Məhkəmə qərarları › İş №1(099)-570/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-570/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-570/2023 24.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X9 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxxxxx 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2022-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası vətəndaşı olmaqla dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, dövlət sirrini xarici dövlətə vermiş və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2002-ci ilin əvvəllərində dini təhsil almaq üçün İran İslam Respublikasının Astara şəhərində olarkən özlərini ona “Hacı Əkbər” və “Seyid” adı ilə təqdim edən həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən maddi maraq müqabilində “Babək” təxəllüsü verilməklə məxfi əməkdaşlığa cəlb edilərək onlarla əməkdaşlıq etmənin forma və metodları, yəni görüşmək, əlaqə saxlamaq, məlumatları təqdim etmək və sair qaydalar barədə təlimatlandırılmışdır. Həmin vaxtdan 10 noyabr 2022-ci ilədək olan dövr ərzində İran xüsusi xidmət orqanının nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin tapşırıqların icrası qaydasında qəsdən Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslər, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, hərbi hissələr, onların yerləşdikləri yerlər və təyinatları, həmçinin onların rəhbər vəzifəli şəxsləri, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsiyyəti ona məlum olan şəxslər barədə, Lənkəran şəhərində yerləşən hərbi hissələrin komandirləri, onların müavinləri, “Zəngəzur koridoru”, “X15”nin gedişatı, iqtisadi vəziyyətlə bağlı mətbuatdan, internet resurslarından əldə etdiyi və sair məlumatları toplayıb, davamlı olaraq müxtəlif vaxtlarda itifadəsində olan ***-***-**-** mobil nömrəsinin quraşdırıldığı “Vatsap” və “Telegram” proqramları tətbiqləri vasitəsilə, həmçinin İran xüsusi xidmət orqanının “Şəhriyar” adlı nümayəndəsinin ona təqdim etdiyi və “encode-decode” funksiyasına məxsus proqram təminatından istifadə edərək əldə etdiyi məlumatları audio, video və şəkil formatına çevirərək “Elektron ünvan 1” mail adresi vasitəsilə və İran İslam Respublikası ərazisində həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etməklə, casusluq, dövlət sirrini xarici dövlətə vermə və xarici xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırıqlarını yerinə yetirirək onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2015-ci ildə Rusiya Federasiyasına səfər etdiyi zaman hazırda Rusiya Federasiyasında yaşayan və həmin ölkənin vətəndaşı olan digər şəxsin vasitəçiliyi ilə Rusiya xüsusi xidmət orqanının əməkdaşı olan üçüncü şəxs tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilərək əməkdaşlıq etmənin forma və metodları barədə təlimatlandırılmış, həmin vaxtdan 2018-ci ilədək olan dövrdə sonuncunun tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin tapşırıqların icrası qaydasında qəsdən Azərbaycan Respublikasında baş verən ictimaisiyasi proseslər barədə topladığı məlumatlar əsasında gələcəkdə Azərbaycan Respublikasının ərazisində “Talış-Muğan Respublikası”nın yaradılmasının imkan və aspektləri mözvularında təhlil xarakteri sənədlər hazırlayaraq, onları rus dilinə tərcümə etməklə istifadəsində olan ***-***-**-** mobil nömrəsinin quraşdırıldığı “Vatsap” və “Telegram” proqramı tətbiqləri, eləcə də “MElektron ünvan 2” mail adresi vasitəsilə, həmçinin Rusiya Federasiyası ərazisində həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etməklə, casusluq, dövlət sirrini xarici dövlətə vermə və xarici xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırıqlarını yerinə yetirirək onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 274-cü maddəsində təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, orta məktəb illərindən Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulmaqla həmin mübarizənin fəal iştirakçılarından biri olmuşdur. Hazırda müstəqilliyi uğrunda mübarizə apardığı “Müstəqil Azərbaycan Dövləti” onu qəbul etmir və türk dövləti olmuşdur. O, talış balasıdır və türk deyildir. Azərbaycan Dövlətinin apardığı siyasəti bəyənmir və qəbul etmir. Azərbaycan Dövləti onsuzda onun olmayan dövlətin vətəndaşlığından onu məhrum edibdir. Dövlət onu öz vətəndaşı kimi qəbul etmirsə və onun olmayan dövlətə o necə xəyanət edə bilər?. O, türk deyil, o talışdır. Hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamlar Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə yox, digər maddə ilə olmalıdır. Ona qarşı elan olunmuş ittihamlar onun ideologiyasına uyğun deyildir. Əgər Cinayət Məcəlləsində belə bir maddə yoxdursa yeni maddə əlavə olunmalıdır, çünki dövlətin onu bu maddə ilə ittiham etməsi absurddur. Lakin, ibtidai istintaqda, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 1975-ci ildə Lənkəran şəhərində doğulmuş, orta təhsilini 1981-1992-ci illərdə Lənkəran şəhər 4 saylı orta məktəbində, ali təhsilini isə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində “mühəndis iqtisadiyyatı” ixtisası üzrə almışdır. 1992-ci ildə həmin universitetə daxil olsa da 2007-ci ildə bitirmişdir. 1994-1997-ci illər ərzində Bakı şəhərində Hərbi Dəniz Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həyat yoldaşı- X7 evdar qadın olmuşdur. Rüqəyyə və Tacbanu adlı iki qız övladı olmuş, Rüqəyya 3-cü sinifdə oxumuş, Tacbanu isə 4 yaşında olmuş, ailəsi ilə birlikdə yaşamış, məhkumluğu olmamışdır. O, 2004-cü il tarixdən ***-***-**-** mobil telefon nömrəsini istifadə etmiş, qısa müddətli olsa da ***-***-**-** (həmin nömrənin əvvəli 077-də ola bilər) mobil nömrəsini də istifadə etmişdir. Dindar olmuş, islam dininə marağı hərbi xidmətdə olduğu dövrdə yaranmışdır. Həmin tarixdən isə ibadətə başlamışdır. Dinlə yaxından maraqlandığı üçün müxtəlif dini kitablar oxumuşdur. O, 2003-cü ildə 3-4 ay müddətinə Rusiyaya işləməyə getmiş, bundan sonra isə işıq idarəsində nəzarətçi (işıq pulunu toplayan) və digər müxtəlif sahələrdə işləmişdir. Sonuncu dəfə 2014-cü ildə “Lənkəran” hoteldə mühafizəçi işləmiş, həmin tarixdən isə işsiz olmuşdur. O, hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərindən 1997-ci ilin noyabr ayında Lənkəran şəhərinə qayıtmış, heç yerdə işləməmişdir. “Müstəqilliyin” ilk illərində Lənkəran camaatı İrana geyim və sair bu kimi məhsullar aparıb satırmış, həmin malın İrana satışı ilə məşğul olanlar müxtəlif şəxslərə təxminən 30 kiloqram malı Gömrükdən keçirmək üçün verirmiş və hər kiloya görə İranda pul ödəyirmişlər. Lənkəranda yaşayan Mahir adlı şəxs də bu işlə məşğul olurmuşdur. O, pul qazanmaq üçün Mahirdən ona da Gömrükdən keçirmək üçün mal verməsini xahiş etmişdir. Onun tələbinə uyğun olaraq Mahir ona 30 kq mal (geyim və s.) vermiş, o da həmin malı Astara gömrüyündən keçirmişdir. Həmin malı gömrükdə təhvil vermiş və buna uyğun olaraq xatırlamadığı məbləğdə pul almışdır. Bundan sonra, o, İranın Astara şəhərində “Məscidi-Qüraba” məscidi ziyarət etmiş, həmin vaxt məsciddə mövlud tədbiri olmuşdur. Həmin vaxt, o, içəri daxil olub kənarda əyləşmişdir. Tədbir başa çatdıqdan sonra adını xatırlamadığı məscidin xadimi (məscidin fəaliyyətinə nəzarət edən şəxs) ona yaxınlaşıb nə üçün namaz qılmadığını soruşmuşdur. Həmin şəxslə söhbət vaxtı ondan nə etmək istədiyini soruşmuş, o isə cavab olaraq hərbi xidmətdən yeni gəldiyini və ticarətlə məşğul olmaq niyyətinin olduğunu bildirmişdir. Məscidin xadimi ona axşam yenidən məscidə gəlməyi təklif etmiş, onu bir şəxlə tanış edəcəyini və həmin şəxsin ona ticarətdə kömək edəcəyini demişdir. Həmin vaxt, o, İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşları tərəfindən onu məxfi əməkdaşlığa cəlb etmək niyyətlərinin olduğunu anlamamış, məscidin xadimi ilə razılaşıb axşam yenidən məscidə qayıtmışdır. Axşam namazı başa çatdığı üçün məsciddə çox az adam olmuşdur. Orada Məscidin xadimi və adını xatırlamadığı təxminən 50 yaşı olan başqa bir iranlı ilə onu qarşılamış və onlar birlikdə məsciddə əyləşmişlər. İranlı ondan şam yeməyi yeyib-yemədiyimi soruşmuş, o da yemək yemədiyini bildirdiyi zaman onu yeməyə dəvət etmiş və iranlının tələbi ilə, birlikdə ağ rəngli avtomobilə əyləşib kafe tipli bir yerə getmişlər. Məscidin xadimi isə onlarla gəlməmişdir. Həmin söhbət vaxtı həmin iranlı onun nə işlə məşğul olmaq istədiyini soruşmuş, o isə ticarətlə məşğul olmaq istədiyini bildirdiyi zaman iranlı ona kömək edə biləcəklərini demişdir. Həmin şəxsin ləhcəsi onun ləhcəsinə oxşayırmış. Həmin şəxs İranın Həşpər şəhərindən (Həşpər talış şəhəridir) və dövlət adamı olduğunu bildirmiş və əməkdaşlıq edərək kömək etməyi ona təklif etmişdir. Həmin təklifindən onu məxfi əməkdaşlığa cəlb etmək istədiklərini anlamışdır. İranlı onu köməyi qarşılığında ticarətlə məşğul olmaqda kömək edəcəklərini və ona pul verəcəklərini demiş, həmçinin talışların Azərbaycanda müstəqil yaşamalı, bunun üçün çalışmalı olduqlarını qeyd etmişdir. O, isə iranlı şəxsin təklifini rədd etməsə də, bu barədə düşünüb bildirəcəyini demişdir. İranlı şəxs əlaqə saxlamaq üçün ondan telefon nömrəsi istəsə də, o, nömrəsinin olmadığını bildirmişdir. Həmin vaxt iranlı şəxslə məxfi əməkdaşlıq təklifini qəbul edib-etməməsi ilə bağlı məscidin xadimi vasitəsilə İrana növbəti səfərində məlumat verəcəyi barədə razılığa gəlmişlər və görüş bununla da yekunlaşmışdır. Həmin dövrdə X1 axşam 18:00-a kimi açıq olurmuş, görüş axşam baş tutduğundan, o, bir gün İranda qalmış və səhəri Azərbaycana geri qayıtmışdır. Azərbaycana qayıtdığı zaman heç kimə İran xüsusi xidmət orqanının əməkdaşı ilə görüşdüyünü və məxfi əməkdaşlıq təklifi aldığı barədə deməmişdir. Bundan başqa, 1998-ci ilin may ayında isə Rusiya Federasiyasında meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan və yaşayan dayısı Cəmil Rəcəbovun (Lənkəran şəhərində yaşayan) yanında işləməyə getmiş, bir neçə ay orada işlədikdən sonra Rusiyada olan “defolta” görə Azərbaycana 1998-ci ilin avqust ayında geri qayıtmışdır. 1998-ci ilin sonlarında Lənkəran şəhər Hərbi Komissarlığında mülki işçi kimi (müfəttiş olaraq) işə başlamış, 4-5 ay orada işlədikdən sonra öz istəyi ilə işdən çıxmışdır. Daha sonra işdən çıxıb Lənkəran şəhərində alış-verişlə (ayaqqabı alıb-satırdım) məşğul olmuşdur. O, 1999cu ilin noyabr ayından namaz qılmağa başlamış, Lənkəran məscidində İmam Hüseynlə bağlı dini ayin keçirilirmiş, bununla bağlı olaraq da namaza başlamışdır. Həmin vaxt işləməsə də ailə üzvlərindən aldığı pul vasitəsilə gününü keçirirmiş. Bundan sonra, 2000-ci ilin aprel-may aylarında Lənkəran şəhərinə İmran adlı yeni polis rəisi təyin olunmuşdur. İmran dini məclislərdə iştirak etməyi sevən biri olmuşdur. İmranın dindar olub-olmadığını bilməmişdir. İmran Lənkəranın həmin vaxt axundu olan qohumu Əbdülqəni Axundzadə (Sədi təxəllüslü) ilə söhbət edən zaman dindarların hüquqlarının təmin olunması istiqamətində necə kömək edə biləcəyini soruşmuşdur. Sədi isə İranın Məşəd şəhərinə getməyə kömək göstərməsini polis rəisindən xahiş etmişdir. Həmin dövrdə polisin verdiyi sənəd üzrə İrana səfər etmək mümkün olmuşdur. İmran isə bu barədə kömək edə biləcəyini demiş və Məşədə getmək istəyən şəxslərin siyahısını tələb etmişdir. Sədi isə bu barədə 30 nəfərdən ibarət siyahını tərtib edib İmrana təqdim etmişdir. 2000-ci ilin may ayının 19-da babası X14 vəfat etdiyindən ölümü ilə bağlı ibadət etmək üçün Məşədə getmək üçün müraciət etmiş və adı həmin siyahıda olmuşdur. Həmin qrupa rəhbərliyi isə İdrak adlı şəxsə tapşırılmışdı. Sonradan İdrak “vəhhabi” olmuşdur. İranın Astara şəhərinə keçən kimi İdrak onlar üçün avtobus tapmışdır. Avtobusla Məşəd şəhərinə getmişlər. 2-3 gün orada qalmışlar. Orada qalmaq üçün yeri də İdrak tapmış, İdrak fars dilin bildiyindən danışıqlar aparırmış, oradan isə Qum şəhərinə gedib bir gün qalmışlar. Daha sonra yenidən Azərbaycana qayıtmışlar. Bundan sonra, qayıdandan təxminən 10-15 gün sonra bibisi oğlu X10 dostları ilə gəlib onunla onun evində görüşmüşlər. İsmayıl adlı dostu “İnterpol”un işçisi olduğunu demişdir. X11 sinif yoldaşı Elşənin böyük qardaşı olmuşdur. Söhbət zamanı X4 ali təhsilli olduğunu, hərbi xidmət keçdiyini və işsiz biri olduğunu bildirmişdir. İsmayıl isə onu polisə (Narkotiklər ilə X5 İdarəsində) işə düzəldə biləcəyini bildirmişdir. İsmayıl həmin idarənin rəhbərinin tanışı olduğunu və xahişini yerə salmayacağını demişdir. Həmin vaxt, görüş başa çatandan sonra onlar gedib polis tanışları ilə görüşmüşlər. Həmin görüş vaxtı onun işə düzəlmə məsələsi həll olunacaqdı. Həmin görüş başa çatdıqdan sonra Nicat gəlib Bakıya qayıtmaq üçün ailə üzvləri ilə sağollaşmışdır. Həmin görüşün nəticəsinin müsbət olduğunu və işə düzəlməyi üçün ondan müvafiq sənədlər tələb olunmuşdur. Nicat ona işə qəbul olunması ilə bağlı sənədləri özünün tək aparıb təqdim etməli olduğunu bildirmişdir. Ona isə işə düzəlməyinə kömək edən şəxsin onu aparıb işə düzələcəyi yerə təqdim etməməsi qəribə gəlmişdir. Buna görə də, o, getməmişdir. Lakin, 2-3 gün sonra İsmayıl gəlib onunla görüşmüş və nə üçün polisə müraciət etmədiyini soruşmuşdur. O, tək getmək istəmədiyini bildirmiş və İsmayıl onunla gedəcəyini demişdir. Onlar birlikdə polis idarəsinə gedərək idarə rəisi ilə tanış olmuşlar və o, sənədlərini idarə rəisinə təqdim etmişdir, rəis isə ona Elxan adlı əməliyyatçının yanında işə başlayacağını demişdir. İlk olaraq mülki işçi kimi başlayacaqmış, sonra isə rütbə məsələsinə baxılacaqmış. O, rəisin təklifi ilə razılaşmış və orada 10-15 gün polisə narkotiklərlə mübarizədə kömək etmişdir. O, şəhər üzrə narkotik satan şəxslərin şəxsiyyətinin müəyyən etməyə çalışırmış və bu barədə polisə məlumat verirmiş, 10-15 gün sonra isə Elxana onun şəhərdə nüfuzu olduğundan belə işləmək istəmədiyini bildimirşdir. Ona vəd olunmuş qaydada polis nəfəri olmaq istədiyini və yalnız bu halda polisdə işləyəcəyini demişdir. Lakin, polis nəfəri kimi işə düzəlməyi alınmamışdır. Polisdəki fəaliyyətinə görə, o, bundan sonra Lənkəranda iş tapa bilməmiş və bir növ dövlətə qarşı incimişdir. Bundan sonra, o, həyatını dinə həsr etmək və dini təhsil almaq qərarına gəlmişdir. 2001-ci ildə X12 Qəzetində İranın Azərbaycan Respublikasında olan Səfirliyinin müsabiqəsi çap olunmuşdur. Həmin müsabiqə 6 mövzuda keçiriləcəkmiş, mövzular tarix və İran-Azərbaycan münasibətləri barədə olmuşdur. Həmin müsabiqənin qalibinə isə ******* manat (150 “şirvan”, yəni 300 manat) pul veriləcəkdir. Həmin müsabiqədə iştirak etmək üçün məqalə yazıb poçt vasitəsilə göndərmişdir. Nəticəsini soruşmaq üçün İran Səfirliyinə zəng etmiş və müsabiqədə 3-cü yer tutduğunu bilmiş və gedib səfirlikdən qazandığı pulu götürməyi təklif edilmişdir. O, da səfirliyə gedib xatırlamadığı məbləğdə olan pul-mükafatını səfirliyin mətbuat katibi Cəlali adlı şəxsdən almışdır. Həmin vaxt X27 Qəzanın imzası ilə ona “diplom” verilmişdir. Həmin pulla İrana gedib ibadətlə məşğul olmaq istədiyindən İrana getmək üçün ona “Viza” verilməsini səfirlikdən xahiş etmişdir. Onun bu xahişini nəzərə alıb, ona İranın konsulluğuna təqdim etməsi üçün sənəd verilmişdir. Həmin sənəd əsasında, o, İrana səfər etmək üçün “Viza” almışdır. Həmin “Viza”nın müddəti 3 ay olmuşdur. Həmin vaxt X18 adlı şəxs İrana ziyarətlər təşkil edirmiş. O, Hacı Yaquba onu da həmin ziyarətə aparmaq üçün müraciət etmiş, Hacı Yaqub isə onu İrana aparacağını demişdir. Bundan sonra, 2001-ci ilin avqust-sentyabr aylarında təxminən 30-40 nəfərlik qrupla İrana səfər etmişlər. Həmin qrupda Lənkəran şəhərindən Hacı Güloğlanı tanımışdır. Oradan ilk əvvəl Qum şəhərinə sonra isə Məşəd şəhərinə getmişlər. Qum şəhərində Hacı Güloğlanın yeznəsi Yalçın təhsil alırmış, sonradan isə Fransada olmuşdur. O, ziyarətini başa vurub Azərbaycana qayıtmışdır. Sonra o, Bakıya iş tapmaq üçün getmişdir. Lakin, heç bir iş tapa bilməmişdir. O, İranda dini təhsil almaq niyyəti olduğundan yenidən İran konsuluğuna müraciət edib “Viza” almışdır. 2001-ci ilin noyabr ayında Lənkəran şəhərində ona qarşı olan haqsızlığa görə ölkəni tərk edib dini təhsil almaq istəmişdir. Onun artıq 1997-ci ildə İrana səfər etdiyi zaman ona təklif edilmiş məxfi əməkdaşlıq təklifini qəbul etmək niyyəti olmuşdur. Bunun üçün 2001-ci ilin noyabr ayında İran İslam Respublikasına tək səfər etmişdir. O, yenidən İranın Astara şəhərində bazarın yaxınlığında yerləşən “Məscidi-Qüraba” məscidinə getmişdir. Həmin vaxt, ətrafdakı şəxslərdən 1997-ci ildə İrana səfər etdiyi zaman məsciddə olan xadimi soruşmuş, xadim hələ də həmin məsciddə işləyirmiş. Həmin görüş zaman məscidin xadimi onu tanımış, söhbət əsnasında ona yenidən İrana gəlməyinin məqsədini soruşmuşdur. O, isə Qum şəhərində dini təhsil almaq və ona əvvəllər təklif olunmuş məxfi əməkdaşlığı qəbul etmək niyyətinin olduğunu bildirmiş və ona yenidən əvvəlki kimi İran xüsusi xidmət orqanının əməkdaşı olan tanışı ilə görüşməyi təklif etmişdir. O, məscidin xadiminin təklifini qəbul etmiş və xüsusi xidmət orqanı əməkdaşı ilə görüşməyə razılaşmışdır. Məscidin xadimi onu növbəti gün yenidən məscidə gəlməyini tapşırmışdır. Növbəti gün, o, məscidə qayıtmışdır. Məscidin xadimi məscidin yaxınlığında yaşayırmış, həmin yerə getmişdir. Məscid xadimin yaşadığı yerə daxil olduğu zaman içəridə məscid xadimi və Əkbər adlı İran xüsusi xidmət orqanının əməkdaşı oturmuşlar. Həmin görüş zamanı Əkbər onunla söhbət etməyə başlamış və ondan kömək etməyi istəmişdir. Bu köməyin qarşılığında ona mütəmadi pul verəcəklərini demişdir. O, Əkbərlə bir az söhbət etdikdən sonra təkbətək söhbət üçün birlikdə çıxıb dəniz qırağına getmişlər. Əkbər görünüşcə orta boy, qaraşın, təxminən 40 yaşlı, nurani üz quruluşu olan, orta ölçülü saqqalı olan bir şəxs olmudur. Həmin vaxt, dəniz qırağında Əkbərə İranda dini təhsil almaq istədiyini bildirmişdir. Əkbər ölkədə olan məsələlərlə bağlı suallar soruşmağa başlamışdır. Əkbərdən nə istədiyini soruşmuş, Əkbər isə dini təhsil almağının əhəmiyyətsiz olduğunu, sonuncuya işləməklə pul qazanacağını demiş, hətta nə vaxtsa İranla bağlı ticarətlə məşğul olsa, ona kömək edəcəklərini demişdir. O, ilk olaraq Əkbərin məxfi əməkdaşlıq təklifini qəbul etməmişdir. O, dini təhsil almaqda kömək etməyi Əkbərdən xahiş etmişdir. Həmin vaxt Əkbər Qum şəhərinə gedib qohumu ilə görüşməsi üçün şəxsi və qohumunun nömrəsini ona vermişdir. Əkbər onu avtobus dayanacağına aparıb Qum şəhərinə yola salmışdır. Qum şəhərinə çatanda Əkbərin qohumu ilə əlaqə saxlayıb görüşmüşdür. Birlikdə gedib təhsillə bağlı bəzi yerlərə yaxınlaşmışlar. Lakin, dini təhsil almağının mümkünsüz olduğunu bildirmişlər. Bundan sonra, o, tək “Şahabiyyə” mədrəsəsinə getmişdir. Şahabiyyə mədrəsəsi həmin vaxt xarici tələbələrin təhsil aldığı əsas mədrəsə olmuşdur. Orada həmin mədrəsənin rəhbəri Seyid Abidiyyan ilə görüşmüşdür. Abidiyyanla söhbət zamanı sonuncu da dini təhsil ala bilməyəcəyini, mütləq Bakıda imtahan verməli olduğunu demişdir. Buradan çıxıb Məşəd şəhərinə getmişdir. O, eşitdiyinə görə Məşəd şəhərində İranda tələbə qəbulu olmadan dini təhsil ala biləcəyi mədrəsə mövcud olmuşdur. Həmin mədrəsənin adı “Cəmadüyün Sadiqin” olmuşdur. Həmin mədrəsəyə müraciət etmiş və 2 ay orada qalmışdır. Onun “Viza” müddəti başa çatdığına görə geri qayıtmaq qərarına gəlmişdir. Bundan başqa, həmin vaxt təhsilinin alınmadığı, 27 yaşının olduğu, Lənkəranda ona polislə “gizli dostluq” etdiyinə görə pis baxdıqları üçün İran xüsusi xidmət orqanı əməkdaşı olan Əkbərin məxfi əməkdaşlıq təklifini qəbul etməsinə qərar vermişdir. Bununla bağlı, Əkbərin ona verdiyi xatıramadığı nömrəsinə zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Astara şəhərinə gedib Əkbərlə görüşmüşdür. Əkbərlə görüşdüyü yer “Şəhrəki abbasabad” adlı pasajın yaxınlığında olan məxfi görüş mənzili olmuşdur. Əkbərin məxfi əməkdaşlıq təklifini qəbul etmişdir. Əkbər isə ondan mütəmadi olaraq Azərbaycan Respublikasında olan ictimai-siyasi proseslər, hərbi təyinatlı yerlər, “Tallış-Muğan Respublikası”nın yaradılması üçün talış millətindən olan şəxslər barədə, ABŞ və İsrailin Azərbaycanda, xüsusən də Lənkəranda olan fəaliyyəti barədə məlumatlar istəmişdir. Həmin ilk görüşdə o, Əkbərə hərbi xidmət keçdiyi hərbi hissəsinin Hərbi Dəniz Qüvvələrinə aid olması, Bayıl qəsəbəsində yerləşməsi, həmin vaxt komandiri Rafiq Abbasovun olduğunu, müavinləri, şəxsi heyətin sayı barədə, həmin hərbi hissənin axtarış xilas etmə hərbi hissəsi olduğu, N ədəd siqnal və xilasetmə gəmisinin olması, Lənkəran şəhərində Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissələrinin yerləşməsi barədə bildirmişdir. Bundan başqa, Əkbər ondan Amerika və İsrail dövlətlərinin Lənkəran şəhərində və Respublikası ərazisində olan təşkilatları və vətəndaşları barədə soruşmuşdur. Həmin vaxt, Lənkəranda ABŞ səfirliyinin maliyyələşdirdiyi “Resurs mərkəzi”, mərkəzin rəhbərinin Esmira Turnida adlı qadın olması, bacısının əri Rüstəm Bəşirovun Hərbi Kəşfiyyat sahəsində işləməsi barəsində Hacı Əkbərə bildirmişdir. Onun Əkbərə verdiyi məlumatları sonuncu bəyənmiş və bu barədə ona yeni məlumatlar toplamasını tapşırmışdır. Bundan sonra, Əkbər ona Azərbaycan dövlət əleyhinə istifadə oluna biləcək əldə edə biləcəyi mümkün məlumatları toplamağı tapşırmışdır. O, həmin məlumatları Əkbərə yazılı formada təqdim etmiş, Əkbərin ona tapşırıqlarını isə qeyd etmişdir. İlk görüşdə Əkbərə məxfi əməkdaşlığa cəlb olunmağına dair yazılı qəbz vermişdir. Həmin qəbzi imzası ilə təsdiq etmişdir. Əkbər həmin görüşdə fotoşəklini çəkmişdir. Növbəti görüşlərin tarixini isə 3 aydan bir olacağını demişdir. Növbəti görüşün dəqiq tarixi Əkbər əvvəlki görüşdə bildirirmiş. İlk əvvəl əlaqə saxlamaq üçün mobil nömrə verməmişdir. Astaraya gəldiyi zaman Əkbərin olduqları yerin yaxınlığında, yəni İran xüsusi xidmət orqanının yerləşdiyi binanın yaxınlığında gəzib görsənməsini tapşırmış, daima orada olacaqlarını bildirmişdir. Həmin yerdə Əkbəri tapmayacağı təqdirdə isə stasionar nömrədən ona verəcəkləri nömrəyə zəng etməli olmuşdur. Həmin görüşdə başqa bir xüsusi xidmət orqanın əməkdaşı da iştirak edirmiş. Həmin əməkdaşı o, ilk dəfə görürmüş. İranda o, iki gecə qalmışdır. Həmin görüşdə ona Əkbər 100 ABŞ dolları vermişdir. Əkbərin tapşırıqları və verdiyi 100 ABŞ dollarını qəbul etdikdən sonra Lənkərana qayıtmışdır. O, Əkbərə verəcəyi hər məlumatın pulunu növbəti görüşdə alacaqdı. Lənkərana qayıtdıqdan sonra Əkbərin tapşırıqları üzrə məlumat toplamağa başlamışdır. O, Lənkərana qayıtdıqdan sonra uzun müddət işsiz qalmış, Əkbərın tapşırığı ilə Lənkəranda mitinq piket keçiriləndə qeydə alır nəticələri barədə qeydlər aparır, təşkilatçılarının kim olması barədə məlumat toplamışdır. O, ay sonra, Əkbərlə olan razılaşmaya əsasən görüşmək və topladığı məlumatları təqdim etmək üçün yenidən İranın Astara şəhərinə getmişdir. Həmin vaxt, o, topladığı məlumatları Əkbərə vermişdir. Həmin görüşdə Əkbərdən başqa Seyid adlı köməkçisi də iştirak etmişdir. Seyid görünüşcə ondan boyda bir az hündür, boyuna görə çəkili, orta saqqallı, ondan 10-15 yaş böyük olmuşdur. O, bu qayda ilə ümumilikdə il ərzində 4-5 dəfə İranın Astara şəhərinə gedib, İran xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşmüşdür. Bundan sonra, 2003-cü ilin yaz aylarına kimi, o, eyni qaydada Əkbərlə görüşlər keçirib Azərbaycanda baş verən ictimai-siyasi proseslər və ona verdikləri tapşırıqlara uyğun olaraq topladığı məlumatları Əkbərə verirmiş, bunun müqabilində 300-400 ABŞ dolları məbləğində pul alırmış. Növbəti görüşü isə ilk dəfə olaraq 6 ay sonraya təyin etmişlər. Həmin müddətdə isə Rusiyaya getmək qərarına gəlmişdir. İran xüsusi xidmət orqanından aldığı pullar ona bəs etməmişdir. X13 həmin vaxt Rusiyada yaşamışdır. O, da gedib Rusiyada işləyib pul qazanmaq istəmişdir. Buna uyğun olaraq Rusiya Federasiyasına getmişdir. Onun yeznəsi Tofiq Güləhmədovun yanında bir müddət alverlə məşğul olmuş, lakin burada da qala bilməyib geri qayıtmışdır. O, Azərbaycana qayıtdıqdan sonra Əkbərlə olan razılaşmaya uyğun olaraq yenidən görüşmək üçün İranın Astara şəhərinə getmişdir. 2003-cü ildə ölkə ərazisində geniş miqyaslı hakimiyyət əleyhinə mitinqlər keçirilməmişdən əvvəl bununla bağlı xüsusi məlumat toplamışdır. Həmin məlumatlarda “Müsavat”ın fəaliyyətinin uğursuz olacağını, rejimin sərtləşəcəyini, yeni hakimiyyətin qərbə meyilli siyasət yeridəcəyini bildirmişdir. O, Rusiyadan qayıdıb, İranda xüsusi xidmət orqanı əməkdaşları ilə görüşə getdiyi zaman onu Seyid qarşılamış, Əkbərin artıq başqa yerə təyin olunduğunu və bundan sonra şəxslə əlaqə saxlayacayığın demişdir. Qeyd etdiyi məlumatları Seyidə verdiyi zaman, sonuncu ona həmin məlumatlara görə pulu növbəti görüşdə verəcəyini bildirmişdir. İran xüsusi xidmət orqanı əməkdaşlarına ötürdüyü məlumatları sonuncular əldə edib təhlil etdikdən sonra növbəti görüşdə ona həmin məlumatın pulu verilmişdir. O, bundan sonra Azərbaycana qayıtmışdır və yenidən 3 ay sonra İranın Astara şəhərinə Seyidlə görüşmək üçün getmişdir. Həmin müddət ərzində ölkədə genişmiqyaslı mitinqlər keçirilmiş və onun Seyidə verdiyi məlumatlarda göstərilən hallar baş vermişdir. Seyid hətta onu bu məlumatları verdiyinə görə təbrik etmişdir və Tehran şəhərində rəhbər şəxsləri ilə görüşəcəyini bildirmişdi. Daha sonra Seyid onu Tehran şəhərinə aparmışdır. Tehran şəhərində onu balaca evlər olan bölgəyə aparmışdır. Əksər mənzillər 3-5 mərtəbəli evlər olmuş, daha çox şəxsi evlər olmuşdur. Əkbər onu 2-3 mərtəbəli evə aparmışdı. Həmin evi məxfi görüş yeri kimi istifadə etdiklərini anlamışdır. Orada o, Seyidlə bir gecə qalmışlar. Seyid Tehran şəhərində ona yeni bir kostyum almışdır. Evdə olduqları zaman onunla məxfi görüş keçirmək üçün 3 nəfər İran xüsusi xidmət orqanının əməkdaşı içəri daxil olmuşlar. Həmin şəxslər bir-birilərinə “Hacı” olaraq xitab etdiklərindən adlarını xatırlamamışdır. Aralarında rəhbər olan şəxsə yalnız “Hacı” adı ilə müraciət edirmişlər. Həmin görüş rəhbər şəxslərin tələbi ilə keçirilmiş və “Agent” ilə tanışlıq xarakteri daşımışdır. Ona eyni qaydada ölkə ərazisində ictimai-proseslər barədə məlumat toplamağı tapşırmışlar və talışların muxtariyyətinin təmin olmasının zəruriliyini vurğulamışlar. Bu görüşdə ona 450 ABŞ dolları pul verilmişdir. O, Tehran şəhərində 4-5 dəfə olmuşdur. Bunlardan yalnız ikisində İran xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşmüşdür. O, İrana həmişə tək səfər etmişdir və məxfi görüşlər keçirildiyi zaman başqa Azərbaycan Respublikası vətəndaşı iştirak etməmişdir. O, yalnız bir dəfə 2015-2016-ci ildə məhəllədən tanıdığı Hikmət adlı şəxs ilə İrana getmişdir. Hikmətə 1-2 saatlıq işinin olduğunundan başqa yerə gedib qayıdacağını demişdir. X6 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. O, Seyidlə təxminən 2 il (2003-2005-ci illərdə) məxfi əməkdaşlıq etmişdir. Seyidin əlaqəsində olduğu zaman ona “Babək” təxəllüsü verilmişdir. O, İran xüsusi xidmət orqanlarına ötürdüyü məlumatları müqabilində pul aldığı zaman bu barədə əlyazısı ilə qəbz tərtib edirmiş, tərtib etdiyi qəbzdə öz adını yazmaq yerinə, “Babək Ağayev” adını qeyd edirmiş, həmin qəbzlərdə ad-soyad, tarix yazıb imzalayırmış, imza isə onun əsl imzası olmamışdır. İran xüsusi xidmət orqanının əməkdaşları qurumlarının adını, yəni “SEPAH” və ya “Ettelaat” olmasını dəməsələr də, o, həmin əməkdaşların “Ettelaat” əməkdaşı olduqlarnı anlamışdır. “SEPAH” əməkdaşları hərbi qulluqçu sayıldıqlarından hərbiləşdirilmiş rejimdə işləyirmişlər. Lakin, onu məxfi əməkdaşlığa cəlb edənlər həmişə mülki geyimdə olmuş və iş yerləri mülki təyinatlı olmuşdur. Həmin iş yerlərinin üzərində isə hər hansı bir qeyd olmamışdır. Bundan başqa, 2005-ci ilin sonunda Seyid də başqa yerə təyin olunmuş və onu Davud adlı şəxsin əlaqəsinə vermişlər. Davudun isə Məhəmməd və Hamid adlı köməkçiləri olmuşdur. Sonradan Davudla o, təxminən 3 il işləmişdir. 2008-ci ildə Davud onu Hamidin əlaqəsinə vermişdir. Hamid ilə o, çox az münasibət saxlamışdır. Həmin dövrdə ona 3 aydan bir 300 ABŞ dolları verilmişdir. O, həmin pulla dolana bilməməsi ilə bağlı etiraz etmişdir. Hamid isə məlumatın əhəmiyyətlilik dərəcəsindən asılı olaraq yuxarı məbləğdə pul verildiyini demişdir. O, isə buna etiraz olaraq Hamidlə bir müddət əlaqə saxlamamışdır. Bundan təxminən bir il sonra Davud onun istifadəsində olan mobil nömrəyə zəng edərək ondan İrana getməyi xahiş etmişdir. Həmin vaxt, o Bakı şəhərində tikintilərin birində nəzarətçi kimi işləmişdir. O, işdən çıxıb Davudun tələbi ilə İrana məxfi əməkdaşlığı davam etdirmək üçün getmişdir. Davudla o, əvvəllər görüşdüyü iş yerlərində görüşmüşdür. Davud ona yenidən işə qayıtmasını, narahat olmamasını, məxfi əməkdaşlığı davam etdirməyi və mütəmadi pul verməyə davam edəcəklərini bildirmişdir. Bu görüşdə ona 300 ABŞ dolları pul vermişdir. Təxminən 2015-2016-ci ilədək, o yenidən Davudun əlaqəsində olmuşdur. O, X26 Respublikasına məxsus mobil operatorlarına məxsus mobil nömrələri ilə əlaqə saxlayırmış. Bir neçə dəfə, o, Davudgillə “Azercell”-ə məxsus mobil nömrələr ilə əlaqə saxlayırmış. 2016-ci ildə Davudun iş yerini yenidən dəyişmişlər və onu Əlirza adlı şəxsin əlaqəsinə vermişlər. 2019-cu ilin sonlarına kimi isə Əlirzanın əlaqəsində olmuşdur. Əlirzanın isə Şəhriyar adlı köməkçisi olmuşdur. Həmin vaxt, ölkə ərazisində yayılmış pandemiya ilə əlaqədar sərhədlər bağlanmış və əlaqələri zəifləmişdir. İrana gedə bilməmişdir. O, yalnız “Vatsap” və “Telegram” proqramı tətbiqləri vasitəsilə əlaqə saxlamışdır. Onun əldə etdiyi məlumatları da məhz həmin proqramlar tətbiqi vasitəsilə göndərmişdir. Həmin məlumatları ilk əvvəllər əlyazma formasında İranda xüsusi xidmət orqanı əməkdaşlarına iş yerlərində vermişdir. O, topladığı məlumatların qısa məzmununa dair qeydlər hazırlayıb özü ilə birlikdə hər 3 aydan bir İrana aparmışdır. Xüsusi xidmət orqanın ofisində isə qeydlərinə uyğun məlumatları təqdim etmişdir. Sonradan məlumatları “fləşkart” yaddaş kartı vasitəsilə vermişdir. Bundan başqa, o, özü yaratdığı “Elektron ünvan 1” elektron poçt ünvanı və “Vatsap” və “Telegram” proqramı tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Xüsusi xidmət orqanları əməkdaşları onunla müxtəlif İran mobil operatorlarına məxsus mobil telefon nömrələri ilə əlaqə saxlasa da, ən son əlaqə saxladığı mobil nömrə telefonunun yaddaşında qeyd olunmuşdur. 2021-ci ilədək Əlirzanın əlaqəsində olsa da, Şəhriyar ona mesaj yazaraq onu İrana dəvət etmişdir. Şəhriyar ona Azərbaycanda xəstəlik kağızı alaraq həmin sənədlə İrana keçib görüşməyi təklif etmişdir. O, məhz xəstəlik kağızı əldə edib 2021-ci ilin avqust ayında Şəhriyarla görüşmüşdür. Şəhriyar həmin görüşdə ona 500 AVRO pul vermişdir. Bundan başqa bir neçə dəfə də İrandan Azərbaycan yük daşıyan sürücülər vasitəsilə 200 manat pul göndərmişdir. Son görüşlərdə pulu ona “Avro” əskinazları olaraq verilmişdir. O, ölkə ərazisində yayılmış pandemiyadan sonra “Ettelaat” əməkdaşları ilə görüşməyə getdiyi zaman Şəhriyar ona “Vicco” markalı “fləşkart” yaddaş kartı vermiş və bundan sonra göndərəcəyi məlumatları həmin “fləşkart”da olan proqram vasitəsilə göndərməyi tapşırmışdır. Həmin program yazı mətnini audio, video və şəkil formatında olan faylların içərisinə gizlədirmiş. Həmin proqramda, o, məlumatları şəkillərə əlavə etdikdən sonra “mail adresi” vasitəsilə göndərmişdir. Həmin “Ettelaat” əməkdaşları da həmin proqramdan istifadə edib, şəkildə gizlədilmiş məlumatları əldə etmişdirlər. Bundan sonra, o, məxfi əməkdaşlığa cəlb edildiyi vaxtdan İran xüsusi xidmət orqanı əməkdaşlarına çoxsaylı məlumatlar, yəni DTX-nın Lənkəran şəhər idarəsinin rəisi olmuş Ziyafət Xanbabayev, Lənkəran şəhərində yerləşən hərbi hissələrin komandirləri, müavinləri, “Zəngəzur dəhlizi”nin, iqtisadi vəziyyətlə bağlı mətbuatdan, internetdən əldə etdiyi və ölkədə baş verən hadisələr barədə məlumatları vermişdir. Bundan başqa, Azərbaycanda müxalifət liderləri, partiyaların fəaliyyətləri, həmin partiyaların resursları barədə əldə etdiyi məlumatları İran Xüsusi Xidmət orqanlarının nümayəndələrinə təqdim etmişdir. Bundan sonra, 2015-ci ildə Milli Məclisə deputat seçkiləri keçirilən zaman cənub zonasından, yəni talış millətindən namizədliyini irəli sürmək qərarına gəlmişdir. Həmin vaxt, o, namizədliyini irəli sürsə də, bəzi səbəblərdən (500 nəfərlik ilkin səs çoxluğunun toplanılmaması səbəbi göstərilmişdir) onun namizədliyi qeydə alınmamışdır. Ondan başqa Mirtağı Nəsirova (dünyasını dəyişmiş, Əli Nəsirovun qardaşı olmuşdur), Barat Qasımova, Sergey Hüseynova (dil-ədəbiyyat təqaüdçü müəllim) da namizədlik təklif olunmuşdu. O, namizədliyinin qeydə alınmadığını İran xüsusi xidmət orqanı əməkdaşlarına bildirmişdir. Seçki kompaniyasının aparılması üçün pul lazım olduğunu dəfələrlə bildirsə də, “Ettelaat” əməkdaşları ona maddi kömək etməmişlər. Halbuki, həmin əməkdaşlar məhz ona namizəd olmağını tapşırmışdırlar. Onun əslən Lənkərandan olan və Rusiya federasiyasında yaşayan İsmayıl Şabanovla dostluq münasibəti olmuşdur. İsmayıl Şabanov da həmçinin “Talış-Muğan” Respublikasının yaradılmasının tərəfdarı olmuşdur. Seçkilərin ilk mərhələsində İsmayıl Şabanov ona 300 ABŞ dollar versə də, həmin pulu ona verən zaman “bu pul talış balalarından yığılan puldu” demişdir. İsmayıl Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdur. Bunu sonradan ona bildirmişdir. O, namizədliyini verdikdən sonra Rusiya Federasiyasına İsmayılın yanına getmişdir. O, oraya gedən zaman əvvəlcədən İsmayılın ruslarla əlaqədə olduğunu bilmişdir. O, İsmayılla “Vatsap” və “Teleqram” proqramı tətbiqi vasitəsilə əlaqə saxlamışdır. 2015-ci ildən etibarən İsmayıl Şabanovla münasibəti yaranmışdır. Onun İsmayılla ilk tanışlığı sonuncunun qardaşı olan Yaroğlanın yas mərasimində olmuşdur. 2000-ci ildə X17 ticarətlə məşğul olurmuş. Yaroğlan İsmayılın böyük qardaşı olmuşdur və Rusiyada rəhmətə getmişdir. Dəfn mərasimi isə Lənkəran rayonu, Havzava kəndində keçirilmişdir. Məclisin sonunda İsmayıl Şabanova baş sağlığı verən zaman, adını xatırlamadığı şəxs onu İsmayıla tanıtmış (talış aktivisti kimi), İsmayıl bunu eşitdikdə onu qucaqlamış və onun kimi oğullara ehtiyac olduğunu bildirmişdir. Onun telefon nömrəsini İsmayıl şəxsən əldə edib, onunla əlaqə saxlamışdır. O, “talış aktivisti” olaraq həmişə “Talış-Muğan” Respsublikasının yaradılmasının vacibliyini nəzərə olaraq daim bu barədə yazılar yazmışdır. Həmin dövrdə “tolishika.ru” adlı internet səhifəsi mövcud olmuşdur, həmin səhifəni Azər Məmmədov yaratmışdır. X22 şəhərində yaşamışdır, dilçilik və sair üzrə təhsil almışdır, Moskva şəhərində fəaliyyət göstərən universitetlərdən birində həmin ixtisas üzrə tədris aparmışdır. Həmin vaxt, Azər Məmmədovun yaratdığı “tolishika.ru” səhifəsində talış milləti barədə olan məqalələr yerləşdirib formlar yaradılmış, o da həmin mövzularda müzakirələr aparmışdır. Həmin formlarda aparılan müzakirələrdə İsmayıl Şabanov, Fəxrəddin Abbasov (rəhmətə gedib), Sabir, Əlinasir və sair şəxslər iştirak etmişdirlər. Sözügedən internet səhifəsindən başqa “day.az” səhifəsində də həmin mövzularda formlar yaradılmışdır, o da həmin formlarda iştirak etmişdir. Həmin dövrdə Azərbaycanda olan talış fəallar həmin səhifə vasitəsilə, “day.az” formda müzakirələr aparmışdırlar. “Tolushi sədo” (“Talışın səsi”) qəzetinin rəhbəri Novruzəli Məmmədov təxminən 2010-cu ildə rəhmətə getmişdir. Novruzəli rəhmətə getməmişdən əvvəl İran xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etdiyi üçün həbs olunmuşdur. Həmin qəzetdən başqa “Şəvnış” qəzeti də fəaliyyət göstərmişdir. Həmin qəzetin rəhbəri Fəxrəddin Abbasov olmuşdur. Novruzəli Məmmədov rəhmətə getdikdən sonra Fəxrəddin Abbasov redaktoru olduğu qəzetin fəaliyyətini dayandıraraq Rusiyaya getmişdir. Fəxrəddin Abbasovla əvvəllər yaxın münasibəti olsa da Rusiyaya getdikdən sonra İranın əleyhinə məqalələr yazdığı üçün münasibətləri pozulmuşdur. O, 2000-ci ilin əvvəllərindən X2 üzvü olmuşdur. Həmin dövrdə Mədəniyyət Mərkəzinin rəhbəri Dövlətə xəyanət cinayətinə görə məhkum edilmiş Novruzəli Məmmədov olmuşdur. Novruzəli Məmmədovun köməkçisi Əli Nasiri və qardaşı Mirtaqi Nasirov onu evlərinə dəvət etmişlər. Əli Nasiri ilə tanışlığı Böyük bazar məscidinin həyətində olmuşdur. Həmin vaxt həbsxanadan yeni çıxmışdır. Azadlığa çıxdığı zaman dini məclis təşkil edilmişdir. Məhz həmin görüşdə Əli Nasiri ilə tanışlığı yaranmışdır. Bundan bir neçə il keçdikdən sonra Əli Nasirinin yaşadığı mənzilə İrandan X2 xətti ilə Suroş, Armin və Söhrab adlı İran talışları ziyarətə gəlmişlər. X29 ilə münasibəti olduğundan sonuncunun evindəki görüşə dəvət olunmuşdur. Həmin görüşdə adlarını qeyd etdiyi Suroş, Armin və Söhrab adlı İran talışları şəxslərlə tanışlığı yaranmışdır. Suroş, Armin və Söhrab adlı İran talışları 1-2 gün qalıb Bakı şəhərinə getmişlər. Bundan sonra, bir neçə dəfə Əli Nasirinin evində onlarla görüşüb talış mədəniyyəti və folkloru barədə söhbətlər etmişlər. Bundan bir müddət sonra Suroşgil onu İrana dəvət etmişlər. Təxminən 2004-2006-cı illər olmuşdur. Həmin Suroş onu İranda yaşayan talış icması ilə tanış etmək üçün İrana dəvət etmişdir. İlk əvvəl Həşpər şəhərinə getmişlər (şəhristani Talış indiki adı). Sonra ilk Rizvan şəhərdə Suroşun qayınatası gildə qalmışlar. Rizvan şəhərinin mərkəzində tarixçi-tədqiqatçı talış Əli Əbdoli yaşayırdı. Həmin vaxta kimi yalnız adını eşitmiş və kitablarını oxumuşdur. Həmin vaxt, o gedib Əli Əbdolinin mağazasında Əli Əbdoli ilə görüşmüş, ona xüsusi xidmət orqanı olan “SAVAK”-ın nümayəndəsi olmasına görə İranda dövlət adamları tərəfindən etibarlı şəxs sayılmadığını bildirmişdir. O, Əli Əbdoli ilə görüşə getdiyi zaman İran xüsusi xidmət orqanının Əkbər və Seyid adlı əməkdaşlarının əlaqəsində olmuş və Əli Əbdoli ilə görüşə gedəcəyi barədə Əkbər və Seyidə bildirmişdir. Həmin görüşdə Çengiz Şekuri də iştirak etmişdir. Həmin vaxt, Çengiz Şekuri qəzet redaktoru və icra hakimiyyəti başçısının köməkçisi olmuşdur. Bundan sonra, 2004-cü ildə İran İslam Respublikasına səfər edərək Azərbaycan Respublikası əleyhinə casusluq cinayətini törətdiyinə görə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş və Həşpər şəhərində (Şəhristani Talış) yaşayan Əli Əbdoli ilə görüşmüş, görüş zamanı talış mədəniyyəti və tarixi barədə, həmçinin İran İnqilabı zamanı vəd olunmuş şərtlərin yerinə yetirilmədiyi barədə söhbətlər etmiş, İran İslam Respublikasının talışların rifahının yaxşılaşdırılmasında maraqlı olduğunu bildirmişdir. İsmayıl həmçinin X3 yaradıb, ona rəhbərlik etmişdir. Həmin diasporanın neçə üzvü olması barədə məlumatı olmamışdır. Hazırda diasporanın fəaliyyətini davam etdirdiyini bildirmişdir. Sonra İsmayıl onunla 2015-ci ildə əlaqə saxlayıb Rusiya Federasiyasına görüşə dəvət etmişdir. O, İsmayılın danışığından onu Ruslar ilə görüşdürmək istədiyini anlamışdır. O, isə İsmayılın təklifini qəbul etmiş və 2015-ci ilin sentyabr ayında Rusiyaya getdikdə onu İsmayıl qarşılamış, yemək yemişlər. Sabahısı gün onu Rusiya vətəndaşı olan Maksimlə görüşdürmüşdür. “Rusiya strateji tədqiqatlar” institutunun yaxınlığında restoranda görüşləri baş tutmuşdur. Maksimlə ilkin tanışlıqdan sonra ondan Lənkəranın coğrafiyası və sair barədə suallar vermişdir. Daha sonra həmin vaxt mövcud olan siyasi proseslərlə bağlı suallar vermiş, talışların Azərbaycanda vəziyyəti ilə bağlı, əsas Türkiyə barədə suallar vermişdir. Həmin vaxt Türkiyə-Rusiya arasında gərginlik olmuşdur, əsas bu mövzu barədə (regionda bu barədə olan söhbətlər) söhbətləşmişdirlər. Daha sonra İsmayılın evinə getmişlər, Maksim az sonra İsmayıla zəng vurmuş, Kərim Rəhimoviçin nömrəsini vermiş və onun Kərim Rəhimoviç ilə danışmağını və təyin olunan yerdə Kərimlə tək görüşməyi tapşırmışdır. Həmin vaxt, İsmayıl ora onu aparmış, o, içəri tək getmiş, mühafizəçiyə Kərimlə görüşməyə gəldiyini bildirmişdir. Daha sonra Kərimin həmin binadakı otağına qalxmışdır. Otaq iclas zalına oxşamışdır. Ortada 10 nəfərlik böyük stol olmuşdur. İlkin təəssüratı Kərimin həmin yerdə rəhbər şəxslərdən olması olmuşdur. Otağa daxil olduqdan sonra, o əyləşmiş, az müddət sonra Kərim otağa daxil olmuş, ilk söhbətləri Azərbaycanda talışların vəziyyəti ilə bağlı olmuşdur. Daha sonra namizədliyini maraqlanmış və namizədliyini irəli sürməyini təqdir etmişdir. Həmin görüşləri təxminən 2 saat davam etmişdir. Daha sonra, o oradan çıxıb gecələdiyi hostelə getmişdir. Kərim təxminən onunla yaşıd, görünüşcə orta boyda, nisbətən dolu, milliyətcə tatar millətinə bənzər olmuş və rəngli gözləri vardır. Onunla görüşləri təxminən 1-2 saat çəkmiş. Həmin görüşdə daha çox Azərbaycanda yaşayan talışlarla bağlı söhbət etmişlər. Danışığından rusların talışlara maraqlarının olduğunun hiss etmişdir. Talışlara muxtariyyətin verilməli olmasının vacibliyini vurğulanmışdır. Muxtariyyət olacağı təqdirdə İsmayıl həmin muxtariyyətin rəhbəri, o isə Aqrar sahə üzrə rəhbər olacaqmış. Kərimlə iki və ya üçüncü görüşdə ona aqrar sahə ilə bağlı kitab hədiyyə etmişdir. Həmin kitab rus dilində çap edilmişdir və Rusiyada fəaliyyət göstərən universitetlərdə tədris olunan sadə bir kitab olmuşdur. Həmin ümumi razılaşmaya əsasən Kərim onun verəcəyi məlumatlar üçün 3000- 4000 rus rublu verəcəkdir. Təxminən aylıq 350-400 ABŞ dolları ona pul vermişdir. Həmin görüşdən sonra, o, 2015-ci ilin sentyabr ayının əvvəllərində Lənkərana qayıtmışdır. Həmin vaxt Moskva şəhərinə tək getmişdir. O, Lənkərana qayıtdıqdan 20 gün sonra İrana gedib Davudla görüşmüşdür və rus tərəfindən məxfi əməkdaşlığa cəlb olunduğunu bildirmişdir. o, kimlərlə görüşdüyünü və söhbətlərin nədən ibarət olması barədə qeydləri Davuda təqdim etmişdir. Kərimlə il ərzində 2-3 dəfə görüşməyə razılaşmışdır. Növbəti dəfə, o, Rusiyaya 2015-ci ilin dekabr ayında getmişdir. Onun biletini hər dəfə İsmayıl almışdır. O, 2-ci dəfə Rusiyaya gedib Maksimin də iştirakı ilə yenidən İsmayılla görüşmüşdür. Daha sonra isə Kərimlə görüşmüşdür. Türkiyə və Rusiya arasında olan məsələlərdə analitik fikirlərini əks etdirən məlumatları Kərimə vermişdir. Kərimlə növbəti görüşlərini Moskva şəhərində olan restoranlarda keçirmişdir. Həmin görüş zamanı təqdim etdiyi məlumatlara görə orta hesabla 400 ABŞ dolları nağd formada ona pul vermiş, növbəti görüşdə daha çox məlumat toplamağı ona tapşırmışdır. Bundan sonra, sonuncu dəfə isə 2018-ci ilin may ayında Moskvaya getmişdir. Həmin vaxt atası yeni vəfat etmişdir. Həmin səfərində də Kərimlə restoranda görüşmüş və topladığı məlumatları təqdim etmişdir. Sözügedən görüşdə Kərim ona 90000 rubl vermişdir. O, sonuncu görüşdə Kərimə atasının rəhmətə getməsi ilə əlaqədar işlərinin olduğunu, bununla bağlı həminki qaydada məlumatları toplaya bilməyəcəyini bildirmişdir. Həm Rusiya həm də İran üçün işləmək onu yorduğundan Kərimdən ona biraz vaxt verməsini xahiş etmişdir. Kərim ona əlaqə saxlamaq üçün 2 “mail adresi” vermişdir. Təxminən 7-8 ay sonra Kərimin ona verdiyi maillə əlaqə saxlamaq istəsə də, mailə daxil olmaq istədikdə artıq ləğv olunduğunu görmüşdür. Həmin vaxt onun istifadəsində “mElektron ünvan 2” mail adresi olmuşdur. Onun ümumilikdə Ruslarla təxminən 9 görüşü olmuşdur. Ruslar onu siyasi şəxs kimi tanıyıb, ona siyasi partiya yaratmağı tələb etmişdirlər. O, yaratdıqdan sonra isə ruslar ona maddi dəstək olacaqlarını bildirmişdirlər. Ruslar ondan həmçinin qəzet çap etməyini tələb etmişdirlər. Həmin qəzetdə Talışlara muxtariyyət mövzusunda yazılar çap etmək lazım olmuşdur. Digər tərəfdən ruslarla görüşdüyünü İran xüsusi xidmət orqanlarına bildirmişdir, həmin orqan da ruslarla əlaqəni kəsməməsini, ruslarla apardığı müzakirələri bildirməsini tapşırmışlar. Sonuncu görüşdə Kərimdən vaxt istədiyi üçün daha sonra ruslarla əlaqəyə çıxa bilməmişdir. Bunlardan başqa, “iarex.ru” adlı internet səhifəsi də mövcud olmuşdur, həmin səhifədə Azərbaycanla bağlı yazılar getmişdir. Həmin səhifədə gedən əksər məqalələri İsmayılın böyük oğlu Fərid yazmışdır. Fəriddən başqa İsmayılın Fuad adlı da oğlu olmuşdur. Fərid yazdığı məqalələri “Talışınki” təxəllüsü və imzası ilə paylaşmışdır. Sözügedən “iarex.ru” saytında onun Azərbaycanda yaşayan talışlarla bağlı məqalələri dərc olunmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən seçkilərdə kifayət qədər səs toplamadığı üçün seçkidən kənarda qalmağı ilə bağlı da “iarex.ru”-da məqaləsi dərc olunmuşdur. Həmin səhifədən başqa “regnum” və “realist” və sair kimi internet səhifələrində də eyni mövzularda məqalələri dərc olunmuşdur. Bunlardan əlavə, Azərbaycanda iqtisadi vəziyyətinin təhlili ilə bağlı saytların birində məqaləsi dərc olunmuşdur. Dərc olunan məqalələrinin bəziləri “Zahirəddin” adı ilə dərc olunmuşdur. Onun müxtəlif səhifələrdə dərc olunan məqalələrinin əsas mövzusunu İsmayıl seçirmiş. İsmayıl həmin məqalələrdə daha çox Azərbaycanda gedən siyasi proseslərə toxunmağını tapşırmışdır. “Şəvnışt” və “Tolişi Xəbon” qəzetlərində də yazıları dərc olunmuşdur. “Tolişi Xəbon” qəzetinin rəhbəri Sergey Hüseynov olmuşdur. Onun “Tolişi Xəbon” qəzetinin ilk nömrəsində də onun yazısı dərc olunmuşdur. Rusiya xüsusi xidmət orqanları İran xüsusi xidmət orqanlarından fərqli olaraq daha çox Talış-Muğan Respublikasının yaradılması ilə maraqlanmışdırlar. Ölkədə olan digər siyasi-iqtisadi sahələrə daha az maraq göstərmişdirlər. İran xüsusi xidmət orqanı əməkdaşları isə ölkədə hər bir sahəyə maraq göstərmişdirlər. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz ifadələrindən başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətləri törətməkdə təqsiri onun öz etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla bir daha öz təsdiqini tapır: - Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda keçirilmiş baxış zamanı götürülmüş “Samsung” və “Redmi” markalı mobil telefonlara və “Noutbuk”a baxış keçirilməsi zamanı “Galaxy A02s” telefonun “**********37056” və “**********37056” saylı “İMEİ” ünvanları mövcuddur. Seriya nömrəsi “R9YR9080ESJ”-dir. Mobil telefonda iş üçün əhəmiyyət kəsb edən “Şiri” adlı kontakt– “+**********03” və “İsi” adlı kontakt- “+**********0” aşkar edilmişdir. Mobil telefonda “Vatsap” və “Telegram” ani mesajlaşma proqramları quraşdırılmışdır. “Telegram” proqramı tətbiqində “+**********04” mobil nömrəsi quraşdırılması müəyyən edilmişdir. -“Redmi 9A” markalı qara rəngli mobil telefonun “**********54527” və “**********54535” saylı “İMEİ” ünvanları mövcuddur. Model nömrəsi “M2006C3LG”-dir. Mobil telefonda “Vatsap” və “Telegram” ani mesajlaşma proqramları quraşdırılması və həmin telefonun yaddaşında Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazmaların fotoşəkilləri və qərar şəkilləri və “Elektron ünvan 4” tərəfindən göndərilmiş mail aşkar edilmişdir. -“HP” markalı “Noutbuk”a baxış keçirilən zaman isə “********.docx”, “http.docx”, “Lənkəranda 73 saylı DSK sədri Kərim Heydərov saxtakarlıq etdiyini boynuna alır” adlı və “4_**********4********.doc” faylları aşkar edilmişdir. -Təqsirləndirilən şəxs həmin fotoşəkillər barədə dindirilmiş və ifadəsində göstərmişdir ki, göstərilən “Şiri” adlı kontakt İran xüsusi xidmət orqanının (Ettelaat) əməkdaşı olan Şəhriyarın mobil nömrəsi olmuş, həmin mobil nömrə vasitəsilə topladığı məlumatları vermiş, “İsi” adlı kontakt isə Rusiya xüsusi xidmət orqanının əməkdaşı Kərim Rəhimoviç tərəfindən məxfi əməkdaşlığa cəlb olunmağında vasitəçilik etmiş Rusiya Federasiyası vətəndaşı İsmayıl Şabanova məxsus olmuşdur. -Əl yazmalar olan şəkilləri isə özü telefonla çəkmiş, həmin yazıları da özü yazmış, İran xüsusi xidmət orqanlarının nümayəndələri onlara verdiyi məlumatlar qarşılığında pul vermiş pulu qəbul etdiyi zaman şəkillərdə olan formada yazılı qəbz təqdim etmiş, qəbzi öz adı ilə deyil ona İran xüsusi xidmət orqanı əməkdaşları tərəfindən verilmiş “Babək” təxəllüsü ilə qeyd etmiş, həmin imzaları da özü çəkmiş, lakin qeyd olunan imzalar əsl imzaları olmamışdır. Digər sənədlər isə Dövlətə Xəyanət cinayəti törətməyə görə məhkum edilmiş Novruzəli Məmmədov və digərlərinə məxsus həmin cinayət işi üzrə tərtib olunmuş qərarı Lənkəranda olarkən əldə edib İran xüsusi xidmət orqanı nümayəndələrinə təqdim etmiş, həmin qərar cinayət işinin materiallarında olmuş və ya internet resurslarından əldə etmişdir. Qeyd olunan mail Kərim Rəhimoviçə məxsus olmuşdur. -Aşkar olunmuş yazı mətnləri ilə bağlı həmin məlumatları internetdən əldə edib, təhlil edərək tərtib etmiş və İran xüsusi xidmət orqanlarına Azərbaycan və fars dillərində təqdim etmiş, Azərbaycan dilində olan məlumatları “google translate” vasitəsilə fars dilinə çevirdiyini göstərmişdir. -Qeyd olunan yazışmaların bəziləri fars dilində aparıldığından müvafiq olaraq tərcüməçi təyin olunmuş, iş üçün əhəmiyyətli olan mətnlər Azərbaycan dilinə tərcümə olunduğu zaman, İran Xüsusi Xidmət orqanları ilə fars dilində aparılan yazışma zamanı Təqsirləndirilən şəxs məlumat ötürməsi bir daha təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan, Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı mübarizə baş idarəsindən xx.xx.2022-ci il tarixli, 9-3316 saylı məktubla daxil olmuş arayışdan görünür ki, Azərbaycanın ərazi bötüvlüyünün parçalanması, konstitusiya qurluşunun dəyişdirilməsi istiqamətində pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görəxx.xx.1975-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə talış, işsiz Təqsirləndirilən şəxs yoxlanılmış, Təqsirləndirilən şəxs ətrafda və sosial şəbəkələrdə talış separatçılığını təbliğ etmiş, qondarma “Talışıstan” ideyaları ətrafında birləşməyə, guya haqqı tapdalanmış talış xalqının hüquqlarının bərpası yolunda etiraz aksiyaları keçirməyə dair çağırışlar etmişdir. O, 2006-cı ildə Lənkəranda “Talış Hizbullahı” adlı partiya yaratmaq və fəaliyyəti qadağan olunmuş “Azərbaycan Talış Xalq Bərabərliyi” adlı partiyanın yenidən bərpa edilməsinə cəhd etmişdir. Təqsirləndirilən şəxs İİR-ə mütəmadi səfərlər edərək həmin ölkənin xüsusi xidmət orqanı olan “Ettelaat”ın Həştpər strukturunun əməkdaşı Cəngiz Şəkuri, İİR XXO ilə əlaqədə şübhəli bilinən Ərdəbil şəhərinin imam cüməsi X28, sonuncunun qardaşı X19 Elmləri Mərkəzinin müəllimi Haşim Mosuli, İİR-də çap olunan “Talesh” qəzetinin baş redaktoru Shahram Azmoode, həmçinin barəsində DTX İstintaq baş idarəsi tərəfindən axtarış elan olunmuş Əli Abdoli ilə görüşlər keçirmiş, sonunculardan ölkəmizin ərazi bütövlüyünün parçalanmasına və suverenliyinə qarşı tapşırıqlar almışdır. Eyni zamanda, keçirilmiş axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İİR XXOnun əməkdaşları “Davud”, “Məhəmməd”, “Seyyed”, “Şəhriyar” və “Alirza” adlı şəxslərlə əlaqə saxlayaraq sonunculardan ölkəmizin dövlət təhlükəsizliyinə təhdid xarakter daşıyan informasiyalar toplanılması istiqamətində tapşırıqlar almış və qeyd olunan tapşırıqları maddi maraq müqabilində icra edərək qarşı tərəfə ötürmüşdür. İbtidai istintaq orqanı tərəfindən, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi “Vicco” markalı yaddaş qurğusuna baxış keçirilməsi zamanı yaddaşında xüsusi “encode-decode” funksiyasına malik proqram təminatı və Qeyd olunan yaddaş qurğusunun “root” adlı bölməsinin içərisində “madahi” adlı qovluqda 29 ədəd “mp3” formatında tərtib edilmiş audio fayllar və “0” adlı qovluq aşkar edilmişdir. İbtidai istintaq orqanı tərəfindən, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, həmin yaddaş qurğusunu İran xüsusi xidmət orqanının əməkdaşı Şəhriyar adlı əməkdaşı ilə görüşdüyü zaman ona təqdim etmiş və onun istifadə edilməsi qaydası barədə təlimatlandırmış, əldə etdiyi məlumatları həmin proqram vasitəsilə şəkil video və audio formatına olan fayllara əlavə edərək istifadəsində olan mail vasitəsilə İran xüsusi xidmət orqanına təqdim etmişdir. Cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs sərhədkeçmə haqqında məlumatlarından görünür ki, o, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2004-xx.xx.2004, xx.xx.2004-xx.xx.2004, xx.xx.2004-xx.xx.2004, xx.xx.2004-xx.xx.2004, xx.xx.2004xx.xx.2004, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2006-xx.xx.2006, xx.xx.2006-xx.xx.2006, xx.xx.2006xx.xx.2006, xx.xx.2006-xx.xx.2006, xx.xx.2007-xx.xx.2007, xx.xx.2007-xx.xx.2007, xx.xx.2007-xx.xx.2007, xx.xx.2008-xx.xx.2008, xx.xx.2008-xx.xx.2008, xx.xx.2008xx.xx.2008, xx.xx.2008-xx.xx.2008, xx.xx.2008-xx.xx.2008, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009xx.xx.2009, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2012-xx.xx.2012, xx.xx.2012xx.xx.2012, xx.xx.2012-xx.xx.2012, xx.xx.2012-xx.xx.2012, xx.xx.2012-xx.xx.2012, xx.xx.2012-xx.xx.2012, xx.xx.2013-xx.xx.2013, xx.xx.2013-xx.xx.2013, xx.xx.2013xx.xx.2013, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2015xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində İran İslam Respublikasında xx.xx.2003, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-.xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018 tarixlərində isə Rusiya Federasiyasında səfərdə olmuşdur. Həmin səfərlərin məqsədi Xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşmək olmuşdur. Cinayət işinin materiallarında olan, xx.xx.2023-cü il tarixli 3-39-9/1-906/23 saylı məktubla "xxxx" MMC-dən daxil olmuş “CD” diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** və ***-***-**-** mobil nömrələri Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Mütəmadi olaraq İran Xüsusi Xidmət orqanı əməkdaşlarının istifadəsində olan “+**********04” mobil nömrəsi ilə mütəmadi zəng və “SMS” əlaqəsi saxlamışdır. Cinayət işinin materiallarında olan, xx.xx.2023-cü il tarixli 3-39-9/1-1983/23 saylı məktubla DTX İstintaq baş idarəsinə daxil olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/991- 5/821 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun yaddaşında aşkar edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli kağız parçalarının fotoşəkillərində əks olunan yazılar və həmin yazılardan aşağıdakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan, xx.xx.2023-cü il tarixli 3-39-9/1-2025/23 saylı məktubla DTX İstintaq baş idarəsinə daxil olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1505 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 11 noyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 12 noyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Bakı Şəhər Səbail Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, istintaq orqanı tərəfindən 06 mart 2023-cü il tarixli qərarla cinayət işi üzrə ibtidai istintaq müddəti 11 iyul 2023-cü il tarixədək, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 11 iyul 2023-cü ilədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xasiyyətləndirilimişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində göstərilən cinayəti törətmədiyi barədə ifadələri, onun ibtidai istintaqda ətraflı ifadələri ilə yanaşı onlarla uzlaşmış ekspertiza rəyləri və əldə olunmuş digər mötəbər sübutlar ilə tam təsdiq olunur. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri və digər əldə olunan sübutların məcmusunu hökmün əsası kimi qəbul edir, onun məhkəmədə verdiyi ifadələrini rədd edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu, cinayət işinin başlanmasına əsas verən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqandan daxil olmuş ilkin materiallar, sərhəd keçmə barədə tələbnamə, təqsirləndirilən şəxsin törədiyi cinayət əməllərini özünün etirafedici ifadələri, baxış protokolları, məhkəmə-psixiatrik (ambulator), məhkəməxətşünaslıq ekspertizasının rəyləri, əməliyyat orqanından daxil olmuş məktublar, istintaq hərəkəti protokolları, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti dini fanatizm və tamah məqsədi ilə törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs məxsus “Samsung” və “Redmi” markalı mobil telefonlar, “HP” markalı “Noutbuk” və “Vicco” markalı yaddaş qurğusu maddi sübutların saxlanması otağında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərinə görə 110 (yüz on) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs məxsus “Samsung” və “Redmi” markalı mobil telefonlar, “HP” markalı “Noutbuk” və “Vicco” markalı yaddaş qurğusu maddi sübutların saxlanması otağında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərinə görə 110 (yüz on) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X20 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar