Məhkəmə qərarları › İş №1(099)-57/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-57/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-57/2023 13.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X12 oğlunun sədrliyi ilə, hakimlər – Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakları ilə, 25 sentyabr1966-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3500 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulduğu iki gün müddət nəzərə alınmaqla ona təyin olunan cərimə cəzası yüngülləşdirilərək üzərində 3000 manat miqdarında cərimə cəzası saxlanılmış, Rusiya Federasiyasında qeydiyyatda olmaqla, Ağcabədi şəhəri Ş.Cəmşidov küçəsi-194 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 2022-ci ilin ayı və günü məlum olmayan tarixdə faktiki olaraq yaşadığı Ağcabədi şəhəri, Ş.Cəmşidov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qəsdən qanunsuz olaraq küllü miqdar hesab edilən 41 (qırx bir) ədəd sayda əkib həmin toxumlara aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirərək kultivatsiya etmiş, həmçinin Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 100,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq yaşadığı evin natamam təmirli otağında saxlamış, 24 avqust 2022-ci il tarixdə saat 10:20 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsində ayrı-ayrılıqda əkilmiş, küllü miqdar hesab edilən 41 (qırx bir) ədəd yaş halda ümumi təmiz çəkisi 38000,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evə baxış keçirilərkən isə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq yaşadığı evin natamam təmirli otağında dəmir qutunun içərisində saxladığı 1 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 100,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən X8 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 24 avqust 2022-ci il tarixdə evdə olmamış, həmin gün 20 nəfərə yaxın polis əməkdaşı onlara gəlib həyat yoldaşına hədə qorxu gələrək onun gəlməsini, gəlməsə həyat yoldaşını şöbəyə aparacaqlarını demişlər. Həyat yoldaşı ona zəng edib bu barədə bildirdikdən sonra avqust ayının 25-də evə gəlmiş, polis əməkdaşlarının həyətdə onu gözlədiklərini görmüşdür. Yaşadığı evin həyətyanı sahəsində aşkar olunmuş 41 ədəd çətənə kollarını o əkməmiş, yalnız öz istifadəsi üçün 5 ədəd dibçəkdə çətənə kolları əkmiş, bunlar barədə isə ona verilmiş ittihamda heç nə yazılmamışdır. O yalnız dibçəkdə əkdiyi çətənə kollarına qulluq etmişdir. Evdə dəmir qutunun içərisində tapılan narkotik vasitə də onun olmamışdır. Polis əməkdaşları özləri yarpaqları yığıb işin xeyirinə olduğunu bildirərək evə qoymuşlar. Həyətində 36 ədəd çətənə kolu yabanı halda bitmişdir. Öz istifadəsi üçün 5 ədəd dibçəkdə çətənə kolları əkməsinə görə isə əməlindən peşmandır. Məhkəmə iclasında İ.M.Quliyevin yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə dair videoçəkilişə baxış keçirildikdən sonra isə o, evdən tapılan qurudulmuş marixuananın aşkar olunan yerə əməliyyatçılar tərəfindən qoyulduğunu, əməliyyatçıların çəkiliş zamanı ona marixuananın onun olduğunu deməsini, bunun onun işinə xeyiri olacağını bildirdiklərini, buna görə də çəkilişdə həmin marixuananın onun olduğunu göstərdiyini, əkilən çətənə kollarının isə onun olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməlləri özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə onun icraatına Ağcabədi şəhər sakini X3 yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və İlqar Quliyevin yaşadığı fərdi yaşayış evinə gedərək ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmişlər. Qapıda ev sahibini çağırıb icazəsini aldıqdan, sonuncu ərizə yazaraq həyətinə baxış keçirilməsinə etiraz etmədikdən sonra həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı həyətyanı sahədə müxtəlif yerlərdə əkilib-becərilmiş ümumilikdə 41 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar edilmişdir. Bundan sonra İlqar Quliyevin yaşadığı iki mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı natamam təmirli otaqda dəmir qazanın içərisindəki göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Çətənə kolları həyətdə torpaqdan çıxarılmamış, yəni əkillmiş vəziyyətdə olmuş, dibçəkdə olmamışlar. İlqar Quliyev evindən aşkar olunmuş qurudulmuş marixuananı yığıb saxladığını bildirmişdir. İlqar Quliyevin icazə ərizəsi alındıqdan sonra evə baxış keçirilmişdir. Polis şöbəsinə dəvət edildikdən sonra İlqar Quliyevin üzərinə şəxsi axtarış keçirilərkən o, vəkillə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, o 24 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu ilə birlikdə X3 yaşadığı fərdi yaşayış evinə getmiş və ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə əkilmiş 41 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar edilmişdir. Bundan sonra İlqar Quliyevin yaşadığı iki mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı natamam təmirli otaqda dəmir qazanın içərisindəki göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. X10 razılığını alıb həyətyanı sahəsinə və evinə baxış keçirmişlər. Həmin vaxt onun həyat yoldaşı evdə olmuş, bir gün qabaq isə onun evinə getməmişlər. Həyətyanı sahədə əkilmiş kollar hasardan çölə çıxmasınlar deyə yuxarıdan kəndirlə bağlanmış vəziyyətdə olmuşdur. Əməliyyat axtarış tədbirinə rəhbərliyi Şahid1 həyata keçirmiş, onlar həyətə daxil olanda İlqar Quliyev yanlarında olmuşdur. Onu qapıdan çağıraraq baxışa etiraz etməməsi barədə ərizə almışlar və sonra İlqar Quliyev özü onları evin sol tərəfinə aparıb çətənə kolları əkdiyi yeri göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, o 24 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu ilə birlikdə İlqar Quliyevin yaşadığı fərdi yaşayış evinə getmiş və ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı həyətyanı sahədə əkilmiş 41 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar edilmişdir. Bundan sonra İlqar Quliyevin yaşadığı iki mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı natamam təmirli otaqda dəmir qazanın içərisindəki göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. X9 icazə alıb həyətyanı sahəsinə və evinə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, o 24 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu ilə birlikdə İlqar Quliyevin yaşadığı fərdi yaşayış evinə getmiş və ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. O, Şahid1, iki polis nəfəri və aqronom ilə oraya getmiş, baxış zamanı həyətyanı sahədə əkilmiş 41 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar edilmişdir. Həmin kollar həyətə girən kimi sol tərəfdə, hasarın kənarında əkilmişdir. Bundan sonra İlqar Quliyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı natamam təmirli otaqda dəmir qazanın içərisindəki göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı videoçəkilişi o çəkmişdir. X10 yaşadığı fərdi yaşayış evinə gəldikdə onu qapıya çağıraraq gəlişlərinin səbəbini demiş, onun razılığından sonra həyətə baxış keçirmişlər. Çətənə kollarını polis nəfərləri çıxarıb yığmış, sonra evdə dəmir qazandan qurudulmuş marixuana aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 24 avqust 2022-ci il tarixli baxış keçirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə X3 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən ümumilikdə 41 ədəd narkotik tərkibli çətənə koluna bənzər bitki kolları aşkar edilərək götürülmüş və polietilen kisədə qablaşdırılaraq üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmiş, bundan sonra İlqar Quliyevin yaşadığı evin natamam təmirli otağında göy rəngli sellofan torbada təqribi çəkisi 0,125 kq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, aşkar edildiyi qaydada qablaşdırılmış və üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 25 avqust 2022-ci il tarixli, 18/915 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X11 həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan 10 ədəd sintetik torbada ümumi sayı 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 38000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 41 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş üzərində “X3 fərdi yaşayış evindən...” sözləri yazılmış və imzalar olan 01 ədəd polietilen torbada təmiz çəkisi 100,0 qram olan kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi – 38000,0 qram, cəmi tədqiqata sərf edildi – 4,1 qram, qalıq – 37995,90 qramdır. Marixuananın təmiz çəkisi – 100,0 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 99,90 qramdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi rayon poliklinikasının xx.xx.2022-ci il tarixli, 594 saylı arayışından görünür ki, X8 nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş X4 16 sentyabr 2022-ci il tarixli, 1379 nömrəli rəyində göstərilmişdir ki, X8 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Səhiyyə İdarəsinin Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 528 nömrəli rəyindən görünür ki, X8 hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. X8 hazırki cinayəti törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. X3 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. X8 baş vermiş hadisəni düzgün qavrayıb hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi RPŞ-nin İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq verilmiş raportdan görünür ki, X3 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması halları müəyyən edilməmişdir. X3 ailə üzvləri və qonşuları ətrafında əməliyyat tədbirləri keçirilmiş, onların baş vermiş hadisə ilə bağlılığı və ya İlqar Quliyevin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hansısa məlumata malik olmaları müəyyən edilməmişdir. X3 narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmiş, onun evinə gəlib-gedən, onunla yaxın münasibətdə olan şəxslərin baş vermiş hadisə ilə hər hansı bir bağlılığı, onların narkotik vasitə qəbul etmələri müəyyən edilməmişdir. Əvvəllər narkotik vasitələri əldə etmə, saxlama və istifadə etmə üstündə məhkum olunmuş şəxslər ətrafında əməliyyat tədbirləri keçirilmiş, təsvir olunmuş hadisə ilə hər hansısa əlaqəsi olan şəxs müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və Ağcabədi rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 1(017)-113/2018 nömrəli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən X8 Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3500 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulduğu iki gün müddət nəzərə alınmaqla ona təyin olunan cərimə cəzası yüngülləşdirilmiş və üzərində 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, GK-20 nömrəli məktubundan görünür ki, X1 rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 1(017)-113/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş və hökmün icrası barədə göstəriş 12 dekabr 2018-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin bu günədək hökm icra olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 24 fevral 2023-cü il tarixli, 91/18-38-03 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 1(017)-113/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən X3 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilməsinə dair hökm və hökmün icrasına dair göstəriş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına daxil olmamışdır. Bununla bağlı «elektron icra sistemi» və hökmün icrasının qeydiyyata götürülməsinə dair qeydiyyat kitabında adı çəkilən şəxsin adı keçmir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X8 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları X5 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxs X3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halı, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, X3 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, X3 barəsində Ağcabədi rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 1(017)-113/2018 nömrəli ittiham hökmü icra olunmamış və ittiham hökmünün icra müddəti başa çatmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 80.1.2.-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilərkən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə hökm icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Ona görə də məhkəmə hesab edir ki, X5 qəti cəza olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzasının təyin olunmasına dair Ağcabədi rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 1(017)-113/2018 nömrəli hökmü icra olunmadığından və ittiham hökmünün icra müddəti keçmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş cəzaya Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmünə əsasən İ.M.Quliyevə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təyin olunmuş və çəkilməmiş 3000 manat miqdarında cərimə cəzası tamamilə birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X8 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan X3 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 38000,0 qram olan narkotik tərkibli 41 ədəd çətənə (kannabis) bitkisindən qalıq qalmış 37995,90 qram çətənə (kannabis) bitkisi, eləcə də 100,0 qram narkotik vasitə qurudulmuş marixuanadan qalıq qalmış 99,90 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxs İ.M.Quliyevdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İ.M.Quliyevə qəti cəza olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən İ.M.Quliyevə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təyin olunmuş və çəkilməmiş 3000 manat miqdarında cərimə cəzası tamamilə birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat miqdarında cərimə cəzası təyin edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar müstəqil icra olunsun. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 24 avqust 2022-ci il tarixdən hesablansın. X8 yaşadığı ərazi narkoloji kabinetdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. X3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan X3 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 38000,0 qram olan narkotik tərkibli 41 ədəd çətənə (kannabis) bitkisindən qalıq qalmış 37995,90 qram çətənə (kannabis) bitkisi, eləcə də 100,0 qram narkotik vasitə qurudulmuş marixuanadan qalıq qalmış 99,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxs İ.M.Quliyevdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. X5 münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar