN QEBRİ NESE İWİN VARSA AC BİR KELME Dİ,MENDE KENDE QAYİDMALİYAM BİR AZDAN MAWİN TAPMAYACAM,İWİMİ BİLİM”; “AXİRDA BELE OLURDA VUSAL HE?HECİNE ZOR ELEDİN MENE PALOJNA İDİ” məzmunda yazışmaların olduğu müəyyən edilmişdir. Həmçinin sözügedən diskdə olan məlumatlardan digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** mobil nömrənin X8 adına rəsmiləşdirilməsi, həmin nömrənin anten dairəsi məlumatlarına əsasən onun xx xxx 2024-cü il tarixdə, saat 08:19:33-də Şirvan şəhəri; saat 14:34:22-də Umid qəsəbəsi, Qaradağ rayonu, Bakı- Ələt ərazilərində olması müəyyən edilmişdir (CD diskdə olan məlumatlar çap edilərək iş materiallarına əlavə olunmuşdur). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 13 (on üç), Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir ki, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə müdafiəçiləri vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı narkotik istifadəçisi olmaları və şəxsi istifadələri məqsədilə birlikdə narkotik dalınca getmələri hissədə səmimi etiraf etsələr də, satışı ilə məşğul olmadıqları hissədə mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların özlərini müdafiə üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər, yəni Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs2 onunla birlikdə avtomobildə narkotik qəbul etsə də, ona başqa narkotik vasitə və ya psixotrop maddə verməməsi, Ramildə narkotik vasitə olmaması, Ramilin onun iranlı ilə danışdığını bilməməsi, ümumiyyətlə, onun narkotiki necə və haradan götürməsindən Ramilin məlumatı olmaması, Bakıda Ramilin Şahid3 ilə avtomobildə oturması, özünün isə başqa maşınla gedib narkotiki götürüb onların yanına qayıtması, götürdüyü predmetləri üzərində saxlaması və şəxsi istifadəsi üçün əldə etməsi, ibtidai istintaq zamanı məhkəmə iclasında elan olunan hissədə təsdiq etmədiyi, belə məzmunda ifadə vermədiyi; Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xx xxx 2024-cü il tarixdə konkret hara gedəcəyi, kiminlə görüşəcəyi, nə qədər pul göndərdiyi, kimdən, neçə qram narkotik alacağını bilməməsi, saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması, onu aldadaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulacağını bildirdikləri üçün ittihamla razılaşıb, sənədlərə imza atması, polis şöbəsində cibinə 1,8 qrama yaxın narkotik vasitə qoyulması, üzərindən çıxan narkotik vasitəni öz istifadəsi üçün Vüsaldan aldığını deməsi məzmunda izahatı polislər belə deməsini bildirdikləri üçün deməsi, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında hüquq müdafiəçilərinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə zamanı üzərlərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələrin onlara məxsus olduğunu bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı-ayrılıqda ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri 01 fevral 2024-cü il tarixli ifadələrində özlərini onlara verilmiş şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmə, daşıma və saxlamada təqsirli bilmiş, saxlanılarkən, habelə polis şöbəsinə gətirildikdən sonra onlara qarşı fiziki və ya psixi zor tətbiq olunmaması hər hansı bir xəsarət almadıqları və bununla bağlı heç bir şikayətlərinin olmamasını bildirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona pay verdiyi, saxlanılarkən üzərindən aşkar olunmuş və özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə barədə materialların məhkəmə ekspertizasının 18/125 nömrəli, 31 yanvar 2024-cü il tarixli rəyi ilə tanış olarkən heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə hər iki təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlardan Təqsirləndirilən şəxs1 mövcud ziddiyyəti müstəntiqin yazdığı ifadəni oxumadan imzalaması, Təqsirləndirilən şəxs2 isə ifadəsini oxumadan imzalamasından başqa, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı bildirilərək aldadılması, üzərindən çıxan narkotik vasitəni öz istifadəsi üçün Vüsaldan aldığını deməsi məzmunda izahatı polislər belə deməsini bildirdikləri üçün deməsi ilə əlaqələndirmişlər. Təqsirləndirilən şəxslərin bu hissədə dediklərinə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarlar, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə ayrı-ayrılıqda cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri, onlara verilən ittihamın mahiyyəti elan olunmuş, onlar izahat və ifadələrinin sonunda “izahata başqa əlavəm yoxdur”, “əlavəm yoxdur, mənim sözlərimlə doğru yazılıb, imzamla təsdiq edirəm” qeydini edərək, həmin sənədləri imzalamışlar. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslərin hadisə ilə bağlı ümumi sözlərlə yalnız narkotik istifadəçisi olduqları, satışı ilə məşğul olmamaları barədə göstərdikləri xüsusatlara tərəflərindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad etmələri qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz qanunu bilməmələri, aldadılmaları nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onların göstərdikləri bu xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ilkin ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları, onların məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan da görünür ki, onlar narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışlar. Çünki, onlardan aşkar olunan narkotik vasitələrin heroin və qurudulmuş marixuana olmaqla ayrı-ayrı növdə olmaları, habelə psixotrop maddə metamfetamin olması, həmin kütlələrin hər birinin ayrı-ayrılıqda qablaşdırılması, çəkiləri, habelə Təqsirləndirilən şəxs1 evindən elektron tərəzinin aşkarlanması həmin kütlələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmçinin Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni təkrarən qanunsuz olaraq satmaq məqsədi ilə əldə etmə, daşıma və saxlama əməlinə görə ittiham verilmişdir. İbtidai istintaq orqanı bunu onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxx 2024-cü il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsində üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddələrdən başqa, yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 2, mənzil 11 ünvanda da narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmiş və həmin mənzilə baxış zamanı orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrdən fərqlənən kütlələr aşkar olunmuşdur. Belə ki, 18/126-127 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminlə yaşadığı evdən aşkar edilmiş iki ədəd bükümdə psixotrop maddə metamfetamin eyni tərkibli deyildir (cild 01, i.v. 50-53). Cinayət hüquq nəzəriyyəsinə görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi onlardan hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi deməkdir. Təqsirkar həmin maddələrdə sadalanan cinayətlərdən hər hansı birini etməyə görə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədikdə, cinayət məsuliyyətindən azad edilmədikdə, məhkum olunmadıqda və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədikdə təkrarlıq əlamətinə görə məsuliyyət yaranır. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən xx xxx 2024-cü il tarixdə saxlanılmasına, üzərindən narkotik vasitə, psixotrop maddə aşkar olunmasına baxmayaraq, ittiham aktında əvvəlcə onun yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddə aşkarlanması, daha sonra isə xx xxx 2024-cü il tarixdə saxlanılması epizoduna “təkrarən” qeyd edilməsinə aydınlıq gətirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 evində olan və polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra evində də narkotik olmasını etiraf etdiyi və baxış zamanı evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə, saxlanılarkən üzərindən aşkar olunan külli miqdarda olan narkotik vasitə və psixotrop maddələrdən öncə əldə etmişdir. Bu mənada məhkəmə ibtidai istintaq orqanının yanaşmasını qanuni və əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 8 və 9-cu bəndlərində isə deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49 və 146-cı bəndlərinə əsasən heroin, marixuana dövriyyəsi qadağan olunmuş narkotik vasitələr; 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ Siyahısının 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin; İİ Siyahısının 118-ci bəndinə əsasən 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri, ilkin izahat və ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürülmə aparılması haqqında”, “baxış keçirilməsi haqqında” protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış ayrı-ayrı növdə olan narkotik vasitə və psixotrop maddələr, elektron tərəzi, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairələri, telefon danışıqları məlumatları, aparılan yazışmalar (sms mətnləri), yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3cü və Təqsirləndirilən şəxs2 əməllərini isə həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 əməllərində isə həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə narkotik vasitələr və psixotrop maddələrin istifadəsi və satışında, habelə Cinayət Məcəlləsinin digər maddələri (oğurluq əməlinin ayrı-ayrı bəndləri) ilə satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrini onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələr üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara müvafiq qaydada ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq qaydada təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq təmiz çəkiləri 6,301 qram olan narkotik vasitə heroin, 12,582 qram olan psixotrop maddə metamfetamin, yaşadığı evdən aşkar edilərək götürülmüş 1,30 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqqatından sonra qalıq təmiz çəkisi 1,690 qram olan narkotik vasitə heroin məhv edilməli; Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və yaşadığı evdə baxış keçirilməsi, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüləri əks olunan üç ədəd DVD disk və onların istifadələrində olmuş mobil telefon nömrələrinə dair məlumatları özündə əks etdirən bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, onların ibtidai istintaqda və məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həm ibtidai istintaq, həm də məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 198.3-cü maddədə isə qeyd olunur ki, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət işinin materiallarından görünür ki, narkotik vasitə əldə etmək üçün getməyi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təklif etmiş, bundan başqa Təqsirləndirilən şəxs1 həm üzərindən, həm də yaşadığı evindən aşkarlanmış narkotik vasitə ilə əlaqədar ayrı-ayrı ekspertizalar keçirilmiş, habelə Ramilin üzərindən aşkarlanan narkotoklə Vüsaldan aşkarlanan narkotikin eyniliyinin müəyyənləşdirilməsi üçün ayrıca ekspertiza keçirilmişdir. Belə olan halda cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 145 (bir yüz qırx beş) manat 59 (əlli doqquz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs1 95 (doxsan beş) manat 85 (səksən beş) qəpik, Təqsirləndirilən şəxs2 isə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni xx xxx 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxx 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxx 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat 59 (əlli doqquz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs1 95 (doxsan beş) manat 85 (səksən beş) qəpik və Təqsirləndirilən şəxs2 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı, habelə məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq təmiz çəkiləri 6,301 qram olan narkotik vasitə heroin, 12,582 qram olan psixotrop maddə metamfetamin, yaşadığı evdən aşkar edilərək götürülmüş 1,30 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqqatından sonra qalıq təmiz çəkisi 1,690 qram olan narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və yaşadığı evdə baxış keçirilməsi, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüləri əks olunan üç ədəd DVD disk və onların istifadələrində olmuş mobil telefon nömrələrinə dair məlumatları özündə əks etdirən bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və iş materiallarında saxlanılsınlar. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar