Məhkəmə qərarları › İş №1(099)-571/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-571/2025

23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-571/2025 23.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Katib, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1992-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 38-də qeydiyyatda olmaqla, Ş.Axundov küçəsi, ev 47 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 01 avqust 2025-ci il tarixinədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri xüsusilə külli miqdarda 87930 (87 kq, 930 q) qurudulmuş marixuana narkotik vasitəsini ümumilikdə yüz əlli dörd ədəd bağlamanın içərisində qablaşdırıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bibər yükünün arasında yerləşdirib idarə etdiyi “DAF” markalı, **RS*** dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinə yüklətmiş, o isə qeyd edilən narkotik vasitəni 30 iyul 2025-ci il tarixdə İran İslam Respublikasında qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə qəsdən əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına aparması üçün idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 01 avqust 2025-ci il tarixdə, saat 05 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd edilən narkotik vasitə həmin gün saat 19 radələrində gömrük yoxlaması zamanı aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona həmin maddələrlə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, məhkəmə təqsirləndirilən şəxsin, ittiham üzrə şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verərək, belə nəticəyə gəlir ki, ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iki ildir fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olur, beynəlxalq yük daşımalarını həyata keçirmişdir. İdarə etdiyi “DAF” markalı, **RS***/**YF*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşayiət edən “109871” saylı CMR-ə və xx.xx.2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən “bibər” yükü apararkən 2025-ci il tarixdə, saat 05 radələrində Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, həmin vaxt xətdə nəqliyyat vasitələri çox olduğu üçün on saatdan artıq müddətdə növbənin ona çatmasını gözləmiş, saat 19 radələrində növbə onun idarə etdiyi nəqliyyat vasitəsinə çatmışdır. Həmin vaxt orada xidmət aparan gömrük işçisinin şifahi suallarına cavab olaraq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını demiş, daha sonra idarə etdiyi yük nəqliyyat vasitəsi postun inzibati ərazisində yerləşən rentgen qurğusundan keçirilmiş, bundan sonra gömrük əməkdaşı ona nəqliyyat vasitəsinə gömrük yoxlamasının tətbiq ediləcəyini demiş, nəqliyyat vasitəsi yoxlama qrupuna göndərilmiş, daha sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı yük avtomobilinin qoşqusunda ümumilikdə iyirmi iki paletdə olan “bibər” yükü yerə boşaldılmış, həmin yükə xidməti it tətbiq edilmiş və kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış iki ədəd paletə reaksiya verdiyi üçün sözügedən paletlərə gömrük işçisi tərəfindən əsaslı gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı iki ədəd paletdə bibərlərin yerləşdirildiyi yeşiklərin içəri alt hissəsindən hər paletdə yetmiş yeddi ədəd olmaqla, ümumilikdə yüz əlli dörd ədəd üzərləri bibər yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilmiş göy rəngli şəffaf sellofana bükülmüş, dördbucaqlı formalı bağlama aşkar edilmiş, daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və yüz əlli dörd ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 87 kq 930 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Bundan sonra üzərində şəxsi yoxlama aparılmış, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmiş, yoxlamalar tam başa çatdıqdan sonra yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş ümumilikdə yüz əlli dörd ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 87 kq 930 qram təşkil edən narkotik vasitə marixuanaya oxşar maddə onun və hal şahidlərinin iştirakı ilə götürülmüş, araşdırma ilə əlaqədar qablaşdırılmış, bu barədə sənədlər tərtib edilmiş, özü də sənədlərlə tanış olub onları imzalamışdır. İdarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş maddələr barədə məlumatı olmamış, baş vermiş hadisədən on yeddi-on səkkiz gün öncə Rusiya Federasiyasına yük aparmaq məqsədi ilə İrana getmiş, təxminən on beş-on altı gün yük axtarsa da, tapmamış, bundan sonra əvvəlcədən tanıdığı Azərbaycan Respublikasının vətəndaşı Elmar adlı şəxs ona Nəvid adlı İran İslam Respublikasının vətəndaşının nömrəsini verərək onunla əlaqə saxlamağını bildirmişdir. Nəvidlə təxminən 28 iyul 2025-ci il tarixdə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona hələ yükün olmadığını, olduğu təqdirdə xəbər edəcəyini demişdir. Təxminən 30 iyul 2025-ci il tarixdə Nəvid onunla əlaqə saxlayaraq Rusiyaya aparılası bibər yükünün olduğunu demiş, özü də Nəvidlə danışmış, bu işin müqabilində 290.000 rus rublu verəcəyini demiş, razılaşmış, bundan sonra Nəvid ona yolu izah etmiş, daha sonra Pəyanə şəhərində yol polisi postunu keçdikdən sonra təxminən 100 metr irəlidə anbara getmiş, həmin anbarda Nəvidin özü onu qarşılamışdır. Nəvid ortaboylu, bədən quruluşça orta çəkili, qarabuğdayı şəxs idi və anbara çatanda yüklə birlikdə orada olmuşdur. Maşının qoşqu hissəsini anbara tərəf vermiş, yük idarə etdiyi nəqliyyat vasitəsinə fəhlələr tərəfindən yüklənmiş, həmin vaxt özü də orada olmuş, yük nəqliyyat vasitəsinə vurulan zaman istifadəsində olan mobil telefonla çəkiliş etmiş, yükün içərəsində narkotik vasitə olması barədə məlumatı olmamış, yük sahibini şəxsən tanımamış, sadəcə əlaqə nömrəsini +**********46 bilmiş, həmin şəxsin əlaqə nömrəsini Nəvid ona vermiş, səsindən həmin şəxsi Azərbaycan vətəndaşına oxşatmışdır. Belə ki, həmin şəxslə mobil telefonda “WhatsApp” vasitəsilə danışmış, danışdığı şəxs ona adını söyləməmişdir. Elmar adlı şəxs Lənkəranda yaşamış, onun kimi sürücü işləmiş, Nəvidi isə əvvəllər tanımamış, sonuncu dəfə yük gətirən zaman Elmarın vasitəsilə tanımışdır. Hər iki şəxslə danışıqları “WhatsApp” proqramında olmuş, Elmarın telefon nömrəsi +**********77, Nəvidin telefon nömrəsi isə +**********55-dir. Mal yüklənən zaman etdiyi çəkilişlərin birində Nəvidin üzü düşmüş, yükü təhvil verən zaman alıcı ilə malın keyfiyyəti və qorunub saxlanılması ilə bağlı yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaq üçün çəkilişlər etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bibər yükünün sonrakı aqibəti barədə məlumatı yoxdur. İrana cəmi altı-yeddi dəfə getmiş və ilk dəfədir ki, belə hadisə baş vermişdir. İdarə etdiyi yük avtomobilinin sahibi naxçıvanlı Əsxər və Hidayətdir. Bibərlər balaca qutuları yüklənmişdir. On altı ton bibər yükü vuracaqmış, nəqliyyat vasitəsi ağır olduğu üçün maksimum iyirmi bir ton vura bilərdi. Özünü ehtiyata almaq üçün yükləri videoya çəkmişdir. Bibərlərin yığıldığı qutuların ağzını açmaq səlahiyyəti olmamışdır. İrandan Moskva şəhərinə gedib-gəlməsi ay yarım vaxt çəkir. Azərbaycandan İrana gedibgəlməyə görə 200 (iki yüz) ABŞ dolları, Azərbaycandan Rusiyaya gedib-gəlməyə görə 600 (altı yüz) ABŞ dolları məbləğdə əmək haqqı yazılır, yemək xərcləri isə əlavədir. İranda qalmaq müddəti yükün tapılmağından asılıdır. Maşın sahibinə hər reysə görə haqq ödəmişdir. Belə ki, maşının sahibi əvvəlcədən ona 1.000 (bir min) ABŞ dolları məbləğdə pul vermiş, o da sonra yükün pulunun hamısını maşının sahibinə vermişdir. Bütün xərclər həmin məbləğə daxil olmuşdur. Yükü İrandan Rusiyaya birbaşa çatdıranda Azərbaycanda maksimun bir gün qalırdı. Alıcının sadəcə nömrəsini ona vermişlər, sənədlərlə isə tanış etməmişlər. Adətən Rusiyadan da geriyə sifarişlər qəbul etmişdir. Narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. İbtidai istintaq zamanı hər hansı təzyiq və ya təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs son sözündə bu işdə heç bir günahı olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143.1 və 145.1-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, “Cənub-Astara” gömrük postunda xidməti vəzifəsi İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük yoxlamasını keçirməkdən ibarətdir. 01 avqust 2025-ci il tarixdə xidmətdə olduğu zaman, adını sonradan öyrəndiyi Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş, posta daxil olduqdan sonra yaxınlaşaraq onu idarə etdiyi yük avtomobilində və üzərində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərlə bağlı sorğu-sual etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində “bibər” yükü daşıdığını, həmin yükü İran İslam Respublikasından götürdüyünü və Azərbaycan Respublikasından tranzit qaydada keçməklə Rusiya Federasiyasına apardığını, bundan əlavə idarə etdiyi yük avtomobilində və üzərində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra sözügedən yük avtomobilini rentgen aparatında yoxlamaya göndərmiş, rentgen aparatında yoxlamadan keçdikdən sonra, öncədən Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sözügedən yük avtomobili yoxlama qrupuna yönləndirilmiş, burada avtomobilin yük yerində daşınan iyirmi iki ədəd paletdə “bibər” yükü yerə boşaldılmış, boşaldılmış yüklərə həmin gün onunla birlikdə xidmətdə olan Şahid2 tərəfindən kinoloji xidməti it tətbiq edilməklə baxış keçirilmiş, xidməti it iki ədəd paletdə daşınan “bibər” yükünə reaksiya vermiş, buna görə də, həmin paletlərdə daşınan yükləri ətraflı şəkildə yoxlamaq qərarına gəlmiş, bu məqsədlə iki nəfər hal şahidi dəvət etmiş, onların, Şahid2 və yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etdiyi yük avtomobilindən boşaldılmış yükləri yoxlamağa başlamışdır. Yoxlama zamanı iki ədəd paletdə, hər birində yetmiş yeddi ədəd olmaqla, cəmi yüz əlli dörd ədəd üzəri bibər yükü ilə örtülü bağlamanın içərisindən qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 87 kiloqram 930 qram təşkil edən marixuana narkotik vasitəsinə bənzər maddəni aşkar etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirilməsi üçün nəzərdə tutulmuş otağa aparmışdır. Şəxsi yoxlama otağında bir daha verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərində gömrük orqanına bəyan və ya təqdim edilməmiş, gömrük nəzarətindən gizlədilmiş, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış heç bir predmetin olmadığını demişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirmiş, lakin onun üzərindən gömrük orqanına bəyan və ya təqdim edilməmiş, gömrük nəzarətindən gizlədilmiş, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış heç bir predmet aşkar etməmiş, bundan sonra müvafiq protokollar tərtib edərək yük avtomobilindən aşkar olunmuş marixuana narkotik vasitəsinə oxşar maddəni götürmüş və tərtib olunan protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, kinoloji xidməti itin reaksiya verməsi itin özündən, kineloqdan və qablaşdırmadan çox asılıdır. İçərisində narkotik vasitə olan paletlərdən biri nəqliyyat vasitəsinin yük yerində ön sırada idi. Vizual olaraq gizlədilmiş yükü tapmaq mümün deyildi. Əməliyyat məlumatı yük maşınının yoxlanılması ilə bağlı olmuşdur. Bildiyi qədər sürücünün mal yüklənərkən açdırmaq səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs əvvəllər görməmişdir. Yük maşınından narkotik vasitə aşkar olunanda təqsirləndirilən şəxs təəccüblənmişdir və öz təcrübəsinə əsasən deyə bilər ki, sürücünün davranışından onun həqiqətən də idarə etdiyi nəqliyyat vasitəsində olan yükün içərisində narkotik vasitə olmasından xəbəri olmamışdır. İran gömrüyündə yoxlanış bəzən olur, bəzən isə olmur. Son vaxtlar bu kimi hallardan sonra artıq İran gömrüyü də yoxlamalar keçirirlər. Kinoloji xidməti itin yük avtomobillərinə reaksiya verdiyi, lakin narkotik vasitə aşkar edilmədiyi hallar da olub və bu onun toxunuşu ilə bağlı ola bilər. Adətən xidməti itin reaksiya verdiyi yeri yoxlayırlar. Sənədlərdə də şübhəli məqamlar ola bilər, şirkət olur ki, adətən daşıdığı məhsuldan fərqli məhsul daşıyır və s. Hər yük maşını yoxlama qrupuna göndərilmir. Məlumatın tam dəqiqliyini əməliyyatçılar bilər. Gömrükd olan rentgen qurğusunun nəqliyyat vasitəsində olan narkotik vasitəni aşkar edə bilməməsinin səbəbi barədə heç bir fikiri yoxdur. Məhkəmədə qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, arabir Astara Gömrük İdarəsinin qarşısına gedib orada aparılan yükləməboşaltma işlərinə köməklik göstərməklə əldə etdiyi gəlir hesabına özünün və ailəsinin dolanışığını təmin edir. 01 avqust 2025-ci il tarixdə yükləmə-boşaltma işlərinə köməklik etmək məqsədilə Astara Gömrük İdarəsinin qarşısında dayanıb gözlədiyi zaman, bir nəfər şəxs ona və onun kimi orada fəhləlik edən Şahid4 yaxınlaşıb xidməti vəsiqəsini təqdim edərək gömrük işçisi olduğunu, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedən yük avtomobilinə gömrük yoxlaması keçirəcəyini bildirmiş, onlardan həmin yoxlamada hal şahidi qismində iştirak edə bilib-bilməyəcəklərini soruşmuş, razılaşaraq həmin şəxslə birlikdə avtomobilin olduğu yerə yollanmışlar. Avtomobilin yanında olduqları zaman gömrük işçisi onlara, adını sonradan öyrəndikləri Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs, həmçinin “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsini təqdim etmiş, həmçinin onları həmin nəqliyyat vasitəsinin sürücüsünə təqdim etmiş, onlara hüquq və vəzifələrini izah etmiş, daha sonra isə yük avtomobilini yoxlamağa başlamış, bu zaman avtomobilin yük yerində daşınan bibər yüklü iki ədəd paletdə, hər birində yetmiş yeddi ədəd olmaqla, cəmi yüz əlli dörd ədəd üzəri bibər yükü ilə örtülü bağlamanın içərisindən qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 87 kiloqram 930 qram təşkil edən marixuana narkotik vasitəsinə bənzər maddə aşkar edildiyini görmüşdür. Daha sonra gömrük işçisi tərəfindən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi yoxlamada hal şahidi qismində iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi yoxlama zamanı üzərindən qanunsuz heç bir predmet aşkar edilməmiş, bundan sonra gömrük işçisi müəyyən sənədlər tərtib edərək bibər yükünün içərisindən aşkar olunmuş marixuana narkotik vasitəsinə bənzər maddəni götürmüş, özü də tərtib olunan protokolları oxuyub imzalamışdır. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hazırki cinayət işi üzrə yük nəqliyyat vasitəsindən narkotik vasitə aşkar olunanda sürücü Təqsirləndirilən şəxs bundan xəbərsizi olduğunu hiss etmişdir. Beləliklə, həm ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıdakı ilkin araşdırma materiallarından, yəni; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, hazırki cinayət işi üzrə toplanmış fakt əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4- 1-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01, 62). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə, saat 05 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postuna daxil olmuş, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında qeydiyyatda olan “Avesta İç ve Dış Ticaret Limited Şirketi”nin sifarişi əsasında X4 adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına “bibər” yükü aparan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinə “Lolo” ləqəbli kinoloji xidmət itindən istifadə etməklə həmin gün saat 19 radələrində keçirilmiş gömrük baxışı zamanı, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qoşqudakı iki ədəd paletdə, hər birində yetmiş yeddi ədəd olmaqla cəmi yüz əlli dörd ədəd üzərləri bibər yükü ilə örtülü bağlamanın içərisindən ümumilikdə təqribi çəkisi 87 kq 930 qram açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək, araşdırma ilə əlaqədar qablaşdırılmaqla möhürlənib götürülmüşdür (cild 01, i.v. 03-04). Astara Gömrük İdarəsinin “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokolu, “invoice”, qaimə surətləri və raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, “**RS***/**YF***” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən 109871 saylı CMR və xx.xx.2025-ci il tarixli, 01 nömrəli İnvoysa əsasən “bibər” yükü apararkən, xx.xx.2025-ci il tarixdə, saat 05 radələrində Astara Gömrük İdarəsi “Cənub-Astara” gömrük postunun ərazisində yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Verilmiş suallara cavab olaraq o, üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından həmin yük olan nəqliyyat vasitəsi “Cənub-Astara” gömrük postunun inzibati ərazisində yerləşən “mobil” tipli rentgen qurğusundan keçirilmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçirildikdən sonra daxil olmuş əməliyyat məlumatlarına əsasən sözügedən yük nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Növbəlilik prinsipi əsasında həmin nəqliyyat vasitəsindəki yükə xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı “Daf” markalı, “**RS***/**YF***” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə iyirmi iki ədəd paletdə olan “bibər” yükü yerə boşaldılmış və həmin yükə “Lolo” ləqəbli kinoloji xidməti it tədbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış iki ədəd paletə reaksiya vermiş, həmin qutulara iştirakı ilə gömrük yoxlaması tətbiq edilmiş və nəticədə iki ədəd paletdə bibərlərin yerləşdirildiyi yeşiklərin içəri alt hissəsindən hər paletdə yetmiş yeddi ədəd olmaqla ümumilikdə yüz əlli dörd ədəd üzərləri bibər yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilmiş göy rəngli və şəffaf sellofana bükülmüş, dördbucaqlı formalı bağlamalar aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkildikdə yüz əlli dörd ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 87930 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar olunaraq götürülmüş və bu barədə protokola əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 10-17; 20). BB****** və BB****** nömrəli şəhadətnamənin surətlərindən görünür ki, “Daf” markalı, “**RS***/**YF***” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi X5 mülkiyyətindədir (cild 01, i.v. 18). Astara Gömrük İdarəsinin “şəxsi yoxlama aparılması haqqında” 01-xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz predmet aşkar edilməmişdir (cild 01, i.v. 22-23). Astara Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumuna məlumat verilmişdir (cild 01, i.v. 30; 39). Astara Gömrük İdarəsinin “şəxsi əşyaların götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar, 100 (bir yüz) ABŞ dolları, 22 (iyirmi iki) manat 60 (altmış) qəpik, 100 (bir yüz) Özbək somu, 5 (beş) Rus rublu, içərisində sürücüyə məxsus bank və benzin kartları, BD****** seriyalı sürücülük vəsiqəsi olan bir ədəd qara rəngli portmanat, ona məxsus ********** nömrəli vergi şəhadətnaməsi, ******* nömrəli hərbi bilet götürülmüşdür (cild 01, i.v. 53). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1030 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, təqdim edilmiş yüz əlli dörd ədəd bağlamada ümumi təmiz çəkisi 87930 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 87926,92 qram istintaq orqanına geri qaytarılmış və aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir (cild 01, i.v. 57-61). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, narkotik vasitə marixuananın ekspertiza tədqiqatından sonrakı 87926,92 qram qalıq çəkisi maddi sübut kimi tanınaraq, həmin idarənin maddi subutları saxlanc otağına təhvil verilmiş; “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi maddi sübut kimi tanınaraq həmin komitənin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş; sözügedən nəqliyyat vasitəsinə yüklənmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 14000 kq, dəyəri isə 23.380 (iyirmi üç min üç yüz səksən) ABŞ dolları təşkil edən “bibər” yükünün satışının həyat keçrilməsi və həmin satışdan əladə olunacaq pul vəsaitinin depozit hesaba köçürülməsi qərara alınmışdır (cild 01, i.v. 65-68). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci, “məlumat daşıyıcıya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” və “Redmi” markalı mobil telefonlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə CD disk protokola əlavə edilmişdir (cild 01, i.v. 97-98; cild 02, i.v. 169). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 99-101). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-598/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında təqdimat təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 01, i.v. 135; 230-237). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 136-138). Təqsirləndirilən şəxs imzaladığı xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Astara Gömrük İdarəsində ondan götürülmüş şəxsiyyət və sürücülük vəsiqələrini, vergi uçotu haqqında şəhadətnaməni, plastik kartları, müxtəlif ölkələrə məxsus pulları və kart qabını məsul şəxsdən təhvil almışdır (cild 01, i.v. 141). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “anket və sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 18 iyun 2012-ci il tarixdən 01 avqust 2025-ci il tarixədək dəfələrlə getdiyi istiqamətdən asılı olaraq “Samur”, “Biləsuvar”, “Astara” və “Xanoba” dövlət sərhəd buraxılış məntəqələrindən istifadə etməklə Rusiya Federasiyası və İran İslam Respublikası istiqamətlərində Azərbaycan Respublikasının dövlət sərhədindən giriş-çıxış etmiş, sonuncu dəfə 01 avqust 2025-ci il tarixdə idarə etdiyi “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir (cild 01, i.v. 177-181). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, maddi sübut qismində tanınmış “DAF” markalı, 2012-ci il buraxılışlı, XLRTE**********33 ban nömrəli, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, 2012-ci il buraxılışlı, WKESD**********01 şassi nömrəli, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinə baxış keçirilmiş və fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 193-196). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ Publik Hüquqi Şəxs “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanın psixiatrik kabinetində qeydiyyatda deyildir (cild 01, i.v. 203). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş məlumatlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 01, i.v. 291-295; 311). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, i.v. 297). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur (cild 01, i.v. 312). "xxxx" MMC-nin QXM G-33 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “DAF” markalı, 2012-ci il buraxılışlı, XLRTE**********133 ban nömrəli, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, 2012-ci il buraxılışlı, WKESD**********01 şassi nömrəli, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 60.000 (altmış min) manat təşkil edir (cild 02, i.v. 12-30). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 713-93-83 və 050 491-01-77 saylı mobil nömrələrə aid məlumatların əks olunduğu "xxxx" MMCdən daxil olmuş CD diskə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 02, i.v. 36-37; 66). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs aid "xxxx" ASC-yə məxsus **********784915 və **********598613 nömrəli bank hesabları barədə daxil olmuş məlumatlara baxış keçirlmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 02, i.v. 69-73, 79). Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Lənkəran Şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı, xasiyyətnaməsi və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır, himayəsində xx.xx.2016-ci il, xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı var və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 02, i.v. 75-76; 217-218). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “narkotik vasitədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddi miqdarında nümunənin götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, 87926,92 qram marixuana narkotik vasitəsindən 51700 qram çəkidə olan hissə xüsusilə külli miqdarın aşağı həddi olaraq müəyyən edilməklə, həmin idarənin maddi sübutların saxlanc otağında saxlanca təhvil verilmiş və bu barədə DVD disk protokola əlavə edilmişdir (cild 02, i.v. 80-81). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-926/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə vəsatət və təqdimat rədd edilmişdir (cild 02, i.v. 85-87). “Azərterminalkompleks” Birliyinin xx.xx.2025-ci il tarixli məktubu və 01/25 nömrəli protokolun surətindən görünür ki, netto çəkisi 14000 kq, dəyəri isə 23.380 (iyirmi üç min üç yüz səksən) ABŞ dolları təşkil edən “bibər” yükü gömrük hərracına çıxarılaraq və hərracda satış üzrə komissiyanın yekun protokolu ilə təsdiq edilərək dəyəri 2.600 (iki min altı yüz) manat müəyyən edilməklə satışı həyata keçirilmişdir (cild 02, i.v. 88-89). Məhkəmə Ekspertiza Mərkəzinin 5/760 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə kömpüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş obyektlərin sensor ekran və “Android15” əməliyyat sistemi ilə təchiz olunmuş “Redmi14C” markalı, “2409BRN2CY” modelli, “**********26042, **********26059” İME kodlu; “Android12” əməliyyat sistemi ilə təchiz olunmuş “SamsungGalaxyA12” markalı, “SM-A125F/DSN” modelli, “**********38748, **********38742” İME kodlu mobil smartfon olmaları müəyyən edilmişdir. “SamsungGalaxy A12” markalı, “SM-A125F/DSN” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “WhatsApp” proqram təminatında aparılmış, məlumat mübadiləsi və sairə) müəyyən olunaraq “Ekspertiza 5-760” adlı qovluq daxilində bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Rəyin “Tədqiqi hissəsində” göstərilən səbəblərə görə, təqdim edilmiş “Redmi14C” markalı, “2409BRN2CY” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatın silinib-silinməməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmamış, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir (cild 02, i.v. 139-144). Məhkəmə Ekspertizası Mərkəzinin 7/1049 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında maddi sübutların saxlanc otağında olan narkotik vasitə qurudulmuş marixuana (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1030 nömrəli rəyinə əsasən) xüsusilə külli miqdarın aşağı həddi miqdarında 51700 qram çəkidə götürülərək üç ədəd ağ rəngli sintetik torbaya, qalan ayrılmış hissəsi 36226,92 qram çəkidə narkotik vasitə marixuana isə üç ədəd ağ rəngli torbaya “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti №75” ştamp əksi ilə möhürlənmiş vəziyyətdə qablaşdırılaraq, Dövlət Gömrük Komitəsinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanıldı. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir (cild 02, i.v. 145-148). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “məlumat daşıyıcıya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 5/760 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə daxil olmuş bir ədəd “DVD-R” diskə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 02, i.v. 170). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 5418 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir (cid 02, i.v. 172-173). Təqsirləndirilən şəxsin imzaladığı xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Astara Gömrük İdarəsində ondan götürülmüş iki ədəd mobil telefonu, dörd ədəd plastik bank kartını məsul şəxsdən təhvil almışdır (cild 01, i.v. 176). Astara Gömrük İdarəsinin “nəqliyyat vasitəsinin təhvil verilməsi barədə” xx.xx.2025-ci il tarixli aktından görünür ki, “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi sahibi X7 təhvil verilmişdir (cild 02, i.v. 179). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “sübutların qiymətləndirilməsi haqqında” və “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4- 1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, narkotik vasitənin əldə edilmə mənbəyinin, eləcə də cinayətin digər iştirkaçılarının müəyyən edilməsinə görə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 02, i.v. 187-210). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə yekun qərarının (hökmün) əsaslandırma hissəsinə keçməmiş aşağıdakı ümumi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi müəyyən edir ki, vətəndaş hüquqlarının müdafiəsi prioritet hesab olunmalıdır. Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin 2-ci bəndi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (Cinayət-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında onların hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi vasitəsilə iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz fikirlərini bildirmiş, şahidlərə müdafiəçisi tərəfindən suallar verilmiş və beləliklə, təqsirləndirilənə qarşı irəli sürülmüş ittiham mübahisələndirilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ona bəraət verilməlidir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş İran İslam Respublikasında şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi, xüsusilə külli miqdarda 87930 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, ümumilikdə yüz əlli dörd ədəd bağlamanın içərisində qablaşdırıb fiziki görünüşcə bibər formasına salınmaqla gizlədərək Azərbaycan Respublikasının ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilinin qoşqusunda qanunsuz olaraq qəsdən saxlaması, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 01 avqust 2025-ci il tarixdə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi heç bir sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki halları, şahid ifadələri və iş üzrə toplanmış digər istintaq sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunda aşkar edilmiş bibər yükünün olduğu paletlərdə gizlədilmiş narkotik vasitə qurudulmuş marixunanı həmin yükün içərisinə yerləşdirmiş şəxsləri tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Belə ki, o, iki ildir fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olur, beynəlxalq yük daşımalarını həyata keçirir. İdarə etdiyi “DAF” markalı, **RS***/**YF*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sahibi naxçıvanlı Əsxər və Hidayətdir. Onların razılığı əsasında İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçirməklə Rusiya Federasiyasına yük daşımasını həyata keçirmiş, gördüyü işin müqabilində qazandığı pulla ailəsini dolandırmışdır. Azərbaycandan İrana gedib-gəlməyə görə 200 (iki yüz) ABŞ dolları, Azərbaycandan Rusiyaya gedibgəlməyə görə 600 (altı yüz) ABŞ dolları məbləğdə əmək haqqı yazılmış, əlavə olaraq yemək xərci də almışdır. Yük avtomobilinin sahibinə hər reysə görə haqq ödəmişdir. Yük daşıması zamanı alıcının sadəcə nömrəsi ona verilmiş, sənədlərlə isə tanış edilməmişdir. Adətən Rusiyadan da geriyə sifarişlər qəbul etmişdir. Daşınacaq yükü ayrı-ayrı dispetçerlər vasitəsilə tapmışdır. Hadisədən on yeddi-on səkkiz gün öncə Rusiya Federasiyasına yük aparmaq məqsədi ilə İrana getmiş, təxminən on beş-on altı gündən sonra əvvəlcədən tanıdığı Azərbaycan Respublikasının vətəndaşı Elmar adlı şəxsin vasitəsilə tanış olduğu Nəvid adlı İran İslam Respublikasının vətəndaşı ona Rusiyaya aparılası bibər yükünün olduğunu demiş, daşımanı 290.000 rus rublu qarşılığında razılaşdıqdan sonra Pəyanə şəhərində yol polisi postunu keçdikdən sonra təxminən yüz metr irəlidə yerləşən anbara getmiş, Nəvid daşınılası yüklə birlikdə anbarda olmuş, yük idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş, bu zaman yükü təhvil verəndə alıcı ilə malın keyfiyyəti və qorunub saxlanılması ilə bağlı yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaq üçün çəkilişlər etmiş, yükün içərəsində narkotik vasitə olması barədə məlumatı olmamış, yük sahibini şəxsən tanımamış, sadəcə Nəvidin verdiyi əlaqə nömrəsini bilmişdir. Yəni, məqsəd məhz “bibər” yükünün daşınmalı olması ilə əlaqədar olmamışdır, çünki, zamanla ayrı-ayrı məhsulların daşınmasını həyata keçirmiş, bibər yükünü daşıması sırf təsadüf nəticəsində baş vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs İran İslam Respublikasında Nəvid adlı dispetçeri həmyerlisi Elmarın vasitəsilə tanımış, daşınması təklif olunan yükü idarə etdiyi yük avtomobilində daşımaq üçün şərait olduğuna görə qəbul etmiş, məhsulun yüklənməsi, sənədlərin hazırlanması Nəvid adlı şəxsin vasitəçiliyi ilə həyata keçirilmiş, yük avtomobilə yükləndikdən sonra avtomobilin yük yeri möhürlənmiş və ona yükün daşıması ilə bağlı müvafiq sənədlər verilmişdir. Cinayət işinin materiallarında olan 109871 saylı CMR və xx.xx.2025-ci il tarixli, 01 nömrəli İnvoys sənədindən də görünür ki, hazırki cinayət işi üzrə “bibər” yükü Türkiyə Respublikasında qeydiyyatda olan “Avesta İç ve Dış Ticaret Limited Şirketi”nin sifarişi əsasında X4 adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına İran İslam Respublikasından göndərilmişdir. Bundan başqa, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci, “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci, “məlumat daşıyıcıya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollarında Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” və “Redmi” markalı mobil telefonlara, həmçinin istifadəsində olan 050 713-93-83 və 050 491-01-77 saylı mobil nömrələrə aid məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar heç bir məlumata rast gəlinmədiyi, onun təqsirini sübut edən hər hansı səsli və ya yazılı ismarıc, fotoşəkil, videoyazı və sair məlumatların aşkar olunmaması qeyd olunmuşdur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs bibər yükünü daşımaya qəbul etməyi əvvəlcədən planlaşdırmamış, Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, orada tanış olduğu Nəvid adlı iranlı dispetçerin bibər yükünü daşımaq təklifinin qəbul etmiş, Nəvidin dediyi yerdən, yəni Pəyanə şəhərində yerləşən anbardan yükü götürmüş, yükləmə prosesini istifadəsində olan mobil telefonla çəkmiş, qutulardakı məhsullara baxmamış, həmin vaxt şübhəli heç nə diqqətini çəkməmiş, qutular yük maşınının qoşqusuna sürücü tərəfindən deyil, fəhlələr tərəfindən yükləndiyindən qeyd olunan fərqlilik obyektiv olaraq Təqsirləndirilən şəxs məlum olmamış, gömrük yoxlaması nəticəsində bibər yükünün içərisində narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs yük avtomobilinin qoşqusunda aşkar olunmuş narkotik vasitədən məlumatı olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş heç bir sübutla təkzib edilməmişdir. Belə ki, məhkəmədə dindirilmiş şahidlərdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru Şahid1 ifadəsində 01 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinə tətbiq edilmiş yoxlama zamanı iki ədəd paletdə, hər birində yetmiş yeddi ədəd olmaqla cəmi yüz əlli dörd ədəd üzəri bibər yükü ilə örtülü bağlamanın içərisindən qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 87 kiloqram 930 qram təşkil edən marixuana narkotik vasitəsinə bənzər maddə aşkar edilərkən Təqsirləndirilən şəxs təəccübləndiyini, onun davranışından həqiqətən də idarə etdiyi nəqliyyat vasitəsində olan yükün içərisində narkotik vasitə olmasından xəbəri olmadığının aydın olduğunu; Şahid3 isə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq, sözügedən yük nəqliyyat vasitəsindən narkotik vasitə aşkar olunanda sürücü Təqsirləndirilən şəxs bundan xəbərsiz olduğunu hiss etdiyini bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarında olan videoçəkilişdən, Təqsirləndirilən şəxs özünün və şahidlərin ifadələrindən məlum olur ki, avtomobil Azərbaycan Respublikasına daxil olarkən yük yeri möhürlü olmuş və möhürün tamlığı pozulmamışdır. Eləcə də, qutulara (paletlərə) ilkin olaraq vizual baxış zamanı bibərlərin altındakı gümüşü rəngli kardon tipli kağızların altında narkotik vasitələrin olmasını təxmin etmək mümkün olmamış, yük avtomobili rentgen aparatında yoxlamaya göndərilmiş, rentgen aparatında yoxlamadan keçdikdən sonra, öncədən Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sözügedən yük avtomobili yoxlama qrupuna yönləndirilmiş, burada avtomobilin yük yerində daşınan iyirmi iki ədəd paletdə “bibər” yükü yerə boşaldılmış, boşaldılmış yüklərə kinoloji xidməti it tətbiq edilməklə baxış keçirilmiş, xidməti it iki ədəd paletdə daşınan “bibər” yükünə reaksiya vermiş, buna görə də, həmin paletlərdə daşınan yükləri ətraflı şəkildə yoxla keçirilmiş və iki ədəd paletdə, hər birində yetmiş yeddi ədəd olmaqla, cəmi yüz əlli dörd ədəd üzəri bibər yükü ilə örtülü bağlamanın içərisindən qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 87 kiloqram 930 qram təşkil edən marixuana narkotik vasitəsinə bənzər maddə aşkar olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həmin yük onun idarə etdiyi avtomobilə yüklənərkən hətta vizual olaraq hər bir qutuya baxış keçirmiş olsaydı belə, bibər yükünün altında hər hansı qanunsuz predmet gizlədildiyini müəyyən edə bilməzdi. Avtomobilin yük yerinin möhürlü olması və möhürün tamlığının pozulmaması isə onu deməyə əsas verir ki, avtomobil yükləndikdən sonra sürücü Təqsirləndirilən şəxs avtomobil yük yerinin içərisinə hər hansı fiziki müdaxilə imkanı olmamışdır. Təqsirləndirilən şəxs əməllərində məsuliyyət məsələsi ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən, (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin qaydaların 38.3-cü maddəsinə görə daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə qoşulduğu “Beynəlxalq yol yükdaşımaları müqaviləsi haqqında” xx.xx.1956-cı il tarixli Cenevrə Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, həmçinin onların markalanması və nömrələri ilə bağlı fakturada yazılan qeydlərin dəqiqliyini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən, daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücünün) nəzarət sahəsinə aid deyildir. Sözügedən Konvensiyanın 11-ci maddəsində yük göndərənin yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin ikinci hissəsinə görə bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə daxil deyil. Yəni, sürücü (daşıyıcı) yükü qəbul edərkən qabların və möhürlərin bütövlüyünü yoxlamalı, say və miqdarda uyğunsuzluq varsa, bu barədə CMR qaiməsində qeyd etməli, əgər yükdə zədələnmə və uyğunsuzluq görürsə, qeyd yazmadan imza atmamalıdır. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericilikdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları tənzimləyən normalara əsasən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Sürücünün yükün tamlığını pozmaqla, sökməklə və sair üsullarla yükün daxilini yoxlamaq kimi hüquq və vəzifəsi yoxdur. Əks yanaşma beynəlxalq yük daşıma qaydalarının prinsiplərinə zidd olar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə heyəti qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırkı işdə ibtidai istintaq orqanı cinayət prosesinin ədalətlilik tələblərinə cavab verməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə irəli sürülmüş ittihamın bünövrəsini təşkil edən sübutlar həmin ittihamın sübuta yetirilməsi üçün kifayət etmədiyindən və məhz bu əsasa görə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması nəzərdə tutulduğundan ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sair sübutlara hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında, məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə heyəti həmçinin qeyd edir ki, Konstitusiyanın 63-cü və Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddələrinin tələbinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilərkən, onun hüquqlarını pozaraq bütün şübhələri ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəllənin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Qeyd olunan prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. xx.xx.2007-ci ildə dərc olunmuş “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktın 14-cü maddəsinə dair 32 saylı ümumi şərhində BMT-nin İnsan Hüquqları Komitəsi təqsirsizlik prezumpsiyası ilə əlaqədar bildirmişdir ki, insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirsizlik prezumpsiyası ittiham tərəfinin üzərinə ittihamı sübut etmək vəzifəsini qoyur, ittiham əsaslı şübhə yeri qalmadan sübuta yetirilməyənə qədər şəxsin təqsirkar sayılmamasını təmin edir, təqsirliliklə əlaqədar şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını təmin edir və cinayət əməlində təqsirləndirilən şəxs ilə təqsirsizlik prezumpsiyasına uyğun surətdə davranılmasını tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı işi”ndə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin hakimlərin müstəqilliyindən bəhs edən 25-ci maddəsi qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Sözügüdən Məcəllənin 42.1.4-cü maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 145.2 və 145.3-cü maddələrinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsinə əsasən, cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Sözügedən Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəllənin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallardan birində də məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyinin nəzərdə tutulmasıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi şəxs barəsində bəraət hökmünün çıxarılması əsaslarından biri təqsirliliyinin sübuta yetirilməməsidir (təqsirsizliyinin sübuta yetirilməsi deyil). Şəxsin təqsirliliyinin sübuta yetirilməsi isə kifayət qədər mötəbər, bir-biri ilə uzlaşan, ziddiyyət təşkil etməyən sübutlar toplusunun mövcudluğunu zəruri edir. Sübutlar “əsaslı şübhə standartı” prinsipinə riayət edilməklə toplanmalı və bir-biri ilə zəncir şəkildə bağlı olmalıdır. Əks təqdirdə təqsirliliyin sübuta yetirilməsində yaranan bütün boşluqlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilərkən onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 353.3.4-cü maddəsinin tələbinə əsasən, məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəllənin 356.5-ci maddəsinə əsasən, bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra çəkisi 36226,92 qram olan narkotik vasitə marixuananın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(004)- 1076/2025 nömrəli qərarı ilə məhv edilməsi nəzərə alınmalı və həmin narkotik vasitə marixuananın 51700 qram qalığı materiala əlavə edilməlidir. “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin sahibi X7 təhvil verilməsi və həmin nəqliyyat vasitəsinə yüklənmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 14.000 kq, dəyəri isə 23.380 (iyirmi üç min üç yüz səksən) ABŞ dolları təşkil edən “bibər” yükünün realizə edilməsindən əldə olunmuş və Dövlət Gömrük Komitəsinin depozit hesabına köçürülmüş 2.600 (iki min altı yüz) manat məbləğində pulun qanuni sahibinə qaytarılması məsələsinin hazırki cinayət işindən ayrılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə həll edilməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə bəraət verildiyindən cinayət işi üzrə olan 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 344-347, 348.3, 349-350, 352-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin ödənilməsindən azad olunsun və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra çəkisi 36226,92 qram qalmış narkotik vasitə marixuananın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 5(004)-1076/2025 nömrəli qərarı ilə məhv edilməsi nəzərə alınsın və həmin narkotik vasitə marixuananın 51700 qram qalığı materiala əlavə edilsin. “DAF” markalı, **RS*** dövlət nömrə nişanlı dartıcı və “Krone” markalı, **YF*** dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin sahibi X7 təhvil verilməsi, həmin nəqliyyat vasitəsinə yüklənmiş 30 iyul 2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 14.000 kq, dəyəri isə 23.380 (iyirmi üç min üç yüz səksən) ABŞ dolları təşkil edən “bibər” yükünün realizə edilməsindən əldə olunmuş və Dövlət Gömrük Komitəsinin depozit hesabına köçürülmüş 2.600 (iki min altı yüz) manat məbləğində pulun qanuni sahibinə qaytarılması məsələsinin hazırki cinayət işindən ayrılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar