Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-569/2025 15.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Saatlı rayonu Genişkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Ağamalıoğlu küçəsi ev 1-də qeydiyyatda olmaqla Saatlı rayonu Genişkənd kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının əvvəlində yaşadığı Saatlı rayonu Genişkənd kəndi yaxınlığındakı otlaq sahəsində yerləşən atası X2 mal-qara fermasındakı tikilidən 60 metr məsafədə müxtəlif kolların arasında bir-birindən 20 metr aralıqda 3 yerdə, 30 ədəd, 19 ədəd və 13 ədəd, həmin ərazidən 1 km aralıqda isə qamışlıq hissədə 9 ədəd, ümumilikdə 71 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş 71 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini 11 avqust 2025-ci il tarixədək mütəmadi olaraq suvarıb və diblərinə peyin verməklə onlara aqrotexniki qaydada qulluq göstərək yetişdirib külli miqdarda kultivasiya etmiş, 11 avqust 2025-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən torpaq sahələrində ümumilikdə 71 ədəd yaş vəziyyətdə təmiz çəkiləri 7000 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstədi ki, ailəsi ilə Saatlı rayon Genişkənd kəndində yaşamış və kəndin yaxınlığında atasına məxsus mal-qara fermasında işləmişdir. 2024-cü ilin yay aylarından “nəşə” adlanan narkotik vasitə marixunadan istifadə etmişdir. 2024-cü ilin noyabr ayında Bakı şəhərində olduğu zaman dostunun dostu olan, adını xatırlamadığı şəxs ona bir ədəd sellofanda “nəşə” toxumları vermişdir. Həmin toxumları özü ilə Saatlı rayonuna gətirib fermanın ərazisindəki çoban evində sonradan əkərək istifadə etməsi üçün gizlətmişdir. 2025-ci ilin fevral ayının əvvəllərində hava şəraiti yaxşı olduğu üçün həmin toxumları fermadan təxminən 60 metr aralıqda müxtəlif kolların arasında bir-birindən təxminən 20 metr aralıqda 3 yerdə torpağa əkmiş, qalan toxumları isə həmin yerdən təxminən 1 km aralıqda kolların arasında əkmişdir. Toxumlardan 1 km aralıqda əkdiyi hissədə 9 ədəd, digər ərazidə bir-birindən 20 metr aralıqda əkdiyi toxumlardan isə bir yerdə 30 ədəd, bir yerdə 19 ədəd və bir yerdə 13 ədəd bitki cücərtisi çıxmışdır. Həmin cücərtiləri mütəmadi olaraq suvarmış və fermanın ərazisindən peyin gətirib diblərinə verməklə qulluq göstərmişdir. 2025-ci ilin avqust ayının əvvəlinə həmin bitkilərin bəziləri 50 sm hündürlükdə, bəziləri 2 metirdən artıq hündürlükdə boy atmışdır. 11 avqust 2025-ci il tarixdə saat 16:10 radələrində fermanın ərazisində olarakən polis əməkdaşları gəlib özlərini təqdim edərək onun narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumatları olduğunu bildirmişlər və özləri ilə gətirdikləri aqranomun iştirakı ilə fermanın ətraf ərazilərinə baxış keçirəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına əkib-yetişdirdiyi “nəşə” bitkilərinin yerini göstərmişdir. Polis işçiləri ayrı-ayrı yerlərdə ümumilikdə 71 ədəd çətənə bitkilərini aşkar etmiş, köklərindən çıxarıb kisələrə qablaşdırmaqla götürmüşlər. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Çətənə bitkilərini əkdiyi sahəyə baxış keçirərkən videoçəkilişdən istifadə olunmuşdur. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün səmimi etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkətləri protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 göstərdi ki, Saatlı Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 avqust 2025-ci il tarixdə Saatlı rayonu Genişkənd kəndində yaşayan Təqsirləndirilən şəxs atasına məxsus, Genişkənd kəndi yaxınlığında yerləşən mal-qara fermasının ətrafındakı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə mal-qara fermasına getmiş, orada olan Təqsirləndirilən şəxs fermanın yaxınlığındakı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs fermanın yaxınlığında 4 müxtəlif yerlərdə narkotik tərkibli çətənə bitkilərini əkdiyini etiraf etmişdir. Sonra isə Təqsirləndirilən şəxs fermadan təxminən 60 metr kənarda narkotik tərkibli bitkiləri əkdiyi yerləri göstərmişdir. Əvvəlcə 30 ədəd, həmin yerdən təxminən 20 metr məsafədə 19 ədəd, ondan təxminən 20 metr məsafəyə 13 ədəd, həmin yerdən 1 km məsafədə qamışlıq ərazidəki boşluq hissədə 9 ədəd-ümumilikdə 71 ədəd yaşıl və köküstə olan çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilər köklərindən çıxarılmaqla qablaşdırılıb götürülmüşdür. Sahəyə baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşları Şahid2 oğlu və Şahid3 da şahid kimi dindirilərkən ifadələrində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. “Baxış keçirilməsi haqqında” 11 avqust 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Saatlı rayonu Genişkənd kənd sakini Təqsirləndirilən şəxs Saatlı rayon Genişkənd kəndinin yaxınlığında yerləşən, atası Bayram Əliverdiyevə məxsus fermadan 60 metr məsafədə müxtəlif kolların arasında bir-birindən 20 metr aralıqda 3 yerdə, 30 ədəd, 19 ədəd və 13 ədəd, həmin ərazidən 1 km aralıqda isə qamışlıq hissədə 9 ədəd olmaqla ümumilikdə 71 ədəd torpağa qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizanın 12 avqust 2025-ci il tarixli, 18/583 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 71 ədəd yaş vəziyyətdə bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5349 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Saatlı rayon Genişkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 26 avqust 2025-ci il tarixli arayışdın görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2022-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Saatlı rayon İHB-nin Genişkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanusuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etməklə yetişdirməsi, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 71 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Əməliyyat-axtarış tədbirləri barədə videogörüntülər köçürülmüş bir ədəd fləş kart cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 71 (yetmiş bir) ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Videoçəkiliş barədə bir ədəd fləşkart cinayət işində saxlanılsın. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-569/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-569/2025
15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver