Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-569/2023 18.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Vaqif oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 mart 1996-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr məhkum olunmamış, Yevlax şəhəri Pİşəvəri küçəsi ev 14A, mənzil 1-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanıov qəsəbəsində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının ortalarında “Elşad” adlı tanışı və digər şəxslərlə narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq Lənkəran rayonu ərazisindən əldə edilməsi, saxlanması və daşınması ilə bağlı əvvəlcədən razılığa gəlib sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq 18 fevral 2023-cü il tarixdə “Elşad” adlı qrup üzvünün istifadəsində olmuş +7***-***-**-** saylı mobil nömrədə aktiv olan “Whatsapp” sistemi vasitəsilə ona narkotik vasitəni Lənkəran rayonundan götürməsini və dediyi zaman başqa şəxsə verməsini tapşırdığına görə həmin gün saat 11 radələrində istifadəsində olan “Wolkswagen Passat” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Lənkəran rayonu istiqamətində yola düşmüş, yol boyu “Elşad” adlı qrup üzvü ilə mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayarkən sonuncunun ona qrupun digər üzvlərinin narkotik vasitəni Ələt-Astara-İran avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində yol kənarında yerləşən və damı ölkə bayrağı rəngində boyanmış yaşayış evi ilə magistral yol arasında olan ərazidə gizlədiləcəyi ərazinin koordinatını göndərməklə bildirməsindən sonra avtomobili qeyd olunan ərazi istiqamətində sürüb saat 14 radələrində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən həmin yaşayış evinə paralel əraziyə çataraq avtomobili magistral yolun kənarında saxlayıb qrupun digər üzvlərinin satış məqdədilə qanunsuz olaraq əldə etdikləri və əvvəlcədən Ələt-Astara- İran avtomobil yolunun Lənkəran rayonu Yuxarı Nüvədi kəndindən keçən sağ hissəsində, sahibsiz ərazidə gizlətdikləri 01 (bir) ədəd bağlamada, təmiz çəkisi 370 qram olan, tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qara rəngli sellofana bükülmüş halda, ona məlum olan yerdə, yəni bitki kollarının arasında görüb həmin bağlamanı ələ keçirməzdən əvvəl ətrafı müşahidə edərkən damı bayraq rəngində olan yaxınlıqdakı yaşayış evinin balkonundan ona baxan ev sahibi Şahid5 onun hərəkətlərindən şübhələndiyini yəqin etdiyi üçün oranı tərk etdiyindən avtomobillə yoluna davam edib qarşıdan manver edərək geri qayıdarkən narkotik vasitə qurudulmuş marixuananın gizlədildiyi ərazinin yaxınlarında kənar şəxslərin toplaşdığını gördüyündən və Şahid5 19 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində qeyd olunan əraziyə baxış keçirilərək orada gizlədilmiş 370 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qara sellofana bükülmüş halda aşkar edilərək götürüldüyündən qrupun “Elşad” adlı üzvünün tapşırığı ilə narkotik vasitə qurudulmuş marixuananı ələ keçirmək məqsədilə yenidən 20 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində gizlədildiyi əraziyə qayıtsa da öz iradəsindən asılı olmayan həmin səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək qeyd olunan çəkidə narkotik vasitə qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa cəhd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elşad adlı şəxsi uzun müddətdir ki tanıyır. X3 yaşayır, onda olan məlumata görə Elşad Rusiyada həbs edilib. Elşada 400 manat pul borcu olmuş, maddi çətinliyi olduğu üçün pulu qaytara bilməmişdir. Elşad ona Lənkəran şəhərinə gedib bir bağlama götürəcəyini, həmin bağlamanı götürdükdən sonra ona olan 400 manat borcundan 200 manatını siləcəyini təklif etmiş, o da razılıq vermişdir. Lakin bağlamada narkotik olmasını deməmişdir. 19 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhərindən Lənkəran rayonuna yola düşmüşdür. Elşadla Whatsapp vasitəsi ilə əlaqə saxlamışdır. Elşad ona ismarıc vasitəsilə bağlamanın qoyulduğu yerin koordinatlarını göndərmiş, yaxınlığında olan, damı Azərbaycan bayrağı şəklində və rənglərində tikilmiş evin yaxınlığında atıldığını demişdir. Həmin əraziyə çatıb, evin qabağında ərazini axtarsa da bağlamanı tapa bilməmiş, həmin evdən bir qadının bağxdığını görmüşdür. Həmin ərazidə bağlamın tapmadığından geri qayıtmış, Elşada tapa bilmədiyini demişdir. Elşad ona yenidən həmin əraziyə qayıtmasını demiş. Yenidən həmin əraziyə qayıtsa da bağlamanı tapa bilməmiş və Bakı şəhərinə qayıtmışdır. 23 fevral 2023-cü il tarixdə isə polis əməkdaşları tərəfindən tutulmuşdur. O, sonradan bilmişdir ki, Elşad onu narkotik dalınca göndərib. Elşadın dediyi əraziyə narkotik vasitə dalınca getsə də həmin narkotik vasitəsini götürə bilməmişdir. Himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o göstərmişdir ki, Elşad ona ismarıc vasitəsilə bağlamanın qoyulduğu yerin koordinatlarını göndərmiş, həmin bağlamada narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. 19 fevral 2023-cü il tarixdə, saat 14 radələrində koordinata çatan zaman maşını saxlayıb düşmüşdür. Bu zaman yola yaxın olan evlərdən birinin ikinci mərtəbəsinin balkonunda bir xanımın qaldığını görmüşdür. Həmin qadının evi bağlamanın atıldığı nöqtəyə baxırmış, hər hansı bir şübhəli hərəkət edəcəyi halda qadın onu görəcəkmiş. Həmin yerə düşüb bağlamanı götürməyə risk etməmişdir. Oradan uzaqlaşmış, bir qədər sonra yenidən koordinatın olduğu yerə çatıb maşını saxlamışdır. Maşından düşmüş, lakin bu dəfə Bakı istiqamətində maşını saxladığı üçün yolun əks tərəfinə keçməli olmuşdur. Yolun əks tərəfinə keçmiş, orada insanların toplaşdığını görmüş, risk etməmiş və maşına əyləşib Gəncə şəhəri istiqamətində yola düşmüşdür. Yolda olan zaman Elşada zəng edib bağlamanı götürə bilmədiyini demişdir. Həmin gün, axşam saat 22 radələrində Elşad yenidən onunla əlaqə saxlamışdır. Ona bildirmişdir ki, bağlamanı bu gün oradan götürmək lazımdır. Ondan yenidən Lənkəran rayonuna qayıtmağını istəmiş və bağlamanı götürəcəyi halda ona olan 400 manat borcunun hamısını siləciyini demişdir. O da razılaşmışdır. Saat 22 radələrində Gəncə şəhərindən Lənkəran şəhəri istiqamətində yola düşmüşdür. 20 fevral 2023-cü il tarixdə, saat 03 həmin nöqtəyə çatmışdır. Maşından düşmüş, yol ilə yaşayış məntəqəsi arasında olan arakəsməni keçib aşağı düşmüşdür. Bağlamanı tapmış, bağlamanı açan zaman içərisində torpaq olduğunu görmüşdür. Elşada səsli ismarıc göndərərək bağlamanın içərisində torpaq olduğunu demişdir. Daha sonra isə Gəncə şəhərinə qayıtmışdır. Bundan sonra Elşada hər hansı bir əlaqəsi olmamışdır. 23 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi ilə hərəkətdə olan zaman polis əməkdaşları yaxnlaşıb onu saxlamışlar, Ona suallar verilməyə başlanmış, suallara cavab olaraq Elşadla arasında keçən hadisəni, Lənkəran rayonuna gəlib qayıtmağını qısa şəkildə danışmışdır. Bundan sonra polis əməkdaşları onu Lənkəran şəhər polis şöbəsinə gətirmişlər. Lənkəran rayonuna gəlməyində məqsədi Elşadın dediyi yerdə qoyulmuş, içərisində narkotik vasitə olan bağlamanı götürüb Elşadın dediyi zamanda başqa bir şəxsə vermək olmuç, lakin bu baş tutmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini X6 19 fevral 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə günorta saatlarında yaşadığı evdən 10 metr aralıda qara sellofan torbada narkotik vasitəyə bənzər kütlə aşkar etməsini bildirərək həmin əraziyə baxış keçirilməsini xahiş etmişdir. Bununla bağlı təhqiqatçı və polis əməkdaşları ilə birlikdə həmin əraziyə getmişlər. Həmin yer Ələt-Astara-İran avtomobil yolunun Lənkəran rayonu Yuxarı Nüvədi kəndindən keçən hissəsində yolun kənarı olmuşdur. Videoçəkiliş vasitəsilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Raifə Məmmədova aşkar etdiyi sellofan torbanı təqdim etmişdir. Həmin sellofana baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya göndərilmişdir. Ekspertizanın rəyinə əsasən həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin qara sellofanın yerinə içərisində torpaq kütləsi olan başqa bir sellofan qoyulmuş və ərazini nəzarətə götürmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kütlənin Yevlax şəhəri Pişəvəri küçəsi ev 14də qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmiş və keçirilən tədbir zamanı 23 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri Xətai rayou A.Cəlilov küçəsində nəqliyyat vasitəsilə hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, lakin heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Elşad adlı şəxs onunla əlaqə saxlamış, ona Lənkəran rayonuna getməsini və orada olan, üzəri ölkə bayrağı rənglərində rəngləmiş evin yaxınlığında çanta qoydurduğunu demiş və həmin çantanı götürüb onun dediyi şəxsə verəcəyi halda ona 90 manat göndərəciyini bildirmişdir. Asif də 19 fevral 2023-cü il tarixdə Elşad adlı şəxsin dediyi yerə gəlmiş, həmin evi tapmışdır. Evin yaxınlarında olan çantanı tapıb götürmək istəsə də bir qadın çölə çıxıb onu gördüyündən qorxmuş və həmin yerdən uzaqlaşmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid2 ifadələrində əməliyyat müvəkkili Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 19/216 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisindən tapılmış kütlə.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı təmiz çəkisi 370 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 370,0 qram olan marixuannanın cəmi 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq 369,95 qram qurudulmuş marixuanna. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan 19 fevral 2023-cü il tarixli X1 Lənkəran ŞRPŞ-nə ünvanladığı ərizədən görünür ki, yaşadığı evdən təxminən 10 metr aralıda qara rəngli selofanda narkotik vasitəyə bənzər kütlə olması barədə məlumat vermişdir. İş materiallarında olan 19 fevral 2023-cü il tarixli «baxış və götürmə haqqında» protokoldan görünür ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan X1 iştirakları ilə ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan Şahid5 ərizə ilə Lənkəran ŞRPŞ-na müraciət edərək, xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən təxminən 10 metr aralıda qara rəngli selofanda narkotik vasitəyə bənzər kütlə olması barədə məlumat vermişdir. Məlumatla əlaqədar olaraq Lənkəran rayon Yuxarı Nüvədi kəndi ərazisində Şahid5 fərdi yaşayış evinin ətrafına baxış keçirmişdir. Təqdim olunan yer Ələt-Astara magistral yolunun sağ tərəfində yerləşir. Şahid5 ikimərtəbəli fərdi yaşayış evinin ətrafı dəmirlə hasarlanmışdır. Baxış zamanı X6 fərdi yaşayış evindən təxminən 10 metr aralıda qara selofanda olan kütləni təqdim etdi. Həmin kütləyə baxış keçirildikdə içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və həmin kütlənin çəkisinin 385 (üç yüz səksən beş) qram olması müəyyən olundu. Daha sonra həmin narkotik vasitə marixuanaya bənzər kütlə qablaşdırılaraq götürüldü. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, üzərindən hər hansı qanunsuz predmet aşksr edilməmişdir. Üzərindən «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. O, şifahi suallara cavab olaraq bildirmişdir ki, Rusiya Federasiyasında cəza çəkən tanışı Elşad adlı şəxslə əlaqə saxlamış, Elşad ona Lənkəran rayonuna gedərək orada qoyulmuş, içərisində narkotik vasiə qurudulmuş marixuana olan sellofan torbanı götürüb özündə saxlamalı olduğunu və onun dediyi zamanda dediyi şəxs verəcəyi halda ona 90 manat pul vercəyini demişdir. O da 19 fevral 2023-cü il tarixdə Lənkəran rayonuna gəlmiş, adını bilmədiyi kənddə olan, damı ölkə bayrağının rəngləri ilə rənglənmiş evi tapmış, çantanı götümək istəsə də bir qadının çölə çıxdığını görüb oradan uzaqlaşmışdır. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 24 fevral 2023-cü il tarixli, 223 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olnumur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli, 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 26 fevral 2023-cü il tarixli “mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonun ana səhifəsində "Whatsapp" anı mesailaşma sistemınm tətbiq proqramı mövcuddur. Həmin proqrama daxıl olan zaman orada təqsirləndirilən şəxsin ifadələrində qeyd etdiyi Rusiya Federasiyassında olan Eldar adlı şəxs məxsus olan +7***-***-**-** saylı mobil nömrə ilə danışıqlara rast gəlinir. Bundan başqa Təqsirləndirilən şəxs Lənkəran gələn zaman əlaqə saxlamağı üçün verilən +994 70- 992-79-92 saylı mobil nömrə ilə ismarıclaşmaların mövcud olduğu görünür. Təqsirləndirilən şəxs həmin nömrənin istifadəçisinə özünə məxsus olan “Kapital bank” kartını pul göndərməsi üçün atmış və daha sonra şəxslər arasında aşağıdakı məzmunda ismarıclar olmuşdur: Təqsirləndirilən şəxs: qardaş, nə edirsən, qardaş demədin onlara benzin pulu... Mən qalacağam yolda allah haqqı, 30 manat pulum var idi, vurmuşam, gəldim o boyda yolu, qırmızı işıq yanır, qalmışam belə. Təqsirləndirilən şəxs: dədə, yığdım, deyəsən bir xətsən, orada “Kamaz” dayanıb, “Kamaz”ın yanındadırlar, dayanıblar adamlar, oradan deşikdən baxdım, ordadır o, amma götürmək mümkün deyil də yəni, adamlar var allaha and olsun... Oturdum mən maşına. Təqsirləndirilən şəxs: qaqa, dalımca maşın gəlir mənim, dəhşət oldu bu, dalımca maşın gəlir orada dayanan. Təqsirləndirilən şəxs: qardaş, necə edim mən?. Yığma, yığma məni, marqat edir... Dur görüm nə edirəm. Təqsirləndirilən şəxs: qaqa, çıxdım da, qaqa, Gəncəni çıxdım, gedirəm, yoldayam. İnşallah, gedim, orada olar, götürərəm, qayıdaram. Allah edə, orada ola, onu orada tapmazlar da (təhqiramiz ifadələr), şey olsa, yığacağam da səni, gedirəm, yoldayam. Təqsirləndirilən şəxs; qaqa, niyə vurmurlar pulu, bax, allah haqqı, çıxmışam ki gedim ora, qoymurlar ki, çıxım gedim, sonra da mənə deyəcəksən ki, belə, elə... (anlaşılmayan ifadələr). Təqsirləndirilən şəxs: qardaş, mən yoldayam da... Mən hansı tərəfə gələcəyəm? Sən istəyirsən, bir konum at da mənə. Təqsirləndirilən şəxs: Nicat da yatıb, qaqa, özü indi durub səninlə əlaqəyə çıxacaq, yığacaq səni, mənə bir dənə konum at da. ***-***-**-**' eşidirsən, həmkəndlim, başa düşürəm səni, sadəcə mənim nömrəmi səhv verib, gözləyirəm ki, yığsın,’ o adama demişəm, özləri səninlə əlaqəyə çıxacaqlar. Mənlik burada heç nə yoxdur. Təqsirləndirilən şəxs: başa düşdüm, qardaşım. Sən bır dənə, başına dönərəm, onlara de, mənimlə əlaqə yaratsınlar da qardaş. 070 992 79-92 qardaş özləri deyiblər, ozlərı deyiblər, narahat olma, ozlən deyiblər, özləri səninlə çıxacaqlar əlaqəyə, mənlik heç nə yoxdur, qardaş, hə, pis də başa düçə. yəni mənlik deyil, özləri çıxacaqlar, özləri danışıblar. Təqsirləndirilən şəxs: hə, heçnə, yaxşı, yaxşı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi «WOLSVAGEN» PASSAT markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtombil Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 16, mənzil 9-da qeydiyyatda olan X4 mülkiyyətində olmuşdur. İş materiallarında olan 20 mart 2023-cü il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 369,95 qram qurudulmuş marixuanna, baxış və götürmə, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin əks olunduğu 02 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefona baxış zamanı aşkar edilmiş səsli ismarıcların əks edildiyi 01 (bir) ədəd CD disk maddi sübut qismində tanınmış, narkotik vasitələri Lənkəran RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, 2 ədəd DVD və bir ədəd CD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli Mingəçevir Rayonlararası Psixo- Nevroloji Dispanser tərəfindən təqdim edilmiş arayışdan görünür ki, vətəndaş Məmmədov X5 Rayonlararası Psixo-Nevroloji Dispanser qeydiyyatda deyil. İş materiallarında 14 iyun 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, külli miqdarda psixotrop maddənin əldə edilmə xüsusatı üzrə cinayət işindən Azərbaycan Respublikası 234.4.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli «təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında» qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 31 mart 2023-cü il tarixli Yevlax şəhər 1 növmrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anasından, arvadından, 2017ci il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X9 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində qonşularla yaxşı münasibətlər qurmağa calışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına riayət etməyə çalışmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 29, 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 29,234.4.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 29,234.4.1-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, tanışı tanışı Rusiya Federasiyasında yaşayan «Elşad» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, saxlama cəhd cinayət əməllərini törətmişdir. Məhkəmə işin qeyd olunan fakitiki halları baxımından təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdı və həmin şəxslərin hərəkətləri “birgə” olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-in 29, 234.4.1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Marixuana-Kannabisı» olan maddə narkotik vasitədir, onun qurudulmuş halda 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 ayzaşlı uşağının olması əməlini yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, gənc olmasını, əməlini qismən etiraf etməsini, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 29, 234.41-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CMin 29,234.4.1-cü maddəsi ilə təyin olunacaq cəza başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən-yəni 9 ildən çox ola bilməz. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü ildən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadığından və məcburi müalicəyə ehtiyacı olmadığından barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 369,95 qram qurudulmuş marixuanna məhv edilməli, baxış və götürmə, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin əks olunduğu 02 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefona baxış zamanı aşkar edilmiş səsli ismarıcların əks edildiyi 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 23 fevral 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü ildən 25 fevral 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 369,95 qram qurudulmuş marixuanna məhv edilsin. İş materiallarına əlavə olunmuş baxış və götürmə, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin əks olunduğu 02 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefona baxış zamanı aşkar edilmiş səsli ismarıcların əks edildiyi 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-569/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-569/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver