Məhkəmə qərarları › İş №1(099)-569/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-569/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-569/2022 13.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakları ilə xx xxxx 1962-ci ildə Beyləqan rayonu, Mayak qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Beyləqan rayon həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) CM-nin 29,120.1 və 120.2.10-cu maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxs Urfat oğlunun öz həyətində tikdiyi ayaqyolundan onların evinə pis iy gəldiyini deyərək həmin ayaqyolunun sökülməsini ondan tələb etdiyi üçün aralarında narazılıq yaranmış, 07 aprel 2021-ci il tarixdə, saat 18 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus otlaq sahəsində onun heyvanlarının otlaması ilə bağlı aralarında mübahisə yaranmış, səs-küyə onun arvadı Şahid4 gəlmiş, Zərərçəkmiş şəxs onu kənara itələyib onun başının tüklərini qırxdırıb içəri saldıracağını deməklə Şahid4 təhqir etdiyi üçün Zərərçəkmiş şəxs hərəkətlərindən qəzəblənib ondan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, 16 aprel 2022-ci il tarixdə, saat 13 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində torpaq yolda Zərərçəkmiş şəxs Beyləqan rayonu, Mayak qəsəbə sakini Şahid9 ilə söhbət etdiyini görüb özünün qabaqcadan planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək üçün onların yanına yaxınlaşaraq Zərərçəkmiş şəxs arvadının başının tüklərini kimə qırxdıracağını soruşduqdan dərhal sonra Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə əlində olan, istintaqa məlum olmayan dəmir balta ilə Zərərçəkmiş şəxs vuraraq ona qəsdən sol əl pəncəsi nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib əlindəki həmin balta ilə yenidən Zərərçəkmiş şəxs qəsdən vuraraq öldürməyə cəhd etmiş, lakin həmin vaxt orada olmuş Şahid9 onun bel nahiyəsindən, Şahid10 isə onun qolundan tutaraq Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə ona balta ilə zərbələr vurmasının qarşısını almaları səbəbindən o, bilavasitə cinayət törətməyə, yəni Zərərçəkmiş şəxs Urfat oğlunu öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, nəticədə Zərərçəkmiş şəxs Urfat oğlunu qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə, saat 18 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus otlaq sahəsində onun heyvanlarının otlaması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Urfat oğlunun onun arvadı Şahid4 başının tüklərini qırxdıracağını deməklə təhqir etməsini özünə qarşı təhqir hesab edərək Zərərçəkmiş şəxs Urfat oğlunun hərəkətləri ilə barışa bilmədiyi üçün ondan qisas almaq niyyəti ilə təkrar Zərərçəkmiş şəxs Urfat oğlunu qəsdən öldürmək qərarına gəlib, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evində gizlədərək saxladığı qoşalüləli ov tüfəngini və üç ədəd patronu istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən xırda buynuzlu heyvanların saxlanıldığı tikiliyə gətirib orada gizlədərək özünün cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləmiş, 05 iyun 2022-ci il tarixdə, saat 06:38 radələrində Zərərçəkmiş şəxs Urfat oğlunun Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin yaxınlığından keçən torpaq yolla özünə məxsus iri buynuzlu heyvanları otlaq sahəsinə apardığını görüb, özünün qabaqcadan planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs çağıraraq işlərini bitirdikdən sonra həmin yolla geri qayıtmasını bildirib, Zərərçəkmiş şəxs qayıtmasını gözləmiş, həmin gün saat 06:57 radələrində Zərərçəkmiş şəxs həmin torpaq yolla geri qayıtdığını görüb həmin qoşalüləli ov tüfəngini götürərək Şahid1 məxsus fərdi yaşayış evinin həyətinin hasarından torpaq yola keçərək Zərərçəkmiş şəxs qarşısına çıxıb Zərərçəkmiş şəxs arvadının başının tüklərini kimə qırxdıracağını soruşmuş, Zərərçəkmiş şəxs ona tərəf gələrək arvadının başının tüklərini özünün qırxacağını deyən kimi o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib özündə saxladığı, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngindən onu öldürmək məqsədilə qəsdən iki dəfə atəş açaraq Zərərçəkmiş şəxs sağ budun aşağı üçdə birinin arxa-bayır səthlərindən keçməklə yumşaq toxumaları zədələyərək sağ budun aşağı üçdə birinin iç səthindən çıxan və davamı olaraq sol budun aşağı üçdə birinin ön-iç səthini əhatə edən, dəlib keçən, istiqaməti sağdan sola, yuxarıdan cüzi aşağıya, arxadan cüzi önə olan, sağ budun aşağı üçdə birinin iç səthində yerləşən, kor, istiqaməti soldan sağa, yuxarıdan cüzi aşağıya, öndən cüzi arxaya olan yaralar xarakterli odlu silah-qırma yaralanmaları nəticəsində budun damar(arteriya, vena damarlarının) dəstələrinin zədələnmələrindən törənmiş kəskin qanitirməyə səbəb olan və onun ölümü ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağız zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Urfat oğlunu təkrar qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının əvvəllərində o, Bəhruza tikdirdiyi ayaq yolundan iy gəldiyindən onu sökməsini demişdir. Sonra da bu söhbəti sahədə davam etdirmişlər. O əlindəki balta ilə ağacları budamaqla məşğul olmuşdur. O Bəhruzdan onun arvadının başını qırxan adamın kimliyini deməsini tələb etmişdir. Onların yanında Bəxtiyar da olmuşdur. O əlində olan balta ilə Bəhruzu vurmamış, nə də onu öldürmək istəməmişdir. Bəhruz isə ona heç bir söz demədən avtomobilə oturaraq sürüb getmişdir. Sonra da təxminən 2022-ci ilin may ayının ortalarında Bəhruzun maşınına yaxınlaşmış, Bəhruzdan onun arvadının başını kimə qırxdıracağını soruşmuşdur. Bəhruz onun bu sözünə gülüb, maşının qapısını örtərək get axtar tapıb, bilərsən deyərək, maşını sürüb getmişdir. Sonra da Bəhruz ondan Beyləqan Rayon Polis Şöbəsinə şikayət etmiş, həmin şikayətə əsasən onu polis şöbəsinə çağırdıqlarından o bərk əsəbiləşmişdir. Ona görə də tapdığı tüfəngi və 3 ədəd patronu aparıb işlədiyi Məhərrəmə məxsus fermasının giriş qapısının arxasında gizlətmişdir. 05 iyun 2022-ci il tarixdə, saat 07 radələrində fermanın həyətində mal-qara ilə məşğul olarkən Bəhruzun yoldan keçərək mal-qara apardığını görüb Bəhruza yaxınlaşaraq həmin yolla geri qayıtmasını, onunla işi olduğunu demiş, Bəhruz ona qayıdacağını bildirmişdir. O, bir qədər sonra Bəhruzun qayıtdığını görüb gizlətdiyi tüfəngi və 3 ədəd patronu götürərək patronlardan ikisini tüfəngə yerləşdirmiş, qalan bir patronu isə əlində saxlamışdır. Bəhruz qayıtdıqdan sonra o Bəhruzdan onun arvadının başını kimə qırxdıracağını soruşmuş, Bəhruz ona acıqlı cavab vermiş, o da tüfəngi qaldırıb Bəhruzu nişan alaraq bir dəfə atəş açmış, Bəhruz yerə yıxılmışdır. Həmin anda Bəhruzla onun arasında təxminən 10 metrlik məsafə olmuşdur. O Bəhruzun ayağa qalxdığını və ona tərəf gəldiyini görüb, ikinci dəfə atəş açmış, Bəhruz yerə yıxılmışdır. Bundan sonra o Məhərrəmin fermasına getmişdir. Həmin vaxt Məhərrəm qaçaraq Bəhruza tərəf getmiş və ona iradını bildirmişdir. O tüfəngdə olan boş gilizləri çıxarmış və tüfəngi Məhərrəmin fermasının giriş darvazasının arxa tərəfinə qoymuş, bir ədəd dolu patronla, iki ədəd gilizi isə əynindəki şalvarın sol cibinə qoyub həyətdə gözləmişdir. Sonra da Məhərrəm öz telefonunu ona verib, polisə zəng vurmasını və Bəhruzu maşına qoymağa kömək etməsini deyib, maşınını işə salaraq Bəhruzun yanına sürmüşdür. O, polisə zəng edərək Beyləqan rayonu, Mayak kəndində yaşadığını, kənddə tüfənglə adam güllələdiyini demiş, sonra da gedərək Məhərrəmlə birlikdə Bəhruzu maşının arxa oturacağına qoymuşlar. Məhərrəm Bəhruzu xəztəxanaya aparmışdır. Bundan təxminən 10-15 dəqiqə keçdikdən sonra polislər oraya gəlmiş, o, tüfəngi, cibindəki bir ədəd dolu patronu və iki ədəd boş gilizi polislərə təqdim edərək təslim olmuşdur. Onun məqsədi Bəhruzu öldürmək yox onu qorxutmaq olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlllərini törətməsi özünün qismən etiraf edici ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Beləki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, 05 iyun 2022-ci il tarixdə səhər təxminən saat 07-yə qalmış mərhum əri Bəhruz mal-qaranı otarmaq üçün aparmağa hazırlaşmışdır. Həmin vaxt onların fermasında işləyən Sadəgülün anası Fatma da gedəcəyini bildirmiş, Bəhruz Fatmaya onu gözləməsini, mal-qaranı sahəyə aparıb, geri qayıdacağını və onu yola salacağını demiş və mal-qaranı sahəyə aparmaq üçün evdən çıxmışdır. Adətən Bəhruzun səhərlər mal-qaranı aparıb sahəyə salması və geri qayıtması 10-15 dəqiqə müddət çəksə də həmin gün isə təxminən yarım saatdan çox vaxt keçməsinə baxmayaraq o geri qayıtmamışdır. Bir qədər sonra onun sonradan tanıdığı Əli onların yaşadığı evə gələrək Bəhruzun qana və torpağa bulaşmış vəziyyətdə olan telefonunu Sadəgülə vermişdir. O, həyəcanlanaraq Sadəgülə Bəhruzun başına nəsə iş gəldiyini deyib, onunla birlikdə Bəhruzun mal-qaranı otarmağa apardığı sahəyə getmiş, mal-qaranın sahədə olduğunu görsə də Bəhruzu orada görməmişdir. O, Sadəgüllə birlikdə Bəhruzu kiminsə vurub, kanala ata biləcəyini düşünüb yol kənarından keçən kanala baxa-baxa geri qayıtmışlar. Geri qayıdan zaman qonşuluqda yerləşən Məhərrəmin evinin yaxınlığındakı yolda çoxlu qan ləkələrinin olduğunu görmüşdür. Təxminən bir neçə dəqiqə sonra ərinin dostu Təbriz ona zəng edərək Arifin Bəhruzu vurduğunu, qorxmamasını, Bəhruzun Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparıldığını ona demiş və o Sadəgüllə birlikdə evə qaçaraq qayıdarkən Arifin polis əməkdaşlarının saxladıqlarını görmüşdür. Daha sonra Bəhruzun əmisi Möhübbətin idarə etdiyi maşınla Beyləqan rayon mərkəzi xəstəxanasına getmişlər. Orada ərinin öldüyünü bilmişdir. Həmin vaxt Arif heç bir səbəb olmadan mərhum ərinə odlu silahdan iki dəfə atəş açaraq öldürdüyünü onlara Məhərrəm demişdir. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin aprel ayında Arif Bəhruza ayaq yolunu evinə yaxın tikməsini bildirərək onunla mübahisə etmişdir. Həmin vaxt Bəhruz Arifə ayaq yolunun tez bir zamanda dolduracağını bildirmişdir. Dəqiq xatırlamadığı tarixdə Bəhruz və qayınatası Ürfət torpaq sahəsində olan zaman Arif və Qaratel (Ramizə) əllərində çomaqla Bəhruzun üstünə gedib, onunla mübahisə etmişlər. Ramizə Bəhruza sənin nə işlərlə məşğul olduğunu bilirik dediyindən, əri Ramizəyə adamı dediyi bu sözə görə başını qırxıb, içəri atarlar demişdir. 2021-ci ilin aprel ayının ortalarında mərhum əri Bəhruz ona qəsəbədəki yolda avtomobildə oturub Bəxtiyarla söhbət edərkən Arifin əlində balta ilə gələrək onu təhqir edib balta ilə onun başına zərbə endirdiyini, əlini baltanın qabağına verdiyini, əlinin yaralandığını, Bəxtiyarın Arifi çəkib aparmaq istədiyini, lakin Arifin yenə də qışqıraraq onun üzərinə gələrək onu vurmaq istədiyini, həmin vaxt Samirin də oraya gələrək Arifin qolundan tutub baltanı almaq istədiyini, X4 vurmasının qarşısını aldıqlarını, Arifin Bəxtiyara nəyə görə imkan vermədin, onu öldürüm dediyini, Bəxtiyarın Arifi çəkib apardığını, özünün isə polisə şikayət etdiyini, ekspert həkimdən keçdiyini, xəsarətinin olduğunu bildirmişdir. Arif həmin vaxt Bəhruzu balta ilə vurub öldürmək istəmiş, lakin X14 mane olduqlarından, Arif Bəhruzu öldürə bilməmişdir. Həmin hadisəyə qədər müxtəlif vaxtlarda Arif və arvadı Ramizə hər dəfə bir bəhanə edərək Bəhruza sataşmış, Bəhruzu əsəbiləşdirməyə və özlərinə xəsarət yetirməyə vadar etməyə çalışmışlar. Buna baxmayaraq Bəhruz heç bir zaman onlardan şikayət etməmişdir. Lakin Arifin balta ilə Bəhruza hücum çəkməsindən sonra Bəhruz polisə şikayət etmişdir. Arif onun cavan ərini heç bir səbəb olmadan öldürmüş, iki nəfər uşaqlarını atasız qoymuşdur. Ona görə də ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 iyun 2022-ci il tarixdə səhər vaxtı gəlini Rəqsanə ona zəng edərək Bəhruzun mal-qaranı otarmağa apardığını, amma geri qayıtmadığını demişdir. Daha sonra Rəqsanə yenidən ona zəng edərək qonşusu Əlinin Bəhruzun telefonunu gətirdiyini, telefonun qan içində olduğunu, Bəhruzun güllələndiyini, Arifin Bəhruzu güllələdiyini, Bəhruzun Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparıldığını demişdir. O, dərhal xəstəxanaya getmiş və orada oğlu Bəhruzun öldüyünü bilmişdir. Təxminən 2021-ci ilin mart-aprel ayına qədər Ariflə onun oğlu Bəhruzun münasibətləri yaxşı olmuşdur. Həmin vaxtlar Bəhruzun tualeti onun evinə yaxın tikdirdiyinə görə aralarında mübahisə baş vermişdir.Təxminən 2021-ci ilin aprel ayında Bəhruz ona telefonla zəng edərək Beyləqan rayonu, Mayak kəndində yerləşən torpaq sahəsində heyvan otarıldığını deyərək onu cağırmış, o da sahəyə getmiş, orada torpaq sahəsinin otarıldığını görmüşdür. Elə həmin vaxt Arifin əlində çomaq söyüş söyərək, arxasınca isə arvadı Qaratelin (Ramizənin) gəldiyini görmüşdür. Arif çatan kimi əlindəki çomaqla Bəhruzu vurmaq istəmiş, o, Arifin əlindən tutaraq, onu geri itələmiş və sahələrində heyvan otararmaqdan hələ bir utanmadan onları söydüyünü deyib ona iradını bildirmişdir. Bu vaxt Arifin arvadı Qaratel ona və Bəhruza siz qudurmuş adamlarsınız, qoyunlarımızı da oğurlamısınız demiş, o da heç kimin heç nəyini oğurlamadıqlarını, oğurluq olubsa polisə şikayət etmələrni bildirmişdir. Bəhruz isə Qaratelə yalan danışmağın üstündə adamı polisə apararlar, içəridə başını qırxarlar, şikayətin varsa, get, ver polisə demişdir. Bu hadisədən əvvəl təxminən 2021-ci ilin aprel ayında Bəhruz Mayak kəndində qonşuları Bəxtiyarla birlikdə evin qarşısında maşında oturub söhbət edərkən Arif əlində balta ilə Məhərrəmin həyətindən çıxaraq, onların üstünə gəlmiş, Bəxtiyarı itələyib maşında oturan Bəhruzun başına balta ilə zərbə endirmişdir. Həmin vaxt Bəhruz qolu ilə özünü müdafiə etmiş və qolundan xəsarət almışdır. Bu barədə Bəhruz ona danışmış və Arifdən polisə şikayət etdiyini və ekspertizadan keçdiyini demişdir. Dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyun 2022-ci il tarixdə, saat 06:00 radələrində o, Beyləqan şəhərində yerləşən evindən çıxaraq Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən evinə getmiş,həmin vaxt evin həyətində onun arvadı Şəhla və Arifin arvadı Qaratelin inəkləri sağdıqlarını, Arifin isə boş sahədə dayandığını görmüşdür. İnəklər sağılıb qurtardıqdan sonra Arif həyətdə enerji yığması üçün qoyulmuş akkumlyatoru götürüb, inəkləri sahəyə aparmışdır. Bundan təxminən 15-20 dəqiqə sonra o, evin həyətində oturduğu zaman yaxınlıqdan atəş və qışqıraraq ay ana, ay Allah, öldüm, öldüm deməsini eşitmişdir. İkinci atəş səsini eşidən kimi o, çölə çıxaraq səs gələn tərəfə doğru qaçarkən Arifin əlində tüfəng ona tərəf gəldiyini, Arifin olduğu yerdən təxminən 10 metr aralıda Bəhruzun uzandığını görmüşdür. O, Arifin yanından keçəndə Arifə iradını bildirmişdir. O, Bəhruzun yıxıldığı yerə çatarkən onun ayağından olduqca güclü qan axdığını, hər iki ayağının diz qapaqlarından yuxarı hissələrdə parçalandığını və güllə yarası aldığını görüb, ip taparaq Bəhruzun hər iki ayağını bud hissədən qanaxmanı dayandırmaq üçün sıxaraq bağlamışdır. Sonra da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O Arifə Bəhruzun avtomobilə qoymaq üçün kömək etməsini demiş və Ariflə köməkləşib onu idarə etdiyi avtomobilə qoyaraq Beyləqan rayon Mərkəzi Xəstəxanasına tək aparmışdır. Bəhruz xəstəxanada aldığı xəsarətdən ölmüşdür. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, təxminən bir il əvvəl Bəhruzla Arif arasında ayaqyolu üstündə və Arifin öz qoyunlarını Bəhruzun torpaq sahəsində otarmasına görə mübahisələri olduğunu eşitmişdir. Dindirilmiş Şahid5 Şahid1 ilə oxşar məzmunlu ifadələr verdi. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir ki, Bəhruzun Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən evində işləmiş, Bəhruzun heyvanlarını sağmışdır. 05 iyun 2022-ci il tarixdə səhər saat 06 radələrində yuxudan oyanmış və Bəhruzun arvadı Rəqsanə ilə heyvanları sağmağa başlamışlar. Onlar heyvanları sağdıqdan sonra təxminən saat 06:30 radələrində Bəhruz mal-qaranı otarmaq üçün aparmağa hazırlaşmışdır. Həmin vaxt Sadəgülün anası Fatma evinə gedəcəyini dedyindən, Bəhruz onu gözləməsini, mal-qaranı sahəyə apardıqdan sonra, onu yola salacağını bildirmişdir. O heyvanları sahəyə aparmış, lakin yarım saatdan çox vaxt keçməsinə baxmayaraq geri qayıtmamışdır. Bir qədər sonra Əli adlı kənd sakini evə gələrək ona qana və torpağa bulaşmış vəziyyətdə telefonu verib, Bəhruzun telefonu olduğunu demişdir. O, telefonu aparıb Bəhruzun arvadı Rəqsanəyə vermiş, Rəqsanə telefonun Bəhruzun telefonu olduğunu, Bəhruzun başına iş gəldiyini və onu axtarmaq üçün mal-qaranı otarmağa apardığı sahəyə getməli olduqlarını demiş və onlar birlikdə sahəyə getmişlər. Torpaq sahəsində heyvanlaı görsələrdə Bəhruzu görməmişlər. Geri qayıdarkən o, Məhərrəmgilin evinin yanında keçən torpaq yolda qan ləkələri olduğunu Rəqsanəyə demişdir. Rəqsanə həmin qan ləkələrini gördükdən sonra əvvəlcə tanışları Təbrizin arvadı Aytaca zəng edərək Aytacdan Təbrizin harada olduğunu, Təbrizdən Bəhruzu görübgörmədiyini soruşmasını demiş, sonra isə qayınatası Urfata zəng edərək Bəhruzdan xəbərinin olub-olmadığını, narahat olduğunu bildirmişdir. Urfat ona, Bəhruzla həmin gün danışmadığını və özünü də xəbərsiz olduğunu demişdir. Təxminən bir neçə dəqiqə sonra Təbriz Rəqsanəyə zəng edərək Arifin Bəhruzu vurduğunu, Bəhruzun Beyləqan rayon mərkəzi xəstəxanasına aparıldığını demişdir. Bundan sonra Rəqsanə ilə birlikdə qaçaraq evə tərəf qayıtmışlar. Məhərrəmin həyətinin yaxınlığında yolda Ariflə birlikdə polis əməkdaşlarının qan ləkələri olan yerə tərəf getdiklərini görmüşlər. Dindirilmiş şahid X9 Şahid7 göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə saat təxminən 13 radələrində o, özünə məxsus heyvanları evə gətirərkən Məhərrəmin evinin yanından Bəhruzun öz avtomobili ilə gələrək onun yanında saxlamış və onlar söhbət etmişlər. Həmin vaxt Arifin əlində balta onlara tərəf gəldiyini görmüş, Arif onların yanına çatdıqda əli ilə onu qırağa çəkmiş, əlindəki baltanı yuxarı qaldırıb Bəhruza de görüm, kimin arvadının başını qırxdırıb içəri saldıracaqsan deyərək əlindəki balta ilə Bəhruzu vurmuş, Bəhruz isə əlini baltanın qabağına vermişdir. Arif Bəhruzu yenidən vurmaq istəyərkən o, dərhal Arifin belindən tutaraq onu kənara çəkmişdir. Həmin vaxt səs-küyə Samir də gəlmişdir. O, Arifi oradan uzaqlaşdırıb Məhərrəmin həyətinə salarkən Arif ona qışqıraraq nalayiq ifadələrlə niyə imkan vermədin, onu öldürüm demişdir. O isə Arifi sakitləşdirib oradan getməsini məsləhət bilmişdir. O, 05 iyun 2022-ci il tarixdə, saat 06 radələrində evdən çıxaraq Beyləqan rayonunda yerləşən qəssabxanaya heyvan kəsdirmək üçün getmiş, geri qayıdarkən qəsəbənin girişində təxminən saat 07:30 radələrində Məhərrəmin öz avtomobil ilə sürətlə getdiyini görmüşdür. O, nə baş verdiyini əvvəlcə başa düşməmiş, evə gəldikdən sonra heyvanlarını sahəyə apararkən Məhərrəmin evinin yanında prokurorluq və polis əməkdaşları olduğunu görmüşdür. Orada olan kənd sakinlərindən hansısa biri ona Arifin Bəhruzu güllə ilə vurub öldürdüyünü demişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin aprel ayının ortalarında o, Beyləqan rayonu, Mayak qəsəbəsinə gələrək bir neçə gün orada qalmışdır. 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində o, evdə olarkən küçədən səs-küy gəldiyini eşidib çölə çıxmış və qonşusu Arifin, Bəhruzun və tanımadığı bir şəxsin küçədə mübahisə etdiklərini görmüşdür. Bəhruz həmin vaxt öz avtomobilində sükan arxasında oturmuş, Arifin isə əlində dəmir materialdan olan qara rəngli balta olmuşdur. Orada olan sonradan adının Bəxtiyar olduğunu bildiyi şəxs Arifi oradan aralamaq istəmişdir. O, çatdıqda Bəxtiyar Arifi bir neçə metr arxaya çəkmiş, Arif isə yenə də Bəhruza tərəf gəlməyə cəhd etmişdir. O, Arifin həmin vaxt Bəxtiyara qışqıraraq nalayiq ifadələrlə nəyə görə imkan vermədin, Bəhruzu öldürüm dediyini eşitmiş, Bəxtiyar isə Arifə sakitləşməsini, çıxıb getməsini demişdir. O özü də yaxınlaşıb Arifin qolundan tutaraq oradan aralamaq istəmiş, baltanı Arifin əlindən almaq istəyərkən balta onu sağ əlinin ikinci barmağına dəyərək kəsmişdir. Daha sonra Arifin arvadı oraya gələrək Arifi çəkib aparmış, o isə Bəhruzla evə getmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid10 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. CPM-nin 20-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin yaxın qohumu (arvadı) olmaqla ifadə verməkdən imtiha etdiyindən Şahid4 ibtidai istintaq zaman vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid4 (Ramizə) İsmayıl qızı ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, o, Ariflə 2004-cü ildən birlikdə Beyləqan rayonu, Mayak kəndində yaşamışlar. Ariflə o, rəsmi nikaha daxil omamış, onların arasında dini qaydada kəbin bağlanmışdır. O və Arif təxminən iki ildir ki, Beyləqan rayonu, Mayak kəndində qonşuluqda yerləşən Şahid1 məxsus olan təsərrüfatda işləmişlər. Arif, adətən, gecələr heyvanlara nəzarət etmək üçün Məhərrəmə məxsus olan təsərrüfatda qalmışdır. 04 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixə keçən gəcə də Arif Məhərrəmə məxsus olan fermada qalmışdır. 05 iyun 2022-ci il tarixdə təxminən səhər saat altı radələrində yuxudan oyanmış və heyvanları sağmaq üçün Məhərrəmin fermasına getmiş, fermada Arifin heyvanların otunu və suyunu verdiyini görmüşdür. O, Ariflə salamlaşıb fermada olan inəkləri sağmağa gəldiyini demiş, həmin vaxt Məhərrəm və arvadı Şəhla oraya gəlmişlər. Onlarla görüşdükdən sonra Şəhla ilə birlikdə heyvanları sağmağa getmişlər. Bir neçə dəqiqə sonra onlara kömək etmək üçün Arif də yanlarına gəlmişdir. Həmişə o, heyvanları sağarkən Arif ona kömək etmişdir. Arif inəyin balasını inəkdən aralamış, o isə inəyi sağmışdır. Təxminən 15-20 dəqiqə ərzində o, inəkləri sağdıqdan sonra südü Şəhlaya verib evə getmişdir. O, evə çatdıqdan bir müddət sonra Şəhlanın qışqıraraq onu çağırdığını eşitmiş, dərhal Şəhlagilə keçmiş, Şəhla ona əri Arifin Zərərçəkmiş şəxs Ürfət oğlunu tüfənglə vurduğunu demişdir. Həmin vaxt Arifin əlində tüfəng qapıda dayandığını görmüş, o, Arifdən nəyə görə belə etdiyini soruşmuş, Arif ona Bəhruzun dilini sakit qoymadığına görə Bəhruzu tüfənglə vurduğunu demişdir. O, Arifə əsəbiləşərək düz etmədiyini bildirmiş və Arifdən tüfəngi haradan əldə etdiyini soruşmuşdur. Arif ona tüfəngi bir neçə il əvvəl kənddən keçən şor kanalda qamışlıqdan tapdığını demişdir. Daha sonra Məhərrəm qapıdan içəri keçərək Arifə gəlib kömək etməsini demiş, sonra mobil telefonla polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt Arif də mobil telefonu alıb polislə danışmışdır. Arifin həmin vaxt nə dediyini eşitməmiş, Arif ona polislə danışarkən etiraf etdiyini demişdir. Məhərrəm həmin vaxt markasını və qeydiyyat nömrə nişanını bilmədiyi avtomobilini işə salıb həyətdən çıxmış, Arif də Məhərrəmə kömək etmək üçün çölə çıxmışdır. O, həmin vaxt hadisənin təsirindən yerində donub qalmışdır. Daha sonra Məhərrəm Bəhruzu götürüb Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmış, Arif isə həyətə qayıdaraq olan polisləri gözlədiyini demişdir. Daha sonra polis əməkdaşları oraya gəlmiş, Arif ona polislərlə gedəcəyini deyərək qapıdan çölə çıxmışdır. Polislər Ariflə birlikdə getmişlər. Bir neçə dəqiqə sonra Bəhruzun arvadı Rəqsanə yanında tanımadığı iki nəfər qadınla qapıdan içəri keçmiş, Rəqsanə ondan Arifin niyə belə etdiyini soruşmuş, o isə Rəqsanəyə onun xəbərinin olmadığını, bir az əvvəl bildiyini, bilsə, heç vaxt qoymayacağını demişdir. Daha sonra Məhərrəmin arvadı X12 həkimə apardıqlarını, narahat olmamasını demiş, Rəqsanənin yanındakı qadınlar Rəqsanəni oradan aparmışlar. O isə özünü pis hiss etdiyi üçün öz evlərinə getmişdir. Daha sonra adını xatırlamadığı kənd sakinindən Bəhruzun öldüyünü eşitmişdir. O, Bəhruzu Ariflə ailə qurub Beyləqan rayonu, Mayak qəsəbəsinə köçdükdən sonra tanımış, Bəhruzun atası Ürfət Arifin sinif yoldaşı olmuşdur. 2021-ci ilin mart ayına kimi onlar arasında hər hansı münaqişə, dava-dalaş olmamışdır. Onların evi ilə Bəhruzun qəsəbədəki təsərrüfatı qonşudur. Onların hər zaman xoş və mehriban qonşuluq münasibətləri olmuşdur. Bəhruz 2021-ci ilin mart ayında onların yaşadığı evin yaxınlığında ayaq yolu tikdirmiş, Bəhruzun tikdirdiyi həmin ayaq yolu evlərinin pəncərəsinin altında və çox yaxınlıqda yerləşmiş, pəncərələri həmin ayaq yoluna baxmışdır. Buna görə də həmin ayaqyolundan gələn pis qoxu onların evlərinə və həyətlərinə yayılmış, evin pəncərələrini açdıqda kəskin pis iy evə dolmuşdur. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində Arif Bəhruza həmin ayaq yolunu sökdürüb, evdən bir az aralıda tikməsini və həmin ayaq yolundan gələn kəskin pis iyin evə dolduğunu, havalar istiləşdikcə iyin daha da artdığını, evdə və həyətdə kəskin pis iydən durmaq olmadığını bildirmişdir. Həmin vaxt Bəhruz həmin ayaq yolunu sökməyəcəyini dediyi üçün Ariflə Bəhruzun arasında sözlə mübahisə olmuşdur. Bəhruzun atası Ürfət Arifə uzun müddət qonşu olduqlarını, ayaq yoluna görə mübahisə etməyin ayıb olduğunu, həmin ayaqyolunu söküb başqa yerdə tikəcəyini, ona arxayın olmasını demişdir. 06 aprel 2021-ci il tarixdə Ariflə o, öz həyətlərində işləyən zaman Bəhruz Arifə zəng edərək evlərinin yaxınlığında yerləşən örüş sahəsinə gəlməsini demişdir. Arif ona Bəhruzun onu sahəyə çağırdığını demiş və oraya getmişdir. Təxminən 5-10 dəqiqə sonra o, sahədən səs gəldiyini eşidib dərhal oraya getmişdir. O, oraya çatan zaman Bəhruzla Arif dalaşdığını, Ürfətin isə onları araladığını görmüş, yaxınlaşıb nə baş verdiyini soruşmuş, Bəhruz ona Arifin onların yerini otardığını demişdir. O Bəhruza Arifin onların yerində heyvan otarmadığını, Arifi şərlədiyini bildirmiş, Bəhruz həmin vaxt onu əli ilə itələyərək “rədd ol burdan, sənin başını qırxdırıb içəri atdıraram” demişdir. Arif həmin vaxt Bəhruzun sözündən əsəbiləşərək Bəhruza nə danışdığını, kimin başını qırxdırdığını demişdir. Bəhruz Arifi yenidən təhqir edərək yaxşı elədiyini, onların başına oyun acacağını demiş və onlar getmişlər. Bundan sonra Ariflə o, evə gəlmiş və Arif mobil telefonla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək Bəhruz və atası Ürfətin onları döydüklərini, təhqir etdiklərini bildirmişdir. Bundan sonra həmin gün bir neçə polis əməkdaşı evə gələrək onların ərizəsini almışlar. Həmin polis əməkdaşlarından biri onları növbəti gün çün polis şöbəsinə dəvət etmiş, səhəri gün o və həyat yoldaşı Arif Beyləqan rayon polis şöbəsinə gedərək orada izahat vermişlər. Onların xəsarət alıb-almadıqlarının müəyyən edilməsi üçün Beyləqan rayon mərkəzi xəstəxanasında tibbi ekspertizadan keçmək üçün göndərmişlər. Onlar gedib ekspertizadan keçdikdən sonra evə qayıtmışlar. Polis əməkdaşları onlara narahat olmamalarını demişdir. Bir müddət sonra Arif polis şöbəsinə gəlmiş və Arifə işinin bağlandığını, təhqirlə bağlı məhkəməyə müraciət etməli olduqlarını demişlər. Onlar isə təhqirlə bağlı məhkəməyə müraciət etməmişlər. X18 və ya onun atası Ürfətin ondan üzr istəmələrini gözləmişdir. Lakin müxtəlif vaxtlarda dəfələrlə Bəhruz içkili vəziyyətdə öz-özünə qışqıraraq ona və həyat yoldaşı Arifə eşitdirərək söyüşlər söymüş, təhqirlərdən istifadə etmiş, evlərinin qapısının qabağından maşını sürətli sürmüş və onları qıcıqlandırmağa çalışmışdır. Arif ona Bəhruzun bu cür davranışının əsəbilərinə toxunduğunu, Bəhruzun onun barəsində dediyi sözlərin ona pis təsir etdiyini demiş, o isə Arifə Bəhruza baş qoşmamasını demişdir. Bundan başqa 2022-ci ilin aprel ayının ortalarında da Ariflə Bəhruz arasında mübahisə baş vermiş və Bəhruz polisə müraciət etmişdir. Onun həmin vaxt Bəhruzla Arifin arasında mübahisənin necə olmasından, Arifin Bəhruzu vurmasından, yaxud Bəhruzun Arifi vurmasından xəbəri olmamışdır. Onun əsl adı Qaratel olsa da, qəsəbədə onu Ramizə deyə çağırmışlar. Şahid2 ifadəsində yalan göstərmiş, əvvəlcə Bəhruz ona “rədd ol burdan, sənin başını qırxdırıb içəri atdıraram” sözlərini demişdir. Bəhruz həmin sözləri dedikdən sonra o, Bəhruza “sən qudurmusan, bu nə sözdür mənə deyirsən, biz qonşuyuq, çörək kəsmişik” demişdir. Arif Bəhruzu 05 iyun 2022-ci il tarixdə saat təxminən 07 radələrində Məhərrəmə məxsus fermanın yanında keçən torpaq yolda tüfənglə vurmuşdur. O, həmin vaxt öz evlərində olmuş, atəş səsi eşitməmiş, daha sonra həyətə çıxarkən Şəhlanın qışqıraraq onu çağırdığını eşitmişdir. Arif ona Bəhruzu öldürmək istəməsi barədə heç nə deməmişdir. Bu barədə onların arasında danışıq olmamışdır. Həmin hadisədən bir neçə gün əvvəl tanımadığı polis əməkdaşı Arifə zəng edərək 06 iyun 2022-ci il tarixdə məhkəməyə gəlməsini demişdir. Daha sonra isə hadisədən bir gün əvvəl Arif ona Bəhruzun yanından keçərkən Bəhruzun “axırıncı günlərindir, nə fikirləşirsən, səni içəri atdıracam” dediyini bildirmişdir. O isə yenə də Arifə Bəhruza qoşulmamasını demişdir. Yaşadığı evdə odlu və ya soyuq silah olmasını heç vaxt görməmiş, Arifin tüfənginin olmasından xəbəri olmamışdır. O, Arifin tüfəngi olduğunu görməmiş, əvvəllər Arifə tüfəngi rədd etməsini, təhvil verməsini deməmişdir. O, hadisə olan günü Arifin əlində tüfəngi görmüşdür. Ola bilər ki, Arif həmin tüfəngi və patronları evdə və ya həyətdə gizlətmiş, o isə bu barədə bilməmişdir. Hadisə baş verdikdən sonra o, Arifdən tüfəng barədə soruşarkən Arif ona tüfəngin sənədlərinin olmadığını demişdir. O, həmin vaxt hadisənin təsirində olduğu üçün tüfəngin əlamətlərini xatırlamır. Arif ona patronları tüfənglə bir yerdə tapdığını demişdir. Arifdə tüfəng olmasından heç kimin, eləcə də, Məhərrəmin də xəbəri olmamışdır. O və Arif Məhərrəmə məxsus fermada təxminən iki ildir ki, işləmişlər. Arifin işi həmin fermada olan 30 baş qoyuna, balaları ilə birlikdə 60-70 baş keçiyə, 13 baş mala baxmaq, onların altını rahatlamaq, otarmaq, suyunu vermək, onun işi isə heyvanları sağmaq olmuşdur. Bunun qarşılığında Məhərrəm Arifə aylıq 400 manat pul vermişdir. Məhərrəmlə Arifin və onun arasında müqavilə bağlanmamış, onlar orada şifahi razılaşmaya uyğun olaraq işləmişlər. Arifin Bəhruzu özündə saxladığı tüfənglə vurmasını görən şəxs və ya şəxslər barədə onun məlumatı yoxdur. Cinayət işinin materiallarında olan “Meyitin baxışının aparılması haqqında” 05 iyun 2022-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs Urfat oğlunun meyiti düzgün bədən quruluşlu, kişi cinsli olub boyu 175 santimetrdir. Meyitin əynində qeyd edilən aşağıdakı paltarlar vardır: 1. Bir ədəd sarı rəngli qısaqol köynək – köynəyin ön hissəsində və sol qolunda fasiləli formada qana bənzər ləkələr vardır, köynəyin üzərində zədə və ya zədə izləri aşkar edilmədi; 2. Bir ədəd ağ rəngli mayka – maykanın ön və arxa səthlərində fasiləli formada, arxa aşağı ətəyində hissəvi formada qana bənzər ləkələr vardır, mayka üzərində zədə və ya zədə izləri aşkar edilməmişdir; 3. Bir ədəd qara rəngli şalvar – meyitin hər iki bud nahiyəsi yuxarı 1/3-i hissəsində şalvarın üzərindən sintetik materiala bənzər materialdan olan ağ rəngli ip kəsikləri ilə bağlanmış haldadır, şalvarın bel hissəsində bir ədəd qara rəngli kəmər vardır, şalvarın ön tərəfində zəncirbənd və metal düymə vardır, şalvarın sağ və sol ayaqlarında meyitin ön bud–baldır nahiyələrinə uyğun proyeksiyada ölçüləri 0.2x0.3 sm-dən 10x15 sm ölçüyədək olan çoxsaylı toxuma defektləri ilə müşayiət olunan zədələr vardır, zədələr şalvarın sağ ayağında müvafiq olaraq 58 sm, 51 sm və 54 sm, sol ayağında 57 sm yuxarı məsafədə yerləşir, şalvar bel hissəsindən aşağı yarı qurumuş qana bənzər mayeyə bulaşmış haldadır, şalvarın sağ cibində dörd ədəd iyirmi manatlıq, bir ədəd beş manatlıq və üç ədəd bir manatlıq pul əsginasları və bir ədəd avtomobil açarına bənzər açar vardır; 4. Bir ədəd qara rəngli trusik – trusikin aşağı hissəsi yarı qurumuş qana bənzər mayeyə bulaşmış haldadır, trusik üzərində zədə və ya zədə izləri aşkar edilmədi; 5. Bir cüt qara rəngli corab – hər iki corab yarı qurumuş qana bənzər mayeyə bulaşmış haldadır, corablar üzərində zədə və ya zədə izləri aşkar edilmədi; 6. Bir ədəd qara rəngli ayaqqabı – ayaqqabı meyitin sağ ayağına geyinilmişdir, içəri və bayır hissədən yarı qurumuş qana bənzər mayeyə bulaşmış haldadır, ayaqqabı üzərində zədə və ya zədə izləri aşkar edilmədi. Meyitin başının tük örtüyü qara rənglidir, uzunluğu 02-03 sm-dir. Meyitin gözləri yarı açıqdır, birləşdirici toxuma qişaları kəskin solğundur, bəbəkləri dairəvidir, simmetrikdir, 0.4 sm diametr ölçüdədir. Meyitin xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəstdir. Meyitin ağzı yarı açıqdır, görünən dişləri tam və təbiidir, üst çənədə sağ üçüncü və dördüncü dişləri sarı rəngli metal qapaq altındadır. Meyit soyumuşdur. Meyit qacıması periferik əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkələri meyitin arxa səthlərində yayılmış şəkildədir, solğun-bənövşəyi rənglidir, təyziq etdikdə ağarır, iki-üç dəqiqəyə bərpa olur. Meyitin döş qəfəsi yastı-slindirik formadadır, elastikidir. Meyitin ön qarın divarı qabırğa qövsü səviyyəsindədir. Meyitin xarici cinsiyyət üzvləri kişi cinslidir, arxa keçəcək dəliyi qapalıdır. Meyitin dəri örtüyü əsasən bud-çanaq oynaqlarından ayaq barmaqlarına qədər yarı qurumuş qana bənzər mayeyə bulaşmış haldadır. Meyitin xəsarətləri: Sağ budun aşağı 1/3-nin iç səthində daban altından 63 sm yuxarıda 05x03 sm ölçüdə toxuma defekti ilə müşayiət edilən dibi budun yumşaq toxumalarında qurtaran yara vardır, həmin yaranın ətrafında təxminən 02 sm enində 0.2x0.2 sm-dən 0.3x0.2 sm-ə qədər olmaqla çoxsaylı səthi yaralar qeyd olunur. Bu birinci odlu silah yarasının giriş dəliyi olub kordur, budun yumşaq toxumalarında dibi qurtarır. İkinci odlu silah yarasının giriş dəliyi sağ budun aşağı 1/3-nin arxa bayır səthində daban altından 57 sm yuxarı məsafədə yerləşir, ölçüsü 08x05 sm-dir, toxuma defekti ilə müşayiət olunur, kənarlarında çoxsaylı xırda ölçülü qırma yaraları qeyd edilir. Yoxladıqda həmin yaranın yara kanalı sağ budun aşağı 1/3-nin iç səthindən çıxır. Növbəti qırma yarası sol budun yuxarı 1/3-nin ön və iç səthlərini əhatə etməklə 17x07 sm ölçüdədir, yumşaq toxumaların defekti ilə müşayət olunur. Beləliklə, müəyyən edilir ki, meyitə iki atəş edilib. Birincisi, sağ budun aşağı 1/3-nin bayır və arxa səthlərindən keçməklə yumşaq toxumaları zədələyərək sağ budun aşağı 1/3-nin iç səthindən çıxır və davamı olaraq sol budun aşağı 1/3-nin ön-iç səthini əhatə edir. Bu dəlib keçəndir. İkinci odlu silah qırma yarası isə sağ budun aşağı 1/3-nin iç səthində yerləşir, kordur. Baxış zamanı meyitdə olan yaralardan iki ədəd patron tıxacı və 11 ədəd qırma aşkar edilərək çıxarılmışdır. Meyitə baxış zamanı başqa xəsarət və dəyişiklik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Hadisə yerinin baxışının aparılması” haqqında 05 iyun 2022-ci il tarixli protokola əsasən hadisə yeri Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində olan qəsəbə daxili torpaq yoldur. Yol örtüyü bərk torpaq səthdən ibarətdir. Yolun eni 05.40 metrdir. Həmin yolun sol tərəfində yola paralel su kanalı keçir, su kanalı ilə yolun arasında üzərində 03 ədəd elektrik xətti olan beton dirəklər vardır. Həmin dirəklərin aşağı hissəsi ağ, qırmızı və qara rəngli boya ilə rənglənmişdir. Su kanalının içərisində və kənarlarında sıx yetişmiş qamış və müxtəlif növ kol bitkiləri vardır. Su kanalının digər tərəfi açıq əkin və otlaq sahələrindən ibarətdir, həmin sahələrin kanala yaxın hissələrində müxtəlif növ ağaclar vardır. Həmin yoldan su kanalının üzərindən keçməklə əkin və otlaq sahələrinə gedən torpaq yol ayrılır. Həmin su kanalından 10 metr məsafədə, yolun sağ tərəfində mişar daşından hörülmüş, hündürlüyü 01.31 metr olan hasar vardır. Həmin hasardan sonra yolun sağ tərəfi boyunca müxtəlif növ ağac və kol bitkiləri vardır. Həmin hasardan digər tərəfdə yaşayış evinin həyətyanı sahəsi yerləşir və həmin sahədə ev heyvanlarının saxlanılması üçün nəzərdə tutulmuş yardımçı tikililər mövcuddur. Həmin həyətyanı sahədə hasara bitişik şəkildə ot kipləri yığılmışdır. Hasardan 02.20 metr məsafədə yolun sağ hissəsində saman çöplərinin arasında üzərində qana bənzər ləkələr olan bir ədəd polietilen torba parçası, hasardan 01.50 metr məsafədə yolun sağ hissəsində saman çöplərinin arasında üzərində qana bənzər ləkələr olan sintetik materiala bənzər materialdan hazırlanmış ağ rəngli 02.53 metr uzunluqda bir ədəd ip kəsiyi, yolun sağ hissəsində, hasardan 03.16 metr məsafədə topa şəklində qana bənzər ləkələr vardır. Həmin qana bənzər ləkələr olan sahə 24x42 sm ölçüdədir. Həmin topa şəklində qana bənzər ləkələrdən 02.15 metr məsafədə, yolun orta hissəsində yol boyunca 03.54 metr məsafədə yayılmış müxtəlif ölçülərdə damcı və topa şəklində digər qana bənzər ləkələr vardır. Hadisə yerinə baxışının aparılması zamanı üzərində qana bənzər ləkələr olan torpaq kütləsi, torpaq üzərində olan qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş bir ədəd pambıq parçası, üzərində qana bənzər ləkələr olan bir ədəd polietilen torba parçası, üzərində qana bənzər ləkələr olan üç ədəd daş parçası və üzərində qana bənzər ləkələr olan sintetik materiala bənzər materialdan hazırlanmış ağ rəngli bir ədəd ip kəsiyi əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan “Götürmə və baxış aparılması haqqında” 05 iyun 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi tüfəng qoşa lüləlidir, lülələr yanaşıdır. Həmin tüfəng 16 kalibrlidir. Tüfəngin lülələri qaramtıl-boz rəngli metal materialdandır, qundağı ağacdan hazırlanmışdır, açıq-sarı rənglidir. Tüfəngin lülə yatağı açılan zaman lülə yatağının boş olması aşkar edilmişdir. Tüfəngin komplekt hissələri sökülmüş və müəyyən olunmuşdur ki, lülənin altında yerləşən parçanın metal hissəsinin üzərində “77399 – 60”, lülə yatağının alt hissəsində “BUM”, “N77399”, “700A TM” və “1960q”, qundağın lülə yatağının alt tərəfinə düşən metal hissəsində “77399 – 60” yazıları həkk olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd patron boş (atılmış), bir ədəd patronun isə tam (atılmamış) vəziyyətdədir. Boş (atılmış) patronların hər ikisinin gilizinin arxa hissəsində “16 16 16 16” yazısı həkk edilmişdir, biri ağ rəngli, digəri isə qırmızı rənglidir, hər ikisinin giliz hissəsində tüfəngin vurucu iynələrinin təsirindən yaranmağa bənzər iz aydın görünür. Atılmamış bir ədəd patron ağ rənglidir, üzərindəki “ZuBeR”, “28gr”, “6” və “Ø3,75” yazıları aydın oxunur və gilizinin metal hissəsi paslı olub arxa tərəfində “16 NOBEL 16 SPORT” yazısı həkk edilmişdir. Cinayət işinin materiallarında olan “Baxış aparılması haqqında” 27 iyun 2022-ci il tarixli protokola əsasən baxışı aparılan yer Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən Şahid1 məxsus olan fərdi yaşayış evi və onun həyət sahəsidir. Həmin evin həyətyanı sahəsinin yola bitişik hissələri mişar daşından hörülmüş hasarla əhatə olunmuşdur. Evin həyətyanı sahəsinin üç girişi vardır. İkinci darvazadan içəri daxil olduqda qarşıda fərdi yaşayış evi, yaşayış evinə doğru avtomobil üçün nəzərdə tutulmuş yer, sol tərəfdə isə müxtəlif növ ağaclar əkilmiş hissə yerləşir. Üçüncü giriş isə ikinci girişdən sağ tərəfdə yerləşən hasardandır. Həmin bir taylı qapıdan içəri daxil olduqda sağ tərəfdə mişar daşından tikilmiş, divarları suvanmış hamam otağı, evin arxasında yerləşən əkin sahəsinə keçən qapı, sonra isə bir mərtəbəli, kürsüsüz yaşayış evi yerləşir. Həmin yaşayış evinin dam örtüyü çardaq şəkilli artırma formasında inşa edilmişdir. Dam örtüyü asbest materialdan örtülmüşdür. Evin qarşısında çardaq şəkilli artırmanın altında stol və stullar, soyuducu, dəmir vedrələr və digər məişət əşyaları vardır. Yaşayış evinə giriş plastik materialdan hazırlanmış bir taylı qapıdandır. Həmin qapıdan içəri daxil olduqda sağda, solda və qarşıda yerləşməklə 3 otaq vardır. Baxış iştirakçısı Şahid1 evə daxil olduqda sağ tərəfdə yerləşən otağı təqdim edərək fərdi yaşayış evinin və evin həyətyanı sahəsinin mühafizəsi üçün quraşdırılmış video-müşahidə kameralarının qoşulu olduğu yaddaş cihazının həmin otaqda yerləşdiyini bildirmişdir. Həmin yaddaş cihazı ağ rəngli olub üzərində “HİKVİSİON” yazıları vardır. Yaddaş cihazı monitora qoşuludur və yaddaş cihazına 8 ədəd kabel qoşulmuşdur. Həmin kabellər hər biri ayrılıqda fərdi yaşayış evinin və evin həyətyanı sahəsinin mühafizəsi üçün quraşdırılmış 8 ədəd video kameraya qoşulmuşdur. Baxış iştirakçısı Şahid1 həmin kameraların hər birini təqdim edərək tövlənin içərisini çəkən 7 nömrəli kameranın işlək vəziyyətdə olmadığını, digərlərinin hər birinin işlək vəziyyətdə olduğunu bildirmişdir. İstintaq zamanı əhəmiyyət kəsb edə biləcəyi üçün Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin mühafizəsi üçün quraşdırılmış müşahidə kameralarının qoşulduğu ağ rəngli, üzərində “HİKVİSİON” yazıları olan yaddaş cihazı müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarında olan “Baxış aparılması haqqında” 27 iyun 2022-ci il tarixli protokola əsasən Şahid1 məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin mühafizəsi üçün quraşdırılmış müşahidə kameralarının yaddaş cihazına əlavə baxış aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, birinci müşahidə kamerası iribuynuzlu heyvanların saxlanıldığı tövlənin girişini, ikinci müşahidə kamerası həyətyanı sahədə yerləşən yardımçı tikililər olan hissəni, üçüncü müşahidə kamerası qəsəbə daxilindən gələn yolu, dördüncü müşahidə kamerası qəsəbə daxilindən gələn yolun digər istiqamətini, beşinci müşahidə kamerası çardaq formasında inşa edilmiş iri və xırda buynuzlu heyvanların saxlanıldığı yardımçı tikilinin içərisini, altıncı müşahidə kamerası fərdi yaşayış evinin sol tərəfindən giriş hissəsini və qarşısındakı müxtəlif ağaclar əkilmiş həyətyanı sahəni, səkkizinci müşahidə kamerası yaşayış evinin arxa tərəfində yerləşən əkin sahəsinə açılan qapını və evin qarşısındakı müxtəlif ağaclar əkilmiş həyətyanı sahəni əks tərəfdən qeydə alır. xx.xx.2022-ci il tarixdə, saat 05:00-dan 08:00-adək həmin müşahidə kameralarında qeydə alınmış video görüntülərə baxış aparılarkən müəyyən edilmişdir ki saat 05:31-də əynində tutqunbənövşəyi rəngli köynək və boz rəngli şalvar olan bir nəfər kişi cinsli şəxs yaşayış evindən çıxır. Baxış iştirakçısı Şahid1 həmin kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəyə çıxdıqdan sonra fərdi yaşayış evinin sol tərəfində yerləşən hamam otağı istiqamətində gedir. Təqsirləndirilən şəxs hamam otağından çıxdıqdan sonra əvvəlcə kiçik giriş qapısına, sonra isə həyətyanı sahədə olan xırda buynuzlu heyvanların yanına yaxınlaşır. Təqsirləndirilən şəxs xırda buynuzlu heyvanları evin arxasındakı torpaq sahəsinə aparır. Sonra yenidən geri qayıdıb təmizlik işləri ilə məşğul olur, topladığı zibilləri əl arabası ilə həyətyanı sahədən çölə aparır, geri qayıdıb həmin əl arabası ilə iri buynuzlu heyvanlar üçün ot kipi aparır, sonra isə müxtəlif təsərrüfat işləri ilə məşğul olur. Saat 06:10-da gümüşü rəngli, “QAZ 3110” markalı, **-LM- *** dövlət qeydiyyat nişanlı avtomobil giriş qapısı qarşısında dayanır və həmin avtomobildən başında ağ rəngli yaylıq olan bir nəfər qadın cinsli şəxs düşür. Həmin qadın kiçik qapıdan evin həyətinə daxil olur və avtomobilin həyətə daxil olması üçün giriş darvazasını açır və avtomobil geriyə sürərək içəri daxil olur. Avtomobildən əynində ağ rəngli köynək və cins materialdan şalvar olan kişi cinsli şəxs düşür. Baxış iştirakçısı Şahid1 həmin avtomobilin onun özünə məxsus olduğunu, avtomobildən düşən kişi cinsli şəxsin özünün olduğunu, başında ağ yaylıq olan həmin qadının onun arvadı Şahid5 olduğunu bildirmişdir. Şahid1 və Şahid5 avtomobilin yük yerini açaraq müxtəlif əşyalar götürürlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs əl arabası ilə ot kiplərini daşıyaraq təsərrüfat işləri ilə məşğul olur. Saat 06:13-də kiçik giriş qapısından evin həyətinə əynində ağ rəngli uzunqol köynək olan, başında yaylıq olan bir nəfər qadın cinsli şəxs daxil olur. Şahid1 həmin qadının Təqsirləndirilən şəxs arvadı Şahid4 olduğunu bildirmişdir. Şahid1, Şahid5 və Şahid4 yaşayış evinin qarşısında müxtəlif məişət işləri ilə məşğul olurlar. Bir neçə dəqiqə sonra Şahid5 və Şahid4 əllərində vedrələrlə heyvanların saxlanıldığı yardımçı tikililər istiqamətdə hərəkət edirlər. Təqsirləndirilən şəxs onların yanına gedir, sonra isə evin qarşısına yaxınlaşıb Şahid1la görüşüb hamam otağına tərəf gedir. Sonra yenidən qadınların olduğu yerə qayıdır, onlar təsərrüfat işləri ilə məşğul olurlar, Şahid1 isə yaşayış evinin qarşısında qalır. Saat 06:38-də bir nəfər kişi cinsli şəxs evinin yaxınlığından keçən torpaq yolla iri buynuzlu heyvanlar aparır. Baxış iştirakçısı Şahid1 həmin heyvan aparan şəxsin Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evin həyətində dayanıb torpaq yola tərəf boylanır. Təqsirləndirilən şəxs daha sonra saat 06:44də evin yaxınlığında keçən torpaq yola açılan giriş darvazasına gəlir, darvazanı açıb çölə çıxır, sonra çöl tərəfdən hasarın üzərinə çıxır, bir neçə saniyədən sonra yenidən yola tərəf qayıdır, sonra darvazadan içəri daxil olaraq darvazanı bağlayıb darvaza ilə üzbəüz olan çardaq şəkilli heyvanların saxlanıldığı yardımçı tikiliyə daxil olur və Şahid4 ilə birlikdə iri buynuzlu heyvanları tikilidən həyətyanı sahəyə çıxarır, sonra isə həmin giriş darvazasını açaraq əlində çomaqla çölə çıxır, Şahid4 da onun arxasınca gəlib çölə çıxır. Sonra isə onlar birlikdə geri qayıdıb heyvanları qapını açaraq çölə çıxarırlar. Saat: 06:55-də Şahid4 həmin açıq darvazadan geri qayıdaraq darvaza ilə üzbəüz olan çardaq şəkilli yardımçı tikiliyə daxil olur. Şahid1la Şahid5 isə evin həyətyanı sahəsində müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar. Saat 06:57-də Təqsirləndirilən şəxs çıxdığı qapıdan əlində çomaqla geri qayıdır. Təqsirləndirilən şəxs əlindəki çomağı darvaza ilə üzbəüz olan çardaq şəkilli yardımçı tikilinin girişinə qoyaraq adi addımlarla girişdən sol tərəfdə yerləşən taxta ara kəsməyə yaxınlaşıb, həmin taxta arakəsmənin üzərindən keçərək ot kiplərinin yığıldığı hissəyə keçir və orada sol tərəfdə hasara bitişik vəziyyətdə yerləşən, göy rənglə rənglənmiş, taxta materialdan hazırlanmış yardımçı tikilinin arxa tərəfinə keçir. Saat 06:57də Şahid4 əvvəlcə hamam otağına tərəf yaxınlaşır, sonra oradan qayıdıb evin giriş qapısından çölə çıxır. Şahid1la Şahid5 isə evin qarşısına gəlib, çardağın altına keçib otururlar. 07:04-də tələsik addımlara Şahid1, onun arxasınca isə Şahid5 qapıdan çölə çıxırlar. Baxış iştirakçısı Şahid1 həmin vaxt çöldən səslər eşitdiklərinə görə arvadı ilə birlikdə çölə çıxdıqlarını və səs gələn tərəfə, yəni yaşayış evinin digər tərəfindən keçən torpaq yola tələsik addımlarla getdiyini bildirmişdir. Saat 07:05-də Şahid5 geri qayıdaraq qapıdan içəri daxil olur. Saat 07:06-da isə əvvəlcə Təqsirləndirilən şəxs əlində tüfənglə, onun ardınca isə Şahid1 gələrək evin həyətinə daxil olurlar. Onlardan bir neçə saniyə sonra isə Şahid4 da həyətə daxil olur və çardağın qarşısında Təqsirləndirilən şəxs yanında əllərini dizlərinə və başına vuraraq özünü yerə yıxır. Həmin vaxt Şahid5 yenidən hadisə yerinə tərəf gedir, lakin evin tinindən yenidən geri qayıdır. Həmin ərəfədə Təqsirləndirilən şəxsla Şahid4 mübahisə xarakterli söhbət etdikləri, Şahid1 isə əlində mobil telefonla nəsə etdiyi müşahidə olunur. Baxış iştirakçısı Şahid1 həmin vaxt arvadı Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 103 Təcili tibbi yardım xidmətinə zəng etməyə çalışdığını, lakin düşə bilmədiyini, ardınca hadisə barədə məlumat vermək üçün 102 xidmətinə zəng etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ondan mobil telefonu alaraq özünün danışdığını və 102 xidmətinə törətdiyi cinayət barədə məlumat verdiyini bildirdi. Təqsirləndirilən şəxs həmin vaxt mobil telefonla danışması müşahidə olunur. Bundan sonra 07:09-da Şahid1 yenidən qapıdan çıxaraq hadisə baş verən yerə gedir, saat 07:10da geri qayıdır. Saat 07:12-də Şahid1 yenidən hadisə baş verən yerə gedir, Təqsirləndirilən şəxs isə bir əlində mobil telefon, bir əlində isə tüfənglə qapıya tərəf yaxınlaşır, qapıdan çölə çıxarkən isə əlində yalnız mobil telefon olur. Bir neçə saniyə sonra yenidən həyətə qayıdır və əlində telefonla həyətdə gəzir. Sonra isə Şahid4 onun yanına gələrək əllərini dizlərinə vurub Təqsirləndirilən şəxs qarşısında özünü yerə yıxıb yenidən ayağa qalxır. Həmin vaxt Arif əlində mobil telefonla yenidən qapıdan küçəyə çıxaraq qapının qarşısında mobil telefonla danışmağa başlayır. Saat 07:16 Şahid1 yenidən evin giriş qapısına yaxınlaşır, Təqsirləndirilən şəxs isə həmin vaxt qapının qarşısında mobil telefonla danışır. Bundan sonra Şahid1 evin həyətinə daxil olur, avtomobilə tərəf yaxınlaşır, yük yerinin qapısını bağlayır, avtomobildən müxtəlif qablar götürüb həyətə qoyur və avtomobilə əyləşir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşır, sonra isə giriş darvazasına tərəf gedir. Baxış iştirakçısı Şahid1 Təcili tibbi yardımın gec gələcəyini düşünüb Zərərçəkmiş şəxs kömək etmək üçün və onu xəstəxanaya çatdırmaq üçün avtomobillə evdən çıxdığını, həmin vaxt Təqsirləndirilən şəxs ona kömək etməsini dediyini, Təqsirləndirilən şəxs həyətin giriş darvazasını açdığını, onun avtomobili həyətdən çıxarıb Bəhruzun olduğu yerə sürdüyünü, Arifin də onun arxasınca gəlib Bəhruzu maşın qoymağa ona yardım etdiyini bildirmişdir. Saat 07:20-də həyətdən çıxmış həmin avtomobil yüksək sürətlə qəsəbə istiqamətində hərəkət edir. Baxış iştirakçısı Şahid1 həmin avtomobildə Bəhruzun olduğunu, Bəhruza xəstəxanaya çatdırmaq üçün həmin avtomobili özünün idarə etdiyini, Arifin isə orada qaldığını bildirdi. Təqsirləndirilən şəxs bundan sonra həyətə gəlib mobil telefonla danışaraq həyətdə gəzir. Daha sonra yenidən qapıdan çölə çıxır, Şahid4 da onun yanına gəlir. 07:27-də bir nəfər kişi cinsli olan şəxs velosipedlə Təqsirləndirilən şəxs yanına yaxınlaşır, dayanıb onunla söhbət edir. Bir dəqiqə sonra isə digər bir kişi cinsli, dolu bədənli şəxs onların yanına gəlir və əlində olan mobil telefonu göstərir. Daha sonra onlar gedir və digər bir nəfər kişi cinsli şəxs gəlib Təqsirləndirilən şəxsla söhbət edir. Saat 07:43də “Chevrolet Niva” markalı polis xidməti avtomobili evin giriş qapısından keçir, Təqsirləndirilən şəxs küçəyə çıxaraq əli ilə həmin avtomobili geri çağırır. Həmin polis avtomobili dayanır və 4 nəfər polis əməkdaşı avtomobildən düşür. Təqsirləndirilən şəxs isə həyətə daxil olub tüfəngi götürərək çölə çıxıb, polis əməkdaşları ilə salamlaşır və cibində olan patronları və tüfəngi onlara təqdim edir, avtomobilə əyləşir. Cinayət işinin materiallarında olan “Əlavə baxış aparılması haqqında” 15 avqust 2022-ci il tarixli protokola əsasən Şahid1 məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin mühafizəsi üçün quraşdırılmış müşahidə kameralarının yaddaş cihazına əlavə baxış aparılan zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:25-də əynində bir nəfər kişi cinsli şəxs kiçik giriş qapısından həyətə daxil olur. Baxış iştirakçısı Şahid1 həmin kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həyətə daxil olduqdan sonra sol tərəfdə yerləşən hamam otağına tərəf keçir. Saat 22:30-da Təqsirləndirilən şəxs qayıdaraq yaşayış evinin qapısından içəri daxil olur. Saat 03:47-də Təqsirləndirilən şəxs evdən çıxır və hamam otağına tərəf keçir. Saat 03:54-də isə yenidən oradan qayıdaraq yaşayış evinin içərisinə keçir, saat 05:00-dək evdə olur. Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 15 iyun 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verərkən özünün və Zərərçəkmiş şəxs Urfat oğlunun dayandıqları yerləri, qarşılıqlı vəziyyətləri göstərmiş, məsafə ölçən alətdən istifadə etməklə ölçülərək məsafələr dəqiqləşdirilmişdir. Təqsirləndirilən şəxs qoşa lüləli ov tüfəngini götürüb küçəyə çıxdıqdan sonra dayandığı yerlə Zərərçəkmiş şəxs dayandığı yerlər arasındakı məsafənin 07.30 metr, Zərərçəkmiş şəxs birinci atəşdən sonra yıxıldığı və ikinci atəşdən sonra yıxıldığı yerlər arasındakı məsafənin, onun ikinci atəşə qədər Təqsirləndirilən şəxs tərəf qət etdiyi məsafənin 01 metr, Təqsirləndirilən şəxs birinci atəş açdığı yerlə geri çəkilib ikinci atəş açdığı yerlər arasındakı məsafənin 01.60 metr, Zərərçəkmiş şəxs birinci atəşdən sonra yıxıldığı yerlə mişar daşından tikilmiş hasara qədər olan məsafənin 01.85 metr, ikinci atəşdən sonra onun yıxıldığı yerlə mişar daşından tikilmiş hasara qədər olan məsafənin 01.92 metr, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci atəşi açdığı yerdən mişar daşından tikilmiş hasara qədər olan məsafənin 02.55 metr, ikinci atəşi açdığı yerdən mişar daşından tikilmiş hasara qədər olan məsafənin 02.70 metr olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “Əşyanın tanınmasının aparılması haqqında” 11 avqust 2022-ci il tarixli protokola əsasən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Urfat oğluna qəsdən iki dəfə atəş açaraq onu öldürdüyü ov tüfəngi eyni növdən olan üç ədəd ov tüfənginin arasında şahid X6 təqdim edilmiş və o, həmin tüfəngi tanımışdır. Cinayət işinin materiallarında olan “Əşyanın tanınmasının aparılması haqqında” 16 avqust 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Urfat oğluna qəsdən iki dəfə atəş açaraq onu öldürdüyü ov tüfəngi eyni növdən olan üç ədəd ov tüfənginin arasında şahid X2 təqdim edilmiş və o, həmin tüfəngi tanımışdır. Cinayət işinin materiallarında olan “Əşyanın tanınmasının aparılması haqqında” 18 avqust 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Urfat oğluna qəsdən iki dəfə atəş açaraq onu öldürdüyü ov tüfəngi eyni növdən olan üç ədəd ov tüfənginin arasında Təqsirləndirilən şəxs tədqim edilmiş və o, həmin tüfəngi tanımışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 iyun 2022-ci il tarixli, 15/22 nömrəli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs Ürfət oğlunun meyitində sağ və sol bud nahiyələrinin bir ədəd dəlib-keçən, bir ədəd kor odlu silah-qırma yarası; sağ budun sinir-damar dəstələrinin cırılıb-dağılması; daxili üzvlərin venoz azqanlılığı aşkar olunmuşdur. Birinci odlu silah-qırma yarası sağ budun aşağı 1/3-nin arxa-bayır səthlərindən keçməklə yumşaq toxumaları zədələyərək sağ budun aşağı 1/3-nin iç səthindən çıxır və davamı olaraq sol budun aşağı 1/3-nin ön-iç səthini əhatə edir, dəlib keçəndir, istiqaməti sağdan sola, yuxarıdan cüzi aşağıya, arxadan cüzi önədir. İkinci odlu silah-qırma yarası isə sağ budun aşağı 1/3-nin iç səthində yerləşir, kordur, istiqaməti soldan sağa, yuxarıdan cüzi aşağıya, öndən cüzi arxayadır. Mərhum Zərərçəkmiş şəxs Ürfət oğlunun meyitində aşkar olunmuş odlu silah-qırma yaraları, yara kanalları boyu yumşaq toxumalara yayılmış halda tünd qırmızı rəngdə qansızmaların olmasına görə həyati xarakterlidir, mərhumun ölümündən az əvvəl yetirilmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs Ürfət oğlunun meyitində aşkar olunmuş odlu silah-qırma yaraları, patronu mərmi (qırma) ilə doldurulmuş odlu silahdan (ola bilər ov tüfəngindən), atəşin əlavə faktorlarının və mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış iki atəş nəticəsində törənmişdir. Mərhum Zərərçəkmiş şəxs Ürfət oğlunun ölümünə səbəb odlu silah-qırma yaralanmaları nəticəsində budun damar (arteriya, vena damarlarının) dəstələrinin zədələnmələrindən törənmiş kəskin qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs Ürfət oğlunun meyitində aşkar olunmuş odlu silah-qırma yaralarının lokalizasiyasına, morfoloji görünüşünə və əlyetərliyinə əsaslanaraq demək olar ki, atəş mərhumun özü tərəfindən yetirilə bilməzdi. Meyitdə aşkar olunmuş xəsarətlərin lokalizasiyasına (yerləşmə nahiyəsinə), morfoloji görünüşünə və yara kanalının istiqamətinə əsaslanaraq demək olar ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs Ürfət oğlu xəsarət yetirən şəxslə üzbəüz-yan duruş vəziyyətində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs Ürfət oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar olunmamışdır. Meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəslini nəzərə alaraq demək olar ki, mərhum Zərərçəkmiş şəxs Ürfət oğlunun ölümü onun meyitinin müayinə olunduğu vaxtdan təxminən 2-3 saat əvvəl baş verə bilərdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 635/22 nömrəli rəyində göstərilmişdir ki, Şahid10 sağ əlinin İİ barmağında çapıq olmuşdur. Qeyd olunan xəsarət kəsici kənara malik əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasımnın 16 aprel 2022-ci il tarixli, 226/22 nömrəli rəyində göstəörilmişdir ki, Zərərçəkmiş şəxs Urfat oğlunun sol əl pəncəsi nahiyəsində qançır olmuşdur. Qeyd olunan xəsarət küt təsir mexanizminə malik əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli, 3/842; 3/843; 3/844 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ B” modelli, “N 77399” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın zavod nişanlarının üzərində hər-hansı əlavə və dəyişikliklər edilməmişdir. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Texniki məlumatlara əsasən yivsiz odlu ov silahları üçün zavod üsulu ilə hazırlanmış patronlardan təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış ov tüfənglərində istifadə edildikdə, silahdan atəş açıldıqdan sonra, silahın lülə kəsiyinin son kənarında başlayaraq təxminən 1,5-2 metr məsafəyədək yığcam (kompakt) şəkildə - qırmalar yayılmadan, 2 m-dən 3-5 m-ə qədər nisbətən yığcam (kompakt) şəkildə qırmalar az dərəcədə yayınmaqla, 3-5 metr məsafədən isə uçuş məsafəsinə nisbətdə qırmaların yayılma sahəsi artaraq (genişlənərək), hədəflə təmas etdikdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş “TOZ B” modelli, “N 77399” nömrəli tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Rəyin tədqiq hissəsində göstərilən səbəbdən patronun konkret silahın patronluğuna yerləşdirilməsini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd giliz - zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridir - gilizdir. Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş giliz, təqdim edilmiş 16 kalibrli, “TOZ B” modelli, “77399” nömrəli ov tüfənginin sağ lüləsindən, “2” rəqəmi ilə işarələnmiş giliz, təqdim edilmiş 16 kalibrli, “TOZ B” modelli, “77399” nömrəli ov tüfənginin sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd predmet müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir – 2 mm diametrli qırmalardır və döyüş sursatı hesab edilmir. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə müvafiq kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların müvafiq kalibrli gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən təqdim edilmiş 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir, eləcədə atəşdən əvvəl təqdim edilmiş gilizlə vahid bütövlük təşkil edibetmədiyini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qırmalar ilə təqdim edilmiş patronun daxilindəki qırmaların diametrləri bir birinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predmet 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - tıxacdır (“konteyner” tipli). Təyinatlarına uyğun olaraq, həmin tıxacların digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalında qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlə vahid bütövlük təşkil edib-etmədiyini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qırmalarla təqdim edilmiş patronun daxilindəki qırmaların diametrləri bir birinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından sonuncu atəşin vaxtını, o cümlədən ondan 05 iyun 2022-ci il tarixdə atəşin açılıb-açılmadığını müəyyən etmək mümkün deyil. Silahın lülə kanallarından aşkar edilmiş tam yanmamış, tüstüsüz barıt hissəcikləri öz kimyəvi tərkibinə görə iki ədəd gilizin səthindən aşkar edilmiş hissəciklərlə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd cins şalvarın üzərində rəyin təqdidi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, “a”, “b” və “e” zədələri giriş, “c” və “d” zədələri isə çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan iki atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 2 metrdən yuxarı məsafədən, “a”, “b”, “c” və “d” zədələr soldan sağa, “e” zədəsi isə sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılmış atəşlər nəticəsində mərmilərin-qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək, bir ədəd qolsuz mayka, bir ədəd alt tumanı, bir cüt ayaqqabı və bir cüt corabın üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu hissəciklər təqdim edilmiş silahın lülə kanalından aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bu hissəciklər nitrobirləşmələrdən ibarətdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək, bir ədəd qolsuz mayka, bir ədəd alt tumanı, bir cüt ayaqqabı və bir cüt corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. Atəşin açıldığı patronların içərisində barıt qalmadığından onların hansı növ barıtla doldurulduğunu müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs” və “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən tərəflərin əlbəyaxa olması və dalaşması zamanı fiziki qüvvə təsirindən yaranmağa xarakterik zədə aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 18 iyul 2022-ci il tarixli, 6/3448 nömrəli rəyində göstərilmişdir ki,tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Ürfət oğlunun geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş tünd boz rəngli polietster kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 23 iyul 2022-ci il tarixli, 1924 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində, psixoloji durumunda hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yöxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, təhqirə qarşı həssaslıq, höcətlilik, şübhəlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qəzəb yaranmış, həmin halın yaranması fərdipsixi xüsusiyyətləri (kinlilik, inadkarlıq, təhqirə qarşı həssaslıq, höcətlilik, şübhəlilik) ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 01 avqust 2022-ci il tarixli, 375/2022 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs Urfat oğlunun təqdim olunan şəxsiyyət vəsiqəsinin surətinə əsasən onun qan qrupu-B/İİİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ-dür. Ekspertizaya təqdim olunmuş 01 ədəd pambıq tampon, 03 ədəd daş parçası, polietilen paket, bərkimiş və dənəvər torpaq nümunəsi, 02 ədəd ip, Zərərçəkmiş şəxs məxsus şalvarla birlikdə kəmər, alt mayka, kofta, trusik, 01 cüt corab, sağ tay ayaqqabı, Təqsirləndirilən şəxs məxsus şalvar və 01 cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «B» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutini alınmışdır. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Urfat oğluna / əgər onun qanında müşayiətçi H antigeni varsa/ və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan 01 ədəd 253 sm uzunluqda olan ip, Təqsirləndirilən şəxs məxsus köynək, alt mayka, trusik və 01 cüt corab üzərində qana bənzər şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 20 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən xüsusiyyətlərinə, əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngi, 02 ədəd giliz, 01 ədəd patron, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd tutqunbənövşəyi rəngli qısaqol köynək, 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli trusik, 01 ədəd boz rəngli mayka, 01 cüt boz rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, Zərərçəkmiş şəxs Urfat oğlunun hadisə zamanı əynində olmuş 01 ədəd sarı rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd belində qara rəngli kəmər olan qara rəngli şalvar, 01 bir ədəd qara rəngli trusik, 01 cüt qara rəngli corab, 01 ədəd ayaqqabı, Zərərçəkmiş şəxs Urfat oğlunun meyitindən götürülmüş 11 ədəd qırma və 02 ədəd patron tıxacı, 02 ədəd ağ rəngli ip kəsiyi, hadisə yerinin baxışının aparılması zamanı götürülmüş torpaq kütləsi, torpaq üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 01 ədəd pambıq parçası, 01 ədəd polietilen torba parçası, 03 ədəd daş paçası, “Baxış aparılması haqqında” 27 iyun 2022-ci il tarixli və “Əlavə baxış aparılması haqqında” 14 avqust 2022-ci il tarixli protokola əlavə edilmiş 02 ədəd yaddaş qurğusu maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngi, 02 ədəd giliz, 01 ədəd patron, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Urfat oğlunun meyitindən götürülmüş 11 ədəd qırma və 02 ədəd patron tıxacı saxlanılması üçün Beyləqan rayon polis şöbəsinə göndərilmiş, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd tutqun-bənövşəyi rəngli qısaqol köynək, 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli trusik, 01 ədəd boz rəngli mayka, 01 cüt boz rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, Zərərçəkmiş şəxs Urfat oğlunun hadisə zamanı əynində olmuş 01 ədəd sarı rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd belində qara rəngli kəmər olan qara rəngli şalvar, 01 bir ədəd qara rəngli trusik, 01 cüt qara rəngli corab, 01 ədəd ayaqqabı, 02 ədəd ağ rəngli ip kəsiyi, hadisə yerinin baxışının aparılması zamanı götürülmüş torpaq kütləsi, torpaq üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 01 ədəd pambıq parçası, 01 ədəd polietilen torba parçası, 03 ədəd daş paçası Beyləqan rayon prokurorluğunun saxlanc otağına təhvil verilmiş, “Baxış aparılması haqqında” 27 iyun 2022-ci il tarixli və “Əlavə baxış aparılması haqqında” 14 avqust 2022-ci il tarixli protokola əlavə edilmiş 02 ədəd yaddaş qurğusu cinayət işinin materillarına əlavə edilmişdir. Məhkəmdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən öldürmək məqsədi ilə əlində olan, istintaqa məlum olmayan dəmir balta ilə Zərərçəkmiş şəxs vuraraq ona qəsdən sol əl pəncəsi nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib, əlindəki həmin balta ilə yenidən Zərərçəkmiş şəxs qəsdən vuraraq öldürməyə cəhd etmiş, lakin həmin vaxt orada olmuş Şahid9 onun bel nahiyəsindən, Şahid10 isə onun qolundan tutaraq Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə ona balta ilə zərbələr vurmasının qarşısını almaları səbəbindən o, bilavasitə cinayət törətməyə, yəni Zərərçəkmiş şəxs Urfat oğlunu öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa o Zərərçəkmiş şəxs odlu silahdan iki dəfə atəş açaraq qəsdən onun ölümü ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağız zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Urfat oğlunu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə cinayətlərin motivi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mamedov X11 Bəhruz Urfat oğlunu öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyindən və sonradan ona odlu silahdan iki dəfə atəş açmaqla qəsdən öldürdüyündən onun bu hərəkəti təkrar adamöldürmə kimi qiymətləndirilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Resublikası Ali Məhkəmə Plenumunun “12 dekabr 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər.Bu zaman təqsirkar öz əməlini (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərəçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrdə göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adamöldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan,mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi ilə, şəxsi münasibətlər zəmnində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 14-cü bəndində qeyd edilir ki, təkrar qəsdən adam öldürmə (CM-in 120.2.10-cu maddəsi) cinayətində iki və ya daha çox şəxsi öldürmə təqsirkarın vahid qəsdi ilə əhatə olunmur və bir qayda olaraq, ayrı-ayrı vaxtlarda törədilir. Bu zaman təqsirkarın əvvəllər başa çatmış qəsdən adamöldümə cinayəti törətməsi, yaxud bu növ cinayəti törətməyə cəhd etməsi və ya bu növ cinayətin icraçısı yaxud iştirakçısı olmasının əhəmiyyəti yoxdur. Təqsirkarın qəsdən adamöldürmə cinayətini törətməsi təkrar adamöldürmə kimi tövsif edilərkən onun əvvəlki cinayət hadisəsinə görə məhkum edilibedilməməsi nəzərə alınmır. Təqsirkar şəxs əvvəllər törətdiyi qəsdin adam öldürmə, yaxud bu cinayətə sui-qəsd etməyə görə məhkum olunmamışsa onun birinci əməli müstəqil tövsif olunmalı, sonuncu əməl isə onun başa çatıb-çatmamasından asılı olaraq CM-in 120.2.10 və ya 29,120.2.10-cu maddəsi ilə tövsif olunmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən özündə olan tüfəngə iki ədəd patron yerləşdirərək, bir ədəd patronu da özü ilə götürməklə, onunla qarşılaşarkən aralarında olan 10 metrlik yaxın məsafədən Zərərçəkmiş şəxs bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs ayağa qalxıb ona tərəf gəldiyini görüb, heç bir əsas olmadan ikinci dəfə ona atəş açmış və onun yerə yıxılıb hərəkətsiz qaldığını görüb yaxınlıqda olan Şahid1 məxsus fermaya getmişdir. Atəş səsi eşidən Şahid1 onun yanından keçib Zərərçəkmiş şəxs olduğu yerə getmiş, sonra da ip axtararaq, onun ayaqlarından axan şiddətli qanaxmanı kəsmək üçün iplə bağlayarkən Təqsirləndirilən şəxs kənarda dayanıb baxmış, Şahid1 iradından sonra yalnız Zərərçəkmiş şəxs avtomobilə qoymaqda kömək etmiş, sonra imkanı olduğu halda onu təcili yardım üçün apararakən heç bir hərəkət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, onun həm birinci halda Zərərçəkmiş şəxs baş nahiyyəsinə balta ilə vuraraq xəsarət yetirməsi və özündən asılı olmayan səbəbdən onu öldürə bilməməsi, bundan xeyli müddət keçdirkdən sonra yenə Zərərçəkmiş şəxs eyni əsasla qarşını kəsib ona odlu silahdan iki dəfə atəş açması halı onun Zərərçəkmiş şəxs məhz öldürmək niyəti olmasına dəlalət edir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, onun Bəhruzu öldürmək niyyəti olmamış, Bəhruzu qorxutmaq istəmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşıyan ifadə olduğundan , məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekaspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyii əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 29,120.1 və 120.2.10-cu maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildyi maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1962-ci ildə Beyləqan rayonu, Mayak qəsəbəsində anadan olmuş və Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyələndirilir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 05 iyun 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhum olunsa da məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs odlu slahdan atəş açdıqdan sonra Beyləqan rayon Polis Şöbəsinə zəng edərək törətdiyi cinayət barəsində məlumat vermiş, sonra da hadisə yerinə gələn istintaq orqanına cinayətin aləti olan odlu silahı təhvil verməklə təslim olmuşdur. Bu hal onun təqsirləndirildiyi CM-nin 120.2.10-cu maddəsinə münasibətdə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-in 66.3-cü maddəsində nəzərdə tutulan qaydada yəni cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngi, 01 ədəd patron Azərbaycan Respublikası DİN-nin Təzhizat İdarəsinə təhvil verilməli, 2 ədəd giliz, 11 ədəd qırma, 2 ədəd patron tıxacı və Beyləqan rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs Urfat oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd sarı rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd belində qara rəngli kəmər olan qara rəngli şalvar, 1 bir ədəd qara rəngli trusik, 1 cüt qara rəngli corab, 1 ədəd ayaqqabı, 2 ədəd ağ rəngli ip kəsiyi, hadisə yerinin baxışının aparılması zamanı götürülmüş torpaq kütləsi, torpaq üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 1 ədəd pambıq parçası, 01 ədəd polietilen torba parçası, 3 ədəd daş paçası məhv edilməlidir. Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd tutqun-bənövşəyi rəngli qısaqol köynək, 1 ədəd boz rəngli şalvar, 1 ədəd qara rəngli trusik, 1 ədəd boz rəngli mayka, 1 cüt boz rəngli corab, 1 cüt qara rəngli ayaqqabı onun arvadı Şahid4 qaytarılmalıdır. “Baxış aparılması haqqında” 27 iyun 2022-ci il tarixli və “Əlavə baxış aparılması haqqında” 14 avqust 2022-ci il tarixli protokola əlavə edilmiş 2 ədəd yaddaş qurğusu cinayət işinin materillarında saxlanılsın. İş üzrə cinayətin aləti olan baltanın tapılıb cinayət işinə əlavə edilməsinin mümkün olmaması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 314 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-in 29,120.1 və 120.2.10-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 120.2.10-cu maddəsi ilə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 iyun 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 16 kalibrli, “TOZ B” modelli, “N 77399” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngi, 01 ədəd patron Azərbaycan Respublikası DİN-nin Təzhizat İdarəsinə təhvil verilsin, 2 ədəd giliz, 11 ədəd qırma, 2 ədəd patron tıxacı və Beyləqan Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs Urfat oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd sarı rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd belində qara rəngli kəmər olan qara rəngli şalvar, 1 bir ədəd qara rəngli trusik, 1 cüt qara rəngli corab, 1 ədəd ayaqqabı, 2 ədəd ağ rəngli ip kəsiyi, hadisə yerinin baxışının aparılması zamanı götürülmüş torpaq kütləsi, torpaq üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 1 ədəd pambıq parçası, 01 ədəd polietilen torba parçası, 3 ədəd daş paçası məhv edilsin. Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd tutqun-bənövşəyi rəngli qısaqol köynək, 1 ədəd boz rəngli şalvar, 1 ədəd qara rəngli trusik, 1 ədəd boz rəngli mayka, 1 cüt boz rəngli corab, 1 cüt qara rəngli ayaqqabı onun arvadı Şahid4 qaytarılsın. “Baxış aparılması haqqında” 27 iyun 2022-ci il tarixli və “Əlavə baxış aparılması haqqında” 14 avqust 2022-ci il tarixli protokola əlavə edilmiş 2 ədəd yaddaş qurğusu cinayət işinin materillarında saxlanılsın. İş üzrə ekspertiza xərci 314 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan X7 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar