Məhkəmə qərarları › İş №1(099)-57/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-57/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-57/2024 19.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, Salyan Sayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.2 və 264-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, T.Ələkbərov küçəsi, ev 2-20-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə, xx.xx.1988-cı ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş Şirvan şəhəri, Neftçilər küçəsi, ev 55-də yaşamaqla barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyət ilə istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 10,558 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra – heroin) və təmiz çəkisi-0,260 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, heroinin 0,544 qram hissəsini 13 fevral 2023-cü il tarixdə saat 13 radələrində Şirvan şəhər Çılpaqlı qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat pul müqabilində satmış, sonuncu 13 fevral 2023-cü il tarixdə saat 13:55 radələrində Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra - Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq ŞPŞ-yə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, saxladığı və daşıdığı həmin 0,544 qram çəkidə heroin aşkar edilərək götürülmüş, xx.xx.2023-cü il tarixdə saat 15:52 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhəri, Çılpaqlı qəsəbəsi Neftçilər küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 də saxlanılaraq ŞPŞ-yə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman üzərində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 10,014 qram olan heroin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,260 qram olan metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 bank kartına 20 manat pul göndərib əvəzində istifadə etmək üçün heroin istəmiş, az sonra da Şirvan şəhəri, Çılpaqlı qəsəbəsinə gedib Neftçilər küçəsində Təqsirləndirilən şəxs2 yaşadığı evin darvazasının qarşısında Caviddən bir bükümdə “kakos” (heroin) almış və geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin narkotik vasitə üzərindən çıxmışdır. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Çılpaqlı qəsəbəsində həmin küçədə əvvəllər yaşamış, Cavidi də çoxdan tanımışdır. Əvvəllər Caviddən narkotik vasitə almamışdır. Cavidlə münasibətləri yaxşı olmuş, ondan bir dəfə narkotik vasitə almışdır. Narkotik vasitəni də Cavidin evlərinin qarşısında almışdır. Polis əməkdaşları onu Neftçilər küçəsindən bir qədər aralıda başqa bir küçədə saxlamışlar. Caviddən 0,5 qram çəkidə heroin almışdır. Narkotik vasitəni Hacıqəhrəmanlı qəsəbəsində yox, Çılpaqlı qəsəbəsində almışdır. Təqsirləndirilən şəxs2lə aralarında narkotik vasitələr alınmasına dair mesajlar olmuş, lakin Cavidlə görüşməmişlər. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması, əməlindən peşman olması, həmçinin özünün xəstəliyini və İİİ qrup əlil olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə saat 12-13 aralığında evdə olarkən saxlanılmışdır. Belə ki, anası xəstəxanada işlədiyindən həmin vaxt evdən çıxmış, az sonra da Ramiz onların evinə gəlmişdir. Yaşadığı evin həyət qapısının qarşısında Ramizə bir bükümdə heroin vermişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 qram “kakos” olmuşdur. Polis əməkdaşları onu evində saxlayıb şöbəyə aparmış, orada evində valideyninin paltarları arasına narkotik qoyub onu tutacaqları ilə hədələmiş, o, da zəif adam olduğu üçün polislərin hədələrindən qorxub onların dedikləri ilə razılaşmışdır, sənədlərə imza etmişdir. Sonra ekspertiza rəyi gəldikdən sonra üzərinə 10 qram heroin qoyulmasını bilmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin özündə olan 1 qram heroin olmasını bilmişdir. Lakin 10 qram heroini polislər onun cibinə qoymuş, polislərin dediyi formada da ifadə vermişdir. Şəxsi axtarış keçirilərkən həmin bükümləri özü cibindən çıxarıb təqdim etmişdir. Lakin həmin kütlələr cibinə gəlib qoyulana kimi çoxlu proseslər olmuşdur. Polis əməkdaşları tərəfindən evində saxlanılarkən evdə dayısı oğlu Feyruz Aslanov və tanışı Maarif Rzayev olmuş, hər üçün də saxlayıb polis şöbəsinə aparmışlar. Üzərində 1 qram heroin olmasını, Təqsirləndirilən şəxs1 heroin verdiyini tam etiraf edir, buna görə özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilir. Polis əməkdaşları onun evində də axtarış aparmış, hər şeyi yerə töküb dağıtmışlar. Üzərində olan narkotik vasitəni polis əməkdaşları ona istifadə etmək üçün vermiş, özü də istifadə etmişdir. Polis əməkdaşları əllərini qandallayıb ayaqlarının altına “dubinka” ilə vurmuş, həmçinin özlərində olan tapança ilə başına dəfələrlə vurmuşlar. Lakin təcridxanaya daxil olarkən üzərində xəsarət olmaması barədə yazılanlarla bağlı hər hansı söz deyə bilmir. Onun üzərinə narkotik vasitəni Fərman adlı şəxs qoymuşdur. Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə üzərində 01 qram heroin olmasını, anasının xəstə olmasını, ailəsini dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı 13 fevral 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 14 və 15 fevral 2023cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə edir. Bir neçə müddətdir ki, o, İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, həmin İran İslam Respublikası vətəndaşı onun üçün narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının müxtəlif regionlarında yerləşdirmiş, o da həmin narkotik vasitə və psixotrop maddələri həmin yerlərdən götürərək istifadə etmişdir. Sonuncu səfər 2023-cü ilin fevral ayının əvvəllərində o, həmin İran İslam Respublikası vətəndaşı ilə danışmış və ondan heroin və metamfetamin istəmiş, bundan sonra həmin şəxs onunla razılaşıb narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşdirdiyini söyləmiş, o, da həmin günün axşamı Şirvan şəhərindən tanımadığı avtomobillə gedib həmin heroini və metamfetamini Lökbatan ərazisindən götürüb Şirvan şəhərinə geri qayıtmışdır. Bundan sonra o, həmin narkotik vasitə və psixotrop maddənin müqabilində həmin şəxsə 50 manat pul göndərmiş və həmin gündən o, az-az həmin narkotik vasitə və psxiotrop maddədən bir qismini istifadə etmiş, qalan hissəsinidə üzərində saxlamışdır ki, lazım olduqda istifadə etsin. xx.xx.2023-cü il tarixdə həmin heroin və metamfetamin üzərində olan zaman Şirvan şəhər, Neftçilər küçəsində hərəkətdə olarkən bir neçə nəfər çıxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmiş, onu polis şöbəsinə dəvət etmiş, oda etiraz etməyərək bilrikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmış, axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü və bir ədəd kağız kəsiyini çıxarıb masanın üzərinə qoymuş, sellofan kəsiyinin içərisində heroin, kağız kəsiyinin içərisində isə metamfetamin olmasını bildirmişdir. Daha sonra polis əməkdaşına təqdim etdiyi kütlələr zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş tərtib olunmuş protokolu imzalamış, narkotik vasitələri aldığı şəxsin adının Həsən olduğunu, onun mobil nömrəsini xatırlamadığını və onunla sosial şəbəkə vasitəsi ilə danışmasını bildirmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmə iclasında bildirmişdir ki, cinayət əməlini etiraf edir, 2019-cu ildən heroindən və metamfetamindən istifadə edir, üzərində narkotik vasitə olmuş, əməlindən peşmandır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə verməmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişlər. Belə ki, məhkəmə iclasına şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin gün təxminən axşam saatlarında Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2lə birlikdə Təqsirləndirilən şəxs2 Şirvan şəhəri Neftçilər küçəsində piyada hərəkətdə olarkən saxlayıb onu polis şöbəsinə gətirmişlər, orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs2 bir ədəd sellofan bükümdə heroinə bənzər, bir ədəd kağız bükümdə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılarkən hər hansı müqavimət göstərməmiş, üzərində olan narkotik vasitəni özü cibindən çıxarıb təqdim etmiş, həmin kütlələrin çəkisi yadında qalmamışdır. Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki, psixi, mənəvi təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs2 Neftçilər küçəsində öz evinin yaxınlığında saxlamışlar. Cavid barədə məlumat ona daxil olduğundan onun evinin harada olmasını da araşdırmışdır. Feyruz Aslanov adlı şəxsi tanımır, onun saxlanılmasında iştirak etməmişdir. Ola bilər ki, həmin şəxsi başqa polis əməkdaşları saxlamışlar. Təqsirləndirilən şəxs2 hansı avtomobillə polis şöbəsinə apardıqlarını tam xatırlamır. Təqsirləndirilən şəxs1 da saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 evində deyil, küçədə saxlamışlar. Təqsirləndirilən şəxs2 göstərildiyi formada saxlanılması olmamışıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermiş, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 küçədə, yaşadığı evin qarşısında saxlamışlar. Ona qarşı heç bir polis əməkdaşı tərəfindən hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmişdir. O, Cavidin evində olmamış, Feyruz Aslanovun saxlanılmasında iştirak etməmişdir. Cavidin məhkəmə iclasında dedikləri tam yalandır, Təqsirləndirilən şəxs2 tutulandan sonra bütün Şirvan sakinləri dua etmişlər, çünki özü də Şirvan sakini olduğundan Cavidin narkotik satışı ilə məşğul olduğunu bilir. Feyruz adlı şəxsi Şirvan şəhər sakini kimi tanımış, lakin onu həmin vaxt görməmişdir. Təqsirləndirilən şəxs2 təxminən saat 15:50 radələrində saxlamışlar. Feyruz Aslanov da Şirvan şəhəri, Neftçilər şəhərində saxlanıldığı ilə bağlı deyə bilər ki, ola bilər Feyruzu başqa polis əməkdaşları saxlamışdır. Cavid ifadəsində Feyruzla birlikdə saxlanılmasını bildirməsini belə izah edə bilər ki, yəqin ki, onlar ya istintaq təcridxanasında, ya da müvəqqəti saxlama yerində danışıb belə ifadə verməyə razılaşmışlar. Belə ki, o, 15 il “türmə” rəisi işlədiyindən belə hallarla rastlaşmışdır. Təqsirləndirilən şəxs2 polis şöbəsinə Şahid1 maşını ilə aparmışlar. Şirvan ŞPŞ-nin MSY-də saxlanılan şəxslərin gəzinti yerində görüşmək imkanları vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nin sabiq rəhbəri Şahid3 ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal rəhbərliyə raportla müraciət etmiş və polislər tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. Polislər tərəfindən Təqsirləndirilən şəxs1 13 fevral 2023-cü il tarixdə, saat 13:55 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq şəhər polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən heç bir etiraz etməmiş, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 tanımış, lakin onun saxlanılmasında iştirak etməmişdir. Guya tapanca ilə Cavidin başına vurması və onu döyməsi ilə bağlı Təqsirləndirilən şəxs2 dedikləri yalandır, ümumiyyətlə onun saxlanılmasında, eləcə də Feyruz adlı şəxsin saxlanılmasında iştirak etməmişdir. Həmin şəxsləri digər polis əməkdaşları saxlamışlar, belə ki, Şirvan ŞPŞ-də tək əməliyyat müvəkkili o olmamış, digər əməliyyat müvəkkilləri də olmuşdur. O, həmin gün Şirvan şəhrəi Neftçilrə küçəsində olmuşdur və bunu da təsdiq edir, lakin Cavidin və Feyruz adlı şəxsin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs2lə ümumiyyətlə söhbət etməmiş, narkotik istifadəsinə şərait yaratmamış, üzərinə hər hansı çəkidə narkotik vasitə qoymamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid4 Şahid3 ilə eyni məzmunda ifadə vermiş, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər sakini kimi tanımış, onun saxlanılmasında iştirak etməmişdir. Əgər Cavidin saxlanılmasında iştirak etsəydi bunda hər hansı qanunsuz bir şey olmadığı üçün bunu təsdiq edərdi. Lakin nə Cavidin saxlanılmasında iştirak etmiş, nə də onun evində olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, istifadə etməsi və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 13 fevral 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, həmin qərarların icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi bir ədəd bükümdəki heroini könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (i.v. 3-5; 8-; 29-31) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:52-dən şübhəli şəxs qismində tutulmuşdur. (i.v.25-26 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 13 fevral 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd kağız kəsiyinə bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələri 2023-cü ilin fevral ayının 01-i tarixində sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsinə yerləşdiyi yerdən əldə etmişdir. (i.v. 29-31) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 18/170 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-10,014 qram olan maddə kustar üsulla hazırlanmış heroindir. 1 ədəd kağız bükümündə təmiz çəkisi-0,260 qram olan maddə kustar üsulla hazırlanmış metamfetamindir. (i.v.36-39) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsüf edilmişdir. (i.v. 47) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 62-63) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-73/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 82-85) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(032)-93/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 92) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs2 barəsində barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 137-138) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qəbul edilmiş, eləcə də əməliyyat-axtarış qrupunun yaradılması qərara alınmışdır. (i.v. 147-149; 152 ) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 13:55 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində yolun kənarında saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilmişdir. (i.v. 153 ) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:55-dən şübhəli şəxs qismində tutulmuşdur. (i.v.169-170) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 13 fevral 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni həmin gün günorta saatlarında Şirvan şəhəri ərazisində Cavid adlı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. (i.v. 173-175) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 18/169 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,544 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.181-183) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 191-192) -15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 208-209) -X4 tibbi yoxlamanın 11 aprel 2023-cü il tarixli, 2079 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlə kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji ispanserində qeydiyyata alınması məsləhət görülür. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 262-263) -X4 tibbi yoxlamanın 07 aprel 2023-cü il tarixli, 390 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 266-267) - Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 765 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini cə ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. (i.v. 274- 275 ) - Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3824/23 nömrəli məktuba əlavə edilmiş diskdə olan smslərin mətinləri açılan zaman Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 19:36:56-da “ok” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022 ci il saat 22:58:18-də “Sabah kiwinin 70 illiyidi bir onluq besleridi.Eli mellim ekiz tayid” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 22:58:24-də “iaxi.baxda qaqa ele olsunki mellim auye desin.opurem ureyinnen” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 22:58:24-də “Qadan alaram qaqam imkan olsa bir onluq pas atarsan.tamahimi si.....n” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 23:38:52-də “Qaqa bala cani heckim yoxdu.bir damci bele ezizime vermerem tobe.be” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 23:43:25-də “le vaxtda qaqa werikin hec yeri yoxdu.ALLAH merdimezardan qorusun.” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 23:58:16-da “Qaqa yaxwi olare inwallah.fikirlewmeyden butun kayfim qacir.mutleq” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 09:45:36-da “Qaqa imkan varsa men gelince qurusunda.” sözü ilə yazışmanın olması, Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında xx-xx-2022-ci il saat 23:38:00-da “Qaqa ne duzeler xeber ederem” sözü ilə yazışmanın olması və bundan əlavə olaraq 17-20 yanvar tarixdə yazışmaların olması müəyyən edilmişdir. Bundan əlavə olaraq zənglərin detallaşması fayıllarına baxdıqda orada Təqsirləndirilən şəxs2 məxsus ********* sayı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 məxsus ********* saylı nömrələr arasında xx.xx.2022-ci il tarixdə saat 17:00:41-dən başlayaraq xx.xx.2023-cü il tarixdə saat 18:53:57-dək olan müddət ərzində zənglərin olması müəyyən edilmişdir. (i.v. 279- 280 ) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 may 2023-cü il tarixli, 18/529 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (i.v. 282- 284 ) - “Sübutların qiymətləndirilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yenidən ittiham elan edilməsi, barələrində seçilmiş qətimkan tədbirlərinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş heroinin ekspertiza tədqiqatından sonrakı qalığı olan – 10,358 qram heroin və qalıq çəkisi 0,210 qram metamfetaminin maddi sübut kimi tanınıb Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılması, 3 ədəd CD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. (i.v. 287- 298 ) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (i.v. 300- 301 ) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (i.v. 309- 310 ) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməsini bildirməsi faktı üzrə ilkin yoxlama aparılmış, həmin materiala əlavə edilmiş Təqsirləndirilən şəxs2 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 2114/2023 nömrəli məhkumun tibbi kitabçası»ında sonuncunun 17 fevral 2023-cü il tarixdə istintaq təcridxanasına gətirilməsi, baxış zamanı həbs olunarkən zədə almadığını bildirməsi, həmçinin məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 2068 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun olan xəsarət və ya xəsarət izinin aşkar edilməməsi, eləcə də alınmış izahatlara əsasən Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zor göstərilməsi təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 20 manat müqabilində heroin aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin heroinin üzərində olduğunu bildirib özünü müdafiə məqsədi ilə heç bir dəlil irəli sürməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərində 01 qrama yaxın heroin olduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş heroinin və metamfeaminin ona aid olmadığını və polis əməkdaşları tərəfindən üzərilərinə qoyulduğunu, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə üzərində olan heroin barədə etirafedici ifadələr verdiyini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinin həmin hissəsini inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərində aşkar edilmiş heroinin və metamfeaminin ona aid olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs1 20 manat müqabilində narkotik vasitə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş heroinin ona aid olmadığını bildirsə də məhkəmə-kimyəvi ekspertizasının 19 may 2023-cü il tarixli,18/529 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 heroini 20 manat müqabilində satdığını etiraf etmiş, həmçinin Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroini aldığını bildirmişdir. Belə olan halda həm Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, həm də Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinlərin eyni tərkibli olması onu təsdiq edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı üzərindən aşkar edilmiş heroinin ona aid olmadığını bildirməsi barədə dedikləri düzgün deyildir. Bundan sonra tərtib olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 fevral 2023cü il tarixli 18/170 nömrəli rəyi ilə həmin gün tanış olan Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qədir Qədirov aşkar olunaraq götürülmüş heroinin miqdarının 10,014 qram, metamfetaminin miqdarının 0,260 qram olmasını görsələr də, həmin miqdara etiraz etməmişlər və bu barədə protokolda hər hansı bir qeydiyyat aparmamışlar. Bundan əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 may 2023-cü il tarixli 18/529 nömrəli rəyi ilə həmin gün tanış olan Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X14 Bəşirovun və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş heroinlərin eyni tərkibli olmalarını görsələr də, həmin hala etiraz etməmişlər və bu barədə protokolda hər hansı bir qeydiyyat aparmamışlar. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs2 üzərindən heroin və metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 cibində olan 2 bükümdə heroinə və metamfetaminə bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Təqsirləndirilən şəxs2 tək saxlanılmış, həmin vaxt qohumu Feyruz Aslanov onun yanında olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3824/23 nömrəli məktuba əlavə edilmiş diskdə olan smslərin mətinləri açılan zaman Təqsirləndirilən şəxs1 məxsus **********94 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrələr arasında müxtəlif vaxtlarda zənglərin olması, narkotik vasitələrin satışı ilə bağlı mesajların olması müəyyən edilmişdir. Eləcə də həmin diskə əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus **********17 saylı mobil nömrəyə sonuncudan narkotik vasitə və psixotrop maddə istənilməsi ilə bağlı müxtəlif mobil nömrələrdən müxtəlif vaxtlarda mesajlar gəlmişdir. Bu hal da Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını bir daha təsdiq edir. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (Təqsirləndirilən şəxs1 narkotik vasitə satması hissəsi istisna olmaqla) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyi üçün üzərilərində aşkar edilmiş narkotik vasitəyə dair etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqə və hədəyə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq müddətində belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər, hazırkı dövrdə şikayət etsələr də bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi qeyd edilən dəlilin yoxlanılması üçün, yəni təqisləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını bildirməsi faktı üzrə araşdırma aparılması üçün məhkəmə tərəfindən Şirvan şəhər prokurorluğuna müraciət ünvanlanmış və Şirvan şəhər prokurorluğundan məhkəməyə daxil olmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməsini bildirməsi faktı üzrə ilkin yoxlama aparılmış, həmin materiala əlavə edilmiş Təqsirləndirilən şəxs2 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 2114/2023 nömrəli məhkumun tibbi kitabçası»ında sonuncunun 17 fevral 2023-cü il tarixdə istintaq təcridxanasına gətirilməsi, baxış zamanı həbs olunarkən zədə almadığını bildirməsi, həmçinin məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli, 2068 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun olan xəsarət və ya xəsarət izinin aşkar edilməməsi, eləcə də alınmış izahatlara əsasən Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zor göstərilməsi təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, Təqsirləndirilən şəxs2 hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (Təqsirləndirilən şəxs1 narkotik vasitə satması hissəsi istisna olmaqla) müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin narkotik vasitədən bir bükümünü 20 manat müqabilində Təqsirləndirilən şəxs1 satmış, qalan hissəsini də satış məqsədi ilə özündə saxlamışdır. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, satma və ya daşımağa görə, Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 külli miqdarda – heroini və metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması, satması və bir hissəsini isə üzərində daşıması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı tam etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “mobil telefona baxış keçirilməsi” haqqında protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli 18/169 nömrəli, 14 fevral 2023-cü il tarixli 18/170 nömrəli, 19 may 2023-cü il tarixli 18/529 nömrəli, X4 07 aprel 2023-cü il tarixli 1966 nömrəli, 11 aprel 2023cü il tarixli 2079 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Şirvan ŞPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı törətmələri isə məhkəmə-psixiatriya ekspertizasının 18 mart 2023-cü il tarixli, 765 nömrəli rəyi ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 əməllərində isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında isə 3 ilədək azadlığın məhdudlaşdırılması və 03 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, İsayev X8 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 13 gün müddətə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v 106-107; 122-123; 124-126) - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən şəhərin Neftçilər küçəsi 55 saylı ünvanında yaşayır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 112-113) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə və 02 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 02 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 229-230; 253-261) - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixə çəkilməmiş 01 il 09 ay 11 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasından 07 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Şirvan şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş əlavə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 45.2-ci maddəsinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixə 01 il 09 ay 03 günü çəkmiş, çəkilməmiş hissəsi 08 ay 27 gün təşkil edir. Azərbaycan Resublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Resublikası CM-in 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan törədilən cinayətə görə yəni CM-in 263-1.2-ci maddəsinə əsasən cəzaya məhkum edilmiş, həmçinin böyük ictimai təhlükə törətməyən cinayətə görə, yəni CM-nin 264-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilmişdir. Buna görə də onun əməlində ağırlaşdırıcı hal kimi cinayətlərin residivi yoxdur. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmaqla 16 fevral 2023-cü il tarixədək olmuş, lakin Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından 07 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ona ittiham elan edilən əməli, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli 13 fevral 2023-cü il tarixdə, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzanın bitməsindən 03 gün əvvəl törətmişdir. Azərbaycan Resublikası CM-in 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Resublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğundan həmin maddədə nəzərdə tutulan əməl az ağır cinayət hesab edilir. Azərbaycan Resublikası CM-in 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir Buna görə də Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasından 07 ay 01 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı və ona Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından əsas cəzanın çəkilməmiş 07 ay 01 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, eləcə də əlavə cəzanın çəkilməmiş hissəsi - 08 ay 26 gün Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplamaqla birləşdirilməklə qəti cəza təyin olunmalıdır. - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən şəhərin T.Ələkbərov küçəsi 2-20 saylı ünvanında yaşayır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. Ailə tərkibi həyat yoldaşı, xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. (i.v. 234-239) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), özünün isə İİİ qrup əlil olması ilə bağlı xəstəliyini və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin sadə residivinin olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın onların islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 fevral 2023-cü il tarixdən hesablanmalı və Şirvan şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.2.2, 158.6-ci maddələrinə əsasən 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən hesablanmalı, Ona Azərbaycan Respublikası CM-in 67.1 və 67.5-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. X4 tibbi yoxlamanın 07 aprel 2023-cü il tarixli, 1966 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. X4 tibbi yoxlamanın 11 aprel 2023-cü il tarixli, 2079 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 İİİ qrup əlil olması nəzərə alınaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 149 (bir yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 149 (bir yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri 10.358 qram heroin və 0,210 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disklər, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(002)-1020/2022 nömrəli qərarı ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş və çəkilməmiş qalan 7 ay 01 gün müddətə azadlıqdan məhrumetmə əsas cəzası və 08 ay 26 gün nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzası hazırkı hökm üzrə təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 08 ay 26 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 ay 26 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 19 aprel 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X9 göndərilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 149 (bir yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10,358 qram olan narkotik vasitə heroin və 0,210 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd DVD disk, "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD disklər iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar