Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-571/2024 05.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci ildə Lənkəran şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/9, mənzil 21-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan qədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə Lənkəran şəhəri, “Kiçik-bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən 01(bir) ədəd bükümdə təmiz çəkisi- 2,419 qram olmaqla külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 01 mart 2024-cü il tarixdə saat 19:50-də Lənkəran şəhəri, Z.Əliyeva küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə psixotrop maddə metamfetamin sellafon kəsiyi bükümdə əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu 01 mart 2024-cü il tarixdə polis əməkdaşları öz evində zirzəmidə olarkən saxlamışlar. Saxlanılarkən yanında X1 olub, onlar həmin vaxt “kokos” növündə narkotik vasitə istifadə edirmişlər. Onların hər ikisi narkotik vasitə istifadəçisi olmuşdur. O, narkotik vasitənin heroin növündən istifadə etmiş, metamfetamin istifadə etməmişdir. Saxlanıldıqdan sonra onları şöbəyə aparmışlar. Şöbədə olarkən qarşısına yarım kiloqram narkotik vasitə qoyub üzərinə götürməyini, əgər götürməzsə, evindən narkotik çıxaracaqlarını bildirmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həbsdə olduğu vaxt narkotik vasitə istifadə etməmiş, həbsdən çıxdıqdan sonra ağrıları olduğu üçün istifadə etməyə başlamışdır. Saxlanıldığı gün üzərində narkotik vasitə olmamışdır, dostu Rafiq Kələntərli 10 manat, özü isə 5 manat dəyərində narkotik vasitəni şəxsi istifadə üçün almışlar. Zirzəmidə həmin narkotik vasitəni qəbul edərkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şöbədə müdafiəçi ilə təmin olunmuşdur, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ibtidai istintaq zamanı təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb, Lənkəran şəhəri Kiçik Bazar ərazisində gəzmişdir. Bu zaman əvvəllərdə bir-iki dəfə psixotrop maddə metamfetamin aldığı tanımadığı şəxsi görüb ona yaxınlaşaraq ona istifadəsi üçün metamfetamin satmasını istəmişdir. Həmin şəxs onu bir qədər kənara çəkib özündə “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu və bir bükümdə təxminən 2 qramdan çox miqdarda olmaqla 30 manata satdığını bildirmişdir. O da həmin şəxslə razılaşıb, 30 manat verib ondan bir büküm metamfetamini alıb həmin şəxsin yanından uzaqlaşmışdır. Həmin bükümü istifadəm üçün şalvarının sol cibinə qoymuşdur. Həmin tarixdə saat 19:50 radələrində aldığı metamfetamin bükümündən istifadə edərək Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə tək piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvə etmişlər, şöbədə videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı bir büküm 2,48 qram metamfetamin, sağ yan cibindən “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, hansısa qanunsuzluq edilməmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs A.Nəzərlinin yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, İş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenentı Şahid2 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə CAB-ın əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumat barədə şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün axşam saat 8 radələrində Təqsirləndirilən şəxs Zərifə Əliyeva küçəsində saxlanılmışdır. Narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olduğuna görə şəxs polis şöbəsinə aparılmışdır. Şöbədə olarkən videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı metamfetaminə bənzər kütlə aşkarlanmış, şəxs bildirmişdir ki, həmin kütləni tanımadığı şəxsdən 30 manat müqabilində əldə etmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsi Zərifə Əliyeva küçəsində saxlamışlar, şəxs saxlanılan zaman tək olmuşdur, onun ifadəsində qeyd etdiyi saxlanılan zaman yanında Rafiq Kələntərov adında dostunun olması kimi hal olmamışdır. Şəxsi saxlayarkən üzərində axtarış aparılmamış polis şöbəsinə gətirildikdən sonra baxış keçirilmişdir. O, şöbədə müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən zor tətbiq edilməmiş və digər polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına şahid olmamışdır. Əməliyyatda Əlvan adlı polis əməkdaşı iştirak etməmişdir. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşur. Məlumat barədə şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 8 radələrində Təqsirləndirilən şəxs Zərifə Əliyeva küçəsində onlar tərəfindən saxlanılmışdır. Narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olduğuna görə şəxs polis şöbəsinə aparılmış. Şöbədə olarkən videoçəkiliş vasitəsilə metamfetaminə bənzər kütləni şəxs özü təqdim etmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yolda olarkən saxlamışlar, həmin vaxt o, tək olmuşdur, yanında Rafiq kələntərov adlı dostu olmamışdır. Belə şəxs haqqında məlumatı yoxdur. X2 adlı polis əməkdaşı iştirak etməmişdir. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməmişdir, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan: - «Şübhəli şəxsin tutulması haqqında» 01 mart 2024-cü il tarixli, 2-61 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.19) - «Şəxsi axtarış keçirilməsi haqqında» 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən şəffaf sellafonda olan bir ədəd içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi kağız parçası və sağ yan cibində olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür ( i.v.36-37) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 03 mart 2024-cü il tarixli, 217/2 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 58-59) - Lənkəran Rayon Məhkəməsinin 03 mart 2024-cü il tarixli, 4(049)-50/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.74-78) - Məhkəmə-tibbi ekspertizasının 01 mart 2024-cü il tarixli, 236 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.81-82) - Məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2024-cü il tarixli 19/203 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 2,419 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. (i.v.52) - Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2024-cü il tarixli, 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v.79) - Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının təqdim etdiyi 02 iyun 2024-cü il tarixli, 2019 nömrəli məktubdan görünür ki, Rüstəmov X5 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (i.v.114) - «Mobil telefona baxış keçirilməsi haqqında» 10 mart 2024-cü il tarixli, 4-32 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefona baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən məlumat aşkar edilməmişdir.( i.v. 84) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 20 may 2024-cü il tarixli, 217/5 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə təmiz çəkisi 2,419 qram olan psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmə aparma istintaq hərəkətlərini əks etdirən 1(bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmişdir.(110-111) - «Sübutların qiymətləndirilməsi haqqında» 07 iyun 2024-cü il tarixli, 218/21 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdə, qalıq çəkisi 2,369 qram olan psixotrop maddə metamfetamin, həmçinin şəxsi axtarış və götürmə aparma istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd DVD diskin maddi sübut qismində tanınması nəzərə alınmışdır ( i.v.118-122). Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmişlər. Bununla bərabər, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 20 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, gün ərzində 2 dəfə olmaqla, hər gün 0.5 qram psixotrop maddə metamfetamindən zərdə tüstüsü vurmaq yolu ilə istifadə edir, metamfetamini Lənkəranda kiçik bazar adlanan yerdə tanımadığı şəxsdən 20 manata almışdır, polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki təzyiq edilməmişdir. (i.v. 75) Həmçinin, məhkəmə-tibbi ekspertizasının 01 mart 2024-cü il tarixli, 236 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.81-82) Bundan əlavə, Təqsirləndirilən şəxs metamfetamindən ümumiyyətlə istifadə etməməsi ilə bağlı məhkəmədə irəli sürdüyü dəlilə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, əvvəla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman metamfetamindən istifadə qaydasını detallı danışmış, (gün ərzində 2 dəfə olmaqla, hər gün 0.5 qram psixotrop maddə metamfetamindən zərdə tüstüsü vurmaq yolu ilə), həmçinin, işdə olan məhkəmə-narkoloji ekspertizasının 04 mart 2024-cü il tarixli, 221 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair, protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, məhz həmin ifadələri iş materialları ilə uzlaşan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini isə iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər sübut hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, “şəxsi axtarış aparılması haqqında” protokol və ona əlavə edilmiş DVD disk, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 15 aprel 2024-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 25 oktyabr 2021-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən ARCM-in 234.1-ci maddəsinə əsasən 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 ferval 2022-ci il tarixdə Bakı şəhər, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin Aministiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 6 ay azaldılmış, 30 iyun 2022-ci il tarixdə Bakı şəhər, Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 25 gün vaxtında əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. (i.v.106-109) - Lənkəran ŞİHB-nin İƏDN-dən verilmiş 05 iyun 2024-cü il tarixli, 12-16\1377 saylı arayış və xasiyyətnamədən görününr ki, Təqsirləndirilən şəxs xx xxxx 1968-ci il tarixdə ünvan 1 ünvanında tək yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, hərbi mükəlləfiyyətli, orta təhsilli, bitərəf, milliyətcə azərbaycanlı olan Azərbaycan Respublikası vətəndaşıdır. Yaşadığı ərazi üzrə mənfi xarakterizə edilmişdir.(i.v. 116-117) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran haldır. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu və həbsdə saxlanıldığı müdət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, 01(bir) ədəd bükümdə ümumi təmiz çəkisi 2,419 qram olan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2.369 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minəndək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, qalıq çəkisi 2,369 qram təşkil edən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-571/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-571/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver