Məhkəmə qərarları › İş №1(099)-572/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-572/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-572/2024 17.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi qeydiyyatında olmaqla yaşamış, 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(049)-43/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən 01 ədəd bükümdə külli miqdarda-10,222 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 19 fevral 2024-cü il tarixdə saat 15:40-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində işlədiyi küçədə saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, şöbədə üzrərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda- 10,222 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, 19 fevral 2024-cü ildə Lənkəran rayonu, Gərmətük kəndində «Şah Saray» şadlıq evi ilə üzbəüz yerləşən iş yerində-avtomobil təmiri sexində olmuşdur. İş yerinin qarşısında və arxasında qapı olmuşdur. İş yerinin arxasında avtomobildə oturmuşdur. Polis işçilərinin sexə gəldiklərini görmüş, avtomobildən düşüb polislərə yaxınlaşmışdır. Polis əməkdaşları onlarla getməyini demişlər. Polis əməkdaşlarına onu hara apardıqlarını soruşduqda, ona «gedərsən bilərsən» demişlər. Əvvəllər də onu polis şöbəsinə aparmışlar. Həmin vaxt onu aparan polis əməkdaşlarından 1-2 nəfəri orada olmuş, onları tanımışdır. Polis əməkdaşları birinci dəfə də ona hədə qorxu gəlmişlər, amma heç nə sübut edə bilməyib onu buraxmışlar. Bu dəfə isə polislər ona bildirmişlər ki, sifariş gəlib deyə bu dəfə geri qayıda bilməzsən. Polis əməkdaşlarından nə etdiyini soruşduqda polis əməkdaşları bizlik deyil gedək şöbədə aydınlaşdırarıq demişlər. Polis əməkdaşları ona qardaşına və ailəsinə zəng edib məlumat verməyini icazə verməmişlər. İş yerinin qapısını bağlamaq istədikdə polis əməkdaşları niyə qapını bağlayırsan onsuzda gedirsəndə demişlər. Onu polis avtomobilinə mindirib şöbəyə aparmışlar. Onu 2-ci mərtəbəyə qaldırıb sağ tərəfdə yerləşən axırıncı otaqda otuzdurmuşlar. 10-15 dəqiqə orada oturduqdan sonra polis əməkdaşı Amil ona yaxınlaşıb «Şöhrət bilirsən də sənin üçün sifariş gəlib sən bu dəfə qəti surətdə gedirsən» sözlərini demişdir. Nə olduğunu sorşduqda bildirmişlər ki, sən özün yaxşı bilirsən sənin sifarişini kim verib. Bir az keçdikdən sonra Sahil adlı polis əməkdaşı otağa gəlib «budur Şöhrət» sözlərini deyib, «gətirin onu o biri otağa» göstərişini vermişdir. Onu digər otağa aparmışlar. Ondan qabaq onun ciblərini axtarmışlar. Polis əməkdaşı leytenant Fuad ciblərini axtarmışdır. Cibindən 19 manat pul, telefon və 2-3 ədəd salfetka aşkar olunmuşdur. Cibindən aşkar olunanlar hamısı o biri otaqda qalmışdır. Otaqda polis əməkdaşı ona «ə bilirsən sən bu dəfə gedirsən» sözlərini demişdir. Ona «mən nə etmişəm ki, gedirəm, sakit və xəstə adamam, səhər işə gəlib axşam evə gedən adamam, iki gözdən əlil 16, 19 yaşlı uşaqlarım var, özüm də ürək xəstəsiyəm, başımdan əməliyyat olunmuşam, heç kimlə də işim yoxdur» sözlərini demişdir. Polis əməkdaşlarına demişdir ki, heç nə etməmiş, heç yerə də getməyəcəkdir. Demişlər ki, «getməzsən səni göndərərik Bantotdelə, orada sənə işgəncə verib lazım olan sənədlərə imza elətdirərlər». Polislərə «nə bilirsizsə edin» demişdir. Polis əməkdaşları ona demişlər ki, «başa düşmürsənsə iş yerinə 5 kq narkotik vasitə qoyarıq qardaşında səninlə bir yerdə həbs olunar, evinə də narkotik vasitə, silah qoyarıq İran cəsusu kimi sənədləşdirərik, əgər onlarla razılaşmasan bütün deyilənləri edəcəyik» demişlər. Qardaşını, ailəsini və qohumlarını düşünüb polislərin dediklərini qəbul etmişdir ki, sözünü məhkəməyə deyər. Polis əməkdaşlarına sözünü desəydi onu şərləyəcəkdilər. Bu sözləri üçün saxlamışdır. Polis əməkdaşı Amil gəlib cibindən çıxan 19 manat pulun arasında narkotik vasitəni yerləşdirmiş, həmin vaxt Amilə «heç olmasa sən qoyma biz kəndçiyik qoy bunu başqası qoysun» demişdir. Amil ona bu mənim işimdir demişdir. Amil içərisində narkotik vasitə olan 19 manat pulu və telefonunu cibinə qoymuş, sonra 1 saata yaxın vəkilin gəlməsini gözləmişlər. Təhqiqatçı ona çəkilişdə, küçə ilə ayaqla gedən zaman içərisində narkotik vasitə olan bağlamanı görüb meyili çəkdiyi üçün götürdüyünü deməsini bildirmişdir. Xəstə adamdır, ayaqla hərəkərt edə bilmədiyindən avtomobillə hərəkət etmişdir. Əvvəllər idmançı olmuş, siqaret belə çəkməmişdir. 15 ildir ki, namaz qılır. Təhqiqatçı vəkilin yanında üzərinə videoçəkilişlə baxış keçirmişdir. Cibindən narkotik vasitəni pulların arasından aşkar etmişlər. Polis şöbəsində onu döyməmişlər. Onu qardaşı və ailəsi ilə hədələmişlər. İş yerinə və evinə narkotik qoyacaqlarını bildirmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, vəhabi və digər təriqətlərə qarşı mübarizə apardığından onu şərləyərək həbs etmişlər. Təxminən saat 15 radələrində polis əməkdaşları onu aparmışlar. 10 dəqiqəyə polis şöbəsinə çatmışlar. Onun arxasınca 3 nəfər polis əməkdaşı gəlmişdir. Həmin polis əməkdaşlarından Fuad adlı polis əməkdaşını və 1 nəfər serjantı üzdən tanımışdır. Arxasınca gələn polis əməkdaşları mülki formada olmuşlar. Çəkiliş zamanı polis əməkdaşlarından biri polis forması geydiyi üçün kapitan olduğunu bildirmişdir. Birinci dəfə onu saxlamazdan 2-3 ay əvvəl, guya sosial şəbəkələrdə dinlə bağlı paylaşımlar etdiyi üçün polis şöbəsinə aparmışlar. Sübut edə bilmədikləri üçün onu buraxmışlar. Həmin vaxt sosial şəbəkələrdə vahabi dini təriqəti ilə əlaqədar onların öz dediklərini paylaşmışdır. Narkotik vasitəni polis əməkdaşı Amil onun cibinə qoymuşdur. Vahabilərlə bağlı paylaşımlar etmişdir deyə onu polis şöbəsinə aparıb həbs etmişlər. Birinci dəfə onun arxasınca Səbuhi Mirzəyevin göstərişi əsasında əməliyyat müvəkkilləri gəlmişlər. Həmin vaxtı Amil orada olmamışdır. Birinci dəfə onu polis şöbəsinə aparan polis əməkdaşları ilə aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə tərkibindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Qeyd etmişdir ki, tutduğu əməlindən peşmandır. Başındakı ağrılardan və ürək xəstəliyindən əziyyət çəkir. Lənkəran rayon Narkoloji dispanserində qeydiyyatda durmur. Psixi xəstəliklərdən əziyyət çəkmir. Narkotik vasitələrin alüdəçisi deyil. Heç vaxt psixotrop maddə olan metamfetamindən istifadə etməmişdir. Psixotrop maddələrə görə də, bədənində ağrıları olmamışdır. Dəmirçi işləyir. 19 fevral 2024-cü il tarixdə günorta saat 15:10 radələrində yaşadığı Lənkəran rayon Aşağı Nüvədi kəndində evinin küçəsi ilə piyada gedən zaman yerdən bir ədəd şəffaf rəngli selofan büküm tapmışdır. Həmin selofanın içərisində nəsə olduğunu əli ilə hiss etmiş və onda maraq yarandığı üçün həmin bükümü əynindəki gödəkcəsinin sol yan cibinə qoymuş və yoluna davam etmişdir. Lakin həmin gün yəni 19 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu, Aşağı Nüvədi kəndində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğu üçün onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki gödəkcəsinin sol yan cibinə qoyduğu psixotrop maddə olan 1 ədəd selofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş, çəkisi 10,36 qram olmuş, sonra zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərini o və vəkili İntiqam Hüseynov imzalamışlar. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsusdur. Həmin psixotrop maddə metamfetamini nə üçün yerdən götürdüyünü heç özü də bilməmişdir. Psixotrop maddələrin istifadəsi və satışı ilə heç vaxt məşğul olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Bundan əlavə Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan bir bükümdə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Özünü təqsirli bilmir. Başında olan ağrılardan və ürək xəstəliyindən əziyyət çəkir. Lənkəran rayon Narkoloji dispanserdə qeydiyyatda durmur. Psixi xəstəliklərdən əziyyət çəkmir. Narkotik vasitələrin alüdəçisi deyil. Heç vaxt psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Psixotrop maddələrə görə də, bədənində ağrıları olmamışdır. Ümumiyyətlə siqaret və spirtli içkilər belə qəbul etməmişdir. Dini inancı olduğu üçün namaz qılır, Allaha ibadət edir. Yaşadığı Lənkəran rayon Aşağı Nüvədi kəndində vahabilərin saylarının çoxaldığını bildirərək, vahabilərin məsciddə qanunsuz hərəkətlərinə görə onlarla mübarizə aparmışdır. O, kənd əhalisi ilə birliktə kənd vahabilərinin qanunsuz məscidi zəbt edib şiə əqidəsindən olan şəxsləri qəbul etməməkləri ilə əqidələrini batil əqidə adlandırmaları barədə Azərbaycan Respublikası Prezidentinə, İ Vitse prezident Mehriban xanıma, Daxil Təhlükəsizlik İdarəsinə, Daxili İşlər Nazirliyinə, Qafqaz Müsəlmanları İdarəsinin sədri X6 Paşazadəyə, X10 İş Şöbəsinə icra sədri kimi kənd əhalisinin 350 nəfərlik imzası ilə bir neçə il bundan əvvəl şikayət ərizəsi ünvanlamışlar. Eləcə də, sosial şəbəkələrdə bir neçə dəfə vahabi əqidəsinin düzgün olmaması barədə video paylaşımlar yaymışdır. O, belə düşünmüş ki, əgər bir insan öz məscidini qoruya bilmirsə, həmin şəxs öz dövlətini belə qoruya bilməyəcəkdir. O, Dövlətinə, Prezidentinə və Azərbaycan Respublikası Konsitutsiyasının qanunlarına həmişə riayət etmişdir. Heç bir qanunsuz hərəkətlər etməmişdir. Barəsində heç bir dövət qurumlarına şikayət olunmamışdır. O, tutulmağının səbəbi kimi qeyd etmişdir ki, onu vahabi əqidəsindən olan hər hansısa bir şəxslər sifarişlə tutdurmuşlar. Belə ki, 19 fevral 2024-cü il tarixdə günorta saat 15:10 radələrində yaşadığı Lənkəran rayonu, Aşağı Nüvədi kəndində yerləşən Şah sarayının yaxınlığında dəmirçi sexinin qarşısında mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb, özlərinin polis əməkdaşları olduqlarını bildirərək, «day day bizə zakaz gəlibsən getməlisən» sözlərini deyib onu polis şöbəsinə aparmışlar. Həmin vaxt polis əməkdaşları onu şöbəyə aparanda ondan üzr istəmişlər. Həmçinin ona “ey hara gedir bu karivan” sözlərini demişlər. Xəstəliyi barəsində ona sual edəndə, o polis əməkdaşlarına başında travma, ürəyinin də xəstə olduğunu bildirmişdir. Lənkəran ŞRPŞ-nin inzibati binasının ikinci mərtəbəsində otaqların birində 10-15 dəqiqə oturmuşdur. Onu tutan polis əməkdaşlarının yanında tanıdığı Lənkəran rayon, Viyən kənd sakini olan polis əməkdaşı Amil ona otaqda demiş ki, “Şöhrət bilirsən ki, sən gedirsən? Sənə yuxarıdan zakaz gəlib, sən tutulmalısan”. O, Amildən tutulmağının səbəbini soruşmuş, Amil də ona tutulmağının səbəbini özünün yaxşı bilməsini cavabını vermişdir. Daha sonra əlavə olaraq adını bilmədiyi bığlı polis əməkdaşı ona “sən içəri gedirsən” sözünü demiş, həmin vaxt Amil də ona demiş ki, “get sakitcə sənədlərə imza et və cəzavı çək, əgər çəkməzsənsə, səni Bandotdelə göndərərik, iş yerindən 5 kiloqram narkotik çıxacaq, evindən narkotik və silah aşkarlanacaq, qardaşında tutulacaq, videoçəkiliş olunub bütün ailə üzvlərin rüsvay olacaqdır”. O, da məcbur qalmış, ailəsini şər-böhtandan qorumaqdan ötrü Amilin onun cibində olan pulların arasında qoyduğu narkotik maddəni guya yerdən tapması barədə onun dediyi kimi etiraf eidici ifadə verməyə razılaşmışdır. Həmin vaxt Amil hətta ona “səninlə şəxsi problemim yoxdur, yuxarıdan zakaz gəlib, getməlisən” sözlərini bildirmişdir. O, ilkin videoçəkiliş zamanı verdiyi ifadəsini, ilkin izahatını, vəkilin və təhqiqatçının ona verdiyi suallara etirafedici cavablarını verməyinə, bundan başqa istintaqda, məhkəmədə verdiyi ifadələrini hazırda təkzib etmiş, həmin ifadələrini, onu ailəsi ilə qorxutduqları üçün təsir altında düşərək, ailəsinin şər-böhtana düşməsindən qorxduğu üçün vermiş, bir daha bildirmiş ki, iş materiallarına əlavə edilmiş psixotrop maddə olan metamfetamini yerdən tapmamış, həmin psixotrop maddənin ona heç bir aidiyyəti olmamış, Amil adlı polis əməkdaşı tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Amil ona «məhkəmənin sanksiyasında etirafedici ifadə verməsən, yenidən polis şöbəsinə qayıdacaqsan, sənin başına oyun açacaqlar» demişdir. O, da məhz bu səbəbdən məhkəmədə özünü təqsirli bilməsə də, həmin psixotrop maddəni yerdən tapdığını orada bildirməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılan zaman, ilkin izahat və fadələrində, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin polis şöbəsində ona qarşı heç bir hədə-qorxu gəlinmədiyini, hər hansı fiziki və ya psixi zor tətbiq olunmadığını göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və digər istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində dediklərini təsdiq etdiyini bildirərək göstərmişdir ki, aşkar olunmuş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən cibinə qoyulmuş, həmin metamfetamin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hədələr edildiyi, psixi zorakılığa məruz qaldığı üçün o, metamfetamini yolda hərəkətdə olarkən yerdən taparaq cibinə qoyduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında cibindən aşkar olunan metamfetaminin ona məxsus olmadığını, yerdən tapmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədələr olunduğunu, cibindən çıxan metamfetaminin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə-cibinə metamfetamin qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkili Şahid2 və PPX-nin əməkdaşı serjant Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ola biləcəyi yerlər nəzarətə götürülmüş, 19 fevral 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs görüb, ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən bir büküm metamfetaminə bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan bükümü yoldan tapdığını demişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onun tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir xəbərdarlıq olunmamışdır. Vahabi təriqəti və ya digər dini təriqətlər ilə bağlı Təqsirləndirilən şəxs heç bir xəbərdarlıq etməmişdir. Təqsirləndirilən şəxs narkotik satması ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satmasının üzərində işləmişlər, lakin realizə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman özündən başqa Şahid2 və Şahid3 iştirak etmişlər. Təqsirləndirilən şəxs iş yerinin yaxınlığında yolun kənarında saxlamışlar. Təqsirləndirilən şəxs evini tanımamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman narkotiklə bağlı şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzləşmə zamanı nə dediyi yadında qalmamışdır. «Ey Sarivan hara gedir bu karivan» sözünü Təqsirləndirilən şəxs deməmişdir. Təqsirləndirilən şəxs təxminən saat 15 radələrində saxlayıb polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs saxladıqları yerdən polis şöbəsinə olan məsafə 15-20 dəqiqəlik yol olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın nə vaxt aparıldığı yadında qalmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra təhqiqatçının yanına qoymuşlar. Təqsirləndirilən şəxs təhqiqatçının yanına qoyduqdan neçə dəqiqə sonra vəkilin gəlməsini xatırlamamışdır. Təqsirləndirilən şəxs vahabi təriqəti ilə bağlı harasa müraciəti ilə bağlı heç nə eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatı daxil olmuş, onunla bağlı əməliyyat tədbiri keçirilmiş, o, da əməliyyat qrupunun üzvü olmuşdur. 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs günün ikinci yarısında küçədə piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmış, polis şöbəsinə gətirilib üzərinə baxış keçrilmişdir. Təqsirləndirilən şəxs üzərindən bir bükümdə metamfetaminə bənzər kütlə aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Aşağı Nüvədi kəndi ərazisində iş yerinə yaxın ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs işlədiyi dükanın yanında yox ora yaxın yerdə saxlamışlar. «Şah Saray» şadlıq sarayının qarşısı Gərmətük yoludur, yolun sol tərəfi Aşağı Nüvədi kəndinin ərazisidir. Təqsirləndirilən şəxs evinin qarşısında saxlamamışlar, iş yerinin yaxınlığında saxlamışlar. Amil Abdinov adlı polis əməkdaşı var, lakin Amil əməliyyatda iştirak etməmiş və Təqsirləndirilən şəxs cibinə metamfetamin qoymamışdır. Təqsirləndirilən şəxs vahabilərlə bağlı məsələsin bilməmişdir. Əməliyyat məlumatı satışla bağlı daxil olur, bu o demək deyil həmin şəxs 100 faiz narkotik vasitə və ya psixotrop maddə satır. Şöhərt Məmmədovu günün ikinci yarısında saxlamışlar, həmin vaxtı təxminən saat 15 radələri olmuşdur. Şöhərt Məmmədovu polis şöbəsinə gətirdikdən sonra dərhal şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs «sən vahabi təriqətinə görə şikayət etdiyinə görə, sən onunla əlaqəli tutulmalısan» sözü deyilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan maddə psixotrop maddə olmuş, ancaq psixotrop maddənin çəkisini xatırlamamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, metamfetamini yoldan tapdığını demişdir. Təqsirləndirilən şəxs heç kim hədələməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcəsinin cibindən 01 ədəd bükümdə təmiz çəkiləri 10,222 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktına görə toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-45) -«cinayət törətməkdə şübhəli şəxsin tutması haqqında» 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:18-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.12) -«şəxsi axtarış aparılması haqqında» 19 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini öz əynində olan gödəkcəsinin sol yan cibindən çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu, həmin bükümü saxlanılmazdan əvvəl işə gedərkən yaşadığı kənddə yoldan tapdığını və üzərində saxladığını, polis tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin polis şöbəsində ona qarşı heç bir hədə-qorxu gəlinmədiyini, hər hansı fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir.(i.v.27-28) -«məhkəmə-kimyəvi ekspertizası»nın 20 fevral 2024-cü il tarixli, 19/163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə metamfetaminə bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi:-10,222 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.(i.v.42-45) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 21 fevral 2024-cü il tarixli, 173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.50) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(049)-43/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ittiham üzrə özünü təqsirli bilmir. Heç vaxt psixotrop maddə olan metamfetamindən və narkotik vasitələrdən istifadə etməmişdir. Fərdi əməklə məşğuldur. 19 fevral 2024-cü il tarixdə günorta saat 15:10 radələrində yaşadığı Lənkəran rayonu, Aşağı Nüvədi kəndində evinin küçəsi ilə piyada gedən zaman yerdən bir ədəd şəffaf rəngli sellofan büküm tapmışdır. Həmin sellofanın içərisində nəsə olduğunu əli ilə hiss etdiyi üçün onda maraq yaranmış və həmin bükümü əynindəki gödəkçəsinin sol yan cibinə qoymuşdur. 19 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu, Aşağı Nüvədi kəndində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini ona təqdim etdikdən sonra üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğu üçün onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və videoçəkliş ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki gödəkçəsinin sol yan cibinə qoyduğu psixotrop maddə olan 1 ədəd selofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Barəsində həbslə əlaqədar olamayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir.(i.v.53-54, 74-78) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 26 fevral 2024-cü il tarixli, 328 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v.80) -17 may 2024-cü il tarixli «üzləşdirmə protokolun»dan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v.120-121) -«sübutların qiymətləndirilməsi haqqında» 02 iyun 2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,122 qram psixotrop maddə metamfetamin, «şəxsi axtarış» aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.125-132) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cibindən aşkar olunan metamfetaminin ona məxsus olmadığını, yerdən tapmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədələr olunduğunu, cibindən çıxan metamfetaminin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə-cibinə metamfetamin qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş metamfetaminin yerdən taparaq cibinə qoyması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin narkotik hesab edilir. Siyahılara əsasən metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 400 qramı (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində 5 şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş «digər şəxsi maraq», törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda- 10,222 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, əynindəki gödəkcənin sol yan cibində saxlayaraq daşıması, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol yan cibindən psixotrop maddə metamfetaminin aşkar edilib qablaşdırılaraq götürülməsi onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olduğunu və qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis bölməsində hədələrə və psixi zorakılığa məruz qalması ilə bağlı hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış aparılması haqqında», protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, öz izahatı, şübhəli və təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.88) -Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.83-84) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirlən hallar müəyyən edilməmiş, lakin məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində əlil uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(049)-43/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Odur ki, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10,122 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd kompakt disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 19 fevral 2024-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(049)-43/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10,122 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd kompakt disk, icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar