Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-57/2022 31.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X4, Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il ildə Neftçala rayonunun Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və iş üzrə 22 iyul 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə Neftçala rayonu Bankə qəsəbəsi C.Mikayılov küçəsində yerləşən 150 nömrəli evində olarkən arvadı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə qonşusu X2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsindən ümumilikdə 4 dəfə olmaqla həmin gün saat 01:27, 01:29, 02:00, 02:03 radələrində zənglərin gəldiyini aşkar edib, bu zəmində Şahid3 ilə aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevin əvvəllər də onun həyat yoldaşını telefon zəngləri ilə narahat etdiyini və sonuncunun valideynlərinə bu haqda xəbərdarlıq edilməsinə baxmayaraq yenidən zənglər edib narahat etməyə davam etməsindən qəzəblənərək, Mirağa Musayevin cəmiyyətdə qəbul edilməyən, birgəyaşayış qaydalarına zidd və ailə nüfuzunun alçalmasına səbəb olan hərəkətlərinə son qoymaq üçün qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, yaşadığı evdən tiyəsinin uzunluğu 125 mm olan, ümumi təyinatlı, qatlanmayan ov bıçaqlarının analoqu üzrə hazırlanmış, soyuq silah hesab edilməyən bıçağı silah qismində tətbiq etmək məqsədilə üzərində götürərək 22 iyul 2021-ci il tarixdə saat 06:30 radələrində Mirağa Musayevin yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsindəki fərdi yaşayış evinin həyətinə gələrək sonuncunun istifadəsindəki nömrədən arvadı Şahid3 istifadəsində olan mobil nömrəyə zənglər edib ailəsində ciddi narazılıq yaratdığı üçün ona iradını bildirdikdə əlbəyaxa olub onun sifət nahiyəsinə bir dəfə yumruq vurmuş, həmin vaxt evin həyətində olan Mirağa Musayevin yaxın qohumları- atası, Zərərçəkmiş şəxs, anası Şahid4 və evin pəncərəsindən həyətə baxarkən hadisənin şahidi olan bacısı Şahid1 gözlərinin qarşısında, aşkar surətdə onlara əzab və işgəncə verdiyini dərk etməklə müstəsna qəddarlıq nümayiş etdirib, üzərindəki bıçaqla Mirağa Musayevin sol döş nahiyəsinə bir dəfə və sol sarğı nahiyəsinə bir dəfə zərbə vurub döş qəfəsinin ön səthindən döş boşluğuna keçən, ürək kisəsinin, ürəyin zədələnməsi, kəskin qaitirmə ilə nəticələnən, döş qəfəsinin ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran, sol sarğı nahiyəsindən isə bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlğının qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlğına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Mirağa Musayevi xüsusi amansızlıqla qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona CM-nin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, arvadı Şahid3 və uşaqları ilə Neftçala rayonu Bankə qəsəbəsində yerləşən evlərində yaşamışlar. Onlarla qonşuluqda X7 atası Mirkərəm və anası Sevda ilə birlikdə yaşamışdır. 20 iyul 2021-ci il tarixdə saat 02 radələrində evdə olduqları zaman arvadı Rəvanənin “Samsung Galaxy A31” markalı telefonunun 050 461 46 63 saylı mobil nömrəsinə Mirağanın istifadəsində olan 050 972-75-73 saylı mobil nömrəsindən zənglər olunduğunu, lakin nömrənin telefonda bloka salındığından telefon çağırmadığını görmüşdür. X8 istifadəsində olan 050 972-75-73 saylı mobil nömrəsindən nəyə görə ona zənglər olunduğunu soruşmuşdur. X14 dəfələrlə ona zəng edib onu narahat etdiyini, buna görə də Mirağanın istifadəsində olan 050 972-75-73 saylı mobil nömrəsini bloka saldığını demişdir. 22 iyul 2021-ci il tarixdə saat 06:30 radələrində Mirağanın atası Mirkərəmə öz istifadəsində olan telefonla zəng edərək evdə olub -olmadığını soruşmuş, o da evdə olduğunu, heyvanları sahəyə aparacağını demişdir. O, Mirkərimə evdə olmasını, oraya gələcəyini demişdir. O, öz “Samsung A11” markalı və arvadı Rəvanənin “SamsungA31” markalı telefonunu da Mirağaya göstərmək üçün oraya getmişdir. Niyyəti Mirağanın etdiyi səhvi boynuna alması, əks halda ona bıçaqla xəsarət yetirmək olmuşdur. Mirağa idmançı olduğundan onu döyəcəyindən ehtiyyat edib evdə olan suviner bıçağını özü ilə götürmüşdür. Bıçağı şalvarının qayışı altına sol böyrünə qoymuşdür. O, Mirağagilin həyət darvazalarından həyətinə girmiş, Mirağanın atası Mirkərəm və anası Sevda da həyətdə olmuşlar. O, Mirkərəmdən oğlu Mirağanı yanına çağırmağı xahiş etmiş, Mirkərəm ona Mirağanın evdə yatdığını demiş, Mirkərəm arvadı Sevdaya Mirağanı evdən çağırmağı xahiş etmişdir. Mirağa evdən həyətə düşmüş, onun yanına gələrək salamlaşmışdır. O, Mirağaya evinə kişi kimi gəlib, kişi kimi getdiyini, nə üçün arvadı Rəvanənin istifadəsində olan 050 461 46 63 saylı nömrəyə öz istifadəsinə olan 050 972-75-73 saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 02 radələrində 4 dəfə zəng etdiyini soruşmuşdur. Mirağa ona arvadı Rəvanəyə zəng etmədiyini demişdir. O, arvadı Rəvanənin telefonunda Mirağanın zənglərini ona göstərmişdir. Həmin vaxt Mirkərəm və Sevda da orada olmuşlar. Mirağa ona heç bir cavab verməyib zəng etdiyini inkar etməyə başlamışdır. O, Mirağanın ondan üzr istəmədiyini, yalan danışdığını görüb sağ əliylə Mirağanın sifətinin sol nahiyəsinə yumruq vurmuş, Mirağa da ona yumruq vurmaq istəyəndə kənara çəkilmiş, yumruq ona dəyməmiş, Mirağanın onu döymək istədiyini görüb üzərində olan bıçağı sağ əlinə tutmuş, Mirağa həyət darvazasından bayıra küçəyə çıxmaq istəyərək həyət darvazasına tərəf qaçmış, o, Mirağanın ayağından bıçaqla xəsarət yetirmək istəmiş, Mirağa qapının açılmadığını görüb ona tərəf çevrilmiş, ona təpik atmış, bu zaman əlindəki bıçaq Mirağanın sol döş nahiyəsinə dəymiş, 2-ci bıçaq zərbəsini onun ayağına vurmuşdur. Mirağanı öldürmək niyyəti olmamışdır. Mirağa həyət darvazasından 3-4 metr küçəyə tərəf gedib yerə yıxılmış, həmin vaxt Sevda oğlu Mirağaya tərəf küçəyə qaçıb onun boynunu qucaqlamış, Mirkərəm dayı isə onun boynunu qucaqlayıb Mirağanın etdiyi hərəkətə görə ondan üzr istəmişdir. O, Mirağanı vurduğu bıçağı onların həyətlərində stolun yanına atmış, sonra oradan çıxıb öz 051 397-11-77 saylı mobil nömrəsindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib Mirağanı bıçaqla vurduğunu, polisə təslim olmaq istədiyini demişdir. O, evə gedib ailə üzvləri ilə sağollaşıb Neftçala rayon polis şöbəsi istiqamətində piyada getməyə başlamış, Bankə körpüsünün üstündə olanda Bankə sahə rəisi Yunus müəllimin polis formasında qara rəngli avtomobil ilə hərəkət etdiyini görmüş, avtomobilə əllə saxla işarəsi vermiş, Yunus müəllim avtomobili saxlayab ondan Famil olduğunu soruşmuş, o, Yunus müəllimə Famil olduğunu, Mirağaya bıçaqla xəsarət yetridiyini demişdir. Polis şöbəsində isə o, Mirağanın xəstəxanaya aparıldığını, orada öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, oğlu Mirağa və arvadı Sevda ilə Bankə qəsəbəsində Familgil ilə qonşuluqda yaşamışlar, onlarla münasibətləri yaxşı olmuşdur. 22 iyul 2021-tarixdə saat 06:30 radələrində Famil ona mobil telefonu ilə zəng edərək onu öz evinə çağırmışdır. Lakin o, Familə heyvanları sahəyə buraxıb onlara gələcəyini demişdir. Təxminən 5-6 dəqiqə sonra Famil həyət darvazalarından içəri daxil olmuş, onunla görüşüb hal-əhval etmişdir. Ondan Mirağanın evdə olub-olmadığını soruşmuş, o, Mirağanın evdə yatdığını demişdir. O, arvadı X12 çağırdığını, onu oyatmağı xahiş etmişdir. Sevda Mirağanı evdən həyətə çağırmış, o, həmin vaxt heyvanlara su vermişdir. Mirağa həyətə düşüb Famillə görüşmüşdür. Famil Mirağadan nə üçün arvadı Rəvanənin telefonuna zəng etdiyini soruşmuş, Mirağa Familə onun arvadı Rəvanənin telefonuna zəng etmədiyini demişdir. Həmin vaxt Famil əsəbi halda Mirağanın sifət nahiyəsinə yumruq vurmuş, Mirağa da Familə yumruq atmış, Mirağanın yumruq zərbəsi Familə dəyib-dəymədiyini görməmişdir. Famil qayışının altından bıçaq çıxartmış və Mirağanın arxa nahiyəsinə bir zərbə vurmuşdur. Mirağa həyət darvazasına tərəf qaçmış, darvazanı açıb küçəyə qaçmaq istəmiş, lakin darvaza bağlı olduğundan açılmamış, Mirağa Familə tərəf çevrilən vaxt Famil sağ əlindəki bıçaqla Mirağanın sinə nahiyəsinə vurmuş, Mirağa sinəsini tutub yerə oturmuş, sonra isə həyət darvazasını açıb küçəyə çıxmışdır. O, Familə tərəf gəlmiş və ondan nə etdiyini soruşmuşdur. Famil ona Mirkərəm dayı deyib müraciət edərək balalarının yetim qaldığını demiş, o, da Familə ocağını söndürdüyünü demişdir. Famil həyət darvazasından çıxıb getmişdir. Mirağa da küçədə yerə uzanmış, Sevda onun boynunu qucaqlamış, o, telefonu ilə əmisi oğlu Zəhmət Musayevə zəng edib avtomobil ilə təcili onlara gəlməyi xahiş etmişdir. Zəhmət avtomobili ilə onlara gəlmiş, Mirağanı avtomobilə qoyub Neftçala rayon xəstəxanasına aparmışlar. Ona tibbi yardım göstərilsə də, xəstəxanada ölmüşdür. Şahid4 məhkəmədə göstərdi ki, qonşuları Famil və onun ailəsi ilə münasibətləri yaxşı olmuşdur. Famil və arvadı Rəvanə onlara tez -tez gəlib getmişlər. Hadisədən xeyli əvvəllər Familin arvadı Rəvanə onlara gələrək oğlu Mirağanın ona zənglər etdiyini bildirmiş və bu barədə tədbir görməsini xahiş etmişdir. O da həmin vaxt oğlu Mirağanı danlamış və Rəvanəyə bir daha zəng etməməsini demişdir. Bundan sonra oğlu Mirkərəmin Rəvanəyə zəng etməsini bilməmişdir. 22 iyul 2021-ci il tarixdə saat 06:30 radələrində əri Mirkərəmlə həyətdə olduqları zaman Famil Mirkərəmin mobil telefonuna zəng edərək onunla danışmış, təxminən 5-6 dəqiqə sonra isə Famil həyət darvazalarından içəri daxil olmuşdur. Famil onunla və Mirkərəmlə hal-əhval etmiş və oğlanları Mirağanın evdə olub- olmadığını soruşmuşdur. X10 evdə olduğunu, yatdığını demişdir. O, evə qalxıb Mirağını oyatmış, Mirağa əyinini geyinib aşağı həyətə düşmüşdür. Famil həyətdə evin giriş qapısının yanında stulda oturmuşdur. Mirağa həyətə düşüb Famillə görüşmüşdür. Famil Mirağadan nə üçün arvadı Rəvanənin telefonuna zəng etdiyini soruşmuşdur. Mirağa Familə onun arvadı Rəvanənin telefonuna zəng etmədiyini demişdir. Famil əsəbi halda stuldan qalxaraq Mirağanın sifət nahiyəsinə yumruq vurmuşdur. Mirağa da Familə yumruq atmışdır. O, həyacanlanıb qorxmuş, “Nolub Famil, nolub Famil deyə” qışqırmışdır. Bu zaman Famil bel kəmərinə taxdığı bıçağı çıxarıb Mirağanın arxa bud nahiyəsinə bir dəfə bıçaqla vurmuşdur. Mirağa həyət darvazasına tərəf qaçmış, darvazanı açıb küçəyə qaçmaq istəmiş, darvazanın cəftəsi bağlı olmuş, darvaza açılmamışdır. Mirağa Familə tərəf çevrilən vaxt Famil əlindəki bıçaqla Mirağnın sinə nahiyəsinə zərbə vurmuşdur. Mirağa sinəsini tutub yerə oturmuş, sonra isə həyət darvazasını açıb küçəyə çıxmış, küçədə yerə yıxılmışdır. O, Mirağanın boynunu qucaqlamış, onun sinəsindən və bədənin arxa nahiyəsindən qan gəlmişdir. Famil əlindəki bıçağı həyətdə atıb çıxıb getmişdir. Mirağanı qohumu Zəhmət Musayevin maşını ilə xəstəxanaya aparmışlar. Lakin o, aldığı xəsarətdən xəstəxanada ölmüşdür. Şahid1 məhkəmədə valideynləri Şahid4 və Zərərçəkmiş şəxslə oxşar məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmədə göstərdi ki, əri Təqsirləndirilən şəxs və azyaşlı uşaqları ilə Bankə qəsəbəsində yaşamışlar. Onlarla qonşuluqda Mirağa Musayev atası Mirkərəm və anası Sevda ilə birlikdə yaşamışdır. Onlarla gediş-gəlişi olmuş, xeyir-şər məclisləri bir yerdə olmuşdur. Təxminən 2021-ci ilin fevral ayında Mirağa istifadəsində olan 050 972-75- 73 saylı mobil nömrəsindən onun istifadəsində 050 461 46 63 saylı mobil nömrəsinə zəng etmişdir. Mirağa ona bacısı Adilənin telefonundan onun nömrəsini götürdüyünü, qonşuluqda olan Saray adlı qadınla tanış olmaq istədiyini, bu işdə ona köməklik etməyi xahiş etmişdir. O, Mirağaya Sarayın ağıllı qadın olduğunu, onunla danışmayacağını demişdir. Lakin Mirağa əl çəkməyib onun istifadəsində olan nömrəyə dəfələrlə zəng etməyə başlamışdır. Mirağa hətta ona zəng edib ondan da xoşu gəldiyini, onunla görüşmək istədiyini demişdir. O da bundan əsəbləşib Mirağanın anası Sevdaya oğlu Mirağanın hərəkətlərindən şikayət etmiş, Mirağanın ona zəng edib onu bezdirdiyini, demişdir. Lakin Mirağa boynuna almayıb ona zəng etmədiyini demişdir. Əri Famil evdən gedəndən sonra Mirağa öz nömrəsindən onun nömrəsini yığıb onu narahat etmişdir. O da, əsəbləşib Mirağanın nömrəsini bloka salmışdır. Mirağanın ona etdiyi zəngin qeydiyyatını telefonunda saxlanılmışdır. Famil evdə olanda onun telefonunu götürüb zənglərə, “Whatsapp” proqramında mesajlara baxmışdır. 21 iyulda saat 02 radələrində onun “Samsung Galaxy A31” markalı telefonunda 050 461 46 63 saylı mobil nömrəyə Mirağanın istifadəsində olan 050 972-75-73 saylı mobil nömrəsindən zənglər olunduğunu görən Famil nə üçün Mirağanın ona zəng etdiyini soruşmuşdur. O, da məcbur qalıb Mirağanın ona dəfələrlə zəng etdiyini, onun nömrəsini bloka saldığını demişdir. Həmin gün o, əri Familə Mirağa ilə heç bir münasibəti olmadığını, Mirağanın ona sadəcə zənglər etdiyini demişdir. Famil gecə ilə Mirağagilə gedib nə üçün zəng etməyi ilə bağlı onu sorğu-sual edəcəyini demiş, o, Familə yalvarıb axşam olduğunu, səhər gedib məsələ barədə danışacağını demişdir. Famil onun narahat olduğunu görüb, bu məsələni unutduğunu demişdir. 22 iyul 2021-ci il tarixdə saat 06 radələrində həyət darvazasının açılıb bağlandığının səsini eşitmiş, oyanıb otaqları axtarmış, Familin evdə olmadığını görmüşdür. Təxminən Famil getdikdən 30-40 dəqiqə sonra geri qayıdıb, evə gəldiyini görmüş, Famil uşaqların otağına daxil olub, uşaqlar yatdığında Famil onların alnından öpmüş, sonra ona hər şeyin qaydasında olduğunu, demiş, həyət darvazasını örtüb küçəyə çıxmışdır. O, nə baş verdiyini əvvəlcə anlamamış, Familin xalası Seviləyə zəng edib nə baş verdiyini soruşmuş, Sevilə ona cavabında bilmirsən nə baş verdiyini, Familin Mirağanı bıçaqladığını demişdir. Hadisədən sonra Famil polisə təslim olmuş, Mirağa isə xəstəxanaya yerləşdirilməyinə baxmayaraq orada ölmüşdür. Şahid2 məhkəmədə göstərdi ki, qızı Şahid3 əri Famil və uşaqları ilə birlikdə yaşamışdır. 22 iyul 2021-ci il tarixdə 07 radələrində Familin istifadəsində olan 051 397-11- 77 saylı nömrədən istifadəsində olan 051 957 59 39 saylı nömrəyə zəng gəldiyini görmüş, onunla Famil telefonda sakit tərzdə danışaraq Rəvanəni və nəvələrini gəlib evdən götürməyi, orada qalamamğı tapşırmışdır. O, Familə nə baş verdiyini soruşmuş, Famil ona hər şeyin qaydasında olduğunu demişdir. O, arvadı Mətanət Əhədova ilə Familgilin evinə tərəf getdiyi vaxt evdən təxminən 500 metr məsafədə Familin piyada Bankə qəsəbəsi istiqamətində getdiyini görmüş, Famildən nə baş verdiyini soruşmuşdur. Famil heç bir şey baş vermədiyini demişdir. O, Familgilə çatanda qızı Rəvanədən nə baş verdiyini soruşmuşdur. Rəvanə Familin qonşuları Mirağa Musayevlə dalaşdığını, ona bıçaqla xəsarət yetirdiyini demişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları ora gəlmişlər. Mirağanın Familin vurduğu bıçaq xəsarətlərindən xəstəxanada öldüyünü demişlər. Hadisə yerinə baxış keçirilmiş barədə 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Neftçala rayonunun, Bankə qəsbəsində yerləşən X2 yaşadığı fərdi yaşayış evinin həyətində baş vermişdir. Hadisə yerində torpağın üzərində qanabənzər maye axıntısı müəyyən edilmişdir. Hadisə yerində gümüşü və qara rəngdən ibarət dəstəkli, üzərində qanabənzər ləkələr olan bıçaq aşkar olunaraq götürülmüşdür. Sevda Muayeva mərhum oğlu Mirağanı qonşuları Familin həmin bıçaqla vurduğunu bildirmişdir. Şəxsin cinayət törətməsi barədə məlumat verməsi və özünü könüllü təqdim etməsi barədə 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 07.01-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək qonşusu X5 bıçaqla vurmaqla xəsarət yetirməsi barədə məlumat vermiş və verdiyi məlumat əsasında yaşadığı Bankə qəsəbəsinə gəlmiş polis əməkdaşına könüllü təslim olmuşdur. Şahid3 istifadəsindəki “SamsungA31” markalı telefonuna baxış keçirilərkən məlum olmuşdur ki, mərhum Mirağa Musayevin istifadəsində olan 050 972 75 73 saylı mobil nömrədən Şahid3 istifadəsində olan 050 461 46 63 saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 01:27; 01:29; 02:00; 02:03-də ümümilikdə 4 dəfə olmaqla zəng daxil olmuş, lakin həmin zənglər avto imtina edildiyi üçün cavablandırılmamışdır. X11 istifadəsindəki 050 972-75-73 saylı mobil nömrədən Şahid3 istifadəsindəki 050 461 46 63 saylı mobil nömrəyə sevgi məzmunlu sms mətnlər göndərildiyi, Rəvanə Balaoğlanovanın isə Mirağa Musayevə cavabında onu zəng və sms ilə narahat etməməyi, nəsihət məzmunlu sms göndərildiyi əksini tapmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 163 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 20 nömrəli rəyindən görünür ki, X3 meyitinin bədəni üzərində kəskin qanitirmə, ürək kisəsinin, ürəyin zədələnməsi, sol döş boşluğuna qansızma ilə nəticələnən döş qəfəsinin ön səthinin bir ədəd deşilmişkəsilmiş yarası, sol sarğı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri müəyyən edilmişdir. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl döş qəfəsinin ön səthinin bir ədəd, ürək kisəsinin, ürəyin zədələnməsi daxilə qanaxma ilə nətiçələnən yarası- iti ülgüçü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törədilmiş, dərəcəsinə görə həyat üçün təhlükəli hansı ki, onun ölümünə səbəb olmuş ağır zərər vurmanın əlamətlərinə malikdirlər, sol sarğı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törədilmiş dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurma əlamətlərinə malikdir. X3 ölümünə səbəb - döş qəfəsinin ön səthinin döş boşluğuna keçən, ürək kisəsini, ürəyi zədələyən və kəskin qanitirmə törədən yarası olmuşdur. Məhkəmə-tibbi kriminalistik və məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 542/2021-saylı MTBŞ rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus köynək, M.Zərərçəkmiş şəxs məxsus şalvar, köynək və trusik üzərində insan qanı aşkar olundu. Bu qan ləkələri Mirağa Musayevə məxsus ola bilər. Tədqiqata təqdim olunmuş bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. X16 məxsus paltarların üzərində deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Həmin zədələr təqdim olunmuş bıçağın təsirindən əmələ gələ bilərdilər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı, qatlanmayan ov bıçaqlarının analoqu üzrə hazırlanmış, soyuq silah hesab edilmir. Salyan Rayonlararası Psixatriya Xəstəxanasının 31 iyul 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1990 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi cinayət əməli barəsində anlaqlı hesab olunmalıdır, əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2013-cü il təvəllüdlü uşaqları vardır, yaşadığı yer üzrə müsbət xarakterizə olundunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mirağa Musayevi qisas almaq niyyəti ilə yaxın qohumu olan ata-anasının gözləri qarşısında xüsusi amansızlıqla qəsdən öldürməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını isə CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, mərhum X6 məxsus 01 ədəd köynək, 01 ədəd cins şalvar, 01 ədəd tursik, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilməli, Azercell MMC-dən daxil olmuş telefon məlumatlarlına aid 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, mərhum X6 məxsus 01 ədəd köynək, 01 ədəd cins şalvar, 01 ədəd tursik, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilsin. Azercell MMC-dən daxil olmuş telefon məlumatlarlına aid 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-57/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-57/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver